ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub

Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.


     Nur şəhəri Mingəçevirin  muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində  həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur. Belə ki, təhsil müəssisəsində öncədən müəyyən olunmuş  yubiley tədbirləri  planına  müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə  baxış,  rəsm və inşa müsabiqəsi, futbol turniri  və sərgi  keçirilib, eləcə də Heydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyası təşkil olunub. Yeri gəlmişkən qeyd edək ki, tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisinin qapıları günlərdir ki,  izləyicilərin üzünə açıq saxlanılır. Yubiley ərəfəsinə təsadüf edən ”70 yaşlı şəhərim” adlı elmi nəzəri konfrans iştirakçıları da qeyd olunan marağı nəzərə alaraq konfrans öncəsi sərgini ziyarət edib.  Burada onlar incəsənətin müxtəlif  janrlarını əhatə edən dəyərli sənət nümunələri ilə yaxından tanış olub.Tələbələrin yaradıcı uğurları hər kəsin maraq və rəğbətinə tuş gəlib.

    Daha sonra  Mingəçevirin  70 illik tarixinə həsr olunmuş  elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov çıxış edərək   ölkənin dördüncü  şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədə ətraflı məlumat verib. Hətta bir çox mənbələrdə indiki Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu  bildirib. Əyyub Əyyubov  müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunaraq  onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:

   “Təsadüfi deyil ki, Mingəçevir Azərbaycanın nur şəhəri adlandırılır.Bu səbəbsiz deyil. Vaxtilə minlərlə insanın zəhməti hesabına tikilib ərsəyə gələn Su Elektrik Stansiyası  zülmət içində olan Azərbaycanı nura  boyadı. Ardınca  ərazidə çoxsaylı iri sənaye müəssisələri  yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən  böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı. Şəhər qurucularından danışarkən ilk növbədə  tikintinin başında dayanan  vətənpərvər şəxs İslam İslamzadə yada düşür. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən  ulu öndər Heydər Əliyevin  Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir. Məsələn, Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası  məhz ümummilli  liderin iradə və qərarlılığı sayəsində inşa olunub. Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb. Mingəçevir həm də şairlərin, görkəmli yazıçıların yaratdığı əsərlərdə geniş vəsf olunub. Bu gün artıq  prezident cənab İlham Əliyev Mingəçeviri müasir Avropa şəhəri adlandırır. Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları  paytaxtla yanaşı, həm də doğma şəhərimizdə keçirildi. Minlərlə əcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə fəaliyyət göstərməsi heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”

    Daha sonra  Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca  yubileylə bağlı tələbələr arasında keçirilmiş  müsabiqə və idman yarışı qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub.

   Konfransın işi digər məruzəçilərin çıxışları ilə davam etdirilib. Kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq olaraq “Mingəçevirdə keçən günlərim”, “Nur şəhəri Mingəçevir”, və  “70 yaşlı şəhərim” adlı məzmunlu çıxışlar edib. Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri geniş əksini tapıb.

  Yubiley münasibətilə təşkil olunan  elmi nəzəri konfrans sonda  bədii bayram proqramı ilə davam etdirilib. Kollec özfəaliyyət qrupunun istedadlı yetirmələri rəngarəng musiqi və kompozisiya parçaları ilə çıxış edərək ürəkləri bayram əhval ruhiyyəsi ilə ovundurub.

  Qeyd edək ki,  ifası xüsusi maraq doğran tələbələr müəyyən edilərək seçilmişlər sırasına daxil edib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.


 
Əlavə edilmə tarixi: 08.11.2018   |   Baxılma sayı: 81

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm KollecindəAzərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş filmə baxış keçirilib
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 15.10.2018-ci il tarixdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci