ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib.İnşa,rəsm və ən yaxşı divar qəzetləri nominasiyası üzrə keçirilən müsabiqələrdə istedadlı tələbələr vətənpərvər duyğularını ustalıqla yaradıcı nümunələrdə əks etdirib.


. O cümlədən tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Sərgidə  biri- birinidən məzmunlu əsərlər nümayiş olunub.Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.

Nəhayət  tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi nəzəri konfransda bir araya gələn  kollektiv üzvləri  vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib.

Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb.Ardınca dövlət rəmzlərinə ehtiram əlaməti olaraq o Dövlət Himninin canlı ifa olunmasını təklif edib.  Sonra çıxışına davam edən ünlü elm adamı  Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək  Azərbaycan Respublikasının  üç rəngli Dövlət Bayrağının şərəfli və keşməkəşli  mübarizə yolundan maraqlı faktlar açıqlayıb:

“Bu müqəddəs Bayraq  naminə minlərlə qəhrəman Azərbaycan övladı canını sipər edib, şəhidlik zirvəsinə yüksəlib.Yüzlərlə vətənpərvər insan həbslərə atılıb,yaxud doğma yurdundan kənarda yaşamağa məcbur edilib.Doğrudur ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Cumhuriyyətinin  mövcud olduğu dönəm kimi, milli bayrağımızın da  daşıdığı rəsmi status uzun çəkməyib.Amma illər keçdikdən sonra  bayrağımız yenidən alovlanan xalq azadlıq mübarizəsinin əsas rəmzinə çevrildi.Bu mübarizə və xalqın iradəsi sayəsində  yenidən  əzəlki rəsmi  mövqeyinə qovuşdu.İlk dəfə bu hadisə Naxçıvan Muxtar Respublikasında baş verdi.Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi bir vaxtda təşəbbüs irəli sürərərk üç rəngli bayrağın  respublikanın rəsmi bayrağı statusu almasına nail oldu.Bu xalqımızın yeni dövlətçilik tarixində ən böyük uğurlardan biri kimi tarixləşdi.Növbəti mərhələdə isə artıq  o ölkəmizin rəsmi bayrağı statusunu qazandı.Ümummilli liderin siyasi varisi prezident cənab İlham Əliyev də öz növbəsində  Azərbaycan Bayrağının malik olduğu mövqeləri daha da möhkəmləndirdi.Möhtəşəm  Dövlət Bayrağı Meydanı yaradıldı, ölkənin hüdudlarından kənarda  dövlət rəmzlərinin təbliği üçün məqsədyönlü addımlar atıldı və  proses bu gün də davam etdirilir. Bayraq elə bir müqəddəs dəyərdir ki, ona sığınan göz yaşını saxlaya bilmir,onun naminə canından keçir, onunla bərabər özünü yenilməz hiss edir.Bu səbəbdən də  artıq  Dövlət Bayraqları  təkcə şəhərlərimizi,kəndlərimizi,yollarımızı deyil, həm də mənzillərimizi bəzəyir,həyatımızın ayrılmaz  dəyərli bir hissəsinə çevrilib.”

Ardınca konfransın digər məruzəçiləri dinlənilib.Akademik məsləhətçi Günel İsmayılova, tələbələr  Sevinc Ağayeva və  Gülməkan Fətəliyeva müvafiq olaraq   “Azərbaycanın  Dövlət Bayrağı xalqımızın  milli-mənəvi sərvətlərindəndir”,  “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında məzmunlu və əhatəli çıxış edib.

Konfrans  Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi -bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.Kollec  tələbə özfəaliyyət qrupu  fəalları  musiqili bayram  proqramı ilə çıxış edərək iştirkçıların qəlbində xoş təəssüratlar oyadıb.


 
Əlavə edilmə tarixi: 07.11.2018   |   Baxılma sayı: 46

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci