ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyinə həsr olunmuş BİLİK YARIŞI keçirilib

Oktyabrın 30-da Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin yaxınlaşmaqda olan 70 illik yubileyinə həsr edilmiş bilik yarışı keçirildi.


Yarışda “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”, “Nəqliyyatda daşımaların təşkili”, “Bələdçilik işi”,“Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis”,”Rekreasiya,idman və sağlamlıq turizmi” ixtisaslarını təmsil edən TXT-35, TXT-42, NT-18, Bİ-17, MTİS-4 və RİST-2 qruplarının  tələbələrindən təşkil olunmuş  komandalar iştirak edib. Bilik  yarışı ilə bağlı təşkilati işlər müəllim Şəms Məmmədova tərəfindən həyata keçirilmiş, münsiflər heyətinə müəllimlərdən Əminə Məmmədova və Samir Tağızadə daxil edilib.Viktorina iki mərhələdən ibarət olub.İştirakçılara Mingəçevir şəhərinin quruculuq tarixi, görməli yerləri, abidələrinə aid,həmçinin məntiq mövzusunda 20 sual ünvanlanıb.İlkin mərhələnin nəticələrinə əsasən RİST-2, NT-18, Bİ-17 və TXT-42 komandaları yarışı tərk ediblər. TXT-35 və MTİS-4 qruplarının komandaları isə final turuna vəsiqə qazanıb.Hər iki komanda arasında gərgin mübarizənin getdiyi final mərhələsi daha maraqlı alınıb.TXT-35 qrupunun komandası Mİngəçevirin qurulma tarixi və müasir inkişafına dair mövzularda daha məlumatlı olduqlarını nümayiş etdiriblər. Bu komandanın üzvləri final mərhələsinin bütün suallarını düzgün cavablandıraraq yarışın qalibi adını qazanıb.MTİS-4 qrupunun komandası isə nisbətən zəif nəticə göstərərək II yerlə kifayətlənməli olub. Bilik yarışının qalibi və finalçısı olan komandaların üzvləri kollec rəhbərliyi tərəfindən təltif olunacaq.

 


 
Əlavə edilmə tarixi: 31.10.2018   |   Baxılma sayı: 72

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci