ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin tələbələri Mingəçevir Su Elektrik Stansiyasına ekskursiyasa edib

Mingəçevir şəhərinin 70 illik yubileyi münasibət ilə Mingəçevir Turizm Kollecinin kollektivi silsilə tədbirlər həyata keçirir.


Tədbirlər çərçivəsində bu gün  kollecin bir qrup tələbə və pedaqoqu açıq səma altında muzey statusuna malik olan Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya edərək Qafqazın enerji əfsanəsinin fəaliyyəti ilə yaxından tanış olub. Stansiyaya ekskursiya gəzintisinin başlıca səbəbi  bu böyük strateji enerji müəssisəsinin müasir Mingəçevirin quruculuq tarixində önəmli rola malik olması ilə baqğlı olub.Qeyd edək ki, ekskursiyada əsasən   “Muzey işi və abidələrin mühafizəsi”,eləcə də “Nəqliyyatda daşımaların təşkili” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib.Ekskursiya kollecin tarix müəllimi Eldar Dərişovun rəhbərliyi altında gerçəkləşib.Əslində Eldar Dərişovun pedaqoji ixtisası və stansiya haqqında məlumatlılıq dərəcəsi ekskursiya zamanı ona həm də könüllü bələdçi funksiyası vəzifəsini icra etmək imkanı verib.O, müəssisədə keçirilən tanışlıq müddəti ərzində stansiyanın tarixinə və bugünki iqtisadi potensialına xüsusi maraq göstərən yetirmələrinə  ətraflı məlumatlar çatdırıb.Bu stansiyanın  Qafqazın ilk enerji nəhəngi olması ilə yanaşı müasir Mingəçevirin tarixində xüsusi rola malik olduğunu qeyd edib.Müəssisəyə baxış zamanı stansiyanın aparıcı mütəxəssisləri də ekskursantlara yaxından köməklik göstərib.Malik olduqları dəyərli məlumatları tələbələrlə  paylaşıb. Tələbələr mütəxəssislərin iştirakı ilə Su Elektrik Stansiyasının qurğuları,iş prosesi, istehsal gücü  və digər üstünlükləri ilə yaxından tanış olub.  Aparıcı stansiya  mütəxəssisləri  həm də turbinlərin istismarı, bəndin təhlükəsizliyi və digər məsələlərlə bağlı  tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətirib.

Mingəçevirin ilk iri sənaye müəssisəsi olan Su Elektrik Stansiyasına ekskursiya kollecin tələbələri üçün təsirli və unudulmaz olub.


 
Əlavə edilmə tarixi: 26.10.2018   |   Baxılma sayı: 66

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm KollecindəAzərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş filmə baxış keçirilib
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 15.10.2018-ci il tarixdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci