ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində dövlət mütəqilliyi günü münasibəti ilə konfrans keçirilib

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27 –ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib.


Bu münasibətlə istedadlı tələbələr arasında  inşa,rəsm müsabiqələri,bilik yarışı və idman turniri təşkil olunub,  kitab sərgisi və  müstəqillik tarixindən bəhs edən filmə baxış keçirilib, həmçinin dəyrimi masa ətrafında xalqımızın azadlıq tarixi barədə fəal müzakirələr aparılıb. “Müstəqil Azərbaycan” mövzusunda tələbələrin fərdi yaradıcılıq nümunələrindən ibarət   rəsm və əl işləri sərgisi  bu  tədbirlər arasında xüsusi ilə diqqəti cəlb edib. Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbirlər silsiləsinə elmi -nəzəri konfransla yekun vuran bayram tədbiri iştirakçıları öncə bu sərgiyə baxış keçirərək gənclərin vətənpərvər duyğularının təcəssümü olan əsərlərlə yaxından tanış olub.Eyni zamanda sərgi iştirakçılarına qəhrəmanlıq tariximizdən bəhs edən videoçarx nümayiş olunub.Bundan sonra   “Müstəqil Azərbaycanın dünəni,bu günü və sabahı” adlı konfrans öz işinə başlayıb.

Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov  konfrans iştirakçıkarına ən xoş arzularını çatdırıb. Əyyub Əyyubov  Azərbaycan xalqının əsrlərə söykənən azadlıq mübarizəsindən söhbət açaraq ötən əsrdə əldə etdiyi  dövlət müstəqilliyini böyük naliyyət adlandırıb:

   “Müstəqillik şirin nemətdir.Açığı bu dadlı nemət heç də dünyada mövcud olan hər bir xalqa nəsib olmur. Bu mənaqda xoşbəxt xalqıq.Çünki, təkcə ötən əsrdə Azərbaycan xalqına iki dəfə belə bir nemət,belə bir xoşbəxtlik qismət olub. İlk müstəqil dövlətimiz cəmi 23 ay mövcud oldu.Elə sonuncunun ömrü də  bəlkə də beləcə qısa ola bilərdi.Əgər xalqın israrlı tələbi ilə  ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə dönüb xalqını və dövlətini düşdüyü çətin böhranlı durumundan çıxartmasaydı.Bu o zamanlar idi ki, insanlar adi qida məhsullarını belə tapmaqda çətinlik çəkirdi.Üstəlik   torpaqlarımız düşmən təcavüzünə məruz qalmışdı.Çoxsaylı silahlı birləşmələrin mövcudluğu vəziyyəti bir qədər də xaotik məcraya yönəldirdi.Məhz belə bir ağır  böhran vəziyyətində  dahi şəxsiyyət Heydər Əliyev  vətəndaş müharibəsinin, düşmən təcavüzünün qarşısını almağa, xalqı düşdüyü iqtisadi məngənədən xilas etməyə və dövlətçilik unistutunu möhkəmləndirməyə nail oldu.Azərbaycanın ilk  konstitusiyası yaradıldı,  büdcəyə milyardlarla gəlir vəd edən əsrin kontraktı  imzalandı və tədicən ölkəmiz dünyanın qabaqcıl məmləkətlərindən birinə çevrilməyə başladı. Görkəmli liderin layiqli davamçısı prezident cənab İlham Əliyev isə azad dövlətçilik  təməlləri üzərində indiki   sabit, siyasi,iqtisadi və hərbi cəhətdən güclü bir qüdrətli dövləti qurmağı bacardı.Bu gün artıq ölkəmiz adı hər kəs üçün qürurla ifadə olunan bir məmləkətə çevrilib.Ən əsası isə bu dövlətin əbədi yaşayacağına artıq hər birimiz tam əminik.Yaşasın azad Azərbaycan”

   Çıxışının sononda professor Əyyub Əyyubov müstəqillik günü şərəfinə Azərbaycanın Dövlət Himninin canlı ifa olunmasını təklif edib.

    Himnin ardınca  Azərbaycanın dövlətçilik tarixinindən bəhs edən film nümayiş olunub. Dahya sonra  müstəqillik günü münasibətilə  kollec tələbələri arasında təşkil olunmuş müsabiqə və yarış qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub. Qeyd edək ki, Aytac Ələkbərova,Əminə Mustafayeva və Nuranə Əliyeva  “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”  inşa müsabiqəsində  göstərdiyi yüksək nəticələrə,Fəridə Əliyeva,Ayişə Məmmədova və Lalə Məmmədova isə  eyni adlı rəsm müsabiqəsində əldə etdikləri naliyyətə görə qeyd olunan mükafatlara layiq görülüb.Eyni zamanda “Bilik” yarışmasının qalibi olan ”Uğur” komandasının ünvanına ən xoş sözlər çatdırılıb.

Bundan sonra  konfrasda digər məzmunlu məruzələr dinlənilib.Pedaqoqlar Samir Tağızadə, Eldar Dərişov və Əsmər Qurbanova  müvafiq olaraq

“Heydər Əliyev müstəqil Azərbaycan dövltinin qurucusudur”, “Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir” və “18 Oktyabr  Azərbaycanın Dövlət Müstəqilliyi  Günüdür” mövzularında çıxış edib.Çıxışlarda dahi şəxsiyyətin mənalı ömür yolu və şərəfli siyasi fəaliiyəti geniş əksini tapıb.

Tədbir   kollec tələbə özfəaliyyət qrupu fəallarının çıxışı ilə  başa çatıb.Onlar tərəfindən nümayiş olunan  bədii proqram və  ədəbi kompozisiya iştirakçıların alqışları ilə müşayət olunub.

 


 
Əlavə edilmə tarixi: 17.10.2018   |   Baxılma sayı: 91

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci