ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində İnşa və rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində ayrı-ayrı struktur bölmələri tərəfindən rəngarəng tədbirlər həyata keçirilir.


Müstəqillik  bayramına həsr olunmuş maraqlı tədbirlərdən biri də “Heydər Əliyev Müstəqil  Azərbaycan Respublikasının memarıdır” adlı inşa  və rəsm  müsabiqələrinin təşkil edilməsidir. Müvafiq  olaraq kollecin ədəbiyyat və təsviri sənət müəllimlərinin təşəbbüsü və fəal iştirakı  ilə keçirilən bu müsabiqələr tələbələr tərəfindən  böyük maraqla qarşılanıb. İnşa yazıları müsabiqəsinə bütün tədris qruplarının tələbələri qoşulub. Bu müsabiqə 18 oktyabr  Dövlət  Müstəqilliyi  günü  münasibəti ilə kollecdə keçiriləcək yekun bayram tədbirinədək davam edəcək. Müsabiqədə fərqlənən və qalib adını qazanan tələbələr qeyd olunan yekun tədbirdə mükafatla təltif ediləcək.

    Eyni  mövzuya həsr olunmuş rəsm müsabiqəsində yaradıcı, istedadlı və rəssamlıq qabiliyyəti  ilə seçilən tələbələr iştirak ediblər. Bu müsabiqənin qalibləri də fəxri fərmanla  və həvəsləndirici mükafatlarla təltif olunacaq. Mövzuya həsr olunmuş ən yaxşı rəsm işləri isə Müstəqillik bayramının  qeyd olunduğu  günlərdə xüsusi hazırlanmış güşələrdə nümayiş olunur.

 


 
Əlavə edilmə tarixi: 17.10.2018   |   Baxılma sayı: 79

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci