ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Bilik Yarışı keçirilib.

Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib.


Yarışda ayrı-ayrı tədris qruplarının tələbələrindən təşkil olunmuş “Zəka”, “Uğur”, “Real”, “Düha”, “Elit” və “Fəal” komandaları iştirak edib. Bilik yarışının təşkili ilə bağlı təşkilati məsələlər tarix müəllimi Eldar Dərişov tərəfindən həyata keçirilib. Münsiflər heyyətinə isə fənn müəllimləri Şəms Məmmədova və Samir Tağızadə daxil edilib. Müsabiqədə iştirakçılara Azərbaycan tarixindən, xüsusilədə dövlətçilik tariximiz və milli müstəqillik uğrunda mübarizə tarixi mövzusunda suallar təqdim olunub. Müsabiqə 3 mərhələdən ibarət təşkil olunub. Yarışın əsasnaməsinə uyğun olaraq 1-ci mərhələdə “Düha” və “Elit” komandaları, 2-ci mərhələdə isə “Zəka” və “Real” komandaları məğlub olaraq mübarizəni tərk etdib. “Uğur” və “Fəal” komandaları isə ilk 2 mərhələnin nəticələrinə görə daha çox xal toplayaraq 3-cü mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə komandalar  gərgin  mübarizəsi ilə keçib . “Uğur” komandası əlavə sualları vaxtından əvvəl və düzgün cavablandırıb. Beləliklə MUİ-18 qrupu tələbələrindən təşkil olunmuş “Uğur” komandası 18 oktyabr Müstəqillik günü münasibəti ilə kollecdə keçirilən bilik yarışının qalibi adını qazanıb. Qalib komandanın üzvləri həvəsləndirici mükafatla və fəxri fərmanlarla təltif ediləcək.

 


 
Əlavə edilmə tarixi: 16.10.2018   |   Baxılma sayı: 97

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci