ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin bir qurup tələbələri Zaqatala-Balakən bölgəsində ekskursiyada olub.

Mingəçevir Turizm Kollecinin “Ekskursiya vəSəyahətlər ” şöbəsi ötən illərdə olduğu kimi 2018-2019-cu tədris ilində də tələbələrin iştirakı ilə silsilə ekskursiyaların təşkilinə start verib.


Bu qəbildən  ilk  ekskursiya 06.10.2018-ci ildə ölkəmizin şimal-qərb bölgəsində keçirilib. Ekskursiyada “Turizm və onun təşkili”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Bələdçilik işi” eləcə də“Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə təhsil alan  tələbələri və kollecin turizm müəllimləri iştirak edib.

     Ekskursiya zamanı  tələbələr ilk öncə Qax rayonu ərazisində yerləşən tarixi memarlıq abidələri ilə tanış olub. Daha sonra Zaqatala rayonunda yerləşən XIX əsrə aid məscidə baxış keçirilib. Tarixi abidə ilə tanışlıq tələbələrin qəlbində xoş təəssürat oyadıb.Tələbə gənclər Zaqatala rayonu ərazisində yerləşən otel, mehmanxana kompleksləri ilə də tanış olmaq fürsəti əldə edib. Səyahətin növbəti ünvanı Balakən rayonu olub. Burada gəzintiyə çıxan gənclər Balakən rayon mərkəzinin gəzməli-görməli yerləri ilə tanış olub, Bayraq meydanını ziyarət edib, rayon mərkəzində yerləşən 4 ulduzlu “Quben” oteli ilə tanış olub. Daha sonra tələbələr rayon ərazisində turizm məqsədilə yaradılmış kanatla ərazini dolaşaraq müasir turizm obyektlərini və oradakı xidmət səviyyəsini yaxından izləyib. Ekskursiya ərzində maraqlı anlar yaşanıb, tələbə gənclərə rayonun turizm potensialı və digər özəllikləri barədə ətraflı məlumatlar verilib. Eyni zamanda əraziyə daxil olan əlamətdar ünvanlarda çoxsaylı xatirə şəkilləri çəkdirilib.


 
Əlavə edilmə tarixi: 09.10.2018   |   Baxılma sayı: 62

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci