ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Professor Əyyub Əyyubov “Avropa Ali Xidmət Ordeni” ilə mükafatlandırılıb

Mingəçevir Tiurizm Kollecində keçirilən təqdimat mərasimində Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndəsi, Avropa Təbiət Elnləri Akademiyasının həqiqi üzvü,professor Elçin İskəndərzadə, pedaqoq və tələbələr, eyni zamanda digər dəvətli qonaqlar iştirak edib.


Qeyd edək ki, adı çəkilən mükafata Azərbaycandan iki nəfər layiq görülüb. Onlar- Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov və Respublika Milli Onkologiya Mərkəzinin direktoru,akademik Cəmil Əliyevdir.Hər iki  təqdimat Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatı Avropa Mükafatlandırma Komissiyasının  yekdil rəyi əsasında gerçəkləşib.

Mükafatlandırma  mərasimində çıxış edən  professor Elçin İskəndarzadə  Mingəçevir Turizm Kollecinin kollektivi,həmçinin elm və təhsil sahəsində davamlı naliyyətləri ilə diqqət mərkəzində olan kollecin direktoru professor Əyyub Əyyubov haqqında ən xoş sözlərini paylaşıb:

“Azərbaycanın müstəqillik dönəmində  təhsil sahəsində çox saylı uğurlar qazanıb. Uğurlardan biri də Mingəçevir Turizm Kollecinin təsis olunması və fəaliyyəti ilə bağlıdır.Burada iqtisadiyyatın ən vacib sahələrindən olan turizm sənayesi üçün ixtisaslı kadrlar hazırlanır.Çoxsaylı beynəlxalq əlaqələrə malik olan təhsil müəssisəsi Avropanın böyük təhsil layihələrində ən fəal iştirakçılar sırasında yer alır.Sizə bir faktı xatırladım. Bu günlərdə görkəmli ziyalıların iştirakı ilə Gəncə Kənd Təsərrüfatı Akademiyasında keçən bir toplantıya qatılmışdım.Bir gəncin çıxışını dinlədik.Hər kəsin diqqətini özünə çəkən bu gəncin Türkiyədə təhsil aldığını zənn etdim.Soruşduqda cavabı məni və digərlərini heyrətləndirdi.O Mingəçevir Turizm Kollecinin məzunu olduğunu açqladı.Əslində onun naliyyəti bu böyük və işgüzar kollektivin uğurudur. Fərdi müşahidələrimə əsasən qeyd etmək istəyirəm ki, professor  Əyyub Əyyubov kimi idarəçilik bacarığı olan ziyalı bir şəxsin kollektivə rəhbərlik etməsi kollecin imicini daha da möhkəmləndirir.O illərdir ki, elmin, təhsilin inkişafına önəmli töfhə verməkdə davam edir.Üstəlik tək Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda.Təsadüfi deyil ki, bəşəri  xarakter daşıyan xidmətləri zaman-zaman Avropanın nüfuzlu fond və təsisatları tərəfindən ən yüksək mükafatlarla qiymətləndirilir.Elə bu dəfə də Avropa mükafatlandırma komissiytası  İsveçrədə professor Əyyub Əyyubovun elmi-pedaqoji  fəaliyyəti  ilə bağlı çox önəmli qərara imza atıb. Professor Əyyub Əyyubov elm və təhsil sahəsində xidmətlərinə görə “Avropa Ali Xidmət  Ordeni” ilə mükafatlandırılıb.Cənab professoru təbrik edir və ona yeni naliyyətlər arzulayırıq.”

Bundan sonra rəsmi qonaq  ali mükafatı professor Əyyub Əyyubova təqdim edərək, layiq görüldüyü ordeni alqışların müşayəti ilə yaxasına  taxıb.Eyni zamanda özünün müəllifi olduğu 5 cildlik yeni əsərlər toplusunu  kollecə hədiyyə edib.

Verilən qiymətdən dolayı təşəkkürlərini bildirən professor Əyyub Əyyubov   fikirlərini bölüşüb. O Azərbaycanda özünün timsalında belə bir mötəbər mükafatın təqdimatını Azərbaycan elminə,təhsilinə,aliminə və pedaqoquna verilən yüksək qiymət adlandırıb: “Məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu və digər dövlət qurumları elmə,təhsilə davamlı diqqət və qayğı göstərir.Biz də bu diqqətə əməli fəaliyyətimizlə cavab verməyə özümüzü borclu sayırıq.Daim yeniliklərin tətbiqi üzərində çalışır və kadr hazırlığı prosesində qabaqcıl metodları, obyektivliyi və şəffaflığı təmin etməyə çalışırıq.Elə tabeliyində olduğumuz Azərbaycan Respublikası Dövlət Turizm Agentıliyinin təhsil müəssisəsi olaraq qarşımıza qoyduğu vəzifə və tələblər də məhz bunlardan ibarətdir.Bu günlərdə agentliyin sədri cənab Fuad Nağıyev kollecimizdə olarkən qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr  aparılıb.İnanıram ki, biz  bu istiqamətdə daha böyük naliyyətlər əldə edə biləcəyik.Pedaqoqlu tələbəli hər kəs üzərinə düşən məsuliyyəti yaxşı dərk edir.Gənc mütəxəssislərimizin nəzəri biliklərlə yanaşı, dil vərdişlərinin də gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirmək niyyətindəyik. Bir sözlə hazırladığımız gənc mütəxəssislər müasir turistlərin xidmnmət tələblərinin ödənilməsində hər tərəfli bilik və bacarıqlara maqlik olmalıdır.”

Tədbir  səmimi təbriklər  və maraqlı dialoqlarla başa çatıb.


 
Əlavə edilmə tarixi: 09.10.2018   |   Baxılma sayı: 30

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci