ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib

Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.


Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri müəllimlər günü münasibəti ilə təbrik edib:“Bütün ixtisas sahiblərini, o cümlədən döblət başçılarını və görkəmli siyasi xadimləri yetişdirən məhz müəllimlərdir.Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sağlığında bu şərəfli peşə sahiblərini daim atalıq qayğısı ilə əhatə edib.Onların əməyinə yüksək qiymət verərək ən ali dövlət mükafatlarına layiq görüb.Həmin kurs, həmin siyasət bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim  illərdir ki, əmək sərf edərək turizm sahəsi üçün ixtisaslı kadrlar yetişdirdiyimiz  doğma kollecimizin təsis olunması və bu günki uğurları da məhz cənab prezidentin elmə, təhsilə və təhsil işşilərinə göstərdiyi qayğının bir təzahürüdür.”

Daha sonra professor Əyyub Əyyubov Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin kollecə səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla paylaşıb. Aparılan müzakirələr, qarşıda duran yeni vəzifələr barədə söhbət açıb.Qeyd edib ki, təhsildə obyektivlik, şəffaflıq  və yüksək nəticə əsas fəaliyyət prinsipimizə çevrilməlidir. Azərbaycan turizminin gələcəyi  turizmin inkişafına verə biləcəyimiz töfhədən, yəni yetişdirdiyimiz kadrların səviyyə və bacarığından asılı olacaq.Bu yolda hər bir pedaqoqa yaradıcı uğurlar arzulayıb.

Ardınca digər iştirakçılar çıxış edərək bayram istəklərini və arzularını açıqlayıb.Direktor müavini Çinarə Allahverdiyeva, tələbə yaradıcılıq mərkəzinin rəhbəri Əşrəf Əsgərov və başqa pedaqoqlar çıxış edərək tədris prosesində əldə edilən naliyyətlərdən və  perspektivlərdən söz açıb.

Qeyd edək ki, bayram tədbiri bədii əyləncəli xarakter daşıyıb.Tələbə özfəaliyyət qrupu fəalları sözlü nəğməli proqram nümayiş etdirərək pedaqoqları peşə bayramları münasibəti ilə təbrik edib.

Tədbirə yekun vuran professor Əyyub Əyyubov  tələbələrin çıxışından, nümayiş etdirdiyi ifa bacarığından xeyli təsirləndiyini bildirib:

“Biz təhsil müəssisəsi olaraq təkcə ixtisaslı mütəxəssislər deyil, həm də hərtərəfli vətəndaş yetişdirməyə çalışırıq.  Hər yeni tədris ili öncəsi  istedadlı gənclərin arayıb ortaya çıxarılması üçün səylərimizi əsirgəmirik.Növbəti mərhələdə isə bu gənclər peşəkar mütəxəssislərimizin rəhbərliyi altında fəaliyyət göstərən çoxsaylı özfəaliyyət  dərnəklərinə,o cümlədən mədəni- kütləvi tədbirlərin təşkilinə cəlb olunur.Sevindirici haldır ki, yeni tədris ilindən etibarən sıralarımız yeni istedadlı gənclərlə zənginləşib.Biz bu fürsəti əzləlki dönəmlərdən də fərqli şəkildə nəticəyönümlü istəklə dəyərləndirməliyik. Davamlı olaraq müxtəlif müsabiqələr , yarışmalar keçirilərək tələbə təşəbbüslərinə dəstək  verilməlidir.Eyni zamanda Azərbaycan turizmini təbliğ edə biləcək  suvenir hazılığı  məsələsi gündəmdə dayandığı üçün istedadlı tələbələrin  ideyalarına geniş yer verməliyik.Çünki suvenir istehsalı sahələri həm də tələbə təcrübə yerləri statusuna malik olacaq.Bir sözlə bizi böyük hədəflər gözləyir.Birlikdə  böyük hədəflərə yetişəcəyimizdən əminəm.”


 
Əlavə edilmə tarixi: 04.10.2018   |   Baxılma sayı: 53

                        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci