ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Ümumdünya Turizm Günü münasibəti ilə konfrans keçirilib

Turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecinin kollektivi Ümumdünya Turizm Gününü silsilə tədbirlərlə qeyd edib. İstedadlı tələbələrin iştirakı ilə ən yaxşı inşa, rəsm və divar qəzeti nominasiyaları üzrə müsabiqələr təşkil olunub, kitab və əl işləri sərgisi keçirilib.


Tədbirlər silsiləsi “Turizmin ölkə iqtisadiyyatında əhəmiyyəti” adlı elmi nəzəri konfransla yekunlaşıb. Amma konfrans öncəsi tədbir iştirakçıları “Azərbaycan turizmi” mövzusunda təşkil olunmuş rəsm  və əl işləri sərgisinə baxış keçirib. Qeyd edək ki, sərgidə biri-birindan maraqlı və məzmunlu əl işləri nümayiş olunub. Sərgi iştirakçılarına həmçinin Azərbaycan turizminin inkişaf və perspektivlərindən bəhs edən video çarx təqdim edilib. Daha sonra iştirakçılar elmi nəzəri konfransda bir araya gələrək fəal müzakirələr aparıb.

Konfrans iştirakçılarını Ümumdünya Turizm Günü münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb:

“Bu gün turizm sənayesi dünyada ən  perspektivli sahələrdən biri hesab edilir. Müsbət haldır ki, doğma məmləkətimizdə turizm sənayesi  ilbəil inkişaf edir və  Azərbaycan turistlərin kütləvi maraq göstərdiyi bir ünvana çevrilir. Statistika bu marağı açıqca təzahür etdirir. Belə ki, ötən bir il ərzində 3 milyona yaxın əcnəbi vətəndaş Azərbaycanı turist qismində ziyarət edib. Azərbaycanın coğrafi, tarixi və mədəni  özəllikləri, qonaqpərvərliyi, daxili sabitliyi, tolerant dəyərləri, ilbəil təkmilləşdirilən müasir turizm infrastrukturları  və digər üstünlükləri  ölkəmizi dünyanın ən çox ziyarət edilən məmləkətləri siyahısında  aparıcı mövqelərə çıxarıb. Artıq ölkəmiz həm də dünya miqyaslı möhtəşəm sərgi, festival, musiqi və idman yarışlarına, qlobal əhəmiyyətli konfranslara ev sahibliyi edən qüdrətli dövlətə çevrilib. Vaxtilə ulu öndər Heydər Əliyevin əlində xəritə dünyanı dolaşaraq tanıtdımağa çalışdığı Azərbaycan  bu gün prezident cənab İlham Əliyevin uğurlu iqtisadi və ideoloji siyasəti nəticəsində beynəlxalq aləmdə adı  xüsusi maraqla tələffüz olunan bir diyara dönüb. İnanırıq ki, ölkəmizin sabahı bundan da parlaq olacaq. Azərbaycanı daha çox turist ziyarət edəcək. Həm tanınıb  seviləcəyik, həm də dövlət büdcəmizə bu önəmli sahənin inkişafından  külli miqdarda gəlir daxil olacaq. Dövlət tərəfindən aparılmış struktur islahatları da əslində  məhz bu inkişafın təmin edilməsinə hesablanıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi böyük vəzifələrin icrası  məqsədilə  təsis edilib və agentlik üzərinə düşən vəzifələri yerinə yetirmək üçün səfərbər olub. Bu  o anlama gəlir ki, Dövlət Turizm Agentliyinin   tabeliyində olan bir təhsil müəssisəsi olaraq kollektivimizdən də gözləntilər böyükdür. Çünki inkişafı adətən kadrlar təmin edir. Biz də ixtisalı kadr hazırlığı həyta keçirən müəssisə olaraq  məsuliyyətimizin fərqinə varmalıyıq. Əminəm ki,  işgüzarlığımızla biz bu sahənin inkişafına öz töfhələrimizi verəcəyik.”

Daha sonra Ümumdünya Turizm Gününə həsr olunmuş sənədli film nümayiş olunub. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib. Turizm və Otelçilik şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar  Vüqar Nağıyev, İqbal Xudiyev və Elşad Səmədov müvafiq olaraq “Turizmin yeni inkişaf istiqamətləri”, “Azərbaycanın qərb turizm bölgəsi”  və  “Yuxarı Qarabağ iqtisadi rayonun turizm-rekreasiya ehtiyatları” mövzularında çıxış edib. Çıxışlarda Azərbaycanın  turizm üçün əlverişli  coğrafi şəraiti və iqlimi, tarixi -mədəni dəyərləri, termal ehtiyatları, müasir otel, sanatoriya və kurort kompleksləri, eləcə də qeyri ənənəvi turizmin inkişafı üçün perspektivli hesab edilən sahələri barədə ətraflı məlumatlar verilib. Mövzu ətrafında iştirakçılarla birgə dialoq xarakterli maraqlı müazakirələr aparılıb.

Konfransa yekun vuran professor Əyyub Əyyubov   növbəti dəfə kadr hazırlığı məslələrinə toxunaraq  pedaqoqları işə iki qat yaradıcı münasibətlə yanaşmağa çağırıb:

“Turizmin gələcəyi kadrlarımızın hazırlıq səviyyəsindən asılı olacaq. Buna görə də  onların hərtərəfli yetişdirilməsi üçün imkanlarımızdan maksimum istifadə etməliyik. Xüsusi ilə də tələbələrin xarici dil vərdişlərinin gücləndirilməsi, tarixi, mədəni bilgilərinin zənginləşdirilməsi  və  qabaqcıl xidmət  mədəniyyətinə yiyələnməsi üçün  səylərimizi artırmalıyıq. Bu yolda hər birinizə uğurlar arzulayıram”.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfində hazırlanmış ədəbi -bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

 


 
Əlavə edilmə tarixi: 28.09.2018   |   Baxılma sayı: 69

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci