ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə “Bilik Günü” tədbiri keçirilib

Azərbaycan turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecində yeni tədris ilinin açılış mərasimi unudulmaz anlarla yadda qalıb.


İllərdir təhsildə əldə etdiyi uğurlar, nəticə yönümlü tədris- təlim metodları və günbəgün genişlənən beynəlxalq əməkdaşlıq əlaqələri sayəsində naliyyətlərinin sorağı Azərbaycandan kənarda belə dolaşan bu ünlü təhsil ocağı yeni və daha böyük hədəflər naminə çalışmaq iqtidarında olduğunu dəfələrlə nümayiş etdirib. Tədris ilinin ilk günüdə diqqət çəkən yüksək əhval ruhiyə, aparıcı mütəxəssislərin və istedadlı tələbələrin çöhrəsini bəzəyən qürur və qətiyyət hissləri  bu işgüzar kollektivin  arzu və istəklərinin  təzahürü  idi. Etiraf etmək lazımdır ki, qısa dönəmdə Mingəçevir Turizm Kollecinin əldə etdiyi uğurlar, fəaliyyət tarixi daha  böyük illərə söykənən, hətta ali təhsil müəssisələrinin əksəriyyəti üçün  ən arzuolunan hədəflərdən biri kim xarakterizə olunur. Belə bir naliyyət məhz kollektivin vəzifəsinə bəslədiyi yaradıcı münasibət və məsuliyyət sayəsində  əldə olunub. Təcrübəli və gənc pedaqoqların məhz bu cür peşəkar münasibəti sayəsində gələcəyini Mingəçevir Turizm Kolleci ilə bağlamaq niyyətində olan gənclərin və onların doğmalarının sayı ilbəil artır.  Elə bu ilki qəbul  göstəriciləri bunun bir nümunəsidir.Qəbul imtahanlarının nəticələrinə əsasən 933 gənc təhsil karyerasını Mingəçevir Turizm Kolleci ilə bağlayıb. Digər bir sevindirici hal odur ki, zamanın ehtiyaclarından və tələblərindən irəli gələrək  ilk dəfə olaraq qəbulu həyata keçirilmiş “Rekreasiya, İdman  və  sağlamlıq turizmi” və “Turizmin iqtisadiyyatı”  ixtisasları üzrə təhsil almaq istəyinə düşən xeyli gənc  seçimini məhz bu ixtisaslara görə həyata keçirib.

Zəngin maddi texniki baza,  geniş  beynəlxalq əlaqələr, tədrisdə tətbiq olunan müasir  və qabaqcıl  metodlar,  imathan  sistemində həyata keçirilən elektron imtahan yenilikləri, təhsildə şəfaflıq  və obyektivliyin təmin olunması, mədəni- kütləvi tədbirlərdə nümayiş olunan təşkilatçılıq bacarığı və digər üstünlükləri  tələbə gənclərə  bu kollecdə böyük perspektivlər vəd edir. Bu siyahıya kollektivin beynəlxalq əlaqələri sayəsində həyata keçirilməsi  an məsələsi olan yenilikləri də əlavə etmək olar. Bu da kollec məzunlarının  Azərbaycanın, Belarusun və digər Avropa ölkələrinin ali təhsil müəsissələrinin  birbaşa  yuxarı kursuna daxil olma imkanları və tələbələrin əcnəbi ölkələrdə istehsalat təcrübəsi keçmək şansları ilə bağlıdır. Ən əsası isə bu təhsil müəssisəsi gənclərin istedadlarının  üzə çıxarılması və əsl fəal vətəndaş kimi yetişdirilməsi üçün  baza rolunu oynayır. Kollec daxilində fəaliyyət göstərən özfəaliyyət qrupları və idman bölmələri gənclərə tədris boyu müsabiqə, sərgi, festival, konfrans və idman yarışlarında üstünlükərini sərgiləmək imkanı yaradır.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da məhz  kollecin qeyd olunan üstünlüklərindən danışaraq  tələbələri bu müsbət imkanlardan yararlanmağa dəvət etdi:

“Oxumaq, öyrənmək, yetişmək və gələcək karyerasını qurmaq niyyətində olanlar Mingəçevir Turizm Kollecinə üstünlük verməklə bəlkə də həyatlarının ən doğru qərarlarından birini  qəbul edib. Burada aradığınız hər şey var.Yetər ki, gənclərimiz istəkli olsun. Əlbəttə ki, bu cür imkanların yaradılması ilk növbədə dövlət başçımız, prezident cənab İlham Əliyevin elmə, təhsilə, gəncliyin  hərtərəfli yetişməsinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. Cənab prezident ulu öndər Heydər Əlievin  təməlini qoyduğu böyük layihələri bu gün uğurla davam etdirir. Azərbaycanın dövlət imici günü gündən möhkəmlənir,  digər sahələrdə olduğu kimi təhsil və turizm sahəsində dinamik inkişaf müşahidə olunur. Bu inkişafın gələcəyi isə sizin əllərinizdə olacaq. Onu siz irəlilərə aparacaqsınız. Hazırda 7 mindən çöx məzunumuz ixtisalı mütəxxəssislər olaraq  bu inkişafa töfhəsini verir. O sıraları genişləndirmək missiyası üzərinizə düşən bir məsuliyyət kimi qəbul edilməlidir.”

Əyyub Əyyubov   bundan sonra daha böyük məsuliyyətlə çalışmaq əzmində olduqlarını xatırladıb: “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradılması böyük hədəflərdən xəbər verir. Biz də həmin agentliyin tabeliyinə daxil edilmiş təhsil müəssisəsi olaraq  fəaliyyətimizi yeni tələblər səviyyəsində qurmağa çalışacağıq. Təhsildə  şəffaflıq, obyektivlik və yüksək nəticə əsas devizimizdir. İnanıram ki, bu kollektiv hələ potensialından tam olaraq yararlanmayıb və  artıq hər kəs üçün yeni uğurlu şans dönəmi başlayır.”

Daha sonra  çıxışlar və  təbriklər biri birini əvəz edib.  Turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisası üzrə yüksək balla kollecə qəbul olunmuş tələbə Günnel Əliyeva , valideyn Mehparə Mürsəlova kollecin məzunu olmuş iki  tələbənin valideyni –Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yusif Ələkbərov,  direktor müavini Çinarə Allahverdiyeva,  kollec həmkarlar təşkilatının sədri İbrahim Əyyubov, şöbə müdirləri, fənn komissiyalarının sədrləri və digər qonaqlar  arzu və istəklərini paylaşmaq fürsəti qazanıb.

Dərs ilinin başlanması münasibəti ilə təşkil onan mərasim  həm də bədii əyləncəli xarakter daşıyıb. Tədbir boyu  iştirakçılara kollec tələbə özfəaliyyət qrupu  və ayrı-ayrı ixtisas qrupu tələbələri tərəfindən  hazırlanmış bədii proqram nümayiş olunub.

Qeyd edək ki, tədbir zamanı mərasim iştirakçıları həmçinin bilik gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirib. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.


 
Əlavə edilmə tarixi: 17.09.2018   |   Baxılma sayı: 137

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci