ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb

Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.


Bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin  müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırılması  məqsədilə düzənlənib. Tədbirdə  Hindistan və İndoneziyanın  Azərbacandakı diplomatik korpusunun təmsilçiləri, alimlər, jurnalistlər, qabaqcıl təhsil işçiləri, aprel döyüşü iştirakçıları və digər rəsmi qonaqlar iştirak edib. O cümlədən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da mötəbər tədbirə dəvətlilər sırasında yer alıb.

Milli mətbuatımızın  yaranmasının 143-cü  ildönümü münasibəti ilə bayram tədbiri iştirakçılarını təbrik edən Bakı PRESS Milli İnformasiya Agentliyinin  rəhbəri  Şəfəq Ağacan ən xoş arzularını  paylaşıb. Şəfəq Ağacan Azərbaycan  milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yoldan söz açaraq mətbuatın mövcud durumundan və perspektivindən danışıb.  Daha sonra o, rəhbərlik etdiyi agentliyin təşəbbüsü ilə həyata keçirilmiş “Seçilən” nominasiyasının  nəticələrini açıqlayıb. Qeyd edib ki,  tədbir jurnalistika tarixi ilə əlaqəli olmasına baxmayaraq  agentlik müxtəlif nominasiyalar üzrə müsabiqə keçirib. Həmin nominasiyalar  fərqli  peşə sahələrində çalışan insanları əhatə edib. Ardınca çıxış edən digtər həmtəşkilatçı-“Zümrüd-M” prodakşının rəhbəri Zümrüd Güləli qızı arzu və istəklərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra   xariici dövlətlərin səfirləri, tanınmış ziyalılar , elm-təhsil işçiləri və ziyalılar çıxış edərək iştirakçılarla bayranlaşma fürsəti əldə edib. Tədbirin ilk anlarında   çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov  Mətbuat Günü münasibəti ilə ölkə jurnalistlərini təbrik edib. O şərəfli və çətin peşə sahibləri olan Azərbaycan jurnalistlərinə bundan sonar da cəsarətli, qətiyyətli və obyektiv  sənət yolu arzulayıb. Ünlü elm adamı Azərbaycanda müşahidə olunan hərtərəfli inkişafın cəmiyyətə təbliğ və təqdim olunmasında yaradıcı şəxslərin üzərinə  önəmli vəzifələr düşdüyünü xatırladıb. Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq ölkə jurnalistlərinə diqqət və qayğı göstərildiyini vurğulayıb:

“Böyük Mütəfəkkir Həsən bəy Zərdabidən başlayan milli mətbuat tariximiz sonrakı mərhələlərdə illərin və mövcud ideoloji idarəçilik sisteminin sınaqlarını uğurla dəf edib. Tədricən təkmilləşərək daha qətiyyətli və təsiredici mövqelərə sahib olub. Bununla belə hesab edirəm ki, Azərbaycanın müasir müstəqillik dönəmindən etibarən milli mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın təməlində isə bir mənalı şəkildə ulu öndər Heydər Əliyevin böyük zəhməti və xidmətləri dayanır. Sevindirici haldır ki, bu gün həmin missiya prezident cənab İlham Əliyev tərəfindən daha böyük mütəşəkilliklə davam etdirilir. Davamlı olaraq mətbuatın inkişafı üçün vəsait ayrılır, jurnalistlərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü addımlar atılır, dövlət hesabına binalar inşa olunaraq növbəlilik əsasında qələm sahiblərinə hədiyyə olunur.

Ölkə prezidentinin diqqət və qayğısı, həmçinin Mətbuat Şurasının həyata keçirdiyi tədbirlər nəticəsində milli mətbuatın tamamilə yeni zəmində formalaşdırılması uğurla həyata keçirilir”.

 Sonda professor Əyyub Əyyubov bayram tədbirinə təşkilatçılıq və dəstək nümayiş etdirən qurumların ünvanına ən xoş arzularını çatdırıb.

Bundan sonra ayrı ayrı nominasiyalar üzrə müsabiqə qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Fərəhli haldır ki,  qeyd olunan müsabiqələrdən ikisində məhz professor Əyyub Əyyubov birinci mükafata layiq görülüb. O həm “Mətbuatın Dostu “, həm də “İlin Ən Yaxşı Təhsil Adamı” nominasiyaları üzrə mükafatlarla təltif olunub.

 


 
Əlavə edilmə tarixi: 02.08.2018   |   Baxılma sayı: 153

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci