ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az

Mingəçevir Turizm Kollecində məzun günü keçirilib

Turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kolleci 2017-2018-ci tədris ilinin yekunlarına əsasən növbəti məzunları ilə vida mərasimi təşkil edib.

Kövrək və sevinc dolu çöhrələrin ağuşunda bir araya gələn böyük bir kollektiv pedaqoq, tələbə, valideyin və digər dəvətli qonaqların iştirakı ilə məzun gününü bayram edib. Tədbir iştirakçıları saatlar ərzində əl-ələ veərək uğurlardan danışıb, təbriklərini paylaşıb, şən musiqilərin və şux rəqslərin müşayəti altında şənlənərək unudulmaz anlar yaşayıb.

Qeyd edək ki, hər zaman olduğu kimi bu il də kollektiv  məzun adının şərəfinə nail olmuş çoxsayda tələbəsini karyera həyatının yeni dönəminə uğurlamaq imkanı əldə edib. Nə az, nə çox düz 533 gənc göz oxşayan xüsusi məzun  libaslarında  kollec meydanını dolaşaraq dogma təhsil ocağına  və  üzərlərində haqqı olan pedaqoqlara sevinc göz yaşları içinda əlvida deyib. 13 ixtisas üzrə 24 qrupda  əyani və qiyabi təhsil alaraq  peşəkar kadr kimi yetişmiş gənclər alqışların müşayəti ilə çətin və maraqlı təhsil illərinin yorğunluğunu çıxarıb. Həm də böyük fərəh içində. Onlar yaxşı dərk edir ki,  belə bir ünlü kollektivdə təhsil alıb elmin və sənətin sirlərinə yiyələnmək heç də hər gəncə nəsib olan qismət və xoşbəxtlik deyil. Adı və naliyyətlərinin sorağı bütün Avroasiya məkanını dolaşan Mingəçevir Turizm Kolleci ölkənin  ən çoxsaylı beynəlxalq əlaqələrə malik təhsil müəssisəi olaraq  daima diqqət mərkəzində dayanır. İştirakçısı olduğu nüfuzlu beynəlxalq təhsil layihələri, ikitərəfli əməkdaşlıq münasibətləri bu ünlü kollektivin mövcud imicini daha da möhkəmləndirir. Bu tələbələr üçün böyük anlam ifadə edir. Zəngin beynəlxalq əməkdaşlıq kollecdə zaman-zaman ən qabaqcıl  tədris-təlim metodlarının, müasir tədris texnologiyalarının tətbiqini zəruri edib ki, bu da kollecdə yetişdirilən gənc mütəxəssislərin rəqabətyönlü təhsil imkanlarından yararlanmış olduğuna işarə edir. Bundan əlavə əcnəbi həmyaşaıdları və təcrübəli mütəxəssislərlə keçirilən saysız hesabsız görüşlər, konfranslarda, seminar treninqlərdə aparılan müzakirələr, sərgilərdə paylaşılan təəssüratlar tələbə dünyasına rəng qatan amillər kimi tarixləşib hər kəsin hafizəsində. Bu günədək Böyük Britaniya, Rumıniya, Rusiya, Fransa, Almaniya, Qazaxıstan, Belarus və digər ölkələrin nüfuzlu təhsil müəssisələri ilə qurulmuş faydalı əməkdaşlıq körpüsü kollektivin uğurlarına davamlılıq dinamikası bəxş edib. Qeyd olunan əməkdaşlığın faydasının böyük olduğunu yaxşı bilən kollec rəhbərliyi və pedaqoji heyət əməkdaşlıq coğrafiyasını günbə-gün daha da genişləndirir. Hətta əksər ölkərin qabaqcıl təhsil ocaqları Mingəçevir Turizm Kolleci ilə  işgüzar əməkdaşlıq əlaqələri qurmaq üçün təşəbbüs göstərir. Məsələn ən son olaraq bu yaxınlarda  Rusiyanın Sankt-Peterburq şəhərində “Sosial partnyorluq münasibətlərinin təhsilin inkişafındakı rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda Rusiya, İtaliya və Finlandiyanın birısıra tanınmış təhsil müəssisələri Mingəçevir Turizm Kolleci ilə  dərinləşdirilmiş əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.Yeri düşmüşkəm qeyd etmək lazımdır ki, adı çəkilən konfransa Mingəçevir təhsil müəssisəsi yalnız iştirakçı kimi qatılmayıb. Həm də Sankt-Peterbur Turizm və Otel Servisi Kolleci ilə birgə həmin konfransın təşkilatçı tərəfi qismində çıxış edib. Bu isə birmənalı şəkildə kollektivə beynəlxalq təhsil ictimaiyyətinin bəslədiyi etimaddan qaynaqlanır. Doğma kollektivinə, məzunlara və onların yaxınlarına  təbrik nitqi ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da bu barədə  tədbir iştirakçılarına ətraflı söhbət açıb:

“Beynəlxalq əməkdaşlıq bizə indiyədək böyük naliyyətlər qazandırıb. Attdığımız addımlar ilk növbədə yetirmələrimizin savadlı, bacarıqlı və rəqabətə davamlı təhsil ənənələri içində yetişməsinə hesablanıb. Biz istər Azərbaycanda, istərsə də onun sərhədlərindən kənarda bir hədəf naminə çalışırıq. İstəyirik ki, tələbə və məzunlarımız tək ölkəmizdə deyil ayaq basacaqları dünyanın istənilən məmləkətində  mütəxəssis statusunda qəbul edilərək daimi əməyə cəlb edilsin. Bunun üçün nəzəri hazırlıqla yanaşı tələbələrin praktik təlimlərinin təkmilləşməsinə hər zaman xüsusi önəm veririk. Hazırda regionun ən nüfuzlu turist, sanatoriya, kurort kompleksləri ilə sıx əməkdaşlıq içindəyik. Mingəçevirin “RİVER SAİDE “, “KÜR”,”Ağsaray”, Naftalanın “Çinar”,” Qaşaltı” kimi tanınmış turizm obyektləri daim  bizimlə əməkdaşlıqda maraqlı olduğunu bəyan edir. Eyni zamanda Qəbələ Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlığımız sayəsində Qəbələnin ünlü otelləri ilə sosial partnyorluq münasibətlərinə daxil olmuşuq. Bütün bunlar məzunlarımızın hazırlığına və karyera yoluna yeni perspektivlər açır. Açığı bunlarla da kifayətlənmək niyyətində deyilik. Hazırda tələbələrimizin dünyanın ən cazibədar turizm coğrafiyalarından hesab olunan Şiri Lankada istehsalat təcrübəsi keçməsi üçün həmin ölkənin tanınmış turizm şirkəti olan “AYPENSE Travell”ə yazışmalarımızı davam etdiririk. Amma bu cəhdlərimiz əziz gənclərimiz sizin də maraq və məsuliyyətinizi artırmalıdır. Xüsusi ilə də turizm sahəsində karyera əldə etmək istəyən gənc ilk növbədə xarici dillərin öyrənilməsinə ciddi səy göstərməlidir. Çünki istər xaricdə keçiriləcək istehsalat təcrübəsinə seçim zamanı, istərsə də işə qəbul zamanı işəgötürən tərəfləri bu məsələ daha çox maraqlandırır. Digər bir məsələ daima öyrənməyə istəyinizə bağlıdır. Hər dəfə demişəm bir daha xatırladıram bu kollecdə öyrəndiklərinizlə kifayətlənməyin. Karyera həyatına başlayacağınız andan etibarən  daim yeniliklərə meyilli olub qabaqcıl ənənələri mənimsəməyə çalışın. O zaman əsl mütəxəssis imicinə malik olacaqsınız”.

Professor Əyyub Əyyubov çıxışınnda təhsil prosesində tətbiq olunan digər yeniliklərdən də bəhs edib. O imtahanların tamamilə müasir proqramlar əsasında elektronlaşdırılmasını şəffaflğı dərinləşdirdiyi etiraf edib. Eyni zamanda tələbəri əlavə çətinliklərdən qurtardığını bildirib.

Ünlü elm adamı qazanılan uğurların ilk növbədə ulu öndər Heydər Əliyevin zəngin siyasi dövlətçilik ənənələrindən qaynaqlandığını deyib:

“Ölkəmizdə elmə təhsilə bəslənilən qayğı böyük öndər Heydər Əliyevin arzularının və əməllərinin təzahürüdür. Bu yol prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aprel ayında keçirilən növbədənkənar prezident seçkilərində xalqımız İlham Əliyevin namizədliyinin timsalında Heydər Əliyev ənənələrinin arxasınca getmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçkidən həmən sonra aparılan struktur islahatları ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Bu islahtlar nəticəsində yaradılan yeni dövlət qurumlarından biri də Azərbaycan Dövlət Turizm Agentliyir. Artıq bundan sonra kollevimiz də bu agentliyin rəhbərliyi altında  fəaliyyət göstərəcək. Hesab edirəm ki,  yeni yaradılmış Agentlik turizmin inkişafında önəmli rol oynayacaq. Biz də kadr hazırlığı ilə məşğul olan təhsil müəssisəsi olaraq məsuliyyətimizi və səylərimizi artıraraq  yeni inkişaf dinamikası ilə ayaqlaşmaq niyyətində olduğumuzu ümid və inmala bizə dikilən gözlərə nümayiş etdirməliyik. Bu yolda pedaqoq, tələbə və məzunlarımıza böyük uğurlar arzulayıram”

 Daha sonra kollec rəhbərliyi tədris ili ərzində fərqlənən pedaqoq və tələbələri fəxri fərmanlarla mükafatlandırıb, təşəkkürlərini çatdırıb.

Bayram təbrikləri tədbirin sonrakı mərhələsində də davam etdirilib. Kollecin direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn komissiyalarının rəhbərləri, valideyin və məzunlar çıxış edərək ən xoş azularını ifadə edib.

Vida gecəsi zəngin bayram proqramı ilə yadda qalıb.Tələbə özfəaliyyət qrupunun fəalları rəngarəng konsert proqramı ilə çıxış edib. Eyni zamanda 24 məzun qrupunun hər biri ayrı ayrılıqda tədbir meydanında təqdimat çıxışı sərgiləyərək mahnı və rəqsləri ilə iştirakçılarıın qəlbində  xoş ovqat yaradıb.

Əlavə edilmə tarixi: 03.07.2018   |   Baxılma sayı: 246

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

Copyright © 2013, Mingəçevir Turizm Kolleci