ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "

Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.


Məhz elə buna görə də ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı müvafiq fərmanla 26 iyun tarixi ilk ordu hissəsi Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda əvəzsiz xidmətləri olub. Ümummilli lider 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarına, hərbi biliklərə dərindən yiyələnmələrinə əlverişli şərait yaradıb. Dahi şəxsiyyət 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra da bu sahəni diqqət mərkəzində saxlayıb, mövcud pərakəndə hərbi dəstələrin ləğv edilərək, nizami ordu formalaşdırılmasına nail olub. Azərbaycanda hərbi quruculuq prosesi hazırda uğurla davam etdirilir, ordumuzun inkişafına, təkmilləşməsinə mühüm önəm verilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordusu kimi tanınır. Aprel döyüşləri də Ordumuzun gücünü, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha sübuta yetirdi. Hazırda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. Bununla yanaşı, ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını uğurla mənimsəyir. İşğal altındakı ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti düşmən Ermənistanda da açıq etiraf edilir. Respublikamızda ordu quruculuğuna dair bütün tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Bu isə Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradır. Ali Baş Komandan İlham Əliyev Ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayaraq, tez-tez hərbi hissələrə gedir, müasir hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması, cəbhə bölgəsində zabitlər üçün yaşayış komplekslərinin tikintisi ilə tanış olur. Belə qayğı və diqqət, şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir, işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə ruhlandırır. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq deyib: “Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər”. Həqiqətən, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda ordurəhbər, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Ordumuzun Aprel zəfəri bu vəhdətin təsdiqi oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır. Son dövrlərin hərbi uğurları da göstərir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil. Döyüş qabiliyyəti gündəngünə gücləndirilən ordumuzda vətənpərvərlik ruhu hazırda ən yüksək səviyyədədir. Azərbaycan Ordusu xalqın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır. Bu isə göstərir ki, Azərbaycan xalqı torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq. Ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Silahlı Qüvvələrin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqla təchiz olunan istehsal sahələri yaradılıb. Demək olar ki, hazırda Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü ordunu silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməsinə şərait yaradıb. Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlarla və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verib. Ölkəmizdə hazırlanan və digər dövlətlərdən əməkdaşlıq sayəsində alınan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir. Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də son illərdə yerli istehsal hesabına hərbi birləşmələrin müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında gücünü daha da artırır. Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Bugünkü bayram da təkcə hərbçilərin deyil, ümumilikdə bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm.

                                                                                                                 

                                                                          Əyyub ƏYYUBOV,

                                                                          Mingəçevir Turizm Kollecinin                                 

                                                                          direktoru, iqtisad elmləri doktoru, professor

 


 
Əlavə edilmə tarixi: 27.06.2018   |   Baxılma sayı: 106

        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci