ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində” Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” adlı konfrans keçirilib

26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə təşkil olunan elmi nəzəri konfrans əhəmiyyətli müzakirələrlə yadda qalıb.Tədbirdə kollec kollektivi ilə yanaşı şəhər Narkoloji dispanserinin həkim mütəxəssisləri və digər ekspertlər iştirak edib.


Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov beynəlxalq “Narkotiklərlə  Mübarizə Günü”nün təsis tarixindən və bu əlamətdar təqvimin özəlliyindən danışıb. O qeyd edib ki, tələbə gənclərin zərərli vərdişlərdən uzaq düşməsi və asudə vaxtlarının

 səmərəli keçirilməsi üçün tədris ili ərzində məqsədyönlü addımlar atılır. O cümlədən narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən bəhs edən müzakirələr aparılıb:

“Etiraf etmək lazımdır ki, narkomaniya hansısa bölgənin, ölkənin, yaxud xalqın problemi deyil.Narkomaniya bütün dünyanın problemi və baş ağrısıdır.O səbəbdən də narkomaniyaya qarşı mübarizə beynəlxalq, bəşəri xarakter daşıyır.Konkret olaraq Azərbaycanda bu mübarizənin hansı sərt müstəvidə aparıldığının hər birimiz şahidiyik.Güc strukturlarımız, bu bəlaya qarşı hüquqi mübarizədə ixtisaslaşmış  rəsmi qurumlar  üzərinə düşən vəzifələri  ən yüksək səviyyədə icra etməklə ölkəmizin hüdudlarından   narkotik vasitələrin daşınması üçün tranzit kimi istifadə edilməsinin qarşını önləyir.Narkotik alveri ilə məşğul olub,  bu zərərli vərdişi təşviq edənlərə qanunvericiliyə uyğun olaraq məqsədyönlü mübarizə aparır. Amma  razılaşın ki, belə bir bəlaya qarşı mübarizə təkcə rəsmi qurumların işi olmamalıdır.Mübarizənin effektliyi ümumxalq mübarizəsindən keçir.Çünki narkotika aludəçiləri və alverçiləri hər zaman ilk növbədə yetişməkdə olan gənclər arasından yeni  potensial qurbanlar seçir.Xüsusi ilə  istəklərini daha çox  təhsil müəssisələrindən olan gənclər arasında gerçəkləşdirməyə çalışırlar.Az qala bunun üçün geinş araşdırma aparırlar. Demək ki, pedaqoq və tələbələrin üzərinə böyük məsuliyyət düşür.Ən xırda şübhəli hal barədə məlumatlar əldə edilərkən dərhal  proflaktik  qabaqlayıcı addımlar atılmalıdır.  Mənlik deyil düşüncəsindən  birdəfəlik uzaqlaşmaq  lazımdır.Əks halda bu bəla hər birimizin qapısını döyə bilər, ən yaxınlarımızı əlimizdən alar”.

Bundan sonra narkomaniyaya qarşı mübarizədən bəhs edən video çarxa baxış keçirilib. Ardınca çıxış edən Narkoloji dispanserin həkimi  Zeynəb Balkişiyeva “Narkomonaiya və onun fəsadları” adlı məruzəsi ilə iştirakçılara problemə dair ətraflı məlumatlar verib.O narkotik vasitələr, onların istifadə yolları, orqanizmdə yaratdığı fəsadlar, müalicə üsulları və digər məsələlər barədə  söhbət açıb.

Konfrans digər məruzəçilərin çıxışları ilə davam etdirilib.Bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Gülnaz Burmənd, Fəxrəntac Alıyeva və Şəms Məmmədova müvafiq olaraq “Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir”,“Ağ ölümün geniş yayılması və ona qarşı mübarizə tədbirləri”, “Psixi asılılıq və onun profilaktikası”və “Narkomaniya bəşəri bəladır” adlı məzmunlu və aktual məruzələrlə çıxış edib.Bütün çıxışlarda eyni  məqsəd ətrafında cəmiyyətin fəallaşmasının zəruri olduğu barədə qətiyyətli fikirlər yer alıb.

Konfransa yekun vuran professor Əyyub Əyyubov  kollec gənclər təşkilatı fəallarını, bütün  tələbələri narkomaniyaya qarşı mübarizədə bir qədər də fəal olmağa dəvət edib:

“Elə hallar yarana bilər ki, bir yerdə təhsil aldığınız, rastlaşdığınız, daim ünsiyyətdə olduğunuz dostlarınız , tanışlarınız arasında şübhəli məqamlar diqqətinizi cəlb edə bilər.Sevdiklərinizi, gələcəyinizi və ümümən yaşadığınız cəmiyyətin sabahını  düşünüb daha sağlam və təminatlı görmək istəyirsinizsə bir an da olsa tərəddüd etməyin.Sabah hər şey gec ola bilər.Gəlin elə bu gündən hamılıqla narkomaniyaya yox deyək.”

  Qeyd edək ki, konfrans iştirakçılarına “Narkomaniyaya yox deyək!” devzi  altında nəşr olunmuş müxtəlif bukletlər və digər təşviqat vasitələri paylanıb.

Ümumən konfrans maraqlı müzakirələr və fəal dialoq şəraitində davam edib.

 

 


 
Əlavə edilmə tarixi: 24.06.2018   |   Baxılma sayı: 110

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib.

Marxal - müalicə-istirahət kompleksi üçün aşağıda qeyd olunan vəzifələr üzrə vakansiya.

Unudulmaz gün

Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu

Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib
Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci