ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.


. Gənclər adları çəkilən yubiley tədbirlərində özlərinin ən üstün vətənpərvər keyfiyyətlərini sərgiləməyə çalışıb.

100 illik Cumhuriyyət tarixinə verilən ən dəyərli töfhələrdən biri də tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi olub. Sərgidə istedadlı gənclərin biri-birindən maraqlı əl işləri sərgilənib. Eyni zamanda sərgi zalında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edən sənədli film nümayiş olunub. Sərgini ziyarət edən kollec rəhbərliyi, pedaqoqlar, tələbələr, valideyinlər  və təhsil müəssisəsinin digər qonaqları yaradıcı nümunələrdən xoş təəssüratlar alıb. Bundan sonra bayram tədbiri iştirakçıları “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı elmi nəzəri konfransda bir araya gəlib.

Konfrans iştirakçılarını 28 May Respublika Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş  tədbirə dövlət himnimizin caqnlı ifası ən gözəl hədiyyə olar deyən professor Əyyub Əyyubov himnimizin canlı ifa olunmasını təklif etdi. Daha sonra çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının azadlıq mübarizəsi və dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin şərəfli səlnaməsindən ətraflı söz açıb:

“Azadlıq kmisəyə hədiyyə olaraq verilmir. Xalqın iradəsi, qəhrəmanlığı və cəsur övladların şəhidliyi bahasına qazanılır. Bu mənada xoşbəxt xalqıq ki, ötən əsrin əvvələrində olduğu kimi bu gün də azad, müstəqil dövlətimiz var. Çünki bu xoşbəxtlik heç də bütün millətlərə nəsib olan qismət deyil. Cumhuriyyətin qurucularından olan böyük siyasi xadim Məmməd Əmin Rəsulzadə demişkən “Bir kərə yüksələn bayraq bir daha enməz”. Əgər müstəqil dövlətçiliyin müasir dönəmini cumhuriyyət dövrü ilə müqayisə etsək hadisələrin biri birini tamamladığının şahidi olarıq.  Bu mənada ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir” fikri Azərbaycan xalqının ruhunun səsidir.

Dəyərli elm adamı cumhuriyyət  dövrünün təkcə xalqımızın deyil, bütün şərqin  gələcək taleyində böyük rol oynadığını bildirib. Şərqdə il demokratik dövlətin məhz Azərbaycanda yarandığını  qürurla ifadə edib. Milli hökumətin həmin illərdə dövlət quruculuğu ilə yanaşı, erməni-daşnak təcavüzü ilə gərgin mübarizə apardığını, Osmanl Türkiyəsindən olan qan qardaşlarımızın bizləri bu mübarizədə yalnız buraxmadığını xatırladıb. Professor Əyyub Əyyubov  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı prezident cənab İlham Əliyev tərəfindən verilən Sərəncamı  dövlətçilik tariximizə bəslənilən böyük vətənpərvərlik nümunəsi olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra  dövlətçilik mübarizəsinə və cumhuriyyət dönəminə həsr olunmuş video çarx nümayiş olunub. Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Pedaqoqlar Əziz Əsgərov, Ülviyyə Məmmədova  və tələbə Samirə Musayeva müvafiq olaraq “Azərbaycanın istiqlal günü”, “28 May Respublika Günüdür” və “Azərbaycanın milli bayramı- 28 May Respublika Günü “ mövzularında geniş və  məzmunlu çıxış edib.

Sonra yubiley münasibəti ilə keçirilmiş müsabiqə və yarışma qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Ən yaxşılar fəxri diplomlarla mükafatlandırılıb.

Konfrans daha sonra ədəbi bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu  musiqili  vətənpərvər proqram nümayiş etdirib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov bir daha  konfrans iştirakçılarını   milli bayram münasibəti ilə təbrik edərək dövlətimizin bu günü və sabahı naminə hər kəsi  daha da fədakar olmağa səsləyib.

 


 
Əlavə edilmə tarixi: 29.05.2018   |   Baxılma sayı: 167

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci