ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub

Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.


. Azərbaycanın ən səfalı  rayonlarından biri olan İsmayıllıya səfərdə 18 nəfər iştirak edib. 3 pedaqoqun müşayəti ilə baş tutan İsmayıllı gəzintisinə  kollecin “Turizm və onun təşkili”, “Bələdçilik işi”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələri qatılıb. İsmayıllı rayonuna təşkil olunan səyahətdə ekskursantların ilk dayanacağı məşhur Lahıc qəsəbəsi olub. Burada Lahıcın tarixi abidələri  XIX əsrə aid yaşayış və ictimai binaları həmçinin sənətkarlıq mərkəzləri ilə tanışlıq hər kəs üçün  yaddaqalan olub. Lahıcın ardınca tarixi asma körpü üzərində aparılan gəzinti ekskursiya iştirakçılarında xoş təəssüratlar yaradıb. Daha sonra ekskursantlar “Göl” istirahət mərkəzinə gələrək  nahar edib. Rayonun bu gözəl səfalı guşəsində mənalı istirahət təşkil olunub. Ekskursiya ərzində çoxlu xatirə şəkilləri çəkilib. Azərbaycanın ən maraqlı bölgələrindən biri olan İsmayıllıya səyahət xoş anlarla yadda qalıb.

 


 
Əlavə edilmə tarixi: 23.05.2018   |   Baxılma sayı: 80

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci