ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib

Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.


 “Allaha  doğru : Şeytanın zəlil olduğu gün” kitabı ilə oxucularına növbəti yaradıcı hədiyyəsini ərmağan edən müəllif-Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  təqdimat öncəsi dəvətli qonaqlarla səmimi söhbət apararaq onlara kitab və yeni kitabın təqdimat mərasimi ilə bağlı ətraflı məlumat verib. Ardınca tədbir iştirakçıları müəllifin  indiyədək işıq üzü görmüş 40-a yaxın kitabının, həmçinin çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli təltiflərinin yer aldığı sərgiyə baxış keçirib. Bundan sonra iştirakçılar təqdimat mərasimində, müzakirə masası arxasında bir araya gəlib.
“Allaha  doğru:  Şeytanın zəlil olduğu gün” kitabı və onun  müəllifi olan dəyərli elm adamı  professor Əyyub Əyyubov haqqında mərasim iştirakçılarına əhatəli məlumat verən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə ən xoş istəklərini paylaşıb. İsmayılmanzadə Əyyub Əyyubovu uzaq keçmişdən hər kəsə məlum olan səyyah tarixçilərlə müqayisə edərək bu gün gördüyü işlərin uzun müddətdə bəşəri dəyərlərə xidmət edəcəyini vurğulayb. O müəllifin bundan öncəki  elmi axtarışları və yaradıcı təfəkkürünün məhsulu olan kitablar barədə danışaraq “Müqəddəs Məşhəd yollarnda” və”Məşhəddən Kərbəlaya” kitablarnın  davamı olaraq qələmə alnan “Allaha  doğru: Şeytanın zəlil olduğu gün” əsərini  müəllifin yeni yardıcılıq zirvəsi kimi dəyərləndirib. Kitabda tarixi, dini məlumatların, mədəni dəyərlərə, turizm ənənələrinə dair diqqət çəkən qiymətli materialların yer aldığını bildirib. Bu səbəbdən də İsmayıl imanzadə nəfis şəkildə işıq üzü görmüş kitabı dəyərli elmi mənbə, dərslik və ziyarət turizmi həvəskarları üçün stolüstü  kitab adlandırıb. Eyni zamanda kitabın ərsəyə gəlməsində əməyi olan bütün şəxsləri təbrik edərək, yeni uğurlar arzulayıb.
Bundan sonra “Azərbaycan işıqları” qəzetinin aparıcı mütəxəssisi və kitabın redaktoru Yusif Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sahib Əliyev, İqtisad elmləri namizədi,dosent İbrahim Əyyubov, “Mingəçevir” qəzetinin  baş redaktoru Mirsədi Daşdəmirov, kollec direktorunun müavinləri - Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, Aynurə Abbasova   və kollecin  Bədii Yaradıcılıq Mərkəzinin məsləhətçisi  Əşrəf Əsgərov   geniş məruzələrlə çıxış edib.
“Allaha  doğru : Şeytanın zəlil olduğu gün” kitabı haqqında elmi mülahizələr”, “Təqdim olunan kitab haqqında”, “Professor Əyyub Əyyubov müqədddəs ocağın nurlu təmsilçisidir”, “Allaha  doğru : Şeytanın zəlil olduğu gün” kitabı turizmin inkişafı ilə bağlı layiqli bir tədris vəsaitidir”, “Müqəddəs bir ocaqdan şölələnən dəyərli bir kitab haqqında fikrim”  və digər mövzularda səslənən çıxışlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Çıxışlarda müəllifin müqqəddəs torpaqlara Həcc ziyarəti zamanı aldığı zəngin təəssüratlar, islam hümmətinin dillinin əzbəri olan tarixi simaların şərəfli ömür yolu, ayaq basdığı və uyuduğu nurlu məkanlar, müqəddəslərin ibratəmiz davranışları, Asiya qitəsində yerləşən  Sədui Ərəbistan haqqnda tarixi, coğrafi, statistik məlumatların   və digər məsələlər barədə zəngin, məzmunlu və çox dəyərli informasiyalarn  yer aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki,  kitab həm dərs vəsaiti, həm turizm bələdçisi, həm də arzu edənlər üçün sənədli elmi əsər kimi istifadə oluna bilər.
Təbrik və çıxışlar bunlarla da bitməyib. Filologia elmlər namizədi Namaz Manafov, müəllifin ziyarət yoldaşı və dostu Hacı Calal, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, şəhər veteranları və digər dəvətli qonaqlar arzu və düşüncələrini paylaşaraq xoş xatirələrini danşıb.
Daha sonra kollecin tələbə özfəaliyyət qrupu fəalları maraqlı musiqili bədii kompozisiya ilə çıxış edib.
Təqdimat mərasiminə yekun vuran  müəllif-professor Əyyub Əyyubov  tədbirdə fəal iştiraka, özü və kitabı haqqında söylənən ən xoş ifadələrə görə hər kəsə səmimi təşəkkürlərini çatdırıb. Belə bir ziyalı-oxucu münasibətinin  ona yeni yaradıcılıq ilhamı və enrjisi verdiyini  deyib. Eyni zamanda Əyyub Əyyubov  həcc ziyarəti zamanıqarşılaşdığı maraqlı anlar, belə bir kitabın yazılması səbəbi, kitaba daxil edilmiş rəsmi mənbələr, kitabın ad tarixçəsi və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
 

 
Əlavə edilmə tarixi: 15.05.2018   |   Baxılma sayı: 270

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm KollecindəAzərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş filmə baxış keçirilib
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 15.10.2018-ci il tarixdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci