ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində istehlakçı hüquqları mövzusunda seminar treninq keçirib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin təşəbbüsü ilə baş tutan tədbir kollecin pedaqoq vətələbələrinin yüksək fəallığı şəraitində davam edib.


Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  müzakirə olunacaq mövzunun aktuallığı barədə məlumat verib: “Hüquqların dərindən öyrənilməsi insanların  hüquqi müdafiəsini daha da gücləndirən amildir. Xüsusi ilə də istehlakçı hüquqları gündəlik olaraq hər kəsin rastlaşdığı məsələlərlə bağlı olduğu üçün istehlakçı hüquqları barədə marifləndirmə tədbirləri xüsusi önəm daşıyır”.
Daha sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin  rəis müavini  Araz Əliyev  “İstehlakçıların Hüquqları və onların qorunması sahəsində görülən işlər” adlı geniş və məzmunlu məruzə ilə çıxış edib. O qeyd edib ki, vətəndaşların keyfiyyətli istehlak məhsulları ilə təmin edilməsi dövlətin başlıca tələblərindən və qarşıya qoyulmuş vəzifələrdən biridir. Gündəlik olaraq insanlar  bu və ya digər şəkildə  çıxılmaz durumlara düşə bilər. Bu səbəbdən də istehlakçılar  ilk növbədə istehlakçı hüquqlarını  dərindən mənimsəməlidir. İstehsalçı, məhsulun istifadə  müddəti, keyfiyyət və zəmanət göstəriciləri,  eləcə də digər zəruri tələblərin sual doğurduğu hallarda necə davranmalı, hansı hüquqi ünvanlara üz tutmalı olduğlarını  vətəndaşlar məhz bu hüquqlar vasitəsilə müəyyən edə bilər.
Daha sonra Araz Əliyev geni dəyişdirilmiş məhsullar, qeyri ənənəvi üsullarla yetişdirilmiş heyvan və bitki növlərindən hazırlanmış məhsullar, bu məhsulların orqanizmdə yaratdığı fəsadlar haqqında ətraflı söhbət açıb.
Ardınca çıxış edən  sektor müdiri  Yusif Hüseynov  “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda əhatəli çıxış edib. Bu sahədə zəruri  hesab edilən məsələlərdən danışaraq, konkret örnəklər üzərində  tövsiyələrini  çatdırıb.
Seminar ərzində həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti tərəfindən  istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyət barədə geniş məlumatlar verilib. Qeyd olunub ki, indiyədək   ümumən 20-dən artıq konfrans və seminar treninqlər keçirilib. 18 adda  bukletlər və 6 müxtəlif məzmunlu kitab nəşr olunaraq  bölgələrdə istehlakçılara paylanılıb.Təkcə nəşr olunmuş büklet sayı 5 min nüsxədən artıqdır. Daha sonra seminar iştirakçılarına müxtəlif adlı buklet və digər nəzəri materiallar təqdim olunub.
Qeyd etmək lazımdır ki, seminar treninq maraqlı dialoq və fəal müzakirələr şəraitində davam edib. Rəsmi qonaqlar iştirakçıların müxtəlif xarakterli suallarını cavablandırıb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov bu tip önəmli müzakirələrin bundan sonra da davamlı xarakter daşıyacağına əmin olduğunu vurğulayıb. Eyni zamanda belə bir əhəmiyyətli maarifləndirmə tədbirinin Mingəçevir Turizm Kollecində keçirilməsinə təşəbbüs göstərdiyi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarına və rəhbərliyinə dərin təşəkkürlərini çatdırıb.

 
Əlavə edilmə tarixi: 12.05.2018   |   Baxılma sayı: 152

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci