ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Çingiz müəllimin əziz xatirəsinə

Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.


Şəhərimizin müxtəlif ümumtəhsil məktəblərində rəhbər vəzifələrdə işləmiş Çingiz Nəbiyev 1955-ci ildə anadan olmuşdur. 1972-1977-ci ildə ADPİ-nin tarix fakultəsində təhsil alaraq tarix müəllimi ixtisasına yiyələnmişdir. Çingiz müəllim əmək fəaliyyətinə 1977-ci ildə Mingəçevir şəhər 1 saylı orta məktəbində başlamışdır. 1985-1988-ci illərdə 10 saylı şəhər orta məktəbində, 2004-2005-ci illərdə isə 13 saylı orta məktəbdə direktor müavini vəzifəsini tutmuşdur. 2005-2008-ci illərdə 6 saylı şəhər orta məktəbinin direktoru olmuşdur. 2009-cu ildə Mingəçevir Turizm Kollecində 0,5 ştat üzrə işə qəbul olunmuş, 2010-cu ildən tam ştat müəllim kimi fəaliyyətini davam etdirmişdir.

Çalışdığı müddətdə intizamlılığı, zəhmətsevərliyi və işinə peşəkarlıqla yanaşması ilə seçilən Çingiz müəllim kollektiv üzvlərinin dərin hörmətini qazanmışdır. İxtisasını yaxşı bilir, Vətən tarixinin aktual məsələlərinə həssaslıqla yanaşırdı. Müxtəlif ictimai tədbirlərdə, xüsusilə də, tarixi günlərə və dövlət bayramlarına həsr olunmuş toplantılarda fəal iştirakı ilə yadda qalmışdır. Elmi-nəzəri konfranslarda onun çıxışlarını hamı maraqla dinləyirdi. Öz bilik və təcrübəsini daim gənclərlə bölüşür, gənc müəllimlərin kollektivə və pedaqoji həyata tez alışması üçün qayğı və köməyini əsirgəmirdi. Ciddi, tələbkar müəllim, savadlı tarixçi, ən əsası, gözəl insan və ailə başçısı kimi tanıdığımız Çingiz müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


 
Əlavə edilmə tarixi: 12.05.2018   |   Baxılma sayı: 214

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm KollecindəAzərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş filmə baxış keçirilib
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 15.10.2018-ci il tarixdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci