ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Əbədiyaşar lider” adlı konfrans keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-illik yubileyi Mingəçevir Turizm Kollecində biri-birindən məzmunlu silsilə tədbirlərlə qeyd edilib. Dəyrimi masa ətrafı müzakirələr aparılıb, kitab sərgisi, idman turniri, ən yaxşı inşa, rəsm və divar qəzetləri müsabiqələri keçirilib.


Pedaqoq və tələbələrin vətənpərvər duyğularının təzahürü olan ən layiqli nümunələr ortaya qoyulub.
Ümummilli liderin xatirəsinə həsr olunmuş unudulmaz tədbirlərdən biri də tələbələrin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinin açılışı olub. Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin   ömür yolu və siyasi xidmətlərini əks etdirən çox sayda dəyərli sənət əsərləri nümayiş olunub. Eyni zamanda sərgi iştirakçıları ulu öndərin həyatından bəhs edən videoçarxa baxış keçirib. Bundan sonra tədbir iştirakçıları “Əbədiyaşar lider” adlı elmi nəzəri konfransda bir araya gəlib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Ardınca cıxışını davam etdirən professor Əyyub Əyyubov ümummilli lider Heydər Əliyevin  müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində ortaya qoymuş olduğu misilsiz fədakarlıqdan danışıb:
“Ulu öndər haqqında danışmaq həm asan, həm də çətindir.Tarixdə az sayda dövlət xadimi tapmaq olar ki, doğma xalqı və vətəni naminə  bu qədər saysız hesabsız çətinliklərə və süni sədlərə sinə gərmiş olsun. Siyasi hakimiyyətinin hər iki dönəmində Heydər Əliyevin uzaqgörənliklə atdığı bütün addımlar azad Azərbaycanın gələcəyinə hesablanmışdı. Müstəqilliyin ilk illərində siyasi, iqtisadi və hərbi böhranın mövcud olduğu çətin bir dönəmdə o dahi şəxsiyyət böyük xilaskarlıq missiyasını yerinə yetirdi. Əsl dövlət quruculuğu, vətənpərvərlik məktəbi yaratdı. Bu irs haqqında danışmaq, olub bitənləri sadalamaq  mümkünsüzdür. Ona görə də dahi şəxsiyyətin  xidmətləri haqqında danışmaq çox asandır. Amma çətindir o səbəbdən ki, belə bir görkəmli şəxsiyyət haqqında ifadələrin ən layiqlisini söyləyib auditoriyaya üz tutmaq  məsuliyyətli bir işdir.
Dahi lider Heydər Əliyevin ən uğurlu xidmətlərindən biri də özündən sonra xalqı və dövləti yeni zirvələrə daşıya biləcək bir lideri Azərbaycana əmənət etməsi olmuşdur. Bu gün prezident cənab İlham Əliyevin  möhtəşəm siyasəti sayəsində Azərbaycan dünyanın ən qabaqcıl və demokratik məmləkətlərindən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, bu yaxınlarda başa çatmış növbədənkənar prezident seçkilərində xalq öz liderinə böyük dəstək nümayiş etdirərək, onu dəstəklədiyini bir daha bəyan etdi”
Daha sonra ulu öndər Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film nümayiş olunub. Ardınca konfransın digər iştirakçıları dinlənilib. İqtisaqd elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoq  Elşad Səmədov, tələbələr Sevinc Ağayeva və Əsmər Qurbanova müvafiq olaraq “Dünya şöhrətli siyasi xadim”,“Azərbaycanın özü qədər əbədiyaşar”, “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” və “Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” mövzularında məruzələrlə çıxış edib. Çıxışların ardınca mövzu ətrafında müzakirələr aparılıb
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi  münasibəti ilə keçirilmiş nominasiya qaliblərinin mükafatlandırılması prosesi də konfransın unudulmaz məqamlarından biri olaraq yadda qalıb.
Konfrans ənənəyə uyğun olaraq ədəbi bədii kompozisiyanın nümayişi ilə davam edib.Tələbə özfəaliyyət qrupu əbədiyaşar lideri vətənpərvər musiqilərin müşayəti ilə  poetik dildə tərənnüm edib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov pedaqoq və tələbələri Heydər Əliyev ənənələrinin qorunması və inkişaf etdirilməsi üçün fəallığa dəvət edib:
“Bizlər müstəqil dövlətimizin ulu öndərin təbirincə desək əbədi və qüdrətli olması üçün daha böyük məsuliyyət və səy göstərməliyik. Bu yolda Heydər Əliyev məktəbi və bu məktəbin zəngin irsi ən dəyərli mənbəyimiz olmalıdır.”
 

 
Əlavə edilmə tarixi: 10.05.2018   |   Baxılma sayı: 193

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci