ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib

Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.


Ona görə də pedaqoji heyət kadr hazırlığı prosesində xarici dillərin tədrisinə, xarici dil günlərinin təşkilinə və digər oxşar vacib tədbirlərin keçirilməsinə böyük diqqət ayırır. Bu silsilədən  kollecdə növbəti dil günü tədbiri keçirilib. İngilis dili günü adı altında təşkil olunan tədbirdə  xarici dil fənn komissiyasının aparıcı mütəxəssisləri, əcnəbi dillərin mənimsənilməsində naliyyətləri ilə diqqət çəkən istedadlı tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  dil günlərinin kollecdə ənənəvi xarakter daşıdığını bildirib. O, bundan öncə kollecdə   rus dili günü kimi qeyd olunan tədbiri xatırladaraq - bizim kollecə və kollektivə də yaraşan budur ki, biz konkret ixtisas hazırlığı ilə yanaşı xarici dillərin öyrənilməsinə və təbliğinə xüsusi diqqət nümayiş etdiririk:
" Kollecimiz geniş beynəlxalq əlaqələrə malik  tanınmış təhsil müəssisəsidir. Beynəlxalq təhsil proqramları və qarşılıqlı işgüzar əlaqələr çərçivəsində  çoxsaylı səfərlərdə, konfrans və seminarlarda davamlı olaraq iştirak edirik. Qürurverici haldır ki, bu əlaqələrin uğulu gedişatı  zamanı pedaqoqlarla yanaşı, həm də istedadlı tələbələrimizin yüksək fəallığı diqqət çəkir. İrəlidə bizi yeni perspektivlər gözləyir. O cümlədən tələbələrimizin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. Bunun üçün isə ilk növbədə xarici dil vərdişləri təkmilləşdirilməlidir. Digər tərəfdən turizm sənayesində çalışacaq mütəxəssisin  xarici dillərdən ən azı birini bilməsi zəruri şərtdir. Biz rəhbərlik və pedaqoji heyət olaraq hədəflərə yetişmək üçün bütün imkanlarımızdan bundan sonra da maksimum istifadə edəcəyik. Tələbələr də öz növbəsində üzərinə düşən vəzifələrə iki qat məsuliyyət nümayiş etdirməlidir. Əbəs yerə söyləməyiblər ki, bir neçə  dil bilən şəxs eyni zamanda həmin  sayda insan anlamına gəlir".
Bundan sonra xarici dillərin önəmindən bəhs edən video çarxa baxış keçirilib. Ardınca biri-birindən məzmunlu çıxışlar səslənib.
Beynəlxalq əlaqələr üzrə tərcüməçi Gülşən Nəsirova, ingilis dili müəllimləri Fəxriyyə Məbudova və Xəyalə Həşimova  müvafiq olaraq "Mingəçevir Turizm Kollecinin uğurları və beynəlxalq əlaqələri", "Turizm sektorunda ingilis dilinin əhəmiyyəti" və "İngilis dilinin tədrisdə rolu" mövzularında çıxış edib. Çıxışlardan sonra müvafiq xarici dildə maraqlı müzakirə və diskusiyalar aparılıb. İngilis dilində səslənən məruzələr və aparılan müzakirələr bir daha kollecin mövcud potensialını ortaya qoyub.
Tədbir  istedadlı tələbələr tərəfindən ingilis dilində  hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb. Qeyd etmək lazımdır ki, kompozisiyanın təqdim olunan proqramı maraqlı elementləri ilə iştirakçılarda rəğbət oyadıb. Xüsusilə də kompozisiyanın Azərbaycan Respublikasının Dövlət Himninin ingilis və azərbaycan dillərində canlı ifa ilə başlanması alqışlarla müşayət olunub. Müxtəlif səhnəcik, poetik nümunə və musiqi parçaları da tələbələrin ifasında yüksək ustalıqla ifa olunub.
 

 
Əlavə edilmə tarixi: 28.04.2018   |   Baxılma sayı: 160

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib.

Marxal - müalicə-istirahət kompleksi üçün aşağıda qeyd olunan vəzifələr üzrə vakansiya.

Unudulmaz gün

Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu

Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib
Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci