Mingəçevir Turizm kollecində Milli Dirçəliş Günü qeyd olunub
Son həftələr ərzində mili tarixi təqvimlərə həsr olunmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən Mingəçevir Turizm Kollecinin kollektivi Milli Dirçəliş Gününü də oxşar bayram coşqusu ilə qeyd edib.
Son həftələr ərzində mili tarixi təqvimlərə həsr olunmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən Mingəçevir Turizm Kollecinin kollektivi Milli Dirçəliş Gününü də oxşar bayram coşqusu ilə qeyd edib. Bayram günü ərəfəsində rəsm, inşa müsabiqəsi və dəyrimi masa ətrafı müzakirələrdə bir araya gələn pedaqoq və tələbələr vətənpərvər duyğularını və istedadını nümayiş etdirib. Nəhayət tədbirlər silsiləsi “Müstəqilliyimiz ən böyük sərvətimizdir” adlı elmi- nəzəri konfransla başa çatıb. Amma konfrans öncəsi bayram tədbiri iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgini ziyarət edib. Sərgidə nümayiş olunan və müxtəlif janrları əhatə edən məzmunlu əsərlər ziyarətçilərin qəlbində zəngin təəssürat oyadıb. Bundan sonra konfransda maraqlı müzakirələr başlayıb.Konfransda çıxış edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov iştirkçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Ardınca Əyyub Əyyubov bu əlamətdar təqvimi şərtləndirən siyasi səbəblər barədə ətraflı söhbət açaraq milli azadlıq eşqi ilə küçələrə axışan xalqın mübarizəsini qəhrəmanlıq səlnaməsi adlandırıb:“Bir tərəfdə torpaqlarına göz dikən düşmən, digər tərəfdə keçmiş ittifaq dövlətinin güclü siyasi hərb maşını. Belə bir işğala, təqibə və hədələrə qarşı yumruq kimi birləşən Azərbaycan xalqının iradəsi dünyanı lərzəyə gətirdi. Meydanlara axın edən insanlar və orada səsləndirilən şüarlar əslində bir məqsədə xidmət edirdi. Bu xalqın istiqlaliyyət savaşının başlanğıcı idi.Təsadüfi deyil ki, insanları əhatə edən zirehli hərbi maşınlar və əli silahlı əsgərlərin meydanı qorxu ilə boşaltmaq istəyi nəticəsiz qalmışdı. Çünki sözün əsl mənasında ölümü göz önünə alaraq haqqını və azadlığını tələb dən qüdrətli bir xalq dayanmışdı onların önündə. Əslində tarixə Milli Dirçəliş Günü kimi düşən həmin unudulmaz anlar sovetlər ittifaqının süqutunun başlanğıcı oldu. Sonralar mübarizə yeni görkəm aldı. 20 yanvar faciəsini yaşadıq, şəhidlər verdik, nəhayət son nəticədə Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. 1993-cü ildən etibarən isə xaotik xarakter daşıyan dövlətçilik institutlarında güclü nizam quruldu. Çünki artıq xalqın önündə ümummilli lider Heydər Əliyev dayanırdı. Onun zəkası, iradəsi və dövlətçilik təcrübəsi Azərbaycanın xaosdan yeni inkişaf mərhələsinə keçid etməsinə təkan verdi. Sonra bu siyasətin və dövlətin sükanı prezident cənab İlham Əliyevə etibar edildi. Məhz onun mükəmməl idarəçiliyi sayəsində Azərbaycan tədricən dünyanın ən qabaqcıl məmləkətlərindən birinə çevrildi. Artıq Azərbaycanın nüfuzu, gücü və perspektivləri hər kəsi dövlətimizlə dostluq və əməkdaşlıq etməyə sövq edir. Bu qürurvericidir.”Çıxışını başa vuran ünlü elm adamı Azərbaycan tarixində xüsusi yeri olan Milli Dirçəliş Günü şərəfinə Dövlət Himnini canlı ifa etməyi təklif edib.Daha sonra Milli Dirçəliş Gününə həsr olunmuş videçarxa baxış keçirilib. Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Pedaqoqlar İradə Cəfərova, İlqar Məhərrəmov və tələbə Nərgiz Abbasova müvafiq olaraq “Azərbaycan milli azadlıq hərəkatı”, “17 noyabr –Milli Dirçəliş Günü xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir” və “17 noyabr bizim milli oyanışımızın ilk təzahürüdür” mövzularında məzmunlu çıxış edib. Çıxışlarda milli azadlıq hərəkatı, onu doğuran səbəblər və hərəkatın məntiqi yekunları barədə ətraflı söhbət açılıb.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Əlavə edilmə tarixi: 16.11.2018 | Baxılma sayı: 65
Mingəçevir Turizm Kollecində 12 noyabr Konstitusiya Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə elmi-nəzəri konfrans keçirilib
Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib.
Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib. İnşa və rəsm müsabiqələri təşkil olunub, fənn komissiyalarında və dəyrimi masa ətrafında pedaoq və tələbələrin iştirakı ilə fəal müzakirələr aparılıb. Təbirlərlər silsiləsi “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı elmi- nəzəri konfransla yekunlaşıb. Konfrans öncəsi tədbir iştirakçıları kollecin foyesində əlamətdar milli tarixi təqvim münasibətilə təşkil olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib, divar qəzetlərinin xüsusi buraxılışları ilə tanış olub.Daha sonra konfrans zalında müzakirələr aparılıb. Öncə kollec rəhbərliyinin təklifi ilə Dövlət Himni iştirakçılar tərəfindən canlı ifa olunub. Ardınca Azərbaycan Respublikasının milli Konstitusiyası haqında söhbət açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan xalqının dövlətçilik yolu, milli Konstitusiyasının yaradılması istiqamətində aparılmış mərhələli işlər və bu Konstitusiyanın vətəndaşlara təsbit etdiyi geniş hüquq və azadlıqlardan danışıb. Əyyub Əyyubov hələ keçmiş sovetlər ittifaqı dönəmində ulu öndər Heydər Əliyevin təşəbbüsü və israrı ilə ərsəyə gələn Konstitusiya müddəaları sırasına Azərbaycan dilinin dövlət dili statusu ilə daxil edilməsi faktını möhtəşəm xidmət adlandırıb:“Bu addımı həmin dövrdə atmaq demək olar qeyri mümkün idi. Yalnız Heydər Əliyev gücü və iradəsi bunu mümkünə çevirə bilərdi. O da etdi. Əslində bu və digər milli maraqlara xidmət edən həmin müddəalar gələcək müstəqil dövlətin milli Konstitusiyasının təməlini təşkil edirdi. Azərbaycan müstəqil dövlətçiliyini bərpa etdikdən və bu dövlətin idarəedilməsi ulu öndər Heydər Əliyevin səlahiyyətlərinə keçdikdən sonra qeyd olunan istiqamətdə aparılan hazırlıq işləri prioritet təşkil etdi. Nəticədə Azərbaycan dövlətinin və xalqının maraqlarını tam əks etdirən milli Konstitusiya yaradılaraq ümumxalq səsverməsi ilə qüvvəyə mindi. Söz, din azadlıqlarının, digər beynəlxalq hüquqi dəyərlərin təsbit olunduğu bu Konstitusiya güclü və demokratik dövlətçiliyin əsasını qoydu. İndi ölkə vətəndaşları ən yüksək hüquqi təminat altında yaşayıb yaratmaq haqına sahibdir. Milli dəyərlərimiz, dilimiz,ərazi bütövlüyümüz və digər üstünlüklərimiz bu qanunlarla sığortalanıb. Ədalətli qanunlar bütün sahələrdə inkişafımızı təmin etməyə imkan verir.”Bundan sonra milli Konstitusiya tarixindən bəhs edən videoçarxa baxış keçirilib. Ardınca digər məzmunlu məruzələr dinlənilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sahib Əliyev, kollec Həmkarlar İttifaqı Komitəsinin sədri, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedaqoq Ceyhun Abdullayev və tələbə Ramil Həmzəyev müvafiq olaraq “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın rolu”, ”Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Konstitusiyanın əsas müddəaları” və “Azərbaycan Respublikasının inkişafında Konstitusiyanın həlledici əhəmiyyəti” mövzusunda çıxış edib. Çıxışlarda vətəndaşlara şamil olunan bəşəri xarakterli hüquq və azadlıqlardan ətraflı söhbət açılıb.Konfrans tələbə özfəaliyyət qrupu fəallarının təqdim etdiyi ədəbi- bədii kompozisiya ilə davam etdirilib.
Əlavə edilmə tarixi: 12.11.2018 | Baxılma sayı: 74
Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir şəhərinin 70 illik yubiley təntənələrində yüksək fəallıq nümayiş etdirib
Müasir Mingəçevirin 70 illik yubileyini silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində də fəallığı ilə diqqət mərkəzinə düşüb.
Müasir Mingəçevirin 70 illik yubileyini silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində də fəallığı ilə diqqət mərkəzinə düşüb. Qeyd edək ki, tədbirdə şəhər İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, rəsmi qonaqlar, digər bölgələdə yaşayan tanınmış Mingəçevirlilər, respublikanın aparıcı televiziya kanallarının və informasiya agentliklərinin bölgə təmsilçiləri, Mingəçevirin ictimaiyət fəalları, məktəblilər və tələbələr yaxından iştirak edib. Belə bir mötəbər yubileydə Mingəçevir Turizm Kolleci də növbəti dəfə mövcud potensialını hər kəsə nümayiş etdirmək imkanı qazanıb. Belə ki, kollec yubiley mərasimində pedaqoqlu, tələbəli faəllıq göstərərək tədbirin təşkilatçılıq işlərinə və gedişatına önəmli töfhə verib. Məsələn yubiley təntənələrində nağıl qəhramanlarının ifasında təqdim olunan flasmob böyük tamaşaçı rəğbəti qazanıb. Maraqlısı odur ki, zəngin təəssürat və alqış qazanan bu bədii nümunə məhz kollecin istedadlı yetirmələri tərəfindən hazırlanıb. Həmçinin kollec tələbələri kukla teatrının tamaşa hazırığı prosesinə cəlb edilib. Ümumən isə kollektiv teatr meydanında düzənlənən bayram mərasimində ən böyük guşə ilə təmsil olunub. Guşədə 100 dən artıq müxtəlif məzmunlu dəyərli eksponat kütləvi nümayişə çıxarılıb. Onların arasında dəyərli əl işləri, rəsm əsərləri, yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış maketlər, tanıtım suvenirləri və digər əşşyalar,həmçinin təşviqat lövhələri yer alıb. Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsinin imkanları təkcə bu sadalananlarla da məhdudlaşmayıb. Belə ki, guşə həm də kollecin özfəaliyyət bölməsinə məxsus musiqi qrupu və istedadlı ifaçı tələbələrlə diqqət mərkəzinə düşüb. Yeri gəlmişkən qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən İlham İsmayılovun müşayəti ilə meydanı gəzib dolaşaraq iştirakçıları salamlayan rəsmi qonaqlar Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsi önündə xeyli müddət ayaq saxlayaraq kolecin imkanları ilə yaxından tanış olub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov qonaqlara kollektivin mövcud tədris potensialı, mədəni kütləvi tədbdirlərdə yüksək fəallığı və digər uğurları barədə danışaraq nümayiş olunan eksponatlarla bağlı hər kəsə ətraflı məlumatlar verib. Ardınca guşədə yer alan kollec özfəaliyyət qrupu növbəti dəfə istedadlarını nümayiş etdirib. Üçlüyün ifasında təqdim olunan milli musiqi nömrəsi rəsmi qonaqlarda və ümumən bayram tədbiri iştirakçılarının qəlbində xoş təəssüratlar yaradıb.Qeyd edək ki, Mingəçevir şəhərinin yubiley təntənələri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Burada təbriklər səslənib, təltif mərasimi keçirilib və respublikanın tanınmış musiqiçiləri yubiley münasibəti ilə maraqlı konsert proqramı nümayiş etdirib.
Əlavə edilmə tarixi: 12.11.2018 | Baxılma sayı: 65
Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.
Belə ki, təhsil müəssisəsində öncədən müəyyən olunmuş yubiley tədbirləri planına müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə baxış, rəsm və inşa müsabiqəsi, futbol turniri və sərgi keçirilib, eləcə dəHeydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyası təşkil olunub.Yeri gəlmişkən qeyd edək ki, tədbirlər silsiləsinə daxil olan rəsm vəəl işləri sərgisinin qapıları günlərdir ki, izləyicilərin üzünə açıq saxlanılır. Yubiley ərəfəsinə təsadüf edən”70 yaşlı şəhərim” adlı elmi nəzəri konfrans iştirakçıları da qeyd olunan marağı nəzərə alaraq konfrans öncəsi sərgini ziyarət edib.Burada onlar incəsənətin müxtəlif janrlarınıəhatə edən dəyərli sənət nümunələri ilə yaxından tanış olub.Tələbələrin yaradıcı uğurları hər kəsin maraq və rəğbətinə tuş gəlib.Daha sonra Mingəçevirin 70 illik tarixinə həsr olunmuş elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov çıxış edərək ölkənin dördüncü şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədəətraflı məlumat verib.Hətta bir çox mənbələrdə indiki Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu bildirib.Əyyub Əyyubov müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunaraq onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:“Təsadüfi deyil ki, Mingəçevir Azərbaycanın nur şəhəri adlandırılır.Bu səbəbsiz deyil.Vaxtilə minlərlə insanın zəhməti hesabına tikilib ərsəyə gələn Su Elektrik Stansiyası zülmət içində olan Azərbaycanı nura boyadı.Ardınca ərazidə çoxsaylı iri sənaye müəssisələri yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı.Şəhər qurucularından danışarkən ilk növbədə tikintinin başında dayanan vətənpərvər şəxs İslam İslamzadə yada düşür.Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən ulu öndər Heydər Əliyevin Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir.Məsələn, Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası məhz ümummilli liderin iradə və qərarlılığı sayəsində inşa olunub.Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb.Mingəçevir həm dəşairlərin, görkəmli yazıçıların yaratdığıəsərlərdə geniş vəsf olunub. Bu gün artıq prezident cənab İlham Əliyev Mingəçeviri müasir Avropa şəhəri adlandırır.Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları paytaxtla yanaşı,həm də doğma şəhərimizdə keçirildi.Minlərləəcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə fəaliyyət göstərməsi heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”Daha sonra Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib.Ardınca yubileylə bağlı tələbələr arasında keçirilmiş müsabiqə və idman yarışı qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub.Konfransın işi digər məruzəçilərin çıxışları ilə davam etdirilib.Kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq olaraq “Mingəçevirdə keçən günlərim”,“Nur şəhəri Mingəçevir”, və“70 yaşlışəhərim” adlı məzmunlu çıxışlar edib.Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri genişəksini tapıb.Yubiley münasibətilə təşkil olunan elmi nəzəri konfrans sonda bədii bayram proqramıilə davam etdirilib.Kollec özfəaliyyət qrupunun istedadlı yetirmələri rəngarəng musiqi və kompozisiya parçaları ilə çıxış edərək ürəkləri bayram əhval ruhiyyəsi ilə ovundurub.Qeyd edək ki, ifası xüsusi maraq doğran tələbələr müəyyən edilərək seçilmişlər sırasına daxil ediib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.
Əlavə edilmə tarixi: 10.11.2018 | Baxılma sayı: 70
Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur. Belə ki, təhsil müəssisəsində öncədən müəyyən olunmuş yubiley tədbirləri planına müvafiq olaraq kollecdə bilik yarışı, kitab sərgisi, “Muğan” poeması sənədli filminə baxış, rəsm və inşa müsabiqəsi, futbol turniri və sərgi keçirilib, eləcə də Heydər Əliyev Mərkəzinə, şəhər tarix muzeyinə, Qafqazın ilk enerji nəhəngi olan Su Elektrik Stansiyasına pedaqoq və tələbələrin ekskursiyası təşkil olunub. Yeri gəlmişkən qeyd edək ki, tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisinin qapıları günlərdir ki, izləyicilərin üzünə açıq saxlanılır. Yubiley ərəfəsinə təsadüf edən ”70 yaşlı şəhərim” adlı elmi nəzəri konfrans iştirakçıları da qeyd olunan marağı nəzərə alaraq konfrans öncəsi sərgini ziyarət edib. Burada onlar incəsənətin müxtəlif janrlarını əhatə edən dəyərli sənət nümunələri ilə yaxından tanış olub.Tələbələrin yaradıcı uğurları hər kəsin maraq və rəğbətinə tuş gəlib.Daha sonra Mingəçevirin 70 illik tarixinə həsr olunmuş elmi –nəzəri konfransda maraqlı müzakirələr aparılıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov çıxış edərək ölkənin dördüncü şəhəri olan Mingəçevirin qədim və müasir tarixi barədə ətraflı məlumat verib. Hətta bir çox mənbələrdə indiki Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olduğunu bildirib. Əyyub Əyyubov müasir Mingəçevirin yaranma və inkişaf tarixinə toxunaraq onun salınmasında ölkə üçün strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyaları silsiləsinin tikintisinin xüsusi rol oynadığını vurğulayıb:“Təsadüfi deyil ki, Mingəçevir Azərbaycanın nur şəhəri adlandırılır.Bu səbəbsiz deyil. Vaxtilə minlərlə insanın zəhməti hesabına tikilib ərsəyə gələn Su Elektrik Stansiyası zülmət içində olan Azərbaycanı nura boyadı. Ardınca ərazidə çoxsaylı iri sənaye müəssisələri yaradıldı ki, bu da Mingəçevirin sıravi yaşayış məntəqəsindən böyük və yaraşıqlı bir şəhərə çevrilməsinə zəmin yaratdı. Şəhər qurucularından danışarkən ilk növbədə tikintinin başında dayanan vətənpərvər şəxs İslam İslamzadə yada düşür. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda ilk siyasi hakimiyyəti dönəmindən etibarən ulu öndər Heydər Əliyevin Mingəçevirin inkişafı naminə qəbul etdiyi qərarlar müqayisəedilməzdir. Məsələn, Qafqaz regionunun enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası məhz ümummilli liderin iradə və qərarlılığı sayəsində inşa olunub. Eyni zamanda burada yeni müəssisələr, turist bazası, yaraşıqlı parklar, xiyabanlar salınıb. Mingəçevir həm də şairlərin, görkəmli yazıçıların yaratdığı əsərlərdə geniş vəsf olunub. Bu gün artıq prezident cənab İlham Əliyev Mingəçeviri müasir Avropa şəhəri adlandırır. Məhz onun əməli dəstəyi və qayğısı sayəsində Mingəçevir mövcud sənaye potensialı ilə yanaşı, həm də qabaqcıl turizm və idman şəhərinə çevrilib. Təsadüfi deyil ki, Avropanın birinci idman oyunları paytaxtla yanaşı, həm də doğma şəhərimizdə keçirildi. Minlərlə əcnəbi qonaq şəhərimizin gözəlliklərindən valeh oldu. Mingəçevir Turizm Kollecinin belə bir gözəl şəhərdə fəaliyyət göstərməsi heç şübhəsiz kollektivimizin imicini və yaradıcılıq imkanlarını daha da möhkəmləndirir.”Daha sonra Mingəçevir şəhərinin müasir tarixindən bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca yubileylə bağlı tələbələr arasında keçirilmiş müsabiqə və idman yarışı qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub.Konfransın işi digər məruzəçilərin çıxışları ilə davam etdirilib. Kollecin bədii kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, pedaqoq Gülbəniz Həsənova və tələbə Ulduz Fərzəliyeva müvafiq olaraq “Mingəçevirdə keçən günlərim”, “Nur şəhəri Mingəçevir”, və “70 yaşlı şəhərim” adlı məzmunlu çıxışlar edib. Çıxışlarda Mingəçevirin dünəni, bu günü, perspektivləri və gözəllikləri geniş əksini tapıb.Yubiley münasibətilə təşkil olunan elmi nəzəri konfrans sonda bədii bayram proqramı ilə davam etdirilib. Kollec özfəaliyyət qrupunun istedadlı yetirmələri rəngarəng musiqi və kompozisiya parçaları ilə çıxış edərək ürəkləri bayram əhval ruhiyyəsi ilə ovundurub.Qeyd edək ki, ifası xüsusi maraq doğran tələbələr müəyyən edilərək seçilmişlər sırasına daxil edib. Onlar ümumşəhər yubiley təntələrində Mingəçevir Turizm Kollecini təmsil edəcək.
Əlavə edilmə tarixi: 08.11.2018 | Baxılma sayı: 114
Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib.İnşa,rəsm və ən yaxşı divar qəzetləri nominasiyası üzrə keçirilən müsabiqələrdə istedadlı tələbələr vətənpərvər duyğularını ustalıqla yaradıcı nümunələrdə əks etdirib.
. O cümlədən tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Sərgidə biri- birinidən məzmunlu əsərlər nümayiş olunub.Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.Nəhayət tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi nəzəri konfransda bir araya gələn kollektiv üzvləri vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib.Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb.Ardınca dövlət rəmzlərinə ehtiram əlaməti olaraq o Dövlət Himninin canlı ifa olunmasını təklif edib. Sonra çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının şərəfli və keşməkəşli mübarizə yolundan maraqlı faktlar açıqlayıb:“Bu müqəddəs Bayraq naminə minlərlə qəhrəman Azərbaycan övladı canını sipər edib, şəhidlik zirvəsinə yüksəlib.Yüzlərlə vətənpərvər insan həbslərə atılıb,yaxud doğma yurdundan kənarda yaşamağa məcbur edilib.Doğrudur ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Cumhuriyyətinin mövcud olduğu dönəm kimi, milli bayrağımızın da daşıdığı rəsmi status uzun çəkməyib.Amma illər keçdikdən sonra bayrağımız yenidən alovlanan xalq azadlıq mübarizəsinin əsas rəmzinə çevrildi.Bu mübarizə və xalqın iradəsi sayəsində yenidən əzəlki rəsmi mövqeyinə qovuşdu.İlk dəfə bu hadisə Naxçıvan Muxtar Respublikasında baş verdi.Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi bir vaxtda təşəbbüs irəli sürərərk üç rəngli bayrağın respublikanın rəsmi bayrağı statusu almasına nail oldu.Bu xalqımızın yeni dövlətçilik tarixində ən böyük uğurlardan biri kimi tarixləşdi.Növbəti mərhələdə isə artıq o ölkəmizin rəsmi bayrağı statusunu qazandı.Ümummilli liderin siyasi varisi prezident cənab İlham Əliyev də öz növbəsində Azərbaycan Bayrağının malik olduğu mövqeləri daha da möhkəmləndirdi.Möhtəşəm Dövlət Bayrağı Meydanı yaradıldı, ölkənin hüdudlarından kənarda dövlət rəmzlərinin təbliği üçün məqsədyönlü addımlar atıldı və proses bu gün də davam etdirilir. Bayraq elə bir müqəddəs dəyərdir ki, ona sığınan göz yaşını saxlaya bilmir,onun naminə canından keçir, onunla bərabər özünü yenilməz hiss edir.Bu səbəbdən də artıq Dövlət Bayraqları təkcə şəhərlərimizi,kəndlərimizi,yollarımızı deyil, həm də mənzillərimizi bəzəyir,həyatımızın ayrılmaz dəyərli bir hissəsinə çevrilib.”Ardınca konfransın digər məruzəçiləri dinlənilib.Akademik məsləhətçi Günel İsmayılova, tələbələr Sevinc Ağayeva və Gülməkan Fətəliyeva müvafiq olaraq “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında məzmunlu və əhatəli çıxış edib.Konfrans Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi -bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.Kollec tələbə özfəaliyyət qrupu fəalları musiqili bayram proqramı ilə çıxış edərək iştirkçıların qəlbində xoş təəssüratlar oyadıb.
Əlavə edilmə tarixi: 07.11.2018 | Baxılma sayı: 83
Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyinə həsr olunmuş BİLİK YARIŞI keçirilib
Oktyabrın 30-da Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin yaxınlaşmaqda olan 70 illik yubileyinə həsr edilmiş bilik yarışı keçirildi.
Yarışda “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”, “Nəqliyyatda daşımaların təşkili”, “Bələdçilik işi”,“Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis”,”Rekreasiya,idman və sağlamlıq turizmi” ixtisaslarını təmsil edən TXT-35, TXT-42, NT-18, Bİ-17, MTİS-4 və RİST-2 qruplarının tələbələrindən təşkil olunmuş komandalar iştirak edib. Bilik yarışı ilə bağlı təşkilati işlər müəllim Şəms Məmmədova tərəfindən həyata keçirilmiş, münsiflər heyətinə müəllimlərdən Əminə Məmmədova və Samir Tağızadə daxil edilib.Viktorina iki mərhələdən ibarət olub.İştirakçılara Mingəçevir şəhərinin quruculuq tarixi, görməli yerləri, abidələrinə aid,həmçinin məntiq mövzusunda 20 sual ünvanlanıb.İlkin mərhələnin nəticələrinə əsasən RİST-2, NT-18, Bİ-17 və TXT-42 komandaları yarışı tərk ediblər. TXT-35 və MTİS-4 qruplarının komandaları isə final turuna vəsiqə qazanıb.Hər iki komanda arasında gərgin mübarizənin getdiyi final mərhələsi daha maraqlı alınıb.TXT-35 qrupunun komandası Mİngəçevirin qurulma tarixi və müasir inkişafına dair mövzularda daha məlumatlı olduqlarını nümayiş etdiriblər. Bu komandanın üzvləri final mərhələsinin bütün suallarını düzgün cavablandıraraq yarışın qalibi adını qazanıb.MTİS-4 qrupunun komandası isə nisbətən zəif nəticə göstərərək II yerlə kifayətlənməli olub. Bilik yarışının qalibi və finalçısı olan komandaların üzvləri kollec rəhbərliyi tərəfindən təltif olunacaq.
Əlavə edilmə tarixi: 31.10.2018 | Baxılma sayı: 91
Mingəçevir Turizm Kollecinin tələbələri Mingəçevir Su Elektrik Stansiyasına ekskursiyasa edib
Mingəçevir şəhərinin 70 illik yubileyi münasibət ilə Mingəçevir Turizm Kollecinin kollektivi silsilə tədbirlər həyata keçirir.
Tədbirlər çərçivəsində bu gün kollecin bir qrup tələbə və pedaqoqu açıq səma altında muzey statusuna malik olan Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya edərək Qafqazın enerji əfsanəsinin fəaliyyəti ilə yaxından tanış olub. Stansiyaya ekskursiya gəzintisinin başlıca səbəbi bu böyük strateji enerji müəssisəsinin müasir Mingəçevirin quruculuq tarixində önəmli rola malik olması ilə baqğlı olub.Qeyd edək ki, ekskursiyada əsasən “Muzey işi və abidələrin mühafizəsi”,eləcə də “Nəqliyyatda daşımaların təşkili” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib.Ekskursiya kollecin tarix müəllimi Eldar Dərişovun rəhbərliyi altında gerçəkləşib.Əslində Eldar Dərişovun pedaqoji ixtisası və stansiya haqqında məlumatlılıq dərəcəsi ekskursiya zamanı ona həm də könüllü bələdçi funksiyası vəzifəsini icra etmək imkanı verib.O, müəssisədə keçirilən tanışlıq müddəti ərzində stansiyanın tarixinə və bugünki iqtisadi potensialına xüsusi maraq göstərən yetirmələrinə ətraflı məlumatlar çatdırıb.Bu stansiyanın Qafqazın ilk enerji nəhəngi olması ilə yanaşı müasir Mingəçevirin tarixində xüsusi rola malik olduğunu qeyd edib.Müəssisəyə baxış zamanı stansiyanın aparıcı mütəxəssisləri də ekskursantlara yaxından köməklik göstərib.Malik olduqları dəyərli məlumatları tələbələrlə paylaşıb. Tələbələr mütəxəssislərin iştirakı ilə Su Elektrik Stansiyasının qurğuları,iş prosesi, istehsal gücü və digər üstünlükləri ilə yaxından tanış olub. Aparıcı stansiya mütəxəssisləri həm də turbinlərin istismarı, bəndin təhlükəsizliyi və digər məsələlərlə bağlı tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətirib.Mingəçevirin ilk iri sənaye müəssisəsi olan Su Elektrik Stansiyasına ekskursiya kollecin tələbələri üçün təsirli və unudulmaz olub
Mingəçevir Turizm Kollecinin tələbələrinin Heydər Əliyev Mərkəzinə və İlk qurucular parkına ekskursiyaları təşkil olunub
2018-ci ilin noyabrın 11-də Mingəçevirə şəhər statusu verilməsinin 70-ci ildönümü tamam olacaqdır. Bu əlamətdar tarix münasibəti ilə şəhərin bütün müəssisə və təşkilatlarında təntənəli bayram tədbirlərinin keçirilməsinə başlanılıb.
Tarixi günlərə və milli bayramlara xüsusi diqqətlə və həssaslıqla yanaşılan Mingəçevir Turizm Kollecində şəhərin 70 illik yubileyi ilə bağlı rəngarəng tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yubiley tədbirlərinə oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ilə start verilib. Ekskursiyada “Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrupunun tələbələri iştirak edib. Ekskursiyanın təşkilatçısı tarix müəllimi Eldar Dərişov ekskursantları mərkəzdə Mingəçevir şəhərindəki quruculuq işlərinə həsr olunmuş stendlərlə tanış edib. Eləcə də mərkəzin əməkdaşları tələbələrə Mingəçevir şəhərinin sənaye energetika potensialının yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətləri barəsində ətraflı məlumatlar çatdırıb. Mərkəzin güşələrində şəhərdəki quruculuq işlərinin bütün mərhələlərini özündə əks etdirən fotosənədlər nümayiş olunub. Daha sonra ekskursiya şəhərin “İlk qurucular” parkında davam etdirilib. Burada tələbələrə Mingəçevir şəhərinin tarixi, şəhərin salınmasında xidmətləri olan insanların həyat yolu barəsində məlumatlar çatdırılıb. Ekskursiyanın rəhbəri tələbələrin Mingəçevir SES-in tikintisi, su anbarının yaradılması və s. məsələlər barədə suallarını ətraflı cavablandırıb. Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən tələbələr ekskursiya zamanı Mingəçevir şəhərinin quruculuq tarixi barədə faydalı məlumatlar əldə edib.
Əlavə edilmə tarixi: 24.10.2018 | Baxılma sayı: 111
Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti Azərbaycanın ilk Milli Turizm Sammitində iştirak edib
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan Milli Turizm Sammintində dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, həmçinin ictimaiyyət təmsilçiləri olmaqla 1500 – dən çox nümayəndə iştirakedib.
Mingəçevir Turizm Kollecində dövlət mütəqilliyi günü münasibəti ilə konfrans keçirilib
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27 –ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib.
Bu münasibətlə istedadlı tələbələr arasında inşa,rəsm müsabiqələri,bilik yarışı və idman turniri təşkil olunub, kitab sərgisi və müstəqillik tarixindən bəhs edən filmə baxış keçirilib, həmçinin dəyrimi masa ətrafında xalqımızın azadlıq tarixi barədə fəal müzakirələr aparılıb. “Müstəqil Azərbaycan” mövzusunda tələbələrin fərdi yaradıcılıq nümunələrindən ibarət rəsm və əl işləri sərgisi bu tədbirlər arasında xüsusi ilə diqqəti cəlb edib. Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbirlər silsiləsinə elmi -nəzəri konfransla yekun vuran bayram tədbiri iştirakçıları öncə bu sərgiyə baxış keçirərək gənclərin vətənpərvər duyğularının təcəssümü olan əsərlərlə yaxından tanış olub.Eyni zamanda sərgi iştirakçılarına qəhrəmanlıq tariximizdən bəhs edən videoçarx nümayiş olunub.Bundan sonra “Müstəqil Azərbaycanın dünəni,bu günü və sabahı” adlı konfrans öz işinə başlayıb.Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov konfrans iştirakçıkarına ən xoş arzularını çatdırıb. Əyyub Əyyubov Azərbaycan xalqının əsrlərə söykənən azadlıq mübarizəsindən söhbət açaraq ötən əsrdə əldə etdiyi dövlət müstəqilliyini böyük naliyyət adlandırıb:“Müstəqillik şirin nemətdir.Açığı bu dadlı nemət heç də dünyada mövcud olan hər bir xalqa nəsib olmur. Bu mənaqda xoşbəxt xalqıq.Çünki, təkcə ötən əsrdə Azərbaycan xalqına iki dəfə belə bir nemət,belə bir xoşbəxtlik qismət olub. İlk müstəqil dövlətimiz cəmi 23 ay mövcud oldu.Elə sonuncunun ömrü də bəlkə də beləcə qısa ola bilərdi.Əgər xalqın israrlı tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə dönüb xalqını və dövlətini düşdüyü çətin böhranlı durumundan çıxartmasaydı.Bu o zamanlar idi ki, insanlar adi qida məhsullarını belə tapmaqda çətinlik çəkirdi.Üstəlik torpaqlarımız düşmən təcavüzünə məruz qalmışdı.Çoxsaylı silahlı birləşmələrin mövcudluğu vəziyyəti bir qədər də xaotik məcraya yönəldirdi.Məhz belə bir ağır böhran vəziyyətində dahi şəxsiyyət Heydər Əliyev vətəndaş müharibəsinin, düşmən təcavüzünün qarşısını almağa, xalqı düşdüyü iqtisadi məngənədən xilas etməyə və dövlətçilik unistutunu möhkəmləndirməyə nail oldu.Azərbaycanın ilk konstitusiyası yaradıldı, büdcəyə milyardlarla gəlir vəd edən əsrin kontraktı imzalandı və tədicən ölkəmiz dünyanın qabaqcıl məmləkətlərindən birinə çevrilməyə başladı. Görkəmli liderin layiqli davamçısı prezident cənab İlham Əliyev isə azad dövlətçilik təməlləri üzərində indiki sabit, siyasi,iqtisadi və hərbi cəhətdən güclü bir qüdrətli dövləti qurmağı bacardı.Bu gün artıq ölkəmiz adı hər kəs üçün qürurla ifadə olunan bir məmləkətə çevrilib.Ən əsası isə bu dövlətin əbədi yaşayacağına artıq hər birimiz tam əminik.Yaşasın azad Azərbaycan”Çıxışının sononda professor Əyyub Əyyubov müstəqillik günü şərəfinə Azərbaycanın Dövlət Himninin canlı ifa olunmasını təklif edib.Himnin ardınca Azərbaycanın dövlətçilik tarixinindən bəhs edən film nümayiş olunub. Dahya sonra müstəqillik günü münasibətilə kollec tələbələri arasında təşkil olunmuş müsabiqə və yarış qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri diplomlar təqdim olunub. Qeyd edək ki, Aytac Ələkbərova,Əminə Mustafayeva və Nuranə Əliyeva “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” inşa müsabiqəsində göstərdiyi yüksək nəticələrə,Fəridə Əliyeva,Ayişə Məmmədova və Lalə Məmmədova isə eyni adlı rəsm müsabiqəsində əldə etdikləri naliyyətə görə qeyd olunan mükafatlara layiq görülüb.Eyni zamanda “Bilik” yarışmasının qalibi olan ”Uğur” komandasının ünvanına ən xoş sözlər çatdırılıb.Bundan sonra konfrasda digər məzmunlu məruzələr dinlənilib.Pedaqoqlar Samir Tağızadə, Eldar Dərişov və Əsmər Qurbanova müvafiq olaraq“Heydər Əliyev müstəqil Azərbaycan dövltinin qurucusudur”, “Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir” və “18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” mövzularında çıxış edib.Çıxışlarda dahi şəxsiyyətin mənalı ömür yolu və şərəfli siyasi fəaliiyəti geniş əksini tapıb.Tədbir kollec tələbə özfəaliyyət qrupu fəallarının çıxışı ilə başa çatıb.Onlar tərəfindən nümayiş olunan bədii proqram və ədəbi kompozisiya iştirakçıların alqışları ilə müşayət olunub.
Əlavə edilmə tarixi: 17.10.2018 | Baxılma sayı: 103
Mingəçevir Turizm Kollecində İnşa və rəsm müsabiqəsi keçirilib
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində ayrı-ayrı struktur bölmələri tərəfindən rəngarəng tədbirlər həyata keçirilir.
Müstəqillik bayramına həsr olunmuş maraqlı tədbirlərdən biri də “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının memarıdır” adlı inşa və rəsm müsabiqələrinin təşkil edilməsidir. Müvafiq olaraq kollecin ədəbiyyat və təsviri sənət müəllimlərinin təşəbbüsü və fəal iştirakı ilə keçirilən bu müsabiqələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb. İnşa yazıları müsabiqəsinə bütün tədris qruplarının tələbələri qoşulub. Bu müsabiqə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə kollecdə keçiriləcək yekun bayram tədbirinədək davam edəcək. Müsabiqədə fərqlənən və qalib adını qazanan tələbələr qeyd olunan yekun tədbirdə mükafatla təltif ediləcək.Eyni mövzuya həsr olunmuş rəsm müsabiqəsində yaradıcı, istedadlı və rəssamlıq qabiliyyəti ilə seçilən tələbələr iştirak ediblər. Bu müsabiqənin qalibləri də fəxri fərmanla və həvəsləndirici mükafatlarla təltif olunacaq. Mövzuya həsr olunmuş ən yaxşı rəsm işləri isə Müstəqillik bayramının qeyd olunduğu günlərdə xüsusi hazırlanmış güşələrdə nümayiş olunur.
Əlavə edilmə tarixi: 17.10.2018 | Baxılma sayı: 92
Mingəçevir Turizm KollecindəAzərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş filmə baxış keçirilib
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 15.10.2018-ci il tarixdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.
İlk öncə kollecin foyesində tələbələrəAzərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunan video-çarx təqdim olunub. Daha sonra Mingəçevir Turizm KollecininHeydər Əliyev adına İdeoloji mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirilib. Filmdə çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin şəxsiyyəti və onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi xidmətlərindən bəhs edilib. Film tələbələrin yaddaşında dərin izlər buraxıb. Tam əminliklə demək olar ki, Heydər Əliyev siyasi kursu davam etdikcə Azərbaycan xalqı yeni üfüqlərə, yeni hədəflərə doğru inamla irəliləyəcək, daha böyük uğurlara imza atacaq
Əlavə edilmə tarixi: 16.10.2018 | Baxılma sayı: 118
Mingəçevir Turizm Kollecində Bilik Yarışı keçirilib.
Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib.
Yarışda ayrı-ayrı tədris qruplarının tələbələrindən təşkil olunmuş “Zəka”, “Uğur”, “Real”, “Düha”, “Elit” və “Fəal” komandaları iştirak edib. Bilik yarışının təşkili ilə bağlı təşkilati məsələlər tarix müəllimi Eldar Dərişov tərəfindən həyata keçirilib. Münsiflər heyyətinə isə fənn müəllimləri Şəms Məmmədova və Samir Tağızadə daxil edilib. Müsabiqədə iştirakçılara Azərbaycan tarixindən, xüsusilədə dövlətçilik tariximiz və milli müstəqillik uğrunda mübarizə tarixi mövzusunda suallar təqdim olunub. Müsabiqə 3 mərhələdən ibarət təşkil olunub. Yarışın əsasnaməsinə uyğun olaraq 1-ci mərhələdə “Düha” və “Elit” komandaları, 2-ci mərhələdə isə “Zəka” və “Real” komandaları məğlub olaraq mübarizəni tərk etdib. “Uğur” və “Fəal” komandaları isə ilk 2 mərhələnin nəticələrinə görə daha çox xal toplayaraq 3-cü mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə komandalar gərgin mübarizəsi ilə keçib . “Uğur” komandası əlavə sualları vaxtından əvvəl və düzgün cavablandırıb. Beləliklə MUİ-18 qrupu tələbələrindən təşkil olunmuş “Uğur” komandası 18 oktyabr Müstəqillik günü münasibəti ilə kollecdə keçirilən bilik yarışının qalibi adını qazanıb. Qalib komandanın üzvləri həvəsləndirici mükafatla və fəxri fərmanlarla təltif ediləcək.
Əlavə edilmə tarixi: 16.10.2018 | Baxılma sayı: 108
Mingəçevir Turizm Kollecinin bir qurup tələbələri Zaqatala-Balakən bölgəsində ekskursiyada olub.
Mingəçevir Turizm Kollecinin “Ekskursiya vəSəyahətlər ” şöbəsi ötən illərdə olduğu kimi 2018-2019-cu tədris ilində də tələbələrin iştirakı ilə silsilə ekskursiyaların təşkilinə start verib.
Bu qəbildən ilk ekskursiya 06.10.2018-ci ildə ölkəmizin şimal-qərb bölgəsində keçirilib. Ekskursiyada “Turizm və onun təşkili”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Bələdçilik işi” eləcə də“Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə təhsil alan tələbələri və kollecin turizm müəllimləri iştirak edib.Ekskursiya zamanı tələbələr ilk öncə Qax rayonu ərazisində yerləşən tarixi memarlıq abidələri ilə tanış olub. Daha sonra Zaqatala rayonunda yerləşən XIX əsrə aid məscidə baxış keçirilib. Tarixi abidə ilə tanışlıq tələbələrin qəlbində xoş təəssürat oyadıb.Tələbə gənclər Zaqatala rayonu ərazisində yerləşən otel, mehmanxana kompleksləri ilə də tanış olmaq fürsəti əldə edib. Səyahətin növbəti ünvanı Balakən rayonu olub. Burada gəzintiyə çıxan gənclər Balakən rayon mərkəzinin gəzməli-görməli yerləri ilə tanış olub, Bayraq meydanını ziyarət edib, rayon mərkəzində yerləşən 4 ulduzlu “Quben” oteli ilə tanış olub. Daha sonra tələbələr rayon ərazisində turizm məqsədilə yaradılmış kanatla ərazini dolaşaraq müasir turizm obyektlərini və oradakı xidmət səviyyəsini yaxından izləyib. Ekskursiya ərzində maraqlı anlar yaşanıb, tələbə gənclərə rayonun turizm potensialı və digər özəllikləri barədə ətraflı məlumatlar verilib. Eyni zamanda əraziyə daxil olan əlamətdar ünvanlarda çoxsaylı xatirə şəkilləri çəkdirilib.
Əlavə edilmə tarixi: 09.10.2018 | Baxılma sayı: 114
Professor Əyyub Əyyubov “Avropa Ali Xidmət Ordeni” ilə mükafatlandırılıb
Mingəçevir Turizm Kollecində keçirilən təqdimat mərasimində Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndəsi, Avropa Təbiət Elnləri Akademiyasının həqiqi üzvü,professor Elçin İskəndərzadə, pedaqoq və tələbələr, eyni zamanda digər dəvətli qonaqlar iştirak edib.
Qeyd edək ki, adı çəkilən mükafata Azərbaycandan iki nəfər layiq görülüb. Onlar- Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov və Respublika Milli Onkologiya Mərkəzinin direktoru,akademik Cəmil Əliyevdir.Hər iki təqdimat Türk Dünyası Araıdırmalarıı Beynəlxalq Elmlər Akademiyasının təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatı Avropa Mükafatlandırma Komissiyasının yekdil rəyi əsasında gerçəkləşib.Mükafatlandırma mərasimində çıxış edən professor Elçin İskəndarzadə Mingəçevir Turizm Kollecinin kollektivi,həmçinin elm və təhsil sahəsində davamlı naliyyətləri ilə diqqət mərkəzində olan kollecin direktoru professor Əyyub Əyyubov haqqında ən xoş sözlərini paylaşıb:“Azərbaycanın müstəqillik dönəmində təhsil sahəsində çox saylı uğurlar qazanıb. Uğurlardan biri də Mingəçevir Turizm Kollecinin təsis olunması və fəaliyyəti ilə bağlıdır.Burada iqtisadiyyatın ən vacib sahələrindən olan turizm sənayesi üçün ixtisaslı kadrlar hazırlanır.Çoxsaylı beynəlxalq əlaqələrə malik olan təhsil müəssisəsi Avropanın böyük təhsil layihələrində ən fəal iştirakçılar sırasında yer alır.Sizə bir faktı xatırladım. Bu günlərdə görkəmli ziyalıların iştirakı ilə Gəncə Kənd Təsərrüfatı Akademiyasında keçən bir toplantıya qatılmışdım.Bir gəncin çıxışını dinlədik.Hər kəsin diqqətini özünə çəkən bu gəncin Türkiyədə təhsil aldığını zənn etdim.Soruşduqda cavabı məni və digərlərini heyrətləndirdi.O Mingəçevir Turizm Kollecinin məzunu olduğunu açqladı.Əslində onun naliyyəti bu böyük və işgüzar kollektivin uğurudur. Fərdi müşahidələrimə əsasən qeyd etmək istəyirəm ki, professor Əyyub Əyyubov kimi idarəçilik bacarığı olan ziyalı bir şəxsin kollektivə rəhbərlik etməsi kollecin imicini daha da möhkəmləndirir.O illərdir ki, elmin, təhsilin inkişafına önəmli töfhə verməkdə davam edir.Üstəlik tək Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda.Təsadüfi deyil ki, bəşəri xarakter daşıyan xidmətləri zaman-zaman Avropanın nüfuzlu fond və təsisatları tərəfindən ən yüksək mükafatlarla qiymətləndirilir.Elə bu dəfə də Avropa mükafatlandırma komissiytası İsveçrədə professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çox önəmli qərara imza atıb. Professor Əyyub Əyyubov elm və təhsil sahəsində xidmətlərinə görə “Avropa Ali Xidmət Ordeni” ilə mükafatlandırılıb.Cənab professoru təbrik edir və ona yeni naliyyətlər arzulayırıq.”Bundan sonra rəsmi qonaq ali mükafatı professor Əyyub Əyyubova təqdim edərək, layiq görüldüyü ordeni alqışların müşayəti ilə yaxasına taxıb.Eyni zamanda özünün müəllifi olduğu 5 cildlik yeni əsərlər toplusunu kollecə hədiyyə edib.Verilən qiymətdən dolayı təşəkkürlərini bildirən professor Əyyub Əyyubov fikirlərini bölüşüb. O Azərbaycanda özünün timsalında belə bir mötəbər mükafatın təqdimatını Azərbaycan elminə,təhsilinə,aliminə və pedaqoquna verilən yüksək qiymət adlandırıb: “Məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu və digər dövlət qurumları elmə,təhsilə davamlı diqqət və qayğı göstərir.Biz də bu diqqətə əməli fəaliyyətimizlə cavab verməyə özümüzü borclu sayırıq. Daim yeniliklərin tətbiqi üzərində çalışır və kadr hazırlığı prosesində qabaqcıl metodları, obyektivliyi və şəffaflığı təmin etməyə çalışırıq.Elə tabeliyində olduğumuz Azərbaycan Respublikası Dövlət Turizm Agentıliyinin təhsil müəssisəsi olaraq qarşımıza qoyduğu vəzifə və tələblər də məhz bunlardan ibarətdir.Bu günlərdə agentliyin sədri cənab Fuad Nağıyev kollecimizdə olarkən qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr aparılıb.İnanıram ki, biz bu istiqamətdə daha böyük naliyyətlər əldə edə biləcəyik.Pedaqoqlu tələbəli hər kəs üzərinə düşən məsuliyyəti yaxşı dərk edir.Gənc mütəxəssislərimizin nəzəri biliklərlə yanaşı, dil vərdişlərinin də gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirmək niyyətindəyik. Bir sözlə hazırladığımız gənc mütəxəssislər müasir turistlərin xidmnmət tələblərinin ödənilməsində hər tərəfli bilik və bacarıqlara maqlik olmalıdır.”Tədbir səmimi təbriklər və maraqlı dialoqlarla başa çatıb.
Əlavə edilmə tarixi: 09.10.2018 | Baxılma sayı: 102
Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.
Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri müəllimlər günü münasibəti ilə təbrik edib:“Bütün ixtisas sahiblərini, o cümlədən döblət başçılarını və görkəmli siyasi xadimləri yetişdirən məhz müəllimlərdir.Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sağlığında bu şərəfli peşə sahiblərini daim atalıq qayğısı ilə əhatə edib.Onların əməyinə yüksək qiymət verərək ən ali dövlət mükafatlarına layiq görüb.Həmin kurs, həmin siyasət bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim illərdir ki, əmək sərf edərək turizm sahəsi üçün ixtisaslı kadrlar yetişdirdiyimiz doğma kollecimizin təsis olunması və bu günki uğurları da məhz cənab prezidentin elmə, təhsilə və təhsil işşilərinə göstərdiyi qayğının bir təzahürüdür.”Daha sonra professor Əyyub Əyyubov Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin kollecə səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla paylaşıb. Aparılan müzakirələr, qarşıda duran yeni vəzifələr barədə söhbət açıb.Qeyd edib ki, təhsildə obyektivlik, şəffaflıq və yüksək nəticə əsas fəaliyyət prinsipimizə çevrilməlidir. Azərbaycan turizminin gələcəyi turizmin inkişafına verə biləcəyimiz töfhədən, yəni yetişdirdiyimiz kadrların səviyyə və bacarığından asılı olacaq.Bu yolda hər bir pedaqoqa yaradıcı uğurlar arzulayıb.Ardınca digər iştirakçılar çıxış edərək bayram istəklərini və arzularını açıqlayıb.Direktor müavini Çinarə Allahverdiyeva, tələbə yaradıcılıq mərkəzinin rəhbəri Əşrəf Əsgərov və başqa pedaqoqlar çıxış edərək tədris prosesində əldə edilən naliyyətlərdən və perspektivlərdən söz açıb.Qeyd edək ki, bayram tədbiri bədii əyləncəli xarakter daşıyıb.Tələbə özfəaliyyət qrupu fəalları sözlü nəğməli proqram nümayiş etdirərək pedaqoqları peşə bayramları münasibəti ilə təbrik edib.Tədbirə yekun vuran professor Əyyub Əyyubov tələbələrin çıxışından, nümayiş etdirdiyi ifa bacarığından xeyli təsirləndiyini bildirib:“Biz təhsil müəssisəsi olaraq təkcə ixtisaslı mütəxəssislər deyil, həm də hərtərəfli vətəndaş yetişdirməyə çalışırıq. Hər yeni tədris ili öncəsi istedadlı gənclərin arayıb ortaya çıxarılması üçün səylərimizi əsirgəmirik.Növbəti mərhələdə isə bu gənclər peşəkar mütəxəssislərimizin rəhbərliyi altında fəaliyyət göstərən çoxsaylı özfəaliyyət dərnəklərinə,o cümlədən mədəni- kütləvi tədbirlərin təşkilinə cəlb olunur.Sevindirici haldır ki, yeni tədris ilindən etibarən sıralarımız yeni istedadlı gənclərlə zənginləşib.Biz bu fürsəti əzləlki dönəmlərdən də fərqli şəkildə nəticəyönümlü istəklə dəyərləndirməliyik. Davamlı olaraq müxtəlif müsabiqələr , yarışmalar keçirilərək tələbə təşəbbüslərinə dəstək verilməlidir.Eyni zamanda Azərbaycan turizmini təbliğ edə biləcək suvenir hazılığı məsələsi gündəmdə dayandığı üçün istedadlı tələbələrin ideyalarına geniş yer verməliyik.Çünki suvenir istehsalı sahələri həm də tələbə təcrübə yerləri statusuna malik olacaq.Bir sözlə bizi böyük hədəflər gözləyir.Birlikdə böyük hədəflərə yetişəcəyimizdən əminəm.”
Əlavə edilmə tarixi: 04.10.2018 | Baxılma sayı: 85
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Mingəçevir Turizm Kollecini ziyarət edib
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev başda olmaqla agentliyin bir qrup nümayəndə heyəti Mingəçevir Turizm Kollecində olub.
Səfər zamanı dövlət rəsmisini Dövlət Turizm Agentliyinin məsul şəxsləri – Azərbaycan Turizm Bürosunun direktoru Florian Sengstchmid, Dövlət Turizm Agentliyinin Təhsil sektorunun müdiri Hüseyn Həsənov və Təhsil sektorunun əməkdaşı Leyla Xəlilova müşayət edib.Rəsmi qarşılanma mərasiminin ardınca kollecin foyesində “Azərbaycan turizmi” mövzusunda keçirilən rəsm sərgisinə baxış keçirilib.Fuad Nağıyevə və onu müşayət edən şəxslərə sərgidə nümayiş olunan rəngarəng əsərlərin tələbələrin əl işlərindən ibarət olduğu barədə məlumat verilib.Eyni zamanda Mingəçevir Turizm Kollecinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.Bundan sonra rəsmi şəxslərə Mingəçevir Turizm Kollecinin yaranma tarixi,maddi texniki bazsaı, uğurları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən Mingəçevir Turizm Kollecinin direktoru,professor Əyyub Əyyubov təhsil müəssisəsinin qarşısında duran perspektivlərindən danışıb.Ardınca Fuad Nağıyev və digər rəsmi qonaqlar kolleci gəzib dolaşaraq müəssisənin maddi texniki imkanları və tədris prosesi ilə yaxından tanış olub.Nümayəndə heyəti auditoriya,ideoloji konfrans zalı, lobaratoriya,fənn kabinələri və linqafon otaqlarına baş çəkərək dərslərin gedişi və texniki təchizatla maraqlanıb.Eyni zamanda pedaqoq və tələbələrlə Fuad Nağıyev və onu müşayət edən şəxslər arasında maraqlı, işgüzar dialoq yaşanıb.Dövlət Turizm Agentliyinin sədri tələbələrəvacib tövsiyyələrini çatdıraraq perspektivlərdan danışıb:“Siz çox perspektivli sahə olan turizm sənayesinin aparıcı mütəxəssisləri olmaq şansına maliksiniz.Amma bunun üçün təhsil prosesində bir sıra vacib məsələlərə diqqət yetirməlisiniz.İxtisasınızı mükəmməl bilməyiniz hələ tam yetərli deyil.Mütləq xarici dil bacarıqlarınızı inkişaf etdirməlisiniz.Belə olan halda mən agentliyin rəhbəri olaraq gələcək karyeranızın qurulmasına yardımçı olacağıma söz verirəm.Kifayət qədər obyektlərimiz, müəssisələrimiz, qoruqlarımız və ixtisalı kadrlara ehtiyacı olan digər turizm sahələrimiz var ki, yolunuzu gözləyir.Çalışın, öyrənin, özününüzü sabaha bacarıqlı mütəxəssis kimi hazırlayın.”Rəsmi qonaqlar həm də tikilməkdə olan otel tipli tələbə yataqxanasında aparılan inşaat işlərinin gedişi ilə tanış olub.Kolecin direktoru Əyyub Əyyubov türk inşaat şirkəti tərəfindən inşa olunan 3 mərtəbəli müasir binanın tikinti işlərinin qarşıdakı aylar ərzində tam yekunlaşacağını nümayəndə heyətinin diqqətinə çatdırıb.O da vurğulanıb ki,yataqxanada tələbələrin normal yaşayışı, qidalanması, istirahəti və dərslərə hazırlığı üçün hərtərəfli şərait yaradılacaq.Mingəçevir Turizm Kollecində keçirilən görüş Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və onu müşayət edən şəxslərin kollec rəhbərliyi ilə apardığı müzakirələrlə yekunlaşıb.Müzakirələrdə kollektivi düşündürən vacib məsələlərdən və təhsil müəssisəsinin maddi texniki imkanlarının genişləndirilməsindən söhbət açılıb, eləcə də maraq doğuran təkliflər dinlənilib.(ENG)Fuad Naghiyev, chairman of the State Tourism Agency visited Mingachevir Tourism College.A delegation of the Agency, headed by the chairman of the State Tourism Agency Fuad Naghiyev, visited the Mingachevir Tourism College. During the visit, officials of the State Tourism Agency – Florian Sengstschmid, Director of the Azerbaijani Tourism Bureau, Huseyn Hasanov, Head of the Education Sector of the State Tourism Agency, and Leyla Khalilova, Employee of the Education Sector accompanied the official.Following the official welcoming ceremony, a drawing exhibition on “Azerbaijan tourism” was held at the foyer of the college. Fuad Naghiyev and his accompanying persons were informed that the colorful works displayed at the exhibition consist of handicrafts of students. At the same time, the video about the activity of Mingachevir Tourism College was demonstrated.
After this, the director of Mingachevir Tourism College, Professor Ayyub Ayyubov, gave detailed information on the history of the Mingachevir Tourism College, its material technical base, its successes and international relations, spoke about the perspectives facing the educational institution. Then, Fuad Nagiyev and other official guests walked around the college and were acquainted with the material technical capabilities and educational process of the enterprise. The delegation visited the auditorium, ideological conference room, lecture rooms, classrooms and lingaphone rooms, and interested in teaching process and technical equipment. At the same time, an interesting, precious dialogue was held between teachers, students and Fuad Nagiyev, his accompanying persons. The chairman of the State Tourism Agency spoke about the perspectives by conveying important recommendations to the students:
“You have the opportunity to be the leading experts in the tourism industry, which is a very promising industry. But you need to pay attention to a number of important issues in the educational process. Knowing your qualifications is not enough yet. You have to develop your foreign language skills. In that case, I promise to help you build your future career as head of the agency. Our facilities, businesses, reserves and other areas of tourism that are in need of special cadres, are waiting for your way. Try, learn, prepare as a skilled expert. ”
Guests also familiarized with the course of construction work at the hotel-type student dormitory. Director Ayyub Ayyubov informed the delegation that construction works of the 3-storey modern building, constructed by the Turkish construction company, will be completed in the upcoming months. It was emphasized that in the dormitory there will be a full range of conditions for students’ normal living, nutrition, rest and preparation for classes.
The meeting held at Mingachevir Tourism College ended with discussions with Fuad Naghiyev, head of Azerbaijan State Tourism Agency and his colleagues. Discussions focused on the important issues of the collective and the expansion of material-technical capabilities of the educational institution, as well as interesting proposals.
Əlavə edilmə tarixi: 02.10.2018 | Baxılma sayı: 121
Mingəçevir Turizm Kollecində Ümumdünya Turizm Günü münasibəti ilə konfrans keçirilib
Turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecinin kollektivi Ümumdünya Turizm Gününü silsilə tədbirlərlə qeyd edib. İstedadlı tələbələrin iştirakı ilə ən yaxşı inşa, rəsm və divar qəzeti nominasiyaları üzrə müsabiqələr təşkil olunub, kitab və əl işləri sərgisi keçirilib.
Tədbirlər silsiləsi “Turizmin ölkə iqtisadiyyatında əhəmiyyəti” adlı elmi nəzəri konfransla yekunlaşıb. Amma konfrans öncəsi tədbir iştirakçıları “Azərbaycan turizmi” mövzusunda təşkil olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib. Qeyd edək ki, sərgidə biri-birindan maraqlı və məzmunlu əl işləri nümayiş olunub. Sərgi iştirakçılarına həmçinin Azərbaycan turizminin inkişaf və perspektivlərindən bəhs edən video çarx təqdim edilib. Daha sonra iştirakçılar elmi nəzəri konfransda bir araya gələrək fəal müzakirələr aparıb.Konfrans iştirakçılarını Ümumdünya Turizm Günü münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb:“Bu gün turizm sənayesi dünyada ən perspektivli sahələrdən biri hesab edilir. Müsbət haldır ki, doğma məmləkətimizdə turizm sənayesi ilbəil inkişaf edir və Azərbaycan turistlərin kütləvi maraq göstərdiyi bir ünvana çevrilir. Statistika bu marağı açıqca təzahür etdirir. Belə ki, ötən bir il ərzində 3 milyona yaxın əcnəbi vətəndaş Azərbaycanı turist qismində ziyarət edib. Azərbaycanın coğrafi, tarixi və mədəni özəllikləri, qonaqpərvərliyi, daxili sabitliyi, tolerant dəyərləri, ilbəil təkmilləşdirilən müasir turizm infrastrukturları və digər üstünlükləri ölkəmizi dünyanın ən çox ziyarət edilən məmləkətləri siyahısında aparıcı mövqelərə çıxarıb. Artıq ölkəmiz həm də dünya miqyaslı möhtəşəm sərgi, festival, musiqi və idman yarışlarına, qlobal əhəmiyyətli konfranslara ev sahibliyi edən qüdrətli dövlətə çevrilib. Vaxtilə ulu öndər Heydər Əliyevin əlində xəritə dünyanı dolaşaraq tanıtdımağa çalışdığı Azərbaycan bu gün prezident cənab İlham Əliyevin uğurlu iqtisadi və ideoloji siyasəti nəticəsində beynəlxalq aləmdə adı xüsusi maraqla tələffüz olunan bir diyara dönüb. İnanırıq ki, ölkəmizin sabahı bundan da parlaq olacaq. Azərbaycanı daha çox turist ziyarət edəcək. Həm tanınıb seviləcəyik, həm də dövlət büdcəmizə bu önəmli sahənin inkişafından külli miqdarda gəlir daxil olacaq. Dövlət tərəfindən aparılmış struktur islahatları da əslində məhz bu inkişafın təmin edilməsinə hesablanıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi böyük vəzifələrin icrası məqsədilə təsis edilib və agentlik üzərinə düşən vəzifələri yerinə yetirmək üçün səfərbər olub. Bu o anlama gəlir ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan bir təhsil müəssisəsi olaraq kollektivimizdən də gözləntilər böyükdür. Çünki inkişafı adətən kadrlar təmin edir. Biz də ixtisalı kadr hazırlığı həyta keçirən müəssisə olaraq məsuliyyətimizin fərqinə varmalıyıq. Əminəm ki, işgüzarlığımızla biz bu sahənin inkişafına öz töfhələrimizi verəcəyik.”Daha sonra Ümumdünya Turizm Gününə həsr olunmuş sənədli film nümayiş olunub. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib. Turizm və Otelçilik şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Vüqar Nağıyev, İqbal Xudiyev və Elşad Səmədov müvafiq olaraq “Turizmin yeni inkişaf istiqamətləri”, “Azərbaycanın qərb turizm bölgəsi” və “Yuxarı Qarabağ iqtisadi rayonun turizm-rekreasiya ehtiyatları” mövzularında çıxış edib. Çıxışlarda Azərbaycanın turizm üçün əlverişli coğrafi şəraiti və iqlimi, tarixi -mədəni dəyərləri, termal ehtiyatları, müasir otel, sanatoriya və kurort kompleksləri, eləcə də qeyri ənənəvi turizmin inkişafı üçün perspektivli hesab edilən sahələri barədə ətraflı məlumatlar verilib. Mövzu ətrafında iştirakçılarla birgə dialoq xarakterli maraqlı müazakirələr aparılıb.Konfransa yekun vuran professor Əyyub Əyyubov növbəti dəfə kadr hazırlığı məslələrinə toxunaraq pedaqoqları işə iki qat yaradıcı münasibətlə yanaşmağa çağırıb:“Turizmin gələcəyi kadrlarımızın hazırlıq səviyyəsindən asılı olacaq. Buna görə də onların hərtərəfli yetişdirilməsi üçün imkanlarımızdan maksimum istifadə etməliyik. Xüsusi ilə də tələbələrin xarici dil vərdişlərinin gücləndirilməsi, tarixi, mədəni bilgilərinin zənginləşdirilməsi və qabaqcıl xidmət mədəniyyətinə yiyələnməsi üçün səylərimizi artırmalıyıq. Bu yolda hər birinizə uğurlar arzulayıram”.Konfrans tələbə özfəaliyyət qrupu tərəfində hazırlanmış ədəbi -bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Əlavə edilmə tarixi: 28.09.2018 | Baxılma sayı: 102
Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə “Bilik Günü” tədbiri keçirilib
Azərbaycan turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecində yeni tədris ilinin açılış mərasimi unudulmaz anlarla yadda qalıb.
İllərdir təhsildə əldə etdiyi uğurlar, nəticə yönümlü tədris- təlim metodları və günbəgün genişlənən beynəlxalq əməkdaşlıq əlaqələri sayəsində naliyyətlərinin sorağı Azərbaycandan kənarda belə dolaşan bu ünlü təhsil ocağı yeni və daha böyük hədəflər naminə çalışmaq iqtidarında olduğunu dəfələrlə nümayiş etdirib. Tədris ilinin ilk günüdə diqqət çəkən yüksək əhval ruhiyə, aparıcı mütəxəssislərin və istedadlı tələbələrin çöhrəsini bəzəyən qürur və qətiyyət hissləri bu işgüzar kollektivin arzu və istəklərinin təzahürü idi. Etiraf etmək lazımdır ki, qısa dönəmdə Mingəçevir Turizm Kollecinin əldə etdiyi uğurlar, fəaliyyət tarixi daha böyük illərə söykənən, hətta ali təhsil müəssisələrinin əksəriyyəti üçün ən arzuolunan hədəflərdən biri kim xarakterizə olunur. Belə bir naliyyət məhz kollektivin vəzifəsinə bəslədiyi yaradıcı münasibət və məsuliyyət sayəsində əldə olunub. Təcrübəli və gənc pedaqoqların məhz bu cür peşəkar münasibəti sayəsində gələcəyini Mingəçevir Turizm Kolleci ilə bağlamaq niyyətində olan gənclərin və onların doğmalarının sayı ilbəil artır. Elə bu ilki qəbul göstəriciləri bunun bir nümunəsidir.Qəbul imtahanlarının nəticələrinə əsasən 933 gənc təhsil karyerasını Mingəçevir Turizm Kolleci ilə bağlayıb. Digər bir sevindirici hal odur ki, zamanın ehtiyaclarından və tələblərindən irəli gələrək ilk dəfə olaraq qəbulu həyata keçirilmiş “Rekreasiya, İdman və sağlamlıq turizmi” və “Turizmin iqtisadiyyatı” ixtisasları üzrə təhsil almaq istəyinə düşən xeyli gənc seçimini məhz bu ixtisaslara görə həyata keçirib.Zəngin maddi texniki baza, geniş beynəlxalq əlaqələr, tədrisdə tətbiq olunan müasir və qabaqcıl metodlar, imathan sistemində həyata keçirilən elektron imtahan yenilikləri, təhsildə şəfaflıq və obyektivliyin təmin olunması, mədəni- kütləvi tədbirlərdə nümayiş olunan təşkilatçılıq bacarığı və digər üstünlükləri tələbə gənclərə bu kollecdə böyük perspektivlər vəd edir. Bu siyahıya kollektivin beynəlxalq əlaqələri sayəsində həyata keçirilməsi an məsələsi olan yenilikləri də əlavə etmək olar. Bu da kollec məzunlarının Azərbaycanın, Belarusun və digər Avropa ölkələrinin ali təhsil müəsissələrinin birbaşa yuxarı kursuna daxil olma imkanları və tələbələrin əcnəbi ölkələrdə istehsalat təcrübəsi keçmək şansları ilə bağlıdır. Ən əsası isə bu təhsil müəssisəsi gənclərin istedadlarının üzə çıxarılması və əsl fəal vətəndaş kimi yetişdirilməsi üçün baza rolunu oynayır. Kollec daxilində fəaliyyət göstərən özfəaliyyət qrupları və idman bölmələri gənclərə tədris boyu müsabiqə, sərgi, festival, konfrans və idman yarışlarında üstünlükərini sərgiləmək imkanı yaradır.Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da məhz kollecin qeyd olunan üstünlüklərindən danışaraq tələbələri bu müsbət imkanlardan yararlanmağa dəvət etdi:“Oxumaq, öyrənmək, yetişmək və gələcək karyerasını qurmaq niyyətində olanlar Mingəçevir Turizm Kollecinə üstünlük verməklə bəlkə də həyatlarının ən doğru qərarlarından birini qəbul edib. Burada aradığınız hər şey var.Yetər ki, gənclərimiz istəkli olsun. Əlbəttə ki, bu cür imkanların yaradılması ilk növbədə dövlət başçımız, prezident cənab İlham Əliyevin elmə, təhsilə, gəncliyin hərtərəfli yetişməsinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. Cənab prezident ulu öndər Heydər Əlievin təməlini qoyduğu böyük layihələri bu gün uğurla davam etdirir. Azərbaycanın dövlət imici günü gündən möhkəmlənir, digər sahələrdə olduğu kimi təhsil və turizm sahəsində dinamik inkişaf müşahidə olunur. Bu inkişafın gələcəyi isə sizin əllərinizdə olacaq. Onu siz irəlilərə aparacaqsınız. Hazırda 7 mindən çöx məzunumuz ixtisalı mütəxxəssislər olaraq bu inkişafa töfhəsini verir. O sıraları genişləndirmək missiyası üzərinizə düşən bir məsuliyyət kimi qəbul edilməlidir.”Əyyub Əyyubov bundan sonra daha böyük məsuliyyətlə çalışmaq əzmində olduqlarını xatırladıb: “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradılması böyük hədəflərdən xəbər verir. Biz də həmin agentliyin tabeliyinə daxil edilmiş təhsil müəssisəsi olaraq fəaliyyətimizi yeni tələblər səviyyəsində qurmağa çalışacağıq. Təhsildə şəffaflıq, obyektivlik və yüksək nəticə əsas devizimizdir. İnanıram ki, bu kollektiv hələ potensialından tam olaraq yararlanmayıb və artıq hər kəs üçün yeni uğurlu şans dönəmi başlayır.”Daha sonra çıxışlar və təbriklər biri birini əvəz edib. Turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisası üzrə yüksək balla kollecə qəbul olunmuş tələbə Günnel Əliyeva , valideyn Mehparə Mürsəlova kollecin məzunu olmuş iki tələbənin valideyni –Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yusif Ələkbərov, direktor müavini Çinarə Allahverdiyeva, kollec həmkarlar təşkilatının sədri İbrahim Əyyubov, şöbə müdirləri, fənn komissiyalarının sədrləri və digər qonaqlar arzu və istəklərini paylaşmaq fürsəti qazanıb.Dərs ilinin başlanması münasibəti ilə təşkil onan mərasim həm də bədii əyləncəli xarakter daşıyıb. Tədbir boyu iştirakçılara kollec tələbə özfəaliyyət qrupu və ayrı-ayrı ixtisas qrupu tələbələri tərəfindən hazırlanmış bədii proqram nümayiş olunub.Qeyd edək ki, tədbir zamanı mərasim iştirakçıları həmçinin bilik gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirib. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Əlavə edilmə tarixi: 17.09.2018 | Baxılma sayı: 190
Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.
Bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırılması məqsədilə düzənlənib. Tədbirdə Hindistan və İndoneziyanın Azərbacandakı diplomatik korpusunun təmsilçiləri, alimlər, jurnalistlər, qabaqcıl təhsil işçiləri, aprel döyüşü iştirakçıları və digər rəsmi qonaqlar iştirak edib. O cümlədən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da mötəbər tədbirə dəvətlilər sırasında yer alıb.Milli mətbuatımızın yaranmasının 143-cü ildönümü münasibəti ilə bayram tədbiri iştirakçılarını təbrik edən Bakı PRESS Milli İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacan ən xoş arzularını paylaşıb. Şəfəq Ağacan Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yoldan söz açaraq mətbuatın mövcud durumundan və perspektivindən danışıb. Daha sonra o, rəhbərlik etdiyi agentliyin təşəbbüsü ilə həyata keçirilmiş “Seçilən” nominasiyasının nəticələrini açıqlayıb. Qeyd edib ki, tədbir jurnalistika tarixi ilə əlaqəli olmasına baxmayaraq agentlik müxtəlif nominasiyalar üzrə müsabiqə keçirib. Həmin nominasiyalar fərqli peşə sahələrində çalışan insanları əhatə edib. Ardınca çıxış edən digtər həmtəşkilatçı-“Zümrüd-M” prodakşının rəhbəri Zümrüd Güləli qızı arzu və istəklərini iştirakçıların diqqətinə çatdırıb.Daha sonra xariici dövlətlərin səfirləri, tanınmış ziyalılar , elm-təhsil işçiləri və ziyalılar çıxış edərək iştirakçılarla bayranlaşma fürsəti əldə edib. Tədbirin ilk anlarında çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə ölkə jurnalistlərini təbrik edib. O şərəfli və çətin peşə sahibləri olan Azərbaycan jurnalistlərinə bundan sonar da cəsarətli, qətiyyətli və obyektiv sənət yolu arzulayıb. Ünlü elm adamı Azərbaycanda müşahidə olunan hərtərəfli inkişafın cəmiyyətə təbliğ və təqdim olunmasında yaradıcı şəxslərin üzərinə önəmli vəzifələr düşdüyünü xatırladıb. Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq ölkə jurnalistlərinə diqqət və qayğı göstərildiyini vurğulayıb:“Böyük Mütəfəkkir Həsən bəy Zərdabidən başlayan milli mətbuat tariximiz sonrakı mərhələlərdə illərin və mövcud ideoloji idarəçilik sisteminin sınaqlarını uğurla dəf edib. Tədricən təkmilləşərək daha qətiyyətli və təsiredici mövqelərə sahib olub. Bununla belə hesab edirəm ki, Azərbaycanın müasir müstəqillik dönəmindən etibarən milli mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın təməlində isə bir mənalı şəkildə ulu öndər Heydər Əliyevin böyük zəhməti və xidmətləri dayanır. Sevindirici haldır ki, bu gün həmin missiya prezident cənab İlham Əliyev tərəfindən daha böyük mütəşəkilliklə davam etdirilir. Davamlı olaraq mətbuatın inkişafı üçün vəsait ayrılır, jurnalistlərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü addımlar atılır, dövlət hesabına binalar inşa olunaraq növbəlilik əsasında qələm sahiblərinə hədiyyə olunur.Ölkə prezidentinin diqqət və qayğısı, həmçinin Mətbuat Şurasının həyata keçirdiyi tədbirlər nəticəsində milli mətbuatın tamamilə yeni zəmində formalaşdırılması uğurla həyata keçirilir”.Sonda professor Əyyub Əyyubov bayram tədbirinə təşkilatçılıq və dəstək nümayiş etdirən qurumların ünvanına ən xoş arzularını çatdırıb.Bundan sonra ayrı ayrı nominasiyalar üzrə müsabiqə qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Fərəhli haldır ki, qeyd olunan müsabiqələrdən ikisində məhz professor Əyyub Əyyubov birinci mükafata layiq görülüb. O həm “Mətbuatın Dostu “, həm də “İlin Ən Yaxşı Təhsil Adamı” nominasiyaları üzrə mükafatlarla təltif olunub.
Əlavə edilmə tarixi: 02.08.2018 | Baxılma sayı: 183
Mingəçevir Turizm Kollecində məzun günü keçirilib
Turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kolleci 2017-2018-ci tədris ilinin yekunlarına əsasən növbəti məzunları ilə vida mərasimi təşkil edib.
Kövrək və sevinc dolu çöhrələrin ağuşunda bir araya gələn böyük bir kollektiv pedaqoq, tələbə, valideyin və digər dəvətli qonaqların iştirakı ilə məzun gününü bayram edib. Tədbir iştirakçıları saatlar ərzində əl-ələ veərək uğurlardan danışıb, təbriklərini paylaşıb, şən musiqilərin və şux rəqslərin müşayəti altında şənlənərək unudulmaz anlar yaşayıb.Qeyd edək ki, hər zaman olduğu kimi bu il də kollektiv məzun adının şərəfinə nail olmuş çoxsayda tələbəsini karyera həyatının yeni dönəminə uğurlamaq imkanı əldə edib. Nə az, nə çox düz 533 gənc göz oxşayan xüsusi məzun libaslarında kollec meydanını dolaşaraq dogma təhsil ocağına və üzərlərində haqqı olan pedaqoqlara sevinc göz yaşları içinda əlvida deyib. 13 ixtisas üzrə 24 qrupda əyani və qiyabi təhsil alaraq peşəkar kadr kimi yetişmiş gənclər alqışların müşayəti ilə çətin və maraqlı təhsil illərinin yorğunluğunu çıxarıb. Həm də böyük fərəh içində. Onlar yaxşı dərk edir ki, belə bir ünlü kollektivdə təhsil alıb elmin və sənətin sirlərinə yiyələnmək heç də hər gəncə nəsib olan qismət və xoşbəxtlik deyil. Adı və naliyyətlərinin sorağı bütün Avroasiya məkanını dolaşan Mingəçevir Turizm Kolleci ölkənin ən çoxsaylı beynəlxalq əlaqələrə malik təhsil müəssisəi olaraq daima diqqət mərkəzində dayanır. İştirakçısı olduğu nüfuzlu beynəlxalq təhsil layihələri, ikitərəfli əməkdaşlıq münasibətləri bu ünlü kollektivin mövcud imicini daha da möhkəmləndirir. Bu tələbələr üçün böyük anlam ifadə edir. Zəngin beynəlxalq əməkdaşlıq kollecdə zaman-zaman ən qabaqcıl tədris-təlim metodlarının, müasir tədris texnologiyalarının tətbiqini zəruri edib ki, bu da kollecdə yetişdirilən gənc mütəxəssislərin rəqabətyönlü təhsil imkanlarından yararlanmış olduğuna işarə edir. Bundan əlavə əcnəbi həmyaşaıdları və təcrübəli mütəxəssislərlə keçirilən saysız hesabsız görüşlər, konfranslarda, seminar treninqlərdə aparılan müzakirələr, sərgilərdə paylaşılan təəssüratlar tələbə dünyasına rəng qatan amillər kimi tarixləşib hər kəsin hafizəsində. Bu günədək Böyük Britaniya, Rumıniya, Rusiya, Fransa, Almaniya, Qazaxıstan, Belarus və digər ölkələrin nüfuzlu təhsil müəssisələri ilə qurulmuş faydalı əməkdaşlıq körpüsü kollektivin uğurlarına davamlılıq dinamikası bəxş edib. Qeyd olunan əməkdaşlığın faydasının böyük olduğunu yaxşı bilən kollec rəhbərliyi və pedaqoji heyət əməkdaşlıq coğrafiyasını günbə-gün daha da genişləndirir. Hətta əksər ölkərin qabaqcıl təhsil ocaqları Mingəçevir Turizm Kolleci ilə işgüzar əməkdaşlıq əlaqələri qurmaq üçün təşəbbüs göstərir. Məsələn ən son olaraq bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində “Sosial partnyorluq münasibətlərinin təhsilin inkişafındakı rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda Rusiya, İtaliya və Finlandiyanın birısıra tanınmış təhsil müəssisələri Mingəçevir Turizm Kolleci ilə dərinləşdirilmiş əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.Yeri düşmüşkəm qeyd etmək lazımdır ki, adı çəkilən konfransa Mingəçevir təhsil müəssisəsi yalnız iştirakçı kimi qatılmayıb. Həm də Sankt-Peterbur Turizm və Otel Servisi Kolleci ilə birgə həmin konfransın təşkilatçı tərəfi qismində çıxış edib. Bu isə birmənalı şəkildə kollektivə beynəlxalq təhsil ictimaiyyətinin bəslədiyi etimaddan qaynaqlanır. Doğma kollektivinə, məzunlara və onların yaxınlarına təbrik nitqi ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da bu barədə tədbir iştirakçılarına ətraflı söhbət açıb:“Beynəlxalq əməkdaşlıq bizə indiyədək böyük naliyyətlər qazandırıb. Attdığımız addımlar ilk növbədə yetirmələrimizin savadlı, bacarıqlı və rəqabətə davamlı təhsil ənənələri içində yetişməsinə hesablanıb. Biz istər Azərbaycanda, istərsə də onun sərhədlərindən kənarda bir hədəf naminə çalışırıq. İstəyirik ki, tələbə və məzunlarımız tək ölkəmizdə deyil ayaq basacaqları dünyanın istənilən məmləkətində mütəxəssis statusunda qəbul edilərək daimi əməyə cəlb edilsin. Bunun üçün nəzəri hazırlıqla yanaşı tələbələrin praktik təlimlərinin təkmilləşməsinə hər zaman xüsusi önəm veririk. Hazırda regionun ən nüfuzlu turist, sanatoriya, kurort kompleksləri ilə sıx əməkdaşlıq içindəyik. Mingəçevirin “RİVER SAİDE “, “KÜR”,”Ağsaray”, Naftalanın “Çinar”,” Qaşaltı” kimi tanınmış turizm obyektləri daim bizimlə əməkdaşlıqda maraqlı olduğunu bəyan edir. Eyni zamanda Qəbələ Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlığımız sayəsində Qəbələnin ünlü otelləri ilə sosial partnyorluq münasibətlərinə daxil olmuşuq. Bütün bunlar məzunlarımızın hazırlığına və karyera yoluna yeni perspektivlər açır. Açığı bunlarla da kifayətlənmək niyyətində deyilik. Hazırda tələbələrimizin dünyanın ən cazibədar turizm coğrafiyalarından hesab olunan Şiri Lankada istehsalat təcrübəsi keçməsi üçün həmin ölkənin tanınmış turizm şirkəti olan “AYPENSE Travell”ə yazışmalarımızı davam etdiririk. Amma bu cəhdlərimiz əziz gənclərimiz sizin də maraq və məsuliyyətinizi artırmalıdır. Xüsusi ilə də turizm sahəsində karyera əldə etmək istəyən gənc ilk növbədə xarici dillərin öyrənilməsinə ciddi səy göstərməlidir. Çünki istər xaricdə keçiriləcək istehsalat təcrübəsinə seçim zamanı, istərsə də işə qəbul zamanı işəgötürən tərəfləri bu məsələ daha çox maraqlandırır. Digər bir məsələ daima öyrənməyə istəyinizə bağlıdır. Hər dəfə demişəm bir daha xatırladıram bu kollecdə öyrəndiklərinizlə kifayətlənməyin. Karyera həyatına başlayacağınız andan etibarən daim yeniliklərə meyilli olub qabaqcıl ənənələri mənimsəməyə çalışın. O zaman əsl mütəxəssis imicinə malik olacaqsınız”.Professor Əyyub Əyyubov çıxışınnda təhsil prosesində tətbiq olunan digər yeniliklərdən də bəhs edib. O imtahanların tamamilə müasir proqramlar əsasında elektronlaşdırılmasını şəffaflğı dərinləşdirdiyi etiraf edib. Eyni zamanda tələbəri əlavə çətinliklərdən qurtardığını bildirib.Ünlü elm adamı qazanılan uğurların ilk növbədə ulu öndər Heydər Əliyevin zəngin siyasi dövlətçilik ənənələrindən qaynaqlandığını deyib:“Ölkəmizdə elmə təhsilə bəslənilən qayğı böyük öndər Heydər Əliyevin arzularının və əməllərinin təzahürüdür. Bu yol prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aprel ayında keçirilən növbədənkənar prezident seçkilərində xalqımız İlham Əliyevin namizədliyinin timsalında Heydər Əliyev ənənələrinin arxasınca getmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçkidən həmən sonra aparılan struktur islahatları ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Bu islahtlar nəticəsində yaradılan yeni dövlət qurumlarından biri də Azərbaycan Dövlət Turizm Agentliyir. Artıq bundan sonra kollevimiz də bu agentliyin rəhbərliyi altında fəaliyyət göstərəcək. Hesab edirəm ki, yeni yaradılmış Agentlik turizmin inkişafında önəmli rol oynayacaq. Biz də kadr hazırlığı ilə məşğul olan təhsil müəssisəsi olaraq məsuliyyətimizi və səylərimizi artıraraq yeni inkişaf dinamikası ilə ayaqlaşmaq niyyətində olduğumuzu ümid və inmala bizə dikilən gözlərə nümayiş etdirməliyik. Bu yolda pedaqoq, tələbə və məzunlarımıza böyük uğurlar arzulayıram”Daha sonra kollec rəhbərliyi tədris ili ərzində fərqlənən pedaqoq və tələbələri fəxri fərmanlarla mükafatlandırıb, təşəkkürlərini çatdırıb.Bayram təbrikləri tədbirin sonrakı mərhələsində də davam etdirilib. Kollecin direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn komissiyalarının rəhbərləri, valideyin və məzunlar çıxış edərək ən xoş azularını ifadə edib.Vida gecəsi zəngin bayram proqramı ilə yadda qalıb.Tələbə özfəaliyyət qrupunun fəalları rəngarəng konsert proqramı ilə çıxış edib. Eyni zamanda 24 məzun qrupunun hər biri ayrı ayrılıqda tədbir meydanında təqdimat çıxışı sərgiləyərək mahnı və rəqsləri ilə iştirakçılarıın qəlbində xoş ovqat yaradıb.Kövrək və sevinc dolu çöhrələrin ağuşunda bir araya gələn böyük bir kollektiv pedaqoq, tələbə, valideyin və digər dəvətli qonaqların iştirakı ilə məzun gününü bayram edib. Tədbir iştirakçıları saatlar ərzində əl-ələ veərək uğurlardan danışıb, təbriklərini paylaşıb, şən musiqilərin və şux rəqslərin müşayəti altında şənlənərək unudulmaz anlar yaşayıb.Qeyd edək ki, hər zaman olduğu kimi bu il də kollektiv məzun adının şərəfinə nail olmuş çoxsayda tələbəsini karyera həyatının yeni dönəminə uğurlamaq imkanı əldə edib. Nə az, nə çox düz 533 gənc göz oxşayan xüsusi məzun libaslarında kollec meydanını dolaşaraq dogma təhsil ocağına və üzərlərində haqqı olan pedaqoqlara sevinc göz yaşları içinda əlvida deyib. 13 ixtisas üzrə 24 qrupda əyani və qiyabi təhsil alaraq peşəkar kadr kimi yetişmiş gənclər alqışların müşayəti ilə çətin və maraqlı təhsil illərinin yorğunluğunu çıxarıb. Həm də böyük fərəh içində. Onlar yaxşı dərk edir ki, belə bir ünlü kollektivdə təhsil alıb elmin və sənətin sirlərinə yiyələnmək heç də hər gəncə nəsib olan qismət və xoşbəxtlik deyil. Adı və naliyyətlərinin sorağı bütün Avroasiya məkanını dolaşan Mingəçevir Turizm Kolleci ölkənin ən çoxsaylı beynəlxalq əlaqələrə malik təhsil müəssisəi olaraq daima diqqət mərkəzində dayanır. İştirakçısı olduğu nüfuzlu beynəlxalq təhsil layihələri, ikitərəfli əməkdaşlıq münasibətləri bu ünlü kollektivin mövcud imicini daha da möhkəmləndirir. Bu tələbələr üçün böyük anlam ifadə edir. Zəngin beynəlxalq əməkdaşlıq kollecdə zaman-zaman ən qabaqcıl tədris-təlim metodlarının, müasir tədris texnologiyalarının tətbiqini zəruri edib ki, bu da kollecdə yetişdirilən gənc mütəxəssislərin rəqabətyönlü təhsil imkanlarından yararlanmış olduğuna işarə edir. Bundan əlavə əcnəbi həmyaşaıdları və təcrübəli mütəxəssislərlə keçirilən saysız hesabsız görüşlər, konfranslarda, seminar treninqlərdə aparılan müzakirələr, sərgilərdə paylaşılan təəssüratlar tələbə dünyasına rəng qatan amillər kimi tarixləşib hər kəsin hafizəsində. Bu günədək Böyük Britaniya, Rumıniya, Rusiya, Fransa, Almaniya, Qazaxıstan, Belarus və digər ölkələrin nüfuzlu təhsil müəssisələri ilə qurulmuş faydalı əməkdaşlıq körpüsü kollektivin uğurlarına davamlılıq dinamikası bəxş edib. Qeyd olunan əməkdaşlığın faydasının böyük olduğunu yaxşı bilən kollec rəhbərliyi və pedaqoji heyət əməkdaşlıq coğrafiyasını günbə-gün daha da genişləndirir. Hətta əksər ölkərin qabaqcıl təhsil ocaqları Mingəçevir Turizm Kolleci ilə işgüzar əməkdaşlıq əlaqələri qurmaq üçün təşəbbüs göstərir. Məsələn ən son olaraq bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində “Sosial partnyorluq münasibətlərinin təhsilin inkişafındakı rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda Rusiya, İtaliya və Finlandiyanın birısıra tanınmış təhsil müəssisələri Mingəçevir Turizm Kolleci ilə dərinləşdirilmiş əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.Yeri düşmüşkəm qeyd etmək lazımdır ki, adı çəkilən konfransa Mingəçevir təhsil müəssisəsi yalnız iştirakçı kimi qatılmayıb. Həm də Sankt-Peterbur Turizm və Otel Servisi Kolleci ilə birgə həmin konfransın təşkilatçı tərəfi qismində çıxış edib. Bu isə birmənalı şəkildə kollektivə beynəlxalq təhsil ictimaiyyətinin bəslədiyi etimaddan qaynaqlanır. Doğma kollektivinə, məzunlara və onların yaxınlarına təbrik nitqi ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da bu barədə tədbir iştirakçılarına ətraflı söhbət açıb:“Beynəlxalq əməkdaşlıq bizə indiyədək böyük naliyyətlər qazandırıb. Attdığımız addımlar ilk növbədə yetirmələrimizin savadlı, bacarıqlı və rəqabətə davamlı təhsil ənənələri içində yetişməsinə hesablanıb. Biz istər Azərbaycanda, istərsə də onun sərhədlərindən kənarda bir hədəf naminə çalışırıq. İstəyirik ki, tələbə və məzunlarımız tək ölkəmizdə deyil ayaq basacaqları dünyanın istənilən məmləkətində mütəxəssis statusunda qəbul edilərək daimi əməyə cəlb edilsin. Bunun üçün nəzəri hazırlıqla yanaşı tələbələrin praktik təlimlərinin təkmilləşməsinə hər zaman xüsusi önəm veririk. Hazırda regionun ən nüfuzlu turist, sanatoriya, kurort kompleksləri ilə sıx əməkdaşlıq içindəyik. Mingəçevirin “RİVER SAİDE “, “KÜR”,”Ağsaray”, Naftalanın “Çinar”,” Qaşaltı” kimi tanınmış turizm obyektləri daim bizimlə əməkdaşlıqda maraqlı olduğunu bəyan edir. Eyni zamanda Qəbələ Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlığımız sayəsində Qəbələnin ünlü otelləri ilə sosial partnyorluq münasibətlərinə daxil olmuşuq. Bütün bunlar məzunlarımızın hazırlığına və karyera yoluna yeni perspektivlər açır. Açığı bunlarla da kifayətlənmək niyyətində deyilik. Hazırda tələbələrimizin dünyanın ən cazibədar turizm coğrafiyalarından hesab olunan Şiri Lankada istehsalat təcrübəsi keçməsi üçün həmin ölkənin tanınmış turizm şirkəti olan “AYPENSE Travell”ə yazışmalarımızı davam etdiririk. Amma bu cəhdlərimiz əziz gənclərimiz sizin də maraq və məsuliyyətinizi artırmalıdır. Xüsusi ilə də turizm sahəsində karyera əldə etmək istəyən gənc ilk növbədə xarici dillərin öyrənilməsinə ciddi səy göstərməlidir. Çünki istər xaricdə keçiriləcək istehsalat təcrübəsinə seçim zamanı, istərsə də işə qəbul zamanı işəgötürən tərəfləri bu məsələ daha çox maraqlandırır. Digər bir məsələ daima öyrənməyə istəyinizə bağlıdır. Hər dəfə demişəm bir daha xatırladıram bu kollecdə öyrəndiklərinizlə kifayətlənməyin. Karyera həyatına başlayacağınız andan etibarən daim yeniliklərə meyilli olub qabaqcıl ənənələri mənimsəməyə çalışın. O zaman əsl mütəxəssis imicinə malik olacaqsınız”.
Professor Əyyub Əyyubov çıxışınnda təhsil prosesində tətbiq olunan digər yeniliklərdən də bəhs edib. O imtahanların tamamilə müasir proqramlar əsasında elektronlaşdırılmasını şəffaflğı dərinləşdirdiyi etiraf edib. Eyni zamanda tələbəri əlavə çətinliklərdən qurtardığını bildirib.
Ünlü elm adamı qazanılan uğurların ilk növbədə ulu öndər Heydər Əliyevin zəngin siyasi dövlətçilik ənənələrindən qaynaqlandığını deyib:
“Ölkəmizdə elmə təhsilə bəslənilən qayğı böyük öndər Heydər Əliyevin arzularının və əməllərinin təzahürüdür. Bu yol prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aprel ayında keçirilən növbədənkənar prezident seçkilərində xalqımız İlham Əliyevin namizədliyinin timsalında Heydər Əliyev ənənələrinin arxasınca getmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçkidən həmən sonra aparılan struktur islahatları ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Bu islahtlar nəticəsində yaradılan yeni dövlət qurumlarından biri də Azərbaycan Dövlət Turizm Agentliyir. Artıq bundan sonra kollevimiz də bu agentliyin rəhbərliyi altında fəaliyyət göstərəcək. Hesab edirəm ki, yeni yaradılmış Agentlik turizmin inkişafında önəmli rol oynayacaq. Biz də kadr hazırlığı ilə məşğul olan təhsil müəssisəsi olaraq məsuliyyətimizi və səylərimizi artıraraq yeni inkişaf dinamikası ilə ayaqlaşmaq niyyətində olduğumuzu ümid və inmala bizə dikilən gözlərə nümayiş etdirməliyik. Bu yolda pedaqoq, tələbə və məzunlarımıza böyük uğurlar arzulayıram”
Daha sonra kollec rəhbərliyi tədris ili ərzində fərqlənən pedaqoq və tələbələri fəxri fərmanlarla mükafatlandırıb, təşəkkürlərini çatdırıb.
Bayram təbrikləri tədbirin sonrakı mərhələsində də davam etdirilib. Kollecin direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn komissiyalarının rəhbərləri, valideyin və məzunlar çıxış edərək ən xoş azularını ifadə edib.
Vida gecəsi zəngin bayram proqramı ilə yadda qalıb.Tələbə özfəaliyyət qrupunun fəalları rəngarəng konsert proqramı ilə çıxış edib. Eyni zamanda 24 məzun qrupunun hər biri ayrı ayrılıqda tədbir meydanında təqdimat çıxışı sərgiləyərək mahnı və rəqsləri ilə iştirakçılarıın qəlbində xoş ovqat yaradıb.
Əlavə edilmə tarixi: 03.07.2018 | Baxılma sayı: 326
Xalq Qəzeti- Əyyub Əyyubov ” Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir “
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.
Məhz elə buna görə də ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı müvafiq fərmanla 26 iyun tarixi ilk ordu hissəsi Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda əvəzsiz xidmətləri olub. Ümummilli lider 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarına, hərbi biliklərə dərindən yiyələnmələrinə əlverişli şərait yaradıb. Dahi şəxsiyyət 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra da bu sahəni diqqət mərkəzində saxlayıb, mövcud pərakəndə hərbi dəstələrin ləğv edilərək, nizami ordu formalaşdırılmasına nail olub. Azərbaycanda hərbi quruculuq prosesi hazırda uğurla davam etdirilir, ordumuzun inkişafına, təkmilləşməsinə mühüm önəm verilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordusu kimi tanınır. Aprel döyüşləri də Ordumuzun gücünü, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha sübuta yetirdi. Hazırda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. Bununla yanaşı, ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını uğurla mənimsəyir. İşğal altındakı ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti düşmən Ermənistanda da açıq etiraf edilir. Respublikamızda ordu quruculuğuna dair bütün tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Bu isə Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradır. Ali Baş Komandan İlham Əliyev Ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayaraq, tez-tez hərbi hissələrə gedir, müasir hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması, cəbhə bölgəsində zabitlər üçün yaşayış komplekslərinin tikintisi ilə tanış olur. Belə qayğı və diqqət, şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir, işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə ruhlandırır. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq deyib: “Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər”. Həqiqətən, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda ordurəhbər, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Ordumuzun Aprel zəfəri bu vəhdətin təsdiqi oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır. Son dövrlərin hərbi uğurları da göstərir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil. Döyüş qabiliyyəti gündəngünə gücləndirilən ordumuzda vətənpərvərlik ruhu hazırda ən yüksək səviyyədədir. Azərbaycan Ordusu xalqın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır. Bu isə göstərir ki, Azərbaycan xalqı torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq. Ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Silahlı Qüvvələrin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqla təchiz olunan istehsal sahələri yaradılıb. Demək olar ki, hazırda Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü ordunu silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməsinə şərait yaradıb. Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlarla və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verib. Ölkəmizdə hazırlanan və digər dövlətlərdən əməkdaşlıq sayəsində alınan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir. Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də son illərdə yerli istehsal hesabına hərbi birləşmələrin müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında gücünü daha da artırır. Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni – torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Bugünkü bayram da təkcə hərbçilərin deyil, ümumilikdə bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm.
Əyyub ƏYYUBOV,
Mingəçevir Turizm Kollecinin
direktoru, iqtisad elmləri doktoru, professor
Əlavə edilmə tarixi: 27.06.2018 | Baxılma sayı: 169
Mingəçevir Turizm Kollecində” Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” adlı konfrans keçirilib
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə təşkil olunan elmi nəzəri konfrans əhəmiyyətli müzakirələrlə yadda qalıb.Tədbirdə kollec kollektivi ilə yanaşı şəhər Narkoloji dispanserinin həkim mütəxəssisləri və digər ekspertlər iştirak edib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov beynəlxalq “Narkotiklərlə Mübarizə Günü”nün təsis tarixindən və bu əlamətdar təqvimin özəlliyindən danışıb. O qeyd edib ki, tələbə gənclərin zərərli vərdişlərdən uzaq düşməsi və asudə vaxtlarınınsəmərəli keçirilməsi üçün tədris ili ərzində məqsədyönlü addımlar atılır. O cümlədən narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən bəhs edən müzakirələr aparılıb:“Etiraf etmək lazımdır ki, narkomaniya hansısa bölgənin, ölkənin, yaxud xalqın problemi deyil.Narkomaniya bütün dünyanın problemi və baş ağrısıdır.O səbəbdən də narkomaniyaya qarşı mübarizə beynəlxalq, bəşəri xarakter daşıyır.Konkret olaraq Azərbaycanda bu mübarizənin hansı sərt müstəvidə aparıldığının hər birimiz şahidiyik.Güc strukturlarımız, bu bəlaya qarşı hüquqi mübarizədə ixtisaslaşmış rəsmi qurumlar üzərinə düşən vəzifələri ən yüksək səviyyədə icra etməklə ölkəmizin hüdudlarından narkotik vasitələrin daşınması üçün tranzit kimi istifadə edilməsinin qarşını önləyir.Narkotik alveri ilə məşğul olub, bu zərərli vərdişi təşviq edənlərə qanunvericiliyə uyğun olaraq məqsədyönlü mübarizə aparır. Amma razılaşın ki, belə bir bəlaya qarşı mübarizə təkcə rəsmi qurumların işi olmamalıdır.Mübarizənin effektliyi ümumxalq mübarizəsindən keçir.Çünki narkotika aludəçiləri və alverçiləri hər zaman ilk növbədə yetişməkdə olan gənclər arasından yeni potensial qurbanlar seçir.Xüsusi ilə istəklərini daha çox təhsil müəssisələrindən olan gənclər arasında gerçəkləşdirməyə çalışırlar.Az qala bunun üçün geinş araşdırma aparırlar. Demək ki, pedaqoq və tələbələrin üzərinə böyük məsuliyyət düşür.Ən xırda şübhəli hal barədə məlumatlar əldə edilərkən dərhal proflaktik qabaqlayıcı addımlar atılmalıdır. Mənlik deyil düşüncəsindən birdəfəlik uzaqlaşmaq lazımdır.Əks halda bu bəla hər birimizin qapısını döyə bilər, ən yaxınlarımızı əlimizdən alar”.Bundan sonra narkomaniyaya qarşı mübarizədən bəhs edən video çarxa baxış keçirilib. Ardınca çıxış edən Narkoloji dispanserin həkimi Zeynəb Balkişiyeva “Narkomonaiya və onun fəsadları” adlı məruzəsi ilə iştirakçılara problemə dair ətraflı məlumatlar verib.O narkotik vasitələr, onların istifadə yolları, orqanizmdə yaratdığı fəsadlar, müalicə üsulları və digər məsələlər barədə söhbət açıb.Konfrans digər məruzəçilərin çıxışları ilə davam etdirilib.Bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Gülnaz Burmənd, Fəxrəntac Alıyeva və Şəms Məmmədova müvafiq olaraq “Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir”,“Ağ ölümün geniş yayılması və ona qarşı mübarizə tədbirləri”, “Psixi asılılıq və onun profilaktikası”və “Narkomaniya bəşəri bəladır” adlı məzmunlu və aktual məruzələrlə çıxış edib.Bütün çıxışlarda eyni məqsəd ətrafında cəmiyyətin fəallaşmasının zəruri olduğu barədə qətiyyətli fikirlər yer alıb.Konfransa yekun vuran professor Əyyub Əyyubov kollec gənclər təşkilatı fəallarını, bütün tələbələri narkomaniyaya qarşı mübarizədə bir qədər də fəal olmağa dəvət edib:“Elə hallar yarana bilər ki, bir yerdə təhsil aldığınız, rastlaşdığınız, daim ünsiyyətdə olduğunuz dostlarınız , tanışlarınız arasında şübhəli məqamlar diqqətinizi cəlb edə bilər.Sevdiklərinizi, gələcəyinizi və ümümən yaşadığınız cəmiyyətin sabahını düşünüb daha sağlam və təminatlı görmək istəyirsinizsə bir an da olsa tərəddüd etməyin.Sabah hər şey gec ola bilər.Gəlin elə bu gündən hamılıqla narkomaniyaya yox deyək.”Qeyd edək ki, konfrans iştirakçılarına “Narkomaniyaya yox deyək!” devzi altında nəşr olunmuş müxtəlif bukletlər və digər təşviqat vasitələri paylanıb.Ümumən konfrans maraqlı müzakirələr və fəal dialoq şəraitində davam edib.
Əlavə edilmə tarixi: 24.06.2018 | Baxılma sayı: 324
Mingəçevir Turizm Kollecində “ 15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü” adlı konfrans keçirilib
15 iyun Milli Qurtuluş Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. “Ölməz şəxsiyyət simvolu” mövzusunda dəyrimi masa ətrafı müzakirələr aparılıb,inşa,rəsm müsabiqələri təşkil olunub və ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kitab sərgisi keçirilib.
Tədbirlər silsiləsinin ən maraqlı anlarından biri də elmi -nəzəri konfrans öncəsi baş tutan rəsm və əl işləri sərgisinin açılış mərasimi olub.İstedadlı tələbələrin əl işlərindən ibarət sərgidə biri birindən məzmunlu əsərlər nümayiş olunub.Eyni zamanda sərgi zalında milli qurtuluş mübarizəsindən bəhs edən video çarx nümayiş edilib.Daha sonra bayram tədbiri iştirakçıları “ 15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü” adlı elmi nəzəri konfransda bir araya gəlib.İştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb.Çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının əsirlərə söykənən milli azadlıq mübarizəsindən, dövlət müstəqilliyinin ən son dönəmlərində yaşanan çətinliklərdən, xalqının ən ağır günlərində xalqını arxasınca alıb milli qurtuluş mücadiləsi vermiş dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyəti ilə bağlı şanlı xidmətlərindən ətraflı söhbət açıb:“Ulu öndər Heydər Əliyevin ömür yolu və siyasi xidmətləri əslində böyük bir dövlətçilik səlnaməsidir.İstər siyasi hakimiyyətinin ilk, istərsə də son dönəmində azərbaycan xalqının dahi oğlu xalqı və doğma vətəni naminə çox böyük fədakarlıqlar göstərib.Dərin zəka,qətiyyət,iradə,cəsarət və ən başlıcası üstün liderlik keyfiyyətləri onu əbədiyaşar zirvələrə daşıyıb.Bu gün müstəqil Azərbaycanın əldə etdiyi ən böyük naliyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin təzahürüdür.”Bundan sonra milli qurtuluş mübarizəsinə həsr olunmuş sənədli filmə baxış keçirilib.Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib.Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax Regional şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, iqtisad elmlər namizədi, dossent İbrahim Əyyubov, pedaqoqlar Eldar Dərişov,İlqar Məhərrəmov və Aygün Hümbətova müvafiq olaraq “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dönəmi”, “Xalqının yoluna işıq saçan əbədiyaşar lider”,“Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “1993-cü il iyun ayının 15-i dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib” və “Milli Qurtuluş Azərbaycanın tarixi naliyyətlərini,mövcudluğunu, müstəqilliyini təmin etdi” adlı genş məruzələrlə çıxış edib.Çıxışlarda əbədiyaşar liderin dəyərli siyasi irsindən maraqlı faktlar səsləndirilib xoş xatirələr anılıb.Konfrans daha sonra tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış musiqili bayram proqramının nümayişi ilə davam etdirilib.Konfransa yekun vuran professor Əyyuib Əyyubov əslində xalqın üç qat bayram sevinci içində olduğunu qeyd edib:“Çox gözəl haldır ki, bu il Milli Qurtuluş Günü təntənələri İslam dünyası,o cümlədən xalqımız üçün əziz olan Ramazan bayramına təsadüf edib.Üstəlik doğma Azərbaycanımız nə zamandır ki, milli Cumhuriyyətimizin 100 illik yubiley təntənələrini qeyd edir.Necə deyərlər bayram bayrama qarışıb.Bir daha sizləri və bütün xalqımızı üç qat bayramlar münasibəti ilə təbrik edir və xalqımıza daha böyük naliyyətlər arzulayıram.Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ neçə siyasi zirvələri fəth edəcək, düşmən tapdağı altında olan yurd yerlərimiz ordumuzun zəfər yürüşü ilə işğaldan azad ediləcək.”
Əlavə edilmə tarixi: 14.06.2018 | Baxılma sayı: 300
Azərbaycan qəzeti – ” Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransa təşkilatçılıq etmişdir”
Əlavə edilmə tarixi: 05.06.2018 | Baxılma sayı: 165
Mingəçevir Turizm Kollecində “Azərbaycanda regional turizmin inkişafında yeni strategiyalar “ mövzusunda regional konfrans keçirilib
Mingəçevir Turizm Kolleci regional turizmin inkişafı ilə bağlı növbəti aktual elmi-nəzəri konfransa ev sahibliyi edib.
“Azərbaycanda regional turizmin inkişafında yeni strategiyalar” adlı konfransın işində Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Turizm Kolleci, Goranboy, Yevlax, Bərdə rayonları və Naftalan şəhəri ərazisində yerləşən müasir otel və kurort sanatoriya komplekslərinin səlahiyyətli nümayəndələri, eləcə də ekspert mütəxəssislər və çox sayda KİV nümayəndəsi iştirak edib.
Öncə konfrans iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sərgidə Azərbaycan turizminin özəlliklərindən bəhs edən sənət nümunələri ziyarətçilərin qəlbində xoş təəsürat oyadıb.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin müzakirəsinə çıxarılmış mövzunun aktuallığından danışıb. Qeyd edib ki, bu gün dövlət səviyyəsində aparılan davamlı və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünyanın ən cəzbedici turizm məmləkətlərindən birinə çevrilib. Turizmin İnkişafına Dair Strateji Yol Xəritəsi və ondan irəli gələn vəzifələr turizmin, xüsusi ilə də regional turizmin inkişafında maraqlı olan tərəflərə yeni imkanlar açıb:
“Hesab edirəm ki, biz yaranmış imkanlardan maksimum faydalanmağa çalışmalıyıq. Bunun üçün belə müzakirələrə böyük ehtiyac var. Çünki, bu konfransda turizm xidməti göstərən və xidmət səviyyəsini yüksəltməkdə maraqlı olan şirkətlər turizm sahəsi üçün peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəsi təmsilçiləri ilə bir məqsəd naminə eyni masa ətrafında əyləşib. Regional turizmin əsas özəlliyi, diqqətdən kənarda qalmış turizm sahələrinin dirçəlişi, müasir xidmət səviyyəsinin yüksəldilməsinə təkan verə biləcək addımlar, işəgötürənlərin tələbinə uyğun kadr hazırlığının həyata keçirilməsi və digər oxşar məsələlərin müzakirə edilməsi və həll yollarının tapılması konfransın əsas məqsədidir. Fikrimcə aparılacaq müzakirələr son nəticədə regional turizmin inkişafına dəyərli bir töfhə olacaq”.
Professor Əyyub Əyyubov eyni zamanda rəhbərlik etdiyi təhsil müəssisəsinin kadr hazırlığında əldə etdiyi uğurlardan danışıb. İndiyədək 14 ixtisas üzrə təhsil almış 7000 dən çox məzunun hazırda turizm sənayesində çalışaqraq ümumi inkişafa töfhə verdiyini bildirib.
Daha sonra çıxş edən Mingəçevir şəhər İcra Hakimiyyəti nümayəndəsi Sahib Əliyev Mingəçevir şəhər rəhbərliyi adından konfransın işinə uğurlar arzulayıb. Sahib Əliyev regional turizm məsələlərinə dair aktual müzakirələrə təşəbbüs göstərərək təşkilatçılıq edən Mingəçevir Turizm Kollecinin kollektivinə təşəkkürlərini çatdırıb.
Ardınca konfransın biri-birindən məzmunlu məruzələri dinlənilib. Kollecin “Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Elşad Səmədov, İqbal Xudiyev və Vüqar Nağıyev müvafiq olaraq “Azərbaycanda regional turizmin davamlı inkişaf prioritetləri”,”Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, ”Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri” və “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında əhatəli məruzələrlə çıxış edib.
Səslənən fikirlər, açıqlanan rəsmi məlumatlar və qaldırılan problemlər konfrans iştirakçıları arasında fəal müzakirələrə yol açıb. “Gülüstan” otelinin direktor müavini Namiq Məmmədov, “Şahin” otelinin administratoru Mirazər Orucov, “Prinse” otelinin direktor müavini İlqar Qarayev, “Günəş” otelinin administratoru Samir Novruzov, “Sahil”otelinin meneceri Maqsud Süleymanov, ” Kainat “ otelinin administratoru Elnur Məmmədov , “Qaşaltı” sanatoriyasının şöbə müdiri Mədəd Qasımov, “Qaşaltı” sanatoriyasının direktor köməkçisi Qoca İsmayılov və “Çinar” otelinin şöbə müdiri Anar Əhmədov regional turizmin mövcud problemləri, inkişaf dinamikası, zəruri ehtiyacları və qarşıda duran başlıca vəzifələri barədə düşüncələrini paylaşıb. Goranboy, Bərdə, Yevlax rayonlarını və Naftalan şəhərini təmsil edən dialoq iştirakçıları konkret təkliflərini açıqlayıb. Onlar kadrlara böyük ehtiyac duyduqlarını, kadrlarda xarici dil vərdişlərinin vacibliyi, təhsil müəssisələri ilə turizm şirkətləri arasında əməkdaşlığın perspektivləri və digər önəmli məsələlər barədə müzakirələr aparıb. Tədbirdə həmçinin Mingəçevir Gənclər və İdman idarəsinin, Mingəçevir Bələdiyyəsinin, “Mingəçevir” qəzetinin, “Ağsüaray” və “River Side” otellərinin, şəhər veteranlar şurasının, şəhər dram teatrının və digər qurumların təmsilçiləri çıxış edərək maraqlı təkliflər irəli sürüb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov çox maraqlı tədbirin şahidi və iştirakçıları olduqlarını vurğulayıb. Əyyub Əyyubov onu da qeyd edib ki, qabaqcıl təhsil müəssisəsi olaraq rəhbərlik etdiyi kollektiv turizmin inkişaf dinamikası ilə ayaqlaşmaq üçün bütün imkanlardan istifad etməyə çalışır:
“Artıq yeni tədris ilindən etibarən kollecimizdə “Rekreasiya İdman Sağlamlıq Turizmi” ixtisaı üzrə mütəxəssis hazırlığına başlanacaq. Biz kollektivin gücü ilə hazırda analoji mövzuda yeni dərs vəsaitinin hazırlıqları və metodik vasitələr üzərində iş aparırıq. Digər bir yenilik odur ki, bu günlərdə kollektivimiz Rusiyanın Sankt-Peterburq şəhərində “Kadr hazırlığı prosesində sosial tərəfdaşlıq amilin rolu” mövzusunda keçirimiş beynəlxalq konfransda iştirak edib. Həmin konfransda turizm sahəsi üçün kadr hazırlığı həyata keçirən Azərbaycan, Rusiya, İtaliya və Finlandiyanın ixtisaslaşmış təhsil müəssisələri və turizm şirkətlərinin nümayəndələri fəal müzakirələr aparıb. Əslində bizim bu günki, konfransımız da sosial tərəfdaşlıq münasibətlərinin güclənməsi istiqamətində atılmış növbəti uğurlu addımdır. Biz nə qədər razılaşdırılmış addımlar atıb, əməkdaşlığımızı dərinləşdirsək, bir o qədər ölkə, xüsusi ilə də region turizminin inkişafına fayda vermiş olacağıq”.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan musiqili proqramın nümayişi ilə naşa çatıb.
Əlavə edilmə tarixi: 29.05.2018 | Baxılma sayı: 277
Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.
. Gənclər adları çəkilən yubiley tədbirlərində özlərinin ən üstün vətənpərvər keyfiyyətlərini sərgiləməyə çalışıb.100 illik Cumhuriyyət tarixinə verilən ən dəyərli töfhələrdən biri də tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi olub. Sərgidə istedadlı gənclərin biri-birindən maraqlı əl işləri sərgilənib. Eyni zamanda sərgi zalında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edən sənədli film nümayiş olunub. Sərgini ziyarət edən kollec rəhbərliyi, pedaqoqlar, tələbələr, valideyinlər və təhsil müəssisəsinin digər qonaqları yaradıcı nümunələrdən xoş təəssüratlar alıb. Bundan sonra bayram tədbiri iştirakçıları “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı elmi nəzəri konfransda bir araya gəlib.Konfrans iştirakçılarını 28 May Respublika Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirə dövlət himnimizin caqnlı ifası ən gözəl hədiyyə olar deyən professor Əyyub Əyyubov himnimizin canlı ifa olunmasını təklif etdi. Daha sonra çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının azadlıq mübarizəsi və dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin şərəfli səlnaməsindən ətraflı söz açıb:“Azadlıq kmisəyə hədiyyə olaraq verilmir. Xalqın iradəsi, qəhrəmanlığı və cəsur övladların şəhidliyi bahasına qazanılır. Bu mənada xoşbəxt xalqıq ki, ötən əsrin əvvələrində olduğu kimi bu gün də azad, müstəqil dövlətimiz var. Çünki bu xoşbəxtlik heç də bütün millətlərə nəsib olan qismət deyil. Cumhuriyyətin qurucularından olan böyük siyasi xadim Məmməd Əmin Rəsulzadə demişkən “Bir kərə yüksələn bayraq bir daha enməz”. Əgər müstəqil dövlətçiliyin müasir dönəmini cumhuriyyət dövrü ilə müqayisə etsək hadisələrin biri birini tamamladığının şahidi olarıq. Bu mənada ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir” fikri Azərbaycan xalqının ruhunun səsidir.Dəyərli elm adamı cumhuriyyət dövrünün təkcə xalqımızın deyil, bütün şərqin gələcək taleyində böyük rol oynadığını bildirib. Şərqdə il demokratik dövlətin məhz Azərbaycanda yarandığını qürurla ifadə edib. Milli hökumətin həmin illərdə dövlət quruculuğu ilə yanaşı, erməni-daşnak təcavüzü ilə gərgin mübarizə apardığını, Osmanl Türkiyəsindən olan qan qardaşlarımızın bizləri bu mübarizədə yalnız buraxmadığını xatırladıb. Professor Əyyub Əyyubov Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı prezident cənab İlham Əliyev tərəfindən verilən Sərəncamı dövlətçilik tariximizə bəslənilən böyük vətənpərvərlik nümunəsi olduğunu iştirakçıların diqqətinə çatdırıb.Daha sonra dövlətçilik mübarizəsinə və cumhuriyyət dönəminə həsr olunmuş video çarx nümayiş olunub. Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Pedaqoqlar Əziz Əsgərov, Ülviyyə Məmmədova və tələbə Samirə Musayeva müvafiq olaraq “Azərbaycanın istiqlal günü”, “28 May Respublika Günüdür” və “Azərbaycanın milli bayramı- 28 May Respublika Günü “ mövzularında geniş və məzmunlu çıxış edib.Sonra yubiley münasibəti ilə keçirilmiş müsabiqə və yarışma qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Ən yaxşılar fəxri diplomlarla mükafatlandırılıb.Konfrans daha sonra ədəbi bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu musiqili vətənpərvər proqram nümayiş etdirib.Konfransa yekun vuran professor Əyyub Əyyubov bir daha konfrans iştirakçılarını milli bayram münasibəti ilə təbrik edərək dövlətimizin bu günü və sabahı naminə hər kəsi daha da fədakar olmağa səsləyib.
Əlavə edilmə tarixi: 29.05.2018 | Baxılma sayı: 187
Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.
Kollec tərəfdaşı olan Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə birgə təşkilati missiyanı yerinə yetirərək “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olub. Rusiya, Italiya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə baş tutan tədbirdə Sankt-Peterburq Təhsil Komitəsi rəsmiləri fəal iştirak edib. Qeyd edək ki, konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək olub. Ən maraqlısı da odur ki, konfransın keçirildiyi zalın ideoloji tərtibatından tutmuş iştirakçı təşkilatlara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adaları qoşa yazılıb.Qeyd edək ki, “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı|” adlı beynəlxalq konfrans Sankt –Peterburq Təhsil Komitəsinin rəsmi nümayndələrinin açılış nitqləri ilə öz işinə başlayıb. Komitənin sədr müavini Yuri Solyannikov, Komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru Svetlana Antonova çıxış edərək konfransda müzakirəyə çıxarılan mövzunun önəmindən danışaraq iştirakçılara uğurlar arzulayıb.Bundan sonra çıxış etmək fürsəti əldə edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, uğurları, məzunları və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə xüsusi slayd vasitəsi ilə ətraflı söhbət açıb. Ardınca “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda əhatəli məruzə ilə çıxış edən dəyərli elm adamı konfran iştirakçılarının rəğbətini qazanıb. O turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən bəhs edib. Turizm psixologiyasının yenidən öyrənilmə zərurəti, beynəlxalq sosial tərəfdaşlıq münasibətlərinin kadr hazırlığına təsiri, tolerant ənənələrin turizmin yeni inkişaf dönəmində verə biləcəyi töfhə və digər vacib məsələlər barədə məzmunlu nitq söyləyib.Daha sonra İtaliyanın Kazarqo şəhərinin meri School CFPA hotelinin administrator məsləhətçisi Skarpa Pina, İtaliyanın İPS Veccari təhsil müəssisəsinin direktoru Petro Rapizarda və həmin təhsil ocağının müəllimi Nikola Klaudia Aleccandra, həmçinin Finlandiyanın Savonlinna şəhərinin SAMLedu kollcinin müəllimləri Mika Nenonen , Timo Leso və həmin kollecin beynəlxalq təhsil proqramlarının rəhbəri Yuti Noora geniş məruzələrlə çıxış edib. Onlar “İtaliyada innovasiyalı peşəkar təhsildə beynəlxalq sosial əməkdaşlığın rolu”, “Qastronomik peşəkar usta müsabiqələri təcrübəsi”, “Qastronomik və sosial müsabiqə- Sakitliyin divarını qırırıq”, “İtaliyanın alternativ proqramları- tələbələr işdə”, “Finlandiyada təhsil islahatlarından sonra təhsilin təşkili”, “Peşəkar kollecdə real iş şəraiti üçün kadr hazırlığı” və çıxış etdikləri digər mövzularda maraqlı məlumatlar səsləndirib.Qeyd etmək lazımdır ki, səslənən məruzələr, qaldırılan məsələlər və təqdim edilən təkliflər fəal müzakirələrə yol açıb. Konfransın ikinci günü müzakirələr ayrı-ayrı bölmələrdə davam etdirilib.Ümumən konfrans bütün tərəflər üçüç yaddaqalan və faydalı olub. Bu səbəbdən də müzakirələrin gələcək dönəmlərdə də davam etdirilməsi qərara alınıb.Qeyd edək ki, Mingəçevir Turizm Kolleci üçün Sankt-Peterburq səfəri həm də yeni beynəlxalq əməkdaşlıq əlaqələrinin təməlinin atılması ilə yadda qalıb. Belə ki, kollec rəhbərliyinin konfransda məzmunlu çıxışı, konfransın təşkilindəki fəal rolu və keçirdiyi fərdi görüşləri sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçı tərəflərdən marağ daha da artırıb. Nəticə olaraq Finlandiya və İtaliya təhsil müəssissələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparılıb. Hətta Azərbaycan təhsil müəssisəsi adı çəkilən dövlətlərə dəvət alıb.Beynəlxalq konfrans bir çox səbəbdən unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları Sankt Peterburqda keçirdiyi günlər ərzində şəhərin müxtəlif istiqamətlərinə, tarixi yerlərinə və muzeylərə təşkil olunan ekskursiyalara qatılıb. Eyni zamanda Sankt-Peterburq Turizm və Otel Servisi kollecinin maddi texniki bazası, tədris və təcrübə sahələri ilə yaxından tanıpş olmaq fürsəti əldə edib.Görülən, duyulan və yaşananlar iştirakçıların qəlbində zəngin və xoş təəssüratların yaranmasına yol açıb.
Əlavə edilmə tarixi: 25.05.2018 | Baxılma sayı: 128
Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.
. Azərbaycanın ən səfalı rayonlarından biri olan İsmayıllıya səfərdə 18 nəfər iştirak edib. 3 pedaqoqun müşayəti ilə baş tutan İsmayıllı gəzintisinə kollecin “Turizm və onun təşkili”, “Bələdçilik işi”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələri qatılıb. İsmayıllı rayonuna təşkil olunan səyahətdə ekskursantların ilk dayanacağı məşhur Lahıc qəsəbəsi olub. Burada Lahıcın tarixi abidələri XIX əsrə aid yaşayış və ictimai binaları həmçinin sənətkarlıq mərkəzləri ilə tanışlıq hər kəs üçün yaddaqalan olub. Lahıcın ardınca tarixi asma körpü üzərində aparılan gəzinti ekskursiya iştirakçılarında xoş təəssüratlar yaradıb. Daha sonra ekskursantlar “Göl” istirahət mərkəzinə gələrək nahar edib. Rayonun bu gözəl səfalı guşəsində mənalı istirahət təşkil olunub. Ekskursiya ərzində çoxlu xatirə şəkilləri çəkilib. Azərbaycanın ən maraqlı bölgələrindən biri olan İsmayıllıya səyahət xoş anlarla yadda qalıb.
Əlavə edilmə tarixi: 23.05.2018 | Baxılma sayı: 179
Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.
“Allaha doğru : Şeytanın zəlil olduğu gün” kitabı ilə oxucularına növbəti yaradıcı hədiyyəsini ərmağan edən müəllif-Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təqdimat öncəsi dəvətli qonaqlarla səmimi söhbət apararaq onlara kitab və yeni kitabın təqdimat mərasimi ilə bağlı ətraflı məlumat verib. Ardınca tədbir iştirakçıları müəllifin indiyədək işıq üzü görmüş 40-a yaxın kitabının, həmçinin çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli təltiflərinin yer aldığı sərgiyə baxış keçirib. Bundan sonra iştirakçılar təqdimat mərasimində, müzakirə masası arxasında bir araya gəlib.
“Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabı və onun müəllifi olan dəyərli elm adamı professor Əyyub Əyyubov haqqında mərasim iştirakçılarına əhatəli məlumat verən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə ən xoş istəklərini paylaşıb. İsmayılmanzadə Əyyub Əyyubovu uzaq keçmişdən hər kəsə məlum olan səyyah tarixçilərlə müqayisə edərək bu gün gördüyü işlərin uzun müddətdə bəşəri dəyərlərə xidmət edəcəyini vurğulayb. O müəllifin bundan öncəki elmi axtarışları və yaradıcı təfəkkürünün məhsulu olan kitablar barədə danışaraq “Müqəddəs Məşhəd yollarnda” və”Məşhəddən Kərbəlaya” kitablarnın davamı olaraq qələmə alnan “Allaha doğru: Şeytanın zəlil olduğu gün” əsərini müəllifin yeni yardıcılıq zirvəsi kimi dəyərləndirib. Kitabda tarixi, dini məlumatların, mədəni dəyərlərə, turizm ənənələrinə dair diqqət çəkən qiymətli materialların yer aldığını bildirib. Bu səbəbdən də İsmayıl imanzadə nəfis şəkildə işıq üzü görmüş kitabı dəyərli elmi mənbə, dərslik və ziyarət turizmi həvəskarları üçün stolüstü kitab adlandırıb. Eyni zamanda kitabın ərsəyə gəlməsində əməyi olan bütün şəxsləri təbrik edərək, yeni uğurlar arzulayıb.
Bundan sonra “Azərbaycan işıqları” qəzetinin aparıcı mütəxəssisi və kitabın redaktoru Yusif Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sahib Əliyev, İqtisad elmləri namizədi,dosent İbrahim Əyyubov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, kollec direktorunun müavinləri – Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, Aynurə Abbasova və kollecin Bədii Yaradıcılıq Mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov geniş məruzələrlə çıxış edib.
“Allaha doğru : Şeytanın zəlil olduğu gün” kitabı haqqında elmi mülahizələr”, “Təqdim olunan kitab haqqında”, “Professor Əyyub Əyyubov müqədddəs ocağın nurlu təmsilçisidir”, “Allaha doğru : Şeytanın zəlil olduğu gün” kitabı turizmin inkişafı ilə bağlı layiqli bir tədris vəsaitidir”, “Müqəddəs bir ocaqdan şölələnən dəyərli bir kitab haqqında fikrim” və digər mövzularda səslənən çıxışlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Çıxışlarda müəllifin müqqəddəs torpaqlara Həcc ziyarəti zamanı aldığı zəngin təəssüratlar, islam hümmətinin dillinin əzbəri olan tarixi simaların şərəfli ömür yolu, ayaq basdığı və uyuduğu nurlu məkanlar, müqəddəslərin ibratəmiz davranışları, Asiya qitəsində yerləşən Sədui Ərəbistan haqqnda tarixi, coğrafi, statistik məlumatların və digər məsələlər barədə zəngin, məzmunlu və çox dəyərli informasiyalarn yer aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, kitab həm dərs vəsaiti, həm turizm bələdçisi, həm də arzu edənlər üçün sənədli elmi əsər kimi istifadə oluna bilər.
Təbrik və çıxışlar bunlarla da bitməyib. Filologia elmlər namizədi Namaz Manafov, müəllifin ziyarət yoldaşı və dostu Hacı Calal, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, şəhər veteranları və digər dəvətli qonaqlar arzu və düşüncələrini paylaşaraq xoş xatirələrini danşıb.
Daha sonra kollecin tələbə özfəaliyyət qrupu fəalları maraqlı musiqili bədii kompozisiya ilə çıxış edib.
Təqdimat mərasiminə yekun vuran müəllif-professor Əyyub Əyyubov tədbirdə fəal iştiraka, özü və kitabı haqqında söylənən ən xoş ifadələrə görə hər kəsə səmimi təşəkkürlərini çatdırıb. Belə bir ziyalı-oxucu münasibətinin ona yeni yaradıcılıq ilhamı və enrjisi verdiyini deyib. Eyni zamanda Əyyub Əyyubov həcc ziyarəti zamanıqarşılaşdığı maraqlı anlar, belə bir kitabın yazılması səbəbi, kitaba daxil edilmiş rəsmi mənbələr, kitabın ad tarixçəsi və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Əlavə edilmə tarixi: 15.05.2018 | Baxılma sayı: 283
Mingəçevir Turizm Kollecində istehlakçı hüquqları mövzusunda seminar treninq keçirib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin təşəbbüsü ilə baş tutan tədbir kollecin pedaqoq vətələbələrinin yüksək fəallığı şəraitində davam edib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müzakirə olunacaq mövzunun aktuallığı barədə məlumat verib: “Hüquqların dərindən öyrənilməsi insanların hüquqi müdafiəsini daha da gücləndirən amildir. Xüsusi ilə də istehlakçı hüquqları gündəlik olaraq hər kəsin rastlaşdığı məsələlərlə bağlı olduğu üçün istehlakçı hüquqları barədə marifləndirmə tədbirləri xüsusi önəm daşıyır”.
Daha sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev “İstehlakçıların Hüquqları və onların qorunması sahəsində görülən işlər” adlı geniş və məzmunlu məruzə ilə çıxış edib. O qeyd edib ki, vətəndaşların keyfiyyətli istehlak məhsulları ilə təmin edilməsi dövlətin başlıca tələblərindən və qarşıya qoyulmuş vəzifələrdən biridir. Gündəlik olaraq insanlar bu və ya digər şəkildə çıxılmaz durumlara düşə bilər. Bu səbəbdən də istehlakçılar ilk növbədə istehlakçı hüquqlarını dərindən mənimsəməlidir. İstehsalçı, məhsulun istifadə müddəti, keyfiyyət və zəmanət göstəriciləri, eləcə də digər zəruri tələblərin sual doğurduğu hallarda necə davranmalı, hansı hüquqi ünvanlara üz tutmalı olduğlarını vətəndaşlar məhz bu hüquqlar vasitəsilə müəyyən edə bilər.
Daha sonra Araz Əliyev geni dəyişdirilmiş məhsullar, qeyri ənənəvi üsullarla yetişdirilmiş heyvan və bitki növlərindən hazırlanmış məhsullar, bu məhsulların orqanizmdə yaratdığı fəsadlar haqqında ətraflı söhbət açıb.
Ardınca çıxış edən sektor müdiri Yusif Hüseynov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda əhatəli çıxış edib. Bu sahədə zəruri hesab edilən məsələlərdən danışaraq, konkret örnəklər üzərində tövsiyələrini çatdırıb.
Seminar ərzində həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyət barədə geniş məlumatlar verilib. Qeyd olunub ki, indiyədək ümumən 20-dən artıq konfrans və seminar treninqlər keçirilib. 18 adda bukletlər və 6 müxtəlif məzmunlu kitab nəşr olunaraq bölgələrdə istehlakçılara paylanılıb.Təkcə nəşr olunmuş büklet sayı 5 min nüsxədən artıqdır. Daha sonra seminar iştirakçılarına müxtəlif adlı buklet və digər nəzəri materiallar təqdim olunub.
Qeyd etmək lazımdır ki, seminar treninq maraqlı dialoq və fəal müzakirələr şəraitində davam edib. Rəsmi qonaqlar iştirakçıların müxtəlif xarakterli suallarını cavablandırıb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov bu tip önəmli müzakirələrin bundan sonra da davamlı xarakter daşıyacağına əmin olduğunu vurğulayıb. Eyni zamanda belə bir əhəmiyyətli maarifləndirmə tədbirinin Mingəçevir Turizm Kollecində keçirilməsinə təşəbbüs göstərdiyi üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqllarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarına və rəhbərliyinə dərin təşəkkürlərini çatdırıb.
Əlavə edilmə tarixi: 12.05.2018 | Baxılma sayı: 194
Çingiz müəllimin əziz xatirəsinə
Mingəçevir Turizm Kolleci kollektivinə ağır itki üz vermişdir. Kollecin təcrübəli pedaqoqlarından olan, kollektiv üzvlərinin hörmətini qazanmış Nəbiyev Çingiz Nəbi oğlu 63 yaşında vəfat etmişdir.
Şəhərimizin müxtəlif ümumtəhsil məktəblərində rəhbər vəzifələrdə işləmiş Çingiz Nəbiyev 1955-ci ildə anadan olmuşdur. 1972-1977-ci ildə ADPİ-nin tarix fakultəsində təhsil alaraq tarix müəllimi ixtisasına yiyələnmişdir. Çingiz müəllim əmək fəaliyyətinə 1977-ci ildə Mingəçevir şəhər 1 saylı orta məktəbində başlamışdır. 1985-1988-ci illərdə 10 saylı şəhər orta məktəbində, 2004-2005-ci illərdə isə 13 saylı orta məktəbdə direktor müavini vəzifəsini tutmuşdur. 2005-2008-ci illərdə 6 saylı şəhər orta məktəbinin direktoru olmuşdur. 2009-cu ildə Mingəçevir Turizm Kollecində 0,5 ştat üzrə işə qəbul olunmuş, 2010-cu ildən tam ştat müəllim kimi fəaliyyətini davam etdirmişdir.Çalışdığı müddətdə intizamlılığı, zəhmətsevərliyi və işinə peşəkarlıqla yanaşması ilə seçilən Çingiz müəllim kollektiv üzvlərinin dərin hörmətini qazanmışdır. İxtisasını yaxşı bilir, Vətən tarixinin aktual məsələlərinə həssaslıqla yanaşırdı. Müxtəlif ictimai tədbirlərdə, xüsusilə də, tarixi günlərə və dövlət bayramlarına həsr olunmuş toplantılarda fəal iştirakı ilə yadda qalmışdır. Elmi-nəzəri konfranslarda onun çıxışlarını hamı maraqla dinləyirdi. Öz bilik və təcrübəsini daim gənclərlə bölüşür, gənc müəllimlərin kollektivə və pedaqoji həyata tez alışması üçün qayğı və köməyini əsirgəmirdi. Ciddi, tələbkar müəllim, savadlı tarixçi, ən əsası, gözəl insan və ailə başçısı kimi tanıdığımız Çingiz müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Mingəçevir Turizm Kollecində “Əbədiyaşar lider” adlı konfrans keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-illik yubileyi Mingəçevir Turizm Kollecində biri-birindən məzmunlu silsilə tədbirlərlə qeyd edilib. Dəyrimi masa ətrafı müzakirələr aparılıb, kitab sərgisi, idman turniri, ən yaxşı inşa, rəsm və divar qəzetləri müsabiqələri keçirilib.
Pedaqoq və tələbələrin vətənpərvər duyğularının təzahürü olan ən layiqli nümunələr ortaya qoyulub.
Ümummilli liderin xatirəsinə həsr olunmuş unudulmaz tədbirlərdən biri də tələbələrin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinin açılışı olub. Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu və siyasi xidmətlərini əks etdirən çox sayda dəyərli sənət əsərləri nümayiş olunub. Eyni zamanda sərgi iştirakçıları ulu öndərin həyatından bəhs edən videoçarxa baxış keçirib. Bundan sonra tədbir iştirakçıları “Əbədiyaşar lider” adlı elmi nəzəri konfransda bir araya gəlib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Ardınca cıxışını davam etdirən professor Əyyub Əyyubov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində ortaya qoymuş olduğu misilsiz fədakarlıqdan danışıb:
“Ulu öndər haqqında danışmaq həm asan, həm də çətindir.Tarixdə az sayda dövlət xadimi tapmaq olar ki, doğma xalqı və vətəni naminə bu qədər saysız hesabsız çətinliklərə və süni sədlərə sinə gərmiş olsun. Siyasi hakimiyyətinin hər iki dönəmində Heydər Əliyevin uzaqgörənliklə atdığı bütün addımlar azad Azərbaycanın gələcəyinə hesablanmışdı. Müstəqilliyin ilk illərində siyasi, iqtisadi və hərbi böhranın mövcud olduğu çətin bir dönəmdə o dahi şəxsiyyət böyük xilaskarlıq missiyasını yerinə yetirdi. Əsl dövlət quruculuğu, vətənpərvərlik məktəbi yaratdı. Bu irs haqqında danışmaq, olub bitənləri sadalamaq mümkünsüzdür. Ona görə də dahi şəxsiyyətin xidmətləri haqqında danışmaq çox asandır. Amma çətindir o səbəbdən ki, belə bir görkəmli şəxsiyyət haqqında ifadələrin ən layiqlisini söyləyib auditoriyaya üz tutmaq məsuliyyətli bir işdir.
Dahi lider Heydər Əliyevin ən uğurlu xidmətlərindən biri də özündən sonra xalqı və dövləti yeni zirvələrə daşıya biləcək bir lideri Azərbaycana əmənət etməsi olmuşdur. Bu gün prezident cənab İlham Əliyevin möhtəşəm siyasəti sayəsində Azərbaycan dünyanın ən qabaqcıl və demokratik məmləkətlərindən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, bu yaxınlarda başa çatmış növbədənkənar prezident seçkilərində xalq öz liderinə böyük dəstək nümayiş etdirərək, onu dəstəklədiyini bir daha bəyan etdi”
Daha sonra ulu öndər Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film nümayiş olunub. Ardınca konfransın digər iştirakçıları dinlənilib. İqtisaqd elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoq Elşad Səmədov, tələbələr Sevinc Ağayeva və Əsmər Qurbanova müvafiq olaraq “Dünya şöhrətli siyasi xadim”,“Azərbaycanın özü qədər əbədiyaşar”, “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” və “Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” mövzularında məruzələrlə çıxış edib. Çıxışların ardınca mövzu ətrafında müzakirələr aparılıb
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə keçirilmiş nominasiya qaliblərinin mükafatlandırılması prosesi də konfransın unudulmaz məqamlarından biri olaraq yadda qalıb.
Konfrans ənənəyə uyğun olaraq ədəbi bədii kompozisiyanın nümayişi ilə davam edib.Tələbə özfəaliyyət qrupu əbədiyaşar lideri vətənpərvər musiqilərin müşayəti ilə poetik dildə tərənnüm edib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov pedaqoq və tələbələri Heydər Əliyev ənənələrinin qorunması və inkişaf etdirilməsi üçün fəallığa dəvət edib:
“Bizlər müstəqil dövlətimizin ulu öndərin təbirincə desək əbədi və qüdrətli olması üçün daha böyük məsuliyyət və səy göstərməliyik. Bu yolda Heydər Əliyev məktəbi və bu məktəbin zəngin irsi ən dəyərli mənbəyimiz olmalıdır.”
Əlavə edilmə tarixi: 10.05.2018 | Baxılma sayı: 268
Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.
Ona görə də pedaqoji heyət kadr hazırlığı prosesində xarici dillərin tədrisinə, xarici dil günlərinin təşkilinə və digər oxşar vacib tədbirlərin keçirilməsinə böyük diqqət ayırır. Bu silsilədən kollecdə növbəti dil günü tədbiri keçirilib. İngilis dili günü adı altında təşkil olunan tədbirdə xarici dil fənn komissiyasının aparıcı mütəxəssisləri, əcnəbi dillərin mənimsənilməsində naliyyətləri ilə diqqət çəkən istedadlı tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dil günlərinin kollecdə ənənəvi xarakter daşıdığını bildirib. O, bundan öncə kollecdə rus dili günü kimi qeyd olunan tədbiri xatırladaraq – bizim kollecə və kollektivə də yaraşan budur ki, biz konkret ixtisas hazırlığı ilə yanaşı xarici dillərin öyrənilməsinə və təbliğinə xüsusi diqqət nümayiş etdiririk:
” Kollecimiz geniş beynəlxalq əlaqələrə malik tanınmış təhsil müəssisəsidir. Beynəlxalq təhsil proqramları və qarşılıqlı işgüzar əlaqələr çərçivəsində çoxsaylı səfərlərdə, konfrans və seminarlarda davamlı olaraq iştirak edirik. Qürurverici haldır ki, bu əlaqələrin uğulu gedişatı zamanı pedaqoqlarla yanaşı, həm də istedadlı tələbələrimizin yüksək fəallığı diqqət çəkir. İrəlidə bizi yeni perspektivlər gözləyir. O cümlədən tələbələrimizin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. Bunun üçün isə ilk növbədə xarici dil vərdişləri təkmilləşdirilməlidir. Digər tərəfdən turizm sənayesində çalışacaq mütəxəssisin xarici dillərdən ən azı birini bilməsi zəruri şərtdir. Biz rəhbərlik və pedaqoji heyət olaraq hədəflərə yetişmək üçün bütün imkanlarımızdan bundan sonra da maksimum istifadə edəcəyik. Tələbələr də öz növbəsində üzərinə düşən vəzifələrə iki qat məsuliyyət nümayiş etdirməlidir. Əbəs yerə söyləməyiblər ki, bir neçə dil bilən şəxs eyni zamanda həmin sayda insan anlamına gəlir”.
Bundan sonra xarici dillərin önəmindən bəhs edən video çarxa baxış keçirilib. Ardınca biri-birindən məzmunlu çıxışlar səslənib.
Beynəlxalq əlaqələr üzrə tərcüməçi Gülşən Nəsirova, ingilis dili müəllimləri Fəxriyyə Məbudova və Xəyalə Həşimova müvafiq olaraq “Mingəçevir Turizm Kollecinin uğurları və beynəlxalq əlaqələri”, “Turizm sektorunda ingilis dilinin əhəmiyyəti” və “İngilis dilinin tədrisdə rolu” mövzularında çıxış edib. Çıxışlardan sonra müvafiq xarici dildə maraqlı müzakirə və diskusiyalar aparılıb. İngilis dilində səslənən məruzələr və aparılan müzakirələr bir daha kollecin mövcud potensialını ortaya qoyub.
Tədbir istedadlı tələbələr tərəfindən ingilis dilində hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb. Qeyd etmək lazımdır ki, kompozisiyanın təqdim olunan proqramı maraqlı elementləri ilə iştirakçılarda rəğbət oyadıb. Xüsusilə də kompozisiyanın Azərbaycan Respublikasının Dövlət Himninin ingilis və azərbaycan dillərində canlı ifa ilə başlanması alqışlarla müşayət olunub. Müxtəlif səhnəcik, poetik nümunə və musiqi parçaları da tələbələrin ifasında yüksək ustalıqla ifa olunub.
Əlavə edilmə tarixi: 28.04.2018 | Baxılma sayı: 256
Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunmuşdur- Azərbaycan qəzeti – 20 aprel 2018 ci il
Əlavə edilmə tarixi: 20.04.2018 | Baxılma sayı: 245
Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunub
Uğurlarının sorağı ilbəil yeni coğrafiyalara uzanan Mingəçevir Turizm Kolleci bu günlərdə növbəti naliyyətə imza atıb.
Mingəçevir Turizm Kollecində “31 Mart Soyqırımı bəşəri cinayətdir” adlı konfrans keçirilib
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Mingəçevir Turizm Kollecində silsilə anım tədbirləri ilə qeyd olunub.
Kollec kitabxanasında soyqırım və deportasiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi təşkil olunub, qanlı hadisələrdən bəhs edən film nümayiş etdirilib, tələbələr arasında rəsm, inşa və ən nümunəvi divar qəzeti nominasiyası üzrə müsabiqələr keçirilib, eləcə də dəyrimi masa ətrafında vətənpərvər müzakirələr aparılıb. Nəhayət tədbirlər silsiləsi rəsm sərgisi və elmi -nəzəri konfransla yekunlaşıb.
Konfrans iştirakçıları öncə tələbələrin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinə baxış keçirib. Sərgidə xalqımızın başına əsrlər boyu mənfur ermənilər və havadarları tərəfindən gətirilmiş faciələrə dair məzmunlu nümunələr təqdim edilib. İştirakçılar həm də soyqırım mövzusunda sənədli filmə baxış keçirib. Daha sonra “31 Mart Soyqırımı bəşəri cinayətdir“ adlı elmi-nəzəri konfrans öz işinə başlayıb.
Konfranda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Ardınca ötən əsrin əvvəllərində azərbaycanlıların başına gətirilmiş faciələr barədə ətraflı məlumat verib. Əyyub Əyyubov erməni cinayətləri haqqında təkzibolunmaz faktlarla dünyaya hayqıran azərbaycan xalqının haqqın yanında olduğunu bildirib:
“Biz xalq olaraq əsrlər boyu erməni cəlladlarının fitnə-fəsadına, qətliamına və deportasiya siyasətinə məruz qalmışıq. Bakı, Şamaxı, Quba qırğınları azərbaycanın digər bölgələrində də davam etdirilib. Hətta sovetlər dönəmində qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurd yerlərindən deportasiya edilib. Ən son dönəmdə başımıza Xocalı müsibəti gətirilib. Bu o deməkdir ki, erməni cinayətləri sərhəd tanımır və bundan sonra da tanımayacaq. Biz düşmən önündə birliyimiz və iradəmiz sayəsində hər zaman haqlı və güclü durumda olacağıq. Vaxtilə ulu öndər Heydər Əliyev belə bir təqvimə xüsusi status verməklə bizi bu birliyə dəvət etmək məqsədi güdüb. Artıq nəticələri də göz önündədir. Dünyanın əksər dövlətləri yetərli təbliğatımız sayəsində erməni faşizminin iç üzünü görməyə başlayıb. Təbii ki, bu işdə prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun, xaricdəki diaspora təşkilatlarımızın önəmli rolu var.”
Daha sonra soyqırım mövzusunda sənədli film nümayiş olunub. Ardınca konfransda digər məruzələr dinlənilib. Pedaqoqlar Elmira Rəhimova, Sevda Kərimova və Aygül Rəhimova müvafiq olaraq “1918-ci il Qubada mart qırğınları”, “31 Mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” və “Ölkəmizdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi unudulmur” adlı məruzələrlə çıxış edib.
Çıxışlar başa çatdıqdan sonra professor Əyyub Əyyubov iştirakçı gənclərin soyqırımla bağlı çoxsaylı suallarına aydınlıq gətirib.
Konfrans tələbə özfəaliyyət qrupu fəallarının təqdim etdiyi ədəbi bədii kompozisiya ilə başa çatıb.
Əlavə edilmə tarixi: 02.04.2018 | Baxılma sayı: 411
Mingəçevir Turizm Kollecində Novruz şənliyi keçirilib
Mingəçevir Turizm Kollecinin kollektivi milli əlamətdar təqvimlərin bəzəyi hesab edilən Novruz bayramını böyük coşqu ilə qeyd edib.
Milli rəmzi xüsusiyyətlər və Novruz elementləri ilə tərtib edilmiş kollec meydanında bir araya gələn tələbə, müəllim, valideyin və digər dəvətli qonaqlar saatlar ərzində bayram tonqalı ətrafında unudulmaz anlar yaşayaraq bayramın keyfini çıxarıb. Şux rəqslər, milli və müasir musiqilər, poetik nümunələr, Novruz inancları ilə bağlı səhnəciklər, Novruzun rəmzləri olan Keçəl, Kosa, Bahar qız və Qorqud atanın bayram təbrikləri şənliyin ovqatını yüksəldərək tədbirdə əsl bayram coşqusu yaradıb.
Kollektivi və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Novruzun milli ruhumuzda dərin kök saldığını xatırladan ünlü elm adamı Novruzun oyanış, gözəllik, təravət, bolluq, birlik və sevgi bayramı olduğunu bildirib:
“Novruz adətləri tarixin dərinliklərinə uzanır. Elə zamanlar olub ki, dəyərlərimizə göz dikənlər Novruzun bayram edilməsini belə yasaqlayıb. Amma yenə də xalqın Novruz sevgisini köksündən qoparmaq mümkün olmayıb. Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra isə məhdudiyyətlər də aradan qaldırılıb. Xüsusilə də vaxtilə ulu öndər Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamları adət-ənənələrimizin yaşadılması və dünyaya təqdim edilməsi üçün o günlər olduğu kimi bü gün də xüsusi önəm daşıyır.
Çox təəssüflə deyirik ki, torpaqlarımızın bir hissəsi işğal altındadır və illərdir ki, həmin yurd yerlərimiz Novruz şənliklərinə həsrət qalıb. Amma etiraf edək ki, o yerlərimizə dönəcəyimiz günə inanmımız günbə-gün artır. Çünki, ldən ilə Azərbaycan iqtisadi və hərbi cəhətdən güclü, yenilməz məmləkətə çevrilir. Artıq Ali Baş komandan prezident İlham Əliyevin bir əmri yetərlidir ki, torpaqlarımız düşmən tapdağından qurtulsun. Necə ki, biz bunların ordumuzun məlum aprel döyüşlərində şahidi olduq.
Yeri düşmüşkən cənab prezidentin bu yaxınlarda Mingəçevirə gəlişi hər kəsdə böyük sevinc və ruh yüksəkliyi yaratdı. Fərəhli haldır ki, dövlət başçısının doğma şəhərimizə olan qayğısı quruculuq işlərinə müsbət təsiri ilə yadda qalır. Açılan yeni müəssisələr tələbələrimiz üçün də yeni karyera perspektivləri yaradır.
Qeyd etmək istəyirəm ki, ötən bayramdan keçən bir il ərzində kollecimizin uğurları da artıb. Eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində yeni dostlar və tərəfdaşlar qazanmışıq. Bu əlaqələr ümümi naliyyətlərimizə yetərli töfhə verəcək. Mən yeni dönəmdə hər bir əməkdaşımıza, tələbəmizə və ümumən cənab prezidentimiz İlham Əliyev başda olmaqla bütün xalqımıza böyük uğular diləyir və Novruz bayramınız mübarək olsun deyirəm”.
Qeyd edək ki, Növruz təəamları ilə bəzədilmiş süfrə arxasında şənlik iştirakçıları təbrik və şux zarafatlar içində bayramlaşıb. Eyni zamanda meydanın müxtəlif hissələrində qurulmuş guşələrdə qədim əmək və məişət alətləri, milli geyimli oğlan və qızlar iştirakçıların təəssüratlarını daha da zənginləşdirib.
Keçəl və Kosanın zarafatları xeyli əyləncə yaradıb.Qorqud ata və Bahar qızın təbrikləri meydanı coşdurub. Rəqslər və ifalar biri-birini əvəz edib. Xalq oyunlarından olan kəndirdartışması, dirədöymə, milli geyimli qızların Novruz inanclarından bəhs edən səhnəcikləri xoş ovqat yaradıb.
Qeyd edək ki, şənlik ərzində kollec həmkarlar təşkilatının rəhbərliyi, aparıcı mütəxəssislər, pedaqoq və tələbələr də çıxış edərək bayram təbriklərini ifadə edib.
Bayram şənliyində həmçinin Novruz münasibətilə təşkil olunmuş idman turnirləri və müsabiqə qalibləri təltif olunub.
Ən undulmaz və maraqlı anlardan biri də kollec rəhbərliyinin bayram süfrələrini dolaşaraq iştirakçılarla salamlaşması olub.
Nəhayət Qoqrqud atanın müşayəti ilə Novruz tonqalı alovlandırılıb. Kollektiv əl-ələ və çiyin-çiyinə bayram tonqalı ətrafında Yallı gedərək Novruzun həm də milli birlik rəmzi olduğunu qürurla nümayiş etdirib.
Əlavə edilmə tarixi: 18.03.2018 | Baxılma sayı: 444
Mingəçevir Turizm Kollecinin kollektivi ümumşəhər Novruz şənliyində iştirak edib
Mingəçevir ictimaiyyəti milli ruhumuzun aynası olan Novruz bayramını təntənə içində qeyd edib. Şəhərin təhsil və mədəniyyət qurumları tərəfindən tərtib olunmuş bayram guşələri Səməd Vurğun meydanında toplaşan minlərlə insanın qəlbində xoş ovqat yaradıb.
Novruzun obrazlaşdırlmış rəmzləri, incəsənət xadimləri, idmançı və kəndirbazların iştirakı ilə əsl bayaram ab havası yaşanıb. Bayram tonqalı ətrafında coşqulu mahnı və rəqslər ifa olunub.
Ümumşəhər şənliyi Mingəçevir Turizm Kolleci üçün iki qat əlamətdar hadisə olaraq yadda qalıb. Çünki kollec bu tədbirdə ən iri bayram guşəsi ilə təmsil olunub. Belə ki, guşədə 100-dən çox eksponat, o cümlədən rəsm əsərləri, Novruz xonçaları, həmçinin baharın gəlişini və Novruzu tərənnüm edən çox saylı tərtibat vasitələri təqdim edilib. Milli geyimli pedaqoq və tələbələr, qədim əmək və məişət əşyalarının nümayişi də guşəni seyr edən tədbir iştirakçılarında unudulmaz təəssürat oyadıb. Əlbəttə ki, kollektivi ziyarət edən şəxslər arasında Mingəçevir şəhər İcra hakimiyyəti başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri və onları müşayət edən şəxslərlə keçirilən görüş xüsusi olaraq diqqət mərkəzinə düşüb. Şəhər rəhbərliyini salamlayan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollecin son uğurları, şənlikdə təmsilıçilik guşəsi və eksponatlar barədə ətraflı məlumat verib. Onun müşayəti lə qonaqlar istedadlı tələbə gənclərin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinə və digər eksponatlara baxış keçirib.
Daha sonra milli geyimli tələbələr şəhər rəhbərliyinə və onu müşayət edən şəxslərə kiçik musiqili bayram kompozisiyası nümayiş etdirib. Milli musiqilər ifa olunub, poetik nümunələr ifa olunub.
Kollec tələbələri tərəfindən nümayiş olunan xalq oyunları, əyləncəli xoruz döyüşü və digər bayram proqramı izləyənlərdə böyük maraq doğurub. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov görüb duyduğlarından məmnuniyyət hissi duyduğunu bildirərək kollektivə Novruz bayramı münasibəti ilə ən xoş arzularını çatdırıb. Bir sözlə kollektiv Mingəçevirdə keçirilən ümumşəhər tədbirində uzun müddət hafizələrdən silinməyəcək təəssüratlarla ayrılıb.
Qeyd edək ki, Mingəçevir Turizm Kollecinin kollektivi bayram tədbirində təkcə təmsilçiliklə kifayətlənməyib.Ayrı-ayrı fəal tələbələr şənliyin bədii proqramının hazırlıq prosesində və nümayişində ən fəal şəkildə istifadə edib.
Əlavə edilmə tarixi: 18.03.2018 | Baxılma sayı: 351
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.
Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollecin davamlı olaraq əldə etdiyi uğurlarda qadın əməkdaşların və istedadlı tələbə qızların böyük əməyi olduğunu qeyd edib:
“Bu danılmaz sevindirici faktdır ki, qadın pedaqoqlarımız naliyyətlərimizdə nəzərəçarpan pay sahibidir. Hətta bəzi sahələrdə kişi həmkarlarını da üstələdiklərinin şahidi oluruq. Ən əsası isə bu mütəxəssislərin böyük əksəriyyəti gənc, bacarıqlı pedaqoqlardan ibarətdir. Bu isə həmin mütəxəssislərin qarşıdakı dönəmdə kollecimizə yeni perspektivlər vəd etdiyini göstərir.”
Qadınların cəmiyyətin förmalaşmasında üzərinə iki qat məsuliyyət düşdüyünü xatırladan professor Əyyub Əyyubov xanımları cəmiyyətin şərəfi, əsas sütünu, bu günü və gələcəyi olaraq xarakterizə edib.
“Təkcə ana, bacı, övlad, nənə, gəlin, həyat yoldaşı missiyası ilə kifayətlənməyən qadınlarımız həm də fəal şəkildə müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində yüksək fədakarlıq nümayiş etdirir. Əslində onları bu fədakarlığa sövq edən əsas səbəb Azərbaycan qadınına verilən yüksək dəyər və göstərilən etimaddır. Bəli bu gün ölkəmizin birinci vitse prezidenti Mehriban Əliyevanın timsalında biz dəyərli xanımlarımızın nələrə, hansı yüksək potensiala qadir olduğunun şahidi oluruq. İnanıram ki, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu gələcəkdə indikindən daha da artıq olacaq. Bu yolda birinci vitse prezidentimiz Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına uğurlar arzulayıram.”
Daha sonra çıxış edən digər aparıcı mütəxəssislər qadın həmkarları ilə bağlı fikirlərini paylaşıb. Kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, İnsan resursları şöbəsinin müdiri Tacəddin Əyyubov, təşkilatçı pedaqoq Əşrəf Əsgərov və başqaları qadınların fəaliyyətindən danışıb, naliyyətləri haqda məlumatları paylaşıb. Eyni zamanda həmkarlar təşkilatı xəttilə bundan sonra da qadın əməkdaşların sosial qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanılıb.
Öz növbəsində kollecin rəhbərliyində təmsil olunan qadın mütəxəssislər – Çinarə Abdullayeva, Aynurə Abbasova, Xanım Məmmədova, Şahzadə Şükürova və digərləri çıxış edərək kollektivin qadın əməkdaşlarına göstərilən daimi diqqətə görə kollec rəhbərinin ünvanına ən xoş sözlərini çatdırıb. Qeyd olunub ki, 8 mart həm də kollecin direktoru dəyərli professor Əyyub Əyyubovun ad günü kimi kollektivinn üzvləri üçün əlamətdardır:
“Belə bir ziyalı,elmli və təşkilatçı rəhbər şəxslə çalışmaq hər birimiz üçün qürurvericidir.”
Daha sonra pedaqoji fəaliyyətdə və təhsildə fərqlənən bir qrup pedaqoq və tələbəyə bayram münasibətilə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Əlavə edilmə tarixi: 11.03.2018 | Baxılma sayı: 278
1 Mart Ümumdünya Mülki Müdafiə günü
1 Mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı Mingəçevir Turizm Kollecində də maarifləndirmə xarakterli tədbirlər keçirilmişdir.
Əvvəlcə kollecin həyətində Qızıl Aypara Cəmiyyətinin Mingəçevir İcra Hakimiyyətinin “Mərkəzi Aran” MM təşkilatının, Mingəçevir MM şöbəsinin, Mingəçevir Turizm Kollecinin həkim və müəllimlərinin iştirakı ilə təlim keçirilmişdir. Təlimdə kollec tələbələri öz bacarıqlarını nümayiş etdirmişlər.Təlimdə həmçinin tələbələrə “Fövqaladə halların başvermə səbəbləri, onlardan mühafizə üsulları” mövzusunda məlumatlar verilmişdir.Daha sonra tədbir Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunan konfransla davam etdi.Konfransda kollecin Mülki Müdafiə qərargahı rəisi Ağa Alıyev “Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda kollecin tibb müəllimi Şəms Məmmədova “Fövqəladə hallar zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi” mövzusunda, Qızıl Aypara Cəmiyyətinin maliyyə meneceri Dilguşə Ahəngarı “Mülki Müdafiə zamanı Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti” mövzusunda məruzələrlə çıxış etmişlər.Yekun söz olaraq Mingəçevir Turizm Kollecinin bədii- kütləvi tədbirlərin təşkilatçısı Əşrəf Əsgərov çıxış edərək mülki müdafiə sahəsində biliklərin daim diqqət mərkəzində saxlanmasının və bu biliklərin mütəmadi olaraq tələbələrə aşılanmasının vacibliyini vurğuladı.
Əlavə edilmə tarixi: 02.03.2018 | Baxılma sayı: 363
Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.
Fəal tələbələrin iştirakı ilə inşa, rəsm, ən yaxşı divar qəzeti müsabiqələri və idman turniri keçirilib, dəyrimi masa təşkil olunub və fənn birliklərində əhəmiyyətli müzakirələr aparılıb. Eyni zamanda Xocalı Soyqırımına həsr olunmuş rəsm sərgisi və elmi- nəzəri konfrans gerçəkləşdirilib.
Öncə konfrans iştirakçıları faciə qurbanlarının xatirəsinə həsr edilmiş sərgini ziyarət edib. Burada hər kəs istedadlı tələbələrin vətənpərvər yaradıcı təxayülünün say seçmə nümunələri ilə tanış olub. Eyni zamanda iştirakçılara Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Ardınca anım tədbiri iştirakçıları “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı elmi-nəzəri konfransda bir araya gəlib.
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov faciə qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib. Daha sonra çıxışına davam edən professor Xocalı Soyqırımı, faciəni törədən qatillər və himayədarları, soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən ətraflı söhbət açıb:
“Xocalı soyqırımı bəşər övladının indiyədək yaşadığı ən dəhşətli faciədir. Bu barədə illər sonra həyəcansız və hiddətsiz danışmaq mümkün deyil. Qatil ermənistan rejiminin və himayədarlarının xalqımızın başına gətirdiyi vəhşilik və qətliam ifadə olunması çox çətin olan hadisələrdir. Biz ulu öndər Heydər Əliyevin Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsində göstərmiş olduğu qətiyyəti və fədakarlığı da heç vaxt unutmamalıyıq. Xüsusilə də dövlətimizin maraqlarını beynəlxalq aləmdə qorumaq iqtidarında olan diaspora təşkilatların yaradılması dahi şəxsiyyətin xidmətləri ilə bağlı olub. Etiraf etmək lazımdır ki. həmin missiya bu gün prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev Fondu, aidiyaatı dövlət qurumları və ictimai təsisatlar tərəfindən uğurla davam etdirilir. Bütün imkanlardan istifadə olunur. Nəticəsi də odur ki, ilbəil Xocalı Soyqırımını rəsmən tanıyan dövlətlərin coğrafiyası genişlənməkdə davam edir. İnanırıq ki, bir gün qatillər layiq olduğu cəzanı alacaq.”
Ardınca Xocalı faciəsindən bəhs edilən sənədli filmə baxış keçirilib. Ardınca Xocalı faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qaliblərinə-Yasəmən Məmmədova, Könül Surxayeva və Rövşanə Baxşəlizadəyə fəxri fərmanlar təqdim olunub.
Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənilib. Pedaqoqlar Aygün Hümbətova, Fəxriyə Məbudova və Jalə Məmmədova müvafiq olaraq “Xocalı faciəsi ermənlər tərəfindən həyata keçirilən etnik təmizləmə soyqırımının ən qanlı səhifəsidir”, “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı” və “Dünya Xocalı Soyqırımını tanımalı adlı “ mövzularda çıxış edib.
Daha sonra konfrans Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu ağrılı-acılı hadisələri yüksək peşəkarlıqla, faktların dili və poetik tərzdə iştirakçılara təqdim edib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov faciə qurbanlarının axıdılmış qanının və intiqamının yerdə qalmayacağını bildirib:
“Azərbaycan dövləti və ordusu günü-gündən daha da güclənir. Xalqın və prezidentimizin mövqeyi qətidir. Ordumuzun uğurlu aprel döyüşləri bunu əminliklə söyləməyə imkan verir. Biz mütləq torpaqlarımızın ərazi bütövlüyünü bərpa edəcəyik. Hər kəs üzərinə düşəni dərk etməli, xüsusilə də gənclər bu ruhda tərbiyə olunmalıdır. Bax o zaman düşmən layiqli cəzasını alacaq və şəhidlərimizin ruhu rahatlıq tapacaq”.
Əlavə edilmə tarixi: 27.02.2018 | Baxılma sayı: 471
Mingəçevir Turizm Kollecinin kollektivi Xocalı soyqırımının növbəti ildönümündə Soyqırım abidəsini ziyarət etdi.
1992-ci ilin 26 fevral tarixli Xocalı soyqırımının növbəti ildönümündə əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yad edən Mingəçevir Turizm Kollecinin kollektivi özünün kədər və üzüntüsünü, eləcə də millətimizin başına gətirilən bu faciə ilə bağlı həqiqətləri gənc nəslə və dünya ictimaiyyətinə təqdim etmək məqsədi ilə keçirdiyi məzmunlu tədbirlərlə əks etdirməyə çalışır.
Tədbirlər planına uyğun olaraq fevralın 19-da tələbələrin iştirakı ilə növbəti təşəbbüs həyata keçirilib. Mingəçevir şəhər Şəhidlər Xiyabanı ərazisində qurulmuş Soyqırım abidəsi ziyarət edilib. Tədbirdə kollecin MUİ-13, TMT-31, TT-51, Bİ-11/14, MTİ-4, BT-38 qruplarının tələbələri iştirak edib. Tələbələrə rəhbərlik edən tarix müəllimi Eldar Dərişov əvvəlcə erməni millətçilərinin xalqımıza qarşı düşmənçilik fəaliyyətinin tarixindən qısaca bəhs edib. XX əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasətinin müxtəlif mərhələləri haqqında məlumat verib. Xocalı faciəsinin baş verməsi ərəfəsində mövcud hərbi-siyasi şərait, şəhərin işğalı zamanı törədilmiş qətillər və dağıntılar barəsində məlumatları tələbələrə çatdırıb. Sonra tələbələr mütəşəkkil surətdə Soyqırım abidəsinin önünə yaxınlaşaraq ehtiramla şəhidləri və faciə qurbanlarını anıb və tər çiçək dəstələrini abidənin önünə düzdülər. Soyqırım abidəsinin ziyarətindən tələbələr dərin təəssüratlarla ayrılıb
Əlavə edilmə tarixi: 23.02.2018 | Baxılma sayı: 460
Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib
“Dahi bəsəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi” mövzunda keçirilən elmi-nəzəri konfrans həftələrdir ki, görkəmli bəstəkarın 100 illik yubleyi münasibəti ilə keçirilən silsilə tədbirlərin zirvə nöqtəsi olaraq yadda qalıb. Qeyd edək ki, göstərilən müddətdə pedaqoq və istedadlı tələbələrin iştirakı ilə baş tutmuş kitab sərgisi, intelektual bilik yarışması, inşa və rəsm müsabiqəsi, eləcə də şahmat turniri maraqlı təəssüratlara yol açıb. Eyni zamanda Qara Qarayev yaradıcılığının öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. 100 illik yubiley təntənəsinin yekun tədbiri olaraq nəzərdə tutlmuş elmi-nəzəri konfrans da bu mənada önəmli və unudulmaz cizgiləri ilə yadda qalıb.
Öncə konfrans iştirakçıları görkəmli bəstəkarın yaradıcılığına həsr olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib. Sərgi təşkilaçıları və gənc müəlliflərlərlə maraqlı yaradıcı dialoq qurulub. Ardınca elə sərgi məkanında quraşdırılmış xüsusi monitor vasitəsi ilə dahi bəstəkar Qara Qarayevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib.
Daha sonra iştirakçılar “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi” mövzusunda keçirilən elmi-nəzəri konfransda bir araya gələrək elmi-yaradıcı müzakirələr aparıb. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinin Mingəçevir Turizm Kollecində təntənəli şəkildə qeyd olunmasının təhsil müəssisəsinin həyatında unudulmaz tarixi hadisə olduğunu bildirib:
“Elə şəxsiyyətlər var ki, xalqına, dövlətinə, hətta bəşəri dəyərlərə verdiyi xidmətlərinə görə tarixi simalar sırasında əbədilik qazanır. Bu mənada dahi bəstəkar Qara Qarayev təkcə Azərbaycan deyil, bütövlükdə dünya mədəniyyətinin və incəsənətinin qızıl fonduna daxil olan yaradıcı şəxsiyyətlərdən biridir. Milli, klasik, müasir musiqi janrlarının dərin bilcisi, görkəmli bəstəkar, ünlü drijor, böyük pedaqoq, musiqi dünyasının tanınmış tədqiqatçı akademiki kimi şərəfli yaradıcı ömür yolu keçmiş Qara Qarayevin xidmətləri undulmazdır. Avropa, Asiya, Amerika qitəsində verdiyi möhtəşəm konsertlər, əsərlərinin təqdimatı, tanınmış münsif kimi beynəlxalq festifallarda iştirakı onu ölməz sənətkar kimi tarixin hafizəsinə həkk edib. Milli musiqininin avropa musiqisinə uğurlu inteqrasiyası kimi dəyərləndirilən əsərləri, xüsusi ilə də Yeddi gözəl, İldırımlı yollarla baleti və digər əsərləri sənət inciləri kimi ürəkləri fəth edib. layiq görüldüyü mükafatlar və fəxri adlar sərhəd tanımayıb. Belə bir görkəmli şəxsin Azərbaycan xalqının övladı olması iki qat qürurverici faktdır. Onun biri-birindən dəyərli əsərlərini, tədqiqat işlərini öyrənib öyrətmək biz pedaqoqlar üçün baş ucalığına çevrilməlidir.”
Daha sonra konfransda növbəti dəfə Qara Qarayev yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub. Ardınca konfrans iştirakçılarının digər maraqlı məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Aybəniz Əliyeva və Əşrəf Əsgərov müvafiq olaraq “Qara Qarayevin ölməz irsi”, “Qara Qarayevin kamera və vokal əsərləri”, “Musiqi ilə xalqları yaxınlaşdıran bəstəkar”, həmçinin “Qara Qarayevin həyat və yaradıcılığı” mövzularında çıxış edib.
Konfrans mükafatlandırma mərasimi ilə davam etdirilib. Dahi bəstəkarın 100 illik yubileyi münasibəti ilə kollecdə təşkil olunmuş əl işləri və inşa müsabiqələrinin, eyni zamanda şahmat turnirinin və intelektual bilik yarışmasının qaliblərinə fəxrifərmanlar təqdim olunub. Kollecin istedadlı tələbələri Kazımov Kənan Hafiz oğlu, Mustafayeva Aygün Akif qızı, Paşazadə İlahə Rizvan qızı Allahquluzadə Qənirə Mübariz qızı, Cəfərli Pərviz Aslan qızı , Qasımov Emin Mübariz oğlu və Əliyev Orxan Elxan oğlu mükafatlardan nəsibini alıb.
Mükafatlandırma mərasiminin ardınca tələbə özfəaliyyət qrupu fəalları musiqili ədəbi –bədii kompozisiya nümayiş etdirib. Kompozisiyada dahi bəstəkarın yaradıcı incilərindən nümunələr ifa olunub.
Konfransa yekun vuran professor Əyyub Əyyubov kollektiv tərəfindən təşkil olunan mədəni-kütləvi tədbirlərdə bundan sonra Qara Qarayev yaradıcılığına daha çox üstünlük verilməsini tövsiyyə edib:
“Elə əsərlər var ki, onların önəmi zaman dəyişikliyiniə görə önəmini və mahiyyətini dəyişmir. Çünki belə əsərlər ölməz əsərlərdir. Qara Qarayev yaradıcılığı da məhz ölməz əsərlərin zəngin bir xəzinəsi kimi tanınır dünya musiqi aləmində. Biz bu əsərləri daha çox dinləməli və yetişməkdə olan nəslə sevdirməyi bacarmalıyıq.”
Əlavə edilmə tarixi: 21.02.2018 | Baxılma sayı: 501
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.
Proqrama müxtəlif diskussiya, sərgi, müsabiqə, konfransların keçirilməsi daxildir. Kollecdə mövcud olan ənənələrdən biri də tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş xüsusi dərslərin təşkil edilməsidir. Kollecdə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinin keçirilməsi ilə əlaqədar 2017-2018-ci tədris ilinin II semestrinin ilk dərsləri Dahi Bəstakarın yaradıcılığına həsr olunub. Dərslərdə qrup tələbələri ilə yanaşı mövzu ilə maraqlanan digər qrupların tələbələrinin, müəllimlərin iştirakına da şərait yaradılıb. Müəllimlər ənənəvi pedaqoji qaydalara riayət edərək əvvəlcə Azərbaycanın musiqi mədəniyyətinə aid qısa sorğu keçirib. Mövzuya dair tələbələrin bilikləri barəsində məlumat əldə edilib. Dərsin gedişində öncə tələbələrə Qara Qarayevin həyat yolu barədə məlumat verilib, təhsili, tərcümeyi–halı, yetişdirdiyi tələbələrin uğurlarından danışılıb. Daha sonra bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumatlar çatdırılıb. Dinləyicilər bəstəkarın əsərləri barədə olduqca müfəssəl məlumatlarla tanış olub. Dərslərdə xüsusilə də “Yeddi gözəl “və “İldırımlı yollarla”baletlərinin incəsənətimizdəki yeri və əhəmiyyəti vurğulanıb. Dərslərin sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, dinləyicilərin mövzu ilə bağlı fikirləri öyrənilib.
Əlavə edilmə tarixi: 20.02.2018 | Baxılma sayı: 348
Allah rəhmət etsin
Mingəçevir Turizm Kollecinin müəllimi Mahmudov Məmməd Usman oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Mahmudov Məmməd Usman oğlu 2006-cı ildən kollecdə tam ştatlı müəllim, fənn birliyi komissiyasının sədri və digər vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə özünü əsl idman mütəxəssisi, yaxşı müəllim kimi göstərmiş, kollektivin dərin hörmətini qazanmışdır. Onun əziz xatirəsi onu tanıyanların xatirəsində əbədi iz qoyacaq.
Mərhumun ailəsinə, əzizlərinə və kollektivimizə baş sağlığı veririk.
Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivi Mahmudov Məmməd Usman oğlunun ölümündən kədərləndiklərini bildirir və mərhumun ailəsinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin !
Əlavə edilmə tarixi: 02.02.2018 | Baxılma sayı: 372
Mingəçevir Turizm Kollecində bəstəkar Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib
Mingəçevir Turizm Kollecinin “İdman və GÇQH” fənn komissiyasının kollektivi müxtəlif idman növləri üzrə yarışların təşkili və müəssisələr arasında keçirilən idman turnirlərinə komandaların hazırlanması sahəsində həmişə öz fəallığı və təşəbbüskarlığı ilə fərqlənir.
Ayrı-ayrı idman növləri üzrə kollecin tələbələrindən təşkil olunmuş yığma komandalar dəfələrlə şəhər miqyaslı yarışlarda mükafata layiq yerlər qazanmış və öz uğurları ilə kollektivi sevindirmişlər. Həmçinin, kollecdə idman müəllimlərinin təşkilatçılığı ilə tarixi günlərə, bayram tədbirlərinə, görkəmli şəxslərin xatirəsinə həsr olunmuş yarışlar keçirilir və tələbələrin böyük marağına səbəb olur.
“İdman və GÇQH” fənn komissiyasının üzvləri görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirlər silsiləsindən də kənarda qalmayıblar. Fevralın 1-də kollecdə bəstəkarın yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda 10 nəfər tələbə iştirak edib. Dörd mərhələdən ibarət turnir təcrübəli müəllimlərdən təşkil olunmuş hakimlər qrupunun nəzarəti altında keçirilib. Oyunlar gərgin idman mübarizəsi şəraitində keçib, müəllimlərin və tələbələrin ciddi marağına səbəb olub. İlk mərhələdə rəqiblərini məğlub edən BT-40 qrupunun tələbəsi Həmzəyev Ramil və D-7/9 qrupunun tələbəsi Xəlilova Gülşən yarışların finalında iştirak etmək hüququ qazandıblar. Maraqlı və gərgin keçən final oyunu Ramil Həmzəyevin qələbəsi ilə başa çatıb. Müəllimlərinin və tələbə yoldaşlarının təbriklərini qəbul edən qalib tələbə, həmçinin yarışın finalçısı fəxri fərmanla və mükafatla təltif ediləcək. Mükafatların təqdimatının Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirində həyata keçirilməsi nəzərdə tutulub.
Əlavə edilmə tarixi: 02.02.2018 | Baxılma sayı: 286
Professor Əyyub Əyyubov BMT-nin “Avropada Ali Xidmət” ordeninə layiq görülüb
Baş Ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının Sosial Mükafat Şurasından Azərbaycana müjdəli xəbər daxil olub.
. Belə ki, Mükafat Şurasının qərarı (05.12.2017-ci il tarixli № 097 saylı qərarı) ilə Azərbaycanın dəyərli ziyalı və tanınmış elm adamı – Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dünya elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Avropada Ali Xidmət” ordeninə layiq görülüb. Qeyd etmək lazımdır ki, kollektivin sevincinə səbəb olan bu qərar professor Əyyub Əyybovun da həqiqi üzvü olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının müvafiq təqdimatı, Avropa elmi mərkəzlərinin rəyi və yekdil münasibəti əsasında qəbul edilib.Qeyd etmək lazımdır ki, bundan öncə professor Əyyub Əyyubov BMT-nin “Ali Şərəf” ordeni, “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi”, Avropa Təbiət Elmləri Akademiyasının ali “Golfrid Vilhelm Leybiniz” medalı, “Böyük Cəngavər Ulduzu” Avropa medalı, “Türk dünyasının Fəxri Elm Adamı”, və digər mükafatlarla təltif olunub. Eyni zamanda Mingəçevir Turizm Kollecinin inkişafında xidmətlərini nəzərə alan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi professor Əyyub Əyyubovu Fəxri-Fərman və” Fəxri Turizm İşçisi” medalı ilə təltif edib. Respublika əhəmiyyətli digər təsisatlar da ayrı-ayrı dönəmlərdə elmin və təhsilin inkişafına verdiyi töfhələrə görə yorulmaq bilmədən çalışan dəyərli elm adamını ən mötəbər nominasiyalara layiq görüb, o cümlədən ilin “Ən Yaxşı Tədqiqatçı İqtisadçı Alimi” qızıl medalı alimin yaradıcı bioqrafiyasında xüsusi yer tutur .Bu günədək 24 elmi-nəzəri kitabın və dərsliyin, eləcə də 300-dən çox elmi məqalənin müəllifi olan Əyyub Əyyubov elmi yaradıcı fəaliyyətini bu gün də uğurla davam etdirir. Müəllifin potensialının və elmi axtarışlarının nəticəsi olan – “Biznes və iqtisadiyyat”, “Turizm və Mehmanxana təsərrüfatı adlı dərsliklər”, səyahət və ziyarət turizmlərinə dair elmi –nəzəri əsərləri, elmi metodik nəşrləri və digər yaradıcı uğurları yeni vacib istiqamətləri əhatə edir.Professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyətinə yaxından bələd olmaq istəyində olanlar üçün indiyədək yetərli ensklopedik baza formalaşıb. Ayrı-ayrı dönəmlərdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Avropa Təbiət Elmləri Akademiyası tərəfindən dəyərli elm adamının həyat və fəaliyyətindən bəhs edən iki dəfə “Bioqrafi-Biblioqrafi” kitabları işıq üzü görüb və “Velikaya Rossiya” ensklopedik nəşrində professor Əyyub Əyyubova xüsusi bölmə ayrılıb. Üstəlik məlumat bazası tam elektronlaşdırılıb. Qeyd etmək lazımdır ki, ən son bu cür ensklopedik nəşr ötən il Almaniyanın Hannover şəhərində işıq üzü görüb.Bu gün professor Əyyub Əyyubov bacarıq və səriştə ilə ölkənin ən böyük və ən genş beynəlxalq əlaqələrə malik təhsil müəssisələrindən birinə rəhbərlik edir. Həm də respublikada inkişafı prioritet elan edilmiş turizm sənayesi üçün peşəkar mütəxəssis hazırlığı həyata keçirən işgüzar bir kollektivə. Heç şübhəsiz BMT-nin bu kollektivin rəhbərini layiq gördüyü “Avropada Ali Xidmət” ordeni pedaqoqlu tələbəli hər kəsi yeni daha böyük təhsil uğurlarına sövq edəcək. Çünki bu ali beynəlxalq mükafat bir alimin timsalında Azərbaycan elminə, Azərbaycan təhsilinə və uğurlarının sorağı sərhəd tanımayan Mingəçevir Turizm Kolleci kimi böyük bir kollektivə verilən yüksək qiymətdir.
Əlavə edilmə tarixi: 31.01.2018 | Baxılma sayı: 514
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.
Fənn birliklərində və dəyrimi masa ətafı tədbirlərdə aktual müzakirələr aparılıb,tələbələrin iştirakı ilə rəsm və inşa müsabiqələri təşkil edilib,ən yaxşı divar qəzetlərinin xüsusi buraxılışları kollektivə və müəssisənin qonaqlarına nümayiş olunub.Anım tədbirləri silsiləsinə daxil olan tələbələrin əl işlərindən ibarət sərgi və elmi- nəzəri konfrans əhəmiyyəti və diqqətə layiq məqamları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.Öncə kollec rəhbərliyinin,pedaqoq və tələbələrin iştirakı ilə rəsm və əl işləri sərgisinə baxış keçirilib.Qeyd edək ki, sərgidə dövlətçilik ənənələrindən,xalqın mübarizə tarixindən və 20 yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib.Eyni zamanda monitor vasitəsilə sərgi iştirakçılarına 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub.Daha sonra “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi-nəzəri konfransada bir araya gələn tədbir iştirakçıları tarixi dəlillərə istindadən əhəmiyyətli müzakirələr aparıb.Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru –iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov 20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.Bundan sonra çıxışına davam edən professor Əyyub Əyyubov Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə dair dəyərli faktlar açıqlayıb.Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın davranışını böyük qəhrəmanlıq nümunəsi adlandırıb.Əyyub Əyyubov hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində sərt açıqlamalarla çıxış edən, daha sonra siyasi hakimiyətdə olduğu dönəmlərdə faciyəyə hüquqi,siyasi qiymət verilməsinə nail olmuş ümummilli lider Heydər Əliyevin iradəsi və vətənpərvərliyi önündə baş əydiklərini bildirib:“Xalqımızın qəhrəmanlığı və şəhidlərimizin hünəri sayəsində Azərbaycan xalqı dünyada heç də hər millətə nəsib olmayan müstəqil dövlətçiliyinə qovuşdu. Biz azadlığın necə dəyərli nemət olduğunu müstəqillik dönəmində daha dərindən anladıq. Buna görə də müstəqilliyimizin əbədi olması üçün hər cür fədakarlığa hazır olmalıyıq”Daha sonra konfrans iştirakçılarına qanlı 20 yanvar hadisələrindən bəhs edən növbəti sənədli film nümayiş olunub.Qeyd etmək lazımdır ki, konfrans ərzində biri-birindən məzmunlu və aktual məruzələr dinlənilib.Pedaqoqlar Kifayət Əliyeva, Vüqar Nağıyev və Gülay İbrahimli müvafiq olaraq “Sənətində də şəhidliyində də zirvələrdə əbədiləşdi”, “20 yanvar faciəsindən 28 il ötür” və “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında məruzələrlə çıxış edib.Çıxışlarda dövrün siyasi reallığı,hadisələrin inkişaf mərhələləri və faciə günü ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb.Ardınca kollec rəhbərliyi tərəfindən rəsm və inşa müsabiqəsi qaliblərinə fəxri-fərmanlar təqdim olunub.Konfrans ənənəyə uyğun olaraq ədəbi-bədii kompozisiya ilə davam etdirilib.Tələbə özfəaliyyət qrupu fəalları hadisələri musiqi ritmlərinin müşayəti və poetik ifadələrlə iştirakçılara təqdim edib.Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərin vətənpərvər ruhunun möhkəmləndirilməsi üçün pedoqoji heyətin üzərinə düşən strateji vəzifələrdən danışıb. Hər kəsi daim Azərbaycanın şərəfli tarixi və milli dəyərləri haqqında məlumatlı olmağa və mövcud ənənələrin qorunmasında vətəndaş fəallığı nümayiş etdirməyə səsləyib. Bu mənada ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Cumhuriyyət ili elan olunmasını Azərbaycan xalqının tarixinə verilən dəyərli hadisə adlandırıb.
Əlavə edilmə tarixi: 26.01.2018 | Baxılma sayı: 482
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
Mingəçevir Turizm Kollecinin təsviri incəsənət sahəsinə böyük marağı olan və bu cəhətdən qabiliyyətləri ilə seçilən tələbələri daima ictimai tədbirlərdə öz fəallıqları ilə seçilirlər.
Onlar görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən yubiley tədbirlərinə böyük coşğu ilə qoşulmuşlar. Kollecdə təşkil edilmiş “Qara Qarayev yaradıcılığı rəssam tələbələrin fırçasında” adlı rəsm sərgisində istedadlı təələbələrin əl işləri nümayiş etdirilir.Təsviri sənət müəllimi Aygün Hümbətovanın təşəbbüsü ilə hazırlanan sərginin işi fevralın 2 dək davam edəcəkdir. Həmin müddətdə kollecin müəllimləri və tələbələri həmçinin tədris müəssisəsinin qonaqları sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış ola bilirlər. Əminliklə söyləmək olar ki, sərgi ilk gündən kollektiv üzvlərinin ciddi maraq və diqqətinə səbəb olmuşdur.Görkəmli bəstəkarın 100 illiyi ilə bağlı keçirilən yubiley tədbirləri çərçivəsində daha bit təşəbbüs kolecin ədəbiyyat müəllimləri tərəfindən irəli sürülmüşdür. Yanvarın əvvəllərindən başlayaraq kollecdə “Qara Qarayev bəstəkarlıq məktəbinin banisidir” mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqəyə bütün tədris qruplarının tələbələri qoşulmuşlar. İnşa müsabiqəsi yanvarın sonunadək davam edəcəkdir. Müsabiqədə ilk üç yeri tutan tələbələr həvəsləndirici mükafatlarla təltif olunacaq.
Əlavə edilmə tarixi: 25.01.2018 | Baxılma sayı: 269
Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş Bilik yarışı
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir Turizm Kollecində keçirilən tədbirlər sırasına daha biri əlavə olundu.
“Qara Qarayevin incəsənətimizdə qoyduğu iz” adlı intellektual yarış keçirildi. Yarış kollecin fənn müəllimləri Eldar Dərişov, Elnarə İsmayılova və kollecin tələbə – gənclər təşkilatının fəallarının təşəbbüsü ilə təşkil edilmişdir. Bilik mübarizəsində ayrı-ayrı ixtisas qruplarının tələbələrindən ibarət 6 komanda iştirak edirdi. Eyni zamanda yarışa əyani şöbələrin tələbələri ilə yanaşı qiyabiçi tələbələrdən təşkil olunmuş komandalar da qoşulmuşdu.Müəyyən edilmiş qaydalara uyğun olaraq intellektual yarış üç mərhələyə bölünmüşdür. Hər mərhələdə komandalara Qara Qarayevin həyat və yaradıcılığı mövzusunda 10 sual ünvanlanırdı. Yarışın tamaşaçıları komandalar arasında bərabər və gərgin mübarizə aparılmasının şahidi oldular. İştirakçıların nümayiş etdirdiyi oyun onların Azərbaycan musiqi sənəti xüsusilə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı haqqında kifayət qədər məlumatlı olduğunu göstərdi. Münsiflər heyəti hər bir komandanın cavabını dürüstlüyü və dolğunluğunu nəzərə alaraq müvafiq ballarla qiymətləndirdi. Tamaşaçılar arasında olan komandaların dəstək qrupları da öz yoldaşlarını sonadək dəstəkləyir və onları uğura həvəsləndirirdi. Üç mərhələdən ibarət yarışın nəticəsinə görə “Real” komandası qalib adına layiq görüldü. Bu komandaların üzvləri sualları daha düzgün və ətraflı cavablandırmışlar. Qalib komandaların üzvləri fəxri fərmanla təltif olunacaqlar. Fəxri fərmanlar qaliblərə Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş yekun tədbirdə kollec rəhbərliyi tərəfindən təqdim olunacaq.
Əlavə edilmə tarixi: 22.01.2018 | Baxılma sayı: 321
Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.
. Bu günlərdə də kollecin kollektivi Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcılarından biri olan Qara Qarayevin anadan olmasının 100 illiyi yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Görkəmli bəstəkarımızın yubileyinə həsr olunmuş müxtəlif müsabiqələr, sərgilər, konfranslar, diskussiyalar və digər maraqlı tədbirlər keçirilir. Mövzuya həsr olunmuş diqqətəlayiq tədbirlərdən biri də kollecin kitabxanasında təşkil edilmişdir. Kitabxana müdiri Əyyubova Pəri və kollecin ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə keçirilən kitab sərgisində Qara Qarayevə həsr olunmuş əsərlər nümayiş olunurdu. Fənn müəllimləri, kollecin əməkdaşları həm əyani tədris qruplarının tələbələri, həm də hazırda qış sessiyasında iştirak edən qiyabi tələbələr sərgini ziyarət etdilər, nümayiş etdirilən kitablarla tanış oldular. Təşkilatçılar sərginin ziyarətçilərinə əsərlərin hər biri haqqında dəyərli məlumatlar çatdırdılar. Burada Qara Qarayevə həsr olunmuş bioqrafik əsərlərlə yanaşı onun yaradıcılığının təhlilinə aid məqalələrin toplandığı kitablar da var idi. İştirakçılar nümayiş olunan əsərlərə böyük maraq göstərir, kitabların hər biri haqqında sərgi iştirakçılarına maraqlı suallar ünvanlayırdılar. Gün ərzində kitab sərgisi müəllimlərin və tələbələrin əksər hissəsi tərəfindən ziyarət olundu. Kitabların sadəcə nümayiş olunması ilə məhdudlaşmayan və maraqlı fikir mübadiləsi şəraitində keçən sərgi iştirakçılarda xoş təəssüratlar yaratdı.
Əlavə edilmə tarixi: 18.01.2018 | Baxılma sayı: 327
Qara Qarayevin yaradıcılığına həsr olunmuş oxucu konfransı
Yenicə qədəm qoyduğumuz 2018 – ci ildə bir sıra əlamətdar yubileylərin şahidi olacağıq. Bu cəhətdən bu il həm də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlarda qalacaqdır.
. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarımızın yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Kollecin struktur bölmələri və tələbə- gənclər təşkilatı yubileyə həsr olunmuş rəngarəng tədbirlər keçirməyi planlaşdırırlar. Bu tədbirlər sırasına kollecin kitabxanasında baş tutmuş oxucu konfransı ilə start verildi.“Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin və dövlətçiliyimizin tərəqqisində mövqeyi” adlı konfrans ədəbiyyat müəllimləri Əşrəf Əsgərov və Kifayət Əliyevanın təşəbbüsü ilə təşkil edilmişdir. Tədbirdə pedoqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri də iştirak edirdi. Xüsusilə, bədii özfəaliyyət qrupunuun üzvü olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə seçilmişdir. Oxucu konfransı fəal fikir mübadiləsi şəraitində keçirildi. İştirakçılara Qara Qarayevin Azərbaycan musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verildi.Çıxışlar mövzu ətrafında maraqlı müzakirələrə yol açdı. Tədbirdə həmçinin bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən söhbət açıldı. Dolğun çıxışları, fəal müzakirələri dinləyən iştirakçılar oxucu konfransından dərin təəssüratlarla ayrıldılar.
Əlavə edilmə tarixi: 16.01.2018 | Baxılma sayı: 357
Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.
Əslində Mingəçevir Turizm Kollecinin kollektivi bu sayaq təntənəli şadyanalığı yaradıcı əməyi və təhsildə qazandığı davamlı uğurları sayəsində haqq edib.Doğma kollektivinə bayram təbriki ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da qeyd olunan məqama xüsusi diqqət yetirib.O, ölkədə prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik və uğurlu siyasi kursun davamlı sabitliyə və hərtərəfli inkişafa zəmin yaratdığını vurğulayıb:“Çalışmaq, pedaqoji fəaliyyətə yaradıcı yanaşmaq, ixtisaslı kadr hazırlığı prosesində ən müasir tədris metodları tətbiq etmək və digər çalışmalar sayəsində uğurları sıralamaq üçün üzərimizdə hər zaman dövlətimizin və prezidentimizin dəstək və qayğısını hiss edirik.Cəmiyyətimizdə sabitlik və firəvanlıq hökm sürür, bundan böyük xoşbəxtlik ola bilərmi.Bu qayğı daima məsuliyyətimizi artırır və hesab edirəm ki, 2017-ci tədris ili ərzində əldə etiyimiz naliyyətlər işgüzar fəaliyyətimizin və məsuliyyətimizin təzahürüdür.Açığı sadalanası çox məqamlar olub.İstər təhsildə, istər ictimai fəallıqda,istər beynəlxalq əlaqələr coğrafiyamızın genişləndirilməsində,istərsə də mədəni-kütləvi tədbirlərin təşkilində yetərincə qürurla ifadə edə biləcəyimiz uğurlara imza atmışıq.İl ərzində növbəti 600-dən artıq məzunumuzu ixtisaslı kadrlar olaraq istehsalata yola salmışıq, 700-ə qədər yeni gənc Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanaraq şərəflənib, 50 yüksək səviyyəli mədəni-kütləvi tədbirə, konfransa ev sahibliyi etmişik, istedadlı tələbələrimiz çoxsaylı müsabiqə,sərgi və idman yarışlarında kollecimizi uğurla təmsil edib.Bütün bunlar onu göstərir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il təqvimində ürək dolusu sevinib, şadlanmağa haqqı olan böyük kollektivlərdən biriyik.Əminəm ki, 2018-ci il kollektivimiz üçün yeni naliyyətlərlə tarixləşəcək.”Daha sonra bayram iştirakçıları biri-birindən şux mahnı və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşayıb.Kollec tələbə özfəaliyyət qrupunun istedadlı üzvləri saatlar ərzində maraqlı və zəngin bədii proqramla çıxış edərək iştirakçıların qəlbində xoş təəssüratlara yol açıb.Tədbir boyu keçirilən əyləncəli musiqi və poeziya viktorinaları təəssüratları daha da zənginləşdirib.Yeni ilin rəmzləri olan Şaxta baba və Qarqızın şənlikdə iştirakı,kollektivin onlarla bərabər şüx rəqsləri hafizərdə unudulmaz izlər buraxıb.Tədbirin təşkilində xüsusi təşəbbüskarlıq göstərmiş kollec Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubovun bayram təbriki kollektivi iki qat sevindirib.O ənənəyə sadiq qalaraq bu dəfə də hər kəsi bayram hədiyyələri ilə sevindirəcəklərini vəd edib.Bayram şənliyinin ən unudulmaz anlarından biri də bayram tortunun kəsildiyi məqamla əlamətdar olub.Çünki, bu unudulmaz xoş an kollektivin say-seçmə pedaqoqlarının birgə iştirakı ilə gerçəkləşib.Eyni zamanda onların hər biri bayram təbriklərini doğma həmkarları ilə paylaşmaq fürsəti qazanıb.Növbəti dəfə düşüncələrini paylaşan professor Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin əziz xatirəsini anaraq dünya Azərbaycanlılarının həmrəyliyinin yaranması üçün göstərmiş olduğu fədakarlıqdan danışıb:“Belə bir təqvimin xalqımıza ərmağan edilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır.Bu gün yaşadığımız sevinc dolu anlar o böyük şəxsiyyətin arzularının təcəssümdür.Kollektiv olaraq biz Azərbaycanın əksər regionlarını və fərqli mədəniyyətlərini təmsil edirik.Fəaliiyətdə və bərabər olduğumuz ötən illər ərzində bu həmrəyliyin bizə və ümumən xalqımıza nə qədər gərəkli olduğunu hər birimiz çox gözəl anlaya bilmişik.Biz daim bizləri bir araya gətirən bu ideyanın arxasında dayanmağa borcluyuq.”Bayram tədbiri bundan sonra da saatlar ərzində sevin dolu anlarla davam edib.Şənlik həmrəylik rəmzi olan möhtəşəm Yallı rəqsi ilə başa çatıb.
Əlavə edilmə tarixi: 31.12.2017 | Baxılma sayı: 311
Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib.
Bu qəbildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun olaraq baş tutan və eyni vaxtda Azərbaycan musiqi aləminin iki böyük simasının həyat və yaradıcılığına həsr olunmuş elmi-nəzəri konfrans maraqlı və unudulmaz anlarla yadda qalıb.Söhbət vaxtilə Sovetlər İttifaqının Xalq artisti adına və ali dövlət mükafatlarına layiq görülmüş görkəmli musiqi mütəxəssisləri- bəstəkar Tofiq Quliyevin və məhşur pianoçu Fərhad Bədəlbəylinin yaradıcılığına həsr olunmuş konfransdan gedir.Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunan və yaradıcı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.Qeyd etmək lazımdır ki, sərgidə konfrans öncəsi adları çəkilən musiqiçilərin şərəfinə elan olumuş rəsm və əl işləri musabiqəsinin ən layiqli seçmə nümunələri nümayiş olunub.Ardınca sərgi iştirakçıları monitor vasitəsilə Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılğından bəhs edən sənədli filmi izləyib.Bundan sonra hər iki ünlü musiqi dühasının həyat və yaradıcılığına həsr olunmuş konfrans öz işinə başlayıb.Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığını Azərbaycan musiqi sənətinin qiymətli inciləri adlandırıb.Dəyərli elm adamı hər iki böyük sənətkarın keçdiyi ömür yolunu öyrənən və öyrədən şərəfli yol kimi xarakterizə edib:“Tofiq Quliyev ismi bizə eyni anda bi çox zəruri informasiya verir.Bəstəkar,drijor,təşkilatçı rəhbər, simfonik əsərlərin və kantataların müəllifi və təcrübəli pedaqoq.Görün nə qədər istedadlı biridir bu görkəmli şəxs.O eyni zamanda Azərbaycan caz və estrada musiqisinin banilərindən biri,çoxsaylı kino filmlərin musiqi parçalarının əvəzolunmaz bəstəçisidir.Maraqlı faktlardan biri də odur ki, Tofiq Qliyevin istedadını ilk hissedib dəstək olanlardan biri böyük Üzeyir Hacıbəyov olub.Bu Tofiq Quliyevin həyat və yaradıcılığında dərin iz buraxb.O da eynən sələfi kimi istedadlı gənclərə sahib çıxıb,daim musiqi sənətini təbliğ edərək marifçilik işləri ilə məşğul olub.Digər ünlü sənətkarımız Fərhad Bədəlbəyli haqqında da qürurla saatlarla danışmaq olar.Onun görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açması heç şübhəsiz gələcək taleyinə təsirsiz ötüşüşməyib.Məşhur piyanoçu klassik əsərlərin çox güclü ifaçısı kimi Avropanın böyük səhnələrini fəth edib.Dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb.Almaniya,Portuqaliya,Danimarka,İtaliya və digər ölkələrdə Fərhad Bədəlbəyli hər zaman sevilən sənətkar kimi xatırlanmaqdadır.Biz xalqımızın belə görkəmli şəxsiyyətlərini yaxşı tanımalı və daim təbliğ etməliyik.Çünki onların yaratdıqları musiqi inciləri bəşəri önəm daşıyır.”Daha sonra professor Əyyub Əyyubov konfrans öncəsi elan olunmuş rəsm və əl işləri musabiqəsi qaliblərinə Fəxri fərmanlar təqdim edib. Müsabiqənin yekunlarına əsasən tələbələrdən Toğrul Əliyev birinci, Dinarə İbrahimli ikinci, Aysun Ağayeva isə üçüncü yerə sahib olub.Ardınca Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Filmdə ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yubiley gecəsində iştirakı və haqqında söylədiyi dəyərli fikirlər əksini tapıb.Konfransda səslənən digər məruzələr də maraqla qarşılanıb.Pedaqoqlar Vüsalə Zeynalova, Aygün Hümbətova, Ceyhun Abdullayev və Rövşanə Fərəcbəyli müvafiq olaraq “Görkəmli bəstəkar Tofiq Quliyevin musiqi dünyasına səyahət”, “SSRi xalq artisti Fərhad Bədəlbəylinin yaradıcılığı”, “Görkəmli bəstəkar Tofiq Quliyevin uğurları və aldığı fəxri adlar”, həmçinin “Tofiq Quiyevin manılarının Azərbaycan qədər ömrü var” mövzularında məruzələrlə çıxış edib.Çıxışlarda Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığıına daxil olan əsərlərdən ətraflı söhbət açılıb, hər iki görkəmli musiqi korifeyinin ünvanına xoş sözlər söylənib. Eyni zamanda prezident cənab İlham Əliyevin hər iki böyük sənətkarın timsalında sənətə və sənətkara böyük qiymət verdiyi xüsusi qeyd olunub.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyanın və konsert proqramının nümayişi ilə davam etdirilib. Proqramda dahi bəstəkar Tofiq Quliyevin əsərləri ifa olunub.
Əlavə edilmə tarixi: 22.12.2017 | Baxılma sayı: 293
Mingəçevir Turizm Kollecində “Döyüşən şəhər “sənədli filmilnin təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində İstedadlı fotomüxbir, “Mingəçevir” qəzetinin əməkdaşı İslam Şirinovun əsərləri əsasında ərsəyə gəlmiş “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimi yüksək ictimai maraq doğurub.
. Qeyd etmək lazımdır ki, filmdə müəllifin Qarabağ münaqişəsinin başladığı dönəmlərdən etibarən döyüşlərin intensivləşdiyi sonrakı mərhələlərin də yer aldığı dəyərli materiallar və arxiv sənədləri öz əksini tapıb.Təqdimat mərasimini açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov filmlə ilkin tanışlıq əsasında zəngin təəssüratlar aldığını qeyd edib. Dəyərli elm adamı filmi hər mənada yüksək qiymətləndirdiyini bildirib:“Bəri başdan filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyəti təbrik edib yeni uğurlar arzulayıram. Qarabağ məsələsi xalqımızın yaralı yeridir. İndiyədək bu mövzuya dəfələrlə toxunulub və gələcəkdə də saysız –hesabsız sənət nümunələrinin ortaya çıxacağına heç birimizin şübhəsi yoxdur. Amma, səmimiyyətlə etiraf etməliyəm ki, bu film tamamilə yeni üslubda düşünülüb və lentə alınıb, süjet xətti özünəməxsusluğu ilə diqqəti cəlb edir. Üstəlik hadisələrə kompleks yanaşma tərzi mövcuddur. Belə ki, Qarabağ münaqişəsi, Mingəçevirlilərin bu hadisələrdə fəal iştirakı, torpqalarımızın müdafiəsində ortaya qoyduğu fədakarlıq, hətta arxa cəbhə qismində Mingəçevirlilərin vətənpərvər davranışları və umumən dövrün ictimai-siyasi axarı dolğun şəkildə öz əksini tapıb. Bu isə filmi daha da cəlb edici edir. Filmdə nümayiş olunan dəyərli fotolar sanki dil açıb danışır, böyük bir tarixi dönəm haqqında o günlərdən bu günlərə informasiya ötürür. Əlbəttə ki, həmin fotoların müəllifi olan istedadlı və təcrübəli müəllif İslam Şirinovun ustalığı yalnız alqışa layiqdir və mən onu kollektivimiz adından alqışlayıram.”Daha sonra söz alan Mingəçevir qəzetinin redaktoru Mirsədi Daşdəmirov səmimi sözlər söylədiyi və təqdimat mərasiminə ev sahibliyi etdiyi üçün professor Əyyub Əyyubovun timsalında kollektivin ünvanına ən xoş sözlərini çatdırıb. O eyni zamanda filmin çəkilş prosesi ilə bağlı ətaraflı məlumat verib.Ardınca çıxış edən müəllif İslam Şirinov ən xoş arzularını paylaşıb. O vətəndaşlıq mövqeyindən çıxış edərək belə bir əsər yaratmaq qərarına gəldiklərini söyləyib. İslam Şirinov həm də istifadə olunan fotoların çəkilş prosesində vaxtilə rastlaşdığı hadisələrdən, Azərbaycan ordusunun şahidi olduğu qəhramanlıq savaşından, Mingəçevirli igidlərinin döyüşlərdə göstərdiyi şücaətdən söz açıb.Bundan sonra “ Döyüşən şəhər” sənədli filminə baxış keçirilib. 35 dəqiqə sürən film ərzində iştirakçılar üzüntülü və qürüverici təəssüratların ağuşunda qalıb. Başa çatan filmi sürəkli alqışlar müşayət edib.Sonda filmin yaradıcı heyəti ilə iştirakçılar arsında maraqlı fikir mübadiləsi aparılıb. Tədbirdə həmçinin “Mingəçevir” qəzetinin 6 əməkdaşı iştirak edib. Professor Əyyub Əyyubov yaradıcı heyətin geniş tərkibdə kollecdə keçirilən təqdimat mərasiminə qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və bu cür görüşlərin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Əlavə edilmə tarixi: 20.12.2017 | Baxılma sayı: 469
Mingəçevir Turizm Kollecində “ Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü anılıb. Silsilə tədbirlərlə yadda qalan xatirə anları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə zəmin yaradıb.
. Dəyrimi masa ətrafı müzakirələr, fənn birliklərində keçirilən diskussiyalar, tələbələr arasında baş tutan inşa, əl işləri müsabiqələri, bilik yarışı və müxtəlif idman turnirləri dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliği baxımından xüsusi rol oynayıb. Qeyd edək ki, ən yaxşı rəsm və əl işləri, həmçinin xüsusi divar qəzetləri nümunələri anım günü öncəsindən etibarən kollecin foyesində və xatirə sərgisində nümayiş olunmağa başlanılıb. Nəhayət kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib. Amma bundan öncə konfrans iştirakçıları istedadlı tələbələrin əl işlərindən ibarət olan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirib. Ardınca elə sərgi zalındaca moniter vasitəsilə dahi liderin şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.“Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı elmi- nəzəri konfrans da maraqlı müzakirələrə yol açıb.Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professsor Əyyub Əyyubov ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra çıxışına davam edən ünlü elm adamı ulu öndər Heydər Əliev ömrünün şərəfli və nurlu səhifələrini varaqlayıb. Onun həm ölkənin çətin günlərində ortaya qoyduğu fədakarlıqdan, həm də bəşəri dəyərlərin möhkəmləndirilməsi və qorunması istiqamətində atdığı uğurlu addımlardan danışıb:“Bu gün varaqladıqca Heydər Əliev səlnaməsində necə böyük və möhtəşəm xidmətlərin yer aldığını açıqca görmək mümkündür. Onun xidmətləri təkcə milliliyi ilə seçilmir. Həmin xidmətlər bəşəri xarakter daşıyır. Bu səbəbdən də böyük öndərimiz bəşəri və dünyavi siyasi liderdir. Onun haqqında danışmaq həm asan, həm də çətindir. Asandır o səbəbdən ki, həyata keçirdiyi və memarı olduğu işlər hüdud tanımır. Çətindir o səbəbə görə ki, heç də hər şəxs bu dahi şəxsiyyətin siyasi fəaliyyətini yetərincə təhlil edib təqdim etmək gücündə deyil. Böyük öndərimiz Heydər Əliyev yolu hər kəsin qibtə edə biləcəyi böyük bir məktəb, bizə miras qalan siyasi irsi isə zəngin tükənməz xəzinədir. Biz pedaqoqlar daim bu irsi öyrənməli və gənc nəslə daha mükəmməl şəkildə öyrətməyə çalışmalıyıq.”Daha sonra dahi liderin ömür yoluna həsr edilmiş videoçarxa baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib.Pedaqoqlar Səbirə Hüseynova, Şəms Məmmədova və tələbə Əsmər Qurbanova müvafiq olaraq “Azərbaycanın özü qədər əbədi lideri”, ”Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” və “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda böyük öndərin xalq və dövlətçilik naminə ortaya qoyduğu fədakarlıq nümunələri sadalanıb.Çıxışlar başa çatdıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.Konfrans tələbə özfəaliyyət qrupu fəalları tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Lider şəxsiyyətin ömür yolu poetik şəkildə və musiqi notları ilə ifadə olunub.Konfransa yekun vuran professor Əyyub Əyyubov hər kəsi bundan sonra da Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb:“Cənab prezidentimizin siyasi kursu Heydər Əliyev irsinə ən layiqli sədaqət nümunəsidir. Bu siyəasətə bağlılığımız gələcək daha böyük nailiyyətlərimizin qarantıdır.”
Əlavə edilmə tarixi: 13.12.2017 | Baxılma sayı: 624
Mingəçevir Turizm Kollecinin əməkdaşları Mingəçevir şəhər nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun işğaldan sonra yenidən qurulan Cocuq Mərcanlı kəndini ziyarət edib
Məlum aprel döyüşləri zamanı Lələ-təpə yüksəkliyinin düşməndən geri alınması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün yeni dirçəliş dönəmini yaşayır.
Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.
Mingəçevir Turizm Kollecində Kitab sərgisi
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq kollecin bütün struktur bölmələri tərəfindən maraqlı tədbirlər təşkil olunur.
Belə maraqlı tədbirlərdən biri də dekabrın 6-da kollecin kitabxanasında baş tutdu.Burada ümummilli liderin əsərlərindən ibarət kitab sərgisi nümayiş etdirildi.Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən nəşrlər,Ulu Öndərin məruzə və nitqlərinin topluları iştirakçıların diqqətinə çatdırıldı.Kollecin müəllimləri və tələbələri gün ərzində sərgi ilə tanış olmaq imkanı qazandılar.Bəzi tədris qrupları isə kollektiv şəkildə kitab sərgisini ziyarət edilər.Müstəqil həyata yeni qədəm qoyan gənc tələbələrdə Ulu Öndər Heydər Əliyevin kitablarından ibarət sərgi ilə tanışlıq dərin təəssüratlar yaratdı.
A book exhibition at Mingechevir Tourism College
Interesting events are organized in accordance with the plan of events dedicated to Great Leader, Haydar Aliyev’s Remembrance Day by all structural divisions of the college.
One of such interesting events took place at the college library on December 6. The book exhibition of national leader’s works was demonstrated.
At the exhibition, publications reflecting separate stages of Haydar Aliyev’s life and activity and collections of reports and speeches of Great Leader were brought to the attention of the participants.
Teachers and students of the college were able to get acquainted with the exhibition throughout the day. These teaching groups collectively visited the book exhibition.
To get acquainted with the exhibition of Haydar Aliyev’s works, took a deep impression on the young students who have just started their independent life.
Книжная выставка в Мингечевирском Колледже Туризма
В соответствии с планом мероприятий, посвященных памяти великого лидера Гейдара Алиева, все структурные подразделения колледжа организовывают интересные мероприятия.
Одно из таких интересных событий состоялось 6 декабря в библиотеке колледжа. Здесь была продемонстрирована книжная выставка работ национального лидера.
На выставке были издания, отражающие отдельные этапы жизни и деятельности Гейдара Алиева, были доведены до сведения участников лекции и выступления Великого вождя.
Учителя и студенты колледжа могли в течение дня знакомиться с выставкой. Некоторые учебные группы коллективно посетили выставку книг.
Знакомство с выставкой книг великого лидера Гейдара Алиева,оставило глубокое впечатление у студентов,которые делают первые шаги в жизни .
Əlavə edilmə tarixi: 07.12.2017 | Baxılma sayı: 382
İntellektual yarış
Ümummilli lider H.Əliyevin yaxınlaşmaqda olan anım günü münasibəti ilə MTK-da silsilə tədbirlər keçirilir.
Dekabrın 1-də YAP 38 saylı ərazi təşkilatının gənclər birliyinin təşəbbüsü ilə kollecin TXT, MT, BT,NT,TT ixtisas qrupları arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan “mövzusunda intellektual yarış təşkil edilmişdirYarışda qeyd olunan qruplarının tələbələrindən ibarət komandalar iştirak edirdi.Üç mərhələdən ibarət intellektual yarışın hər mərhələsində komandalara 10 sual ünvanlandırılmışdı.Müsabiqə sualları Azərbaycanın müasir tarix ilə bağlı xüsusilədə müstəqil dövlət quruculuğu ilə əlaqədar məsələlərə həsr olunmuşdur.Sualları daha düzgün və ətraflı cavablandıran Turizm və onun təşkili ixtisası üzrə “Real” komandası yarışın qalibi adını qazandı. Qalib komandanın üzvləri fəxri fərmanlarla təltif olunacaqlar.
Əlavə edilmə tarixi: 01.12.2017 | Baxılma sayı: 432
Mingəçevir Turizm Kollecində görkəmli sənətkar Bülbülün 120 illik yubileyi qeyd olunub
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun olaraq Mingəçevir Turizm Kollecində Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi qeyd olunub.
Silsilə tədbirlərlə anılan yubiley mərasimi pedaqoq və tələbələrin yüksək fəallığı ilə yadda qalıb. O cümlədən tələbələr arasında keçirilən əl işləri və ən yaxşı ifaçı müsabiqələri maraqlı sənət nümunələrinin ortaya çıxmasına və gənclər arasında yeni istedadların aşikar edilməsinə səbəb olub. Daha sonra ən layiqli əl işi nümunələri kollecin foyesində təşkil olunan Sərgidə nümayiş olunub.Yubiley tədbirlərinin zirvə nöqtəsi olan elmi-nəzəri konfrans iştirakçıları da konfrans öncəsi məhz həmin sərgiyə baxış keçirib, görkəmli sənətkar Bülbülün həyat və yaradıcılığınının əks olunduğu maraqlı əl işlərindən zövq alıb.
Daha sonra Azərbaycan vokal sənətinin banisi olan Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Görkəmli sənətkarın şərəfli ömür yolu və əsrarəngiz yaradıcılığı barədə ətaraflı məlumat verən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Bülbülü Azərbaycan İncəsənətinin xəzinəsi adlandırıb:
“Bülbül sadəcə ifaçı deyildi, o heç də hər kəsin böyük ustalıqla ifa etmək iqtidarında olmadığı çətin musiqi janrlarının bilicisi və mahir ifaçısı idi. Hələ Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı İbn Salam, Aşıq Qərib, Koroğlu, Kərəm obrazları qibtə olunacaq sənət səlnaməsidir. Çoxsaylı romanslar, muğam nümunələri və xalq mahnıları məhz onun ifasında əsl zirvə nöqtəsinə yetişib. Eyni zamanda Bülbül istedadlı pedaqoq və tədqiqatçı kimi uğurlu həyat yolu keçib. İllər, əsrlər keçsə də onun valehedici səsi hafizələrə mənəvi rahatlıq bəxş edəcək.”
Bundan sonra Bülbülün həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib.
Daha sonra digər məruzələr dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Əşrəf Əsgərov və Aybəniz Əliyeva “Unudulmaz Bülbül haqqında xatirələr”, “Bülbülün musiqi dünyasında xidmətləri”, “Azərbaycanın dahi sənətkarı” və “Murtuza Məmmədovun ev muzeyi” mövzularında çıxış edərək Bülbül yaradıcılığından biri-birindən maraqlı fikirlər açıqlayıb.Hər kəs onu dahi və ölməz sənətkar olaraq xarakterizə edib.
Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb
(ENG).
120th anniversary of outstanding artisan Bulbul is celebrated at Mingechevir Tourism College.
In accordance with the action plan of the Ministry of Culture and Tourism, the 120th anniversary of Bulbul’s birthplace, the founder of Azerbaijani vocal art, is celebrated at Mingechevir Tourism College.
The jubilee ceremony with a series of events has been memorable for the high activity of the students and the pedagogues. Handicrafts and best performer competitions among students led to the emergence of interesting art samples and the discovery of new talents among students. Then, the best handicraft samples were displayed at the exhibition, organized at the foyer of the college. Participants of the scientific-theoretical conference also looked at the same exhibition and enjoyed the exciting handwriting on the life and creativity of outstanding artisan Bulbul before the conference.
Later, the conference on the 120th anniversary of Bulbul’s birthplace, the founder of Azerbaijani vocal art, started. The director of the college, the doctor of economical sciences, prof. Ayyub Ayyubov who gave detailed information about the glorious lifestyle and mysterious creativity of the outstanding artist, named Bulbul as a treasure of Azerbaijani art:
“Bulbul was not only a singer, but also he was a connoisseur and a master singer of difficult music genres that everyone is unable to perform with great skill. The characters of Ibn Salam, Ashig Garib, Koroghlu, Kerem, created by him in the Azerbaijan State Opera and Ballet Theater, are a chronicle of arts to be admired. Numerous romances, mugham samples and folk songs have reached the peak in his performance. At the same time, Bulbul has passed a successful way of life as a talented educator and researcher. Even centuries later, his fascinating voice will provide people with moral comfort”.
Thereafter, a video about Bulbul’s life and creativity was watched.
Then, other lectures were heard. Pedagogues, Kifayat Aliyeva, Elnara Ismayilova, Ashraf Asgarov and Aybeniz Aliyeva said interesting ideas from Bulbul’s creative work, speaking on the subjects of “Memories about unforgettable Bulbul”, “Bulbul’s services in the music world”, “The great Azerbaijani artisan” and “M. Mammadov’s home Museum”. Everyone has described him as a genius and immortal artisan.
The conference was over with literary and artistic composition presented by members of the artistic team.
В Мингечевирском Колледже Туризма отмечается 120-летие выдающегося деятеля искусства Бюльбюля.
В соответствии с Планом действий Министерства Культуры и Туризма 120-летний юбилей основателя Азербайджанского вокального искусства «Бюльбюля» был отмечен в Миргечевирском Колледже Туризма.
Торжественная церемония празднования юбилея ознаменовалась высокой активностью педагогов и студентов.
Конкурсы творческих работ и лучших исполнителей среди студентов привели к появлению интересных новых талантов среди молодежи.
Затем лучшие образцы творческих работ были представлены на выставке в фойе колледжа, Кульминацией юбилейных мероприятий стала научно-теоретическая конференция, участники которой также посетили выставку и наслаждались интересными работами, отражающими жизнь и творчество выдающегося деятеля Бюльбюля. Позже начала свою работу конференция, посвященная 120-летию со дня рождения основателя Азербайджанского вокального искусства Бюльбюля. Директор колледжа, доктор экономических наук, профессор Айюб Айюбов, подробно информировал о славном образе жизни и творчестве выдающегося деятеля Бюлбюля, как сокровище Азербайджанского искусства.
«Бюльбюль был не просто исполнителем, он был талантливым исполнителем сложных музыкальных жанров, которые не каждый мог исполнять с большим мастерством.
Образы Ибн Салама, Ашуга Гариба, Кероглу, Керема, созданные им на сцене Азербайджанского Государственного Театра Оперы и Балета, являются художественной хроникой. Многочисленные романсы, образцы мугама и народные песни достигли истинного пика его выступления.
В то же время, Бюльбюль как талантливый педагог и исследователь прошёл успешный жизненный путь. На протяжении веков даже его удивительный голос будет придавать чувство душевного комфорта.
После этого был просмотрен видео-обзор жизни и творчества Бюльбюля.
Позднее были заслушаны доклады. Педагоги Кифаят Алиева, Эльнара Исмаилова, Ашраф Аскеров и Айбаниз Алиева сделали интересные доклады о творчестве Бюльбюля, выступая на конференции на тему «Воспоминания о незабываемом Бюльбюле», «Заслуги Бюльбюля в музыкальном мире», «Великий художник Азербайджана» и «Дом-музей Муртузы Мамедова». Все охарактеризовали его как гениального и бессмертного деятеля. Конференция завершилась демонстрацией литературно- художественной композиции, представленной самодеятельной студенческой группы.
Əlavə edilmə tarixi: 24.11.2017 | Baxılma sayı: 357
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.
Qeyd edək ki, Azərbaycan və Rusiya təhsil müəssisələri arasında imzalanmış uzunmüddətli beynəlxalq əməkdaşlıq sazişinə müvafiq olaraq bir neçə ay öncə Rusiya təhsil müəssisəsi təmsilçiləri Mingəçevir Turizm Kollecinin qonağı olaraq səmərəli müzakirələr aparıb.Məhz həmin görüş zamanı kollektiv ənənəvi olaraq Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci tərəfindən təşkil olunan “Sahibkarlıq” yönümlü 3-cü Açıq Regional “Gənc Peşəkarlar” yarışmasına rəsmi dəvət alıb.Adı çəkilən tədbirə dəvət qarşılıqlı əməkdaşlığın bir təzahürü olsa da əslində nəzərdə tutulan hədəf hər iki təhsil müəssisəsi arasında yaranmış işgüzar münasibətləri daha da dərinləşdirərək yeni inkişaf mərhələsinə çıxarmaqdan ibarət olub.Bəri başdan etiraf etmək lazımdır ki,Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun iştirakı ilə baş tutmuş Sankt-Peterburq səfəri bir çox səbəbdən hər iki tərəf üçün faydalı və əhəmiyyətli məqamları ilə yadda qalıb. Tədris metodları, pedaqoq-tələbə mübadiləsinin aparılması,qarşılıqlı praktik təlimlərin,forum və seminarların təşkil edilməsi kimi məsələlər növbəti dəfə kompleks şəkildə nəzərdən keçirilərək qarşıdakı əməkdaşlıq dönəmi üçün fəaliyyət planı müəyyən olunub.Mingəçevir Turizm Kollecinin nümayəndəsinin Sankt-Peterburq səfəri ilk anlardan etibarən unudulmaz təəssüratlara yol açıb.Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru Svetlana Antonovanın iştirakı ilə yadda qalan qarşılanma törəni düzənlənib.Tədbirdə kollecin rəhbər təmsilçiləri və aparıcı mütəxəssisləri olan- Oksana Fyodrova,Lyudmila Kuznetsova, VeraOvçarenko, T. Burova və başqaları iştirak edib. Tərəflər xatirə hədiyyələrini paylaşıb.Qarşılanma mərasiminin ardınca dost təhsil müəssisəsini gəzib dolaşan professor Əyyub Əyyubov Sankt-Petrburq Turizm və Otel Servisi Kollecinin maddi-texniki bazası,auditoriya,fənn kabinetləri,kompüter otaqları və lobaratoriyaları ilə yaxından tanış olub,pedaqoq və tələbələrlə həmsöhbət olmaq fürsəti əldə edib.Tanışlıq zamanı kollecin Rusiya turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı prosesində indiyədək ciddi nailiyyətlər əldə etdiyi,hər il təqribən 2 minədək ixtisaslı kadr yetişdirdiyi, təhsil müəssisəsi nəzdində otelin və digər turizm infrastrukturlarının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.Eyni zamanda Rusiyalı pedaqoqlar bir daha Azərbaycana səfər təəssüratlarını xatırlayaraq Mingəçevir Turizm Kollecini qabaqcıl ənənələri olan təhsil müəssisi kimi gördüklərini və bu səbəbdən də əməkdaşlığın hər iki müəssisəyə yeni perspektivlər vəd etdiyini qeyd edib.Səfər çərçivəsində kollecin “Kommesiya və Tikinti “şöbəsində keçirilən görüş də maraqlı anlarla yadda qalıb. Pedaqoq və fəal tələbələrin iştirakı ilə keçən görüşdə Tədris şöbə müdiri L. Krivoruçko şöbənin fəaliyyəti,tələbələrin 3-cü Regional “Gənc Peşəkarlar” yarışmasına hazırlıq işləri barədə danışıb.Görüş iştirakçılarına Mingəçevir Turizm Kollecinin yaranma tarixi, uğurları,beynəlxalq əlaqələri,müxtəlif beynəlxalq təhsil layihələri, konfrans,sərgi və festivallarda iştirakı barədə məlumat verən kollecin direktoru professor Əyyub Əyyubov,həm də iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirib.Qeyd etmək lazımdır ki, Sankt-Peterburq səfəri sıx təqvim planı əsasında gerçəkləşib.Mingəçevir Turizm Kollecinin nümayəndəsi “Gənc Peşəkarlar” yarışmasının açılış mərasimində, Sankt-Peterburq Təhsil Komitəsinin”Peşəkar kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin inkişaf perspektivləri və bu prosesdə işəgötürənlərin rolu” mövzusunda keçirilən geniş tərkibli Kollegiya iclasında fəal iştirak edib, “Restoran servisi”, “Otel inzibatçılığı”, “Turizm” və “Sahibkarlıq” müsabiqəsi iştirakçılarının işi və fəaliyyəti ilə yaxından tanış olub.Keçirilən hər bir görüşdə professor Əyyub Əyyubov düşüncə və təəssüratlarını paylaşıb,Azərbaycanın tarixi dəyərləri,mədəniyyəti,turizm potensialı və təhsil imkanları barədə ətraflı söhbət açıb.Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktor müavini Andrey Bardaşeviç də öz növbəsində tələbələrin iştirakı ilə keçən ənənəvi müsabiqə və yarışmaların önəmindən danışaraq gələcəkdə Azərbaycanlı tələbələrin də oxşar tədbirlərə qatıla biləcəyini qonaqların diqqətinə çatdırıb.“Yunost” tədris mehmanxanası ilə tanışlıq rəsmi qonaqda xüsusi maraq oyadıb.Çünki, mehmanxana kollecə məxsusdur və tələbələri də məhz bu müəssisədə praktik təlimlər keçmək fürəsti qazanır.Burada tədris emalatxanasının rəhbəri vəzifəsində çalışan Ekaterina Krasnokutskaya mövcud imkanlar və onlardan istifadə yoları barədə söhbət açaraq əldə edilən müsbət nəticələrdən danışıb.Səfər çərçivəsində qarşılıqlı əməkdaşlığın yeni formalarının tətbiqi barədə də fəal müzakirələr aparılıb.Eyni zamanda professor Əyyub Əyyubov Sankt-Peterburqlu dostlarını növbəti ilin aprel ayında Bakıda təşkil olunacaq ənənəvi “Turizm və Səyahətlər” sərgisinə dəvət edib. Mingəçevir Turizm Kollecinin də dörd il dalba –dal qatıldığı beynəlxalq sərginin Rusiyalı təhsil işçilərinə yeni perspektivlər aça biləcəyini vurğulayıb.Mingəçevir Turizm Kollecinin Rusiya səfəri həm də yeni beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsi ilə əlamətdar olub.Belə ki, rektor İrina Asanova və digər aparıcı mütəxəsisslərlə aparılan faydalı müzakirələr sonrası Mingəçevir Turizm Kolleci ilə Rusiyanın turizmyönlü qabaqcıl təhsil müəssisəsi olan Sankt-Peterburq Qonaqpərvərlik İnistitutu arasında uzunmüddətli əməkdaşlıq Sazişi imzalanıb.Saziş pedaqoq-tələbə mübadiləsini, praktik təlimlərin təşkilini və digər vacib məsələlərin tətbiqini nəzərdə tutur.Ümumən Sankt-Peterburq görüşləri yeni perspektivlərə yol açıb.Səfər barədə açıqlama verən Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya təhsil müəssisələri ilə mövcud və təməli yeni qoyulan əməkdaşlığın hər iki ölkə turizminin inkişafına töfhə verərək kadr hazırlığı prosesinə müsbət təsir edəcəyinə əmin olduğunu bildirib.
Əlavə edilmə tarixi: 24.11.2017 | Baxılma sayı: 308
Mingəçevir Turizm Kollecində Milli Dirçəliş gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.
Azərbaycan xalqının tarixində mühüm yer tutan əlamətdar günlərin,milli bayramların silsilə tədbirlərlə qeyd edilməsi kollecin həyatında xoş ənənəyə çevrilmişdir.
Mingəçevir Turizm kollecində 12 noyabr Konstitutusiya Günü və Mingəçevir şəhərinin 69-cu ildönümü münasibətilə tədbirlər keçirilib
Mingəçevir Turizm Kollecindəiki qat bayram sevinci yaşanıb. Kollektiv 11 noyabr Mingəçevir şəhərinin 69-cu ildönümü və 12 noyabr Konstitusiya Günü münasibətilə biri-birindən məzmunlu tədbirlərə təşəbbüs və təşkilatçlq edib.
Tələbələr arasında keçirilən inşa və rəsm müsabiqələri böyük maraqla qarşılanıb.Daha sonra ən yaxşı rəsm və əl işləri nümunələri kollecdə təşkil olunan bayram sərgisində nümayiş olunub.Sərgiyə baxış keçirən kollektiv üzvləri və qonaqlar həm də divar qəzetlərinin ən uğurlu xüsusi buraxılışları ilə yaxından tanış olmaq fürsəti əldə edib.Ardınca bayram tədbiri iştirakçıları tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib. “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin qarantıdır” adlı elmi nəzəri konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov iştirakçıları iki qat bayram münasibətilə təbrik edib:“Fərəhli haldır ki, iki əlamətdar təqvimlər üst-üstə düşüb və birlikdə hər ikisini bayram edirik.Konstitusiya dövlətçiliyimizin qarantı, kollecimizin yerləşdiyi Mingəçevir isə müstəqil Azərbaycanın sənaye və turizm coğrafiyasında xüsusi yeri olan ölkənin dördüncü şəhəridir.Konstitusiyamızın müəllifi milli dövlətçiliyimizin memarı olan ulu öndər Heydər Əliyevdir.Eləcə də Mingəçevir şəhərinin inkişaf etdirilərək nəhəng sənaye mərkəzinə çevrilməsi dahi şəxsiyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır.Xüsusilə də Qafqazın enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası ümummilli liderin bu günki müasir müstəqil Azərbaycana vaxtilə ərmağan etdiyi ən şah əsərlərdən biridir.Demək istədiyim odur ki, bu iki əlamətdar təqvim xalqımızın dahi övladının xidmətləri ilə bağlı olduğuna görə bizlər üçün iki qat önəmli və əzizdir.Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiyamızı yaratmaqla dövlətçiliyimizi,azadlığımızı,adət -ənənələrimizi və milli kimliyimizi tam təminat altına alıb.Onun nəticəsidir ki, bu gün xalqımız və dövlətimiz inamla sabahlara boylanır,dəyərlərini təbliğ edir və bu kimi əlamətdar təqvimlərdə bayram coşqusu yaşayır.”Bundan sonra videoçarxa baxış keçirilib.Daha sonra digər çıxışlar dinlənilib.Pedaqoqlar Eldar Dərişov,Əşrəf Əsgərov , tələbələr Ramil Həmzəyev və Kifayət İsayeva müvafiq olaraq “12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür” , “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin qarantıdır”,| “Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” və “ Mingəçevir nur şəhəridir“ mövzusunda məruzələr səsləndirib.Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Əlavə edilmə tarixi: 10.11.2017 | Baxılma sayı: 369
Mingəçevir Turizm Kollecində “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecinin kollektivi tərəfindən silsilə bayram tədbirləri ilə qeyd olunub.Müxtəlif müsabiqələr, idman turnirləri və intelektual bilk yarışmaları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə xidmət edib.
Eyni zamanda kollektiv Bayraq Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirində xüsusi guşə ilə təmsil olunub.Tədbirin ardınca kollec “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” adlı elmi-nəzəri konfransa ev sahibliyi edib.Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunmuş və Bayraq Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət Sərgiyə baxış keçirib.Ardınca Dövət Himninin canlı ifası ilə konfrans öz işinə başlayıb.Konfransda bayram təbriklərini paylaşan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının Azərbaycan Demokratik Cumhuriyyəti dönəmindən üzü bəri keçdiyi şərəfli tarixi yola dair elmi baxışlarını açıqlayıb.Azərbaycanın son azadlıq mücadiləsi tarixinə nəzər salan professor ulu öndər Heydər Əliyevin bayraq sevgisindən ətraflı söhbət açıb.Məhz ümummilli lider tərəfindən üç rəngli Azərbaycan Bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının rəsmi Dövlət Bayrağı olaraq qaldırılmasına nail olunduğunu xatırladaraq dahi şəxsiyyət Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir,dönməzdir” kəlamından sitat gətirib.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə paytaxtında və bölgələrdə salınan möhtəşəm Bayraq Meydanlarını prezidentin və Azərbaycan xalqının dövlətçiliyə sədaqət nümunəsi olaraq dəyərləndirib.Ardınca Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr olunmuş video-çarxa baxış keçirilib.Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənilib. Pedaqoq Məleykə Vəlimməmədova, tələbələr Sevinc Ağayeva və Rəsul Hüseynov müvafiq olaraq “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında çıxış edib.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.Konfransa yekun vuran professor Əyyub Əyyubov Azərbaycan tarixinin daha dərindən tədris olunmasının, dövlətçilik rəmzlərinin və ənənələrinin xüsusilə də gənclər arasında daim təbliğ və təşviq edilməsinin vacib vəzifə olduğunu bilirib:“Tariximiz, Bayrağımız,Himnimiz və digər dəyərlərimiz milli kimliyimizin göstəricisidir.Biz bu dəyərlərə hər zaman canımız və qanımızla bağlı qalmalıyiq.Xoşbəxt xalqıq ki, azad dövlətimiz və dövlətçilik rəmzlərimiz var.Ən böyük arzumuz üç rəngli Dövlət Bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanmasına nail olmaqdır.İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuz yaxın vaxtda arzudan gerçəkliyə çevriləcək.”
Əlavə edilmə tarixi: 08.11.2017 | Baxılma sayı: 573
İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.
Belə tədbirlər sırasına aktual mövzulara aid diskussiyalar, debatlar, ekskursiyalar, görüşlər və s. daxildir. İntellektual yarışlar isə tədbirlər arasında xüsusi yeri ilə seçilir. Cari tədris ilində də müxtəlif qruplar arasında təşkil edilən intellektual yarışa xeyli komanda qoşulmuşdu. Oktyabrın 29-da Mingəçevir şəhər Gənclər Evində keçirilmiş həlledici final mərhələsində MTK-nın tələbələrindən təşkil olunmuş 8 komanda iştirak edirdi. Yarışda mühasibat uçotu ixtisası üzrə İ-30 qrupunun komandası daha yaxşı nəticə nümayiş etdirməyi bacardı. Tələbələr Dürdanə Məmmədova, Humay Abdulqədirova, Dəyanət Mirzəyev, İbrahim Vəliyev və Esmira Mustafayevanın daxil olduğu bu komanda sualları daha düzgün cavablandıraraq yarışın qalibi adını qazandı.Qeyd olunan tələbələr noyabrın 9-da “Ağ saray Deluxe” otelində şəhərin tədris müəssisələrinin komandaları ilə keçiriləcək yarışda Mingəçevir Turizm Kollecini təmsil edəcəklər. Görüşdə komandanın rəqibləri Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Tibb Kollecinin komandaları olacaq. . Belə tədbirlər sırasına aktual mövzulara aid diskussiyalar, debatlar, ekskursiyalar, görüşlər və s. daxildir. İntellektual yarışlar isə tədbirlər arasında xüsusi yeri ilə seçilir. Cari tədris ilində də müxtəlif qruplar arasında təşkil edilən intellektual yarışa xeyli komanda qoşulmuşdu. Oktyabrın 29-da Mingəçevir şəhər Gənclər Evində keçirilmiş həlledici final mərhələsində MTK-nın tələbələrindən təşkil olunmuş 8 komanda iştirak edirdi. Yarışda mühasibat uçotu ixtisası üzrə İ-30 qrupunun komandası daha yaxşı nəticə nümayiş etdirməyi bacardı. Tələbələr Dürdanə Məmmədova, Humay Abdulqədirova, Dəyanət Mirzəyev, İbrahim Vəliyev və Esmira Mustafayevanın daxil olduğu bu komanda sualları daha düzgün cavablandıraraq yarışın qalibi adını qazandı.Qeyd olunan tələbələr noyabrın 9-da “Ağ saray Deluxe” otelində şəhərin tədris müəssisələrinin komandaları ilə keçiriləcək yarışda Mingəçevir Turizm Kollecini təmsil edəcəklər. Görüşdə komandanın rəqibləri Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Tibb Kollecinin komandaları olacaq.
Əlavə edilmə tarixi: 03.11.2017 | Baxılma sayı: 363
Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib Prezident cənab İlham Əliyevin tələb və istəklərinə müvafiq olaraq inkiaşf etdirilməsi prioritet vəzifəyə çevrilmiş turizm sənayesinin perspektivləri cəmiyyətin əsas məqsəd və hədəfinə çevrilib.
Ardıcıl və məqsədyönlü şəkildə qəbul edilmiş Fərman,Sərəncam və təlimatlar aidiyyati qurum və çevrələri inkişaf istiqamətləri üzrə səfərbər etməyə zəmin yaradıb. Xüsusuilə də Turizmin İnkişafına Dair Strateji Yol Xəritəsi bütün maraqlı tərəfləri nəticəyönümlü proqramlar üzrə çalışmağa sövq edib. Mövcud rekrasiya –turizm resurslarının tədqiq olunması, potensialın müəyyənləşdirilməsi, mədəni irsin qorunması , insan sağlamlığına,ekoloji mühitin saflamlaşmasına və digər təbii dəyərlərə xidmət edə biləcək layihələrin hazırlaması və tətbiqi nəticəsində bütövlükdə Azərbaycan turizmi arzudan gerçəkliyə doğru uğurlu yol açıb.İlbə-il turizm sektorunun modernləşdirilməsi və inkişafı üzrə həyata keçirilən möhtəşəm proqramlar ölkə turizminə daxili və xarici bazarda marağı daha da artırıb.Böyük turist axını ilə diqqət mərkəzinə düşən Azərbaycanın turizm sektoru yeni araşdırmaları və maddi yatırımları labüd edib.Proseslərə rəhbərlik edən Mədəniyyət və Turizm Nazirliyi inkişaf dinamikasını qorumaq və bir qədər də sürətləndirmək üçün mövcud imkanlardan maksimum yararlanmağa səy göstərir.Nazirliyin fəaliyyət planına daxil olan məsələlər arasında rekreasiya-turizminin imkanlarının öyrənilməsi və yeniliklərin tətbiqi məsələsi önəmli yer tutur. Bu mənada Mədəniyyət və Turizm Nazirliyinin struktur tabeliyinə daxil olan böyük təhsil müəssisəsi-Mingəçevir Turizm Kollecində atılan addımlar və həyata keçirilən tədbirlər təqdirəlayiq hal kimi qəbul edilməlidir. Əldə edilən naliyyətləri sayəsində kollec vaxtaşırı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun təşkil olunan ölkə əhəmiyyətli regianal tədbirlərə ev sahibliyi edir, yaxud çox sayda tədbirlərin keçirilməsinə təşəbbüs göstərir. Belə bir etimad təsadüfin nəticəsi ola bilərmi,əlbəttəki yox.Çünki, bu təhsil ocağı turizm sənayesi üçün ixtisaslı kadr hazırlığına məsul olan müəssisə kimi fəaliyyət göstərdiyi 12 il ərzində mümkünsüzü belə mümkünə çevirməyə müəssər olub.Hər hansı Azərbaycan dilli nəz’ri materiallın,dərsliyin və metodik vəsaitin, həmçinin turizm yönlü təcrübəli pedaqoqun barmaqla sayıla biləcəyi dönəmdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Mingəçevir Turizm Kollecinin yaradılması gənc kollektiv üzərinə böyük məsuliyyət qoymuşdu.Dövlət qayğısı, kollektivin yaradıcılıq potensialı Mingəçevir Turizm Kollecinə qısa zaman kəsiyində böyük uğurlar qazanmağa imkan yaratdı. Fəaliyyətində daima axtarışlara üstünlük verən işgüzar pedaqoji heyət əldə etdikləri ilə kifayətlənməyərək təhsildə qabaqcıl dünya təcrübəsini öyrənməyə və tətbiq etməyə başladı.Bu yolda qurulan beynəlxalq əlaqələr önlərində yeni perspektivlər açdı.Bu gün Böyük Britaniya,Rumıniya,Türkiyə,Rusiya,Almaniya, Fransa ,Qazaxıstan,Belarus və digər ölkələrin təhsil müəssisələri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq içində olan kollektiv həm də Avropa İttifaqı tərəfindən həyata keçirilən böyük təhsil layihələrinin ən fəal iştirakçılarından birinə çevrilib.Bu o deməkdir ki, kollecdə tətbiq olunan tədris-təlim metodları və ümüumən kadr hazırlığı ən qabaqcıl beynəlxalq standartlara cavab verir.Belə bir mütəşəkillik indiyədək müəssəyə 6 mindən çox ixtisaslı kadr yetişdırməyə imkan verib.Hansı kadrlara ki, ölkənin turizm sferasında böyük ehtiyac duyulub.Mingəçevir Turizm Kollecinin fəaliyyətinə yaxından bələd olan mütəxəssislər bu qənaətdədir ki, kollektivin yeniliklərə sürətli inteqrasiya olmaq istəyi və elmi-yaradıcı axtarışları yeni nailiyyətlər əldə etməyə imkan verəcək. Əslində əminliklə söyləmək olar ki, “Azərbaycanda sağlamlıq –rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud vəziyyət” mövzusunda kollecdə təşkil olunmuş regional elmi-nəzəri konfransın məqsədi də məhz qarşıda duran yeni və daha böyük vəzifələrin icrasına hesablanıb.
Etiraf etmək lazımdır ki, kollektiv konfransın miqyasını və müzakirə olunacaq məsələlərin önəmini nəzərə alaraq tədbirin təşkilinə ciddi hazırlaşıb. Bölgənin Turizm İnformasiya Mərkəzləri,nüfuzlu turizm,sanatoriya-kurort komplekslərinin nümayəndələri ilə aparılmış məsləhətləşmələr, kollecin fənn birliklərində və dəyrimi masalarda həyata keçirilən faydalı müzakirələr, Azərbaycan coğrafiyasının təbii gözəllilkərinin,mədəni-tarixi dəyərlərinin, turizm potensialının biri-birinin ardınca təşkil olunan rəngarəng sərgilərdə nümaiş olunması qeyd olunan hazırlığın bir parçası olaraq yadda qalıb. Nəhayət elmi- nəzərikonfransın keçirilməsi ilə çox uğurlu və faydalı addımın atıldığınahər bir konfrans iştirakçısı bir daha şahidlik etdi.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti,Mədəniyyət və Turizm Nazirliyi,Turizm və Menement Universiteti,Qəbələ və Mingəçevir Turizm İnformasiya Mərkəziləri,Mingəçevir,Qəbələ və Naftalanın turizm,sanatoriya-kurort komplekslərinin nümayəndələri,təcrübəli pedaqoq mütəxəssislər və çox sayda KİV təmsilsiləri iştirak edib.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycanda turizmin inkişaf yolundan danışaraq artıq yeni bir mərhələyə qədəm qoyulduğunu qeyd edib.O, ölkədə,xüsusilə də Mingəçevirin də daxil olduğu coğrafiyada mövcud sağlamlıq rekreasiya turizmini daha da müasirləşdirmək,yeni infrastrukturlar yaratmaqla sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirib:
“Indiyədək qəbul edilmiş” Azərbaycanda turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər Azərbaycan turizminin inkişafına dövlət və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir.Turizm və rekreasiya zonaları dedikdə insanların istirahətini,sağlamlığını,əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur.Biz bu sahədə konkret olaraq yaşdığımız coğrafiyada indiyədək ciddi yeniliklərin tətbiq olunduğuna şahidik.Məsələn Naftalan kurort istirahət komplekslərinin yenidən qurulması, müasir tələblərə cavab verən infrastrukturların yaradılmsı, bölgədə yerləşən qədim mədəniyyət abidələrinin bərpası və həyata keçirilmiş digər tədbirlər buna sübutdur.Amma razılaşın ki, yaşadığımız coğrafiyada ta qədimdən insanların sağlamlığına müsbət təsiri ilə yadda qalan xeyli sayda müalicəvi su mənbələri , tarixi mədəniyyət nümunələri və digər təbiət resursları mövcuddur.Fikrimcə biz həmin sahələrin perspektivləri barədə daha dərin araşdırma və təhlillər apararaq ,yeni səmərəli addımlar atmağa çalışmalıyıq. Xüsusilə də sağlamlıq –rekreasiya turizmi məqsədimizin əsas inkişaf hədəfinə çevrilməlidir.”
Daha sonra konfransın digər rəsmi dəvətliləri—Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov təbrik nitqi ilə çıxış edərək konfransın və müzakirə olunan mövzuların xüsusi önəm daşıdığını qeyd edib. O da vurğulanıb ki, belə bir əhəmiyyətli tədbirin Mingəçevirdə təşkil olunması təqdirəlayiq haldır. Çünki bu kollektiv hazırladığı peşəkar kadrlarla son illər ərzində turizmin inkişafına ciddi töfhə verib. Elə Mingəçevir şəhəri də sağlamlıq –rekreasiya turizminin inkişaf etdirilməsi baxımdan yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşir.
Bundan sonra konfransda digər məzmunlu məruzələr dinlənib. Kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin xidmət şöbəsinin rəisi Taner Yılmaz, “Ağsaray” Deluxe Otelinin meneceri Alpərən Tirt, “İstək” liseinin layihə rəhbəri Fəqan Əhmədov, Kür Olipiya İdman Tədris Mərkəzinin nümayəndələri Azər Hüseynov və Babək İsakov, Mingəçevir Turizm Kollecinin gənc mütəxəssisləri Elşad Səmədov, İqbal Xudiyev, Vüqar Nağıyev və Gülnar Qurbanova çıxış edərək maraqlı fikirlər səsləndirib. “Azərbaycanın rekreasiya –turizm ehtiyatları”, “Turizm ehtiyatlarının soial-iqtisadi mahiyyəti”, “Azərbaycanının sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər mövzularda səslənən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və fəal müzakirələrə zəmin yaradıb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov Azərbaycanda sağlamlıq –rekreasiya turizmi sahəsində müşahidə olunan inkişafın turizm sənayesi üçün kadr hazırlığı prosesinə təsirsiz ötüşmədiyini vurğulayıb. Mövcud resurslar və perspektivlər kadr hazırlığı prosesinə yeni yanaşma tərzini zəruri edir deyən dəyərli elm adamı artıq bir sıra təkliflərlə çıxış etdiklərini bildirib:
“Biz növbəti ildən kollecimizdə “Rekreasiya – İdman və sağlamlıq turizmi”, həmçinin “Turizmin iqtisadiyyatı” ixtisasları üzrə tədris imkanları yaradılması istəyində olduğumuzu aidiyyati qurumların diqqətinə çatdırmışıq. Hesab edirəm ki, bu sahədə tətbiq olunacaq yeniliklər ümumən rekreasiya turizmininin inkişafına önəmli töfhə verəcək.
Konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, konfrans iştirakçıları tədbirin proqramına müvafiq olaraq həm də Azərbaycanın turizm özəlliklərindən bəhs edən sərgiyə və video-çarxa baxış keçirib.
(RU)
В Мингячевирском Туристическом Колледже прошла региональная конференция по направлениям развития и возможностям оздоровительного туризма в Азербайджане.
Перспективы индустрии туризма, ставшая приоритетной задачей для развития пожеланий и Президента Алиева, стали главной целью общества.Решения, распоряжения и инструкции, которые последовательно и целенаправленно предназначены для мобилизации соответствующих учреждений и кругов на тенденции развития.В частности, стратегическая Дорожная карта для развития туризма призвала всех заинтересованных сторон работать над результатами.Исследование существующих туристических ресурсов является успешным способом достижения туризма в Азербайджане в результате подготовки и реализации проектов, которые потенциально могут быть выявлены, сохранить культурное наследие, очистить экологическую среду в области здоровья человека и служить другим природным ценностям.Невероятные программы модернизации и развития провинциального туристического сектора повысили интерес страны на внутреннем и внешнем рынках.Туристический сектор Азербайджана, который попадает в центр внимания с огромным туристическим потоком, нуждается в новых исследованиях и материальных инвестициях.Министерство Kультуры и Tуризма, которое управляет процессами, стремится максимально использовать имеющиеся возможности для поддержания и ускорения динамики развития.Среди вопросов, включенных в программу деятельности Министерства, изучение возможностей вербовки туризма и применения инноваций имеют решающее значение.
В этом смысле меры, принимаемые Министерством Культуры и Туризма, а также шаги, предпринятые в Колледже туризма Мингячевира, следует рассматривать как заслуживающие одобрения.Благодаря своим достижениям колледж периодически проводит региональные мероприятия в масштабах страны или организует большое количество мероприятий, организованных в соответствии с планом действий Министерства Культуры и Туризма.
Конечно, такая уверенность не может быть результатом совпадения.Это связано с тем, что он превратился в возможную 12-летнюю карьеру в качестве учебного заведения для подготовки квалифицированных кадров для индустрии туризма.В период, в течение которого могли быть учтены любые теоретические материалы, учебники и методические пособия на Азербайджанском языке, а также опытные туристские воспитатели, создание со стороны г-на президента Ильхама Алиева молодежного коллектива МингячевирскогоТуристического Колледжа, несет большую ответственность за молодой коллектив.Современные возможности коллектива позволили Мингячевирскому Туристскому Колледжу добиться успеха за короткий промежуток времени.Коллектив, который всегда проводил поиски в своей работе, был не только удовлетворен тем, что изучал, но и начал изучать и применять передовой мировой опыт в области образования.Созданные на этом пути международные отношения открыли новые перспективы.
Сегодня коллективное сотрудничество с учебными заведениями и научными центрами Великобритании, Румынии, Турции, России, Германии, Франции, Казахстана, Беларуси и других стран стало одним из самых активных участников крупных образовательных проектов, реализуемых Европейским Союзом.Это означает, что методы преподавания в колледже и общее штатное расписание отвечают самым передовым международным стандартам.До сих пор такая организация смогла обучить более 6000 высококвалифицированных специалистов.Эксперты, которые близко знакомы с деятельностью МингячевирскогоTуристическогоKолледжа, находятся в раздумье, которое позволит коллективу интегрироваться в инновации и добиться научного творческого поиска и новых достижений.На самом деле можно с уверенностью сказать, что цель региональной научно-практической конференции, организованной колледжем по тенденциям развития оздоровительного туризма в Азербайджане и текущей ситуации, также рассчитана для выполнения новых и более крупных задач в будущем.
Следует признать, что, принимая во внимание масштаб коллективной конференции и важность обсуждаемых вопросов, она серьезно готовится к этому событию.На различных выставках организуются консультации с представителями информационных центров туристического туризма региона, консультации с представителями туризма, санаторно-курортных комплексов, полезные обсуждения в тематических объединениях и круглых столах колледжа, культурно-исторические ценности природной красоты Aзербайджанской географии, туристический потенциал эточасть его отмеченной подготовки.Наконец, каждый участник конференции еще раз показал, что очень успешный и полезный шаг был сделан путем прохождения научно-теоретической конференции.
В конференции приняли участие представители Исполнительной власти Мингячевира, Министерства Культуры и Туризма, Габалинского и Мингячевирского туристических информационных центров,Габалинского и Нафталанского туризма, санаторно-курортных комплексов, опытных тренеров и многих представителей СМИ.
Выступая на конференции, директор Колледжа туризма Мингячевир, доктор экономических наук, профессор ЭйюбЭйюбов сказал, что туризм в Азербайджане выходит на новый этап.
Он сказал, что возможно и необходимо развивать оздоровительный туризм, модернизируя оздоровительный туризм в стране, особенно в Мингячевире, и создавая новую инфраструктуру.
Типовые положения по туризму и районам отдыха в Азербайджане, Государственная программа развития курортов в Азербайджане на 2009-2018 годы, Государственная Дорожная карта развития туризма и другие правовые документы, подчеркивают внимание, уделяемое развитию туризма в государстве и главе государства.Туристские и рекреационные зоны включают инфраструктуру природы и культуры, которая обеспечивает отдых, здоровье и развлечения людей, с соответствующими туристическими инфраструктурами.Мы являемся свидетелями того, что к настоящему времени в географии, в которой мы живем, внедряются серьезные инновации. Например, реконструкция курортного комплекса Нафталан. создание инфраструктуры и восстановление памятников древней культуры, расположенных в регионе и ряд других мероприятий являются тому свидельством.Но мы согласны с тем, что в географии, в которой мы живем, существует множество источников целебных вод, исторических образцов культуры и других природных ресурсов, которые, как известно, оказывают положительное влияние на людей.На мой взгляд, мы должны попытаться предпринять более эффективные шаги, проведя тщательное расследование и анализ убеждений этих областей.В частности, основной целью нашего развития должно стать здоровье и рекреационный туризм.
Затем официально приглашенные на конференцию – сотрудник Департамента науки, образования и молодежи Министерства культуры и туризма Джавид Алиев, заведующий отделом исполнительной власти города Мингячевира Сахиб Алиев, проректор Университета туризма и менеджмента Эльдар Асланов и директор Габалинского туристического информационного центра АнарМагеррамоввыступив с поздравительной речью,добавили, что конференция и обсуждаемые темы имеют особое значение.
Было отмечено, что организация такого важного события в Мингячевире является почетным.Этот коллектив внес значительный вклад в развитие туризма в последние годы с его профессиональным персоналом. И Мингячевиррасположен в географическом районе с высоким потенциалом и реалистичным потенциалом для развития оздоровительного туризма.
Впоследствии на конференции было представлено несколько презентаций. Заведующая отделом «Туризм и гостиничный менеджмент» АйнураАббасова, директор туристического информационного центра МингечевирТурал КаримовНачальник сервисного отдела «CinarHotel» в Нафталане ТанерЙылмаз, руководитель делюкс-отеля «Агсарай» «Альперен-Тирт», руководитель проекта лицея «Истек» Фаган Ахмедов, представители олимпийского спортивного учебного центра Кюр Азер Гусейнов и Бабек Исаков, преподавателиМингячевирского туристического колледжаЭльшадСамадов, ИкбалХудиев,Вугар Нагиев и Гульнар Гурбанова сделали интересные выступления.
Отчеты «Ресурсы отдыха и туризма Азербайджана», «Социально-экономическая сущность туристических ресурсов», «Санаторно-курортные объекты Азербайджана», «Национальные парки Азербайджана и их использование для туристических целей»,«Регионализация рекреационного туризма» и др. Были встречены с интересом и создали почву для активных дискуссий.
Подводя итоги конференции,профессорЭйюбЭйюбов подчеркнул, что развитие, наблюдаемое в области оздоровительного и рекреационного туризма в Азербайджане, не является неэффективным в учебном процессе для индустрии туризма.Существующие ресурсы и перспективы дают понять, что ценность нового подхода к учебному процессу оказали положительное влияние наряду с ценными предложениями.Я считаю, что инновации, которые будут внедрены в этой области, внесут существенный вклад в развитие рекреационного туризма в целом.
В конце конференции литературно-художественная композиция была продемонстрирована студенческой группой.Следует отметить, что, согласно программе мероприятия, участники конференции также посетили выставку и видеоролик об азербайджанских туристических специальностях.
(ENG)
At Mingechevir Tourism College, the conference on the subject of “Development directions of health and recreation tourism and available facilities in Azerbaijan” was held.
In accordance with the demands and wishes of President IlhamAliyev the development of tourism perspectives of the tourism industry which has become a priority task has become the main goal and target of society. Decrees, orders, instructions adopted consciously and purposefully paved the way for mobilization on development trends in relevant institutions and circles. In particularly, a strategic roadmap for tourism development have pushed all interested parties work on result-oriented programs. As a whole, Azerbaijan’s tourism has opened a successful path to realityas a result of current recreation -research of tourism resources, identification of potential, cultural heritage protection, reparation of projects which can serve human health, improvement of the ecological environment and other natural values and their application. Great programs on the modernization and development of the tourism sector carried out each year, have increased interest in country tourism in the domestic and foreign market. Tourism sector of Azerbaijan which has become a center of attention with a huge flow of tourists, make inevitable for new research and financial investments. Ministry of Culture and Tourism, leading the processes, is trying to take advantage of existing opportunities for maintaining and accelerating development dynamics. Recreation- study of tourism opportunities,use of innovations take an important place among the issues included in the ministry’s action plan.In this sense, the events and the steps taken at Mingechevir Tourism College should be regarded as commendable. Thanks to the achievements the college is periodically hosting regional events of national importance which are organized in accordance with the plan of action of the Ministry of Culture and Tourism, or initiates for holding a large number of events. Can such confidence be the result of coincidence, of course can’t. Because, this educational institution is unable to turn impossible into the possible during the 12 years that it operates as an enterprise responsible for training qualified personnel for the tourism industry.
In the period when any Azerbaijani-language textbook, methodical resources, as well as tourism oriented experienced pedagogue are rare, by President IlhamAliyev the creation of Mingechevir Tourism College was a huge responsibility for the young. State care,creative potential of the collective allowed the college to make great successes in a short time. Hard-working pedagogical staff, always prefer searches in its activity, began to learn and apply advanced world experience in education, not satisfying with their successes. International relations established for this purpose opened up new perspectives in front of them. Staff that closely cooperate with scientific centers and educational institutions and scientific centers in the UK, Romania, Turkey, Russian, German, France, Belarus and in other countries, have also become one of the most active participants of the great educational projects by the European Union. This means that, teaching-learning methods and general staff training which are applied at college meets the most advanced international standards. Suchorganization has provided the institution to train more than 6,000 qualified specialists who are in great need of the country’s tourism sector. Experts who are aware of the activity of Mingechevir Tourism College say that the desire of the collective to integrate into innovations and scientific-creative searches will allowto achieve new achievements. In fact, it can be said with certainty the purpose of regional scientific-theoretical conference that is held on the subject of “Development directions of health and recreation tourism and available facilities in Azerbaijan” at the college, is the fulfillment of new and bigger tasks ahead.
It must be admitted, the collective haveseriously prepared for the organization of the event considering the scale of the conference and the importance of the issues to be discussed. Tourism information centers in the region, prestigious tourism, consultations with representatives of sanatorium-resort complexes, useful discussions carried out in the subject associations of the college and round tables, the demonstration of the natural beauty of the Azerbaijani geography, its cultural and historical values, its tourism potential in a variety of colorful exhibitions, have been remembered as part of the preparation. Finally, each participant of the conference has witnessed once again a very successful and useful step holding the scientific-theoretical conference.
At the conference, Executive Power of Mingechevir city, Ministry of Culture and Tourism, Tourism and Management University, Gabala and Mingechevir Tourism information centers, representatives of Mingechevir, Gabala and Naphtalan tourism, sanatorium-resort complexes, experienced educators and a large number of mass media representatives have taken part.
The director of Mingechevir Tourism College, a doctor of economical sciences, professor A. Ayyubov who is attended at the conference, has noted that we begin to go new stage by speaking about the development of tourism. He said that it is possible to develop of tourism by modernizing existing health and recreation tourism in the geographical area including Mingechevir and creating new infrastructures:
“Exemplary Statute on Tourism and Recreation Areas in Azerbaijan”, “State program for the development of resorts in Azerbaijan during 2009-2018”, “Strategic roadmap for tourism development” and other legal documents accepted so far, inform about attention to the development of Azerbaijani tourism by the state and the head of state. Referring to tourism and recreation zones, natural and cultural infrastructures which have the appropriate tourism infrastructure providing people with relaxation, health, entertainments, are considered. We have been witnessing serious innovations in this area so far. For example, reconstruction of Naphtalan resort recreation complexes, creating infrastructure that meets modern requirements, restoration of ancient cultural monuments located in the region and other implemented measures is evidence for that. In the geography we live in, there are many sources of healing water that can be remembered with the positive effects of people’s health, historical and cultural examples and other natural resources. I think,we must try to take new effective steps by conducting more in-depth research and analysis on the prospects of those areas. In particular, health and recreation tourism should become the main development target of our goal”.
Then other representatives of the conference, Associate Professor of Science and Education and Youth Affairs of the Ministry of Culture and Tourism CavidAliyev, the head of the executive of Mingechevir City Executive Power Sahib Aliyev, the vice-rector of Tourism and Management University EldarAslanov and the director of Gabala tourist information center AnarMaharramov note that the conference and the topics discussed are of particular importance by delivering a congratulatory speech. It is also noted that such an important event held in Mingechevir is commendable. Because this collective with professional staff has seriously contributed to the development of tourism in recent years. Mingechevir city is located in a geographical area with high potential and realistic potential for the development of health and recreation tourism.
After this, other lectures were delivered at the conference. The head of the department of tourism and hospitalityAynuraAbbasova, the director of the Mingechevir Tourism Information Center TuralKarimov, the head of the service department of Naphtalan “Chinar hotel” TanerYilmaz, the manager of “Aghsaray” Deluxe Hotel AlparanTirt, the project manager of “Istek” lyceum FaqanAhmadov, representatives of Kur Olympic Sports Training Center AzerHuseinov and BabekIsakov, young professionals of Mingechevir Tourism College ElshadSamadov, Iqbal Xudiev, VuqarNaghiyev and GulnarGurbanova speak out interesting ideas.
Lectures on the subjects of “Recreational and tourism resources of Azerbaijan”, “Socioeconomic essence of tourism resources”, “Azerbaijani sanatorium and resort facilities”, “National parks of Azerbaijan and the possibilities of using them for tourism purposes”, “Recreation and tourism zoning” and other topics, were approved by the participants and They paved the way for an active debate.
Summing up the conference,professorAyyubAyyubov noted that observed development on health and recreation tourism affects the process of staff training for tourism industry. He said that available resources and perspectives require a new approach to the staff training process and he said they had made some proposals:
“We inform the relevant authorities that we are eager to create teaching opportunities on the specialities of “recreational sports and health tourism”, “economy of tourism” next year. I consider that Innovations in this field to be applied will make generally a significant contribution to the development of recreational tourism”.
At the end of the conference, literary-art composition has been demonstrated by student self-activity group.
Let’s say that representatives of the conference also looked at the exhibition and video clip on the peculiarities of Azerbaijani tourism in accordance with the program of the event .
Əlavə edilmə tarixi: 29.10.2017 | Baxılma sayı: 704
Mingəçevir Turizm Kollecində xalq rəssamı,heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Öncə konfrans iştirakçıları kollecin foyesində görkəmli rəssam və heykəltaraş Tokay Məmmədovun əsərlərindən ibarət sərginin açılış mərasiminə qatılıb.
Burada sərgi bələdçiləri Azərbaycan incəsənətinin incilərini yaratmağa müvaffəq olmuş Tokay Məmmədovun yaradıcılığı haqqında ətraflı məlumatlar verərək sərgilənən əsərləri iştirakçılara təqdim edib.Bundan sonra monitor vasitəsilə yubliyarın əsərləri nümayiş olunub. Ardınca tələbə gənclərin əl işlərindən ibarət bir başqa sərgiyə baxış keçirilib.Kollecin direktoru professor Əyyub Əyyubovnümayiş olunan əsərləri uğurlu olaraq dəyərləndirərək gənclərin məhz Tokay Məmmədov kimi görkəmli şəxslərin yaradıcılığından təsirlənərək ilham aldığını və yaradıcı sənətə böyük maraq göstərdiyini qeyd edib.Daha sonra geniş tərkibli konfransda da analoji fikirlərini davam etdirən iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Tokay Məmmədov yaradıcılığını ənənələri olan dəyərli bir məktəblə müqayisə edib.Əyyub Əyyubov dövlət səviyyəsində xalq rəssamına göstərilən etimadın yüksək qiymətləndirildiyini bildirib:“Vaxtilə ulu öndər tərəfindən dəfələrlə ən yüksək adlara laqyiq görülmüş Tokay Məmmədov prezident cənab İlham Əliyevin də daim diqqət mərkəzində saxlanılmışdır. Xalq rəssamı,Şöhrət,Şərəf ordenləri və digər ali dövlət mükafatları Tokay İbrahimov yaradıcılığını daha da şərəfləndirib.Oktyabr ayının ilk günlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə xalq rəssamının 90 illik yubiley təntənələrinin keçirilməsi də mədəniyyətə,incəsəntə və ümümən bu sahənin inkişafına məsul olan şəxslərin əməyinə verilən yüksək qiymət kimi qəbul edilir.Biz inanınırıq ki, Tokay Məmmədov məktəbinin yetirmələri bu nailiyyətləri daha böyük uğurla sabahlara daşımağa müvəffəq olacaq”.Bundan sonra Tokay Məmmədovun ömür və yaradıcılığından bəhs edən filmə baxış keçirilib.Filmdə müəllifin portret və monumental əsərləri bütün gözəllikləri ilə təqdim olunub.Daha sonrra konfransda digər məruzələr dinlənilib.Bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Kifayət Əliyeva, Bəsti Qurbanova və başqaları məzmunlu çıxışları ilə Tokay Məmmədov yaradıcılığına işıq salıb.Qeyd olunub ki, Azərbaycan və Rusiya ali yaradıcılıq məktəblərində təhsil almış,bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş, xalq rəssamının ortaya qoyduğu Nizami Gəncəvi,Nəsimi,Məhəmməd Fizuli, Üzeyir Hacıbəyov və digər istər rəssamlıq,istərsə də monumental heykəltaraşlıq nümunələri Azərbaycan incəsənətinin xəzinələri arasında yer almaqdadır.Müəllifin fərdi yaradıcılığı ilə yanaşı, digər görkəmli şəxslərlə ərsəyə gətirdiyi hər bir əsər əsl tarixi nümunədir.Dahs sonra konfrans tələbə özfəaliyyət qrupu fəallarının maraqlı kompozisiyası ilə davam etdirilib. Kompozisiyada yubliyarın ömür yolu və yaradıcılığı bədii proqramda da öz əksini tapıb.(RU)В Мингечевирском Колледже Туризма состоялась конференция, посвященная 90-летнему юбилею народного художника, скульптора Токая МамедоваСначала участники конференции приняли участие на открытии выставки, организованной в фойе колледжа, посвященной произведениям видного художника, скульптора Токая Мамедова. Здесь руководители выставки, подробно сообщив о творчестве достигнувшего жемчужины Азербайджанского искусства Токая Мамедова, продемонстрировали его работы. Затем была проведена демонстрация другой выставки из творческих работ студентов. Директор колледжа профессор Эйюб Эйюбов высоко оценив демонстрируемые произведения, отметил, что именно работы таких видных деятелей искусства как Токай Мамедов вдохновляют молодежь и вызывают у них интерес на создание творческих работ.Аналогичную мысль директор колледжа, профессор, доктор экономических наук Эйюб Эйюбов продолжил на многочисленной конференции, сравнивая творчество Токая Мамедова с традициями школы искусства. Эйюб Эйюбов сообщил, что народный художник высоко оценен на государтвенном уровне:«В свое время великий лидер Гейдар Алиев, удостоивший Токая Мамедова самых высоких званий и сейчас находится в центре внимания президента Ильхама Алиева. Удостоив орденов Почета, Славы и других государственных наград еще более прославил творчество народного художника Токая Мамедова.Торжественно проведенные в первых днях октября по инициативе Министерства Культуры и Туризма 90-летнего юбилея народного художника –это высокая оценка культуре, искусству и вообще всем работникам этой области. Мы верим, что воспитанники школы Токая Мамедова эти достижения успешно перенесут в завтрашний день.»
Затем был проведен смотр фильма Эпох священный жизни и творчеству Токая Мамедова. В фильме со всей прелестью были продемонстрированы портретное и монументальные произведения автора.
Еще после на конференции были заслушаны другие выступления. Консультант центра культурно-массовой самодеятельности Ашраф Аскеров, педагог Бести Курбанова и другие осветили творчество Токая Мамедова. Было отмечено, что получивший образование в высшей творческой школе Азербайджана и России, успешно использовав педагогический потенциал в этой области, народный художник создав монументальные портреты Низами Генджеви, Насими, Магоммед Физули, Узеира Гаджибекова и другие художественные произведения вошли в сокровищницу Азербайджанского искусства. Наряду с творчеством других видных деятелей искусство индивидуальное творчество автора стало поистине историческим примером.
Затем конференция была продолжена композицией самодеятельной группы студентов.
(ENG)
The conference dedicated to the 90th anniversary of a national artist, sculptor Tokay Mammadov was held at Mingechevir Tourism College.
Firstly, the participants of the conference attended the opening ceremony of the exhibition consisting of a notable artist, sculptor Tokay Mammadov’s works at the foyer of the college. Here the exhibition guides presented works exhibited to the participants by giving detailed information about Tokay Mammadov’s creativity who was able to create the pearls of Azerbaijani art. After that, another exhibition consisting of students’ handicrafts was held. The director of the college, professor Ayyub Ayyubov successfully evaluated the exhibited paintings and noted that young people were inspired and interested in the creative art by impressing from the creativity of prominent people such as Tokay Mammadov.
Then, a doctor of economical sciences, professor Ayyub Ayyubov continued to share similar ideas at the large-scale conference and compared Tokay Mammadov’s creativity with a valuable school with traditions. He noted that the confidence shown to the people’s artist at the state level was highly appreciated:
“Tokay Mammadov who was repeatedly honored by the great leader, was always in the spotlight of Ilham Aliyev too. People’s artist, glory, honor orders, other high state awards further enhanced Tokay Mammadov’s creativity. In the first days of October, holding of the 90th anniversary of the People’s artist on the initiative of the Ministry of Culture and Tourism is generally regarded as a high value for the work of those who are responsible for the development of culture, art and all of this area. We believe that students of Tokay Mammadov’s school will be able to carry this success into the future”.
After this the film about his life and creativity was watched. In the film the portrait and monumental works of the author were presented with all their beauty.
Later, other lectures were listened at the conference. Counsellor of the art collective’s creative center Ashraph Asgarov, pedagogue Basti Gurbanova and others on their lectures talked about Tokay Mammadov’s creativity. It is noted that Nizami Ganjavi, Nasimi, Mahammad Fuzuli, Uzeyir Hajibeyov and others who have been studied at Azerbaijani and Russian higher education institutions, have successfully utilized their potential in the field of creativity, are among the treasures of Azerbaijan.
Then, the conference was continued with the composition of student self-help group.
Əlavə edilmə tarixi: 20.10.2017 | Baxılma sayı: 487
Yaponiyanın Komatsu şəhərlərinin nümayəndə heyəti ilə görüş.
YaponiyanınKomatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfəredib.Şəhər Icra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbuledilən qonaqlarla hər iki şəhərin səmərəli əməkdaşlığı barədə müzakirələr aparılıb.
N.Bayramov Mingəçevirin mövcud iqtisadi imkanları və mədəni potensialı barədə ətraflı məlumat verərək əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. Nümayəndə heyətinin rəhbəri və Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın Yaponiyadakı səfirindən Mingəçevir haqqında ətraflı məlumatlar aldığını bildirib. Onun fikrincə hər iki şəhər arasında xeyli oxşarlıq var. Xüsusilədə Mingəçevir kimi Komatsudada turizmə, təhsilə və su idmanına böyük maraq var.Qeyd edək ki, görüşdə həmçinin Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto, Komatsu şəhərinin Beynəlxalq təşviqat idarəsinin baş direktoru Katsuşi Fuci ,Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda, Kanazava Universiteti Qlobal Məsələlər Təşkilatının xüsusi təyinatlı professoru AidəMəmmədova, Mingəçevir TurizmKollecinin direktoru professor Əyyub Əyyubov, Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev və digər rəsmi şəxslər iştirak edərək müzakirələrə qoşulub. Bu mənda Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Əyyub ƏyyubovAzərbaycan-Yaponiya əlaqələrinin tarixindən, mövcud durumundan və perspektivlərindən söhbət açıb. Eyni zamanda o ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrin, elm, təhsil, turizm və mədəniyyət sahələrinin inkişafına göstərilən diqqət və qayğının cəmiyyətdə təqdirlə qarşilandığını və genişmiqyaslı inkişafa stimul yaratdığını bildirib. Bu qayğının bir nümunəsi olaraq cənab prezidentin Sərəncamıilə Mingəçevir Turizm Kollecinin yaradılmasının turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı prosesinə önəmli töfhə verdiyini vurğulayıb. Dəyərli elm adamı Yaponiyalı qonaqlara kollecin tədris bazası, pedoqoq və tələbələri, məzunları, uğurlu beynəlxalq əlaqələri, beynəlxalq sərgi və layihələrdə iştirakı ilə bağlı ətraflı məlumatlar çatdırıb. Bir neçə gün öncə Rusiyanın Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kolleci nümayəndə heyətinin Mingəçevir Turizm Kollecində keçirdiyi görüşdən danışan Əyyub Əyyubov Yaponiya təhsil müəssisələrinin timsalında yeni beynəlxalq əməkdaşlqda təmsil etdiyi kollektivin maraqlı olduğunu bəyan edib. Professor Əyyub Əyyubovun əhatəli və məzmunlu çıxışı iştirakçılarda xüsusi maraq oyadıb. Daha sonra kollec rəhbəri ona ünvanlanan suallara aydınlıq gətirib. Xüsusilədə Kanazava Universiteti təmsilçisi belə birəməkdaşlığın qurula biləcəyi və faydalı olacağını ifadə edib. Bu məqsədlə hər iki tərəf arasında əlaqələrin intensiv şəkildə davam etdirilməsi qərara alınıb.Yaponiyalı qonaqlar daha sonra Mingəçeviri gəzib dolaşaraq müxtəlif ünvanlara baş çəkib.
Əlavə edilmə tarixi: 20.10.2017 | Baxılma sayı: 390
Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.
Bayram münasibəti ilə təşkil olunan tədbirlər tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxışla davam etdirilib. Ardınca kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi –nəzəri konfransda bir araya gəlib. Konfrans kollec rəhbərliyinin təklifi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə öz işinə başlayıb. Tədbir boyu Azərbaycan xalqının ta qədimdən müasir dönəmlərədək apardığı azadlıq mübarizəsi barədə müzakirələr aparılaraq maraqlı tarixi faktlar açıqlanıb.“Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” adlı konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müasir Azərbaycan dövlətçiliyinin yaranma mərhələləri və tarixi barədə söhbət açaraq xoşbəxt xalq olduğumuzu bildirib:“Azadlıq hər bir xalqın müqəddəs diləyi olsa da hər bir xalqa nəsib olan nemət deyil. Xoşbəxtik ki, biz azad, müstəqil dövləti olan bir xalqıq. Bu azdlığı əbədi olaraq qorumağı özümüzə şərəf işi bilməliyik. Necə ki, dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyev bu missiyanı davam etdirməyi bizə əmanət etmişdi.”Daha sonra kofransda digər məruzələr dinlənilib .Pedaqoqlar Ceyhun Abdullayev, Aybəniz Əliyeva və Eldar Dərişov müvafiq olaraq “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”, “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı” və “ Azərbaycan Republikası müstəqillik illərində şərəfli dövlətçilik yolu keçmişdir” mövzularında çıxış edib. Səslənən fikirlərdə prezident cənab İlham Əliyevin siyasi kursuna olan dərin inam hissi öz əksini tapıb.Konfrans həm də müxtəlif müsabiqə qaliblərinin kollec rəhbərliyi tərəfindən mükafatlandırılması ilə əlamətdar olub.Tədbir tələbə özfəaliyyət qrupu tərəfindən təqdim edilən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.(RU)На Мингечевирском Колледже Туризма состоялясь конференция на тему:» Наша независимость вечна,необратима и навсегда». В день независимости Азербайджанской Республики в колледже проведено ряд мероприятий , посвященных празднованию этого события. Организованные »Круглые столы»,сочинения, конкурсы рисунков,спортивные соревнования способствовали повышению чувства патриотизма у студентов и педагогов.Праздничные мероприятия были продолжены смотром рисунков и творческих работ студентов. Кульминацией мероприятий стала научно-теоретическая конференция.посвященная этому празднику. Конференция по предложению руководителя колледжа начала свою работу с исполнения Государственно Гимна Азербайджанской Республики . На конференции красной нитью проходила тема борьбы азербайджанского народа с древних времен до современных дней за независимость и свою свободу, приведены интересные факты.Конференцию на тему«Наша независимость. Вечна и необратима»открыл вступительным словом директор колледжа, доктор экономических наук, профессор Эйюб Эйюбов. Отметив этапы истории создания государства современного Азербайджана,рассказал, что несмотря на все испытания наш народ очень счастлив, что живет в таком государстве.«Независимость –это святое желание каждого народа,но оно дается не каждому. Мы счастливы тем,что представители независимого, освобожденного государства.Мы должны с честью осознавать и защищать эту независимость.Потому что продолжать эту миссию завещал нам великий лидер Гейдар Алиев.
Затем на конференции были выслушаны другие выступления. С выступлениями на тему »18 октября-День Независимости Азербайджана», »Азербайджанская литература в период независмости», »Азербайджанская Республика в годы независимости прошла путь славной государственности» выступили педагоги Айбениз Алиева, Джейхун Абдуллаев, Эльдар Даришов. В выступлениях звучала мысль о глубокой вере в политический курс господина президента Ильхама Алиева.
На конференции были вручены награды победителям разных конкурсов. Мероприятие было продолджено литературно-художественной композицией представленной самодеятельной группой студентов колледжа.
(ENG)
The conference on the subject of “Our independence is permanent, irreversible and eternal” was held at Mingechevir Tourism College
The National Independence Day of Azerbaijan Republic was celebrated with a series of events at Tourism College. Events were held in order to improve educators and students’ patriotic enthusiasm by organizing round tables, essay, drawing competitions and sport competitions.
Events organized on the occasion of the holiday were continued with a look at the exhibition of painting and handicrafts. Then, a collective came together at the scientific-theoretical conference, which is the summit of events. The conference started with the lively performance of National anthem of Azerbaijan Republic. During the conference interesting historical facts were announced by discussing about the freedom struggle of the Azerbaijani people from ancient times to modern.
The director of the college who announced the conference on the name of “our independence is permanent, irreversible and eternal” open, doctor of economical sciences, professor A. Ayyubov said we were happy people by talking about the history and the stages of modern Azerbaijani statehood:
“Although freedom is the sacred wish of every nation, it doesn’t come true for every nation. Fortunately, we are the people who have a free and independent state. We must know it is the honor to protect our freedom for us. So, Great Leader Haydar Aliyev, the architect of our statehood, entrusted us to continue this mission.”
Later, other lectures were heard at the conference. Pedagogues, C. Abdullayev, A. Aliyeva and E. Darishov, speak out on the subjects of “18 October is the Independence Day of Azerbaijan Republic”, “Azerbaijani Literature During Independence” and “Azerbaijan Republic has Passed the Way of Honorable Statehood during the Years of Independence”. In their statements, a deep sense of confidence to the policy of President Ilham Aliyev was represented.
At the conference, the winners of the various competitions were rewarded by the college administration.
The conference was continued with the demonstration of literary and artistic composition presented by student self-help group.
Əlavə edilmə tarixi: 18.10.2017 | Baxılma sayı: 644
Diskussiya
Mingəçevir Turizm Kollecində vaxtaşırı olaraq tələbələrin seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirmələri, ixtisas səviyyələrini yüksəltmələri, işlə təmin olunmaları və başqa aktual mövzular üzrə seminarlar və diskussiyalar təşkil olunur.
Bu silsilədən olan maraqlı tədbirlərdən biri də oktyabrın 16-da keçirildi. Davamlı təhsil mövzusuna həsr olunmuş bu diskussiyada qonaq simasında Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbəsi Rauf Quliyev dəvət olunmuşdur. Diskussiyada kollecin turizm fənn müəllimləri “Turizm və onun təşkili”, “Bələdçilik işi”, “Turist- mehmanxana təsərrüfatının təşkili”, “Turist- mehmanxana təsərrüfatında iaşə və servis” ixtisasları üzrə təhsil alan tələbələri iştirak edirdi. Rauf Quliyev kollecin məzunlarının öz ixtisasları üzrə universitetdə təhsillərini davam etdirmək, bakalavr və daha sonra da magistr dərəcələrinə yiyələnmək imkanlarının olduğunu qeyd etdi. Bunun üçün tədrisdə yüksək nəticələr nümayiş etdirmələri üzrə dərin və hərtərəfli biliyə yiyələnməli olduqlarını bildirdi.Kollecin fəal tələbələri də diskussiyaya qoşularaq qonağa onları maraqlandıran suallarla müraciət etdilər, məsələ ətrafında öz fikirlərini səsləndirdilər. Diskussiya maraqlı fikir mübadiləsi şəraitində işini başa vurdu.
Əlavə edilmə tarixi: 17.10.2017 | Baxılma sayı: 492
Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.
Rəsmi qarşılanma mərasiminin ardınca qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olub. Kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə Mingəçevir Turizm Kollecinin yaranma tarixi,fəaliyyəti,əldə etdiyi uğurları,beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat veriib.Ardınca foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəniəlaqələrindən, həmçinin Azərbaycanın turizm özəlliklərindən bəhs edən videoçarxa baxış keçirilib.Daha sonra hər iki kollec rəsmilərinin iştirakı ilə rəsmi qəbul düzənlənib.Müzakirələr zamanı əməkdaşlığın perspektivləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb.Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi,turizm sənayesi üçün kadr hazırlığı prosesinə dəstək verə biləcək addımların atılması,pedaqoq və tələbə mübadiləsinin əhəmiyyəti və digər vacib məsələlər nəzərdən keçirilib.Müzakirələrin ardınca Rusiyalı qonaqlar Mingəçevir Turizm Kollecini gəzib dolaşaraq təhsil ocağının maddi texniki bazası,tədris imkanları, müasir informasiya texnologiyaları ilə təmin olunmuş lobaratoriya, fənn kabinələri və auditoriyaları ilə yaxından tanış olub.Tanışlıq zamanı Sankt -Peterburqlu təhsil işçiləri kollecin pedaqoq və tələbələri ilə həmsöhbət olaraq qarşılıqlı şəkildə arzu və istəklərini paylaşıb.İdeoloji kabinetdə pedaqoq və tələbələrlə qonaqların baş tutan görüşü də unudulmaz anlarla tarixləşib.Öncə professor Əyyub Əyyubov xüsusi slayd vasitəsilə Mingəçevir Turizm Kollecini əhatəli şəkildə qonaqlara təqdim edib.O, Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci ilə əməkdaşlıqdan kollektiv olaraq böyük fayda götürəcəklərinə əmin olduğunu bildirib.Dəyərli elm adamının fikrincə təcrübə mübadiləsi kadr hazırlığına növbəti güclü təkan verəcək.Bu minvalla hər iki təhsil müəssisəsi Azərbaycan və Rusiya hüdudlarında təhsil, mədəniyyət və turizmin inkişafına önəmli töfhə vermiş olacaq.Əyyub Əyyubov Azərbaycan və Rusiya dövlətləri arasında mövcud olan strateji münasibətlərin təhsil işçiləri önündə yeni perspektivlər açdığını xatırladaraq bu imkanlardan faydalanmağın vacib olduğunu xüsusi qeyd edib.Görüb duyduqlarından zəngin təəssürat aldıqlarını bildirən Rusiya nümayəndə heyətinin üzvləri əməkdaşlıqdan xeyli məmnun olduqlarını iştirakçıların diqqətinə çatdırıb. Andrey Bardaşeviç və Lyudmila Kuznetsova çıxışında heyranlığını gizlətməyib: “Azərbaycana ayaq açdığımız ilk andan ta bu andək gördüyümüz gözəlliklər,müasirlik,qonaqpərvərlik,elmə,təhsilə,mədəniyyətə,turizmə olan münasibət bizi heyran buraxıb.Özəlliklə də Mingəçevir Turizm Kollecinin mövcud imkanları və perspektivləri doğru zamanda,doğru ünvanda olduğumuzu söyləməyə imkan verir. “Təmsil etdikləri Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci barədə iştirakçıları ətraflı məlumatlandıran qonaqlar əməkdaşlıqdan hər iki tərəfin gərəkli fayda götürəcəyindən əminlik vurğulayıb.Ardınca hər iki tərəf arasında xatirə hədiyyələri paylaşılıb.Görüş tələbə özfəaliyyət qrupu fəallarının nümayiş etdirdiyi bədii proqramla davam etdirilib.Qeyd edək ki,Sankt-Peterburqlu təhsil işçilərinin Mingəçevirə səfəri sabah yekunlaşacaq.Bu müddət ərzində hər iki kollec təmsilçiləri arasında gələcək əməkdaşlıq məsələlərinin əsas istiqamətləri barədə dərin müzakirələr aparılaraq konkret hədəflərin müəyyən edilməsi nəzərdə tutulub.Eyni zamanda qonaqların Mingəçevirin görkəmli yerlərinə və şəhərə bitişik bölgələrin səfalı guşələrinə ekskursiyaları təşkil olunacaq.
Əlavə edilmə tarixi: 17.10.2017 | Baxılma sayı: 439
Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına əsasən kollecin Heydər Əliyev adına ideoloji mərkəzində 02.10.2017-ci il tarixdə “Azərbaycan Kinosunun yaranma tarixinə ekskursiya edək” mövzusunda tələbələrlə diskussiya təşkil edilmiş, “Fəryad” filminə baxış keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən direktor müavini Ç.Allahverdiyeva Azərbaycan kinosunun inkişafından, əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirir. Bizim əsas məqsədimiz gənclərə Azərbaycan filmlərini izlətməklə milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi və keçmişimizi tanıtmaqdır. Kollecin bədii-kütləvi tədbirlərin təşkili üzrə məsləhətçisi Ə.Əsgərov isə çıxışında: “Azərbaycan kinosunun keçdiyi inkişaf mərhələlərindən danışaraq , sovet dövründə belə filmlərimizdə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır” – dedi. Tədbir “Fəryad” filminə baxış ilə davam etmişdir. Tədbirin sonunda direktor müavini tələbələrə elan etdi ki, hər həftə sonu Mingəçevir Dram teatrı və əyləncə mərkəzi Mingo parka Azərbaycan filmləri nümayiş olunacaqdır.
Əlavə edilmə tarixi: 04.10.2017 | Baxılma sayı: 813
Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.
O cənab prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın qabaqcıl dünya turizm sektorunda möhkəmləndiyini xatırladaraq bunun fərəhli hal olduğunu bildirdi:“Ölkəmizin demokratik və tolerant imici, zəngin coğrafiyası, tarixi ənənələri və yenidən qurulmuş müasir turizm infrastrukturları Azərbaycanı hazırda ən cəlbədici turizm məmləkətlərindən birinə çevirib. Ölkəmizdə təşkil olunan beynəlxalq miqyaslı sərgilər, festivallar, idman yarışları və digər mötəbər mədəni kütləvi tədbirlərin müşahidə olunan dinamik inkişafda önəmli payı var. Bu mənada turizm sektoru üçün peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəmizin üzərinə böyük vəzifələr düşür. Doğrudur təhsil ocağımızın fəaliyyətə başladığı gündən 6 mindən çox ixtisaslı kadrlar yetişdirərək bizə bəslənilən etimadı doğrultmağa çalışmışıq. Hesab edirəm ki, bundan sonra da ən müasir tədris-təlim metodlarından yararlanmaqla üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə müvəffəq olacağıq.”Daha sonra “Turizmin inkişaf dinamikası” adlı videoçarxa baxış keçirildi. Ardınca konfransın digər məzruzəçıləri məzmunlu fikirlərini paylaşdı.”Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Gülnar Qurbanova, İqbal Xudiyev, Vüqar Nağıyev və Bəhruz Kərimov müvafiq olaraq “Turizm və Təhsil”, “Turizmdə kadr hazırlığı”, ”Turizm gününün yaranma tarixi”, “Turizmin sosial-iqtisadi əhəmiyyəti” və “Azərbaycanın turizm potensialı” mövzularında məruzələrlə çıxış etdi.Konfrans həm də mükafatlandırma mərasimi ilə əlamətdar oldu. Sonda bir daha bayram təbriklərini paylaşan kollecin direktoru, professor Əyyub Əyyubov pedaqoji fəaliyyətdə fərqlənən bir qrup əməkdaşı turizm işçilərinin peşə bayramı münasibəti ilə fəxri diplomlarla mükafatlandırdı.Konfrans tələbə özfaliyyət qrupunun nümayiş etdirdiyi maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Əlavə edilmə tarixi: 27.09.2017 | Baxılma sayı: 755
Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.
O Azərbaycanda tolerant dəyərlər, multikultural ənənələr və bu ənənələrin təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin mötəbər xidmətlərindən danışıb.Daha sonra Bilik Fondunun nümayəndəsi, AMEA-nın “Türkologiya” jurnalının məsul katibi, filologiya elmləri namizədi Elçin İbrahimov “Heydər Əliyev İslam Həmrəyliyi İdeyasının Müəllifidir” mövzusunda geniş məruzə edib. Beynəlxalq örnəklərdən söhbət açan natiq multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini qeyd edib.Daha sonra tədbir mövzu ətrafında maraqlı diskussiya ilə davam etdirilib .E.İbrahimov iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirdib.
Əlavə edilmə tarixi: 27.09.2017 | Baxılma sayı: 656
Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.
Çıxışlarda qeyd olundu ki, son qəbul imtahanlarının nəticələrinə görə 697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi olmaq haqqını qazanıb. Onlardan 529 nəfər əyani, 168 tələbə isə təhsilini qiyabi formada davam etdirəcək. Diqqət çəkən məqamlardan biri də o olub ki, kollecə daxil olmaq istəyən abituriyentlər ən yüksək imtahan balları toplamağa nail olub. İstər 9 illik ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, istərsə də 11 illik təhsil bazasından qəbul olumuş 440 nəfər gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb.Təbrik nitqi ilə tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ürək açan son nəticələrin təsadüf olmadığını qeyd edib:“Ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə turizm və mədəniyyət sahəsi üzrə ixtisaslı kadr hazırlığında dinamik uğurlar əldə edirik. Bu uğurlar isə son nəticədə gənclərin və valideyinlərinin Mingəçevir Turizm Kollecində təhsil almaq istəyinə öz müsbət təsirini göstərir”.Bilik günü təntənələrində təhsil ocağının beynəlxalq əlaqələrindən də geniş söhbət açıldı. Qeyd olundu ki, indiyədək beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə olunub. Sankt- Peterburq Turizm Otel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni fəaliyyət imkanları yaradır.Tədbirdə pedaqoq, məzun,valideyin və birinci kurs tələbələrinin təbrikləri də yer aldı. Çıxış edən hər kəs belə bir ünlü kollektivdə təhsil verməyin və təhsil almağın qürüverici və perspektivli olduğunu qeyd etdi.Qeyd etmək lazımdır ki, tədbir boyu nümayiş olunan bədii proqram iştirakçılara ilk dərs gününün sevinci içində şadlanmaq üçün gözəl fürsət yaratdı .
Əlavə edilmə tarixi: 15.09.2017 | Baxılma sayı: 511
Mingəçevir Turizm Kollecinin kollektivi bir gün Narınqala istirahət mərkəzində dincələrək tədris ilinin yorğunluğunu çıxardı
Fəaliyyətinin 11-ci dönəmini uğurla başa vuran Mingəçevir Turizm Kollecinin kollektivi ənənəsinə sadiq qalaraq tədris ilinin başa çatması münasibətilə sayca 13-cü turizm gəzintisinə çıxıb. Ölkənin dilbər guşələrindən biri olan Şəki rayonunun Narınqala istirahət məkanına üz tutan kollektiv burada zəngin təəssüralarla dolu unudulmaz bir gün yaşayıb.
Zəngin süfrə, musiqi çələngi, həzin mahnı və şux rəqslər gün ərzində istirahət edən kollektivin qəlbində xoş ovqat yaradıb. Kollec Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə gerçəkləşən turist gəzintisi həmdə arzu və istəklərin paylaşılması ilə yadda qalıb. Doğma həmkarlarına üz tutan Mingəçevir Turim Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov hər kəsi tədris ilinin başa çatması münasibəti ilə təbrik edib:“Nəhayət ki, uzun və gərgin tədris ilini uğurla baş vurduq. Belə demək mümkünsə bu cür səfalı guşədə yüksək əhval-ruhiyyədə istirahət etməyi əməli fəaliyyətimizlə haqq etdik. Bu qürurverici duyğulardır. Çünki, kollektivimiz estetik, əqidə, məslək, işgüzarlıq və yaradıcılıq baxımından böyük üstünlükləri ilə seçilr. 2000 nəfərdən artıq insanın doğma ailəsinə çevrilmiş kollecimizdə istənilən nəslin və coğrafiyanın təmsilçiləri yer alır. Ən əsası isə çalışmağı sevən, daha böyük hədəflər arxasınca getməyi bacaran insanlardan ibarət kollektiv ailəyə malikik. Bəlkə də bu doğmalığın və işgüzarlığın nəticəsidir ki, Mingəçevir Turizm Kollecinin sorağı bu gün artıq Azərbaycan hüdudlarından kənarda dolaşmaqdadır. Qazanılan uğurlarda əməyi olan hər kəsə bir daha təşəkkür edir və yeni naliyyətlər arzulayıram. Eyni zamanda belə bir istirahətin təşkilində təşəbbüskarlıq nümayiş etdirmiş Həmkarlar İttifaqı Komitəsi rəhbərliyinə təşəkkür edirəm”.Qeyd etmək lazımdır ki, Istirahət günü rəngarəng proqramı ilə diqqəti cəlb edirdi. Həm ətraf ərazilərdə ekskursiya, həm süfrə arxasında əyləncə və poeziya yarışması, həm də zaman-zaman ifa olunan kollektiv rəqslər ürəkləri riqqətə gətirirdi. Bir maraqlı məqam da o idi ki, bütün istirahət proqramı və əyləncəli tədbirlər kolektivin istedadlı üzvləri tərəfindən həyata keçirildi. Elə tədbir boyu onların bir qismi çıxış edərək arzularını paylaşmaq fürsətindən də yararlandı. Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov, direktor müavinləri Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, bədii-kütləvi tədbirlərin keçirilməsi üzrə məsləhətçi Əşrəf Əsgərov, tədris hissə müdiri Qəhrəman Kərimov, fənn birliyi rəhbərləri Xanım Məmmədova, Zülexa Əyyubova, Sevda Kərimova,baş mühasib Vəsilə Hüseynova və başqalarının düşüncələri rəğbətlə qarşılandı.Bir sözlə ünlü kollektiv Narınqalanın füsünkar mənzərələrinin əhatəsində uzun müddət hafizələrdən silinməyəcək səsli-küylü xoş anlar yaşadı və tədris ilinin yorğunluğunu çıxardı.
Əlavə edilmə tarixi: 21.07.2017 | Baxılma sayı: 601
Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib
Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.
Xüsusi tərtibatla bəzədilmiş kollec meydanında əsl bayram havası hökm sürüb. O mənada ki, kollec kollektivi çox böyük zəhmət sayəsində yetişdirdiyi gəncləri növbəti peşəkar mütəxəssislər olaraq cəmiyyətə təqdim etmək fürsəti qazanıb. İndi ölkənin turizm və mədəniyyət sahəsində bu gənc və perspektivli mütəxəssislərə böyük ehtiyac duyulmaqdadır. Üstəlik nəzərə almaq lazımdır ki, onlar Mingəçevir Turizm Kollecində uğurla tətbiq olunan müasir tədris-təlim metodları ilə yetişdirilib, ölkənin ən qabaqcıl turist, mehmanxana, sanatoriya-kurort komplekslərində, mədəniyyat müəssisələrində və digər təqdirə layiq ünvanlarda gərəkli praktik təcrübə təlimlərinin fəal iştirakçısı olmaq şansı qazanıb. Təhsil ocağının rəhbərliyi hələ tədris dönəmində ictimai tələbləri və işəgötürənlərin rəyini nəzərə almaqla tədris prosesində mütərəqqi üsulların tətbiqinə xüsusi önəm verib. O cümlədən beynəlxalq təcrübə örnək qəbul edilib. Belə ki, Mingəçevir Turizm Kolleci ən zəngin beynəlxalq əlaqələrə malik təhsil müəssisəsi olaraq uzun zamandır ki, Avropa İttifaqının Tempus proqramı çərçivəsində Almaniyanın Yade Universiteti, Fransanın Qrenobl Akademiyası, həmçının Rumıniya, Portuqaliya, İspaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin elmi mərkəzləri və təhsil müəssisələri ilə sıx əməkdaşlıq içindədir. İnnovativ metodların tətbiqi, pedaqoq və tələbə mübadiləsi kimi məsələlər Mingəçevir Turizm Kollecinin beynəlxalq imicinin möhkəmlənməsinə yardımçı olub. Kollektivlə əməkdaşlıq etmək niyyətində olan təhsil ocaqlarının sayı və sırası günbə-gün genişlənir. Rusiya, Belarusiya,Türkiyə və Qazaxıstan kimi dövlətlərin Universitet və kollecləri Mingəçevir Turizm Kolleci ilə uzunmüddətli əməkdaşlıq sazişi imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi nazir cənab Əbülfəs Qarayev başda olmaqla kollektivin bu kimi təşəbbüslərinə hərtərəfli dəstək nümayiş etdirir. Bu isə kollecə yeni perspektivlər vəd edir.Təbii ki, belə bir durum kollecin tələbəsi, yaxud məzunu adını daşıyan gənclər üçün qürurverici anlam daşıyır. O səbəbdən də bu gün istehsalata vəsiqə əldə edən kollec məzunları ikiqat sevinc hisslərinə qərb olub. Əyani və qiyabi təhsil üzrə təhsili başa vuran 664 məzun saatlar ərzində əl-ələ, göz-gözə dayanıb bu əlamətdar bayram gününün keyfini çıxarıb. Pedaqoqlara səmimiyyət dolu təşəkkürlərini çatdıran gənclər saatlar ərzində xoş musiqi sədalarının müşayəti altında oxuub, rəqs edib, əylənərək coşqulu anlar yaşayıb.Təbrik nitqi ilə məzunlara üz tutan Mingəçevir Turizm Kollecinin direktoru –iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını çatdırıb. Ünlü elm adamı Azərbaycanda turizmin inkişafını xüsusi diqqət altında saxlayan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraq təsdiq olunmuş Turizmin inkişafı üzrə strateji yol xəritəsindən söhbət açıb.Yol xəritəsinin və digər vacib sərəncamların turizm sahəsi üçün yeni böyük perspektivlər vəd etdiyini xatırladıb. Əyyub Əyyubov turizm sahəsini irəlilərə daşmaq iqtidarında olan kadrların hazırlıq məsələsindən də danışaraq önəmli addımlar atıldığını qeyd edib. Bu mənada Mingəçevir Turizm Kollecinin fəaliyyət göstərdiyi 11 il ərzində ciddi başarılar qazandığını iştirakçıların diqqətinə çatdırıb. O inandığını bildirib ki, kollecdə yetişən gənc mütəxəssislər çalışacaqları kollektivlərdə turizmin inkişafına daima töfhə verməyə çalışacaq.Daha sonra Əyyub Əyyubov tədris prosesində və ictimai işlərdə fərqlənən pedaqoq və tələbələrə fəxri diplomlar təqdim edib.Tədbir ərzində digər çoxsaylı təbriklər dinlənilib. pedaqoqlar, məzunlar və valideyinlər çıxış edərək arzu və istəklərini paylaşıb.Tədbir yallı rəqsi ilə yekunlaşıb. Xatirə şəkilləri çəkdirilib.
Əlavə edilmə tarixi: 30.06.2017 | Baxılma sayı: 706
Mingəçevir Turizm Kollecində “Ulu öndər Heydər Əliyev Azərbaycanın və Azərbaycan xalqının xilaskarıdır” adlı elmi-nəzəri konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov 15 iyun Milli Qutuluş Günü münasibətilə kollecdə məzmunlu silsilə tədbirlər keçirildiyini qeyd edib.
Ən yaxşı rəsm və videoçarx müsabiqəsi iştirakçılarına göstərdikləri vətənpərvər davranışdan dolayı təşəkkürlərini çatdırıb:“Ulu öndər Tanrının Türk dünyasına,Azərbaycan xalqına bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. O vətənpərvər dahi lider, yaradıcı və mübarizə dolu şərəfli ömür yaşayıb.Xalqı,eli,obası,Azərbaycan və Azərbaycan xalqı naminə etdiklərini sadalamaq üçün aylar,illər yetməz.Biz ümummilli lider Heydər Əliyevin əziz xatirəsi önündə hər zaman baş əyirik.Onun ömür yolu və siyasi irsini gənc nəslə dərindən təbliğ etmək üçün bundan sonra daha da təşəbbüskar olmağa çalışmalıyıq.”Daha sonra ulu öndər Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.Konfrans ərzində biri-birindən məzmunlu məruzələr dinlənilib. İqtisad elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoqlar Gülay İsmayılova,İlqar Məhərrəmov və Aygün Hümbətova müvafiq olaraq”Dahi şəxiyyət, xilaskar lider”,“15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış səhifədir”, “15 iyun Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti” və “ Milli Qurtuluş Azərbaycanın tarixi naliyyətlərini və müstəqilliyini təmin etdi” mövzularında məruzə ilə çıxış edib. Çıxışlarda o da qeyd olunub ki, dahi liderin siyasi kursu bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs xalqımızı və dövlətimizi uğurdan-uğura daşıyır.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Əlavə edilmə tarixi: 15.06.2017 | Baxılma sayı: 996
Mingəçevir Turizm Kollecində “Regional Turizm: mövcu vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti,Mingəçevir,Qəbələ və Bərdə Turizm İnformasiya Mərkəzləri,Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi,Mingəçevir,Qəbələ və Naftalanın turizm sanatoriya kompleksləri və otellərinin rəsmi nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycanın turizm potensialı,turizm bazarı,perspektivlər və turizm sahəsi üçün peşəkar kadr hazırlığı haqqında ətraflı söhbət açıb:“Prezident cənab İlham Əliyev tərəfindən turizm sahəsinin preoritet elan edilməsi yeni perspektivlərə yol açıb. Artıq ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi də icra edilməkdədir. Bu gün keçirilən konfrans da icra prosesinə köməklik məqsədi daşıyır”.Ardınca çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev öz çıxışında bu cür önəmli müzakirələrin Mingəçevirdə təşkil olunmasını təqdirə layiq hal olaraq dəyərləndirib.Bundan sonra turizm sahəsinin inkişaf tendesiyalarını əhatə edən maraqlı məruzələr dinlənilib. Mingəçevir Turizm Kollecinin pedaqoq mütəxəssisləri Aynurə Abbasova,Vüqar Nağıyev,Nazan İdrisova,Elşad Səmədov,İqbal Xudiyev və Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov məzmunlu fikirlər açıqlayıb. “Regional turizmdə inkişaf tendensiyaları”, “Azərbaycanda turizmin inkişaf potensialı”,”Ölkəmizdə turizm bazarının mövcud vəziyyəti”,”Turizmin inkişafında kadr hazırlığının əhəmiyyəti”,”Regional turizmin inkişaf perspektivləri və turizmin inkişafında gənclərin rolu” adlı məruzələr faydalı müzakirələrə yol açıb.Naftalanın Çinar otelinin Servis meneceri Taner Yılmaz ,otelin kadrlar şöbəsinin müdiriFariz Hüseynov, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı, Mingəçevir Dövlət Universitetinin müəllimi Filologiya elmlər namizədi Namaz Manafov, İqtisad elmlər namizədi İbrahim Əyyubov mövzu ətrafında çıxış edərəkmaraqlı təkliflərini səsləndirib.Konfran Mingəçevir Turizm Kolleci istedadları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Əlavə edilmə tarixi: 15.06.2017 | Baxılma sayı: 827
“Yaz İmtahan sessiyasının təşkili və keçirilməsi barədə”
Yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili , tələbələrin biliyinin şəffaflığı və obyektivliyinin təmin edilməsi məqsədilə Mingəçevir Turizm kollecinin drektorunun sərəncamı
Əlavə edilmə tarixi: 31.05.2017 | Baxılma sayı: 648
Mingəçevir Turizm Kollecində ” Azərbaycan Xalq Cümhuriyyəti şərqdə yaranan ilk demokratik respublikadır “ adlı elmi-nəzəri konfrans keçirilib
Konfransda bayram arzularını paylaşan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dönəminin Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirib:
“Azadlıq hər bir xalqın arzularının zirvəsidir. Xoşbəxtik ki, azad, müstəqil dövlətin vətəndaşlarıyıq”.Professor Əyyub Əyyubov eyni zamanda yeni dövlətçilik ənənələrinin güclənməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olduğunu iştirakçıların diqqətinə çatdırıb.Daha sonra təhsil ocağının rəhbəri 28 May Respublika Günü münasibətilə kollecdə keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə fəxri diplomlar təqdim edib.Ardınca digər çıxışlar dinlənilib. Pedaqoqlar Jalə Məmmədova, Aynur Məhərrəmova və tələbə Sevinc Ağayeva “28 May Respublika Günü Azərbaycanın milli bayramıdır”, “28 May Respublika Günü tariximizdə əhəmiyyətli rola malikdir” və “28 May yeni yazılmış şərəf tariximizdir” adlı məruzələrlə çıxış edib.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatıb.
Əlavə edilmə tarixi: 31.05.2017 | Baxılma sayı: 917
Rəsm sərgisi
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünün Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunmasına hazırlıqlar başlamışdır. Nəzərdə tutualn tədbirlərdən biri də kollecin istedadlı tələbələrinin əl işlərindən, rəsm əsərlərindən ibarət bədii sərginin təşkil olunmasıdır.
Mayın 16-da bu məqsədlə tələbələr arasında rəsm müqasibəsinə start verilmişdir. Müsabiqə mayın 16-dək davam edəcəkdir. Müsabiqədə qalib gələn əl işləri bədii sərgiyə təqdim olunacaq. Mayın 26-da AXC – nin 99 illiyi münasibəti ilə keçiriləcək elmi-nəzəri konfransdan əvvəl bayram tədbirinin iştirakçıları bədii sərgiyə nümayiş etdirilən qalib əsərlərlə tanış olmaq imkanı əldə edəcəklər.Mayın 16-da, həmçinin qruplar arasında divar qəzetlərinin müsabiqəsi də başlanmışdır. Tələbələr, AXC-nin fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən divar qəzetlərinin tərtibi işinə böyük maraq və həvəslə qoşulmuşlar.
Əlavə edilmə tarixi: 18.05.2017 | Baxılma sayı: 626
İnşa yazı müsabiqəsi
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 – cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq, mayın 16-da tələbələr arasında inşa yazı müsabiqəsinə start verilmişdir. Müsabiqə müxtəlif ixtisaslarda təşkil olan tələbələri arasında ciddi marağa səbəb olmuşdur. İnşa yazı müsabiqəsinə mayın 26-da yekun vurulacaq. Həmin gün, AXC-nin yaradılmasının 99-cu ildönümünə həsr olunmuş yekun tədbirlər zamanı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması həyata keçriliəcəkdir. Müsabiqənin qalibləri mükafatla, I,II,III yerləri qazananlar isə kollecin fəxri fərmanları ilə təltif olunacaqlar.
Əlavə edilmə tarixi: 18.05.2017 | Baxılma sayı: 673
Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, proffesor Əyyub Əyyubov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ortaya qoymuş olduğu möhtəşəm xidmətlərdən ətraflı söhbət açdı:“Xoşbəxt xalqıq ki, böyük yaradan Azərbaycana belə bir tarixi şəxsiyyət, böyük lider bəxş edib. Məhz əldə edilə naliyyətlər, qazanılan bütün uğurlar bu tarixi şəxsiyyətin uzaqgörən və son dərəcə dəqiqliklə müəyyən etdiyi ictimai-siyasi kursun reallıaqşdırılması nəticəsində mümkün olmuşdur”Daha sonra digər məruzələr dinlənildi. Pedaqoqlar Eldar Dərişov, Elmira Rəhimova və Zeynəb Yusifova “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”, “Heydər Əliyev və Azərbaycan dili” mövzularında çıxış etdi.Çıxışlarda Heydər Əliyev irsinə xalqın əbədi bağlılığı, bu irsin Azərbaycan xalqını və dövlətini uğurdan- uğura daşıdığı xüsusi olaraq qeyd olundu.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 11.05.2017 | Baxılma sayı: 979
Mingəçevir Turizm Kollecinin kollektivi ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə düzənlənən silsilə tədbirlərdə yüksək fəallıq nümayiş etdirdi
May ayının 10-u Mingəçevirlilərin hafizəsində unudulmaz cizgilərlə tarixləşdi. Belə ki, sakinlər və şəhərin qonaqları ümummili lider Heydər Əliyevin doğum günü şərəfinə təşkil olunmuş biri-birindən maraqlı silsilə tədbirlərin iştirakçısına çevrildi.
Təqdirəlayiq hal həm də onunla bağlı idi ki, mədəni-kütləvi tədbirlərin təşkilində ənənəvi olaraq yüksək peşəkarlıq nümayiş etdirən Mingəçevir Turizm Kollecinin kollektivi bu dəfə də gözlənilən fəallıq nümayiş etdirərək dahi rəhbərin xatirəsinə ehtiram nümayiş etdirdi.Öncə təhsil müəssisəsinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov başda olmaqla kollektivin fəal təmsilçiləri şəhər rəhbərliyinin müşayiəti ilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidə önünə çiçək dəstələri düzdü. Ardınca Energetik yaşayış massivində yeni salınmış istirahət parkının açılış törəninə qatılan kollec nümayəndələri burada rəngarəng çıxışları ilə tədbir iştirakçılarının alqışlarını qazandı. Həmin tədbirdə Mingəçevir Turizm Kollecnin tələbə özfəaliyyət qrupu fəalları bədii proqramla çıxış edib hər kəsin qəlbində xoş ovqat yaratdı.Daha sonra kollektiv Sahil parkında təşkil olunmuş kitab və rəsm sərgilərinə qatıldı. Hər iki sərgiyə baxış keçirən professor Əyyub Əyyubov və kollektivdən onu müşayiət edən şəxslər arzu, istək və tövsiyyələrini paylaşdı.Nəhayət, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun da yaxından iştirak etdiyi ağacəkmə kompaniyasında Mingəçevir Turizm Kollecinin kollektivi kompaniyanın ən fəal iştirakçılarından biri kimi yadda qaldı. Kollektiv çox sayda həmişəyaşıl tingləri əkməklə ümumşəhər tədbirinə önəmli töhvə verdi.
Əlavə edilmə tarixi: 11.05.2017 | Baxılma sayı: 585
Mingəçevir Turizm Kollecində “Turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolu” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi, Regional Turizm İnformasiya Mərkəzlərinin rəhbərləri, çoxsayda işəgötürən şəxs və sahibkarlar, otel, mehmanxana menecerləri və digər mütəxəssislər iştirak edirdi.
Öncə konfrans iştirakçıları kollec tələbələrinin əl işlərindən ibarət “ Azərbaycan turizminin perspektivləri”adlı sərgiyə baxış keçirdi. Ardınca Mingəçevir Turizm Kollecinin tədris-təlim bazası, tələbə və məzunları, həmçinin beynəlxalq əlaqələrindən bəhs edən sənədli film nümayiş olundu. Bundan sonra konfrans öz işinə başladı.Açılış nitq ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru professor Əyyub Əyyubov konfransın məram və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, ölkə prezidenti cənab ilham Əliyevin Azərbaycan turizminin inkişfını nəzərdə tutan sərəncamlarına və təsdiq olunmuş yol xəritəsinə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi perspektiv istiqamətlər üzrə fəal müzakirələr aparılmasını qərara alıb. Müvafiq qərar Nazirliyin fəaliyyət planına daxıl edilib.Əyyub Əyyubov turizm sahəsi üzrə mütəxəssis hazırlığı prosesində ciddi naliiyyətlər əldə edildiyini xatırladaraq təhsil dönəmində, mövcud beynəlxalq əlaqələri sayəsində Avropanın ən qabaqcıl metodlarından yararlandıqlarını və nəticə etibarilə rəhbərlik etdiyi təhsil müəssisəsinin timsalında kollektivin ciddi uğurlar qazandıığını iştirakçıların diqqətinə çatdırdı. O, işəgötürənlərlə təhsil müəssisələri arasındakı əlaqərə də toxunaraq bu əlaqələrin yeni innovativ münasibətlər müstəvisinə çıxarılmasının vacib olduğunu vurğuladı. Bu mənada konfransın hər kəs üçün əhəmiyyətli ola biləcəyini qeyd etdi.Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm,təhsil və gənclərlə iş şöbəsinin məsul əməkdaşı Cavid Əliyevin və Mingəevir şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyevin konfransa təbrik nitqləri səsləndi. Ardınca Mingəçevir Turizm Kollecinin “Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Ağsaray Deluxe Oteli MFB-nin meneceri Alpərən Tirt, Kür Olimpiya Tədris –İdman Mərkəzinin Təsərrüfat şöbəsinin müdiri Azər Hüseynov, Kür Olimpiya Tədris –İdman Mərkəzinin Qəbul xidmətləri şöbəsinin rəisi Babək İsakov, Mingəçevir Turizm Kollecinin “Turizm və Təsviri sənət” fənn birliyinin sədri Aydın RəhimovMingəçevir Turizm Kollecinin turizm müəllimləri İqbal Xudiyev, Vüqar Nağıyev, Nazan İdrisova müvafiq olaraq “Mingəçevir Turizm Kolleci ilə respublikamızda olan turizm müəssisələri arasında uğurlu əməkdaşlığın perspektivləri”, “Turizm və təhsil”, “Turizm və gənclik”, “Tərəfdaşlıq işinin qurulması”, “Beynəlxalq təcrübənin yerli kadrlara aşılanması”, “Turizmdə təsərrüfat işləri üzrə kadrların iş prinsipi” və “Turizmdə kadr hazırlığı”, “Turizm sənayesi işçilərinin əsas vəzifələrinə ixtisas tələbləri”, “İşəgötürənlərlə təhsil müəssisələri arasında qarşılıqlı əlaqə”, “Təhsil müəssisələri ilə qarşılıqlı əlaqədən işəgötürənlər nə qazanacaq?” mövzularında əhatəli məruzələrlə çıxış etdi.Konfrans kollecin tələbə özfəaliyyət qrupu fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 21.04.2017 | Baxılma sayı: 969
Mingəçevir Turizm Kollecində “ 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı elmi-nəzəri konfrans keçirildi
Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov erməni separatçıları tərəfindən Azərbaycan xalqının başına gətirilmiş deportasiya və soyqırım siyasəti barədə ətraflı söhbət açdı.
Xüsusilə də 1918-ci ilin mart qırğınları ilə bağlı əhatəli məlumat verən dəyərli elm adamı erməni vəhşiliklərini tarixin ifşaedici dili ilə iştirakçıların diqqətinə çatdırdı. Minlərlə Azərbaycanlının ölkənin müxtəlif bölgələrində işgəncələrə məruz qoyularaq qətliam edildiyini təəssüf hissi ilə bəyan etdi.Bu mənada faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsini əsl vətənpərvərlik nümunəsi adlandırdı. Çıxışının sonunda Əyyub Əyyubov faciə qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.Daha sonra pedaqoqlar Eldar Dərişov,Gülşən İsmayılova və Şəms Məmmədova müvafiq olaraq “31 mart soyqırımının dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin rolu”,”1918-ci ildə Bakıda mart qırğınları “ və “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzularında məruzələrlə çıxış etdi.Tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə konfrans davam etdirildi.Konfransa yekun vuran professor Əyyub Əyyubov xalqımızın başına gətirilmiş müsibətlərlə bağlı acı həqiqətlərin dünya ictimaiyyəti ilə paylaşılmasında tələbə və pedaqoqlardan yüksək fəallıq umduğunu bildirdi. Onun fikrincə kollecin internet səhifəsi bu işdə hər kəsə yardımçı ola bilər. Buna müvafiq olaraq Əyyub Əyyubov internet saytında rus və ingilis dilli materialların yerləşdirilməsi barədə göstəriş verdi.
Əlavə edilmə tarixi: 30.03.2017 | Baxılma sayı: 972
Mingəçevir Turizm Kolleci ümumşəhər Novruz şənliyində uğurla təmsil olundu
Günlərdir ki, milli bayramımız olan Novruzu silsilə və rəngarəng tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir ictimaiyyətinin kütləvi iştirakı ilə baş tutan ümumşəhər şənliyində növbəti dəfə başarıyla potensialını hər kəsə nümayiş etdirdi.
Şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov başda olmaqla, müəssisə -təşkilat rəhbərləri, çöxsayda ziyalı , sadə şəhər sakinləri və ictimaiyyət nümayəndələrinin qatıldığı Novruz təntənəsində Mingəçevir Turizm Kolleci ən böyük təmsilçilik guşəsinə malik idi. Guşədə pedaqoq və tələbələrin yaradıcı potensialının göstəricisi olan dəyərli, rəsm əsərləri, əl işləri, qeyri adi təbii səməni kompazisiyası, tarixi məişət əşyaları və digər maraqlı nümunələr təqdim olundu. Ən əsası da o idi ki, kollektiv Novruzu pedaqoqlu -tələbəli tamamən milli geyimlərdə bayram edirdi. Bu da şənlik iştirakçılasrının diqqətindən yayınmırdı.Təsadüfi deyil ki, şəhər rəhbərliyinin kollektivlə bayramlaşması prosesi onların özlərinin də etiraf etdiyi kimi hafizələrində günün ən yadda qalan anları olaraq yer aldı.İcra hakimiyyəti başçısı Niyazi Bayramova və onu müşayət edən şəxslərə kollec və onun təmsilçilik guşəsi barədə ətraflı məlumat verən Mingəçevir Turizm Kollecinin direktoru , iqtisad elmləri doktoru , professor Əyyub Əyyubov ən xoş bayram təbriklərini paylaşdı. Bundan sonra kollecin milli geyimli istedadlı tələbələri, iştirakçı, Qorqud ata, Bahar qızı və digər obrazlaşdırılmış Novruz qəhrəmanlarının timsalında qonaqlara salamlarını çatdırıb, şer, nəğmə və rəqslərilə xoş ovqat yaratdı.Tələbə gənclərin sərgilədiyi kəndirdartma səhnəsi yaranmış təəssüratları daha da zənginləşdirdi. Məhz bu göstərilərin və yaranmış təəssüratların nəticəsi idi ki, şəhər rəhbəri və onu müşayət edən şəxslər kollektivin ünvanına öygü dolu fikirlər söylədi.
Əlavə edilmə tarixi: 18.03.2017 | Baxılma sayı: 612
Mingəçevir Turizm Kollecində möhtəşəm Novruz şənliyi
Arxada qalan üç Novruz çərşənbəsi Mingəçevir Turizm Kollecinin kollektivi üçün biri-birindən maraqlı anlar və məzmunlu tədbirlərlə əlamətdar oldu.
Bayramın abu-havasına müvafiq olaraq pedaqoq və tələbələr bir canlanma sərgiləyərək kollecin yeləşdiyi Samux küçəsi boyunca və təhsil ocağının həyətyanı sahəsində abdlıq işləri gerçəkləşdirib 200-dən artıq ağac tinglərinin və xeyli sayda gül kollarının əkilməsi ilə yeni yaşıllıq zolaqlarının salınmasına təmin etdi. Eyni zamanda Bahar bayramı münasibətilə qrup divar qəzetlərinin ən yaxşı nümunəsi nominasiyası üzrə müsabiqə təşkil olunaraq, tələbə-gənclər arasında mini futbol üzrə Novruz turniri keçirildi. Nəhayət, torpaq çərşənbəsi kimi anılan Novruzun son çərşənbəsində Mingəçevir Turizm Kollecinin əsas meydanı möhtəşəm bayram şənliyinə səhnə oldu.Novruz ənənələrinin xalqımızın tarixində və taleyində tutduğu yerin önəmini anlamaq və anlatmaq üçün bayram meydanında tərtibat məsələləri ən incə məqamlarına kimi nəzərə alınmışdı. Milli geyimli kollektiv, tarixi məişət nümunələri, Novruzun obrazlaşdırılmış rəmzləri, Qorqud ata, Bahar qız, Keçəllə-Kosanın dadlı-duzlu zarafatları, saz, söz, milli nəğmələr, rəqslər, inancların təzahürü kimi yadda qalan səhnəciklər və daha neçə-neçə ürəkləri riqqətə gətirən məqamlar iştirakçıların bayram coşqusuna hərtərəfli zəmin yaratdı. Tədbir boyu tələbə özfəaliyyət qrupu fəalları rəngarəng bayram proqramı nümayiş etdirərək ürəklərdə əsl bayram əhval ruhiyyəsi oyandırdı.Bayram təbrikilə iştirakçılara üz tutan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov- Novruz bizlər üçün sadəcə bir bayram təqvimi deyil, Novruz milli kimliyimizin və ruhumuzun canlı təzahürüdür- dedi. Dünya bizi bundan sonra da bu kimi dəyərlərimizlə tanıyıb qiymətləndirməlidir. Bu mənada tələbələrimizin, daha doğrusu gələcək məzunlarımızın üzərinə böyük məsuliyyət düşür. Çünki, əsasən turizm və mədəniyyət sahəsi üzrə kadr hazırlığı sayəsində ixtisaslamış kollecimizin yetirmələri dəyərlərimizi dünyaya təbliğ etmək üçün yetərli imkanlara sahib olacaq. Ona görə də adət və ənələrimiz haqqında gənclər daha dərin bilgilərə yiyələnməlidir –söylədi. Vaxtilə bu kimi milli bayramlarımızın yasaq edildiyini xatırladan ünlü elm adamı yalnız müstəqillik dönəmində ulu öndər Heydər Əliyevin sayəsində Novruz bayramının dövlət səviyyəsində bayram edilməsinin Azərbaycan xalqına nəsib olduğunu qeyd etdi. Fərəhli haldır ki, prezidentimiz cənab İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulmuş milli siyasəti uğurla davam edtdirir-deyən professor başda prezidentimiz cənab İlham Əliyev olmaqla xalqımızı təbrik edib ən xoş arzularını paylaşdı. Təbrik nitqinin ardınca Əyyub Əyyubov Novruz bayramı münasibətilə kollecdə təşkil olunmuş müsabiqə və idman turnirinin qaliblərinə fəxri diplomlar təqdim etdi.Tədbir ərzində digər təbriklər də dinlənildi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şəhər şöbəsinin sədri şair-publisist İsmayıl İmanzadə, iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov və digər qonaqlar çıxış edərək arzu və istəklərini bölüşdü.Daha sonra bayram süfrəsi arxasında şənlik edən qrupların özəl guşələri ilə tanış olub onlarla bayramlaşan professor Novruz adətlərinin bir parçası olan yumurta döyüşlərinin də fəal iştirakçısına çevrildi. Nəhayət kollec rəhbəri Qorqud ata və Bahar qızın iştirakı ilə bayram tonqalını alovlandırdı.Tonqal ətrafında rəqs havalarının müşayətilə əsl coşqu yaşandı. Rəqslərin zirvə nöqtəsi olan Yallı hafizələrdə dərin iz buraxdı.
Əlavə edilmə tarixi: 15.03.2017 | Baxılma sayı: 580
Kollecdə iməclik keçirildi…
Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruzun gəlişi münasibəti ilə irəli sürdüyü iməclik təşəbbüsünə MTK-ın kollektivi də həvəslə qoşulmuşdur.
Martın 11-də səhər tezdən kollecin həyətində və ətraf ərazilərdə işgüzar əhval-ruhiyyə mövcud idi. İməclikdə kollecin müəllimlərinin əksəriyyəti və 10 qrupun tələbələri iştirak edirdilər. Xüsusi ilə də TXT-35, MUİ-14, TT-41/47, TT-45 və Rİ-11/14 qruplarının tələbələri daha çox fəallıq və işgüzarlıq nümayiş etdirirdilər. 2 saata qədər davam edən iməclik zamanı xeyli abadlıq işləri aparıldı. Kollecin yerləşdiyi Samux küçəsi boyunca 200-ə qədər ağacın əkilməsi həyata keçirildi. Kollecin tədris korpusunun ətrafındakı ərazilərdə, həyətdə və Samux küçəsinin kollecə yaxın hissəsində təmizlik işləri aparıldı. Kollecin ərazisində yerləşən bağçada və yaşıllıq ərazilərdə yüzlərlə gül kolu basdırıldı. Bayram münasibətilə keçirilən iməclik zəhmətkeş ovqatda işini başa vurdu. Həmişə ümumşəhər miqyasında elliklə keçirilən iməcliklər zamanı fəallığı ilə yadda qalan MTK-nın kollektivi bugünki iməclikdə də özünün mütəşəkkil iştirakı ilə seçildi. Martın 11-də səhər tezdən kollecin həyətində və ətraf ərazilərdə işgüzar əhval-ruhiyyə mövcud idi. İməclikdə kollecin müəllimlərinin əksəriyyəti və 10 qrupun tələbələri iştirak edirdilər. Xüsusi ilə də TXT-35, MUİ-14, TT-41/47, TT-45 və Rİ-11/14 qruplarının tələbələri daha çox fəallıq və işgüzarlıq nümayiş etdirirdilər. 2 saata qədər davam edən iməclik zamanı xeyli abadlıq işləri aparıldı. Kollecin yerləşdiyi Samux küçəsi boyunca 200-ə qədər ağacın əkilməsi həyata keçirildi. Kollecin tədris korpusunun ətrafındakı ərazilərdə, həyətdə və Samux küçəsinin kollecə yaxın hissəsində təmizlik işləri aparıldı. Kollecin ərazisində yerləşən bağçada və yaşıllıq ərazilərdə yüzlərlə gül kolu basdırıldı. Bayram münasibətilə keçirilən iməclik zəhmətkeş ovqatda işini başa vurdu. Həmişə ümumşəhər miqyasında elliklə keçirilən iməcliklər zamanı fəallığı ilə yadda qalan MTK-nın kollektivi bugünki iməclikdə də özünün mütəşəkkil iştirakı ilə seçildi.
Əlavə edilmə tarixi: 11.03.2017 | Baxılma sayı: 724
Mingəçevir Turizm Kollecində Beynəlxalq Qadınlar Günü bayram edildi
Əməkdaşlarının və tələbələrinin əksəriyyəti xanımlardan ibarət olan Mingəçevir Turizm Kolleci ənənəvi olaraq 8 mart Beynəlxalq Qadınlar Günü təqvimini böyük coşqu ilə qeyd edir.
. Bu ildə ənənəsinə sadiq qalan kollektiv zərif cinsin nümayəndələrinə layiq olduqları şəkildə bir toplantı düzənləyib təbrikləşmə fürsətini qaçırmadı.Əslində kollecin davamlı olaraq əldə etdiyi uğurlarda xanım pedaqoqların və istedadlı tələbə qızların danılmaz əməyi var və bu səbəbdən də onlar dərin hörmət və etimadı haqq edirlər. Təsadüfi deyil ki,təhsil müəssisəsinin rəhbərliyi daim onları diqqət mərkəzində saxlayır, yaradıcı fəaliyyətə və başarılı təhsilə həvəsləndirmək üçün məqsədyönlü addımlar atır.Bayram münasibətilə düzənlənmiş tədbirdə təbrik nitqilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad emləri doktoru,professor Əyyub Əyyubov pedaqoji kadrlarının böyük qisminin təcrübəli və gənc xanımlardan ibarət olduğunu xatırladaraq direktor müavini vəzifəsinə,əksər şöbə və fənn birliklərinə xanım mütəxəssislərin rəhbərlik etməsi faktını kollektivdə qadın əməyinə verilən qiymətin bariz təzahürü kimi dəyərləndirdi.Qadınlar ailədə ana,bacı,övlad və gəlin olaraq həyatımıza rəng qatdığı kimi bu böyük kollektivin fəaliyyətinə və uğurlarına da bir o qədər dəyərli töfhə verir-deyən professor , əslində bu uğurların təməlində Azərbaycan qadınına göstərilən dövlət qayğısı və etimadı dayanır-söylədi.Bu yaxınlarda Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban xanım Əliyevanın təyinatını da bu mənada ölkə rəhbərinin ən uğurlu seçimi kimi xarakterizə edib birinci vitse prezidentə gələcək fəaliyyətində pedaqoji kollektiv adından böyük uğurlar dilədi.Bundan sonra digər təbriklər dinlənildi. Kollecin Həmkarlar Təşkilatının sədri İbrahim Əyyubov, Tədris şöbəsinin müdiriQəhrəman Kərimov, şöbə müdiri Şıxməmməd Məmmədov və Əşrəf Əsgərovun çıxışlarında Azərbaycan cəmiyyətində qadınların tutduğu aparıcı mövqeyə dair ən xoş fikirlər yer aldı. Qadınlar adından söz alan direktor müavini Çinarə Allahverdiyeva qadınları bayram münasibəti ilə təbrik etdi və kollektivdə qadınlara göstərilən yüksək ehtirama görə kollecf rəhbərliyinə təşəkkürlərini çatdırdı.Bayram tədbirini əlamətdar edən digər bir səbəb təhsil ocağına rəhbərlik edən dəyərli elmadamı-professor Əyyub Əyyubovun doğum gününün məhz 8 mart təqviminə təsadüf etməsilə bağlı idi.Həmkarları ömrünün 61-ci dönəmini yaşayan Əyyub Əyyubovla çiyin-çiyinə çalışmağın onlar üçün qürurverici hal olduğunu qeyd edərək –Siz təkcə dəyərli alim,təcrübəli pedaqoq və təşkilatçılıq bacarığı ilə seçilən rəhbər deyilsiniz,həm də bizə atalıq ,qardaşlıq qayğısı göstərən bir doğmamıza çevrilmisiniz -söylədi və doğum gününü təbrik etdi.Tədbirə yekun vuran professor Əyyub Əyyubov bir daha pedaqoq və tələbələri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzuladı.Eyni zamanda ,bayram münasibətilə pedaqoq xanımların mükafatlandırılacağını iştirakçıların diqqətinə çatdırdı.Sonda qadınlara bayram münasibəti ilə tər çiçəklər təqdim olundu.
Əlavə edilmə tarixi: 07.03.2017 | Baxılma sayı: 529
Novruz bayramına həsir olunmuş futbol turniri
MTK- da Novruz bayramına həsr olunmuş silsilə tədbirlərə start verilmişdir.
Hər il olduğu kimi bu il də “İdman və GÇQH” fənn komisyasının təşkilatçılığı ilə qruplar arasın da futbol yarışının keçirilməsi nəzərdə tutulmuşdu. Bu ilki yarışda 4 komanda: BT-36/39, BT-38, BT-41 və TT-42 qruplarının tələbələrindən təşkil olunmuş komandalar iştirak edirdi. Novruza həsr olunmuş ənənəvi futbol yarışı marın ikisində start götürdü. Olimpiya sistemi üzrə keçirilən turnirin ilk günündə BT-36/39 və BT-41 qrupların komandaları öz rəqiblərinə qalib gəldilər və yarışların finalına vəsiqə qazandılar. Martın 6- da turnirin final oyunu keçirildi. Oyun kollecin müəllim və tələbə heyətinin böyük marağına səbəb olmuşdu. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda BT-36/39 qrupunun komandası daha yaxşı çıxış etdi və rəqibinə 3:2 hesabı ilə qalib gəldi. Qalib komandanın üzvlərinin kollecdə keçiriləcək Novruz bayramı tədbirində mükafatlandırılması nəzərdə tutulur
Əlavə edilmə tarixi: 06.03.2017 | Baxılma sayı: 789
“Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirildi.
MTK-da hər il qeyd olunan əlamətdar günlər sırasında 1 mart Ümumdünya Mülki Müdafiə Günü də özünəməxsus yer tutur. 17 fevral 2017-ci il tarixli əmrə uyğun olaraq mövzuya həsr olunmuş tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir.
. Mülki Müdafiə məsələlərinə həsr olunmuş divar qəzetləri tərtib edilmiş , şüarlar və digər əyani vəsaitlər hazırlanaraq kollecin stend və guşələrində nümayiş etdirilmişdir. Tədbirlər planına uyğun olaraq martın 1-də kollecin Mülki Müdafiə qüvvələrinin toplanış məşqi keçirildi. Daha sonra kollecdə “Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirildi. Tədbirə şəhər Tələbə Poliklinikasından və “Qızıl Aypara” cəmiyyətinin Mingəçevir şəhər şöbəsindən nümayəndələr dəvət olunmuşdu.Tədbirdə açılış nitqi ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Mülki Müdafiə tədbirlərinin cəmiyyətin həyatındakı əhəmiyyətini vurğuladı, fövqəladə hallar zamanı, təbii fəlakətlərə qarşı mübarizədə Mülki Müdafiə hazırlığının önəmli rol oynadığını qeyd etdi. Sonra Mülki Müdafiə gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi. Daha sonra kollecin Mülki Müdafiə qərargahının sədri Ağa Alıyev “Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında Kollecin tibb müəllimi Şəms Məmmədova “Mülki Müdafiədə tibbi xidmətin təşkili” və Kollecin Gənclər Təşkilatının sədri Aşur Həşimov “Təbii fəlakətlər zamanı mühafizə yolları” mövzularında çıxışlar etdilər.Müzakirə olunan məsələ ətrafında təlim-tərbiyə işləri üzrə direktor müavini Şahzadə Şükürova, “Gənclərin çağırşaqədərki hazırlığı“ fənninin müəllimi Fikrət Talıbov və bədii-kütləvi tədbirlər üzrə məsləhətçi Əşrəf Əsgərov çıxış edərək mövzuya münasibətlərini bildirdilər.Toplantı maraqlı fikir mübadiləsi şəraitində işini başa vurdu.
Əlavə edilmə tarixi: 02.03.2017 | Baxılma sayı: 1098
Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü rəsm sərgisi və elmi-nəzəri konfransla anıldı
Dərin üzüntü ilə növbəti dəfə Xocalı dəhşətlərini və faciə qurbanlarının xatiəsini anan Mingəçevir Turizm Kollecinin kollektivi təşkil etdiyi biri-birindən məzmunlu tədbirlər vasitəsilə acısını,qəzəbini və hiddətini mütəşəkkil şəkildə yansıltmağa nail oldu. Pedaqoqlu-tələbəli hər kəs əsl vətənpərvərlik nümunəsi sərgilədi.
Dəyrimi masa ətrafı müzakirələr, Xocalı soyqırımına həsr olunmuş inşa və rəsm müsabiqələri,idman turnirləri tarixi həqiqətlərin təbliği və təşviqi baxımından önəmli tədbirlər olaraq yadda qaldı.Üstəlik kollektiv mövcud beynəlxalq əlaqələrindən yararlanaraq malik olduğu tutarlı məlumatları xarici həmkarları ilə paylaşıb onların mənəvi dəstəyini qazanmağa müvəffəq oldu.Soyqırım tarixinin 25 –ci ildönümü münasibətilə kollecdə təşkil olumuş rəsm sərgisi də təqdirə layiq cizgilərilə çoxsaylı izləyicilərin qəlbində zəngin təəssüratlara yol açdı. Çünki, tələbə rəssamların əl işlərindən ibarət sərgidə 1992-cilin 26 fevral tarixli Xocalı faciəsi sanki rənglərin ağuşundan boylanırdı.Nəhayət“Xocalı harayı “adlı elmi -nəzəri konfransla tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişdi.Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubov Xocalı faciəsinin ötən əsrin ən dəhşətli soyqırımlarından biri olduğunu qeyd edərək erməni yırtıcıları tərəfindən xalqımıza yönəlik bu qətliamın əslində bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu vurğuladı.Əyyub Əyyubov faciənin siyasi- hüquqi qiymət almasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirdi,eyni zamanda hadisələrin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmsında və cinayətkarların iç üzünün tanıdılmasında prezident cənab İlham Əliyevin,Heydər Əliyev Fondunun, ölkənin birinci vitse prezidenti Mehriban Əliyevanın və digər aidiyyatı qurumların önəmli rolu olduğunu qeyd etdi.Daha sonra Xocalı hadisələrindən bəhs edən filmə baxış keçirildi.Ardınca pedaqoqlar Püstə Mürşüdova, Nazan İdrisova,Çingiz Nəbiyev vəİqbal Xudiyev müvafiq olaraq “Xocalı-əsrin son müsəlman soyqırımı”,”Xocalı faciəsi 20-ci əsrin soyqırım faciəsidir”,”Xocalı faciəsi”,”Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırım siyasətidir “mövzularında məruzələr səsləndirildi.Çıxışlarda həmçinin pedaqoq və tələbələrin üzərinə düşən vacib vəzifələrdən söhbət açıldı,Xocalı qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin ruhuna Uca Tanrıdan rəhmət diləndi.Elmi nəzəri –konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış və Xocalı facuiəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 26.02.2017 | Baxılma sayı: 599
Европейская Академия Естественных Наук ……ПОЗДРАВЛЕНИЕ!
http://www.eanw.org
На днях Тюркском отделением Европейской Академией Естественных Наук была издана книга “Biography-Bibliography” об одном из ведущих академиков ЕАЕН, докторе экономических наук, профессоре Эйюб Эйюбове. К изданию книгу подготовил руководитель Тюркского отделения ЕАЕН профессор ЭльчинИскендерзаде. Книга издана на английском, русском, турецком и азербайджанском языках. В книге изложены большие заслуги академика ЭйюбЭйюбова в области мировой науки и образования, а также достижения Мингечаурского Колледжа Туризма, которым он руководит. В книге в большом количестве даны фотоматериалы наград и дипломов, полученные академиком во многих странах мира.Доводим до вашего сведения, что профессор ЭюубАвдиноглыЭюубов родился 08 марта 1956 года в селе Илхычы Агдамского района. В 1981-1986 годы получил высшее образование в Украинском Автомобильном Транспортном Институте по специальности «Экономика и управление транспортных сфер». В 1992 -1993 годы учился в аспирантуре Международной Научной Академии, защитив диссертацию на тему «Приспособление нового предпринимателя к современному социально-экономическому состоянию коммерческих учреждений» был удостоен научной степени кандидата экономических наук и получил научное звание доцента. В 1993–2002 годы занимал должность ректора Азербайджанского филиала Академического Центра Международной Академии Наук Сан-Марино. В 1993-2006 годы работал заведующим Мингечаурского отдела Бакинского Колледжа Спорта и Туризма. С 2006 года по настоящее время работает на должности директора Мингечаурского Колледжа Туризма. С 1993 года член Новой Азербайджанской Партии.В 1994 году, защитив диссертацию на тему «Организация управления на основании научно-технических новшеств в условиях рыночной экономики», был удостоен научной степени доктора экономических наук и получил научное звание профессора.С 1995 года является председателем Мингечаурского городского отдела Общества Интеллигентов Республики. В 1997 году был удостоен Премии и медали имени ЮсифаМамедалиева. В 1998 году был избран действительным членом Академии Предпринимателей Российской Федерации. В 1999 году был избран действительным членом Международной Научной Академии Энергетики-Информации. В 1999 году был избран действительным членом Международной Академии Независимых Экспертов.В 2009 году был избран действительным членом Европейской Академии Естественных наук. В 2009 году был избран действительным членом Академии КЫБАТЕК и Международной Научной Академии Исследования Тюркского мира.В 2009 году был награжден медалью Международной Научной Академии Исследования Тюркского мира Золотая Звезда.В 2009 году был избран членом Союза Писателей России и награждён Юбилейной медалью Союза Писателей России.В 2009 году награждён Европейским Орденом Чести Международного Наградного Союза. В 2010 году был избран действительным членом Итальянской Академии Экономических и Социальных Наук и удостоен имени Почётного Ученого города Рим.В 2010 году награжден Международной Премией Ататюрк. В 2011 году награжден Международной Премией “Почетного Ученого Тюркского мира”.В 2012 году eму было присуждено звание «Заслуженного деятеля науки и культуры Европы» ЕАЕН. В 2012 году награжден Европейской медалью “GolfridLeybiniz”. В 2016 году за большие заслуги в развитии туризма eму было присуждено звание «Почетный работник туризма» Министерством Культуры и Туризма Азербайджанской Республики.Он является автором 24 книг и более 280 научных статей.Сердечно поздравляем глубокоуважаемого академика ЭйюбЭйюбова и желаем продолжения успехов.
Əlavə edilmə tarixi: 02.02.2017 | Baxılma sayı: 928
Avropa Təbiət Elmləri Akademiyasından professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyətinə dəyərli töhfə
Almaniya Fedarativ Respublikasının Hanover şəhərində ensklopedik xarakterli “Bioqrafi-Biblioqrafi” adlı maraqlı bir kitab işıq üzü görüb.
Kitab Azərbaycan elmi ictimaiyyəti üçün xüsusi önəm daşıyır.Belə ki, geniş oxucu auditoriyasına təqdim olunduğu ilk günlərdən etibarən Avropa elmi ictimaiyyəti arasında böyük rezanons doğuran yeni nəşr Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü olan soydaşımız iqtisad elmləri doktoru,professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyətinə həsr olunub.“Bioqrafi-Biblioqrafi” kitabı Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademikV. Tıminskinin redaktorluğu və Türk Dünyasi Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həmsədri,professor Elçin İskəndərzadənin rəhbərliyi altında hazırlanıb. İngilis, Rus, Türk və Azərbaycan dillərində işıq üzü görmüş kitabda professor Əyyub Əyyubovun şərəfli ömür yolu, nəticəyönümlü pedaqoji fəaliyyəti,layiq görüldüyü yerli və beynəxalq əhəmiyyətli mükafatları, iqtisadiyyat,biznes,turizm,mədəniyyət,təhsil sahələrini əhatə edən otuzdan artıq elmi,informatik və dərslik xarakterli kitabları, çoxsaylı elmi məqalələri, həmçinin dəyərli elmi araşdırmaları barədə əhatəli məlumatlar öz əksini tapıb.Eyni zamanda yorulmaq bilmədən elmi-pedaqoji fəaliyyətini davam etdirən Azərbaycanlı alim haqqında qələmə alınmış birsıra məzmunlu yazılar və məzmun etibarilə rəngarəngliyilə seçilən fotolar oxucuların diqqətinə çatdırılıb.Mingəçevir Turizm Kollecinə rəhbərlik edən professor Əyyub Əyyubov hazırda bu ünlü kollektivdə ölkənin turizm və mədəniyyət sahəsini irəlilərə daşımaq itidarında olan ixtisaslı kadr hazırlığı prosesinə gərgin pedaqoji əməyilə layiqli töhfə verməkdədir.Bu mənada “Bioqrafi-Biblioqrafi” kitabı həm də Mingəçevir Turizm Kollecinin fəaliyyətinə beynəlxalq etimadın təzahürü kimi dəyərləndirilməlidir.Xatırladaq ki, professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyəti bundan öncə daha iki dəfə beynəlxalq elmi çevrələrdə analoji təqdimata layiq görülüb.Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Biblioqrafi” və Rusiya Beynəlxalq Sahibkarlar Akademiyasının “Velikaya Rossiya” ensklopedik nəşrlərində dəyərli elm adamının fəaliyyətindən və uğurlarından geniş şəkildə bəhs olunub.http://www.eanw.org
Əlavə edilmə tarixi: 02.02.2017 | Baxılma sayı: 607
Mingəçevir Turizm Kollecində “20Yanvar hüzün və milli qürur günümüzdür “ adlı elmi nəzəri konfrans keçirilib
Ənənəyə müvafiq olaraq qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü münasibətilə bu ildə kollecin inzibati binası daxildən və xaricdən hadisələri əks etdirən ideoloji vasitələrlə tərtib edilib.
Tələbələr arasında rəsm və inşa müsabiqələri keçirilib,ən uğuru rəsm əsərləri divar qəzetlərinin xüsusi buraxılışları ilə yanaşı sərgi guşəsində nümayiş olunub. Qış imtahan labaratoriyasında olan qiyabiçi tələbələr üçün 20 yanvar hadisələrinə həsr olunmuş xüsusi saatlar keçirilmiş, fənn komissiyaları və dəyrimi masa ətrafı müzakirələr aparılmışdır.Kollektiv üzüntülü və şərəfli tariximizin növəti ildönümü münasibətilə həyata keçirdiyi tədbirlər silsiləsini “20 Yanvar hüzün və milli qürur günümüzdür”adlı elmi nəzəri konfransla yekunlaşdırdı.Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov 1990 –cı ilin qanlı 20 yanvar hadisələrini doğuran səbəblər,xalqın azadlıq mübarizəsi,keçmiş ittifaq hökumətinin qərarı ilə Azərbaycanda törədilən qətliam,hadisələrə etiraz səsini ucaltmış ümummilli lider Heydər Əliyevin örnək vətənpərvər davranışı və prezident İlham Əliyevin faciə qurbanlarının xatirəsinin əbədilədirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı söhbət açdı.Nitqinin sonunda Əyyub Əyyubov cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi.Bundan sonra 20 yanvar hadisələrindən bəhs edən sənədli filmə baxış keçirildi.Ardınca konfransın gündəliyinə daxil edilmiş digər mövzular üzrə məruzələr dinlənildi.İqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedaqoqlar Elşad Səmədov,Rövşanə Fərəcbəyli, Bəsti Qurbanova və Muraz Məmmədov müvafiq olaraq “Azadlığını canından əziz tutan xalq”, “20 Yanvar xalqımızın qürur və mübarizə tarixidir”, “20Yanvar faciəsindən 27 il ötür”, “ 20 Yanvar həm hüzün,həm də milli qürur günümüzdür” və “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir”adlı məzumunlu məruzələr səsləndirdi.Hər bir çıxış xalqın azadlıq mübarizəsinə və qəhrəmanlıq yoluna işıq saldı.Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişilə başa çatdı.
Əlavə edilmə tarixi: 19.01.2017 | Baxılma sayı: 1036
Mingəçevir Turizm Kollecində Elektron imtahan qəbuluna start verildi
Mingəçevir Turizm Kollecində 2016/2017-ci tədris ilində Pilot layihəsi formasında elektron imtahan qəbuluna başlanıldı.
Mingəçevir Turizm Kollecində Elektron imtahan qəbuluna start verildi. Kollecdə dövlət imtahanları da daxil olmaqla bütün imtahan sınaqları yazılı test formasında həyata keçirilir. İmtahanların test formasında keçirilməsi tələbələrin biliklərinin yoxlanılması üçün ən mütərəqqi forma hesab edilir. Bu forma tələbələrin biliyinin qiymətləndirilməsi zamanı neqativ hallara yol verilməsinin qarşısını alır. 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasında daha bir yenilik edilib.Artıq pilot formasında 5 qrupda test imtahan qəbulu elektron formada həyata keçirilir. Tələbələr komputerdə imtahan verir və qiymətləndirmə komputer vasitəsi ilə elektron formada insan müdaxiləsi olmadan aparılır. Bu sistemin tətbiqi tələbələr tərəfindən yüksək qiymətləndirilir və imtahanlarda daha sərbəst olmalarına, öz biliklərini daha rahat olaraq nümayiş etdirmələrinə imkan yaradır. Pilot layihənin uğurlu keçməsi nəzərə alınaraq yay imtahan sessiyasında və növbəti semesterlərdə daha çox qrupularda imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur.
Əlavə edilmə tarixi: 19.01.2017 | Baxılma sayı: 715
Xeyirxahlıq ənənəsi
Yaxınlaşmaqda olan Yeni il bayramı ilə bağlı MTK-da xoş, xeyirxah ənənələr davam etməkdədir
Kollecin müəllim və tələbə heyəti hər il bayram ərəfəsində Uşaq Nevroloji Dispanserində müalicə olunan kimsəsiz uşaqlara baş çəkir, onları bayram hədiyyələri ilə sevindirirlər. Bu il bu ənənəyə sadiq qalan MTK kollektivi dekabrın 28-də dispanserdə növbəti xeyriyyə tədbirini həyata keçirdi. Kollecin müəllimləri Ceyhun Dərişov, Novruz Həmidov, Tələbə gənclər təşkilatının fəal üzvləri Aşur, Ülviyyə, Sevinc kimsəsiz uşaqların qonağı oldular. Uşaqlara bayram tortları təqdim olundu, müxtəlif hədiyyələr paylandı. Şaxta baba və Qar qız öz təbrikləri, maraqlı söhbətləri ilə əsl bayram əhval-ruhiyyəsi yaratdılar. Musiqi səsləndirildi. Kollecin nümayəndələri uşaqlarla rəqs etdilər onlara xoş anlar yaşatmağa çalışdılar.Xeyriyyə tədbiri əsl bayram ovqatı şəraitində davam etdi. Uşaqlar üçün uzun müddət unutmayacaqları bayram şənliyinə çevrildi.
Əlavə edilmə tarixi: 31.12.2016 | Baxılma sayı: 729
Bilik yarışının final oyunu
31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbirlər proqramına kollecin tələbə-gənclər təşkilatının təşkil etdiyi qruplararası bilik yarışı da daxil edilmişdir.
Bilik yarışının final oyunu
31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbirlər proqramına kollecin tələbə-gənclər təşkilatının təşkil etdiyi qruplararası bilik yarışı da daxil edilmişdir. Yarışların ilkin mərhələlərindən sonra finala vəsiqə qazanan komandalar müəyyən edildi. Dekabrın 28-də Mingəçevir şəhərinin Gənclər evində bilik yarışlarının final mərhələsi baş tutdu, ilk mərhələnin qalibi olan –MTİ-2 qrupunun “Uğur” , İ-26 qrupunun “ Boşçoxluğu” , TT-43/44 qrupunun
“ Alov” və TT-38 qrupunun “TT-38” komandaları müsabiqəyə qatıldılar. Yarışın münsiflər heyətində tarix müəllimi Eldar Dərişov və tələbə-gənclər təşkilatının sədr müavini Ülviyyə Quliyeva təmsil olunurdular. Üç raunddan ibarət final oyunun hər mərhələsində komandalara 10 sual ünvanlanırdı. İlk raundda “TT-38” , II raundda isə “Uğur” komandaları zəif nəticə göstərərək yarısı tərk etdilər.Üçüncü raundun nəticələrinə əsasən “Alov” komandası sualların əksəriyyətini daha dolğun cavablandırdı. Beləliklə, TT-43/44 qrupunu təmsil edən “Alov” komandası dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş bilik yarışlarının qalibi adını qazandı.
Əlavə edilmə tarixi: 29.12.2016 | Baxılma sayı: 674
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təqvimləri Mingəçevir Turizm Kolleci kollektivi tərəfindən coşqu ilə bayram edildi
Fəaliyyətə başlamasının 10-cu yubiley dönəmini yola salmaq üzrə olduğumuz 2016-cı ildə böyük təntənə ilə qeyd etmiş Mingəçevir Turizm Kolleci River Side hotelində düzənlədiyi bayram şənliyi ilə növbəti dəfə böyük,güclü,mütəşəkkil və daima uğurlar arxasınca yürümək iqtidarında olan kollektiv olduğunu hər kəsə nümayiş etdirdi.
Bayram süfrəsi,yeni ilinin obrazlaşdırılmış rəmzləri,rəngarəng müsiqi çələngi,biri-birindən maraqlı əyləncə və yarışmalar,ən əsası isə tədrisdə və ictimai fəaliyyətdə qazandığı davamlı uğurları ilə şadlanmağı və sevinməyi haqq etmış təcrübəli və perspektivli pedaqoq mütəxəssislər saatlarla davam edən bayram tədbirini hafizələrə unudulmaz cizgilərlə həkk etdi.Bayram təbriki ilə rəhbərlik etdiyi doğma kollektivə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov da şənlikdə diqqət çəkən bu kimi məqamlara və ürəklərə hakim kəsilmiş xoş ovqata işarə edərək kollektivin növbəti illərdə daha böyük nəaliyyətlərə imza atacağına əmin olduğunu bildirdi.Professor elmin,təhsilin,mədəniyyət və turizmin inkişafında təməl rolu olan Heydər Əliyev ənənələrindən söhbət açaraq ulu öndər Heydər Əliyevin əməli fəaliyyətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.Ünlü elm adamı həmçinin yeni tədris ilindən etibarən kollecdə tətbiq olunan yeniliklərdən,perspektivlərdən danışaraq,Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kollektivə göstərilən diqqət və qayğı üçün cənab nazir Əbülfəs Qarayevə öz təşəkkürlərini ünvanladı.Qeyd edək ki, bayran tədbiri ərzində kifayət qədər məzmunlu təbriklər yer aldı.Kollecin direktor müavinləri,şöbə müdirləri,Fənn birliklərinin rəhbərləri və digər məsul şəxsləri çıxış edərək arzularını paylaşdı. Kollec Həmkarlar ittifaqı Komitəsi sədri,iqtisad elmləri namizədi,dosent İbrahim Əyyubov isə yalniz təbrik nitqi ilə kifayətlənmədi.Ənənəsinə sadiq qalaraq o kollektivin hər bir üzvünün bayram sovqatları ilə mükafatlandılacağını elan etdi. Tələbə özfəaliyyət dərnəyi fəallarının tədbirdə sərgilədiyi bayram göstərisi də diqqətə layiq hal kimi dəfələrlə iştirakçıların alqışını qazandı. Beləcə böyük bir kollektiv sevinc dolu çöhrələrin əhatəsində şux mahnı və rəqslərin müşayəti,həmçinin Şaxta baba və Qarqızın nəvazişi ilə ürək dolusu sevinib şadlandı və xalqımızın taleyində xüsusi yeri olan iki əlamətdar bayramı möhtəşəm qeyd etdilər.
Əlavə edilmə tarixi: 28.12.2016 | Baxılma sayı: 683
Həmrəylik gününə həsr olunmuş bədii kompozisiya
Kollecdə 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş rəngarəng tədbirlər davam edir.
Həmrəylik gününə həsr olunmuş bədii kompozisiya
Kollecdə 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş rəngarəng tədbirlər davam edir. Dekabrın 22-də kollecin ideoloji mərkəzində mövzuya həsr olunmuş maraqlı ədəbi bədii kompozisiya keçirildi. Zala tamaşaçı qismində toplanmış müəllimlər və tələbələr gözəl bayram tədbirinin şahidi oldular. Bədii özfəaliyyət qrupunun üzvləri olan tələbələr tədbirə yüksək səviyyədə hazırlaşaraq bir-birindən maraqlı musiqili və bədii nömrələr nümayiş etdirdilər. TT-42 qrupunun tələbəsi Əzizov Vüqarın ifasında “Azərbaycan” mahnısı ardınca Səmədov Lamiyə və Abbasova Aytac duetinin ifasında “Yürü Azərbaycan” adlı oynaq nəğmə səsləndirildi. Qasımov Emil “El yolunda” adlı mahnını ifa etdi. İstedadlı tələbədən biri olan Cəfərli Pərviz isə “Azadlıq marşı” və “Can Azərbaycan” mahnılarını ifa etməklə tədbirə rəng qatdı. Həmçinin tədbirin iştirakçıları tələbələrin ifasında şer parçalarını dinlədilər. Əhmədova Nuray B.Vahabzadənin Azərbaycan şeirini, Əliyeva Ayselisə də “Azərbaycan” adlı şeir parçasını səsləndirdi. Tələbə Ulduzun ifasında M.Arazın “Səninləyəm Azərbaycan” şeiri və Fitatın ifasında A.İldırımın “Azərbaycan oy” şeiri də maraqla qarşılandı. Ədəbi bədii kompozisiya təntənəli bayram əhval ruhiyyəsi şəraitində başa çatdı.
Əlavə edilmə tarixi: 23.12.2016 | Baxılma sayı: 667
Mingəçevir Turizm Kollecində “Dünyanı heyran qoyan tarixi şəxsiyyət” adlı elmi nəzəri konfrans keçirildi
Müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində silsilə anım tədbirləri düzənlənib.
O cümlədən, tələbələrin iştirakı ilə inşa müsabiqəsi və dama,şahmat yarışları təşkil olunub.Hər üç tədbir yüksək vətənpərvərlik ruhunda davam edib və gənclər yaranmış fürsətdən yararlanaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə layiq şəkildəfəallıq nümayiş etdirib.Tədbirlər silsiləsi daha sonra “ Dünyanı heyran qoyan tarixi şəxsiyyət “adlı elmi-nəzəri konfransla davam etdirilib.Xatirə sükutu ilə öz işinə başlayan konfransda ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib.Dahi şəxsiyyətin siyasi fəaliyyətinə dair məzmunlu nitq söyləyən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov ulu öndərin xalqı və dövləti naminə ortaya qoyduğu xidmətlərin Azərbaycan xalqının qəlbindən və hafizəsindən heç zaman silinməyəcəyini bəyan etdi.Ardınca ünlü elm adamı ümummilli liderin xatirəsinə həsr olunmuş şahmat,dama yarışlarının və inşa müsabiqəsinin qaliblərini fəxri diplomlarla mükafatlandırdı.Daha sonra konfransın digər məzmunlu məruzələri dinlənildi. Kollec Həmkarlar İttifaqı Komitəsinin sədri iqtisad elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoqlar Elmira Rəhimova,Gülay İsmayılova,Novruz Həmidov və Gülay İbrahimova müvafiq olaraq “Görkəmli şəxsiyyət, dahi lider”, “ Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarıdır”,”Heydər Əliyev və Azərbaycan təhsili”,”Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı” və “Heydər Əliyev və Azərbaycan gəncliyi“mövzularında geniş məruzələr səsləndirdi.Elmi-nəzəri konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı
Əlavə edilmə tarixi: 12.12.2016 | Baxılma sayı: 908
Mingəçevir Turizm Kollecində ulu öndər H. Əliyevin xatirəsinə həsr olunmuş idman turniri və inşa yazı müsabiqəsi.
Mingəçevir Turizm Kollecində ulu öndər H. Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
Dekabrın 8-də bu münasibətlə “İdman və GÇH” fənn komissiyasının təşəbbüsü ilə tələbələr arasında dama və şahmat yarışı təşkil edilmişdir. Yarışda müxtəlif qrupları təmsil edən 16 nəfər tələbə iştirak edirdi. Dama oyunu üzrə yarışda BT-41 qrupunun tələbəsi Süleymanov Nail bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görüldü. 2-ci yerin sahibi isə yalnız final görüşündə məğlub olan NT-12 qrupunun tələbəsi Salehli Emin olmuşdur.Şahmat üzrə yarışda isə BT-41 qrupunun tələbəsi Qasımov Musa rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanmışdır.Yarışlar kollecin idman müəllimləri Elşad Hüseynov və Muraz Məmmədovun təşkilatçılığı və nəzarəti altında keçirilmişdir.Ümummilli liderin anım gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq, digər tədbirlərin keçiriliməsi də nəzərdə tutulmuşdur.Dekabrın 8-də bu münasibətlə kollecin tələbələri arasında inşa yazı müsabiqəsinə də start verilmişdir.İdman yarışları və inşa yazı müsabiqəsi qaliblərinə 12. 12. 2016 cı il tarixdə kollecdə keçiriləcək Ulu öndər ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-nəzəri konfrans zamanı fəxri fərman və diplomlar təqdim olunacaq.
Əlavə edilmə tarixi: 09.12.2016 | Baxılma sayı: 533
Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.
Kollecdə müntəzəm olaraq keçirilən elmi-nəzəri konfranslarda turizm sferasının ayrı-ayrı istiqamətləri üzrə maraqlı mövzular müzakirəyə çıxarılır.Bu səpkidə növbəti yığınacaq noyabr ayının 29-da baş tutdu.Kollecdə “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi.Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru professor Əyyub Əyyubov turizm fənn müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi.Turizmin ölkə iqtisadiyyatının prespektivli sahəsi olduğunu qeyd etdi.Bu sahədə araşdırılmalı çoxlu aktual mövzunun olduğunu bildirdi və müəllimləri bu maraqlı məsələlərə diqqət göstərməyə çağırdı.Konfransda müəllimlərdən Aynurə Abbasova, Aydın Rəhimov, Elşad Səmədov, İqbal Xuduyev, Bəhruz Kərimov və Vüqar Nağıyev müvafiq olaraq “Bakı-Xaçmaz turizm marşrutu”, “Bakı-Astara turizm marşrutu”, “Bakı-Balakən turizm marşrutu”, “Bakı-Qazax turizm marşrutu”, “Bakı-Abşeron yarımadası-Qobustan turizm marşrutu” və “Bakı-Naxçıvan,Bakı-Şuşa turizm marşrutu” mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.Konfransın yekununda çıxış edən kollecin direktoru professor Əyyub Əyyubov çıxışçı müəllimlərə təşəkkürünü çatdırdı.Digər ixtisas fənlərini tədris edən müəllimləri də bu təşəbbüsə qoşulmağa və elmi konfranslarda fəal iştirak etməyə dəvət etdi.
Əlavə edilmə tarixi: 30.11.2016 | Baxılma sayı: 943
Mingəçevir Turizm Kollecində “Narkomaniya və Alkoqolizmlə mübarizə“mövzusunda tələbələrin elmi konfransı keçirildi
Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri fəal şəkildə dərsdənkənar ictimai tədbirlərə qoşulur, özfəaliyyət qrupunun işində iştirak edir, şəhər miqyasında keçirilən müxtəlif debat və diskussiyalarda işgüzarlıqları ilə seçilirlər. Kollec rəhbərliyi yeni bir təşəbbüs irəli sürmüş, tələbələrin yaradıcı potensialından daha dolğun istifadə etmək üçün onların iştirakı ilə elmi-nəzəri konfransların təşkil olunması ilə bağlı qərar qebul edilmişdir.
İlk konfrans “Ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunmuşdur.Tələbələrin iştirakı ilə növbəti konfrans noyabrın 23-də keçirildi. Kollecin H. Əliyev ideoloji kabinetində baş tutan tədbir “Narkomaniya və alkoqolizmlə mübarizə” məsələsinə həsr olunmuşdur. Böyük marağa səbəb olan konfransa şəhərin digər tədris müəssisələrindən fəal tələbələrdə dəvət olunmuşdur.Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tələbələrin elmi yaradıcılığa meylini yüksək qiymətləndirdiyini vurğuladı. Qeyd etdi ki, elmi-yaradıcı axtarışlar tələbələrə ixtisasını daha dərin öyrənmək, biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək işində yardımçı ola bilər.Əyyub müəllim konfransların mövzu dairəsini genişləndirməyi, turizm və otelçilik işlərinin ayrı-ayrı maraqlı və aktual məsələlərinə həsr olunmuş elmi-nəzəri konfranslar təşkil etməyi tövsiyə etdi.Konfransda şəhər Tibb Kollecinin tələbəsi Qaraməmmədli Ayşə “Zərərli vərdişlər”, Mingəçevir Dövlət Universitetin tələbəsi Cabbarlı Pəricahan “Qazanılmış immunitet çatışmamazlığı sindromu xəstəliyinin yoluxma mənbələri”, MTİS-2 qrupunun tələbəsi Daşdəmirova Sevinc “Toksikomoniya xəstəliyi” MTİS-2 qrupunun tələbəsi Aşur Həşimov “Ağ ölüm” və MTİS-2 qrupunun tələbəsi Qarayeva Nazilə “Narkomaniya ilə mübarizə” mövzularında məruzələrlə çıxış etdilər.Konfransda yekun sözü ilə çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov çıxışçı tələbələrə maraqlı məruzələrin görə təşəkkür etdi, belə təşəbbüsləri davam etdirməyi və tələbələrin daha geniş kütləsini bu prosesə cəlb etməyi tövsiyə etdi.
Əlavə edilmə tarixi: 24.11.2016 | Baxılma sayı: 985
Mingəçevir Turizm Kollecində Milli dirçəliş günü qeyd edildi
Azərbaycan xalqının müstəqilliyə qovuşması və müasir dövlətimizin qurulması asan başa gəlməmiş, gərgin mübarizələr nəticəsində mümkün olmuşdur. Milli azadlıq hərakatımızın ilk mərhələsi 1988-ci ilin 17 noyabr günü başlamış və tarixə Dirçəliş hərəkatı adı ilə daxil olmuşdur. Tariximizin digər əlamətdar günləri kimi 17 noyabr Milli Dirçəliş Günü də Mingəçevir Turizm Kollecinin kollektivi tərəfindən xüsusi sayğı və ehtiramla qeyd olunur.
. Hələ bir müddət əvvəl Milli Dirçəliş Gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq rəngarəng müsabiqələrə və silsilə toplantılara start verilmişdir. Kollecin tələbələri fəal şəkildə bu tarixi günə həsr olunmuş inşa yazılar və şeir müsabiqələrinə qoşulmuşdular. İstedadlı tələbələrin əl işləri və qrupların hazırladıqları divar qəzetləri stendlərdə nümayiş olunurdu. Müxtəlif qrupları təmsil edən tələbələr arasında diskussiyalar və futbol yarışı təşkil edilmişdir.Noyabrın 17- də isə silsilə tədbirlərin yekunu olaraq kollecin H. Əliyev ideoloji kabinetində” Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda elmi- nəzəri konfrans keçirildi. Tədbiri açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanının müstəqillik yolunda keşməkeşli mübarizə tarixi haqqında məlumat verdi. Azərbaycanda bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirildiyini və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını bildirdi. Həmçinin 17 noyabr Milli Dirçəliş Gününün həm də ümumilli birliyimizin rəmzi kimi yaddaşlarımızda xüsusi yer tutduğunu qeyd etdi. Konfransda kollecin müəllimləri Xəyalə Abbasova, İbrahim Əyyubov, Aygün Əzizova, Əşrəf Əsgərov, Elmira Rəhimova və Nurlana Mustafayeva “Azərbaycanda milli azadlıq hərəkatı”, “17 noyabr milli dirçəliş və milli oyanış günümüzdür”, “17 Noyabr Milli Dirçəliş Günü- xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir”, “İmperiya buxovundan qurtaran müstəqil Azərbaycan uğurlu inkişaf yolundadır”,“17 Noyabr bizim milli oyanıqlığımızın ilk təzahürüdür” və “Həqiqi liderlə xalqın birliyi “ mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.Toplantının bədii hissəsində isə öz fəaliyyət qrupu üzvlərinin ifasında maraqlı ədəbi bədii kompozisiya iştirakçılara təqdim olundu.
Əlavə edilmə tarixi: 17.11.2016 | Baxılma sayı: 673
Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib
İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.
Öncə bayram tədbiri iştirakçıları Konstitusiya Gününə həsr olunmuş əl işləri və rəsm sərgisinə baxış keçirdi. Eyni zamanda xüsusi monitor vasitəsilə Milli Konstitusiya tarixinə dair video çarx nümayiş olundu və bundan sonra elmi-nəzəri konfrans öz işinə başladı.Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müstəqil Azərbaycan Respublikasının indiki qüdrətli günlərə yetişməsində vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş Azərbaycan Respublikası Konstitusiyasının böyük rolu olduğunu bildirdi.“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” adlı məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi, pedoqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev bu kimi önəmli tədbirlərin təşkilində daima fəallıq nümayiş etdirən kollec kollektivinə şəhər rəhbərliyi adından təşəkkür etdi.Bundan sonra kollec Həmkarlar İttifaqı Komitəsi sədri, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedoqoqlar Sevda Kərimova, Jalə Məmmədova və Nərgiz Əliyeva müvafiq olaraq “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın rolu”, “Referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir” və “ Azərbaycan Respublikasının inkişafında Konstitusiyanın həlledici mahiyyəti” mövzularında məzmunlu məruzələr səsləndirdi.Tədbir həm də mükafatlandırma anları ilə əlamətdar oldu. Belə ki, Milli Konstitusiya Günü münasibətilə həyata keçirilmiş inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olundu.Konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 14.11.2016 | Baxılma sayı: 574
Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı Günü münasibətilə elmi-nəzəri konfrans keçirildi
Mingəçevir Turizm Kollecində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş açıq dərslər,intellektual bilik yarışması,inşa , rəsm müsabiqələri
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi yüksəliş mərhələsindən danışaraq onun hər bir Azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirdi.Onu da əlavə etdi ki, üç rəngli Dövlət Bayrağını ötən əsrin sonlarında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində yenidən rəsmi statusla dalğalandırmağa nail olmuş ümummilli lider Heydər Əliyev doğma xalqı qarşısında ən möhtəşəm xidmətlərindən birini gerçəkləşdirib.Daha sonra pedaqoqlar Tünzalə Nuriyeva,İradə Cəfərova,Məleykə Vəliməmmədova və İlhamə Mustafayeva müvafiq olaraq“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür”, “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Dövlətimizin üç rəngli bayrağı azadlıq rəmzimizdir”və “Bayrağımız milli qürurumuzdur” mövzularında məzmunlu məruzələrlə çxış etdi.Səslənən fikirlərdə hazırda dövlət səviyyəsində milli bayrağımıza göstərilən yüksək diqqət və böyük ehtiram barədə ətraflı söhbət açıldı.Elmi-nəzəri konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 09.11.2016 | Baxılma sayı: 685
Mingəçevir Turizm Kollecində dövlət bayramlarına həsr olunmuş futbol yarışı
MTK-da Dövlət Bayrağı günü, Konstitusiya Günü və Milli Dirçəliş günü rəngarəng tədbirlərlə qeyd olunur.
Mingəçevir Turizm Kollecində
dövlət bayramlarına həsr olunmuş futbol yarışı
MTK-da Dövlət Bayrağı günü, Konstitusiya Günü və Milli Dirçəliş günü rəngarəng tədbirlərlə qeyd olunur. Nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 25 oktyabr-04 noyabr aralığında kollecdə qruplararası mini-futbol turniri keçirildi. “İdman və GÇQH” fənn komissiyasının təşəbbüsü ilə keçirilən yarışda tələbələrdən təşkil olunmuş 8 komanda iştirak edirdi. Oktyabrın 25-də ilk mərhələ çərçivəsində 2 oyun baş tutdu. Oktyabrın 27-də keçirilən daha 2 oyunla ilkin mərhələ başa çatdı. Yarımfinal oyunları 31 oktyabr- 2 noyabr aralığında keçirildi. Bu oyunlar nəticəsində BT-41 və BT- 40 qruplarının komandaları final oyununa vəsiqə qazandılar. Noyabrın 4-də keçirilən final oyununda BT-41 qrupunun komandası daha yaxşı mübarizə apararaq 3-1 hesabı ilə qələbə qazandı. Qalib komandanın üzvlərinə bayram münasibəti ilə 12. 11. 2016 –cı il tarixində təşkil olunacaq təntənəli tədbirdə kuboklar və fəxri fərmanlar təqdim olunacaq.
Əlavə edilmə tarixi: 04.11.2016 | Baxılma sayı: 678
Mingəçevir Turizm Kollecində əlamətdar günlər münasibəti ilə rəsm və inşa yazı müsabiqəsinə start verildi.
Mingəçevir Turizm Kollecində 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü və 17 Noyabr- Milli Dirçəliş gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq, ciddi hazırlıq işləri həyata keçirilir. 03.11.2016-cı il tarixdən Mingəçevir Turizm Kollecində bu əlamətdar günlərlə əlaqədar olaraq rəsm və inşa yazı müsabiqəsinə start verilib. Nəticələr əsasnaməyə uyğun olaraq xüsusi komissiya tərəfindən yoxlanılacaq. MüsabiqənəticəsindəI, II və III yeri tutan qaliblər fəxri fərmanlarla təltif olunaraq, müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlavə edilmə tarixi: 03.11.2016 | Baxılma sayı: 574
Dayan! Dünya Bizim Evimizdir!
01 noyabr 2016 – cı il tarixdə Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirildi.
Dayan! Dünya Bizim Evimizdir! 01 noyabr 2016 – cı il tarixdə Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirildi.Konfransı kollecin direktoru cənab prof. Ə. A. Əyyubov açdı. O, öz çıxışında bu cür elmi-nəzəri konfransların təşkil olunmasının əhəmiyyətindən danışdı, tələbə- gənclərin elmi bilikləri ilə yanaşı, dünyagörüşlərinin də inkişaf etməsində böyük rolu olduğunu vurğuladı. Xüsusilə də bu cür qlobal-həyati məzmun daşıyan, bütün dünya gündəmini zəbt edən məsələlərin müzakirəsinə gələcəkdə də diqqət yetirilməsinin vacib olduğunu qeyd etdi. Daha sonra kollecin MTİ-2 qrupunun tələbələri Həşimov Aşur “Azərbaycanda Ekologiya ilə bağlı görülən işlər və layihələr” , Daşdəmirova Sevinc “Azərbaycanda ekoloji problemlər”, Ələkbərova Yeganə “Neftin və enerjinin müsbət və mənfi cəhətləri”,Məmmədova Kəmalə “Azərbaycanda olan gözəl güşələrin ekalogiyaların qorunması” TMT28 qrupunun tələbəsi, Quliyeva Ülviyyə “ Qırmızı kitaba düşmüş bitkilər və heyvanlar” mövzularında MTİ-2 qrupunun tələbəsi , MTİ-1 qrupunun tələbəsi Cabbarov Sadiq isə “Şəhərlərdə ətraf mühitin gigiyenası” mövzusunda məruzə ilə çıxış etdilər. Çıxışlarının daha maraqlı olması üçün slaytlardan istifadə etdilməsi, mövzunun dinləyicələrə daha aydın çatdırılmasında faydalı oldu.Sonda kollecin direktoru i.e.d professor Ə.A.Əyyubov konfransın işinə yekun vuraraq bildirdi ki, elmi-nəzəri konfrans, konfransda müzakirə olunan məsələlər, çıxışlar MTK-nın internet səhifəsində işıqlandırılacaqdır. Direktor onu da əlavə etdi ki, bütün bu məruzələr tələbə-elmi cəmiyyətinin katibliyində toplanacaq və kollecin nəşr etdiyi “Turizm və təhsil” jurnalının növbəti nömrəsində dərc olunacaqdır.
Əlavə edilmə tarixi: 01.11.2016 | Baxılma sayı: 662
“Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdikdən sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər
“Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdikdən sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.22-23 oktyabr 2016-cı il tarixlərdə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Urbanizasiya və Sənayeləşmə Şəraitində Biomüxtəlifliyin Qorunması” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransın birinci günündə plenar iclası ecazkar gözəlliyi ilə dünyanın nadir incilərindən olan Göygöl milli parkında təşkil olunmuşdu. Göygöl Milli parkının seçilməsi təsadüfi deyildi, çünki konfrans həmçinin Göygölün yaranmasının 877- ci il dönümünə həsr olunmuşdu. Beynəlxalq konfransda çoxlu sayda yerli və xarici qonaqlar iştirak edirdi. Plenar iclası Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Sülleymanov açdı. Sonra yerli və xarici universitetlərin alimləri, həmçinin müvafiq nazirliklərin nümayəndələri çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildirərək konfransın işinə uğurlar arzuladılar. Konfransda iştirak edən Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini təmsil edirdi.Professor Əyyub Əyyubov Konfransın plenar iclasında ilk olaraq təmsil etdiyi AzərbaycanRespublikası Mədəniyyət və Turizm Nazirliyinin təbrikini çatdıraraq konfransın işinə uğurlar arzuladıqdan sonra “Biomüxtəlifliyin, təbii gözəlliklərin mühafizəsi ölkə turizmi üçün də çox faydalıdır” mövzusunda məruzə ilə çıxış etdi. Professor Ə. A. Əyyubov məruzəsində biomüxtəlifliyin qorunmasının əhəmiyyətlərindən danışaraq Ümummilli lider, ulu öndər Heydər Əliyevin bu sahədədə böyük xidmətlərindən danışaraq, bu gün də prezident cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyindən bəhs etdi.Plenar iclasdan sonra qonaqlar Goygöl və Hacıkəndlə tanış olmuş, həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.
Əlavə edilmə tarixi: 26.10.2016 | Baxılma sayı: 796
Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi
Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi22-23 oktyabr 2016-cı il tarixlərdə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Urbanizasiya və Sənayeləşmə Şəraitində Biomüxtəlifliyin Qorunması” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransın birinci günündə plenar iclası ecazkar gözəlliyi ilə dünyanın nadir incilərindən olan Göygöl milli parkında təşkil olunmuşdu. Göygöl Milli parkının seçilməsi təsadüfi deyildi, çünki konfrans həmçinin Göygölün yaranmasının 877- ci il dönümünə həsr olunmuşdu. Beynəlxalq konfransda çoxlu sayda yerli və xarici qonaqlar iştirak edirdi. Plenar iclası Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Sülleymanov açdı. Sonra yerli və xarici universitetlərin alimləri, həmçinin müvafiq nazirliklərin nümayəndələri çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildirərək konfransın işinə uğurlar arzuladılar. Konfransda iştirak edən Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini təmsil edirdi.Professor Əyyub Əyyubov Konfransın plenar iclasında ilk olaraq təmsil etdiyi AzərbaycanRespublikası Mədəniyyət və Turizm Nazirliyinin təbrikini çatdıraraq konfransın işinə uğurlar arzuladıqdan sonra “Biomüxtəlifliyin, təbii gözəlliklərin mühafizəsi ölkə turizmi üçün də çox faydalıdır” mövzusunda məruzə ilə çıxış etdi. Professor Ə. A. Əyyubov məruzəsində biomüxtəlifliyin qorunmasının əhəmiyyətlərindən danışaraq Ümummilli lider, ulu öndər Heydər Əliyevin bu sahədədə böyük xidmətlərindən danışaraq, bu gün də prezident cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyindən bəhs etdi.Həyata keçirilən sosioal-iqtisadi inkişaf və digər dövlət proqramlarının həyata keçirilməsi nəticəsində şəhər və qəsəbələrin, rayon və bölgələrin də abadlaşaraq gözəlləşdiyini, yerli xə xarici turistlərin zövqünü oxşadığını bildirdi. Eyni zamanda professor Ə. A. Əyyubovekologiyamızın qorunması, təbiət zənginliklərimizin mühafizəsində çoxaldımasındakı xidmətlərə görə Heydar Əliyev fonduna və Leyla Əliyevaya təşəkkürünü bildirmişdir.
Əlavə edilmə tarixi: 26.10.2016 | Baxılma sayı: 840
Azərbaycanının dövlət müstəqilliyinin 25-ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edildi
Dövlət başçısı prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə imzaladığı Sərəncama müvafiq olaraq
Bayram münasibəti ilə təşkil olunanintelektual bilik yarışması Azərbaycan xalqının əsrlərin dərinliklərindən qaynaqlanan şərəfli azadlıq mübarizəsi barədə tələbə -gənclərin indiyədək əldə etmiş olduqları bilgiləri ortaya çıxarmağa imkan verib.Əsasən “Turist,sanatoriya, kurort komplekslərində tibbi xidmətin təşkili”, “Reklam işi” və “Bələdçilik işi” ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə gerçəkləşən yarış birincilərin” Xəmsə” komandasının üstünlüyü ilə yekunlaşıb.Mingəçevir Regional Debat Mərkəzinin Mingəçevir Turizm Kollecinin Debat Qrupu ilə birgə “Karl Popper” formatında təşkil etdyi debat təlimləri də məzmunlu tədbir olaraq iştirakçıların hafizəsində xoş təəsüratlarla iz salıb.Hər zaman yetənəkli tələbələri ilə çoxsaylı uğurlara imza atan kollec kollektivi “Müstəqilliyimiz əbədidir” adlı sərginin təşkilinə təşəbbüs göstərməklə istedadlı gənclərə dəyərli əl işlərini,bacarığını və vətənpərvəlik duyğularını nümayiş etdirmək üçün növbəti dəfə əlverişli şans yaradıb.Sərgi hələ bir müddət izləyicilərin ixtiyarında olacaq.Bununla yanaşı müstəqillik tarixi ilə bağlı gənclər başqa bir formada yaradıcı potensialını sınağa çəkmək şansı əldə edib.Belə ki,tələbələr arasında “Müstəqilliyimiz əbədidir” adlı inşa müsabiqəsi keçirilib.Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü təntənələri Turizm Kollecində tələbə idmançıların iştirakı ilə davam etdirilib.12 ixtisas üzrə təşkil olunmuş komandaların iştirakı ilə şərəfli tarixi təqvim münasibətilə futbol üzrə xatirə turniri təşkil olunub.“Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin zəkasının məhsuludur “ adlı elmi-nəzəri konfaransla tədbirlər silsiləsini başa vuran kollektiv xalqımızın və dövlətimizin qürurverici tarixinə dərin sevgi və ehtiramını nümayiş etdirməyə nail olub.Konfransı Dövlət himninin canl ifası ilə başlamağı təklif edən Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov bu davranışın azadlıq naminə indiyədək fədakalıq nümayiş etdirmiş görkəmli şəxsiyyətlərin və qəhrəman azərbaycan övladlarının xatirəsinə ən dəyərli hörmət nümunəsi olduğunu qeyd etdi.Ardınca çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının şərəfli azadlıq tarixinə ziyalı baxışları ilə işıq saldı.“Mücadilə yolu, çətinliklər,həbslər,sürgünlər,qətliamlar xalqımızın iradəsini daha da möhkəmləndirdi.Məhz möhkəm iradə və inadımız sayəsində itirilmiş dövlətçiliyimizi yenidən bərpa edə bildik”- dedi.Professor müasir Azərbaycanın dünyanın siyasi arenasında günü-gündən möhkəmlənən mövqelərinə istinadən –qazandığımız uğular müasir dövlətçiliyimizin banısı ümummilli lider Heydər Əliyevin dərin zəkasının,qətiyyətinin və uzaqgörən siyasətinin nəticəsidir-söylədi.Əlavə etdi ki,dahi şəxsiyyətin təməlini qoymuş olduğu möhtəşəm layihələr bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və böyük naliyyətlər qazanılır.Daha sonra konfransda digər məzmunlu çıxışlara yer ayrıldı.Pedaqoqlar Elnarə İsmayılova,Ceyhun Abdullayev,Eldar Dərişov və Xatirə Rzayeva müvafiq olaraq” Ən böyük naliyyətimiz əbədi müstəqilliyimizdir”,”Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir”,”Heydər Əliyev Azərbaycan dövlətinin banisidir”,”İlham Əliyevin yeritdiyi siyasət müasir Azərbaycan dövlətinin qarantıdır” mövzularında məruzələr səsləndirdi.Bundan sonra professor Əyyub Əyyubov dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə kollecdə keçirilmiş bilik yarımasi,inşa müsabiqəsi və futbol üzrə xatirə turtnirinin qalibi olmuş komanda və tələbələrə fəxri diplomlar təqdim etdi.Elmi –nəzəri konfrans ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.Pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr iştirakçilara vətənpərvər duyğular yaşatdı.
Əlavə edilmə tarixi: 18.10.2016 | Baxılma sayı: 454
Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov müzakirə olunacaq mövzunun aktuallığına diqqət çəkərək bu kimi marifləndirmə tədbirlərinə cəmiyyətdə ciddi zərurət duyulduğunu qeyd etdi. O hazırda dünyanın əksər bölgələrində hökm sürən böhran,xaos,terror və digər hərbi münaqişələrə rəğmən Azərbaycanda illərdir ki,hökm sürən dayanıqlı sabitlik və firəvanlığın xalqımız üçün mənəvi və hüquqi nemət olduğunu bildirdi.Bu səbəbdən də hər kəsi ayıq –sayıq davranaraq mövcud dəyərlərimizi ənənələrimizə zidd olan yabançı təsirlərdən daha da etibarlı şəkildə qorumağa dəvət etdi.Ünlü elm adamı əlavə olaraq onu da bildirdi ki, bu gün Azərbaycanın tolerant ənənələri və multikultural dəyərləri dünyanınqibtə ilə yanaşdığı bir örnək kim qəbul edilir.Ulu öndər Heydər Əliyevin vaxtilə atmış olduğu təməllər üzərində artıq Azərbaycan söz,din və vicdan azadlığı sayəsində uğurların zirvəsinə yetişib.Zirvələrdə mövqelərimizi sonadək qorumaq vəzifəsi isə təbii ki,millət olaraq bizə düşən məsuliyyətdir-dedi.Daha sonra tədbirin digər rəsmi iştirakçıları –Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbə müdirinin müavini,dini qurumlarla işin təşkilatçısı, pedaqoqika üzrə fəlsəfə doktoru Sahib Əliyev,Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin Yevlax Regional Nümayəndəliyinin sədri Natiq Əfəndiyev,Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməliyyat müfəttişi Camal İsayev və Heydər Məscidinin axundunun müavini Bəhruz Əhmədov çıxış edərək bir sıra vacib məqamlara ətraflı aydınlıq gətirdi.Onlar tərəfindən “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu”,”Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili “, “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” və “Gənclərin tərbiyəsində dinin rolu” mövzularında məruzələr səsləndirildi.Çıxışlarda dini radikalizm,fanatizm və ekstremizm terminlərinin mahiyyəti,həmin mənfi meyllərə,ekstremizm və terrorçuluqla mübarizəni şərtləndirən milli və beynəlxalq hüquqi baza,həmçinin digər aidiyyati məsələlər barədə ətraflı söhbət açıldı.Ölkəmizin tolerantlıq və multikultural ənənələrinin perspektivləri barədə fikirlər paylaşıldı.Qeyd olundu ki.hazırda dünyanın 13 dövlətində və Azərbaycanın 28 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizminin əsasları fənn olaraq tədris olunur.Tədbirə yekun vuran professor Əyyub Əyyubov müzakirələrin faydalı olduğunu və nəticəsiz qalmayacağına əminlik vurğuladı.Gənclərə xitabən –dini fanatizmə,radikalizmə və ekstremizmə qarşı mübarizənin ən effektli yolu savad və dünyagörüşünüzün zənginliyindən keçir. Tariximiz,dinimizin incəlikləri və digər mədəni üstünlüklərimizlə bağlı bilgiləriniz nə qədər çox olsa bir o qədər bədxahlar önündə yenilməz olacaqsınız- dedi.
Əlavə edilmə tarixi: 18.10.2016 | Baxılma sayı: 387
Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün həsr edilmiş tədbirlər planına uyğun olaraq
Mingəçevir Turizm Kollecində mini-futbol turnirinə start verildi
Dövlət Müstəqiliyimizin 25-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq
Mingəçevir Turizm Kollecində mini-futbol turnirinə start verildi
Mingəçevir Turizm Kollecində Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş qrupların mini-futbol turnirinə start verilmişdir. Turnirin 14.10.2016-cı il tarixindən 20.10.2016-cı il tarixləri aralığında keçirilməsi tədbirlər planı üzrə nəzərdə tutulmuşdur. Turnirin ilk oyunu 14.10.2016-cı il tarixdə baş tutdu. Kollecin “İdaman və GÇQH” fənn komissiyasının təşkilatçılığı ilə baş tutan yarışda müxtəlif qrupları təmsil edən 12 komanda 3 yarımqrupda mübarizə aparacaq. I və II yerlər üçün bütün komandalar yarımfinal və final oyunlarında mübarizə aparacaqlar. Turnirin bütün oyunları oktaybrın 20-də başa catacaq. Qaliblər MTK- nın təsis etdiyi kubok, diplom, medal və idman geyimləri ilə təltif olunacaqlar.
Əlavə edilmə tarixi: 14.10.2016 | Baxılma sayı: 588
Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq,
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi
Mingəçevir Turuzim Kollecində bilik yarışının ilk oyunu keçirildi Dövlət Müstəqiliyimizin 25-ci ildönümünün qeyd olunmasına həsr edilmiş tədbirlər planına uyğun olaraq, bu günə qədər bir çox silsilə tədbirlər keçirilmişdir.13 oktyabır 2016-cı il tarixdə keçirilən intellektual yarışın ilk oyuna da məhz müstəqiliyimizin 25 iliyinə həsr edilmişdir.İntellektual yarışda “Turis, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili” ,” Reklam İşi” və “ Bələçilik İşi” İxtisasları üzrə ən bacarıqlı tələbələrdən ibarət komandalar iştirak etmişdilər. İntellektual yarışa tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva rəhbərlik edirdi.Maraqlı keçən intellektual yarışın qalibi “Bələkçilik İşi” ixtisası üzrə “Xəmsə” komandası oldu. “Xəmsə” komandası finala vəsiqə qazandı.
Əlavə edilmə tarixi: 14.10.2016 | Baxılma sayı: 500
Mingəçevir Regional Debat Mərkəzi Mingəçevir Turizim Kollecində “Debat Təlimi” keçdi.
Mingəçevir Regional Debat Mərkəzi Mingəçevir Turizim Kollecində “Debat Təlimi” keçdi. Bu gün Mingəçevir Regional Debat Mərkəzinin və Mingəçevir Turizim Kolleci Debat Klubunun birgə təşilatçılığı ilə Mingəçevir Turizim Kollecidə “Karl Popper” formatında “Debat Təlimi” keçilirildi.Tədbiri giriş nitqi ilə açan Təlimçi-Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə hər kəsi salamladı və yaradılan şəraitə görə Mingəçevir Turizim Kollecinin rəhbərliyinə təşəkkürünü bildirdi.Distusiya formatında təşkil olunan Təlim çox maraqlı və müzakirəli keçdi.Təlimin sonunda tələbələrin sualları cavablandırıldı. Qeyd edək ki,Təlim “Mingəçevir Gənclərin Regional Debat Forumu Payız Kuboku 2016″a hazırlıq xaraktəri daşıyır.
Əlavə edilmə tarixi: 13.10.2016 | Baxılma sayı: 531
Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq, sərgi və inşa yazı müsabiqəsinə start verildi
18 Oktyabr- Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir. 01.10.2016-cı il tarixdən Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz əbədidir” mövzusunda sərgi və inşa yazı müsabiqəsinə start verilib. İnşalar əsasnaməyə uyğun olaraq xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin nəticələri ilə bağlı tədbir keçiriləcək və I, II və III yerin qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır.
Əlavə edilmə tarixi: 12.10.2016 | Baxılma sayı: 663
18 Oktyabr- Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.
18 Oktyabr- Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.
18 Oktyabr- Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir. 01.10.2016-cı il tarixdən Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz əbədidir” mövzusunda sərgi və inşa yazı müsabiqəsinə start verilib. İnşalar əsasnaməyə uyğun olaraq xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin nəticələri ilə bağlı tədbir keçiriləcək və I, II və III yerin qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır.
Əlavə edilmə tarixi: 12.10.2016 | Baxılma sayı: 530
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir. 08.10.2016-cı il tarixdə Mingəçevir Turizm Kollecinin əhatə etdiyi ərazilərdə abadlıq və təmizlik işlərinin aparılması məqsədilə iməclik keçirilmişdir. İməclikdə kollecin MUİ-12, NT-16 qrup tələbələri, qrup rəhbərləri və fənn müəllimləri fəal iştirak etdilər. Ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması məqsədilə tələbə və müəllimlər tərəfindən kollecin həyətyani ərazisində məişət tullantıları təmizlənib, alaq otları götürülüb, mövcud yaşıllıqlar sulanıb, əlavə olaraq ağac, gül kolları əkilmişdir. Belə iməcliklərin növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edilmə tarixi: 10.10.2016 | Baxılma sayı: 474
Mingəçevir Turizm Kollecində 5 oktyabr müəllimlərin peşə bayramı qeyd olundu
Turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığı missiyasını həyata keçiriən Mingəçevir Turizm Kollecində 5 oktyabr Azərbaycan Müəllimləri Günü xüsusi tədbirlə bayram edildi.
Təbrik nitqi ilə rəhbərlik etdiyi kollektivə üz tutan kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təhsil ocağının fəaliyyət göstərdiyi on il ərzində ortaya qoyduqları zəhmət və əzmkarlıqdan dolayı hər kəsə təşəkkürlərini çatdırdı. Müəllim peşəsinin şərəflı və çətin tərəflərindən danışan ünlü elm adamı cəmiyyətin sabahı sizlərin məsuliyyətinə bağlıdır dedi. Əyyub Əyyubov Turizm Kollecinin on illik fəaliyyət dönəminə nəzər salaraq, vaxtilə turizm ixtisaslarını tədris etmək iqtidarında olan pedaqoji potensial ölkəmizdə yox dərəcəsində idi. Məhz sizlərin gecəli-gndüzlü çalışmaları sayəsində ixtisaslaşmış pedaqoq heyəti formalaşdı və bu gün peşəkarlığınız sayəsində kollecimizdə ən müasir tədris-təlim metodları tətbiq olunmaqdadır –söylədi. Nəticələr qürurvericidir. Yetişdirdiyimiz 5 mindən artıq gənc bacarıqlı mütəxəssis hazırda turizm sənayesinin və mədəniyyət sektorunun müxtəlif sahələrində uğurla çalışıb həmin sahələrin inkişafına töhfə verir. Əldə olunan başarıların dövlət qayğısı olmadan mümkünsüz ola biləcəyini vurğulayan professor prezident cənab İlham Əliyev başda olmaqla bütün aidiyyatı qurumlara və onların təmsilçilərinin ünvanına münnətdarlıq ifadə etdi. Onu da bildirdi ki, cənab prezidentin Sərəncamı ilə artıq turizm günü də təsis olunub. Bu o deməkdir ki, kollektivimizin üzvləri bundan sonra hər il iki dəfə peşə bayramını qeyd edəcək. Həm pedaqoji, həm də turizm sahəsi işçiləri olaraq. Bundan sonra kollektivin digər qabaqcıl təmsilçiləri- həmkarlar tşkilatının sədri İbrahim Əyyubov, direktor müavinləri Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, Aynurə Abbasova, məsul işçilərdən Əşrəf Əsgərov, Ceyhun Abdullayev, Kifayət Əliyeva, Xanım Məmmədova, Sevda Kərimova və başqaları çıxış edərək bayram təbriklərini və düşüncələrini paylaşdı. Ardınca pedaqoji fəaliyyətdə fərqlənən bir qrup fəal müəllimə kollec rəhbərliyi tərəfindən təşəkkür elan olunaraq fəxri diplomlar təqdim olundu. Bayram tədbiri tələbə özfəaliyyət dərnəyi istedadları tərəfindən hazırlanmış ədəbi –bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.
Əlavə edilmə tarixi: 06.10.2016 | Baxılma sayı: 595
Ekskursiya və səyahətlər Şöbəsi öz fəaliyyətini davam etdirmədədir
2016-2017 tədris ilində də MTK-nın “Ekskursiya və səyahətlər” Şöbəsi öz fəaliyyətini davam etdirmədədir.
2016-2017 tədris ilində də MTK-nın “Ekskursiya və səyahətlər” Şöbəsi öz fəaliyyətini davam etdirmədədir. İlk ekskursiyamız kollecin 01.10.2016 tarixində turizm müəllimləri İdrisova Nazan, Kərimov Bəhruz, Xudiyev İqbalın iştirakı ilə TT, TMT və MTİ qrup tələbələrindən təşkil olunmuş 17 nəfərlik ekskursiya heyəti yüksək dağlıq ərazidə yerləşən Azərbaycanın İsmayılı rayonunun Lahic kəndinə təşkil olundu. Bu günə qədər onlarla emalatxanalarda dədə-baba sənətinin davam edirən ustalar ekskursiyantların gözü qarşısında məişətdə istifadə edilən əşyalar hazırladı. Mərkəzi küçənin altında 1 m dərinliyində 2 km uzunluğu olan üçsəviyyəli kollektor çəkilib. Ekskursantların böyük marağına səbəb olan kollektorun aşağı hissəsində çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Kollektorun haradan başlayıb harada bitdiyi, hansı prinsiplə işlədiyi məlum deyil. Bu gün Lahıc dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunur. Məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanmışdır.Ekskursiya zamanı xatirə şəkilləri çəkdirildi. Qədim tarixə malik olan Lahıc kəndini canlı görmək, onun özünəməxsus özəlikləri ilə tanış olan tələbələrin xoş təəssüratları uzun müddət yaddaşlarında qalacaq.
Əlavə edilmə tarixi: 03.10.2016 | Baxılma sayı: 715
Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi.
Bügün Avropa İftifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villems başda olmaqla Azərbaycan Ofisinin geniş tərkibli nümayəndə heyəti Mingəçevir Turizm Kollecinin qonagı oldu.
Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov numayəndə heyətinə isdedadlı tələbələrinin iştirakı ilə vaxtaşırı təşkil olunan mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verdi.
Daha sonra qonaqlar ayrı-ayrı auditoriyalarla , informatika kabinetləri, linqafon otağı,elektron imtahan qəbulu otaqları, loboratoriyalar və fənn birliyi komissiyalarının fəaliyyət şəraiti ilə tanış olub, tədris prosesində iştirak etdilər. Tələbələrin təhsil prossesi və gələcək karyeraları ilə bağlı fikirləri öyrənildi.Gənclər Turizm Kollecində təhsil almağın onlara qürurverici duyğular yaşatdığını və perspektivlər vədd etdiyini qonaqların diqqətinə çatdırdı. Turizm Kollecinin direktoru professor Əyyub Əyyubovda öz növbəsində zaman- zaman təhsil müəssisəsinin mövcud durumu və gələcək lahiyələri barədə Avropalı qonaqlara əhatəli məlumatlar verdi.
Ardınca müəssisənin Heydər Əliyev idealoji kabinetində xüsusi slaydlar vasitəsilə Turizm Kollecinin yaranma tarixi, ixtisasları, maddi texnikası bazası, tədris prosesi, məzunları və beynəlxalq əlaqələri barədə nümayəndə heyətinə dolğun informasiyalar çatdırıldı.
Professor Əyyub Əyyubov əlavə olaraq yeni tədris ilindən etibarən fəaliyyət göstərən Mehmanxana-turist və sanatoriya-kurort komplekslərində iaşə və servis
Ixtisası haqqında danışdı və keçirilməsi nəzərdə tutulan yay elektron imtahan sessiyası barədə məlumat verərək adı çəkilən yeniliklərin önəmli hadisələr olduğunun bildirdi. Eyni zamanda tələbələrin tədris dönəmində nəzəri dərslərlə yanaşı təcrübi dərslərin də nüfuzlu otel, kurort- sanatoriya komplekslərində təşkil olunduğunu diqqətə çatdırdı. Avropa İttifaqı nümayəındə heyyətinin rəhbəri Yeron Villlems də fikirlərini paylaşaraq gördüklərindən və duyduqlarından məmnun qaldıqlarını ifadə etdi. O, təqdimatınız valehedici idi cənab professor, kollektivinizin inanılmaz perspektivləri var.Biz anladıq ki,beynəlxalq səviyyəli yeni əməkdaşlıq yollarını ətraflı şəkildə müzakirə etmək üçün təkrar bura dönməliyik- dedi.Ardınca kollec kollektivinə xatirə hədiyyəsi təqdim edən rəsmi qonaq- bunu gələcək əməkdaşlığımızın təməli kimi gəbul edin- söylədi. Sonda hörmətli qonaqlarla xatirə şəkilləri çəkdirildi
Əlavə edilmə tarixi: 01.10.2016 | Baxılma sayı: 405
Mingəçevir Turizm Kolleci ilk dəfə keçirilən turizm işçilərinin peşə bayramını böyük sevinclə qeyd etdi.
Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “ Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında “
Turizm sahəsi üzrə ixtisaslaşmiş təcrübəli mütəxəssislərin qənaətinə görə bu addım Azərbaycanda turizmin inkişafına bəslənən böyük ümid və dəstəkdən qaynaqlanır və heç şübhəsiz turizm sektorunun perspektivləri baxımından növbəti inkişafda böyük rol oynayacaq.Turizm gününün bu ildən etibarən bayram edilməyə başlanması on ildən çoxdur ki, uğurla turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kollecinin kollektivində böyük sevinc və ruh yüksəkliyi yaradıb.Pedaqoqlu –tələbəli hər kəs Sərəncamın elan edildiyi gündən etibarən dövlət başçısı prezident cənab İlham Əliyevin ünvanına ən xoş arzu, istək və təşəkkürlərini çatdırmaqdadır.Nəhayət bu gün Mingəçevir Turizm Kollecinin timsalında Mingəçevir ictimaiyyəti ilk dəfə olaraqTurizm Günü təntənələrinə qatılıb bu əlamətdar təqvimi coşqu içində bayram etdi.Qeyd etmək yerinə düşər ki, kollektiv bayram tədbirini ən yüksək səviyyədə təşkil etmək üçün hərtərəfli hazırlıq işləri həyata keçirmişdir. O cümlədən,təhsil müəssisəsinin bina və həyətyanı hissələrində bayramsayağı tərtibat məsələlərinə xüsusi diqqət ayrılıb. Inşa,rəsm müsabiqələri təşkil olunmaqla ,Turizm gününə həsr olunmuş divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb.Adətən milli-tarixi təqvimləri yüksək peşəkarliqla bayram edən işgüzar kollektiv Turizm günü kimi əlamətdar təqvimdə daha böyük canfəşanlıq nümayiş etdirdi.27.09.2016-cı il tarixdə Mingəçevir Turizm kollecinin həyətində turizm işçilərinin peşə bayramı gününə həsr olunmuş izdihamlı tədbir keçirildi. Onun işində pedaqoq və tələbə kontingenti ilə yanaşı çoxsayda dəvətli qonaq- rəsmi şəxslər,ziyalılar,valideyinlər və media nümayəndələri iştirak edirdi.Konfransı açıq elan edən Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov hər kəsi Turizm günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı.Əyyub Əyyubov belə bir sevinci və qüruru onlara yaşdan prezident cənab İlham Əliyevə kollektiv olaraq minnətdar olduqlarını ifadə etdi. O “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın Azərbycan turizmini yeni zirvələrə daşıyacağından əmın olduğunu vurğuladı.Sərəncamı bu yöndə yeni yol xəritəsinə bənzədən ünlü elm adamı istiqamətimiz,hədəf və vəzifələrimiz aydın görünür və biz bu istiqamətdə inamla addımlamaqda davam edəcəyik -dedi.Eyni zamanda dövlətimizn diplomatik nümayəndəliklərində turizm nümayəndəliklərinin təsis edilməsini diqqətə layiq hadisə olduğunu qeyd etdi. Əyyub Əyyubov yeni vəzifələrin pedaqoqların məsuliyyətini daha da artırdığını ,bu mənada hər kəsdən yaradıcı əzmkarlıq tələb olunduğunu iştirakçıların diqqətinə çatdırdı.Daha sonra digər məzmunlu çıxışar dinlənildi.Pedaqoqlar Aynurə Abbasova,Sevda Kərimova,Vüqar Baxışov,Elşad Səmədov, İqbal Xudiyev və Əşrəf Əsgərov” Azərbaycan Turizminin inkişafında beynəlxalq səviyyəli tədbirlərin rolu”, “Azərbaycanın turizm politrası”, “Azərbaycanda mehmanxanaların bu günü və gələcəyi”,”Azərbaycanın modern dövlət quruculuğunda turizmin yeri və rolu”, “Regionların sosial-iqtisadi inkişafında turizmin rolu” və “Azərbaycan poeziyasında turizmə çağırış motivləri” adlı məruzələrlə çıxış etdi.Elmi nəzəri konfrans başa çatdıqdan sonra bayram tədbirləri silsiləsi konsert proqramı ilə davam etdirildi.Turizm Kollecinin istedadlı yetirmələri Turizm günü şərəfinə hazırladığı xüsusi bədii poqramı həvəs və ustalıqla iştirakçılara təqdim etdi.Biri-birindən həzin, şux nəğmə və rəqslər saatlar ərzində şadlıq edən kollektivin qəlbini riqqətə gətirdi.
Əlavə edilmə tarixi: 01.10.2016 | Baxılma sayı: 447
Mingəçevir Turizm Kollecində Bilik Günü coşqusu
Sentyabr ayının 15 –də Bilik günü münasibəti ilə Mingəçevir Turizm Kollecində coşqulu bayram tədbiri keçirilidi. Tədbirin tələbələrdən ibarət istedadlı aparıcıları yeni tədris ili və Bilik günü münasibəti ilə hər kəsi təbrik edib pedaqoq və tələbələrə uğurlar arzuladı.
Sonra təbrik nitqi ilə iştirakçılara üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açdı. Bu işdə diqqət və həssaslıq nümayiş etdirən ölkə başçısı prezident İlham Əliyevin ünvanına xoş sözlər çatdırdı. Ünlü elm adamı onu da əlavə etdi ki, turizm qeyri neft sektorunun ən perspektivli sahələrindən hesab olunur və turizmin inkişafını təmin edəcək kadrların yetişdirilməsində Mingəçevir Turizm Kolleci önəmli rol oynayır. Əyyub Əyyubovun fikrincə bu təhsil ocağının məzunlarına bu gün olduğu kimi sabah da böyük tələbat olacaq.Ardınca yüksək balla Mingəçevir Turizm Kollecinə qəbul olunmuş tələbə Ülviyyə Quliyeva və valideyin İsrafil Məmmədov cıxış edərək bayram təbriklərini paylaşdı.Kollecin tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da bayram təbrikinə qoşularaq arzularını bildirdi, eyni zamanda dərs cədvəli və tədris qrafiki ilə tələbələri tanış etdi.Bayram tədbiri şux nəğmə və rəqslərin müşayəti altında davam etdi. Kollecin özfəaliyyət qrupunun üzvləri maraqlı proqramla çıxış edərək tədbirdə xoş ovqat yaratdı.—————————————————————————————————————–Fəaliyyətə başlamasının on illik yubileyini bir neçə ay öncə təntənəli tədbirlər silsiləsi ilə qeyd etmiş bu nüfuzlu kollektiv sevinc və coşqu dolu o anların xoş təsirindən uzaqlaşmadan böyük həvəs,istək və yaradıcılıq eşqilə yeni tədris ilinə isti qucaq açdı. Həm də yeni arzu və məqsədlərilə bərabər.Bəli ,Mingəçevir Turizm Kolleci haqqında ötən müddət ərzində çox danışılıb,çox yazılıb.Uğurlarının sorağı ölkə hüdudlarını belə aşan bu elm,təhsil ocağı cəmi on il ərzində böyük dövlət xadimləridən birinin təbirincə söyləsək mümkünsüzü belə mümkünə çevirməyə müəssər olub. Əlbəttə ki,yüksək pedaqoji potensialı,intizamı və əzmkarlığı sayəsində.Həm təhsil sahəsində böyük təcrübə sahibi olan yerli, həm də əcnəbi mütəxəssislər bu qənaətdədir.Onlar kollektivin bundan sonra yeni və daha əlçatmaz zirvələri fəth edəcəyinə əmindir.Təsadüfi deyil ki,on ollik yubiley təntənələrinə qatılmaqla Turizm Kollecinin pedaqoji kollektivinə,tələbələrə və onların valideyinlərinə,ümumən isə bütün Mingəçevir ictimaiyyətinə qürurverici anlar yaşadan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev özü də kollektivin əldə etdiyi başarılara heyran qalığını səmimiyyətlə bütün ictimaiyyətə etiraf etmişdi.Bir sözlə kollektivi sevindirib yeni naliyyətlər arxasınca yürüməyə sövq edə biləcək kifayət qədər tutarlı səbəblər var.Bilik Günü münasibətilə kollecdə düzənlənən bayram tədbiri iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru professor Əyyub Əyyubov da təbrik nitqində bu kimi vacib məqamlara xüsusi yer ayırdı.O ulu öndər Heydər Əliyev ənənələrinin elmin,təsilin,mədəniyyət və turizmin bugünki dinamik inkişafında xüsusi rol oynadığını xatırladaraq ümumən Azərbaycan dövlətinin və cəmiyyətinin davamlı uğurlarına gərəkli stimul yartdığını qeyd etdi.Əyyub Əyyubov söylədiklərinin məntiqi nəticəsi olaraq bu gün prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində adı çəkilən sahələrə göstərilən diqqət və qayğıdan danışdı.Biz – cənab prezidentin dəyərli əsərlərindən olan bir təhsil müəssisəsinin kollektivi olaraq bu qayğını daim üzərimizdə hiss edirk.Göstərilən etimad və hərtərəfli dəstək məsuliyyətimizi artırır və daha böyük hədəflər naminə çalışmağımıza zəmin yaradır—deyən ünlü elm adamı gənclərə-tələbələrə də bu mənada yeni üfiqlər açıldığını bildirdi.Kollec rəhbərinin məlumatlarından bəlli oldu ki, cənab prezidentin sərəncamına müvafiq olaraq ötən tədris ilinin ikinci yarısından etibarən təhsildə davamiyyəti və nəticələri artırmaq məqsədilə ödənişssiz təhsil alan tələbələrlə yanaşı ödənişlə təhsil alan gənclərə təqaüd verilməsinə start verilib.Əlbəttə ki,təhsildə fərqlənən gənclərdən söhbət gedir.Bu da gənclərə yaradılmış böyük stimul və rəqabət imkanı olaraq qəbul edilməkdədir.Turzim Kollecində gerçəkləşdirilməsi nəzərdə tutulan bir başqa yenilik yay imtahan sessiyası dönəmlərində gerçəkləşəcək.İlk dəfə olaraq bir neçə xüsusi olaraq seçilmqrupda pilot layihəsi çərçivəsində elektron imtahan qəbulu tətbiq olunacaq.Layihəyə müvafiq olar tələbələr elektron imtahan prosesinin onlar üçün yaratdığı yeni imkanlardan yararlanacaq.Yəni,hər bir gənc birbaşa informasiya texnologiyaları vasitəsilə sərbəst şəkildə bilik və bacarığını test edəcək.Yeri düşmüşkən qeyd edək ki,Bolonya təhsil sistemi üzrə təhsil alan kollec tələbələrinə indiyədək kifayət qədər bu kimi oxşar fürsətlər tanınıb.Bəzi hallarda nisbətən övladının təhsilinə loyallıq nümayiş etdirmiş valideyinlərin bundan sonra daha fəal şəkildə pedaqoq-tələbə ailəsinin üzvünə çevrilməsi zərurəti ortaya çıxıb.Onlar kollektivdə hökm sürən keyfiyyətli tədris prosesinə və obyektivliyə əmin olmaq üçün gözəl imkanlara malikdir.Yetərki, arzu etsinlər.O ki, qaldı Bilik Günü coşqusuna hər kəsin sevinci çöhrəsindən açıqca sezilirdi.Xüsusilə də bu ilk dəfə olaraq tələbə adını qazanaraq Turizm Kollecinə daxil olmuş gənclərdə daha qabarıq şəkildə diqqət çəkirdi.Əslində onların ikiqat sevinci başa düşülən idi. Çünki, illərcə haqqında duyub uğurları barədə eşitdikləri nüfuzlu bir təhsil ocağının tələbəsi olmaq şərəfinə nail olublar. Üstəlik kifayət qədər yüksək imtahan balları ilə.Nə az,nə çox düz 643 gənc yeni tədris ilindən,yəni bu gündən etibarən taleyini bu ünlü kollektivlə bağlayacaq. Şübhə yox ki,gənclər və valideyinlər bu ünvanı seçərkən bir mühüm məqamı da nəzərə alıb.Məlum olduğu kimi Turizm Kolleci beynəlxalq təhsil proqramlarında fəal iştirakı müqabilində böyük etimad qazanıb.Buna müvafiq olaraq kolleci uğurla bitirən məzunlar arzu edəcəkləri təqdirdə ali məktəblərin bir başa ikinci və hətta üçüncü kurslarında təhsilini davam etdirmək haqqına sahib olacaqlar.Görünür məhz bu kimi başarıları sayəsində kollecə olan maraq gənclər və valideynlər arsında ilbəil artmaqdadır.Tədris ilinin ilk günü keçirilən tədbirdə bununla bağlı bir xoş müjdəli xəbər də iştirakçilarlarla paylaşıldı.Belə ki , bu tədris ilindən etibarən Turizm Kollecində yeni bir ixtisas üzrə tədris aparılacaq. Yeni ixtisas “Mehmanxana ,turist,sanatoriya və kurort komplekslərində iaşə və servis” adlanır.Təsəvvür edin yeni ixtisasa ilk dönəmdən etibarən maraq o qədər yüksəkdir ki, artıq 79 gənc bu ixtisas üzrə təhsil almağa qərar verib.Bir sözlə yeniliklər yetərincədir.İstər kollec rəhbərliyi,istərsə də pedaqoq, tələbə və valideyinlər bayram tədbirində onlar barədə kifayət qədər ürək dolusu söhbət açdı.Hər kəs təbrikləşdi,arzularını dilə gətirdi və ən əsası şux nəğmə və rəqslərin müşayəti altında doyunca bayramın keyfini çıxardı. Adətən həm də istedadlı yetirmələri və mədəni kütləvi tədbirlərdə sərgilədiyi təşlilatçılıq bacarığı ilə seçilən kollektiv bu xoş gündə növbəti dəfə bacrığını nümayiş etdirib Bilik Gününə əsl şənlik ruhu qatdı.
Əlavə edilmə tarixi: 15.09.2016 | Baxılma sayı: 617
Mingəçevir Turizm Kolleci “Ədalət” qəzetinin səhifələrində
Mingəçevir Turizm Kollecinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezident yanında kütləvi informasiya vaistələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə “Ədalət” qəzetində turizim sektorunun inkişafına ciddi münasibət mövzusu altında silsilə məqalələr yeralmışdır. Oxucu marağını nəzərə alaraq, həmin məqalələri kollecin sayıtına yerləşdiririk.
Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar
Kollektivin istirahəti kollecin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilmişdir. İstirahətin daha mənalı və yadda qalan olması üçün musiqili və əyləncəli proqram da hazırlanmışdır. Xalqımıza xas olan gözəl süfrə mədniyyəti, zəngin xörəklər istirahət edən bütün pedoqoji kollektivin zövqünü oxşayırdı.Əvvəlcə tədbirin təşkilatçısı, Həmkarlar İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov danışdı. Belə gözəl kollektivin formalaşması üçün dövlətimizə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.Pedaqoji kollektivi tədris ilinin başa vurulması münasibəti ilə kollecin direktoru prof. Ə. A. Əyyubov təbrik etdi.O, qeyd etdi ki, hər il tədris ilinin başa vurulması münasibəti ilə kollektivimizin bir günlük istirahət etməsi artıq ənənə halını almışdır. O, hamıya xoş istirahət arzuladı.Daha sonra kollecin direktor müavinləri Ç. Q. Allahverdiyeva, Ş. M. Şükürova, tədris şöbəsinin müdiri Q. Ş. Kərimov, İnsan resursları şöbəsinin müdiri T.İ.Əyyubov, bədii-kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, fənn komissiyasının sədri f.e.n. Xanım Məmmədova, baş mühasib Vəsilə Hüseynova, şöbə müdiri Şıxməmməd Məmmədov və başqaları çıxış edərək səmimi fikirlərini bildirdilər. Proqram əsasında tarix müəllimi Məleykə Vəliməmmədovanın rəhbərliyi ilə müəllimlər şən mahnılar və rəqslər ifa etdilər. Onlar maraqlı və məzmunlu şeirlər söylədilər. Daha sonra kollektivin üzvləri “Gələrsən, Görərsən” qalasını və “Narın Qala” istirahət mərkəzinin gəzməli yerlərini ziyarət etdilər. Tədbirdən rəngarəng fotolar və video görüntülər çəkildi. Beləliklə, kollektiv bir günlük mənalı istirahət etdi. İstirahətin təşkili üçün onlar kollecin direktoruna və Həmkarlar İttifaqı Komistəsinə böyük minnətdarlıq bildirdilər.
Əlavə edilmə tarixi: 26.07.2016 | Baxılma sayı: 1063
Mingəçevir Turizm Kolleci məzun günü
Azərbaycanda Turizmin inkişafına ixtisaslı kadr hazırlığı ilə önəmli töhfə verən Mingəçevir Turizm Kollecinin kollektivi 24 iyun 2016-cı il tarixində sayca onuncu,yəni yubiley dönəminin məzunlarını son kəs isti nəvazişlə bağrına basıb yaxşı yol dedi.
Yüzlərlə gənc məzun xüsusi geyimlərdə kollec meydanını bürüyərək çətin və maraqlı təhsil illərinə əlvida,həyatlarının yeni dönəminə isə salam söyləmək üçün sevinc və fərəh içində bir araya gəlmişdi.Təbriklərin,mahnı və rəqslərin müşayəti ilə gənclər ötən illər ərzində onların həyat yolunu elmin nuru ilə işqlandırmış doğma müəllimlərinin əhatəsində unudulmaz anlar yaşayıb təhsil illərinin yorğunluğunu çıxardı.
Bəli, bu gənc oğlan və qızların sevinib şadlanmağa yetərincə səbəbi vardı.Əvvəla ona görə ki, dövlət başçısı cənab prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi məmləkət insanı üçün prioritet vəzifə elan edilmiş turizm sektorunun bu gün məhz onlar kimi gənc mütəxəssislərə böyük ehtiyacı var.Turizm işinin təşkili,Reklam işi,Bələdçilik,Dizayn, Turist sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və bu kimi digər zəmanə üçün zəruri hesab olunan ixtisaslar üzrə təlim verən bir nüfuzlu təhsil ocağının tələbəsi və məzunu olmaq razılaşın ki,böyük şərəfdir.O müəssisənin ki,sorağı Avropanın ən qabaqcıl məmləkətlərindən və həmin dövlətlərin elm-təhsil mərkəzlərindən gəlir.İllərdir ki,Turizm Kolleci Almaniya, Fransa ,Rumıniya kimi ölkələrin ali təhsil müəssisələrinin qatıldığı böyük layilərin ən fəal iştirakçısı kimi müasir təlim metodlarını qavrayır və tədris prosesində uğurla tətbiq edir.Layihələrin ən üstün tərəflərindən biri də odur ki,bundan sonra təhsilini ali məktəblərdə davam etdirmək istəyən kollec məzunları təhsillərini həmin ali məktəblərin birbaşa ikinci,hətta üçüncü kurslarından davam etdirmək imkanı əldə edəcək.Ümumiyyətlə fəaliiyət göstərdiyi on il ərzində Mingəçevir Turizm Kolleci ixtisaslı mütəxəssis hazırlığı vəzifəsini layiqincə yerinə yetirməyə müyəssər olub.İndiyədək məzun adını qazanmış beş mindən artıq mütəxəssis hazırda uğurlu karyera yüksəlişini davam etdirir.Bu yaxınlarda Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev başda olmaqla çoxsaylı qonaqların iştirakı ilə baş tutmuş yubiley təntənələrində də bu barədə ətraflı söhbət açılaraq kollektivin ünvanına ən xoş sözlər söylənilmişdi.Elə məzun tədbiri də istisna təşkil etmədi.Təbrik nitqi ilə məzunlar,pedaqoq və valideynlərə üz tutan Turizm Kollecinin direktoru ,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov da uğurlardan bəhs edərək kollektivin perspektivlərindən danışdı.Ünlü elm adamı karyera dönəmində yetirmələrinə yeni naliyyətlər arzuladı.
Məzun tədbiri ayrı-ayrı ixtisas qrupları üzrə məzunların xoş arzuları,şer,mahnı və rəqsləri ilə yadda qaldı.Gənclər vida günündə belə istedadlarından yararlanıb ,nəyə qadir olduqlarını hər kəsə nümayış etdirdi.Havnın həddən artıq isti keçməsi də məzunların bayram coşqusuna mane ola bilmədi.Onlar fərdi çıxışlarında həm də ötən illər ərzində tələbələrin zəhmətini çəkmiş müəllimlərindən halallıq istədi.Beləcə yubiley məzun tədbiri saatlarla davam etdi.Xatirə şəkilləri çəkdirildi,Yallı havası ilə dövrə vuruldu,coşqulu rəqslər ifa edildi. Beləcə 500 dən artıq məzun Turizm Kollecini uğurla bitirərək karyera dönəminə vəsiqə əldə etdi.
Əlavə edilmə tarixi: 19.07.2016 | Baxılma sayı: 988
Fransalı qonaq Mingəçevir Turizm Kollecində
Məlum olduğu kimi bu günlərdə fəaliyyətə başlamasının 10 illiyini yubiley təntənələri ilə bayram edən Mingəçevir Turizm Kolleci,həm də zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır.Kollec illərdir ki, çoxsaylı avroasiya təhsil ocaqları və elmi mərkəzlərlə fəal əməkdaşlıq edir,müxtəlif təhsil proqramlarında iştirak edir.
O cümlədən Avropa İttifaqı Komissiyası xəttilə həyata keçirilən Tempus proqramı çərçivəsində Turizm Kolleci bir neçə ildir ki,Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə qatılıb.Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması,ikili diplomların tanınması kimi məsələlərin həlli nəzərdə tutulur.Bu çərçivədə vaxtaşırı təşkil olunan treninq və konfranslarla yanaşı qarşılıqlı səfərlər də həyata keçirilir.
İki gündür ki, bu istiqamətdə növbəti addım atılıb.Fransanın Qrenobl Akademiyası nümayəndəsi və layihənin rəhbər kordinatoru Jean- Noel Pachoud Mingəçevir Turizm Kollecində işgüzar səfərdədir.Kollec rəhbərliyi ilə layihəyə müvafiq müzakirələr aparıb icraatla yaxından tanış olan Fransalı elm adamı bu gün kollecin rəhbər heyəti,turizm və xaricil ixtisasları üzrə təlim verən pedaqoq təmsilçiləri ilə görüş keçirdi.
Tədbiri açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmlər doktoru,professor Əyyub Əyyubov Turizm Kollecinin on illik fəaliyyəti,uğurları,məzunları,beynəlxalq əlaqələri və son yubiley təntənələri barədə ətraflı məlumat verdi.Eyni zamanda Tempus proqramı,onun məqsədləri,bu çərçivədə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlıq məsələlərinə toxundu.CənabJean- Noel Pachoudunikinci dəfə kollecə təşrif buyurduğunu xatırladan ünlü elm adamı bu əməkdaşlıq nəticəsində xeyli müddətdir ki,bəzi ixtisaslar üzrə fransız dilinin tədris olunduğunu qeyd etdi.Ötən müddət ərzində fransanın Azərbaycandakı səfirinin kollec ziyarətindən danışıb,-o da bizə fransalı müəllimlə dəstək vermək niyyətində olduğunu bildirmişdi- dedi.
Daha sonra monitorun köməkliyi ilə Turizm Kolleci haqqında xüsusi slayd nümayiş etdirildi.Professor Əyyub Əyyubov məlumatları şərh yolu ilə rəsmi qonağın və iştirakçıların diqqətinə çatdırdı.Qeyd edək ki,layihənin Azərbaycandan olan digər iştirakçısı,Azərbaycan Texniki Universitetinin nümayəndəsi və fransız dili üzrə mütəxəssis Namiq Qafarov müzakirələrin anlaşıqlı şəkildə davam etməsi üçün xeyli səy göstərdi.
Daha sonra çıxış edən Fransalı qonaq layihəyə başlanıldığı ilk dönəmlərdə ali təhsil müəssisələrinin Turizm Kollecinin iştirakını lüzumsuz hesab etdiklərini xatırlatdı.Çünki iştirakçı hüququ qazanmış kollektivlər ali təhsil müəssisələrini təmsil edirdi.Yeganə istisna Turizm Kolleci idi.Biz bu iştirakı dəstəklədik və bu gün hər kəs haqlı olduğumuzu görür -dedi. Kollec kollektivi işgüzar və perspektivlidir. Qarşılarına qoyulmuş vəzifələri bu günədək layiqincə icra ediblər.İkili diplomlar əvəzinə sertifikatlaşdırma aparılacaq.Ən əsası bu kollecdə təhsil alan tələbələr arzu edəcəkləri halda imtahansız bir başa ali məktəblərin yuxarı kurslarında təhsillərini davam etdirmək imkanına malik olacaq.Şadam ki,bu məsələ artıq həllini tapıb-söylədi.
Görüş zamanı bir sıra işturakçıların fikirləri və sualları dinlənildi.Kollecin Fransız dili müəllimləri ilə Jean- Noel Pachoudarasında maraqlı fikir mübadiləsi aparıldı.
Sonda Fransalı qonaq layihədə Turizm Kollecinin iştirakı,həmçinin Mingəçevir şəhərindən aldığı təəssüratlarla bağlı fikirlərini paylaşdı.
Əlavə edilmə tarixi: 19.07.2016 | Baxılma sayı: 551
Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliyyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.
Adətən milli-tarixi təqvimlər kollecdə xüsusi tədbirlərlə anılır və bu dəfə də pedaqoq və tələbələr ənənəsinə sadiq qalaraq dövlətçilik tariximizdə önəmli yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin 98-ci ildönümünü də “28 May istiqlal tariximizin parlaq səhifəsidir” adlı elmi – nəzəri konfransla qeyd etdi. Hərçənd dövlətçilik və bu mənada vətənpərvərlik mövzusu əslində bütün tədris ili boyu Turizm Kollecinin ictimai gündəliyinin əsas mövzularına çevrilir.
Elmi nəzəri konfransı açıq elan edən Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru professor Əyyub Əyyubov da bu barədə iştirakçılara ətraflı məlumat verərək,bu kimi təqvimlərin xalqımızın taleyində parlaq yer tutduğunu bildirdi.O, Məmməd əmin Rəsulzadə,Fətəlixan Xoyski,Səmədbəy Mehmandarov və digər görkəmli qurucu dövlət xadimlərinin siyasi mübarizə səlnaməsinə diqqət yetirərək ötən əsrin əvvəllərində qurulmuş və cəmi 23 ay yaşamış milli dövlətimizin qısa sürədə çox böyük uğurlar qazandığını bəyan etdi.Professor Əyyub Əyyubov müasir dövlətçilik ənənələrimizə də toxunaraq ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti,dərin zəkası və iradəsi sayəsində Müstəqil Azərbaycanın əbədi və dönməz xarakter aldığını qeyd etdi.Ünlü elm adamı həmin siyasətin bu gün də prezidentcənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək hər kəsi bundan sonra da dövlətçiliyimizin gələcəyi naminə bir və bərabər olmağa dəvət etdi.
Ardınca digər məruzələr səsləndi.Pedaqoqlar Məleykə Vəliməmmədova, Elnurə Əhmədova,Xəyalə Abbasova və Eldar Dərişovmüvafiq olaraq “ Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin qəbulu “ ,” 1917-1918 –ci illərdə AXC-nin xarici siyasəti və erməni təcavüzünə qarşı mübarizəsi” , “AXC-nin süqut etmə səbəbləri”, ”Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir” mövzularında genış məzmunlu məruzələrlə çıxış etdi.
Bundan sonra pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə yaradıcı gənclər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya ya baxış keçirildi.
Konfransa yekun vuran professor Əyyub Əyyubov dəyərlərimizin,şanlı tariximizin parlaq səhifələrinin yüksək səviyyədə təbliğ və təşviq olunmasının hər bir ölkə vətəndaşı üçün mənəvi borc olduğunu xatırladaraq pedaqoq və tələbələri daim fəal olmağa səslədi.
Sonda Turizm Kollecinin 10 illik yubleyi və Respublika günü münasibətilə pedoqoji fəaliyyətdə və təhsildə fərqlənmiş bir qrup pedaqoq və tələbəyə Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov tərəfindən fəxri fərmanlar təqdim olundu
Əlavə edilmə tarixi: 19.07.2016 | Baxılma sayı: 704
Mingəçevir Turizm Kollecininin 10 illik yubiley tədbirində inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
Zərdabi Mətbut Mərkəzi adından Mərkəzin direktoru Rəhim Hüseynzadə çıxış edərək professor Əyyub Əyyubovun ziyalı,alim və rəhbər keyfiyyətlərindən danışaraq Turizm sektoru üçün çoxsaylı kadrların hazırlığındakı xidmətlərinə,bu təhsil ocağının on illik yubileyinə və media ilə sıx əlaqələrinə görə onu xüsusi diplomla mükafatlandırdı. 0n yaşlı kollecin və 60 yaşlı direktor Əyyub Əyyubovun yubiley günü mübarək olsun- dedi. Rəhim Hüseynzadə həmçinin kolleclə birgə turizmin təbliği məqsədilə həyata keçirdikləri “Turizm mövzusu Azərbaycan mediasında-mövcud durum və peşəkarlığın artırılması yolları” layihədən danışıb məqsədlərini açıqladı. Layihə çərçivəsində Mingəçevirin ali,orta-texniki və ümumtəhsil məktəbləri arasında keçirilmiş “Azərbaycan Turizm Diyarıdır” adlı inşa müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olundu.
Əlavə edilmə tarixi: 21.05.2016 | Baxılma sayı: 847
Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecininin 10 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.
Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.
Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecininin 10 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.İştirakçıları salamlayan Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov kollektiv üçün belə bir əlamətdar təqvimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi və digər mötəbər qonaqları sıralarında gördüklərindən xoşbəxt hisslər yaşadıqlarını etiraf etdi.Təhsilə,turizmin inkişafına göstərdiyi əməli dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla Mədəniyyət və Turizm nazirliyi və Mingəçevir İcra Hakimiyyəti aparatına təşəkkür etdiklərini bildirdi.Eyni zamanda dövlət başçısı ,ali baş komandan cənab İlham Əliyevə torpaqlarımızın azad olunması naminə son uğurlu döyüş əməliyyatlarında verdiyi cəsarətli qərarlara görə də kollektiv adından minnətdarlıq ifadə olundu.Turizm ininkişafı üçün hələ ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmlərində ciddi zəmin hazırlandığını qeydedən Əyyub Əyubov bu sahənin inkişafına prezident cənab İlham Əliyevin təşəbbüsü ilə daha böyük önəm verildiyini bildirdi. O cümlədən ,TurizmKollecinin yaradılmasınıda bu xidmətlərin bir nümunəsi adlandırdı. İndiyədək 5 mindən artıq kollec məzununun ixtisası üzrə turizm ,mədəniyyət və digər sahələrdə çalışdığını bəyan edən ünlü elm adamı kollektivin bundan sonrada təhsilin və turizmin inkişafına töhfə verəcəyini iştirakçıların diqqətinə çatdırdı.Ardınca çıxış edən nazir Əbülfəs Qarayev cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin turizm sahəsində çoxsaylı yeniliklərin tətbiq olunduğunu qeyd edərək artıq Azərbaycanın sevilən turizm məmləkətinə çevrildiyini bildirdi. Bu mənada haqqında danışılan inkişafa Turizm Kollecinin onil ərzində ciddi töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırdı. Kollecdə tətbiq olunan müasir tədris yeniliklərindən bəhs edən nazir bu kollektivin daha böyük başarılar əldə edəcəyinə əminlik vurğuladı və bu yolda kollektivə uğurlar arzuladı. Daha sonra çıxışedən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və Azərbaycan Turizm və Menecment Unversitetinin rektoru professor Cəfər Cəfərovda Turizm Kollecinin dinamik üstünlüklərindən, tədris və təlim prosesində əldə etdiyi naliyyətlərdən danışıb istək və arzularını paylaşdı. Ardınca nazir Əbülfəs Qarayev on yaşı münasibətilə qazandığı uğurlara görə Turizm Kollecinə Fəxri-fərman təqdim etdi. Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubovun 60 illik yubileyi və Turizm təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və Mingəçevir Turizm Kollecininin kişafında xidmətlərinə görə Fəxri-fərmanla mükafatlandırdı. Həmçinin ünlü elmadamının nüfuzlu Fəxri Turizm işçisi adına layiq görüldüyünü elan edərək müvafiq sənəd və medalı ona Əyyub Əyyubova təqdim etdi. Şəhər rəhbərliyi adından Niyazi Bayramov da kollektivi və kollektivin bir qrup fəaləm əkdaşını xüsusi diplomlarla mükafatlandırdı. Professor Cəfər Cəfərov rəhbərlik etdiyi kollektiv adından Turizm Kolleci rəhbərinə xalça bağışladı Tədbirdə Respublika Təhsil Nazirliyinin yubiley münasibətilə kollec kollektivinə ünvanladığı təbrik məktubu oxundu. Kollecin direktoru da daxili əmrlə mükafatlandırılan pedaqoq vətələbələrin adlarını açıqladı. Nəhayət, Zərdabi Mətbut Mərkəzi adından Mərkəzin direktoru Rəhim Hüseynzadə çıxış edərək professor Əyyub Əyyubovun ziyalı, alim və rəhbər keyfiyyətlərindən danışaraq Turizm sektoru üçün çoxsaylı kadrların hazırlığındakı xidmətlərinə, bu təhsil ocağının on illik yubileyinə və media ilə sıxəlaqələrinə görə onu xüsusi diplomla mükafatlandırdı. 0n yaşlı kollecin və 60 yaşlı direktor Əyyub Əyyubovun yubiley günü mübarək olsun- dedi. Rəhim Hüseynzadə həmçinin kolleclə birgə turizmin təbliği məqsədilə həyata keçirdikləri layihədən danışıb məqsədlərini açıqladı. Bundan sonra layihə çərçivəsində Mingəçevirin ali, orta-texniki və ümum təhsil məktəbləri arasında keçirilmiş “Azərbaycan Turizm Diyarıdır” adlı inşa müsabiqəsinin mükafatçılarına diplom və qiymətli hədiyyələr təqdim olundu.Qeyd edək ki, yubiley tədbirinə xüsusi önəm verən hallardan biridə o idiki, təntənələrdə xeylisayda kollec məzunui ştirak edirdi. Onların adından Babək Isakovun çıxışı alqışlarla qarşılandı. Digər bir məzun isə hazırda çalışdığı Qızıl Aypara Cəmiyyəti adından yubiley təsisatlarını kollecin rəhbərinə və əməkadaşlarına təqdimetdi.Bundan sonra yubiley tədbirinin bədii hissəsinə baxış keçirildi. Tədbir iştirakçıları biri-birindən maraqlı bayram proqramına tamaşaetdi. Turizm Kollecinin istedadlı tələbələri buradada nəyə qadır olduqlarını yüksək həvəs və bacarıqla iştirakçılara nümayiş etdirdi.. Bir sözlə yubileyə toplaşmış çox sayda iştirakçıun udulmaz anlar yaşayıb, tədbirdən zəngin təəssüratlarla ayrıldı.
Əlavə edilmə tarixi: 21.05.2016 | Baxılma sayı: 665
Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.
Daha sonra tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında kollec tələbələrinin əl işlərindən ibarət yubiley sərgisinə baxış keçirdi.Nazir Əbülfəs Qarayev gördüklərindən məmnun qaldığını etiraf etdi.Hətta, kollec rəhbərliyi tərəfindən rəsm əsərlərindən biri cənab nazirə xatirə olaraq hədiyyə edildi.
Əlavə edilmə tarixi: 21.05.2016 | Baxılma sayı: 942
Mədəniyyətvə Turizm naziri cənab Əbülfəs Qarayev Mingəçevir Turizm Kollecini ziyarət etdi
Azərbaycanda Turizmin inkişafına son on ildə önəmli töhfələr vermiş Mingəçevir Turizm Kolleci təntənəli silsilə tədbirlərlə fəaliyyətə başlamasının on illik yubileyini bayram etdi. Həm də mötəbər qonaqların iştirakı ilə.
Öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının müşayəti ilə Turizm Kollecini ziyarət etdi.Ardınca rəsmi qonaqların iştirakı ilə kollecin maddi –texniki bazası və tədris-təlim şəraitinə baxış keçirildi.Mötəbər qonaqlara Turizm Kollecinin yaranma zərurəti,əldə edilən uğurlar və perspektivlər barədə məlumat verən Mingəçevir Turizm kollecinin direktoru ,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov rəhbərlik etdiyi təhsil müəssisəsinin cənab prezident İlham Əliyevin Sərancamı əsasında Respublika Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə yaradıldığını xatırladaraq -bu təhsil ocağı prezidentimizin dəyərli əsərlərindən biridir- dedi.Təhsil ocağının dəhliz və audutoriyalarını gəzib dolaşan qonaqlara informasiya guşələri ,kollecin beynəlxalq əlaqələrini əks etdirən foto stendlər,informatika kabinetləri,müasir tədris lobaratoriyaları və digər tədris vasitələri nümayiş etdirilərək belə bir texniki təminat içində tələbələr üçün təhsil almağın çox rahat olduğu bildirildi.Əbülfəs Qarayev bəzi audutoriyalarda pedaqoq və tələbələrlə həmsöhbət olaraq onların bilik və bacarığını belə demək mümkünsə test etdi.Özünün də hər kəsə etiraf etdiyi kimi həm kollecin tədris imkanlarından,həm də pedaqoq və tələbələrin hazırlıq səviyyəsindən razı qaldığını bildirdi.Zaman-zaman professor Əyyub Əyyubov nazirin maraqlarına uyğun sorulara aydınlıq gətirdi.O cümlədən test hazırlıq şöbəsində bütün proseslərin şəffaf şəkildə təmin olunduğu barədə ətraflı məlumatlar çatdırıldı.Kollecdə keçirdiyi görüşün sonunda nazir Əbülfəs Qarayev tədbiri işıqlandıran çox sayda media nümayəndəsinin sorularına cavab verdi.Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.Daha sonra tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında kollec tələbələrinin əl işlərindən ibarət yubiley sərgisinə baxış keçirdi.Nazir Əbülfəs Qarayev gördüklərindən məmnun qaldığını etiraf etdi.Hətta, kollec rəhbərliyi tərəfindən rəsm əsərlərindən biri cənab nazirə xatirə olaraq hədiyyə edildi.Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.İştirakçıları salamlayan Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov kollektiv üçün belə bir əlamətdar təqvimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi və digər mötəbər qonaqları sıralarında gördüklərindən xoşbəxt hisslər yaşadıqlarını etiraf etdi.Təhsilə,turizmin inkişafına göstərdiyi əməli dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla Mədəniyyət və Turizm nazirliyi və Mingəçevir İcra Hakimiyyəti aparatına təşəkkür etdiklərini bildirdi.Eyni zamanda dövlət başçısı ,ali baş komandan cənab İlham Əliyevə torpaqlarımızın azad olunması naminə son uğurlu döyüş əməliyyatlarında verdiyi cəsarətli qərarlara görə də kollektiv adından minnətdarlıq ifadə olundu.Turizmin inkişafı üçün hələ ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmlərində ciddi zəmin hazırlandığını qeyd edən Əyyub Əyubov bu sahənin inkişafına prezident cənab İlham Əliyevin təşəbbüsü ilə daha böyük önəm verildiyini bildirdi. O cümlədən ,Turizm Kollecinin yaradılmasını da bu xidmətlərin bir nümunəsi adlandırdı.İndiyədək 5 mindən artıq kollec məzununun ixtisası üzrə turizm,mədəniyyət və digər sahələrdə çalışdığını bəyan edən ünlü elm adamı kollektivin bundan sonra da təhsilin və turizmin inkişafına töhfə verəcəyini iştirakçıların diqqətinə çatdırdı.Ardınca çıxış edən nazir Əbülfəs Qarayev cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin turizm sahəsində çoxsaylı yeniliklərin tətbiq olunduğunu qeyd edərək artıq Azərbaycanın sevilən turizm məmləkətinə çevrildiyini bildirdi.Bu mənada haqqında danışılan inkişafa Turizm Kollecinin on il ərzində ciddi töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırdı.Kollecdə tətbiq olunan müasir tədris yeniliklərindən bəhs edən nazir bu kollektivin daha böyük başarılar əldə edəcəyinə əminlik vurğuladı və bu yolda kollektivə uğurlar arzuladı.Daha sonra çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və Azərbaycan Turizm və Menecment Unversitetinin rektoru professor Cəfər Cəfərov da Turizm Kollecinin dinamik üstünlüklərindən, tədris və təlim prosesində əldə etdiyi naliyyətlərdən danışıb istək və arzularını paylaşdı.Ardınca nazir Əbülfəs Qarayev on yaşı münasibətilə qazandığı uğurlara görə Turizm Kollecinə Fəxri-fərman təqdim etdi.Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubovun 60 illik yubileyi və Turizm təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və Mingəçevir Turizm Kollecinin inkişafında xidmətlərinə görə Fəxri-fərmanla mükafatlandırdı. Həmçinin ünlü elm adamının nüfuzlu Fəxri Turizm işçisi adına layiq görüldüyünü elan edərək müvafiq sənəd və medalı ona Əyyub Əyyubova təqdim etdi.Şəhər rəhbərliyi adından Niyazi Bayramov da kollektivi və kollektivin bir qrup fəal əməkdaşını xüsusi diplomlarla mükafatlandırdı. Professor Cəfər Cəfərov rəhbərlik etdiyi kollektiv adından Turizm Kolleci rəhbərinə xalça bağışladı Tədbirdə Respublika Təhsil Nazirliyinin yubiley münasibətilə kollec kollektivinə ünvanladığı təbrik məktubu oxundu.Kollecin direktoru da daxili əmrlə mükafatlandırılan pedaqoq və tələbələrin adlarını açıqladı.Nəhayət, Zərdabi Mətbut Mərkəzi adından Mərkəzin direktoru Rəhim Hüseynzadə çıxış edərək professor Əyyub Əyyubovun ziyalı,alim və rəhbər keyfiyyətlərindən danışaraq Turizm sektoru üçün çoxsaylı kadrların hazırlığındakı xidmətlərinə,bu təhsil ocağının on illik yubileyinə və media ilə sıx əlaqələrinə görə onu xüsusi diplomla mükafatlandırdı. 0n yaşlı kollecin və 60 yaşlı direktor Əyyub Əyyubovun yubiley günü mübarək olsun- dedi. Rəhim Hüseynzadə həmçinin kolleclə birgə turizmin təbliği məqsədilə həyata keçirdikləri layihədən danışıb məqsədlərini açıqladı.Bundan sonra layihə çərçivəsində Mingəçevirin ali,orta-texniki və ümumtəhsil məktəbləri arasında keçirilmiş Azərbaycan Turizm Diyarıdır adlı inşa müsabiqəsinin mükafatçılarına diplom və qiymətli hədiyyələr təqdim olundu.Qeyd edək ki, yubiley tədbirinə xüsusi önəm verən hallardan biri də o idi ki, təntənələrdə xeyli sayda kollec məzunu iştirak edirdi.Onların adından Babək isakovun çıxışı alqışlarla qarşılandı.Digər bir məzun isə hazırda çalışdığı Qızıl Aypara Cəmiyyəti adından yubiley təsisatlarını kollecin rəhbərinə və əməkadaşlarına təqdim etdi.Bundan sonra yubiley tədbirinin bədii hissəsinə baxış keçirildi.Tədbir iştirakçıları biri-birindən maraqlı bayram proqramına tamaşa etdi.Turizm Kollecinin istedadlı tələbələri burada da nəyə qadır olduqlarını yüksək həvəs və bacarıqla iştirakçılara nümayiş etdirdi..Bir sözlə yubileyə toplaşmış çox sayda iştirakçı unudulmaz anlar yaşayıb, tədbirdən zəngin təəssüratlarla ayrıldı.
Əlavə edilmə tarixi: 21.05.2016 | Baxılma sayı: 839
Mingəçevir Turizm Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans
Ənənəvi olaraq Mingəçevir Turizm Kollecinin kollektivi müasir Azərbaycan dövlətçiliyinin qurucusu ümummilli lider Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti və xidmətləri lə bağlı olan milli tarixi təqvimləri təhsil müəssisəsinin adına və nüfuzuna layiq olan tərzdə silsilə məzmunlu tədbirlərlə qeyd edir.
Çünki , sayılı günlər sonrası fəaliyyətinin onuncu dönəmini bayram etməyə hazırlaşan kollektiv ötən illər ərzində özünü birmənalı olaraq cəmiiyətə ulu öndərin siyasi kursuna sədaqətlə bağlı olan bir kollektiv olaraq təqdim edib.Bu mənada dahi şəxsiyyətin anadan olmasının 93-cü ili ərəfəsinə təsadüf edən günlərdə pedaqoq və tələbələr təhsil müəssisəsində təşkil olnmuş dəyrimi masalarda,bilik yarişmalarında ,fənn birliyi komissiyalarında həyata keçirilmiş müzakirələrdə, inşa və rəsm müsabiqələrində özlərini növbəti dəfə ən yaxşı tərəfdən göstərmək üçün yüksək fəallıq nümayiş etdirib.Nəhayət ki, tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişdi və “ Ulu öndər Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında xidmətləri əvəzsizdir “ adlı elmi-nəzəri konfransla Turizm Kollecinin kollektivi dahi şəxsiyyətin əməllərindən və tarixi xidmətlərindən danışaraq əziz xatirəsini andı.Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov öncə Azərbaycan dövlətçiliyi naminə fədakar ömür yaşamış ulu öndər Heydər Əliyev başda olmaqla bu dövlətin amalları uğrunda canını fəda etmiş cəmi Azərbayacan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi.Ardınca çıxışına davam edən ünlü elm adamı dahı şəxsiyyətin ömür səlnaməsinə ziyalı yorumları ilə işıq saldı. Qeyd etdi ki, ümummili lider bizlərə azad,sabit,güclü və daima inkişafa meylli olan bir dövlət əmanət etdi. Biz hər sahədə bacardığımızı və üzərimizə düşənləri layiqincə icra etməklə,dövlətimizə,xalqımıza, bütöv anlamda ifadə etsək Heydər Əliyev ənənələrinə sədaqətimizi əməli fəaliyyətimizlə sübut etmiş olarıq –dedi.Professor onu da əlavə etdi ki,Heydər Əliyev özündən sonra xalqını güclü bir liderin –prezident İlham Əliyevin rəhbərliyinə etibar etməklə çox böyük tarixi xidmətlərindən birini gerçəkləşdirmiş oldu.Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənildi. Pedaqoqlar Çingiz Nəbiyev,İradə Cəfərova,Ceyhun Abdullayev və Aynurə Abbasova müvafiq olaraq “ Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan uğurla inkişaf edir“,” Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi qorunub saxlanılır “,” Ulu öndər Heydər Əliyevin diplomatiya məktəbinin beynəlxalq münasibətlər sistemində yeri “ və “ Heydər Əliyevin dövlətçilik siyasəti Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev tərəfindən uğurla davam etdirilir “ mövzularında çıxış edərək maraqlı fikirlər səsləndirdi.Konfransa yekun vuran professor Əyyub Əyyubov bəyan etdi ki, illər əsrlər keçsə də Heydər Əliyev ismi tarixi şəxsiyyət olaraq dillər əzbəri olacaq.Xalq heç zaman həyatını xalqının və dövlətinin firavan gələcəyinə həsr etmış dəyərli övladını unutmayacaq dedi.
Əlavə edilmə tarixi: 10.05.2016 | Baxılma sayı: 527
Mingəçevir Turizm Kollecində -Turizim-mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar
Mingəçevir Turizm Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin iş planına müvafiq olaraq regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri ilə seminarlar çərçivəsində”Turizim-mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar ,habelə Mərkəzin rəsmi saytının facebook səhifəsinin təqdimatı keçirildi.
Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinin nümayəndələrinin, Mingəçevir Turizim Kollecinin rəhbərliyi və tələbə heyətinin ,regionun KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə həmçinin Mərkəzin rəsmi saytı təqdim olundu.Məqsəd mədəniyyətimizin təbliğində regional KİV nümayəndələrilə sıx əməkdaşlığın yaradılması,genişləndirilməsi və gənclərin mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçısı olmasına nail olmaqdır.Tədbiri giriş sozü ilə açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubov Azərbaycanda turizm sahəsinin inkişafı naminə qarşıda duran vəzifə və məqsədlərlə bağlı düşüncələrini paylaşdı. Eyni zamanda on illik yubileyini keçirməyə hazırlaşan doğma kollektivi, bu təhsil ocağinin mövcu naliyyətləri və perspektivləri barədə qonaqlara ətraflı məlumat verdi.Tədbir zamanı mövzu ətrafında Mingəçevir Turizm Kollecinin rəhbərliyi, respublikanın və şəhərin tanınmış KİV nümayəndələri, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və digər əməkdaşlar çıxış etdi.Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı və facebook səhifəsinin xəbərlərindən faydalanmaqdan,əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrün milli irsimizi,mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılımasında internet resurslarının əhəmiyyətindən danışıldı.Tədbir zamanı seminar ətrafında fikir mübadiləsi və tələbələrin iştirakı ilə interaktiv nümayiş keçirildi. Fərqlənən tələbələrdən beş nəfərinə fəxri fərman,digərlərinə isə xüsusi sertifikatlar təqdim olundu.Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən Mingəçevir Turizm Kollecinin rəhbərliyinə tədbirin keçirilməsində yaratdığı şəraitə görə təşəkkürnamə məktubu oxundu, fəal əməkdaşlığa görə bir qrup KİV nümayəndəsi Mərkəz tərəfindən mükafatlandırıldı.
Əlavə edilmə tarixi: 06.05.2016 | Baxılma sayı: 1194
Turizm Kolleci məqsədyönlü addımlar atmaq niyyətindədir.
Tarixin dərinliklərindən qaynaqlanan Azərbaycan xalqının milli-mənəvi dəyərləri müasir dünyanın kültürəl ənənələrinin qorunmasında və inkişafında önəmli rol oynaya bilər.
Əsrlər ərzində fərqli mədəniyyət və inancların azad və bərabərhüquqlu şəkildə mövcud olma faktı Azərbaycan coğrafiyasını dünən olduğu kimi bu gün də sülh və əminamanlıq içində yaşamaq arzusunda olan xalqlar üçün ən cəlbedici məmləkətlərdən birinə çevirib. Hazırda ölkə paytaxtında davam edən BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu iştirakçılarının ilk çıxışlarından da bu gerçəklik açıqca özünü biruzə verir.Azərbaycan cəmiyyətində dövlət rəsmilərindən tutmuş sadə vətəndaşlaradək hər kəs xalq və dövlət olaraq multikultural ənənələrin inkişafı sayəsində qazandığı bu nailiyyətləri daha da təkmilləşdirmək yolu ilə sabahlara daşımaq niyyətində olduğunu gizlətmir. Bu mənada Respublika Mədəniyyət və Turizm Nazirliyinin nazirliyin strukturuna daxil olan müəssisələrdə bundan sonra da məqsədyönlü işlər aparılması barədə aldığı qərar yalnız təqdirə layiqdir.Hər zaman ümumrespublika əhəmiyyətli məsələrin icrasına əməli dəstək nümayiş etdirən Mingəçevir Turizm Kolleci də proseslərdən kənarda qalmaq niyyətində deyil. Əksinə onun ən fəal iştirakçısına çevrilmək niyyətindədir. Yeddinci Qlobal Forumun hələ davam etdiyi bir vaxtda artıq Turizm Kolleci uzunmüddətli fəaliyyət planını təsdiq edib. Təsbirlər planında yeddinci Qlobal Forumun Mingəçevir Turizm Kolleci üzrə təşkilat komitəsinin yaradılması, buna müvafiq işçi qrupunda iş bölgüsünün hazırlanması, Forumdan irəli gələn məsələlər üzrə mədəni- kütləvi tədbirlərin təşkili, Turizm Kollecində mədəniyyətlərarası dialoq mərkəzinin təbliği və yeddinci Qlobal Foruma həsr olunmuş elmi- nəzəri konfransların keçirilməsi nəzərdə tutulur.Kollektivin məsələnin önəminə verdiyi dəyər tədbirlər planına daxil olan məsələlərin dərhal icrasına başlanılması prosesində də özünü biruzə verir. Belə ki, bugün – Forumun da paytaxtda davam etdiyi bir vaxtda Turizm Kolleci tədbirlər planına müvafiq olaraq ilk elmi- nəzəri konfransını təşkil etdi.BMT- nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumuna həsr olunmuş elmi- nəzəri konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Forumun Azərbaycanda keçirilməsini Azərbaycanın təşkilatçılıq potensialına, multikultural ənənələrinə və dövlət başçısı başda olmaqla dünyavi sülh, barış və birgə yaşayış anlayışlarına dövlət qurumlarının və xalqın göstərdiyi həssasiyət müqabilində beynəlxalq ictimaiyyətin böyük etimadı kimi dəyərləndirdi. Əyyub Əyyubov 2016- cı ilin Multikulturalizm ili elan olunmasını da beynəlxalq aləmdə dövlətə və xalqa baş ucalığı gətirən amil olduğunu bildirdi. Onun fikrincə hələ ulu öndər Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə qorunan tolerant ənənələr bu gün prezident İlham Əliyevin ciddi səyləri ilə daha da mükəmməl şəkildə inkişaf etdirilərək təbliğ olunur. Bu mənada hər bir ölkə vətəndaşı, xüsusilə də pedaqoqlar və yetişməkdə olan gənc nəsil mövcud dəyərlərimizin qorunmasına və təbliğinə davamlı olaraq əməli dəstək nümayış etdirməlidir – dedi.Qeyd edək ki, konfrans ərzində biri- birindən maraqlı çıxışlar səsləndi. Kollecin pedaqoqları Xatirə Rzayeva, İqbal Xudiyev, Eldar Dərişov İradə Cəfərova və tələbə Cəlil Əhmədov müvafiq olaraq “ Azərbaycanın nümunəvi elmi siyasəti və perspektivlər”, “ Azərbaycan Dünyada tolerantlıq nümunəsidir”, “ Müasir və tolerant Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Azərbaycanda mədəniyyətlərarası dialoq mərkəzinin yaradılması” və “ Azərbaycan gəncliyi yeddinci Qlobal Forumda” mövzularında məzmunlu məruzələrlə çıxış etdi.Konfransa yekun vuran kollecin direktoru professor Əyyub Əyyubov bu kimi oxşar tədbirlərin Mingəçevir Turizm Kollecində davamlı xarakter daşıyacağını bəyan etdi. Mədəniyyətlərarsı dialoq təkcə məmləkətimiz və xalqımız üçün deyil, bütün bəşəriyyətin gələcəyi üçün vacib məsələdir – söylədi.
Əlavə edilmə tarixi: 27.04.2016 | Baxılma sayı: 824
Mingəçevir Turizm Kollecinin Məzunlarının Nəzərinə!
Hörmətli Məzunlarımiz ! Kollecin 10 illik Yubleyi ilə əlaqədar olaraq
Sizləri Kollecdə keçiriləcək tədbirdə iştirak etməyə dəvət edirik.Tədbirdə iştirak etmək istəyən tələbələr turizmkolleci@mail.ru adersinə iş yerləri və əlaqə telefonları haqqında məlumatları göndərməyinizi, həmçinin əlaqədə olduğunuz tələbə yoldaşlarınıza da məlumat verməyinizi sizlərdən xahiş edirik.
Əlavə edilmə tarixi: 13.04.2016 | Baxılma sayı: 637
Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.
Bu günlərdə başa çatmış və sayca 15-ci olan sərginin önəmi və perspektivləri növbəti dəfə hər bir iştirakçıda ən müsbət təəssüratlara yol açdı.İştirakçı kəlməsini ifadə edərkən əlbəttə ki,yalnız sərgini yaxından izləmək fürsəti olmuş insanlar nəzərdə tutulmur.Həm də,bu mötəbər beynəlxalq tədbirdə rəsmən təmsil olunmaq şansı əldə etmiş şirkət və müəssisələrdən söhbət gedir.Məlumat üçün qeyd edək ki. on beşinci yubiley sərgidə 29 dövlətin 333 şirkət və müəssisəsi iştirak edirdi.Beynəlxalq Sərgidə təmsilçilikdən söhbət düşmükən ən vacib məqamı vurğulamaq yerinə düşər.Məsələ burasındadır ki,on illik yubiley yaşını qeyd etməyə hazırlaşan Mingəçevir Turizm Kolleci dörd ildir ki, dalbadal bu mötəbər beynəlxalq tədbirə dəvət alır və çox böyük uğurla doğma kollektivini,şəhərini və ölkəsini təmsil edir.Fəaliiyyətə başladığı on il ərzində tədris prosesində qabacıl dünyavi təhsil-təlim üsullarını başarıyla tətbiq edib saysız-hesabsız nailiyyətlər qazanmağa müvəffəq olmuş bu nüfuzlu kollektiv,həm də beynəlxalq əməkdaşlıq sayəsində ciddi uğurlara imza atıb.Yəni turizm sahəsi üçün peşəkar kadr hazırlığı missiyasını inamla çiyinlərində daşıyan kollektivin ismi mübaliğəsiz olaraq etiraf etmək lazımdır ki,Azərbaycanla yanaşı Avroasiyanın qabaqcıl elm-təhsil ocaqlarında dolaşmaqdadır.Qazandığı davamlı naliyyətlər dövlət rəsmilərinin də diqqətindən yayınmır.Məhz bu uğuları müqabilində kollektivə bəslənilən etimad sayəsində Mingəçevir Turizm Kolleci dörd ildir ki,Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak və təmsilçilik hüququ qazanır.Qeyd etmək lazımdır ki, belə bir mötəbər təmsilçilik,həm də dörd il dalabadal Mingəçevir Turizm Kollecinə çox böyük təcrübə qazandırıb. Bunun nəticəsi olaraq kollektiv hər yeni sərgiyə daha ciddi hazırlıq mərhələsi keçir və ən yaxşı tərəfdən üstünlüklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.Sirr deyil ki,beynəlxalq ictimaiyyət təhsilə,onun inkişaf dinamikasına daima xüsusi həssaslıq nümayiş etdirir və bu mənada kollecə adı çəkilən sərgidə göstərilən diqqət və maraq başa düşüləndir.Üstəlik nəzərə almaq lazımdır ki, Turizm Kollecinin təmsilçilik guşəsi hər dəfə yeni estetik zövq oxşayan elementlər və məlumatlar toplusu ilə zənginləşdirilir ki, bu da guşəni seyrçilər üçün daha da cəlbedici edir.Məsələn, son sərgidə Turizm Kollecinin uğuları haqqında xeyli sayda kitablar,büklet və broşurlar,prospektlər,foto şəkillər,döş nişanları,digər kiçik həcmli suvenirlər,tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət nümunələr,beynəlxalq təltiflər və digər eksponatlar yer alırdı. Nəşri məlumatların əksəriyyəti həm də ingilis və rus dillərində təqdim olunurdu.Guşədə milli geyimli gənc tar ifaçısının iştirakı da milli dəyərlərin təbliğinə yönəlik uğulu seçim idi.Eyni zamanda xüsusi monitor vasitəsilə kollecin uğurlarından bəhs edən slaydlar və videoçarxlar davamlı qaydada qonaqlara nümayiş olunurdu. Yeri düşmükən bu ilki sərgidə kollektiv doqquz nəfərlik pedaqoq-tələbə heyəti ilə təmsil olunurdu.Onlar çox böyük həvəs və istəklə iştirakçı qonaqlarla ünsiyyət qurur,onlara kollec haqqında ətraflı məlumatlar çatdırıb suallarına aydınlıq gətirirdi.Kollec təmsilçiləri Sərgi müddətində Balkan ölkələrindən,MDB məkanından,İrandan və digər ölkələrdən olan xeyli iştirakçı ilə səmimi dialoq içində oldu.Sərginin önəmindən xəbər verən kifayət sayda örnək göstərmək olar.Çünki,onun işində Beynəlxalq Turizm Təşkilatı,Asiyanın analoji qurum nümayəndələri,qabaqcıl turizm şirkətləri və otellər iştirak edirdi.Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevdə bu və digər məsələlərə öz nitqində xüsusi yer ayırdı. Təqdirəlayiq hallardan biri də o idi ki, açılış nitqində nazir Əbülfəs Qarayev Mingəçevir Turizm Kolecinin ünvanına ən xoş arzularını çatdırdı.Daha sonra kollecin guşəsini ziyarət edən nazir təəssüralarından dolayı kollektivə təşəkkürlərini ifadə etdi.Kollektiv üçün sərginin zirvə nöqtəsi isə heç şübhəsiz prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə baş tutan görüş və yaxın səmimi ünsiyyət oldu.Dövlət başçısına Mingəçevir Turizm Kollecinin on illik yubiley hazırlıqları barədə ətraflı məlumat verən kollecin direktoru professor Əyyub Əyyubov kollektiv adından ona təşəkkür etdi.Bildirdi ki,məhz cənab prezidentin sərəncamı ilə on il öncə turizm sahəsi üçün ixtisaslı mütəxəssis hazırlayacaq Mingəçevir Turizm Kollecinin əsası qoyulub.Əyyub Əyyubov qeyd etdi ki,məhz dövlət başçısının diqqət və qayğısı sayəsində kollektiv tədrisdə mütərəqqi yenilikləri tətbiq edir,maddi-texniki bazanı gücləndirir və başarıyla bu yolda zəngin beynəlxalq əlaqələrindən yaralanmağa üstünlük verir.Artıq bu günədək Mingəçevir Turizm Kollecində təhsilini uğurla başa vurmuş beş mindən çox məzun hazırda turizm sahəsində daimi əməklə məşğul olur və turizmin ümumi inkişafına töhvə verir.Prezident İlham Əliyev maraq içində kollec rəhbərinin məlumatlarını dinlədi,müxtəlif suallar ünvanladı və guşəni seyr etdi.Dövlət başçısı gördüklərindən və duyduqlarında məmnun qaldığını kollektivin diqqətinə çatdırdı və ona yeni uğurlar arzuladı.Ümumən sərgi hər mənada kollektiv üçün faydalı oldu. Belə ki, görüşlər zamanı yeni əməkdaşlıqların təməli qoyuldu.
Əlavə edilmə tarixi: 13.04.2016 | Baxılma sayı: 812
Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.
Səyahətlər və ekskursiya şöbəsinin müdiri İdrisova Nazan, kollecin turizm müəllimi Kərimov Bəhruz və “Turizmin təşkili” və “Turist , mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisasları üzrə seçilmiş 16 nəfərlik ekskursiya qrupu ilk olaraq şəhərin girişində yerləşən dahi Nizaminin məqbərəsini ziyarət etdilər .Bələdçi Nizami yaradıcılığı haqda tələbələrə geniş və ətraflı məlumat verdi . Daha sonra məqbərənin arxa hissəsində yerləşmiş Nizami Gəncəvinin ata – anasının dəfn olunduğu sərdabə ziyarət edildi. Növbəti dayanacaq Gəncə şəhərinin mərkəzində yerləşmiş Cavad xan abidəsi , XVII əsrə aid Şah Abbas məscidi və Çökək hamam oldu . Tələbələrin marağına səbəb olan bu ziyarətdən sonra məşhur “Butulka ev” lə tələbələr tanış edildilər. Yeni Gəncədə yerləşən “Heydər Əliyev” parkında tələbələrin istirahəti və naharı təşkil edildi. Ekskursiya XVII-XIX əsrə aid “İmamzadə tikililər kompleksi” nə ziyatətlə başa çatdı.Ekskursiya tələbələrin marağına səbəb oldu və xatirə şəkilləri çəkdirildi.Ekskursiya qrupunun tərkibi:1.Əkbərova Gülər2.Mirzəyev Mehman3.Nəsirova Əsmət4.Həsənova Aytac5.Musayev Fərid6.Rüstəmov Hüseyn7.Rəhmanlı Nicat
8.Tacəddinli Elvin
9.Mustafayev Fərhad
10.Cukrayeva Gülçin
11.Ramazanova Şəbnəm
12.Qurbanova Ulduz
13.Məmmədova Vəsilə
14.Ağayev Faiq
15.Səfərova Meset
16.Hacalıyeva Zənurə
Əlavə edilmə tarixi: 12.04.2016 | Baxılma sayı: 803
Mingəçevir Turizm Kollecində ordumuza dəstək aksiyası keçirildi.
Son günlər Dağlıq Qarabağ münaqişəsi bölgəsində baş verən hadisələr düşmənin fitnəkarlığı nəticəsində atəşkəsin geniş miqyasda pozulması MTK kollektivini də biganə qoymayıb. Milli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi işğal olunmuş ərazilərin azad olunacağına ümidləri xeyli artırmışdır. Hər bir ölkə vətəndaşı kimi kollektivin bütün üzvləri ordumuzun düşməni tezliklə qəti məğlub edərək torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləyir.Aprelin 5-də kollecin tədris korpusunun qarşısındakı ərazidə ordumuza dəstək aksiyası keçirildi. Toplantıda çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov son vəziyyət haqqında iştirakçılara məlumat verdi. Ordumuzun qələbələrindən yaranmış nikbin, yüksək əhval –ruhiyyəni, gənclərdə güclənmiş vətənpərvərlik duyğularını dəyərləndirdi. Ordumuzun tezliklə torpaqlarımızı tam azad edəcəyinə qəti inamını ifadə etdi. Tədbirdə dosent İbrahim Əyyubov, Əşrəf Əsgərov, pedaqoqlar Eldar Dərişov, Gülnarə Şükürova da çıxış edərək milli ordumuzun son qələbələrindən duyduqları sevinc və qürur hislərini iştirakçılarla bölüşdülər.Tələbə gənclərdən Göyçək Vəlizadə vətənpər ruhlu şerləri ilə iştirakçıları daha da coşdurdu.Tələbələr natiqlərin çıxışlarını böyük ruh yüksəkliyi və vətənpərvərlik şüarları ilə qarşılayırdılar. Həmçinin, istedadlı tələbələrdən Vüqar və Elxan söz alaraq vətənpərvər mahnılar ifa etdilər. Kollec kollektivinin ordumuza dəstək aksiyası böyük ruh yüksəkliyi şəraitində başa çatdı.https://www.youtube.com/watch?v=GEXjsVwRzVk
Əlavə edilmə tarixi: 05.04.2016 | Baxılma sayı: 644
Mingəçevir Turizm Kollecində elmi – nəzəri konfrans
Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanı xatirə kompleksində açıldı. Təhsil müəssisəsinin pedaqoqlu – tələbəli böyük bir heyəti tər çiçək dəstələri ilə xiyabana axın etdi. Onlar burada ucaldılmış Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini cəmi Mingəçevirlilər kimi ziyarət edib soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayış etdirdi.
Günün ikinci yarısında isə kollec tərəfindən son bir həftə ərzində 31 Mart Azərbaycanlıların Soyqırım Günü münasibətilə həyata keçirilmiş silsilə tədbirlərin ən önəmlisi gerçəkləşdirildi. Müəssisənin Heydər Əliyev İdeoloji Mərkəzində “ 31 Mart Soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı elmi-nəzəri konfrans öz işinə başladı.Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 31 mart soyqırımı qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik xatirə sükutu ilə yad etməyi təklif etdi. Daha sonra çıxışına davam edən Əyyub Əyyubov əsrlər boyu bədnam ermənilər və havadarları tərəfindən Türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və soyqırım siyasətinin əsl mahiyyətini elmi yorumu ilə iştirakçıların diqqətinə çatdırdı. Bu zaman ünlü elm adamı ayrı-ayrı tarixi dönəmlər nəzərə alınmaqla konkret olaraq 1918-ci il Mart Soyqırımı zamanı işgəncə ilə qanına qəltan edilmiş soydaşlarımız haqqında tükürpədici rəsmi rəqəmlər açıqladı.Əyyub Əyyubov bu kimi faciələrimizin gün işığına çıxarılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladaraq, bu gün də onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən eyni vətənpərvər həssaslıqla məqsədyönlü addımlar atıldığını xüsusi qeyd etdi.Daha sonra konfransın digər məzmunlu məruzələri dinlənildi. Pedaqoqlar Elnarə İsmayılova, Xatirə Rzayeva, Püstə Mürşüdova və Səbinə Hüseynova müvafiq olaraq ” Ermənilərin XX əsrin əvvəlində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, “1918 –ci ilin martında daşnakların Bakıda törətdiyi amansız cinayətlər”, ”1918-ci ilin yazında Şamaxı və Quba şəhərlərində törədilən kütləvi qırğınlar” və “1918-ci ildə Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərində törədilən kütləvi qırğınlar “ mövzularında geniş məruzələr səsləndirdi.Ənənəyə müvafiq olaraq elmi- nəzəri konfrans ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr tərəfindən hazırlanmış və soyqırım hadisələrinə həsr olunmuş ədəbi- bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.Konfransa yekun vuran professor Əyyub Əyyubov uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədi. Eyni zamanda üzünü iştirakçılara tutaraq – “Biz bu cür faciələrimizdən nəticə çıxararaq daha tədbirli davranmalıyıq. Bunun üçün isə pedaqoq kimi acı həqiqətlərimizi yetişməkdə olan gənc nəslə daha dürüst və dolğun şəkildə çatdırmaq üçün maksimum istəklə çalışmalıyıq” – dedi.
Əlavə edilmə tarixi: 31.03.2016 | Baxılma sayı: 1341
Mingəçevir Turizm Kollecində Novruz coşqusu
Əgər bir kimsə kənardan boylanıb müşahidə etsə və bir anlığa hansı ünvanda olduğunun fərqinə varmasaydı Turizm Kollecinin ən böyük meydanında səs-sorağı dörd bir yana sədalanan Novruz coşqusunun bir təhsil ocağının kollektivinə deyil bütün Mingəçevir ictimaiyyətininə aid olduğunu zənn edərdi.Baharın gəlişi və mili ruhumuzun təcəssümü olan Novruz bayramı regionun ən böyük təhsil müəssisələrindən olan Mingəçevir Turizm Kollecində məhz bu sayaq təntənə və şadlıq içində qarşılandı.
Öncə ondan başlayaq ki,Ulu Öndər Heydər Əliyevin çöhrəsi təbəssümlə dolu iri möhtəşəm portreti önündə yer alan bayram meydanı təqdirəlayiq Novruz elementləri ilə zəngin tərtibat xüsusiyyətləri ilə seçilirdi. Ayrı-ayrı tələbə qruplarının təşəbbüsü və yaxından iştirakı ilə bəzənmiş bayram süfrələri şənliyinə bir başqa gözəllik və xoş ovqat,iştirakçıların qəlbinə isə yüksək əhvalı- ruhiyə bəxş edirdi.Bu məqamda kimsənin diqqətindən yayinmayan bir mühüm amili xüsusi vurğulamağa dəyər.Belə ki,bayram şənliyə rəng qatan təkcə tərtibat,ləziz şirniyyatlarla bəzədilmiş bayram xonçaları və göz oxşayan Novruz tonqalı deyildi.Meydan boyu cərgələnən milli geyimli oğlan və qızların sərgilədiyi obrazlı adət-ənənələr,vaxtilə ulu ağsaqqal və ağbirçəklərimizin,gənc oğlan və ağsaqqaılların gündəlik olaraq yararlandığı əmək və məişət əşyaları sözün əsl mənasənda Bahar bayramının xalqın ruhunda əbədilik qazanmış dəyərli tarixi bir ənənə və milli təqvim olduğunu təcəssüm etdirirdi.Belə bir təbii aura içində hər bir iştirakçı özünü xəyalən də olsa Ulu Qorqudun ocağı başindaymiş kimi hiss edirdi.Bütün yaradılan və nümayiş etdirilən hər nə vardısa milli dəyərlərin imkan daxilində ən incə məqamları nəzərə alınmaqla ən yüksək səviyyədə nümayişinə və təbliğinə hesablanmışdı. Hadisələri qabaqlayaraq qeyd etmək istərdik ki,kollektiv növbəti uğurlu təşkilatçılıq bacarığı ilə hər kəsi, o cümlədən yüzlərlə bayram iştirakçısını və çox sayda dəvətli qonağı təəccübləndirə bildi. Bu həm də nüfuzlu təhsil müəssisəsinin hüdud tanimayan potensialının növbəti başarılı nümunəsi kimi dəyərləndirilə bilər.Novruz şənliyinə hazırlıq prosesinə kollektivin sərgilədiyi təşkilatçılıq keyfiyyətləri və məsuliyyətli münasibət barədə söylədiklərimiz bu möhtəşəm bayram şənliyində alınan təəsüratların kiçik bir hissəsini əks etdirir.Əsas olan isə bayram şənliyinin özü, məzmunu və mahiyyəti idi.Bəri başdan söyləyək ki,hazırlıqla gedişat ayrilmaz şəkildə vəhdət təşkil edirdi.Adətən Turizm Kolleci ictimai mədəni kütləvi tədbirlərdə istedadlı tələbələri və həmin tələbələrin iştirakı ilə təqdim olunan uğurlu bədii proqramlarla seçilir.Qısa haşiyə çıxaraq xatırlatmaq yerinə düşər ki, məhz tələbələrinin bu diqqət çəkən üstünlükləri müqabilində kollecli istedadlar davamlı olaraq ümumşəhər əhəmiyyətli tədbirlərə xüsusi dəvət alır,yaxud bütövlükdə hansısa tədbirin hazırlıq işləri və bədii proqram təqdimatı bu işgüzar kollektivin bacarıqlı gənclərinə həvalə olunur. Bu mənada hər zaman Turizm kollecinin ismi keçən tədbirlərə güclü ictimai maraq yaranır.Kollektivin bu ilkı Novruz təntənələrini 2 qat,3 qat əlamətdar edən digər mühüm səbəblər də vardı. Birincisi ona görə ki.ölkə prezidentinin fərmanı ilə yardılmış və Azərbaycanda turizm sahəsinin inkişafı üçün zəruri olan ixtisaslı kadr hazırlığı missiyasını yerinə yetirən nüfuzlu təhsil ocağı bir neçə həftə sonra təntənəli şəkildə 10 yaşını qeyd etməyə hazırlaşır.Bu dönəm kollektiv üçün tədris və təlim sahəsində əldə olunmuş çoxsayli nailiyyətlər, ilbə-il genişlənən beynəlxalq əlaqələr və avropa əhəmiyyətli nüfuzlu təhsil layihələrində ölkənin və dünyanın qabaqcıl təhsil müəssisələri ilə birgə uğurlu iştirak dövrü kimi xarakterik olub.İkinci əlamətdar hadisə isə qeyd olunan 10 il ərzində başarılı idarəçiliyi,həmçinin elmi-pedoqoji təcrübəsi və potensialı sayəsində Turizm Kolecini uğurdan-uğura daşımağa müəssər olmuş ünlü elm adamı,iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubovun bu günlərdə 60 illik yubiley yaşı tamam olub. Təkcə yaşadığı regionda və ölkədə deyil bütün avropanın elm təhsil mərkəzlərində ismi hörmət və rəğbətlə anılan Əyyub Əyyubov doğma kollektivində təkcə rəhbər kimi deyil ,həm də qardaş,ata doğmalığı ilə sevilən bir şəxs imicinə malikdir. Qeyd olunan bu və digər səbəblər Novruz şənliyində müxtəlif müsbət emosianal cizgilərdə təcəssümünü tapırdı.İfa olunan müxtəlif məzmunlu şerlər, milli və müasir musiqi nümunələri,nümayiş olunan və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən maraqlı səhnəciklər,milli oyunlar, yarışmalar və daha nələr-nələr tədbir boyu ürəkləri fəth etdi.Qorqud Ata, Bahar qız, Keçəl, Kosa, milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartışması,yumurta döyüşləri ,təbriklər və zarafatlar gözlər önündə ifadə olunması çətin olan görüntülər və xoş mənzərə canlandırırdı.Bayram təbriki ilə doğma kollektivinə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov da meydanı növbəti dəfə alqışlarla coşduran emosianal və məzmunlu çıxışı ilə yadda qaldı.Müstəqil dövlətçiliyimiz Tanrının bizlərə nəsib etdiyi böyük bir qismət,zəngiz tariximiz,mədəniyyətimiz,təkrarsız gözəlliyi ilə seçilən adət ənənələrimiz ,o cümlədən Novruz bayramımız böyük milli sərvətimizdir-dedi. Əyyub Əyyubov bu azad və qudrətli günlərin memarı olan ulu ündər Heydər Əliyevin adını xüsusi ehtiramla anaraq dövlətçiliyimizin bu günü,sabitliyimizin təməl müəllifi, təhsilimizin, gələcəyimizin və firəvanlığımızın təminatı ilk növbədə O böyük dahi şəxsiyyətin adı və xidmətləri ilə bağlıdır söyləyərək, məhz Heydər Əliyevin təəssübkeşliyi və vətənpərvərliyi sayəsində Novruz bayramının ən yüksək səviyyədə qeyd olunmağa başlandığını iştirakçıların diqqətinə çatdirdı. Dəyərli elm adamı Heydər Əliyev irsinə sədaqəti ilə seçilən prezident İlham Əliyevi güclü məntiqə,siyasi məharətə və iradəyə sahib əsl lider kimi xarakterizə etdi və bu gözəl bayram günündə ona və ailə üzvlərinə və onların timsalında bütün azərbaycan xalqına yeni nəaliyyətlər arzuladı.Təbrik nitqində Turizm Kollecinin keçdiyi 10 illik şərəfli yola nəzər yetirən professor əldə olunan uğurlara toxunaraq bu nəaliyyətlərin davamlı olacağına əmin olduğunu bildirdi.Hər zaman kollektivə mənəvi dayaq olan Mədəniyət və Turizm Nazirliyinin və şəhər rəhbərliyinin ünvanına ən xoş arzularını çatdırdı.Əyyub Əyyubov ən son Novruz arzusu olaraq Ulu Tanrıdan xalqımiza torpaqları işğaldan azad olunmuş bütöv Azərbaycan qismət etməyi dilədi.Ardınca çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə İş şöbəsinin böyük məsləhətçisi Vüqar Baxışov tədbirlə bağlı təəsüratlarını və bayram təbriklərini paylaqşdıDaha sonra milli obrazların iştirakı ilə bayram Tonqalı alovlandırıdı.Bayram şənliyi belə demək mümkünsə yeni rəng aldı.Meydan təmamən nəğməyə və rəqslərə büründü.Turizm Kollecinin direktoru Əyyub Əyyubov məhz bu anlarda ənənəsinə sadiq qalaraq meydan boyu cərgilənən guşələri dolaşaraq bayram süfrələri ətrafında yer alan pedaq və tələbələri salamladı.Süfrələri bəzəyən ləziz təamlardan dadan ünlü elm adamı təbrikləşməklə yanaşı həmkarları və yetirmələri ilə yumurta döyüşdümək imkanını da qaçırmadı.Bu anlar heç şübhəsiz tədbir iştirakçılarının hafizəsindən uzun müddət silinməyəcək.Beləcə ünlü təhsil ocağı kollektiv mütəşəkilliklə milli bayramına-Novruza növbəti dəfə isti qucaq açdı.Hər kəs ürək dolusu sevindi,şadlandı,əyləndi və necə deyərlər tədris prosesinin yorğunluğunu ,bayramın isə keyfini çıxardı.
Əlavə edilmə tarixi: 18.03.2016 | Baxılma sayı: 882
Beynəlxalq Qadınlar Günü kollecdə qeyd olundu.
Təqvimin əlamətdar tarixləri və bayram günləri Mingəçevir Turizm Kollecində həmişə yüksək əhval-ruhiyyə və təntənəli şəkildə qeyd olunur. Kollektivin xüsusi münasibət bəslədiyi belə bayramlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günüdür.
Bu il də kollektivin qadın əməkdaşları rəhbərliyin xüsusi diqqətinin bir daha şahidi oldular. Martın 7-də Kollecin H.Əliyev adına İdeoloji mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Kollecin direktoru , prof. Əyyub Əyyubov təbrik nitqi ilə tədbir iştirakçılarına müraciət etdi. Qadın əməkdaşların kollecin tədris və ictimai həyatında fəal rol oynadıqlarını vurğuladı. Onları 8 mart bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Hər birinə ailə səadəti ,can sağlığı , uzun ömür , şəxsi həyat və peşə fəaliyyətlərində uğurlar arzuladığını bildirdi. Həmkarlar Təşkilatının sədri, dosent İbrahim Əyubov və tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da təbriklərə qoşularaq qadın müəllimlərə səmimi və xoş arzularını çatdırdılar. Təbrik nitqindən sonra qadın əməkdaşlara bayram hədiyyələri təqdim olundu. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir xoş əhval və səmimi şəraitdə davam etdi.
Əlavə edilmə tarixi: 07.03.2016 | Baxılma sayı: 586
Mingəçevir Turizm Kollecində 1 Mart 2016-cı il tarixində “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi.
Mingəçevir Turizm Kollecində 1 Mart 2016-cı il tarixində “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar Tələbə Poliklinikasının və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə birgə tədbir keçirildi.
Tədbiri kollecin bədii fəaliyyət və kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov açdı. Açılışdan sonra “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş video-çarx nümayiş etdirildi. Sonra isə kollecin Mülki Müdafiə qərargahının rəisi Ağa Alıyev “Mülki müdafiənin rolu, əhalinin xəbərdarlığı, rabitə və xəbərdarlıq” mövzusunda məruzə ilə çıxış etmişdir. Daha sonra mövzu ətrafında Mingəçevir Tələnə Poliklinikasının həkimi Əminə Əhmədova “Mülki müdafiədə tibbi xidmətlər”, “Qızıl Aypara” Cəmiyyətinin gənclər üzrə təlimatçısı Könül Ahəngarı “Qızıl Aypara Cəmiyyətinin Mülki müdafiədə rolu” mövzusunda çıxış etmişlər.Müzakirə olunan məsələlər ətrafında təlim-tərbiyə işləri üzrə direktor müavini Şahzadə Şükürova, Təsviri sənət fənn komissiyasının sədri Sevda Kərimova və TMT-20 qrupun tələbəsi Hacımurad Bicilov çıxış etmişlər. Tədbir çox maraqlı keçmişdir.
Əlavə edilmə tarixi: 02.03.2016 | Baxılma sayı: 1283
Mingəçevir Turizm Kollecində Xocalıya ədalət – FLASHMOB- JUSTİCE FOR KHOJALY
Azərbaycanın hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyətidə Xocalı faciəsini andı.Bir qrup tələbə JUSTİCE FOR KHOJALY ( Xocalıya Ədalət) FLASHMOB-u təşkil etiblər.
Əlavə edilmə tarixi: 26.02.2016 | Baxılma sayı: 1095
Mingəçevir Turizm Kollecində Xocalı soyqırımının ildönümü qeyd olundu.
XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı hər il ölkəmizdə dərin hüznlə,böyük sayğı və ehtiramla yad olunur.Ölkənin aparıcı tədris müəssisələri,əlaqədar dövlət qurumları və gənclər təşkilatları bu faciə haqqında bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,yetişən gənc nəslə öyrədilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.Mingəçevir Turizm Kollecindədə hər il Xocalı faciəsiyad olunur,faciənin ildönümünə həsr olunan müxtəlif tədbirlər keçirilir.
Bu il də Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə kollecin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib.Şöbələrin və tələbə-gənclər təşkilatının, müəllimlərin və tələbələrin iştirakı ilə debatlar,disıkussiyalar təşkil olunmuş, hadisənin canlı şahidləri ilə görüşlər keçirilmiş, kitab və rəsm sərgiləri düzənlənmiş, nümunəvi açıq dərslərdə Xocalı faciəsindən bəhs edən müzakirələr aparılmışdır. Eyni zamanda Kollecin əsas tədris korpusunda təşkil olunmuş stend və guşələrdə ayrı-ayrı qruplar tərəfindən tərtib olunmuş divar qəzetləri və plakatlar nümayiş olunmaqdadr.Tələbələr arasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş inşa yazı, rəsm və əl işləri müsabiqələri də öz aktuallığı ilə diqqət mərkəzində olmuşdur. Ən əsası 25 fevral 2016-cı il tarixdə keçirilmiş dərslərin ilk saatları bütünlüklə Xocalı faciəsinə həsr edilmişdir.Nəhayət bu gün fevral ayının 25-də tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişib. Pedaqoq və tələbələrin iştirakı ilə “Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirildi.Konfrans iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Konfransı açıq elan edən Mingəçevir Turizm kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən himayədarlarının köməyi ilə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətləri bəşəriyyət tarixində indiyədək baş vermiş ən dəhşətli faciələrdən biri olduğunu qeyd etdi. Ünlü elm adamı faciə ərəfəsində Qarabağ bölgəsində mövcud olmuş hərbi-siyasi vəziyyəti qısaca təhlil etdi.Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı.Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə əlaqədar qurumların beynəlxalq aləmdə bu istiqamətdə apardığı fədakar fəaliyyətlərini xüsusi vurğuladı.Təhsil müəssisələrinin də bu baxımdan ciddi işlər görməli olduğunu diqqətə çatdırdı.Daha sonra konfrans iştirakçılarına Xocalı Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi.Konfransda pedaqoqlarEldar Dərişov,Xəyalə Abbasova, Məleykə Vəliməmmədova, Bəsti Qurbanova və Tural Kərimov müvafiq olaraq “Xocalıfaciəsinin dünyaya tanınmasında Heydər Əliyevin rolu”, “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir”, “Azərbaycan hərbçiləri tərəfindən Xocalı aeroportunun mərdliklə müdafiə edilməsi”, “Xocalı soyqırımı xalqımızın tarixi faciəsi və qan yaddaşımızdır”, “Xocalı soyqırımının dünya dövlətlərinə tanıtdırılması istiqamətində gənclərin rolu” mövzuları üzrə maraqlı məruzələr səsləndirdi.Daha sonra konfrans kollecin bədii özfəaliyyət qrupu tərəfindən hazırlanmış və Xocalı faciəsinəhəsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.Konfransa yekun vuran prof. Əyyub Əyyubov gələcəkdə də azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində pedaqoq və tələbələrin önəmli rolu ola biləcəyini xatırladaraq hər kəsi fəallıq və vətənpərvərlik örnəyi nümayiş etdirməyə dəvət etdi.
Əlavə edilmə tarixi: 25.02.2016 | Baxılma sayı: 488
Məmmədova Jalənin rəhbərliyi altında rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirildi.
24 fevral 2016-cı il tarixində Mingəçevir Turizm Kollecində İ 25 qrupunda Məmmədova Jalənin rəhbərliyi altında rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kollecin fransız dili müəllimi İbrahimova Günay və Mədəniyyət və incəsənət müəllimi Kərimova Sevda iştirak edirdilər.
Açıq dərs Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıldı.Bundan sonra, monitor vasitəsilə “Xocalı soyqırımı” ilə baglı videoçarx nümayiş etdirildi.
Dərsdə erməni vandallarının torpaqlarımızın işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi qanlı qırğınlardan bəhs edildi.
Açıq dərsi aparan rus dili müəllimi Jalə Məmmədova tələbələrə geniş məlumat verərək bildirdi ki, erməni millətçiləri xalqımıza qarşı müntəzəm etnik təmizləmə və soyqırım siyasəti aparıb. Soyqırıma hüquqi-siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub.Son zamanlar ölkəmizdə dövlət səviyyəsində Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması nəticəsində bir sıra ölkənin parlamentində Xocalı soyqırım kimi tanınıb. Açıq dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə tələbələrə tarixi faktlarla da geniş məlumat verildi.
Tədbirdə iştirak edən tələbələr də müzakirələrə qoşularaq mövzu barədə düşüncələrini bölüşdülər
Əlavə edilmə tarixi: 24.02.2016 | Baxılma sayı: 1287
Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.
. Daima yüksək təşkilatçılıq potensialı və öncüllüyü ilə seçilən Mingəçevir Turizm Kollecinin kollektivi bu dəfə də ənənəsinə sadiq qalaraq dövlət əhəmiyyətli ideoloji məfkurənin ən fəal təbliğatçıları sırasında yer almaq üçün ilk uğurlu addımını atdı. Mingəçevir şəhər İcra Hakimiyyətindən dəvət olunmuş rəsmi qonağın da qatıldığı möhtəşəm bir elmi-nəzəri konfransa təşəbbüskar və təşkilatçı qismində ev sahibliyi etdi. Təkcə bir faktın açıqlanması tədbirin önəminə kollektiv tərəfindən göstərilən ciddi münasibətin mahiyyəti barədə yetərincə müsbət təəssürat formalaşdıra bilər. Hadisələri qabaqlayaraq bildirək ki, iştirakçılar konfrans boyu indiyədək heç şəhər miqyasında da rastlaşmadıqları məruzəçi sayı və məruzə müxtəlifliyi ilə baş-başa qaldı. Görünür iştirakçılar mədəniyyətlər mərkəzi kimi tanınan Azərbaycanda mədəniyyətlər və inanclar müxtlifliyini bundan sonra da möhkəm tellərlə qoruyub sabahlara daşımağın məmləkət əhli üçün nə qədər önəmli olduğunu yaxşı dərk edir. Ən azından Turizm Kollecində qeyd olunan rəngarəngliyi və doğmalığı kollektiv gündəlik olaraq görür, duyur, yaşayır və onun müsbət təsirindən ilham alaraq normal fəaliyyətini təmin edir.Açılış nitqi ilə konfrans iştirakçılarını salamlayan Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da kollektivdə hökm sürən tolerant və multikultural münasibətlərin diqqət çəkən məqamlarından söhbət açdı. O, pedaqoq və tələbələr arasında çoxsayda etnik mənsubiyyətə, mədəni təfəkkür tərzinə və inanca sahib olan insanın yer alığını xatırladaraq – biz 10 ildir ki, bu müxtəliflikdən xüsusi zöva alır, olanlarımız haqqında məlumatlarımızı paylaşır, biri-birimizi həvəslə tədqiq etməyə meyllənir, fərqli etnik danışıq tərzimizə, dini inanclarımıza və mədəni mirasımıza məhəbbət ruhunda köklənirik. Bütün bunları isə Azərbaycançılıq məfkurəsinə səmimi qəlbdən bağlılığımız sayəsində əsl gerçəkliyə çevirmək mümkün olur. O məfkurə ki, onun memarı həm də müasir dövlətçilik ənənələrini bizlərə bəxş etmiş bir tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevdir – dedi. Dəyərli elm adamı böyük öndər tərəfindən başlanılmış və multikultural ənənələrin möhkəmlənməsinə xidmət edən geniş miqyaslı tədbirlərin bu gün prezident İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla davam etdirildiyini vurğuladı. Əyyub Əyyubov əsaslı şəkildə bərpa edilən və yeni inşa olunan məscid, məbəd, kilsə, sinaqoq və mədəniyyət mərkəzlərinin adlarını açıqlayaraq bu kimi addımların dövlətin tolerant imicinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.Ardınca multikultural ənənələrin Azərbaycanda təşəkkül və inkişaf mərhələsini əks etdirən video çarxa baxış keçirildi.Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Multikulturalizm Azərbaycanda əsas həyat tərzidir” mövzusunda geniş və məzmunlu məruzə etdi. Sahib Əliyev multikulturalizmin azərbaycan örnəyinin dünya ictimaiyyəti arasında geniş rezonans doğurduğunu və milli modelimizə olan marağın xeyli artdığını iştirakçıların diqqətinə çatdırdı. Məruzəçi ümumi uğurlarımıza kölgə salmaq niyyətində olanların da mövcudluğunu diqqətdə saxlamağın vacibliyindən danışdı. O, müxtəlif qanundan kənar yollarla aldadılıb digər ölkələrdə gedən münaqişələrə cəlb olunan soydaşlarımıza yönəlik ciddi hüquqi tədbirlər görüldüyünü xatırladaraq bu prosesdə ictimai fəallığın artırılmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.Ardınca konfransda digər məruzələr dinlənildi. İqtisad elmləri namizədi dossent İbrahim Əyyubov, pedaqoqlar Sevda Kərimova, Zahidə Dursunova,Tünzalə Nuriyeva,Tural Kərimov, İradə Cəfərova, Cehun Abdullayev, Nazan İdrisova, Elşad Səmədov, Çingiz Nəbiyev və İqbal Xudiyev müvafiq olaraq “Multikulturalizm və mənəvi özünüdərk”, “Tolerantlıq multikulturalizmin əsas tərkib hissəsidir”, “Multikulturalizm qloballaşma dövrünün çağırışı kimi”, “Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti”, “Multikulturalizm və vətənpərvərlik”, “ Multikulturalizm və plüralizm”, “Mədəni siyasət strategıyasında multikulturalizm ideyalarının dinamikası”, “Qafqazda multikulturalizm və Azərbaycan modeli”, “Müasir dövrdə multikulturalizm anlayışında dəyərlərin transformasiyası”, “Multikulturalizm şəraitində dinlərarası dialoq” və “Dəyişən dəyərlər və multikulturalizm” mövzularında məzmunlu məruzələrlə çıxış etdi.Elmi -nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov 2016-cı ilin dövlət başçısı tərəfindən Multikulturalizm İli elan olunmasını mühüm hadisə kimi dəyərləndirdi. Bu baxımdan pedaqoq və tələbələrin üzərinə böyük vəzifələr və məsuliyyət düşdüyünü xatırladaraq hər kəsi mövcud dəyərlərimizin inkişaf etdirilərək daha da məqsədyönlü şəkildə təbliğ və təşviq olunması prosesində fəallığa dəvət etdi.
Əlavə edilmə tarixi: 20.02.2016 | Baxılma sayı: 985
Mingəçevir Turizm Kolleci Zərdabi Mətbuat Mərkəzi ilə yeni birgə layihəsini ictimaiyyətə təqdim etdi
Respublika və beynəlxalq əhəmiyyətli layihələrin ən fəal iştirakçılarından olan çoxminli Mingəçevir Turizm Kolleci təqdirəlayiq yeni-yeni təşəbbüsləri ilə fəaliyyət hüdudlarını daha da genişləndirir.
Respublika və beynəlxalq əhəmiyyətli layihələrin ən fəal iştirakçılarından olan çoxminli Mingəçevir Turizm Kolleci təqdirəlayiq yeni-yeni təşəbbüsləri ilə fəaliyyət hüdudlarını daha da genişləndirir.Kollektivi bu kimi təşəbbüs və axtarışlara sövq edən başlıca məqsəd ixtisaslı kadr hazırlığı prosesində mütərəqqi tədris-təlim metodlarının tətbiqinə nail olub pedaqoqların nəzəri və praktik biliklərini artırmaqdan ibarətdir. Elə Zərdabi Mətbuat Mərkəzi ilə Turizm Kolleci kollektivinin icrasına start verdiyi birgə layihə də bu mənada növbəti gələcək uğurun təməli kimi dəyərləndirilməlidir.”Turizm mövzusu Azərbaycan mediasında- mövcud durum və peşəkarlığın artırılması yolları “ adlanan layihənin icra müddəti ilin son ayınadək nəzərdə tutulub.İki mərhələdən ibarət layihənin əsas məqsədi Azərbaycan Kütləvi informasiya vasitələrinin turizm mövzusunun daha fəal,obyektiv və peşəkarlıqla işıqlandırılmasına nail olmaq ,monitorinq aparmaqla bu sahədəki tendesiyaları izləmək,nəticələri ilə müvafiq qurumları,ictimaiyyət nümayəndələrini və Kütləvi informasiya vasitələrini tanış etmək,jurnalistlərin ixtisaslaşmasına yardımçı olmaqdan ibarətdir.Qarşıya qoyulan vəzifələrin icrası məqsədilə ölkənin 22 aparıcı qəzetinin və 8 informasiya agentliyinin mövzunu necə işıqlandırması ilə bağlı monitorinqlər aparılacaq,turizm mövzusunda yazan jurnalistlərin iştirakı ilə 2 dəyrimi masa keçiriləcək,peşəkarlığı ilə seçilən müəlliflər mükafatlandırılacaq və adı çəkilən mövzuda şagird və tələbələr arasında müxtəlf inşa müsabiqələri təşkil olunacaq.Nəticə etibarı ilə turizm mövzusu daha geniş aspektdə gündəmə gətiriləcək,ixtisaslaşmış jurnalistlər korpusu yaradılacaq və ümumən bu sahədə nəzəri cəlb edən boşluqlar ardan qaldırılacaq.Yeni birgə layihənin təqdimat mərasimində bu və digər məsələlərin önəmindən ətraflı söhbət açan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubov həyata keçirəcəyimiz layihə turizmin inkişafına tərfimizdən verilən bir dəyərli töhvə kimi yadda qalacaq.Çünki,son nəticədə pedaqoqlu,tələbəli,jurnalistli və sadə vətəndaşlı hər kəs ,yəni bütün cəmiyyət qazanmış olacaq – söylədi.Dəyərli elm adamı 10 yaşını qeyd etməyə hazırlaşan doğma kollektivinin ötən müddət ərzində ixtisaslı kadr hazırlığı sayəsində əldə etdyi başarılardan,mövcud beynəlxalq əlaqələrin faydasından danışaraq cəlbedici təkliflər səsləndirdi.Mədəniyyət və turizm sahəsinə maraq orta məktəblərdən oyandırılmalıdır.Təkcə jurnalistlər deyil şair və yazıçılar da əsərlərində turizm mövzusunu tələb olunan səviyyədə gündəmə gətirməlidir – dedi. Professor ölkə prezidenti tərəfindən inkişafı prioritet elan olunmuş turizm sahəsinin gələcəkdə xalqımıza və dövlətimizə qazandıracağı böyük həcmli gəlirlərin arxasınca məqsədyönlü şəkildə addımlamağın vacib olduğunu qeyd etdi və bunun üçün sözdən əməli fəaliyyətə keçməyin zəruri olduğunu xatırlatdı.Onun fikrincə vətənimi sevirəm söyləmək hələ o qədər də yetərli yanaşma deyil.Vətəni sevdiyini onun gözəlliklərini,milli mədəni dəyərlərini qoruyub inkişaf etdirib başqlarına da təqdim etməyi bacarmaq lazımdır deyən dəyərli elm adamı hər kəsi bu yolda yüksək vətənpərvərlik nümayiş etdirməyə səslədi.Ardinca söz alan Respublika Mətbuat Şurasının icraçı katibi,Zərdabi Mətbut Mərkəzinin və layihənin rəhbəri Rəhim Hüseynzadə layihə üçün tərəfdaş axtarılarkən Mingəçevir Turizm Kollecinin seçilməsinin təsadüfi hadisə olmadığını bildirdi. Qeyd etdi ki,Turizm və mədəniyyət sahəsi üçün peşəkar kadr hazırlığı missiyasini həyata keçirən çoxminli kollektivin potensialina çoxları kimi o da yaxşı bələddir.Kollecin uğurları haqqında ölkə hüdudlarından kənarda belə yüksək fikir formalaşıb.Digər tərəfdən Turizm Kollecinə tanınmış bir elm adamı,təşəbbüskar və təşkilatçı bir şəxs rəhbərlik edir.Bu və digər üstünlükəri ilə Mingəçevir Turizm Kolleci istənilən hədəfə yetişmək iqtidarındadır. O ki,qaldı layihənin ortaya çıxma zərurətinə Rəhim Hüseynzadə hesab edir ki, bu gün Azərbaycan mediasında ixtisaslaşmış jurnalistlər kifayət deyil, yaxud yox dərəcəsindədir. Mətbuatda işıq üzü görən yazıların da cəmi 2-4 faizini turizmdən bəhs edən materiallar təşkil edir.Belə bir statistika düşünməyə vadar edir,çünki turizm kimi gəlirli bir sahəyə mətbuatın bu sayaq soyuq münasibəti qəbul edilməzdir.Rəhim Hüseynzadənin fikrincə sadalanan problemlərin həlli istiqamətində yeni başlanılan layihə uğurlu bir addım olacaq.Tədbirdə iştirak edən respublikanin əməkdar jurnalisiti,”Mingəçevir İşıqları” qəzetinin redaktoru Fərman Nəbiyev də zaman –zaman müzakirə olunan məsələlərə münasibət açıqlayaraq turizmə yaradıcı yanaşmanın vacib olduğunu iştirakçıların diqqətinə çatdırdı. O cümlədən beynəlxalq təcrübədə uğurla tətbiq edilən ev turizmi barədə mülahizələrini paylaşdi.Təqdimat mərasimi ümumən çox maraqlı müzakirələrə səhnə oldu.Səmimi diqaloq şəklində davam etdi.Kollektivin rəhbər təmsilçiləri,təcrübəli pedaqoqlari arzu və təkliflərini ifadə etdi,.Əşrəf Əsgərov,Aynurə Abbasova,Çinarə Allahverdiyeva,Sevda Kərimova və başqa iştirakçılar biri-birindən məzmunlu fikirlər səsləndirdi.Açıqlanan bütün fikirlərdə yeni layihənin növbəti uğurlara yol açacağı bəyan edildi.
Əlavə edilmə tarixi: 16.02.2016 | Baxılma sayı: 801
Mingəçevir turizm kollecində 20 yanvar faciəsinin 26 -cı il dönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.
Milli tarixi təqvimləri daima yüksək mütəşəkkillik və təşkilatçılıq bacarığı ilə qeyd edən coxsaylı Mingəçevir Turizm Kollecinin kollektivi 20 yanvar faciəsinin növbəti ildönümünü bir-birindən məzmunlu silsilə tədbirlərlə qeyd etdi. İnşa və rəsm müsabiqələri, dəyirmi masa və fənn komissiyalarında təşkil olunan aktual müzakirələr tarixi həqiqətlərimizin öyrənilməsi və təbliğ olunması mühüm əhəmiyyət kəsb etdi. Kollektiv turizm kollecinə məxsus internet səhifəsi və mövcud beynalxalq əlaqələr vasitəsilə Azərbaycan xalqının başına gətirilmiş müsibətlərlə bağlı dolğun məlumatlari beynalxalq ictimaiyyətlə paylaşmaq fürsətinidə qaçırmadı. Bu davranışı ilə nüfuzlu təhsil ocağının işguzar kollektivi əsl vətənpərvərlik nümunəsi sərgilədi. Həyata keçirilmiş tədbirlər anım günü ərəfəsinə təsadüf etdi. Nəhayət turizm kolleci tədbirlər silsiləsinin zirvə nöktəsinə yetişdi. Heydər Əliyev adına ideoloji mərkəzində “20 yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür” adlı elmi- nəzəri konfrans gerçəkləşdirildi.
Elmi nəzəri konfransı giriş nitqi ilə açıq elan edən Turizm Kollecinin direktoru, iqtisad elimləri doktoru professor Əyyub Əyyubov 20 yanvar faciəsidə daxil olmaqla Azərbaycan ərazisi bütövlüyü uğrunda şəhid olmuş qəhraman vətən övladlarının əziz xatirısini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Ardınca çıxışlarına davam edən ünlü elm adamı 1990-cı il 20 yanvar faciəsini yaradan səbəblər, ittifaq hökumətinin qətliam siyasəti, xalq hərakatının dövlət müstəqilliyinə aparan fədakarlığından danışdı. Faciə günlərində xalqının müdafiəsinə qalxmış ittifaq rəhbərliyinin ünvanına ən kəskin etirazlarını ünvanlamış ulu öndər Heydər Əliyevin bəyanatını xatırlatdı. Professor Əyyub Əyyubov 20 yanvar hadisələrinin həmdə xalqımızın qəhramanlıq tarixi kimi yaddaşlara iz saldığını bəyan etdi.
Bundan sonra 20 yanvar faciəsindən bəhs edən videoçarxa baxış keçirildi. Ardından konfransın digər məzmunlu məruzələri dinlənildi.
Elnarə İsmayılova, Nurlana Mustafayeva, Aygün Əzizova və Çingiz Nəbiyev müvafiq olaraq “Sovet rejimi azadlıq uğrunda mübarizəyə qalxan dinc xalqı öz qanına qəltan etdi”, “ 20 yanvar faciəsi Azərbaycan xalqını müstəqilliyə qovuşdurdu” və “Ümumilli lider Heydər Əliyevin Moskvadan 20 yanvar faciəsi törədənlərə sərt bəyanatı” mövzularında məruzələr səsləndirildi.
Ənənəyə müvafiq olaraq konfrans istedadli tələbələrin nümayiş etdirdiyi ədəbi-bədii kompazisiya ilə davam etdirildi. Təcrübəli pedaqoq Kifayət Əliyevanın rəhbərliyi ilə ərsəyə gələn kompazisiya iştirakçıların qəlbində kövrək duyğulara yol açdı.
Elmi nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov günbəgün inkişaf edən müstəqil Azərbaycanın dünya dövlətləri sırasında aparıcı mövqelərə sahib çıxdığını xatırladaraq prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth etməyə qadir olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Ünlü elm adamı tariximizin və dəyərlərimizin tədrisi və təbliğində pedaqoq və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü etiraf edərək biz hamılıqla xalqımızın və dövlətçiliyimizin daha parlaq sabahı naminə yüksək əminamanlıq və vətənpərvərlik nümayiş etdirməliyik -söylədi.
Əlavə edilmə tarixi: 20.01.2016 | Baxılma sayı: 698
Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs
1990-cı ilin 20 Yanvar faciəsinin 26-cı il dönümü münasibəti ilə Mingəçevir Turizm Kollecdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş tədbirlər proqmanı çərçivəsində yanvarın 15-də kollecin H. Əliyev adına İdeoloji kabinetində tələbələr üçün açıq dərs keçirildi. Açıq dərsdə tədris işləri üzrə direktor müavini və tarix müəllimləri iştirak edirdilər. Açıq dərsi aparan tarix müəllimi Eldar Dərişov çıxış edərək 20 Yanvar faciəsinin miqyası barədə iştirakçılara geniş məlumat verdi. Bu hadisənin Azərbaycanın müstəqilliyinə aparan yolun qanlı və şərəfli bir mərhələsi olduğunu qeyd etdi. 20 yanvar faciəsinə yalnız ulu öndər H. Əliyevin təşəbbüsü ilə düzgün siyasi-hüquqi qiymət verildiyini qeyd etdi. Daha sonra söz alan tarix müəllimi Ceyhun Abdullayev faciəni doğuran tələblər, həmin dövrdə baş verən siyasi prosseslər və onların acı nəticələri barədə məlumat verdi. 20 Yanvar faciəsinin daim xalqımızın yaddaşında yaşadığını, öyrənildiyini və gənc nəslə şərəfli bir tarix kimi çatdırıldığını qeyd etdi.Tədbirdə iştirak edən tələbələr də müzakirələrə qoşularaq mövzu barədə düşüncələrini bölüşdülər. Açıq dərs maraqlı diskussiya formatında öz işini davam etdirdi
Əlavə edilmə tarixi: 16.01.2016 | Baxılma sayı: 917
Mingəçevir Turizm kolleci: yeni və daha böyük hədəflər arxasınca
İlbə -il qazndığı nailiyyətlərin hududlarını genişlindirməkdə davam edən Mingəçevir Turizm kolleci yeni və daha böyük hədəflər arxasınca yürüməkdə davam edir. Ən yüksək səviyyədə idarəçilik və təşkilatçılıq xüsusiyyətləri ilə seçilən çoxminli və nüfuzlu kollektiv potensialı və perspektivləri ilə ölkənin təhsil və mədəniyyət ictimaiyyətini təəccübləndirməkdə davam edir. Təkcə ölkəninmi…Əslində Turizm Kollecinin uğurlarının sorağı Böyük Britaniyadan, Türkiyədən, Rumuniyadan, Rusiyadan, Qazaxıstandan, İtaliyadan, Belarusdan, Almaniyadan, Fransadan və İsraildən gəlməkdədir. Məlum olduğu kimi fəaliyyətə başladığı dönəmlərdən etibarən kollektiv tədris prosesində ən mütərəqqi təlim üsullarından yararlanmaq istəyi ilə müasir və qabaqcıl örnəklərdən yararlanmağa çalışıb. Bu cür örnəkləri nəzəri və praktik cəhətdən mənimsəmək üçün isə əlbəttə ki,m beynəlxalq əlaqələrin qurulması zərurəti ortaya çixib ki, kollektiv də imkanlarını səfərbər edərək mövcud şanslarından maksimum yaralanib. Bu minvalla bir sira nüfuzlu avropa elm və təhsil müəssisələrlə işgüzar əməkdaşlığın bünövrəsi atılıb. Ardınca bu möhkəm təməl üzərində təcrübə mübadiləsi və birgə layihələrdə iştirak məsələsi ortaya çixib. O cümlədən yerli milli-mədəni özəlliklər və adətlər nəzərə alınmaqla turizm ixtisası üzrə elmi metodik vasitələrin və dərsliklərin hazırlanması bu qəbildəndir. Tərəf müqabilləri ilə qazandığı müştərək nailiyyətlər Respublika Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və yenə də qabaqcıl avropa təhsil müəssisələrinin diqqətindən yayınmayıb və Turizm Kollecinə biri-birinin ardınca daha maraqlı işgüzar təkliflər ünvanlanıb. Elə yola salmaq üzrə olduğumuz 2015 –ci il ərzində Avropanın Tempus təhsil proqramı çərçivəsində kollektivin beynəlxalq layihələrdə fəal iştirakı da söylədiklərimizin təzahürü kimi yadda qalıb. Almaniya, Fransa kimi inkişaf etmiş dövlətlərin qabaqcıl təhsil ocaqları ilə böyük layihələrdə birgə iştirak Turizm Kollecinin mövcud müsbət imicini daha da möhkəmləndirib. Xatirlatmaq yerinə düşər ki, kollektivə olan maraq sayəsində cari il ərzində Fransa və İsrail dövlətlərinin fövqaladə və səlahiyyətli səfirləri Turizm Kollecini rəsmən ziyarət edib, buradakı potensialı yüksək dəyərləndirərək kollektivə yeni sərfəli əməkdaşlıq təklifləri ünvanlandırıb. Fransanın nüfuzlu Qrenobl Akademiyası nümayəndə heyətinin Mingəçevir səfərini və kollektiv barədə aldığı təəssüratları da buraya əlavə etmək yerinə düşər.Ölkə paytaxtında ənənəvi şəkildə təşkil olunan Baki Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak üçün Turizm Kollecinə dövlət səviyyəsində göstərilən etimad da səbəbsiz deyil. Düz 3 ildir ki, təhsil müəssisəsi bu sərgiyə dəvət alır və orada nüfuzlu yerli və beynəlxalq təşkilatlar içində olkənin maraqlarını uğurla təmsil edir.Turizm Kolleci sadalanan nailiyyətləri ilə yanaşı gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edən saysız hesabsız mədəni kütləvi tədbirlərə ev sahibliyi edir, tələbələrinin elmi yaradiciliğa maraqlarının artırılmasına ciddi cəhdlə səy göstərir, onların konfrans, simpozium, festival və idman yarışlarında iştirakını təmin edib uğurlarına vasitəçilik edir.Qazanılan bu və digər nailiyyətlər və perspektivlər mövzusu Aksaray otelinin möhtəşəm salonunda Mingəçevir Turizm Kolleci tərəfindən düzənlənən Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram təntənələrində ən çöx dinlənilən təbriklərin əsas mahiyyətini təşkil edirdi. Xüsusi ilə Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov bayram təbrikini uğurlar və gələcək hədəflər üzərində kökləmişdi. Ünlü elm adamı 2016 –ci ildə təhsil ocağımız 10 yaşını qeyd edəcək razilaşin ki, qısa zamanda bu böyüklükdə nailiyyət heç də hər kollektivə müəssər olan bir qismət deyil söylədi. Əlavə etdi ki, hələ irəlidə bizləri yeni zirvələr gözləyir. Bütün qazancımız mənbəyini Ulu öndər Heydər Əliyev ideyalarından və prezident cənab İlham Əliyevin atalıq qayğısından götürür deyən professor hər iki əlamətdar bayram münasibətilə doğma kollektivini və bütövlükdə Azərbaycan xalqını təbrik etdi.Qeyd edək ki, bayram süfrəsi arxasında saatlarla davam edən şənlik həm də bədii əyləncəli xarakter daşiyirdi. Yeni ilin rəmzləşmiş obrazları olan Şaxta baba və Qar qiz, tələbə və pedaqoqların ifasında səslənən təbriklər, şerlər, nəğmələr və rəqslər tədbirə unudulmaz cizgilər qatdı.Ənənəvi olaraq bu sayaq tədbirlərdə pedaqoqları bayram hədiyyələri ilə sevindirən müəssisə həmkarlar ittifaqının sədri, iqtisad elmləri namizədi dosent İbrahim Əyyubov bu dəfə də ənənəsinə sadiq qaldığını nümayiş etdirib hər bir pedaqoqa sovqat veriləcəyini elan etdi.Ümumən bayram gecəsi müxtəlif məqamları ilə yadda qaldı. Gənc və təcrübəli pedaqoqlar bayram arzularını paylaşmaqla yanaşı tədbir boyu gerçəkləşdirilən əyləncəli şer və rəqs müsabiqələrində fəallıq göstərib digər istedadlarını da nümayiş etdirdi. Bir sözlə çoxminli və nüfuzlu kollektiv ilin tədris yorğunluğunu arxada buraxıb qazanılan nəaliyyətlər işığında doyunca şadlanıb bayramın keyfini çixardı. Çünki kollektiv bu şadlığı və coşqunu əməli fəaliyyəti ilə haqq etmişdi. Yeri düşmüşkən bir vacib məqamı da bu yerdə xatırlatmağa ehtiyac var. Son günlər dövlətimizin və xalqımızın maliyyə baxımından çətin sinaqları adlatdığı bir məqamda insanların bu cür xoş ovqat içinə alınması çox önəmli və vacib məsələ kimi Kollec rəhbərliyinin diqqətindən yayınmamışdı. Bu təntənə ilə kollektiv sabahkı günə daha nikbin yanaşmaqla səfərbər olunmuş oldu. İndi belə bir nikbinliyə, birliyə, bərabərliyə və həmrəyliyə hər bir vətən övladının böyük ehtiyacı var.
Əlavə edilmə tarixi: 06.01.2016 | Baxılma sayı: 1027
Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi
Elə ünvanlar var ki, oraya ayaq basıb sakinlərini ziyarət etmək həm uca yaradanın hüzurunda böyük savab sahibi olmaqdir, həm də ümümən bəşəri dəyərlərin keşiyində dayanmaq kimi böyük hörmətə və təqdirə layiq xidmətdir. Mingəçevir Nevroloji sanotoriyası valideyin qayğısından uzaq düşmüş kiçik yaşli sakinləri ilə bərabər məhz belə ünvanlardandır.Hansı uşaqlar ki, adi insani mərhəməti, sığalı və məhəbbəti böyük sevinc və coşqu ilə qarşılayır hər zaman. Onların necə deyərlər artıq çox sevdiyi və ziyarətlərinə öyrəncəli olduqları dostları da az deyil. Həmin siyahıya çoxminli təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci liderlik edir desək heç şübhəsiz yanılmarıq. Xalq bilməsədə Xaliq bilər el deyiminə istinadən fərqli bir fikir söləməklə qeyd etmək istərdik ki, Mingəçevir Turizm Kolleci kollektivinin nevroloji sanotoriya sakinlərinə bugünədək bəslədiyi sevgi və diqqət xalqa da, xaliqə də yaxşi bəllidir. Çünki, kollektivin sanotoriya sakinləri ilə mövcud sıx əlaqələri yalnızca hansısa əlamətdar təqvimlərlə bağlı və əlaqəli deyil. Bütün il boyu ayrı-ayrı qruplar halında pedaqoq və tələbələr bu əziz hesab etdikləri ünvana təşrif buyurur, doğmalıq qayğısı ilə uşaqların qəlbini ovundurub, sovqatları, əyləncə və musiqi çələngi ilə saf körpə ürəyini sevindirməyə çalışır. Bu mənada yəqin anladınız ki, kollektiv tərəfindən uşaq nevroloji sanotoriyasına gerçəkləşən ziyarət və burada Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü şərəfinə təşkil olunan bayram şənliyi sadəcə olaraq davamlı görüş və tədbirlərin növbətisi kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, uşaqlar da sadiq dostlarının gəlişini bir coşqu ilə qarşıladı.Bayram şənliyinə gəlincə tədbir üç mərhələli xarakter aldı. Öncə bayram tərtibatlı məkanda Turizm Kollecinin musiqi çələngi valideyn qayğısından kənarda qalmış uşaqların ürək dolusu sevinib şadlanması üçün bir zəmin yaratdı. Yeri düşmüşkən qeyd edək ki, balaca sakinlər arasında çox kiçik yaşlı körpələr də az deyildi. Onlar ziyarətçi pedaqoq və tələbələr tərəfindən qucaqlarda ovundurularaq şənlik edənlər cərgəsində yer ala bildi. Belə bir məclis Yeni il rəmzlərinin iştirakı olmadan əlbəttə ki, nisbətən cılız görünərdi və qonqlar bu incəliyi də nəzərə almışdı. Çox böyük həvəslə şənlənən uşaqların sevincinə Şaxta baba və qar qızın gəlişi iki qat sevinc qatmış oldu. Nəvələrini hay-küylü səsi ilə salamlayan Şaxta baba onlara yeni il üçün ən xoş arzularını çatdırdı. Balacalr da həvəslə bacardiği rəqsi ifa edib əzbər bildiyi şerləri söyləməklə bayram hədiyyələri qazanmağa çalışdı. Mingəçevir Turizm Kollecindən təşrif buyurmuş nümayəndə heyətinə rəhbərlik edən təhsil müəssisəsi rəsmisi Tacəddin Əyyubov da fürsətdən yararlanaraq arzu və istəklərini şənlik iştirakçıları ilə paylaşdı. Öncə Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubovun salamlarını iştirakçıların diqqətinə çatdıran Tacəddin Əyyubov daha sonra xeyirxahlıq kimi müqəddəs əməllərin savabını xatirlatdı. Hər kəs bu kimi davranışlara mənəvi borcu kimi baxmalıdır dedi. Eyni zamanda valideyin qayğısından məhrum uşaqlara xitabən nə yaxşı ki,analıq duyğularından uzaq düşmüş şəxslərlə yanaşı min bir əziyyətə qatlaşıb övladlarını sevgi ilə böyüdüb ərsəyə çatdıran analarımız var, onların dəyərini bilək dedi. Rəsmi qonaq qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə sanotoriya sakinlərini təbrik edib onlara sağlam və uzun ömür arzuladı.Tədbirdə iştirak edən ziyarətçi tələbələr də təbrikləşmə fürsətini qaçırmadı. Onlar da öz növbəsində bu ziyarətdən dolayı xoşbəxt anlar yaşayib zəngin təəssüratlar aldığını etiraf etdi.Bundan sonra tədbir digər zalda artıq xüsusi olaraq Mingəçevir Turizm Kollecindən gətirilmiş təamlarla bəzədilmiş əsl bayram süfrəsi arxasında davam etdirildi. Burada da ziyarətçi dostları uşqaları yalnız buraxmadı. Pedaqoqlu tələbəli hər kəs süfrə arxasında və ya kənarında balaca ziyafət iştirakçılarına təqdim olunan təamlardan doyunca dadması üçün yardımçı oldu. Həm də bu missiyanı o qədər səmimi şəkildə icra edirdilər ki, təşəkkür dolu fikirləri paylaşmaq üçün ifadə tapmaq belə çətindir. Əminik ki, bu qayğıya görə kollektivin heç anoloji minnətdarlığa da ehtiyacı yoxdur. Çünki atdıqları addım Tanrı və insanlıq eşqinə atılır onlar tərəfindən. Necə deyərlər əl tutmaq Əlidən qalıb deyirlər el arasında.Nəhayət bayram tədbirini ən maraqlı anlarından biri yetişdi. Xüsusi olaraq hər bir uşaq üçün nəzərdə tutulmuş bayram hədiyyələri sevinc və fərəh içində olan uşaqlara paylandı. Sanotoriya sakinləri beləcə unudulmaz bir bayram günü yaşadı.Tədbir şux musiqi sədalarının müşayəti ilə saatlarla davam etdi.
Əlavə edilmə tarixi: 06.01.2016 | Baxılma sayı: 821
Narkomaniyaya yox deyək
Mingəçevir Turizm Kollecində tədris prossesi ilə yanaşı, gənc nəslin təlim-tərbiyə işinin düzgün qurulması, tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində işlər aparılır, ictimai tədbirlər keçirilir.
Mingəçevir Turizm Kollecində tədris prossesi ilə yanaşı, gənc nəslin təlim-tərbiyə işinin düzgün qurulması, tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində işlər aparılır, ictimai tədbirlər keçirilir. Belə tədbirlər çox zaman şəhərin əlaqədar təşkilatları ilə birgə təşkil olunur . İctimaiyyət nümayəndələrinin və şəhər ziyalılarının bu tədbirlərdə iştirakı və tələbələrlə faydalı görüşləri təmin olunur. Belə zəruri tədbirlərdən biri də dekabrın 28-də kollecin H.Əliyev adına İdeoloji kabinetində keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın iştirakı ilə keçirilən bu tədbir “Zərərli vərdişlər və onların qarşısının alınması “ mövzusuna həsr olunmuşdu.Tədbir kollecin direktoru prof. Əyyub Əyyubovun giriş nitqi ilə başlandı. Əyyub müəllim gənclərin müxtəlif zərərli vərdişlərdən qorunması üçün ciddi iş aparılmalı olduğunu vurğuladı. Bu istiqamətdə pedaqoji kollektivin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Kollecin rəhbərliyi və pedaqoji heyətin bu istiqamətdə şəhərin əlaqədar təşkilatları ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu qeyd etdi.Tədbirdə şəhər İcra hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev , şəhər Polis şöbəsinin İctimai bölməsinin inspektoru Rəşad Məmmədov, Şəhər Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun rəhbəri Emir Cavadov da çıxış edərək mövzu barədə iştirakçıları təlimatlandırdı. Qonaqlar tələbələri maraqlandıran müxtəlif sualları cavablandıraraq onları mövzu ətrafında faydalı müzakirəyə dəvət etdilər. Tədbirdə iştirak edən tələbələrdən Ləman Göyüşlü, Jalə Quluzadə, Gülşad Şükürova, Şabəddin Eyyubov, Sara İsmayılova , Hülya Cəbrayılova müzakirəyə qoşularaq öz mülahizələrini səsləndirdilər. Səmərəli fikir mübadiləsi şəraitində davam edən tədbir prof. Əyyub Əyyubovun yekun sözləri ilə işini başa vurdu.
Əlavə edilmə tarixi: 29.12.2015 | Baxılma sayı: 1048
Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.Bu gün Heydər Əliyev Mərkəzində təşkil olunan intellektual bilik yarışması da haqqında danışılan məqsədlərə xidmət edir.Tədbir öncəsi Turizm Kolleci rəhbərliyi,iştirakçıların fəal qrupunun müşayiəti ,həmçinin Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi rəsmilərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib dahi şəxsiyyətin xatirəsinə ehtiramını nümayiş etdirdi.Ardınca Heydər Əliyev Mərkəzində Mingəçevir Turizm Kollecinin daxili bilik yarışmasının yekunlarına əsasən 7 ixtisas qrupu intellektuallarının iştirakı ilə final mübarizəsinə start verildi.Tədbirin apaıcısı pedaqoq Eldar Dərişov iştirakçıları müvafiq təlimatlarla tanış etdi.Onu bildirdi ki, qalib adı uğrunda mübarizədə 3 tur nəzərdə tutulur və hər turda komandalar 10 sualı cavablandırmalı olacaq.Bundan sonra Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun təbrik nitqi dinlənildi. Ünlü elm adamı Heydər Əliyevin adını daşıyan belə bir möhtəşəm sarayda elə ümummilli liderin xidmətləri sayəsində tarixləşmiş 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirin iştirakçısı olmaqdan şərəf duyduğunu bildirdi.Əlavə etdi ki, ulu öndər sağlığında ikən gəncliyə dayaq və dəstək olub.Onun yolunu uğurla davam etdirən prezident İlham Əliyev də Azərbaycan gəncliyi ilə nəfəs alır, hər addımda onlara diqqət və qayğı nümayiş etdirir.Yeni saraylar, gənclər evləri inşa olunmasına təşəbbüs göstərir ki, gənclər bu cür mərkəzlərdə sağlam həyat tərzi sürüb istedad və bacarığından yararlana bilsin.Professor şəhər icra aparatı ünvanına da ən xoş sözlər çatdıraraq İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun gənclər arasında bu kimi tədbirlərin keçirilməsində maraqlı olduğunu qeyd etdi.Nitqinin sonunda Əyyub Əyyubov bütün iştirakçılara uğurlar arzuladı. Arzu və düşüncələrini paylaşmaq fürsəti əldə edən Şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyev,eləcə də Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli bilik yarımasının önəmindən danışdı.Hər iki rəsmi şəxs Mingəçevir Turizm Kollecinin ictimai tədbirlərin təşkilində sərgilədiyi təşəbbüsləri xatırladaraq təhsil müəssisəsi rəhbərliyinə və kollektivinə minnətdar olduqlarını bildirdi.Beləliklə, 3 mərhələli intellektual bilik yarışması rəsmən başlanmış oldu. Bir-birindən maraqlı və çətin suallarla üzləşən komandalar ensklopedik bilkilərini böyük həvəslə ortaya qoydu.Gedişat ərzində nisbətən zəif təsir bağışlayan 3 komanda ələnmək məcburiyyətində qaldı.Ən maraqlısı isə qalibi müəyyən etmək üçün hakimlər tərəfindən bir əlavə sualın ünvanlanmasıdır.Çünki 2 komanda bərabər xal toplamağa müyəssər olmuşdu.Nəhayət , sonuncu suala daha dəqiq cavab sərgiləyən “Zəka” komandası qalib adını qazandı.”Uğur “ 2-ci, “Real” komandası isə yarışmanı 3-cü pillədə başa vurdu.Professor Əyyub Əyyubov qalib və mükafatçıları təbrik edərək onlara yeni uğurlar arzuladı. Bir daha Heydər Əliyev ənənələrinin dövlətçiliyimizin möhkəmlənməsinə zəmin yaratdığını xatırladan ünlü elm adamı qarşıdan gələn iki qat bayramlar münasibətilə xalqımıza və dövlətimizə nailiyyətlər dilədi.Ardınca Kamal Nəcəfli, Sahib Əliyev və professor Əyyub Əyyubov müvafiq olaraq 3, 2 və 1-ci nəticə göstərmiş komandaların kapitanlarına fəxri diplomlar təqdim etdi.
Əlavə edilmə tarixi: 25.12.2015 | Baxılma sayı: 1096
Kollecdə poeziya gecəsi keçirildi
Mingəçevir Turizm Kollecində bir-birini əvəz edən rəngarəng tədbirlər sırasına daha bir möhtəşəm ədəbi-bədii gecə əlavə olundu.
Mingəçevir Turizm Kollecində bir-birini əvəz edən rəngarəng tədbirlər sırasına daha bir möhtəşəm ədəbi-bədii gecə əlavə olundu. Dekabrın 16-sında xarici dil və ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə hazırlanmış poeziya günü keçirildi. Bu tədbir 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur. Pedaqoqlar Sevda Kərimova, Jalə Məmmədova, Günay İbrahimova və musiqi tərtibatçısı Aydın Quliyev “Poeziya günü “ nün ərsəyə gəlməsində daha çox zəhmət və fəallıq göstərmişdilər.Ədəbi-bədii gecə kollecin direktoru prof. Əyyub Əyyubovun açılış nitqi ilə başlandı. Əyyub müəllim poeziya gününün təşkilatçılarının bu gözəl təşəbbüsünü yüksək dəyərləndirdi. Kollecdə bir-birindən maraqlı rəngarəng tədbirlərin keçirilməsinin artıq xoş bir ənənəyə çevrildiyini vurğuladı.Tədbirin bədii hissəsi onun aparıcıları Xalidə Azəri və Tural Nağıyevin vals rəqsi ilə başlandı. Daha sonra iştirakçılara bir-birindən maraqlı bədii, musiqili nömrələr -Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq , Nəriman Həsənzadə və Nüsrət Kəsəmənlinin şeirləri bədii özfəaliyyət qrupunun üzvləri tərəfindən səsləndirildi. Bu cəhətdən tələbələr Əhmədova Nuray, Qaflanova Cəmilə, Məmmədov Fərid, Quluzadə Jalə, İsmayılova Sara, Cəbrayılova Hülya, Cavadova Aysu, Dadaşova Sonanın fəallığı və gözəl ifalarını qeyd etmək lazımdır. Özfəalliyyət qrupunun istedadlı üzvləri Günel Şirinova, Lamiyə Səmədova , Pərviz Cəfərli ,Rövşən Bəşirov, Atilla Haqverdiyevin ifasında səslənən şən nəğmələr qonaqlarda və iştirakçılarda xoş ovqat yaratdı. “Ey həyat, sən nə qəribəsən” mahnısının tələbə xorunun ifasında nümayişi isə xüsusi maraqla qarşılandı.Azərbaycan ədəbiyyatı və musiqisinin bu dəyərli nümunələrinin hər biri vətənə, el- obaya məhəbbət , xalqın birliyi , dostluq hisslərini tərənnüm edirdi. Poeziya gününə həsr olunmuş ədəbi-bədii gecə xoş diləklər və səmimi arzular əhval-ruhiyyəsi ilə sona çatdı.
Əlavə edilmə tarixi: 18.12.2015 | Baxılma sayı: 1095
Dini dəyərlərimizin qorunmasına həsr olunmuş tədbir
Şəhərimizin ən böyük tədris müəssisəsi olan MTK-nın kollektivi ölkənin ictimai həyatında baş verən mühüm hadisələrə biganə qalmır, aktual problemlərimiz barədə müzakirələrə fəal şəkildə qoşulur. Belə önəmli müzakirələrdən biri də dekabrın 15-də təşkil olunmuşdur.
Şəhərimizin ən böyük tədris müəssisəsi olan MTK-nın kollektivi ölkənin ictimai həyatında baş verən mühüm hadisələrə biganə qalmır, aktual problemlərimiz barədə müzakirələrə fəal şəkildə qoşulur. Belə önəmli müzakirələrdən biri də dekabrın 15-də təşkil olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir şəhər Prokurorluğu ilə birgə hazırlanmış bu tədbir “ Milli–mənəvi dəyərlərimiz, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir” mövzusuna həsr edilmişdi.Tədbirdə giriş sözü ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim müstəqilliyin əldə olunmasından sonra ölkəmizdə islam dini dəyərlərinin qorunması və inkişafına dövlətimizin qayğısından söhbət açdı. Xalqımızın öz mənəvi dəyərlərinə hələ sovet dövründə sadiq qaldığını xatırlatdı. Kənar təsirlərə , xarici dövlətlərdən qidalanan müxtəlif təriqətlərə və radikal cərəyanlara qarşı barışmaz mübarizə aparıldığını bildirdi. Bu sahədə təhsil işçilərinin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirdi.Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycanda bütün dinlərə və məzhəblərə bərabər yanaşıldığını vurğuladı. Bununla bərabər əhalini ekstremizmə və radikalizmə sürükləyən dini qruplaşmalara qarşı kəskin mübarizə aparmağın vacibliyini qeyd etdi. Mingəçevir şəhər prokurorunun müavini Balahüseyn Şabanovun məruzəsi “Dini ekstremizmə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri və bu sahədə qanunvericilik sistemi” mövzusuna , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin baş məsləhətçisi Əzim Rəbiyevin məruzəsi “Dini ekstremizm və radikalizmə qarşı mübarizə“ mövzusuna həsr olunmuşdu. Hər iki məruzəçinin çıxışında ifratçı cərəyanlara və ekstremist dini təriqətlərə qarşı mübarizədə dövlət orqanlarının və ictimaiyyətin üzərinə böyük məsuliyyət düşdüyü vurğulandı.Tədbirdə Kollecin Həmkarlar İttifaqı komitəsinin sədri , iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov “Müstəqil Respublikamızda milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizə xidmət etməlidir” , Kollecin tarix müəllimləri Tünzalə Nuriyeva “Milli-mənəvi dəyərlərimizin qayğısı” və Eldar Dərişov “ Gənclik dini fanatizmə yox deyir!” mövzuları üzrə çıxışlar etdilər. Bütün çıxışlarda dini dəyərlərimizin qorunması , gənc nəsil arasında təlim-tərbiyə işinin düzgün təşkili ön plana çəkildi. Tədbir məruzələr ətrafında dolğun fikir mübadiləsi şəraitində işini başa vurdu.
Əlavə edilmə tarixi: 16.12.2015 | Baxılma sayı: 548
Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.
Hər dəfə olduğu kimi bu il də çoxminli və nüfuzlu Mingəçevir Turizm Kollecinin kollektivi müasir Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi. O cümlədən fənn komissiyalarında təşkil olunan müzakirələr, rəsm, inşa müsabiqələri və geniş tərkibli dəyrimi masalar bu qəbildəndir. Hərçənd ulu öndərin adi, xidmətləri və siyasi irsinin təbliği məqsədilə həyata keçirilən tədbirlər bütün tədris ili ərzində bu ünlü təhsil ocağında demək olar ki, gündəlik fəaliyyət tərzinə çevrilir.Günün əsas tədbirinə gəlincə o Xalqa həsr olunmuş ömür adlı elmi -nəzəri konfransla gerçəkləşdirildi. Anım təqviminin bu günlərdə Günəşli neft platformasında baş verən faciə günlərinə təsadüf etməsi də kollektivin diqqətindən yayınmamişdı. Hər zaman xalqına və dövlətinə dərin sevgi hissləri ilə bağlı olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirən kollecin pedaqoq və tələbələri bu faciənin qurbanlarını xatirə sükutu ilə yad edib dünyasını dəyişən soydaşlarımıza uca Tanrıdan rəhmət, doğmalarına isə səbr dilədi.Daha sonra konfransın mahiyyətindən danışan Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru professor Əyyub Əyyubov dahi şəxsiyyət Heydər Əliyev haqqında fikir yürütməyin asan, həm də çətin olduğunu etiraf etdi. Asan o səbəbdən ki, Azərbaycan xalqının indiyədək yetişdirdiyi ən böyük tarixi simalardan olan ulu öndərin xalqı və müstəqil dövlətçiliyi naminə ortaya qoyduğu möhtəşəm xidmətlərin hüdudları o qədər genişdir ki, saatlar, günlər və aylar yetməzki, hər biri haqqında azacıq da olsa nələri isə izah etmək mümkün olsun. Lakin çətin və məsuliyyətlidir ona görə ki, Heydər dühası, Heydər zəkası barədə ifadə olunan kəlmələr Heydər Əliyev irsinin əsl məzmununu tam qavramış elmli ziyalının dodaqlarından sədalanmalıdır. Əyyub Əyyubov dahi liderin siyasi hakimiyyətinin hər iki dönəmini xarakterizə edərək onu iştirakçilara bəşəri şəxsiyyət kimi təqdim etdi. Onun xatirəsinin doğma xalqı və bəşər övladı tərəfindən hər zaman əziz tutulacağına əminlik vurğuladı. Ardınca önlü elm adamı ümummilli lider Heydər Əliyevi bir dəqiqəlik xatirə sükutu ilə anmağı təklif etdi. Bundan sonra monitorun köməkliyi ilə dahi şəxsiyyətin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirildi.Qeyd edək ki , elmi -nəzəri konfransda çoxsayda məzmunlu məruzələr dinlənildi. Pedaqoqlar Ceyhun Abdullayev, Nazan İdrisova, İqbal Xudiyev və Bəhruz Kərimov müvafiq olaraq Heydər Əliyev Azərbaycan dövlətinin və YAP-ın yaradicisidir, Heydər Əliyevin Azərbaycan təhsilinin və elminin inkişafında rolu, Heydər Əliyev və Azərbaycan gəncliyi və Heydər Əliyevevin dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir mövzularında geniş və qiqqətə layiq nitq söylədi.Konfrans ənənəyə uyğun olaraq təcrübəli pedaqod Kifayət Əliyevanin rəhbərliyi ilə istedadlı tələbələr tərəfindən hazırlanmiş ədəbi -bədii kompazisiyanın nümayişi ilə davam etdirildi. Vətənə, ulu öndərə və qəhrəmanlığa həsr olumuş fikirlər, faktlar, şer və musiqi parçaları iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.Elmi -nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov müstəqilliyimizin ulu öndər Heydər Əliyevin arzuladiği kimi əbədi olacağına əminlik ifadə etdi. Bu gün olduğu kimi gələcək nəsillərin də qəlbində dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinin əziz tutulacağını bildirdi.Çünki, bugünki dayanıqlı sabitliyi ilə dinamik inkişaf yolu tutmuş Müstəqil Azərbaycan ulu öndərin şah əsəridir.Ehtiram MuradlıMingəçevir Televiziya və Radio şirkətinin əməkdaşı,Xəbərlər deportamentinin direktoru.
Əlavə edilmə tarixi: 14.12.2015 | Baxılma sayı: 539
Bilik yarışının növbəti mərhələsi
Artıq bir aydan çoxdur ki, davam edən bu yarışa hər həftə yeni qrupların komandaları qoşulurlar.
Cari tədris ilində tələbələrin ictimai həyatında mühüm yer tutan tədbirlərdən biri də müxtəlif ixtisasları təmsil edən komandalar arasında keçirilən bilik yarışıdır. Artıq bir aydan çoxdur ki, davam edən bu yarışa hər həftə yeni qrupların komandaları qoşulurlar. Dekabrın 7-də bilik yarışının növbəti mərhələsi baş tutdu. Bu turda TXT-26, TXT-28 və TXT -30 qrupları iştirak edirdilər.Yarışın münsiflər heyəti- Sevda Kərimova, Jalə Məmmədova və Xəyalə Abbasova kimi təcrübəli pedaqoqlar idilər.
Komandalar üç mərhələdən ibarət olan bu yarışda ümumtəhsil fənləri ilə yanaşı, öz ixtisaslarına aid suallara da cavab verməli idilər. Maraqlı keçən mübarizədə TXT-26 qrupunun komandası daha yaxşı nəticə göstərdi və yarışın qalibi oldu. Bilik yarışı həlledici mərhələyə yaxınlaşdıqca komandalar arasında daha gərgin mübarizənin olacağı gözlənilir.
Əlavə edilmə tarixi: 09.12.2015 | Baxılma sayı: 607
Iqtisadçı tələbələr də bilik yarışına qoşuldular
Kollecdə müxtəlif ixtisasları təmsil edən qruplar arasında keçirilən bilik yarışında mübarizəyə yeni-yeni komandalar qoşulur.
Kollecdə müxtəlif ixtisasları təmsil edən qruplar arasında keçirilən bilik yarışında mübarizəyə yeni-yeni komandalar qoşulur. Noyabrın 30-da yarışların növbəti mərhələsi baş tutmuşdur. Bu mərhələdə “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan İ-22, İ-23, İ-25 və İ-27 qruplarının komandaları iştirak etmişdilər. Yarışın münsiflər heyəti – fənn müəllimləri Sevda Kərimova və Elnurə Əhmədovadan ibarət idi. Komandalar ixtisas fənləri – tarix, coğrafiya, ədəbiyyat və məntiqə dair sualları cavablandırmalı idilər. İştirakçılar komandalar arasında maraqlı mübarizənin və gərgin rəqabətin şahidi oldular. Sonuncu – üçüncu tura qədər hansı komandanın qalib gələcəyi bilinmirdi. İ-25 qrupunun komandası sualları daha dəqiq cavablandıraraq mərhələnin qalibi oldu.Bu komanda kollecdə keçirilən bilik yarışının yarımfinal mərhələsində iştirak etmək hüququ qazandı.
Əlavə edilmə tarixi: 02.12.2015 | Baxılma sayı: 637
Möhtəşəm kitab təqdimatı
Çox minli və nüfuzlu təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci tədris ili boyu təşkil etdiyi davamli mədəni kütləvi tədbirlərlə daima ictimaiyyətin diqqət mərkəzində dayanir.
Çox minli və nüfuzlu təhsil müəssisəsi olan Mingəçevir Turizm Kolleci tədris ili boyu təşkil etdiyi davamli mədəni kütləvi tədbirlərlə daima ictimaiyyətin diqqət mərkəzində dayanir. Etiraf etmək lazimdir ki anoloji iş və fəaliyyət tərzi kollektivdə artiq dəyərli bir ənənəyə çevrilib. Qeyd olunan ənənələrinə sadiq qalan kollektiv şəhər və ölkə ictimaiyyətini növbəti möhtəşəm kitab təqdimati ilə sevindirməyə müəssisər oldu. Söhbət Mingəçevir Turizm Kollecinin dünyaca taninmiş alim rəhbəri, iqtisad elmləri doktoru professor Əyyub Əyyubovun dərin zəkasinin, araşdirmalarinin və müşahidələrinin məhsulu olan “Turizm və Mehmanxana Təsərrufati” dərslik nəşri ilə “Məşhəddən Kərbəlaya” kitabinin geniş oxucu audutoriyasinin iştiraki ilə ictimai təqdimatından gedir. Respublika əhəmiyyətli ifadəsini o səbəbdən işlətdik ki, həm hər iki əsər məzmun və mahiyyətcə tədris təlim yönümlüdür, həm də təqdimat mərasimində Qazaxdan ölkə paytaxtinadək əksər bölgələri təmsil edən söz –hikmət zərgərləri iştirak edirdi.Təqdimat mərasiminin özünə gəlincə tədbir mərhələli şəkildə təşkil olunmuşdu. Öncə iştirakçilar hər iki yeni nəşr də daxil olmaqla 23 dən artiq elmi, nəzəri, sənədli və bədii kitablarin müəllifi olan professor Əyyub Əyyubovun öıkədə və ölkə xaricində işiq üzü görmüş əsərlərindən ibarət sərgiyə baxiş keçirdi. Burada həm də müəllifin elm, təhsil və humanitar sahədə göstərdiyi yorulmaz xidmətlər müqabilində yerli və beynəlxalq təsisatlar tərfindən layiq görüldüyü nüfuzlu mükaatlar yer alirdi. O cümlədən Atatürk mükafati, Leybnits medali, BMT-nin fəxri fərmani, Avropanin əməkdar elm adamı təsisatı, Romanin fəxri elm adamı sənədi və digər mükafatlar Əyyub Əyyubov şəxsiyətinin ziyali potensialına bələd olmağa imkan verirdi.Daha sonra Kollecin Heydər Əliyev ideoloji mərkəzində toplaşmiş qonaqları-tədbir iştirakçılarını salamlayan professor Əyyub Əyyubov oxuculara təqdim etdiyi hər iki yeni kitab, onların qələmə alınma tarixçəsi, yaradıcı çətinlikləri, məram və məqsədləri barədə ətraflı məlumat verdi. Onu da qeyd etdi ki, ölkə prezidenti İlham Əliyev tərəfindən prioritet elan olunmuş turizm sektoru üçün peşəkar kadr hazırlıqı missiyasını həyata keçirən doğma kollektivi tədrisdə ən mütərəqqi beynəlxalq nailiyyətləri tətbiq etməkdədir. O cümlədən yeni dərslik və metodik vasitələrin hazırlanması qarşıda duran əsas vəzifələrdəndir. Çünki bu cür vəsaitlər hazırda təhsi məüssisələrində və kitabxanalarda azliq təşkil edir. Bu mənada Turizm və Mehmanxana təsərrüfati kitabi pedaqoq , tələbə və ümumən turizmə meyli olan insanlara dəyərli mənbə rolunu oynaya bilər.Məşhəddən Kərbəlaya əsəri isə artiq haqqında oxuculara məlum olan Müqəddəs Məşhəd yollarında kitabının davamı kimi qəbul edilməlidir. Mədəni mənəvi tarixi dəyərlərimizin ən doğru formada mənimsənilməsi üçün vacib sayıla biləcək əsərlərə doğrudan da cəmiyyətdə bir aclıq hiss olunmaqdadir. Məlumat azlığı ayrı-ayrı çirkin məqsədli qrupların vəziyyətdən yararlanmasına yol açir. Məşhəddən Kərbəlaya əsəri də bu mənada həmin xislətli qruplara verilə biləcək tutarlı cavablardandır. Kitabda tarixi ənənələrimiz, dinimiz, müqəddəs dini-tarixi simalarımız, yer adları, qədim yurd yelərimizin özəllikəri və digər məsələlər barədə geniş məlumatlar öz əksini tapır. Yeri düşmüşkən daha sonra məhz bu kitabı çox böyük ustalıqla iştirakçılara təqdim edən dəyərli ziyali, Qizil qələm mükafat laureatı jurnalist Yusif Ələkbərov elə bəri başdan kitabı oxumaq fürsəti olmayanlara kitabı sevdirə bildi. Bu əsər mədəni irsimizin təbliğatçısı olmaqla yanaşi Səyahət turizmi üçün də əvəzonmaz mənbəyə çevriləcək söylədi. Elə qonaqların sonrakı çıxışlarıda da bu cür qiymətləndirmə dəfələrcə özünü biruzə verdi. Şəhərdən və digər bölgələrdən tədbirə qatilmış Mingəçevir şəhər İcra Hakimiyyəti rəsmisi, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev, Avropa Nəşr Mətbuat Evinin direktoru, AMEA-nın əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəyli, Bakı Dövlət İdaretmə və Tenologiya Kollecinin direktor müavini, dövlət mükafatı laureatı şair Firuddin Oruc, tanınmış şarə-jurnalist Mətanət Riqqət, Mərkəzi xəstəxananın baş həkimi Tibb elmləri fəlsəfə doktoru Yusif Quliyev, ziyali və ağsaqqalar Qəşəm İsmayilov, Ələm Məmmədov, İranə Həsənova, Haci Cəlal, Haci İbrahim, Nəsib Bayramoğlu, Zahid Qasımlı, Mayil İsmayılov, Fərman Nəbiyev, Mirsədi Daşdəmirov, Allahverdi Alıyev, Soltan Əsədov, Kamal Nəcəfli və digər qonaqlar öz çıxışlarında hər iki dəyərli əsərlərdən təhsilimimizin, mədəniyyət və turizm sahələrinin inkişafı üçün xeyli fayda götürüləcəyini vurğuladı. Kitabda həm də ailə münasibətləri, vətənpərvərlik nümunələrinin örnək rolunu oynaya biləcək çox saylı müsbət nümunələrin mövcud olduğu diqqətə çatdırıldı. Qeyd etmək lazımdır ki, sözə bağlı qonaqlar çoxluğunda aparıcı qismində Yaziçilar birliyi Mingəçevir şəhər şöbəsinin sədri şair-publisist İsmayıl İmanzadə kimsəyə ani də olsa yörğunluq hiss etdirmədi. Təsəvvur edin 4 saata qədər baş tutan bir təqdimat mərasimi nə deməkdir. Bu şəhərin analoji tədbirlər tarixində bir rekord göstəricidir. Üstəlik kimsə məclisdən ayrılmaq istəyi belə nümayiş etdirmədi.Təqdimat mərasimində Turizm Kollecinin potensialı da özünü biruzə verdi. Təcrübəli pedaqoqlar və tələbələr kitabdan, yaradıcılıqdan danışıb zaman –zaman ifa olunan şer və nəğmələrlə tədbirin axarına bir şuxluq qatmiş oldu. Turizm Kollecinin direktor müavini Çinarə Allahverdiyevanin müəllifin elmi-pedaqoji və yaradicı fəaliyyətinə dair verdiyi açiqlama, turizm müəllimi Aynurə Abbasovanın hər iki yeni kitabin tədris prosesində oynaya biləcəyi rol barədə səsləndirdiyi məzmunlu pedaqoji yanaşma tərzi iştirakçıların hədsiz marağı ilə müşayət olundu.Tədbirə yekun vuran professor Əyyub Əyyubov göstərilən münasibətə və dəyərli xoş sözlərə görə bütün iştirakçılara təşəkkür etəklə yanaşi yeni yaradıcı layihələrindən söhbət açdı. Bildirdi ki, hər iki janrda araşdırmaları davam edir və yaxin perspektivdə oxucularını yeni əsərləri ilə sevindirmək niyyətindədir.Qeyd edək ki, təqdimat mərasimi ərzində professor Əyyub Əyyubov və rəhbəri olduğu kollektiv Avropa Nəşr Mətbuat Evi tərəfindən iki önəmli nominasiya ilə mükafatlandırıldı. Onlar ilin kolleci və ilin iqtisadçı – alimi mükafatı adlanır. Sonuncu həm də qızıl medalla dəyərləndirilib. Ehtiram Muradlı-Mingəçevir Tele- radio şirkətinin əməkdaşı, Xəbərlər deportamentinin direktoru.
Əlavə edilmə tarixi: 26.11.2015 | Baxılma sayı: 698
26 noyabr 2015-ci il tarixində Mingəçevir Turizm Kollecində Mingəçevir Regional Debat mərkəzində tədbir keçirildi
26 noyabr 2015-ci il tarixində Mingəçevir Turizm Kollecində Mingəçevir Regional Debat mərkəzində tədbir keçirildi. Tədbiri çıxış sözü ilə E. Sadiqzadə açdı. O, debatın mahiyyətini tələbələrə anlatdı. Tədbirdə kollecin müəllimi Əşrəf müəllim də çıxış etdi və tələbələrə uğurlar arzuladı. Daha sonra MTK- nın debatının sədri Murad Becilov və sədr müavini Ə. Aysel çıxış etdi. Tələbələrə debatın mərhələlərini və debatın keçirilmə məqsədini anlatdı. Daha sonra tələbələrlə diskussiya keçirildi.
Əlavə edilmə tarixi: 26.11.2015 | Baxılma sayı: 683
Kollecdə bilik yarışı davam edir
Kollecdə müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının növbəti mərhələsi keçirilmişdir.
Kollecdə müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının növbəti mərhələsi keçirilmişdir. Noyabrın 11-ə təsadüf etmiş bu yarış günündə D-6, Ri-9/12 və Ri-8/10 qruplarının komandaları qarşılaşmışlar. Yarış 3 turdan ibarət olmuşdur. Hər turda komandalara 10 sual ünvanlanmışdır. Daha uğurlu nəticə nümayiş etdirən Ri-8/10 qrupunun komandası yarış gününün qalibi olmuş və yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Əlavə edilmə tarixi: 23.11.2015 | Baxılma sayı: 431
Mingəçevir Turizm Kollecində Uşaq hüquqları mövzusunda tədbir
Noyabrın 18-də Mingəçevir Turizm Kollecində uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar kecirildi.
Noyabrın 18-də Mingəçevir Turizm Kollecində uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar kecirildi. “Uşaq hüquqları toxunulmazdır” adlanan tədbir tarix və hüquq fənlərini tədris edən müəllimlərin təşəbbüsü ilə təşkil edilmişdir. Seminarda giriş nitqi ilə kollecin tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva çıxış etdi. Uşaq hüquqlarının qorunmasına dair seminarın keçirilməsini yüksək qiymətləndirdi və mövzuya aid öz fikirlərini iştirakçılara çatdırdı. Tədbirdə əsas məruzə ilə hüquq müəllimi Amalya Əliyeva çıxış etdi. Mövzunun hüquqi və sosial aspektləri məruzədə geniş təhlil olunmuşdu. Daha sonra uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirildi.Bundan sonra dinlənilmiş məruzə ətrafında müzakirələr başlandı. Tarix müəllimləri Eldar Dərişov və Tünzalə Nuriyeva mövzuya dair fikirlərini bölüşdülər. Tələbələr Günay, Gülbala, Samir, Hüseyn – (Tmt-22) , Famil , Sənan (Tmt-25) , Leyli, Ayna- (Ri-8) , Gülşad (Tt-42) , Sara (Tt-41) , Türkan (İ-27) və Rəsul (Bt-38) da çıxış edərək məruzə ətrafında müzakirələrdə fəal iştirak etdilər. Uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar faydalı fikir mübadiləsi şəraitində işini sona çatdırdı.
Əlavə edilmə tarixi: 19.11.2015 | Baxılma sayı: 690
Mini – futbol üzrə Ali və Orta ixtisas məktəb tələbələri ilə MİS – lərin komadaları arasında keçirilən “ Şəhər Kuboku” yarışı sona çatdı
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevirin 67 – ci il dönümünə həsr olunmuş Mini – futbol üzrə “ Şəhər Kuboku” yarışı keçirildi.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevirin 67 – ci il dönümünə həsr olunmuş Mini – futbol üzrə “ Şəhər Kuboku” yarışı keçirildi. Yaşar Məmmədzadə adına şəhər stadionunda 5-10.11.2015 – ci il tarixlərdə baş tutan yarışda ali və orta ixtisas məktəb tələbələrinin və MİS – in 8 komandası iki yarımqrupda mübarizə aparırdılar.
Mingəçevir Turizm Kollecinin futbolçuları yarımqrupda birinci olduqları üçün yarımfinal və final mərhələsində oyunlarını davam etdirdilər.
Final görüşündə Mingəçevir Turizm Kollecinin komandası ilə Mingəçevir Dövlət Universitetinin komandası üz – üzə gəldilər. Komandamız 3:2 hesabı ilə məğlub olsada, yarışları ikinci yerdə başa vurdular.
Yarışın sonunda Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təhsis etdiyi kuboklar və diplomlar –
Mingəçevir Dövlət Universitetinin – I yer
Mingəçevir Turizm Kolleci – II yer
Mingəçevir Tibb Kolleci – III yerlərə çıxmış komandalara təqdim edildi.
Əlavə edilmə tarixi: 18.11.2015 | Baxılma sayı: 1721
Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.Bilik yarışı Debat və TGT-nin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.Yarışın münsiflər heyətinə tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva, fənn müəllimləri Bəhruz Kərimov, Nazan İdrisova, Günay İbrahimova və Jalə Məmmədova daxildirlər. Oktyabrın 28-nə təsadüf edən ilk yarış günü müsabiqəyə “Turist-Mehmanxana təsərrüfatı və idarə edilməsi” və “Turizm və onun təşkili” ixtisaslarını təmsil edən TMT-15, TMT-20, TT-39, TT-40 qrupları qoşuldular. Komandalara yarışın üç mərhələsinin hər birində 10 sual ünvanlanmışdır. Maksimum nəticə göstərən TMT-20 qrupu ilk yarış gününün qalibi oldu və yarımfinala vəsiqə qazandı. Noyabrın 4-də “Bələdçilik işi” və “Muzey işi və abidələrin mühafizəsi” ixtisasları üzrə təhsil alan Bİ-9/12, Bİ-8/10, MUİ-9/10 və MUİ-8/11 qruplarının tələbələri də yarışa qoşuldular. MUİ-8/11 qrupunun komandası daha yaxşı nəticə göstərərək yarışın qalibi adını qazandı və növbəti yarımfinalçı oldu.Növbəti yarış günlərində digər ixtisasların qrupları da bilik yarışına qoşulacaqlar.
Əlavə edilmə tarixi: 16.11.2015 | Baxılma sayı: 1006
Mingəçevir Turizm Kollecinin kollektivinin Bayraq günü tədbirində iştirakı
Mingəçevir Turizm Kollecinin tələbə və müəllim heyəti Mingəçevir şəhərində keçirilən müxtəlif bayram tədbirlərində özünün mütəşəkkil qaydada iştirakı və fəallığı ilə tanınır.
Mingəçevir Turizm Kollecinin tələbə və müəllim heyəti Mingəçevir şəhərində keçirilən müxtəlif bayram tədbirlərində özünün mütəşəkkil qaydada iştirakı və fəallığı ilə tanınır. Noyabrın 9-da şəhərimizdə Dövlət Bayrağı gününə həsr olunmuş bayram tədbiri də bu cəhətdən istisna olmadı. Şəhərin bayraq meydanında təşkil olunmuş tədbirdə kollec özünün çoxsaylı pedaqoq və tələbə heyəti ilə iştirak etdi. Kolleci təmsil edən nümayəndələr tədbir iştirakçılarının ön cərgəsində yer almışdı.Kollektivin hər bir üzvü əlində kiçik dövlət bayrağı tutmuşdu. Şəhərin yaradıcı qruplarının maraqlı bədii nömrələri ilə davam edən tədbirdə MTK kollektivi yenə də özünün fəal və mütəşəkkil iştirakı ilə yadda qaldı.
Əlavə edilmə tarixi: 13.11.2015 | Baxılma sayı: 514
Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu. Bu əlamətdar günə həsr olunmuş tədbirlər proqramı Mingəçevir şəhər İcra hakimiyyəti ilə birgə hazırlanmış elmi-nəzəri konfranla yekunlaşmalı idi. Əvvəlcə rəsmi qonaqların iştirakı ilə “Əsas qanunumuz” adlı sərgiyə baxış keçirildi. Sərgidə kollecin tələbələrinin Konstitusiyaya və Mingəçevir şəhər gününə həsr olunmuş əl işləri nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları mövzuya həsr olunmuş divar qəzetləri və plakatlardan ibarət stendlərlə tanış oldular“Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda elmi-nəzəri konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işə başladı . Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Əyyub Əyyubov Azərbaycanın demokratik hüquqi dövlət kimi inkişafında 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş Konstitusiyamızın mühüm rol oynadığını bildirdi. Həm əsas qanunun qəbulunda, həm də sonrakı hüquqi islahatların keçirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini yada saldı. Azərbaycanın demokratik dövlət kimi inkişafının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.Mingəçevir şəhər İcra hakimiyyəti başçısının I müavini İlham İsmayılov öz çıxışına Mingəçevir Turizm Kollecində rəsmi günlərin və dövlət bayramlarının yüksək səviyyədə qeyd olunduğunu vurğulamaqla başladı. İlham İsmayılov müstəqilliyimizin ilk illərinə nəzər salaraq sabitliyin əldə olunması, dövlətçiliyimizin möhkəmlənməsi, əsas qanunun hazırlanması və qəbulu kimi mühüm tarixi anları tədbir iştirakçılarına xatırlatdı.Konfranda şəhər İcra aparatının məsul işçisi, fəlsəfə doktoru Sahib Əliyev “Azərbaycan Respublikası Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, hüquq müəllimi Qənimət Hüseynov “Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin əsas qanunudur”, kollecin direktor müavini Çinarə Allahverdiyeva “Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi dövlət quruculuğunun təməlidir”, pedaqoqlar Günay İbrahimova “Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsində müstəsna rolu”, Jalə Məmmədova “Konstitusiyamız ölkədə insan hüquq və azadlıqlarının təminatçısıdır” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.Çıxışlardan sonra Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.Silsilə tədbirlər kolecin bədii özfəaliyyət qrupu üzvlərinin iştirakı ilə hazırlanmış bədii kompozisiya ilə yekunlaşdı.
Əlavə edilmə tarixi: 13.11.2015 | Baxılma sayı: 821
Ekskursiya
Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və Ekskursiya” şöbəsi növbəti turu 25.10.2015 tarixində Qobustan rayonuna təşkil etdi.
Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və Ekskursiya” şöbəsi növbəti turu 25.10.2015 tarixində Qobustan rayonuna təşkil etdi.Ekskursiyanın tərkibi səyahətlər və ekskursiya şöbəsinin müdiri İdrisova Nazan, ixtisas müəllimləri Kərimov Bəhruz, Səmədov Elşad və Turizmin təşkili, Turist Mehmanxana Təsərrüfatının təşkili və idarə edilməsi və Muzey işi üzrə təhsil 30 nəfərlik tələbə heyyətindən ibarət oldu. Havanın günəşli olması keçirilən ekskursiyanın dahada maraqlı olmasına şərait yaratdı.İlk maşrut Qobustan muzeyinə oldu. Muzeyin girişində ekskursiyaya gələn tələbələri bələdçi qarşıladı. Tələbələri salamlayan bələdçi zaman – zaman tapılmış əsasən mezolit dövrünə aid olan arxeololji və maddi mədəniyyət nümunələri göstərib, onların tarixi haqqında geniş məlumat verdi. Muzeydəki eksponatlarla tanış olduqdan sonra Qobustan qayaüstü rəsmlərinə baxmaq üçün abidələr olan əraziyə gedildi. Burada ekskursiyaçıların marağına səbəb olan cizgi filmlərindən sevə sevə izlədikləri qaval daşı oldu.Ekskursiya tələbələrin dünay görüşünü artırılması, həmçinin bu tarixi yerlər haqqında əyani olaraq biliklərinin artırılması baxımından çox faydalıdır.
Əlavə edilmə tarixi: 02.11.2015 | Baxılma sayı: 1747
18 Oktyabr Müstəqillik günü
Mİngəçevir Turizm Kollecində Müstəqillik gününün təntənə ilə keçirilməsi üçün ciddi hazırlıqlar görülmüşdür.
Ölkəmizin müasir tarixinin ən önəmli hadisələrindən olan 18 oktyabr Müstəqillik günü kollecdə hər il xüsusi bayram əhval – ruhiyyəsi şəraitində qeyd edilir. Mİngəçevir Turizm Kollecində Müstəqillik gününün təntənə ilə keçirilməsi üçün ciddi hazırlıqlar görülmüşdür. Tələbələr tərəfindən rəngarəng divar qəzetləri tərtib olunmuş qruplarda debatlar, diskussiyalar təşkil olunmuşdur.Oktyabrın 16 – da isə kollecdə “ Ümumilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusudur” mövzusunda elmi – nəzəri konfrans keçirildi. Konfransda giriş sözü ilə kollecin direktoru, prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim xalqımızın müstəqillik uğrunda mübarizəsindən, azadlıq yolunda canlarından keçən şəhidlərdən söhbət açdı.Dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini onu xilaskarlıq missiyasını xüsusi vurğulayıb. Möhkəm təməl üzərində qurulmus Azərbaycan dövlətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tərəqqi yolu ilə irəlilədiyini bildirdi.Konfransda kollecin pedaqoqları Ceyhun Abdullayev “ 18 oktyabr 1991 – ci il Azərbaycanın dövlət müstəqilliyinin quruculuq tarixidir.” Jalə Məmmədova “Ulu öndər H.Əliyev dövlət müstəqilliyimizi xilas edən tarixi şəxsiyyetdir” , nSevda Kərimova “ Müstəqilliyin mədəniyyət təntənəsi”, Eldar Dərişov “ Müstəqil Azərbaycan Respublikasının müasir uğurları, Ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir” mövzusunda maraqlı məruzələrdə çıxış etdilər.Tədbirin rəsmi hissəsindən sonra kollecikn Ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanməş əbədi – bədii konpozisiya tələbələrin ifasında nümayiş etdirildi.
Əlavə edilmə tarixi: 19.10.2015 | Baxılma sayı: 929
Ekskursiya
2015-2016 – cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.
2015-2016 – cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır. İlk ekskursiya 27 sentyabr tarixində “Beynəlxalq Turizm Günü” nə həsr olunmuş və 24 sentyabr tarixində Həyata keçirilmişdir. Ekskursiya kollecin müəllimlərindən İ.Nazan, K. Bəhruz, M.Ruslan, V. Məleykə və TT, TMT qrup tələbələrindən seçilmiş 15 nəfər tələbə ilə həyata keçirildi. Maşrut Gəncə şəhəri, Tovuz və Qax rayonlarında idi. İlk tur Gəncə şəhərinin girişində yerləşən Nizami Gəncəvinin məqbərəsinə oldu. Bu tarixi – mədəni abidə önündə şəkillər çəkildi. Bələdçi tərəfindən Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verildi. Növbəti tur Tovuz rayonu Göytəpə kəndində yerləşən “Göytəpə” adlanan qədim yaşayış məskəninə təşkil olundu. Qədim yaşayış evlərinin qalıqları ekskursiyaçıların böyük marağına səbəb oldu. Mingəçevir Turizm Kollecinin tarix müəlliməsi Məleykə Vəliməmmədova bu barədə tələbələrə geniş məlumat verdi. Ekskursiyaçıların fasilə, istirahət və nahar vaxtını nəzərə alaraq, növbəti dayanacaq Tovuz rayon Heydər Əliyev adına park oldu. Qazax rayonu “ Damcılı bulağı” əsrlər boyu fəaliyyət göstərən bu bulağın tarixi sərin suyu ekskursiyaçıların sonuncu dayanacaq nöqtəsi oldu.Tələbələr ekskursiya müddətində gəzintidən məmnun qaldılar. Tarixi ekskursiya kimi nəzərdə tutulmuş bu ekskursiya uğurla başa çatdı. İl ərzində ekskursiyaların davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Əlavə edilmə tarixi: 12.10.2015 | Baxılma sayı: 1090
Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür. Təhsil işçilərinin peşə bayramı kollecdə də hər il xüsusi təntənə ilə qeyd olunur. Oktyabrın 5- də kollecin H.Əliyev adına ideoloji mərkəzində “ Müəllimlər Günü” nə həsr olunmuş əbədi – bədii gecə keçirildi. Bütün guşələr və stendlər tələbələr tərəfindən hazırlanmış divar qəzetləri ilə bəzədilmişdi. Bədii özfəaliyyət qrupunun üzvləri isə tədbir üçün bir – birindən maraqlı bədii – musiqili nömrələr hazırlamışdılar. Aparıcılar Aytən və Arzu müəllimləri salamlayaraq hamını peşə bayramı münasibəti ilə təbrik etdilər. Təbrik üçün ilk söz kollecin direktoru prof. Əyyub Əyyubova verildi. Əyyub müəllim kollektiv üzvlərini təbrik etdi. Onlara peşə fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Ölkə rəhbərliyinin təhsilə göstərdiyi qayğıdan, təhsil islahatlarından söhbət açdı. Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov çıxış edərək Müəllimlər günü ilə bağlı ürək sözlərini bölüşdü.Bədii özfəaliyyət qrupunun fəal üzvü Lamiyyə “əziz müəllimim” adlı nəğmə ilə təbriklərə qoşuldu. Sonra bədii nömrələr bir birini əvəz etdi. Rövşənlə Lamiyənin dueti ifasında “Tələbə nəğməsi”, Xəlil və Ceyhunun rep ifaları da maraqla qarşılandı. Şirinalı və Əsgərin hazırladığı yumoristik səhnəcik isə tədbirə xüsusi rəng qatdı. “ Müəllimlər günü” nə həsr olunmuş tədbir prof. Əyyub Əyyubovun yekun sözü ilə sona çatdı.
Əlavə edilmə tarixi: 09.10.2015 | Baxılma sayı: 770
Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2014-2015 – ci illərdə “Dövlət Proqramına uyğun olaraq Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir. Mingəçevir şəhər Gənclər və İdman idarəsinin təşkil etdiyi seminarlardan biri də oktyabrın- 1 – də Mingəçevir Turizm Kollecində keçirildi. “Azərbaycan gəncliyi 2014-2015 – ci illərdə “Dövlət proqramının icrası barədə” Gənclər idarəsinin rəis müavini Sahil Hüseynova məruzə ilə çıxış etdi. Məruzə ətrafında müzakirələr başlandı. Kollecin tədris işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva, Mülki Müdafiə qərargahının sədri Əşrəf Əsgərov, “Nəqliyyatda daşımaların təşkili” fənn komissiyasının sədri Füzuli Əsədov və tarix müəllimi Eldar Dərişov çıxış edərək mövzu ilə əlaqədar mülahizələrini bölüşdülər. Tələbələrdən Babayev İsrafil ( Qrup – İ – 27 ), Əsgərov Müxəssə (Qrup – İ – 27 ), Mustafayeva Şəbnəm (Qrup – Bİ10), Həsənzadə Gülnar (Qrup – TT 36 ) da fikir mübadiləsinə qoşulararq maraqlı fikirlər səsləndirdilər. Müəllim və tələbələrin çıxışında Dövlət proqramının həyata keçirilməsi, dövlətimizin gənclər siyasəti barədə pozetiv notlar, dövlətin gənclərin qayğısından razılıq duyğuları üstünlük təşkil edirdi. Seminar öz işini faydalı fikir mübadiləsi şəraitində başa vurdu.
Əlavə edilmə tarixi: 09.10.2015 | Baxılma sayı: 728
Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.Bu mövzuda divar qəzetləri, plakatlar hazırlanır, debatlar və müzakirələr təşkil olunur.Sentyabrın 29 – da kollecdə “Beynəlxalq Turizm günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Turizm” fənn komissiyasının müəllimləri, “Turizm və onun təşkili”, “Bələdçilik işi” ixtisası üzrə təhsil alan tələbələr iştirak etdilər.Tədbirdə giriş nitqi ilə təcrübəli pedaqoq Əşrəf Əsgərov çıxış etdi. Daha sonra fənn müəllimləri Aydın Məmmədov “Turizm günün yaranması Elşad Səmədov “ Dünya ölkələri üzrə mehmanxanaların təsnifat sistemi”, Xuduyev İqbal “ Turizmin müasir vəziyyəti”, Nazan İdrisova “ Turizmin insan həyatında rolu” mövzuları üzrə maraqlı məruzələr səsləndirdilər.Daha sonra məruzələr ətrafında diskusiya təşkil olundu. Tədris işləri üzrə direktor müavini Çinarə Abdullayeva çıxış edərək “Beynəlxalq Turizm Günü” – nün qeyd olunması ilə bağlı öz fikirlərini bildirdi. TMT – 15 qrupunun tələbələri Aysel və Röyal, TT – 38 qrupunun tələbəsi Fərid də müzakirələrə qoşularaq turizmin inkişaf xüsusiyyətləri ilə əlaqədar maraqlı fikirlər səsləndirdilər.Tədbir öz işini maraqlı fikir mübadiləsi şəraitində davam etdirdi.
Əlavə edilmə tarixi: 09.10.2015 | Baxılma sayı: 958
Bilik günü
Yeni 2015-2016-cı tədris ilinin başlanması Mingəçevir Turizm Kollecində böyük təntənə ilə qeyd olundu. Sentyabrın 15-də tələbələr kollecin tədris korpusunun qarşısındakı ərazidə qələbəlik yaratmışdılar. Xüsusilə də yeni qəbul olunmuş tələbələr və onların valideyinləri yeni dərs ilinin başlanmasını maraq və həyəcanla gözləyirdilər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Tədbirin aparıcıları Aytən və Şirnalı iştirakçıları salamlayaraq onları yeni tədris ili münasibətilə təbrik etdilər. TT-34 qrupunun tələbəsi Bəşirov Rövşən şux bir nəğmə ilə qonaqları salamladı.Təbrik nitqi ilə çıxış edən kollecin direktor müavini Çinarə Allahverdiyeva müəllim və tələbələrə kollecin direktoru, prof. Əyyub Əyyubovun təbriklərini çatdırdı, kollektivin hər bir üzvünə yeni tədris ilində uğurlar arzuladığını bildirdi. Yeni qəbul olunmuş tələbələrə kollecin fəaliyyət tarixi , tədris nailiyyətləri və beynəlxalq əlaqələri haqqında məlumatlar çatdırdı. Həmkarlar təşkilatının sədri, dos. İbrahim Əyyubov və tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdilər.Çıxışlar arasında isə bədii özfəaliyyət qrupunun üzvləri maraqlı musiqi nömrələri nümayiş etdirdilər. Rövşən və Lamiyənin duet ifası, rəqs qrupu üzvlərinin çıxışı və kollecə yeni qəbul olunmuş istedadlı tələbə Xəlilov Xəlilin rep ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə həmçinin valideynlər adından Cəfərova Əminə, tələbələr adından isə “ Muzey işi və abidələrin mühafizəsi” ixtisasına yüksək balla qəbul olmuş tələbə Qaflanova Cəmilə çıxış edərək müəllim və tələbələri tədris ilinin başlanması münasibəti ilə təbrik etdilər.
Əlavə edilmə tarixi: 15.09.2015 | Baxılma sayı: 627
ПОЗДРАВЛЕНИЕ
Академику ЕАЕН, доктору экономических наук, профессору Эюуб Авдын оглы Эюубову присвоено звание «Заслуженный деятель науки и культуры Европы» с вручением медали «Готфрида Вильгельма Лейбница».
Профессор Э.А.Эюубов родился 8 марта 1956 года в Агдамском районе Азербайджанской Республики. Получил высшее образование в Украинском Автомобильно-транспортном институте по специальности «Экономика и управление транспортных сфер».
В 1992-1993 годы учился в аспирантуре Международной Академии Наук, защитив диссертацию на тему «Адаптация новых коммерческих предпринимательских структур в условиях современного социально-экономического положения». Был удостоен научной степени кандидата экономических наук и получил научное звание доцента.
В 1993-2002 годы занимал должность ректора Азербайджанского филиала Академического Центра Международной Академии Наук Сан-Марино.
Работал заведующим Мингечаурского отдела Бакинского Колледжа Физической Культуры и Туризма.
С 2006 года по настоящее время работает на должности директора Мингечаурского Колледжа Туризма.
В 1994 году, защитив диссертацию на тему «Организация управления на основании научно-технических новшеств в условиях рыночной экономики», был удостоен научной степени доктора экономических наук и получил научное звание профессора.
В 1997 году быль удостоен премии и медали имени Академика Юсифа Мамедалиева, учрежденного Республиканским Обществом «Знание».
Избран действительным членом (академиком) Академии Предпринимателей Российской Федерации, Международной Академии Энерго-Информационных Наук, Международной Академии Наук Независимых Экспертов, Академии КЫБАТЕК, Международной Научной Академии Исследования Тюркского мира, Итальянской Академии Экономических и Социальных Наук. В 2001 году получил премию «Золотое перо».
В 2009 году был избран действительным членом Европейской Академии Естественных Наук.
Награжден медалью Золотая Звезда, Европейским Орденом Чести, Орденом «Честь и Достоинство», Международной Премией Ататюрк. Избран «Человеком года» в области образования.
В 2009 году был избран членом Союза Писателей России и награждён Юбилейной медалью Союза Писателей России.
В 2010 году стал Почётным Ученым города Рима.
В 2011 году награжден Международной Премией «Почетный Ученый Тюркского мира».
Является автором 23-x книг и более 270-и научных статей.
Сердечно поздравляем глубокоуважаемого академика Э.А.Эюубова, желаем крепкого здоровья и дальнейших творческих успехов.
Президент ЕАЕН, академик В Тыминский
Президиум ЕАЕН
Отделение Тюркского Мира ЕАЕН
Əlavə edilmə tarixi: 09.07.2015 | Baxılma sayı: 1304
İnsan Hüquqları günü
İyunun 18 – də bu tədbirlərin yekunu olaraq “ İnsan Hüquqlarına həsr olunmuş tədbir keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə ölkədə keçirilən “İnsan Hüquqları aylığı” çərçivəsində kollecdə tədbirlər planı tərtib edilmiş və silsilə tədbirlər keçirilmişdir.İyunun 18 – də bu tədbirlərin yekunu olaraq “ İnsan Hüquqlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə giriş sözü ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim bu mövzuda toplantıların keçirilməsinin faydalı olduğunu qeyd etdi. Xüsusilə də, “ İnsan hüquqları” mövzusunda söhbətlərin aparılmasının tələbələr üçün maarifləndirici rol oynadığını vurğuladı. Daha sonra respublikada keçirilən “İnsan hüquqları aylığına” aid videoçarx nümayiş etdirildi.Kollecin hüquq müəllimi Amalya Əliyeva “ İnsan hüquqları günü” mövusunda məruzə ilə çıxış etdi. Tarix müəllimi Tünzalə Nuriyevanın məruzəsi isə “İnsan və vətəndaş hüquqları va azadlıqları” mövzusunda idi.Məruzələr ətrafında müzakirələrdə prof. Əyyub Əyyubov, kollecin Mülki Müdafiə Qərargahının sədri Əşrəf Əsgərov çıxış etdilər.Tədbirdə iştirak edən tələbələr də müzakirəyə fəal şəkildə qoşuldular. Xüsusilə də İ – 110 qrupunun tələbəsi Orucov Fuad, NT – 4 qrupunun tələbəsi Xuduzadə Şəhriyar mövzuya dair maraqlı fikirlər səsləndirdilər.İnsan hqüuqlarına həsr olunmuş toplantı faydalı fikir mübadiləsi şəraitində işini davam etdirdi.
Əlavə edilmə tarixi: 25.06.2015 | Baxılma sayı: 572
Milli Qurtuluş Günü qeyd edildi
İyunun 11 də kollecin Heydər Əliyevin adına İdeoloji mərkəzində “ 15 iyun – Milli dövlətçiliyimizin möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda elmi – nəzəri konfrans keçirildi.
Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli anlarından biri olan 15 iyun – Milli Qurtuluş Günü hər il kollecdə böyük təntənə ilə qeyd olunur. Hər il olduğu kimi stend və guşələr bu tarixi günə həsr olunmuş divar qəzetləri və plokatlarla bəzədilmişdi. İyunun 11 də kollecin Heydər Əliyevin adına İdeoloji mərkəzində “ 15 iyun – Milli dövlətçiliyimizin möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda elmi – nəzəri konfrans keçirildi. Konfransda giriş sözü ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov 22 il əvvəl ölkədə yaranmış siyasi şəraiti konfrans iştirakçılarına xatırlatdı . 1993 – cü ildə parçalanma və vətəndaş müharibəsi ərəfəsində olan ölkəmizin məhz Ulu Öndər H.Əliyevin siyasi dühasi sayəsində xilas olduğunu vurğuladı və H.Əliyev misilsiz fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyinin möhkəmləndiyini və ölkəmizin dinamik inkişaf yoluna qədəm qoyduğunu bildirdiKonfransda kollecin pedaqoqları Çingiz Nəbiyev “ Ulu Öndər H.Əliyev Azərbaycan hakimiyyətinə qayıdışı və xiilaskarlıq missiyası”, Aydın Rəhimov “Qurtuluş Hərakatı Azərbaycan xalqının böyük inamı və dəstəyi sayəsində mümkün olmuşdur”, Sevda Kərimova “ Dahi liderin ölkədə hakimiyyətsizliyə və separatçılığa son qoyan böyük misiyası , Eldar Dərişov “ Ümummilli liderin dövlətçilik kursu inamla davam etdirilir” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.Konfransın rəsmi hissəsindən sonra kollecin bədii özfəaliyyət qrupunun rəhbəri Aydın Quliyevin müşayiəti ilə tələbələrin ifasında vətənpərvərlik mövzusunda nəğmələr səsləndirildi
Əlavə edilmə tarixi: 16.06.2015 | Baxılma sayı: 754
Narkalogiyaya qarşı həsr olunmuş maarifləndirici seminar
“ Narkotiklərlə Mübarizə Günü ” ilə əlaqədar iyunun 10 – da kollecdə maarifləndirici seminar təşkil edilmişdi
Azərbaycan Respublikası Prezidentinin 2013 – cü il 24 iyun tarixli sərancamı ilə təsdiq olunmuş narkologiyaya qarşı mübarizəyə dair 2013-2018 – ci illər üçün Dövlət proqramı çərçivəsində ölkənin və şəhərimizin ayrı – ayrı müəssisələrdə müxtəlif tədbirlər keçirilir.Dövlət proqramlarının hayata keçirilməsi üzrə Tədbirlər Planının icraçı məqsədli , həm də 26 iyun BMT – nin “ Narkotiklərlə Mübarizə Günü ” ilə əlaqədar iyunun 10 – da kollecdə maarifləndirici seminar təşkil edilmişdi. Müəllimlərin və tələbələrin iştirak etdiyi seminarda giriş sözü ilə Mülki Müdafiə qərargahının sədri Əşrəf Əsgərov çıxış etdi. Əşrəf müəllim narkomaniyanın müasir dövrün ən ağır bəlalardan biri olduğunu qeyd etdi, bu zərərli vərdişə qarşı gənclər arasında daima təbliğat işi aparmağın vacibliyini vuirğuladı.Kollecin təlim – tərbiyə işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva çıxışını narkotik vasitələrin insan orqanizmi üçün yaratdığı fəsadlar üzərində qurdu. Narkomanlığı sağalmaz bəla kimi xarakterizə etdi. Daha sonra çıxışçılar tələbələrin suallarını cavablandırdılar. Seminar tədbiri faydalı fikir mübadiləsi şəraitində işini davam etdirdi.
Əlavə edilmə tarixi: 11.06.2015 | Baxılma sayı: 409
28 May Respublika Günü
Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qruplar tərəfindəndən bu şanlı tarixi günə həsr olunmuş divar qəzetləri hazırlanaraq stend və guşələrdə nümayiş etdirilir. Tələbələr arasında “Respublika günü” mövzusunda debatlar təşkil olunmuşdur. Mayın 27-də isə kollecin H.Əliyev İdeoloji mərkəzində “Şərqdə ilk Demokratik Respublika” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Tədbirə giriş sözü ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. AXC-nin Azərbaycan xalqının milli dövlətçilik tarixində xüsusi yer tutduğuna bildirdi. Cümhuriyyətin yarandığı dövrdə mövcud beynəlxalq vəziyyəti, AXC-nin süqutu səbəblərini qısa təhlil etdi. Müasir Azərbaycan respublikaının AXC-nın hüquqi varisi olaraq milli dövlətçilik ənənələrinin şərəflə və uğurla davam etdirdiyini vurğuladı.Konfransda kollecin pedaqoqları Eldar Dərişov “İstiqlal Bəyannaməsinin qəbul edilməsi” , Nazan İdrisova “Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu tədbirləri” , İradə Cəfərova “Azərbaycan Xalq Cümhuriyyətinin erməni təcavüzünə qarşı mübarizəsi” , Jalə Məmmədova “Ümummili lider H.Əliyevin Milli Təhlükəsizlik siyasəti və onun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi” və Xəyalə Abbasova “Müstəqil Azərbaycan Respublikasının varislik prinsipləri İşƏliyev tərəfindən uğurla davam etdirilir” mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər. Konfransın sonunda Ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.
Əlavə edilmə tarixi: 04.06.2015 | Baxılma sayı: 970
Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzi ilə birgə müşavirə keçirildi.
Mayın 27-də kollecin H.Əliyev İdeoloji mərkəzində Mingəçevir ş. İcra Hakimiyyəti və FHN-nin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “ Su hövzlərində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlərib müzakirəsi və birgə həlli yolları” mövzusunda müşahidə keçirildi.
Mayın 27-də kollecin H.Əliyev İdeoloji mərkəzində Mingəçevir ş. İcra Hakimiyyəti və FHN-nin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “ Su hövzlərində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlərib müzakirəsi və birgə həlli yolları” mövzusunda müşahidə keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov qonaqları iştirakçılara təqdim etdi, müşavirənin işinə uğurlar arzu etdi. FHN-nin məsul nümayəndəsi Mənsur əsas məruzə ilə çıxış etdi, müzakirə olunan məsələ barəsindəətraflı bilgilər verdi. Tədbirdə Dövlət sularda xidmətinin nümayəndəsi Kamil Allahverdiyev “Dövlət sularda xilasetmə xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, şəhər Gigiyena və Epidemologiya Mərkəzinin həkimi İlqar Həsənov “Dəniz suyunun təmizlik vəziyyəti” şəhər Polis şöbəsinin əməkdaşı Rəşad Məmmədov “çimərliklərdə ictimai arayışın qorunmasının təşkil olunması və vəziyyəti”, Təcili Tibbi Yardım stansiyasının həkimi Fəxrəddin Quliyev “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Yaşar Məmmədov “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində görülən işlər” mövzularında ətraflı məruzələrlə çıxış etdilər. Müşavirə məruzələr ətrafında faydalı fikir mübadiləsi şəraitində işini davam etdirdi
Əlavə edilmə tarixi: 02.06.2015 | Baxılma sayı: 718
“Fransız dili” fənnində “açıq dərs” keçirildi.
Kollecdə mütəmadi olaraq ayrı-ayrı fənn komissiyalarının müəllimlərinin müxtəlif fənnlər üzrə açıq dərsləri keçirilir.
Kollecdə mütəmadi olaraq ayrı-ayrı fənn komissiyalarının müəllimlərinin müxtəlif fənnlər üzrə açıq dərsləri keçirilir. Həmin dərslərdə müxtəlif təlim vəsitələrindən istifadə olunur, aparıcı müəllimlərin qabaqcıl iş təcrübəsi təbliğ olunur.May ayında “Dillər” fənn komissiyasının təşəbbüsü ilə TT-40 qrupunda “Fransız dili” fənnindən müəllim İbrahimova Günay Sabir qızının “açıq” dərsi keçirildi. “Açıq” dərsdə kollecin direktoru prof.Əyyub Əyubov, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, Fənn müəllimləri Jalə Məmmədova, Aydın Rəhimov, Tərabə Əhmədova, Fəxriyyə Məbudova və direktor müavini Çinarə Allahverdiyeva iştirak edirdilər. Dərsin gedişi zamanı müəllim müxtəlif təlim meütodlarına müraciət etdi. Köhnə dərsin sorğusu frontal sorğu, test tapşırıqları və yazılı suallar verilməsi yolu ilə aparıldı. Yeni mövzunun izahı zamanı müəllim təlimin texniki vasitələrindən isdifadəyə üstünlük verdi. Proyektordan və komputerdən istifadə olundu, yeni dərs slaydları vasitəsilə şərh edildi. Açıq dərsin gedişi zamanı tələbələrin fəallığı, fənn ə böyük marağı və yüksək hazırlığı hiss olunurdu. Uğurlu keçən açıq dərsin müzakirəsi də faydalı fikir mübadiləsi şəraitində aparıldı.
Əlavə edilmə tarixi: 02.06.2015 | Baxılma sayı: 1302
Kollecdə Rus dili günü keçirildi
Son illərdə MDB məkanında yayılmış xoş ənənələrdən biridə iyunun 6 – sı tarixində “Rus dili” günlərinin keçirilməsidir.
Son illərdə MDB məkanında yayılmış xoş ənənələrdən biridə iyunun 6 – sı tarixində “Rus dili” günlərinin keçirilməsidir. Böyük rus şairi A.S.Puşkinin doğulduğu tarixdə qeyd olunan bu gün cari ildən kollecin təntənəli tədbirlər təqvimində yer almışdır.Tədris qrafiki və yaz smestrlərinin başa çatması ilə əlaqədar “ Rus dili” günü kollecdə mayın 22 – də qeyd olundu . Tədbirin aparıcısı Xatın iştirakçıları rus dilində salamlayaraq növə ilə bədii nömrələri təqdim etdi. Günay müəllim, tələbələr Ülviyyə, Xəyalə, Roza, Şəhanə və Ramik Puşkinin şerlərini səsləndirdilər. Əsmər “Uletayu” adlı estrada mahnısını və “ Kavkazsaya plennitsa” filimindən şən mahnı ifa etdi. Cəfər isə gitaranın müşayiəti ilə daha bir nəğməni təqdim etdi. Daha sonra Günay müəllim və tələbə Leylanın ifasında M.Lermontovun şerləri səsləndi. Sərxan , Əsmər, Xatın və Ülviyyənin ifasında A.S.Puşkinin “Balıqçı və balıq” əsərinin müasirləşdirilmiş və improvizə olunmuş variantı nümayiş etdirildi. Ceyhunun ifasında rus dilində rep ifası, Sərxanın təqdim etdiyi məntiq sualları da maraqla qarşılandı. “ Rus dili” gününün əsas təşkilatçısı, rud dili müəllimi Jalə Məmmədova çıxış edərək bütün iştirakçılara təşəkkürünü çatdırdı. Sonda söz kollecin direktoru, prof. Əyyub Əyyubova verildi . Əyyub müəllim maraqlı tədbir hazırladıqları üçün təşkilatçılara və iştirakçılara təşəkkür etdi. Dəgər xarici dillər üzrə də belə uğurlu dil günləri keçirməyi tövsiyə etdi.
Əlavə edilmə tarixi: 02.06.2015 | Baxılma sayı: 746
Rekertçi qəzetlərlə bağlı şikayət məktubuna Mətbuat Şurasının cavabı.
Rekertçilik fəaliyyəti ilə məşğul olan mətbu orqanlara qarşı Azərbaycan Respublikası Mətbuat Şurasının apardığı mübarizə nəticəsində onların sayı xeyli azalmış olsa da, hələ də mətbuat donuna bürünərək öz çirkin əməllərini davam etdirənlər də az deyildir.
Rekertçilik fəaliyyəti ilə məşğul olan mətbu orqanlara qarşı Azərbaycan Respublikası Mətbuat Şurasının apardığı mübarizə nəticəsində onların sayı xeyli azalmış olsa da, hələ də mətbuat donuna bürünərək öz çirkin əməllərini davam etdirənlər də az deyildir.Rekertçilik fəaliyyəti ilə məşğul olan mətbu orqanlara qarşı Azərbaycan Respublikası Mətbuat Şurasının apardığı mübarizə nəticəsində onların sayı xeyli azalmış olsa da, hələ də mətbuat donuna bürünərək öz çirkin əməllərini davam etdirənlər də az deyildir. Onlar ağa qara deməkdən çəkinmir, yalan məlumatları qəzet səhifələrində və internet saytında yerləşdirməklə öz çirkin niyyətlərinə çatmağa çalışırlar. Mingəçevir Turizm Kolleci ilə bağlı yalan, iftira, şər və böhtan xarakterli yazılar yazan mətbu orqanlara Mətbuat şurası dəfələrlə öz rəyini bildirmişdir.Bəzi qeyd etdiyimiz qəbildən olan sayt və qəzetlərin əməkdaşları haqqında Mətbuat şurasının rəyi olan yalan məlumatları yenidən başqa adlar altında gündəmə gətirir, bu yolla müəssisə rəhbərliyini onlarla “hesablaşmağa” cəhd edirlər. Belə cəhdlərlə yalan məlumatları xalqxeber.az, pia.az və tia.az saytları öz səhifəsində yerləşdirməsi ilə əlaqədar kollec rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mətbuat şurasına şikayət məktubu ünvanlandırılmışdır. Mətbuat şurasının 23.05.2015-ci il tarixli 52 nömrəli cavab məktubu olduğu kimi oxucuların diqqətinə çatdırılır.
Əlavə edilmə tarixi: 27.05.2015 | Baxılma sayı: 488
Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevirdə keçirilən Gül bayramında iştirak etdi
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü münasibəti ilə Mingəçevirdə şəhərmiqyaslı silsilə tədbirlər keçirilir
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü münasibəti ilə Mingəçevirdə şəhərmiqyaslı silsilə tədbirlər keçirilir. Ulu Öndərin anadan olduğu 10 may tarixində isə ölkənin hər yerində olduğu kimi Mingəçevirdə də möhtəşəm “Gül bayramı” keçirildi . Bayram tədbiri ümummilli liderin abidəsi önünə gül dəstələri qoymaqla xatirənin anılması ilə başladı. Sonra isə şəhər sakinlərinin sevimli istirahət məkanı olan Sahil parkında təntənəli bayram tədbiri keçirildi. Hər bir müəssisə parkın onlar üçün ayrılmış guşəsində öz stendlərini nümayiş etdirirdi. Mingəçevir Turizm Kolleci kollektivinin bayram hazırlıqları öz miqyası və rəngarəngliyi ilə xüsusi seçilirdi.Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər rəhbərliyinin digər nümayəndələri nümayiş olunan yaradıcılıq işləri ilə tanış olmaq üçün kollecin guşəsinə yaxınlaşdılar. Aparıcı tələbələr şəhər rəhbərliyini salamlayaraq onları kollecin guşəsi ilə tanış olmağa dəvət etdilər.Kollecin direktoru, prof Əyyub Əyyubov onları tələbələrimizin hazırladıqları əl işləri ilə tanış etdi. Burada kollecin bütün qruplar tərəfindən gül və çiçəklərlə hazırlanmış müxtəlif məzmunlu maket və eksponatlar nümayiş olundu. Həmçinin kollecin “ Dekorativ tətbiqi incəsənət və xalq sənəti” və “Dizayn” ixtisaslarında təhsil alan istedadlı tələbələrin əl işlərindən ibarət “ Ağ – Qara” adlı sərgi də iştirakçıların diqqət mərkəzində idi. Şəhər rəhbərliyi və qonaqlar kollecin bədi özfəaliyyət qrup üzvlərinin ifasında flaşmob musiqi nömrəsi ilə də tanış oldular. Mingəçevir Turizm Kollecinin “Gül Bayramı” hazırlıqları özünün rəngarəngliyi, yüksək səviyyəsi, peşəkarlığı ilə bayram tədbirinin iştirakçıları tərəfindən məmnunluqla qəbul olundu və yüksək qiymətləndirildi.
Əlavə edilmə tarixi: 13.05.2015 | Baxılma sayı: 1197
Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü münasibəti ilə şəhərimizdə keçirilən silsilə tədbirlərdə Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyyəti fəal iştirak ediblər. Belə tədbirlərdən biridə Mingəçevir şəhərinin müəssisələri arasında aprelin 24 – də start götürülmüş futbol turniri olmuşdur. Yarışda 10 müəssisəni təmsil edən komandalar 2 qrupda mübarizə aparmışdır. Mingəçevir Turizm Kollecinin futbol komandası öz qrupunda yarışları 1 – ci yerdə başa vurmuşdur. Kollecin futbolcuları yarımfinalda 7 – saylı Mİ 5 – in komandasına qalib gələrək yarışın finalına vəsiqə qazanmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda kollecin komandası “Akkord” şirkətinin futbol komandasını 2: 0 hesabı ilə məğlyb edərək Ümummilli liderin xatirəsinə həsr olunmuş yarışın qalibi adını qazanmışdır. Final oyunundan sonra şəhər Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.
Əlavə edilmə tarixi: 13.05.2015 | Baxılma sayı: 576
Ulu öndərin anadan olmasının 92 ildönümünə həsr olunmuş konfrans
Ulu öndər Herdər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kollecdə silsilə tədbirlər keçirilir.
Ulu öndər Herdər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kollecdə silsilə tədbirlər keçirilir. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq tələbələr arasında inşa yazı, əl işləri müsabiqələri, diskussiyalar, bilik yarışları təşkil olunur. Aprelin 6-da isə kollecin H.Əliyev ideoloji mərkəzində “Ümumilli lider H.Əliyev xalqımızın milli sərvətidir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof.Əyyub Əyyubov ulu öndərin həyat və fəaliyyətinin əsas məqamlarını konfrans iştirakçılarına xatırlatdı. Əyyub müəllim ümumilli lideri dünya siyasətinin nəhəng simalarından biri kimi xarakterizə etdi. Onun fəaliyyətinin tək ölkəmiz üçün deyil, bütün Qafqaz regionu üçün böyük tarixi əhəmiyyət daşıdığını qeyd etdi. Heydər Əliyevin dövlətçilik kursunun ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən xətt olduğunu vurğuladı və onun siyasi irsinin daima tədqiq edilməli olduğunu bildirdi.Konfransda kollecin podaqoqları Çingiz Nəbiyev “Dövlətçilik tariximizdə böyük missiyanı gərçəkləşdirən siyasi düma”, Aynurə Abbasova “Heydər Əliyevin xalqın mənafeyinə xidmət edən ideyaları qalib gəldi”, Elnurə Əhmədova”H.Əliyev dünya siyasətinin nəhəng şəxsiyyətidir”, Sevda Kərimova “H.Əliyevin mədəni irsimizin inkişafında və tərəqqisində misilsiz xidmətləri”, Aynur Məhərrəmova “Ulu Öndərin daxili və xarici siyasət kursu bu gün İlham Əliyev tərəfindən daha da modernləşdirilir” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.Konfransdan sonra Ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.
Əlavə edilmə tarixi: 08.05.2015 | Baxılma sayı: 413
Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi. Yarış Azərbaycan Respublikası Prezidenti Gənclər Fondunun və “Azərbaycan Avropa gənclərinin əməkdaşlığı” ictimai birliyinin dəstəyi ilə təşkil olunmuşdu. Bilik yarışında Mingəçevir Turizm Kollecini təmsil edən 6 komanda iştirak edirdi. Kollecin Tələbə-Gənclər təşkilatının rəhbərliyi ilə qurulmuş bu komandaların hər biri 5 üzvdən ibarət idi. Yarışın münsiflər heyəti Mingəçevir şəhərinin qeyri-hökumət təşkilatlarının fəallarından təşkil edilmişdi. Dörd mərhələdən ibarət olan bilik müsabiqəsində iştirakçılar ümum təhsil fənləri, məntiq və ümumi dünyagörüş mövzularına aid suallara cavab verməli idilər. Maraqlı m übarizə şəraitində keçən bilik yarışı “Zəka” komandasının qələbəsi ilə yekunlaşdı. Qalib komandanın heyəti kollecin tələbələri Seyidov Əmir, Əliyev Ramal , Mirzəzadə Vüsal, Səhrablı Mehrab və Əhmədov Cəlildən ibarət idi. Final yarışından sonra qaliblər yarışın təşkilatçıları tərəfindən xatirə hədiyyələri ilə təltif olundular.
Əlavə edilmə tarixi: 08.05.2015 | Baxılma sayı: 878
Turist polisi” layihəsi çərçivəsində təlim keçirildi.
Mayın 4-də kollecdə həyata keçirilən “Turist polisi” layihəsinin icrasına cəlb olunmuş könüllülər üçün təlim məşğələsi keçirildi.
Mayın 4-də kollecdə həyata keçirilən “Turist polisi” layihəsinin icrasına cəlb olunmuş könüllülər üçün təlim məşğələsi keçirildi. Tədbirdə giriş sözü ilə təlim-tərbiyə işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva çıxış etdi. O, layihənin məqsəd və məramı barəsində iştirakçılara məlumat verdi, onlara uğurlar arzuladı. Sonra layihənin müəllifi, TT-40 qrupunun tələbəsi Muradov Kamran çıxış etdi. Könüllülər üçün layihə barəsində təlim keçdi. Tədbirin sonunda iştirakçılar arasında vəzifə bölgüsü aparıldı, könüllülər qruplara və kuratorlar təyin olundu.
Əlavə edilmə tarixi: 08.05.2015 | Baxılma sayı: 1326
YAP 38 saylı ərazi təşkilatında diskussiya
Aprelin 23-də kollecdə YAP 38 saylı ərazi təşkilatına Gənclər Birliyinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda diskussiya keçirildi.
Aprelin 23-də kollecdə YAP 38 saylı ərazi təşkilatına Gənclər Birliyinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda diskussiya keçirildi. Yığıncaqda giriş sözü ilə kollecin Mülki Müdafiə qərargahının sədri Əşrəf Əsgərov çıxış etdi. Ə.Əsgərov xalqımız üçün əsl ümummilli lider olan Heydər Əliyevin dövlət qarşısındakı xidmətlərindən söhbət açdı. Ulu öndərin gənclərə qayğısından bəhs etdi, bu qayğının ölkədə dövlət siyasətinə çevrildiyini vurğuladı. YAP 38 saylı ərazi təşkilatı Gənclər Birliyinin sədri Eldar Dərişov çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən bəhs etdi. Onun siyasi həyat yolunun Azərbaycan gəncliyi üçün bir örnək olduğunu qeyd etdi. Sonra söz Gənclər birliyinin üzvilərinə verildi. TT-40 qrupunun tələbəsi Muradov Kamran 38 saylı ərazi təşkilatı üzrə Gənclər Birliyinin sədr müavini Əmrahova Aysel çıxış edərək ulu öndər Heydər Əliyevin gələcəyimiz olan gənclərə qayğı və diqqətindən bəhs etdilər. .Diskussiya maraqlı fikir mübadiləsi şəraitində işini davam etdirdi.
Əlavə edilmə tarixi: 28.04.2015 | Baxılma sayı: 578
Kollecdə “Turist polisi” pilot layihəsi hazırlanmışdır.
“Turizm və onun təşkili” ixtisası üzrə təhsil alan TT-40 qrupunun tələbəsi Muradov Kamranın tərtib etdiyi “Turist polisi” layihəsinin müzakirəsinə həsr olunmuşdu.
23 aprel 20145-ci il tarixındə Mingəçevir Turizm kollecinin Tələbə Gənclər Təşkilatının toplantısı keçirildi. Tədbirdə kollecin direktoru, prof.Əyyub Əyyubov, Mülki Müdafiə qərargahının sədri Əsrəf Əsgərov, təlim-tərbiyə işləri üzrə direktor müavini Çinarə Allahverdiyeva və tarix müəllimi Eldar Dərişov iştirak edirdilər.Yığıncaq “Turizm və onun təşkili” ixtisası üzrə təhsil alan TT-40 qrupunun tələbəsi Muradov Kamranın tərtib etdiyi “Turist polisi” layihəsinin müzakirəsinə həsr olunmuşdu. Kollecin direktoru , Prof.Əyyub Əyyubov gənc tələbəmiz tərəfindən hazırlanmış bu layihənin gözəl təşəbbüs olduğunu qeyd etdi. Ölkəmizdə keçiriləcək ilk Avropa oyunları ərəfəsində aktuallıq qazana biləcək bir layihə olduğunu bildirdi.Tələbələrdən təşkil ediləcək könüllü qrupların Avopa oyunları zamanı xarici turistlərə bələdçilik xidməti göstərə biləcəyini vurğuladı.Əyyub müəllim layihəni Mədəniyyət və Turizm Nazirliyinin, şəhərin yerli idarəetmə və hüquq –mühafizə orqanlarının işinə könüllü xidmət etmək təşəbbüsü kimi alqışlandı.Daha sonra toplantıda iştirak edən müəllim və tələbələr müzakirələr qoşularaq layihə barəsində öz təkliflərini səsləndirdilər.Yığıncaq “Turist polisi” layihəsinin “Əsasnamə”sinin təsdiq edilməsi ilə işinə yekun vurdu.
Əlavə edilmə tarixi: 28.04.2015 | Baxılma sayı: 1218
Mingəçevir Turizm Kolleci Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində
Bakı Ekspo Mərkəzində aprelin 2-dən 4-dək “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi təşkil olunmuşdur.
Bakı Ekspo Mərkəzində aprelin 2-dən 4-dək “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi təşkil olunmuşdur.Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət “AITF-2015” sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim etdi. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malaziya, Mərakeş,BƏƏ, Sloveniya, Tailand, Türkiyə,Ukrayna və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak etmişdir. Milli stendlər arasında debütant ölkə Maldiv adaları idi. İştirakçıların coğrafiyası isə 60% xarici və 40% yerli şirkətlərdən ibarət idi. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriylar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri vardı.2015-ci ilin əsas turizm təmayülü ölkədaxili turizmin davamlı inkişafı olacaq. Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında iştirak edən yerli turoperatorlar öz müxtəlif təklifləri ilə çıxış etdilər. AzTA bu il sərgidəki stendini genişləndirərək həm daxili, həm də xarici turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın hər bölgəsindən aparıcı hotel və turizm agentliklərini bir araya topladı. Bundan başqa, ölkə bölgələrinin-Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıva Muxtar Respublikası, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki, habelə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcədə Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin parlaq ekspozisiyaları Azərbaycanın turizm potensialını nümayiş etdirdi. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olundu. AITF sərgisində BEGOC(Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi) Bakı-2015 Avropa Oyunlarına biletlərin paylanılması barədə məlumat verildi.Bu il AITF sərgisi sayəsində Argentina, Avstraliya, Dominikan Respublikası, Keniya, Kolumbiya, Malayziya, Maldiv adaları, BƏƏ və Seyşel adaları kimi ekzotik turizm marşrutları yerlı səyahət həvəskarları üçün daha da yaxın oldu. Azərbaycanlı turistlər arasında qədim Avropa əvvəlki kimi məşhurdur və buna görə də sərgidə Bolqarıstan, Çexiya, İsveçrə, Çernoqoriya, Fransa, Xorvatiya, İtaliya, Almaniya və Estoniyanı təmsil edən turoperatorlar uzun stend cərgələri ilə çıxış etdilər.Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 03.04.2015-ci il tarixdə “Baku Expo Center” sərgi və toplantı mərkəzində aprelin 2-4-tarixində keçirilən, XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2015) ilə tanış oldular. Prezident cənab İlham Əliyev və Mehriban xanımı Əliyeva yerli müəssisə və şirkətlərin nümayiş etdirdikləri stendlərə və həmçinin kollecin stendinə baxış keçirdilər.Bu sərgidə Mingəçevir Turizm Kollecində artıq üçüncü il idi ki, iştirak edirdi. Hər il olduğu kimi bu ildə kollec sərgiyə yüksək səviyyədə hazırlıqlarını görmüşdü. Kollecin sərgidə iştirakının əsas məqsədi bu təhsil müəssiəsinin fəaliyyəti və turizm sahəsi üzrə peşəkar kadr hazırlığının mövcudluğunu diqqətə çatdırmaq idi. Sərginin açılışını Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev etdi. Cənab Qarayev kollecin stendində də oldu. O, turizm sahəsindəki kadr hazırlığında kollecin rolunun önəmli olduğunu vurğulayaraq, kollecin məzunlarına lazimi köməkliklərin göstəriləcəyini də diqqətə çatdırdı. 3 aprel tarixində isə sərgidə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xanımı ilə birlikdə iştirak etdilər. Əbülfəs Qarayev prezident İlham Əliyevi kollecin stendi ilə tanış etdi, kollecin fəaliyyəti və başqa ölkə kollecləri ilə olan beynalxalq əməkdaşlığı haqqında geniş məlumat verdi. Sərgi keçirilən müddətdə kollec demək olarki, bir çoxlarının diqqət mərkəzində idi. Bir çox dövlətlərin nümayəndələri kollecin tələbələrini ölkələrindəki turizm mərkəzlərində təcrübə keçməsində maraqlı olduqlarını da bildirdilər. Bundan başqa kollecin məzunlarının sərgidə iştirakıçı qismində olması da Mingəçevir Turizm Kolleci üçün olduqca qürurverici hal idi.
Əlavə edilmə tarixi: 28.04.2015 | Baxılma sayı: 1335
Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri
Mingəçevir Turizm Kollecində Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgi təşkil olundu
Kərimov Vüqar Şakir oğlu 1992 – ci ildə Bakı şəhərində anadan olub. Rəsmə uşaq ikən marağı olan Vüqar Bakı şəhərində yerləşən Vaqif Mustafazadə adına uşaq incəsənət məktəbini rəssamlıq üzrə bitirdikdən sonra Mingəçevir Turizm Kolecinin Dekorativ tətbiqi incəsənət xalq sənəti fakultəsinə daxil olub. Hal – Hazırda Mingəçevir Turizm Kollecinin IV – kurs tələbəsidir. Mingəçevir Turizm Kollecinin direktoru Ə.A.Əyyubovun təşəbbüsü ilə Dizayn fakültəsinin tələbələri Məmmədova Lamiyə və Qiyaslı Vəfa ilə birlikdə sərgiləri təşkil olundu.Bir neçə ay müddətində ərsəyə gətirdiyi rəsm əsərlərini və əl işlərini Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgidə nümayiş etdirdi.Qiyaslı Vəfa Allahverdi qızı 1993 – cü ildə Yevlax rayonunda anadan olub. Uşaqlıq illərində rəsmə maraq göstərən Vəfa 2013 – cü ildə Mingəçevir Turizm Kollecinin Dizayn Fakültəsinə daxil olub. Hal – Hazırda II kurs tələbəsi olan Vəfa 16.04.2015 – cil il tarixində kollecin tələbələri Kərimov Vüqar və Məmmədova Lamiyə ilə birlikdə kollecin direktoru tərəfindən Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgidə öz əsərlərini sərgilədi.Məmmədova Lamiyə Rizvan qızı 1997 – ci ildə Gəncə şəhərində anadan olub. Uşaq vaxtlarından rəsmə marağı olduğunu deyən Lamiyə orta məktəbi bitirdikdən sonra 2013 – cü ildə Mingəçevir Turizm Kollecinin Dizayn fakültəsinə qəbul olub. 16.04.2015 – ci il tarixində Mingəçevir Turizm Kollecinin direktorunun təşəbbüsü ilə Ulu öndərimiz Heydər Əliyevin 92 – ci il dönümünə həsr edilmiş Ağ – Qara adlı sərgidə kollecin tələbələri Kərimov Vüqar və Qiyaslı Vəfa ilə birlikdə Lamiyənində rəsm əsərləri nümayiş olunub.
Əlavə edilmə tarixi: 23.04.2015 | Baxılma sayı: 1006
Mingəçevir Turzim Kollecinin direktoru professor cənab Əyyub Əyyubova öz minnətdarlığımı bildirirəmki, məhz bu kollecdə ixtisaslı və təcrübəli kadrlar yetişdirilir.
Mən “Mingəçevir TurizmKolleci” ni bitirmişəm .Hal-hazırda “Bakı Turizm Ekskursiya” MMC – də çalışıram. Yəqin ki, xatırladınız. Sərgidə tanışlıq zamanı siz dən mənim üçün doğma olan Mingəçevir Turizm Kollecinin electron poçt ünvanını öyrəndim.Təhsil aldığım kollecin uğurlarını gördükcə çox şad oldum. Özüm haqqında məlumatları və ürək sözlərimi çatdırmaq istəyirəm.
Mən Şirinova Ramilə Kərim qızı 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2001- ci ildə A.Qambayzadə adına 148 saylı orta məktəbə daxil olub, 2011-ci ildə orta məktəbi bitirmişəm. Ən əsas məşğuliyyətim müxtəlif xarici dilləri öyrənməkdir. Həyatda ən böyük arzum Turizm sahəsini oxuyub və bu sahə üzrə çalışmaq olub. Nəhayət, bu arzumu həyata keçməsinə nail oldum. 2011-ci ildə orta məktəbi bitirib, “Mingəçevir Turizm Kolleci” nin “Turizm və onun təşkili” ixtisasının “qiyabi” şöbəsinə qəbul oldum. Kollecdə təhsilimi davam etdirərək öz iş kareyeramı qurmaq üçün turizm sahəsində işləmək qərarına gəldim. Beləliklə, “Bakı Turizm Ekskursiya “MMC-də 6 ay təcrübə keçdikdən sonra “Bakı Turizm Ekskursiya” MMC-ə “Daxili Turizm üzrə Menecer” vəzifəsinə işə qəbul oldum və hal-hazırda burada çalışıram. Hazırda turistlər üçün, Azərbaycanın gözəl görməli və gəzməli bölgələrinə müxtəlif və maraqlı turlar təşkil edib ,onları səyahətə aparıb, bu bölgələr haqqında və qədim tarixi abidələrlə tanış edib,onları məlumatlandırıram.
Azərbaycanda turizm inkişaf etməkdədir. Gündən-günə ölkəmizin gözəl və səfalı bölgələrində istirahət mərkəzləri, turistlər üçün müxtəlif əyləncəli atraksionlar və yaşıllaşdırma işləri aparılır.
Bu münasibətilə Başda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun xanımı Mehriban xanıma, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə öztəşəkkürümü bildirirəm. Biz turizm şirkətləri üçün, bucür gözəl şəraitlər yaratmışlar və bunun sayəsində biz də turistlərimiz üçün müxtəlif turlar təşkil edib onları daha yaxşı məlumatlandıra bilirik.
Mingəçevir Turzim Kollecinin direktoru professor cənab Əyyub Əyyubova öz minnətdarlığımı bildirirəmki, məhz bu kollecdə ixtisaslı və təcrübəli kadrlar yetişdirilir.
Hörmətlə Ş.Ramilə
Əlavə edilmə tarixi: 23.04.2015 | Baxılma sayı: 494
“ Böyük hədəflərə doğru”
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət qəzetinin 15 aprel 2015-ci il tarixli nömrəsində Mingəçevir Turizm Kollecinə həsr olunmuş “ Böyük hədəflərə doğru” adlı məqalə dərc edilmişdir. Məqalədə kollecin yaranma zərurəti, uğurlu fəaliyyəti, beynəlxalq əməkdaşlığı haqqında ətraflı olaraq bəhs edilib. Oxucu marağını nəzərə alaraq məqaləni saytımızda yerləşdiririk.http://medeniyyet.az/new/?name=content&content=26487
Əlavə edilmə tarixi: 20.04.2015 | Baxılma sayı: 1236
Tələbələrin fərdi sərgisi
Vaxtaşırı olaraq kollecdə və yaxud şəhərimizin incəsənət mərkəzində qabiliyyətli tələbələrimizin əl işlərindən ibarət sərgilər təşkil olunur
Mingəçevir Turizm Kollecinin “ Dekorativ tətbiqi incəsənət və xalq sənəti” və “Dizayn” ixtisaslarında təhsil alan istedadlı tələbələr mütəmadi olaraq özlərinin əl işləri və rəsm əsərləri ilə kollektivin diqqət mərkəzinə çevrilir. Vaxtaşırı olaraq kollecdə və yaxud şəhərimizin incəsənət mərkəzində qabiliyyətli tələbələrimizin əl işlərindən ibarət sərgilər təşkil olunur. Aprelin 16 – da DYİ – 18 qrupun tələbəsi Kərimov Vüqarın, D – 6 qrupunun tələbələri Qiyaslı Vəfanın və Məmmədova Lamiyyənin “Ağ – qara” adlı mövzuda fərdi sərgiləri təşkil olundu. Sərgini açıq elan edən kollecin direktoru Prof. Əyyub Əyyubov təntənəli sürətdə qırmızı lenti kəsdi. Daha sonra nümayiş olunan əsərlərə baxış keçirildi. Əsərlərin müəllifi olan tələbələr iştirakçılara əl işləri, onların məzmunu barsində məlumatlar verdilər. Prof. Ə.Əyyubov çıxış edərək tələbələrin bu təşübbüsünü yüksək qiymətləndirdi. O, tələbələri belə uğurlu sərgi münasibəti ilə təbrik etdi. “Dekorativ tətbiqi incəsənət” və “Dizayn” ixtisaslarında təhsil alan tələbələrin öz istedadlarını nümayiş etdirməsindən məmnun qaldığını qeyd etdi, onların gələcək yaradıcılıqlarında uğurlar arzuladı. Sonra sərgidə əsərləri nümayiş etdirilən tələbələr direktorla və sərgi iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Sərgi gün ərzində davam etdirildi. Müəllimlər və tələbələr davamlı olaraq əsərlərlə tanış olmaq imkanı qazandılar.
Əlavə edilmə tarixi: 20.04.2015 | Baxılma sayı: 544
Qızıl Aypara Cəmiyyəti ilə birgə seminar
Aprelin 15- də kollecdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə seminarı keçirildi.
Aprelin 15- də kollecdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə seminarı keçirildi. Seminarda Qızıl Aypara Cəmiyyətinin 2 saylı ərazi idarəsinin icra nümayəndəsi Nəriman İsmayılov, baş təlimatçı Səliqə Məmmədova və təlimatçı Kəmalə Orucova iştirak edirdilər. Kollecin direktoru prof.Əyyub Əyyubov tədbiri açıq elan edərək qonaqları salamladı. Əyyub müəllim seminarın aktual mövzuya həsr olunduğunu bildirdi, belə vacib bir problem barəsində tələbələrlə maarifləndirici söhbət aparılmasına görə qonaqlara təşəkkürünü çatdırdı. Seminarın işi “İnsan alveri” mövzusunda hazırlanmış xüsusi videofilmin nümayişi ilə başlandı. Daha sonra Qızıl Aypara Cəmiyyətinin baş təlimatçısı Səliqə Məmmədova mövzuya dair məruzə ilə çıxış etdi. İştirakçılara mövzuya dair ətraflı məlumatlar çatdırıldı. Tədris işləri üzrə direktor müavini Vəfa İbişova , təlim tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov , tarix müəllimi Eldar Dərişov , tələbə Aysel Əmrahova çıxış edərək mövzuya dair fikirlərini səsləndirdilər. Seminar maraqlı fikir mübadiləsi şəraitində işini davam etdirdi.
Əlavə edilmə tarixi: 20.04.2015 | Baxılma sayı: 740
Fransa səfiri Kollecdə
Mingəçevir Turizm Kolleci ölkəmizin ölkəmizin təhsil müəssisələri içərisində özünün geniş beynəlxalq əlaqələri ilə seçilən məktəblərdən biridir.
Mingəçevir Turizm Kolleci ölkəmizin ölkəmizin təhsil müəssisələri içərisində özünün geniş beynəlxalq əlaqələri ilə seçilən məktəblərdən biridir. Aprelin 7-də bu səpkidə olan təcrübələr sırasına daha bir əlamətdar hadisə əlavə olundu. Fransanın Azərbaycan Respublikasındakı səfiri cənab Pascal Mönie Mingəçevirə səfər proqramı çərçivəsində kolleci ziyarət etdi,tədris prosesi və kollecin maddi-teniki vəsaiti ilə tanış oldu. Fəxri qonağı kollecin direktoru prof. Ə.Əyyubov və rəhbər heyətin digər nümayəndələri qarşıladılar. Cənab səfir kollecin tədris korpusu,ixtisaslaşdırılmış fənn kabinetləri, informatika mərkəzi, linqofon otağı ilə tanış edildi. Daha sonra qonaqla qarşılıqlı əməkdaşlıq mövzusunda faydalı fikir mübadiləsi aparıldı. Prof. Ə.Əyyubov Fransa səfirinə kollecin yaranma tarixi,tədris olunan ixtisaslar, təhsil sahəsində əldə olunan beynəlxalq əməkdaşlıq təcrübəsi barəsində məlumat verdi.Cənab səfir kolleclə tanışlıqdan , əldə etdiyi təəssüratdan məmnun olduğunu bildirdi.MTK-ya tədris prosesi və beynəlxalq əlaqələr sahəsində daha böyük uğurlar əldə etməyi arzuladı.Cənab səfir kollecin beynəlxalq təcrübəsinin genişlənməsi baxımından müəyyən faydalı təkliflər də irəli sürdü.Xüsusilə də, kollecə təcrübəli fransız dili müəlliminin ezam olunması, Fransanın qabaqcıl kolleclərindən biri ilə MTK –nın əməkdaşlığının yaradılması təklifləri kollec rəhbərliyi tərəfindən razılıqla qarşılandı. Fransa səfiri bizim kollecdən xoş təəssüratlarla ayrıldı.
Əlavə edilmə tarixi: 09.04.2015 | Baxılma sayı: 573
31 MART SOYQRIM GÜNÜ
Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 1918 – ci ilin 31 – mart hadisələri hər il olduğu kimi kollecdə böyük ehtiramla yad olundu.
Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 1918 – ci ilin 31 – mart hadisələri hər il olduğu kimi kollecdə böyük ehtiramla yad olundu. Dərslərdə fənn müəllimləri tərəfindən vətənpərvərlik və tarixi mövzularda söhbətlər aparılmış, qruplar arasında diskussiyalar təşkil olunmuşdu.Martın 30 – da isə kollecin H.Əliyev ideoloji mərkəzində “31 Mart soyqrımının tarixi yaddaşımızda yeri” mövzusunda elmi – nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov tarixi yaddaşımızda xüsusi yeri olan hadisələrin daima xatırlanmalı və öyrənilməli olduğunu qeyd etdi. Bildirdi ki, 1918 – ci ilin 31 mart soyqırımı tarixinin ən qanlı hadisələrindən biridir. Əyyub müəllim xüsusi vurğuladı ki, onilliklər boyunca bu faciənin düzgün tarixi və siyasi qiymətini almaması XX əsrin sonunda alovlanmış milli münaqişəyə mənəvi – ideoloji cəhətdən hazırlıqsız olmağımızla nəticələnmişdir. Ümummilli liderimiz H.Əliyev tarixi fərmanı ilə 31 mart soyqırımının ciddi tədqiqinin başlandığını və bu baxımdan elm və təhsil işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu qeyd etdi. Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov “ Qafqazda erməni terrorunun yaranması və onun 1918 – ci ildə dörətdiyi faciələr”, müəllimlər Ceyhun Abdullayev “1918 – ci ildə daşnaqların Zəngəzurda və Qarabağda törətdiyi cinayətlər”, Çinarə Abdullayeva “ Ermənilərin 1918 – ci ilin martında Bakı, Şamaxı və Qubada törətdikləri kütləvi qırğınlar”, Eldar Dərişov “Ulu Öndər H.Əliyevin azərbaycanlıların 31 Mart soyqırımının bəşəriyyətə tanıdılmasında xidmətləri” mövzusunda məruzələrlə çıxış etdilər.Tədbirin rəsmi hissələrindən sonra ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmışelmi – bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.
Əlavə edilmə tarixi: 08.04.2015 | Baxılma sayı: 888
Mingəçevir şəhərində keçirilən Novruz bayramında kollecin iştirakı
Martın 18-də Mingəçevirdə keçirilən möhtəşəm Novruz şənliyində MTK-nın kollektivi özünün fəal iştirakı ilə yadda qaldı.
Mingəçevir şəhərində keçirilən Novruz bayramında kollecin iştirakı
Martın 18-də Mingəçevirdə keçirilən möhtəşəm Novruz şənliyində MTK-nın kollektivi özünün fəal iştirakı ilə yadda qaldı.
Martın 18-də Mingəçevirdə keçirilən möhtəşəm Novruz şənliyində MTK-nın kollektivi özünün fəal iştirakı ilə yadda qaldı. Bayram tədbirinin təşkil olunduğu S.Vurğun adına şəhər parkında kollecin bayram hazırlıqlarının nümayişi üçün geniş sahə ayrılmışdı. Kollecin emblemlərinin təsvir olunduğu stendlərlə əhatə olunan bu hissədə Su çərşənbəsinə həsr olunmuş ayrıca guşə də qurulmuşdu. Stendlərin qarşısına döşənmiş xalılar üzərində isə şöbələr və fənn birlikləri tərəfindən hazırlanmış çoxsaylı bayram xonçaları və səmənilər düzülmüşdü. Burada həmçinin kollecin istedadlı tələbələrinin Novruz bayramına həsr etdikləri əl işləri də nümayiş olunurdu. Eyni zamanda milli təsərrüfat ənənələrimizi əks etdirən qədim məişət alətlərindən ibarət balaca bir sərgi də qurulmuşdu. Bədii özfəaliyyət qrupunun fəalları improvizə olunmuş səhnəcikləri, idmançı tələbələr isə milli idman oyunlarının elementlərini nümayiş etdirirdilər.
Milli geyimli tələbələr kollecin Novruz guşəsi ilə tanış olan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu təbriklərlə qarşıladılar və onu şərbətə qonaq etdilər. Cənab Niyazi Bayramov kollecin kollektivinin Novruz hazırlıqlarindan məmnun olduğunu bildirdi. Cənab başçı professor Əyyub Əyyubov başda olmaqla MTK kollektivini Novruz bayramı münasibəti ilə təbrik etdi və xoş arzularını çatdırdı.
Mingəçevir şəhərində keçirilən Novruz şənlikləri şəhərin incəsənət ustalarının ifasında musiqi nömrələri ilə davam etdirildi.
Əlavə edilmə tarixi: 19.03.2015 | Baxılma sayı: 1001
Türkiyəli turizm mütəxəssisləri ilə görüş
Martın 6-da kollecdə Türkiyənin Turizm Nazirliyinin Mingəçevirdə turizm mütəxəssisləri üçün treninq məşğələlərində tədris aparan nümayəndələri ilə görüş keçirildi.
Martın 6-da kollecdə Türkiyənin Turizm Nazirliyinin Mingəçevirdə turizm mütəxəssisləri üçün treninq məşğələlərində tədris aparan nümayəndələri ilə görüş keçirildi. Qonaqları salamlayan kollecin direktor müavini Vəfa İbişova MTK-nın tarixi haqqında qısa məlumat verdi. Kollecin beynəlxalq əlaqələri tarixinə toxundu, bu əlaqələrin tədricən dahada genişləndiyini vurğuladı. Daha sonra söz qonaqlara verildi. Qonaqlar – Ömər Hammutoğlu, Murat Özen, Selcan Özdəmir və Neslihan Aktaş turizmin ayrı – ayrı xidmət sahələri barəsində tədbir iştirakçılarına məlumat verdilər. Həmin servis sahələrinin səciyyəvi xüsusiyyətləri haqda ümumi məlumatlar treninq iştirakçılarına çatdırıldı. Daha sonra qonaqar tədbir iştirakçılarının suallarını cavablandırdılar. Görüş maraqlı fikir mübadiləsi şəraitində davam etdirildi. Qonaqlar xüsusilə turizm ixtisası üzrə təhsil alan gənçlər üçün bir neçə xarici dili öyrənməyin vacib olduğunu qeyd etdilər. Turizmin inkişafda olan bir sahə olduğunu vurğulayaraq bu sahədə iş tapmağın və uğurlu karyera qurmağın mümkün olduğunu və bunun üçün sadəcə keyfiyyətli təhsil almağın vacibliyini qeyd etdi.
Sonda qonaqlarla xatirə şəkili çəkdirildi.
Əlavə edilmə tarixi: 06.03.2015 | Baxılma sayı: 660
“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 – də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.
Fevralın 27 – də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.Toplantıda kollecin müəllim və tələbələri ilə yanaşı,şəhərin əlaqədar təşkilatlarının nümayəndələri də iştirak edirdilər.Tədbirdə əvvəlcə kollecin Mülki Müdafə qərərgahının rəisi Əşrəf Əsgərov “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi şəhər Tələbə poliklinikasının həkimi Əminə Əhmədovanın məruzəsi isə “Fövqalədə Hallar zamanı tibbi xidmətin təşkili” mövzusuna həsr olunmuşdu, daha sonra məruzələr ətrafında müzakirələr aparıldı.Qızıl Aypara Cəmiyyəti şəhər bölməsinin informasiya xidmətinin müdiri Alı Mustafayev, həmin xidmətin assistenti Sənan Lələyev, Qızıl Aypara Cəmiyyətinin təlimatçısı Kəmalə Orucova, kollecin müəllimi Fikrət Talıbov, tələbələrdən Kamran Muradov ( TT – 40 qrupu), Gülnar Həsənzadə ( TT – 36 qrupu) və Hacımurad Bicilov ( TMT – 20) müzakirələrdə fəal iştirak edərək çıxışlar etdilər. İştirakçıların yekdil rəyinə görə tələbələrin və müəllimlərin Mülki Müdafiə sahəsində maarifləndirilməsi baxımından tədbirin böyük əhəmiyyəti olacaq.
Əlavə edilmə tarixi: 27.02.2015 | Baxılma sayı: 1182
Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı yad olundu
XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır.
XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır. Bu il də faciənin 23-cü ildönümünə həsr olunmuş xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Tələbələr arasında rəsm əsərləri və inşa yazılarının müsabiqəsi keçirilmiş, mövzuya həsr olunmuş debat və diskusiyalar təşkil olunmuşdur. Ayrı-ayrı qruplar tərəfindən hazırlanmış divar qəzetləri xüsusi stendlərdə yerləşdirilərək nümayiş olunmuşdur.Fevralın 25- də isə kollecdə YAP 38 saylı ərazi təşkilatı ilə birlikdə “Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən koll