ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





2 fevral Gənclər Günü münasibətilə Mingəçevir Turizm Kollecində tədbir keçirilmişdir.


Mingəçevir Turizm Kollecində 2 Fevral Gənclər Günü münasibətilə qruplararası Voleybol və Futbol yarışları keçirilmişdir. 2 fevral günü “Gənclik ömrün bahar çağı” adı altında tədbir keçirilmişdir. Tədbirdən öncə gənclər Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər, sonra Heydər Əliyev mərkəzi ilə tanışlıq olmuş, Ulu öndərin həyat və fəaliyyəti haqqında gənclərə geniş məlumatlar verilmişdir. Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru Professor əyyub Abdin oğlu Əyyubov çıxış edərək aşağıdakıları vurğuladı: - Bu gün bütün gənclərimiz üçün əziz bir gündür. Belə ki, 1996-cı ilin 2 fevralında Müstəqil Azərbaycanın həyatında Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi kimi çox əhəmiyyətli bir hadisə baş verdi və 1997-ci ilin I fevralında Azərbaycan Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən 1 il ərizində görülmüş işlərin nəticəsi təhlil olundu. Gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin elə həmin gün imzaladığı fərmanla fevralın 2-si “Gənclər günü ” elan edildi və artıq bu tarixin 16-cı ildönümüdür. 1999-cu ildə gənclərin II, 2003-cü ildə IV, 2008-ci ildə V, 2011-ci ildə isə gənclərin VI forumu keçirildi. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Ulu öndərimiz hələ sağlığında Azərbaycan gəncliyini belə qiymətləndirib. “Bu günki gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gəncliyimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir ”. Beləliklə, ulu öndərimizin gənclər siyasəti onun layiqli davamçısı möhtərəm prezidentimiz, gənclərin sevimlisi İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. 2011-ci il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdik. Artıq ölkənin bir sıra sahələrində təhsil, incəsənət, elm və iqtisadiyyat, mədəni inkişaf və ictimai fəaliyyət sahələrində Azərbaycanın müstəqillik dövründə anadan olmuş və bu illərdə təhsil və tərbiyə almış, formalaşmış vətəndaşlar real fəaliyyətə başlayır. Bu əsl yeni nəsildir və onun sosial-iqtisadi həyata inamla və uğurla qatılması üçün Azərbaycanın müstəqil dövlət gənclər siyasəti formalaşıb həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. 2011-ci il 25 oktyabrında isə Bakı şəhərində Azərbaycan Gənclərinin VI forumu keçirildi. Əyyub müəllim tələbə-gənclərin müstəqil həyata hazırlanmasında, onların fəal ictimai mövqe tutmalarında Mingəçevir Turizm Kollecinin həyata keçirdiyi tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu tədbir iştirakçılarına çatdırdı. Belə ki, tələbə-gənclərin vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunması, onların intellektual səviyyəsinin yüksəldilməsi, zərərli vərdişlərdən çəkindirilməsi, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının qorunması, istedadlarınınm üzə çıxarılması və istiqamətləndirilməsi kimi tədbirlər Mingəçevir Turizm Kolleci tərəfindən mütəmadi olaraq həyata keçirilir. Sonda professor Əyyub Əyyubov ömrün bahar çağında olan hər bir gənci bugün münasibətilə ürəkdən təbrik edib, hər bir gəncə Azərbaycanın çiçəklənməsi naminə gördüyü hər bir işdə uğurlar arzuladı. Gənclərimizi vətənimizin siyasi-iqtisadi və mədəni inkişafı yolunda sıx birləşməyə çağırdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 758

                                

Paylaş      

SON BAXILANLAR

Mini – futbol üzrə Ali və Orta ixtisas məktəb tələbələri ilə MİS – lərin komadaları arasında keçirilən “ Şəhər Kuboku” yarışı sona çatdı.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevirin 67 – ci il dönümünə həsr olunmuş Mini – futbol üzrə “ Şəhər Kuboku” yarışı keçirildi.

Mingəçevir Turizm Kollecinin kollektivi ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə düzənlənən silsilə tədbirlərdə yüksək fəallıq nümayiş etdirdi
May ayının 10-u Mingəçevirlilərin hafizəsində unudulmaz cizgilərlə tarixləşdi. Belə ki, sakinlər və şəhərin qonaqları ümummili lider Heydər Əliyevin doğum günü şərəfinə təşkil olunmuş biri-birindən maraqlı silsilə tədbirlərin iştirakçısına çevrildi.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecində “ 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı elmi-nəzəri konfrans keçirildi
Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov erməni separatçıları tərəfindən Azərbaycan xalqının başına gətirilmiş deportasiya və soyqırım siyasəti barədə ətraflı söhbət açdı.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci