ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Haqqımızda

Kollec haqqında ümumi məlumat

Ümum milli lider, ulu öndər Heydər Əliyev turizmi Azərbaycan iqtisadiyyatının qeyri neft sektorunun ən perspektivli sahələrindən biri kimi dəyərləndirirdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bu sahənin inkişafını təmin etmək üçün dövlət proqramında xüsusi yer verilməsini təmin etmişdir. Nəticədə ölkə başçısının göstərişi və Nazirlər kabinetinin qərarı ilə Azərbaycanda turizm üzrə iki yeni təhsil müəssisəsi yaradılmışdır. Mingəçevir Turizm Kolleci öz üzərinə düşən yüksək məsuliyyəti məhz bu kontekstdə yəni ölkə rəhbərliyinin diqqət və qayğısının ifadəsi kimi dəyərləndirir.
Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 №-li qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10.04.2006-cı il tarixli, 101 №-li əmri əsasında fəaliyyətə başlamışdır.
İxtisasının mahiyyətini, sosial mənasını dərindən dərk edən, Azərbaycan tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, standart və qeyri standart şəraitlərdə qərar qəbul edən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən subbakalavr hazırlayan Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının yaradılmasına, güclü tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəltmişdir.
Kollecdə maddi-texniki bazasının yaradılması əsas prioritet sahələrdən olmuşdur.
Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası lazımi normalara və standartlara müvafiq formalaşdırılmışdır. Kollecin ümumi sahəsi 18175 kv.m. ərazini əhatə edir.
 Kollecin maddi – texniki bazası 1 dördmərtəbəli əsas tədris binası, 3 köməkçi tədris binaları (2429,42 kvm), futbol (4000 kvm), voleybol (162 kv.m), basketbol (364 kv.m), həndbol meydançası (800 kv.m), qaçış zolaq sahələri (110 kv.m), sanitar qovşaq sahəsi (48 kv.m), yeməkxana (62,4 kv.m), mühafizəçilərin otağı (24 kv.m), çıxış-giriş nəzarət otağından (12 kv.m) ibarətdir.
 Ümumi halda 18 kabinet, 2 laboratoriya , 2 kompyuter mərkəzi, 43 sinif otağı fəaliyyət göstərir.
Mingəçevir Turizm Kollecinin kitabxanasında kitab fondu 26396 nüsxədən ibarətdir. Fond əsasən dərsliklər və dərs vəsaitləri, tədris-metodiki, sorğu və elmi-siyasi ədəbiyyatlar, bədii publisistik və digər normativ hüquqi, fəlsəfi, iqtisadi, tibbi, turizm və idman sahələrini əks etdirən ədəbiyyatlardan ibarətdir. Fonda daxil olan kitablardan 8804 nüsxəsi tədris ədəbiyyatını, digərləri isə müxtəlif sahələri əhatə edən ədəbiyyatlar təşkil edir. Kitabxananın ümumi sahəsi 125,3 kv.m-dir. Kollecin kitabxanası tələbələri yeni tipli tədris planlarının bütün fənlər üzrə tədris prosesinin səmərəli təşkil edilməsi üçün zəruri sayılan əsas tədris və tədris-metodiki ədəbiyyatla təmin edir.
Kollecin informatika-hesablama mərkəzi 62 dəst kompyuterlə təchiz olunmuş və 2 xüsusiləşmiş sinif otağına malikdir.
Kollecin bütün kabinetləri müşahidə kameraları ilə təchiz edilmiş, eyni zamanda 32 kabinetin dərs prosesinin gedişinə nəzarət olunur, nəticələr hər həftə direktoryanı şurada müzakirə olunur.
Mingəçevir Turizm Kollecində təhsilin əyani və qiyabi formaları həyata keçirilir:
Kollecdə mütəxəssis hazırlığı 2006-2010-cu illər ərzində aşağıdakı ixtisaslar üzrə aparılmışdır:

  1. HS-020401-“İngilis dili”
  2. M-011601-“İbtidai təhsil”
  3. HS-170101-“Bədən tərbiyəsi və idman”
  4. İİ-010201-“ Mühasibat uçotu və audit”
  5. T-300103-“Mehmanxana işi və onun təşkili”
  6. T-300101-“ Turizm və onun təşkili”
  7. T-300101-“ Turist və sanatoriya, kurort komplekslərində tibbi xidmətin təşkili”
  8. HS-151301-“Dekorativ tətbiqi incəsənət və xalq sənəti”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Ali və Orta ixtisas məktəblərinin yeni mütəxəssis hazırlığı təsnifatına uyğun olaraq 2010-cu ildə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu aparılmışdır.

  1. 040107 –“İbtidai sinif müəllimliyi”
  2. 040712-“Bədən tərbiyəsi və idman”
  3. İİ-010203-“Mühasibat uçotu və audit”
  4. 040714-“Turist, mehmanxana təsərrüfatının təşkili və idarə olunması"
  5. 040715-“ Turizm və onun təşkili
  6. 040771- “Turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili”
  7. 040311-“Dekorativ tətbiqi incəsənət və xalq sənəti”
  8. 040529-“ Nəqliyyatda daşımaların təşkili”
  9. 040110-“ Məktəbəqədər təlim və tərbiyə”
  10. 040716-”Bələdçilik işi”
  11. 040301-“Muzey işi və abidələrin qorunması”
  12. 040412-“ Reklam işi”

Ümumi Kollec üzrə tələbə kontingenti 2306 nəfərdir. Əyani şöbə üzrə tələbələrin sayı 1669, qiyabi təhsil üzrə 637 nəfərdir. Əyani təhsil üzrə qrupların sayı 73, qiyabi şöbə üzrə 31-dır. Əyani və qiyabi şöbədə təhsil alan tələbələrin 2 semestr ərzində tədris olunan fənlərin yoxlama forması müasir dövrdə ən mütərəqqi forma hesab edilən test imtahanları yolu ilə aparılır.
Semestrin nəticələri tələbələrin test imtahanından göstərdiyi nəticələr hesab olunur.
Orta ixtisas məktəbləri üzrə əsasnaməyə uyğun olaraq direktorun 143 k 15.09.2010-cu il tarixli əmri ilə 77 nəfər qrup rəhbəri təyin edilmiş, aşağıdakı fənn komissiyaları və kabinetlər yaradılmışdır.
  Fənn komissiyaları:
 
1. “Humanitar və sosial-iqtisadi” fənn komissiyası
  2. “Riyaziyyat, fiziki, informatika” fənn komissiya
  3. “Turizm və təsviri sənət” fənn komissiyası
  4. “Dillər” fənn komissiyası
  5. “Azərbaycan dili və ədəbiyyat” fənn komissiyası
  6. “Pedaqogika, psixologiya” fənn komissiyası
  7. “Kimya, biologiya və tibbi xidmətin təşkili” fənn komissiyası
  8. “İdman və GÇQH” fənn komisiyası

Kollecdə “Təsviri sənət”, “Pedaqogika”, “Dillər və xarici işgüzar əlaqələr dili”, “Fizika-Riyaziyyat”, “Turizm və mehmanxanada servis xidməti”, “Dil və ədəbiyyat”, “ İngilis dili”, “Metodika”, “Müalicə bədən tərbiyəsi”, “GÇQH”, “İdman zalı”, “Psixologiya”, “İqtisadiyyat”, “Metodika-etnoqrafiya”, “Kimya-fizioterapiya”, “Kompyuter”, “Kompyuter mərkəzi”, “Turizmin təşkili və metodikası”, “Tarix-Azərbaycan tarixi”, “Oxu zalı” fənn kabinələri fəaliyyət göstərir.
Mingəçevir Turizm Kollecinə tələbə qəbulunun 2006-2010-cu illər üzrə dinamikası aşağıdakı kimi olmuşdur.



  2006-2010-cu illər üzrə buraxılış aşağıdakı kimi olmuşdur.



  Mingəçevir Turizm Kollecini bitirmiş məzunların tədris illəri üzrə iş yerləri ilə təmin olunma vəziyyəti aşağıdakı kimi olmuşdur.



  Mingəçevir Turizm Kollecini 5 il – 2006-2010-cu illər ərzində ixtisaslar üzrə bitirmiş məzunların sayı aşağıdakı kimi olmuşdur.



Kollecin müəllim kontingenti 168 nəfər, o cümlədən tam ştat üzrə 111 nəfər, yarım ştat üzrə 46 nəfər, əvəzçiliklə və saat hesabı üzrə 47 nəfərdir. Müəllimlərdən 1 nəfər elmlər doktoru, 4 nəfər elmlər namizədi, 1 nəfər SSRİ idman ustası, 5 nəfər magistr, qalan 163 nəfər bakalavrdır.
Mingəçevir Turizm Kollecinin 5 illik fəaliyyəti müddətində professor Əyyub Avdın oğlu Əyyubov Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Sosial İqtisadi Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, təhsil sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının «Avropa Şərəf orderi» Türk Dünyası elminə, təhsilinə, iqtisadiyyatına xidmətlərinə görə “Atatürk mükafatı”, «Dövlətlərarası qızıl ulduz» medalı ilə təltif olunmuşdur. Kollecin iki müəllimi Qəhrəman Şəmil oğlu Kərimov və filiologiya elmləri namizədi Xanım İslam qızı Məmmədova Müəllimlər günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Mövcud tədris planlarına görə tədris, pedaqoci, texnoloci istehsalat və diplomqabağı təcrübələr keçirilir.
Mingəçevir şəhər 2, 10, 13, 14, 15, 16, 17 saylı orta ümumtəhsil məktəblərində, “Turizm və onun təşkili”, “Mehmanxana işi və onun təşkili” ixtisasları üzrə Mingəçevir “Günəşli” turizm bazasında, Mingəçevir “River-Side” otelində, “Qəbələ”, “Qafqaz Resort”, “Şəki Saray” otelində, “Mühasibat uçotu və audit” ixtisası üzrə Mingəçevir Toxucu ATSC-də, “TSKK-da tibbi xidmətin təşkili” ixtisasları üzrə təcrübələr Mingəçevir Tələbə Poliklinikasında, Mingəçevir Dəri - Zöhrəvi xəstəxanasında, Mingəçevir “Ana və uşaq” sağlamlıq mərkəzində keçirilir.
Təcrübələr əvvəlcədən müəssisələrlə bağlanmış müqavilələr əsasında, müvafiq əmrlər verilməklə aparılır.
Təcrübənin keçirilməsi tədris planına, təcrübə proqramına müvafiq olaraq həyata keçirilir və təcrübələr gündəlik-hesabatların işlənilməsi və onun müdafiəsi ilə başa çatır.
Mingəçevir Turizm Kollecində 2009-cu ildən etibarən www.mtk.az internet saytı fəaliyyət göstərir. Saytda kollecin geniş miqyaslı fəaliyyəti öz əksini tapıb. Tədris planlarının, fənlər üzrə proqramların, dərs, imtahan cədvəllərinin, qiyabi təhsil üzrə tələbələrin dərs qrafiklərinin, kollec kitabxanasının elektron sisteminin yaradılması üzərində işlənilir. Kollecin fəaliyyəti ilə əlaqədar olan bütün materiallar kollecin internet saytında yerləşdirilmişdir.
Bu, tədris prosesinin daha məsuliyyətli formada gedişini təmin edir.
Mingəçevir Turizm Kollecinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin tərbiyə işinin təşkilidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlərin ana xəttində əsası ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının metodoloci əsaslarından irəli gələn vəzifələr durur. Kollecin tədris ili üzrə təlim-tərbiyə işlərinin təşkilinə aid hər bir qrup rəhbəri iş planınını hazırlayır və tədris ili ərzində təlim-tərbiyə işlərini öz iş planına uyğun aparır.
Müxtəlif tədris illərində “15 sentyabr- Bilik günü”, “5 oktyabr- Müəllimlər günü”, “Ramazan və Qurban bayramı”, “18 oktyabr- Milli Müstəqillik günü”, “12 noyabr Konstitusiya günü “, “ 17 noyabr – Dirçəliş günü ”, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”, “01 yanvar Yeni il bayramı”, “20 Yanvar-Hüzn günü”, “25-26 fevral Xocalı Faciəsi”, “8 Mart- Qadınlar bayramı”, “ Novruz bayramı”, “31 mart-Azərbaycanlıların soyqırımı günü ”, “9 may- Alman faşizmi üzərində Qələbə günü”, “10 may- Ümum milli lider Heydər Əliyevin anadan olması günü”, münasibətilə Mingəçevir şəhər icra Hakimiyyətinin keçirdiyi “Gül bayramı”ında, “28 may Respublika günü”, 15 iyun “Milli Qurtuluş günü” , 26 iyun “Milli Ordunun yaranması günü” münasibətilə tədbirlər keçirilmişdir.
Bütün qruplarda ayda bir dəfə qrup iclası keçirilir, müxtəlif məsələlərin müzakirəsi aparılır.
Fənn komissiyaları üzrə qruplarda intellekt oyunlar təşkil edilmiş, hər tədris ilinin may ayında Ümumi milli lider Heydər Əliyevin anadan olması günü münasibətilə qruplar arasında inşa yazı müsabiqəsi keçirilmiş, “Futbol” yarışları təşkil edilmiş, qaliblər təntənəli şəkildə “Fəxri Fərman”larla təltif edilmişlər.
Qruplarda aylıq divar qəzetləri buraxılmış, qəzetlərdə qrupun təlim-tərbiyə işlərinin vəziyyəti, təhsildə yeniliklər, Azərbaycan təhsilində uğurlar, tarixi günlərlə əlaqədar materiallar işlənilmişdir.
Son 3 il ərzində kollecin fəaliyyətini əks etdirən böyük tiracla bülletenlər Azərbaycan və ingilis dillərində çap olunmuş, xarici ölkələrdəki əməkdaşlıq etdiyimiz kolleclərə də göndərilmişdir.
Hazırki mərhələdə təhsildə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Avropa təhsil sisteminə inteqrasiya, təhsil müəssisələri qarşısında duran prioritet məsələlərdən biridir.
Beynəlxalq əməkdaşlıq Mingəçevir Turizm Kollecinin fəaliyyətinin ən uğurlu sahələrindən biridir.
Kollecin beynəlxalq əməkdaşlığı aşağıdakı kimi həyata keçirilmişdir.
25-30 noyabr 2007-ci il tarixdə Kollecin direktoru prof. Ə. Əyyubov və xarici dil müəllimi Şəms Əsgərova Britaniya şurasının iş üçün bacarıqlar layihəsi çərçivəsində Londonda seminarda iştirak etmişdir. Seminar Cənub Şərqi Avropa Ölkələri kollecləri ilə Böyük Britaniya Kolleclərinin əməkdaşlığının təşkil olunmasına həsr olunmuşdu.
12-16 dekabr 2007-ci il tarixdə Kollecin direktoru Ə. Əyyubov Britaniya Şurasının “Peşə təhsili səviyyəsinin yüksəldilməsi və kurrikulumların hazırlanması” mövzusunda İstanbulda təşkil etdiyi seminarında iştirak etmişdir.
2008-ci ilin fevral ayında «Skills@ Work» layihəsi çərçivəsində kollecin direktoru prof. Ə.A Əyyubov və xarici dil müəllimi Samirə Əhmədova Şotlandiyanın Stevenson kollecində olmuşlar.
Səfər zamanı Stevenson Kolleci ilə Mingəçevir Turizm Kolleci arasında cari və perspektiv əməkdaşlıq müqaviləsi imzalanmışdir.
2008-ci ilin may ayında Stevenson Kollecinin «Dillər və Turizm» fakultəsinin dekanı cənab Rocer Breckon layihə çərçivəsində Mingəçevir Turizm Kollecində olmuşdur.
2009 - cu ilin mart- aprel aylarında Stevenson Kollecindən Mingəçevir Turizm Kollecinə daha üç müəllim gəlmişdir. Onlar Stevenson Kollecinin «Turizm və Dillər» fakultəsinin dekanı Rocer Breçkon, turizm müəllimi Loren Farkuharson və xarici dil müəllimi Helen Şilds idi. Səfər zamanı Mingəçevir Turizm Kollecinin ingilis dili müəllimlərinə ingilis dilinin yeni tədrisi metodları ilə bağlı seminarlar keçirildi. Qərara alındı ki, «müştəri xidməti» kursu tədris vəsaitinin üzərində iş davm etdirilsin və onun ideal variantı hazırlanaraq nəşr edilsin.
2009 cu ilin noyabr ayında əməkdaşlıq müqaviləsinə uyğun olaraq müəllim-tələbə mübadiləsi məqsədi ilə Mingəçevir Turizm Kollecinin iki müəllimi və iki tələbəsi Stevenson Kollecində oldu.
Kollecin direktoru Brain Lister, direktoru müavini Qrek Vilson, fakültənin başçısı Heyzə Suzaland, turizm müəllimi Loren Farkuharson, beynəlxalq əməkdaşlıq üzrə menecer Ema Meridiz, tədris üzrə əməkdaşlar Alison, layihə üzrə məsul şəxs Rocer Breçkon ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı əməkdaşlığın mövcud vəziyyəti, qarşıda duran vəzifələr və perspektivlər dəyərləndirilmiş, əməkdaşlığın çox uğurla davam etdiyi qeyd olunmuşdur. Səfər zamanı Mingəçevir Turizm Kollecinin tələbələri Humay Baxışova və Fidan Hüseynova Stevenson Kollecinin tədris prosesində və dərslərində iştirak etdilər.
Səfərin sonunda qərara alındı ki, kursun birgə tədrisi üçün hazırlanmış «Təlim və Təlimçinin paketləri» adlanan dərsliklər müvafiq düzəlişlər və xırda dəyişikliklərdən sonra Azərbaycan və ingilis dili variantlarında nəşr edilsin.
Layihə üzrə uğurlu əməkdaşlığın yekun görüşü üçün 25-30 Mart 2010-cu il tarixində Londona səfər təşkil olundu. Bu məqsədlə Mingəçevir Turizm Kollecinin direktoru professor cənab Ə.A. Əyyubov, İngilis dili müəlliməsi L. Həsənova, Stevenson Kollecinin Turizm və Dillər fakültəsinin dekanı H. Sutherland və turizm müəllimi L. Farquharson Britaniya Şurasının Londonda təşkil etdiyi seminarda bir araya gəldilər. Əməkdaşlıq nəticəsində ortaya qoyulan hər hansı bir məhsul onun nə dərəcədə səmərəli və əhəmiyyətli olduğunun göstəricisidir. Artıq məlum olduğu kimi MTK ilə SCE arasında birgə əməkdaşlıq nəticəsində “Azərbaycan Turizmində Müştəri Xidməti” təlim kursunun ingilis və Azərbaycan dili variantları hazırlanaraq nəşr olunmuş, tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Londonda keçirilən seminarda kolleclərin əməkdaşlığı nəticəsində qazanılan uğurlar Britaniya Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
26-28 yanvar 2009-cu ildə Britaniya Şurasının Bakı şəhərində orta ixtisas və texniki peşə təhsili tələbələri arasında “Avropa” otelində təşkil etdiyi intelekt yarışında Mingəçevir Turizm Kollecinin komandası respublika üzrə ən yaxşı beş komanda sırasına daxil ola bilmişdir.
21-22 aprel 2009-cu il tarixdə Mingəçevir Turizm Kollecinin tələbəsi Ülkər Əsədova və Şotlandiyanın Stevenson Kollecinin tələbəsi Kristopher Trotter “Turizm Mədəniyyətlərarası Dialoqda bir amil kimi” adlı tələbələrin birinci beynəlxalq Bakı konfransında iştirak edərək “Turizm Təhsilinin Mədəniyyətlərarası Dialoqda rolu” adlı mövzuda ingilis dilində birgə təqdimatla çıxış etmişlər.
Dövlətlərarası razılaşmaya əsasən Mingəçevir Turizm Kolleci ilə Rumuniyanın Braşov şəhərində yerləşən Andrei Barseanu Kolleci arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Əməkdaşlıq müqaviləsi 03.02.2010-cu il tarixdə Andrei Barseanu Kollecində imzalanmışdır. Bu məqsədlə Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru prof. Əyyub Əyyubov, xarici dil müəllimi Günay Nəbiyeva və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsinin Elmi-Metodik sektorunun müdiri siyasi elmləri namizədi Asif Usubəliyev 01-05 fevral 2006-cı il tarixlərdə Rumuniyanın Braşov şəhərində Andrei Barseanu Kollecində olmuşlar.
Kolleclər arasında əməkdaşlıq üçün razılıq Azərbaycan Respublikası Hökuməti və Rumıniya arasında ticarət -iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə 2009-cu il 3 iyul tarixli 4-cü Müştərək Komissiyasının iclası nəticəsində qəbul olunmuşdur.
Kollecin direktoru prof. Ə.A. Əyyubov Azərbaycanda Avropa İttifaqının Texniki Yardım Proqramı (TACİS) “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin işçi qrupunda 2008-ci ildən etibarən müntəzəm iştirak edir. Layihə çərçivəsində prof. Ə. Əyyubov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı A.Usubəliyev ilə Azərbaycan Respubıikası Təhsil Problemləri İnistututunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru R.B.Əsgərovun məsləhəti ilə “İşəgötürənlərin Təhsil Müəssisələri ilə Qarşılıqlı əlaqələri” adlı tövsiyələr kitabını hazırlamış və kitab Britania Şurası tərəfindən nəşr edilmiş və geniş təqdimat mərasimi keçirilmişdir.
26-30.10.2010-cu il tarixdə Kollecin direktoru prof. Ə.A.Əyyubov Moskva şəhərinə ezam olunmuş, Moskva Humanitar və Moskva Biznes İqtisadiyyat Kolleclərində olmuşdur. Kolleclərin təhsil imkanlarını öyrənmiş əməkdaşlıq üçün razılıq əldə olunmuşdur. Moskva Biznes İqtisadiyyat Kolleci ilə üç il müddətinə əməkdaşçlıq üçün müqavilə imzalanmışdır. Moskva Humanitar Kolleci rəhbərliyi isə müqavilənin hazırlanıb imzalanması üçün Azərbaycana dəvət olunmuşlar.
Yaxın vaxtda həmin müqavilənin imzalanması və Moskva Humanitar Kolleci ilə əməkdaşlığa başlanması gözlənir.
Yuxarıda qeyd olunan və diqqətə çatdırılan faktlar bir daha göstərir ki, Mingəçevir Turizm Kollecinin beş illik fəaliyyətinin nəticələri uğurlu olmuş, möhkəm təminatlı və ölkəmizin təhsil sistemində sanballı mövqeyi olan təhsil müəssisəsi yaradılmışdır.


 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci