ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Şəms müəllimə.Ilk tibbi yardim

Geniş başlıq mətni.

                            Anafilaktik şok zamanı ilk tibbi yardım
Anafilaktik şok - Kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla, həyat üçün təhlükə yaradan vəziyyətdir. Ən çox penisillin və başqa antibiotiklərin, habelə müalicə serumları, rentgenokontrast maddələr və s. daxil edilməsindən sonra baş verir. Əsas əlamətlərin preparatın yeridilməsindən sonra dərhal döşdə sıxıntı, başgicəllənməsi, başağrısı, narahatlıq, kəskin zəiflik, bədəndə hərarət hiss edilməsi. Ağır hallarda bu əlamətlərə kollaps  simptomları əlavə edilir. Kollaps huşun itirilməsi ilə birgə davam edə bilər, bəzən də komatoz hal inkişaf edir. Bu cür xüsusilə ağır hallarda anafilaktik şok simptomlarının təzahür etməsindən bir neçə dəqiqə sonra ölüm baş verə bilər. Anafilaktik reaksiyanın nisbətən yüngül təzahürü özündəngetmə vəziyyəti və dəridə çox vaxt dərman yeridilməsindən 20 - 40 dəqiqə sonra baş verən qurd eşənəyi tipində geyişən səpgilər şəklində ola bilər.
Anafilaktik şokun ilk simptomları aşkar edilən kimi, dərhal müalicə tədbirləri keçirilməlidir, eyni zamanda təcili olaraq həkim çağırılmalıdır. Prosedur kabinetlərində, tibb bacısı postlarında, təcili yardım məntəqələrində anafilaktik şokun təcili surətdə müalicəsi üçün xüsusi dərmanlar və alətlər dəsti olmalıdır. Ən yaxşısı bu alətlər dəstinə müxtəlif şprislər və birdəfəlik istifadə üçün damcı salanlar (pipetkalar) daxil edilməlidir.
İlk yardım. Müalicəni dərialtı və ya əzələaltı 1 ml 0,1%-li adrenalin məhlulu və ya 1 ml 0,2%-li noradrenalin məhlulu yeridilməsi və eyni zamanda əzələyə 125 mq hidrokartizon (5 ml emulsiya) və ya 60 mq prednizalon yeridilməsi ilə başlayırlar. Diaqnozda şübhə olmadığı zaman isə qeyd edilən dərmanlar həkim gələnə qədər daxil edilməlidir. Sonrakı müalicə zamanı venaya 1 - 2 m 0.2-li noradrenalin məhlulu və 100 - 200 ml fizioloji məhlula və ya 400 ml poliqlükinə əlavə edilən 100 mq prednizalon (və ya 12 mq deksametazon) yeridilir. Yüngül anafilaktik reaksiyalarda venaya 10 ml 10%-li xlorid və ya kalsium-qlükonat məhlulu ilə birgə 2 - 3 ml 1%-li dimedrol məhlulu və ya 1 - 2 ml 2,5%-li diprazin (pipolfen) məhlulu yeridirlər.
 
                           Bronxial astma zamani ilk tibbi yardim
Bronxial astma (nəfəsdarlığı) - bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.
İlk yardım. Bronx spazmalarını aradan qaldıran dərmanlar (teofedrin, efedrin, antastman, novodrin, izadrin, alupent və s.) qəbul edilir. Cib inhalyatorları vasitəsi ilə bronxgenəldicilər geniş tətbiq edilir. Uzun müddət bronxial astma ilə xəstələnənlər, adətən, astma tutmasının göstərilmiş dərman vasitələrindən hansı ilə daha yaxşı və tez aradan qaldırıldığını bilirlər.  Bir sıra hallarda xardal yaxması, banka qoyulması və başqa yayındırıcı proseduralar effektli olur. Bunlar təsir etmədikdə həkimin təyinatı üzrə dərialtına 0,25 - 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir və ya 1 ml 5%-li efedrin məhlulu, bəzən 0,5 ml 0,1%-li atropin məhlulu ilə birlikdə vurulur: venaya 10 ml 2,4 %-li eufillin məhlulu yeridilir. Uzun sürən ağır tutmalar və astmatik vəziyyətdə venaya eufillin, strofantin (korqlikon), prednizalon (deksametazon) və alupentin damcı üsulu ilə yeridilir. Bronxial astma tutmalarında xəstələrə rütubətləndirici oksigen də verilir.
Asfiksiya (boğulma) - orqanizmin toxumalarına oksigen daxil olmasının birdən-birə kəsilməsi nəticəsində onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasıdır. Bunun səbəbləri: nəfəs yollarında maneə, məsələn qırtlaq və ya traxeyaya (nəfəs borusuna) yad cismin daxil olması, səs yanğının ödemi və spazmı, ətraf havada oksigenin azalması (şaxtaların tutulub tıxanması hallarında və s.); oksigenin hemoqlobinlə örtülməsinə mane olan qazlarla (məsələn, karbon 2-oksidlə) zəhərlənmə; tənəffüs mərkəzinə təzyiq edilməsi (məsələn, alkoqol koması baş verdikdə) və ya tənəffüs əzələlərinin iflici (poliomielit olduqda).
İlk yardım asfiksiyanın səbəbinə görə təyin edilir. Nəfəs yollarındakı mexaniki maneə dərhal aradan qaldırılmalıdır. Bundan ötrü barmaqlar vasitəsilə ağzı və ağız-qırtlaq sahəsini qida qaılqlarından, selikdən təmizləmək, boğaza tıxanmış dili dil tutqacı vasitəsilə çəkib çıxarmaq lazımdır. Tənəffüs mərkəzinə təzyiq edilən zaman tənəffüs analeptikləri (kordiamin, lobelin) tətbiq olunması məsləhət görülür. Ümumiyyətlə, bütün asfiksiya hallarında oksigenlə terapiya aparılmalıdır. Müstəqil koordinasiyalı (müntəzəm) tənəffüs hərəkətləri olmadığı hallarda dərhal «ağızdan-ağıza» («ağızdan-buruna») və ya «Ambu» tipində əl aparatı vasitəsilə nəfəs aldırma kimi süni tənəffüs metodlarını tətbiq edirlər.
Ürək astması - kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə olunur. Ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalar baş verir. Təngnəfəslik tutması əksəriyyətlə gecə baş verərək, nəfəsalma və nəfəsverməni çətinləşdirir və xəstənin vəziyyətini birdən-birə çox ağırlaşdırır. Tutma baş verdikdə xəstə yataqda oturaraq qıçlarını aşağı sallatmağa məcbur olur. Xəstənin dərisi göyümtül rəng alır və tərlə örtülür. Tənəffüs sürətlənərək dəqiqədə 30 - 40-a çatır. Öskürək əvvəl quru olur, sonralar çəhrayı rəngli köpüklü bəlğəm ifrazı ilə müşayiət olunur, bu isə ağciyərlərdə ödem inkişaf etdiyini göstərir. Nəbz sıx, adətən, gərgin və bəzən aritmik olur.
İlk yardım - tibb bacısı xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir, oksigenlə müalicəyə başlayır və təcili olaraq həkimi çağırır. Həkimin təyinatı üzrə dərialtına morfin və ya omnolon vurur, venaya yavaş-yavaş natrium-xlorid və ya qlükozanın 20 ml miqdarında izotonik məhlulunda strofantin və ya korqlikon yeridilir; eyni şprislə venaya furasemid (laziks) məhlulu daxil edilir. Bu preparatların və eufillin məhlulunun müvafiq birləşdirilmiş halda venaya yeridilməsi yaxşı effekt verir. Bəzən 500 ml-ə qədər qanburaxma da təyin edilir. Çox vaxt qanburaxma əvəzinə ətraflara turna qoyulur. Bu zaman tibb bacısı fikir verməlidir ki, turna ancaq venaları sıxsın, arteriyalarda isə nəbz yaxşı əllənsin: turnaları ətrafların hamısından bir vaxtla açmaq olmaz.

                                     Ürək tutması zamanı ilk tibbi yardım
Ürəkdə olan ağrı adətən fiziki gərginlik və ya stres nəticəsində baş verir. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar kəsici xarakter alır.
İnsan hava çatışmazlığı hiss edir, zəifləyir. Ağrı sol çiyinə, sol kürəyə yayılır. Ağrı tədricən çoxalır, xəstə halsızlıq və qorxu hiss etməyə başlayır. 10-15 dəqiqədən sonra ağrı tədricən azalır, xəstə tutmadan sonra özünü zəif və yorğun hiss edir. Bu stenokardiya tutmasıdır. Stenokardiya tutmaları ürəyin işemik xəstəliyinə xas olan bir əlamətdir.
 
Stenokardiya tutması zamanı ilk tibbi yardım:
- Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır. Xəstənin ayaqlarını xardal qatılmış isti suya salın. Stenokardiya tutması zamanı uzanmaq olmaz! Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir.
- Təmiz havanın daxil olmasına şərait yaradın (pəncərəni açmaq, nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini açmaq).
- Nitroqliserin (0,0005 qr.) həbini (tabletini) xəstənin dilinin altına qoyun və ehtiyac olduğu halda 3-5 dəqiqədən sonra 3 dozayadək atırmaqla təkrar edin. Nitroqliserin həbi qəbul etdikdən sonra baş ağrısı başlaya bilər. Bundan qorxmayın, bu baş ağrısı tez bir zamanda keçəcək.
- Xəstəyə 1 həb (tablet) aspirin (0,5 qr.) verin (çeynəmək üçün).
- Əgər xəstə çox həyacanlanırsa, ona sakitləşdirici bir dərman vermək olar.
Əgər 3 doza nitroqliserin qəbul etdikdən sonra ağrı keçib getməzsə, dərhal “təcili yardım” çağırın – çünki bu, xəstədə miokard infarktının baş verməsinin əlaməti ola bilər!
 

                Miokard infarkti zamani ilk tibbi yardim
 Həkimlər miokard infarktının inkişafının əsasən aşağıdakı risk faktorlarını qeyd edirlər:

— yaş fakoru – insanın yaşı artdıqca onda miokard infarktının baş vermə riski də artır;
— əvəllər, xüsusən kiçik ocaqlı miokard infarktının keçirilməsi;
— cinsi faktor. 50 yaşınadək (menopauza-klimaks dövrünədək) olan qadınlarda miokardın infarktı kişilərə nisbətən xeyli az hallarda təsadüf edilir. Buna səbəb bu həddə qədər olan müddətdə qadınların qanında olan estrogen və digər qadın cinsi hormonların təsiri nəcəsində arteriyaların aterosklerotik zədələnmədən qorunmasıdır. Klimaks baş verdikdən sonra qadınlarda bu hormonların səviyyəsi kəskin azalır və nəticədə miokard infarktının baş verməsi ehtimalı kişilərdə olduğu səviyyəyə qalxır. Beləliklə, erkən klimaksın baş verməsi – miokard infarktının risk faktorlarından biri hesab olunur;
— irsi faktor — ən yaxın qohumlarda (ata, ana, nənə, baba, qardaş və bacıda) ürəyin işemik xəstəliyi, miokardın infarktı, beyin insultu kimi xəstəliklərin nisbətən erkən (xüsusən də 55 yaşadək) yaşlarda təsadüf etməsi; 
а 12
Реклама 14
Miokard infarktının simptomları və diaqnostikası
Miokard infarktı zamanı ilk yardım
Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət — döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir.
Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur.
Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq — kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir.

Ürəyin işemik xəstəliyi
 
Adından da göründüyü kimi bu xəstəlik ürəkdə baş verən müxtəlif xəstəliklərdir. Bu xəstəliklərlə demək olar ki, hamımız tanışıq, özümüzdə olmasaq da yaxınlarımız, qohumlarımızda rast gəlmişik. Ürəyin işemik xəstəliyinin (ÜİX) bir neçə növü var: Stenokardiya, Miokard infarktı, Xroniki ürək çatmazlığı. Xəstəliyin əsasında ürək əzələsi olan miokarda oksigen çatmazlığı durur. Miokard sözün əsl mənasında «böyük iş» görür: bir yığılmaya damarlara 100 qramaa qədər qan ötürür. Normada bir dəqiqədə miokard 70-90 dəfə yığılır və beləliklə hesablamaq olar ki, o gün ərzində neçə ton qanı orqanizmə ötürür. Buna görə də miokarda daima və çox miqdarda oksigen lazımdır. Oksigen çatmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır.
Bundan başqa, xroniki oksigen çatmazlığı və qidalı maddələrin (ürəyə koronar və venoz damarlar vasitəsilə gələn maddələr) çatmazlığı nəticəsində miokardda dəyişikliklər meydana çıxır ki, bu da onun zəifləməsinə gətirib çıxarır. Bu zaman qan arteriyalara pis ötürülməklə yanaşı, həm də venalarda durğunluq əmələ gətirir ki, bunlar vasitəsilə də qan ürəyə çatmalıdır. Beləliklə, xroniki ürək çatmazlığı meydana çıxır. Koronar arteriyalarda qan dövranının pozulmasına səbəb ateroskleroz və damarların spazmıdır.
Stenokardiya: ÜİX-nin ən yüngül formasıdır. Xəstəliyin əsasında ürəyi qidalandıran koronar arteriyaların spazmı nəticəsində qan dövranını qısa müddətli pozulması durur. Adətən, 10-20 dəqiqədən sonra spazm keçir. Bu stenokardiya tutmaları aşağıdakı səbəblərdən meydana çıxır:

Fiziki və emosional (ağır hallarda və gecikmiş mərhələlərdə isə stenokardiya tutmaları sakit halda belə baş verir)
Spirtli içkilərin qəbulu
Arterial təzyiqin yüksək olması və ya ətrafdakı hava temperaturunun çox yüksək və ya çox aşağı olması.
Titrətmə (bədən temperaturunun çox yüksək olması)
Normadan artıq yemək
Stenokardiyanın əsas simptomu ağrıdır. Ağrı özünə məxsus xarakterlə başlayır: fiziki və ya emosional gərginlikdən sonra döş sümüyü arxasında (həkimlər bunu gərginlik stenokardiyası adlandırırlar) olur, gecikmiş mərhələlərdə isə sakit halda belə baş verə bilər (bu da müvafiq olaraq, sakitlik stenokardiyası adlanır ). Ağrı sol çiyinə, sol qola, sol kürək sümüyünə, bəzən isə çənənin sol hissəsinə yayıla bilər. Xəstələr bu ağrını sıxılma, döş sümüyünə təzyiq kimi qiymətləndirirlər, məhz buna görə də bu yaxınlara qədər, bu xəstəlik «döş qurbağa» sı adlandırılırdı, indi isə latın dilindən təxminən «sıxılmış ürək » kimi tərcümə olunur. Ağrı adətən, 5-10 dəqiqədən sonra gərginlik keçdikdən və ya nitratların qəbulundan sonra keçib gedir.

Diaqnozun qoyulması üçün adətən, xəstəyəEKQ təyin olunur, bəzən onu fiziki yüklənmə halında çəkirlər. Diaqnoz qoyulduqdan sonra isə müalicə təyin olunur. Müasir dərman preparatları xəstəliyin ağrısız keçməsinə şərait yaradır. Lakin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz, belə ki, bundan sonra baş verə biləcək mərhələ miokard infarktıdır. Bu xəstəliyin isə çox hallarda ölümə səbəb olması və daha çətin müalicə olunmasını bilmək kifayətdir ki, onun ciddiliyi nəzərə alınsın.
 
Ürək-damar sisteminin xəstəlikləri
Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur. 


Döş ağrıları
Döşdə bərk ağrı əmələ gəlməsi stenokardiya, miokard infarktı və s. kimi dəhşətli xəstəliklərin simptomudur. Buna görə də belə ağrılar baş verdiyi zaman təxirə salınmadan yardım göstərilməlidir.
Döş inağı (stenokardiya) — döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində (gərginlik stenokardiyası) baş verən sıxıcı ağrı tutması. Ağrı, adətən, bir neçə dəqiqə davam edir və nitroqliserin qəbul edildikdə kəsilir. Qeyd etməliyik ki, stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur, çünki bir çox hallarda aşkar etmək mümkün olmur.
 

                               Kəskin qarın xəstəliyi zamanı ilk tibbi yardım
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur
Kəskin qarına aşağıdakılar səbəb ola bilər:
·         Kəskin xolesistit
·         Kəskin pankreatit
·         Kəskin appendisit
·         Bağırsaq keçməməzliyi - (lat. ileus)
·         Kəskin peritonit
·         Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi)
·         Bağırsaq divertikulitlərinin perforasiyaları
·         Öd kisəsi divarının perforasiyası
·         Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu).
·         Böyrək sancıları
·         Qarın aortası anevrizması
·         Partlamış ektopik hamiləlik
·         metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz)

Simptomlar

Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır:
·         şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları
·         peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu)
·         bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma)
·         qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi)
·         defekasiya(nəcisin ifrazı) aktının olmaması
·         ümumi vəziyyətin pozulması.
·         Ağrılar və anatomik bağlılığı
Ağrılar xasiyyətcə 3 cür olur:
·         Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.
·         qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.
·        Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.

Əzələ defansı (taxta qarın)

Əzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.

Diaqnostika

Kəskin qarınlı xəstədə xəstəxananın qəbul şöbəsində anamnezi toplanmalı, fizikal (bədən) , ultrasəs, qarın rentgeni müayinələrindən və gərəkirsə hətta qarın kompüter tomoqrafiyasından keçməlidir.

Anamnez (xəstəlik hekayəsi)

Sorqulama zamanı aşağıdakı sualların cavabını bilmək məqsədəuyğundur:
·        Ağrılar nə zaman başladı? - Böyrək sancıları olan xəstə suala dəqiq cavab verir (məs. qəflətən qapını açarkən). Appendisiti olan xəstə isə çox vaxt dəqiq cavab verə bilmir (örnəyin, "günorta yeməyindən sonra).
·        Şikayətlərdən öncə nə baş verib? Şikayətlərdən öncə baş verən üst qarın travması qaraciyərdalaq və ya bağırsaq yırtılmasından xəbər verə bilər.
·        Ağrıların xarakteri. Tutmaşəkilli ağrılar böyrək və ya öd kisəsi daşları yaxud mexaniki bağırsaq keçməməzliyi zamanı ola bilər. Doğmuş qadınlar belə ağrıları doğum sancılarına bənzədir. Davamlı və artan ağrılan iltihabi prosesdən xəbər verir (appendisit, xolesistit, pankreatit). Əgər başlanğıcda güclü ağrılar səngiyib yenidən başlayırsa bu həm də boşluqlu orqanın (mədə xorası, öd kisəsi) dəlinməsi ya da damar tıxanmasının (mezenterial infarkt) əlaməti ola bilər.

Bədən müayinəsi

Auskultasiya (qulaq asma) mütləq perkussiya (tıqqıldatma) və palpasiyadan (əlləmə) öncə aparılmalıdır, çünki sonuncular nəticəsində bağırsaq peristaltikası qıcıqlana və subileusun (yarım-ileus) bəlirtilərini pərdələyə bilər.

·        Normal bağırsaq səsləri - normal peristaltika
·        Güclənmiş bağırsaq səsləri - enterokolit? mexaniki və ya yapışıq bağırsaq keçməməzliyi?
·        Zəifləmiş ya da yox olmuş bağırsaq səsləri - paralitik bağırsaq keçməməzliyi? ishemiya? peritonit? Reflektor olaraq sidik axarlarının sancılarında, pankreatitdə, maddələr mübadiləsinin pozulmasında müşahidə oluna bilər.
Palpasiya (əlləmə) zamanı əzələ defansının (yerli, diffuz) və yırtıqların tipik nahiyələrdə olub-olmadığını yoxlamaq olar.
·        Əgər xəstə nöqtəvari ağrısı olduğunu deyirsə və ağrıyan nahiyəyə göstərirsə, o zaman ağrıların haradan qaynaqlandığını aşkarlamaq üçün Karnett-testi keçirilməlidir: həmin yerdə dərin palpasiya aparılır. Ağrılar dəyişməz olaraq qalırsa və ya güclənirsə (test müsbətdir), ağrılar qarın divarından qaynaqlanır (sinir, əzələ, sümük). Əgər ağrılar azalır və ya yox olursa (test mənfidir), onda ağrılar qarın boşluğundan gəlir.

Alqoritm

Laborator diaqnostika

Minimal diaqnostika proqramına aşağıdakılar daxildir:
·        C-reaktiv zülal
·        hemoqram (hemoqlobin, hematokrit, leykositlər)
·        qaraciyər göstəriciləri: bilirubin, GOT, GPT, GGT, alkal fosfataza
·        Lipaza, Amilaza
·        Elektrolitlər (Na+, K+, Ca+)
·        Kreatin kinaza
·        Kreatinin
·        Qanda şəkər
·        Laktat
·        Sidik analizi.

İlk tibbi yardım

Təcili cərrahi klinikaya xərəkdə aparılmalıdır. Heç bir narkotik analgetik istifadə etmək olmaz, çünki xəstəliyin klinik şəkli dəyişib, daha da ağırlaşa bilər. İşlədicilər və antibiotikiklərdən istifadə qəti qadağandır.

                    Hipertoniya zamanı ilk tibbi yardım
Hipertoniya xəstəliyinin ağır formalarında xəstələrdə hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) formasında fəsadlar baş verə bilər.
Bu çox təhlükəli haldır ki, insultla, infarktla və hətta ölümlə də nəticələnə bilər.
 Hipertonik krizlərin baş vermə səbəbləri: psixiki travmalar və həyacanlanmalar, mənfi emosiyalar, havanın (atmosfer təzyiqinin, havanın temperatu və nəmliyinin) kəskin şəkildə dəyişməsi və s. Hipertonik krizlər əksər hallarda, xəstələr özlərini yaxşı hiss etdikləri üçün, arterial təzyiqin endirilməsi üçün əvvəlllər müntəzəm şəkildə qəbul etdikləri dərman preparatlarının qəbulunu dayandırmaları səbəbindən baş verir.
Hipertonik krizin əlamətləri: kəskin baş ağrısı, başgicəllənməsi, ürəkdöyünmə, ürək nahiyəsində ağrıların olması, ürəkbulanma, qusma, görmənin pozulması (gözlərin qarşısında duman və s.), həddindən artıq dərəcədə həyəcanlılıq və ya tormozlanmanın olması, yuxululuq, bəzi hallarda qıcolmalar, huşun itirilməsi.
Hipertonik kriz zamanı ilkin tibbi yardım:
- dərhal “təcili yardım” çağırın;
- “təcili yardım” gələnə qədər xəstəni yatağa uzadaraq ona rahat yarımoturaq vəziyyət verin ki, xəstədə təngnəfəslik inkişaf etməsin;
- xəstənin təzyiqini ölçün;
- xəstəni sakitləşdirməyə çalışın, hərəkət etməyə və danışmağa icazə verməyin, otağa təmiz hava daxil olmasını təmin edin (pencərəni və nəfəsliyi açın);
- nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini və s. açın; 
- alın, boyun, bilək nahiyələrinə soyuq suda isladılmış dəsmal və ya salfet qoyun, xəstəyə içməyə soyuq su verin;
- yayındırıcı üsullardan istifadə edin - ənsə və baldır nahiyyələrinə xardal kağızı, ayaqların altına isti qrelka qoyun və ya xəstənin ayaqlarını isti suya salın;
- hipertonik  kriz ürək nahiyyəsində olan ağrılarla müşayət olunarsa, xəstəyə dilinin altına qoymaq üçün nitroqliserin verin;
- xəstəyə adi günlərdə təzyiqini aşağı salmaq üçün qəbul etdiyi dərmanlar verin;
- əgər xəstə həyəcanlı vəziyyətdə olarsa, ona sakitləşdirici dərman da verin.
Diqqət! Təzyiqin kəskin şəkildə aşağı salması çox təhlükəlidir!
Hipertonik krizin profilaktikası üçün arterial təzyiqi aşağı salan dərman preparatlarını  müntəzəm şəkildə qəbul etmək, arterial təzyiqə nəzarət etmək, pəhrizə riayət etmək, gərgin vəziyyətlərdən uzaq olmaq, alkoqollu içkilərin qəbulundan və siqaret çəkilməsindən imtina etmək və s. bu kimi qaydalara (bütün bunlar barədə həkim sizə məlumat verməlidir) əməl etmək lazımdır. 
 
 
              Uşaqlarda virus hepatitləri,sarılıq xəstəliyi
                                  zamanı ilk tibbi yardım
Virus hepatitləri – qaraciyəri zədələyən viruslu infeksion xəstəlikləridir. Virus hepatitləri 2 qrupa bölünür:
 - yoluxma ağız boşlugu vasitəsilə baş verir (A və E virusu);
- yoluxma qan və cinsi təmas vasitəsilə baş verir (B, C, D).
Adətən uşaqlar hepatit A virusuna yoluxurlar.
A hepatiti virusu illərlə suda, torpaqda, nəciz kütlələrində yaşaya bilir. Virus xəstə insandan qida, su, oyuncaqlar, qab-qacaq vasitəsilə keçir. A hepatitinə yoluxma ehtimalı yüksəkdir. Bu virusdan uşaqlar tələf olmur.
Xəstəlik  hepatitləri hərarətin 38-390C-yə qalxması, halsızlıq, süstlük, ürəkbulanma, qusma, iştahanın azalması ilə başlayır. Əksər hallarda uşaqlar qarın ağrısından şıkayət edirlər. Hərarət 1-3 gün ərzində davam edir. Sonra qaraciyər və dalaq böyüyür, qaraciyər ağrılı olur. Sidiyin rəngi sarı köpüklü tünd çaya bənzəyir, nəcis isə əksinə olaraq ağarır. 10-12 gündən sonra sarılıq əmələ gəlir. İlk gündən sarılıq gözlərin skleralarında, dilaltı nahiyədə, başın tüklü hissəsində, sonra isə bütün bədəndə nəzərə çarpır. Uşağı mütləq təbii günəş işığında müayinə etmək lazımdır.
A hepatiti ilə yoluxmuş uşaqları xəstəxanada müalicə edirlər. Sarılıq dövründə yataq rejimi və pəhrizə riayət etmək lazımdır. Uşağa bu zaman şirin meyvələr, qarpız, şirələr, kisellər, şirin çay verilməsinə icazə verilir. Həkim tərəfindən xəstələrə xeyli miqdarda 5%-li qlükoza və ya fruktozadan ibarət içmə məhlulu təyin edilir, rasionda ət, balıq, yağlara məhdudiyyət qoyulur, yemiş və sitrus meyvələri isə qadağan edilir.
A hepatitlərinin əsas müalicə prinsipi düzgün qida rejimi və pəhrizdir. Əksər hallarda müalicə dövründə heç bir əlavə dərman preparatlarının qəbulu tələb olunmur və uşaq kifayət qədər tez sağalır.
Hal-hazırda hepatit A xəstəliyinə görə də xüsusi peyvənd işlənib hazırlanmışdır. Bu peyvənd bütün uşaqlara edilməli olan icbari peyvəndlər siyahısına hələ ki, daxil edilməmişdir. Ancaq tələbat hiss etdiyiniz halda, özəl klinikalarda uşağınıza bu peyvəndi də etdirə bilərsiniz.
E hepatit virusu da çox yayılmışdır. Uşaqlara nisbətən bu virusa böyüklər daha çöx tutulur.
Qanla yoluxan hepatitlər çox təhlükəlidir və hətta ölümlə də nəticələnə bilərlər. A və E hepatitlərindən fərqli olaraq, B və C hepatitləri tədricən başlayır. Bu zaman xəstənin hərarəti də normal olaraq qala bilər. Halsızlıq əmələ gəlir, bir qədər böyük yaşlı uşaqlar sağ qabırğaaltı nahiyədə ağrı və ağırlıq hissindən şikayət edirlər. Sonra sarılıq meydana çıxır, qaraciyər və dalaq böyüyür.
Hepatit C zamanı simptomlar əksər hallarda çox zəif nəzərə çarpır. Bu səbəbdən də onun diaqnozu həddən artıq gec qoyulur. Belə gedişatına görə (xəstəni sakitcə və simptomsuz zədələyir) bu hepatiti “zərif qatil” də adlandırırlar. Hepatit C virusu çox davamlıdır. Bu virus əksər hallarda xroniki hepatitə, qaraciyərin sirrozu və xərçənginə səbəb olur.
A və E hepatitlərindən fərqli olaraq, B və C hepatitləri mürəkkəb və uzunmüddətli müalicə tələb edir. Hepatit B virusu təkcə qaraciyəri deyil, insanın immun sistemini də zədələyir. Bu virus xarici mühit təsirinə çox davamlıdır. Hətta spirt və efirlə dezinfeksiyadan sonra da o bir neçə saat ərzində öz aktivliyini saxlayır.
Hepatit D-yə yalnız hepatit B ilə xəstələnmiş insan tutula bilər. Orqanizmdə eyni zamanda iki - B və D virusunun olması çox ağır fəsadlara, hətta ölümə də gətirib çıxara bilər.
Uşaqlar B, C və D hepatitlərinə qan və ya qan əvəzediciləri köçürülən zaman, onlara tibbi xidmət göstərilərkən yaxşı dezinfeksiya olunmamış tibbi alətlərdən istifadə olunması yolu ilə yoluxa bilərlər.
Məişətdə bu viruslara yoluxma xəstə insana məxsus qayçı, diş fırçası, dəsmallar və s. əşyaların üzərində xəstənin cüzi də olsa qanı və ya hər hansı ifrazatı (sperma, sidik, tüpürcək, vaginal ifrazat) qalmış olduğu hallarda baş verə bilər.
Uşaqların icbari peyvənd siyahısına daxil olan hepatit B peyvəndi bu qorxunc xəstəliyin ən gözəl profilaktikasıdır.
Bundan başqa, xəstəxanaya düşmüş uşağa hər hansı bir səbəb üzündən əməliyyat, qan köçürülməsi və s. tələb edilərsə, valideynlər çox diqqətli olmalıdırlar. Qanın sterilliyi haqda təsdiqləyici sənəd tələb edin, bir neçə dəfə istifadə edilə bilən tibbi alətlərin sterilizə olunması və saxlanması qaydalarına əməl edilməsinə kifayət qədər fikir verin.
Uşağa stomatoloji yardım lazım gələrsə, etibarlı, özünü dogrultmuş, tibbi alətlərin sterilizə olunması üçün bütün müasir texnologiyaya malik stomatoloji klinikalara müraciət edin. Özəl stomatoloji kabinetlərin xidmətlərindən istifadə etməməyə çalışın. Onlarda çətin ki, bahalı sterilizəedici cihazlar olsun. Uşaqlarınızın və özünüzün sağlamlığına qənaət etməyin!
Şəxsi gigiyenaya riayət etmək də çox vacibdir. İstənilən yaşda olan uşağın fərdi dəsmalı, hamam dəstləri (sabun, süngər və s. əşyaları) olmalıdır. Uşaqları ümumi vannada çimizdirməyin, onların ayrıca şəxsi vannaları olmalıdır. Paltaryuyan maşınla və ya əllə yuyulmasından asılı olmayaraq heç bir halda uşaqların alt və üst paltarlarını öz paltarlarınızla birgə yumayın.
 

                     Asfiksiya zamani ilk tibbi yardim
Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
- tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
- ağciyərlərə maye dolması
- suda boğulan adamların ağciyərlərinə su dolduqda
- dölün tənəffüs yoluna dölyanı maye dolduqda
- qırtlağın iltihab nəticəsində daralması
- tənəffüs əzələlərinin iflici
- toxuma tənəffüsünün pozulması.
Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir.
Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır.
Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir.
Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir.
Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir. Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. 

Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.
Suda boğulma zamanı ilk tibbi yardım:
- dərhal “təcili yardım” çağırmaq;
- tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;
- cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;
- sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
- əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;
- sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini  yoxlayın;
- əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”) icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.
Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra  onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa da, o mütləq həkim tərəfindən müayinə olunmalıdır.
Bütün bədbəxt hadisələrdə olduğu kimi, suda boğulmadan qorunmağın ən yaxşı üsulu onun profilaktikasıdır. Uşaqlardan söhbət getdiyi halda bu daha aktualdır! Kiçik uşaqları heç zaman su ilə doldurulmuş vannada təkbaşına qoymayın, hovuzda, dənizdə çimərkən onlara nəzarət edin və s.!


                         Mədə qanaxması zamanı ilk tibbi yardım
Mədə qanaması dedikdə təkcə mədədə deyil, yemək borusunda, mədənin çıxışında olan 12 barmaq bağırsağın hər hansı bölgəsində olan qanama başa düşülür. 
Qanaxma səbəblərinə mədədə olan qanama, damarlarda meydana gələn cırılma və cızığlar aiddir. Həmin damarlardan qanın çölə çıxması mədə qanamasını əmələ gətirir.
Yemək borusunda olan qanamalar reflükslə bağlı iltihabı hadisələrdən və ya qaraciyər xəstələrində görünən problemdən baş verir.
Hər kəs bir-birindən dadlı, ləzzətli yeməkləri sevir. Amma təssüf ki, mədə-bağırsaq sistemimizdə zaman-zaman meydana çıxan bəzi xəstəliklər orqanizmimizdə bəzi fəsadlara yol açır. Həmin fəsadlardan biri mədədə yaranan xora tipli yaralardır. Məlumata görə mədə ilə əlaqədar qanamalardan şikayətçi olanların 60% xora tipli qanamalardan əziyyət çəkir. Bu qanaxmalar mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. 
Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. Xora xəstəliyinin xüsusiyyətlərinə qidalanma rejiminin pozulması, kəskin qidaların qəbulu, spirtli içkilərdən və papirosdan istifadə, psixi gərginliklər və s. aiddir. Bu xəstəliyin müalicəsi zamanı pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq, süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran, mədə sekresiyasını azaldan, spazmı aradan qaldıran, sinir sistemini sakitləşdirən, xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək lazımdır. Bundan əlavə həmin xəstəlikdən əziyyət çəkənlərə uzun müddət ac qalmaq, ac qarına siqaretdən istifadə etməmək, tez-tez və tələsik qidalanmamaq, acılı qidalardan uzaq olmaq, çox duzlu qidalanmamaq məsləhət görülür. 
Xəstəliyin kəskin dövrü keçəndən sonra sanatoriya-kurort müalicəsi effektli hesab olunur. Başqa hallarda yəni, xora xəstəliyinin bəzi ağırlaşmaları (qanaxma, xoranın deşilməsi) zamanı digər müalicələrlə yanaşı cərrahi müdaxilə vacib sayılır.
Mədə qanaması ilə əlaqədar müraciət edənlərin az bir qismi varis qanamasından əziyyət çəkir. Bunun təhlükəli olduğu bildirilir.
Mədə-bağırsaq qanaxmalarının diaqnozu qanaxmanın xarici əlamətlərinə görə qoyulur (qanhayxırma,qanqusma,melena,çoxlu miqdarda qanın xaric olması) Diaqnoz bəzn damar kollapsı əlamətlərinə görə təyin olunur.Hematokritin,dövr edən qanın həcminin müayinəsi diaqnozu təsdiqləməyə şərait yaradır.İlk saatlarda qanda hemoqlobin və eritrositlərin miqdarı dəyişilməyə bilər,sonra isə aşağı düşür
Qusuntu kütləsinin tünd rəngdə olması ancaq mədə-bağırsaq qanaxması zamanı deyil bəzən xəstələrin bəzi qida məhsullarını (kofe,çuğundur,qara qarağat) bəzi dərmanları (karbolen,bismut-nitrat) qəbul etməsi nəticəsində baş verir.Yoğun bağırsağın distal hissəsinin olan qanaxma zamanı nəcis al-qırmızı qanla qarışıq olur.Bəzən qida borusundan olan qanaxmanı səhvən ağciyər, bağırsaq qanaxmasını isə (qadınlarda)-uşaqlıq qanaxması hesab edillər.
 
Müalicəsi:Mədə-bağırsaq qanaxmaları olan xəstəlkər dərhal cərrahi stasionara qospitalizasiya olunur.Müalicə qanaxxmanın səbəbindən asılı olaraq, əsasən aşağıdakı istiqamətə yönəldilməlidir:
1.Qanaxmanın mənbəyini yox etmək(cərrahi yolla və ya endoskopiya)
2.Hemostatik maddələr qəbul etməklə qanaxmanı dayandırmaq\3.Qanaxmanın yerini bərpa etmək: eyni qrup qanı və ya qanəvəzedici köçürmək
4.Şok və ya kollapsla mübarizə etmək, bunun üçün damar tonusunu qaldıran,ürəyin fəaliyyətini yaxşılaşdıran maddələrdən istifadə edilir
Qanaxmaların müalicəsiondə ümumi prinsiplərlə soyuq proseduralar aiddir.
Mədə-bağırsaq qanaxmalarında epiqastral nahiyəyə buz qoyulması (tez-tez dəyişdirilmək şəraitində) daxiulə buz verilməsi əhəmiyyətlidir
 
                        İnsult zamanı ilk tibbi yardım
İnsultun ilk simptomlarını və həkimə qədər ilk yardım qaydalarını hər bir insan bilməlidir. Bu çox vacibdir.
ABŞ və bir çox digər ölkələrdə hətta uşaqlara insultu aşkar etməyin qaydaları öyrədilir. Bu çox effektlidir. Adətən uşaqlar yaşlı insanlara tapşırılır və uşaqlar nənə və ya babanın vəziyyətində hər hansı dəyişikliyi gördükdə vaxtında "təcili yardım" çağıra bilərlər.
İnsult baş verdikdən sonra ilk 3 saat ərzində xəstəni xilas etmək mümkündür. Daha sonra beyində geriyədönməz dəyişikliklər artmağa başlayır ki, insanda da əlil qalmaq və ya həyatını itirmək riski artır.
Yaşlı, artıq çəkisi, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet xəstəliyi olan, yaxın qohumları arasında infarkt və insult keçirmiş, siqaret çəkən insanlarda insultun riski daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, insult hətta cavan və nisbətən sağlam insanlarda da inkişaf edə bilər.
İnsultun simptomları arasında:
- baş ağrısı
- ani başgicəllənmə
- ani zəiflik
- bədənin bir tərəfində qol və ayaqda keyimə hissi
- üzün keyiməsi, əyilməsi
- görmənin, eşitmənin, nitqin pozulması
- bəzi hallarda bayılma
- ağır hallarda ürək fəaliyyətinin və nəfəsalmanın dayanması.
İnsultdan şübhələndikdə belə sadə testdən istifadə edin:
- insandan gülümsəməyi,
- qollarını qaldırmağı
- öz adını, familiyasını, yaşını və s. deməyi,
- dilini çölə çıxartmağı xahiş edin.
İnsult zamanı insan gülümsəyəndə ağzı əyilir, qollardan biri qalxmır və ya az qalxır, nitqi pozulmuş olur, dili əyri olur və ya ağzın bir tərəfinə düşür.
Bu simptomlardan heç olmasa biri müşahidə olunduqda:
1. Dərhal təcili yardım çağırın və dispetçerə insultdan şübhələndiyiniz haqda məlumat verin. Bu halda çağırışa nevroloq həkimi gələcək.
2. Xəstəni uzandırın. Xəstə hərəkət etməməlidir, bu onun vəziyyətini daha da ağırlaşdıracaq. Onun başı və çiyinləri ayaqlardan yuxarıda olmalıdır.
3. Otaqda pencərəni açın, xəstədən kəmər, şərf və s. nəfəsalmanı çətinləşdirən paltarları çıxardın.
4. Həkimlər gələnə qədər xəstəyə su, dərman, qida və s. vermək olmaz.
5. Xəstəni həyacanlandırmayın və öz narahatçılıq və qorxunuzu ona göstərməyin. Xəstə üçün mümkün qədər sakit və rahat şərait yaradın.
Nevroloqun ilkin müayinəsindən sonra xəstə xəstəxanaya çatdırılmalı və dərhal kompüter tomoqrafiyasından keçməlidir. Diaqnoz təsdiq olunduqda insultun növündən asılı olaraq (işemik və ya hemorragik) xəstəyə xüsusi müalicə təyin olunur.
 

                     Kollaps zamanı ilk tibbi yardım
Kollaps (latınca kollapsus - süst - zəifləmiş) - damar tonusunun zəifləməsi və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar çatışmazlığıdır.
Klinik mənzərəsinə görə kollaps şoku xatırlatsa da, etiopatogenez baxımından bunlar arasında prinsipial fərq vardır: kollapsın etiologiyası ilk növbədə ürək-damar sisteminin fəaliyyətinin pozulması ilə əlaqədardır; şok zamanı isə əvvəlcə sinir sisteminin fəaliyyəti pozulur və ilk növbədə sinir komponentinin aradan qaldırılması vacibdir.
Kollaps zamanı qanın ürəyə qayıtması çətinləşir, arterial təzyiqlə yanaşı, venoz təzyiq də enir. Toxumaların qidalanması və maddələr mübadiləsi pozulur, beyində hipoksiya törənir, orqanizmin funksiyaları kəskin surətdə zəifləyir. Kollapsın klinik əlamətlərinə xəstənin rənginin qəflətən avazıması, nəbzin sürətli və dolğunluğunun zəif, tənəffüsün səthi və seyrək olması, ətrafların soyuması, bədən temperaturunun azalması, sianoz, soyuq tər, ali sinir fəaliyyətinin ləngiməsi (bəzən huş yüngül dərəcədə pozulur) aiddir.
Etiologiyasına görə kollapsın aşağıdakı növləri vardır:
1. Hemorragik kollaps - şiddətli qanitirmə nəticəsində törənir. Bu zaman kəskin posthemorragik anemiya da inkişaf edir.
2. Toksiko-infeksion kollaps - törədicilərinin endotoksini olan infeksion xəstəliklər (krupoz pnevmoniya, qida toksikoinfeksiyaları və s.) zamanı müşahidə edilir. 
Mikroorqanizmlər məhv olarkən, çoxlu miqdarda azad olan endotoksinlər damar divarına iflicedici təsir göstərərək, kollaps törədir.
3. Pankreatik kollaps - mədəaltı vəzi toxumasının dağılmasına səbəb olan qarın travması və kəskin pankreatit zamanı mədəaltı vəzi şirəsinin proteolitik fermentlərinin damar yatağına keçməsi nəticəsində törənir. Bu fermentlər damarın divarının zədələnməsinə və tonusunun azalmasına səbəb olur. 
4. Ortostatik kollaps - yataq rejimindən sonra qəflətən üfüqi vəziyyətdən şaquli vəziyyətə keçərkən müşahidə edilir. Həmin müddət ərzində damar tonusu o qədər azalmış olur ki, şaquli vəziyyət alarkən, atoniya nəticəsində qan bədənin aşağı hissəsinə keçir və beyində qanazlığı törənir. Qan təzyiqi aşağı olan şəxslər hətta səhər yataqdan sürətlə qalxdıqda da həmin vəziyyətə düşə bilərlər. 
5. Anoksik (hipoksik) kollaps - nəfəslə alınan havada oksigenin parsial təzyiqi sürətlə azaldıqda, oksigen aclığı nəticəsində damar divarının saya əzələlərinin tonusu azalır ki, bu da kollapsa səbəb olur.
Hər hansı etiologiyalı kollapsın müalicəsi zamanı ilk növbədə arterial təzyiqi yüksəltmək, dövr edən qanın miqdarını artırmaq və hipoksiyanı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Bu məqsədlə qan və ya qanı əvəz edən məhlullar köçürülür, kortikoid hormonlar, katexolaminlər və ya angiotenzin yeridilir, tərkibində çoxlu oksigen və karbon qazı olan qaz qarışıqları ilə inhalyasiya tətbiq edilir. Narkoz və yerli ağrısızlaşdırma istisna olmaqla qalan müalicə tədbirləri şokdakı kimidir.

                  Komatoz vəziyyət zamanı ilk tibbi yardım
Komatoz vəziyyət (koma) - reflekslərin və xaricin təsirlərə qarşı reaksiyanın olmaması ilə birlikdə dərin şüur pozğunluğu. Patogenezdə beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi əsas rol oynayır. Koma beyin qan dövranının kəskin pozğunluqları, şəkər diabeti, xronik nefrit, artan qara ciyər çatışmazlığı, zəhərlərlə ağır zəhərlənmə və s. zamanı müşahidə olunur.
Xəstədən anamnez məlumatı almaq mümkün olmadıqda koma halında olan xəstənin müayinə edilməsi çox çətinləşir. Buna görə, komanın inkişafı zamanı xəstənin ətrafındakı şəxslərdən xəstənin cərəyanı haqqında mümkün olduqca çox məlumat almaq lazımdır. Xəstə haqqında verilən izahatın subyektivlik dərəcəsi də hesaba alınmalıdır. Xəstənin sənədləri diqqətlə öyrənilməlidir, çünki bəzən bu sənədlər arasında xəstəlik (məsələn diabet) haqqında arayış xəstəlik və ya hansı dərmanlardan istifadə etdiyi haqqında xəstənin öz qeydləri ola bilər.
Koma - xəstənin vəziyyəti nisbətən yaxşı olduğu zaman gözlənilmədiyi halda birdən-birə inkişaf edə bilər. İti inkişaf etmə insult və hipoqlikemiya koması nəticəsində baş verən beyin koması üçün səciyyəvidir. Lakin bir çox hallarda xəstəliyin cərəyanını mürəkkəbləşdirən komatoz vəziyyət tədricən inkişaf edir. Belə inkişaf diabet, uremiya, qaraciyər komaları və bir çox başqa komatoz hallar üçün səciyyəvidir.
Xəstənin nəfəsvermə zamanı buraxdığı havanın iyinin diaqnostik əhəmiyyəti böyükdür. Uremiya koması üçün ammonyak iyi səciyyəvidir. Bu iy bəzən xəstələr olan otağa girdikdə bərk hiss olunur. Ağızdan alkoqol və ya araq iyi gəlməsi alkoqol koması olması şübhəsini oyadır. Diabet komasında otaqda nəfəsvermə zamanı buraxılan hava çürüyən alma iyini xatırladan aseton iyi verir.
Uremiya, beyin damarlarının trombozu və qanazlığı zamanı dəri adətən solğun-sarı, alkoqol koması və beyinə qan sızması zamanı çox vaxt hiperemiyalaşmış olur. Dərinin çəhrayı rəng alması dəm qazı ilə zəhərlənmədə baş verən koma üçün səciyyəvidir. Dərinin və göz ağının sarılığı adətən qaraciyər koması zamanı müşahidə olunur. Tərlə örtülmüş yaş dəri hipoqlikemik koma üçün səciyyəvidir. Diabet komasında dəri həmişə quru olur. Diabet, qaraciyər və uremiya komalarına tutulmuş xəstələrin dərisində köhnə qaşınma yerlərinin izləri qeyd edib bilər. Koma əsnasında xəstələrdə aşkar edilmiş təzə çibanlar və köhnə çiban izləri şəkər diabeti olmasını düşünməyə vadar edir.
Diabet komasında göz almalarının turqoru azaldıqda onlar yumşalır və bu palpasiya vasitəsilə yaxşı təyin edilə bilir. Dilin müayinəsində təzə və köhnə dişlənmə çapıqlarının, olması epilepsiyanı xatırladır. Uremiya koması üçün dilin qeyri-adi quruluğu səciyyəvidir. Dərialtı piy təbəqəsinin aydın nəzərə çarpan ödemi uremiya və qaraciyər ödemlərində təzahür edə bilir. Qaraciyər ödemi assitlə birlikdə cərəyan edir.
Tənəffüs ritminin pozulması - səciyyəvi koma əlamətidir. Diabet və qaraciyər komasında küylü tənəffüs, beyin komasında xırıltılı (stertoroz) tənəffüs müşahidə olunur. Çox vaxt koma əsasında xəstələrdə tənəffüs hərəkətlərinin dərinliyi artan Çeyna-Stoks, sonra isə pauza əmələ gələnə qədər zəifləyən (apnoe dövrü) tənəffüsü qeyd edilir.
Ətraflarda ifliclərin və ya parezlərin, nitq və udma pozğunluqlarının təzahür etməsi, beyin qan dövranında iti pozğunluq baş verdiyini göstərir.
Xəstənin hər bir komatoz vəziyyətində dərhal həkim çağırılması tələb edilir.
Müalicə tədbirləri əsas xəstəliyin xarakterindən asılıdır. Xəstəliyin baş verməsindən qabaq zəifliyin getdikcə artması, qaşınma, hərarət (susuzluq), ürəkbulanması və qusma müşahidə olunan diabet komasında həkimin təyin etməsi üzrə dərialtına insulin və venaya natrium-bikarbonat, mayelər və xloridlər yeridilir. İnsulin dozaları qanda və sidikdə şəkərin miqdar səviyyəsinin laborator tədqiqatı nəticələrinə əsasən təyin edilir.
Adətən, hipoqlikemik komadan qabaq aclıq, bərk zəiflik, bütün bədənin əsməsi (hipoqlikemik vəziyyət) hiss olunur, həkim gələnə qədər xəstəyə bir necə tikə qənd, şirin çay vermək, venaya 20 - 40 ml %-li qlükoza məhlulu yeritmək lazımdır.
Uremiya komasında təxirəsalınmaz yardım - intoksikasiyanın azaldılmasına yönəldilir. Bu məqsədlə mədəni yuyurlar, təmizləyici imalə edirlər, damcı-damcı natrium-xloridin izotonik məhlulunu və 5 %-li qlükoza məhlulunu yeridirlər. Qaraciyər komasında həkimin təyin etməsi üzrə damcı üsulu ilə qlükoza məhlulları, steroid hormonlar, vitaminlər yeridilir.
Komatoz halda olan xəstələrə tibb personalının həmişə nəzarət etməsi tələb edilir.



 
                       Miqren zamanı zamanı ilk tibbi yardım
Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları “miqren” adlandırsaq da, bu heç də belə deyil.
Miqren – ciddi xroniki xəstəlikdir. “Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.
Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.
Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa “zəncirləmiş” olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir.
Bəzi xəstələr miqren tutmasından bir qədər (0,5-1 saat) əvvəl aura adlandırılan müəyyən bir əlamətlər (gözlərinin qarşısında müxtəlif yanıb-sönən işıqlar və rəngli ləkələrin əmələ gəlməsi, əllərində zəiflik və titrəmə) hiss edirlər.
Miqren tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay əzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir. Miqren tutmaları istənilən yaşdan başlaya bilər. Ancaq əksər hallarda onlar, 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedirlər.
Miqren əsasən qadın xəstəliyi hesab olunur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən bir neçə dəfə çox təsadüf edilir.
Həkimlərin müşahidələrinə görə miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xisusiyyətlər vardır: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılq, tez hirslənmək, depressiyalara və əhvalın dəyişməsinə meyillilik.
Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Bunun hormonal sfera və immunitetlə əlaqəli olmasına “şübhə” olsa da, sübüt olunmuş nəticələr hələ ki, əldə edilməmişdir. O da məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, çox yəqin ki, siz də bu xəstəliyi irsi olaraq onlardan “alacaqsınız”. Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir (provakasiya edir). Həmçinin, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.
Miqren tutmasını törədən (“provakasiya edən”) 2-ci dərəcəli səbəblər:
- parlaq işıq və ya güclü səs, kəskin iylər;
- havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası;
- qadınlarda hormonal dəyişikliklər (aybaşı, hamiləlik, menopauza);
- yuxunun kifayət qədər olmaması;
- güclü fiziki və əqli gərginliklər;
- uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;
- aclıq;
- bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri, paxlalı bitkilər, pomidor, kərəviz, pendirlər), alkoqol (xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə), kofein və bəzi dərman preparatları (məsələn, arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və s.)
Buna görə də, miqrendən əziyyət çəkən adamlar profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxdında olmaqla düzgün qidalanmalıdırlar. Ümumiyyətlə götürüldükdə isə onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət ərzində açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər.




 
              Burun qanaxması zamanı ilk tibbi yardım
Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və digər xəstəliklər nəticəsində və ya güclü fiziki gərginlikdən ola bilər.
Burun qanaxmasının əsas səbəbi burun boşluğu selikli qişasının tamlığının pozulmasıdır. Burun qanaxmasının mümkün olan səbəblərini yerli və ümumiolaraq iki yerə ayırırlar.


Burun qanaxmasına gətirən yerli proseslərə aiddir:
1) burunun və burundaxili quruluşun zədələnmələrinin bütün növləri (yad cisim düşərkən selikli qişanın zədələnməsi, əməliyyat zədələnmələri, burun boşluğunda həkim manipulyasiyaları da bura aiddir);
2) burun boşluğu selikli qişasını qanla dolduran proseslər (kəskin və xroniki rinitlər (burunun selikli qişasının iltihabı), sinusitlər (burun boşluğunun iltihabı), adenoidlər);
3) burun boğluğu selikli qişasının distrofik dəyişkənliyi (rinitin atrofik forması, burun arakəsməsinin hissediləcək dərəcədə əyilməsi);
4) burun boşluğunda yeni törəmələr (angioma, bədxassəli şiş, spesifik qranulema).
Burun qanaxmalarına gətirən ümumi xarakterli mümkün olan səbəblər kifayət qədər müxtəlifdir:

1) ürək-damar sistemi xəstəlikləri (hipertoniya, ürək qüsuru, boyunda və başda yüksək qan təzyiqində damar anomaliyaları, qan damarları aterosklerozu);
2) koaqulopatiya (qan laxtalanmasının pozulması ilə əlaqədar xəstəliklər), hemarroidal diatezlər və qan dövranı sistemi xəstəlikləri, hipovitaminoz və avitaminoz;
3) kəskin infeksion xəstəlikləri, isti və gün vurması, həddən artıq istilənmə nəticəsində hərarətin qalxması;
4) barometrik təzyiqin qəfil düşüb-qalxması nəticəsində patologiya (uçuş, sualtı üzmə, alpinizmdə patoloji sindromlar);
5) bəzi hormonal disbalanslar (cinsi yetkinlik vaxtı qanaxma, hamiləlikdə qanaxma).
Simptomlar və gedişat
Burun qanamasının birbaşa əlaməti qanın burun pərlərindən kənara axması və ya qanın burundan ağız boşluğuna qayıtmasıdır.
Əgər qanaxma xəstəlik əlamətidirsə, xəstələrdə bu patologiyanın əlamətləri müəyyən olunur.
Xəstələrdə kəskin qanitirmə (qanaxmanın xüsusiyyətlərindən, itirilmış qanın həcmindən, xəstənin yaşından və cinsindən asılı olaraq) əlamətləri baş verir. Kifayət qədər qanitirmədə xəstələr zəiflikdən, qulaqlarda cingiltinin və küyün olmasından, gözlərin qaralmasından, susuzluqdan, başgicəllənmədən, ürəyin sürətlə döyünməsindən şikayətlənirlər. Dərinin və selikli qişanın azacıq avazıması mümkündür.
Burun qanaxmaları lokallaşmaya görə "önə" və "geriyə" olurlar.
"Ön" qanaxma, intensiv deyil, həyat üçün təhlükəli deyil və öz-özünə (qan və damar xəstəlikləri olmazsa) və ya ilk tibbi yardımın tətbiqi nəticəsində dayana bilər.
"Geriyə" burun qanaxmalarında (burun boşluğunun dərin şöbələrində yerləşən iri damarların zədələnməsindən) qan itkisinin həcmi sürətlə artır ki, bu da həyat üçün təhlükəlidir. Belə qanaxmalar öz-özünə nadir hallarda dayana bilər və bu halda xüsusi qan dayandırıcı üsullardan istifadə olunmalıdır.


Diaqnoz
Burun qan axmasının diaqnozunun qoyulması çətin deyil. Əgər xəstənin qanaxmasını müstəqil olaraq dayandırmaq mümkün olmazsa, qanaxmanın səbəblərini aydınlaşdırmaq, aradan götürmək və dayandırmaq üçün onu otolarinqoloji şöbəyə yönəltmək lazımdır.
Burun qanaxmsında xəstənin barmağından kliniki analiz, koaquloqram almaq üçün qan götürülür.

Müalicə
Adi şəraitdə kiçik qanaxma zamanı burunun qan axan pərini arakəsməyə sıxmaq olar. Sonra xəstəni otuzdurub hidrogen peroksid məhluluna batırılmış pambıqla buruna girişi bağlamaq lazımdır. Burunun üstünə və alına soyuq kompress və ya buz qoyulur. Əgər bu tədbirlər kömək etməzsə, burunu təmizləyərək naftizin və ya adrenalin məhluluna batırılmış tampon qoyulur. Ağır qanaxmalarında xəstə hospitallaşdırılır.


                  Məişət və istehsalat zəhərlənməsi zamanı ilk tibbi yardım       
                          Akoqolla zəhərlənmə zamanı ilk tibbi yardım
                       Dərmanlarla zəhərlənmə zamanı ilk tibbi yardım
Zəhərlənmə - orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər orqanizmin müəyyən yerinə və ya ümumiyyətlə bütün orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan asılıdır.
Bütün iti zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı aşağıdakı tədbirlər görülür: 
1) orqanizmdən zəhər olduqca tez kənar edilir, 
2) orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə zərərsizləşdirilir, 
3) tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparılır.
Zəhər ağızdan düşdükdə zəhərlənmənin baş verdiyi yerdə (evdə, istehsalatda) mədəni dərhal yumaq lazımdır, bağırsaqların da təmizlənməsi tövsiyə edilir ki, bu məqsədlə işlətmə dərmanı vermək, imalə etmək olar. Zəhər dəriyə və ya selikli qişaya düşdükdə dərhal mexaniki üsulla kənar edilməlidir. Dezintoksikasiya üçün həkimin təyinatına gör dərialtına və venaya qlükoza, natrium-xlorid, hemodez, poliqlükin və s. məhlulları yeridilir. Lazım gəldikdə sürətləndirilmiş diurez tətbiq edilir: eyni zamanda 3 - 5 l maye və tez təsiredici sidik artıran dərmanlar yeridilir. Zəhərin zərərsizləşdirilməsi üçün, zəhərlənmənin xarakterindən asılı olaraq spesifik antidotlardan - unitiol, metilen abısı və s. istifadə edilir. Tənəffüsün funksiyasının və qan dövranının bərpa olunması üçün oksigen, ürək-damar dərmanları, tənəffüs analeptikləri, aparat vasitəsilə tənəffüs də daxil olmaqla, süni nəfəsaldırma tətbiq edilir.
Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq - ürək bulanması, bərk zəiflik, pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir. Qusma qarın işləməsi ilə müşayiət olunur, xəstənin qarnı tez-tez işləyir, ifrazat çox və duru konsistensiyalı olur, bəzən tərkibində selik görünür. Eyni zamanda qarında sancı şəklində ağrılar baş verə bilər. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur.
Təxirəsalınmaz yardım mədənin qida qalıqlarından tamamilə təmizlənənə, saf su çıxana qədər yoğun zondla yuyulması ilə başlanır. Zond salmaq mümkün olmadıqda xəstəyə stəkanla su içirdirlər və sonra əsnəyini (udlaq girəcəyini) barmaqla qıcıqlandıraraq qusma əmələ gətirirlər. Xəstə qusduqdan sonra ona qarın işlətmə duzları (400 - 500 ml suda 20 - 30 q maqnezium-sulfat və ya natrium sulfat) içirdirlər. Xəstəni yataqda uzadıb qarnına isitqac qoymaq lazımdır. Ağrılar olduqda 5-7 damcı 0,1 %-li atropin-sulfat və ya 0,015 q xanımotu (belladonna), bəzən atropin (0,5 - 1 ml 0,1 %-li) məhlulunu dəri altına yeritmək olar. Kollaps baş verdikdə ürək damar dərmanları: 2 ml 25 %-li kordiamin məhlulu, 2 ml 20 %-li kamfora məhlulu, 1 ml 10 %-li kofein məhlulu, 1 ml 1 %-li mezaton məhlulu dəri altına yeridilir. Orqanizm susuzlaşdıqda və elektrolitləri itirdikdə 500 - 1000 ml, natrium-xloridin izotonik məhlulunun damcı üsulu ilə dəri altına və ya venaya yeridilməsi təşkil edilməlidir. Eyni zamanda venaya 10 - 12 ml 10 %-li natrium xlorid məhlulu yeridilməlidir. İntoksikasiya və susuzlaşma simptomlarının kollaps əlamətləri ilə birləşməsi, hökmən damcı üsulu ilə venaya mayelərin (5 %-li qlükoza ilə birlikdə natrium-xlorid izotonik məhlulunun) yeridilməsini və ürək-damar dərmanlarının (kofein, mezaton; 0,5 - 1 ml 0,2 %-li noradrenalin məhlulunu damcısalan pipetkaya əlavə edirlər) yeridilməsini tələb edir.
Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 - 2 gün ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma rejimi tədricən genişləndirilir.

Məişət və istehsalat zəhərlənmələri. Alkoqol. Ondan sui-istifadə edilməsi - məişət zədələnmələrinin ən çox təsadüf olunan səbəbidir. Alkoqolla (narkoz zəhəri ilə) zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zaman ağızdan və qusuntu kütləsindən səciyyəvi alkoqol iyi gəlir. Bəbəklər əvvəl daralır, onların işığa və ya buynuz qişa refleksinə reaksiyası mühafizə olunur, daha dərin intoksikasiyada bəbəklər genişlənir, onların işığa və buynuz qişa refleksinə reaksiyası olmur. Bu zaman tənəffüsün dərin olması, nəbzin tez-tez vurması qeyd edilir, ağır intoksikasiya zamanı arterial təzyiq aşağı düşür.
Təxirəsalınmaz terapiyaya yoğun zond vasitəsilə mədənin yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması üçün dərialtına kofein (1 - 2 ml 20 %-li məhlulu) yeridilməsi, habelə venaya təzəcə hazırlanmış 400 - 600 ml 4 %-li natrium-bikarbonat məhlulunun yeridilməsi aiddir. Alkoqol koması halında olan xəstənin dilinin dala əyilib içəriyə düşməsinin qarşısını almaq üçün alkoqol koması vəziyyətində olan xəstənin dilinə dil tutqacı qoyulmalıdır. Arterial təzyiqin aşağı düşməsi və susuzlaşma zamanı venaya 1-2lnatrium-xlorid izotonik məhlulu və ya 5 %-li qlükoza məhlulu yeridilməlidir.
Karbon 2 oksid dəm, işıq və generator qazlarını tərkibində olur. Zəhərlənmə mərkəzi sinir sisteminin zədələnmə simptomları ilə xarakterizə olunur. Bu simptomlar - qulaqlarda küy, başağrısı, başgicəllənməsi, ürək bulanması, qusma, bərk zəifləmə, şüur pozğunluğu, sonra dərin koma baş verməsindən ibarətdir.
İlk yardım: zərərdidəni xarab olmuş havadan dərhal uzaqlaşdırmalı, oksigen, karbogen inhalyasiyası, göstəriş olduqda süni tənəffüs, o cümlədən aparat vasitəsilə süni tənəffüs keçirilməlidir.
Bu zəhərlənmənin antidotu metilen abısıdır. Onu xromosmon preparatı ilə (metilen abısının qlükozada hazırlanmış və ampullara tökülmüş məhlulu) 50 - 100 ml miqdarında venaya yeridirlər.
Sirkə essensiyası. Sirkə essensiyası içilməsi nəticəsində ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, mədənin selikli qişasının yanığı və ümumi intoksikasiya baş verir. Yanıq udma aktının pozulması, ağızda və qida borusu yolunda bərk ağrı ilə müşayiət olunur. Turşu sorulması hemolizə, qaraciyərin zədələnməsinə və aydın görünən asidoza səbəb olur. Zəhərlənmənin ilk dəqiqələrindən eritrositlərin dağılma məhlulları sidiyə qarışdığına görə, o albalı rəngi alır. Anuriya inkişaf edə bilər.
Təxirəsalınmaz yardım mədənin yuyulması ilə başlanır. Bu tədbir ancaq assensiya qəbul edilməsindən sonrakı ilk 1 - 2 saat ərzində (adətən, zond işlədilmədən) keçirilməlidir. Mədənin yuyulması üçün ən yaxşı vasitə 2 %-li natrium-bikarbonatdan (içməli sodadan) istifadə edilməsidir. Asidozla mübarizə üçün :500 - 600 ml.4 %-li natrium-bikarbonat (soda məhlulunu) damcı üsulu ilə venaya yeridirlər, diurezi artırmaq üçün təkrar 10 ml 24 %-li eufillin məhlulu və başqa sidikartıran dərmanlar, ağrılar olduqda da promedol yeridilir. Parenteral qidalanma tətbiq edilir.
Fosfor - üzvi birləşmələr (xlorofos, tiofos, karbosof və s.). Bu maddələrin istehsalatda və məişətdə geniş tətbiqi onlarla zəhərlənmə hadisələrinin artmasına səbəb olur. Zəhərlənmə simptomları, bir qayda olaraq, zəhərlə təmasdan sonrakı birinci saat ərzində təzahür edərək ağız suyu axması, qusma, qarın işləməsi, bəbəklərin daralması, bronxların spazmı və bronxial vəzilərin güclü sekresiyası nəticəsində təngnəfəslik baş verməsindən ibarət olur. Zəhərlənmənin gec büruzə edən mərhələlərində əzələlərin, o cümlədən tənəffüs əzələsinin iflici və burun nəticəsində təngişmədən gələn ölüm baş verir.
Təxirəsalınmaz yardım tədbirləri: - atropin yeridilir, mədə yuyulur (fəallaşdırılmış kömür və ya karbolen əlavə edilməklə), lazım gəldikdə süni tənəffüs keçirilir. Diaqnozdan şübhə edilmədikdə eyni zamanda 3 - 5 ml 0,1 %-li atropin məhlulu yeridilir.

Dərmanlarla zəhərlənmə. Barbituratlar. Bu qrupdan olan yuxu dərmanları ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir. Yuxu dərmanının böyük dozasını qəbul edilməsindən 30 - 60 dəqiqə keçdikdən sonra yuxuculluq, zəiflik, səmtirləmə, nitqin pozulması baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və koma halı başlanır.
Təxirəsalınmaz tədbirlər: mədəni yoğun zondla yuyur, sonra qarın işlədici duzlar verir, təmizləyici imalə, qoyulur. Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi zaman - süni tənəffüs keçirilir. Sorulmuş zəhərin kənar edilməsi üçün sürətləndirilmiş diurez tətbiq edilir.
Barbituratlarla zəhərlənmə hallarında yataq yaraları və pnevmoniyaların erkən qarşısı alınması xüsusilə çox əhəmiyyətlidir.
Atropin (xanımotu, belladonna, belloid, bellaspon və s.). Tərkibində tropin olan dərman preparatları və bitkilərlə (xanımotu, batabat, dəlibəng ilə) zəhərlənmə zamanı bəbəklərin genəlməsi və görmə pozğunluğu, ağızda bərk quruluq, ürək döyünməsi, üzün hiperemiyası, səs xırıltısı, psixi pozğunluqlar, yuxu ilə növbələşən həyəcanlılıq hallüsinasiya (xəyali görmə), sayıqlama müşahidə olunur. Ağır zəhərlənmə baş verdikdə xəstə koma halın düşərək tənəffüsün və qan dövranının pozulması nəticəsində ölə bilər.
Təxirəsalınmaz yardım tədbirləri: mədənin fəallaşdırılmış kömür (karbolen) əlavə edilmiş su ilə yuyulması, dəri altına 1 ml 0,05 %-li prozerin məhlulu yeridilməsinin təkrarlanması, həyəcanlanmanı və qıcolmaları aradan qaldırmaq üçün əzələyə 2 ml 2,5 %-li aminazin məhlulu yeridilir, sorulmuş zəhəri kənar etmək üçün sürətləndirilmiş diurez tətbiq edilir.
Neyroleptiklər - aminazin, triftazin, levomepromazin (tizersin) və s. Bu dərmanların toksik dozalarının qəbul edilməsi nəticəsində zəiflik, yuxuculuq, başgicəllənməsi əmələ gəlir, sifət maska şəkli alır, çox keçmədən başlayan yuxu bir sutkadan artıq davam edir. Bəbəklər daralır, bəzən əzələnin dalbadal dartılması müşahidə edilir. Ağır zəhərlənmələr zamanı komatoz hal inkişaf edir, tənəffüs pozulur və bunlar ölümə gətirib çıxarır.
Təxirəsalınmaz yardım tədbirləri: mədəni mümkün qədər tez zondla yuyurlar. Yuduqdan sonra mədəyə həmin zond vasitəsilə işlətmə duzu daxil edirlər. Təmizləyici imalə keçirilir. Oksigenlə terapiya aparılır. Həkimin təyinatı üzrə sürətləndirilmiş diurez tətbiq edilir, plazmanın qələviləşdirilməsi üçün venaya 4 %-li natrium-bikarbonat (soda) məhlulu yeridilir; tənəffüs pozulduğu hallarda süni tənəffüs keçirilir. Onu aparat vasitəsi ilə keçirmək olar.
Antihistamin preparatlar - dimedrol, diprazin (pipolfen), suprastin və s. Bu dərmanlarla zəhərlənmə simptomları onlar qəbul edildikdən 10 dəq. - 1 ½ saat sonra təzahür edir. Bu simptomlar: əzginlik, yuxuculluq, səmtirləmə, dolaşıq nitqdən ibarətdir. Qulaq batması, hərəki və psixi həyəcanlılıq hallüsinasiya ilə əvəz oluna bilər, sonra yuxuya gedərək xəstə 10-12 saat yatır. Sifətin və bədənin qızarması, dəridə və görünən selikli qişalarda qurululuq müşahidə olunur. Tənəffüs və nəbz vurması sıxlaşır. Ağır zəhərlənmə halları komaya səbəb olur.
Təxirəsalınmaz yardım tədbirləri: mədəni yoğun zondla yuyur, işlətmə duzu verir, təmizləyici imalə qoyur və oksigen terapiyası keçirirlər. Həkimin təyin etməsi üzrə parenteral (bilavasitə) içəriyə maye daxil edilir və sürətləndirilmiş diurez tətbiq edilir.
Trankvilizatorlar - xlordiazepoksid (elenium), diazepam (seduksen), oksazepam (tazepam). Bu dərmanların toksik dozasının qəbul edilməsindən 1 - 1 ½ saat keçdikdən sonra getdikcə artan əzələ zəifliyi, yuxuculluq, başgicəllənməsi, yerişin, nitqin pozulması baş verir. Ağır hallarda koma inkişaf edir və o ölüm təhlükəsi törədir.
Təxirəsalınmaz yardım: mədəni yoğun zondla təkrar-təkrar yuyurlar: həkimin təyinatı üzrə sürətləndirilmiş diurez aparır, tənəffüs pozulduğu zaman süni tənəffüs keçirirlər.
 

                Qida zəhərlənməsi zamanı ilk tibbi yardım zəhərlənməsi - bakteriyalarviruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.
    Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yol aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır.
     Zəhərlənməyə səbəb nədir? - Köhnə, təmizliyinə və saxlama qaydalarına əməl etmədiyimiz qidalar. Qida zəhərlənməsi, əsasən, ərzaq məhsullarının gigiyenik qaydalara uyğun saxlanılmaması və tərkibinə mikrob daxil olması nəticəsində baş verir. Yeməklərin istifadə vaxtına riayət edilməməsi, meyvə-tərəvəzlərin lazımınca təmizlənməməsi də zəhərlənməyə şərait yaradır. Süd və süd məhsulları, kremli, mayonezli, yumurtalı yeməklər, münasib şəraitdə saxlanılmayan ət və dəniz məhsulları da tez xarab olur. 
     Nə etmək lazımdır? Gündəlik istifadə edilən ət, toyuq, süd kimi məhsulları saxlayarkən aralarında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirin. Çünki 1 kq toyuq ətinin yanına qoyulmuş 100 qramlıq keyfiyyətsiz ət toyuq ətinin də keyfiyyətini poza bilər. Xüsusilə, rütubət mikrobların inkişafı və çoxalması üçün şərait yaradır. Yeməklər təmiz şəraitdə hazırlansa, təmiz yerdə saxlansa, zəhərlənmə də olmaz. 
Kanalizasiya suları qarışmış suda meyvə-tərəvəz yuyuruqsa, zəhərlənmə ehtimalı daha çox olur. Dizenteriya, tif, hepatit A kimi xəstəliklər də belə şəraitdə yayılır. Ümumiyyətlə, təmizliyinə şübhə etdiyimiz hər bir qida və içki zəhərlənməyə yol açır. 
     Zəhərlənmə özünü necə büruzə verir? Qida zəhərlənməsi 2-10 gün arasında özünü göstərir və ishal, ürəkbulanması, qusma, sancılar, qızdırma ilə müşahidə olunur. Bəzən eyni yeməyi iki nəfər yesə də, biri zəhərlənir, o birisi isə yox. Bu, yaşdan, orqanizmdən və zəhərlənməyə səbəb olan bakteriyalardan, immunitet sistemindən asılıdır. 
Bundan başqa, xəstə mütləq həkimə çatdırılmalıdır. Çünki qida zəhərlənməsi orqanizmi təhlükə altına ala bilər. Qusma və ishal nəticəsində orqanizmdə su itkisi olduğundan ölümlə nəticələnir. Zəhərlənmə aradan qaldırıldıqdan sonra orqanizmin su itkisini təmin etmək və enerjinin bərpası üçün şirin qidalar və bol miqdarda sudan istifadə etmək tövsiyə olunur.
      Ən ağır bakterial qida zəhərlənmələrindən biri Botulizmdir. Bu zəhərlənmələr 20% hallarda ölümlə nəticələnir. Botulizm  törədiciləri təbiətdə geniş yayılmışdır və torpaqda sporları uzun müddət yaşama qabiliyyətini saxlaya bilir. Sporlar müxtəlif ərzaq məhsullarına düşərək (tərəvəzlərə, toxumlara, taxıl məhsullarına, ətə) onları yoluxdura bilər. Qeyd etmək lazımdır ki, botulizm törədicilərinin çoxalması və inkişafı ancaq anaerob (oksigensiz) mühitdə mümkündür. Ona görə də botulizmlə zəhərlənmə ən çox ev şəraitində hazırlanmış  konserv məhsullarından, kolbasadan, vetçinadan, balıqdan baş verir. Xəstəlik çox vaxt kəskin başlayır, əzginlik, baş ağrıları, mədədə yanğı hissi, ürəkbulanma, çoxsaylı qusma və ishal olur. Daha sonra botulizm üçün spesifik simptomlar qoşulur: görmənin ikiləşməsi, göz qapaqlarının sallanması, bəbəklərin daralması, udma, çeynəmə, nitq qabiliyyətinin pozulmaları belə əlamətlərdəndir.
   Botulizmin profilaktikası üçün, ərzaq məhsullarının qışa hazırlanması və konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitar-gigiyenik norma və qaydalara ciddi riayət etmək lazımdır. Vaxtı keçmiş, bulanıq və qapağı qalxmış konserv məhsullarını qətiyyən istifadə etmək olmaz. Meyvə və tərəvəzlər ev şəraitində konservləşdirilərkən son dərəcə diqqətlə təmiz yuyulmalıdır. Əgər bu cür şübhəli ərzaq məhsulları qəbul etmiş qrup halında və tək-tək şəxslərdə mədə-bağırsaq pozğunluqları müşahidə edilərsə, dərhal xəstəxanaya müraciət etmək lazımdır. Qalan ərzaq dərhal istifadədən çıxarılmalı və bakterioloji müayinə üçün laboratoriyaya verilməlidir.
    Bundan başqa qeyri-mikrob mənşəli qida zəhərlənmələri də mövcuddur ki, bunlara az təsadüf edilir, lakin daha ağır keçir və bəzən də ölümlə nəticələnir. Qeyri-mikrob mənşəli qida zəhərlənmələrinə zəhərli göbələklə zəhərlənmələr, alaq otlarından zəhərlənmələr, arı balı ilə zəhərlənmələr, ərzaq məhsullarına zəhərli kimyəvi maddələrin qarışmasından baş verən zəhərlənmələr və s. aiddir. Bunlardan ən çox rast gəlinəni zəhərli göbələklərin qəbulundan baş verən zəhərlənmədir ki, buna da səbəb yeməli göbələklərin zəhərli göbələklərlə səhv salınmasıdır. Bu cür halların qarşısını almaq üçün təsadüfi adamlardan göbələk almamalı, ancaq yeməli olduğuna əmin olduğunuz növ göbələkləri əldə etməlisiniz.
     Zəhərlənmələrdən qorunmaq üçün aşağıdakı qaydalara nəzər salaq: 
1. Yemək bişirilərkən 1 saat ərzində yeyilməlidir. 
2. Tərkibində başqa maddə olmayan təbii yeməklərdən istifadə edin. 
3. Yemək və içkilər mümkün qədər açıq yerdə saxlanmamalıdır. 
4. Məhsulların son istifadə tarixinə diqqət yetirin. 
5. Yeməklər yenidən qızdırıldıqda qaynama nöqtəsinədək qızdırılmalıdır. 
     Qida zəhərlənmələrinin  uşaqlar arasında daha çox yayılmasının qarşısının alınmasında təkcə sanitar orqanların deyil, valideynlərin də nəzarəti mühüm rol oynayır. Valideynlər aldıqları ərzaqlara  diqqət yetirməli, tərkibini və ən əsası buraxılış tarixini nəzərdən keçirməlidir. Sertifikati olmayan ərzaqdan imtina edən insan bu kimi hallarla qarşılaşmaz.
                                         Zəhərlənmə Nədir?
 
Hər hansı bir kimyəvi, üzvi və ya fiziki maddə bədənə girdikdən sonra xüsusiyyətinə görə yerli və ya ümumi ziyan meydana gətirərək, ölümə səbəb ola bu maddəyə zəhər, hadisəyə isə zəhərlənmə deyilir.
 
Əlamətlər:
 - Sancılan, dişlənilən, təmas edilən yerdə qızartı, şişlik, gərginlik, ağrı və qaşınma
 
 
Ümumi əlamətlər:
 
- Bədən istiliyinin yüksəlməsi (atəş),
 - Bütün bədəndə qızartı, səpki, qaşıntı,
 - Tənəffüs çətinliyi, sürətli və zəif atan nəbz,
 - Baş ağrısı, qulaq zingildəməsi, 
- Halsızlıq, özündən keçmə, inkişaf edən şüur ​​itkisi,
 - Şok, ölüm.
 Zəhər, bədənə bilərək (qəsd) və ya bilinmədən (təsadüfi), dörd yoldan alına bilər:
 1-Həzm, 2-Tənəffüs, 3-Dəri və 4-Qan yolu ilə, olmaq üzrə.
 
Həzm Yolu zəhərlənmələri
 
Ağız yolu ilə alınan hər cür zəhər təsiri edən maddələrlə meydana gəlirlər; bayat qidalar, dərmanlar, spirt, korozif (yandırıcı, tahriş edici) maddələr ya da allergik təsir edən maddələr və s.
  
İlkyardım:
-         Əgər zəhərin alınması üzərindən hələ 30 dəqiqə keçməmişsə, o zaman qusdurulur.
 
QUSDURMAQ ÜÇÜN: 
 
- Zəhərlənən adamın öz barmağı ilə dilinin arxasina basıb öyümə refleksini xəbərdar edərək qusmasını təmin etməkdir,
 
- İstiyə yaxın ilıq su içirərək də qusdurula bilər (adam stəkanı özü tutaraq içməlidir! Başqası tərəfindən içirilməməlidir!).
  
QUSDURULMAYACAQ VƏZİYYƏTLƏR
 
-Turşu və ya bazik maddə (korozif maddə) tərkibli mayelər içilmişsə,
 - Neft məhsulları içilmişsə,
 - Şüuru bağlı isə.
 -Qusdurulduqdan sonra soyuq ya isti olmayan su içirdiləcəkdir, qusdurulmayacaq hallarda da yenə su içirdiləcəkdir.
 -Xəstəxanaya götürülür, xüsusilə korozif maddə içmiş kəslərin mütləq xəstəxana müalicəsinə ehtiyacları vardır:
  -Nə ediləcəyinə qərar verilə bilməyən vəziyyətlərdə mütləq zəhər məsləhətçi MƏRKƏZİ ilə əlaqə yaradılmalıdır.
 
Mərkəzlə danışmadan əvvəl aşağıdakı məlumatlar toplanmalıdır:
 
 - Zəhərlənmə nə ilə meydana gəldi, dərman qutusu varsa yanınızda olmalı,
 - Qutuda / şüşədəki miqdar nə qədər qalmış, daha əvvəl nə qədərmiş, ətrafa dağılmışmı?
 - Zəhər nə zaman alınmış, xəstənin vəziyyəti necədir?
  
Qida  zəhərlənmələri
 
Bakteriya və ya bakteriya ifrazatları (toksinləri) ilə ibarət olan zəhərlənmələrdir. Bulanma-qusma, sancı şəklində qarın ağrısı və ishal (diyarə) ilə biruzə verir. Bunlar:
 
 Salmonella:
 
 Yoluxma (infeksiya bulaşmış) ət, süd və yumurta ilə yoluxma.Yedikdən 12-24 saat sonra ani ürək bulanma-qusma, qarın ağrısı, ishal ilə özünü göstərir.
 
Müalicə:
 
Hər hansı bir müalicəsi yoxdur. 2-3 gündə özbaşına keçər. Antibiotik verilmir.
 Həddindən artıq ishal və qusmağa bağlı olaraq dehidratasiya əmələ gəlmişsə su verilərək itirilən maye yerinə qoyulur.
  Yemək hazırlanarkən qabların təmiz olmasına diqqət edilir və yaxşı bişirilirsə salmonella infeksiyası önlənə bilər.
 STAFİLOKOKK:
 Ən sıx rast gəlinən qida zəhərlənilməsidir. Karbohidratlı, südlü və şəkərli yeməklərin yeyilməsi nəticəsində əmələ gələr. Məsələn: pudinq, dondurma, mayonez kimi. Yedikdən 2-6 saat sonra ürək bulanma-qusma ilə özünü göstərir (ishal nadir olaraq görülər).
 Müalicə: 
Hər hansı bir müalicəsi yoxdur. 4-6 saatda özü keçər.
 Qarşısını almaq üçün; xüsusilə südlü şiriniyyatlar və qaynadılmadan bişirilən yeməklər hazırlandıqdan sonra uzun müddət, sobada və ya isti listdə gözlədilməməlidir.
 Clostridium PERFRİNGENS:
 Böyük miqdarda hazırlanan yeməklərin otaq istiliyində, təsirsiz buxarda gözlədilməsi və ya kifayət qədər soyuq mühitdə mühafizə edilməməsi nəticəsində meydana gələr. Və ya mikroorqanizmlərin bulaşdığı balıqlarla xəstəlik ortaya çıxar. Yedikdən 8-10 saat sonra ürək bulanma, qarında sancı şəklində ağrı və ishal ilə özünü göstərir.
 Müalicə:   
24 saata qədər özbaşına yaxşılaşar.
 * Dehidratasiya nəzarət altına alınır, xəstəyə, daha əvvəl də bəhs edildiyi kimi bol maye içirdiləcəkdir və bu vaxt duz və elektrolit itkisini yerinə qoymaq üçün də bir stəkan suya bir miqdar duz və çay sodası qoyularaq içirdilməlidir. Ya da bu məqsədlə kola, duzlu ayran, meyvə suları, mineral su içirilə bilər. Mümkün olduğunca bütün maye itkisi bu içkilərlə qarşılanmayıb su ilə dəstəklənməlidir.
 
Yaxşı yuyulmamış, yemek dibi qalmış qabları ümumiyyətlə qida zəhərlənməsinə gətirib çıxaran ən əhəmiyyətli faktordur.
 Cl. Botulinum (BOTULİSMUS):
 Çox zaman yaxşı konservləşdirilməmiş yeməklərin yeyilməsi nəticəsində görülən ən təhlükəli (hətta ölümcül) olan qida zəhərlənilməsidir. Yeyildikdən 24 saat sonra yaranar. İshal görülməz, qəbizlik (konstipasion) ola bilər. Botulismusta, sinirlərdən əzələlərə gedən xəbərdarlıqlar dayanır və bunun nəticəsində şiddətli halsızlıq, paralizi (qüvvət itkisi) və ölüm görülə bilməkdədir.
 
Əlamətləri: Ağız və boğaz quru və ağrılıdır, 
- Adam görmədə çətinlik çəkər (cüt görmə, bulanıq görmə ola bilər) 
- Yorğunluq, udma və danışma çətinliyi
 -Halsızlıq və ya qüvvət itkisi
 - Göz hərəkətlərində məhdudiyyət, göz bəbəklərində genişləmə 
- Tənəffüs əzələlərində iflici, tənəffüs çətinliyi
 - Adamlarla, başın ön hissəsində hiss edilən baş ağrısı
 İlk yardım.
 Imkan varsa oksigen verilir
* Lazımdırsa süni tənəffüs edilir
  Təcili olaraq xəstəxanaya aparılmalıdır. Mütləq antitoksin edilməsi lazımdır.
 Dehidratasiya: Həddindən artıq qusma və ishal nəticəsində, bədəndən çox miqdarda maye və elektrolit itkisi olar. Buna bağlı olaraq dəri, dodaqlar və dil quruyar. Dərinin quruluğunu anlamaq üçün əl üzərindəki dəri, baş barmaq və işarə barmağı arasında tutulur, buraxıldığında  dəri dərhal köhnə halını alırsa o zaman problem yoxdur, əgər köhnə halını almaq müddəti uzanarsa, o zaman çox miqdarda maye itkisi vardır və dərhal müalicə edilməzsə hipovolemik şok əmələ gələ bilər.
 QEYD:
Əgər zəhərlənmə baş veribsə ev şəraitində zəhərin qan keçməsinin qarşısını almaq üçün  mədəni yumaq lazımdır.Bunun üçün də 3 litr su içilməlidi(yaşlı insanın mədəsi 3 litr həcm tutur).Suyu dayanmadan fasilə vermədən içmək lazımdır.Bu zaman onikibarmaq bağırsaq zəhəri sora bilmir və nəticədə zəhər qana keçmədən su ilə axıb gedir, Qeyd edim ki, maddələr qana onikibarmaq bağırsaqdan sorulur
 
 

                                     
                        Pnevmotoroks  zamanı ilk tibbi yardım
Pnevmotoraks (от yun. πνεῦμα — hava, və θώραξ — döş qəfəsi) plevranın tamlığının bu və ya digər səbəblərdən pozulması nəticəsində plevra boşluğuna havanın toplanması. Pnevmotoraks spontan yəni öz-özünə və travmalar nəticəsində, bu və digər tibbi müdaxilələr: mərkəzi venoz kateter qoyularkən, regional anesteziya: bazu kələfinin blokadası aparılarkən yatrogen yolla meydana çıxa bilər.

Növləri

Qapalı

Pnevmotoraksın ağırlığına görə ən yüngül forması sayılır, bu zaman bu və digər səbəbdən plevra boşluğuna hava dolmuş olur və sabit olaraq qalır və ətrafla heç bir əlaqəsi olmur. Bəzən müdaxiləyə ehtiyac olmadan hava sovrularaq ağciyərin büzülmüş hissəsi ya atelektazlar öz-özünə açılmış olur.

Açıq

Açıq pnevmotoraks zamanı plevra boşluğu xarici mühitlə əlaqədə olur. Buna görədə plevra daxilində atmosfer təzyiqinə müvafiq müsbət təzyiq olur, nəticədə ağciyər büzülmüş olur və tənəfüsdə iştirak etmir və onda qazlar mübadiləsi getmir. Normada plevra daxilində təzyiq mənfidir.

Qapaqlı

Qapaqcıqlı ya ventil pnevmotoraks zədə qapısından havanın bir istiqamıtdı buraxılmasına səbəb olan qapaqcıq strukturlarının əmələ gəlməsi ilə meydana çıxmış olur. Bu zaman plevra boşluğuna daxil olan hava ventil nəticəsində geriyə xaric ola bilmir. Nəticə etibarilə hər tənəffüs aktı zamanı daxil olan havanın təsirindən plevradaxili təzyiq get-gedə artaraq plevrapilmonal şoka səbəb olur. Ventil ya qapaqcıqlı pnevmotoraks ən aır forma sayılır. Bu zaman təzyiq nəticəsində divararalığı üzvlərinin xüsusən magistral damarların yerini dəyişməsi onlarda funksiya pozğunluqlarına səbəb olur.
 plevral boşluqda döş qəfəsinin divarı və ağ ciyər arasında döş qəfəsinin və ya ağ ciyərin travmasıyla bronx budaqlarından birinin zədələnməsi nəticəsində havanın əmələ gəlməsidir. Adətən 20-40 yaş arası rast gəlir.
Pnevmotoraksın səbəbləri nədir? döş qəfəsinin qapalı travması: qabırğa qırıqlarıyla ağ ciyərin zədələnməsi;
˗ döş qəfəsinin açıq travması: daxil olan yaralar;
˗ yatrogen zədələr (müalicəvi və ya diaqnostik müdaxilənin fəsadı): körpücük sümüyü altındakı damarın kateterizasiyasına cəhd edərkən, akupunktura zamanı, qabırğarası sinirin blokadası zamanı, plevral punksiya zamanı;
˗ spontan pnevmotoraks;
˗ qeyri spesifik pnevmotoraks: bullaların partlaması (ocaqlı bullyoz emfizema), kistaların açılması, ağ ciyər absesinin plevral boşluğa açılması (piopnevmotoraks), qida borusunun spontan partlaması;
˗ vərəm mənşəli pnevmotoraks: kavernanın açılması, kazeoz ocaqların partlaması;
˗ süni pnevmotoraksı müalicə məqsədiylə ağ ciyər vərəmi olduqda, diaqnostika məqsədiylə torakoskopiya zamanı və döş qəfəsinin törəmələrinin diferensial diaqnostikası üçün yaradırlar.
Pnevmotoraksın hansı növləri var?
Ətraf mühitlə əlaqəsinə görə növləri:
Qapalı pnevmotoraks - plevral boşluğa bir qism qaz düşür, lakin çoxalmır. Ətraf mühitlə əlaqə yoxdur deyə, qazın sonrakı daxil olması kəsilir. Pnevmotoraksın ən yüngül növü sayılır, çünki hava potensial olaraq tədricən öz-özünə plevral boşluqdan sovrula bilər, nəticədə ağ ciyər öz formasına qayıdır.
Açıq pnevmotoraks - döş qəfəsində ətraf mühitlə rahat əlaqəsi olan dəliyin mövcudluğu nəticəsində plevral boşluqda atmosfer təzyiqə bərabər olan təzyiq yaranır. Bu halda ağ ciyər çökür, çünki onun öz formasında qalması üçün ən vacib şərt - plevral boşluqda mənfi təzyiqdir. Çökmüş ağ ciyər tənəffüsdə iştirak etmir, onun daxilində qaz mübadiləsi baş vermir, qan oksigenlə zənginləşmir.
Qapaqlı (“gərgin”) pnevmotoraks – Plevral boşluqda havanın proqressivləşən yığılması. Bir tərəfli olaraq (ağ ciyər və ya ətraf mühitdən plevral boşluğa) hava buraxan qapaqlı strukturun əmələ gəlməsi nəticəsində, hava boşluqdan geri çıxa bilmir. Hava nəfəs alma zamanı daxil olur, nəfəs verdikdə isə, özünə geriyə yol tapmayaraq, boşluqda qalır. Qapaqlı pnevmotoraks üçün triada xarakterdir: viyərin tənəffüs prosesindən çıxarılmasına, habelə plevranın sinir sonluqlarının qıcıqlandırılmasına və plevropulmonal şokla nəticələnən müsbət plevradaxili təzyiq; divararası orqanlarının davamlı yer dəyişməsi, hansı ki, ilk öncə iri damarları sıxaraq arqanların funksiyalarını pozur; kəskin tənəffüs çatışmazlığı.
Plevral boşluqdakı havanın həcmindən və ağ ciyərin çökməsi dərəcəsindən asılı olaraq, tam və ya hissəvi pnevmotoraks.
İlkin yardım göstərilmədikdə ikitərəfli tam pnevmotoraks tənəffüs funksiyasının kritik pozulmasına görə sürətli ölümlə nəticələnməyə səbəb olur.
Pnevmotoraksın simptomları
Kliniki təzahürlər xəstəlyini əmələ gəlmə mexanizmindən, ağ ciyərin çökməsi dərəcəsindən və onu törədən səbəbdən asılıdırlar.
Xəstəlik fiziki gərginlikgən, öskürək tutmasından sonra və ya görünən səbəb olmadan kəskin olaraq döş qəfəsində güclü sancılı ağrılar başlayır, hansı ki, boyuna, qollara, bəzən qarnın yuxarı hissəsinə yayılır, nəfəs alarkən, öskürərkən və ya döş qəfəsinin hərəkəti zamanı artır, tənəffüs çətinliyi və quru öskürək olur. Xəstə tez-tez və səthi olaraq nəfəs alır, güclü təngnəfəsliyi olur, “hava çatmamasını” hiss edir. Dəri örtüklərinin solğunluğu və ya göyərməsi (sianozu) olur, əsasən də üzün.
Açıq pnevmotoraks zamanı xəstə zədələnmiş tərəfdə uzanır və yaranın üstündən bərk sıxır. Yaranı müayinə etdikdə havanın sovrulması səsi eşidilir. Yaradan köpüklü qan ifraz oluna bilər. Döş qəfəsinin hərəkətləri assimetrikdir.
Fəsadlar
Tez-tez rast gəlir (50% hallarda). Fəsadlara aiddir: ağ ciyər toxumasının cırılması nəticəsində plevradaxili qan axmalar, “riqid” ağ ciyərin əmələ gəlməsiylə seroz-fibrozlu pnevmoplevrit (şvartların – birləşdirici toxuma mənşəli iplərin əmələ gəlməsi səbəbindən ağ ciyər düzələ bilmir), plevranın empiyeması (irinli plevrit, piotoraks). Qapaqlı (“gərgin”) pnevmotoraks zamanı dərialtı emfizema (dəri altında və dərialtı toxumada cüzi miqdarda hava yığılması) əmələ gələ bilər.
Xəstələrin 15-50%-da pnevmotoraksın təkrarlanması baş verir.
Siz nə edə bilərsiniz?
Pnevmotoraks zamanı ilkin yardım
Pnevmotoraksdan şübhələndikdə dərhal təcili yardım çağırmaq və ya həkimə müraciət etmək lazımdır, çünki fovqəladə vəziyyət, əsasən də qapaqlı pnevmotoraks olduqda, təcili yardım göstərilmədikdə ölümlə nəticələnə bilər.
Əgər açıq pnevmotoraksdırsa, onu, döş qəfəsinin açıq yarasına germetik hava keşirməyən sarıq (“okklüzion sarıq”) qoymaqla, qapalı pnevmotoraksa çevirmək lazımdır. Məsələn, bunu müşəmbəli materialdan və ya zədələnməmiş germetik polietilen plyonkayla etmək olar, qalın pambıq-tənzif sarığı da uyğundur.
Həkim nə edə bilər?
Sizin həkiminiz döş qəfəsinin ətraflı baxışını aparacaq ki, mümkün olan yaranı aşkar edə bilsin. Bunadan sonra bütün lazımi müayinələri təyin edəcək, həmçinin, ilk növbədə, döş qəfəsi orqanlarının rentgenoqrafiyasını.
Pnevmotoraksın müalicəsi daxil edir:
˗ təcili cərrahi şöbəyə yatırılmanı;
˗ plevral boşluqdan havanı sovurmaqla pnevmotoraksın aradan qaldırılması və boşluqda mənfi təzyiqin yaradılması.
Qapalı pnevmotoraks müsbət keçir və tədricən sovrulur. Lakin bəzən havanın çıxarılması üçün plevral punksiya lazımdır.
Açıq pnevmotoraks ilkin olaraq qapalı pnevmotoraksa çevrilməlidir (yəni yaranın germetik titkilməsi vasitəsiylə ətraf mühitlə əlaqəsi kəsilməlidir).
Qapaqlı pnevmotoraks cərrahi müdaxilə tələb edir.
 

                  Böyrək sancısı zamanı ilk tibbi yardım
Böyrək sancısı böyrəkdən sidik axınının kəskin pozulması zamanı baş verir. Belə halda böyrəyin kasa-ləyən sistemində təzyiqin artması nəticəsində reflektor olaraq böyrək damarlarının spazmı və venoz durğunluq baş verir ki, bu da öz növbəsində böyrək toxumasının ödeminə (şişməsinə), fibroz kapsulun dartılmasına və dözülməz ağrıların yaranmasına səbəb olur.
Sidik axarlarının keçiriliciyinin pozulmasının ən çox təsadüf olunan səbəbi böyrək daşı xəstəliyində daşın axara düşməsidir. Bundan başqa sidik axarı qan laxtası(böyrək şişində), irin, selik, kazeoz kütlə(böyrək vərəmi zamanı), çapıq və s. vasitəsilə də tutula bilər.

Əlamətləri: Ağrılar kəskin, birdən birə sakit vəziyyətdə və ya fiziki işdən, nəqliyyatla yol gəldikdən sonra baş verir.
Ağrı sağ və ya sol tərəfdə, bel və qabırğaaltı nahiyədə başlayır, tutmaşəkilli olur, adətən sidik axarı boyunca aşağıya – kiçik çanağa, cinsiyyət orqanlarına, buda irradiasiya edir(vurur). Bu zaman ən xarakterik simptom – xəstənin ağrıdan qışqırmağı, özünə yer tapa bilməməyi, qıvrılması, ağrının heç bir vəziyyətdə azalmamağıdır. Sancı adətən ürəkbulanma və qusma ilə, sidik ifrazının pozulması ilə (tez-tez və ağrılı sidik ifrazı) müşayiət olunur. Ağrı tez kəsə və ya kütləşə, sonra yenidən başlaya bilər. Bəzən böyrək sancısı bağırsaqların reflektor iflicinə səbəb olur ki, bu da özünü köpmə və qəbizlik ilə göstərir. Bəzən arterial təzyiq qalxır(xüsusilə də diastolik təzyiq).
Sidik axarında böyrək daşı ilişərkən sancıdan bir qədər sonra sidikdə qan görünə bilər(hematuriya). Böyrək şişi zamanı isə qan adətən sancıdan əvvəl görünür.
Diaqnoz qoyularkən böyrək sancısını kəskin sancı törədən digər vəziyyətlərdən – kəskin qarın, kəskin apendisit, kəskin xolesistit, mədə xorasının deşilməsi və s.-dən fərqləndirmək lazımdır.

Həkiməqədər ilk yardım: Təcili yardım çağırılır. Ağrıyan nahiyəyə istiqac(qrelka) qoyulur, ayaqlara isti vanna etmək olar. (Lakin nəzərə almaq lazımdır ki, əgər bu böyrək sancısı deyilsə, digər hallarda bunu etmək qəti olmaz.)

İlk yardım: Tam diaqnoz ekskretor uroqrafiyadan sonra qoyulur. Xəstəyə ağrıkəsici – analgin 50% 1 ml və ya baralgin 5 ml əzələ daxilinə və ya vena daxilinə yavaş-yavaş yeridilir. Spazmolitiklər – noşpa(2%-li 2 ml), papaverin(2%-li 2 ml), platifillin(0.2 %-li 1ml) ə/d və tərkibində terpen və efir yağları olan sistenal, urolesan və s. 15-25 damcı qəndə damızdırılıb dil altına gün ərzində 1-3 dəfə verilir. Təsiri olmazsa qanqlioblokator- heksonium təyin olunur. Ağrıkəsicilər ağrını azaltmazsa promedol verilə bilər.
Yanaşı olaraq çoxlu maye qəbulu (2.5-3 l gün ərzində), sidikqovucu təsirli – qarpız, yemış, itburnu çayı, müxtəlif böyrək çaylarının qəbulu tövsiyə olunur.
Əgər daşın ölçüsü böyük olarsa, bu yolla qısa müddətə düşməzsə cərrahi üsulla çıxardılır.
Axar tutmuş maneə vaxtında aradan götürülməzsə hidronefroza və həmin böyrəyin tamamilə sıradan çıxmağına səbəb ola bilər




                        İshal və qusma zamanı ilk tibbi yardım
Böyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.
Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!
İshal və ya diareya (yunanca “diarrheo” – “axıram” sözündəndir) – defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:
- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;
- bu və ya digər qidaya qarşı olan allergiya;
- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;
- kəskin zəhərlənmələr;
- nevrozlar, həyəcan, qorxu;
- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.
Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı “bərkidən” dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa “kömək” göstərilməsi məqsədi ilə “smekta” preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir. Əgər smekta olmazsa, 10 tablet aktivləşdirilmiş kömürü qaynanmış ilıq suda əzməklə xırdalayaraq, yaxşı-yaxşı qarışdırdıqdan sonra içmək olar.
Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın “bərkiməsinə” kömək edir.
Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq “təcili yardım” çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):
- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;
- diareya 2 gündən artıq davam etdikdə;
- nəcisdə qan izlərinin görünməsi;
- nəcisin qara rəngdə olması;
- xəstə qarnında kəskin ağrı hiss etdikdə;
- hərarət kəskin şəkildə yüksəldikdə.
Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda “təcili yardım” çağırmaq tələb olunur:
- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;
- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;
- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.
Bu zaman “təcili yardım” gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.
İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri – orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur.
Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür – bu, qusmaya səbəb ola bilər).
Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.
Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri – sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal “təcili yardım” çağırın.
Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya  (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır.



             Ürək döyünməsi zamanı ilk tibbi yardım
 
Taxikardiya (yun. ταχύς - sürətli və καρδιά - ürək) ürək döyüntüsünün dəqiqədə 180-240 zərbə vurması ilə müşahidə olunur. Aritmiyanın tiplərindən biri sayılır.  Taxikardiya ürək xəstəliyi deyil ürək xəstəliyinin simptomu olaraq qəbul edilir.
Taxikardiya hər vaxt ürək xəstəliyinin əlaməti olmaya bilər. Çünki qaçmaq, həzm edilməsi güc şeylər yemək, həyəcanlanmaq, siqaret, içki, çay, qəhvə içmək, zəhərlənmək, bəzi dərmanlar taxikardiyaya səbəb ola bilər. Bu növ taxikardiya, səbəbin ortadan qalxmasıyla keçər. Ancaq ürək xəstəlikləri, böyrək xəstəlikləri, qızdırmalı xəstəliklər və zəhərlənilmələr də taxikardiya səbəb ola bilər
Normal ürək atışları
·         0–1 yaşları arasında; dəqiqədə 120–140
·         1–3yaşları arasında; dəqiqədə 90–120
·         3–7 yaşları arasında; dəqiqədə 90–100
·         7–20 yaşları arasında; dəqiqədə 80–90
·         20 yaşından sonra; dəqiqədə 60–80 arasında dəyişər.
Ürək sıxılmasının sürətlənməsi (taxikardiya) ürəyin sıxılma döyüntüsü sayını (pulsus freques)artırır, ürək ahənginin ləngiməsi (bradikardiya) nəticəsində döyüntü seyrəlir (pulsus
Taxikardiya və onun səbəbləri
Ürək yığılmasının tezliyinin artması taxikardiya adlandırılır. Taxikardiya fizioloji və patoloji ola bilər.
Fizioloji taxikardiya orqanizmin fiziki yükləmələrə (idman, fiziki iş və s.), stresə, hərarətin yüksəlməsinə və s. cavab olaraq inkişaf edir. Bu halda insan dincəldikdə, sakitləşdikdə və ya sağaldıqda ürək yığılmasının tezliyi normaya düşür.
Patoloji taxikardiyanın səbəbi ürək, ağ ciyər, qalxanvari vəzi və s. xəstəlikləri ola bilər. Bu halda taxikardiya insanda heç bir görünən səbəb olmadan (stress, gərginlik, hərarətin artması, ağrı, havasızlıq və s.) inkişaf edir və başgicəllənməsi, halsızlıq, təngnəfəslik və s. kimi pozulmalarla müşayiət olunur.
Normal nəbzin anlayışı çox nisbidir. Burada bir çox şey insanın yaşından, bədən çəkisindən, fiziki quruluşundan və s. amillərdən asılıdır. Belə ki, peşəkar idmançıların nəbzinin göstəriciləri adi insanlarla müqayisədə daha aşağı olur (1 dəqiqədə hətta 40 vurğu) və bu normanın variantı sayılır.
ABŞ-ının Kardioloqlar Assosiasiyasının məlumatlarına görə, böyüklərdə nəbzin norması 1 dəqiqədə 50 vurğudan 100 vurğuya kimi ola bilər. Beləliklə, 1 dəqiqədə 100 vurğudan artıq olan nəbzin tezliyi artıq taxikardiya sayılır.
Nəbzi sakit fiziki və emosional vəziyyətdə ölçmək lazımdır. Axırıncı qida qəbulundan 2 saatdan az keçməməlidir. İnsan oturmalı və ya uzanmalıdır.
Hansı hallarda taxikardiya xəstəliyin əlaməti sayılmır?
1. Taxikardiya fiziki gərginlikdən (idman, fiziki iş və s.), stresdən sonra, havasız otaqda inkişaf etdikdə. Nəbzin artması həm də bədən hərarətinin artması zamanı müşahidə olunur. Adətən bədənin hərarəti 1 dərəcə artdıqda nəbz 10 vurğu artır.
2. Sağlam insanda taxikardiya zamanı ürək nahiyəsində ağrılar, təngnəfəslik, başgicəllənməsi, gözlərin qaralması, bayılma və s. kimi simptomlar olmur.
3. Nəbzin tezliyi insan fiziki iş qurtardıqda, havasız otaqdan çıxdıqda, hərarət düşdükdə və s. özü-özündən (dərmansız) normaya düşür. Sağlam insanda nəbzin normallaşması təxminən 5 dəqiqə ərzində (bundan artıq yox) baş verir.
Əgər taxikardiya sizdə "durduğu yerdə" inkişaf edirsə və başgicəllənməsi, gözlərin qaralması, bayılma, təngnəfəslik, halsızlıq, ürək nahiyəsində ağrılar və s. simptomlarla   müşayiət olunursa, bu ürək xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Əgər taxikardiya başgicəllənməsi, halsızlıq, tez yorulma, dəri örtüklərin quru və solğun olması kimi simptomlarla müşayiət olunursa, bu anemiya (qanazlığı) və bəzən isə leykemiya (qanın bədxassəli xəstəliyi) kimi xəstəliklərin əlaməti ola bilər.
Əgər taxikardiya bədən çəkisiniz "səbəbsiz" azalması, həddən artıq əsəbilik, əllərin əsməsi, qadınlarda menstrual dövrünün pozulması kimi simptomlarla müşayiət olunursa, bu halda qalxanvari fəaliyyətinin pozulması olan hipertireoz xəstəliyindən şübhələnmək olar.
Taxikardiya öskürək, təngnəfəslik, ağır tezləşmiş nəfəsalma, nəfəsalma zamanı xırıltı kimi simptomlarla müşayiət olunursa, bu ağ ciyər xəstəliklərin simptomları ola bilər.
Sadaladığımız xəstəliklərdən əlavə bəzi şiş xəstəlikləri (böyrəküstü vəzi şişi), hipoqlikemiya (qanda şəkərin səviyyəsinin kəskin enməsi), güclü qanaxma, şok,  orqanizmin susuzlaşması (tez-tez təkrarlanan qusmaya və ishala görə), böyrəküstü vəzilərin çatışmazlığı, ürəyin zədələnməsi (travma nəticəsində) və s. kimi xəstəliklər və pozulmalar taxikardiyaya səbəb olur. Təbii ki, taxikardiyadan əlavə bu zaman digər pozulmalar da meydana çıxır.
 



                 Qıcolmalar zamanı ilk tibbi yardım
 
Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?
Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!
Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri - huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.
Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəhd etməyin!
Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Qıcolmalar aşağıdakı səbəblərdən baş verə bilər:
- bədən temperaturunun yüksək olması (febril qıcolmalar adlandırılır). Yüksək temperaturun fonunda olan qıcolmalara adətən uşaqlarda tez-tez rast gəlinir. Belə qıcolmaların qarşısını almaq üçün, uşaqlarda yüksək hərarəti vaxtında aşağı salmaq lazımdır;
- epilepsiya;
- meningit, ensefalit, beyin absesi, beyin şişi;
- başın travması;
- maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqnezium elementlərinin azalması;
- tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar;
- bədənin həddindən artıq qızması;
- əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya (qorxu, qəzəb, sevinc) qıcolmalara səbəb ola bilər.
Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda dərhal “təcili yardım” çağırmaq lazımdır. “Təcili yardım” həkimi gələnə qədər isə xəstəyə aşağıdakı ilk tibbi yardımları etmək olar:
- xəstəni böyür üstə düz səthə (döşəməyə) uzadaraq başının altına yastıq və ya mütəkkə qoyun və ya onun başını dizinizin üstünə qoyun;
- otağa təmiz hava daxil olmasına şərait yaradın (pəncərəni və ya nəfəsliyi açın), xəstəni sıxan paltarları (paltarın yaxasını, kəməri və s.) boşaldın;
- əllərinizlə və ya əlinizin altında olan vasitələrlə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəht etməyin – bu ona zərər gətirə bilər;
- xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə diqqətlə nəzarət edin;
- qıcolmanın səbəbi yüksək temperatur olarsa, qıcolmalar qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) olan dərmanla və ya iynə vurulması ilə  endirməyə çalışın. Əgər xəstə huşsuz vəziyyətdə olarsa, onun ağzına sirop tökməyə və ya dərman içirtməyə cəhd etməyin – onlar tənəffüs yoluna düşə bilərlər ki, bu da çox qorxulu hal hesab olunur!
- zərərçəkənin ağzı açıq olarsa, o istənilən an çənələrini birləşdirməklə dilini dişləyə bilər. Bunun baş verməməsi üçün onun dişləri arasına bükülmüş parça (burun dəsmalı, əl-üz dəsmalının bir ucu) qoymaq lazımdır. Əgər çənə artıq sıx bağlanmış olarsa, qəti şəkildə onu zorla açmaq olmaz – bu zaman xəstənin dişləri sına bilər və ya xəstə sizin barmağınızı dişləyə bilər.
Qıcolma tutması zamanı xəstə uşağı heç bir halda bir dəqiqə də olsa nəzarətsiz qoymaq olmaz!
Qıcolma tutmasından sonra həmin şəxs həkimlər tərəfindən diqqətlə müayinə olunmalıdır. Bəzi hallarda onun xəstəxanaya yerləşdirilməsi də tələb oluna bilər.
Qıcolma tutması olmuş uşaqların valideyinləri, bəzən belə hesab edirlər ki, bundan sonra uşaqda epilepsiya xəstəliyi inkişaf edəcək. Bir sıra tibbi statistik məlumatlara əsasən, qıcolma tutması keçirən uşaqların yalnız 2%-ində epilepsiya xəstəliyi inkişaf edir. Lakin qıcolma tutmasından sonra uşaq mütləq nevropatoloq tərəfindən müayinə  olunmalıdır!
 

            İstivurma və günvurma zamanı ilk tibbi yardım
İstivurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və  kəskin ağır vəziyyətin yaranmasıdır. İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.
Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat  havasız, pis ventilyasiya olan yerdə keçirmək  kifayət edir. İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar; yaşlı insanlar, uşaqlar, körpələr;  günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar; spirtli içki, yuxu dərmanları qəbul edənlər; zəif qidalananlar  məruz qalırlar.                                   
Əlamətləri:
- zəiflik, qızarmış sifət;
- baş ağrısı;
- başgicəllənmə;
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması;
- təngnəfəslik, nəbzin tezləşməsi;
- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması;
 İlk yardım                                                                                                    - zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
- Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!
İstivurma davam etdiyi müddətdə  vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin  solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.  Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını  artır və beyinin qan dövranı pozulur.                                                                           Əlamətləri:
- zəiflik, qızarmış sifət;
- başgicəllənmə;
- güclü baş ağrıları;
- qulaqlarda küy;
- təngnəfəslik, nəbzin tezləşməsi;
- ürək bulanması və qusma;
- ağır hallarda bədən hərarətinin 40OC və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsi.Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.
İlk yardım istivurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.


               Suda boğulmalar zamanı ilk tibbi yardım
Suda boğulma - suyun tənəffüs yollarına daxil olması nəticəsində baş verən mexaniki asfiksiyanın bir növüdür.
Suda boğulma zamanı orqanizmdə baş verən dəyişikliklər, başqa sözlə suyun altında ölüm müddəti, bir sıra amillərdən asılıdır.
1. Suyun xarakterindən (şirin su, duzlu su, hovuzlarda olan şirin xlorlu su).
2. Suyun temperaturundan (buzlu, soyuq, isti)
3. Suyun tərkibində qarışıqların (lil, cəng, lehmə və s.) olub-olmamasından.
4. Suda boğulma anında zərərçəkənin orqanizminin vəziyyətindən - yorğunluq, oyanıqlıq, alkoqol sərxoşluq.
Həqiqi suda boğulma- suyun traxeyaya, bronxlara və alveollara düşməsi nəticəsində baş verir. Adətən suda boğulan insanda güclü sinir oyanıqlığı əmələ gəlir, o xilas olmaq üçün müqavimət göstərərək çoxlu enerji sərf edur. Bu mübarizə zamanı boğulan şəxs dərindən nəfəs alaraq hava ilə birlikdə su da udur ki, bu da tənəffüsün ritmini pozmaqla yanaşı bədən kütləsinin artmasına da səbəb olur. Zərərcəkən halsızlaşaraq suyun dibinə getdikdə, qırtlağın reflektor spazmı (səs yarığının qapanması) nəticəsində tənəffüs dayanır. Qanda karbon turşusunun miqdarının artması tənəffüs mərkəzinin qıcıqlanmasına səbəb olur. Boğulan şəxs huşunu itirməklə yanaşı suyun altında nəfəsalma cəhdlərini təkrarlayır ki, bu da ağ ciyərlərə suyun və qumun daxil olmasını tezləşdirir. Qanda karbon turşusunun miqdarının təkrar artması nəticəsində tənəffüsün təkrar dayanmasından sonrakı 30- 40 saniyə ərzində ölümqabağı dərindən nəfəsalıma baş verir. Həqiqi boğulmalar əsasən şirin sularda və dəniz sularında olur.
Şirin suda boğulmalar:                                                                  Şirin suda duzların miqdarı qanla müqayisədə qat-qat az olduğuna görə ağ ciyərlərə dolan şirin su tez bir zamanda qana sorulur. Bu da qanın durulaşmasına, həcminin artmasına və eritrositlərin parçalanmasına səbəb olur. Bəzən ağ ciyərlərin ödemi də müşahidə olunur. Ürək mədəciklərinin yiğilma funksiyasının pozulması nəticəsində qan dövranının fəaliyyəti dayanır.
Dəniz suyunda boğulmalar:
Dəniz suyunda həll olunmuş maddələrin konsentrasiyası qana nisbətən çox olduğuna görə dəniz suyu ağ ciyərlərə daxil olan zaman qanın maye hissəsi zülallarla birgə qan damarlarından alveollara daxil olur. Bu qanın qatılaşmasına, onun tərkibindəki kalium, natrium, kalsium, maqnezium və xlor ionlarının konsentrasiyasının artmasına gətirib çıxarır. Alveollara yığılan maye onların genişlənməsinə, hətta cırıılmasına səbəb olur. Bir qayda olaraq dəniz suyunda boğulmalar zamanı ağ ciyərlərin ödemi inkişaf edir. Alveollarda az miqdarda qalan hava tənəffüs hərəkətləri zamanı mayenin çalxalanması və davamlı zülal köpüyünün əmələ gəlməsinə səbəb olur. Qaz mübadiləsi kəskin pozulur, ürəyin fəaliyyəti dayanır.
Reanimasiya tədbirləri aparılarkən vaxt faktoru böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər nə qədər tez başlasa, bir o qədər uğurlu nəticə əldə etmək şansı artır. Buna görə də süni tənəffüsü zərərçəkən suda olarkən başlamaq tövsiyyə olunur. Bunun üçün zərərçəkən sahilə və ya qayığa çatdırılana qədər, dövrü olaraq, ağızdan və ya burundan nəfəs vermək (hava üfürmək) lazımdır.
Sahildə zərərçəkənə ümumi baxış keçirilir. Əgər zərərçəkən huşunu itirməmişsə və ya yüngül bayılma vəziyyətindədirsə, boğulma əlamətlərinin aradan qaldırılması üçün ona amonyak (naşatır) spirti iylətmək və bədənini isitmək kifayət edir.
Əgər qan dövranının fəaliyyəti saxlanıbsa (yuxu arteriyalarının pulsasiyası), lakin tənəffüs yoxdursa, ağız boşluğu bint dolanmış barmaqla yad cisimlərdən təmizlənir, protez dişlər varsa çıxarılır. Çox vaxt çeynəmə əzələlərinin spazmı ilə əlaqədar ağzı açmaq mümkün olmur. Bu hallarda süni tənəffüs ağızdan- buruna verilir; bu üsul effekt vermədikdə yastı metal əşyadan istifadə olunur. Bu zaman dişləri sındırmamaq üçün olduqca ehtiyatla davranmaq gərəkdir. Yuxarı tənəffüs yollarını köpük və sudan təmizləməkdən ötrü sorucu vasitədən isifadə etmək lazımdır. Əgər sorucu cihaz yoxdursa zərərçəkən qarnı üstə xilasedicinin diz oynağından bükülmüş budu üzərinə uzadılır. Daha sonra onun döş qəfəsi sürətlə və kəskin hərəkətlərlə sıxılır. Bu manipulyasiyaların tənəffüs yollarının su və köpüklə qapanması ilə əlaqədar süni tənəffüsün həyata keçirilməsi mümkün olmadıqda aparılması zəruridir. Bu prosedur cəld və sürətlə yerinə yetirilməlidir. Əgər bir neçə saniyə ərzində effekt olmazsa, ağ ciyərlərin süni ventilyasiyasını başlamaq lazımdır. Əgər dəri örtükləri avazımışdırsa, ağız boşluğu təmizləndikdən birbaşa sonra süni ventilyasiyaya başlamaq lazımdır.
Zərərçəkəni arxası üstə uzadıb sıxıcı paltarlardan azad etmək, bir əli boynunun altına, digər əli isə alnına qoyaraq başı arxaya əymək lazımdır. Bundan sonra alt kəsici dişlərin üst kəsici dişlərdən qabağa çıxması üçün alt çənə önə və yuxarı çəkilir. Bu prosedur tənəffüs yollarının keçiriciliyinin bərpası məqsədi ilə aparılır. Daha sonra xilasedici dərindən nəfəs alır, bir qədər nəfəsini saxlayır və dodaqlarını zərərçəkənin ağzına və ya burnuna sıxaraq nəfəs verir. Bu zaman burnu (ağızdan- ağıza tənəffüs zamanı), yaxud ağızı (ağızdan- buruna tənəffüs zamanı) barmaqlarla qapamaq məsləhətdir. Ağ ciyərlərin yuxarıda göstərilən üsülla süni ventilyasiyasını uzun müddət aparmaq çətinlik törədir. Belə ki, xilasedicinin ürək damar sistemində arzuolunmaz hallar inkişaf edə bilər. Bu baxımdan süni tənəffüs zamanı müvafiq cihazlardan istifadə etmək daha məqsədəuyğundur.
Əgər süni ventilyasiya zamanı xəstənin ağzından su xaric olursa, zərərçəkənin başını yana əyərək çiyni qaldırılmalıdır. Bu zaman zərərçəkənin ağzı döş qəfəsindən aşağı səviyyədə yerləşdiyinə görə maye xaricə tökülür. Bundan sonra süni ventilyasiyanı yerinə yetirmək olar. Əgər zərərçəkəndə sərbəst tənəffüs hərəkətləri əmələ gəlirsə, lakin onun şüuru bərpa olunmamışdırsa və ya tənəffüs ritmi pozulmuş, yaxud kəskin surətdə tezləşmişdirsə, qətiyyən ağciyərlərin süni ventilyasiyasını dayandırmaq olmaz. Əgər qan dövranı bərpa olunmamışdırsa (iri arteriyalarda nəbzin olmaması, ürək döyüntülərinin eşidilməməsi, arterial təzyiqin təyin olunmaması, dəri örtüyünün avazımış və ya göyərmiş rəng alması) süni ventilyasiya ilə eyni vaxtda ürəyin xarici masajı da yerinə yetirilir.
Xilasedici zərərçəkənin yan tərəfində yerləşir və o zaman əlləri zərərçəkənin döş qəfəsinə perpendikulyar vəziyyətdə olur. Xilasedici bir əlini döş sümüyünün aşağı 1/3 nə -perpendikulyar vəziyyətdə, digər əlini isə döş sümüyünə paralel olaraq 1-ci əlin üstünə qoyur. Ürəyin xarici masajının mahiyyəti döş sümüyünə kəskin təzyiq etməkdən ibarətdir. Bu zaman qan ürəyin mədəciklərindən böyük və kiçik qan dövranına daxil olur. Reanimatorun hərəkətləri ritmik, 1 dəqiqədə 60-70 tezliklə olmalıdır. Əgər reanimasiya bir nəfər tərəfindən yerinə yetirilirsə döş sümüyünə hər 4-5 təzyiqdən sonra bir dəfə süni tənəffüs verilməlidir.
Zərərçəkən klinik ölüm halından çıxarılandan sonra onun bədənini müxtəlif örtük və paltar vasitəsi ilə qızdırmaq, aşağı və yuxarı ətrafları periferiyadan mərkəzə doğru masaj etmək lazımdır.
Suda boğulanın həyata qaytarılması sudan çıxarıldıqdan sonra ilk 3-6 dəqiqə ərzində mümkündür.
Xəsarət alan xəstəxanaya xərəkdə üzü və ya yanı üstə uzanmış, baş hissəsi bir qədər qaldırılmış vəziyyətdə nəql olunur. Xəstəxanaya aparılarkən yol boyu müddətində ağciyərlərin süni ventilyasiyası davam etdirilir.
 

İlan sancmaları zamanı ilk tibbi yardım
Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və s. faktorlar da əhəmiyyət kəsb edir.
Zəhər orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir:
- İlan çalma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik;
- Baş gicəllənmə, baş ağrısı;
- Nəbzin artması;
- Təngnəfəslik;
- Ümumi zəiflik, yuxululuq;
- Ürəkbulanma, qusma;
- Üşütmə, soyuq tər.
 İLAN SANCMASI ZAMANI İLK TİBBİ YARDIM
Dərhal təcili tibbi yardım xidmətinə zəng edin!
Zərərçəkənin taleyi çox vaxt düzgün və vaxtında göstərilən yardımdan asılıdır. Bütün aparılan tədbirlər aşağıda verilən ardıcıllıqla həyata keçirilməlidir: zərərçəkənin sakitləşdirilməsi, yaranın işlənməsi, immobilizasiya, təxliyə.
 Zərərçəkənin  sakitləşdirilməsi
Zədələnmiş şəxsi uzadaraq, ona rahat şərait yaradın və zəhərin yayılma sürətini zəiflətmək məqsədi ilə hərəkətsiz qalmağın vacibliyini başa salın.
 Yaranın işlənməsi
Zəhərin sorulması əməliyyatını yaraya tibbi banka qoymaq ilə həyata keçirmək mümkündür:
- İlk saniyələrdə yara sahəsini qalın büküş şəklində elə sıxın ki, yaradan zəhərin ilk damcısı xaric olsun;
- Tibbi bankanın içində kibriti yandırıb yaranın üzərinə elə basın ki, dişlək yeri bankanın mərkəzində qalsın. Bu tədbir zəhərin bir hissəsini sorub çıxarır. Bankanı 15 dəqiqə saxlayın;
- Zəhər sorulduqdan sonra yaranı tənzif salfetlə təmizləyib sarğı qoyun;
 Tibbi banka olmadıqda:
- Zəhərin ilk damcısının xaric olması üçün yara sahəsini qalın büküş şəklində sıxın;
- Yara yerini yod və ya brilliant yaşılı məhlulunda isladılmış tənziflə təmizləyin;
- Daha sonra yeni steril salfeti leykoplastırla ətrafa fiksə edin;
- Zərərçəkənə çox miqdarda maye (çay, su) verin;
- Dişlək yerindən yuxarı sıxıcı əşyaları (qol saatı, üzük və s.)  kənar  edin. Sıx geyimləri boşaldın.
İmmobilizasiya
İmmobilizasiya (ətrafın tam hərəkətsizləşdirilməsi) zəhərin bədənə yayılma sürətini zəiflədir və şinlər, yaxud əlaltı vasitələrlə (taxta parçası, qalın ədyal və s.)  aparılır.
- Zərərçəkənə mütləq üfüqi vəziyyət verin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir.
- Zədələnmiş ətrafa şin qoymaqla hərəkətsizləşdirin və ya zədələnmiş ətrafı sağlam ətrafa bağlayın;
- "Təcili tibbi yardım" maşınına qədər onu xərəkdə aparmaq lazımdır!
Təxliyə
- Təcili tibbi yardım briqadasını çağırmaq mümkün olmadığı təqdirdə zərərçəkəni vaxt itirmədən, uzanmış vəziyyətdə ilan  zəhərinə  qarşı zərdab  olan  tibb  müəssisəsinə çatdırın;
- Təxliyə zamanı zərərçəkənə orqanizmin zəhərlənməsini azaltmaq məqsədi ilə maye içirdilməsi vacibdir.
 
 NƏYİ  ETMƏK  OLMAZ:
Zərdab vurulana qədər aşağıdakıları həyata keçirmək əks göstərişdir:
- Turnadan istifadə etmək;
- Hərəkət etmək;
- Qida, alkoqol içkilər, kofe, rəngli sərinləşdirici içkilər qəbul etmək;
- Yaranı yandırmaq, kəsmək və deşmək;
- İsidicilərdən istifadə etmək;
- Dərman qəbul etmək;
- Qoyulmuş sarğıları çıxartmaq.
Əgər zərərçəkəndə ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər yoxdursa, zərərçəkən yenə də hospitalizasiya edilməlidir.
EHTİYAT TƏDBİRLƏRİ
İlanlar adətən insanlara qarşı ilk olaraq aqresivlik göstərmirlər. Bir çox hallarda ilan insana özünü qorumaq məqsədi ilə hücum edir.
l Təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası və s.), xüsusi ilə gecələr ehtiyatlı olmalı;
l Rezin materialdan hazırlanmış uzunboğaz çəkmələrdən istifadə etməli, bədənə yapışmayan köynək və şalvar geyinməli;
l Uzun çubuqla təhlükəli yerlər yoxlanılmalıdır.
 

                  Elektrotravma zamanı ilk tibbi yardım
                                    
Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir.
Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.
 Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.
Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.
Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır (bax, şəkilə).
Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz! Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər!
Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!
Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.
“Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır.
Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla), gicgahlarını sirkədə isladılmış pambıqla sürtmək olar.
Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (bax, “Ürəyin xarici masajı”).
İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir.
İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir. Vaxtında başlanan aktiv müalicəvi tədbirlər, hətta ildırımdan ağır zədə alan insanı da xilas etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri nadanlıq, çox kobud səhv hesab edilir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!
 


Yanıqlar zamanı ilk tibbi yardım
Yanıqlar 3 qrupa bölünürlər:
1. Termiki yanıqlar
2. Kimyəvi yanıqlar
3. Şüa yanıqları
Termiki yanıqlar-dəri və selikli qişaya mənbəyi alov, isti maddə və mayelər, yanan maddələr olan yüksək temperaturun təsiri nəticəsində baş verir. Termiki yanıqlar bəzi hallarda insanın əlilliyinə, hətta ölümünə səbəb olan ağır zədələrə aiddir. Yanıqlara istehsalatla yanaşı məişətdə də tez-tez rast gəlinir. Yanığın ağırlığı yanmış sahənin ölçüsündən və toxumaların zədələnmə dərinliyindən asılıdır. Hətta səthi toxumaların yerli zədələnməsi orqanizmin müxtəlif həyat təminatı sistemlərinin fəaliyyətinin ciddi pozulmasına və yanıq xəstəliyinin, əsasən onun ilk mərhələsi olan yanıq şokunun əmələ gəlməsinə səbəb olur. Yuxarıda qeyd edilənlərlə yanaşı, yanma zamanı proqnoz yanma şokunun olub olmaması, tənəffüs yollarının zədələnmə dərəcəsi, xəsarət alanın yaşı, yanaşı xəstəliklərin xarakteri və əlbəttə ki, adekvat müalicənin başlanma vaxtı ilə müəyyən olunur. Yanma zamanı dəri zədələnməsinin 5 dərəcəsi ayırd edilir:
I dərəcə-zədə yerində dərinin qızarması və şişkinliyi;
II dərəcə -açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi;
III A dərəcə-böyük gərgin suluqların əmələ gəlməsi. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissiyatı suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq- sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər;
III B dərəcə-qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsi. Ağrı hissiyatı zəifləmiş və ya yoxdur, qartmaq (əgər varsa) tünd və ya qəhvəyi rəngdə olur.
IV dərəcə- xarakterik qara və ya tünd qəhvəyi rəngli, altında tromblaşmış venalar görünə bilən qartmağın olması, yaranın altında yerləşən toxumaların ( əzələ, vətər və s) zədələnməsi.
Yanıq baş verən ilk günlərdə zədələnmənin həqiqi dərinliyi barədə fikir söyləmək çətindir. Bunu yalnız qartmaq qopduqdan sonra etmək mümkündür. İlkin yardım göstərilərkən zədələnmənin dərəcəsi təxmini müəyyən olunur və bu zaman onun ağır formasını nəzərdə tutmaq daha yaxşıdır.
Yanığın sahəsi insan bədəninin ümumi sahəsinə nisbətdə ovuc və ya 9% qaydası ilə hesablanır.
9% qaydasına görə yaşlı şəxslərdə gövdənin və ətrafların ayrı -ayrı hissələrinin hər biri (baş və boyun, döş, qarın, baldır və ayaqlar, budlar, kürək, bel və sağrı) ümumi bədən səthinin 9%-ni təşkil edir, yalnız xarici cinsiyyət orqanları və aralıq nahiyəsi 1%-ə bərabərdir.
Yanığın sahəsi ovuc qaydası ilə təyin olunarkən yaşlı insanlarda bir ovucun sahəsi bütün bədən sahəsinin 1%-i kimi qəbul olunur.
Praktikada bu üsulların hər ikisindən istifadə olunur. Yanıq sahəsi az olduqda ovuc, çox olduqda isə 9% qaydası tətbiq edilir.
Yanığın ağırlığının təyin olunması
Yanıq sahəsinin və zədənin dərinliyini bilərək onun ağırlığını təyin etmək mümkündür.
Yüngül yanıqlar-bədən səthinin 5% -dən az hissəsi zədələnmiş olur.
Orta dərəcəli yanıqlar-bədən sahəsinin 20%- dən az hissəsi zədələnmiş olur, dərin yanıqlar isə 10%- dən artıq olmur.
Ağır dərəcəli yanıqlar- bədən səthinin 20%-dən 60%-ə qədər sahəsi zədələnmiş olur və bunların yarıya qədərini dərin yanıqlar təşkil edir.
Çox ağır yanıqlar -bədən səthinin 60%-dən çoxu zədələnmiş olur, dərin yanıqlar isə yarıdan çox təşkil edir.
Yüngül yanıqları yaşlı insanlarda ambulator şəraitdə müalicə etmək olar. Uşaqlarda isə zədələnmənin lokalizasiyasından asılı olaraq fərdi yanaşma tələb olunur. Yanıqların qalan formalarının müalicəsi ixtisaslaşdırılmış stasionarlarda aparılmalıdır.
Yanıq şoku - yanıq xəstəliyinin ən ağır fəsadı olub dərinin və digər toxumaların geniş sahəsinin zədələməsi ilə şərtlənən və qan dövranının pozulmasına gətirib çıxaran və sürətlə inkişaf edən ağırlaşmadır. Yanıq şoku zamanı proqnoz diaqnozun erkən təyin olunması, vaxtında effektiv müalicənin başlanmasından asılıdır. Praktiki olaraq bədən səthinin 15-20%-nin zədələnməsi və dərin yanığın 10% - dən artıq olduğu hallarda yanıq şoku inkişaf edir.
Tənəffüs yollarının yanığı zamanı yanıq şokunun yaranması təhlükəsi qat-qat artıq olur. Yanğın zamanı zərərçəkən qapalı yerdə olmuşdursa, tənəffüs yollarının yanığından şübhələnmək lazımdır. Eyni zamanda burunun, dodaqların, dilin yanması, saçların ütülməsi də tənəffüs yollarının yanığına dəlalət edir. Əgər zərərçəkəndə həm dəri həm də tənəffüs yollarının yanığı qeyd olunursa bu zaman yanıq şokunun əmələ gəlməsinə dərinin 2 dəfə az sahəsinin zədələnməsi kifayət edir.
Yanıqlar zamanı ilk yardım
Zədələnmiş sahənin üzərinə aseptik sarğı və yaxud, əgər varsa, xüsusi yanıq əleyhinə sarğı qoyulur. Antibiotiklər və ya antiseptiklər hopdurulmuş nəm-quruyucu sarğının qoyulması mümkündür.
Yünğül yanıqlar zamanı müvafiq ağrısızlaşdırma aparıldıqdan sonra yanıq yarasının ətrafı 0,25 və ya 0,5%-li ammonyak məhlulu, ilıq sabunlu su və ya antiseptik məhlulla silinir, daha sonra spirt və ya yod məhlulu ilə işlənilir. Bundan sonra antiseptik məhlulda (furasillin 1:5000, xlorasil, rivanol) isladılmış tamponla, sonra 0.25%-li novakain məhlulu ilə silinir və ehtiyatla yaranın üzərindəki kənar laylar, yad cisimlər, dərinin üst qatının qalıqları təmizlənir. Tamlığı pozulmamış suluqlar götürülmür. Çox gərgin olan suluqlar əsasından kəsilir.
Paltarı alov tutmuş insana ilkin yardım ləngidilmədən göstərilməlidir. Alovu əllə və ya hər hansı bir əşya ilə söndürmək olmaz. Zərərçəkənin üzərinə su tökmək, əgər su yoxdursa hər hansı bir örtüklə (yorğan, xalça, ədyal) örtmək lazımdır. Sönmüş paltarı zərərçəkənin bədənindən ehtiyatla çıxartmaq (lazım gəlsə kəsib çıxartmaq) lazımdır. Bu zaman çalışmaq lazımdır ki, yanmış bədənə xətər yetirilməsin. Zərərçəkəni, xüsusilə ilin soyuq vaxtlarında, tam soyundurmaq məsləhət görülmür. Yanığa yapışmış paltarın hissələrini kəsib götürmək lazımdır. Suluqları deşmək, yanığın üzərinə yağ, müxtəlif məlhəmlər sürtmək, toz şəklində dərmanlar səpmək, əllə toxunmaq olmaz. Yanmış sahəyə steril sarğı qoyulmalı və zərərçəkənin bədəninə daha az ağrılı vəziyyət verilməlidir. Orta, ağır və çox ağır dərəcəli yanıqlarda, əgər mümkündürsə, zərərçəkənə ağrıkəsici dərman preparatının yeridilməsi, isti çayın verilməsi, bədənin isti əşya ilə bürünməsi məsləhətdir. Ev şəraitində gövdənin və ətrafların geniş yanıqları olan insanı ütülənmiş mələfəyə bürümək məsləhət görülür. Bu zaman çalışmaq lazımdır ki, oynaqların qatlanan səthlərində və digər yerlərdə yanmış sahələr bir -birinə toxunmasın.
Bundan sonra xəsarət alan çox ehtiyatla tibb müəsissəsinə aparılmalıdır. 
 


Soyuqdan donma zamanı ilk tibbi yardım
Donma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir.
Donmaya, adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır.  Donma ən çox rütubətli və küləkli havada olur. Donma uzun müddət soyuq temperaturda olduqda baş verir ki, bu zaman insan orqanizmi bədən temperaturunu tənzimləyə bilmir. Donmaya dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar əlverişli şərait yaradır. Donmaya ən cox məruz qalma faktorları: aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s.
Donmanın gedişi
Donma səthi dərin ola bilər.Yanıqdan fərqli olaraq donmanın dərəcəsini ilkin baxış zamanı bilmək olmur, yalnız 12-24 saat keçdikdən sonra təyin etmək mümkün olur.
Donmanın əlamətləri
Hipotermiya və don vurma soyuqla əlaqədar yaranan təhlükəli halların iki növüdür. Soyuq insan orqanizminə ümumi təsir göstərdikdə hipotermiyaya - bədənin həddindən artıq soyumasına, yerli təsir göstərdikdə isə soyuğun təsirinə məruz qalan bədən hissələrinin don vurmasına gətirib çıxara bilər.
Donma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər:  
- hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;
- zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması;
- şişkinliyin olması;
- isitdikdən sonra suluqların əmələ gəlməsi;
- dərinin muma bənzər olması;
- dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);
- donmuş sahəni əllədikdə bütün qatların donması fikrinin yaranması;
- dəri rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donmuş sahənin ağ rəngdə və ya göy ləkəli olması;
- iynə batma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi;
- don vuran yerin qızdırılma zamanı ağrı verməsi;            
- don vuran yerdə yanğı hissi, uzun sürən ağrının olması.
Donmanın təsnifatı
Donma gedişinə görə iki dövrə ayırd edilir:
I dövr - gizli və ya hipotermiya dövrü. Bu dövrdə donmanın dərinliyini müəyyənləşdirmək mümkün olmur. Ağrı hissiyyatının olmaması və dərinin avazıması donmadan şübhələnməyə əsas verir.
II dövr - reaktiv dövr. Bu dövrdə donmanın ağırlıq əlamətləri meydana çıxır (ağrı, ödem,qızartı).
Donma ağırlığına görə 4 dərəcəyə ayrılır:
I dərəcə - ödem, göyümtül rəngə çalan qızartı, iynə batma hissi, qaşınma, keyləşmə. Zədələnmiş nahiyədə ağrı hissiyyatı saxlanılır.
II dərəcə - suluqlar müşahidə olunur. Sağalma dövründə dəri tam bərpa olunur. Zədələnmiş nahiyədə ağrı hissiyyatı saxlanılır.
III dərəcə - hemorragik tərkibli suluqlar xarakterikdir. Zədələnmiş nahiyədə ağrı hissiyyatı itir. Sağalmadan sonra zədələnmiş nahiyədə çapıq qalır.    
IV dərəcə - dərinin bütün qatları, yumşaq toxumalar və sümüklər məhv olur. Daha sonra quru (mumifikasiya) və ya yaş qanqrena inkişaf edir.
 DONMADA İLK YARDIM
Donmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Tibb müəssisəsi uzaqda olarsa xilasedici passiv yardım göstərməlidir (dərini qızdırmaq, zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq). Aktiv isitmə xəstəxanada aparılmalıdır
Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aşağıdakı tədbirlər görülməlidir:
- Zərərçəkəni isti otağa aparın;
- Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın.
- Siqaret çəkməyin, spirtli içkilərdən və qəhvədən istifadə etməyin;
- Əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya çatdırın.         
- Mümkündürsə, ətrafı hərəkətsizləşdirin, şina ilə immobilizasiya edin, sarğı qoyub don vuran yerləri müdafiə edin.
Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, o zaman aşağıdakı tədbirlər görülməlidir.
Donmuş nahiyə aşkar edilən kimi:
- Zərərçəkəni isti yerə gətirin, ayaqqabılarını və əlcəklərini çıxardın.
- Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı davranın.
- Donmuş ətrafı əvvəl quru əsgi ilə qurudun.
- Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 200C olan suya salın. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-400C-ə qədər qaldırın. Çalışın suyun istiliyi 410C artıq olmasın və bu temperaturda qalsın. Zədələnmiş yer dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Əgər diskomfort hissi yaranırsa, deməli, su həddindən artıq istidir. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın dibinə və ya divarlarına dəyməsinə imkan verməyin.
- Əgər isti su yoxdursa donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların arasına və s). Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əlinizi və ya əlcəyinizi qoyub isidin. Əlləri qoltuq altında və ya sinədə qızdıqmaq olar.
- Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı tarım olmamalıdır.
- Əl və ya ayaq barmaqları donmuşsa onların arasına pambıq və ya tənzif qoyun.
- Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin.
- Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin.                          
- Təkrar donmaya heç vaxt yol verməyin.
- Suluqları deşməyin.
- Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmayın. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir.
- Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir.
- Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov, isti butulka, isidilmiş kərpic)
- Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin.
- Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.
Yüngül hallar istisna olmaqla, donmada həkimə müraciət edin. Hadisə yerində ilk tibbi yardımdan sonra zərərçəkənlər mütləq ixtisaslaşdırılmış tibbi yardım mərkəzlərinə və ya cərrahı şöbəsi olan xəstəxanaya aparılmalıdırlar.
Donmadan necə qorunmalı:
Donmadan qacınmaq mümkündür. Kəskin soyuqda düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır.
Ətraf mühitə uyğun geyinin.         
Geyim həmişə xarici mühitin şəraitinə və sizin fəaliyyətinizə uyğun olmalıdır.        
Hava soyuq olarkən yun və xəz paltardan istifadə edin. Onlar bədən və paltar arasında isti hava qatı yaradır. Sıx toxunmuş lifləri olan (yundan və s.) çoxqatlı paltar geyinin ki, orqanizmin ətrafındakı isti havanı paltar qoruyub saxlasın. Donmadan qorunmaq məqsədilə üst-üstə bir neçə paltar geyinmək olar. Belə ki, lazım olmadıqda paltarlardan biri çıxardılaraq bədənin hərarətini tənzimləmək mümkün olur. Soyuqda baş geyimindən istifadə edin. Qışda papaq geyinmək başdan istiliyin xaric olmasının qarşısını alır. Donma təhlükəsi olan bədən hissələrini örtün (əl və ayaq barmaqları, qulaq, burun). Soyuq havada geyim nəm olduqda tez qurusu ilə əvəz edilməlidir.
İş görməzdən əvvəl, iş vaxtı və sonra çoxlu isti maye için.
Soyuqda olarkən kifayət qədər maye için. Tərkibində kofein və ya spirt olan içkilər içməyin. Kofein və spirt bədən temperaturunu tənzimləyən mexanizmə pis təsir göstərir.
Hərbi təlim və marş zamanı tövsiyələr.
Hərbi təlim və marş zamanı əsas diqqət ayaqların donmamasına yönəldilməlidir. Payız, yaz və qış aylarında təlimdən əvvəl, marş zamanı və digər vaxtlar ayaqqabıların və ayağın vəziyyətini yoxlamaq lazımdır. Ayaqqabıya göstərilən qulluq qaydalarına riayət etməkdən əlavə, ayağa olan hər hansı təzyiq aradan qaldırılmalıdır. Ayaqlarda tərləmə, qaşınma, ayaqqabıya sürtülmə, dırnaqların uzanması, döyənəklər, dəri çatları və ya dəridə iltihab olarsa tibb işçisinə müraciət edilməli və onun göstərişləri yerinə yetirilməlidir. Quru və şaxtalı günlərdə çəkmənin içinə, ayağı sıxmamaq şərti ilə yun və ya keçə içliklər qoyulması tövsiyə olunur.
Əllər uzun müddət soyuqda qaldıqda şişərək göyərir. Belə olan təqdirdə onları ovuşdurmaq və mütləq əlcək geyinmək lazımdır. Əllər və ayaqlarda ağrılar olduqda onları aktiv şəkildə tərpətmək lazımdır.
Şəxsi heyət avtomobil kuzovunda daşınarkən arxası hərəkət istiqamətində oturmalıdır. Şaxtadan qorunmaq məqsədilə kuzovun döşəməsinə quru ot, saman, budaqlar səpələnməli, ayaqlar (ayaqqabılar) əlavə olaraq əlaltı vasitələrlə örtülməlidir, papağın qulaqlarını aşağı salmaq, qaldırılmış yaxalıqla və əlcək geyilmiş əllərlə hərdənbir üzü örtmək lazımdır.
Bədənin açıq yerlərinin (burun, yanaqlar) avazıması və ya göyərməsi zamanı onları ovuclarınızla isidin.
 


           Sınıqlar və çıxıqlar zamanı ilk tibbi yardım

 

Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən olur. Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən sınmışsa, buna sadə sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin pozulması, ətrafların sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün pozulması müşahidə edilir, çanaq sümüklərinin sınığında sidik ifrazı və aşağı ətraflarda hərəkət pozulur.
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur. İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir. Sınıqlar zamanı yardımın düzgün göstərilməməsi xəstənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər, şok əmələ gələr, qapalı sınıq açıq sınığa çevrilər və s.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl sınığın növünü, dərəcəsini müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da steril sarğı qoyub, şina ilə bərkidilməlidir.
Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Bu, çox rahatdır. Lakin şina olmadıqda müxtəlif vasitələrdən - taxta parçası, karton hissəsi, metal lövhə və s. istifadə edilir. Bunların heç biri olmadıqda isə, sınıq ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər ətrafa bağlamaq lazımdır. Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə işlənir, steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs pozulmuşsa, süni tənəffüsdən istifadə edilir. Şok törənmişsə, ona qarşı tədbirlər görülür. Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət mərkəzində olmalıdır.
Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam (burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və sinirlər zədələnir.
Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın müəyyən vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi, şina ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
 



                        Qanaxma zamanı ilk tibbi yardım

 
İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.
Bundan başqa, bu zaman bütün həyati vacib orqanlar da (qara ciyər, böyrəklər, xüsusən də baş beyini) oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər.
Əgər iri arteriya zədələnərsə, xüsusən də söhbət uşaqdan getdikdə, bir neçə dəqiqə ərzində zərərçəkən hətta tələf ola bilər! Uşaq orqanizmi böyüklərə nisbətən qan itirilməsinə xeyli ağır reaksiya verir.
Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır. Qanaxmalar 3 cür olur:
1. Kapilyar qanaxmalar. Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi (çoxsaylı nazik kapilyarlar) zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.
2. Venoz qanaxmalar. Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır.
2. Arterial qanaxmalar. Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir (vurur).
Güclü arterial qanaxma olduqca təhlükəlidir! Güclü venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir.
Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən sonra (əvvəl təmiz su ilə, sonra hidroqen peroksidilə yuyulur), üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.
Bintləmə qaydaları:
- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın; 
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.
Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır.
Sıxılmış vena və kapilyarlarda tez bir zamanda tromb (qan laxtaları) əmələ gəlir və bu səbəbdən də qanaxma dayanır. Bundan sonra zərərçəkənə isti maye içirtmək, lazım olduğu halda ağrıkəsici dərman vermək, istiliyi qorumaq üçün üstünü örtmək və qanaxmanı tamamilə dayandırmaq üçün onu mümkün qədər tez bir zaman ərzində xəstəxanaya çatdırmaq lazımdır.
Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!
Yadda saxlayın! Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı olduğu halda başın travması zamanı yaraya sıxıcı sarğı qoymaq olmaz!
Arterial qanaxmaya nisbətən venoz qanaxmanı saxlamaq xeyli dərəcədə asan olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsa, qanaxma yerindən bir qədər aşağıda (!) həmin ətrafa jqut qoyulur (jqutun qoyulması qaydaları barədə aşağıda  oxuya bilərsiniz).
Güclü arterial və qarışıq tipli qanaxma zamanı (eyni zamanda arteriya və venadan qanaxma olduqda) tez bir zamanda yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl, ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır!
Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa çalışacaq – buna hazır olmaq lazımdır.
Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz. Çünki bu, sinirin sümüyə sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb ola bilər. Burada qanaxmanı dayandırmaq üçün yara nahiyyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb, bint və ya digər bir vasitə ilə (kəmər, dəsmal və s.) sıx bağlayırlar (bax şəkil N 3).
Bəs jqut necə qoyulmalıdır? Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya bilməzsiniz. Qan “fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır.
Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya 1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur. Bilavasitə lüt bədənə jqut qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır! Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan dartılmış jqutu bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Jqut düzgün qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni zamanda qoyulan jqutdan aşağı hissədə ətraf damarlarında pulsasiya (nəbz) da yox olur. Sonda jqutun kənarlarını bir-birinə bağlayırlar.
Əgər jqut damarları kifayət qədər sıxmazsa, qanaxma davam edəcəkdir. Bu halda jqutu çıxararaq yenidən qoymaq lazımdır. Əgər qanaxma dayanarsa, ancaq jqutdan aşağıda damar üzərində pulsasiya hiss edilərsə, bu halda da jqutu çıxarıb yenidən qoymaq tələb olunur! Yadda saxlayın ki, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər! Ona görə də jqutu yalnız qan güclü “fontanla” axdığı halda qoymaq lazımdır!
Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar (bax, şəkil N 4). Sonda taxta parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əsgi parçası ilə ətrafa (ayağa və ya qola) bağlayırlar.
Toxumaların, xüsusən də sinirlərin əlavə zədələnməsi təhlükəsi olduğu üçün jqutu əvəz etmək məqsədi ilə məftil, şnur, ip və s. bu kimi nazik əşyalardan istifadə edilməsi məsləhət görülmür!
Ətrafa qoyulmuş jqutu yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən artıq (uşaqlarda bu müddət daha qısa olur) saxlamaq olmaz. Bu qaydaya əməl edilməzsə, bədənin jqutdan aşağıda yerləşən hissəsindəki toxumalar tam şəkildə məhv ola bilərlər.
İlin soyuq aylarında jqutun zədələnən ətrafda uzun müddət ərzində qalması, zədələnən hissədə qan ilə təchizat dayandığı üçün donvurma təhlükəsi çox yüksək olur. Əgər jqutun qoyulması vaxtı bitərsə, zədələnən damarı jqut olan yerdən bir qədər yuxarıda barmaqlarla sıxaraq, jqutu çıxarmaq, 2-3 dəqiqə gözlədikdən sonra isə onu əvvəlki yerindən bir qədər aşağı və ya yuxarı olmaqla yenidən qoymaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqutu təkrar qoyduqdan sonra onun ətrafda qalma müddəti əvvəlki icazə verilən müddətin yarısına bərabər olur!
Jqut cəld hərəkətlərlə qoyulur. Jqutu çıxardıqda isə bunu asta-asta etmək lazımdır.
Bu məqsədlə səthi riflənmiş (kələ-kötür) olan və zədələnən sahədə qan dövranını minimal şəkildə saxlayan müasir jqutlardan istifadə etmək daha yaxşıdır (belə jqut apteklərdə və ya ilkin tibbi yardım üçün olan xüsusi aptek qutusunda olur).
Zərərçəkənin alnında, yanağında və ya əlində iri hərflərlə qələmlə (və ya bu kimi digər vasitələrlə) jqutun dəqiq qoyulma vaxtını və “jqut!” sözünü yazmaq lazımdır!
Qoyulan jqutun üzərini örtmək olmaz – o, mütləq görünməlidir! Jqut qoyulmuş ətrafı bir qədər yuxarı qaldırıb, altına yastıq, mütəkkə, bükülmüş paltar qoyaraq, hərəkətsizləşdirməq məqsədi ilə onu taxta parçasına bağlamaq - şin qoymaq və üzərini paltar, ədyal bə s. ilə örtmək lazımdır (qış zamanı zərərçəkənin özünü də isti bürümək lazımdır). Sonra zərərçəkəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!
Böyüklərə nisbətən uşaqlarda arteriyaların daha elastik, arterial təzyiqin isə daha aşağı olduğunu nəzərə alsaq, onlarda zədələnmiş sahədə nəinki güclü venoz qanaxmanı, hətta çox da güclü olmayan arterial qanaxmanı da zədələnmiş sahəyə sıxıcı sarğı qoymaqla dayandırmaq olar! Ona görə də uşaqlara, yalnız istisna hallarda – sıxıcı sarğı heç bir kömək etmədikdə jqut qoymaq olar!
Yuxarıda qeyd etdiyimiz kimi, qolda və ya ayaqda olan arterial qanaxmanı ətrafın sıx qatlanması ilə də dayandırmaq olar. Bunun üçün yara nahiyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb bint və ya digər vasitələrlə (kəmər, dəsmal, şərf, və s.) fiksasiya (bağlamaq) edirlər – bağlayırlar (bax şəkil N 3). Əksər hallarda bu üsuldan yuxarı ətraf damarlarında olan qanaxma zamanı istifadə olunur.
Belə ki, bazuönü nahiyədə və əl pəncəsində yara sahəsindəki qanaxmanı saxlamaq üçün  ilk növbədə sıx şəkildə bükülmüş pambıq və tənzifdən hazırlanmış kiçik mütəkkəni dirsək oynağının bükücü sahəsinə yerləşdirmək lazımdır. Bundan sonra dirsəyi güclü şəkildə sıxaraq, bilək nahiyəsində nəbz itənədək və yara nahiyəsindəki qanaxma dayananadək bint və ya kəmər ilə bazuönü hissəni bazu hissəsinə sıxaraq bağlayırlar. Ancaq bir çox hallarda bu üsulla qanaxmanı tam şəkildə saxlamaq mümkün olmur. Sınıq və ya sınığın olmasına şübhə olduğu hallarda da bu üsuldan istifadə etmək olmaz!
Daha bir vacib məsələ! Yarada şüşə və ya hər hansı digər iti əşya gördükdə, heç bir halda onu çıxarmağa cəhd etməyin! Bu zaman siz zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilərsiniz. Qanaxmanı saxlayaraq zərərçəkəni tez bir zamanda həkimə çatdırın!
Daxili qanaxma zamanı zədələnmiş nahiyədən axan qan xaricə deyil, orqanizmin öz daxilindəki boşluqlara (qarın boşluğu, döş qəfəsi boşluğu və s.) axır. Bu, adətən, hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. Daxili qanaxmanın əlamətləri aşağıdakılardır:
- dəri örtüklərinin həddindən artıq avazıması;
- soyuq tər;
- üşütmə;
- səthi və zəif tənəffüs;
- bəzi hallarda ağrı (ağrı olmaya da bilər);
- bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı);
- bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s.
Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal “təcili yardım” çağırın. “Təcili yardım”a zəng vurarkən, zərərçəkəndə daxili qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır.
“Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq (“qrelka”) qoymaq lazımdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz!
Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək lazımdır. Heç bir halda xəstəni tək qoymayın!
Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və öz səhhətinizə qarşı çox diqqətli olun! Əgər siz uşağınızın dərisinin get-gedə avazımasını görsəniz, o, ümümi zəiflikdən, tez-tez olan baş ağrılarından, təngnəfəslikdən şikayət edirsə, onun nəcisinin rəngi qara rəng alarsa və ya nəcisdə qan qarışığı qeyd edilərsə, dərhal həkimə müraciət edərək ehtiyat etdiyiniz fikirləri onun diqqətinə çatdırmaq lazımdır.
 


            Ürəyin qəflətən dayanması zamanı ilk tibbi yardım      


Nəbz bir necə  nöqtədə yoxlanır : Boyun ,əl biləyı,qasıq,dırsək içi , diz arxası,ayaq üstü, gicgah. körpələrdə dirsək cuxurunun  yuxarısında qolun ıcərı  tərəfındə  hıss edılır.Şah damardan canlı ınsanda nəbz  alınmaz. 5 sanıyədən ,çox iki tərəflı şah damarını basmaq olmaz,əks halda ürək zərər görə  bilər.Nəbz konrtolu zamanı cox yüngül  və cox  güclü təzyıq edildikdə nəbz hiss edılməyə bilir.
Arterial  təzyiq  ürəyin arteriyalara qanı qovarkən damar divarına etdiyi  təzyiqdır.Yetkinlərdə 110/70, 120/80 mmHg, uşaqlarda 90/60 mmHg , körpələrdə 70/50 mmHg –dır.Qolda dırsəyın 3sm üstündən, ayaqda dız üstündən ölçülür.
Əgər nəbz hiss olunmursa , göz bəbəkləri  böyümüşsə və ifadəsizdirsə,  bu ürəyın dayanması deməkdir.Ürəyin yenidən çalışması üçün onun tamamən dayandığına əmin olmaq lazımdır.
Yavaş da olsa , döyünən  ürəyə əsla masaj edilməməlidir.
Masaj qaydası : Bütün yaş qruplarında döş  sümüyünün alt yarısına ,döş sümüyü azca  içəri  doğru basılaraq masaj edilir.Diqqət  etmək  lazımdır ki, döş sümüyünün ucundakı qığırdaga basılmasın,əks halda qığırdaq qırıla bilər.Xəstə hərəkət edənə qədər  masaj davam edilməlidır.
Yetkinlərdə (8  yaşdan yuxarı) – döş sümüyünün aşagı ½ və ya qığırdaq  çıxıntının  iki barmaq yuxarısına masaj edilir.Masaj edən  xəstənın yanına döş sümüyünə paralel diz  üstə oturur. Əlin içi ilə (əlı azca bayıra bükərək) ,digər əli onun üstünə qoymaqla ,qolları  bükmədən ,çiyındən qüvvət alaraq döş sümüyü 4-6 sm içəri basılaraq masaj edilir.
Uşaqlarda (1- yaş) - yetkinlərdəkı kımı, lakin yaşının inkışafı nəzərə alaraq bir əllə  və ya iki əllə  2,5 – 4 sm dərinliyində basılır.
Körpələrdə iki  döş ucunun arasına , orta və üzük barmağı ılə 1,5-2,5 sm dərinliyində basılır.
CPR – Cardıopulmonar resuscıtaıon (ürək masajı  və süni  tənəffüs bırlıkdə)
Öncə xəstənin reaksiyası varmı yoxlanır.Yoxdursa arxası  üstə uzadılır.Başı gerıyə  , çənəsı azca yuxarıya yerləşdırilir. Nəfəs yolu açılır bu şəkıldə. Tənəffüsün olub – olmadıgı yoxlanır.Yoxdursa - 30 masaj -2 sünı tənəffüs verılır (masaj tezliyi dəqiqədə 100dən artıq olmamalıdır,tənəffüs ısə böyüklərdə dəqıqədə 8-10 dəfə,uşaqlarda 12-20 dəfə olmalıdır.) . Defibrilyator varsa 1 dəfə şok verılır.Ardınca 30:2 şəklındə masaj və sünı  tənəffüs verılır.Xəstə gözünü açana , normal tənəffüs edənə qədər davam edılır.( Mənbələrdən bırı masajdan digəri sünı tənəffüsdən başlamağı dogru hesab edır. Körpələrdə 2 və 5 sünı tənəəffüs də mübahisə olunur)
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.
 





          Uşaqlarda baş travmaları zamanı ilk yardım

 
Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar.
Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar - əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.
Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.
Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur.
Əgər uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilməzsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əsgi və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma dayanmazsa, “təcili yardım” çağırmaq lazımdır!
Əgər yıxıldıqdan sonra uşaq huşunu itiribsə, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, bənizinin avazıması, danışığında və ya hərəkətlərində pozğunluq, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu tez bir zamanda həkimə göstərmək lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.
Əgər uşaqlarda başın travması yatmamışdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Əgər uşaqda yuxarıda sadalanan əlamətlərdən hər hansı biri qeyd edilərsə, dərhal həkimə müraciət edin!
Beyin silkələnməsi zamanı uşaqda müəyyən bir müddət ərzində huşun itirilməsi, qusma (3 aylığına qədər olan uşaqlarda – çoxsaylı), dərinin avazıması, soyuq tər kimi əlamətlər qeyd edilir. Uşaq əzgin, yuxulu olur, yeməkdən imtina edir. Sadalanan əlamətlərin qeyd edildiyi halda, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır!
Təəssüflər olsun ki (!), bir sıra hallarda, valideynlər zədələnmənin ciddiliyini və uşağın vəziyyətini (məsələn, beyin silkələnməsi halda) düzgün qiymətləndirməyərək, həkimlərin məsləhətinə əməl etmirlər. Kəllə-beyin travmasını diqqətsiz qoymaq, sonadək müalicə etməmək çox təhlükəlidir! Həkimlərin müşahidələrinə görə, kəllə-beyin travması keçirmiş və müvafiq müalicə almamış uşaqların əksəriyyətində, 3-5 il keçdikdən sonra baş ağrıları, başgicəllənmə, eşitmənin zəifləməsi, görmənin pozulması, yuxunun pisləşməsi kimi əlamətlər meydana çıxa bilər. Nadir hallarda belə uşaqlarda daha ağır fəsadlar, məsələn, epilepsiya (qıcolma tutmaları) da inkişaf edə bilər.
Bundan əlavə, bəzi hallarda kəllə sümüyünün sınıqları və beyin silkələnməsi olmadan da, beyinin əzilməsi zamanı, kəllə daxilində qan damarının partlaması nəticəsində axan qan kütləsi tədricən beyin toxumasına təzyiq edir. Belə hallarda əvvəlcə yaxşı vəziyyətdə olan uşaq, bəzən travmadan bir neçə saat sonra, birdən-birə huşunu itirir, onda qıcolmalar başlayır! Bu halda yalnız, bəzən cərrahi əməliyyat da daxil olmaqla aparılan aktiv müalicə nəticəsində uşağın həyatını xilas etmək olar!
Baş beyinin travmasının daha ağır forması – baş beyinin əzilməsidir. Bu zaman bilavasitə travmadan sonra uşaq xeyli müddət huşunu itirir (bəzən 1 saatdan da artıq müddətə). Daha ağır hallarda tənəffüs və ürək fəaliyyətinin pozulması da baş verir.
Kəllə sümüklərinin sınığı zamanı xəstəliyin simptomları dərhal deyil, yalnız travmadan bir neçə saat keçdikdən sonra meydana çıxır! Buna görə də istənilən güclü yıxılmadan sonra uşağa çox diqqətlə nəzarət etmək lazımdır! Kəllə sümüklərinin sınığı zamanı uşaqda burundan və ya qulaqdan qan və ya açıq rəngdə mayenin (likvor) ifraz edilməsi, göz ətrafında göyərmələr (“eynək simptomu”) yarana bilər. Bu zaman  uşağın vəziyyəti kəskin şəkildə ağırlaşır.
Beyin silkələnməsi, əzilməsi və ya kəllə sümüklərinin sınığının ilkin əlamətləri qeyd edilən kimi, dərhal “təcili yardım” çağırmaq lazımdır!
Hər bir kəllə-beyin travması zamanı “təcili yardım” gələnə qədər:
- uşağı sakitləşdirmək, yatağa uzatmaq, qusma olduğu halda - başını yana çevirmək lazımdır. Travma nəticəsində başda yara olarsa, onun üzərinə steril, sıx olmayan (!) sarğı qoymaq tələb olunur. Bu, yaraya infeksiya düşməsinin qarşısını alır və qanaxmanın dayanmasına kömək edir. Sarğının üstündən parçaya bükülmüş buz və ya soyuducunun buzxanasında olan hər hansı bir məhsulu qoymaq olar.
- uşaq huşunu itirdikdə, heç bir halda onu üzüyuxarı qoymayın – bu zaman dilin kökü arxaya qatlanaraq tənəffüs yollarını qapaya bilər! Əgər uşaq huşsuz vəziyyətdə olarsa, onun sifətinə soyuq su çiləmək, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, gicgahlarını sirkə ilə silmək lazımdır. Onun nəfəs alıb-almadığını, ürək döyünməsinin olub-olmadığını yoxlayın! Əgər uşaq nəfəs almazsa və onda ürək döyünməsi olmazsa, təcili olaraq ona süni tənəffüs vermək və ürəyin qapalı masajını (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”) icra etmək lazımdır!
Böyüklərdə baş beyinin silkələnməsi, əzilməsi və kəllə sümüklərinin sınığı zamanı ilkin tibbi yardımın göstərilməsi prinsipləri uşaqlarda olduğu kimidir.
 
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci