ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Turizm biznesinin təkili və idarə edilməsi- Məmmədov Ruslan

Geniş başlıq mətni.

«Turizm biznesinin təkili və idarə edilməsi»
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
             
            МЦЯЛЛИМ: Məmmədov Ruslan Əhməd oğlu
 
 
Mövzu:1 Məqsədyönlü  bazarların təyin olunması
 
Seqmenmentləşmə üsulu seçildikdən sonra, firma seçilən seqmentlərin profilini düzəldir və onların hər birinin cazibədarlığını qiymətləndirir. Məqsədyönlü bazarın seçilməsi üçün neçə seqment götürülür və hansı yolla məqsədyönlü seqment seçilir və onun firma üçün xeyri nədir? Bu suallara cavab tapmaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:
            
        * Firmanın dövriyyə imkanları. Əgər resurs imkanları məhduddursa, onda uyğun markeyinq strateqyasından istifadə etmək lazimdir;
        * Məhsulun rəngareklilik dərəcəsi. Əgər məhsul sadə və streiotiplidirsə, qeyri-diferensial marketinq stragiyasi tətbiq olunur. Bir-birindən fəqli məhsul üçün differensiallaşmiş və uyğun marketinq konsepsiyası daha faydalidir;
        * Məhsulun dövriyyə mərhələləri. Firma bazara daxil olanda, yeni bir məhsulun bazara çıxartmaq və qeyri-differensial marketinq strategiyasindan istifadə etmək lazimdir;
        * Bazarın sadəlik dərəcəsi. Əgər alcilarin tələbi eynidirsə, onlar eyni zamanda eyni miqdarda məhsul alirlarsa və eyni marağa həssasdılarsa, onda differensiallaşmamış marketinq strategiyasindan istifadə etmək olar;
        * Rəqiblərin marketinq strategiyasi. Əgər rəqiblər də bazarın seqmentləşməsi ilə məşğul olursa, onda differensialsiz marketinqdən istifadə firma üçün fəlakətə səbəb ola bilər. Əksinə, rəqiblərdifferensialsiz marketinq tətbiq edirlərsə, firma diferensiallı marketinq aparılmasinda udmuş olar. Əgər firma yiğcam strategiyadanistifadə edərək bazara çixmaq istəyirsə, onda o cazibədar seqment seçməlidir və məqsədyönlü bazarin axtarışına başlamalıdır. O, elə bazar olmalıdır ki, alıcıların 20%-i satışın 80%-ni təşkil etsin. Belə seqmenti tapdıqdan sonra firma o bazara yol axtarmalıdır.  Əgər seqment çoxdan fəaliyyət göstərirsə, deməli orada mütləq rəqabət var və rəqiblər artdıqda bazarda öz mövqelərini tutmuşlar. Həmin bazara daxil olmaq üçün rəqiblərin mövqeyini və alıcıların turist məhsulunu qiymətləndirən parametirlərini öyrənmək lazımdır.
     Marketinqin klassik qanuna görə, 20-30% alıcı ümumi məhsulun 70%-ni alır. Turizmdə marketinqi elə aparmaq lazımdır ki, həmin 20-30% alıcını (klenti) düzgün təyin edəsən.
     Turist bazarının seqmentlərə bölünməsi şirkətin məhsulu bazarda satmaq işini asanlaşdırir və onun iş istiqamətlərini təyin edir. Strateji qərar qəbul etməyə kömək edir. Seqmentləşdirmə müəyyən əlamətlər əsasında aparılır: təlabatın həcmi və keyfiyyəti, başqa əlamətlərə görə, məsələn, coğrafiya, demoqrafiya, sosial-iqtisadi, psixoqrafik, davranış əlamətlərinə görə.
     Coğrafi əlamətlərinə görə seqmentləşdirmə tez-tez aparılır. Turistlər (alıcılar) bu zaman öz coğrafi əlamətlərinə, adət və ənənələrinə görə qruplaşırlar. Belə qruplaşmada alıcıların davranışı, özünü aparması, axtardığı üstünlüklər, arzu və şikayətlər eyni olur.
    Məsələn, amerikalılar xidmət ərəfəsində çoxlu pul xərcləyirlər, eyni zamanda görülən xidmətin keyfiyyətinə çox tələbkardılar. Onlar çox vaxt şikayət edirlər ki, bu səfərdən çox şey gözləyirdilər.
    Ingilislərlə işləmək çox çətindir. Heç vaxt o dəqiqə şikayət etmirlər. Lakin sonra şikayət edib,
nədən narazı idilərsə, bildirirlər.
    Fransızlar qadınlara diqqət yetirməyi çox sevirlər. Onlar ingilis dilinə çox qısqanırlar və başa düşmürlər ki, niyə bütün dünya fransız yox, ingilis dilində danışir.
   Almanlarla da işləmək çox çətindir. Onlar dəqiqliyi çox sevirlər. Təşkilati məsələlərdə çox həssasdılar. Əgər onlar bilmədən marşrutda dəyişiklik olursa, onlar bunu çox ağır qəbul edirlər. Almanlar dadlı yeməkləri və öz pivələrini çox sevirlər.
   Yaponlar çox asan təşkil olunur, onlarla işləmək çox asandır. Öz milli yeməklərini sevirlər, başqa qruplarla qarışmağı sevmirlər. Musiqini və şəkil (foto) çəkməyi çox sevirlər. Səfərə çox diqqətlə və ciddi hazırlaşırlar.
   Turist bazarının hər ayrılmış seqmenti öz davranışları ilə fərqlənir və ayrıca yanaşmağı tələb edir.
    Geodemokrafik əlamətlərinə görə seqmentləşmə  çox vaxt coğrafi əlamətlərinə görə seqmentləşmə ilə birgə aparılır. Geodemoqrafik əlamətlər urbanizasiya əlamətidir. Yəni kənd və şəhərdə yaşayan alıcı. Bir çox qruplaşmalarda da bu əlamətlər nəzərə alınır. Son zamanlar,şəhərlə qəsəbə və kənd arasında olan sərhəd silinmək üzrədir. Adi hsllarda şəhərlərdə istirahət etmək istəyənlərin sayı çoxdur. Düzdür, şəhərlərə daha çox iqtisadi və sosial yardım olunur. Bununla bərabər, şəhərlilər təbiətdən ayrılmışlar, şəhərlərdə əhalinin sıxlığı çox, həyat tərzi gərgin, hava və su isə çirklınmiş olour.
   Şəhər böyük olduqca, o qədər də çox şəhər adamının istirahətə və müalicəya ehtiyacı var. Belə vəziyyət hər yerdə və bütün iri şəhərlərdə var. Nəhəng şəhərlərin sakinləri təbiətin qoynuna can atır.
   Demoqrafik əlamətlərinə görə seqmentləşmə müştəriləri cinsinə, yaşına, ailə vəziyyətinə görə qruplaıdırma deməkdir. Bu və ya başqa demoqrafik əlamətlər çox asan təyin olunur və onlar ən çox yayılmışdır. Seqmentləşmə başqa əlamətlərinə görə aparılarsa da, demoqrafik əlamətləri yenə də nəzərə alınır.
   Bu əlamətlərinə görə seqmentləşmədə ÜTT müştəriləri 5 qrupa ayırmağı məsləhət görür: I qrupa 14 yaşına kimi olan uşaqlar, II qrupa 15-24 yaşlı gənclər qrupu, III qrupa 25-44 yaşlı iqtisadi aktiv adamlar, IV qrupa 45-65 yaşlı adamlar, yəni iqtisadi cəhətdən aktiv adamlar (amma uşaqlarsız və bəzən də tək olurlar), V qrupa isə 65 yaşından yuxarı adamlar aiddir. Son zamanlar bu qrupdan olan müştərilərin sayı artır.
   Hər qrupun öz xüsusiyyətləri, davranışı, istək və arzuları var. Onların hamısı qruplaşmada nəzərə alınmalıdır.
   Sosial-iqtisadi əlamətlərinə görə seqmentləşmə çoxdan aparılır. Bu qrupun əsas əlamətləri: adam başına düşən illik gəlir, müştərinin statusu, tutduğu vəzifə və cəmiyyətdə roludur. Gəlir səviyyəsi adamın müəyyən qrupa mənsub olmasını, onun təhsilini və s. göstərir. Bu əlamətlərə görə seqmentləşmə müstəqil aparılır. Müştərinin maddi təminatı onun alıcılıq qabliyyətini təyin edir. Məsələn, ABŞ-da Makdonalds Şirkəti şəhər ətrafında, fəhlələr yaşayan zonada restoran açmışdı. Bu restorana gələn olmurdu və bir azdan o bağlandı. Ona görə ki, bu ətrafda yaşayanlar yeməyi evdə yeyirdilər.
    Başqa əlamətlərinə görə də gruplaşmalar var, bunlar hamısı müştərini öyrənmək üçündür.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:2 BEYNƏLXALQ TURİZM BİZNESİNİN STATİSTİKASI.
 
Beynəlxalq biznesin statistikasında əsas 2 bölmə çox vacibdir: Ölkələrə daxil olan turistlərin sayı,onlara göstərilən xidmət nəticəsində əldə olunan gəlirin miqdarı və
turizmə sərf olunan xərclər.Bu bölmələrin hər biri üçün ÜTT,hesablanması asan mümkün olan üsullar təklif etmişdir.Beynəlxalq turizmin statistikasının əsas məqsədi:
1.Turizm sənayesinin inkşafınln planlaşdrılması:
2.Turizmin ölkə iqtisadiyyatında rolunun təyin olunması:
3.Turizm sahəsində tədqiqat işlərinin aparılması və onun inkşaf istiqamətlərinin təyinidir.
Turizmin yaranması və inkşafı tarixi köklərlə bağlıdır.Lakin beynəlxalq turizmin statistikası XX əsrin birincı yarısından başlamışdir.1929-cu ildə Avstriya 2 milyon turist qəbul etmişdir.İsveçrə-1,5 milyon,İtalya-1 milyon və s.Lakin bu vaxt aparılan turist hesabatı ölkədə təhlükəsizliyi təmin etmək məqsədi güdürdü.Turislərin sayı ilə o qədər də maraqlanmırdılar.Turizmin iqtisadiyyata təsiri də bir o qədər də öyrənilməmişdir.
Muharibədən sonra (1950-ci ildən) turist statistikası yenidən öyrənilməyə başladı.Lakin bu dəfə məqsəd başqa idi.
 Müharibə coxlu dağıntı və səfalət gətirmişdi.Xalqların iqtisadi vəziyyəti cox ağır idi. Belə vəziyyətden cıxmaq ücün xalqlar turizmə çoxlu ümüdlər bağlayırdılar.Dağıdıcı və dəhşətli 2-ci Dunya müharibəsindən sonra,bu ağğr böhrandan çıxmaq üçün xalqların səylərini birləşdirməyə böyük ehtiyac var idi.Eiə bu məqsədlə 1946-cı ildə BMT yarandı. 2-ci Dünya müharibəsi planetin iqtisadi və siyasi simasını kökündən dəyişdi.
Vahid ictimai qurluş 2 yerə: sosializm və kapitalizm laqerlərinə bölündü.
Bu sistemlərlə birgə yaşamaq və rəqabət aparmaq imkanı yarandı.
      1960-cı ildə BMT kolonial azadlıq deklorasiyasını qəbul etdi.İqtisadi cəhətdən geridə qalmış müstəqilliyə qədəm qoydular.Lakin bu ölkələr həddindən artıq geridə qalmışdılar.Bu ölkələrdə iqtisadi və sosial inkşaf proqramları tərtib olundu.Bu proqramların həyata tətbiqində turizmin rolu çox böyük idi.Ona görə ki,turizmdə az sərmayələrlə qısa müddətə yaxşı iqtisadi nailyətlər əldə etmək mümkün olurdu.
     1963-cü ildə Roma şəhərində BMT turizmə həsr olunmuş özünün I konfransını keçirdi.Konfrans turizmin hüquq məsələlərinə toxundu:”Hər bir şəxsin istədiyi ölkəyə sərbəst səfər etməyə ixtiyarı var”.Konfrans bu şüar altında keçrildi.
      87 ölkənin nümayəndəsi,o cümlədən SSRİ konfransın yekun qərarlarını imzaladı. Qəbul olunan qərarlar turizmin inkşafına yeni bir təkan verdi. Konfrans beynəlxalq turizmin statustika məsələsini nizama salmaq üçün Regionlar üzrə Nəzarət Şuralari yaratdı. Bu Şuralar aşağıdakılardı:
                     1.  Afrika Reqional Turizm Şurası:
                     2.  Amerika Regional Turizm Şurası:
                     3.  Avropa Regional Turizm Şurası:
                     4.  Yaxın Şərq Regional Turizm Şurası:
                     5.  Cənubi Asiya Regional Turizm Şurası:
                     6.  Şərqi Asya və Sakit Okean Regional Turizm Şurası.
Avqustun 1-i 1975-ci ildə Helsinki şəhərində 33 Avropa ölkəsinin,o cümlədən ABŞ və Kanadanın iştirakı ilə Avropa təhlükəsizlik və əməkdaşlıq Şurası yarandı.Bu Şura turizmin inkişafını xalqlar arası əməkdaşlığın vacib bir hissəsi kimi qəbul edir və Avropada vahid turizm məkanınınyaranması üçün cox işlər görür.Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurası (ATƏŞ) təklif edir ki,turizmin sərbəst gediş və gəlişinə mane olan bütün manelər aradan götürülsün.
      1982-ci ildə Meksikanın Akapulka şəhərində ÜTT konfransı olmuşdur.Konfransınəsas iddiaları aşağıdakılardır:
      -hər bir hökumət vəhər bir dövlət öz vətəndaşlarının istirahətə və əməyə olan tələbləriniyerinə yetirməlidir. Bu qərar ölkə konstitusiyasında öz əksini tapmalı və yerinə yetirməlidir;
      -beynəlxalq turizm bütün dünyada sülhün bərqərar olması üçün ən vacib ünsürlərdən biridir.
       Hər iki ildən bir ÜTT (Ümümdünya Turist Təşkilatı) konfrans təşkil edir və turizm inkişafının ən aktual problemlərinni müzakirə edir. ÜTT-nin katibliyi Madriddə yerləşir.Katiblik müntəzəm olaraq regionlarda turizmin statistikası haqqında məlumatlar alır,bu məlumatları analiz edir və regionlara konkret təkliflər göndərir.
       Turizm səfərlərinin regionlara bölünməsi çoxdan formalaşmışdır. Regionlar arasında Avropa qabağa gedir. 1999-çu ildə Avropaya 386 milyon turist gəlmişdir.Bu da dünya üzrə gələn xarici turistlərin yarisından coxdur.Gəlmə turistlərüzrə II yeri Amerika regionu tutur (127 milyon,1999-cu il) .Bu iki region dünya gəlmə turistlərinin 4/5 hissəsini təşkil edir.Buna baxmayaraq,axrıncı 45 ildə xarici gəlmə turistlərin dinamikası kəskin dəyişmişdir.Avrjpa və Amerikada orta illik artım 4,2% olduğu halda,başqa regionlarda bu artım daha böyük sürətlə baş verir.Afrikada,Yaxın Şərqdə və Okeaniyada bu artım 12-dən 18 faizə çatır.Beynəlxalq turizm zəif inkşaf etmiş ölkələrin inkşafında mühüm rol oynayır.Bəzi ölkələrdə dövlət büdcəsinin yarısı turizmin hesabına formalaşır.
      Şarqi və Cənubi Şərqi Asiya və Okianiya ölkələri 1997-1998-ci illərdə böhran keçirmişdilər. Lakin 1999-cu ildə region iqtisadi böhrandan çıxa bilmiş və 94 milyon turist qəbul etmişdir. Baxmayaraq ki, Afrika və Yaxın Şərq ölkələrində ümumi turist axını artmışdır, lakin bu regionlar dünya turizm hərakatında önəmli yer tuta bilməmişlər.
      XXI əsrdə beynəlxalq turizm regional strukturu bir qədər dəyişəcəkdir.Lakin Avropa və Amerikanın turist gəlmələrində və turizmə sərf olunan xərclərində aparıcı rolu qalmaqda davam edəcəkdir.ÜTT məlumatına görə 1994-cü ildə 8,2 milyard turist keçmələri hesaba alınmışdır. Bunun 70% daxili turizmin hesabına olmuşdur
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:3 Təklif olunan malların strukturunun optimallaşması
 
Turist məhsulunun inkişafı müəyyən mərhələlərlə əlaqədə olduğunu bilən firma qarşısında 3əsas problem yaranır:
     1. O, tənəzülldə olan məhsulu əvəz etmək üçün yeni məhsul yaratmağa hazır olmalıdır:
      2. Firma satışda olan məhsulun bütün mərhələlərində işi səmərəli təşkil etməyi və gəlir götürməyi bacarmalıdır:
      3. Firma təklif etdiyi məhsulun sturukturunu bütün mərhələlərdə optimallaşdırmağı bacarmalıdır:
   Turist məhsulunun sturukturunu optimallaşdırılmasının məqsədi ondadır ki, bazara müxtəlif vaxtlarda cıxarılan məhsulların ümumi satışını və gəlirini optimallaşdırasan. Müəssisənin bu zaman satış həcmisabit qalar. Bundan başqa, müəssisənin ehtiyyatında müxtəlif məhsulların olması onu gözlənilməz hadisələrdən qoruyur. Ola bilsin ki,konyunktura və alıcıların təlabatı dəyişsin.
    Müəssisə daim bazarın gözlənilməz hadisələrindən özünü sığortalamalıdir. Firma eyni zamanda neçə məhsulu bazara çıxarda bilər? Belə bir məhdudiyyət yoxdur. Eyni zamanda, aşağıdakı məhsul quruplarının olması məqsədə uyğun hesab olunur:
* İnkişaf mərhələsində olan və əsas gəliri verən qurup (A)
* Kamillik mərhələsində olan və gəlirin sabitliyini təmin edən qurup (B)
* Gələcək gəliri təmin edə bilən strateji yeni məhsul (V)
* İnkişaf mərhələsində olan və əsas satışın həcmini təmin edən taktiki məhsul ( Q)
    Bu məhsulların mutənasibliyini və bazarda payını nəzərə almaq çox                                  vacibdir. Praktika göstərir ki, idial halda bu əsas məhsulların payı bazarda 75-85%təşkil edir. Təbii ki,məhsulun struktur sırasında tənəzzülə uğrayan məhsul da olacaqdır (E). Onların bazarda saxlanılması faydasızdır. Lakin firma onlardan lazımınca istifadı edə bilər. Məsələn, sırada tənəzzül və ya yeni məhsulun olması başqa məhsulların satışına maraq oyadır, köhnəlmiş məhsula nisbətən, onlar təzə görünürlər.
     Deməli, dörd məhsul (A, B,V,Q) bazara elə ardıcıllıqla çıxarılır ki, ümumi satışın həcmi sabit qalsın. Müxtəlif yenilik dərəcəsi olan və eyni zamanda bazarda satılan məhsulların sturukturunu optimallaşması müəssisəyə sabit gəlir və onun bütün xərclərinin ödənilməsinə səbəb olur.
    4 nömrəli şəkildən görünür ki, bazara çıxarılan təzə məhsullara bir müddətdən sonra sorğu azalır və ona münasib olaraq satışın həcmi də azalır. Məhsulun sturukturunun optimallaşması nəticəsində,baxmayaraq ki, ayrı-ayrı məhsulların (A,B,V,Q) satış həcmi parabola şəklində dəyişir, firmanın ümumi satışı nisbətən düz xətt şəklində, zaman oxuna paralel olaraq çox az miqdarda dəyişir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:4 Turist firmasının marketinq məhsul strategiyası.
Turist bazarında işləmək üçün,hər şeydən əvvəl keyfiyyətli turist məhsulu lazımdır. Belə məhsulu istehsal etmək üçün məhsul strategiyası olmalıdır. Turist müəssisəsinin ümumi strategiyasında məhsul strategiyası əsas yer tutur.
Məhsul strategiyasının əsas məqəsdi məhsulun bazar tələbinə uyğun növ sırasının strukturunun optimallaşmasıdır. Belə strategiyanın olmaması təklifin strukturunun qeyri–sabit olmasına səbəb olur. Bu cür hallarda qəbul olunan marketinq qərarları elmi əsaslara yox, hissiyata əsaslanır, bu da ki, müəssisənin maraqlarını uzun müddət təmin edə bilmir. Əksinə, yaxşı düşünülmüş məhsul strategiyası turist məhsulunun istehsalını optimallaşdırır və imkan verir ki, yeri gələrsə bu sahədə qəbul olunmuş qərarlara lazımı düzəlişlər verilsin. Məhsul strategiyasının tərtib olunması məhsulun gələcəyini nəzərə almalı və onun strukturunu optimallaşdırmağa imkan verməlidir. Məhsul strategiyası yeni məhsul hazırlanmasına zəmin yaradır.
Turist məhsulu da öz inkişafında ardıcıl mərhələlərdən keçir. Bu mərhələlər satılma həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.
      I.      İlk mərhələdə məhsul bazara çıxarılır və turist müəssisəsi onu cəmiyyətə təqdim edir. Bu mərhələ satışın az olması ilə xarakterizə olunur. Bu mərhələdə marketinq xərcləri həddindən çox olur.Lakin məhsul yeni olduğuna görə, bu mərhələdə rəqabət olmur. Məhsulun bazara çıxarılma və orada mövqe tutma mmüddəti çox vaxt uzana bilər və məhsulun keyfiyyətindən, alıcıların tələbinə uyğun gəlməsindən, marketinq strategiyasının düzgün seçilməsindən və tətbiq olunmasından asılıdır.
   II.      İnkişaf mərhələsi satış həcminin və gəlirin artması ilə xarakterizə olunur. Bu mərhələdə də hələ marketinqə çoxlu pul xərclənir.Lakin bu mərhələdə artıq rəqabət başlayır və marketinqə xərclənən pul alıcılarda məhsulun keyfiyyətı haqqında inam yaratmağa və satışın genişlənməsinə istifadə olunur. Bu mərhələnin üstünlüyü ondadır ki, hansı firmalar ki hamıdan qabaq yeni məhsulu bazara çıxardırlar, elə onlar müəyyən üstünlüyə malikdirlər.İnkişaf mərhələsində firma yeni bazarları fəth etməyə, məhsula yeni müştəriləri cəlb etməyə və çoxlu gəlir götürməyə çalışır.
III.      Kamillik mərhələsi satışın artmasının zəifləməsi və stabilləşməsi ilə xarakterizə olunur.Bu mərhələdə müştərilərin sayı çoxalmır.Lakin gəlirin miqdarı bir az azalır, amma yenə də yüksək olaraq qalır.
IV.      Zəifləmə mərhələsində turist sferası bu məhsuldan artıq doyur. Mütəmadi olaraq satışın həcmi və gəlir azalır. Bazarda yeni məhsullar peyda olunur. Həmin məhsula isə artıq təıəbat yoxdur. Bu dövr çox davam edə bilər. Lakin rəqabət mübarizəsi azaldığına görə marketinqə əlavə xərclər edib, məhsulun ömrünü bazarda uzatmağa dəyməz. Firmaya yeni məhsul haqqında düşünmək lazımdır.
Turist məhsulunun inkişafı müəyyən mərhələlərlə əlaqədə olduğunu bilən firma qarşısında 3 əsas problem yaranır:
a)    O, tənəzzüldə olan məhsulu əvəz etmək üçün yeni məhsul yaratmağa hazır olmalıdır;
b)   Firma satışda olan məhsulun bütün mərhələlərində işi səmərəli təşkil etməyi və gəlir götürməyi bacarmalıdır;
c)    Firma təklif etdiyi məhsulun strukturunu bütün mərhələlərdə optimallaşdırmağı bacarmalıdır.
Turist məhsulunun strukturunun optimallaşdırılmasının məqsədi ondadır ki, bazara müxtəlif vaxtlarda çıxarılan məhsulların ümümi satışını və gələrini optimallaşdırasan.
Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunun hazırlanmasının həddən artıq çox böyük əhəmiyyəti var. Bunu, hamıdan əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqu tez – tez dəyişir, yeni texnologiyalar və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır.
Yeni məhsulu yaratmaq çox da asan məsələ deyil. O, yüksək ustalıq, istedad və inadkarlıq tələb edir. Məhsulda yenilik yaradıcılıq fəaliyyətidir və özü-özlüyündə kommersiya mənasında yüksək qiymətləndirilir.
Yeni məhsulun hazırlanması və bazara çıxarılması böyük risklə bağlıdır (18 – 20 %). Bunun əsas səbəblərindən bir neçəsi müştərilərin tələbatının düzgün qiymətləndirilməsi, bazarda satışın həcminin düzgün təyin olunmaması, satışda buraxılan səhvlər, reklamın aparılmaması, rəqiblərin nəzərə alınmaması və s. ola bilər. Beləliklə, yeni məhsulun tərtib olunması və bazara çıxarılması yüksək dərəcədə qeyri – müəyyənliklərlə əlaqədardır.
Bazar iqtisadiyyatının məntiqi belədir: “ rəqabət yenilikləri tez mənimsəyən, yeni məhsulu hazırlayıb rəqiblərindən qabaq bazara çıxardan qalib gəlir ”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:5  TURİST MƏHSULU
 
Turist bazarında qazanılan müvəffəqiyyətlər məhsulun cazibədarlığından asılıdır. Turist məhsulu mürəkkəb və müxtəlif elementlərin birləşməsindən əmələ gəlir:
·       turisti səyahətə sövq edən təbii sərvətlər ədəni və tarixi abidələr, memarlıq nümunələri ;
·       otellər, mehmanxanalar, restoranlar, istirahət ocaqları, səfərə çıxmaq qərarına gəlməkdə təsir göstərməsələr də, onlarsız səfər də baş tutmaz;
·       nəqliyyat vasitələri turistləri surət yox, 1-ci növbədə qiymət cəhətdən maraqlandırırlar.
Bura məhsulun keyfiyyəti və onun satılmasından əldə olunan gəlir arasında kompramis yaradan informasiya təchizatı da aiddir.
Turist məhsulunu qiymətləndirəndə bilmək lazımdır ki, bu məhsul kimə lazımdır və onu kim alacaqdır? Bu suala cavab tapılandan sonra, yəni artıq məhsulun kiməsə vacib olmasını aydınlaşdırdıqdan sonra, həmin adam alıcıya çevrilir.
Turizm biznesinin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə (qiymətdə) təşkil etsin.
Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirlər. Xüsusilə məhsulun üstünlüklərini diqqət mərkəzində saxlamalıdırlar.
Məlumdur ki, təcrübədə əsas və əlavə turist xidmətləri anlayışı var.
Əsas turist məhsulu standart turist xidmətlərinin toplusu olur, bu toplu “pekidj tur” kimi bir paketdə turistlərə satılır. Adi malların satışında olduğu kimi turist məhsulu 3 səviyyədə olur: ümumi ideyası olan məhsul
, real hazırlanmış və keyfiyyətli məhsul.
Hər hansı bir turist məhsulunun əsasını hər hansı bir tələbatın ödənilməsi təşkil edir. Ona görə də məhsulun özəyini, onun məzmununu açıqlayan ideya təşkil edir,yəni hər hansı bir problemin həllinə yönəlmiş,hər hansı bir təlabatın ödənilməsinə istiqamətlənən tədbir olur.Turist məhsulunu əldə edən turist faktiki nəyi alır? Faktiki olaraq o əllə yoxlanılması  mümkün olmayan məhsul alır. Onun aldığı şey özünün müəyyən təlabatının ödənilməsinə xidmət edir. Belə olduğu halda turist müəssisəsinə öz məhsulunu tərifləmək yox, onun alıcıya verdiyi xeyirdən danışmaq daha sərfəlidi.
Baxmayaraq ki, informasiya xidmətləri turistlərə pulsuz göstərilir, turist müəssisələri onların vasitəsilə öz məhsullarının çoxunu sata bilirlər. Məlumat materiallarının olması və personalın bu materiallardan xəbərdar olması və alıcılara operativ olaraq sözsüz çatdırılması turst məhsullarının bir hissəsidir.
Turist məhsulunun mövqeyinin möhkəmləndirilməsi, müştərinin davranışını diqqətlə izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət nöqteyi nəzərindən bu cür hərəkət, turist müəssisəsinə öz məhsulunun mövqeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün yeni imkanlar yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:6  Turizm  biznesində  məhsulun  şəxsi  satışı.
 
 
1.    Şəxsi  satış  prosesi
 
 
Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştrak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi görüş zamanı mümkün olur. Turist məhsulun abstrakt xarakter daşıması, onun çətin təsəvvür olunması personaldan xüsusi davraniş tələb edilir. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi bacarmalıdır. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandirmaqda və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir. Ehtiyac olarsa, bu cür görüşləri məqsədyönlü auditoryalarda da keçirtmək olar.
   Şəxsi görüşlər iki məqsədlə təşkil olunur: birincisi şəxsi əlaqələri yaratmaq və ikincisi turist məhsulunu satmaq üçün. Şəxsi görüş ərəfəsində məhsulun satılmasına “ direk-marketinq “ deyilir, bu məhsul satışının adi bir formasıdır. Onun üstünlüyü ondadır ki, şəxsi görüş zamanı müştərini inandırmaq, onun sübhələrinə arqumentli cavab vermək, şifahi nitqin ən gözəl (atalar sözləri, nümunələr və s.) cəhətlərindən istifadə etmək mümkündür.
   Müştəri ilə (klientlə) əlaqə yaratmaq üçün, onu qəbul etməyi, söhbətə başlamağı, işə diqqətlə yanaşmağı, diqqətlə münasibətlərin inkşafını izləyib satış məqamını düzgün seçməyi bacarmaq lazımdır. Şəxsi görüş ərəfəsidə müştərini məhsulu almağa təkid edən əsaslı motivlər axtarıb tapmalı, onun şübhələrinə və nigarançılığına diqqətlə yanaşmalı, müştərinin təlabatını, istək və arzularını hər zaman ödəməyə hazır olmasını göstərmək lazımdır.
    Bütün bunların hamısını cəmləşdirsək, şəxsi satışı aşağıdakı ardıcıl mərhələlərdən təşkil olunmuş klassik bir proses kimi qəbul etmək olar:
1.    Müştərinin qəbul olunması və onunla işgüzar, lakin səmimi əlaqə yaratmaq;
2.    Onun təlabatını diqqətlə öyrənmək;
3.    Məhsulu təqdim etmək;
4.    Yaranmış şübhələri yayındırmaq;
5.    Məhsulu satmaq;
6.    Satışdan sonra əlaqələri davam etirmək;
 
2.    Müştərinin qəbulu və onunla ünsiyyətin yaranması
 
      Müştərilərin qəbulu böyük ustalıq tələb edir. Onun sonraki səmimiliyi və açiq ünsiyyətə başlaması bu qəbuldan aslıdır. Müştərinin özünü sərbəst aparmasından və satıcının onun diqqətini ələ almaq bacarığından aslı olaraq səmimi forması yaranır. Söhbət zamanı satıcı özünü şən və təkəbbürlü aparmalıdır. Onun özünü inamla və optimizmlə aparması müştəriyə mütləq müsbət təsir göstərməlidir. Satıcı müştərini diqqətlə dinləməli,onun təlabatını və arzularını başa düşməlidir.
      Satıcının tək optimistliyi yox, onun xarici görnüşü də alıcıya təsir göstərir. Satıcı diqqətli və söhbət sevər olmalıdır. Müştərinin məhsul haqqında olan şübhələrinə şərik olaraq, eyni zamanda onu inandirmalıdır ki, bu məhsul  ona münasib və onun axtardığı məhsuldur.
      Müıtəri ilə ünsiyyət (kontakt) yaratmağın bir neçə üsulu var. Birincisi odur ki, söhbəti alıcını ən çox maraqlandıran mövzudan başlamaq lazımdır. Ikincisi, o dıqiqə müıtırini valeh edən frazadan və ya surətdən (atalar sözündən) və ya maraqlı yumordan başlamalıdır. Üçüncüsü – müştəriyə ehtiramla yanaşmaq və bilmək lazımdır ki, onun şəxsiyyətinə yüksək qiymət verir. Bu bütün adamların xoş arzusudur ki, onu tanisınlar və şəxsiyyətinə yüksək qiymət versinlər. Müştərinin şəxsiyyətinə qiymət verilməsi yaradıcı bir atmosfer yaradır və məhsulun ona satılmasına vacib bir proses kimi yanaşmağa vadar edir. Dördüncü üsul birincidən onunla fərqlənir ki, birincidə satıcı ümumi sözlərlə, suallarla alıcının maraqlarından danışırdısa, lakin dördüncüdə yorulmadan ancaq alıcını maraqlandıran və narahat edən problemlərdən danışır. Alıcı bu məsələləri əvvəlcədən hazırlayır və tətil edir. Beşincı üsul, müştəri ilə birbaşa, müqəddiməsiz əsas məsələyə başlayır, müıtərini maraqlandıran və onun tələbinə uyğun məhsul təqdim edir. Doğurdan da, kim sərfəli, ruhuna oxşar, keyfiyyətli məhsuldan imtina edər, əgər o, həqiqətən səfərə çıxmaq istəyirsə?
 
 
 
 
 
3. Müştərinin  tələbatının  araşdırılması
   
 
       Məhsul o vaxt yaxşı satılar ki, müştərinin təlabatı, arzu və istəkləri öyrənilsin və nəzərə alınsın. Müıtərini başa düşmək üçün söhbət zamanı onun davranışına fikir verməli və diqqətlə ona qulaq asmaq lazımdır.
       Müştərinin qəbulu zamanı alıcının bir neçə cür özünü aparması forması mövcuddur. Onlardan ən yayılmışı, I davranış forması-kömək və müştəriyə yardım davranışıdır. Bu cür davranışla firmanın nümayəndəsi-satıcı müştərini sakitləşdirir və ona məhsulu almaqda köməklik göstərir. Belə davranış müştərini qərar qəbul etməyə ürəkləndirmək, onu şübhədən yayındırmaq üçün tələb olunur.
      II davranış forması-hakim mövqeyindən çıxış etməkdir. Bu halda satıcı alıcıya, onun qərar qəbul etməsinə tənqidi yanaşır. Bu cür satıcının işə yanaşması xeyir vermir və satışı poza bilər.
      III davranış forması – sual formasında ünsiyyət davam edir. Bu halda müştərini qorxudub hürkütməmək üçün verilən suallar çox  nəzakətli olmalıdır.
      IV – İzahedici davranış forması  onunla xarakterizə olunur ki, satıcı müştərinin motivlərini, hərəkətlərini başa düşmək və onların əsasında müştərinin şəxsiyyətini aydınlaşdırmağa çalışır. Bu forma müştərinin davranışını təhlil etməkdən ötrüdür. Lakin bu halda ehtiyatlı olmaq tələb olunur.
     V – başa düşmə formasıdır. Satıcı müştərini dərindən dərk edir və diqqətlə ona qulaq asır. Müştəri bundan ürəklənir və axıra kimi sözünü söyləyir və ona ürəyini satıcıya açır. Satış prosesində bu cür davranışı idarə etmək çox çətindir, böyük hövsələ tələb edir. Bu forma fikir ayrılığı baş verəndə tətbiq olunur.
    Nəhayət, satıcı – alıcı münasibətlərində bir ünsiyyət formasına da rast gəlmək mümkündür – cavabdan qaçmaq. Söhbət alıcı üçün maraqsız olanda və ya məsuliyyəti öz üzərinə götürmək istəməyəndə satıcı məharətlə mövzunu dəyişir, “ balıq kimi sürüşüb “ söhbətdən qaçır.
     Ünsiyyətin ən gözəl xüsusiyyəti insanı dinləməkdir. Çox adam bunu bacarmır. Bundan ötrü, təcrübə və səbr lazımdır. Insanı diqqətlə dinləmək böyük takt tələb edir. Xüsusilə aktiv dinləmə vacibdir.
     Beləliklə,şəxsi satış məharəti satıcının şəxsi bacarığından, ünsiyyətindən asılıdır.
 
 
 
Mövzu:7  Turizm  biznesində yeni texnologiyaların tətbiqi prosesi.
 
 
 
    Müştərilərə xidmət göstərməkdə zaman faktoru həlledici rol oynayır. O turizm firması udmuş olur ki, qısa müddətdə, müştəri bir stəkan çay içənə qədər  “on-lane” rejimində müştəriyə kompleks xidmət göstərilsin. Müştəriyə bu cür xidmətin göstərilməsi turagentlə turaperator arasında informasiya əlaqələrinin yaranma formasından aslıdır. Məlumdur ki, mehmanxanada yerin və nəqliyyatda biletin sifariş olunması, operatorun vacib məsələlərindən biridir. Əgər bu məsələləri avtomatik rejimdə  turagentlik həll edə bilərsə, deməli müştəriyə operativ formada xidmət göstərmiş olur.
    Təəsüf ki, praktikada tur aperatorlarla turagentlər arasında informasiya mübadiləsi “On-line” rejimdə tək-təkhallarda mümkün olur. Əsas əlaqə forması telefondur, telefaksdır, bunlarda çox vaxt itirilməsinə səbəb olur. “On-line”rejimində əlaqə yaratmaqdan  ötrü kopüter texnikası və hər iki portnyorun proqram təhcizatı olmalıdır. Turagentlə turaperator arasında 3 variantda proqram təhcizatı qeyd etmək olar:
·       Turagentlikdə yerləşən müştərilərə  avtomatik rejimdə xidmə göstərən proqram təchizatı. Bu təchizat turaperatoru turagentlə birləşdirən avtomatik sistemin bir hissəsidir.
·       Müştərilərə avtomatik rejimdə xidmət göstərən və turagentlikdə yerləşən proqram təchizatı. Turoperatorla əlaqə başqa bir daxili əlaqə forması ilə saxlanılır.
·       Turagentlikdə yerləşən avtomatik sistem və proqram təchizatı müştərilərə avtomatik rejimdə xidmət göstörir və həmin sistemdə turaperatorda əlaqə saxlamaq üçün əlavə bir funksiya vardır.
Bu proqram təchizatıları turizm sahəsində alıcılara göstərilən xidmətləri avtomatlaşdirmaqdan ötrü yaranmışdır. Məsələn, götürək ANT Group kompanyasının  ” Continent-ANT ” avtomatik kompüter sistemini. Bu sistemin ideyası Gabriel sistemini xatırladır. Gabriel sistemi aviakompaniyanınbiletlərini əvvəlcədən sifariş etmək üçün istifadə olunur. Kompaniyanın əlində bütün məlumatları özündə cəmləyən prosessinq mərkəzi yerləşir. Turoperatorda turları komplektləşdirən, onları satışa qoyan və agentliklə hesabat aparan proqram təchizatı, turagentlikdə isə müştərilərə xidmət edən proqram tıchizatı yerləşdirilir. Sistemin bütün faliyyəti prosessinq mərkəzindən idarə olunur. Turaperator və turagentliyin kompüterləri adi telefon xətti ilə həmin mərkəzlə əlaqə saxlayır.
     Bu üstünlüyü ondadır ki, tələblərdən ötrü onun informasiya problemini prosessinq mərkəzi həll edir. Tərəflərin prosessinq mərkəzindən asılılığı və sanksiya olmadan sistemin işinə qarışmağının mümkün olması sistemin mənfi cəhətlərindəndir. Buna oxşar prinsip “ Master Tur” kompleksində” Meqatek ”  firması tərəfindən yaradılmışdır. Əvvəlki avtomatik sistemdən  “ Master Tur “  onunla fərqlənir ki, sistemi idarə edən prosessinq mərkəzi turoperatorun özündə yaradılır. Baxmayaraq ki,  ” Master Tur ” turoperatorun faliyyətini avtomatik idarəetməkdən ötürü yaranmışdır. Bu sistemdən turagentliyin işini avtomatlaşdırmaqdan ötrü istifadə etmək olar. Bu sistemlər artıq köhnəlmişdir, ona görə ki, satışı müəyyən çərçivədə məhdudlaşdırırlar. Qabaqcıl şirkətlərin coxu internet qlobal kompüter sistemindən istifadə edilir. Məsələn, “ Akademserviz ”  kompaniyası üçün  “ İntursoft “ firması internetdən istifadə etmək üçün standart proqram təchizatı tərtib etmişdir və texnalogiyanın xüsusiyyətləri ondadır ki, turlar haqqında məlumat xüsusi tərtib olunmuş bazarlarda saxlanılır. Turların ətraflı təsvirindən başqa, yerlər haqqında məlumatda bu bazarlarda göstərilir. Bu da  “ Akademserviz ”  firmasına müştəriyə onun sifarişinin qəbul olunması haqqında cavab verir. Beləliklə, müşteri agentlikdə olduğu zaman bütün sifarişlərini verir və onlara cavab alır. Lakin bu sistemin də müəyyən nöqsanları vardır. Bu sistem turaperatorun elektron xətləri ilə tam əlaqə saxlaya bilmir.
     Üçüncü sistemin üstünlüyü ondadır ki, Turoperator və turagent bir-birindən aslı olmayan, yüksık səviyyədə informasiyaları müdafiyə olunan xüsusi sistemlərdə faliyyət göstərirlər. Belə sistemlər xarici ölkələrdə çoxdan tətbiq olunur. Rusiyanın turist bazarında  “ İntorsoft ” kompaniyası yeni  “ TOUR – AGENT – 2000 “ proqram təchizatı təklif etmişdir. Bu proqram müştərilərə göstərilən xidmətlərin avtomatlaşdırılmasından başqa, marketin və mühasibatlıq fəaliyyətini də avtomatlaşdırır.
      Beliliklə, bütün dünyada böyük sürətlə informasiya kompüter texnalogiyası durmadan inkişaf edir, milyonlarla insanların həyat tərzini dəyişir və turist məhsulunu dünyanın hər yerində irəlilədir. Biz yuxarıda 1997–ci illərin informasiya texnalogiyasından misallar gətirdik. Lakin bu texnalogiya artıq köhnəlmişdir. Azərbaycan isə heç hələ Rusiyanın qabaqcil firmalarının təcrübəsini mənimsəməmişdir.
     2003–cü ildə  Azərbaycan  Respublikası  Baş  Turizm  İdarəsi və Turis Sənayesinin İnkişaf İttifaqı Azərbaycanda Vahid Turist İnformasiya  Şəbəkəsi  yaratmaq haqqında təşəbüs göstərmişdir  (ATİS ).Təəssüf ki, bu sistem hansı texnalogiya əsasında yaranması məlum deyildir. Vahid turist infarmasiya məkanı hansı problemləri həll etməli və onun proqram təchizatıçısı kim olmalıdır, o da məlum deyildir.
     Məlumdur ki, insan sivilizasiyası yeni eraya qədəm qoymuşdur – bu era yeni informasiya texnalogiya erasıdır. Gündən – günə yeni informasiya texnalogiyasının rolu insan həyatında artır. Ona görədə, yeni informasiya texnalogiyasının turizmə müdaxiləsi gündən – günə artır. Bu da onunla izzah olunur ki, turiz insan həyatının ayrılmaz aktif bir hissısidir. Yeni informasiya texnalogiyası və turizim bir birləri ilə sıx bağlıdır. Onları bir birlərindən ayırmaq qeyri mümkündür. Bu bir prosesin iki tərəfidir, hansı tərəfin bu proses dünyanın bütün yerlərində otelleerdə yerlərin sifariş edilmısinin, aviyabiletlərin bronlaşdırılmasını, avtomaşınların icarısini və turizimdı digır əməliyyatları asanlaşdırır.
     Turizm bazarı ucsuz bucaqsızdır. Bu nəhəng bazar özü böyük informasiya mənbəyidir. Yeni informasiya texnalogiyası olmadan bu bazardan baş çıxartmaq qeyri mümkündür. Yeni informasiya texnalogiyası bu informasiyanı qəbul edir, həzm edir, dəqiqləşdirir və rahat formada müştərilərə çatdırır.Hır turist üçün verilən informasiyanınhəcmi tez–tez dəyişir: müxtəlif nəqliyyatın hərəkət cədvəli, hərəkətin istiqamətləri, cürəbəcür əlavə məlumatlar. Tək aviyakompaniya aviya biletin bronlaşdırılmasında hər bir müştəri ilə orta hesabla 25 transaksiya aparılır.Turist sənayesi özü də nəhəng informasiya mənbəyidir. Bu nəhəng informasiyanı həzm etmək, ondan vaxtında və səmərəli qərar çıxartmaq üçün yeni informasiya texnalogiyası köməyə gəlir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:8 Turizm məhsulu və onun mahiyyəti.
1.1. Turizm məhsulu və xidmət üsulları .
Turizm məhsulu və xidmət üsulları –  turistlərə göstərilən xidmətlərin kompleksi və ya məcmusudur. Buraya turistlərin daşınması, yerləşdirilməsi, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər daxildir.Turizm öz xüsusiyyətlərinə görə başqa fəaliyyət sahələrindən prinsip etibarı ilə fərqlənmir.Ona görə də , marketinqin əsas müddəaları turizmə də  tətbiq oluna bilər.Eyni zamanda turizm öz xüsusiyyətlərinə görə xidmətlərin və malların satılmasından fərqlənir.Adi malların istehsalında marketinq anlayışı konkret xarakter daşıyır.Turizmdə isə bu anlayış başqa məzmun və xarakter daşıyır.Turizmdə marketinq turist mallarının və xidmətlərinin istehsalı və satışı ilə nəticələnir.Turist məhsulu –turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir.Bu xidmət növlərinə qidalanma , yerləşmə , əyləncə , ekskursiya və s . xidmətlər aiddir.Turizm məhsuluna iki cür yanaşma geniş yayılmışdır:Dar çərçivədə turizm məhsulu və geniş mənada turizm məhsulu.Dar çərçivədə turizm məhsulu dedikdə konkret  xidmət , yəni mehmanxana və ya ayrıca nəqliyyat xidməti başa düşülür.Geniş mənada turizm məhsuluna kompleks şəkildə yanaşırlar.Xidmətlərin turistə kompleks şəkildə göstərilməsinə turist səfəri və ya tur deyilir.Turist məhsuluna bu cür yanaşmada bütün xidmətlər bir “paketə ” toplanır və turist paketdə cəmlənən xidmətlərin hamısının haqqını bir dəfəyə putyovkanın ( turist səfərinin ) qiyməti kimi ödəyir.Turist məhsullarını başqa məhsullardan fərqləndirən özünə məxsus xüsusiyyətləri vardır:
ü Turist məhsuluna kompleks şəkildə daxil olan komponentlər və onları istehsal edən müəssisələr bir-birilə mürəkkəb əlaqələrlə bağlıdır.Turizm məhsulu alınan gəlirə və məhsulun qiymətinə görə elastikdir.
ü Turizmin xüsusiyyəti belədir ki , eyni turizm mərkəzi , eyni turist səyahətinə müxtəlif səviyyələrdə ( fəsillərdən asılı olaraq , qrupda olan başqa turistlərin xarakterindən , personalın  əhval -ruhiyyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq ) xidmət göstərir.
    Turizm məhsulu geniş mənada müxtəlif  müəssisələrin gərgin əməyi nəticəsində yaranır.Hər təşkilatın öz iş üslubu , öz xüsusiyyətləri və öz maraqları olur. Cüzi miqdarda səhv və ya nöqsan buraxılarsa , yüksək səviyyədə xidmət təşkil  etmək olmur.Ona görə ki,turistlərə göstərilən xidmət belə xırda elementlərdən asılıdır.Turist xidmətlərinin spesifik xüsusiyyətləri bunlardır:
ü Turist xidməti  özü –özlüyündə müştəriyə göstərilənə qədər mövcud deyil , yəni məhsul yalnız xidmət göstərilən zaman  yaranır.Göstərilən xidmətlər eyni zamanda göstərilməsinə baxmayaraq , bir-birilə rəqabət aparan iki firmanın xidmətlərinin keyfiyyətini müqayisə etməyə imkan vermir.
ü İstehsal ilə istehlakın qırılmazlığının labüd nəticəsi xidmət keyfiyyətinin dəyişkənliyidir.Xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə onun harada , nə zaman , kim tərəfindən göstərilməsindən  asılıdır.Əksər hallarda xidmətlərin göstərilməsi sifarişçilər tərəfindən çətin başa düşülə bilən və qiymətləndirilə bilən ustalıq və bilik tələb edir .Göstərilən xidmətin son dərəcədə qeyri müəyyənliyi  alıcını son dərəcədə qeyri-əlverişli vəziyyətə salır.Buna görə də alıcı , xidmət göstərən tərəfə inamağa məcburdur.
ü Xidmətlərin çoxşaxəli olmasından asılı olmayaraq onların  hamısının ümumi xüsusiyyətləri də vardır. Bunlara onların hissedilməzliyi , istehsalın və istehlakın fasiləsizliyi , keyfiyyətin dəyişkənliyi və qorunub saxlanıla bilməməsi aiddir.Xidmətlərin hiss edilməzliyi o deməkdir ki , onu qabaqcadan nümayiş etdirmək , görmək , sınamaq və tanış olmaq mümkün deyil.İstehsalın fasiləsizliyi o deməkdir ki ,xidməti yalnız müştərinin olduğu halda göstərmək mümkündür.Bu da öz növbəsində turist xidmətlərini malların satışından ayıran  xüsusiyyətdir.Turizm məhsulunun tərkibinə aid olan xidmətləri aşağıdakı kimi təsnif etmək olar:
Ø Nəqliyyat xidmətləri –bunlara hava nəqliyyatı ,dəmiryolu nəqliyyatı,  avtomobil və qeyri ənənənəvi nəqliyyat xidmətləri daxildir ki, turizmdə dəmir yolu,  hava , dəniz və avtomobil nəqliyyatından geniş istifadə olunur.
Ø Yerləşdirmə xidməti- Bu xidmət növü turizmdə əsas və məcburi xidmət növü sayılır. Bu xidməti göstərən müəssisələrə otellər , motellər , qonaq evləri , istirahət evləri , və s. aiddir.
Ø Qidalanma xidmətləri –Bu xidmətləri restoranlar , kafelər , barlar , yerləşmə vasitələrindəki müxtəlif iaşə obyektləri  və digər bu kimi müəssisələr təqdim edir.
Ø Müxtəlif xidmətlər -əyləncə, istirahət , idman , mağaza , transfer , bank və s . bu kimi xidmətlər  də nəzərə alınmalıdır.
     Bunlardan başqa, turizm məhsulunun satışı ilə məşğul olan turizm şirkətləri və turoperatorların fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Çünki, turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Onlar tərəfindən turizm məhsulu turpaket və turlar şəklində hazırlanaraq turistlərə təkli olunur. Bu zaman turizm məhsulunun müəyyən xüsusiyyətləri nəzərə alınır.Turizm məhsulunun təhlil edərkən yerləşdirmə amilini  xüsusilə vurğulamaq lazımdır. Turistlərin yerləşdirilməsi (yaşaması və gecələməsi) məqsədi ilə təsis edilən müəssisələrə mehmanxanalar (otellər), turist bazaları, motellər, kempinqlər və s. aid edilir. Marşurut zamanı qrupların bir gecəlik dayanacaqları üçün turist bazalarının və ya turizm firmalarının nəzdində düşərgələr və ya sığınacaqlar da yerləşdirmə obyekti ola bilər. Yerləşdirmə turizmin ən mühüm elementidir. Yerləşdirmə (gecələmə) yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasitələrinin yaradılması, turist qəbulunun və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt tələbdir.
     Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə bütün yerləşdirmə vasitələrini iki yerə ayırmaq olar: kollektiv surətdə yerləşmə və fərdi surətdə yerləşmə. Turistlərin kollektiv sürətdə yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq müəssisələr, ixtisaslaşmış müəssisələr (sağlamlıq müəssisələri, ictimai nəqliyyat vasitələri, əmək və istirahət düşərgələri, konqres mərkəzləri) və kollektiv yerləşdirməyə imkanı olan digər müəssisələr (istirahət üçün nəzərdə tutulmuş yaşayış yerləri, kempinqlər üçün meydançalar və s.) aiddir. Turistlərin fərdi sürətdə yerləşməsi vasitələrinə şəxsi yaşayış evləri, kirayə edilən otaqlar, ayrı-ayrı şəxslərdən və ya agentlərdən kirayəyə götürülən yerləşmə vasitələri, qohum və ya tanışlar tərəfindən ödənişsiz (təmənnasız) verilən yerləşmə vasitələri, fərdi əsasda digər yerləşmə vasitəsi növləri aiddir. Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələr tutum (yerlərin sayı), komfortluq (rahatlıq) və fəaliyyət dövrünə  görə də  üç qrupa ayrılır. Bir çox ölkələrdə mehmanxanaların (otellərin) komfortluq dərəcələri göstərilir. Bu dərəcələr “ulduz” anlayışı ilə ifadə edilir. Mehmanxanaların dərəcələrinin müəyyən edilməsi, turizm biznesinin mühüm vəzifəsidir. Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm Təşkilatının kriteriyaları mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə bunu özünəməxsus şəkildə şərh edir. Otelin dərəcəsi anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmusu və əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi nəzərdə tutulur. Hər hansı bir otel üzrə son qərarı, həmin ölkənin (regionun) turizm nazirliyi, departamenti (şöbəsi) və s. qəbul edir.
     Respublikamız da  bir çox ölkələr kimi otellərin dərəcələrə ayrılmasında ulduz sistemindən istifadə edir.Belə ki , son zamanlar ölkəmizdə bir çox yeni otellərin yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Beynəlxalq otel şəbəkələrinin Azərbaycanda fəaliyyəti, ölkəmizin adının yüksəklərdə olmasının nəticəsidir. İqtisadi və siyasi sabitlik dünya səviyyəli turizm sənayesi təşkilatlarının Azərbaycanda işləməyə cəlb edir. Beynəlxalq şəbəkə otellərinin fəaliyyəti yerli yerləşmə obyektlərində də ümumi xidmət səviyyəsinin yüksəlməsinə təkan verir.Bu tipli otellərə misal olaraq  Hyatt Regency Baku , Absheron Marriot Baku , Ramada Baku , Park İnn kimi otelləri göstərə bilərik.
     Turizm müəssisələri öz fəaliyyətlərini daimi etmək üçün  turizm məhsulunun xüsusiyyətləri ilə bərabər müxtəlif əmək vasitələrinə də mailk olmalıdırlar. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir. Turizmin maddi-texniki bazasına: turizm tikililəri (binalar), onların texniki təchizatı (avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlərə tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır. Turizmin maddi-texniki bazasının tərkibinə-turizm firmaları (turoperatorlar və turagentlər), mehmanxanalar, turist bazaları, iaşə, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığının kirayə məntəqələri, turist yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.Xidmət növlərinə görə turizm müəssislərinin  aşağıdakı  tipləri mövcuddur:
1.    Turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr- öz mehmanxanaları olan turist müəssisələri.
2.    Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr- turagentliklər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbulu büroları.
3.    Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr- mehmanxanalar, turbazalar və s.
4.    Yeyinti, ərzaq müəssisələri -restoranlar, barlar , kafelər və s.
5.    Nəqliyyat xidməti müəssisələri- dəmiryolu , hava , avtomobil  və su nəqliyyatı.
6.    Turistlərə mədəni xidmət obyektləri və ekskursiya xidmətlərini təmin edən müəssisələr- teatrlar, konsert zalları, ekskursiya büroları və s.
 Mövzu:9  Turizm məhsulu və turizm sənayesi
Turizm sənayesinə daxil olan tərkib hissələr  bir-birini tamamlamalıdır. Turizm sənayesində təqdim olunan xidmətlərin müxtəlifliyi turməhsulun bölüşdürülməsinə də təsirini göstərir. Turizm sənayesinin mövcud olması, onun yaşaması üçün xidmətlər 2 qrupa bölünür və bunlar turizm xidməti istehsalçılarıdır:
Ø Birinci dərəcəli xidmətlər göstərən özəl bölmə- turizm məhsulunun təşkili üzrə xidmətlər, bələdçi xidməti, turist sığortası, marketinq, reklam, ictimaiyyətlə əlaqələr, turizm sahəsində peşə təhsili, turizm məlumat mərkəzləri, maliyyə xidməti və s.
Ø 2-ci dərəcəli xidmətlər göstərən dövlət və ictimai bölmə- Dövlət və ictimai bölməyə daxildir: milli turizm təşkilatları, yerli turizm təşkilatları, vizaların verilməsi, hava və dəniz limanlarının xidməti, turizm təhsil ocaqları, sərgi, festival, yarmarkaların təşkili və s. Bütövlükdə bunlar turizm məhsulunu təşkil edirlər ki, bu turizm məhsulunu turpaket şəklində və hissə-hissə məhz turşirkətlər istehlakçılara satırlar.Bu məhsul turistlərə xidmətlər şəklində təklif olunur. Turizm xidmətlərinə aşağıdakılar daxildir:
-         Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərən  xidmətlər.
-         Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşə bilərlər.
-         Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.
-         Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. S) və hərəkəti üzrə göstərilən xidmətlər. Xatırladaq ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.
-          Reklam xidməti. Bu ictimai informasiyanın , daha doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifliyindən biridir.Bu informasiya, yeniliyin fəal elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.
-         Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə təminat və s. aiddir.
-         Turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.
-         Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstərilən xidmətlər.
-         Həm ümumi, həm də məqsədli(suvenir, hədiyyə, açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xidmətlər.
-         İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər.
-         Təbiətin mühafizəsi , tarixi və mədəni irsin qorunması sahəsində göstərdikləri xidmətlər
-         İnformasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdikləri xidmətlər.
-         Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.)  göstərdikləri xidmətlər
-           Turizm sənayesinin inkişafına təsir göstərən bir çox amillər vardır. Bu amillərin hər birinin öyrəniməsi vacibdir. Belə ki turizm məhsulunun formalaşdırılması zamanı bu amillər nəzərə alınmazsa , məhsulun satılmasında problemlər meydana gələ bilər .Müasir dövrdə turistlər artıq bu amillərə qarşı xüsusilə həssas davranırlar.Turizm müəssisələrinin də qarşısında duran əsas məqsəd uğurlu marketinq siyasəti həyata keçirərək , turistlərin təlabatına uyğun turizm məhsulu istehsal etmək olduğundan bu amilləri xüsusiilə nəzərə almalıdırlar.Turizm sənayesinin inkişafına təsir edən amilləri aşağıdakı kimi göstərə bilərik:
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

        
        
       Təbii –ekoloji amillər –Bunlara yaxşı iqlim və komfortlu təbii şəraitin olması,  landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması , inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hövzələrinin olması , təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması , ekoloji vəziyyətin yaxşı olması aiddir.
      Sosial-iqtisadi amillər- əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi , vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən sosial azadlıq və hüquqlarının olması , beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsi.
      Siyasi amillər - turistlərin yaşadıqları ölkənin daxili siyasi stabilliyi , turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi , ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər , iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turizm mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri.
       Demoqrafik amillər - Əhalinin artımı dünya turizm potensialını yüksəldir.İnsanların ömür müddətinin artması və təqaüd yaş həddinin azalması, turizmdə üçüncü yaş qrupuna aid olan insanların çoxalmasına səbəb olur. Etnik turist axını (tarixi vətənə səyahət, mühacirlər, oxşar dilli xalqlar, qarşılıqlı səfərlərlə maraqlananlar və s.) da bu zaman nəzərə alınan amillərdəndir.         İnsanların mədəniyyət və təhsil səviyyələrinin yüksəlməsi də  turizm sənayesinə təsir göstərən amillərdən biridir. Son zamanlarda kütləvi informasiya vasitələrinin (KİV) sürətli inkişafı da turizmə müsbət təsir göstərir. Kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində qonaqpərvərlik resurslarının, istirahət yerlərinin infrastrukturunun və digər turizm sənayesi komponentlərinin tanıdılması sürətlənir. Turizmin populyarlığının səbəblərindən biri də şəhər əhalisinin daim artmasıdır. Yalnız urbanizasiya (şəhərləşmə) müəyyən dərəcədə turizm xidmətlərinə olan tələbatın artmasına səbəb olur. Turist axınının formalaşması əsasən iri sənaye və inzibati mərkəzlərdə baş verir ki, bunlar arasında Bakı şəhərinin  də adını çəkmək olar.
        Turizm məhsulu kimi turizm iqtisadiyyatı da spesifikdir.Bu da onun bir sıra amillərin təsirinə məruz qalması ilə əlaqədardır.Bu amillərin əksəriyyəti qeyri-müəyyəndir. Ümumiyyətlə bu amillər iki qrupa qlobal və lokal amillərə ayrılır.Qlobal amillərə siyasi , iqtisadi , təbii , mövsümilik  amillərini misal göstərmək olar.Bunalardan siyasi amillər xüsusilə nəzərə alınmalıdır.Çünki hər hansı bir ölkənin siyasi rejimi gərgin olarsa , həmin ölkəyə turizm tələbi də aşağı düşər.Bu baxımdan Azərbaycan da istisan deyil .Çünki , respublikamızın  ərazisinin iyirmi faizinin işğal altında olması mövcud turizm ehtiyatlarından istifadədə problemlər yaratdığı kimi , ölkəyə gələn turistlərtin sayına da öz mənfi təsirini göstərir.Siyasi amillər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- Gedilən ölkənin siyasi rejimi. Səyahət ediləcək ölkənin siyasi rejimi, bu rejimə qarşı göstərilən reaksiya çox vaxt o ölkəyə istiqamətlənəcək turizm sektorunun qarşısını alır.
-Turistin çıxdığı ölkənin siyasi rejimi. Turizm üçün səyahət istəyi duyan və bu istəyinin reallaşmasına imkan verəcək miqdarda gəlirə sahib olan insanlara ölkə xaricinə çıxmaq haqqının verilmiş olması lazımdır.
- İki ölkə arasındakı siyasi rejim. Ziyarət ediləcək ölkə ilə olan xarici siyasi əlaqələrin vəziyyəti, o ölkəyə istiqamətlənən turizmə təsir edəcəkdir.Bundan başqa beynelxalq münasibətlər , hərbi konfliktlər və ölkənin daxili  siyasəti də burada nəzərə alınmalı faktorlardır.
       ÜTT-nin göstəricilərinə nəzər salsaq görərik ki , beynəlxalq turizmdə siyasi amillər ölkəyə gəlmə turizminə çox böyük təsir göstərir.Çünki , turizm siyasi hadisələrə qarşı çox həssasdır .Məsələn , 2001-ci ilin sentyabrın 11 –də ABŞ da baş vermiş terror aktı bu ölkəyə turist axınlarının azalmasına səbəb olmaqla yanaşı , turizmdən əldə olunan gəlirlərin də azalmasına səbəb olmuşdur.
      Hal-hazırda ərazisinin 20% -i erməni qəsbkarları tərəfindən zəbt olunan ölkəmiz də çox təəssüf ki , bu amilin ağır nəticələrindən əziyyət çəkir.Belə ki , bir çox turistlər məhz bu amillə əlaqədar olaraq son anda ölkəmizə gəlməkdən boyun qaçırırlar.Onu da qeyd etmək lazımdır ki , hər hansı bir vətəndaşın ölkə xaricinə səfərə çıxması üçün ölkəmizdə hər cür imkanlar yaradılmışdır.
        Bununla yanaşı iqtisadi amilləri də xüsusi ilə qeyd etmək lazımdır .Müasir dövrdə turizmə cəlb olunan turistlərin böyük əksəriyyətini   iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin sakinləri təşkil edir.İqtisadi amillər dedikdə , ölkənin iqtisadi inkişafı , əhalinin maddi rifah səviyyəsi , maddi –texniki bazanın inkişaf səviyyəsi( nəqliyyat, yerləşdirmə və qidalanma şəbəkəsi, infrastruktur, müasir texnologiyalar) nəzərdə tutulur. Turizm məhsulunun alıcılıq qabiliyyətinin olmasından ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridir. Yəni, imkanı olan adam səyahətə çıxa bilər. Beləcə, gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz. İşsizlərin sayı çox olan, əmək haqqı az olan ölkədə kütləvi istirahətdən söhbət gedə bilməz. Əsas iqtisadi amillər kimi aşağıdakıları qeyd etməliyik :
-         Milli gəlirin  miqdarı ,
-         Adambaşına düşən gəlirin  miqdarı ,
-         Milli gəlirin paylanma forması ,
-         Ölkədə şəxslərin girdikləri xalis gəlir qrupları ,
-         Turizm mal və xidmətlərinin qiyməti.
Sosial amillər– Turizm inkişafına güclü təsir göstərən amillərdən biri də sosial faktordur. Sosial amillər əsasən aşağıdakılardan ibarətdir:
- Ailəvi xüsusiyyətlər - Şəxsin evli, subay olması və ya ailədəki uşaqların sayı və onların məktəb vəziyyəti və yaş tərkibi turizmə təsir edir. Turizmə təsir edən amillərdən biri də ailə başçısının işlədiyi sahənin xüsusiyyətləridir. Kənd təssərrüfatı işçiləri ən az, sərbəst iş sahibləri ilə yüksək vəzifələrdə işləyənlər ən çox səyahət edən insanlardır.
- Əhalinin yaş quruluşu . Bir ölkənin əhali sayındakı artım ümumi olaraq turizm sahəsində artım yaratdığı kimi, ölkə əhalisinin yaş quruluşundakı dəyişikliklər də turizmə, yeni müştəri kateqoriyalarının iştirak etməsinə, yeni zövqlərin yaranmasına təsir edir.
- Urbanizasiya (şəhərləşmə). Atmosferin çirklənməsi, səs, stres, sosial təzyiqin gərginliyi kimi prosesləri gücləndirir. Bu da öz növbəsində şəhər əhalisinin şəhər ətrafı kənd yerlərinə getməsinə səbəb olur . Respublikamızda da bu göstərici get-gedə artmaqdadır.Belə ki , ölkəmizdə kəndlərdən və digər şəhər ətrafı ərazilərdən insanların iş axtarmaq məqsədi ilə Bakı şəhərinə axını şəhər həyatının çətinliklərini artırdığı kimi , kənd- yaşıl turizminin inkişafına yollar açır.
- Dil çətinlikləri. Bir çox insanın xarici dil baxımından danışıq qabiliyyətinin zəif olması, onları xarici ölkələrdən daha çox öz ölkələrində səyahət etmək məcburiyyətində qoyur.
- Sosial hərəkət qabiliyyəti. Ailə başçısının iş yeri, mədəni səviyyəsi, sosial davranışları, dünyagörüşü turizm tələbinə təsir göstərən amillər arasında yer alır. Sosial nöqteyi-nəzərdən turizm regionların inkişafına böyük təsir göstərir. Regionlarda turizmin inkişafı işsizlərin böyük şəhərlərə axınının qarşısını alır.
     Bu amilləri qeyd edən zaman görərik ki , turist səfərləri əsasən qonşu ölkələr arasında baş verir.Bunun da səbəbi qonşu ölkələrlə oxşar adət-ənənələr, dil yaxınlığı və həyat tərzidir.
       Məlumatlara görə, 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb. Bu artım təxminən 7-10 faiz təşkil edib. Amma araşdırmalar göstərir ki, ötən il müddətində xaricə gedən azərbaycanlı turistlərin də sayı az olmayıb və onlar xaricdə 600 milyon dollardan artıq pul xərcləyiblər. Əhalinin gəlir səviyyəsinin artması onların turist kimi digər ölkələrə gedərək daha çox vəsait xərcləmələrinə şərait yaradır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların bütövlükdə gəlirlərinin təxminən 65 faizi istehlak məhsullarının alınmasına yönəlir. Digər səbəb isə onunla bağlıdır ki, xarici ölkələrdə - qonşu Türkiyə və Gürcüstanda turizm obyektləri daha ucuz və Azərbaycanla müqayisədə daha keyfiyyətli turizm xidməti təklif edir. Vətəndaşlarımızın da bir qismi ölkə xaricinə getməkdə maraqlıdırlar. Çünki, məsələn, Gürcüstanda yol xərcləri də daxil olmaqla 5 günlük istirahət etmək, Azərbaycan daxilində 5 gün istirahət etməkdən təqribən 2 dəfə ucuzdur. Vətəndaş xaricə getməklə həm ucuz istirahət əldə edə bilir, həm də xarici ölkəni görmüş olur. Odur ki, ölkə daxilində turizm xidmətlərinin qiymətinin baha olması vətəndaşların xaricdə istirahət etməsinə gətirib çıxarır. Eyni zamanda orta və gəlirləri yüksək olan vətəndaşlarımız əsasən Avropa ölkələrində dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, orada istirahət etmək nisbətən bahalıdır. Amma bütün hallarda həm həmin ölkəni görmək, həm də daha yaxşı istirahət etmək məqsədi ilə ora gedirlər. Odur ki, Azərbaycan çalışmalıdır ki, yerli turistlərin böyük bir qismini ölkə daxilində saxlasın. Çünki, vəsaitin ölkədən kənara çıxmasındansa, daxilində qalması daha məqsədəuyğundur. Amma təəssüf ki, turizm obyektləri qonşu ölkələrlə rəqabətdə uduzurlar.
      Təbii amillər – hava şəraiti (yayın yağışlı, qışın qarsız olması həmin mösümlərdə müvafiq destinasiyaların ziyanla işləmələrinə səbəb olur), zəlzələ, sunami, daşqınlar, ekoloji tarazlıq, sənaye qəzaları (yanacağın ətrafa yayılması, tankerlərin qəzası nəticəsində su hövzələrinin çirklənməsi). Mövsümilik – turizm destinasiyalarının, turizm firmalarının işinə güclü təsir göstərir.Mövsümülük işçi qüvvəsinə ilk növbədə təsir göstərir .Belə ki , turizmin bəzi növləri (qış turizmi , çimərlik turizmi və s) mövsümdən asılıdırlar.Bu zaman işçilərin mövsümə uyğun olaraq işə qəbul edilməsi və işdən azad edilməsi baş verir. Yay tətilində xüsusi ilə tələbələrin mövsümlə əlaqəli olaraq turizmə cəlb olunması təqdirə layiq hal kimi qiymətləndirilə bilər. Bununla onlar turizm sahəsində yeni təcrübələr və vərdişlər qazanmış olarlar.
       Ümumiyyətlə , təbbi fəlakətlərin və digər amillərin turizmə təsirini Yaponiyanın timsalında görmək mümkündür.Belə ki , bu ölkədə baş verən sunamilər hər il ölkənin turizminə ciddi əngəllər yaradır.
       Azərbaycanda günəşli günlərin üstünlük təşkil etməsi , iqlimin əlverişliliyi , başı qarlı dağların olması , çimərliklərin olması burada da mövsümlər üzrə turizmi inkişaf edtirməyə imkan verir.Belə ki ,2009 –cı ilin sentyabrında açılışı olan Şahdağ qış-yay turizm kompleksi ölkədə dağ-xizək və qış idman turizm növlərinin də inkişafına səbəb olmuşdur.Burada həmçinin 4- nömrədən ibarət “Zirvə” otelinin də açılışı olmuşdur.Bu da sözsüz ki , regionda yaşayan əhalinin turizmə cəlb olunması , yerli  adət və ənənələrinin tanıdılması , işsizliyin aradan qaldırılması istiqamətində mühüm addım sayıla bilər. Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürmək mümkün olar. Xəzər sahili boyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərliklərini dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir səviyyədə yenidən qurmaq olar. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci, üçüncü növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir.
       Baxılmış qlobal amillərdən başqa bir sıra lokal amillər var ki, bunlar da turizmin fəaliyyətinə, inkişafına təsir göstərir:
   1.Turist təlabatlarında məhdudluq – Bu amil turistlərin iqtisadi imkanlarından asılıdir.
   2.Turizm təkliflərinin məhdudluğu- turizm resurslarının mövcudluğu ilə bağlıdır. Bunlardan əsası təbii resurslardır. Aydındır ki, bəzi turizm destinasiyaları digərlərinə nisbətən turistlər üçün daha cəlbedicidir.
   3.Ekologiya ilə bağlı məhdudiyyətlər- ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bəzi destinasiyalarda turistlərin çoxluğu buranın ətraf mühitinə ziyan vurur (qadağan olunmuş yerlərdə çadırlar qurulur, tonqal qalanır, zibilliklər yaradılır və s.)
  4.Vaxt məhdudiyyəti- turistin istirahət vaxtının az olması, turizm fəaliyyəti müddətinin az olması turşirkətin gəlirinin çoxaldılmasına imkan vermir. Bu isə təbii resursların istifadə müddətində turizm dövriyyəsini azaldır.
 5.Hüquqi məhdudiyyətlər-ətraf mühitin qorunması ilə bağlı, inşaat işlərinin aparılması və ya bu zonada turizmin konkret növünün inkişafı ilə bağlı       qanunvericilik aktlarının olması.
  6.Turizm savadının olmaması-Sahibkarın turizm sahəsində xüsusi savadın olmaması.
  7.Turizm sənayesinin əsasını təşkil edən ehtiyatların məhdudluğu- kapitalın az olması, ixtisaslaşdırılmış personalın olmaması, otel və restoranların olmaması.
     Turizm məhsulu və turizm regionu arasında qarşılqlı əlaqələr mövcuddur.Belə ki,  turist regionları, təşkilatları və turist müəssisələri turizmin ən vacib idarəetmə obyektləridirlər. Ona görə ki, turizm xidmətləri turistlərə bu obyektlərdə göstərilir. Turizmin obyektləri əsas üç komponenti əhatə edir : turist regionu  (   turistin gəldiyi rayon ), turist təşkilatları ( ictimai və dövlət ) və turizmin müəssisələri ( firmaları ). Turizmin menecmentində bu obyektlərin idarə olunması əsas yer tutur.     Turist regionu nə deməkdir, onun hansı sərhədləri və funksional fəaliyyəti var -Turist regionu turistə bütövlükdə satılan turist məhsulu və deməli turistin arzu etdiyi səfərin məqsədi deməkdir.Turist regionunun bu cür tərifi turistin öz marağından doğur. Burada əsas məna ondadır ki, turist regionu turistin özü seçdiyi coğrafi rayondur. Turist regionuna turistlərin gözü ilə baxmaq lazımdır. Burada turistləri ən çox maraqlandıran əsas 4 parametrdir : səfalı yer, landşaft, mənzil, əyləncə ( ekskursiya ). Turist bir dəfə bu regiona gəlib bu parametrlərin vəziyyəti ilə tanış olub və razı qalıbsa, o bir də bu regionu öz turist səfərinin məqsədi kimi seçmək istəyəcəkdir.
        Müasir menecment “ turist regionu “ nun bu tərəfində olan incəlikləri nəzərə almalıdır, ona görə ki, bu region rəqabət apara bilən bir vahiddir. Turist regionunun məhsuluna qiymət verdikdə isə, turistin mövqeyi ilə hesablaşmaq lazımdır. Bu regionun istehsal  aparatı xidmətləri kompleks şəklində hazırlayır. Bu xidmətlər zəncirvari bir− biri ilə bağlıdır. Regionun hazırladığı məhsulun keyfiyyəti turistlərin məhsula olan tələbatının ödənməsindən asılıdır. Turist sektorları, bunların bazarları və ətraf mühit faktorları regionun rəqabətli olmasına qüvvətli təsir göstərir. Ona görə ki, onlar əsas turist məhsulu istehsalçıları ilə sıx əlaqədə olur və turist məhsulunu yaxşı tanıyırlar. Aşağı səviyyə təşkilatına o təşkilatlar aiddir ki, onlarda turizmin bütün komponentləri var. Bura yerli turist təşkilatları aiddir. Turist təşkilatları xüsusi idarəetmə strukturuna malikdirlər, onlar turist regionunda əlaqələndirici rolunu oynayırlar. Bir tərəfdən vasitəçi rolunu oynayırlar, digər tərəfdən marketinq funksiyalarını yerinə yetirirlər.
 
 
 
 
 
 
Mövzu:10  Turizm məhsulunun əlamətləri və ona olan təlabat
Turizm məhsulunu tədqiq edərkən bu məhsulun əlamətlərini qeyd etmək lazımdır . Bu əlamətlər turizm məhsulunu başqa məhsulların istehsalından fərqləndirdir.Bu əlamətlər aşağıdakılardır:
ü Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır.
ü Turizm məhsulunu tədarük edib saxlamaq olmaz .İcarəyə götürülmüş otel otaqları istifadə edilmədikdə turizm məhsulu “xarab olur ” yəni xeyir vermir,  əksinə daha ziyanlı olur.
ü Turizm məhsulunu əldə etməmişdən müqayisə etmək çox çətindir.
ü Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak olunur.
ü Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi vardır.
ü Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox vaxt xeyli müddətdən sonra istifadə edir.
   Turizm məhsuluna olan təlabat bir sıra amillərdən asılı olaraq dəyişilə bilər.Bu amillər aşağıdakılardan ibarətdir :
·       İqtisadi amil-Ölkədə ümumi iqtisadi vəziyyət,əhalinin pul gəliri, məhsul və xidmətlərin qiymətləri və turməhsulun qiyməti, inflyasiyanın səviyyəsi və s .
·       Sosial amil- Dövlətin ümumi sosial siyasəti (sosial güzəştlər, təqaüdlər, müxtəlif ödənişlər və s.), tuirizmlə əlaqədar soaial siyasət (güzəştli və ya pulsuz turyollayışlar), müxtəlif sosial normaların təyin edilməsi (sosial təminatlar və s.), əhalinin həyat səviyyəsi,mədəni və estetik zövqün formalaşdırılması və s.
·       Demoqrafik amillər- Əhalinin sayı və tərkibi strukturu, cins-yaş strukturu, ailə sayı və tərkibi, şəhər və kənd əhalisinin nisbəti.
·       Təbii-iqlim amili-Temperatur, günəşli günlərin sayı, coğrafi şərait, təbii resursların olması(dəniz, çay, dağ, meşə və s.).
·       Milli-tarixi amil-Adət və ənənələr, məişət şəraiti və s, nəzərdə tutulur.
·       Özəl və ya spesifik amillər- Kişi və qadın, gənclər qrupu, yaşlılar qrupu, müalicə məqsədi.
·       Əhalinin pul gəlirinin balansının strukturu – fəhlə və qulluqçuların zəhmət haqqı (əmək haqqı , digər gəlirlər ), kənd təsərrüfatı mallarının satışından gəlir , pensiya və təqaüdlər , maliyyə sistemindən mədaxil (çörək pulu,  uşaq pulu və s.), sahibkarlıq və digər rəsmi qeydiyyata alınmış fəaliyyətdən gəlir və s.
    Respublikamızda da turizmi inkişaf etdirmək və turizmdən əldə olunan gəlirləri artırmaq məqsədi ilə bu amilləri xüsusi ilə araşdırmaq lazımdır.Ölkəmizdə ümumi iqtisadi vəziyyət sabit olsa da turizm məhsulunun qiymətinin baha olması , xidmətlərin göstərilməsində problemlər bu sahə üçün mənfi hal kimi qiymətləndirilə bilər. Dövlət tərəfindən aparılan sosial siyasət, turizmin inkişafı üçün  imkan yaradır, əhalinin sosial səviyyəsinin yüksəlməsinə, sahibkarlıq fəaliyyətinin və turizmin genişlənməsinə səbəb olur. Təbii şəraitin müxtəlifliyi həm daxili və həm də beynəlxalq turizmin geniş diapazonda inkişafına imkan yaradır. Azərbaycanın iqlimi və təbii şəraiti ölkə vətəndaşlarının və xarici qonaqların rekreasiya ehtiyaclarını ödəmək üçün cəlbedicidir. Ölkəmiz başı qarlı dağlar, nadir ağaclar bitən meşələr, çaylar və dəniz, qumlu çimərliklər, mineral bulaqlarla zəngindir. Ekoloji şərait təbiəti sevən insanlar üçün ən münasib istirahət mühiti yaradır.
     Ölkə vətəndaşları sərbəst olaraq xaricə getmək, xarici vətəndaşlar isə ölkəmizə gəlmək  imkanına malikdirlər. Azərbaycana vizaların alınması üçün heç bir problem yoxdur. Gömrük qaydaları beynəlxalq normalara uyğun təşkil olunmuşdur.
    “Turizm haqqında”, “Sığorta haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”  və digər qanunlar, “Turizm-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması”, “Turizm xidmətləri”, “Turistlərin və ekskursantların təhlükəsizliyinin təminatı barədə”, “Mehmanxanaların təsnifatı” Dövlət Standartları, bəzi növ fəaliyyət növlərinin lisenziyalaşdırılması barədə AR Prezidentinin sərəncamı və bir sıra digər qanunlar və qanunverici aktlar Azərbaycanda turizmin inkişafı üçün hüquqi əsas yaradır.
     Hökumətin yeritdiyi siyasətdən asılı olaraq turizm inkişaf edə bilər və ya da tənəzzülə uğraya bilər. Yumşaq viza rejimi və hətta vizanın ləğv edilməsi  xarici vətəndaşların ölkəmizə axınını artıra bildiyi halda, əks tədbirlər (yüksək rüsum haqqı, çoxlu sayda sənədlərin tələb olunmassı, süründürməçilik, ölkədə qalma müddətinin az verilməsi və s. süni məhdudiyyətlər) beynəlxalq turizmin zəifləməsinə, ölkəyə valyuta axınının azalmasına səbəb ola bilər.
    Bu zaman həmçinin dövlətin beynəlxalq siyasətinin də turizmə təsiri mövcuddur. Bakıdan başqa Gəncədə, Naxçıvanda, Lənkəranda, Zaqatalada beynəlxalq hava limanları var. Beynəlxalq turizmi yalnız Bakı aeroportu deyil eyni zamanda adı çəkilən aeroportlar vasitəsilə də həyata keçirmək olar. Azərbaycan ərazisindən müxtəlif tranzit yükdaşımaları yerinə yetirilir. Azərbaycan TRACECO, “Silk Way”, BTC və digər büynəlxalq layihələrin iştirakçısıdır. Ölkəmizdə BP, MacDermot, Statoil, LUKoil, Simens və digər beynəlxalq şirkətlər fəaliyyət göstərir. Xarici şirkətlərə və onların işçilərinə yüksək səviyyəli  xidmət tələb olunur. Xaricilərlə işləmək və onlardan yüksək gəlir əldə etmək naminə yerli yerləşmə və qidalanma obyektləri, müxtəlif xidmət müəssisələri öz xidmət səviyyələrini artırırlar.
      Turizm məhsuluna təsir edən amilləri nəzər almaqla bərabər turizm məhsuluna olan təlabatın proqnozlaşdırılması da vacib məsələlərdəndir. Bu bir naçə variantda müəyyən edilir və ümumən turməhsul, ayrılıqda onun hər növü və xidməti üzrə yerinə yetirilir. Proqnozlaşdırma tursənaye üzrə və hər hansı ayrıca turşirkət üzrə edilir. Tursənaye üzrə tədqiqat və proqnozlaşdırma (makrosəviyyə) -turizm sənayesinin ümumiyyətlə ölkə üzrə və regionlar üzrə turməhsula olacaq tələbatın müəyyən edilməsi, inkişafı istiqamətlərini, yeni növ turməhsulların və turxidmətlərin müəyyənləşdirilməsi, destinasiya sərhədlərinin təyini, üstünlük verilən istirahət növlərinin təyin edilməsi, yerləşdirmə və daşıma sistemlərinin təkmilləşdirilməsi, əyləncə mərkəzlərinin yeniləşdirilməsi və s. əhatə edir. Müəssisə üzrə aparılan proqnozlaşdırma -cari planlaşdırma və operativ idarəetmənin təkmilləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Proqnozlaşdırma müddətinə görə üç yerə ayrılır:
1.Qısamüddətli proqnozlaşdırma –aylıq , illik rüblük ,  mövsümü olur
2.Ortamüddətli proqnozlaşdırma –Bir ildən üç ilədək nəzərdə tutulan bu proqnozlaşdırmanın əsas məqsədi  turizm məhsulunun inkişaf perspektivlərini əsaslandırmaqdır.
3.Uzunmüddətli proqnozlaşdırma- Üç ildən daha artıq müddətə nəzərdə tutulur və sənayenin inkişaf istiqamətini, tələbat strukturununda proporsiyaları nisbətləri müəyyən edir, inkişaf istiqamətini təyin edir . Tələbat iki göstərici ilə xarakterizə olunur: struktur və pulun həcmi
    Struktur- yəni, əhali öz pulunu hansı turizm sahəsinə xərcləmək fikrindədir: iri tarixi-mədəni mərkəzlərin gəzintisinə, uzaq dəniz sahillərinə və ya daxili əyalət turizm mərkəzlərinə.
    Pulun həcmi- əhalinin turizm üçün ayırdığı pulun həcmi ulduzlu otellərə, çadırlarda qalmağa və ya kənd evlərinə bəs edir. Ölkənin iqtisadi inkişafı dövründə, əhalinin maddi vəziyyətinin yaxşılaşması və alıcılıq qabiliyyətinin artması zamanı turizmin intensivliyi böyüyür və turizm sənayesi inkişaf edir. İqtisadi tənəzzül dövründə isə turizm məhsuluna olan tələbat azalır bu isə turizm sənayesinə də öz təsirini göstərir.
     Lakin tədqiqatçılar müəyyən etmişlər ki, qərb ölkələrində iqtisadi tənəzzül turizmə başqa sənaye sahələrinə nisbətən az təsir göstərir. Belə ki, inşaat, avtomobilqayırma, mebel, digər uzunmüddətli istifadə edilən istehlak predmetləri istehsalı və s. sahələrdə istehsal xeyli aşağı düşür. Tədqiqatlar göstərmişdir ki, müasir qərb istehlakçıları yeni elektron məişət tipli və təmtəraqlı predmetlərin alınmasından imtina etməklə pulu məzuniyyətin keçirilməsinə xərcləyirlər. Bu dövrdə istehlakçılar qənaəti məzuniyyətə deyil, məzuniyyət zamanı edirlər. Turizmin iqtisadi böhran zamanı bu cür xüsusiyyətə malik olması turizm məhsullarına tələbatın elastik olması ilə izah edilir. Bu dövr zamanı turizm məhsuluna olan tələbat az azalır. Belə ki, bahalı turizm xidmət növlərinə tələbat xeyli azalsa da, daha ucuz turizm xidmət növlərinə tələbat xeyli artır. İqtisadi böhran dövrlərində turizm sənayesində baş verən bu cür dəyişkənliyin əsas səbəbi,   insanların istirahət etmək şansını əldən vermək istəməməsi və  turizm sənayesindəki  qiymətlərin elastik olması ilə izah olunur.Ümumiyyətlə turizm sənayesində turistlərə bir sıra turizm xidmət formaları təklif olunur.Bu xidmət formalarını aşağıdakı kimi qeyd etmək olar :
Ø Kompleks turizm xidməti - yerləşdirmə, qidalanma, nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərinin bir məqsəd və proqramda birləşməsini nəzərdə tutan turizm xidmətidir.
Ø Ayrı-ayrı turizm xidmətləri - yerləşdirmə, qidalanma, habelə ayrıca təklif olunan bir proqrama daxil olmayan nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərini nəzərdə tutur.
Ø Turizm məqsədli əmtəələr də ayrıca xidmət forması kimi hesaba alınır: Bunlara aiddir - xəritələr, lüğətlər, çadırlar, yataq torbası, rükzak və digər turizm və idman ləvazimatı, habelə turizm suvenir məhsulları.
Ø Dünya bazarında mal şəklində təklif olunan turist хidmətləri- turistlərin yerləşdirilməsi ilə bağlı хidmətlər. Bir qayda olaraq turistlər mehmanхanada, otellərdə, pansionatlarda, kempinqlərdə və s. abadlaşdırılmış bina və mənzillərdə yerləşdirilir.
Ø Təyinat ölkəsinədək turistlərin çatdırılması və həmin ölkədə onlara sərnişin nəqliyyatları vasitəsilə хidmətlər göstərilməsi.
Ø  Restoranlarda, kafelərdə, barlarda, kafeteriyalarda, pansionatlarda turistlərin iaşə хidmətlərilə təmin olunması.
Ø Turistlərin mədəni tələbatına yönəldilmiş хidmətlər. Bu хidmətlərə teatrlara, konsert salonlarına, muzeylərə, rəsm qalereyalarına, təbiət və tariхi qoruqlara gedilməsi, tariхi və mədəni abidələrə tamaşa və festivallarda, idman yarışlarında iştirak edilməsi aiddir.
Ø Turistlərin işgüzar tələbatının (simpoziumlarda, elmi konfranslarda, yarmarka və sərgilərdə iştirak etmə) ödənilməsinə yönəldilmiş хidmətlər.
Ø Ticarət müəssisələrinin хidmətləri – suvenirlər, hədiyyələr, depozitivlər və s. satışı
Ø Sənədlərin (pasport, viza və s.) rəsmiyyətləşdirilməsi üzrə хidmətlər.
      Ümumiyyətlə ,turistə ya turizmin müəyyən bir növü üzrə, ya da tam kompleks хidmətlər üzrə qulluq göstərmək olar. Tur bazarda ,inklyuziv-tur (inclusive tour) və ya pəkic-tur (package tour) formalarında təklif olunur.
   Pəkic-tur turun elə bir növüdür ki, burada müştəriyə istirahət yerinə nəqliyyat xidmətlərindən başqa, demək olar ki, bütün turizm xidmətləri (yerləşmə, tam və ya hissə-hissə) təklif olunur. Turist istirahət yerinə nəqliyyat növünü, marşrutu özü seçir və özü bunu təşkil edir.
    Tam kompleks хidmətlər inklyuziv-turların satışı qaydası ilə göstərilir. İnklyuziv-turlar turagent tərəfindən pəkic-turun təklif etdiyi xidmətlərdən əlavə istirahət yerinə çatdırılma xidmətlərini də öz üzərinə götürür. Bu halda nəqliyyat xərclərinin xüsusi inklyuziv-tarifləri təklif olunur ki, bu da 50%-ə qədər, bəzi hallarda isə daha çox güzəştlərlə edilir. İnklyuziv-turlar həmçinin turistlərin mehmanхanalarda yerləşdirilməsi, iaşə (tam, yaхud qismən) və sair хidmətlərin dəyərini də özündə cəmləşdirir. İnklyuziv-turun həm qrup, həm də fərdi turist səfərlərində istifadə olunması nəzərdə tutulur. Onun strukturu müəyyən dərəcədə ölkələrin хarakterik cəhətlərindən, turistlərin tərkibindən, onların alıcılıq qabiliyyətindən, təklif olunan хidmətlərin хarakterindən, çeşidindən və keyfiyyətindən asılı olaraq müхtəlif şəkildə dəyişilir.Hər hansı bir turun formalaşdırıması turagentliklər və turoperatorların gərgin əməyi nəticəsində yaranır. Turpaketin formalaşması, potensial istehlakçı (turist) üçün dəyəri olan son məhsulun yaradılması mərhələsidir.
   Turizm məhsulunun formalaşması aşağıdakılardan ibarətdir:
1.    Razılaşdırılmış müddətə, yerə, keyfiyyətə, qiymətə, qaydalara görə kompleks turizm xidmətlərinin yaradılması.
2.    Hazır turizm məhsulunun qiymətinin əmələ gəlməsi.
3.    Bir sıra amillərdən asılı olaraq turizm məhsulunun çeşidinin formalaşması.
4.    Son turizm məhsulunu cəlbedici etmək və ona rəqabət qabiliyyətli üstünlüklər vermək.
         Beləliklə, turizm xidmətlərindən fərqli olaraq turizm məhsulu daha həcmli və qiymətli məhsuldur. Onu fərqləndirən cəhət istehlakçı üçün dəyərli olmasından ibarətdir. İstehlakçı turizm xidmətlərindən onların turpaketin tərkibinə daxil edilməsi şərtilə istifadə edə bilər. Buna görə turizm məhsulu kəmiyyətcə yeni növ məhsuldur və o, turizm xidmətlərinin sadə komplektindən fərqlənir. Turizm məhsullarının kompleksi kimi turizm məhsulu aşağıdakı tələblərə cavab verməlidir:
1.     Təhlükəsiz olmalıdır və ümumi qəbul edilmiş standartlara cavab verməlidir.
2.    Turməhsulun istehlakçı turistlərin fiziki qüvvələri və sağlamlığına ziyan törətməməlidir.
3.    Turun məqsədlərinə tamamilə uyğun olmalıdır.
4.    Turistlərin olacaqları yerlərdə baxış üçün nəzərdə tutulan obyektlərin iş qrafiki nəzərə alınmalıdır və s.
    5.Sıravi istehlakçı tərəfindən istifadəyə tam hazır olmalıdır.



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:10  Turizm məhsulunun əlamətləri və ona olan təlabat
Turizm məhsulunu tədqiq edərkən bu məhsulun əlamətlərini qeyd etmək lazımdır . Bu əlamətlər turizm məhsulunu başqa məhsulların istehsalından fərqləndirdir.Bu əlamətlər aşağıdakılardır:
ü Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır.
ü Turizm məhsulunu tədarük edib saxlamaq olmaz .İcarəyə götürülmüş otel otaqları istifadə edilmədikdə turizm məhsulu “xarab olur ” yəni xeyir vermir,  əksinə daha ziyanlı olur.
ü Turizm məhsulunu əldə etməmişdən müqayisə etmək çox çətindir.
ü Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak olunur.
ü Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi vardır.
ü Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox vaxt xeyli müddətdən sonra istifadə edir.
   Turizm məhsuluna olan təlabat bir sıra amillərdən asılı olaraq dəyişilə bilər.Bu amillər aşağıdakılardan ibarətdir :
·       İqtisadi amil-Ölkədə ümumi iqtisadi vəziyyət,əhalinin pul gəliri, məhsul və xidmətlərin qiymətləri və turməhsulun qiyməti, inflyasiyanın səviyyəsi və s .
·       Sosial amil- Dövlətin ümumi sosial siyasəti (sosial güzəştlər, təqaüdlər, müxtəlif ödənişlər və s.), tuirizmlə əlaqədar soaial siyasət (güzəştli və ya pulsuz turyollayışlar), müxtəlif sosial normaların təyin edilməsi (sosial təminatlar və s.), əhalinin həyat səviyyəsi,mədəni və estetik zövqün formalaşdırılması və s.
·       Demoqrafik amillər- Əhalinin sayı və tərkibi strukturu, cins-yaş strukturu, ailə sayı və tərkibi, şəhər və kənd əhalisinin nisbəti.
·       Təbii-iqlim amili-Temperatur, günəşli günlərin sayı, coğrafi şərait, təbii resursların olması(dəniz, çay, dağ, meşə və s.).
·       Milli-tarixi amil-Adət və ənənələr, məişət şəraiti və s, nəzərdə tutulur.
·       Özəl və ya spesifik amillər- Kişi və qadın, gənclər qrupu, yaşlılar qrupu, müalicə məqsədi.
·       Əhalinin pul gəlirinin balansının strukturu – fəhlə və qulluqçuların zəhmət haqqı (əmək haqqı , digər gəlirlər ), kənd təsərrüfatı mallarının satışından gəlir , pensiya və təqaüdlər , maliyyə sistemindən mədaxil (çörək pulu,  uşaq pulu və s.), sahibkarlıq və digər rəsmi qeydiyyata alınmış fəaliyyətdən gəlir və s.
    Respublikamızda da turizmi inkişaf etdirmək və turizmdən əldə olunan gəlirləri artırmaq məqsədi ilə bu amilləri xüsusi ilə araşdırmaq lazımdır.Ölkəmizdə ümumi iqtisadi vəziyyət sabit olsa da turizm məhsulunun qiymətinin baha olması , xidmətlərin göstərilməsində problemlər bu sahə üçün mənfi hal kimi qiymətləndirilə bilər. Dövlət tərəfindən aparılan sosial siyasət, turizmin inkişafı üçün  imkan yaradır, əhalinin sosial səviyyəsinin yüksəlməsinə, sahibkarlıq fəaliyyətinin və turizmin genişlənməsinə səbəb olur. Təbii şəraitin müxtəlifliyi həm daxili və həm də beynəlxalq turizmin geniş diapazonda inkişafına imkan yaradır. Azərbaycanın iqlimi və təbii şəraiti ölkə vətəndaşlarının və xarici qonaqların rekreasiya ehtiyaclarını ödəmək üçün cəlbedicidir. Ölkəmiz başı qarlı dağlar, nadir ağaclar bitən meşələr, çaylar və dəniz, qumlu çimərliklər, mineral bulaqlarla zəngindir. Ekoloji şərait təbiəti sevən insanlar üçün ən münasib istirahət mühiti yaradır.
     Ölkə vətəndaşları sərbəst olaraq xaricə getmək, xarici vətəndaşlar isə ölkəmizə gəlmək  imkanına malikdirlər. Azərbaycana vizaların alınması üçün heç bir problem yoxdur. Gömrük qaydaları beynəlxalq normalara uyğun təşkil olunmuşdur.
    “Turizm haqqında”, “Sığorta haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”  və digər qanunlar, “Turizm-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması”, “Turizm xidmətləri”, “Turistlərin və ekskursantların təhlükəsizliyinin təminatı barədə”, “Mehmanxanaların təsnifatı” Dövlət Standartları, bəzi növ fəaliyyət növlərinin lisenziyalaşdırılması barədə AR Prezidentinin sərəncamı və bir sıra digər qanunlar və qanunverici aktlar Azərbaycanda turizmin inkişafı üçün hüquqi əsas yaradır.
     Hökumətin yeritdiyi siyasətdən asılı olaraq turizm inkişaf edə bilər və ya da tənəzzülə uğraya bilər. Yumşaq viza rejimi və hətta vizanın ləğv edilməsi  xarici vətəndaşların ölkəmizə axınını artıra bildiyi halda, əks tədbirlər (yüksək rüsum haqqı, çoxlu sayda sənədlərin tələb olunmassı, süründürməçilik, ölkədə qalma müddətinin az verilməsi və s. süni məhdudiyyətlər) beynəlxalq turizmin zəifləməsinə, ölkəyə valyuta axınının azalmasına səbəb ola bilər.
    Bu zaman həmçinin dövlətin beynəlxalq siyasətinin də turizmə təsiri mövcuddur. Bakıdan başqa Gəncədə, Naxçıvanda, Lənkəranda, Zaqatalada beynəlxalq hava limanları var. Beynəlxalq turizmi yalnız Bakı aeroportu deyil eyni zamanda adı çəkilən aeroportlar vasitəsilə də həyata keçirmək olar. Azərbaycan ərazisindən müxtəlif tranzit yükdaşımaları yerinə yetirilir. Azərbaycan TRACECO, “Silk Way”, BTC və digər büynəlxalq layihələrin iştirakçısıdır. Ölkəmizdə BP, MacDermot, Statoil, LUKoil, Simens və digər beynəlxalq şirkətlər fəaliyyət göstərir. Xarici şirkətlərə və onların işçilərinə yüksək səviyyəli  xidmət tələb olunur. Xaricilərlə işləmək və onlardan yüksək gəlir əldə etmək naminə yerli yerləşmə və qidalanma obyektləri, müxtəlif xidmət müəssisələri öz xidmət səviyyələrini artırırlar.
      Turizm məhsuluna təsir edən amilləri nəzər almaqla bərabər turizm məhsuluna olan təlabatın proqnozlaşdırılması da vacib məsələlərdəndir. Bu bir naçə variantda müəyyən edilir və ümumən turməhsul, ayrılıqda onun hər növü və xidməti üzrə yerinə yetirilir. Proqnozlaşdırma tursənaye üzrə və hər hansı ayrıca turşirkət üzrə edilir. Tursənaye üzrə tədqiqat və proqnozlaşdırma (makrosəviyyə) -turizm sənayesinin ümumiyyətlə ölkə üzrə və regionlar üzrə turməhsula olacaq tələbatın müəyyən edilməsi, inkişafı istiqamətlərini, yeni növ turməhsulların və turxidmətlərin müəyyənləşdirilməsi, destinasiya sərhədlərinin təyini, üstünlük verilən istirahət növlərinin təyin edilməsi, yerləşdirmə və daşıma sistemlərinin təkmilləşdirilməsi, əyləncə mərkəzlərinin yeniləşdirilməsi və s. əhatə edir. Müəssisə üzrə aparılan proqnozlaşdırma -cari planlaşdırma və operativ idarəetmənin təkmilləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Proqnozlaşdırma müddətinə görə üç yerə ayrılır:
1.Qısamüddətli proqnozlaşdırma –aylıq , illik rüblük ,  mövsümü olur
2.Ortamüddətli proqnozlaşdırma –Bir ildən üç ilədək nəzərdə tutulan bu proqnozlaşdırmanın əsas məqsədi  turizm məhsulunun inkişaf perspektivlərini əsaslandırmaqdır.
3.Uzunmüddətli proqnozlaşdırma- Üç ildən daha artıq müddətə nəzərdə tutulur və sənayenin inkişaf istiqamətini, tələbat strukturununda proporsiyaları nisbətləri müəyyən edir, inkişaf istiqamətini təyin edir . Tələbat iki göstərici ilə xarakterizə olunur: struktur və pulun həcmi
    Struktur- yəni, əhali öz pulunu hansı turizm sahəsinə xərcləmək fikrindədir: iri tarixi-mədəni mərkəzlərin gəzintisinə, uzaq dəniz sahillərinə və ya daxili əyalət turizm mərkəzlərinə.
    Pulun həcmi- əhalinin turizm üçün ayırdığı pulun həcmi ulduzlu otellərə, çadırlarda qalmağa və ya kənd evlərinə bəs edir. Ölkənin iqtisadi inkişafı dövründə, əhalinin maddi vəziyyətinin yaxşılaşması və alıcılıq qabiliyyətinin artması zamanı turizmin intensivliyi böyüyür və turizm sənayesi inkişaf edir. İqtisadi tənəzzül dövründə isə turizm məhsuluna olan tələbat azalır bu isə turizm sənayesinə də öz təsirini göstərir.
     Lakin tədqiqatçılar müəyyən etmişlər ki, qərb ölkələrində iqtisadi tənəzzül turizmə başqa sənaye sahələrinə nisbətən az təsir göstərir. Belə ki, inşaat, avtomobilqayırma, mebel, digər uzunmüddətli istifadə edilən istehlak predmetləri istehsalı və s. sahələrdə istehsal xeyli aşağı düşür. Tədqiqatlar göstərmişdir ki, müasir qərb istehlakçıları yeni elektron məişət tipli və təmtəraqlı predmetlərin alınmasından imtina etməklə pulu məzuniyyətin keçirilməsinə xərcləyirlər. Bu dövrdə istehlakçılar qənaəti məzuniyyətə deyil, məzuniyyət zamanı edirlər. Turizmin iqtisadi böhran zamanı bu cür xüsusiyyətə malik olması turizm məhsullarına tələbatın elastik olması ilə izah edilir. Bu dövr zamanı turizm məhsuluna olan tələbat az azalır. Belə ki, bahalı turizm xidmət növlərinə tələbat xeyli azalsa da, daha ucuz turizm xidmət növlərinə tələbat xeyli artır. İqtisadi böhran dövrlərində turizm sənayesində baş verən bu cür dəyişkənliyin əsas səbəbi,   insanların istirahət etmək şansını əldən vermək istəməməsi və  turizm sənayesindəki  qiymətlərin elastik olması ilə izah olunur.Ümumiyyətlə turizm sənayesində turistlərə bir sıra turizm xidmət formaları təklif olunur.Bu xidmət formalarını aşağıdakı kimi qeyd etmək olar :
Ø Kompleks turizm xidməti - yerləşdirmə, qidalanma, nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərinin bir məqsəd və proqramda birləşməsini nəzərdə tutan turizm xidmətidir.
Ø Ayrı-ayrı turizm xidmətləri - yerləşdirmə, qidalanma, habelə ayrıca təklif olunan bir proqrama daxil olmayan nəqliyyat, məişət, ekskursiya, idman və sağlamlıq xidmətlərini nəzərdə tutur.
Ø Turizm məqsədli əmtəələr də ayrıca xidmət forması kimi hesaba alınır: Bunlara aiddir - xəritələr, lüğətlər, çadırlar, yataq torbası, rükzak və digər turizm və idman ləvazimatı, habelə turizm suvenir məhsulları.
Ø Dünya bazarında mal şəklində təklif olunan turist хidmətləri- turistlərin yerləşdirilməsi ilə bağlı хidmətlər. Bir qayda olaraq turistlər mehmanхanada, otellərdə, pansionatlarda, kempinqlərdə və s. abadlaşdırılmış bina və mənzillərdə yerləşdirilir.
Ø Təyinat ölkəsinədək turistlərin çatdırılması və həmin ölkədə onlara sərnişin nəqliyyatları vasitəsilə хidmətlər göstərilməsi.
Ø  Restoranlarda, kafelərdə, barlarda, kafeteriyalarda, pansionatlarda turistlərin iaşə хidmətlərilə təmin olunması.
Ø Turistlərin mədəni tələbatına yönəldilmiş хidmətlər. Bu хidmətlərə teatrlara, konsert salonlarına, muzeylərə, rəsm qalereyalarına, təbiət və tariхi qoruqlara gedilməsi, tariхi və mədəni abidələrə tamaşa və festivallarda, idman yarışlarında iştirak edilməsi aiddir.
Ø Turistlərin işgüzar tələbatının (simpoziumlarda, elmi konfranslarda, yarmarka və sərgilərdə iştirak etmə) ödənilməsinə yönəldilmiş хidmətlər.
Ø Ticarət müəssisələrinin хidmətləri – suvenirlər, hədiyyələr, depozitivlər və s. satışı
Ø Sənədlərin (pasport, viza və s.) rəsmiyyətləşdirilməsi üzrə хidmətlər.
      Ümumiyyətlə ,turistə ya turizmin müəyyən bir növü üzrə, ya da tam kompleks хidmətlər üzrə qulluq göstərmək olar. Tur bazarda ,inklyuziv-tur (inclusive tour) və ya pəkic-tur (package tour) formalarında təklif olunur.
   Pəkic-tur turun elə bir növüdür ki, burada müştəriyə istirahət yerinə nəqliyyat xidmətlərindən başqa, demək olar ki, bütün turizm xidmətləri (yerləşmə, tam və ya hissə-hissə) təklif olunur. Turist istirahət yerinə nəqliyyat növünü, marşrutu özü seçir və özü bunu təşkil edir.
    Tam kompleks хidmətlər inklyuziv-turların satışı qaydası ilə göstərilir. İnklyuziv-turlar turagent tərəfindən pəkic-turun təklif etdiyi xidmətlərdən əlavə istirahət yerinə çatdırılma xidmətlərini də öz üzərinə götürür. Bu halda nəqliyyat xərclərinin xüsusi inklyuziv-tarifləri təklif olunur ki, bu da 50%-ə qədər, bəzi hallarda isə daha çox güzəştlərlə edilir. İnklyuziv-turlar həmçinin turistlərin mehmanхanalarda yerləşdirilməsi, iaşə (tam, yaхud qismən) və sair хidmətlərin dəyərini də özündə cəmləşdirir. İnklyuziv-turun həm qrup, həm də fərdi turist səfərlərində istifadə olunması nəzərdə tutulur. Onun strukturu müəyyən dərəcədə ölkələrin хarakterik cəhətlərindən, turistlərin tərkibindən, onların alıcılıq qabiliyyətindən, təklif olunan хidmətlərin хarakterindən, çeşidindən və keyfiyyətindən asılı olaraq müхtəlif şəkildə dəyişilir.Hər hansı bir turun formalaşdırıması turagentliklər və turoperatorların gərgin əməyi nəticəsində yaranır. Turpaketin formalaşması, potensial istehlakçı (turist) üçün dəyəri olan son məhsulun yaradılması mərhələsidir.
   Turizm məhsulunun formalaşması aşağıdakılardan ibarətdir:
5.    Razılaşdırılmış müddətə, yerə, keyfiyyətə, qiymətə, qaydalara görə kompleks turizm xidmətlərinin yaradılması.
6.    Hazır turizm məhsulunun qiymətinin əmələ gəlməsi.
7.    Bir sıra amillərdən asılı olaraq turizm məhsulunun çeşidinin formalaşması.
8.    Son turizm məhsulunu cəlbedici etmək və ona rəqabət qabiliyyətli üstünlüklər vermək.
         Beləliklə, turizm xidmətlərindən fərqli olaraq turizm məhsulu daha həcmli və qiymətli məhsuldur. Onu fərqləndirən cəhət istehlakçı üçün dəyərli olmasından ibarətdir. İstehlakçı turizm xidmətlərindən onların turpaketin tərkibinə daxil edilməsi şərtilə istifadə edə bilər. Buna görə turizm məhsulu kəmiyyətcə yeni növ məhsuldur və o, turizm xidmətlərinin sadə komplektindən fərqlənir. Turizm məhsullarının kompleksi kimi turizm məhsulu aşağıdakı tələblərə cavab verməlidir:
5.     Təhlükəsiz olmalıdır və ümumi qəbul edilmiş standartlara cavab verməlidir.
6.    Turməhsulun istehlakçı turistlərin fiziki qüvvələri və sağlamlığına ziyan törətməməlidir.
7.    Turun məqsədlərinə tamamilə uyğun olmalıdır.
8.    Turistlərin olacaqları yerlərdə baxış üçün nəzərdə tutulan obyektlərin iş qrafiki nəzərə alınmalıdır və s.
    5.Sıravi istehlakçı tərəfindən istifadəyə tam hazır olmalıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Mövzu:11  Turizm məhsulunun formalaşmasına təsir edən amillər.
1. Turizm məhsulunun formalaması mərhələləri.
Turizm məhsulunun formalaşması bir sıra mərhələlərdən keçir.Bu mərhələlər satılma  həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.İlk mərhələdə məhsul bazara çıxarılır və turizm müəssisəsi onu bir məhsul kimi cəmiyyətə təqdim edir.Bu mərhələ satışın az olması və onun nəticəsi olaraq ,gəlirin də az olması ilə xarakterizə olunur.Bu mərhələdə  marketinq siyasətinə çəkilən xərclər digər xərclərdən həddən artıq çox olur.İkinci mərhələ inkişaf mərhələsi sayılır.Bu mərhələ satış həcminin və gəlirin artması ilə xarakterizə olunur.Bu mərhələdə də hələ marketinq xərcləri çox olur, rəqabət başlayır.Üçüncü mərhələ kamillik mərhələsidir.Bu mərhələ satışın artmasının zəifləməsi  və stabilləşməsi ilə xarakterizə olunur.Bu mərhələdə müştərilərin sayı çoxalmır.Lakin gəlirin miqdarı bir qədər azalır ,  amma yenə də yüksək olaraq qalır.Sonuncu mərhələ kimi zəifləmə mərhələsi qeyd olunur.Bu mərhələdə turist sferası turist məhsulundan artıq doyur.Mütəmadi olaraq satışın həcmi və gəlirin miqdarı azalır.Bazarda yeni məhsullar peyda olur.Bu mərhələ ən vacib mərhələlərdən biridir. Bu mərhələnin qarşısını almaq məqsədi ilə turizm müəssisəsi məhsulu yeniləmək , yeni məhsul istehsal etmək kimi addımları atır .Turizm məhsulunun formalaşması mərhələlərini aşağıdakı kimi göstərə bilərik:

 
       Turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Bu məhsulun istehsalının kompleksli təşkili sistemi turizm sənayesi adlanır. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Başqa sözlə desək, turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Turizm sənayesi – yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Kütləvi turizmin coşğun inkişafı bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur. Sanballı maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:
     1.Sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət.
     2. Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa büruzə verməyən və turizm üçün “ikinci dərəcəli” hesab edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət. Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.
       Ölkənin iqtisadiyyatı inkişaf etdikcə turizm də özünün inkişaf mərhələsində olur, yeni turizm kompleksləri açılır, yeni marşrutlar mənimsənilir, yeni xidmət növləri meydana çıxır. Əksinə, hansı səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğradığı zaman (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) turizm sənayesində də tənəzzül nəzərə çarpır. Turizm sənayesi özündə ölkə iqtisadiyyatının bir cox sahələrini birləşdirir. Turizm sənayesi bir sistemdir və bu sistemin fəaliyyəti ona daxil olan bütün sahələrin ahəngli işləməsi ilə həyata keçirilir. Turizm firmaları, otellər (yerləşdirmə), qidalanma obyektləri, nəqliyyat sənayesi, əyləncə obyektləri, suvenir-hədiyyə emalatxanaları, tarixi abidələr, mədəniyyət obyektləri, KİV və digərləri – bunlar birbaşa və üzdə olan sahələrdir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır. Belə ki, yanacaq-energetika sənayesi, yol-tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən, təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri də turizm sənayesinin mövcud olmasında iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə aid olan turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması xüsusi əhəmiyyət kəsb edir. Turizm sənayesi elə yerlərdə inkişaf edir ki, bu yerlər təbii və süni, yəni insan tərəfindən yaradılmış yerlərdən ibarətdir və bu yerlər turistləri müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Turizm sənayesinin xüsusiyyəti odur ki, o həm materialtutumlu məhsul istehsal edir, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirir. Elə bu turizm sənayesinin əsas xüsusiyyətini təşkil edir. Xidmət cismani deyil, onu görmək, ona toxunmaq olmaz. Əslində turizm sənayesinin məhsulu servisdir. Bu məhsul bir sıra müxtəlif xidmətlərdən ibarətdir və görünməz olduğu üçün onu ölçmək, dadmaq olmaz və müştəri tərəfindən yoxlana bilməz. Bu məhsulu yalnız istifadə zamanı hiss etmək olur. Bu məhsul yalnız istifadə edildikdən sonra onun haqqında rəy vermək olar. Turizm məhsulunun bir sıra komponentləri cismanidir, yerləşdirmə yeri, qida, nəqliyyat vasitəsi və s. Lakin bütün bunlar ümumilikdə turizm servisinin (əyləncə, təəssürat, komfort və s.) tərkib  hissələridir.Turizm məhsulunun fərqləndirici hissələrini aşağıdakı kimi göstərə bilərik :
v Turizm xidmətləri cismani xarakter daşıyır.
v İstehsal və istehlak birgə baş verir.
v Xidmət keyfiyyətləri daim dəyişkəndir.
v Xidmətlər saxlanıla bilməz.
    İstehlakçı turməhsulu əvvəlcədən və daimi yaşadığı yerdə alır, lakin bu    məhsulu məkanca tamam başqa yerdə, zamanca başqa vaxtda istehlak edir. Yalnız burada əvvəlcədən aldığı informasiyanın doğru olub-olmaması müəyyən olunur. Keyfiyyətin daim dəyişməsi, istehlakçıya xidmət edən insanın hal-əhvalı və ya havanın pis olması turun aşağı səviyyədə keçirilməsinə səbəb ola bilər. Yerləşdirmə biznesində ümumi xidmətin səviyyəsi onun keyfiyyəti və təqdim olunan əlavələrlə müəyyən olunur (seyf, xalat, diş fırçası, 24 saatlıq xidmət, tibbi xidmət, internet əlaqəsi və s.). Müxtəlif ölkələrdə otellərin təminatı və təqdim etdiyi xidmət növlərindən asılı olaraq onlara keyfiyyət dərəcələri təyin olunur (ulduz, tac və s.). Xidmətin saxlanıla bilməməsi xüsusiyyəti vardır.
 
 
 
 
 
 
 
Mövzu:12  Turizm məhsulunun satış kanalları.
Turizm məhsulunun hərəkətə gətirilməsində  turizm sərgiləri və reklam.
 
     Hər bir turizm şirkəti hazırladığı məhsulu satmaq, satışını artırmaq, sahib olduğu məhsul barədə ölkədaxili və xarici ölkələrdən olan ziyarətçilərə, turşirkətlərə məlumat çatdırmaq məqsədilə müxtəlif  yollardan istifadə edir.Bunlara misal olaraq agentliklərlə fəaliyyət ,  reklam, gəlirin stimullaşdırılması ,  sərgilər və s  misal göstərə bilərik .Ümumiyyətlə turun hərəkətə gətirilməsi  müxtəlif metod və vasitələrin köməyi ilə tur məhsulun turizm bazarına çıxarılmasıdır.Bu isə agentərin və alıcıların ticarət markasına istiqamətlənərək turizm məhsulunun satışını stimullaşdırır.Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri aşağıdakılardır:
§  Turizm bazarının subyektlərinə və onun potensial istifadəçilərinə  tur və onun imkanları haqqında informasiya çatdırmaq .
§  Turizm bazarının xərclərinin artırılması və yeni istifadəçi seqmentlərinin ələ keçirilməsi .
§  İstifadəçilərin bazara çıxarılan turizm məhsulunu əldə etməyə  və agentlikləri uzun müddətli fəaliyyətə sövq etməyə çalışmaq .
     Turizm məhsulunun satışını həyata keçirmək  məqsədi  ilə turoperatorlar  və turagentliklər birgə fəaliyyət göstərməlidirlər.Müasir dövrdə turist agentlikləri ilə fəaliyyət istənilən turoperatorun mövcud və strateji  fəaliyyinin əsas istiqamətlərindən biri hesab olunur.Turist agentliyi – elə bir hüquqi və ya fiziki şəxs və ya müəssisədir ki  , turoperatorun hazırladığı turpaketi istifadəçiyə çatdırır və onun reklamı ilə məşğul olur.Agentliklərə təlabat aşağıdakı səbəblərdən yarana bilər:
Ø Turoperatorun hazırladığı turların regionlarda hərəkətinin mühümlüyü-hər turoperatorun hər bir perspektivli regionda öz müəssisə və filialını açmaq üçün lazımı qədər imkanı yoxdur.Çünki  regional turagentliklərin birgə fəaliyyətə cəlb olunması turoperatora imkan yaradır ki , onun öz ərazisindən kənarda da turizm məhsulunun hərəkətinə əlverişli şərait olsun .
Ø Turların müştəriyə çatdırılması- hər bir müştərinin tur əldə etməsi üçün bir yerdən başqa yerə 10 və ya 100 km-lərlə yol getmək istəyi yoxdur.Ona görə də müştəri üçün turpaketi elə öz doğma şəhərində turoperatorlarla fəaliyyət göstərən turagentlərdən almaq daha səmərəlidir.Çünki, bu yolla turoperator yalnız özünün yerləşdiyi  şəhərin əhalisini yox , başqa  şəhərlərin əhalisini də tur məhsulu ilə təmin edə bilir.
     Turizm məhsulun satışı həmçinin turizm məhsulu haqqında dəqiqi informasiya və onun çatdırılmaslndan olduqca asılıdr.Müştəri turagentin ofisinə müraciət etdikdə , turagent ona mövcud  olan tur haqqında informasiya verməlidir.Bununla belə tur haqqında olan informasiya hərtərəfli olmalıdır və buna görə də turagentdən yüksək professionalıq və tur haqqında ətraflı məlumatlar tələb olunur.Turagentin tur yaratma funksiyası onun müxtəlif turoperatorlardan ayrı- ayrı xidmətləri əldə etməsi və onlardan turist paketi formalaşdırılmasını özündə birləşdirir.Bu funksiya daha çox sifariş olunan qrup turlarının və individual turların təşkili üçün uyğundur.
     Turizm məhsulunun satışını həyata keçirmək üçün həyata keçirilən tədbirlərdən biri də sərgilərdir. Ümumiyyətlə son zamanlar sərgilərin miqyası daha da genişlənmişdir.Bu səbəbdən də sərgi tədbirləri təşkili və məqsədlərini aşağıdakı kimi izah etmək olar:
    Sərgi tədbirlərinin təşkili və məqsədi -Turizm şirkətinin sərgilərində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdə iştirak etməklə turşirkət qısa zaman daxilində turizm aləmində olan iqtisadi, təşkilati, texniki və kommersiya xarakterli yeniliklərlə tanış olur.
    Adətən sərgilər dövlət turizm idarəetmə qurumu tərəfindən təşkil olunur. Məqsəd -  ölkənin turizm potensialını göstərməklə, buraya xarici ölkələrin turizm təşkilatlarını cəlb etməkdir.
    Sərgilər ümumi və ya konkret məqsədli olur. Ümumi formada keçirilən  tədbirlərdə hər iştirakçı təşkilat öz əlində olan bütün növ   turməhsullarını təbliğ edir. Konkret məqsədli tədbirlərdə isə müəyyən istiqamətli turməhsullar (məs., ekoloji, dəniz və çay kruizləri, piyada, kənd, müalicə və istirahət növləri və s.) təbliğ olunur.
Turşirkətlər bir tədbir zamanı turizm aləmində baş verən yeniliklərlə tanış olurlar, yeni növ xidmətlər və xidmət üsulları barədə məlumatlar alırlar. Sərgidə təmsil olunan turşirkətlər bir-biri ilə əməkdaşlıq kontraktları bağlayır, beynəlxalq səviyyəyə çıxırlar.
   Turizm müəssisəsinin sərginin işində iştirakı -Sərgidə iştirakın effektli olması üçün turfirma öncədən hazırlıq işlərini yerinə yetirməlidir. Bunun üçün sərgidə iştirak etməyin məqsədləri aşağıdakı kimi  müəyyən edilir:
-         öncədən işlədiyin destinasiya ilə işin genişləndirilməsi;
-         yeni destinasiyalarla əlaqələrin yaradılması;
-         yeni növ xidmətlər barədə məlumatların alınması;
-         xidmətin səviyyəsinin artırılması imkanlarının öyrənilməsi;
partnyor təşkilatlarla əməkdaşların müvəqqəti mübadiləsinin keçirilməsi üçün ra Sərgidə turfirmanın təqdim edilməsi yolları aşağıdakılardan ibarətdir:
-  sərgidə iştirak zamanı turfirmanın nailiyyətlərini əks etdirən stendin qoyulması;
- şirkətin fəaliyyəti barədə və ayrıca olaraq hər marşrut barədə broşür və reklam prospektlərinin paylanması;
-  xüsusi suvenir və hədiyyələrin sərgi iştirakçılarına paylanması;
- sərgidə işləyəcək əməkdaşlara xüsusi davranış qaydaları barədə təlim keçirilməsi; - əməkdaşlar tərəfindən turfirmanın bütün işləri barədə məlumatları istər sərgidə iştirak edən digər turizm müəssisələrinin nümayəndələrinə, istərsə də ziyarətçiyə ətraflı  surətdə izah etmək bacarığı.
  Sərgi zamanı turizm müəssisəsinin personalının  fəaliyyəti yüksək nəticələr verə bilər. Əməkdaşların səmərəli işi nəticəsində bir sıra kontraktların bağlanması və  ayrı-ayrı şəxslərə turməhsulların satışı həyata keçirilə bilər.
 Sərgiyə hazırlıq öncədən aparılmalıdır. Ümumi sərgi kataloquna düşmək üçün sərgi təşkilatçılarına turfirma barədə məlumat verilməlidir. Sərgidə turfirmaya ayrılacaq yerə uyğun stendlər hazırlamaq üçün aksesuarlar müəyyən edilməli, prospekt və broşürlər, vizit kartları hazırlanmalıdır. Yaxşı olar ki, sərgidə iştirak edən əməkdaşlar xüsusi geyimdə (uniforma) təmsil olunsunlar. Sərgidə iştirak edən turfirmaları, xüsusilə də xarici turfirmaları infotura dəvət etməklə real işi göstərmək imkanı əldə etmək olar.
     Sərgi iştirakçılarını və ziyarətçiləri cəlb etmək məqsədi ilə stendin orijinallığı ilə fərqlənməsi məqsədəuyğundur: məsələn rəqs və mahnı qrupunun olması, monitorda turməhsul barədə filmin təqdim olunması, stendin orijinal tərtibatı və s. Beynəlxalq turizm sərgiləri-- Brüssel, Milan, Vyana, Madrid, Paris, Şarlerua, Tokio, Moskva, Berlin, London və digər şəhərlərdə hər il keçirilir.
    Qeyd etmək yerinə düşər ki , turizmi iknişaf etdirməyi öz qarşısına əsas məqsədlərdən biri kimi qoyan ölkəmiz də bu sərgilərin aktiv iştirakçısına çevrilib.Belə ki , son olaraq ölkəmiz Almaniyanın paytaxtı Berlin şəhərində (6-10 mart 2013 cü il )keçirilən “İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunmuşdur.Qeyd etməliyik ki , 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.Digər belə bir beynəlxalq sərgi “Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisidir.Bu sərgidə (25 fevral 2013-cü il) də ölkəmiz təmsil olunmuşdur.Bu sərgi hər il keçirilir və ABŞ-ın ən böyük sərgilərindən biridir.Bu sərgiyə gələnllərin sayı 20 min nəfəri keçir.Burada qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələri, əsrarəngiz təbiəti, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən "Wonders of Azerbaijan" turizm şirkəti "İpək Yolu üzərində Azərbaycan", "Aleksandr Dümanın izi ilə qida və şərab turu", "Mədəni müxtəliflik turu" və "Eko-tur" kimi turizm paketleri təqdim edilib. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.
     Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak etməklə yanaşı turizm sərgisinin təşkilatçısı kimi də çıxış edir.Belə ki , növbəti belə bir sərginin  “AITF-2013” 12-ci Azərbaycan beynəlxalq “Turizm və səyahət” sərgisi adı altında (2013- cü il 4-6 fevral ) keçirilmişdir. Sərgidə 200-dən çox iştirakçı bir araya gəlmişdir  ki, onlardan da 40%-i daimi eksponentlərdir. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış etmişdir. Bu il sərginin Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və Malayziya kimi daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransa nümayəndə heyətləri Bakıya səfər etmişlər.
     Məhsul haqqında məlumatın yayımlanması və satışının əsas hərəkətverici tədbiri, reklamın təşkilidir. Reklam” sözü latın mənşəli sözdür (reclame –“qışqırmaq”) və hərfi mənada aşağıdakıları bildirir:
-         nəyi isə geniş tanıtmaq, alıcıları cəlb etmək məqsədilə keçirilən tədbir.
-         kimi və ya nəyi isə şöhrətləndirməq üçün məlumatların yaymlanması.
Reklam – turizm müəssisəsinin öz müştərilərinə informasiyanı çatdırmaq, onların davranışını dəyişdirmək, təklif olunan xidmətlərə diqqətlərini cəlb etmək, turfirma barədə müsbət imic yaratmaqla  onun ictimai əhəmiyyətini göstərməkdir.
Dünya təcrübəsi göstərir ki, turizm sahəsi ən böyük reklam daşıyıcısıdır. Turizm şirkətləri əldə etdikləri gəlirin 5-6%-ni reklama sərf edirlər.
Amerika mütəxəssisi A. Polits informasiya bazarını tədqiq edərək reklamın 2  əsas qanunnuu formalaşdırdı:
1.    Reklam yaxşı məhsulun satışını stimullaşdırdığı halda pis məhsulun iflasını sürətləndirir. Reklam müştəriyə  göstərir ki, məhsul hansı keyfiyyətə malik deyil.
2.    Reklam məhsulda cüzi miqdarda olan keyfiyyəti şişirtməklə müştəriyə çatdırır ki, bu xüsusiyyət məhsulda demək olar ki, yoxdur. Bununla da məhsulun iflası baş verir.
 Bu səbəbdən məhsul haqqında yalnız doğru və həqiqi məlumat verilməlidir.
   “Reklam təcrübəsisnin beynəlxalq kodeksi”-ndə reklamın əsas prinsipləri göstərilib:
-         hüquqi nöqsansızlıq, eyibsizlik, səmimiyyət;
-         həqiqilik, ictimaiyyət qarşısında məsuliyyət;
-         vicdanlı rəqabət qaydalarına uyğunluq.
    Reklam məqsədinin əhatə dairəsindən, büdcəsindən və istehlakçı təbəqəsindən asılı olaraq reklamın yayımlama vasitələri seçilir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə bir neçə vasitədən istifadə etmək olar.
Reklamın verilmə dövrülüyü (məsələn, hər gün, həftədə 3 dəfə, həftənin konkret günləri, gündüz yoxsa axşam saatlarında, hansı qəzetdə və hansı səhifədə, hansı TV kanalda və s.) müxtəlif olur.
    Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar. Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin bütün növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir. İnformasiya reklamı müxtəlif vasitəlrlə məlumatları alıcılara çatdırır. Reklamın əsas vasitələri - qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar, bukletlər, məlumat vərəqləri və lövhələri nəqliyyat elanları və s. Bu vasitələrin hamısı 3 qrupa bölünürlər:
I qrup - dövriyyə nəşriyyatında olan çap materiallar. Bu qrupa poliqrafık üsulla hazırlanan reklamların hamısı aiddir.
 II qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir.
 III qrupa - tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və nümayiş olunan eksponantlar və s.
I. I qrup reklam vasitələri- bu qrupun meneceri çap olunmuş reklam materiallannın və topoqrafiya işinin bütün incəliklərini, çap olunan bütün məcmuələrin reytinqini və öz klientlərinin reklama olan tələbini yaxşı bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur: jurnal reklamları, kitab reklamı, bukletlər , kataloqlar, afişalar,təqvimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq üçün lazım olan suvenirlər. Bu reklam materiallannın hamısında fırmanın embleması və materialların nişanı olmalıdır.
Dövriyyə nəşriyyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla birgə öz məcmuəsində reklamın qiymətini təyin edir. Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz seçilməzsə, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti Moskvada çap olunur. Orada da azad satılır (yayılır). Moskva şəhərində bu qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamın bu qəzetdə çap olunması məqsədə uyğun deyil , ona görə ki, bu qəzet Saxalinə çatmır.
      Turizm məhsulunun reklama ehtiyacı olan ölkələrdən biri , bəlkə də birincisi elə öz ölkəmizdir. Bütün dünyada  müxtəlif sahələrdə reklam əsas və aparıcı rol oynayır.  O cümlədən ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün   reklam bir növ yaxşı   təbliğat vasitəsidir. Reklamın   müxtəlif  vasitələrindən istifadə edərək məhsulu hər bir şirkət, firma və s. daha geniş auditoriyaya təqdim edə bilər. Dünyada turizm təşkilatları gəlirlərinin 8-10%-ni  reklama xərcləyirlər.Azərbaycanda isə bu göstərici 1-2% təşkil edir. Son zamanlar beynəlxalq sərgilərdə iştirak xüsusilə qiymətləndirilməlidir.Amma görünür bu da ölkəmizin turizm potensialının tanıdılması üçün kifayət deyil.Hesab edirəm ki , turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü də nəinki xarici turistlərə, eyni zamanda öz vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri də artmalıdır. Xidmət yalnız yerləşdirməkdən, qidalanmadan və ekskursiyalardan ibarət deyildir. Atla gəzinti, çadırda gecələmə, kənd evində yerləşdirmə, yerli folklor ansamblının  konsertinə dəvət də nəzərə alınmalıdır.Son zamanlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrin telekanallarında ölkəmizlə bağlı reklamların yayılması təqdirəlayiq haldır.
      Fikrimcə , ən yaxşı reklam elə işin özüdür.Ola bilər ki , biz yaxşı reklam etdik . Amma dediyimiz kimi olmasa müştəri geriyə , öz ölkəsinə məmnun dönməsə bu əsil anti-reklam olacaqdır.Reklam  ilk müştəriləri və ya bir şəxsi ilk dəfə cəlb etmək üçün lazımdır. Ona görə də  ilk  və ən  tutarlı reklam gözəl, kefiyyətli  və sərfəli  xidmətdir.
      Əgər,  biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə etməliyik. Məncə artıq vaxtı çoxdan çatıb  ki, bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olsun. Azərbaycanda son dövrlər insanların istirahət mədəniyyətində ciddi  dəyişikliklər hiss olunur.  Əgər əvvəllər istirahət olaraq kəndə  getmək, baba -nənə ziyarəti , bağa köçmək  və  ya evdə oturub TV seyr etmək idisə, indi  insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün  isə sadəcə imkanlardan bəhs edən reklam çarxlarının TV-də getməsi kifayət edə bilər. Azərbaycanda daha çox yay turizmi geniş yayılıb. Halbuki qış turizmi, bayramlarda turzim imkanları reklam olunmaldır.Onu da qeyd etmək yerinə düşər ki , 2001-ci ildən Azərbaycanda mütəmadi olaraq turizm sahəsində «AZERBAİJAN REVIEW» jurnalı və «Turizm yenilikləri» çap edilməyə başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları çap olunur.
      Kitab reklamı- Son zamanlar yeni çap olunmuş kitabların arxasında reklam çap olunması dəbə düşmüşdür. Lakin bu cür reklam formasından ehtiyatla istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa uyğun gəlməli və уа yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür reklamın qiyməti çox yuxarı və sponsorluğa yaxındır. Reklam verən kompaniya eyni zamanda öz imicini qaldırır.
     Bukletlər- Bu məcmuə hər hansı firmanı və уа onun məhsulunu reklam edir. Bukletdə reklam teksti ilə bərabər rəngli şəkillər, fırma rəhbərlərinin şəkilləri, sponsorluq edən təşkilatm cəmiyyətdə rolu , xeyriyyəçilik fəaliyyəti göstərilir. Buklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır. Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda və уа sərgi təşkilində təqdim edirlər.
     Reklam vərəqləri- Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst materialları ilə birgə hazırlayırlar. Onlar sərgilərdə və yarmarkalarda gələn adamlara paylanılır.
     Kataloqlar- Kataloqlar müxtəlif malları və xidmətləri reklam edən çap məcmuəsidir. Malların qısa xarakteristikası və qiymətləri burada göstərilir. Ümumiyyətlə, turoperatorlar kataloqda qarşıda gələn mövsüm proqramlarını reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox turagentlər və turoperatorlar arasında paylanılır.
     Afişalar-Böyük ölçülərdə olan rəngli reklam məcmuələrində külli miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.
      Təqvimlər, applikasiyalar, yarlıqlar, qələmlər və başqa mallar suvenir şəklində reklam məqsədi ilə satılır və уа paylanır. Bu mallarm hamısında fırmanın markası və nişanının olması vacibdir.
      Xarici çöl reklamı- şəhərlərin küçələrində və yaşayış  məntəqələrinin divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda saxlamaqdadır.       Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır. О, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa, konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və уа piyada gedən müştəri birdən-birə istirahətə getmək fikrinə düşür. Xarici reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfı deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yuxarı qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.
      Audio reklam-Bu reklamlar radionun  müxtəlif kanallarında verilən reklamlardır. Məsələn, Azərbaycanı götürsək, son zamanlar müxtəlif dalğalarda çoxlu radio kanallar audio reklam fəaliyyəti ib məşğul olurlar. Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda (metro daxil olmaqla) təkil olunurlar. Radio reklam kəsərli olmaqdan ötrü, reklam üzrə menecer əsaslanmış reklam kompaniyasının planını tərtib edir. Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklərindən istifadə edilməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi seqment haqqında məlumat toplayır, sonra reklam agenti radio stansiyaların , redaktorların müxtəlif proqramlarının iş qrafıki haqqında məlumat toplayır. Sonra insana xoş gələn səsi olan diktor təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı razılaşdırılır.
      Kino və telereklam-Reklamın bu növü tamaşaçıların veriliş zamanı orta hesabla miqdarının təyin olunmasını tələb edir. Kino və telereklam yüksək imicə malikdir. Tamaşaçılar başa düşürlər ki, əgər reklam televerilişlərdə gedirsə, deməli firmanın vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son dərəcə bahadır. Televerilişlər vasitəsi ilə reklam verən fırma bazarın yeni seqmentlərini ələ keçirə bilər və öz məhsulunun satışını genişləndirə bilər. Bundan başqa,о öz məhsulunu satmaqdan ötrü yeni vasitəçiləri cəlb edə bilər. Telereklamların təşkilinin müxtəlif yolları vardir.Onlardan ən vacibi studiyanın veriliş proqramını satın almaq, fırmanın reklam rolikinin və ayrı-ayrı reklam elanlarının təşkilidir. Reklam proqramlarının tərtibi alıcıların tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən ötrü turist təşkilatı reklam mütəxəssisinə müraciət edir, о da reklam roliki çəkir, onun tekstini hazırlayır, müəyyən müddətə onu veriliş proqramlarına əlavə edir.
     Reklam elanları- Bu reklamı televiziyada təşkil etmək çox asandır. Reklam elanında turfirma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında məlumatlar verir.
     Beləliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda reklamın müxtəlif formalarından istifadə etmək imkanları vardır. Reklamın һəг hansı bir növündən istifadə etmək fırmanın büdcəsindən və reklamın istiqamətindən asılıdır. Turist firmaları ümumi maliyyə dövriyyəsindən ancaq 10 %-ni istifadə edə bilərlər. Buna görə də, turizm sahəsində olan reklamlar yüksək dərəcədə başqa sahələrə nisbətən ünvanlı olmalıdırlar. Bu turizm sahəsində reklamın vacib xüsusiyyətidir. Turist flrması nadir hallarda televiziya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa gəlir. Turist fırması  bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz elanlarını qəzetlərdə, xüsusi jurnallarda, reklam lövhələrində yerləşdirir və bilavasitə poçtla göndərirlər. Sərgilərdə və turist ekspozisiyalarında iştirak etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasmı dərindən bilmək, informasiya materiallarından bacarıqla istifadə etmək imkanları yaradır. Bu imkanlardan məharətlə istifadə edə bilən turist şirkətləri yaxşı nəticə əldə edirlər.
  Turməhsulun satışının artırılması, onun geniş əhali kütləsinə tanıtmaq üçün turfirmalar müəyyən xərclər çəkməli olurlar. Bu xərclər ilin əvvəlində planlaşdırılmalı və büdcədə nəzərə alınmalıdır. Reallıqda reklama çəkilən xərclər hədər getmir. Reklamdan dərhal onun müsbət nəticələrini əldə etmək istəyi düzgün deyil. Qısa zaman kəsiyində nə isə əldə edilsə də, reklamın əsas nəticələri müəyyən dövrdən sonra özünü biruzə verir.
    Reklam kampaniyasının təsirini müəyyən etmək çətindir. Buna səbəb olan amillər:
1) reklam marketinq nəticələrinin amillərindən biridir. Reklamdan başqa   marketinq kompleksinin digər elemenləri -- bazarın vəziyyəti, rəqabətin səviyyəsi və s. məhsulun satışına təsir edir.
2) istehlakçının davranışı bizim üçün, qeyri-müəyyəndir. Belə ki, eyni şəraitdə alıcı müxtəlif addımlar ata bilərş
3) bazar şəraiti dinamikdir və bir sıra təsadüfi hadisələr məhsulun satışında uğur və ya uğursuzluq gətirə bilər.
Reklamın iqtisadi effektivliyi onun satışa olan təsiri ilə təyin edilir. Reklamın satışa təsirini bilmək üçün keçmiş satış miqdarı ilə hazırkı satış miqdarını müqayisə etmək lazımdır. Lakin bu da reklam təsirini öyrənmək üçün kifayət deyil. Çünki reklamdan əlavə, turməhsulun qiyməti, özəl xüsusiyyətləri, məhsulu əldə etmək imkanları da satışa təsir edir.
 
 
 
 
 
 
Mövzu:13 Turizm məhsulunun satışının yeni kanalları .
 
   Turməhsulun reklamının, geniş əhali kütləsinə tanıdılmasının davamı-- satış  yollarıdır. Turoperator hazırladığı məhsulu satmaq üçün satış kanallarını müəyyən edir. Turoperator məhsulunu ilk növbədə öz ofisindən istehlakçılara satır. Birbaşa  satış  müştəriyə müxtəlif növ məhsulları təklif etməyə inkan verir, əgər müştəri hər hansı bir müəssisə və ya bir qrup istehlakçıdırsa, təklif olunan tur proqramında müştərinin istəyi ilə müəyyən dəyişikliklər etmək olar (məs., hotel kotteclə, bir ekskursiya başqası əvəzlənə bilər, qidalanma restoranda deyil təbiət qoynunda verilə bilər və s.). Bu elastiklik, müştərini itirməmək üçün edilir.
    Məhsulu satmaq məqsədilə, iri müəssisələrin məsul şəxsləri üçün infoturlar keçirmək məqsədəuyğundur.  Iri müəssisələrlə xidmət müqavilələri bağlamaq, onların işçilərinə güzəştli qiymətlərlə turlar təklif etmək olar.
Müasir zamanda informasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf  etməkdədir. Lakin, onun cəmiyyətə və iqtisadiyyatın inkişafı üçün təklif etdiyi imkanlardan yalnız son illərdə geniş istifadə olunur. Öz inkişafının müasir mərhələsində İnternetin əsas məqsədlərindən biri biznes şəriklərinin, əməkdaşların və istehsal vasitələrinin axtarışında  insanlara yardımçı olmaqdan ibarətdir. Son zamanlar hətta ən kiçik bir təşkilat belə internet nümayəndəliyənə malikdir. Bir sıra şirkətlər məhsul və xidmətlərin İnternet vasitəsilə sifarişi imkanlarını təklif edirlər. Müasir dövrdə cəmiyyəti “Web-sayt”, “Çat”, “E-mail” kimi terminlərsiz təsəvvür etmək mümkün deyil.Son zamanlar aparılan tədqiqatların nəticələri göstərilmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi əhəmiyyətə malikdir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır. Internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunmağa başladı.Internetin müəssisələrə verdiyi üstünlüklər aşağıdakılardan ibarətdir:
1. Ucuz kommunikasiya vasitəsi. 2. Maraqlı informasiyalar. 3. Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı. 4. İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi. 5. İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
 Turfirma tərəfindən satış, elektron versiyası ilə həyata keçirilə bilər. Elektron satış internet şəbəkəsi xarici ölkələrdə xüsusilə geniş yayılıb. Müştərilə üz-üzə görüşmədən İCQ sistemi ilə əlaqə yaratmaqla təkliflər vermək və sifarişi qəbul etmək olur. Turfirmanın əməkdaşı sifarişi alan kimi qısa müddət ərzində sifarişi ya təsdiq edir, ya da alternativ təkliflər verməklə müştəri ilə əlaqə yaradır. Müştəri  turfirmadan təsdiq alan kimi, müəyyən edilmiş müddətdə turun ödənişini etməlidir. Eyni zamanda on-line sistemi ilə turları birbaşa bron etmək, sifarişi ödəmək və turizm vauçerini əldə etmək  imkanı yaranır. Əgər ödəniş müəyyən edilmiş müddətdə edilməzsə, vauçer qüvvədən düşmüş hesab olunur. Yalnız müştəri üçün viza tələb olunduğu halda müəyyən gecikmələr ola bilir.
   Turizm məhsullarının elektron şəkildə satışı son zamanlar geniş vüsət almışdır. Xüsusilə də Avropa ölkələrində bu göstərici xeyli  yaxsılaşmışdır.Avropanın ən böyük səyahət bazarlarından biri olan Almaniyada evlərin demək olar ki ,hər yüzdə 70 evdə PC ( Personal Komputer)var .2011 –ci ildə almanlar internetden 25 milyon dəfə otellərdə yer , təyyarə biletləri və paket turlar əldə etmişlər.Bu gedişlə onlar bu sahədə İngiltərə və Skandinaviya ölkələrini də geridə qoyacaqlar.Müasir dövrdə bütün tanınmış zəncir otellər və təyyarə şirkətləri internet satışlarını artırmaq üçün böyük vəsait sərf edirlər.Belə ki , burada əlavə üstünlüklər və bonuslar təklif olunur.
Bronlaşdırma proqramlarının təkmilləşdirilməsi, məhsul və ayrı-ayrı xidmətlərin satışının tezləşdirilməsinə imkan yaradır. Bu səbəbdən bazara yeni çıxan kompüter proqramları barədə turfirmanın məlumatlı olmalıdır, hotel otaqlarının bronlaşdırılması şəbəkəsinin iştirakçısı olmalıdır. Ən məhur proqramlardan biri Amadeus proqramıdır. Amadeus bronlaşdırma sisteminin əsası  Avropanın iri aviaşirkətlərindən olan  “Air France”, “İberia” və “ Lufthansa”, həmçinin  25 kiçik aviaşirkətləri tərəfindən 1987-ci ildə qoyulmuşdur. Hazırda dünyanın ən iri bronlaşdırma sistemi hesab edilir və onun mərkəzi Almaniyanın Erdinq şəhərində yerləşdirilmişdir. Marketinq şöbəsi Madrid və Nisse şəhərlərində yerləşir.  Amadeus bir neçə il öncə “System One” kompyuter bronlaşdırma sistemini əldə etməklə Amerika bazarında təşəkkül tapmışdır. Bundan başqa Amadeus sistemi cənubi Afrika ölkələrində də liderlik edir. Hazırda isə cənubi-şərqi Asiya mövqelərini də cəlb etmək kimi səylər göstərir. Amadeus sistemi Rusiya bazarında 1994-cü ildən fəaliyyət göstərir. Rusiyada artıq 2000 –dən çox terminal bu sistemə qoşulmuşdur. Moskvada və Sank-Peterburq və 70 regional mərkəzdə 800 turfirma ofislərində qurulmuşdur.Belə ki , bu proqramda Avia , Avtomobillər , Otellər , Siğorta kimi bölmələr nəzərdə tutulmuşdur.Bu zaman müştəriyə aviaşirkətlərin uçuş relslərinin qrafiklərini öyrənmək , avia biletlərin bronlaşdırılması , otellər və qonaq evlərində yerlərin  bronlaşdırılması və s. kimi mühüm informasiyaların əldə edilməsi imkanaları verilir.
   Turməhsul satışını turoperator (TO) şəhərin və ölkənin müxtəlif bölgələrində yerləşən nümayəndəlikləri vasitəsilə həyata keçirə bilər. Lakin bu cür şəbəkənin saxlanması yalnız iri TO-lar üçün mümkün ola bilər, çünki,  böyük xərclər tələb edir və  nəzarət etmək müəyyən çətinliklərə səbəb olur. Buna görə də, məhsulun turagentlər tərəfindən pərakəndə və hətta xırda topdansatışla realizə edilməsi daha sərfəlidir. Turagentlər (TA) aldıqları komisyon haqqları müqabilində, müxtəlif TO-larla işbirliyi yaradaraq, satış fəaliyyətini həyata keçirirlər.
Müştəriləri cəlb etməklə satış həcmini artırmaq məqsədilə, TO təklif etdiyi turlara fərqləndirici əlavələr edə bilər: daha komfortlu yeləşmə obyekti, daha cəbedici ekskursiya proqramı, teatr və ya idman yarışlarına getmək təklifi və s.
Bir marşrutun bir-neçə variantını tərtib etmək məqsədəuyğundur: tur müddətini artırmaq və ya azaltmaq, hotel əvəzinə evlərdə (ailələrdə) yerləşdirmək, pikniklərin keçirilməsi, Bundan başqa, xüsusi turmarşrutlar hazırlayıb təklif etmək olar:  “Xalça turu” – xalça sexlərinə, xalça muzeyinə gedişlər, xalçaçılıq  mütəxəssisləri ilə görüşlər təşkil etmək, turistlərə “Şərab Yolu” marşrutu təklif etməklə şərab istehsalı zavodlarına, üzüm sahələrinə, şərab satışı dükanlarına gedişlər, dequstasiyalar; “Aleksandr Düma” marşrutunu təklif etməklə məşhur fransız yazıçısının Azərbaycanda  keçdiyi ərazilərlər və olduğu yerlərlə turistləri tanış etmək, yerli kulinariyanı dadmaq imkanı və s.
Satışın genişləndirilməsi məqsədilə infoturların keçirilməsi geniş miqyas alıb.Yeni marşrut üzrə turların kütləvi satışını tez bir zamanda təşkil etmək məqsədilə infoturlar keçirilir. Hər turizm forması üzrə ayrıca infotur təşkil etmək olar. Xarici ölkəyə infotur təşkil etməklə, həmin ölkə ilə işləməyən və ya həmin ölkənin bu ərazisi ilə işləməyən bizim ölkənin turfirmalarını bu işə cəlb etmək olar. Daxili infotura isə həm yerli və həm də xarici turfirmaları dəvət etməklə Azərbaycanın turizm bölgələrinin təbliğ etmək olar.
Tur operator  infoturlara turagentlərini dəvət edərək marşrutun imkanları onlara göstərilir. İnfotur zamanı əsasən yerləşmə obyektləri iştirakçılara göstərilir. İştirakçılar  bir gün ərzində yaxın ərazidə 4-5 yerləşdirmə obyekti ilə tanış olur. Növbəti gün başqa əraziyə gedərək (adətən avtonəqliyyatla) yenidən burada yerləşən müxtəlif kateqoriyalı yerləşdirmə obyektləri ilə tanış olurlar. Infotur zamanı destinasiyanın turizm ehtiyatları da göstərilir.
Ərazinin imkanları ilə birbaşa tanış olan infotur iştirakçıları bu istiqamətdə müştərilərə turməhsul satışını həyata keçirilirlər. Əksər hallarda iştirakçı turfirmalar bu istiqamətə göndərdikləri müştərilərdən əldə etdikləri gəlirin bir hissəsini əvvəldən əldə olunmuş razılaşmaya görə infoturun təşkilatçısı olan  turfirmaya  ödəyir.
Infoturun təşkilatçısı yeni açılmış istirahət kompleksi və yerləşmə obyektlərinin müvəqəti birliyi də ola bilər. Məqsəd yeni destinasiya ilə turfirmaların əməkdaşlığını təşkil etməkdir.
İnfoturların keçirilməsində məqsəd, qazanc əldə etmək deyil. İnfoturların təşkili zamanı iştirakçılar tam qidalanma və güzəştli yeləşdirmə tarifləri ilə təmin olunmalıdırlar. Bu cür infoturlara çox zaman KİV nümayəndələri də dəvət olunurlar. Məqsəd KİV səhifələrində yeni destinasiyalar, onlardakı istirahət şəraitləri və imkanları barədə ətraflı məlumatların verilməsidir. Azərbaycan Pespublikası Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişaf etdirilməsi məqsədilə infoturların hazırlanıb keçirilməsinə yardımçı olur.
Infoturlar kimi famturlar da geniş yayılmışdır. Famturların başlıca məqsədi – digər turoperatorların famturu təşkil edən xarici inkam turoperatorla irəlidə əməkdaşlıq fəaliyyətinə marağını oyatmaqdır.Bununla bağlı famturların əsas vəzifələri aşağıdakılardır:
1.    Maksimum səmərəliliklə öz ölkəsini xarici qonaqlara təmsil etmək   (marşrutların , ekskursiya bürolarının , kurortların tanıdilması ).
2.    Yerli turist xidməti təşkilatçılarının imkanlarının tanıdılması .
3.    Famtur təşkilatçısı ilə əməkdaşlığın imkanları və üstünlüklərinin təqdimatı
4.    Səyahətin iştirakçılarının bir –birilə ünsiyyət və tanışlığı üçün imkanların yaradılması.
      Həm infotur, həm də famturları marşruta daxil olan ziyarət obyektlərindən və marşrutun özündən asılı olaraq reklam və tanışlıq məqsədli turlara bölmək olar. Bu zaman reklam xarakterli infoturlar və famturlar regionların turizm bazarlarında geniş yayılmış istiqamətlərdə tətbiq olunur. Onların əsas məqsədi ildən ilə dəyişən turist xidməti təşkilatçılarının imkanlarının prezentasiyasıdır. Tanışlıq xarakterli turlar əksər hallarda turoperatorların yeni istiqamətdə və yeni növ hazırlanması zamanı tətbiq olunur. Tanışlıq xarakterli infotur və famturlarda əsas məqsəd təklif olunan kurortlarda istirahətin xüsusiyyətlərinin öyrənilməsinə ( kurortun turizm potensialı ) istiqamətlənir .Bununla da əlaqədar olaraq tanışlıq xarakterli turlarda daha çox sayda ekskursiyalar , turist xidməti iştirakçıları ilə işgüzar görüşlər olur.
 Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunun hazırlanmasının həddən artıq çox böyük əhəmiyyəti var. Bunu, hamıdan əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqü tez− tez dəyişir, yeni texnologiya və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır.   Turistlər dərketmə səviyyəsi yüksək olan, maraqlı və bəzən də unikal və ya qeyri− adi turist məhsulları gözləyirlər. Əlbəttə, rəqabət aparanlar bazardan kənar qalmamaq üçün çalışırlar ki, belə məhsulları yaratsınlar. Məhsulda yenilik yaradıcılıq fəaliyyətidir və özü özülüyündə kommersiya mənasında yüksək qiymətləndirilir. Bazar iqtisadiyyatının məntiqi belədir : “ rəqabətdə yenilikləri tez mənimsəyən, yeni məhsulu hazırlayıb rəqiblərindən qabaq bazara çıxardan qalib gəlir ”. Yeni məhsulu bazara çıxararkən savadlı informasiya− reklam kompaniyası aparmaq lazımdır. Bu cür kompaniyanın aparılması məhsulun tezliklə bazarda tanınmasına səbəb olacaqdır. Alıcıları yeni məhsuıla cəlb etmək üçün maraqlandırıcı tədbirlər görürlər. Bu tədbirlər müxtəlif ola bilər.Məsələn, çox da bahalı olmayan hədiyyələr təqdim olunması. Hədiyyə qismində balaca selafan torbacıqda siğorta, səfərin təsnifatı, planı, firmanın kataloqu, müztəlif marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim olunur. Hər bir hədiyyənin qiyməti 10 $− dan çox olmur, effekti isə məhsulu almaq istəyən yeni turistlər olur. Bəzi firmalar hədiyyə qismində turistlərə firmanın embleması olan yol çantası təqdim edirlər. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandırmaqda və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir. Ehtiyac olarsa, bu cür görüşləri məqsədyönlü auditoriyalarda da keçirmək olar. Turistlər hərəkət edən zaman bütün vətəndaşlar firmanın embleması olan çantaya həsrətlə baxıb səyahət haqqında düşünür və firmanı yada salırlar.
Beləliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxardanda elmi− praktiki arqumentlərə və marketinq tədqiqatlarının nəticələrinə əsaslanmaq lazımdır. Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştirak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi görüş zamanı mümkün olur.         Turist məhsulunun abstrakt xarakter daşıması, onun çətin təsəvvür olunması personaldan xüsusi davranış tələb edir. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi bacarmalıdır. Müştəri qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və açıq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Müştərinin özünü sərbəst aparmasından və satıcının ona diqqətini ələ almaq bacarığından asılı olaraq səmimi ünsiyyət forması yaranır. Söhbət zamanı satıcı özünü şən və təkəbbürlü aparmalıdır. Satıcının tək optimistliyi yox, onun xarici görünüşü də çox vacibdir. Onun təmiz və eleqant geyinməsi də alıcıya təsir göstərir. Satıcı diqqətli və söhbət sevər olmalıdır. Turist məhsulunu satan satıcı və alıcı turist bazarının iştirakçılarıdır.Lakin onların məqsədləri müxtəlifdir : yəni satıcının məqsədi öz məhsulunu baha qiymətə satmaq və çoxlu gəlir götürmək , alıcının məqsədi isə turizm məhsulunu imkan daxilində daha ucuz almaq və səyahətə olan təlabatını ödəməkdir.Bütün bunlar bazarın tələb və təklif qanunları əsasında tarazlaşır. Turizm məhsulunun inkişafı proqramının tərtib olunması turizmin dövlət tənzimlənmələrindən biridir. Turizmin planlaşdırılması onun xaotik inkişafının qarşısını almaqdan və onun iqtisadi səmərəliliyini təyin etməkdən ötrü aparılır. Məlumdur ki, turizm iqtisadiyyata güclü təsir göstərir. Lakin turizm bütün “ dərdlərə “ dərman deyildir. Məsələn, külli miqdarda sərmayə qoyub müasir tələblərə uyğun istirahət mərkəzi tikilmişdir, lakin ora istirahətə gələn yoxdur. Deməli, tikilən mərkəz yaxşı planlaşdırılmamışdır. Ola bilsin ki, istirahət mərkəzi turist bazarlarından çox kənardadır, istirahətin o növü turistləri maraqlandırmır və ya istirahətin qiyməti turistlərin imkanına uyğun gəlmir. Ya da ola bilsin ki, reklam− informasiya işi yaxşı qurulmamışdır. Turist məhsulunun inkişaf etdirilməsi zamanı  alıcılarla əlaqə saxlamaqdan ötrü turist firması reklam informasiya məcmuələri hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kompüter texnikası olmayan agentliklərdə və müştərilər üçün də buklet və kataloqlardan istifadə etmək çox əlverişlidir. Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il öz turları haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır : biri ümumi formada, rəngli foto şəkillərlə ,  o biri isə ancaq turagentlər üçün iş zamanı istifadə etməkdən ötrü olur.Bu axırıncılarda rəngli şəkillər və illutrasiyalar olur. Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda çoxlu reklam, informasiya, foto şəkillər və çoxlu təsviri materiallar da olur. Agentliklər üçün hazırlanan iş kataloqlarında belə materiallar da olmur. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdansatış güzəştlər, turagentlər üçün təyin olunan kommisionların miqdarı və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur. Bəzən turistlər tələb edirlər ki, bu məlumatlar daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarıb tapa bilmələri kataloqda göstərilsin. Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər şeydən əvvəl bu materiallar çox savadlı və professional səviyyədə hazırlanmalıdırlar. Turist kataloqunu uzaqdan tanımaq üçün onun və firmanın adını böyük hərflərlə birinci və axırıncı səhifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır.
     Marketinqin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə ( qiymətdə ) təşkil etsin. Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirlər. Xüsusilə məhsulun üstünlüklərini diqqət mərkəzində saxlamalıdırlar. Məlumdur ki, təcrübədə əsas və əlavə turist anlayışı var. Əsas turist məhsulu standart turist xidmətlərinin toplusu olur, bu toplu “ pekidj tur “ kimi bir paketdə turistlərə satılır.Adi malların satışında olduğu kimi turist məhsulu üç səviyyədə olur : ümimi ideyası olan məhsul, real hazırlanmış və keyfiyyətli məhsul. Turist müəssisəsi öz müştəriləri ilə səmimi dostluq münasibətləri yaratmaq üçün onlara hərtərəfli yardımçı olmalı və az da olsa onlara xeyir verməyə çalışmalıdır. Bu cür dostluq münasibətlərini yaratmaq üçün müştərilərə keyfiyyətli və operativ xidmətlər göstərmək, onlara vaxtlı vaxtında operativ məlumatları çatdırmaq, məsləhətlər vermək və qeyri− formal ünsiyyət münasibətləri yaratmaq lazımdır. Turist məhsulunun mövqeyinin möhkəmləndirilməsi, müştərilərin davranışını diqqətlə izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət nöqteyi− nəzərindən bu cür hərəkətlər, turist müəssisəsinə öz məhsulunun mövqeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün yeni imkanlar yaradır.
     Hər şey addan başlayır. Firmanın adı, satış markası və embleması cazibədardırsa, müştərilər ona etibarla yanaşırlar. Yaxşı satış markası istifadə etməklə və ya tərtib etməklə turist firmalarının çoxu yaxşı ad qazanır və çoxlu gəlir götürürlər. Sanballı firmaların sərgi fəaliyyətində yüksək imicin qorunub saxlanılması rekalamın vacib məsələlərindən biridir. O firmalar sərgilərdə üsyünlük qazanır ki, onlar məşhur və sabballı partnyorlarla əməkdaşlıq edirlər.
     Alıcıları cəlb etmək və bazarın müəyyən seqmentinin tələblərini tam ödəmək turizm marketinqinin əsaslı konsepsiyasıdır. Turist məhsulunun imicinin yaradılması müştərilərin təsəvvüründə turist  məhsulu haqqında rəqiblərin məhsulundan fərqli müsbət rəy yaratmaq məqsədini güdür. Bu yaradıcı proses zamanı alıcının şüuruna təsir göstərilir ki, bu məhsul onun çoxdan axtardığı və ona münasib məhsuldur. Hər turist müəssisəsi hazırladığı məhsulun mənfi və müsbət cəhətlərini yaxşı bilir. Bazarda hər hansı bir məhsulun qiyməti 2 cür olur : həqiqi və ona bazarda verilən qiymət. Real qiymət, məhsula əvvəlki satış mərhələlərində verilən qiymətdir. Bazar qiynəti isə, firmanın öz məhsuluna təsəvvüründə verdiyi qiymətdir. Bu qiymət məhsulun bazarda tutduğu mövqedən asılıdır. Turist məhsulunun qiyməti bazarın bir seqmentində, o birisinə nisbətən fərqlənə bilər. Ona görə də, məhsulun bazarda mövqeyi bazarın seqmentlərə bölünməsi ilə sıx bağlıdır.
 
 
 
 
Mövzu:14 Turizmdə qiymət və qiymət əmələgəlmə
 
Turist məhsulunun qiyməti marketinq kompleksinin vacib faktorudur.
Marketinq fəaliyyətində qiymət çox vacib rol oynayaraq alıcılarla satıcıların maraqlarını tarazlaşdırır. Qiymət turizm marketinqinin nəzarəti altindadı, ona görə də, qiymət strategiyasının tərtib olunması turist firmasının vacib problemlərindən biridir. Qiymət strategiyası müəssisənin ümumi strategiyası ilə sıx bağlıdır. Qiymət strategiyasının tərtib olunması bir neçə ardıcıl mərhələlərdən ibarətdir: 1. Xarici faktorların qiymətin formalaşmasına təsiri; 2. Qiymət əmələgətirmə üsulunun seçilməsi;  3.  Müəssisənin qiymət strategiyasının təyin olunması.
1.    Xarici faktorların qiymətin formalaşmasına təsiri
Turist xidmətləriniə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan mütənasibliyi,rəqabət apran qiymətlərin səviyyəsini də dəyişmə dinamikasını, dövlət tənzimləmələrini və alıcıların imkanlarını nəzərə almalıdır. Qiymətlərin təyin olunmasında turist müəssisəsinin imici də nəzərə alınmalıdır. Turist xidmətlərinə müxtəlif müştərilərin fərdi sorğusu və tələbatı vardır. Firma öz məhsulunu bazara çıxardanda, onda inam olmalıdır ki, onun məhsulunu kimsə alacaqdır. Firmanın hörməti nə qədər yüksək olarsa, bir o qədər də ona çox etibat olar və onun məhsulundan istifadə etmək daha çox populyar olar.
Müxtəlif müştərilər firmanın imicini müxtəlif cür qəbul edirlər. Ona görə ki, onların sorğu və tələbləri də müxtəlifdir. Deməli, qiymət strategiyasında hər seqmentə fərdi yanaşmaq lazımdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Əgər qiymət strategiyasının məqsədi dəyişərsə, yəni o, bazarda liderlik mövqeyini saxlamaq istəyirsə, onda elə qiymətlər seçir ki, uzun müddət bazarda fəaliyyət göstərə bilsin*[1]. Bundan ötrü, firma müştəriləri itirməmək üçün məhsulun keyfiyyətini qaldırmalıdır. Keyfiyyətin qaldırılması əlavə xərclər tələb edir. Firma qiymətləri qaldırmadan bu xərclərə razılaşır. Nəticədə, uzun müddət bazarda qalır və çoxlu gəlir götürür. Bu zaman artıq o, bazarda liderlik uğrundə mübarizə aparmır, bu ona artıq lazım deyil.
2.    Qiymət əmələgəlmə üsulunun seçilməsi
Məqsəd aydın olduqdan sonra qiymət təyin edən üsul seçilir. Birinci üsul məhsulun hazırlanmasına sərf olunan xərclərin hesablanması, xidmətlər, əmək haqqı və gözlənilən gəlirin əsasında tərtib olunur. Bu zaman son qiymət təyin olunur və nəticədə, bu qiymətdən aşağı qiymət ola bilməz. Bu üsul bir neçə başqa faktları nəzərə almır, özü də “ israflı ” üsul adlanır: Turist sorğusunun səviyyəsi, alıcıların qiymətə olan münasibəti və rəqiblərin qiymət səviyyəsi kənarda qalır. Bu da qiymətin düzgün təyin edilməsinə mənfi təsir göstərir. Eyni zamanda, “ israflı ” üsulun müəyyən üstünlükləri də var. Birincisi, firma öz xərclərinin strukturunu yaxşı bilir. İkincisi, bu üsulun rəqiblər tərəfindən tətbiq olunması qiymət rəqabətini aşağı salır. Nəhayət üçüncüsü, firma üçün imkan yaranır ki, turist məhsuluna olan sorğunun dəyişmələrinə az fikir versin.
Rəqabət səviyyəsinə əsaslanan üsul onunla fərqlənir ki, firma öz xərcləri ilə məhsulun qiyməti arasındakı asıllığı sabit saxlamağa çalışmır.
3.    Qiymət strategiyasının təyin olunması və gerçəkləşməsi.
Qiymət strategiyası – müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir. Qiymət strategiyası məhsulun yeni və ya köhnə olmasından asılıdır.
Yeni və unikal məhsulun qiyməti geniş diapazonda dəyişə bilər və onun dəyişmə sərhədlərini təyin etmək, hələ olmayan məhsulla müqayisə etmək çox çətindir. Bazarda yeni məhsul haqqında məlumatın olmaması və ya az olması, onun inkişaf təmayüllərinin məlum olmaması  təbiidir ki, müştərilərdə yeni məhsula qarşı inamsızlıq yaradır.
Yeni məhsulun bazarı marketinq tədbirləri ilə yaradılır. Onun xərcləri çox ola bilər, ona görə ki, bazarda bu məhsulun mövqe tutmasına müəyyən sərmaye lazımdır.
Bazarda daxil olmanın bir yolu da turist məhsuluna olan qiymətlərin aşağı salınmasıdır. Lakin bu üsulun bir neçə mənfi tərəfləri vardır:
1.    Elə situasiya seçmək lazımdır ki, rəqiblər qiymətlərin aşağı salınmasına reaksiya verə bilməsinlər;
2.    Məhsulun hazırlanma xərcləri o qədər aşağı olmalıdır ki, çox da yuxarı olmayan qiymətlərlə də gəlir götürmək mümkün olsun;
3.    Qiymətlərin “ aşağı salma oyununa ” rəqiblərin qoşulması çox böyük təhlükə yarada bilər.
 
 
 
Mövzu:15 DÜNYA TURİZM BİZNESİNİN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ.
 
 
Turizmin dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi:
Vətəndaşların istirahətə olan konstitusiya hüquqlarının təmin olunmasını gerçəkləşdirməkdir;
Turiz sənayesinin inkşafı,yeni iş yerlərin yaradılması,dövlətin və vətəndaşların səyahət etmək üçün gəlilərinin çoxalmasını təmin etməkdir;
Tarixi abidələrin bərpası və ətraf mühütün qorunması,turist səfərlərindən və ölkənin mədəni potensialından turizmin inkşafı üçün səmərəli istifadə etməkdur.
Bu məqsədi gerçəkləşdirməkdən ötrü, dövlət ilk növbədə turizmin insanların həyatındakı və yaşayışındakı tutduğu mövqeyi düzgün qiymətləndirməli və turizim fəaliyyəti üçün əlverişli şərait yaratmalı,onun əsas istiqamətlərini təyin etməlidir.Turizmin əsas inkşaf istiqaməti daxili və ölkəyə gəlmə növləridir. Daxili və gəlmə turizmin inkşafı-milli turizmin inkşafı deməkdir.
Ölkə iqtisadiyyatına ən çox müsbət təsir göstərən,xarici turistlərin ölkəyə gəlməsidir. Ona görə ki, onlar ölkəyə valyuta gətirir,daxili güclü balansı tarazlaşdırır. Dünya ölkələrində beynəlxalq
turist axınları uğrunda güclü rəqabət gedir. Beynlxalq turist axınlarını öz ölkəsinə istiqamətlən-
dirmək bir o qədər asan məsələ deyil. Bundan ötrü, dövlətin bütün turizm sahəsindəki siyasəti, infrastrukturun yaradılmasıdır. Bundan ötrü, tək istək və arzu kifayət deyil, ölkənin
inkşaf etmiş texnoloqiyası və iqtisadiyyatı olmalıdır. Turizmin infrastrukturu başqa istehsal sahələri ilə sıx bağlıdır, ona görə də, başqa sahələrlə birgə inkşaf edə bilər. Məsələn:
İnşaat texnologiyası inkşaf etməyibsə, gözəl mehmanxanaları, turist mərkəzlərini necə tikmək olar?
Dünyanın hər bir ölkəsi özü-özlüyündə tarixinin, mədəniyyətinin, ənənələrinin, memarlıq abidələrinin, tərəqqiyə doğru keçdiyi yolunun qorunmasında və işlək vəziyyətdə saxlanmasında maraqlıdır. Hər ölkədə xarici turistləri maraqlandıran sahələr tapıla bilər. Lakin bu ölkələrin özünə məxsus xüsusiyyətlərini aşkara çıxartmaq, bütün dünya xalqlqrına tanıtmaqdan ötrü çoxlu işlər görmək lazımdır. Bu işlər dövlət səviyyəsində və dövlət tərəfindən görülməlidir. Dövlət xarici ölkələrdə öz ölkəsinin imicini yaratmalı və onun turist mərkəzlərini təbliğ etməyi bacarmalidir. Götürək məsələn Misiri. Misir dövləti ildə özünün bir turist ölkəsi kimi reklamına 100.000.000$ sərf edir. Başqa ölkələrdə özlərinin turist imicini yaratmaqdan ötrü reklam-informasiya sahəsində milyonlarla pul sərf edirlər.
         Dövlət tərəfindən turist fəaliyyətini tənzimləmək üçün aşağıdakı tədbirlər görülür:
Turizm sahəsində münasibətləri tənzimləmək üçün hüquqi və normativ (aktları) sənədlərin hazirlanması:
Milli turist məhsulunun xarici və daxili bazarlarda hərəkətinə yaradıcı olmaq;
Turist sənayesində standartlaşdırma və sertifikatların turizmlə məşğul olan müəssisələrə        isə lisenziyaların verilməsi;
Ölkəyə daxil olmaq və ölkəni tərk etmək qaydalarının təsdiqi;
Xarici kapital qoyuluşuna əlverişli şərait yaratmalı,turizm sahəsində birgə turizm şirkətinin yaranmasina(stimul) maraq oyatmalı, vergi və gömruk məsələlərini tənzimləməli;
Turist proqramlarının tərtib olunması və maliyyələşdirilməsi;
Turizm sahəsində tədqiqat işlərini genişləndirməli və kadırların hazırlanmasıni təşkil    etməli;
    Son zamanlar, dünya üzrə turist səfərlərinin coğrafiyası genişlənmiş və onların sayı 700mln
nəfərə catmışdır. Bununla əlaqədar, ÜTT dövlətlərin diqqətini turizmin yeni yaranmiş problemlərinə yönəldir. Ölkələrin əksəriyyətində milli turist təşkilatları yaranmışdır və onlar
ÜTT-üzvdürlər. ÜTT 1995-ci ildə İspanyanın Kadis şəhərində turizm sahəsində Beynəlxalq Form çağırmışdır. Forumda 52 ölkənin nümayəndələri iştirak etmişdir. Forum dovlətlərin qarşısında, turizmin inkşafinda mühüm rol oynayan aşağıdakı problemlərin həlli məsələlərini qoymuşdur:
           Turistlərin təhlükəsizliyinin təminatı və turist formalların sadələşməsi;
           Turist infrastrukturunun inkişafı (xüsusilə nəqliyyat və komunikasiya);
           Turist müəssisə rəhbərlərinin və personalın tədrisə cəlb olunması;
           Turist obyektlərində ekoloji normaların gözlənilməsi;
           Turist hüquqlarının müdafiəsi;
           Turist firmaları uçün güzəştli vergi sisteminin yaradilması;
           Bütün ölkələrdə normalara uyğun turizmin statistikasının təşkili;
           Ölkənin müsbət imicini yaratmaqla turist məhsulunu xarici bazarlarda hərəkətə gətirmək;
           Iqtisadi və inzibati tədbirlərə isə aşağıdakılar aiddir:
          Vergi güzəştləri, kreditlər, subsidiyalar və dotasiyalar;
           Alicıların hüquqlarıni müdafiə edən normativ aktlar;
           Pasport və vizə məhdudiyyətlərinin gəlmə və ölkədən çıxan turistlər üçün azalması;
           Sosial turizmin himayə olunması və inkşafı;
           Ətraf mühitin qorunması üçün dovlətin qəbul etdiyi tədbirlər;
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:16 Turizmin inkişafında dövlətin tənzimləyici rolu
 Bu gün ölkəyə  gəlir gətirən, əhalinin sosial-mədəni səviyyəsini yaxşılaşdıran bütün iqtisadi sahələrin inkişafı Azərbaycan dövlətinin maraq dairəsindədir. Dövlətin bilavasitə dəstəyi olmadan hər hansı bir sahənin inkişaf etdirilməsi mümkün deyildir. Bu baxımdan turizmin inkişafı da dövlət tərəfindən dəstəklənir.
 Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübəni öyrənmədən turizmin inkişaf etdirilməsi yollarını düzgün müəyyənləşdirmək, onun səmərəli inkişafına nail olmaq mümkün deyildir.
 Ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra ölkələrdə turizmin inkişafının dövlət proqramı hazırlanır, vergi güzəştləri edilir, sərhəd-gömrük rejimi sadələşdirilir.Dövlətin büdcəsindən turizmin inkişafına vəsait ayrılır, şəxsi turist şirkətlərinə az faizli ödənişlə kreditlər verilir. Görülən bu islahatların hesabına turizmin maddi-texniki bazası ildən-ilə genişləndirilir. Azərbaycan dövləti də beynəlxalq təcrübədən istifadə edərək turizmin infrastrukturunun inkişafı üçün əsasən investisiya siyasətindən istifadə edir. Azərbaycan hökuməti respublikanın icra və qanunverici hakimiyyət orqanlarının, xüsusilə Mədəniyyət və Turizm nazirliyinin diqqətini kommersiya strukturlarının birgə səyindən istifadə etməklə turizmin infrastrukturunun inkişafını müasir tələblərsəviyyəsində qurmağa yönəldir.
Lakin hələ beynəlxalq miqyasda istifadə olunan metodların ölkəmizdə turizmin inkişafına tətbiq olunması istiqamətində çox az işlər görülmüşdür. Təəssüflər olsun ki, investorların hüquqlarının müdafiəsini təmin edən investisiya siyasətinin aktual problemləri ilə bağlı olan bir sıra hüquqi sənədlər hazırlanmamışdır. Bu hal isə turizmin inkişafını ildən-ilə ləngidir.  Turizmin inkişafına mane olan halların aradan qaldırılması üçün dövlət səviyyəsində aşağıdakı addımların atılması təklif olunur:
-dövlət turizm təşkilatçıları üçün vergi güzəştləri tətbiq etməlidir;
-тurizm şirkətləri və təşkilatları gömrük rüsumlarından və əlavə gəlir vergisindən azad olmalıdır;
-dövlət turist təşkilatçılarına güzəştli kreditlər verməlidir;
-тurizm xidməti üçün xaricdən gətirilən texnika və avadanlıqlar gömrük rüsumlarından azad olmalıdır;
-кorporativ vergilərə güzəştlər edilməlidir və s.
 Bu istiqamətdə turizmin inkişafına dövlət dəstəyi verilməsi hesabına həm turizm sürətlə inkişaf edə bilər, həm də əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşa bilər. Əhalinin milli gəliri artar, ölkəyə daha çox valyuta kütləsi daxil olar, əhalinin böyük bir hissəsinin məşğulluğu üçün şərait yaranar.
 Doğrudur, Azərbaycan Respublikası hələ 1999-cu ilin iyun ayının 04-də «Turizm haqqında» qanun qəbul etmişdir. Həmçinin, ölkə prezidenti 2002-2005-ci illərdə turizmin inkişafına dair 27 avqust 2002-ci il tarixli sərəncamla bölgələrdə turizmin inkişafı barədə proqram qəbul etmişdir. Həmin proqramda turizmin inkişafına dair bir sıra dövlət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu proqramda turizmin əhəmiyyətiqiymətləndirilmiş, onun inkişafının konkret yolları göstərilmişdir.
Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosialiqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də böyük ehtiyac vardır. Azərbaycanın ərazilərini tədricən işğal etmək istəyən Ermənistan dövlətinə qarşı əks təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin çox ümdə əhəmiyyəti vardır.
 Məlumdur ki, turizm səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da йцксяк intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan dövləti turizmin sistemli şəkildə inkişafına çalışır.
 Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan dövləti isə öz turizm siyasətini erməni terrorizminin ifşası üzərində qurmalı, Ermənistan dövlətinin regionda həyata keçirtdiyi işğalçılıq siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdırmalıdır.
 Məlumdur ki, Azərbaycan Avropa və Asiya qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə ölkəmizin güclü turizm potensialına malik olduğunu bir dahatəsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan bu möhtəşəm abidənin şöhrəti bütün dünyaya yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır.
XVIII əsrin gözəl sənət nümunəsi və incisi, özünəməxsus memarlıq quruluşuna malik olan Şəki xan sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və məbədlər, eləcə də Şəkinin ecazkar təbiəti və s. turistlərin diqqətini özünə cəlb edən amillərdir.
 Neftin necə çıxması ilə maraqlanan milyonlarla insanlar vardır. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, və meşələri erməni işğalı altındadır. Sözsüz ki, zaman gələcək bu ərazilərimizi erməni işğalından azad edəcəyik və həmin ərazilər beynəlxalq turizm marşrutuna daxil olacaqdır.
 Sovet dövründə Azərbaycanda müxtəlif turizm obyektləri yaradılmış, müalicəvi əhəmiyyət kəsb edən sanatoriyalar tikilmişdir. Hələ 1980-ci ildə Azərbaycan respublikasının rəhbəri olan Heydər Əliyevin təşəbbüsü ilə Xəzər sahillərində bir çox kurort zonaları yaradılmışdır. Eyni zamanda ayrı-ayrı yaradıcı və əmək təşkilatlarının əməkdaşlarının istirahətini təşkil etmək üçün müxtəlif istirahət-əyləncə mərkəzləri inşa edilmişdir. Bu məqsədlə Abşeronun şimal sahillərində kurort-rekreasiya tipli binalar tikilmişdir. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış qaçqınlar ordusunun böyük bir hissəsi Mərdəkanda, Zaqulbada, Bilgəhdə və başqa yerlərdə inşa olunmuş pansionatlarda yerləşdirilmişlər.
Hal-hazırda qaçqın və məcburi köçkünlərin öz doğma ərazilərinə yaxın yerlərdə yerləşdirilməsi üçün dövlət səviyyəsində əməli işlər görülür. Belə ki, son dövrlərdə Azərbaycan neft fondunun hesabına Ağdam, Bərdə, Fizuli və başqa rayonların ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün şəraiti olan şəhərciklər salınıb. Dövlət 2006-cı ildə bu işin tam şəkildə həyata keçirilməsi üçün müxtəlif tikinti təşkilatları ilə müqavilələr bağlamışdır. Planlaşdırılmış olan bu iş sona çatdırıldıqdan sonra Abşeron ərazisindəki turizm-sanatoriya bazaları boşaldılaraq yenidən əvvəlki təyinatına uyğun istifadə olunacaqdır.
 Qeyd etmək lazımdır ki, 2002-ci ildə təsdiq edilmiş Dövlət Proqramında həm yerli, həm də xarici istehlakçıların turizm-əyləncə xidmətinin təşkili üçün bir sıra əməli işlərin görülməsi nəzərdə tutulmuşdur. Proqramda eyni zamanda aşağıda qeyd olunan məsələlərin həllinin vacibliyi göstərilmişdir:
-тurizm sahəsində dövlət siyasətini həyata keçirmək və busahənin üstün cəhətlərinin inkişafını təmin edən zəruri bazaların yaradılması;
-ölkədə turizmin proporsional inkişafının təmin edilməsi;
-mövcud turizm sistemində əldə olunmuş mütərəqqi təcrübəyə əsaslanaraq müstəqil Azərbayca   Respublikasının strateji maraqlarına cavab verən müasir xidmət sisteminin formalaşdırılması;
-turizm sənayesinin yaradılması və idarə olunması istiqamətlərinin müəyyənləşdirilməsi;
-turizm sahəsindən əldə olunan vəsaitin artırılması və onların dövlət və yerli büdcələrə daxil edilməsi;
-turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması;
-ölkəmizin turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirak etmələri üçün əlverişli şərait
yaradılması.
         Turizm insanların sosial-mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksə qiymətləndirilir. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya sosial inkişafın dövlət tərəfindən qorunmasını, 16-cı maddədə aydın şəkildə təsvir etmişdir. Konstitusiyasının 16-cı maddəsində deyilir:
1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
2. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
 Qeyd etmək lazımdır ki, mədəniyyətin, eləcə də maddi və mənəvi irsin qorunması turizm obyektlərinin də qorunub mühafizə olunması kimi başa düşülməlidir.
 Eyni zamanda ölkəmizin müxtəlif ərazilərində olan tarix və mədəniyyət abidələrinin qorunması məsələsi də ölkəmizin əsas qanununda öz əksini tapmışdır. Bununla əlaqədar olaraq Konstitusiyanın 77-ci maddəsində göstərilmişdir ki, tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin borcudur.
 Təbii ki, qeyd olunan bu və ya digər maddələrin turizmin ölkəmizdə inkişaf etdirilməsinə müsbət təsiri vardır.
 Azərbaycanda turizmin inkişaf etdirilməsi haqqındakı dövlət proqramında turizmin inkişafına təminat yarada biləcək maddi bazanın yaradılmasına, turizm sahəsinin proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biləcək sistemin formalaşdırılmasına və s. fəaliyyət istiqamətlərinin genişləndirilməsinə xüsusi yer verilir.
 Bütün bunları nəzərə alaraq dövlət proqramı aşağıdakı vəzifələrin həyata keçirilməsini bir məqsəd kimi qarşıya qoyur:
1. Turizmin hərtərəfli inkişaf etməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlər vermək;
2. Turistlərə xidmət obyektlərini yenidən qurmaq və onu dünya standartlarına uyğunlaşdırmaq;
3. Respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət aparmaq qabiliyyətini artırmaq;
4. Turizmin inkişaf etdirilməsi üçün daha mütərəqqi və səmərəli metodlardan istifadə etmək və s.
 Qeyd edək ki, 1992-ci ildə sahibkarlıq fəaliyyətinə sərmayə qoyuluşunu formalaşdırmaq üçün xüsusi fond yaradılması haqqında əmr verilmişdir.
 Lakin bu fondun real fəaliyyəti 1993-cü ilin ortalarından həyata keçirilməyə başlanılmışdır. 
1997-ci ildə Respublikanın Nazirlər Kabineti tərəfindən iş adamlarına kömək məqsədi ilə dövlət büdcəsindən xüsusi vəsait ayrılması haqqında əsasnamə qəbul olunaraq təsdiq edilmişdir.
 1998-ci ildə iş adamlarına sərmayə yardımı olunması məqsədi ilə 13 layihə qəbul edilmiş, bu layihələrə 1999-cu ildə 8-i də əlavə olunmuşdur. Beləliklə, 21 layihə Milli Fond tərəfindən sərmayə yardımı edilməsi məsələsi razılaşdırılmışdır. Bu razılaşmaya əsasən Respublikanın Maliyyə Nazirliyi tərəfindən 600000 manat həcmində sərmayə yardımı ayrılmışdır. Ancaq bütün bunlara baxmayaraq Respublikada turizmin inkişafına təsir göstərən ən başlıca dövlət sənədi Azərbaycan Respublikasının «Turizm haqqında» dövlət qanunu olmuşdur. Bu qanunda turizmi inkişaf etdirmək məqsədi ilə həm əlaqədar dövlət strukturları, həm də özəl təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Qanunda göstərilən vəzifələrə əsaslanaraq bütün əlaqədar təşkilatlara turizm potensialından səmərəli istifadə etmək, bu sahə üzrə orta və kiçik sahibkarlıqla məşğul olanların sayını artırmaq, güclü rəqabətə davam gətirə biləcək turizm bazaları yaratmaq tapşırığı verilmişdir. Həmçinin, turizmin infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək vəzifələri irəli sürülmüşdür. Eyni zamanda turizm işinin daima dövlət tərəfindən tənzimlənməsinin vacibliyi göstərilən qanunda xüsusi olaraq qeyd edilmişdir.
Bugün Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsində onun infrastrukturunun inkişafında   Azərbaycan Respublikası Həmkarlar  Konfederasiyasının da rolu vardır .
Bu baxımdan Konfederasiyaya daxil olan sahə ittifaqları turizm bazalarına əhalinin güzəştli şərtlərlə  göndərilməsində onların istirahət və əyləncəsinin mənalı və səmərəli təşkilində  mühüm funksiyaları yerinə yetirir.Bu işdə  Azərbaycan Respublikası Həmkarlar  Konfederasiyasının sədri, cənab  Səttar Mehbalıyevin rolu xüsusi qiymətləndirilməlidir.
 
 
 
 
 
 
 
 
Mövzu:17 Turizmin təşkili prosesində
idarəetmənin təşkilatı quruluşu
İdarəetmənin təşkilatı quruluşu haqqında bir çox elmi məqalələr və kitablar mövcuddur. Bu baxımdan  Azərbaycan alimi B.Ə.Bilalovun yazdığı: «Turizmin menecmenti» adlı dərslikdə  qeyd olunan mövzuya da geniş yer verilmişdir. Müəllif turizm sahəsində idarəetmənin təşkilatı məsələlərinə aid olan bir çox qrafik və  sxemlər təqdim etmiş, onun xətti quruluşu haqqında geniş məlumat vermişdir. O, idarəetmənin  təşkilatı sisteminin layihələşdirilməsini aşağıdakı anlayışlar aspektində izah etməyə çalışmışdır:
 - funksiyanın tərkibi və məzmunu;
 - funksiyaların mərkəzləşdirilməsi və parçalanması həddi, həmçinin idarəetmə səviyyəsinin sayı;
 - hər səviyyənin funksional вя xətti bəndlərinin sayı;
 - bütün səviyyələrdə hər bəndin funksiyası;
 - bəndlər arasında tabeçilik.
Müəllif «bənd» dedikdə müxtəlif idarəçilik funksiyalarını yerinə yetirən müstəqil qurumları və adamları nəzərdə tutur. Əslində bu turizmin idarəçilik sistemində mövcud olan və müxtəlif funksiyaları yerinə yetirən strukturlar da adlandırıla bilər. Həmin strukturlar hər bir idarəetmə və istehsalat bölmələrinin rəhbər orqanlarıdırlar. Onların hər biri turizmin idarəetmə xəttinə uyğun olaraq görülən işlərin təşkilinə və nəticələrinə görə məsuliyyət daşıyırlar. Bütün strukturların rəhbərləri və işçiləri strukturun icra xarakterinə görə peşəkarlardan ibarət olurlar. Bunlar mühasibat, istehsalat, satış və s. sahələri əhatə edir və müxtəlif icraedici strukturların fəaliyyətini tənzimləyir. Maliyyə işlərini, təşkilatçılığın digər sahələrini öz nəzarətində saxlayır, hüquq pozuntularının qarşısını alır.
Ümumiyyətlə, turizmin təşkilatı quruluşu firma və ya şirkət qurumunda formalaşır. «Bu quruluş çərçivəsində müəyyən məhsul istehsal edən və ya fəaliyyət göstərən və qərarların qəbulunda müstəqilliyə malik olan bir neçə sahə fəaliyyət göstərir. O, yuxarı orqana ( qərargaha) tabe olur ki, həmin orqan da onun fəaliyyətini əlaqələndirir». Məhz qeyd olunan əlaqələndirmə tərtib olunan layihənin funksional təminatına uyğun olaraq həyata keçirilir. Belə ki, turizm şirkətlərinin və ya firmalarının konkret funksional bölmələri vardır. Bu bölmələrin sayı işin keyfiyyətinə və əhatə dairəsinə uyğun şəkildə təşkilatın rəhbəri tərəfindən nizamnamənin və ya əsasnamənin müvafiq bəndlərinə uyğun şəkildə müəyyənləşdirilir. İdarəçilik funksiyasına uyğun olaraq aşağıdakı qrup, yaxud icraedici strukturlar yaradılır:
- Tədqiqatçılar və turizm məhsullarının hazırlanması qrupu;
- Turizm fəaliyyətini həyata keçirməklə məşğul olan bölmə;
- Təchizat bölməsi;
- Mühasibat uçotu və nəzarəti bölməsi;
-Kadrlar şöbəsi və texniki təhlükəsizlik texnikası bölməsi;
- Mütəxəssislər, marketinqlər və tarixçilər qrupu;
- Turizm üzrə menecerlər və bələdçilər qrupu;
- İqtisadçılar qrupu və s.
                   Qeyd olunan qrup və bölmələr özlərinə məxsus olan konkret vəzifə və funksiyaları yerinə yetirirlər. Bu bölmə və qruplara kadrların seçilib yerləşdirilməsi vəzifəsini isə, strukturların rəhbərlərinin bilavasitə köməyi ilə turizm şirkətinin prezidenti və ya sədri yerinə yetirir.
                   Turizm məhsullarının hazırlanması bölməsi mövcud problemləri dəqiqləşdirir, onların aradan qaldırılmasının vasitələrini müəyyənləşdirir. Həmçinin, xüsusi dəqiqləşdirmələr əsasında müəyyənləşdirilmiş turizm məhsullarının və ya əşyalarının hazırlanması istiqamətində əməli işlər görür
Turizm fəaliyyətini həyata keçirən bölmə həm yerli, həm də beynəlxalq təşkilatlarla əlaqələr yaradır, turizmin təşkilinə aid müqavilələr bağlayır. Bu işdə menecerlərin təşkilatçılıq fəaliyyətindən geniş istifadə olunur. Menecerlər turizm şirkətinin biznesinin səmərəliliyi baxımından fəaliyyət göstərir. Turizm bazarının son nəticələrini öyrənib ona münasib olan müqavilələr bağlayır. Bu müqavilələrin nəticələrinə uyğun olaraq şirkətin təchizat bölməsinə sifarişlər edir və s.
Təchizat bölməsi isə turistlərin nəqliyyat, yaşayış, istirahət, məişət problemlərini sifarişə uyğun olaraq yerinə yetirir. Müqavilənin şərtləri əsasında müxtəlif xidmətlər təşkil edir. Turistlərin qarşılanması, yerləşdirilməsi və yola salınması məsələləri də təchizat bölməsi tərəfindən həll olunur. Təbii ki bu işə çox məsuliyyətli icraçılar cəlb edilir və onlar kifayət qədər təlimatlandırılırlar. Eyni zamanda təchizat bölməsinin fəaliyyəti ali rəhbərliyin daimi nəzarətində olur. Menecer bütün fəaliyyətini daimi əlaqə üzərində qurur, həm rəhbərliklə, həm də başqa insanlarla əlaqələr yaratmaq, onların potensial imkanlarından istifadə etmək fəaliyyətində bulunur. Çünki menecerlərin əsas vəzifəsi  «istehsalın idarə olunması və texniki, texnoloji bazanın inkişafı da daxil olmaqla, istehsal prosesinin səmərəli təşkili vasitəsilə firmanın fəaliyyətinin mənfətliyini təmin etmək, habelə hər bir işçinin ixtisasını və yaradıcı fəallığını artırmaqla kadr potensialından səmərəli istifadə etməkdir»
Turizm şirkətinin bütün maliyyə fəaliyyətini mühasibat uçotu və nəzarəti bölməsi idarə edir. Şirkətin mədaxili və məxarici bu bölmənin əməkdaşları tərəfindən hesablanır. Bütün sahələrə aid olan bank əməliyyatı, əməkdaşların əmək haqlarının verilməsi, xidmət sahələrinə ayrılan xərclərin müəyyənləşdirilməsi, müəssisənin malik olduğu maliyyə ehtiyatlarının hesablanması, məsrəflərin dəqiqləşdirilməsi və s. bu bölmənin funksiyasına daxildir.
Kadrlar şöbəsi müxtəlif mütəxəssislərin seçilib işə qəbul olunmasına təminat yaradır. Həmçinin, bu şöbənin nəzdində texniki təhlükəsizlik bölməsi də fəaliyyət göstərir. Həmin bölmə işə qəbul olunanların sağlamlıqlarının qorunması və təhlükəsizliklərinin qorunması üçün xüsusi təlimatlar hazırlayır, texniki vasitələrlə davranmağın mexanizmini onlara öyrədirlər və s.
Mütəxəssislər, marketinqlər və tarixçilər qrupunun funksiyasına isə turizmin təşkilinin rasional və empirik tərəflərinin həlli aiddir. Həmin bölmənin əməkdaşları turizmin səmərəli təşkilinə aid alternativ variantlar hazırlayır, zehni fəaliyyətlə bağlı olan problemləri həll edir, işin dinamik şəkildə inkişaf etdirilməsi üçün morfoloji əhəmiyyət kəsb edən təhlillər aparırlar. Ekskursiyamarşrutlarına daxil olan tarix və mədəniyyət abidələri, yer adları və başqa informasiya əhəmiyyətinə malik olan obyektlər haqqında məlumatlar hazırlayırlar. Həmçinin, müxtəlif turist təşkilatları ilə informasiya mübadiləsi yaradır, səmərəli əməkdaşlıqları əlaqələndirir, ayrı-ayrı məsələlərin düzgün həllini tapır. Belə ki, əlaqələr intensiv şəkildə koordinasiya olunur və idarəetmənin keyfiyyətinə təminat yaradır. Bu işlərin öhdəsindən əsasən ixtisaslaşdırılmış alimlər və menecerlər gəlir.
Ümumiyyətlə, turizmin təşkilində menecerlər qrupunun çox böyük rolu vardır. Adətən bələdçilər qrupu da menecerlər qrupunun tərkibində fəaliyyət göstərir. Bələdçilər qrupu alimlər tərəfindən hazırlanmış materiallarla tanış olur, marşrutlar üzrə özlərini daima təkmilləşdirirlər. Bu işdə onlara ixtisaslaşmış menecerlər də yaxından kömək edirlər. Bələdçilərin hazırlığına marşrutlar üzrə baxış keçirilir və onlara müəyyən peşəkarlıq dərəcələri verirlər.
İqtisadçılar qrupu isə dünya turizm aləmində başverən iqtisadi məlumatları informasiya blokuna daxil edir, turizm işinin elmi-iqtisadi tərəflərini qabaqcadan proqnozlaşdırır, dəqiqləşdirilmiş iqtisadi məlumatların təhlilini aparır. Bu təhlillərə əsasən turizmin yaxın və uzunmüddətli iqtisadi perspektivlərini işləyib hazırlayır.
Yuxarıda qeyd olunan bölmə və qruplara nəzər yetirdikdə turizm şirkətlərinin və firmalarının kifayət qədər böyük strukturlara malik olduğunu görürük. Bu nəhəng strukturun bütöv bir orqanizm kimi idarə olunması məsuliyyəti isə təşkilatın birinci rəhbərinin üzərinə düşür. Belə çoxsahəli bir strukturu idarə etmək üçün təşkilatın rəhbəri liderə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirməlidir. Lider rəhbərliyin müxtəlif tiplərindən istifadə etməyi bacarmalıdır. Bu rəhbərlik tipləri isə əsasən avtoritar, demokratik və məşvərət tiplərindən ibarətdir. Avtoritar tip dedikdə əsasən xarizmatik liderlik başa düşülür. Xarizmatik lider həmişə öz gücünə və qabiliyyətinə əsaslanır, o, müstəqillik nümayiş etdirir, işçinin onun əmrlərini danışıqsız yerinə yetirməsini tələb edir.
Rəhbərliyin demokratik tipi özünün fəaliyyətini tam şəkildə hüquqi əsaslar üzərində qurur, öz işçisinə qismən də olsa müstəqil fəaliyyət imkanı verir. Bəzən işçinin fəaliyyətinin nəticəsi onun məsuliyyət hissinin dərəcəsindən asılı olur.
Məşvərət tipinə aid olan rəhbərlər isə müəyyən işi görərkən məsləhətləşmə yolu ilə hamının rəyini öyrəndikdən sonra qərar çıxarır.
Ümumiyyətlə, tarixin bütün mərhələlərində xarizmatik hakimiyyətə daha çox üstünlük verilmişdir. İdarəçilik sisteminin başqa sahələrində də xarizmatiklik yüksək effekt verir.
İdarəçilik sistemində formal təşkilat tipləri də mövcuddur. Bunlardan birincisi müəssisənin əsas rəhbərliyini əhatə edən komanda qrupudur. Bu qrup ən yüksək idarəetmə səviyyəsi nümayiş etdirir.
                   İkinci qrup öz əmək fəaliyyətlərini nisbi olaraq planlaşdırmaq imkanına malik olan, yeni tapşırığa əməl edən və vahid fəaliyyət ətrafında birləşən mühasiblərdən, turizm üzrə ixtisaslaşmış menecerlərdən ibarətdir.
                   Bir sıra təftiş və icraedici funksiyaları yerinə yetirən komitələr də vardır. Bu komitələr müxtəlif məsələlərin, yaxud problemin operativ şəkildə həll olunması məqsədi ilə yaradılır. Belə komitələr təşkilatın imkanları daxilində daimi fəaliyyət göstərən komitələr kimi də yaradıla bilər.
Turizm şirkətinin yaradılması və fəaliyyət göstərməsi üçün konkret şərtlər mövcuddur. Bu şərtlərdən birincisi təşkilatı yaratma ərəfəsində ilk növbədə onun nizamnaməsini hazırlamaq lazımdır. Nizamnamə hüquqi sənəd kimi təsdiq olunandan sonra təşkilata konkret istiqamətlərdə fəaliyyət göstərmək imkanı verir. Nizamnamədə təşkilatın rəhbər orqanının, eləcə də bütün strukturlarının hüquqi fəaliyyət istiqamətləri göstərilir. Nizamnamədən sonra təşkilatın rəhbərliyi və onun konkret məvacibi müəyyənləşdirilir. Bu rəhbərlik direktorlar şurasından da ibarət ola bilər. Əgər belədirsə, direktorlar şurası üzvlərinin adları açıqlanır və onlar təşkilatın nizamnaməsi əsasında fəaliyyətə başlayırlar. Direktorlar şurası turizm təşkilatının aparıcı işçilərini dəqiqləşdirir və onların funksiyalarını müəyyən edir. Onların vəzifə səlahiyyətlərinə aydınlıq gətirir. Təbii ki, ilk növbədə təşkilatın aparıcı menecerlərini tapır və onların adlarını kollektiv qarşısında, həmçinin, birgə əlaqələr yaratdıqları təşkilatlarda açıqlayırlar. Bundan sonra şirkətin turizm məhsulları haqqında geniş ictimaiyyətə məlumatlar verilir. Şirkətin bu tipdə əlaqələrinin genişləndirilməsi onun real fəaliyyət imkanlarını daha da artırır, şirkət haqqında yalan məlumatların yayılmasının qarşısını alır. Bu əlaqə metodu hər iki tərəfin mübadilə etdiyi məlumatların dərk edilməsinə və onların effektli olmasına şərait yaradır. Buna görə də ayrı-ayrı müəssisələrlə turizm şirkətinin yaratdığı əlaqələr sistemli şəkildə həyata keçirilir. Bu baxımdan ilk növbədə əlaqələrin təşkili metodlarını nəzərdən keçirmək lazımdır.
 
 
 
 
 
 
 
 
Mövzu:18 Turizmin elmi- kulturoloji mahiyyəti  və onun ilkin şərtləri
 Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər.
 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında «Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji  və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Yenə BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə «turist» anlayışına konkret tərif vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə konkret tərif verə bilməmişlər. Lakin hal-hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi və  kulturoloji  sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə Azərbaycan alimlərinin də müəyyən nailiyyətləri vardır. Bunlardan S.T. Yeqanlının, E.M. Hacıyevin, C.А.Мəmmədovun B.Ə.Bilalovun və başqalarının adlarını xüsusi olaraq qeyd etmək olar.
B.Ə.Bilalov «turizm» sözünün mənasını aşağıdakı formada izah etmişdir: «Turizm-fransız sözü olmaqla mənası fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir)».
Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləviturizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşının  Aralıq dənizində səyahətini təşkil etmişdir.
 XIX əsrin sonunda Tомас Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min əməkdaşı olmuşdur.
Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar. 1918-ci ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir.
1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşdirilmişdir. Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya yayılmışdır. Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi və kulturoloji  əhəmiyyətini qiymətləndirərək onun uzun müddətli inkişaf proqramını işləyib hazırlamışlar. Məsələn, Fransada hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu proqramın realizə olunmasına cəlb etmişdir. Bütün çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır.
Turistlərə xidmətin keyfiyyətinə görə İspaniya Fransadan sonra ikinci yeri tutur. Burada 1998-ci ildə turistlərin sayı 47143 nəfərə çatmışdır. İspaniyaya gələn turistlərin tərkibində fransızlar, almanlar, niderlandlılar çoxluq təşkil edir. İspanlar adı çəkilən ölkələri özlərini turizm bazarına çevirə bilmişlər. Hazırda İspaniyanın paytaxtı Madrid Avropanın mədəniyyət, incəsənət və turizm mərkəzlərindən biri kimi qiymətləndirilir.
 İtaliyada isə turizm özünün ən yüksək təşəkkülünü 1983-cü ildən tapmağa başlamışdır.
 Qardaş Respublika olan Türkiyədə də turizmin inkişafına böyük diqqət yetirilir. Burada turistlərin sayı ildən- ilə artır, ölkənin milli gəlirinə böyük xeyir gətirir. Belə ki, 1996-cı ildə Türkiyəyə gələn turistlərin sayı 7966-ya çatmışdısa, 1997-ci ildə 8904, 1998-ci ildə isə 9200 xarici turist bu ölkənin turizm xidmətlərindən istifadə etmişdir. 1998-ci ildə Türkiyənin Beynəlxalq turizmdən əldə etdiyi gəlirin miqdarı 8,3 milyard ABŞ dolları həcmində olmuşdur. Bütün bu faktlar turizmin sosial-iqtisadi və kulturoloji  əhəmiyyətini düzgün dərk etmək üçün aydın təsəvvür yaradır.
 Turizmin inkişaf proqramı bütün ölkələrdə kompleks yanaşma prinsipləri əsasında hazırlanır. Daha doğrusu bu tipli proqramda milli, regional və beynəlxalq amillər nəzərdə tutulur. Proqramın bu şəkildə hazırlanması həm yerli, həm də beynəlxalq amillərdən istifadə etmək imkanı yaradır. Digər tərəfdən beynəlxalq turizm şirkətlərinin fəaliyyəti də yerli əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilir. İnsanlara yeni iş yerləri yaradılır, eyni zamanda onların bir çox yaradıcılıq məhsullarının yeni satış bazarı açılır. Belə ki, əksər turistlər, səfər etdiyi ölkələrin milli аdəт və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Həmçinin, beynəlxalq turizm insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi əlaqələr yaradır, həmçinin, dostluq və qardaşlıq  münasibələrinin möhkəmlənməsinə də  müsbət  təsir göstərir. Bu sahədə beynəlmiləl əlamətlər milli elementlərlə zənginləşir. Sözsüz ki, bu zənginləşmə beynəlxalq mühiti daha da sabitləşdirir və turizmin azad inkişafına mane olan regional amilləri aradan qaldırır.
Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial, iqtisadi və texnoloji əhəmiyyət kəsb edir:
1.Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır.
2.Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir.
3.Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni bazar açılır.
4.Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir.
5.Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir.
6.Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür.
7.Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı artır.
8.Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir və dünya standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.
Turizmin inkişafına diqqət yetirərkən belə bir sual da meydana çıxır. Turizm ətraf mühitə zərər yetirə bilərmi? Əslində elmi əsaslarla, konkret proqramlarla həyata keçirilən turizm heç vaxt ətraf mühitə zərər gətirə bilməz. Bu şərtlə ki, yerli resurslar turizm səfərlərində iştirak edən insanların da tələbatlarına uyğunlaşdırılsın. Onların axını yerli insanlar üçün problemlər yaratmasın. Yəni turizmin təşkili ilə bağlı olan bütün problemlər vaxtında öz həllini tapa bilsin. Bunun üçün hər bir ölkədə kifayət qədər görüləsi işlər vardır. Bu görüləsi işlər turizmin inkişafının aşağıdakı amillərindən ibarətdir:
-Görməli yerlərin abadlaşdırılması və istirahətin təşkilinin müasir tələbata uyğun olan formaları;
-Turistlərin qidalanması üçün yerlərin yaradılması, onlara yüksək xidmət infrastrukturunun təşkili;
-Nəqliyyat vasitələrinin xidmət tələblərinə uyğunlaşdırılması. Bu vasitələrdən istifadə edərkən texniki təhlükəsizliyə əməl edilməsi;
-Yerli baza infrastrukturlarının turistlərin tələbatına uyğunlaşdırılması. Su, elektrik, qaz təchizatının, kanalizasiyaların, telekommunikasiya sisteminin lazımi səviyyədə olması;
-Təbiət qoynuna gəzintilər zamanı tullantılarla ətraf mühitin çirklənməsinin qarşısının alınması;
-Səfərlər zamanı görməli yerlər haqqında informasiya xidmətinin təşkili;
-Turistlərin təhlükəsizlik xidmətinin təşkili.
Tələb olunan bu inkişaf amillərinin düzgün yerinə yetirilməsi xidmətin konkret standartlara uyğunlaşdırılmasından çox asılıdır. Əgər xidmət sahələri dünya standartlarına uyğun şəkildə təşkil olunmursa belə ölkədə, yaxud ərazidə turizmin dinamik inkişafını təşkil etmək mümkün deyil. İnfrastrukturların pis təşkili antireklam xarakteri daşıyır. İnsanların həyat səviyyəsi də turizmin inkişafına təsir edən amillərdən biridir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ictimai quruluş dəyişmiş, bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq turizmin təşkilində də azad fəaliyyət prinsipləri xüsusi yer tutmağa başlamışdır. Belə ki, indi ayrı-ayrı şəxslər tərəfindən xüsusi xidmət obyektləri və müəssisələri yaradılır. Ölkədə bir-birindən asılı olmayan dövlət və qeyri- dövlət turizm assosiasiyaları fəaliyyət göstərir. Lakin onların fəaliyyətləri xüsusi müqavilələr əsasında əlaqələndirilir, beynəlxalq turizmin tələblərinə uyğunlaşdırılır.
Məsələn, turizm ilə məşğul olan dövlət assosiasiyaları turizm sənayesi ilə məşğul olan sahibkarlarla iş birliyi qurur. Bu iş birliyi əsasında hər iki təşkilat bəhrələnir və eyni zamanda yerli əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə təsir göstərən iqtisadi nailiyyətlər əldə edir. Belə ki, turizm sənayesinin istehsal etdiyi məhsulların satışından əldə olunan gəlirlər hesabına həm burada işləyən insanların vəziyyəti yaxşılaşır, həm də bəzi sosial narazılıqlar aradan qalxır.
Qeyd etmək lazımdır ki, turizm marşrutuna daxil edilən rayonların iqtisadi-mədəni səviyyəsi turizmin təşkilinin müasir tələblərinə uyğun gəlməlidir. İlk növbədə həmin rayonlarda turizmin inkişafına imkan yaradan yerli resurslar olmalıdır. Əgər hər hansı bir rayonun iqtisadi bazası zəifdirsə və bu rayonlarda turistlərin rahatlığına təminat yarada biləcək infrastrukturlar yoxdursa həmin rayonun turizm marşrutuna daxil edilməsi vacib deyil. Yeni rayon ərazisində turistlərin gəzintiləri təşkil olunan nəqliyyat yolları bərbad vəziyyətdədirsə və əgər  burada gecələməyə bütün komunal şəraiti olan otellər yoxdursa, belə rayonun turizm marşrutuna daxil edilməsi həm problemlər yaradar, həm də turizmi təşkil edən təşkilatın imicini heçə endirər. Buna görə də turizmin təşkili kompleks xarakter daşımalı, onun problemləri konkret layihələr əsasında aradan qaldırılmalı, eyni zamanda turizmin təşkilinə dövlət əhəmiyyətli iş kimi yanaşılmalıdır. Məhz turizmi təşkil edən ölkənin təşkilatçılığı sayəsində bütün ərazilərdə abadlıq işləri aparılmalı, ayrı-ayrı bölgələrin turistləri qəbul etmək hazırlığı artırılmalıdır. Ölkənin hər yerində abadlıq işlərinə yerli icra orqanlarının qayğı göstərməsi turizmin inkişafına müsbət təsir edir, burada yaşayan insanların iqtisadi imkanlarını artırır, həm də əksər rayonların işıq, qaz, su, yol və s. problemlərini həll edir. Eyni zamanda turizmin inkişafı dövlət büdcəsinə də xeyli miqdarda gəlir gətirir. Digər tərəfdən ölkənin ekoloji problemləri həll olunur. Aparılan abadlıq işləri ətraf mühitin zərərli tullantılardan təmizlənməsinə və yaşıllıqların artırılmasına da səbəb olur.
Bir şeyi nəzərə almaq lazımdır ki, dünya miqyasında turizm inkişaf etdikcə onun ekologiya və iqtisadiyyatla vəhdət təşkil etməsi qabarıq səkildə nəzərə çarpır. Bu üç sahə daima bir-birini tamamlayır, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir, hətta bu sahələrdən birinin zəifləməsi digər sahənin də vəziyyətinə təsir edir. Məsələn, iqtisadi inkişafda baş verən geriliklər ekoloji tarazlaşdırmaya və turizmin inkişafına da mənfi təsir göstərir
Turizmin təşkilinin kompleks şəkildə planlaşdırılması bu sahənin idarə olunmasının əsas komponentlərindən biridir. İdarəetmə prosesində təşkil olduğu yerin ətraf mühiti və sosial-mədəni xüsusiyyətləri nəzərə alınır. Onu da nəzərə almaq lazımdır ki, qorunan bu amillər - yəni ərazinin ətraf mühiti və sosial-mədəni vəziyyəti turistləri özünə cəlb edən ən başlıca amillərdir. Belə ki cazibədar mənzərə, zəngin memarlıq abidələri, təmiz hava, çaylar və göllər, əyləncəli yerlər və başqa diqqəti cəlb edən təbiicoğrafi mühit turizmin təşkilinin imkanlarını reallaşdırır. Belə göstəricilərə malik olan ərazilərdə turizm işinin təşkilinə daha az vəsait sərf etməklə çox qazanc əldə etmək mümkündür. Bu şərtlə ki, turistlərin rahatlığına yaradılan kommunal şərait onları qane etsin. Çünki təkcə gözəl, cazibəli təbii-coğrafi görkəmlə turistləri qane etmək mümkün deyildir.
Turist müəyyən planlaşdırılmış əraziyə təkcə seyrtamaşa, yaxud boş vaxtını əyləncələrlə keçirmək üçün gəlmir. Hər bir turist öz fərdi maraqlarından asılı olaraq gəzdiyi yerlərin tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, adət və ənənələrini və s. yerli maraqlı cəhətləri öyrənməyə can atır. Bu cəhd onun dünyagörüşünü, mənəviyyatını, estetik duyumunu zənginləşdirir. O, uzun müddət gəzdiyi yerlərin yadda qalan təəssüratlarından həzz almaq istəyir. Məhz, təşkilatçı, turizm işini təşkil edərkən və onu planlaşdırarkən bu vacib amilləri nəzərdən qaçırmamalıdır. Belə ki, bu amillər birbaşa turistin mənəvi tələbləri ilə bağlıdır. Onun mənəvi tələblərini öyrənib təmin etmək isə turizm təşkilatçısının borcudur. Bu məqsədlə turizm təşkilatçısı ətrafda mövcud olan flora və faunanı, arxeoloji qazıntılar zamanı əldə olunmuş tarix və mədəniyyət nümunələrini, qədim tarixə və orijinal görkəmə malik olan memarlıq abidələrini dərindən öyrənməlidir. Onlar əsasında ekskursiya mətnləri hazırlamalıdır. Bundan başqa yerli əhalinin etnoqrafiyası, folkloru, adət və ənənələri haqqında məlumatlar toplamalıdır. Təbii ki, hər bir ərazinin və bölgənin özünəməxsus rəqsləri, milli geyimləri, xalq sənəti nümunələri, folkloru vardır. Nəzərə almaq lazımdır ki, bu инъясянят sahələrи də turisti təbiətin gözəlliklərindən az maraqlandırmır.
Turistlərin xalqın mədəni irsinə olan marağı tarix və mədəniyyət abidələrinin qorunub mühafizə olunmasını daha da reallaşdırır. Turizm mərkəzləri tarix və mədəniyyət abidələrinin əhəmiyyətini, həm də kommersiya maraqlarına uyğun olaraq qiymətləndirməyə və onların mühafizə olunası imkanlarını genişləndirməyə məhkumdurlar. Məsələn, möhtəşəm qalalarıн, məbədlərin,körpülərin dağıdılıb məhv edilməsi ərazinin mədəni əhəmiyyətini itirər, turistlərin maraq dairələrini nəzərə çarpacaq dərəcədə məhdudlaşdıra bilər. Bunun da nəticəsində turizm təşkilatçılarının iqtisadi maraqlarına kifayət qədər ziyan dəyər və onlar özlərinin fəaliyyətlərini dayandırmağa məcbur olаrlar.
Əsaslı inkişaf modeli olan turizmin konkret məqsədləri olmalıdır. Bütün turizm təşkilatçıları da həmin məqsədlər uğrunda fəaliyyət göstərməlidirlər. Turizmin inkişaf modeli aşağıdakı məqsədlər istiqamətində qurulmalıdır:
- Əhalinin yaşayış səviyyəsini yüksəldə biləcək variantlar düşünülməli, bu variantlar tez bir zamanda insanların iqtisadi və mədəni səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərməlidir;
-Turist marşrutları kənardan gələnləri razı salmalı, onların zövqünün və dünyagörüşlərinin inkişafına müsbət təsir etməlidir;
-Ətraf mühit nəinki qorunmalı, eyni zamanda gözəlləşdirilməlidir. Yollar abadlaşdırılmalı, otellərdə turistlər üçün bütün rahatlıqlar yaradılmalıdır;
-Ardıcıl olaraq turizmin təbii, mədəni və sosial sahələrə təsir vasitələri öyrənilməli, onlar iş prosesinə tətbiq edilməlidir. Bu vəzifənin həyata keçirilməsi prosesində beynəlxalq turizm təcrübəsindən də istifadə olunmalıdır;
-Yerli sektorlarla iş birliyi yaradılmalı, onların fəaliyyəti ilə turizm təşkilatlarının fəaliyyəti iqtisadi maraqlar kontekstində əlaqələndirilməlidir. Bu qarşılıqlı iş prosesi hər iki tərəfin maraqlarına cavab verməlidir.
         Turizmin təşkili prosesində bir çox yerli sektorlar külli miqdarda gəlir əldə edirlər. Bu yerli sektorların siyahısına mehmanxanaları, kiçik şəxsi otelləri, müxtəlif ictimai iaşə mərkəzlərini, nəqliyyat vasitələrini, xalq yaradıcılıq müəssisələrini, ekskursiya-informasiya mərkəzlərini və s. aid etmək olar.
         Deməli, turizm mahiyyət etibarı ilə ayrı-ayrı strukturların fəaliyyəti əsasında ölkəyə valyuta axınına imkan yaradır və eyni zamanda yerli məhsulların istehsalına kapital qoyuluşunu təmin edir. Bu prosesin həyata keçirilməsində idarəetmənin konkret vəzifələrindən istifadə olunur. Buna görə də turizmin təşkilatçısı ilk növbədə idarəetmənin təşkilatı quruluşunu bilməli, bu sahəyə aid ədəbiyyatlar oxumalı, turizm sahəsi üzrə ixtisaslaşmanın optimal tələblərini yerinə yetirməlidir
 
 
 
Mövzu:19 Turizm biznesində turizm xidmətlərinin standartlaşması və sertifikasiyası.
 
  
     Alıcıların hüqüqlarını qorumaqdan ötrü turist xidmətlərinin standartlaşmasının çox böyük əhəmiyyəti var.
     Turist xidmətlərinin standartlaşması ümumi mallaeın və xidmətlərin standartlaşmasının bir hissəsidir. Onun məqsədi hazırlanmış turist xidmətlərini müəyyən keyfiyyət və təhlükəsizlik normalarına uyğunlaşdırmaqdır. Turizm sahəsində standart–turist məhsulunun müəyyən keyfiyyətə və təhlükəsizlik normalarına cavab verməsini təsdiq edən sənəddir. O, alıcıları bazarda gedən çirkin rəqabətdən qoruyur. Normativ sənəd kimi, standart turist xidmətlərinin bazarını tənzimləyir, keyfiyyətsiz turist xidmətlərin istehsalçılarına,alıcılara və satıcılara təsir göstərir.
     Kompleks turist məhsulunun tərkibinə nəqliyyat vasitələri turistlərin yerləşdirilməsi, restoranlar, yeməkxanalar, mədəniyyət ocaqları və s. aiddir. Standartlaşma bu obyektlərin hamısında aparılır.
     Turizm sferasında standartların tərtib olunduğu zaman, beynəlxalq, rusya və regional standartlar, BMT–nin Avropa Komissiyasının qaydaları nəzərə alınır. Azerbaycan turizimində bu sahədə müəyyən təşəbbüslər göstərilsə də, təsdiq olunmuş standartlar və klassifikatorlar hələ ki, tərtib olunmamış qalır. Odur ki, standartlaşma və sertifikatlaşmanın turizm inkişafında rolunu göstərməkdən ötrü beynəlxalq və Rusiya Fedarasiyasında qəbul olunmuş standartlardan istifadə edəcəyik.
     Sertifikasiya–latın sözüdür. Onun mənası–“düzgün hazirlanmışdır”. Sertifikasiya əməliyyatı III tərəfin yazılı zəmanət verməsidir ki, bu xidmət düzgün hazırlanmışdır. Üçüncü tərəf nə istehsalçıdan və nə də alıcıdan aslı olmayan neytral tərəfdir.
     Turist və mehmanxana xidmətlərinə sertifikatın verilməsi bu xidmətlərin keyfiyyətinə nəzarət və idarə olunmasına imkan yaradır. Bazar iqtisadiyyatı şəritində turist məhsulundan istifadə edən turist əsas şəxsiyyətlərdən biridir. Ona göstərilən xidmətlərin keyfiyyəti və təlükəsizliyi bilavasitə qiymətlə əlaqədardır. Azərbaycanda turist xidmətlərinin standartları və sertifikatı təsdiq olunmadığına görə bəzi satıcılar keyfiyyəti aşağı olan məhsulu baha qiymətə satırlar, bu da turistlərin hüquqlarının pozulmasına səbəb olur. Nəticədə ölkə turistləri çox da baha olmayan qiymətə xaricdə keyfiyyətlituris xidmətlərinə rast gəlir və itirahət üçün xarici ölkələrə səfər etməyə məcbur olur və özləri ilə küllü miqdarda valyutanı ölkədən çıxardırlar. Təxminənhesablamalar göstərir ki, gedən turistlər ildə 250-300mln.dollar valyutanı xaricə çıxardırlar. Onlar xarici ölkələrin turizmin inkişafına sərmayə qoyurlar. Halbuki, Azərbaycanturizminin özünün kapital qoyuluşuna böyük ehtiyacı var.
     Turist və mehmanxana xidmətlərinə verilən sertifikatlar, onları verən orqanlar tərəfindən xidmətlərin ölkədə qəbul olunmuş standartlara uyğun olmasını təsdiq edirlər. Turizm sənayesinin müəssisələrinəverilən sertifikatlar iki çür olur: məcburi və könüllü sertifikatlar. Məcburi sertifiakat–o deməkdir ki, göstərilən xidmətlərin təhlükəsizliyinə, turistlərin əmlakının və ətraf mühitin qorunmasına sertifikat verən təşkilat zəmanət verir. Turist məhsulunun təhlükəsizliyi–turistlərin həyatına və sağlamlığına heç bir riskin olmamasını, onun əmlakının bütün səfər boyu qorunmasını və ekoloji təhlükəsizliyi nəzərdə tutur. Sertifikat vermə səlahiyyətləri dövlət tərəfindən təsdiq olunmuş təşkilat tərəfindən tətbiq olunur. Bu sənədin bir nüsxəsi müəsissədə, açıq yerdə saxlanılır.
      Malların və xidmətlərin sertifikata olan ehtiyacını Dövlət Standart İdarəsi təyin edir. Elə mallar və xidmətlər var ki, onların sertifikata ehtiyacı yoxdur.
       Lakin turizm və mehmanxana xidmətləri belə xidmətlərdən deyil. Rusiyada turizm, ekukursiya və mehmanxana xidmətlərinin sertifikasiyası Ümumi Rusiya OK002 – 93 (OKUN) yəni – * ümum rusiya əhaliyə xidmət * əsasında aparılmışdır. Xidmətin hər növünün öz kodu var. Məsələn ;  ” Mehmanxana xidmətləri “ – kod 041201;  ” Turist marşurutları ilə istirahət və səyahət “ – kod 061200; “ İstirahət günü turist səyahəti ” – kod 061300;  “ Yerləşdirmə xidmətləri “ – kod 061600;  “  Ekuskursiya xidmətləri “ – KOD 062000  və s.
       “ Tutist marşurutları ilə istirahət və səyahət “ qrupu sadəcə “ Turist marşurutları “ adlanır. Bu qurupa turlarin 19 – a qədər müxtəlif növləri aiddir. Nəqliyyat turları, idman, ov və sairə turlar bu qrupa aiddir. Bu qurupda olan turlar ÜTT klasifikasiyasına daxil olan turlardır. Bura dəmir yolu, avtobus, kruiz, avia, gəmilərlə təşkil olunmuş turlar aiddirlər.
     Quruda nəqliyyatın müxtəlif növləri ilə təşkil olunmuş turların təhlükəsizliyi beynəlxalq norma qaydaları ilə tənzimlənir. Bu qaydaların  düzgün tətbiq olunmasına məsuliyyəti nəqliyyat idarələri daşıyirlar. Ən çox turistlərin həyatına təhlükə yaradan nəqliyyatın müxtəlif növləridir. Ona görə də, turist daşıyan nəqliyyatın bütün növləri xüsusi nəqliyyat təhlükəsizlik qaydaları ilə tənzimlənir.  Nəqliyyatı idarə edən hər bir şəxs yola düşməzdən qabaq öz məhsuliyyətini dərk etdiyi haqqında sənəd imzalamalıdır. Gəmilərin, portların və başqa suda hərəkət növlərinin tıhlükəsizliyinə və qəbul olunmuş beynəlxalq “Su nəqliyyatı “  normalarının  və qaydalarının yerinə yetirilməsinə məsuliyyəti su nəqliyyat idarələri daşıyırlar. Bu təhlükəsizlik qaydaları eyniliklə hava nəqliyyatına da aiddir. Qeyd etmək lazımdır kiş. Nəqliyyat xidmətləri OKUN–da göstərilsə də, turist mehmanxana və ekskursiya xidmətlərinə daxil deyildirlər. Nəqliyyat xidmətlərinin keyfiyyıti və təhlükəsizliyi başqa standartlarda  və normativ sənədlərdə öz əksini tapmışdır.
      Turist səyahətlərinin bəzi növləri yüksək riskli səyahətlərinə aiddirlər. Onlardan idman turizmi, dağ turizmi, sualtı səyahət, alpinizm, spleo turizm və s. qeyd etmək olar. Turizmin bu növlərində yaş məhdudiyyəti və turistlərin xüsusi hazırlıqları tələb olunur. Dağ turizmin, avarçəkmə, yelkənli, matorlu qayıqlar və başqa idman turizm qruplarının rəhbərlərinə, bələdçilərə, tərcüməçilərə xüsusi hazirlıq lazımdır. Əgər bu qruplar böyük olarsa, qrupun tərkibində həkim olmalıdır. Səfər zamanı bu cür qruplar xilas etmə məntəqələri ilə mütəmadi olaraq əlaqə saxlamalıdır.
     Qış idman turizmi də (xizək sürmə) müəyyən qədər risklə əlaqədardır, ona görədə, marşuruta çıxmazdan əvvəl təhlükəsizlik tədbirləri görülməlidir. Sovet dövründə belə turis qruplarının təlimatçıları idman klublarında hazırlanırdı.
     Satılan turist xidmətlərinin növləri kodlaşmış şəkildə informasiya bazarlarına çıxarılmalıdır.
      “ Ekskursiya xidmətləri “–OKUN kodu–062000, sertifikasiya sənədlərində bu xidmətlərsadəcə “ Ekskursiyalar “ adlanırlar (kod–01300 )
      “Ekskursiya xidmətləri“ qrupu 17 ayrı–ayrı ekskursiya xidmətlərindən təşkil olunmuşdur; “Xidmətlərin reallaşması“ (kod 062100) və  “Ekskursiyalar“ (kod 062200), özü də 11ekskursiya xidmətlərindən ibarətdir; ümumi tanışlıq, şəhərkənarı gəzinti, piyada gəzinti, istirahət günü nəqliyyat vasitəsi ilə gəzinti və s. Beləliklə, bütün ekskursiyalar və ekskursiya büroları sertifikat almalıdırlar və müəyyən standarta uyğun olmalıdırlar.
      Öz məzmununa görə ekskursiyalar ümumi və konkret mövzu üzrə aparılır. Ümumi şəkildə ekskursiya bir neçə mövzuya toxunur. Məzmunlu ekskursiyalar isə konkret mövzu ətrafında aparılır; tarixi, hərbi, vətənpərvərlik, ədəbiyyat, mədəniyyət, tarixi memarlıq abidələrini əhatə edir.
     Bakı şəhərinin zəngin muzeyləri, tarixi abidələri, gözəl memarlıq nümunələrimüxtəlif növdə ekskursiya aparmağa imkan yaradır. Son zamanlar Bakının tarixinə və memarlıq abidələrinə maraq artmışdır. Ekskursiya qruplarının tərkibi müxtəlifdir (məktıblilər, gənclər, yaşlı adamlar). Onlar planlı və ya təsadüfi təşkil olunur. Bakının muzeylərini, sərgi salonlarını,bədii rəssamlıq və ədəbiyyat muzeylərinə daim maraq göstərirlər. Ekskursiya edənlərin çoxlu əcnəbilərədə rast gəlmək olur. Yaz və yay aylarında  Bakı buxtasında kruiz səyahətlərinin ardı kəsilmir. Bakı funiklyoru məktəblilərinən çox sevdiyi səyahət nəqliyyatıdır. Mütəxəssislər Bakı buxtasında yerləşən Böyük Zirə (Nargin) adasını gənclərin istirahət zonasına çevirmək  üçün layihə təklif etmişlər. Bu zonanın yaradılmasına sponsor, Nargin adası  Bakılıların sevimli istirahət və ekskursiya mərkəzinə çevrilə bilər.
      “ İstirahət gününün turist səfərləri “ (kod 061300).Bu qrupu istirahət günlərinin qısa müddətli səyahətləri kimi 9 müxtəlif xidmət növləridaxildir. İstirahət günlərinin miqdarından asılı olaraq bu səyahətlər iki gündən beş günə kimi davam edə bilər və hər günə 2 ekskursiyanın təşkili nəzərdə tutulur. Rusiya klassifikatorunda bu xidmət ” Turpoxot “ adlanır və qısa müddətli piyada, su ilə, velosipedlə, atla, xizəklə (qışda), avtomaşınla və speleo turların təşkilini nəzərdə tutur və qısa səyshətlərin təşkilinə sertifikat verilir. Bu cür səfərlərə sertifikat o zaman verilir ki, onlar tur kimi təçkil olunur. Lakin yaxşı məlumdur ki, bu cür səfərlərin təşəbbüskarı bəzən ayrı – ayrı aktiv turistlər, idarə nümayəndəsi və ya ailə başçısı olur. Bu zaman sertifikata ehtiyac olmur.
      Azərbaycanda son zamanlar il boyu bu cür səyahətlər tez – tez təşkil olunur. Bunun bir neçə səbəbi var. Azərbaycanın ərazisi çox da böyük deyildir. Qısa bir müddətə (bir neçə saata) tamamilə başqa iqlim və reylef şəraitinə düşmək olur. Istər Şimal (Quba – Xaçmaz), istər Cənub (Lənkəran–Astara) və istərsədə, Şimali–Qərb istiqamətlərində müasir tələblərə uyğun istirahət mərkəzləri yaradılmışdır. Doğrudur, bu mərkəzlər özəl sektora aiddir və orada istirahət qiymətləri bazar qiymətlərinə uyğundur. Baxmayaraq ki, bunlar dağın başında, gölün qırağında və ya meşədə, dəniz kənarında yerləşirlər, bununla belə bu mərkəzlərin özlərinin  fərdi elektro stansiyaları, su təchizatı, meyvə bağları, saunası, hovuzu, konfrans zalı, beynəlxalq rabitə kanalları, radio və televiziyası var. Qiymətlərin yuxarı olması turistlərin heç də qabağını almır. Ona görə ki, qısa müddətli səfərə çıxan turistlərin 50% - i xarici  şirkətlərdə işləyən əcnəbilərdi. 10-15%-i isə işgüzar adamlardır, yarısı isə xarici şirkətlərdə işləyən və yüksək əmək haqqı alan Azərbaycan vətəndaşlarıdır. Yerdə qalan vətəndaşlar istirahət qiymətinin 50%-ni işlədikləri idarədən alırlar. Bu təşkilatların ildə 2 dəfə öz işçilərini qısa müddətli istirahətə göndərməyə imkanları olur. Bu cür səyahətlər ancaq işlətəmin olunmuş vətəndaşlara şamil oluna bilər.
   Qısa müddətli səyahətlər turbürolar tərəfindən təçkil olunur, lakin bəzi hallarda turistlər turizm mərkəzləri ilə əlaqəyə girib istirahət zonalarına özləri gedirlər. Bu zaman səfərin qiyməti 5-8% ucuz olur. Turbüro belə səfər təşkil edirsə, turun təhlükəsizliyini özü təmin edir.
   “Yerləşdirmə xidmətləri” (Kod-OKUN-061601); qrupu bir neçə xidmət bölmələrinə bölünür:
-turistlərin mehmanxalarda, pansionatlarda, turbazalarda, kempinqlərdə, çadır şəhərciklərində yaşaması (kod 061601);
-turistlərin komunal və idarə mehmanxanalarında yaıaması (kod061609);
-turistlərin icarəyə götürülən binalarda yaşaması (kod 061603);
-turistlərin xüsisi kənd və şəhər evlərində yaşaması (kod 061604 və 061605).
    Beynəlxalq təcrübə turistlərin yerləşdirilməsi Beynəlxalq Standartlar əsasında aparılır. Bu standartlar ÜTT statistik sənədlərində (BMT.Nyu-York.1994).
   Mehmanxanaya verilən sertifikatda sertifikatı verən orqanın adı, sertifikatın müddəti, xidməti göstərən təşkilatın adı və onun kodu göstərilir. Sertifikatı olmayan mehmanxananın və turist təşkilatının özünü reklan etməsi “Sertifikat qanununda “ qadağan olunur. Azərbaycan mehmanxanalarından köhnə “İnturist” mehmanxanası Rusiya Federasiyasınin (kod 061601) sertifikatını almışdır. Azərbaycan rayonlarında olan kommunal mehmanxanaların heç birinin sertifikatı yoxdur. Lakin bu mehmanxanalarda bir gün qalma qiyməti 20 manatdan yuxarıdır.
    Məcburi sertifikasiya ölkədə olan qanunlar əsasında və müəyyən sistemlə aparılır. Bu müəssisələrin siyahısını dövlət orqanları təsdiq edirlər. Məsələn, turistlərin yaşamaq üçün yeniləşdirilməsi dövlət tərəfindən təsdiq olunmuş nomenklaturanın tərkibindədir. Restoranlar və kulinariya məhsulunu hazirlayan müəssisələr də bu siyahıya aiddirlər.
    Könüllü sertifikasiya hüquqi və ya fiziki şəxsin ərizəsi əsasında könüllü sertifikasıya sistemi əsasında aparılır. Könüllü sertifikasiya verən orqanlar tərəfindən, müqavilə əsasında Təhlükəsizlik sertifikatı alındıqdan sonra aparılır. Könüllü sertifikat xidmətlərin rəqabət qabiliyyətini artırmaqdan ötrü verilir. Məlumdur ki, alıcılar sertifikatı olan məhsullara üstünlük verirlər. Könüllü sertifikatı verən orqan ildə bir dəfə obyektə yoxlama aparır. Yoxlama zamanı verilən sertifikatın şərtlərinin pozulması aşkar olunarsa, sertifikat ləğv oluna bilər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:20 Turizm  biznesində  yeni  məhsullar.
1. Yeni turist məhsulunun hazırlanması zərurəti
      Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunu hazırlanmasının həddən artıq çox bəyük əhəmiyyəti var. Bunu hamıdan əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqü tez-tez dəyişir, yeni texnologiyz və yeni imkanlar yeni məhsulun və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır. Turistlər dərketmə səviyyəsi yüksək olan, maraqlı və bəzən də unikal və ya qeyri-ordinar turist məhsulları gözləyirlər. Əlbəttə, rəqabət aparanlar bazardan kənar qalmamaq üçün çalışırlar ki, belə məhsulları yaratsınlar.
      Yeni məhsulu yaratmaq çox da asan məsələ deyil. O, yüksək ustalıq, istedad və inadkarlıq tələb edir. Məhsulda yenilik yaradıcılıq fəaliyyətidir və özü özlüyündə kommersiya mənasında yüksək qiymətləndirilir.
      Yeni məhsulun hazırlanması və bazara çıxarılması böyük risklə bağlıdır (18-20%). Bunun əsas səbəbləridən bir neçəsi müştərilərin təlabatının düzgün qiymətləndirilməməsi, bazarda satışın həcminin düzgün təyin olunmaması, satışda buraxılan səhvlər, reklamın aparılmaması, rəqiblərin nəzərə alınmaması və s. ola bilər.
     Beləliklə, yeni məhsulun tərtib olunması və bazara çıxarılması yüksək dərəcədə qeyri-müəyyənliklərlə əlaqədardır. Ameruka marketoloqu T. Zevitta yazır: “...heç bir şey bu qədər vaxt və pul aparmır, bu qədər müqavimərlərə və bəlalara rast gəlmir, yeni uğursuz məhsul yaratmaqla bu qədər öz karyerasına ziyan vurmur “. Yenilik yaratmaq həqiqətən yaradanın özü üçün böyük təhlükədir. Eyni zamanda, (əgər müsbət nəticə alınarsa) onun böyük maddi xeyri vardır.
    Bazar iqtisadiyyatının məntiqi belədir. “rəqabətdə yenilikləri tez mənimsəyən, yeni məhsulu hazırlayıb rəqiblərdən qabaq bazara çıxaran qalib gəlir”.
          
2.Yeni turist məhsulunun hazırlanmasının əsas mərhələri
      Turizm marketinqinin konsepsyası öyrədir ki, yeni məhsulun tərtib olunması kompleks təhlilə ehtiyacı olan mürəkkəb və çoxtərəfli bir prosesdir. Onun hazırlanması açağıdakı mərhələlərdən təşkil olunur:
I.                  İdeya axtarışı və ideyanın seçilməsi
II.              Seçilmiş ideyanın genişlənməsi və yoxlanması
III.          Marketinq strateqiyasının tərtibatı
IV.           Marketinq imkanlarının təhlili
V.               Turist məhsulunun tərtibi
VI.           Bazarda məhsulun sınaqdan çıxarılması
   Yeni məhsulun tərtib olunması ideya axtarışından başlayır. Müxtəlif mənbələri məlumdur. Onlardan ən birincisi alıcılar özləridir. Onların istək və arzuları,tələb və təklifləri ilə onlarla söhbət zamanı,turist səfərlərinin müzakirəsində, onlardan alınan məktub və şikayətlərdən və şəzsi görüşlərdə tanış olmaq olar. Başqa bir mənbə turist səfərlərinin nəticələrini təhlil edən və turis məhsulunun təkmilləşmiş variantını təklif edən alimlərdir. Bundan başqa, firma rəqabət aparan firmaların məhsullarını izləməli və onların müsbət cəhətlərini özü götürməli və tətbiq etməlidir.
     Ideyalar nə qədər çox olsa da, onlardan birini seçmək və gerçəkləşdirmək üçün yollar axtarmaq lazımdır. Seçilmiş variant turistlərin müzakirə süzgəncindən keçirilir və firma üçün nə qədər münasib olması təhlil olunur. Müştərilərlə sorğu zamanı seçilmiş variantın gələcəyini, satılma ehtimallarını öyrənmək olar.
     Aydındır ki, tətbiq olunan yeni məhsul təkrar olunmaz və unikal olmalıdır. Belə məhsulun hazırlanması yeni təklifin ən məsuliyyətli mərhələsidir. Yeni məhsul hazır olandan sonra marketinq tədqiqatları başlanır. Sonra müəssisənin bazar imkanları təhlil olunur və məhsulun perspektivləri öyrənilir. Axırda yeni məhsul bazar şəraitində sınaqdan çıxarılır. Axırıncı mərhələnin məqsədi müştəriləri məhsulla tanış etməkdir. Bu sınaq zamanı reklam kompanyası başlayır, jurnalistlər, ekspertlər və mütəxəssislər ilk eksperemental səfərə dəvət olunurlar. Firmanın personalı üçün bu tur tanışlıq səfəridir. Başqa sınaq üsulu yeni məhsulu balaca bir qrupa satılmasıdır. Bu sınaq səfərləri zamanı turun nöqsanlarını öyrənib ona lazimi düzəlişlər verirlər. Bu düzəlişlərin verilməsində və rast gəlinən nöqsanların aradan qaldırılmasında firmanın bütün personalı iştirak edir.
3. Yeni turist məhsulunun bazara çıxarılması
     Ortaya belə bir sual çıxır. Yeni hazırlanmış məhsulu bazara nə vaxt çıxartmaq olar? Müəssisə, bundan ötrü əlverişli vaxt seçməlidir. Bu vaxtın düzgün seçilməsi məhsulun bazardakı əlverişli mövqeyinə təsir göstərir. Yeni məhsulu bazara çıxararkən savadlı informasiya-reklam kompanyası aparmaq lazımdır. Bu cür kompaniyanın aparılması məhsulun tezliklə bazarda tanınmasına səbəb olacaqdır. Belə kompaniyanin aparılmasında belə bir suala cavab tapmaq lazımdır. Nəyə görə müştərilər rəqiblərin məhsulunu yox, təklif olunan yeni məhsulu almalıdırlar?
     Yeni məhsulun mövqeyini bazarda möhkəmlətməkdən ötrü agentliklər və müştərilər arasında və ümumiyyətlə, radio və televiziya reklamlarından geniş istifadə etmək lazımdır. Bu məqsədlə seminarlar və təqdimetmə mərasimləri keçirdirlər.
    Qaldı ki alıcılara, onları yeni məhsula cəlb etmək üçün maraqlandırıcı tədbirlər görürlər. Bu tədbirlər müxtəlif ola bilərlər. Məsələn, suvinirlərin və ya çox da baha olmayan hədiyyələrin təqdim olunması. Hədiyyə qismində balaca selefan tobacıqda sığorta, səfərin təsnifatı, planı, firmanın kataloqu, müxtəlif marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim olunur. Hər bir hədiyyənin qiyməti 10 $-dan çox olmur, efekti isə məhsulu almaq istəyən yeni turistlər olur. Bəzi firmalar hədiyyə qismində turistlərə firmanın emblemi olan yol çantası təqdim edirlər. Çantaya xüsusi yaddaş kitabçaları,firmanın bazara çıxarılan turları haqqında məlumatlar, qiymətlər, marşrutların təsnifatı, kiçik lüöətlər və s. qoyulur. Turistlər hərəkət edən zaman bütün vətəndaşlar firmanın emblemi olan çantaya həsrətlə baxıb səyahət haqqında düşünürlər və firmanı yada salırlar. Bəzi firmalar turistləri “tələyə” salırlar, məsələn, nahar vaxtı turistləti yol qırağı restorana və ya avtomaşın kirayə mərkəzinə gətirirlər.
     Beləliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxaranda elmi-praktiki arqumentlərə və marketinq tədqiqatlarının nəticələrinə əsaslandırmaq lazımdır. Belə nəticələr və praktiki təcrübələrdən istifadə olunmasa, külli miqdarda yeni məhsulun tərtib olunmasına sərf olunan xərclər ola bilsin ki, özünü doğrultmasın.
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu:21 Turist məhsuluna olan tələbat və sorğu.
 
Turizmdə tələbat anlayışının açılmasının çətinliyi ondadır ki, o istehsalın bütün fazalarında həm istehsalda və həm də istehlakda iştirak edir. İstehsalın məhsulu kimi tələbat şəxsi istehlak prosesində əmələ gəlir. Tələbatı öyrənəndə ödənişə qadir tələbatı öyrənirlər, yəni o tələbatı ki, o xidmətlərlə və ya mallarla təmin olunsun. O tələbati ki, onu pul vahidi ilə ödəmək olsun. Tələbat istehlakın bir forması kimi bazardakı alıcıların və ya istehlakçıların cəmi ilə ölçülür. Alıcı yoxdursa, tələbat yoxdur.
İnsanların tələbatı rəngarəng və çoxdur. Onlar bir – birindən forma və məzmun cəhətcə fərqlənirlər. Tələbatlar iki cür olur: Şəxsi və ictimai tələbatlar. Turizm tələbatı – şəxsi tələbatdır. İnsanların bir – biri ilə ünsiyyətdə olması ictimai tələbatdır.
Turizm sahəsində tələbatın əmələ gəlməsi və inkişafı istehsalın inkişafı ilə bilavasitə əlaqədardır. İnsanın maddi tələbləri nə qədər tam ödənirsə, o qədər də onun turist məhsuluna tələbatı çoxalır. Turist xidmətləri insanı mənəvi cəhətdən qıdalandırır.Turist məhsuluna olan tələbat aşağıdakı faktorlardan asılıdır: gəlir, xidmətin qiyməti və asudə (boş) vaxt. Bundan başqa, tələbat eyni zamanda alıcının hazırlığından, onun mədəni səviyyəsindən və turist məhsulunun özünün cazibədarlığından asılıdır.
Turizmin inkişafı ilə əlaqədar turistlər tərəfindən turist məhsuluna tələbat yaranır. Tələbatın yaranmasına səbəb 2 əsas elementdir – pul və boş vaxt
Turizm maliyyələşdirməsinin iki yolu var: turistlərin şəxsi gəliri və sosial fondun vəsaitləri. Boş vaxtın mənbəyi vətəndaşlara verilən məzuniyyətlər və şənbə - bazar günləridir.
Turizm iqtisadiyyatının əsasını qoyanlar B. Xinsiker və K. Kraff turizmin tələbatına belə tərif verirlər: “ İqtisadi cəhətdən turizm tələbatı turistlərin müəyyən qiymətlərlə almaq istədiyi malların və turist xidmətlərinin miqdarıdır ”*[2]. Başqa sözlə desək, turizm tələbatı turist gedən ölkənin qiymətləri ilə əlaqədar turist xidmətləri və malların şəxsi istifadəsidir.
Turizm tələbatı insan cəmiyyətinin müəyyən inkişaf mərhələsində əmələ gəlir. Yorğunluq əvvəlki mərhələlərdə də olmuşdur. Lakin onu aradan götürmək və əvvəlki insan qüvvəsini turist səfərlərinin köməyi ilə bərpa etmək ancaq inkişaf etmiş sivil ölkələrin bünövrəsi əsasında mümkün olmuşdur.
Beləliklə, turizm tələbatı orqanizmin zəifləməsi nəticəsində meydana gələn prosesdir. Bu proses düşünülmüş şəkildə insanın normal funksiyalarını turist səfərləri vasitəsi ilə bərpa etməyə yönəlmişdir. Deməli, turist tələbatı şəxsi tələblər qrupuna aiddir və onun ödənilməsi şəxsi istehlak sistemində baxıla bilər.
Turizm tələbatı özünü və ətraf mühiti dərk etmək məqsədini güdür və bu sahədəturizmin imkanları sonsuzdur. Dərk etmə evolusiyanın vacib elementidir. Turizm tələbatının yaranması insanın motivasiya nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə turizm tələbatı insan davranışının motivləridir.
Turizm tələbatının bir sistem kimi öyrənilməsi bu anlayışı dialektik üsulla təhlil etməyə imkan verir. Sistem nöqteyi nəzərindən turist tələbatının ödənilməsi insanın özü – özünü tənzimləmə prosesinə bənzəyir. İnsanın şəxsi kontaktlara olan ehtiyacları, yaşayış mühitini dəyişmək ehtiyacları özünü biruzə verir. İnsan daim psixoloji uyğunluq axtarır və qrup tərkibində hərəkət etməyə meyl dəyişirlər.
Turizm tələbatı eyni zamanda ictimai xarakter daşıyır və ictimai tələbatdır. Siyasi – iqtisadi elmin nəzəriyyəçiləri təsdiq edirlər ki, ictimai tələbatlar istehsalın inkişafına səbəb olurlar. Onlar öz tələbatlarını ödəmək üçün istehsalatı dəyişirlər.
Beləliklə, belə bir nətəcəyə gəlmək olar ki, turizm tələbatı təbii tələbatdır və insanın inkişafı nəticəsində meydana gəlmişdir. İstehlak prosesi nöqteyi nəzərindən, o, insanın şəxsi tələbatıdır. İctimai istehsal nöqteyi nəzərindən isə, o, ictimai xarakter daşıyır və ictimai tələbatdır.
Turist sorğusu – turist məhsuluna olan tələbatdan doğur. Turist xidmətlərinə olan sorğu, istehsal və mal – pul dövriyyəsi olan yerdə əmələ gəlir. “ Turizm tələbatı ” insan orqanizminin sağlam qalması üçün lazım olan vacib funksional elementdir. Göründüyü kimi, “ turizm tələbatı ” abstrakt anlayışdır, baxmayaraq ki, o, insanın normal funksiyası üçün çox vacib elementdir*[3]. Turist sorğusu isə konkretdir və “ turizm tələbatının ” real hissəsidir. Turist sorğusunu gerçəkləşdirən və inkişaf etdirən tələbatın üç forması mövcuddur: pul ödənişli, həqiqi və absolyut tələbat forması. Bu klassifikasiyadan aydın görünür ki, turist sorğusu bu tələbatların turist bazarına çıxarılan formasıdır. Turist tələbatlarının hamısı ödənilmir, ancaq pul ekvivalenti ilə təmin olunan tələbat ödənilir.
Sorğu turist tələbatının gerçəkləşmiş formasıdır. Tələbat isə qüvvələri və istehsal münasibətlərinin inkişaf səviyyəsinin göstəricisidir. Deməli, sorğu da ölkədə yaranmış istehsal münasibətlərini özündə əks etdirir. Sorğu milli gəliri müxtəlif təbəqələrə paylayan bir alətə çevrilir. Burada turist sorğusu müstəsnalıq təşkil etmir. Məhz ona görə də, turist tələbatı ümumi milli məhsulun əhalinin müxtəlif təbəqələri arasında bölüşdürülməsi zamanı turist sorğusuna çevrilir.
Beləliklə, turist sorğusu tək şəxsi yox, eyni zamanda ictimai tələbatı da özündə əks etdirir. Turist sorğusunun məzmunu turist tələbatıdır. Turist xidmətlərinin və mallarının istifadəsi və bazarda satılması onun yaranması ilə əlaqədardır. Turist xidmətlərinin istehlakı rəqabətli turist sorğusunu onun təklifi ilə tarazlaşdırır. Bu hal turizmin spesifik xüsusiyyətlərindən biri kimi onu başqa mallardan fərqləndirir. Ona görə də, turist sorğusunun öyrənilməsi turist tələbatının inkişafına təsir göstərən faktorlardan başlayır.
Turist sorğusunun formalaşmasına müxtəlif faktorlar təsir göstərir. Bu faktorların intensivliyi zamanla əlaqədar və müxtəlif turist qrupları üçün dəyişir.
Turist sorğusuna və onun formalaşmasına təsir göstərən faktorları 2 qrupa bölmək olar: sosoal – iqtisadi və psixo – fizioloji faktorları I qrupa turist məhsulunun istehsalı, onun həcmi və strukturu aiddir. Bu qrup sorğunun formalaşmasının əsas mənbəyidir, onun hesabına şəxsi və ictimai istehlak fondları yaranır. Başqa bir faktor əhalinin illik gəliridir, onun məbləğindən turizmə sərf olunan xərclərin miqdarı təyin olunur. Vacib faktorlardan biri turizm mallarına və xidmətlərinə və onların keyfiyyətinə sərf olunan pulların mütənasibliyidir.
Sosial faktorlar böyük bir qrupu əhatə edir. Bura əhalinin miqdarı, cinsi, yaşı, sosial inkişaf səviyyəsi, turist xidmətlərindən və mallarından istifadə etmə xüsusiyyətləri, milli ənənələri və tarixi aiddir. Ailənin tərkibi də böyük rol oynayır.
Psixo – fizioloji faktorların tərkibində əsas rolu ayrı – ayrı turistlərin psixologiyası, mənəvi – psixoloji faktoru, moda, reklam, onların mədəni inkişaf səviyyəsi əsas yer tutur.
Turist sorğusuna təsir göstərən faktorlar mənfi və müsbət xarakter daşıya bilərlər. Başqa sözlə desək, onlar sorğunun inkişafına, ya da ki, tənəzzülünə səbəb ola bilərlər. Bu keyfiyyətdə bəzi faktorlar turist sorğusunun elastikliyinə səbəb olurlar. Elastiklik turist bazarına məxsus olan kəmiyyətdir. O, turist sorğusu ilə hər hansı bir faktorun funksional əlaqəsini göstərir. Bu əlaqənin səviyyəsi elastiklik əmsalı ilə ölçülür. Elastiklik əmsalı turist sorğusunun hər hansı bir faktorun dəyişməsindən asılı olaraq dəyişməsini göstərir. Elastiklik əmsalı rəqəmlərlə və qrafiklə göstərilir.
Ümumiləşdirərək belə deyə bilərik ki, turist sorğusunun funksiyası üç qrup dəyişənlərdən – tələbat və istəkdən, məhsulun münasib qiymətlərindən və müştərinin ödəniş qabiliyyətindən və azad vaxtın strukturundan asılıdır. Turist xidmətlərinin qiymətləri isə məhsulun maya dəyərindən və keyfiyyətindən asılı olaraq dəyişir.
Mövzu: 22.Turizm müəssisələrinin xərcləri və qiymət siyasəti
 
    Məhsul istehsal edən və ya xidmət göstərən hər bir müəssisənin məqsədi mənfəət əldə etməkdir. Mənfəət iki amildən asılıdır: fəaliyyət nəticəsində əldə edilən gəlir və bu fəaliyyət nəticəsində edilən xərclər (sərf olunmuş maliyyə, maddi və əmək ehtiyatları).
      Məhsulun qiyməti bazar qanununa uyğun formalaşdırıldığı halda istehsalat xərcləri müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin necə aparılmasından asılıdır. Müəssisə rəhbərliyi öz ehtiyatlarından nə dərəcədə savadlı istifadə edirsə, onun gəliri də bir o qədər çox olar.
      Hər bir təşkilatın mühasibat hesablarında qeydə alınmış gəlir əks edilir. Lakin eyni zamanda əldən çıxmış gəlirlər də olur: əldən çıxmış gəlirlər imkanların düzgün istifadə edilməməsi səbəbindən yaranır. Misal üçün, bankda istifadəsiz qalmış vəsaitlərin depozitə qoyulması və ya başqa şirkətin səhmlərinə qoyulması imkanının əldən verilməsi. Daha bir misal: işçilər tərəfindən müştərilərə xidmətin düzgün göstərilməməsi və ya aşağı səviyyədə göstərilməsi və bununla da müştərilərin itirilməsilə gəlirin azalması və s.
      Mənfəəti hesablamaq üçün düstur aşağıdakı kimidir:
M = Mməc – Md
Burada, M - mənfəət, M - məcmu mədaxil (ƏDV-siz), Md - məhsulun maya dəyəri. Məhsulun maya dəyərinə məhsulun istehsalına və realizasiyasına çəkilən bütün xərclər daxil edilir.
      Turizm şirkətinin turizm məhsulunun istehsalına çəkdiyi xərclər aşağıdakı elementlərdən ibarət olur:
·         Maddi xərclər (alınmış materiallar, yanacaq, elektrik enerjisi və s.);
·         Yerləşdirmə xərcləri;
·         Qidalanma xərcləri;
·         Nəqliyyat xərcləri;
·         Əmək haqqının ödənilməsi;
·         Sosial sığorta xərcləri;
·         Əsas vəsaitlərin amortizasiyası (köhnəlməsi);
·         Sair xərclər (rabitə,ezamiyyə, dəftərxana, bank);
·         Marşrutun hazırlanması üzrə xərclər.
 
      Turizm təşkilatının xərcləri sabitdəyişkən xərclərə bölünür.
Sabit (şərti-sabit) xərclər – istehsalın həcmindən, strukturundan və məhsulun satışından birabaşa asılı deyil. Buraya aiddir: əsas və köməkçi personalın maaşı və müvafiq ayırmalar, icarə haqqı, əsas fondların amortizasiyası, kommunal xidmətləri, telefon abunə haqları, lisenziya və sertifikatlaşma xərcləri və s.
Dəyişkən (şərti-dəyişkən) xərclər – istehsal və realizasiyanın həcmindən asılıdır. Buraya aiddir:  material, yanacaq xərcləri, telefon danışıq haqları, işçilərə verilən mükafatlar, agentlərə verilən ödənişlər və müvafiq ayırmalar və s.
      Sabit xərclərin özləri də nisbi sabitdirlər. Çünki, müxtəlif dövrlərdə bu xərclər də dəyişir:
Tam sabit: Bu xərclər hətta şirkətin fəaliyyəti olmadıqda da olur: icarə haqqı, əsas fondların amortizasiyası, rabitə və dövri mətbuat abunə haqqı;
Fəaliyyəti təmin etmək üçün tələb olunan xərclər: elektrik enerjisi xərcləri, ofisdə daimi olan işçilərin maaşı;
Vaxtaşırı sabit olan xərclər: müəyyən dövrlərdə istehsal sabit qaldıqca bu xərclər də sabit olur. Sonra istehsal artdıqca bu xərclər də artır və istehsalın müəyyən səviyyəsinədək sabit qalır. Bu zaman əlavə işçilər qəbul olunur.
      Xərclərin sabit qalması dövrünə relevant period deyilir.
      Turizm təşkilatlarında bəzən sabit xərclər daxilində faydalı xərclərlə yanaşı boş xərclər də olur. Bunu aşağıdakı misallarla izah etmək olar.
 
Qida obyektində olan vaxtaşırı sabit xərclər barədə bir misal.
Restoranda 18 stol var idi və normaya uyğun olaraq 3 ofisiantın hər biri 6 stola xidmət edirdi (3 x 6 = 18). Lakin xidmətin həcmini artırmaq məqsədi ilə zala daha 4 stol qoyulur və 1 ofisiant işə qəbul olunur. Ofisiantlar vaxtamuzd maaş alırlar. Onda elə olur ki, 1 ofisiantın işinin yalnız 4/6 hissəsi faydalı, 2/6 hissəsi isə faydasız olur. Bu zaman restoran ofisianta 2 stolun maaşını verərkən artıq xərclər etməli olur. Lakin bundan da çıxış yolu var. Belə ki, 4 stola xidmət edən ofisianta müvafiq olaraq maaş az vermək olar. Lakin bu halda ofisiant iş vaxtı ərzində 6 stola xidmət edə biləcəyi halda yalnız 4-nə xidmət edir və az maaş alır ki, bu da ofisiantı təmin etmir. Burada çıxış yolu müxtəlif cür ola bilər: 4 stola xidmət edən ofisiant
a)      praktikant ola bilər; b) mövsümi işçi ola bilər; c) əlavə olaraq ona başqa iş də tapşırılmış ola bilər.
 
Mehmanxanada müştərilərin olmaması səbəbindən gəlirin əldə edilməməsi.
Turfirma tərəfindən mehmanxanada icarəyə götürülmüş otaqların və qidalanma obyektində ayrılmış stolların hamısının doldurula bilinməməsi.
 
      Turizm və sosial-mədəni servis müəssisələrində xərclərin sistemləşdirilməsi iki üsulla yerinə yetirilir:
1)    Bütün xərclər hesblanaraq cəmlənir;
2)    Xərclər sabit və dəyişkən xərclərə bölüşdürülür. Bu üsul “direct-costing” adlanır.
      Sabit və dəyişkən xərclərin cəmi turizm və sosial-mədəni servis təşkilatlarının ümumi xərclərini təşkil edir. Ayrı-ayrılıqda xərclərin Cəmi bunların Məcmu xərclərdə hissəsini müəyyən etməyə imkan yaradır.
Turizm firması üzrə misal:
Sabit:
2440(ə/h+sos.) + 1000(icarə) + 200(abunə) + 500(amortizasiya) + 85(lisenziya) +
+ 265(sair) = 4490
Dəyişən:
610(mükafat+sos) + 50(kommunal xidmət) + 400(nəqliyyat) + 2000(yerləşdirmə)+
+ 2400(qida) + 490(sair) = 5950
4490 + 5950 = 10440
 
4490 / 10440 = 43%
5950 / 10440 = 57%
      Xərcləri sabit və dəyişkən xərclərə bölməklə sabit xərcləri dəyişmədən bir qrupda cəmləşdirilir. Dəyişkən xərclər isə edilmiş xərclərə uyğun olaraq uçota alınır. Bu halda Realizasiyadan əldə edilmiş gəlirdən dəyişkən xərcləri çıxmaqla marjinal gəlir (Gm) müəyyən edilir.
 
“Direct-costing” üsulu ilə gəlirin hesablanması sxemi:
Göstərici Min manat
Xidmətlərin realizasiyasından gəlir (Gc) 12500
Dəyişkən xərclər (Xd) 5950
Marjinal gəlir
(Gm=Gc-Xd)
6550
Sabit xərclər (Xs) 4490
Mənfəət (M=Gm-Xs) 2060


 
Otel üzrə maliyyə göstəriciləri.
Oteldə turistlərin yerləşdirilməsi, qidalanması və məişət xidməti göstərilir.
(şərti vahid)
Göstəricilər Hesablama Yerləşdirmə Qidalanma Məişət xidməti Cəmi
Gəlir (Gc)   500 400 100 1000
Dəyişkən xərclər (Xd)   140 120 55 315
Marjinal gəlir (Gm) Gm=Gc-Xd 360 280 45 685
Rentabellik-marjinal gəlir üzrə, % (Rm) Rm=Gm/Gc 72 70 45 68,5
Sabit xərclər (Xs)   250 220 20 490
Cəmi gəlir (M) M=Gm-Xs 110 60 25 195
Rentabellik, (R) R=M/Gc 22 15 25 19,5
 
Qiymət siyasəti
      Turizm və sosial-mədəni servis müəssisələri (TSM müəssisələri) qarşısında məhsulun qiymətinin düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki məhz qiymətin düzgün müəyyən edilməsi müəssisənin maliyyə nəticəsinə təsir edir. Məhsula elə qiymət qoyulmalıdır ki, əldə edilən gəlir müəssisənin strateji planlarına uyğun gəlsin.
      Turizm müəssisəsi qiymət siyasətini düzgün müəyyən etmək üçün müştərilərin səviyyəsini (təbəqəsini) düzgün müəyyənləşdirməli və bazarda öz məhsul və xidmətlərinin rəqabətə davamlı olmasına iddialı olmalıdır.
      Qiymətin təyin edilməsində 2 üsuldan istifadə olunur:
*      Xərclər əsasında üsulu;
*      Bazar və ya marketinq üsulu.
 
    Xərclər əsasında üsulu zamanı məhsulun maya dəyərinin üzərinə nəzərdə tutulmuş mənfəətin miqdarı əlavə olunur. Bu üsul sadə üsuldur. Lakin bu üsul zamanı istehlakçının məhsula olan münasibəti nəzərə alınmır. Eləcə də  bazarda məhsula olan tələbat da nəzərə alınmır. Bu isə mühüm bir amildir. Çünki TSM müəssisələrinin fəaliyyəti müvsümi xarakter daşıyır və eyni zamanda iqlimin təsirindən asılıdır. Bundan başqa, rəqib müəssisələrin eyni məhsula qoyduqları qiymət nəzərə alınmır.
      Xərclər əsasında üsulunda zərərsiz işləmək və məqsədli mənfəəti təmin etmək variantı daha məqsədəuyğundur. Qiymətin təyin edilməsinin bu variantında xərclər təhlil edilərək sabit və dəyişkən xərclərə bölünür, zərərsiz nəticə üçün müvafiq cədvəllər tərtib olunur, ümumi pul mədaxilinin həcminin dəyişməsinin mənfəətə olan təsiri hesablanır.
    Bazar və ya marketinq üsulunun tətbiqi daha məqsədəuyğundur. Çünki bu zaman bazar tədqiq olunur: məhsul istehlakçıları, rəqib təşkilatlar, tələbatın təhlili yerinə yetirilir və s.
      Turizm müəssisələri qiymətqoymaya dair bir sıra marketinq biliklərinə yiyələnirlər və həmin bilikləri öz işlərində də tətbiq etməyə çalışırlar. Şübhəsiz ki, müəssisələr əsas qiymətqoyma üsullarından istifadə edirlər və bu zaman qərara alınan qiymətqoyma rəqabət qabiliyyəti yaradır. Müəssisə vahid bir qiymət təyin etmir, əksinə, qiymətqoyma strukturunu yaradarkən digər məhsulların da qiymətlərini müəyyənləşdirir. Bu qiymətqoyma strukturu məhsul həyat dövrlərini keçərkən illər keçdikcə dəyişir. Müəssisələr tərəfindən məhsullara qoyulmuş qiymət onların xərclərində və tələbdə baş verən dəyişikliklərdən, həmçinin də alıcıların və şəraitin müxtəlifliyindən asılıdır. Rəqabət mühitində dəyişikliklər baş verdikdə müəssisə müəyyən edir ki, qiymətlərinə dəyişiklikləri və onlara reaksiyanı nə vaxt verəcəkdir.
      İndi isə menecment üçün mövcud olan dinamik qiymətqoyma strategiyalarını nəzərdən keçirək. Bunlara isə, həyat dövrünün ilkin mərhələsində olan məhsullar üçün yeni məhsula qiymətqoyma strategiyaları; məhsul çeşidi daxilində məhsul kompleksinə qiymətqoyma strategiyaları; müştəriləri və şəraiti nəzərə alan qiymətin uyğunlaşdırılması strategiyaları və qiymətin dəyişməsinə təkan verən və cavab verən strategiyalar aiddir.
      Müəssisənin təyin etdiyi qiymətlər bəzən çox aşağı olduğu üçün gəlirlər də az olur və ya çox yüksək olduğu üçün tələbi ödəyə bilmir. Maya dəyəri məhsulun qiymətinin bazasını təşkil edirsə, istehlakçının qiymət və dəyər qavraması qiymətin yuxarı hüdudunu müəyyənləşdirir. Yaxşı qiymət təyin etmək üçün müəssisə rəqibin qiymətini və digər xarici və daxili faktorları nəzərə almalıdır.
    Turizm bazarında qiymət siyasəti-Turizm bazarında qiymət vacib rol oynayaraq alıcılarla satıcıların maraqlarını tarazlaşdırır. Buna görə də turizm məhsulunun qiyməti turizm bazarının marketinq kompleksinin vacib faktorudur.
      Ümumiyyətlə götürsək, turizm sahəsində qiymətləri turizm bazarı tənzimləyir. Ərazidə olan yerləşdirmə obyektlərinin sayının və xidmət çeşidlərinin artması nəticəsində qiymətlər aşağı enir. Bu zaman həmin əraziyə gələn turist qarşısında seçim etmək imkanı olur, o da təklif olunan yerləşdirmə obyektlərindən, xidmətlərdən daha keyfiyyətlisini və münasib qiymətlə olanını seçim edir. Nəticədə isə turizm bazarının qiymətləri rəqabət şəraitində tənzimlənir. Bundan başqa, tələbatın səviyyəsi yüksək olduğu zaman qiymətlərdə artma, tələbatın səviyyəsi aşağı olduğu zaman isə qiymətlərdə azalma müşahidə olunur. Bu isə bazar qiymətlərində qeyri-stabillik yaradır.
      Dövlət tərəfindən nəzarət mexanizminin olmadığı şəraitdə iqtisadiyyatın özəl bölməsinə aid olan yerləşdirmə müəssisələrində, turizmdə istifadə edilən nəqliyyat vasitələrində və eləcə də digər xidmət sahələrində qiymətlər fərdi sahibkarlar tərəfindən formalaşdırılır. Buna görə də sahibkarlar qiymətlərin təyini zamanı bir sıra marketinq tədqiqatları aparırlar. Məsələn, yerləşdirmə obyektlərində qiymətlərin təyini zamanı ərazinin iqtisadi vəziyyəti, məhsul xərcləri, rəqiblərin qiymətləri, mənfəət, alıcıların dəyər qavraması və s. nəzərə alınır.
      Bəzən sahibkarlar tərəfindən təyin edilən qiymətlər inhisarçılıq, inflyasiya və digər bu kimi neqativ hallara səbəb olur. Nəticədə isə turizm bazarının inkişafı ləngiyir, turistlərin tələbat səviyyəsində kəskin azalma baş verir.
      İqtisadiyyatın turizm sektorunda da inflyasiya problemi yaranır. Belə ki, turizm məhsulunun qiyməti onun real bazar qiymətindən dəfələrlə yüksək olan qiymətlərlə turistlərə təklif olunur. Bəzən isə turislər təklif olunan məhsulun malik olmadığı “yüksək keyfiyyət” yalanları ilə aldadılır. Bu nəinki xarici turistlərin alıcılıq qabiliyyətinə, hətta həmin ərazidə digər xidmət sahələrinin qiymətlərinə də çox mənfi təsir göstərir. Belə neqtiv halların baş verməməsi üçün müəssisələr ədalətli qiymətlər təyin etməlidirlər.
      Qiymət turizm marketinqinin nəzarəti altındadır, ona görə də qiymət strategiyasının tərtib olunması turizm müəssisəsinin vacib məsələlərindən biridir. Qiymət strategiyası müəssisənin ümumi strategiyası ilə sıx bağlıdır. Qiymət strategiyasının tərtib olunması bir neçə ardıcıl mərhələlərdən ibarətdir:
 
1. Xarici faktorların qiymətin formalaşmasına təsiri
      Turizm xidmətlərinə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan mütənasibliyi, rəqabət aparan qiymətlərin səviyyəsini və dəyişmə dinamikasını, dövlət tənzimləmələrini və alıcıların imkanlarını nəzərə almalıdır. Qiymətlərin təyin olunmasında turizm müəssisəsinin imici də nəzərə alınmalıdır. Turizm xidmətlərinə müxtəlif müştərilərin fərdi sorğusu və tələbatı vardır. Müəssisə öz məhsulunu bazara çıxaranda, onda inam olmalıdır ki, onun məhsulunu kimsə alacaqdır. Müəssisənin hörməti nə qədər yüksək olarsa, bir o qədər də ona çox etibar olunar və onun məhsulundan istifadə etmək daha çox populyar olar.
      Müxtəlif müştərilər müəssisənin imicini müxtəlif cür qəbul edirlər. Ona görə ki, onların sorğu və tələbləri də müxtəlifdir. Deməli, qiymət strategiyasında hər seqmentə fərdi yanaşmaq lazımdır.
 

 
      Əgər qiymət strategiyasının məqsədi dəyişərsə, yəni o, bazarda liderlik mövqeyini saxlamaq istəyirsə, onda elə qiymətlər seçir ki, uzun müddət bazarda fəaliyyət göstərə bilsin. Bundan ötrü, müəssisə müştəriləri itirməmək üçün məhsulun keyfiyyətini qaldırmalıdır. Keyfiyyətin qaldırılması əlavə xərclər tələb edir. Müəssisə qiymətləri qaldırmadan bu xərclərə razılaşır. Nəticədə, uzun müddət bazarda qalır və çoxlu gəlir götürür. Bu zaman artıq o, bazarda liderlik uğrunda mübarizə aparmır, bu ona artıq lazım deyil.
 
2. Qiymət əmələgəlmə üsulunun seçilməsi
      Məqsəd aydın olduqdan sonra qiymət təyin edən üsul seçilir. Birinci üsul məhsulun hazırlanmasına sərf olunan xərclərin hesablanması, xidmətlər, əmək haqqı və gözlənilən gəlirin əsasında tərtib olunur. Bu zaman son qiymət təyin olunur və nəticədə, bu qiymətdən aşağı qiymət ola bilməz. Bu üsul bir neçə başqa faktları nəzərə almır, özü də “israflı” üsul adlanır: Turist sorğusunun səviyyəsi, alıcıların qiymətə olan münasibəti və rəqiblərin qiymət səviyyəsi kənarda qalır. Bu da qiymətin düzgün təyin edilməsinə mənfi təsir göstərir. Eyni zamanda, “israflı” üsulun müəyyən üstünlükləri də var. Birincisi, müəssisə öz xərclərinin strukturunu yaxşı bilir. İkincisi, bu üsulun rəqiblər tərəfindən tətbiq olunması qiymət rəqabətini aşağı salır. Nəhayət üçüncüsü, müəssisə üçün imkan yaranır ki, turizm məhsuluna olan sorğunun dəyişmələrinə az fikir versin.
      Rəqabət səviyyəsinə əsaslanan üsul onunla fərqlənir ki, müəssisə öz xərcləri ilə məhsulun qiyməti arasındakı asıllığı sabit saxlamağa çalışmır.
 
3. Qiymət strategiyasının təyin olunması və gerçəkləşməsi
      Qiymət strategiyası – müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir. Qiymət strategiyası məhsulun yeni və ya köhnə olmasından asılıdır.
      Yeni və unikal məhsulun qiyməti geniş diapazonda dəyişə bilər və onun dəyişmə sərhədlərini təyin etmək, hələ olmayan məhsulla müqayisə etmək çox çətindir. Bazarda yeni məhsul haqqında məlumatın olmaması və ya az olması, onun inkişaf təmayüllərinin məlum olmaması təbiidir ki, müştərilərdə yeni məhsula qarşı inamsızlıq yaradır.
      Yeni məhsulun bazarı marketinq tədbirləri ilə yaradılır. Onun xərcləri çox ola bilər, ona görə ki, bazarda bu məhsulun mövqe tutmasına müəyyən sərmayə lazımdır.
      Bazara daxil olmanın bir yolu da turizm məhsuluna olan qiymətlərin aşağı salınmasıdır. Lakin bu üsulun bir neçə mənfi tərəfləri vardır:
1) Elə situasiya seçmək lazımdır ki, rəqiblər qiymətlərin aşağı salınmasına reaksiya verə bilməsinlər;
2) Məhsulun hazırlanma xərcləri o qədər aşağı olmalıdır ki, çox da yuxarı olmayan qiymətlərlə də gəlir götürmək mümkün olsun;
3) Qiymətlərin “aşağı salma oyunu”-na rəqiblərin qoşulması çox böyük təhlükə yarada bilər.
 
      Bu mövzunu qonaq evlərinin misalında daha geniş izah etmək istərdim.
      Müasir turizm və mehmanxana biznesində qiymətqoymanın unifikasiya edilmiş vahid beynəlxalq sistemi mövcud deyildir. Ayrı-ayrı kateqoriyalı qonaq evlərində yaşayışın və xidmətlərin keyfiyyətinin dəyəri müxtəlif ölkələrdə və müəyyən bir ölkənin yaşayış məntəqələrində fərqli qiymətlərə malikdir. Qonaq evi xidmətlərinin standart zərfinin dəyəri bütövlükdə aşağıdakı amillərdən asılıdır:
Yerləşmə yeri. Kənd qonaq evi mənzərəli yerdə (meşə zolağında, çay və ya göl sahilində), səs-küydən uzaqda yerləşirsə, həmin evin qiyməti də xeyli yüksək olur.
Göstərilən xidmətlərin keyfiyyəti. Xarici ölkə turistləri onlara göstərilən pullu xidmətlərin keyfiyyətinə xeyli dərəcədə əhəmiyyətli diqqət yetirirlər. Qonaq evi təsərrüfatı memarlıq-planlaşdırma və sanitariya-gigiyena normativlərinin tələblərinə nə qədər yüksək keyfiyyəti ilə cavab verirsə, qonaq evinin xidmətlər zərfinin qiyməti də bir o qədər yüksək olacaqdır.
Xidmət heyətinin ixtisaslaşması. Hazırlıqlı və təcrübəli xidmət heyətinin təqdim etdiyi qonaq evi xidmətlərinin qiyməti adətən yüksək olur. Qonaq evinin xidmət heyəti qonaqlara xidmət göstərilməsinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir. Yaxşı olardı ki, heç olmasa ailə üzvlərindən – qonaq evi sahibi olan və onu idarə edənlərdən biri ingilis dilini sərbəst ünsiyyət saxlamaq səviyyəsində bilsin. Xidmət heyəti müştərinin ehtiyac və istəklərini nə qədər yaxşı başa düşərsə, həmin müştəri səfərindən və bu qonaq evində yaşadığından bir o qədər çox razı qalacaqdır. Bu isə o deməkdir ki, o təqdim edilən xidmətlərin haqqının ödənilməsinə daha çox pul xərcləyə bilər.
Qonaq gəlməsinin mövsümiliyi. Cəlbedici turizm rayonları turist gəlməsinin müxtəlif mövsümiliyi ilə bir-birindən xeyli fərqlənir. Məsələn, bir sıra rayonlarda turist gəlməsinin ən qızğın vaxtı iyul-avqust aylarına və sentyabrın birinci ongünlüyünə düşür. Turizm zərflərinin (turpaketlərin) qiyməti öz növbəsində qışda və mövsümarası dövrdə aşağı düşür. Odur ki, turizm sənayesinin bir sıra müəssisələri, o cümlədən mehmanxanalar da (restoranlardan başqa), xidmət göstərilən turistlərin heç olmasa minimum sayını saxlamaq üçün tələbi tariflərin mütəhərrik (çevik) sistemini aparmaq yolu ilə tarazlaşdırmağa çalışırlar. Qonaq evləri sistemində qonaq gəlməsinin mövsümiliyi həmçinin qiymətqoymada da əhəmiyyətli rol oynamalıdır.
Turist gələn yerlərin bazar qiyməti. Bu halda bir ildə müəyyən bir yerdə olmuş xarici ölkə turistlərinin kəmiyyətinin və turistin həmin yerə bir səfəri zamanı xərclədiyi pulun ümumi məbləğinin nisbətini ifadə edən əmsal amil olaraq götürülür. Bu əmsal hər bir ölkədə nəqliyyat və xidmət infrastrukturlarının inkişaf səviyyəsindəki, həmçinin əhalinin həyat səviyyəsindəki fərqə görə müxtəlifdir.
      Beləliklə, qonaq evlərində yerləşdirmə xidmətlərinə qoyulan qiymət aşağıdakıları əhatə etməlidir:
w  xammalın dəyərini (yemək hazırlamaq üçün ərzaq məhsulları və s.), xidmətlərin istehsalı, realizə edilməsi və yeridilməsinin cari xərclərini, mənfəəti;
w  ayrı-ayrı xidmət növləri üzrə dolayı vergiləri (ƏDV, aksizlər, gömrük rüsumları və s.).
 
Turizm xidmətlərinə qoyulan qiymətləri təyin etməyin prinsipləri aşağıdakılardır:
w  qiymət qonaq evi sahibinin istehsalata, realizə etməyə çəkdiyi məsrəfləri ödəməli və elə bir həcmdə mənfəəti təmin etməlidir ki, bu onun özünümaliyyələşdirmə prinsipi ilə işləməyə imkan versin;
w  qiymət həmin xidmət üçün mövcud olan və çox cəhətdən mövsümiliklə müəyyən edilən tələbə müvafiq olmalıdır;
qiymət mütəhərrik (çevik) olmalıdır
 
 
 
 
 
 
 
Mövzu: 23.Turizmin inkişafının bazar mexanizmləri
 
 
    Müasir dövrün əsas tələblərindən biri iqtisadi münasibətlərin liberallaşdırıl-ması və bu münasibətlərdə bazar mexanizmlərindən istifadəyə üstünlük veril-məsindən ibarətdir.Bazar münasibətlərinə doğru yönəldilən keçid ölkələrində bu prinsiplərə riayət olunması daha da aktuallaşır.Bundan əlavə,həm daxili münasibətlərdə,həm də dövlətlərarası əlaqələrdə iqtisadiyyatın liberallaşdırıl-ması aparıcı beynəlxalq təşkilatların (BVF,DB,ÜTT və s.) başlıca tələblərini təş-kil etməklə ölkənin beynəlxalq aləmdə nüfuzuna təsir edən və onun bey-nəlxalq yardım və güzəştlərdən istifadəsi mühüm amillərdəndir.
    Turizmdə bazar mexanizmləri dedikdə,biz bir tərəfdən turizm məhsuluna tə-ləb və təklif nəticəsində meydana çıxan münasibətlər,digər tərəfdənsə tələb və təklifin formalaşmasına təsir edən indikativ fəaliyyətlər məcmusu nəzərdə tutulur.Öz növbəsində indikativ fəaliyyət anlayışi direktiv tənzimləmə üsulları-na qarşı qoyulmaqla iqtisadi subyektlər arasındakı münasibətlərdə zorakılıq və icbariliyi istisna edən fəaliyyəti özündə ehtiva edir.
    Ən müasir yanaşma kimi qiymətləndirilən M.Porterin rəqabət üstünlükləri kon-sepsiyasına əsasən turizmin inkişafının bazar mexanizmləri iki istiqamət-də araşdırılır:
    1)Bilavasitə turizm sahəsində çalışan şirkətlərin fəaliyyəti;
    2)Turizmlə əlaqəli sahələrin fəaliyyəti.
    Turizm bazarında biznes fəaliyyətinin çətinliklərindən biri ondan ibarətdir ki,göstərilən xidmətlərin keyfiyyətinin istehlahçı tərəfindən qiymətləndirilməsi bir çox,o cümlədən,əhəmiyyətləri dərəcədə subyektiv amillərdən asılıdırvə müəyyən hallarda turistin konkret subyektiv meyarları reallıqdan uzaq ola bi-lər.Bunun nəticəsi olaraq potensial turistin qərarları da subyektiv xarakter da-şıyir.Eyni zamanda səyahət haqqında qərarın qəbul prosesi kifayət qədər sa-bit struktura malik olmaqla aşağıdakı mərhələlərdən ibarətdir:
    1)Səyahət təlabatının anlaşılması və onun məqsədinin formalaşması.
    2)İnformasiya axtarışı.Bunun üçün müxtəlif mənbələrdən (dost-tanışlar-dan,kütləvi informasıya vasitələrdən və s.) istifadə olunur.Nəticədə istehlakçı-nın bir neçə alternativ variantı formalaşır.
    3)Variantların qiymətləndirilməsi.Obyektiv (variantların coğrafi mövqeyi,şirkətlərin nüfuzu və s.)nəzərə alınmaqla variantlar qiymətləndirilir.
    4,Turun alınması və istehlakı.
    5)Variantların istehlakdan sonra qiymətləndirilməsi.
    Qeyd olunan kimi,turizm məhsulunun seçimi istehlakçının motivasiyası ilə əlaqədardır.İstehlakçının motivasiyası onun davranış reaksiyasını stimullaşdı-ran və bu reaksiyanın özünəməxsus istiqamətini formalaşdıran görünməyən qeyri-aşkar daxili qüvvədir.Qərb ədəbiyyatında istehlakçının davranış motiva-siyasının aşağıdakı mərhələlərdən ibarət modeli əsas götürülür:
    1.Stimul.Bu mərhələdə şəxsin özünün indiki real vəziyyətini dəyişdirmək is-təyi meydana gəlir.
    2.Tələbat anlami.Real vəziyyətin müəyyən arzu olunan vəziyyətlə əvəzlən-məsi tələbata çevrilir.
    3.Təhrik və cəhd vəziyyəti.Arzu olunan vəziyyətə turizm səyahəti vasitəsilə nail olmaq cəhdi yaranır.
    4.Məqsədyönlü davranış – turizmə olan vəhdlərin həyata keçirilməsi istiqa-mətində fəaliyyət.
    5.Stimullaşdırıcı obyektlər.Turizm səyahətinin reallaşdırılmasının alternativ obyektləri aşkara çıxarılırr.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu: 24.Azərbaycanda turizm bazarının müasir vəziyyəti
 
    Tədqiqatlara görə Azərbaycanda səyahətlər və turizm üzrə ümumi milli məhsul 2004-cü ildə 686 mln. ABŞ dolları təşkil etməklə bu sektorda olan ümumi xərclərin 1,6 mislinə bərabərdir.Dövlət Statistika Komitəsinin məlumat-larına görə turizm fəaliyyətindən dövlət büdcəsinə daxil olan vəsait 2002-ci il-də 51 mln.,2003-cü ildə 57,7 mln.,2004-cü ildə 65,9 mln.,2005-ci ildə isə 77,7 mln.ABŞ dolları təşkil etmişdir.Beləliklə,bu göstərici son 4 ildə 52,3 % artmış-dır.
    Mövsümünə görə Azərbaycana səyahətlərin ən fəal dövrü yay,ən zəif gəl-mə dövrü isə yanvar-mart aylarıdır.Bəzən də böyük turist axını ilin dördüncü rübünə düşür.Ölkəmizdə şübhəsiz ki,yay turizmi üçün əlverişli şərait var,lakin respublikanın geniş ərazisində dağ qış turizmi növlərinin də inkişafı öz həllini gözləyir.İndiyədək mövcud olan bu vəziyyət müvafiq qış turizmi infrastrukturu-nun zəifliyi ilə izah olunur.
    Statistik məlumatlara görə Azərbaycana işguzar gəlmələr üstünlük təşkil edir.
    Azərbaycanda turizm xidmətlərinin idxalı və ixracının  təhlili göstərir ki,son illərdə  ölkənin çıxış turizmi xərcləri gəlmə turizm gəlirlərindən 2 dəfə çox-dur.Bu da tədiyyə balansına mənfi təsir göstərə bilər.Turizm xidmətləri dövriy-yəsinin artmasına baxmayaraq balansın mənfi tendensiyası müşahidə olu-nur.Bunları nəzərə alaraq ölkədə gəlmə turizmin inkişaf etdirilməsinin təmin olunması əsas problemlərdən biridir.
    Demək olar ki,ökəyə turist gəlmələrinin yarıdan çoxu MDB ölkələrinin payı-na düşür.İnkişaf etmiş Avropa ölkələrindən gəlmələr həmişə az sayda olmuş-dur.Həmin dövrlərdə ən çox turist göndərən ölkə kimi İranı qeyd etmək olar ki,bunun da əsas səbəbi ölkədən ticarət məqsədli qısamüddətli intensiv gəl-mələrin daha da çoxalmasıdır.İkinci yerdə isə Türkiyədən gəmələrin sayının artması müşahidə olunur.Lakin son illərin təcrübəsi göstərdi ki,bu ölkələrin və-təndaşlarının Azərbaycana olan maraqları get-gedə azalsa da 2005-ci ildən gəlmələrin sayı yenidən artmağa başlamışdır.Bununla yanaşı digər ölkələrdən də gəlmələrin sayı intensivləşmişdir.
    Ölkəmiz üzrə səfərə çıxanların coğrafi maraqlarının təhlil göstərir ki.müsafirlərin 50.2%-i Bakıda,48,8%-i isə paytaxtdan kənarda yerləşdiri-lir.Azərbaycanlıların böyük əksəriyyəti əyalətlərdə istirahət edir.Xarici qonaq-lar isə əksinə Bakıya gəlməyə üstünlük verir.
    Xarici gəlmələrlə yanaşı ölkə daxilində səyahət də daxili turizm bazarının tərkib hissəsini təşkil edir.Azərbaycanda belə turistlərin adambaşına düşən xərcləri gəlmə turizmə nisbətən çox aşağıdır.Lakin eyni zamanda bu kateqori-ya əksər turizm müəssisələrinin əsas gəlir mənbəyidir.
    Təhlillər göstərir ki,azərbaycanlıların xaricə səfərlərində artım müşahidə olunur.1996-2005-ci illər ərzində Azərbaycandan çıxışlar 4,2 dəfə artmış-dır.Burada da işgüzar səfərlər  böyük üstünlük təşkil edir.Bütün dövrlərdə xaricə gedənlərin sayı gələnlərdən çox olmuşdur.
    Sevindirici haldır ki,ütün illər ərzində turizm xidmətlərinin ixrac və idxalı ba-lansında müvcud olan mənfi saldonun müntəzəm azalma meyli müşahidə olu-nur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu: 25.Azərbaycanın relyefinin, iqliminin, təbiətinin və s. turizmin
inkişafına təsiri
 
                 Azərbaycan turizm sənayesinin inkişafı üçün çox zəngin və əvəzsiz  ehtiyyatlara malikdir. Bu hər şeydən əvvəl, çox əlverişli siyasi-coğraf  mövqedir. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovuçuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar  - Avropanı Qafqaz və mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz
 daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmləşmişdir. 86,6 min kv. km ərzisi və artıq, 9 milyon əhalisi olan Azərbaycan   Respublikasının relyefi çox müxtəlifdir. Azərbaycanın 60 faizə qədərini dağlıq  ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları  Kür – Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə Qusar maili düzənliyi.Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri – Murovdağ, Şahdağ və
 Zəngəzur silsilələridir.Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Kiçik Qafqaz dağlarından
 Elbrus dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və bir sıra qollarından ibarətdir. Bütün bunlar qış kurortlarının inşası üçün çox əlverişlidir. Xizəkçilər,  kirşə sürmək həvəskarları üçün burada tramplinlər, enişlər, yoxuşlar yaratmaq
 mümkündür.
              Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti
 rütubətli və mülayim soyuq iqlimlərə ayrılır.Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın
orta illik temperaturu ovalıqlarda müsbət 15 dərəcə olduğu halda, yüksək dağlıq  rayonlarında 0 və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında  25-28, dağlıq rayonlarda 5 dərəcə təşkil edir. Mütləq maksimum 43 dərəcə olduğu halda, mütləq minimum -30 dərəcəyədək düşür. Bu rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə olunur. Yağıntılar da ərazidə qeyri-bərabər paylanmışdır. Ən az yağıntı  Abşeron yarımadasında və Naxçıvan MR-nın əraziətrafı zolağında düşür. Ən çox yağıntı isə Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində müşahidə olunur.            
 Bütün bunlar turistlərin bütün il boyu istirahətlərinin və sağlamlıqlarının bərpasının təşkilinə imkan verir. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir. Samur çayı Azəbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür.Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
               Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay və s. Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay Araza tökülür.
               Azərbaycan ərazisində 250-yə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göllər vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.
              Çay vadiləri çox mənzərəli olmaqla çox saylı istirahət həvəskarlarını  və turisləri cəlb edir. Daha iri çaylar qayıq sürmək üçün və su idmanı mərkəzləri  yaratmaq üçün, dağ çayları isə raftinq üçün çox əlverişlidir. Göl və nohurlarda  isə balıqçılıq təşkil edilə bilər.
               Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Qafqaz və başqa regionlarda geniş yayılmış  bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan  və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki  növləri də vardır.
                Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Ölkəmizdə   meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır.
             Azərbaycan Respublikası bir çox nadir kol növlərinin vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin incisidir. Bu ağac Böyük Qafqazın cənub, cənub-şərq issəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd və s. təbiətimizin təkrarolunmaz inciləridir.
               Hazırda respublikamızın ərazisində  Milli Parklar, Dövlət Təbiət Qoruqları, Dövlət Təbiət Yasaqlıqları fəaliyyət göstərir. Bunlardan: Hirkan  Milli  Parkı  –  2004-cü ilin fevral ayında Lənkəran və Astara rayonlarının inzibati  ərazisində 21435 hektar sahədə yaradılmışdır. Meşələrdə Azərbaycanın “Qırmızı  kitabı”na düşmüş Hirkan şümşadı, dəmirağacı, heyvan növlərindən bəbir, Talış qırqovulu, qara leylək, berkut və s. vardır.
           Altıağac Milli Parkı  –  2004-cü ildə Xızı və Siyəzən rayonlarının inzibati 
   ərazisində yaradılmışdır. Əsas ağac növləri palıd, Şərq fıstığı, adi göyüş,
ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, dovşan və s.
   heyvanlar məskunlaşmışdır.
          Abşeron Milli Parkı  –  Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8  fevral tarixli 622 nömrəli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının  bazasında Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisində yaradılmışdır. Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məsunlaşmış ceyranın, Xəzər suitisinin və su quşlarının qorunub saxlanılması məqsədilə yaradılmışdır. Ərazidə yarımsıhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fiokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılmışdır. Buranın quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, ağgöz qara ördəklər, köçəri quşlar və s. məskən salmışlar.
          Şahdağ Milli Parkı  –  2006-cı ildə yaradılmışdır. Milli Parkın yerləşdiyi   yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və  heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr  zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.  Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq
örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr əsasən İberiya və şərq palıdından, şərq fıstığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazisini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir.
      Şahdağ Milli Parkının heyvanat aləmi şox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, maral, yenot, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.
      Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.
      
        Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması  istiqamətində müvafiq işlər davam etdirilməsi nəzərdə tutulmuşdur. Bütün sadalananlar müalicə-sağlamlıq müəssisələrinin, müxtəlif ekoloji cığır  və marşurutların yaradılması, həmçinin ekoturizmin inkişafı üçün mühüm  ehtiyyatlardır.
           Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Orta və yüsək dağlıq ərazidə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, berkut, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.
           Bunlar da, əlbəttə ki, ovçuluğun təşkili üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, dünyanın ov həvəskarları bunun üçün külli miqdarda vəsait sərf edirlər, onda turizmin bu növünün ölkə iqtisadiyyatı üçün əhəmiyyətini müəyyənləşdirə bilərik.
           Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.
           Dünyanın ən iri qapalı su hövzəsi – Xəzər Azərbaycanın həyatında çox mühüm əhəmiyyət daşıyır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 %-i bu dənizdə cəmləşmişdir.
           Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Azərbaycanda mövcud olan 300-dək  palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir, qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığının payına düşür. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərinə çoxlu quş növü də qeydə alınmışdır. 
          Azərbaycan Respublikasında bir çox hidromineral ehtiyyatları vardır ki,
  bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Dünyada tanınmış    “Karlovı Varı” sularından heç də geri qalmayan isti və mineral bulaqlar –
  Badamlı, Sirab, Turşsu, İstisu və digərləri böyük iqtisadi, müalicəvi əhəmiyyəti
  ilə seçilir.
 
              
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu: 26.Azərbaycan qədim mədəniyyətə və zəngin tarixə  malik
ölkə  kimi.
 
             1968-ci ildə Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü onu  göstərir ki, burada hələ 150 min il qabaq yaşayış olmuşdur. Ölkə ərazisindəki 6  mindən artıq tarixi memarlıq abidələrinin əksəriyyəti Böyük İpək yolunun  Azərbaycandan keçən qolu boyunca yerləşir və indinin özündə də heyrət doğurur. Bunlara misal olaraq ibtidai insanların Qobustan mağaralarında qayaüstü  rəsmlərini, atəşpərəstlik məbədləri, qüllələr, alban kilsələri və ibadətgahlar, möhtəşəm qala divarları və qəsrlər, karvansaralar, İslam mədəniyyəti dövrünün əzəmətli sarayları, memorial, ayin və digər tikililəri göstərmək olar.
          Azərbaycanın XII-XVII əsrlər memarlıq abidələri dünya irsinin qızıl fonduna daxil edilmişdir. Bu ilk növbədə Bakının “İçərişəhər” adlanan qalasıdır.
Bura kiçik bir ərazi olmasına baxmayaraq 44 nadir abidəyə malikdir. Bunlardan Şivanşahlar sarayı, Sınıqqala minarəsi, Qız qalası və digərlərini qeyd etmək olar.
          Bakıdan Gürcüstan sərhəddinə kimi avtomagistrallar boyunca qala divarlarına, tənha qüllələrə, tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin paytaxtı, sənətkarlıq və mədəniyyət mərkəzləri olmuş antik və orta əsr şəhərlərinin xarabalıqlarına təsadüf etmək mümkündür. Belələrinə misal olaraq qədim Gəncə, Şamaxı, Qəbələ və Bərdəni göstərmək olar.
          Azərbaycanın ərəblər tərəfindən işğalından sonra burada yeni mərasim tikililəri – məscidlər inşa edilməyə başlanılmışdır. Onlardan ən qədimləri Şamaxı, Gəncə, Şəki və digər yerlərdə dövrümüzə qədər qorunub saxlanılmışdır.
           Orta əsrlər dövrünün memorial tikililəri İpək yolu marşrutu boyunca məqbərələrlə təmsil olunmuşdur. Məsələn, Mərəzədə Diri baba türbəsi, Şamaxıda “Yeddi gümbəz” türbələr kompleksi, Ağsuda Şeyx Dursun türbəsi, Gəncədə İmamzadə türbəsi və b. göstərmək olar.
          Azərbaycanın xanlıqlar dövrünün ən möhtəşəm abidələrindən biri Şəki xan sarayıdır.Bundan başqa Şəkidə “Gələrsən-görərsən” qalası, Zaqatalada Şamil qalası, Şəmkirdə “Koroğlu qalası” və b. maraq kəsb edir. Bunlar Azərbaycan memarlıq abidələrinin qızıl fondunu təşkil etməklə xarici qonaqların böyük marağına səbəb olan mühüm turizm məhsullarıdır.
          Ölkənin paytaxtı Bakıda və digər şəhərlərdə, rayon mərkəzlərində çoxsaylı muzeylər fəaliyyət göstərir. Bütün bunlar isə öz növbəsində turistləri cəlb edən amillərdəndir. Ölkə ərazisində çoxsaylı turist-ekskursiya marşrutları salınmışdır.
            Bütövlükdə şimal yarımkürəsində yerləşmiş Azərbaycan İspaniya,  Yunanıstan, Türkiyə, Çin, Koreya ilə təqribən eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyasi və coğrafi mövqeyə malik olmaqla, qədim
zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
           Son illərdə ölkədə mehmanxanaların və iaşə obyektlərinin sayının durmadan artması müsbət hal sayıla bilər. Lakin hələlik onların əksəriyyətinin qiymətləri baha olsa da, xidmət səviyyəsi o qədər də yüksək deyildir.
           Azərbaycan Respublikası ərazisində hələ sovet dövründən fəaliyyət göstərmiş çoxlu sanatoriyalar mövcuddur. Lakin onlar müasir tələblərə cavab vermədiyindən ölkə prezidentinin sərəncamı ilə yenidənqurma işlərinə başlanmışdır. Düşünürəm ki, yaxın zamanlarda bu sanatoriyalar yüksək səviyyədə xidmət təqdim etməklə ölkəyə müalicə məqsədilə gələn turistlərin sayının artmasına səbəb olacaqdır. Bir şərtlə ki, onlar ölkədəki turizm şirkətləri ilə sıx əlaqə qursunlar.
            Beləliklə, Azərbaycan Respublikası ərazisi zəngin təbii - tarixi ehtiyyatlara
malikdir. Yüksək rekreasiya ehtiyyatları bir sıra amillərlə şərtlənmişdir: əlverişli təbii - rekreasiya ehtiyyatları və ekoloji vəziyyət, çoxsaylı tarix – mədəniyyət və memarlıq abidələri, “Əshabü – kəf” və digər ziyarətgahlar, nəqliyyat təminatı və geniş inkişaf etmiş rekreasiya şəbəkəsi. Bunlar isə onu deməyə əsas verir ki, turizm Azərbaycan Respublikasının iqtisadiyyatında aparıcı mövqeyə malik ola bilər, çünki  turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı özündə iqtisadi, humanitar, tərbiyəvi və estetik amilləri birləşdirir.
              Çimərlik istrahəti üçün yüksək təbii iqlim rahatlığı səviyyəsi  beynəlxalq turizmin bu, olduqca geniş yayılmış növündən səmərəli stifadə etməyə imkan verir.
 
                   
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu: 27.Ölkəmin  məşhur  turizm  bölgələri.
         Bugünkü gündə Azərbaycan turizmi bir-birindən iqliminə, qədimliyinə, gözəlliyinə və s. görə fərqlənən turizm bölgələri ilə təmsil olunur. Azərbaycanın məşhur turizm bölgələrinin hər biri haqqında ayrı-ayrı danışmamaq olmaz.
          Bakı – Abşeron turizm bölgəsi.    Respublikamızın paytaxtı olan Bakı şəhəri müasir meqapolisdir, iri sənaye və mədəniyyət məzkəzidir. Xəzər dənizinin sahilində yerləşən, “Küləklər şəhəri” kimi tanınan Bakı, bu gün bütün dünyada gözəl bir şəhər kimi tanınmaqdadır.
          Bakı qalası –“İçərişəhər” dünya əhəmiyyətli tarixi-memarlıq kompleksidir. İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı, Qız qalası YUNESKO tərəfindən qorunan abidələrimizdir. Içərişəhərdə bir sıra orta əsr memarlıq abidələri, o cümlədən karvansaralar, məscidlər və s. vardır ki, bu da, əlbəttə ki, Azərbaycana gələn hər bir turistin marağına səbəb olur. Bakıya gələn hər turist ilk növbədə məhz bura gəlir. Içərişəhərin dar, özünəməxsus küçələri boyunca Azərbaycanın gözəl sənət
nümunələri, tikmələr, məşhur  və qədimliyi ilə fərqlənən, əllə toxunmuş xalçalar, dulusçuluq, zərgərlik məhsulları,
 əl əməyi, göz nuru ilə hazırlanmış müxtəlif əşyalar turistlərə təklif olunur. Bunlar, əlbəttə ki, hər bir turist tərəfindən maraqla qarşılanır və maraqla alınır.
          Son zamanlarda İçərişəhərin bərpası və qorunması üçün aparılan tədbir və planlar həqiqətən də tərifəlayiqdir. Çünki İçərişəhər bizim dünya əhəmiyyətli tarixi abidələr kompleksimizdir. Buna görə də onu qorumaq, əlbəttə ki, hər birimizin borcudur.
          Abşeronun dəniz sahili boyu kurort zonaları yerləşir: Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı və b. daha çox tanınır. Burada yüksək keyfiyyətli  sanatoriyalar, pansionatlar, istirahət evləri, turizm mərkəzləri və s. fəaliyyət göstərir. Hər il bura müxtəlif ölkələrdən insanlar istirahətlərini təmin etməkdən ötrü gəlirlər.
         Abşeron yarımadasında orta əsrlərə aid çoxsaylı müdafiə tikililəri (Mərdəkan, Nardaran, Ramana, Bilgəh, Maştağa və s.) qorunub saxlanılır. Məşhur Qobustan Tarixi-Bədii Qoruğu və Atəşgah tarixi-mədəniyyət abidəsi Abşeron bölgəsindədir.
Qobustan ərazisindəki qeyri-adi qaya rəsmləri olduqca böyük maraq obyektinə çevrilmişdir. Qayalarda təsvir olunmuş şəkillər qədim dövrlərdə burada yaşamış olan insanların həyat tərzini, məişətini, adətlərini və s. təsvir edir. Mezolit dövrü əhalisinin məşğuliyyəti məhz Qobustan abidələri əsasında öyrənilmişdir. Burada insanlar e.ə. 12-ci minillikdən yaşamışlar. Bu da Azərbaycan tarixinin çox qədimlərə gedib çıxdığını sübut edir.
               Şirvan turizm bölgəsi.    Bakıdan 120 km qərbdə Şamaxı şəhəri yerləşir.
Qədim Albaniyanın  yaşayış məskənlərindən olmuşdur. Orta Albaniyanın yaşayış
məskənlərindən olmuşdur. Orta əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Şamaxı rayonu ərazisində bir çox tarixi-memarlıq abidələri vardır: “Yeddi Gümbəz” məqbərəsi, “Cümə” məscidi, arxeoloji abidə - altı kurqan, “Diri baba” türbəsi və s.  Pirqulu qəsəbəsində astrofizika rəsədxanası fəaliyyət göstərir. Rayon ərazisində yay və qış mövsümlərində turizmin müxtəlif növlərini təşkil etmək mümkündür. Bunun üçün rayon demək olar ki, bütün imkanlarla təchiz olunmuşdur.
        Ağsu şəhəri Şamaxıdan 34 km aralıdır. Rayonun  dağətəyi kəndlərində kənd turizminin inkişafı üçün əla şərait var. Rayon ərazisində bir sıra orta əsr abidələri vardır.
           Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı turizm üçün əlverişli zonada yerləşir. Rayon ərazisində Cavanşir qalası, Qız qalası, Girdman qalası, Fitdağ qalası və s. tarixi-mədəniyyət abidələri vardır. Rayon ərazisində yerləşən Lahıc qəsəbəsi – tarixi- mədəniyyət qoruğu elan edilmişdir. Qəsəbənin əhalisi əsasən misgərlik, dulusçuluq, xalçaçılıq və kənd təsərrüfatı ilə məşğul olurlar. Turistlərin bu rayona olan marağını onun gözəl təbiətinin olması ilə əlaqələndirmək olar.
           Qəbələ rayonu da Böyük Qafqazın ətəklərində yerləşir. Qəbələ şəhəri Dəmiraparan çayın sahilindədir. Azərbaycanın ən gözəl turizm məkanlarındandır. Turizm infrastrukturu inkişaf etmişdir. Turistləri qəbul edən müasir otellər, istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon ərazisində çoxsaylı tarixi-mədəniyyət və təbiət abidələri vardır. Qədim Qəbələ şəhərinin qalıqları, yaloylu təpə arxeoloji abidəsi, Şeyx Sədrəddin türbəsi və s. bu abidələrə misal kimi göstərilə bilər. Mineral su mənbələri, Nohur gölü, 50 metr hündürlükdən tökülən Miçix şəlaləsi turistlər üçün həqiqətən böyük bir maraq obyektidir.
          Bu rayonda il ərzində turizm sahəsindən əldə olunan gəlir hesabına turizmin inkişafının sürətlənməsi üçün müəyyən tədbirlər həyata keçirmək mümkündür.
          Gəncə-Qazax turizm bölgəsi.    Böyüklüyünə görə Gəncə Azərbaycanın ikinci şəhəridir.Şəhər dəniz səviyyəsindən 442 metr yüksəklikdə yerləşir. Yaxın Şərqin mədəni və iqtisadi mərkəzlərindən olmuşdur. 1139–cu ildə zəlzələ nəticəsində dağıldıqdan sonra yeni əraziyə köçürülmüşdür. 1926-cı ldə Rusiyanın tərkibinə daxil edildikdən sonra Yelizavetpol, 1935-ci ildən Kirovabad adlanmış, 1989-cu ildə isə şəhərə qədim Gəncə adı qartarılmışdır.  Gəncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Onun şərəfinə ucaldılmış məqbərə xüsusi memarlıq üslubu ilə fərqlənərək bu
 şəhərə gələn hər bir turistin marağına səbəb olur.
            Bundan başqa şəhərdə İmamzadə İbrahimin türbəsi(XIV əsr), Karvansara(XVII əsr), Cümə məscidi(XIX əsr),  Kilsə(XVIII əsr) və digər tarixi-memarlıq abidələri qorunub saxlanılır.
             Şəhər özünün sənətkarlıq nümunələri ilə də qonaqları valeh edir. Gəncə xalçaları hər kəs tərəfindən maraqla qarşılanır. Bu xalçaların toxunuşunda Gəncəyə məxsus xüsusi naxışlardan istifadə olunur ki, bu da Gəncə xalçalarını tanıdan əsas elementdir.
           Şəhərə gələn turist həmçinin buranın mətbəxi ilə də maraqlanır. Turistlərə milli yeməklərdən dolma, plov, həm də öz xüsusi dadı ilə seçilən Gəncə paxlavası da təklif olunur. Gəncə paxlavası qatlarının sayına görə digər bölgələrə məxsus paxlavalardan seçilir.
           Gəncədən 25 km cənubda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1566 metr yüksəklikdə dünyanın ən gözəl mənzərəli göllərindən biri olan Göygöl yerləşir. Göygöl təbiət hadisəsi nəticəsində əmələ gəlmişdir. Belə ki, zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş, beləcə gözəlliyi ilə dillər əzbəri olan, şairlərin, rəssamların ən gözəl əsərlərini məhz ona həsr etdiyi Göygöl yaranmışdır.
           Göygöl və onun ətrafı Milli Park kimi dövlət tərəfindən qorunur. Bu ərazidə Hacıkənd kurort zonası turist marşrutuna daxil edilmişdir.
          Gəncədən 48 km cənub-şərqdə Naftalan kurort şəhəri yerləşir. Naftalan ən çox özünün məşhur nefti ilə tanınır. Naftalan nefti dəri, sümük-əzələ xəstəlikləri üçün olduqca böyük müalicəvi əhəmiyyətə malikdir.
          Mingəçevir şəhəri ərazisində qədim yaşayış məskəni olsa da, 1948-ci ildə yeni şəhər kimi salınmışdır. Böyüklüyünə görə Bakı, Gəncə, Sumqayıtdan sonra 4-cü yeri tutur. Şəhərdə ən böyük müəssisə - Su Elektrik Stansiyasıdır. Şəhərdə Kür sahilində və Mingəçevir dənizi sahillərində müasir tipli istirahət mərkəzləri, otellər və s. fəaliyyət göstərir. Üzgüçülük, avarçəkmə idman kompleksləri vardır.
         Şəhər yaxınlığında eramızdan əvvəl 3-cü minilliyə aid olan arxeoloji tapıntılar aşkar olunmuşdur.
         Qazax rayonu Gəncədən şimal-qərbdə yerləşir. Şairlər və yazıçılar vətəni kimi tanınır. Molla Pənah Vaqif, Səməd Vurğun, İsmayıl Şıxlı və bu kimi başqa şairlərin, eyni zamanda məşhur general Əliağa Şıxlinskinin də vətənidir. Rayon ərazisində tarixi abidələrin mövcudluğu bu rayona olan marağı bir az da artırır. Buranın həm də müxtəlif sənətkarlıq nümunələri, əllə düzəldilmiş məişət əşyaları, toxunma xalçaları da hamının diqqətini cəlb edir.
           Şəki – Zaqatala turizm bölgəsi.    Azərbaycanın ən qədim şəhərlərindən biri – Şəki şəhəridir. Böyük Qafqazın cənub ətəklərində yerləşir. Şəhər eramızdan əvvəl 1-ci minillikdə yaranmışdır. Adı bu ərazidə yaşayan qədim Saki qəbiləsinin adı ilə bağlıdır. Qədim və orta əsrlərdə iri ticarət mərkəzi olmuşdur. Şəki ipəyi və xalçaları dünya bazarlarında şöhrət qazanmışdır. Şəki xan sarayının şəbəkə üsulu ilə işlənməsi burada sənətə olan böyük bağlılıqdan xəbər verir. Və əlbəttə ki, hər bir turistin marağına səbəb olur. Bu gün də bu sənət sahəsi Şəki əhalisi tərəfindən qorunub saxlanılır.
           Şəkinin tarixi – memarlıq abidələri arasında     Xan sarayı, Cümə məscidi, karvansaralar xüsusi yer tutur. Şəhər yaxınlığında “Gələrsən – görərsən”
 qalası qorunub saxlanılmışdır.
            Şəhərin iqlimi, təbiəti, tarixi ilə seçilən qədim abidələri burada turizm üçün böyük perspektivlər yaradır. Şəhərdə və ətrafında müasir tipli otellər və istirahət mərkəzləri xidmət göstərir. Bunlara misal olaraq “Karvansara” oteli, “Şəki” oteli, “Gələrsən-görərsən” istirahət evi, “Marxal” istirahət zonası, “Soyuq bulaq” turist bazası və başqalarını göstərmək olar.
           Şəkiyə gələn hər bir kəs əgər Şəki halvasından, paxlavasından, milli yeməyi olan pitidən dadmasa çox şey itirmiş olar.
           Şəkidən 34 km şimalda Qax şəhəri yerləşir. Şəhər ətrafıda çoxlu tarixi abidələr, müdafiə tikililəri, qalaların qalıqları var: İlisu kəndində keşikçi qülləsi, şhərin mərkəzində bir çox qalalar, Kum kəndində qədim məbəd və s.  İlisu
yaxınlığında yerdən çıxan kükürdlü, isti sudan müalicə üçün istifadə olunur.
            Qax rayonun da gözəl təbiəti, səfalı meşələri diqqətdən kənarda qalmır. Və əlbəttə ki, bu da turizmin inkişafı üçün böyük potensialdır. Qax ərazisində müasir müalicə pansionatları, istirahət mərkəzləri fəaliyyətdədir.
             Zaqatala 1830- cu ildə hərbi qala kimi ruslar tərəfindən tikilmişdir. Mənzərəli təbiəti və əlverişli iqlim şəraiti olan Zaqatala rayonu ərazisində bir sıra otellər, pansionatlar, turizm müəssisələri fəaliyyət göstərir.
             Zaqatalanın kəndlərində orta əsrlərə aid olan çoxsaylı tarixi-mədəniyyət abidələri vardır. Mosul kəndində məscidlər, Yuxarı çardaxlar kəndində qala, Car kəndində qala, Şeytan qala və s. turistlər üçün maraq obyektidir.
             Rayonda gözəl meşə sahələri, sərin bulaqlar, dağ çayları vardır ki, bu da bir sıra canlıların burada yaşamasına şərait yaradır. Bu ərazidə Zaqatala qoruğu yerləşir. Qoruqda  bir sıra nadir heyvanlar və quşlar qorunur.  Burada ovçuluq turlarını təşkil etmək mümkündür.
             Zaqatalada yaşayan bir çox xalqların, milli azlıqların özünəməxsus mədəniyyətləri də bura gələn turistlər üçün olduqca maraqlı olur.
               Quba – Xaçmaz turizm bölgəsi.     Azərbaycanın bu şimal turizm bölgəsinə - Xızı, Altıağac, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonları aid edilir.
            Xızı Bakıdan 100 km aralıda yerləşir. Xızı rayonu turizm üçün əlverişli şəraitə malikdir. Rayon ərazisində sıx meşələr, çoxlu şəffaf bulaqlar, gözoxşayan mənzərələr vardır. Iqlim şəraiti turizm üçün olduqca yararlıdır. Rayon ərazisində Altıağac kurort qəsəbəsi dəniz səviyyəsindən 1100 metr yüksəkdədir. Altıağacda  əsasən xallı marallar saxlanılır.
             Xızıda  qədim Altıağac qalasının qalıqları qalmaqdadır. Şamaxıdan Quba istiqamətındə gedən karvanlar məhz Altıağacdan keçirdi. Şamaxıdan təxminən 6 ağaclıq məsafədə yerləşirdi (hər ağac arasındakı məsafə 7-7,5 km məsafədir). Bu şəhərdə karvanların istirahət məkanları yerləşmişdir.
           Altıağacda müasir tipli “Cənnət bağı” istirahət mərkəzi fəaliyyət göstərir. Burada turistlərə bir çox yüksək keyfiyyətli xidmətlər təklif olunur.
           Bu bölgənin möhtəşəm ziyarətgahlarından ən böyüyü “Xıdırzində” piridir. Pir Siyəzən rayonu ərazisində, dəniz səviyyəsindən 540 metr yüksəklikdə olan Beşbarmaq qayasının üstündədir. Xalqın inancına görə Xızır peyğəmbərin məkanıdır.
           Siyəzən rayonu ərazisində, məşhur “Qalaaltı” mineral su mənbəyinin ərazisində uroloji sanatoriya fəaliyyət göstərir. Bu su öz xüsusi keyfiyyəti ilə fərqlənir. Bu ərazidə orta əsr qalalarından olan Çıraqqala yerləşir ki, bu da hər bir kəsin marağına səbəb olur.
        Şabran(Dəvəçi) rayonu regionun inkişaf etmiş meyvə-tərəvəz və heyvandarlıq rayonlarındandır. Bu rayonun da turizm potensialı heç də zəif deyildir. Rayon ərazisində orta əsrlərdən Azərbaycanın böyük şəhərlərindən olan Şabran şəhərinin qalıqları saxlanılır. Buna görə də bu yaxınlarda bu rayonun adı dəyişdirilərək “Şabran” olmuşdur. Padar kəndində “Gülüstani – İrəm” şəhərinin qalıqları vardır. Bu cür tarixi abidələr əlbəttə ki, hər bir turist üçün olduqca maraqlıdır. 
           Qusar şəhəri Qubadan 12 km şimalda yerləşir. Rayon ərazisində Həzrə kəndində qədim məscid və Şeyx Cüneydin məqbərəsi(1544-cü il) diqqəti cəlb edir. Şeyx Cüneyd Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin babasıdır.
          Rayon gözəl təbii iqlim şəraitinə malikdir. Ərazisində əsasən yay istirahətinin təşkili məqsədilə pansionatlar və istirahət mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda rayon ərazisində dağ-xizək idmanı və qış turizminin inkişafı üçün turizm kompleksi yaradılır. Əlbəttə ki,bütün bunlar gələcəkdə bu rayonda turizmin inkişafı üçün böyük imkanlar açır.
         Xaçmaz şəhəri bölgənin ən iri şəhərlərindəndir. Şəhərdə və rayon ərazisində bir sıra tarixi-memarlıq abidələri vardır. Muzeylər, Şeyx Yusif məqbərəsi, Altıbucaqçı türbə və s., tunc dövrünə aid olan qəbirlər bu abidələrdəndir.
         Azərbaycanın yay çimərlik turizminin ən çox inkişaf etdiyi Nabran zonası Xaçmaz ərazisindədir. Bu ərazidə çoxsaylı turist bazaları, istirahət mərkəzləri və s. fəaliyyət göstərir. “Palma”, “Atlant” və başqaları bunlara misal ola bilər.
         Nabran-Yalama ərazisi ölkə miqyasında yay mövsümündə ən çox turistin istirahət etdiyi ərazidir. Son illərdə bu ərazidə istirahət məqsədli obyektlərin sayı  durmadan artmaqdadır.
         Bu ərazi meşəliklərin dəniz sahilinə uzandığı nadir zonadır. Həm meşə, həm də dəniz. Turistləri də məhz bu xüsusiyyət daha çox cəlb edir.
         Respublikamızın şimal-şərqində Bakıdan 165 km aralı, dəniz səviyyəsindən 600 m yüksəklikdə Azərbaycanın ən mənzərəli
şəhərlərindən biri olan, vaxtıilə qüdrətli Quba xanlığının mərkəzi olmuş Quba şəhəri yerləşir. Şəhər ərazisində çoxsaylı memarlıq və arxeoloji abidələr, muzeylər vardır: Abbasqulu ağa Bakıxanovun ev muzeyi, Cümə məscidi(XIX əsr), Səkinə xanım məscidi(XIXəsr), Səkkiz guşəli türbə, “Qırxpilləkən”, “Çuxur hamam”, Xınalıq kəndində Atəşgah və s.  
         Quba, turistləri özünə ən çox öz füsunkar, cazibədar meşələri ilə cəzb edir. Eyni zamanda yayda sərin havası da burada istirahət üçün olduqca əlverişlidir. Qəçreş kəndi ətrafında çoxsaylı istirahət mərkəzləri fəaliyyət göstərir. “Panda”, “Aynur”, “Cənnət bağı” kimi mərkəzlər bunlara misal ola bilər. Hər il turizm mövsümü başlayanda burada yüzlərlə turist istirahət edir.
          Bundan başqa Qubanın istirahət yerlərinə Təngəaltı, Balbulaq, Afurca, Asma körpü, Qızbənövşə və adlarını çəkmədiyim bir çox yerlər də daxildir. Bura da hər mövsüm vaxtı turist ilə dolu olur.
          Quba təkcə gözəl iqlimi, təbiəti və s. ilə deyil, eyni zamanda sənətkarlığı ilə də bura gələn qonaqları təəccübləndirir. Dillər əzbəri olan məşhur Quba xalçaları bu gün də dünyanın məşhur muzeylərində saxlanılır. Quba xalçalarının xüsusiliyi onun ilmələrinin sıxlığı ilə əlaqədardır. Məşhur Quba xalçalarına misal kimi “Çiçi”, “Ağgül”, “Pirəbədil”, “Xırdabalıq”, “Fəxralı” və başqalarını göstərmək olar.
          Bu arada, Quba paxlavasından danışmasam haqsızlıq olar. Qubaya gələn hər bir turist qayıdarkən mütləq özü ilə Quba paxlavası aparır. Bu bir ənənə halını almışdır.
          Quba ərazisində bir neçə millətlərin nümayəndələri yaşayır ki, onların da
özlərinə məxsus mədəniyyətləri qonaqların diqqətini cəlb edir. Burada yaşayan xalqlar və milli azlıqlara misal olaraq ləzgiləri, yahudiləri, tatları, rusları və s. göstərmək olar.
       Qubanın Xınalıq kəndi bura gələn hər kəs tərəfindən xüsusi maraqla qarşılanır. Bu kəndin özünəməxsus mədəniyyəti, dili turistlər üçün, fikrimcə, böyük bir kəşfdir. Kənddə evlərin tikilişi qeyri-adiliyi ilə fərqlənir. Belə ki, burada bir evin damı digər evin həyətini təşkil edir.
          Bundan başqa, ümumiyyətlə kəndin mənzərəsi də olduqca gözəldir. Bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə görmək lazımdır.
          Bütün bunlar turizm üçün inkişaf perspektivləridir. Bu imkanlardan yararlanmaq turizmin inkişafını sürətləndirə bilər.
          Lənkəran – Astara turizm bölgəsi.      Tarixi və təbiət abidələri ilə zəngin olan Lənkəran-Astara iqtisadi rayonu Respublikamızın cənub-şərqində yerləşir və dəniz səviyyəsindən 28 metr aşağı olan Lənkəran ovalığı daxil olmaqla, Talış dağlarından başlayaraq Xəzər dənizinə qədər uzanır. Bu bölgə zəngin bitki örtüyünə malikdir, rütubətli-subtropik iqlim hakimdir.
         Cəlilabad rayonu iri üzümçülük və tərəvəzçilik mərkəzidir. Şəhər yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı eneolit dövrünə aid olan əmək alətləri və əşyalar tapılmışdır. Alimlər hesab edirlər ki, bu ərazidə uzaq keçmişdə “Amaşara” adlanan şəhər olmuşdur.
          Masallı rayonu ərazisində qədim abidələrdən məscid və hamam(XIX əsr) qorunub saxlanılır. Ərkivan kəndi yaxınlığında “İstisu” mineral su mənbəyi vardır. Bu su öz əhəmiyyəti ilə seçilir. Ərazidə bir neçə özəl pansionat fəaliyyət göstərir. Burada müalicə olunanlara lazımi xidmət təklif olunur.
          1929-cu ildə yaradılmış Qızılağac Qoruğunun ərazisi 93 min hektardır. Burada 200-dən artıq quş növü, 30-dan artıq balıq növü, 250-dən çox bitki növünə rast gəlmək olar. Asiya və Avropadan uçub gələn köçəri quşlar burada qışlayırlar.
          Bölgənin ən böyük şəhəri – XVIII əsrdə əsası qoyulmuş Lənkəran şəhəridir. Talış xanlığının mərkəzi olan bu şəhərin adı “ləngər” sözündəndir, yəni gəmilərin sahilə yan alaraq ləngər vurmağı deməkdir. Lənkəran rayonu Azərbaycanın dilbər guşələrindən biridir. Burada çəltik və çay plantasiyaları, meyvə bağları çoxdur. Tərəvəz məhsulları da yetişdirilir. Sitrus meyvələri (limon, portağal, kivi və s.) üstünlük təşkil edir.
          Buranın əhalisinin əksəriyyətini talışlar təşkil edir. Onların özünəməxsus  mədəniyyətləri, xüsusi olaraq, turistlərin marağına səbəb olur.
          Rayonda bir sıra tarixi-memarlıq abidələri vardır. Bu abidələr turistlər tərəfindən maraqla qarşılanır. XVIII əsrdə tikilmiş “Lənkəran” qalasının qalıqları, “Hacı Qurban” və “Hacı Mirzə” hamamları, şəhərin özündə və kəndlərdə XIX əsrə aid olan məscidlər və s . bu abidələrə misal ola bilər.
          Lənkəranın da turizmin inkişafı üçün kifayət qədər potensialı var. Iqlimi burada yay turizminin inkişaf etdirilməsinə imkan verir. Lənkəran ərazisində çozlu otellər və istirahət obyektləri fəaliyyət göstərir.
           Astara şəhəri İranla sərhəd ərazisində yerləşir. “Astara” sözü – çökəklik, aşağı yer deməkdir. Rayon ərazisində Hirkan qoruğunda nadir ağaclar olan dəmirağacı və palıd ağacı növləri qorunur.
           Astarada qədim abidələr çoxdur. Bunlardan Şahağac kəndində 800 illik məqbərə, XVIII-XIX əsrlərə aid olan məscidlər, hamamlar və s. məşhurdur.
           Rayonda turizmin inkişafı üçün bir çox işlər görülməkdədir. Gələn
turistlərin qarşılanması üçün otellər fəaliyyət göstərir.
            Talış dağları ərazisində yerləşən Lerik və Yardımlı rayonlarında turizmin inkişafı üçün əlverişli şərait var. Ən azı ona görə ki, buranın gözəl iqlimi, landşaftı, təbiəti vardır.
             Lənkəran - Astara turizm bölgəsi eyni zamanda özünün xüsusi mətbəxi ilə tanınır. Mətbəxində balıq yeməkləri üstünlük təşkil edir. Buranın ən məşhur və ən çox yeyilən yeməyi ləvəngidir. Bura gələn turistə kənd yumurtası, nehrə yağı, ayran və s. kimi başqa təamlar təklif olunur ki, bu da əlbəttə ki, hər bir qonaq üçün olduqca maraqlı və unudulmaz olur. 
             Qarabağ turizm bölgəsi.     Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə şəhərinin əsası eramızdan əvvəl  IV əsrdə qoyulmuşdur. VI əsrdə isə Qafqaz Albaniyasının paytaxtı Qəbələdən Bərdəyə köçürülmüşdür.
             Bərdə hələ qədim vaxtlardan sənətkarlığı ilə, incəsənətilə tanınmışdır. Rayon ərazisində bir çox tarixi-memarlıq abidələri qorunub saxlanılmaqdadır. Axsadan baba türbəsi, Səkkizguşəli məqbərə, İmamzadə məscidi və digərləri məşhur abidələridir. Qarabağ düzəliyində köçəri quşların mühafizəsi üçün nəzərdə tutulan Ağgöl qoruğu yerləşir.
             Ağdam şəhəri yaxınlığında qədim yaşayış məskənləri aşkar olunmuşdur. Bu da o deməkdir ki, bu ərazinin tarixi çox qədimlərə qədər gedib çıxır.
             Rayon ərazisində qədim abidələr arasında Şahbulaq kəndində karvansara və qüllə (XVIII əsr), Papravənd kəndində iki türbə və məscid (XVIII əsr), Xaçın kəndində türbə (XIV əsr) daha çox maraq doğurur.
             Şuşa çəhəri 1750-ci ildə Pənah xanın əmri ilə 1800 metr yüksəklikdə qala kimi tikilmişdir. Şuşa uzun müddət Qarabağ xanlığının paytaxtı olmuşdur. Şəhər mənzərəli bir təbiət guşəsində yerləşir. Şəhər xalq musiqisinin və poeziyasının beşiyi olmuşdur. Turizm baxımından çox maraqlıdır və dağ-iqlim kurort zonasıdır. Burada istirahət və sanatoriya- kurort müalicəsi üçün əlverişli şərait vardır. Rayonda “Turşsu”, “İsa” bulağı, “Səkinə” bulağı, “Qırxbulaq” və s. su mənbələri vardır.
             Bu bölgəmiz müvəqqəti olaraq işğal altındadır.
             Naxçıvan turizm bölgəsi.      Qədim Naxçıvan diyarının zəngin təbiət və memarlıq abidələri vardır. Ptolomeyin əsərində “Naksuana”, orta əsr mənbələrində “Neşeva” kimi verilmişdir. Evliyya Çələbi, Qəzvini və digər alim və səyyahlar şəhəri – Nəqşicahan adlandırmışlar.
             Muxtar Respublikada 7 rayon var. Paytaxtı Naxçıvan şəhəridir. Şəhərdə yerləşən məşhur Möminə xatun türbəsi(XII əsr), Yusif ibn Küseyr türbəsi(XII əsr) şərqin nadir memarlıq abidələrindəndir. Fəzlullah Nəiminin məqbərəsi, Xan sarayı, “Qızlar bulağı” kompleksi, Cümə məscidi turistlərin marağına səbəb olur.
            Muxtar Respublika ərazisində “Əshabi-Kəhf” ziyarətgahına hər il minlərlə zəvvar gəlir.  Respulikanın müxtəlif yerlərində bir sıra ziyarətgahlar, pirlər, türbələr, qədim məscidlər və s. saxlanılır.
            Ordubad, Muxtar Respublikanın 2-ci böyük şəhəridir. Şəhər 1300 il öncə salınmışdır. “Ordu şəhəri” mənasındadır. Rayon ərazisində meyvə bağları üstünlük təşkil edir. Ona görə də Ordubadı bağlar diyarı adlandırırlar. Şəhər ərazisində və kəndlərdə çoxsaylı tarixi-memarlıq abidələri vardır. Serşəhər məscidi, Eyvaz məqbərəsi, Ordubad “Qeysəriyyəsi”- gümbəzli, qapalı ticarət kompleksi(XIX əsr), mədrəsə(XVIII əsr) bu günə qədər qorunub saxlanılmışdır. Əlincə çayı yaxınlığında, dağın zirvəsində ucalan “Əlincə” qalası böyük maraq doğurur. Qədim Azərbaycan dövləti olan Eldəgizlərin xəzinəsi məhz bu qalada saxlanılırmış.
            Tarixi – memarlıq abidələri sırasında Ordubad və Culfa rayonlarındakı məqbərələri(XII_XIV əsrlər), qədim Gilan şəhərinin xarabalıqları, onun qala divarlarının qalıqları və başqa bu kimi qədim tikililəri qeyd etmək olar.
             Naxçıvan – Əcəmi Əbubəkr oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, akademik Yusif Məmmədəliyev kimi dahilərin və nəhayət, ümummilli liderimiz Heydər Əliyevin vətənidir.
             Naxçıvan Muxtar Respublikası mineral bulaqlarla zəngindir.  Bu sular arasında Badamlı və Sirab daha məşhurdur. Onlar insan orqanizminə xüsusi faydası ilə seçilir.
              Respublikanın ən gözəl guşələrindən biri Batabatdır. Batabat gölü sahillərində müasir tələblərə uyğun istirahər mərkəzləri, otellər, pansionatlar yaradılır.
              Naxçıvan şəhərində və digər şəhərlərdə bir sıra yeni, müasir tipli otellər tikilərək istifadəyə verilmişdir. Bu əlbəttə ki, burada turizmin inkişafına öz təsirini göstərir.
 
 
 

 

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci