ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Maliyyə və Kredit- Məmmədova Nəhayət

Geniş başlıq mətni.

Fənn: Maliyyə və  Kredit
Mühazirə müəllimi:  Məmmədova Nəhayət Mustafa qızı
 
Mövzu 1. Maliyyənin mahiyyəti və funksiyaları.
P L A N
1. Maliyyənin mahiyyəti, predmeti və metodu.
2. Maliyyənin funksiyaları.
3. Maliyyənin zəruriliyi.
4. Maliyyə resursları.
Ə D Ə B İ Y Y A T
1. S.Məmmədov - Maliyyə, Bakı – 1997
2. A.M.Kərimov və başqaları – Maliyyə, Bakı – 2001
3. N.Novruzov, X.Hüseynov – Maliyyə, Bakı – 2007
1.      Maliyyənin mahiyyəti, predmeti və metodu.
 
Vətəndaşların əksəriyyəti maliyyə münasibətlərini pul münasibətləri kimi başa düşürlər. Doğrudanda maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim latın sözü olan, “financia” sözündən götürülmüşdür. Hərfi mənası pul tədiyyəsi deməkdir.
Maliyyə anlayışı pul münasibətlərini ifadə etməsinə baxmayaraq, o heç də bütün pul münasibətlərini əhatə etmir.Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır. 
Maliyyə ancaq müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.
Mərkəzdirilməmiş pul fondları müəssisələrin fondlarıdır və onlara daxildir: yığım fondu, istehlak və ehtiyat fondları.
Yığım fondunun təşkili mənbələrinin mənfəət, amortizasiya ayırmaları, sıradan çıxan əsas fondların satışından gəlirlər və s. təşkil edir. Yığım fondunun vəsaitləri kapital qoyuluşunun maliyyələşdirilməsinə, istehsal fondunun tamamlanmasına və s. xərclərə istifadə edilir. İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına formalaşır.
Ehtiyat fondu izafi məhsulun dəyəri hesabına təşkil olunur və müvəqqəti baş verən ehtiyaclar həmin fondun vəsaiti hesabına ödənilir.
Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara müxtəlif hakimiyyət orqanlarının büdcələri, sosial və iqtisadi təyinatlı büdcədənkənar fondlar daxildir.
Məlum olduğu kimi geniş təkrar istehsal 4 mərhələdən ibarətdir:İstehsal- Bölgü- Mübadilə- İstehlak.
Hər bir mərhələnin özünə məxsus aləti və obyektləri var. İnsanın həmin alətlər vasitəsilə obyektə təsir göstərir və həmin mərhələlər həyata keçirilir. Məsələn, əsas fondlar vasitəsilə insan şüurlu surətdə dövriyyə fondlarına təsir göstərir və beləliklə istehsal alınır. Dəyər bölgüsü zamanı insanlar maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərinə təsir göstərir və bölgü alınır. Bu arqumentlərlə sübut etmək olurki, maliyyə bölgü kateqoriyasıdır, geniş təkrar istehsalın mərhələlərinin yalnız dəyər bölgüsü hissəsində iştirak edir. O nə istehsal, nə mübadilə, nə də istehlakda bir başa iştirak edə bilməz və yalnız bölgü vasitəsilə onlara təsir göstərir.
Maliyyə münasibətlərini digər pul münasibətlərindən fərqləndirən bir sıra xüsusi elementlər vardır.
1. Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardı.
2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır.
3. Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət müəssisəsi, təşkilat) pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan  iqtisadi münasibətlər sistemini ifadə edir.
Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir.
Hər bir fənni bir-birindən fərqləndirən onun predmetidir. Maliyyənin predmeti-ümumi milli məhsulun və milli gəlirin bölgüsü yenidən bölgüsü, pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemindən ibarətdir.
Maliyyə münasibətləri qarşılıqlı əlaqədə öyrənilir. Həmçinin maliyyənin ayrı-ayrı bölmələri, elementləri, fondları arasında daim qarşılıqlı əlaqələr yaranır.
2. Maliyyənin funksiyaları.
Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, icrası və rolu) təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. Maliyyənin funksiyası onun mahiyyətini və məzmununu açıqlayır.
İqtisadi kateqoriya kimi maliyyəyə iki funksiya: bölüşdürücü və nəzarət funksiyaları xarakterikdir.
Maliyyənin 1-ci funksiyası ÜDM-in, MG bölüşdürülməsi və yenidən bölüşdürülməsini həyata keçirir.
Milli gəlir iki hissəyə -yığım və istehlak fonduna bölünür. Dövlət maliyyə sistemi vasitəsilə milli gəliri bölüşdürür və onun bir hissəsini geniş təkrar istehsala (yığım fonduna), digər hissəsini isə istehlak fonduna yönəldir. Dövlət təsərrüfatçılığın nəticələrinə səmərəli təsir etmək məqsədilə maliyyədən milli gəlirin bölüşdürülməsi aləti kimi istifadə edir.
Milli gəlir bölüşdürüldükdən sonra yenidən bölüşdürülməsinə obyektiv zərurət yaranır ki, bu da aşağıdakılardan irəli gəlir:milli gəlir yaradılmayan qeyri-istehsal sferalarının mövcudluğu (dövlət idarəçiliyi, təhsil, səhiyyə, sosial təminat);sosial inkişafın təmin edilməsinin zəruriliyi;
sahibkarlıq üçün əlverişli şərait yaradılmasının əhəmiyyətidir ki, bu da dotasiya, subsidya verilməsini tələb edir.         Beləliklə, milli gəlir yığım fonduna və istehlak fonduna bölünür, sonra isə istehsal və qeyri-istehsal sferaları və habelə regionlar üzrə yenidən bölüşdürülür.
Dövlətin ərazi, istehsal və qeyri-istehsal sferaları arasında yenidən bölgü münasibətlərinin əsas hissəsi dövlət büdcəsi vasitəsilə həyata keçirilir.
Maliyyənin vasitəsilə həyata keçirilən milli gəlirin və ÜDM-in bölgüsü və yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin möhkəmləndirilməsindən, geniş əhali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir.Maliyyə öz bölgü funksiyasını, habelə müəssələrinin gəlirlərinin formalaşması və bölgüsü prosesində yerinə yetirir.
Məhsulun reallaşdırılması zamanı müəssisələrdə satış pulu və müvafiq olaraq gəlir əmələ gəlir. Bu gəlirin bir hissəsi dövlət büdcəsinin, sosial sığortanın mərkəzləşdirilmiş fondlarına ayrılır, digər hissəsi isə müəssisənin sərəncamında qalır və əməyin ödənilməsi fondunun, iqtisadi həvəsləndirmə fondunun yaradılmasına, istehsalın genişləndirilməsi və inkişafı üzrə məsrəflərin maliyyələşdirilməsinə istifadə edilir.
Maliyyənin bölgü funksiyası vasitəsilə müəssisədə əmtəələrin, hazır məhsulların, yerinə yetirilmiş işlərin satış pulu hesabına pul vəsaitləri fondları yaradılır və onlar məsrəflərin ödənilməsinə (əmtəələrin, maddi məsrəflərin, əmək haqlarının ödənilməsinə) və xalis gəlirin (mənfəətin) yaradılmasına yönəldilir. Xalis gəlirin müəyyən hissəsi büdcə gəlirlərinə köçürülür.
Maliyyənin ikinci mühüm funksiyası-nəzarət funksiyasıdır. Nəzarət funksiyası bölgü funksiyasından törəyir hər şeydən əvvəl ümumi daxili məhsulun və milli gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə təzahür edir.Maliyyənin nəzarət funksiyası iki cür həyata keçirilir: birincisi, manatla nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə.Müəssisələrdə maliyyənin vasitəsilə pul gəlirlərinin əmələ gəlməsinə, qənaət üsuluna əməl edilməsinə, maddi və əmək resurslarından istifadə edilməsinə, əməyin kəmiyyət və keyfiyyətinə, əsas kapitaldan və dövriyyə fondlarından istifadəyə, həvəsləndirmə fondlarının yaradılması və istifadəsinə və s. manatla nəzarət edilir.Lakin, müəssisədə maliyyə nəzarətinin ən başlıca vəzifəsi mənfəətin yığım fonduna və istehlak fonduna yenidən bölgüsünü ciddi izləməkdən, bu fondlardan vəsaitlərin məqsədli təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirməkdən ibarətdir. Beləliklə, maliyyə məhsul istehsalı satışı prosesində pul vəsaitləri fondlarının düzgün yaradılması, bölgüsü və istifadəsinə nəzarət aləti kimi çıxış edir.Manatla nəzarət nəinki müəssisə daxilində və habelə müəssisələr arasında, yuxarı təşkilatlar və maliyyə-kredit idarələri ilə qarşılıqlı münasibətlərdə həyata keçirilir. Müəssisələr arasında qarşılıqlı münasibətlərdə manatla nəzarət göndərilmiş malların, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi müqavilə şərtlərinə əməl edilməsi zamanı aparılır.Müəssisələrin təsərrüfat fəaliyyətinə büdcəyə ödənişlər üzrə büdcə qarşısında öhdəliklərin yerinə yetirilməsi və büdcədən maliyyələşdirmə prosesində manatla nəzarət edilir.Maliyyə orqanları və xidmət idarələri tərəfindən nəzarət pul vəsaitlərinin xərclənməsinin qanuniliyinin və vergilərin ödənilməsinin tamlığının yoxlanılması yolu ilə həyata keçirilir.
Maliyyənin nəzarət funksiyasından habelə bütün dövlət miqyasında da istifadə edilir. Maliyyə resurslarının bölüşdürülməsinin kəmiyyət göstəriciləri, iqtisadiyyatın sahələrində proporsiya və disproporsiyaların, dövlət büdcəsinin icrasının necə təşəkkül tapdığını əks etdirir.
Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır.
3. Maliyyənin zəruriliyi.
Əmtəə-pul münasibətləri və dövlətin meydana gəlməsi ilə əlaqədar olaraq maliyyə münasibətləri XIII-XV əsrlərdə İtalyada istifadə olunmağa başlamışdır. Hər cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədardır:
1. Dövlətin fəaliyyət göstərməsi. Cəmiyyəti idarə etmək üçün dövlətin olması məcburidir. Əgər dövlət varsa, deməli o, hansısa funksiyalar yerinə yetirir. Dövlətin idarəçilik, təsərrüfatçılıq, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. Bu funksiyaları yerinə yetirmək üçün dövlət idarəçilik subyekti kimi əlində müəyyən vəsait cəmləşdirməlidir. Həmin vəsaitlər dövlətin yaradılmasının ilk dövrlərində natural yığımlar hesabına ödənilirdi. Cəmiyyətin inkişafı və idarəetmənin mürəkkəbləşməsi ilə əlaqədar dövlət gəlirləri, xərcləri, bütövlükdə maliyyə münasibətləri meydana gəlməyə başladı.
2. Əməyin kəmiyyət və keyfiyyətinə görə bölgünün fəaliyyət göstərməsi. Təsəvvürünüzə gətirin: siz zavodda işləyir, tutaq ki, soyuducu istehsal edirsiniz. Sizin tələbatınız isə başqa məhsullaradır. Həmin müəssisə ayın axırında, əmək məsrəflərinizi hesablayıb, həmin məhsula sizin məcmu tələbatınızı necə ödəyə bilər. Mümkün deyil. Ona görə də ümumi ekvivalent formada-pulla sizin əməyi ödəyir. Siz isə öz tələbatınıza uyğun əmtəə alırsınız. Əmtəə-pul münasibətlərinə uyğun olaraq maliyyə münasibətləri fəaliyyət göstərir.
3. Bütün normal inkişaf edən cəmiyyətlərdə bir neçə mülkiyyət forması fəaliyyət göstərir. Bu mülkiyyət formaları arasında iqtisadi əlaqələri həyata keçirmək üçün yenə də əmtəə-pul münasibətlərinin və maliyyənin mövcudluğu zəruridir.
4. Maliyyə resursları.
“Resurs” anlayışı – adətən ehtiyat, mənbə, vəsait kimi şərh edilir və zəruri hallarda ona müraciət olunur.Maliyyə resursları mərkəzləşdirilmiş fondlara (dövlət büdcəsi, büdcədənkənar fondlar) və qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarına (müəssisələrin pul vəsaitləri fondlarına) bölünür.
Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi prosesində yaradılır. Ümumdövlət səviyyəsində (makro səviyyədə) mərkəzləşdirilmiş maliyyə resurslarının (mərkəzləşdirilmiş fondlar) formalaşmasının birinci və əsas mənbəyi milli gəlirdir.Milli gəlirin bir hissəsi müəssisədə formalaşır və onun sərəncamında qalır, yəni mikrosəviyyədə qeyri-mərkəzləşdirilmiş fondlar yaradılır ki, bu da müəssisədə istehsal məsrəflərinə istifadə edilir.           
Dövlətin maliyyə resurslarının formalaşmasının başlıca mənbələrindən biri kimi istehsal sferası müəssisə və təşkilatlarının pul gəlirləri çıxış edir. Onlara hər şeydən əvvəl izafi məhsulun dəyərinin bir forması olan mənfəət aiddir.
Mövzu 2: Maliyyə siyasəti və maliyyə sistemi
P L A N
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri;
2. Dövlətin maliyyə siyasəti;
3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması;
4. Azərbaycan Respublikasının maliyyə sistemi;
5. Azərbaycan Respublikasının maliyyə siteminin
ayrı – ayrı əlaqələrinin xarakteristikası.
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri.
            Maliyyə siyasəti - dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.
            Maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir.
            Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir. Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması metodlarından asılı olaraq maliyyə siyasəti  iki yerə ayrılır:maliyyə strategiyası;    və    maliyyə taktikası.
            Maliyyə strategiyası - uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir.
            Maliyyə taktikası - maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı surətdə əlaqədardır.
            Dövlətin maliyyə siyasətinin formalaşmasının ümumi prinsipləri aşağıdakılardan ibarətdir:
            1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldar qüvvələrin və istehsal  münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır.
            Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişafı tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir. O, sənaye və kənd təsərrüfatı istehsalının, qeyri - istehsal sferasının və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur.
            2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir.
            3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.
            4. Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə aşağıdakıları daxil edir:milli gəlirin bölgüsü metodları;dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli)məqsədli dövlət fondlarının yaradılması metodları;büdcəyə və məqsədli fondlara tədiyyə ödənişlərinin növləri; maliyyə planlaşdırılması və proqnozlaşdırılması;maliyyə nəzarəti.
            Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə maliyyə münasibətlərinin tənzimlənməsi. Fiskal siyasət-dövlətin vergiqoymada və dövlət xərcləri sahəsində həyata keçirdiyi siyasət olub, dövlət xəzinəsini doldurmağa yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir. Bu siyasətin hazırlanmasına tələbat dövlət maliyyəsinin stabil iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynadığı XX əsrin ikinci yarısında xüsusilə güclənməyə başlamışdır. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət vergiyə cəlbetmə və dövlət xərcləri (büdcə xərcləri) kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir.
2.Dövlətin maliyyə siyasəti
            1990-cı ilədək Sovet İttifaqının maliyyə siyasəti K.Marksın və V.İ.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi - maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.
            Maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.    
            1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq.
            2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.
            3. İnflyasiyanın səviyyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik vermək.
            4. Ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişləndirilməsi.
            5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun.
            6. Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək.
3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması
            Müəssisənin maliyyə siyasəti - müəssisənin maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur. Müəssisənin maliyyə siyasətinin hazırlanmasının məqsədi müəssisənin strateji və taktiki məqsədlərinə nail olmasına yönəldilən maliyyənin idarə edilməsinin səmərəli sistemini təşkil etməkdən ibarətdir. Müəssisədə maliyyə siyasətinin işlənib – hazırlanmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir: kapitalın strukturunun optimallaşdırılması və müəssisənin maliyyə sabitliyinin təmin edilməsi; maksimum mənfəətin əldə olunması; müəssisənin maliyyə - iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması; müəssisənin investisiya cəlbediciliyinin təmin edilməsi; müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızlar buraxılması və s.) istifadə edilməsi.
Taktiki maliyyə vəzifələri hər bir müəssisə üçün fərdi olur. Onlar strateji vəzifələrdən, vergi siyasətindən, müəssisənin mənfəətindən istehsalın inkişafına istifadə edilməsi imkanlarından irəli gəlir.
4. Azərbaycan Respublikasının maliyyə sistemi
Maliyyə sistemi – qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı – ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitlərinin fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir. Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:
1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə); 2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə).
            Maliyyə sistemi geniş mənada özünə habelə 3) kredit bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.
            Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə - bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.
            İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
            Kredit – bank sferası ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir.

Azərbaycan Respublikasının maliyyə sistemi
 



Dövlət
maliyyəsi
Müəssisə və təşkilatların maliyyəsi
Kredit-bank sistemi
Dövlət maliyyə orqanları sistemi
›Dövlət büdcəsi
›Büdcədənkənar fondlar
›Dövlət krediti
›Dövlət sığorta fondları
›Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsi
›Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi
›Qeyri kommersiya müəssisə və təşkilatlarının maliyyəsi
›İctimai təşkilatların və birliklərin maliyyəsi
›AR-nın Maliyyə Nazirliyi
›Respublika xərinədarlığı
›AR-nın subyektlərinin maliyyə orqanları
›AR-nın Vergilər Nazirliyi
›AR-nın Milli Bankı
›Kommersiya bankları
›Bank olmayankredit təşkilatları
Bələdiyyə maliyyəsi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Maliyyə sisteminin ayrı-ayrı sferaları (bölmələrə) və həlqələri bir-birindən hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları ilə və deməli, onların maliyyə sistemindəki rolu ilə fərqlənir.
5. Azərbaycan Respublikasının maliyyə sitemininayrı – ayrı əlaqələrinin xarakteristikası
            Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.
            Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:
            Azərbaycan Respublikasının dövlət büdcəsi; Bələdiyyələrin büdcəsi.
            Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
            Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar.
            Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığın bazar şəraitinə keçildiyi  dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə - kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.
            Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da yaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Məşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar.
            Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər.
            Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR – nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir.
            Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.
            Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
            Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.
            Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə  məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.
           
            Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır. Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin, ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.
 
Mövzu 4: Maliyyə bazarı
P L A N
1.Maliyyə bazarının mahiyyəti və rolu;
2.Maliyyə bazarları və onların növləri;
3.Azərbaycanda maliyyə bazarının ümumi xarakteristikası.
 
1. Maliyyə bazarının mahiyyəti və rolu
Bazar iqtisadiyyatına keçid dövründə maliyyə resurslarının fasiləsiz olaraq ölkə iqtisadiyyatına cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və onun dünya iqtisadiyyatı sisteminə inteqrasiyasının dərinləşməsi iqtisadiyyatın dinamik inkişafına şərait yaratmışdır. Daxili və xarici resursların iqtisadi inkişafa cəlb edilməsini təmin edən maliyyə bazarının mövcudluğu zərurətinə çevrilir. Belə ki, müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm mikroiqtisadi səviyyədə, həm də dövlət səviyyəsində onların maliyyə resursları ilə təmin edilməsində mühüm rol oynayır. Deməli, bazar iqtisadiyyatının inkişafı maliyyə bazarı olmadan mümkün deyildir. Maliyyə bazarı pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur.
Maliyyə bazarı – elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölgüsünü təmin edən bazardır. Maliyyə bazarının məqsədi – pul vəsaitlərinin səmərəli çəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir.
Maliyyə bazarı - əmanət toplayanların vəsaitlərini birbaşa borc götürənlərə təqdim edilməsinə şərait yaradan maliyyə institutlarıdırlar. Qriqori Mənkyu (Ekonomiksin əsasları – Bakı 2008  səh .562)
Maliyyə bazarının yaranması zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının çatışmamazlığı özünü büruzə verir. Bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin edilməsinin mühüm forması kimi maliyyə bazarı çıxış edir. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır.
Maliyyə bazarının rolu onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Müasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir:
- pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək; təcrübədə o, özünü müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı - satqısı, maliyyə ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;
- bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətləri müəyyən olunur. Burada həmçinin aktivlərin geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir;
- maliyyə bazarı investorlar üçün pulların ən səmərəli istiqamətlərə yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;
- maliyyə bazarının başlıca funksiyalarından biri də maliyyə ehtiyatlarının köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri) minimuma endirilməsindən ibarətdir.
Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehsalçıları üç qrupa bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət. Maliyyə resurslarının alqı-satqısı iki yolla: birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi, bir və ya bir neçə vasitəçilərin köməyi ilə həyata keçirilir.
Maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsini həyata keçirən kredit təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qeyri-dövlət pensiya fondları, investisiya fondları, sığorta kompaniyaları çıxış edir.Vəsaitlərin cəlb edilməsi əlamətlərinə görə maliyyə bazarları strukturlarına daxildir: borc və kredit bazarları, qiymətli kağızlar bazarları və deriativlər bazarı, lizinq və faktorink xidməti bazarları, etimadlılıq əməliyyatı bazarı (öz pul komponentləri hissəsində) və sığorta bazarı.Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür: - daxili və ya milli  maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların xüsusi çəkisi cüzi olur;- dünya maliyyə bazarları. Onların resursları müxtəlif dövlətlərin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir.İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf etməkdə olan bazarlara bölünür (çox hallarda yaradılmaqda olan və ya formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır).
Maliyyə bazarının iştirakçıları və ya subyektləri aşağıdakılardır:
            - investorlar – tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və investisiya kimi istifadə edən müəssisə və təşkilatlar; - əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif yığımlar həyata keçirən fiziki şəxslər; - borc alanlar – kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və ya maliyyə ehtiyatlarının çatışmamazlığını “hiss” edən müəssisə və təşkilatlar, həmçinin dövlət hakimiyyəti orqanları.
            Bu deyilənlərlə yanaşı, maliyyə bazarının subyekti kimi fəaliyyət göstərən müxtəlif vasitəçilər, ixtisaslaşdırılmış maliyyə-kredit  institutları da mövcuddur. Subyekt kimi fəaliyyət göstərən vasitəçilər aşağıdakılardır:
            1.Maklerlər. Onlar həqiqi vasitəçi kimi çıxış etməklə investorların və ya borc alanların tapşırığı əsasında fəaliyyət göstərərək komission şəklində gəlir əldə edirlər. Maklerlər hüquqi və fiziki şəxslərdən ibarət ola bilər.
            2. Dilerlər. Onlar sərbəst surətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər vasitəçilərlə, hətta investor və borc alanlarla da birbaşa sövdələşməyə girirlər.
            3. İxtisaslaşdırılmış maliyyə-kredit institutları. Bura investisiya bankları, maliyyə şirkətləri, sığorta şirkətləri və s. daxildir. Onlar həm investor, həm borc alan, həmçinin də vasitəçi kimi çıxış edirlər.
2. Maliyyə bazarları və onların növləri
            Maliyyə infastrukturlarının fəaliyyəti genişləndikcə maliyyə bazarının formalaşmasında və inkişafında nəzərə зarpacaq dərəcədə irəliləyiş baş verir. Belə ki, müxtəlif mülkiyyət formalı istehsal müəssisələri arasında vasitəçilik edən maliyyə bazarının subyektləri iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında aparıcı rol oynayır, kommersiya uğurlarının əldə edilməsinə kömək edir, maliyyə-kredit resurslarının təmərküzləşməsinə və bu resursların iqtisadiyyatın daha səmərəli və yüksək ödəmə qabiliyyətli sahələrinə ödənilməsinə şərait yaradır.
            İqtisadi ədəbiyyatlarda maliyyə bazarının təsnifatı haqqında iqtisadçı alimlər arasında vahid fikir yoxdur.
            Maliyyə bazarının əsasını tələb və təklif əsasında vasitəçilərin köməyi ilə kreditorlarla borc götürənlər arasında kapitalın yenidən bölgüsü mexanizmi təşkil edir.
 
 
 
 
           
Törəmə qiymətli kağızlar bazarı və
ya müddətli bazar
Qiymətli kağızlar bazarı (fond bazarı)
Spot
Müddətli
Birja
Birjadankənar
Birinci (ilkin)
İkinci (təkrar)
Forford
Fyucers
Opsion
Svop bazarı
 
Valyuta bazarı
Pul vəsaiti bazarı
Maliyyə bazarları (ssuda kapitalı bazarı)
 
Borc kapitalı bazarı
Pay qiymətli kağızlar bazarı
Bank ssudası bazarı
Borc qiymətli kağızlar bazarı
Qızıl bazarı
Kapital bazarı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           
 
 
 
 
 
 
 
 
 
 
Ümumiyyətlə, borc bazarı, kapital bazar, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı, lizinq bazarı və s. maliyyə bazarının tərkib hissələridir.
            Valyuta bazarı subyektləri aşağıdakı növ əməliyyatları həyata keçirir: alıcılıq qabiliyyətini ötürmə, birləşdirməni (açıq valyuta mövqeyini sığortalama), möhtəkirlik (valyuta məzənnəsinin və ya faiz dərəcəsinin dəyişməsinin gözlənilməsindən fayda), faiz dərəcəsinin arbitrajı (depozitlərin qəbul edilməsindən, razılaşdırılmış dövrdə daha yüksək dərəcə ilə onların yenidən yerləşdirilməsindən fayda əldə etmək).
            Alıcılıq qabiliyyətinin ötürülməsi aşağıdakı tipik bağlaşma növündə həyata keçirilir:
            kassa (spot) – valyutanın təcili surətdə, hər şeydən əvvəl sövdələşmə bağlanıldıqdan iki iş günü ərzində verilməsini nəzərdə tutur;
            müddətli (forvard) – valyutanın dəqiq müəyyən edilmiş vaxt ərzində verilməsini nəzərdə tutur;
            svop – müxtəlif istifadə müddətli satış və alış əməliyyatlarının birgə həyata keçirilməsini nəzərdə tutur.
            1. Qızıl bazarı – qızılın həm yığım və ölkənin qızıl  ehtiyatlarının artırılması və həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqısı ilə əlaqədar olan iqtisadi münasibətlər sferasıdır. Qızıl bazarlarında əsasən yeni hasil edilən qızıl, dövlət və xüsusi qızıl ehtiyatları, qızıl pullar alınıb-satılır. Təşkilatı baxımdan qızıl bazarı bir neçə bankdan ibarət konsorsum olub, qızılın alqı-satqısı üzrə sazişlər bağlayır. Bu banklar alıcılar və satıcılar arasında vasitəçi rolunu oynayırlar.
            Dünya qızıl bazarlarına misal olaraq London, Sürix, Nyu-York, Çikaqo, Honkonqu misal göstərmək olar.
            2. Kapital bazarı  maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur. İnkişaf etmiş ölkələrin təcrübəsində hesab edilir ki, əgər maliyyə alətlərinin tədavül müddəti bir ildən azdırsa, onda pul bazarının aləti hesab edilir. Uzunmüddətli alətlər ( beş ildən artıq) kapital bazarına aiddir. Dəqiq desək, bir ildən beş ilədək “Sərhəd sahəsi ” vardır ki, bu da orta müddətli alət və bazar hesab edilir. Azərbaycanda maliyyə alətlərini uzun müddətə və qısa müddətə bölünməsi bir az fərqlidir. Qısamüddətli alətlərə tez-tez 6 aydan artıq tədavül müddətli alətlər aiddir.
            Pul bazarı alətləri ilk növbədə dövlət təşkilatlarını və biznes sahəsini likvid vəsaitlə təmin edilməsinə xidmət etdiyi halda, kapital bazarının alətləri əmanət və investisiyalaşma prosesi ilə əlaqədardır.
            Pul bazarının alətləri xəzinə vekselləri, bank akseptləri, bankların depozit sertifikatlarından ibarətdir. Kapital bazarının alətlərinə isə, məsələn, uzunmüddətli istiqrazlar, səhmlər, uzunmüddətli ssudalar aiddir.
            Nəzərə almaq lazımdır ki, nəğd və nəğdsiz pullar öz-özlüyündə pul bazarında yalnız o hallarda tədavül edir ki, əgər onların özləri əmtəədirsə və əmtəə və xidmət bazarında olduğu kimi əmtəə dövriyyəsinə xidmət etmirlərsə.
            Kapital bazarı öz növbəsində ssuda (borc) kapital bazarına və pay qiymətli kağızlar bazarına bölünür. Belə bölgü bu bazarda satılan əmtəələrin (maliyyə alətləri) alıcıları və maliyyə alətlərinin emitentləri arasında münasibətlərin xarakterini ifadə edir. Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır və qalan hallarda isə bu kredit münasibətləri olur.
            Ssuda kapitalları bazarı – ssuda kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri, yaxud da dövriyyənin təşkili formasını ifadə edir. Məlumdur ki, ssuda kapitalı qaytarılmaq, dəyəri ödənilməklə müəyyən müddətə verilən pul vəsaitlərinin məcmusudur. Ssuda kapitalının yaranma mənbələri ilk növbədə müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə ehtiyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar sərbəst maliyyə ehtiyatlarını gəlir əldə etmək şərti ilə faiz almaqla müxtəlif kredit idarələrinə yerləşdirirlər. Bundan əlavə müəssisələrin banklarda olan hesablarına vəsaitlərin daxil olması və ödənilməsi müddətinin üst-üstə düşməməsi  bu vəsaitləri kredit resursu kimi istifadə etməyə imkan verir.
            Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını, təşkilatın nizamnamə kapitalında payını, mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq bu təşkilatın idarə edilməsində iştirak etməsi hüququnu təsdiq edən sertifikatlardır.
            Maliyyə bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır. Maliyyə bazarına çox vaxt qiymətli kağızlar bazarı kimi baxırlar. Maliyyə bazarının qeyd etdiyimiz bütün subyektləri bu bazarın iştirakçılarıdır. Ssuda kapitalları bazarından fərqli olaraq burada vasitəçilərin rolu böyükdür. Qiymətli kağızlar bazarının adından göründüyü kimi, maliyyə ehtiyatlarının cəlb edilməsində əsas vasitəçi qiymətli kağızlardır. Qiymətli kağız borc öhdəliyini və ya əmlak hüququnu təsdiq edən, sahibinə dividend və ya faiz şəklində gəlir götürməsinə əsas verən hüquqi sənəddir. Qiymətli kağızlar bazarının rolu və əhəmiyyəti aşağıdakılarla müəyyən edilir:
            - qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vəsaitlərin investisiyaya cəlb edilməsini təşkil edir;
- kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə, ayrı-ayrı sahələrin fəaliyyətini tənzimləyir;
- dövlət büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait cəlb edir;
-  əhalinin istehsalın idarə edilməsi işində iştirak etməsini təmin edir;
-  satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir;
-  fond bazarının göstəriciləri əsasında iqtisadiyyatın vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır;
-  inflyasiya tempinin dəyişməsinə təsir göstərir;
- maliyyə vəsaitlərinin investordan ehtiyacı olanlara hərəkəti zamanı xərclərin minimuma endirilməsinə şərait yaradır.
Qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından biridir. Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz. Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələbə təklifin qarşılıqlı əlaqədə olan münasibətlərindən ibarətdir.
Ssuda kapitalları bazarından fərqli olaraq maliyyə bazarının bu seqmentində dövlətin iştirak payı xeyli böyükdür.
Müəssisə üçün qiymətli kağızlar bazarı da ikili rola malikdir. Belə ki, borc alan kimi çıxış edən müəssisə əlavə maliyyə ehtiyatları cəlb etmək məqsədilə qiymətli kağızlar buraxır. İnvestor kimi çıxış edən müəssisə isə öz növbəsində öz vəsaitlərini qiymətli kağızlara yönəltməklə dividend və ya faiz şəklində gəlir əldə edir. Dövlətin rolu burada, əsasən, birtərəfli iştirak etməklə, yəni borc alan sifəti ilə çıxış edərək qiymətli kağızlar buraxmaqla öz sərəncamına müəyyən maliyyə ehtiyatları təmin edir. Fiziki şəxslər isə burada investor kimi çıxış edərək faiz və ya dividend şəklində gəlir əldə edirlər. İstər investor, istərsə də borc alan kimi çıxış edənlər bazardakı konyukturanı, qiymətli kağızların bütün xüsusiyyətlərini dəqiq öyrənməlidir.
Qiymətli kağızlar bazarında istər xüsusi qiymətli kağızlar, istərsə də onları əvəz edənlər (sertifikatlar, kuponlar və s.) buraxılır, tədavül və sərf edilir.
Qiymətli kağızlar siniflər, emitent, tədavüldə olma müddəti, gəlirlilik dərəcəsi, milli mənsubiyyəti, riskliliyi, tədavül mərhələsi və ödəmə imkanına görə təsniflə etdirilir.
Qiymətli kağızlar və onların növləri. Ümumiyyətlə, qiymətli kağızlar bazarında dövr edən qiymətli kağızlar onların təbiətindən asılı olaraq aşağıdakı kimi qruplaşdırılır:
Subyektlərə görə; ortaqlıq münasibətlərini əks etdirən qiymətli kağızlar və törəmə qiymətli kağızları.
Ortaqlıq münasibətlərini əks etdirən qiymətli kağızlar – sahibinə dividend şəklində gəlir götürməyə əsas verən qiymətli kağızdır. Səhmlər bir sıra əlamətlər üzrə qruplaşdırılır. Belə ki, onlar adlı və təqdim edənə, adi və imtiyazlı səhmlərə bölünür.
Adi səhmlər – konkret fiziki və hüquqi şəxslərin adına buraxılır. Yəni qiymətli kağızlar buraxılarkən sifarişçi verənin adına verilə və ya buraxıla bilər.
Təqdim edənə qiymətli kağızları istənilən hüquqi və fiziki şəxs əldə edə bilər.
İmtiyazlı səhmlərlə adi səhmlərin bir-birinə nisbətən üstün cəhətləri vardır. Belə ki, imtiyazlı səhmlər üzrə əvvəlcədən müəyyən edilmiş dividendlər olur. İkincisi – imtiyazlı səhmlər üzrə dividendlər ilkin olaraq ödənilir. Üçüncüsü – müəssisə ləğv edildikdə ilkin olaraq imtiyazlı səhmlər üzrə bölgü həyata keçirilir. Digər tərəfdən adi səhmlərin sahibləri səhmdar cəmiyyətin idarə olunmasında səs hüququna malikdir, imtiyazlı səhmlər isə idarə heyətində səs hüququna malik deyil.
Kredit münasibətlərini əks etdirən qiymətli kağızların əsas nümayəndəsi kimi istiqrazlar çıxış edir. İstiqraz – borc öhdəliyini təsdiq edən və sahibinə faiz şəklində gəlir götürməyə imkan verən qiymətli kağızdır. İstiqraz sahibləri əldə etdiyi istiqraza görə əvvəlcədən müəyyən edilmiş faiz şəklində möhkəm gəlir əldə edirlər və eyni zamanda istiqrazlar nominal dəyərinə nisbətən güzəştlə satılır.
İstiqrazlar, əsasən, uzun müddətə buraxılır və konkret tarixi göstərilmiş müddətlərdə ödənilir.
Kredit münasibətlərinə aid olan qiymətli kağızlara həmçinin sertifikatları aid etmək olar. Sertifikat, sahibinin bankda qoyduğu müəyyən məbləği təsdiq edən və sahibinə faiz şəklində gəlir ödənilməsini təsdiq edən qiymətli kağızlardır. Bu tip qiymətli kağızlara həmçinin veksellər aiddir. Veksel borc öhdəliyidir.
Qiymətli kağızlar bazarının iştirakçılarını üç qrupa ayırmaq olar:
 - emitentlər – zəruri olan pul vəsaitlərini cəlb etmək məqsədilə qiymətli kağızları buraxan şəxs;
- investorlar – gəlir, əmlak və qeyri-əmlak hüququ əldə etmək məqsədilə qiymətli kağızları alan şəxs;
- vasitəçilər – emitent və investorlara qarşılarında qoyduqları məqsədlərə nail olmaq üçün xidmət göstərən şəxs.
Qiymətli kağızlarla əməliyyatları başa çatdırmaqdan asılı olaraq qiymətli kağızlar bazarı spot və müddətli bazarlara bölünür.
Spot bazarında qiymətli kağızların pul vəsaitinə mübadiləsi praktiki olaraq sövdələşmə anında təcili olaraq həyata keçirilir. Müddətli bazarlarda ticarət müddətli sazişlə həyata keçirilir.
Forvard bazarı – elə bir bazar növüdür ki, burada tərəflər onlarda həqiqətən mövcud olan qiymətli kağızların gələcəkdə müəyyən vaxtda son hesablaşmaq şərti ilə göndərilməsinə razılaşırlar.
Fyuзers bazarı – elə bir bazardır ki, burada gələcəkdə qiymətli kağızların və yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə müqavilə ilə ticarəti həyata keçirilir.
Opsion bazarı – elə bazardır ki, burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) qabaqcadan təyin edilmiş qiymətlə alınıb-satılması hüququnu verən müqavilənin alqı-satqısı baş verir. Əvvəlcədən müəyyən edilmiş qiymət opsionun icra qiyməti adlanır.
Svop bazarı – qiymətli kağızlar sazişi iştirakçıları arasında müqavilələrin birbaşa mübadiləsi bazarıdır. Bu gələcəkdə müəyyən anda (və ya bir neçə anda) saziş iştirakçılarına iki maliyyə öhdəliyi ilə mübadilə etməyə təminat verir.
Qiymətli kağızlarla bağlaşmanın həyata keçirilməsinin təşkili formasından asılı olaraq qiymətli kağızlar bazarı birja birjadan kənar bazara bölünür.
Birja bazarı – qiymətli kağızların mütəşəkkil və sistematik olaraq satışı və təkrara satışı üçün xüsusi olaraq yaradılmış maliyyə qurumlarında qiymətli kağızların tədavülü sferasını ifadə edir. Bu qurumlar fond birjası adlanır. Birjada ticarəti yalnız birja üzvləri həyata keзirir. Həm də ticarət yalnız qeydiyyat (kotirovka) siyahısına daxil edilmiş qiymətli kağızlarla, yəni birjada satılacaq qiymətli kağızların prosedurasını keçmiş olan qiymətli kağızlarla həyata keçirilir. Ən böyük fond birjası Nyu-Yorkdadır.
Qiymətli kağızların birjadan kənar bazarı çoxnövlü qiymətli kağızlarla ticarəti həyata keçirən böyük ticarət meydanı sistemidir. Bu ticarət meydanının fəaliyyəti bütün saziş iştirakçıları üçün vacib olan ciddi qaydalara tabedir. Birjadan kənar ticarətdə həyata keçirilən əməliyyatların həcmi çox hallarda fond bazarındakı əməliyyatların həcmini üstələyir. Birjadan kənar bazarın dilerləri bəzən “bazarın yaradıcıları, icraçıları” adlandırılır.
Yeni buraxılmış qiymətli kağızların ilk dəfə bazara çıxarılması prosesi ilkin yerləşdirmə adlanır və müvafiq olaraq o, ilkin (birinci) maliyyə bazarından keçir. Bu bazarın mütləq iştirakçıları – qiymətli kağızların emitentləri və investorlardır. İlkin bazarın təyinatı istehsalda investisiya və digər məqsədlər üçün zəruri olan əlavə maliyyə resurslarını cəlb etməkdən ibarətdir.
İlkin qiymətli kağızlar bazarı müəyyən məbləğdə ehtiyatları cəlb etmək məqsədilə yeni buraxılan qiymətli kağızların satışına xidmət edir.
Təkrar bazar – tədavülə buraxılan qiymətli kağızların vasitəçi subyektlər, o cümlədən brokerlər və dilerlər tərəfindən alqı-satqısıdır. Təkrar (ikinci) maliyyə bazarı istifadə edilmiş avtomobil bazarını xatırladır. Onlar “əvvəllərdə istifadə olunmuş ” qiymətli kağızların satışı nəticəsində pul əldə etməyə imkan verir. İş ondadır ki, qiymətli kağızların ikinci bazarında onların qiymətləri bir qayda olaraq birinci bazarda bu qiymətli kağızların ilkin yerləşdirilməsi qiymətinə nisbətən yüksək olur. Qiymətli kağızların ikinci bazarı artıq mövcud olan resursların bazarın iştirakçılarının tələbatları və imkanlarına uyğun olaraq yenidən bölüşdürülməsi üçün təyin edilmişdir.
3. Azərbaycanda maliyyə bazarının ümumi xarakteristikası
Azərbaycan respublikasında maliyyə bazarı artıq 1995-ci ildə tam formalaşmışdır. 1998-ci ildə ölkəmizdə 4 birja fəaliyyət güstərmişdir. Fond qiymətlilərin bütün növləri üzrə birjaların dövriyyəsi 1767,7 mlrd. Denominasiya edilməmiş manat təşkil etmişdir. 1998-ci ildə 547 səhmdar cəmiyyəti, sahələr və regionlar arasında kapitalın axınını təmin edən 79 kommersiya bankı, xeyli sayda sığorta kampaniyaları, kredit ittifaqları, investisiya fondları fəaliyyət göstərmişdir. İndi Azərbaycanda 5 birja fəaliyyət göstərir.
Son on beş ildə respublikamızda maliyyə bazarı və onu təşkil edən seqmentlər üzrə normativ baza, yaradılmış, yəni bir çox qanun və qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi maliyyə icarəsinin (lizinqin), etimadlı idarəetmənin, pul tələbnaməsinin güzəşti əsasında (faktorinqin) maliyyələşdirmənin hüquqi əsasını müəyyən etdi. Bank qanunvericilikləri yeniləşdirilmiş, sığorta kampaniyalarına irəli sürülən tələblər artmış, audit sistemi yaradılmışdır.
Lakin praktiki olaraq maliyyə bazarı dövlətin maliyyə resurslarına olan tələbini ödəməklə birtərəfli inkişaf etmişdir. Digər alıcıların əsas kütləsi üçün resurslar onların dəyərinin yüksək olmasına görə əlçatmazdır. Birdə ki, dövlət müəssisə və əhaliyə nisbətən daha etibarlı borcalan hesab edilirdi.
1998-ci ildən başlayaraq Azərbaycan Respublikasının maliyyə bazarında kəmiyyət və keyfiyyət baxımından ciddi dəyişikliklər baş vermişdir. Maliyyə resurslarının alıcıları sırasında müəssisə və təşkilatların payı artmağa və dövlətin payı isə azalmağa başlamışdır. Cəlb edilən vəsaitlərin dəyərinin nisbətən azaldılması sayəsində onların əldə edilməsi çoxsaylı müəssisələr üçün mümkün olmuşdur. Lakin hal-hazırda Azərbaycanın maliyyə bazarı inkişaf etməkdə olan (formalaşmağa) maliyyə qrupuna aiddir.
Azərbaycanda maliyyə bazarınınresurs bazası.Azərbaycanda maliyyə bazarının əsas problemlərindən biri resurs bazasının çatışmamazlığıdır. Maliyyə resurslarının bazarda ilkin satışında əsas rol kommersiya strukturlarına mənsubdur. Onlar təsərrüfat fəaliyyətini həyata keçirərək əldə edilmiş mənfəəti və amortizasiya ayırmalarını toplayır, müxtəlif ehtiyat fondları yaradırlar. Lakin Azərbaycan Respublikasının kommersiya strukturları məhdud həcmdə müvəqqəti sərbəst vəsaitlərə malikdirlər. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə müəssisə və təşkilatların müəssisələrin ümumi sayıda zərərlə işləyənlərin xüsusi çəkisi 2005-ci ildə sənayedə - 6,1%, kənd təsərrüfatında – 2,1%, tikintidə - 2,5%, nəqliyyatda – 1,0%, rabitədə - 0,4%, ticarətdə - 7,9% olmuşdur.
Lakin bütövlükdə 2005-ci ildə ölkə iqtisadiyyatı üzrə müəssisə və təşkilatların mənfəət və zərərləri arasındakı fərq (mənfəət – 10665,1 mlrd. manat, zərər – 1000,0 mln. manat) 9645,0 mlyn. manat həcmində müsbət nəticə vermişdir ki, bu da müəyyən miqdar maliyyə resurslarının mövcudluğunu göstərir.
Əhalinin vəsaitləri. Azərbaycan Respublikası Statistika Komitəsinin və Milli Bankın məlumatlarına əsasən 2005-ci ildə əhalidən cəlb edilmiş əmanətlərinin həcmi milli valyuta ilə 2193,5 mln. manat və ya bütün əmanətlərin 88,7%-ni təşkil etmişdir. Əhalinin əmanətlərinin həcmi 2004-cü illə müqayisədə 22,7% artmışdır.
Bu məlumatlar sübut edir ki, Azərbaycan Respublikasının əhalisi maliyyə resurslarının satıcısı kimi xeyli miqdar potensiala malikdir. Lakin bu potensialdan kifayət qədər istifadə edilmir. Əhali ümumiyyətlə öz yığımlarını kommersiya banklarında yerləşdirməkdən və qiymətli kağızlar almaqdan çəkinir.
            Azərbaycan Respublikasının Dövlət büdcəsi və yerli büdcələrin vəsaitləri. Dövlətin və bələdiyyələrin borc fəaliyyəti həcminin azalması cəlb edilən vəsaitlərin dəyərinin aşağı düşməsinə və iqtisadiyyatın real sektorunun kommersiya bankları tərəfindən kreditləşdirilməsinin həcminin artmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının maliyyə bazarında resurs bazasının formalaşması sahəsində nəzərə çarpacaq müsbət irəliləyişlərin olmasına baxmayaraq onun həcmi təsərrüfat subyektlərinin tələbatının ödənilməsi üçün kifayət deyil, səmərəliliyi isə olduqca aşağıdır.
Müəssisə və təşkilatların xüsusi vəsaitlərinin rolunun artdığını və kreditin rolunun olduqca aşağı olduğu cədvəl məlumatlarından aydın görünür.
 
 
            Vəsaitin çatışmamazlığının həlli problemi xeyli dərəcədə alınmış mal və xidmətlərə görə hesablaşmanın ləngidilməsi hesabına həll edilir. Respublikamızda müəssisə və təşkilatların kreditor və debitor borcları olduqca yüksək səviyyədə qalmaqda davam edir. Belə ki, 2005-ci il müəssisə və təşkilatların qarşılıqlı hesablaşmalar üzrə vaxtı keçmiş borcları 792,0 mln, bank ssudaları üzrə borclar isə 68,2 mln. yeni Azərbaycan manatı təşkil etmişdir.
Azərbaycanda maliyyə resurslarının çatışmamazlığını iqtisadiyyatın monetizasiyalaşdırılmasının aşağı səviyyədə olması da sübut edir. Azərbaycanda monetizasiya əmsalı (pul kütləsinin ÜDM-ə olan nisbəti kimi) 2005-ci ildə 6,7% təşkil etmişdir. Müqayisə üçün göstərək ki, bu göstərici Rusiyada 16%-ə, Polşada 43%-ə, Yaponiyada isə 123%-ə bərabərdir.
Xarici maliyyə resursları. Maliyyə resurslarının çatışmamazlığı şəraitində Azərbaycan borcalanlarının xarici maliyyə bazarlarına müraciət etmələri olduqca böyük əhəmiyyət kəsb edir. 90-cı illərin ortalarından dünya maliyyə bazarından Azərbaycan iqtisadiyyatına vəsaitlərin axını artmağa başlamışdır. 1993-cü ilin aprelin 21-də Azərbaycan hökumətinin Türkiyə “Eksimbank”ı ilə imzaladığı kredit sazişi ölkəmizin xarici dövlət borcu münasibətlərinin əsasını qoymuşdur. Bu beynəlxalq kredit sazişinin məbləği 100,0 milyon ABŞ dolları, faizi isə LİBOR + 2% dərəcəsi ilə müəyyənləşdirilmişdir.
Maliyyə bazarı alətlərinin qiymətləndirilməsi. Azərbaycan maliyyə bazarının səmərəliliyinin aşağı olmasına, kredit resurslarının dəyərinin yüksəldilməsinə və onun borcalanlar üçün münasibliyinin və cəlbediciliyinin aşağı düşməsinə gətirib çıxaran kredit və depozit dərəcələri arasında xeyli uyğunsuzluğun (spred) mövcudluğunu sübut edir.
Mərkəzləşdirilmiş kreditlərə olan uçot dərəcəsi Azərbaycan Respublikasının Milli Bankı tərəfindən 1995-ci ilin noyabrınadək 200%, 2000-ci ildə 10%, 2005-ci ildə 9,0%, 2006-cı ilədək 7%, 2007-ci ildə isə 9,5% müəyyən edilmişdir. 2005-ci ildə Milli Bankın milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,25%, xarici valyutada verilən kreditlər üzrə faizin orta dərəcəsi 17,11% olmuşdur. Kommersiya banklarının kredit faizlərinin dərəcəsi isə 18-26% depozitlərə verdikləri faizin orta dərəcəsi isə 11,76% civarındadır ki, bu da Milli Bankın uçot dərəcəsindən təxminən 2-3 dəfə çoxdur.Müayisə üçün deyək ki, İngiltərə bankının uçot dərəcəsi 2005-ci ildə 4,5% olmuşdur.
Maliyyə bazarının dövlət tənzimlənməsi. Azərbaycanda maliyyə bazarının dövlət tənzimlənməsi bir neçə struktur tərəfindən həyata keçirilir.
       1.Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
            2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:
            - Azərbaycanda hesablaşmaların həyata keçirilməsi və bank əməliyyatlarının aparılması qaydasını müəyyən edir;
            - kredit təşkilatlarının lisenziyalaşdırılmasını həyata keçirir;
            - kredit təşkilatlarının fəaliyyətinə nəzarəti həyata keçirir;
                        - kredit təşkilatlarının qiymətli kağızlarını qeydiyyatdan keçirir;
            - valyuta tənzimlənməsini və valyuta nəzarətini həyata keçirir.
            3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Şöbəsi:
            - sığorta fəaliyyətini lisenziyalaşdırır;
            - sığortaçıların maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir:
            - sığorta sahəsində metodiki və normativ sənədləri işləyib hazırlayır.
            Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasında yuxarıda göstərilən qurumları birləşdirən və əlaqələndirən struktur və eləcə də vahid bir bütöv kimi maliyyə bazarını tənzimləyən normativ akt yoxdur.
          Qiymətli kağızlar üzrə Dövlət Komitəsi böhrandan sonrakı iqtisadiyyatın maliyyə vəsaitlərinə ehtiyacı olacağını nəzərə alaraq     (01.08.09 tarixdən Azərbaycan üzrə) listinqi alternativ maliyyələşmə yolu kimi qəbul edilmişdir.
          Qəbul edilmiş qaydalara görə listinqin 2 səviyyəsi müəyyən olunmüşdur. Birinci səviyyəli kotirovka vərəqəsi, ikinci səviyyəli kotirovka vərəqəsi. Birinci səviyyəli kotirovka vərəqəsinə ən azı 3 illik fəaliyyət tarixi olan, son 3 ildə iflas proseduru ilə üzləşməmiş yerli və xarici ASC-ləri və QSC-ləri daxil ola bilərlər. Həmçinin bu səviyyəyə daxil slmaq istəyən şirkətin minimum 5 mln. manat kapitalı,son 3 ilin hər biri üzrə xalis mənfəəti, mühasibat hesabatlarının beynəlxalq standartlarının və beynəlxalq auditin tətbiqinə 3 il bundan əvvəl başlamış olmalıdır. Müstəqil direktorun mövcudluğu, dayanıqlı menecment, şəffaflıq ,daxili audit komitəsinin olması, qiymətli kağızların reyestrinin peşəkar reyestrsaxlayıcı tərəfindən aparılması və s. əsas tələblərdəndir.
             İkinci səviyyəli kotirovka vərəqəsinə bir il fəaliyyət tarixi olan,kənar auditdən keçən və məlumatların açıqlaya biləcək yerli ASC, QSC vəMMC-lər daxil ola bilərlər.
             Listinq- şirkətin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqəsinə daxil edilməsi və birjada  ticarətə buraxılması prosedurudur. Şirkət listinqə səhmləri və istiqrazları ilə daxil ola bilər. Listinqin əsas üstünlüyü daha ucuz və iri həcmli vəsaitə çıxışdır. Əgər kredit faizinin dərəcəsini kredit riski, zaman premiumu, depozit faizi, bank marjası və xidmət xərcləri formalaşdırırsa, istiqraz faizi daha az kredit riski, zaman premiumu və bazara çıxış xərcləri əsasında əmələ gəlir. Nəticədə də kreditin faiz dərəcəsi 25-26 faiz olduğu halda istiqraz faizi 15-16 faiz olur.
4. Maliyyə bazarının əsas vasitəçiləri
            Maliyyə sistemi vasitəsilə həyata keçirilən maliyyə resurslarının səfərbər edilməsi və yerləşdirilməsi maliyyə bazarının mövcudluğu və maliyyə institutlarının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Əgər maliyyə institutlarının məqsədi vəsaitlərin mülkiyyətçilərdən borcalanlara daha effektli yerləşdirilməsini təmin etməkdən ibarətdirsə, maliyyə bazarının vəzifəsi maliyyə aktivləri və öhdəliklərini maliyyə resurslarının alıcıları və satıcıları arasında ticarətini təşkil edilməsindən ibarətdir.
            Maliyyə bazarında həmişə müvafiq mütəxəssislər, hər şeydən əvvəl isə brokerlər iştirak edirlər ki, onlar da satıcıları və maraqlı alıcıları görüşdürürlər. Brokerlər qiymətli kağızları nə alır, nə də satırlar. Brokerlər yalnız öz müştərilərinin müəyyən əməliyyatlarının onlara sərfəli (əlverişli) qiymətlərlə həyata keçirilməsi sifarişlərini yerinə yetirirlər.
            Birbaşa borclanmada bazarın iştirakçısı brokerlərlə yanaşı dilerlər və investisiya bankları çıxış edirlər. Dilerlər öz adından öz hesabına onların fikrincə kotirovkasının (qiymətinin, məzənnəsinin) yüksəlməsi gözlənilən müəyyən qiymətə alır və satır. Dilerin gəliri tələb qiyməti ilə təklif qiyməti arasında fərq kimi müəyyən edilir ki, buna həm də spred deyilir. Şübhəsiz ki, dilerin mənfəəti hər şeydən əvvəl qiymətli kağızların dəyərinin artması və əlbəttə qiymətli kağızların alınması, saxlanılması və satılması ilə əlaqədar xərclərdən asılıdır.
            İnvestisiya bankları maliyyə öhdəliklərinin ilkin yerləşdirilməsini həyata keçirməyə kömək edir. Onlar diler və broker rolunda çıxış edərək müəyyən edilmiş qiymətlər üzrə zəmanətli yerləşdirmək yolu ilə satıcıların emissiya riskini aşağı salır. İnvestisiya bankları digər funksiya da yerinə yetirir və xidmətlər də göstərirlər. Xüsusən, qiymətli kağızların buraxılması və yerləşdirilməsinin bütün aspektləri üzrə emitentlərə məsləhət verilməsini həyata keçirir, emissiyanın layihəsinin tərtibində, bazara çıxmağın müddətinin seçilməsində və s. kömək göstərir.
            Birbaşa borclanma bazarının fəaliyyəti bir sıra çətinliklərlə bağlıdır. O, hər şeydən əvvəl satışın iri topdansatış xarakterdə olması ilə şərtləşir ki, bu da nəticədə mümkün alıcıların dairəsini daraldır. Ona görə də pul vəsaitinin büdcəsi profist olan subyektlərdən büdcəsi defist olan subyektə hərəkəti çox hallarda vasitəli xarakter daşıyır.
            Vasitəli maliyyələşdirmə - maliyyə vasitəçilərinin (maliyyə institutlarının) mövcudluğunu nəzərdə tutur ki, onlarda müxtəlif iqtisadi subyektlərin azad pul vəsaitlərini səfərbər edir və onları öz adından müəyyən şərtlərlə bu vəsaitləri ehtiyacı olan digər subyektlərə verirlər. Maliyyə vasitəçiləri pul vəsaitlərinə ehtiyacı olan iqtisadi subyektlərdən onların birbaşa öhdəliklərini alır və onları digər xarakterli (ödəmə müddətləri, faiz ödənişi və s.) başqa öhdəliklərə çevirərək pul vəsaiti mövcud olan iqtisadi subyektlərə satır.
            Vasitəçilik borclanma bazarları pərakəndə satış bazarına aid edilir. Bu bazarlarda əsasən maliyyə vasitəçisi kimi – kredit təşkilatları – kommersiya bankları qarşılıqlı əmanət bankları, kredit ittifaqları, maliyyə institutları, sığorta, faktorinq və lizinq kompaniyaları, qeyri-dövlət pensiya fondları, investisiya fondları, maliyyə kompaniyaları çıxış edir.
 
Mövzu 5: Dövlət büdcəsi
P L A N
1.Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları;
2.Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi;
3.Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi;
4.Büdcə təsnifatı; 5.Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu;
6.Büdcə xərcləri və onların təsnifatı; 7.Büdcə kəsri və onun maliyyələşdirilməsi;
8.Yerli büdcələr; 9.Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi;
10.Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu.
 
1. Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları
Dövlətlə müxtəlif təşkilatlar, müəssisələr, idarələr və əhali arasında müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə münasibətləri adlanır. Maliyyə münasibətlərinin tərkib hissəsi kimi bu münasibətlərin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, onlar bölgü prosesində meydana gəlir və ümumdövlət tələbatının ödənilməsi üçün müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun formalaşması və istifadəsi ilə əlaqədardır.
Tarixən “budget” məhvumu ingilis mənşəli söz olub çanta, torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi formalaşmış və xəzinə mənasını verir.
Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi-maliyyə bazasına malik olmalıdır. Dövlətin əlində hər il bütün cəmiyyət səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi, vətəndaşların sosial-mədəni tələblərinin təmin edilməsi, müdafiə və dövlətidarəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir.
Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi əsasında əməlkə gələn pul münasibətlərinin məcmusu dövlət büdcəsi anlayışını təşkil edir.
Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Büdcə - əsas maliyyə kateqoriyalarının (vergilərin, dövlət kreditinin, dövlət xərclərinin) fəaliyyətinin vəhdətidir, yəni büdcə vasitəsilə resursların daim səfərbər edilməsi və onların xərclənməsi həyata keçirilir.
Dövlət büdcəsi iqtisadi kateqoriya kimi bölgü (yenidənbölgü) və nəzarət funksiyalarını yerinə yetirir. Bölgü funksiyasının sayəsində pul vəsaitlərinin dövlətin əlində təmərküzləşməsi və onların ümumdövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadəsi baş verir. Nəzarət funksiyası vasitəsilə maliyyə resurslarının dövlətin sərəncamına nə dərəcədə öz vaxtında və tam daxil olmasını, büdcə vəsaitlərinin bölgüsündə faktiki olaraq proporsiyaların necə formalaşdığını, onların səmərəli istifadə olunmasını müəyyən etmək mümkün olur.
Büdcə vasitəsilə məhsuldar qüvvələrin daha səmərəli yerləşdirilməsi, AR-ın ərazisində iqtisadiyyatın və mədəniyyətin yüksəldilməsi tələbləri nəzərə alınmaqla maliyyə resurslarının sahələrarası və ərazi üzrə yenidən bölgüsü həyata keçirilir.
2. Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi
Büdcə quruculuğu – ölkənin büdcə sisteminin təşkili prinsiplərinin, onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin qarşılıqlı əlaqəsi və fəaliyyətinin hüquqi-təşkilatı əsaslarının məcmusunu büdcə vəsaitlərinin yaradılması və istifadəsi qaydalarını müəyyən edir. Büdcə quruculuğunun tərkib hissəsi büdcə sistemidir. Adətən büdcə sistemi dedikdə, iqtisadi münasibətlərə və mövcud dövlət quruluşuna əsaslanan, hüquq normaları ilə tənzimlənən müxtəlif səviyyəli büdcələrin və büdcədənkənar fondların məcmusu başa düşülür. Büdcə sistemi – dövlətin maliyyə sisteminin başlıca həlqəsidir.
Büdcə sisteminin strukturu ölkənin dövlət və inzibati quruluşunun formalaşması ilə, burada fəaliyyət göstərən əsas qanunvericilik aktları ilə, büdcənin ictimai təkrar istehsalda və sosial prosesdə rolu ilə müəyyən edilir. Hakimiyyətin inzibati-ərazi qurumları arasında bölgüsündən asılı olaraq bütün dövlətlər unitar, federativ və konfederativ dövlətlərə bölünür.
Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heçbir xələl gətirmir.
Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya subyektlərinin birliyinin nəticəsidir.
Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər.
Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.
Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) - federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə   müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul dövriyyəsi mövcud deyil.
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri məxsusdur.

Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.
Büdcə sistemi aşağıdakı proseslərdə müxtəlif subyektlər arasında yaranmış münasibətləri ifadə edir:
a) bütün səviyyəli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin formalaşması və xərclərin həyata keçirilməsi, dövlət və bələdiyyə borclanmasının həyata keçirilməsi, dövlət və bələdiyyə borclarının tənzimlənməsi;
b) büdcə layihələrinin tərtibi, müzakirəsi, təsdiqi, icrası və icrasına nəzarət.
Azərbaycan Respublikasının büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr təşkil edir. 2005-ci ildə yerli büdcələr 66 rayon, 69 şəhər, 13 şəhər rayonları, 2660 bələdiyyə büdcələrini əhatə etmişdir. Bu büdcələr arasında münasibətlər, onların formalaşması, prinsipləri, tərtibi, təsdiqi, icrası və icrasına nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Azərbaycan Respublikasının büdcə quruculuğunun əsasını ölkənin Konstitusiyası və unitar respublika kimi dövlət quruluşu ilə müəyyən edilir.
Azərbaycan Respublikasının büdcə sistemi vahidlik, tamlıq, reallıq, aşkarlıq və dövlət büdcə sisteminə daxil olan bütün büdcələrin müstəqilliyi, büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü, büdcənin balanslaşdırılması, büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, büdcə xərclərinin ödənilməsinin ümumiliyi və məqsədli xarakter daşıması prinsiplərinə əsaslanır.
Büdcə sisteminin vahidliyi büdcənin formalaşmasının vahid hüquqi bazası ilə, vahid büdcə təsnifatı və büdcə sənədləri formasından istifadə etməklə, büdcə prosesinin razılaşdırılmış prinsipləri ilə, vahid sosial-iqtisadi və vergi siyasəti ilə təmin edilir.
Tamlıq prinsipi o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir və xərclər onların həcmində tam əks olunmalıdır.
Reallıq – büdcə göstəricilərinin həqiqiliyini göstərir.
Aşkarlıq prinsipi – təsdiq edilmiş büdcələri və onların icrası haqqında hesabatı və Azərbaycan Respublikasının Prezidentinin göndərişini kütləvi informasiya vasitələrində dərc etdirilməsini tələb edir.
Büdcənin müstəqilliyi – gəlirlərin xüsusi mənbələrinin və onların istifadə edilməsi istiqamətlərinin müəyyən edilməsi hüququ ilə təmin edilir. Gəlirlərin xüsusi mənbələrinə hər bir büdcə səviyyəsi üçün qanunla gəlir mənbəyinin təhkim edilməsi, tənzimləyici gəlirdən ayırma, Azərbaycan Respublikasının subyektləri və yerli özünüidarəetmə səlahiyyətli orqanları tərəfindən müstəqil olaraq müəyyən edilən əlavə mənbələr aiddir.
Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü – mərkəzi icra və yerli idarəetmə orqanlarına müvafiq gəlir növləri və xərclərin həyata keçirilməsi üçün səlahiyyətlərin (tam və qismən) verilməsidir.
Büdcənin balanslaşdırılması – hər bir büdcə balanslaşdırılmalıdır, yəni büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsrinin maliyyələşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır.
Büdcə xərclərinin ödənilməsinin ümumiliyi – büdcənin bütün xərclərinin ümumi gəlirdən maliyyələşdirilməsi deməkdir.
Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri – büdcə vəsaitləri konkret məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərəncamçılarına verilir.
Dövlət büdcəsinin tərtibi, müzakirəsi və icrası zamanı bu prinsiplərə ciddi əməl edilməsi zəruridir.
Dövlət büdcəsinin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi məqsədli büdcə fondları yaradılır. Bu fondlar müstəqil mədaxil mənbələrinə malikdir.
Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalı və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bu fondların hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil edilir. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir. İlin sonunda fondların hesablarında qalan istifadə vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır. Buna misal olaraq Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunu göstərmək olar.
Yerli (bələdiyyə) büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərə bölünür. Xüsusi gəlirlər müvafiq büdcələrin vergi gəlirlərindən və vergi olmayan gəlirlərindən ibarətdir. Tənzimləyici gəlirlər isə dövlət vergilərindən ayırmalar, məqsədli büdcə fondlarından vəsaitlər, yuxarı büdcələrdən dotasiya, subsidya və subvensiya, qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxilolmalar, rüsum, yığım, ödənişlər və haqlardan ibarətdir.
3. Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi
Büdcə quruculuğunda ən mürəkkəb problem mərkəz ilə yerlərin qarşılıqlı büdcə münasibətləridir. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli büdcələr büdcələrarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədir.
Hər bir büdcənin xərclərinin təmin olunması üçün müvafiq gəlirləri olmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən büdcələrin gəlir hissəsi xüsusi və tənzimləyici vergi gəlirlərindən, dotasiya və subvensiyadan, kredit resurslarından ibarətdir.
Büdcələrin xüsusi gəlirlərinə aşağıdakı qeyri-vergi gəlirləri aiddir:
- dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər;
- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidərəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki hüquqi, inzibati və cinayət məsuliyyəti, o cümlədən cərimələr, müsadirələr, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər, həmçinin bütün səviyyələrdə olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və icbari qaydada götürülən məbləğlər;
- Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;
- digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.
Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmdə müvafiq büdcəyə köçürülür.
Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər büdcənin gəlirlərinə daxil olur.
Büdcə gəlirlərinə həmçinin qarşılıqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr aid edilə bilər.
Tənzimləyici gəlirlər – büdcə sisteminin yuxarı həlqəsindən aşağı büdcələrə təhkim edilmiş gəlirlərdən əlavə onun xərclərinin örtmək üçün verilən vəsaitdir. Tənzimləyici gəlirlər müvafiq büdcələrə yuxarı büdcələr təsdiq edilərkən müəyyən edilmiş faiz ayırmaları əsasında köçürülür.
Büdcələrin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir. Transfertlər dövlət büdcəsindən bölgələrin maliyyə problemini həyata keçirmək üçün xüsusi fondlardan ayrılan vəsaitlərdir.
Beləliklə, hazırda Azərbaycan Respublikasının Dövlət büdcəsi və yerli büdcələrin vergi gəlirlərinin əsas hissəsi tənzimləyici gəlirlər hesabına formalaşır.
Aşağı büdcələrin tarazlaşdırılması üçün dotasiya, subvensiya və subsidyalardan geniş istifadə edilir.
Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
Subsidya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
Bütün səviyyəli büdcələrin xərcləri cari və əsaslı xərclərə bölünür. Cari xərclər dövlət hakimiyyət orqanlarının cari fəaliyyətini, aşağı səviyyəli büdcələrə yardım edilməsini təmin edir. Cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlər, subsidyalar və cari köçürmələr daxildir. Əsaslı xərclərə investisiya və innovasiya fəaliyyətinə təxsisatlar və geniş təkrara istehsalla bağlı digər xərclər daxildir.
Bütün səviyyəli büdcələr tarazlaşdırılmalıdır. Büdcə kəsirli olduqda ilk növbədə cari xərclər maliyyələşdirilməlidir.
Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin son həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş son həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş verərsə, qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu tətbiq edilir.
Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit resurslarından, büdcə ssudalarından istifadə edilməsi, dövlət və bələdiyyə əmlakının satışından daxilolmalar hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının icmal büdcəsi – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının, büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində icmalıdır.
2005-ci ilin aprelin 5-də ölkə Parlamenti Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanuna dəyişiliklər və əlavələr haqqında qanun qəbul etdi. Qanuna görə, dövlət büdcəsinin tərkibində Prezidentin Ehtiyat Fondu yaradıldı. Beləliklə, hazırda dövlət büdcəsində iki ehtiyat fondu mövcuddur: Ehtiyat Fondu (5%) və Prezidentin Ehtiyat Fondu (2%).
4. Büdcə təsnifatı
Büdcə quruculuğunun mühüm tərkib hissələrindən biri də büdcə təsnifatıdır. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının müqayisəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı tətbiq edilir.
Büdcə təsnifatı – büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi təşkilati (inzibati) və s. prinsiplər əsasında tərtib olunmuş vahid təsnifatdan ibarətdir.
Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılması ilə müəyyən edilir və onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur.
 Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan ən mühüm vəzifədir.
Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi şəraitində təsnifat bütün büdcə növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.
Hazırda fəaliyyətdə olan Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı strukturuna aşağıdakılar daxildir:
1.      Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı;
2.      Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı;
3.      Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı;
4.      Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilati) təsnifatı.
Azərbaycan Respublikası büdcə gəlirlərinin təsnifatı – büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qruplaşmasıdır və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsaslanır. Gəlirlər bölməsi onların mənbələri və alınması üsuluna görə konkret gəlir növlərini birləşdirən gəlir maddələrindən ibarətdir.
Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan asılı olaraq büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən : bölmə, yarımbölmə, maddə və yarımmaddədən ibarətdir.
Azərbaycan Respublikasının büdcə xərclərinin təsnifatı büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir və dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə yönəldilən büdcə vəsaitlərini, o cümlədən Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ hüquqi aktların həyata keçirilməsinin maliyyələşdirilməsini, hakimiyyətin digər səviyyələrinə verilən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsini özündə əks etdirir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə tutulmaqla birinci rəqəm bölməni, ikinci rəqəm köməkçi bölməni, üçüncü rəqəm isə paraqrafı göstərir.
Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı iqtisadi məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasıdır.
Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilatlar üzrə) təsnifatı dövlət büdcəsindən birbaşa büdcə vəsaitlərinin baş sərəncamçıları üzrə bölüşdürülməsini əks etdirən xərclərin qruplaşdırılmasıdır.
Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının büdcələrinin təsnifatı ayrıca qruplaşdırılır, müvafiq büdcələrin xərclərindən alıcılar müəyyən edilir və büdcə vəsaitlərinin bölüşdürülməsi birbaşa həyata keçirilir.
5. Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu
Büdcənin gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir.
Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə müəssisə, təşkilat və əhali arasında əmələ gələn iqtisadi münasibətləri ifadə edir.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsinin gəlirləri 4 qrupa ayrılır: vergilərdən daxilolmaları, qeyri-vergi gəlirləri, əsaslı ödənişlər və əvəzsiz alınan vəsaitlər (transfertlər).
Azərbaycan Respublikasında dövlət büdcəsinin əsas gəlirlərini vergi və rüsumlar təşkil edir.
 Vergilərin mahiyyəti və funksiyaları haqqında qısa məlumat vermək...
Gömrük rüsumları – Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Respublikanın gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlərdir.
Gömrük rüsumları üç əsas funksiya yerinə yetirir:
1. Fiskal funksiya. Dövlət büdcəsinin gəlirlərini təmin etmək (bu həm idxal, həm də ixrac rüsumlarına aiddir);
2. Proteksionist (müdafiə) funksiyası. Yerli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qorumaq (idxal rüsumu üçün xarakterikdir) ;
3. Balanslaşdırma funksiyası. Daxili qiyməti bu və ya digər səbəb üzündən dünya qiymətlərindən aşağı olan malların arzuolunmaz ixracının qarşısının alınması üçün tətbiq edilir (ixrac rüsumuna aiddir).
Gömrük rüsumlarını müxtəlif əlamətlərinə görə təsnifləşdirmək olar:                                                                                                                  
-  cəlbetmə xarakterinə görə: a) idxal rüsumları; b) ixrac rüsumları; c) tranzit gömrük rüsumları (mövcud ölkənin ərazisində tranzit qaydasında malların keçirilməsinə qoyulur);
- tətbiq edilmə xüsusiyyətlərinə görə: xüsusi növ rüsumlar tətbiq edilir ki, buraya: a) antidempinq; b) xüsusi rüsumlar; c) kompensasiya rüsumları;
- fəaliyyət müddətinə görə: a) müvəqqəti rüsumlar; b) mövsümi rüsumlar.
            Xarici malların daxili bazara daxil olması nəticəsində gömrük orqanları tərəfindən idxal gömrük rüsumları alınır. İdxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.
            İxracın inkişafına şərait yaratmaq məqsədilə ixrac gömrük rüsumları məhdud mal qruplarına tətbiq edilir. Bir qayda olaraq, ixrac rüsumları incəsənət əsərlərinin və ya qədim əşyaların ölkədən aparılması zamanı geniş tətbiq olunur.
            İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.
            Tranzit gömrük rüsumları gömrük tarifi əsasında ölkədən malların keçirilməsi zamanı tətbiq olunur.
            Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq edilir:
            - mallar Azərbaycan Respublikası ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək həcmdə gətirildiyi hallarda müdafiə tədbiri kimi;
            - digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrıseçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.
            Antidempinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
            Kompensasiya rüsumları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinin genişləndirilməsinə maneçilik törətdikdə tətbiq edilir.
            Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunmur. Mövsümi rüsumların qüvvədə olduğu müddət ildə 6 aydan çox ola bilməz.
            Bir qayda olaraq gömrük rüsumunun həcmi malın gömrük dəyərindən və gömrük tarifindən asılıdır.
            Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərinə əsaslanan gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin malların gömrük qiymətləndirilməsi sisteminin tətbiq qaydası AR-nın Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
            Gömrük dəyəri mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən gömrük orqanına bəyan edilir.
            Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
            Gömrük tarifi gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Gömrük tarifi məhsulun kodunun qısa olaraq adını, gömrük rüsumu və rüsum dərəcələri ilə tətbiqi vahidini özündə əks etdirir.
            Gömrük vergisinə cəlbetmənin subyekti (vergi ödəyicisi) deklarant adlanır. O, əmtəənin sahibi, əmtəəni gətirən, gömrük brokeri ola bilər. Gömrük rüsumu tutulmasının obyekti gömrük dəyəri, gömrük sərhədindən keçirilən əmtəələrin miqdar və ya eyni vaxtda hər ikisi ola bilər.
            Azərbaycan Respublikasında gömrük rüsumunun dərəcəsini AR-nın hökuməti müəyyən edir.
            Gömrük rüsumları - əmtəələrin gömrük sərhədindən keçirilməsinə aid olan vergidir, gömrük yığımları malların müvafiq sənədləşdirilməsinə görə ödənilir. Onlar vergi deklarasiyasının qəbul edilməsinədək və ya birlikdə ödənilir.
            İnkişaf etmiş ölkələrdə gömrük rüsumlarının fiskal əhəmiyyəti getdikcə azalır. Belə ki, əgər XIX əsrin axırlarında ABŞ-da büdcəyə bütün daxilolmaların 50%-i idxal rüsumlarının hesabına ötürülürdüsə, hal-hazırda bu 1,5%-dən artıq deyildir.
            Birdəfəlik rüsum bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək üçün alınır. Birdəfəlik rüsumun ödəyiciləri malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdir.
            Dövlət rüsumları. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli qanuna əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.
            Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin qeyri-vergi gəlirlərinə mülkiyyətdən gəlirlər, mal və xidmətlərin satışından daxilolmalar, cərimə və sanksiyalar üzrə daxilolmalar və könüllü köçürmələr daxildir.
            Mülkiyyətdən gəlirlər – dövlətin mülkiyyəti ilə bağlı olan vergi olmayan gəlirlərdir. Bu gəlirlər faizlərdən, dividentlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, pul-şey lotereyaları üzrə daxilolmalardan və icarə haqqından ibarətdir.
            Mal və xidmətlərin satışından daxilolmalara dövlətə məxsus olan maddi və qeyri-maddi aktivlərin satışı və ya onların özəlləşdirilməsindən daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətindən daxilolmalar və inzibati tədiyyələr aiddir.
            Cərimə və sanksiyalar üzrə daxilolmalara cinayət və inzibati qaydada hüquq pozuntularına görə, torpaq qanunvericiliyinə uyğun olaraq tutulan cərimə və sanksiyalar aid edilir. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr, sanksiyalar və sair daxilolmalar bu qrupa daxildir. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə aid kateqoriyada öz əksini tapır.
            Könüllü köçürmələrə (qrantlardan başqa) beynəlxalq təşkilatlar və dövlət idarəetmə orqanları istisna olmaqla, digər hüquqi və fiziki şəxslər, müxtəlif qeyri-dövlət fondları və digər mənbələr tərəfindən bağışlanılmış və könüllü köçürülmüş vəsaitlər aid edilir.
            Büdcə gəlirləri xüsusi və tənzimləyici gəlirlərə ayrılır.
            Büdcələrin xüsusi gəlirləri – AR-nın qanunvericiliyilə müvafiq büdcələrə təhkim edilmiş gəlir növləridir. Büdcələrin xüsusi gəlirlərinə aiddir: (a) AR-nın qanunvericiliyi ilə müvafiq büdcələr və büdcədənkənar dövlət fondlarına təhkim edilmiş vergi gəlirləri; (b) qeyri-vergi gəlirləri; (c) əvəzsiz köçürmələr.
            Maliyyə yardımları müvafiq büdcələrin və büdcədənkənar dövlət fondlarının xüsusi gəlirlərinə daxil deyildir.
            Büdcələrin tənzimləyici gəlirlərinə - növbəti büdcə ilinə və habelə uzun müddətli əsaslarla (adətən 3 ildən az olmayan müddətə) muxtar respublika və yerli büdcələrə normativ ayırmalar (faizlə) müəyyən edilmiş dövlət vergiləri və digər ödənişlər aiddir. Ayırma normativləri qanunla müəyyən edilir.
6. Büdcə xərcləri və onların təsnifatı
 
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda deyildiyi kimi büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə  orqanlarının vəzifə və funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir.
            Büdcə xərcləri müəyyən əlamətlərinə görə təsnifləşdirilir.
            Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı kimi təsnifləşdirilir:
            - təkrar istehsal prosesində roluna görə - maddi istehsal sahəsinin maliyyələşdirilməsi və qeyri-istehsal sferasının saxlanması ilə əlaqədar olan xərclər;
            - funksional təyinatına görə - xalq təsərrüfatının, sosial-mədəni tədbirlərin, ölkənin müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, elmi-texniki tərəqqiyə kömək və dövlət borclarına xidmət üzrə xərclər. Bu xərclərin hər bir qrupu inzibati əlamətlərə görə bölünür.
            İqtisadi məzmunundan asılı olaraq büdcə xərcləri cari və əsaslı xərclərə bölünür.
            Büdcənin cari xərcləri. Büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil edir. Cari büdcə xərcləri dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə idarələrinin cari fəaliyyətini təmin etmək, habelə başqa büdcələrə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə dotasiya, subsidiya və subvensiya, qrantlar formasında yardım etmək və s. üçün nəzərdə tutulur. Cari xərclərə malların (işlərin və xidmətlərin) satın alınması, əmək haqqı, əmək haqqına üstəlik, Dövlət Sosial Müdafiə fonduna ayırmalar, daxili və xarici dövlət borcları üzrə ödənişlər və əsaslı xərclərə aid edilməyən digər büdcə xərcləri daxildir.
            Büdcənin əsaslı xərcləri – innovasiya və investisiya fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilir. Bu xərclərə aşağıdakılar daxildir:
            - investisiya proqramına əsasən fəaliyyətdə olan və ya yeni yaradılan strukturlara investisiya xərcləri;
            - hüquqi şəxslərə investisiya məqsədləri üçün büdcə krediti şəklində verilən vəsaitlər;
            - əsaslı (bərpa) təmir işləri və geniş təkrar istehsalla bağlı digər xərclər;
- Azərbaycan Respublikasının və bələdiyyə qurumlarının mülkiyyəti olan əmlakın yaradılması və inkişafı ilə əlaqədar xərclər;
            -  Azərbaycan Respublikası büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əsaslı xərclərə daxil olan digər xərclər.
            Azərbaycan Respublikasının dövlət büdcə sisteminin bütün həlqələrinin xərc hissəsində icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının ehtiyat fondu yaradılır. Dövlət büdcəsində ehtiyat fondunun həcmi növbəti büdcə ilinin gəlirlərinin 5%-dən artıq olmamalıdır.
            Ehtiyat fondunun vəsaiti büdcədə nəzərdə tutulmayan xərclərin maliyyələşdirməsinə və fövqəladə hallar üçün istifadə edilir. Ehtiyat fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən təsdiq edilir.
            Dövlət büdcəsində növbəti maliyyə ili üçün Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun yaradılması nəzərdə tutulur. Fondun həcmi təsdiq edilmiş dövlət büdcəsi xərclərinin 1%-dən artıq olmamalıdır.
            Büdcə xərclərinin funksional təsnifatının mühüm əhəmiyyəti vardır. Bu halda büdcə xərcləri aşağıdakı kimi təsnif edilir:
1. Ümumi dövlət xidməti xərcləri. 2. Müdafiə xərcləri. 3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərcləri. 4. Təhsil xərcləri.
5. Səhiyyə xərcləri. 6. Sosial müdafiə və sosial təminat xərcləri. 7. Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyət xərcləri. 8. Mənzil-kommunal təsərrüfatı xərcləri. 9. Kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı xərcləri.
10. Sənaye və tikinti xərcləri. 11. Nəqliyyat və rabitə xərcləri. 12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər. 13. Əsas bölməyə aid edilməyən xərclər. 14. Dövlət borcuna və öhdəliyinə xidmət edilməsi ilə bağlı xərclər. Xərclərin ərazi üzrə təsnifləşdirilməsi Azərbaycan Respublikasında dövlət idarəetmə səviyyəsinə uyğun olaraq büdcə xərcləri – dövlət büdcəsi xərclərinə, NMR-sı büdcə xərclərinə və yerli büdcə xərclərinə bölünür.
Büdcə xərcləri büdcədən maliyyələşdirmə vasitəsilə həyata keçirilir.
Büdcə maliyyələşdirməsi müəyyən prinsiplərə əsaslanır.
Büdcə maliyyələşdirməsi prinsipləri- büdcə maliyyələşdirilməsinin səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Bu prinsiplərə ağaşıdakılar aiddir:
1) minimum məsrəflərlə maksimum səmərə əldə etmək;
2) büdcə vəsaitinin istifadəsinin məqsədli xarakteri;
3) büdcədən əvvəl buraxılmış təxsisatın istifadəsini nəzərə almaqla istehsal və digər göstəricilərin yerinə yetirilməsi müqabilində verilməsi; 4)büdcə vəsaitinin qaytarılmamazlığı;
5) büdcə təxsisatının ödənişsiz olması;
Büdcədən maliyyələşdirmənin forma və metodları.Büdcə təxsisatı təcrübəsində büdcə maliyyələşdirilməsinin iki metodundan istifadə edilir:
∆ “netto büdcə” sistemi üzrə maliyyələşdirmə. Pul vəsaitinin təqdim edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, büdcə təxsisatı təsdiq edilmiş büdcədə nəzərdə tutulmuş məsrəflərə ayrılır.
∆ “brutto büdcə”  sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə maliyyələşdirilməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda büdcə təxsisatı bütün xərclərə, yəni istər cari və istərsə də büdcə təşkilatının fəaliyyətinin genişləndirilməsilə əlaqədar məqsədlərə ayrılır.
Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir:
            ∆ büdcə idarələrinin saxlanması xərcləri;
∆ dövlət və bələdiyyə sazişləri üzrə fiziki və hüquqi şəxslərin istehsal etdikləri məhsulların, yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərclər;
∆ əhaliyə ödənişlər, yəni Azərbaycan Respublikasının və Naxçıvan MR - nın qanunvericiliyi və yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilən məcburi ödənişlərin verilməsi xərcləri;
∆ dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar əasasında büdcə xərclərinin artırılmasına və ya büdcə gəlirlərinin azalmasına gətirib çıxaran əlavə xərclərin kompensasiya edilməsi üçün təxsisatlar;
∆ hüquqi şəxslərə büdcə kreditləri (vergi kreditləri, vergilərin, ödənişlərin və digər öhdəliklərin ödənilməsi üzrə müddətin uzadılması və möhlət verilməsi də daxil olamaqla);
∆ fəaliyyətdə olan və yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar;
∆ Azərbaycan Respublikasının büdcə sisteminin müxtəlif səviyyəli büdcələrinə, büdcədənkənar dövlət fondlarına verilən büdcə ssudaları, subsidiyalar, dotasiyalar və subvensiyalar;
∆ xarici ölkələrə kreditlər;
∆ borc öhdəlikləri, o cümlədən dövlət borclarının ödənilməsi və onlara xidmət göstərilməsi ilə bağlı vəsaitlər.
Büdcə krediti- büdcə xərclərinin maliyyələşdirilməsiforması olub, hüquqi şəxslərə qaytarılmaq və haqqı ödənilmək şərti ilə verilən büdcə vəsaitidir.
Əhaliyə transfertlər - əhaliyə zəruri ödənişlərin: pensiya , təqaüd, müavinət, kompensasiya və AR-nın qanunvericiliyi və onun subyektlərinin, yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilmiş digər sosial ödənişlər üçün verilən büdcə vəsaitidir.
Büdcə ssudaları - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslər, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyəm müddətə verilən maliyyə vəsaiti;
Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti;
Qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı;
Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;
Subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;
Məqsədli büdcə fondları - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti.  
7. Büdcə kəsri və onun maliyyələşdirilməsi
Büdcənin icrası onun xərclərinin gəlirlər hesabına tam ödənilməsini nəzərdə tutur. Büdcə gəlirlərinin onun xərclərdən artıq olması büdcə profisiti adlanır. Büdcə qanunvericiliyinə əsasən bütün səviyyəli büdcələr profisitsiz tərtib edilməlidir. Əgər büdcənin tərtibi və təsdiqi prosesində gəlirlərin xərclərdən artıqlığı aşkar edilərsə, büdcə təsdiq olunanadək profisitin aşağıdakı ardıcıllıqla ixtisar edilməsi həyata keçirilməlidir:
1) dövlət və bələdiyyə mülkiyyətinin satışından gəlirlərin cəlb edilməsi ixtisar ediməli;
            2) dövlət ehtiyatlarının  satışından gəlirlərin cəlb edilməsi ixtisar ediməli;
            3) büdcə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməsinə yönəldilməsinə yenidən baxılmalı;
            4) büdcənin xərclərini, o cümlədən gəlirlərin bir hissəsini digər səviyyəli büdcələrə verilməsi hesabına artırılmalı.
            Əgər bu tədbirləri hansısa səbəb üzündən həyata keçirmək məqsədəuyğun deyilsə, vergi qanunvericiliyində dəyişiklik və əlavələr etməklə büdcənin vergi gəlirlərini azaltmaq lazımdır.
            Daha mürəkkəb vəziyyət və iqtisadi təcrübədə daha tez-tez rast gəlinən problem – büdcənin defisitliyidir, yəni büdcənin xərclərinin onun gəlirlərindən artıq olmasıdır. Bütün vergi və qeyri-vergi gəlirlərinin xeyli artmasına baxmayaraq Azərbaycan Respublikasının dövlət büdcəsi 1991-2005-ci illərdə kəsrlə icra edilmişdir. Büdcə kəsrinin aradan qaldırılması perspektivi vardırsa və o, ÜDM-un 3%-dən artıq deyilsə, onda ona müvəqqəti hal kimi baxılır. Əgər büdcə kəsiri büdcə gəlirlərinin 10%-dək təşkil edirsə, bu yol verilən kəsir hesab edilir. Lakin o, gəlirlərin 20%-dən çoxdursa, onda bu kritik hal kimi qiymətləndirilir.
            Büdcə kəsrinin həcminə nəzarət etmək məqsədilə onun həddi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanununda göstərildiyi kimi yerli büdcələrin cari xərcləri müvafiq büdcənin gəlirlərinin həcmindən, Dövlət büdcəsinin kəsrinin həcmi isə büdcə investisiyasının və Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin həcmindən çox olmamalıdır.
            Yerli büdcənin kəsirinin həcmi digər səviyyəli büdcələrdən yardımı nəzərə almadan onun gəlirlərinin həcminin 3%-dən artıq olmamalıdır.
Dövlət büdcəsinin kəsiri ölkənin makroiqtisadi inkişaf durumunu, o cümlədən dövlət maliyyə sistemini və dövlət büdcəsinin vəziyyətini xarakterizə edən başlıca göstəricilərindən biridir.
            “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa görə dövlət büdcəsinin kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir.
            Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olmalar yalnız investisiya xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər və bələdiyyə borclarına xidmət edilməsi və ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilə bilməz.
             Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələri qanunvericilik orqanı tərəfindən cəlb edilmiş vəsaitlərin əsas növləri üzrə büdcə haqqında qanunda təsdiq edilir. Büdcə kəsirinin maliyyələşdirilməsi dövlət krediti və digər mənbələr hesabına həyata keçirilir.
            İnflyasiyaya şərait yaratdığı üçün Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində pulun emissiyasından istifadə edilməsi nəzərdə tutulmamışdı.
            Yerli büdcələrin kəsirinin maliyyələşdirilməsinin daxili mənbəyi aşağıdakı formalarda ola bilər: a) bələdiyyə qurumları tərəfindən buraxılan istiqrazlar; b) kredit təşkilatlarından alınmış kreditlər.
            Hər bir büdcə səviyyəsində qanunvericiliklə büdcə kəsirinin maliyyələşdirilməsinin öz mənbələri müəyyən edilir. Dünya təcrübəsində dövlət büdcəsinin kəsiri aşağıdakı daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Daxili mənbələr – daxili və ya xarici maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər, ölkənin mərkəzi bankı tərəfindən verilən birbaşa kreditlər və s. aiddir. Xarici mənbələr – birbaşa xarici kreditlər, xüsusilə beynəlxalq maliyyə institutlarının birbaşa kreditləri daxildir.
8. Yerli büdcələr
Yerli büdcələr bələdiyyə qurumlarının, (inzibati rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin) büdcəsidir. Bələdiyyə qurumlarının büdcəsi onların pul vəsaitlərinin əmələ gəlməsi və istifadə edilməsi formasıdır. Bu konkret bələdiyyənin real məqsədlərini və onun qarşısında duran vəzifələri əks etdirən ciddi maliyyə sənədidir. Azərbaycan Respublikasında 2018 yerli büdcə (o cümlədən 66 rayon, 69 şəhər, 13 şəhər rayonları 235 qəsəbə və 1635 kənd büdcələri) vardır.
            “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (2 iyul 2002-ci il) əsasən yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Başqa sözlə bələdiyyə büdcəsi ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur. Həmin vəsaitlə bələdiyyələr yerli özünüidarəetmənin təmin edilməsi ilə əlaqədar olan vəzifə və funksiyaları həyata keçirir.
            Yerli büdcələr (bələdiyyə büdcələri) Azərbaycan Respublikasının büdcə sisteminin tərkib hissəsidir, lakin dövlət büdcəsinin tərkibinə daxil deyil, müstəqildir.
            Yerli büdcələrin iqtisadi və sosial inkişafda rolu aşağıdakılarla xarakterizə edilir:
            Birincisi, maliyyə resurslarının yerli büdcələrdə cəmlənməsi yerli hakimiyyət orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün maliyyə bazasına malik olmaq imkanı verir.
            İkincisi, yerli büdcələrin formalaşması bələdiyyələrə sosial-iqtisadi inkişafda və vəsaitlərin xərclənməsində tam maliyyə-təsərrüfat müstəqilliyi həyata keçirməyə imkan verir. Yerli büdcələr bələdiyyə hakimiyyəti orqanlarına təhsil, səhiyyə xidməti və mədəniyyət müəssisələrinin, mənzil fondunun və yol təsərrüfatının plana uyğun inkişafını təmin etməyə şərait yaradır.
            Üçüncüsü, yerli büdcələrin köməyilə rayonların iqtisadi və sosial inkişafının tarazlaşdırılması həyata keçirilir. Bu məqsədlə bələdiyyələr kənd, şəhər və rayonların abadlaşdırılması, yol təsərrüfatının inkişafı, tarixi-mədəni abidələrin bərpası üzrə regional proqramları həyata keçirir. Burada zəruri hallarda büdcələrarası münasibətlərdən istifadə edilir.
            Dördüncüsü, bələdiyyə orqanları sərəncamlarında olan maliyyə resursları hesabına qeyri-istehsal sahələrində (məktəb, xəstəxana və s.) bələdiyyə xidməti göstərilməsinə maliyyə məsrəfləri üzrə normativləri artıra və ya azalda bilər.
            Beşincisi, bələdiyyələr yerli büdcələr vasitəsilə əsaslı və cari məsrəflərin maliyyələşdirilməsinin optimal nisbətlərinə və əmək resurslarından səmərəli istifadə edilməsinin stimullaşdırılmasına, yəni yerli istehsal sahələrinin inkişafına təsir göstərir.
            Yerli büdcələrin formalaşması, təsdiqi və icrası yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.
            Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.
            Yerli büdcələrin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulmuş bələdiyyələr yerli büdcə layihəsini müvafiq sənədlər və məlumatlarla birlikdə may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına (AR-nın Maliyyə Nazirliyinə) təqdim etməlidir.
            Yerli büdcələrin yerinə yetirilməsinə bələdiyyələr nəzarət edir. Yerli büdcənin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün bələdiyyələr Dövlət Xəzinədarlığının ərazi (rayon) orqanları ilə müqavilələr bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı yarada bilər.
            Beləliklə, yerli büdcələrin formalaşmasını, təsdiqini və istifadə olunmasını, yerli büdcələrin icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirir.
            Yerli büdcələrin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonuna yerli büdcədə əmələ gəlmiş sərbəst vəsait qalıqlarına müstəqil sərəncam verirlər.
            Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılır.Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə, onlar bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin olunur. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.Yerli büdcələrin formalaşması və istifadəsi müstəqillik, dövlət maliyyə yardımı, maliyyə resurslarının formalaşması və istifadəsinin aşkarlığı prinsipinə əsaslanır.
            Azərbaycan Respublikasının ümumi büdcə sistemində yerli büdcələrin xüsusi çəkisi xarici dövlətlərlə müqayisədə xeyli aşağıdır.
            Belə ki, yerli özünüidarəetmə orqanlarının büdcə xərcləri məcmu büdcə xərclərinin ABŞ-da 22%-ə, Fransada 17%-ə, Böyük Britaniyada 22%-ə, Danimarkada 44%-ə, Norveçdə 31%-ə bərabər olduğu halda, Azərbaycan Respublikasında 19,3%-ni təşkil edir. (2006-cı il)
            Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişiklik apara bilərlər.
            Yerli büdcənin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ilinin sonunda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır.
            Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu büdcə kəsirinin son həddinin aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.
            Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.
            Yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.
            Yerli büdcələrin gəlirləri - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzsiz olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir.
            Yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:
            - yerli vergilər və digər ödənişlər (habelə həmin vergi və ödənişlərə görə hesablanmış faiz sanksiyaları), o cümlədən bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq;
            - bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən daxil olmalar;
            - yerli pul-şey lotoreyalarının keçirilməsindən, habelə dövlət və bələdiyyə qiymətli kağızlarından əldə olunan vəsait;
            - kurort, mehmanxana, avtomobil dayanacağı və s. əldə olunan gəlirlər;
            - bələdiyyə ərazisində reklamın yerləşdirilməsi və yayımından alınan haqq;
            - dövlət büdcəsindən verilən dotasiya, subvensiya, transfert ödənişləri, habelə dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantlar;
- mövcud qanuna və bələdiyyələrin qərarına uyğun olaraq yerli büdcələrə keçirilən cərimələr və sair daxilolmalar; - bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər.
            Yerli büdcələrin gəlirlərinin əsas hissəsi yerli vergilər hesabına formalaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlara uyğun olaraq yerli vergilərə aşağıdakılar aiddir: - fiziki şəxslərdən torpaq vergisi; - fiziki şəxslərdən əmlak vergisi; - yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; - bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi. Bələdiyyə vergilərinin tutulması və büdcəyə köçürülməsini bələdiyyə orqanları həyata keçirirlər.
            Vergi ödəyicilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyələrin qərarları əsasında bələdiyyə büdcələrinin imkanından asılı olaraq vergi ödəyicilərinə vergi dərəcələrinin aşağı salınması, ödənişin dayandırılması istiqamətində müəyyən güzəştlər edilə bilər.
            Yerli büdcələrə daxil olan vergi və ödənişlərin həcmi olduqca cüzidir və onlar yerli büdcələrin gəlirlərin ümumi məbləğinin 30-35%-dən çox deyildir.
            Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla, onların tətbiqi qaydaları isə bələdiyyələrin qərarı ilə müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur.
            Ölkənin əksər rayon və şəhərlərində yerli vergi və ödənişlər – yerli büdcələrin gəlirlərinin xüsusi mənbələri onların xərclərinin ötürülməsini təmin etmir. Bu da yerli özünüidarəetmə orqanlarının vəzifələrinin yerinə yetirilməsini çətinləşdirir və yerli büdcələrin gəlirlərinin tənzimlənməsini tələb edin.
            Yerli büdcələri balanslaşdırmaq məqsədi ilə qaytarılmamaq əsaslarla yuxarı büdcədən aşağı büdcəyə pul formasında birbaşa maliyyə yardımı göstərilir.
            Yerli büdcələrin xərcləri – yerli özünüidarənin vəzifə və funksiyalarının maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
            Yerli büdcələrin xərcləri yerli əhəmiyyətli məsələlərin həlli ilə, inzibati rayonların və şəhərlərin iqtisadiyyatının və sosial sferanın idarə edilməsi və inkişafı ilə əlaqədar xərclərin maliyyələşdirilməsini özündə əks etdirir.
            Yerli büdcələrin xərcləri aşağıdakı istiqamətlərə yönəldilir:
            - yerli özünüidarəetmə orqanlarının saxlanmasına; - bələdiyyə mülkiyyətinin formalaşması, inkişafı və saxlanılmasına; - qeyri-istehsal sahələrinin (təhsil, səhiyyə, mədəniyyət və kütləvi informasiya, bədən tərbiyəsi və bələdiyyə mülkiyyətində və ya yerli özünüidarənin tabeliyində olan digər idarələr) təşkili, saxlanılması və inkişafına; - ictimai qaydaların mühafizəsi üzrə bələdiyyə orqanlarının saxlanılmasına; - bələdiyyələrin mənzil-kommunal təsərrüfatının təşkil edilməsi, inkişafı və saxlanılmasına; - bələdiyyə yollarının tikintisinə və saxlanmasına;
- bələdiyyə ərazisində ətraf mühitin mühafizəsinə; - bələdiyyə borclarının ödənilməsinə;
- sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və yol təsərrüfatı sahələrinə və metropolitenə dövlət yardımına; - elektrik və istilik enerjisi, qaz, nəqliyyat, su və kanalizasiya təsərrüfatı sahələrinin itgiləri üzrə ödənişlərə; - mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsizliyinin qarşısının alınmasına; - yerli əhəmiyyətli məsələlərə aid edilən digər xərclərə.
            Büdcənin xərcləri iqtisadi cəhətdən aşağıdakı kimi qruplaşdırılır.
            1. Cari xərclər. Buraya aiddir: a) əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi; b) faizlər üzrə ödənişlər; c) subsidiyalar və cari ödənişlər (o cümlədən, əhaliyə pensiya, müavinət, təqaüd və yardımlar).
            2. Əsaslı xərclər. Buraya aiddir: a) əsas fondlara əsaslı vəsait qoyuluşu; b) bələdiyyə ehtiyatlarının yaradılması; c) torpaq və qeyri-maddi aktivlərin alınması; d) əsaslı ödənişlər (transfertlər).
            3. Kreditlərin verilməsi. Buraya bələdiyyənin fiziki və hüquqi şəxslərə (habelə bələdiyyə müəssisələrinə) verdiyi ssudalar aiddir.
9. Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi
            “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindənkənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözlə büdcədənkənar dövlət fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrindən kənar yaradılan, vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır. Həmin fondlar bir növ ayrı-ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. Ona görə də büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. Bu fondlar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət kəsb edir və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. Lakin, büdcədənkənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların dövlət büdcəsində birləşməsini istisna etmir.
            Büdcədənkənar fondlar – milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər üçün yenidən bölgüsü və istifadə edilməsinin bir fondudur. Bütövlükdə istər dövlət büdcəsinin və istərsə də büdcədənkənar fondların mənbəyini ÜDM, birinci növbədə milli gəlir təşkil edir. Lakin, konkret mənbə baxımından götürüldükdə büdcədənkənar fondlar xüsusi vergi və yığımlar, habelə dövlət büdcəsi, bəzi ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər.
            Büdcədənkənar fondlar mərkəzi və ya yerli hakimiyyət orqanlarının sərəncamında olur.
            Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi aşağıdakılardan ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə resurslarından daha səmərəli istifadə etmək və habelə sosial tədbirləri müfəvvəqiyyətlə həll etmək üçün zəruridir.
            Büdcədənkənar fondlar müxtəlif əlamətərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
            ∆ müddətinə görə: daimi və müvəqqəti;
            ∆ məqsədlərinə görə; sosial müdafiə, iqtisadi və digər;
            ∆ mənsubiyyətinə görə; mərkəzi dövlət və yerli fondlara bölünürlər.
            Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları iki qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır.
Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına aşağıdakılar daxildir:
            Dövlət Sosial Müdafiə Fondu; Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlillərin Sosial Müdafiə Fondu.
            Əlillərin Sosial Müdafiə Fondunun büdcəsi Dövlət büdcəsinin vəsaitləri mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların mənfəətindən 1% məcburi ayrılmalar, idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların ianələri, fondun sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər, xeyriyyə tədbirlərindən (auksionlar, konsertlər, olimpiadalar, marafon və s.) toplanan vəsaitlər hesabına formalaşırdı.
            Bundan başqa Respublikamızda ayrı-ayrı iqtisadi xarakterli bir neçə fond: Dövlət Yol Fondu; Sahibkarlığa Yardım Milli Fondu; Təbiət Mühafizə Fondu; Meşələrin qorunub Saxlanması və Təkrar İstehsalı Fondu yaradılmış və fəaliyyət göstərmişdir.
Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondudur.
 
10. Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu
 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə onunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bu fondun pul vəsaiti dövlət mülkiyyətindədir, digər fondların tərkibinə daxil deyildir və başqa məqsədlər üçün götürülə bilməz.
Fondun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində şöbələri fəaliyyət göstərir.
Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir.
Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara malik olan hüquqi şəxslərdir.
 Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
∆ məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;
∆ dövlət büdcəsindən ayırmalar;
∆ maliyyə sanksiyalarının və cərimələrinin tətbiqi nəticəsində daxil olan məbləğlər;
∆ sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsait;
∆ bank kreditləri;
∆ qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.
Fondun əsas gəlir mənbəyi məcburi dövlət sosial sığorta haqqlarından ibarətdir. Müvcud qanunvericiliyə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün dövlət idarə, müəssisə təşkilatlarından, kooperativ, firma, birgə müəssisə və s. – dən, dini təşkilatlardan, xaricdə olan diplomatik və s. nümayəndəliklərdən, Azərbaycana məxsus xaricdə olan müəssisə və ya filiallardan, səhmdar cəmiyyətlərindən, sığorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan və s. əməyin ödəniş fonduna hesablanan dərəcələrlə sosial sığorta haqqları tutulur. Başqa sözlə, məcburi dövlət sığorta haqqları əməyin ödənişinə və gəlirlərə faizlə hesablanıb tutulur. Əməyin ödənilməsinə və gəlirlərə bütün növ əmək haqqı, əmək haqqında əlavələr, mükafatlar, məzuniyyət haqqı, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəət və s. aiddir.
Məcburi dövlət sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətən faizlə müəyyən edilir və sığorta edilənin (olunanın) vəsaitləri hesabına ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun (18 fevral 1997-ci il, № 250-İQ) 14-cü maddəsinə əsasən seçkili orqanlar və bütün işəgötürənlər üçün hesablanmış əməyin ödəniş fondunun 22%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Hər ay üçün hesablanmış sığorta haqqı sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında sığortaçıya ödənilir. Mülkiyyətində olan kənd təsərrüfat torpaqlarından istifadə edən şəxslər torpağın hər hektarına görə sosial sığorta haqqları ödəyirlər və dərəcələr hər hektara görə torpağın münbitlik səviyyəsindən asılı olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmlak haqqının 1-6%-ni təşkil edir.
Ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edənlər hesablanmış əmək haqqının 20%-i miqdarında sosial sığorta haqqları ödəməlidirlər. Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar və mühasiblər üçün gəlirlərin 20%-i miqdarında sosial sığorta ödənilir. Müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün hesablanmış qonarar məbləğinin 15%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%-i miqdarında məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilirlər.
Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%-i səviyyəsində sosial sığorta ödənişinə cəlb edilirlər.
 
Mövzu 8. Pulun mahiyyəti və rolu
 
P L A N
 
1. Pulun yaranması və mahiyyəti.  2. Pulun növləri. 3. Pulun funksiyaları.                            4. Bazar iqtisadiyyatında pulun rolu. 5. Pul sistemi.                                                                      6. Azərbaycan pul sisteminin inkişaf tarixi.
 
 
Ə D Ə B İ Y Y A T
 
1. Reyhan Əsgərova. Pul, kredit və banklar, Bakı-2007.                        2. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.
 
 
1.Pulun yaranması və mahiyyəti.
 
Pul tarixi iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən doğan bir məhsuldur. Pul geniş diapazonu əhatə edən və maksimum likvidlik dərəcəsinə, daha dəqiq desək əmtəə və xidmətlərə çevrilməyə malikdir. Pulun tarixi inkişafı yolunda ən başlıca elmi açıqlama ondan ibarətdir ki, o kortəbii şəkildə meydana gəlmişdir. İlk pullar – hələ maldarlıq dövründə bu işlə məşğul olan maldarlar arasında meydana gəlmişdir. Çoban tayfalarının ayrılması mal-qara ilə mübadiləyə gətirib çıxardı. Mal-qara ilə pul funksiyasının qovuşması tarixdə iz buraxmışdır. Qədimdə “öküz” adını metaldan hazırlanmış pul daşıyırdı.      İkinci böyük ictimai əmək bölgüsü: - sənətin əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxardı. Pul şəklində müxtəlif metallar; əvvəlcə mis, tunc, qurğuşun və s., daha sonra isə mübadilənin getdikcə inkişafı, dünya bazarının yaranması ilə nəcib metallar olan qızıl və gümüş kəsilməyə başlandı. Onlar daha yüksək dəyərli, təbiətinə görə yekcins olmalarına, xarici mühitin təsirinə davamlı olmalarına görə ekvivalent rolunu oynamağa qadir idilər. Məhz bu mərhələdən sonra bütün əmtəə kütləsi iki qütbə ayrıldı. Bu qütblərin birində ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəə - pul, digərində isə çoxlu miqdarda bütün başqa əmtəələr durur.
Pulun növləri: meydana gəldiyi dövrdən tarixi təkamül yolu keçmiş pul  xeyli dəyişikliklərə məruz qalmış, təkmilləşmiş, özünün daha mükəmməl formasını tapmağa çalışmışdır və bu proses hələ də davam etməkdədir. Buna görə də bu illər ərzində pulun müxtəlif növləri meydana gəlmişdir.                                                                                                                                  Öz təkamülü dövründə pullar aşağıdakı mərhələlərdən keçmişlər:                               metal pullar – kağız pullar – kredit pullar – elektron pullar      Metal puldan hələ qədim zamanlarda, 26 əsr bundan əvvəl sikkələr şəklində Çində, qədim Lidiyada istifadə olunmağa başlamışdır. Sonralar XIX-XX əsrin əvvəllərində Rusiyada sikkələrdən olduqca geniş istifadə olunmağa başlanılmışdır. Bu dövrlərdə istifadə olunan qızıl və gümüş pulların üzərlərində göstərilən dəyərlər onların real dəyərləri ilə üst-üstə düşürdü. Getdikcə bazar münasibətlərinin artması və gündən-günə mükəmməlləşməsi, dövriyyədə əmtəə mübadiləsinin genişlənməsinə səbəb oldu ki, bu da öz növbəsində artıq qızıl və başqa qiymətli metal pulları sıxışdırmağa başladı. Belə ki, əmtəələrin artması və onların mübadiləsinin genişlənməsi qızıl pul istehsalı ilə üst-üstə düşmədi. Qızılın az olması, bu pulların tədavülə az buraxılması əmtəə tədavülündə onların vasitəçi rol oynaya bilməsinə mane oldu və qızıl pullar getdikcə kağız pullarla əvəz olunmağa başladılar.Kağız pullar tam qiymətli pulların nümayəndələridir.Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. Onun istehsalının müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, onlar dövlət tərəfindən özünün büdcə kəsirinin bağlanması üçün buraxılan pul nişanlarıdır. Kağız pulların emitenti dövlət orqanı olan xəzinədarlıqdır. Qeyri-sabitlik kağız pulların təbiətinə xas olan bir əlamətdir. Bu pullar dəfinə funksiyasını yerinə yetirməyə qadir deyillər. Elə buna görə də bu pullar daim pul dövriyyəsinin kanallarında ilişib qalır və onu doldurur və artaraq qiymətdən düşür ki, son nəticədə inflyasiyanın yaranmasına səbəb olur. Hazırda bu proseslərin qarşısının alınması hər bir dövlət tərəfindən mərkəzi banklara həvalə edilmişdir. Mərkəzi bank pul emissiyasının həddini müəyyən edir və onun tədavülə buraxılmasını öz üzərinə götürür. Beləliklə, mərkəzi bank pul emissiyasını həyata keçirir.       Əmtəə mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank kreditlərinə gündən-günə artan tələbat kredit pulların meydana gəlməsinə şərait yaratmış oldu. Kredit pullar öz inkişafında sonrakı mərhələlərdən keçmiş oldu: veksel, banknot, çek, elektron pullar və onların son növlərindən olan kredit kartları.        Veksel – qanunla müəyyən olunmuş qaydada tərtib edilmiş, üzərində göstərilən müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc öhdəliyidir. Vekselin əsas xüsusiyyətləri:            - mücərrədlik;            - yəqinlik; -tədavül qabiliyyətidir. (ötürücü veksellərə aiddir)Vekselin müxtəlif növləri mövcuddur. Bunlar əsasən sadə veksellər, ötürücü veksellər, xəzinə vekselləri, dostluq vekselləridir.Sadə veksellər – borclunun müəyyən məbləği göstərilən müddətdə ödəməsi haqda yazdığı və imza etdiyi borc sənədidir. Ötürücü veksellər – (tratta) əsasən xarici ticarət əlaqələrində istifadə olunan veksellərdir.Xəzinə veksellərindən söhbət gedərkən burada borclu tərəf kimi dövlət iştirak edir.Dostluq veksellərini ayrı-ayrı şəxslər bir-birlərinə, onları sonradan banka uçota təqdim etmək şərtilə yazırlar.Banknot kredit pulların inkişafının növbəti mərhələsi hesab olunur. Banknot tədavülü də əsasən veksel tədavülünün əsasında meydana gəlmişdir.     Banknot – bankın borc öhdəliyidir. Banknotun
vekseldən iki başlıca fərqi aşağıdakılardır:
- əvvəla, müddətinə görə, belə ki, veksel müddətli borc öhdəliyi olduğu halda, banknot müddətsiz borc öhdəliyidir.ju
-ikincisi, təminatına görə, belə ki, veksel tədavülə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən buraxılıb, individual zəmanətə malik olduğu halda, banknotlar tədavülə ölkənin  mərkəzi bankı tərəfindən buraxılıb dövlət zəmanətinə malik olurlar.                               Banknotlar – (bank biletləri) pul nişanı növü olub, mərkəzi bank tərəfindən tədavülə buraxılan qanuni ödəmə vasitəsidir.     Azərbaycanda 250, 500, 1000, 10000, 50000 manatlıq banknotlar tədavül edir. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi” (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il fərmanına əsasən ölkəmizdə 2006-cı il yanvar ayının 1-dən etibarən yeni pul nişanları dövriyyəyə buraxılmışdır. Denominasiya tədbirlərinin həyata keçirilməsi əskinaslarla bərabər tədavülə sikkələrin də buraxılmasını zəruri etdi. Denominasiyadan sonra 2006-cı ildən tədavülə 6 nominalda əskinas (1, 5, 10, 20, 50 və 100 manat), 6 nominalda sikkə (1, 3, 5, 10, 20, 50 qəpik) buraxılmışdır. Bu proseslər, yəni manatın yeni nominal strukturu nəğd ödəmələri maksimum sadələşdirmiş oldu. Çek – hesab sahibinin kredit təşkilatına, çeksaxlayana üzərində göstərilən məbləği ödəməsi barədə verdiyi əmri özündə tərənnüm edən, müəyyən olunmuş formada pul sənədidir. Başqa sözlə desək, çek faktiki olaraq ötürücü vekselin, hesab sahibinin kommersiya bankına yazdığı bir növü kimi ortaya çıxır. Çek qısamüddətli pul sənədi kimi qanuni hüquqa malik ödəmə vasitəsi hesab olunmur və pul emissiyasından fərqli olaraq, çeklərin tədavülə buraxılışı qanunla tənzimlənmir. O, bütövlükdə kommersiya tədavülünün tələblərinə uyğun müəyyənləşir.                                                            Çeklərin aşağıdakı növləri vardır:Adlı çeklər – bu çekin üzərində ad yazılır və bu çek digər şəxslərə verilə bilməz. Adsız çeklərin isə əksinə üzərlərində ad göstərilmir.                 Orderli çeklər – müəyyən bir şəxsin xeyrinə və yaxud onun əmrinə əsasən yazılır və çek sahibi çeki veksel indossomentinə oxşar yolla başqa birinə verə bilər. Hesablaşma çeki – nəğdsiz hesablaşma sferasında fəaliyyət göstərən çeklərdir. Aksept olunmuş çeklər üzrə bank müştəriləri cari hesablarında olan depozit hüdudunda çekləri akseptləşdirə bilər. Yəni bu çeklərin üzərlərində göstərilən məbləğ bank tərəfindən onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir.    Müasir bank sisteminin ən böyük nailiyyəti EHM-in tətbiqi ilə çeklərin elektron kredit kartları ilə əvəz olunması olmuşdur. Bu kartlar nəinki hesablaşmalarda nəğd pulları və çekləri əvəz etdi, həmçinin sahibinə bankdan qısamüddətli ssuda almaq hüququ da vermiş oldu.Elektron pullar real pulların modelləşmiş formasıdır. Emissiya təşkilatları – emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron analoqlarını buraxırlar. Sonra bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu pulların köməyilə alış-veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə hesablaşmalar apararaq öz borcunu geri alır.Beləliklə, satıcının hesabında pul artır, alıcının hesabında isə azalmış olur. Emissiya zamanı hər bir pul vahidi elektron möhürlə təsdiqlənir ki, bu da ödəmə zamanı onu buraxan struktur tərəfindən yoxlanılır.                                                                                                                                                Fiziki pulların əsas xüsusiyyətlərindən biri onların anonimliyidir, daha dəqiq desək, onların üzərində bu pulları kimin nə zaman istifadə etdiyi göstərilmir. Hazırda 4 cür kredit kartları mövcuddur. Onlardan ən çox istifadə edilənləri bankticarət kartlarıdır. Bu kartlar istifadəçi üçün çox sərfəlidir. Belə ki, daşınmada da istifadəçinin rahatlığı ön plana çəkilir. Lakin bunlarla yanaşı onların çatışmayan cəhətləri də mövcuddur. Diskin və ya smart-kartın korlanması elektron pulların geri qaytarılmaması ilə nəticələnə bilər.                                                                   Elektron pulların əsas fərqləndirici cəhətlərindən biri də mikroödəmələri yerinə yetirə bilmək qabiliyyətidir. (qəpiklərlə ödəmələr)    Elektron pulları həm bank, həm də qeyri-bank təşkilatları emissiya edə bilər. Lakin indiyə kimi hələ də müxtəlif növ elektron pulların konvertləşməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Buna görə də yalnız emitentlərin özləri buraxdıqları elektron pulların ödənilməsi ilə məşğul ola bilirlər.Plastik kartlar – ilk dəfə təxminən 40 il bundan əvvəl ABŞ-da yaranmış və dünyaya yayılmışdır. Bu kartlar ilk dəfə kredit kartları şəklində yayılmışdı. Müasir plastik kartları 2 hissəyə ayrılırlar:- Kredit kartları;  - Debet kartları. Kredit kartı vasitəsilə kart sahibi əməliyyat aparan zaman kart hesabında tələb olunan vəsait olmadıqda belə, ticarət və ya digər təşkilatlarla hesablaşmalar apara bilər.        Debet kartları isə müştərinin kart hesabında olan yalnız müsbət qalıq həddində əməliyyat aparmağa imkan verir.
3. Pulun funksiyaları.
Pulun dəyər ölçüsü funksiyası. Pul ümumi ekvivalent kimi bütün əmtəələrin dəyərini tərənnüm edir. Bütün əmtəələrin ictimai zəruri əməyin nəticəsi olduğunu nəzərə alsaq, özünün də dəyəri olan real pullar bütün başqa əmtəələrin dəyərinin ölçülməsi üçün etalon ola bilər. Onu da qeyd etmək lazımdır ki, digər əmtəələrin dəyərlərinin pulla ölçülməsi ideal şəkildə, daha dəqiq desək nəğd pulun özü olmadan baş verir. Pulun tədavül funksiyası. Tədavül və ya mübadilə vasitəsikimi pul cəmiyyəti barter mübadiləsinin narahatçılıqlarından qorumuş oldu. Pul gündəlik olaraq çox asan şəkildə mübadilə aləti kimi çıxış edir. Bu xüsusi ixtira istehsalçılara imkan yaratdı ki, onlar öz məhsullarını pulla əvəz edib bazardan istənilən digər malları ala bilsinlər. Pul əmtəələrlə mübadilə imkanı yaratmaqla cəmiyyətdə regional ixtisaslaşma və əməyin bölgüsü imkanını yaratmış oldu. Dəyər funksiyasından fərqli olaraq (dəyərin ölçülməsində pullar iştirak etmirlər) tədavül funksiyasında pullar real şəkildə iştirak etməlidirlər.Pulun tədiyyə funksiyası. Pulun bu funksiyası kredit münasibətlərinin inkişafı ilə bağlıdır. Pul tədiyyə vasitəsi kimi iki halda iştirak edir:                                                                                                                                         1. əmtəələrin kreditlə satışı zamanı. Bu isə əmtəələrin istehsalı və reallaşma şəraitlərinin üst-üstə düşmədiyindən, istehsalın və tədavülün uzlaşmaması, istehsalın mövsümi xarakterindən və s. şərtlərdən irəli gələ bilər.                                                                                                           2. fəhlə və qulluqçulara əmək haqlarının verilməsi zamanı.  Aydındır ki, pul tədiyyə funksiyasını yerinə yetirərkən özünün spesifik hərəkətinə malikdir. Belə ki, əgər pul tədavül funksiyasını yerinə yetirdiyi zaman mal və pulların bir-birləri ilə rastlaşması baş verirsə, tədiyyə funksiyasını yerinə yetirən zaman pul və əmtəə arasındakı əlaqə kəsilmiş olur. Yəni, əmtəəni kreditlə alarkən borclu satıcıya borc öhdəliyi verir ki, bu da müəyyən olunmuş müddətdən sonra ödənilir. Pulun yığım funksiyası. Pul öz yiyəsinə istənilən mal və xidmətlərə sahib olmanı təmin etdiyi zaman istər-istəməz ictimai varlığın tərənnümünə çevrilmiş olur. Məhz bu səbəbdən də insanlarda pulun yığımına meyl artmış olur. Öz istehsalına görə insan pul əldə etdikdə onu ehtiyatla çevirmək həvəsinə düşür. Bu ehtiyyat isə həm qısa, həm də uzunmüddətli ola bilər. Bu zaman satış prosesinin arxasında alış durmur. Pullar tədavüldən çıxaraq artıq yeni bir funksiyanı yerinə yetirərək dəfinəyə çevrilir. Lakin bu funksiyanı yerinə yetirə bilməsi üçün pullar həqiqi və real olmalıdırlar. Müasir qərb iqtisadi ədəbiyyatlarında, kağız pulların həqiqi pullar olmaması, arxasında qızılın dayanmaması səbəbindən, dəfinə funksiyası yığım funksiyası ilə əvəz olunmuşdur. Yığım funksiyasını yerinə yetirdiyi zaman pullar istehsalın genişlənməsinin, onun yeniləşməsinin və effektivliyinin artmasının ən başlıca vasitələrindən hesab olunur.Dünya pulu funksiyası. Bu funksiya pulun daxili bazardakı tədavül və tədiyyə funksiyalarından fərqlidir. Dünya pulları:     1. ümumi beynəlxalq ödəmə vasitəsi;2. ümumi beynəlxalq tədavül vasitəsi; 3. ümumi beynəlxalq ictimai varlığın tərənnümü hesab olunur. Pullar beynəlxalq balanslar üzrə hesablaşmalar zamanı beynəlxalq ödəmə vasitəsi rolunda çıxış edirlər. Əgər hər hansı bir dövlətin müəyyən mərhələ üçün ödəmələri onun digər dövlətlərdən valyuta daxilolmalarını üstələyirsə, bu zaman bu dövlət ödəmə vasitəsi şəklində qızıldan istifadə edir. Müxtəlif dövlətlər arasındakı əmtəə mübadiləsində bərabərlik pozulduğu hallarda bu dövlətlərdən biri bu və ya başqa malları digər dövlətlərdən onları nəğd ödəməklə gətirmək məcburiyyətində qalır. Bu zaman pullar dünya bazarında tədavül vasitəsi kimi çıxış edir. Pullar bir ölkədən başqasına keçirilir. Pulun ümumi dəyər ekvivalentilə istənilən malı almaq mümkündür. Pulun bir dövlətdən başqasına keçirilməsi məsələn, aşağıdakı hallarda baş verir; 1.müharibədə qalib gələn dövlət uduzan dövlətdən pul təzminatı alır;      2. bir dövlət başqasına borc verir. Ümumiyyətlə, demək olar ki, bu funksiyanı da pullar dolğun şəkildə məhz, pulun ilkin mənasında, yəni, qızıl sikkələrin tədavüldə olduğu dövrdə yerinə yetirmişlər. Dünya bazarına çıxdıqda K.Marksın dediyi kimi, qızıl sikkələr öz “Milli mundirlərini” kənara atıb çəkiləri ilə ödəmələrə qoşulurdular. Heç bir başqa pullar qızıl sikkə standartında tədavüldə olan qızıl sikkələr kimi sərbəst və məhdudiyyətsiz hərəkət edə bilmirdilər. Qızıl pulun bütün funksiyalarını yerinə yetirdiyi şəraitdə pul və valyuta sistemi demək olar ki, eyni məna kəsb edirdi. Beləliklə, pulun bu funksiyasından müasir pul sistemində şərti danışmaq olar. Müasir “dünya pulları” dedikdə, beynəlxalq münasibətlərə xidmət edən və beynəlxalq hesablaşmalarda istifadə olunan pullardan bəhs edilir.           
4. Bazar iqtisadiyyatında pulun rolu.
 
Pulun bazar iqtisadiyyatında rolu onun funksiyalarında özünü göstərir. Belə ki, əmtəələrin dəyəri pullarla ifadə olunur, burada pul həm dəyəri ölçür, həm də pullu kapitalın yaranmasına xidmət edir. Tədavül funksiyasında pul həm alqı-satqı prosesində vasitəçidir, həm də kapitaldır. Hər hansı bir əmtəə kreditə satılırsa pul həm tədiyyə vasitəsidir, həmçinin də yenə də kapitaldır. İstehsal vasitələrinin alınması üçün pul yığılırsa, deməli pul dəfinə funksiyasını yerinə yetirir, eyni zamanda kapital kimi fəaliyyət göstərir. Pul sənayenin, yeni təsərrüfat sahələrinin yaranması üçün ilkin şəraitin yaranmasına xidmət göstərir, iqtisadi proseslərin artırılmasına, bir sözlə bazar iqtisadiyyatının inkişafına xidmət göstərir. Pul sənaye kapitalının ilk və son nəticəsidir.                                                                                                                                    İnkişaf etmiş ölkələrdə pul həmçinin pul-kredit tənzimlənməsinin mühüm obyektidir. Bu proses hər bir ölkənin mərkəzi bankı tərəfindən müəyyən olunur. Belə ki, ölkənin ticarət prosesləri, ümumiqtisadi vəziyyəti nəzərə alınaraq pul kütləsinin dəyişilmə istiqaməti müəyyənləşir və bu pul kütləsinin dövlət tərəfindən tənzimlənməsi kredit alətləri vasitəsilə mərkəzi banklara həvalə edilir. Bu zaman mühüm ümumiqtisadi vəzifələr mütləq nəzərə alınmalıdır. Pul-kredit tənzimlənməsi bazar iqtisadiyyatı münasibətlərində pul kütləsinin artmasının qarşısının alınmasına, ölkədə inflyasiya prosesinin aradan qaldırılmasına, məcmu milli məhsulun artırılmasının stimullaşdırılmasına xidmət göstərir.
5. Pul sistemi.
Pul sistemi – ölkədə pul tədavülünün təşkili forması olub, tarixən formalaşmış və milli qanunauyğunluqlarla möhkəmləndirilmiş bir sistemdir.                                                                  Pul sisteminin quruluş prinsipləri pul sisteminin elementlərində və ya məcmu halında özünü biruzə verərək bu sistemə təsir edir. Bu elementlər aşağıdakılardan ibarətdir:       1. əmtəələrin qiymətlərinin ölçülməsinə xidmət edən pul vahidi;           2. rəsmi qiymət məbləği; 
3. pul nişanlarının növləri;  4. emissiya sistemi;    5. milli valyuta kursları və onun xarici valyutaya dəyişdirilmə ardıcıllığı.                                                                                                     Pul vahidi – qanunvericilik qaydasında müəyyənləşdirilmiş bütün əmtəələrin qiymətlərini özündə tərənnüm edən və onları ölçməyə xidmət edən pul nişanlarıdır. Bir qayda olaraq pul vahidi bərabər kiçik hissələrə bölünür. Bir çox ölkələrdə bu gün onluq bölgü sistemi mövcuddur və fəaliyyət göstərir. Belə ki, 1 ABŞ dolları = 100 sent, 1 funt sterlinq = 100 pens, 1 rus rublu = 100 qəpik.Pul vahidlərinin adlandırılması tarixi bir prosesdir. Lakin bir sıra hallarda (inqilab dövründə) dövlət pul vahidlərinə yeni ad təyin edə bilər. Məsələn, Fransada Napoleon Bonapart hakimiyyətə gəldikdə “napolendor” adlı pul vahidi müəyyən edilmişdi. 1922-ci ildən 1947-ci ilə qədər Rusiyada iki pul vahidi “rubl” və “çervon” mövcud idi.            Qiymət miqyası – bu dəyərin pul vahidi ilə ölçülməsidir. Metal pul tədavülü dövründə, yəni pul əmtəəsinin – metalın pulun bütün funksiyalarını yerinə yetirdiyi zaman, qiymət miqyası bu ölkədə pul vahidi elan olunmuş metal pulun çəkisi ilə müəyyən olunurdu. Dövlət qiymət miqyasını qanunvericilik qaydasında müəyyən edirdi.            Əvvəllər sikkələrin çəkisi onların qiymət həcmi ilə üst-üstə düşürdü və bu prinsip bir sıra pulların adına da təsir etmişdi. Məsələn, funt sterlinq bir funt gümüşü tərənnüm edirdi. Lakin tarixi təkamül nəticəsində pulların çəkisi onların qiymət miqyasından uzaqlaşırdı. Bu dövlət tərəfindən metal pul tədavülü dövründə dövlətin xəzinəsinin artırılması məqsədilə etdiyi dəyişikliklər nəticəsində sikkələrin çəkisinin azalması, onların tərkibinin daha ucuz metallarla dəyişdirilməsi və bir sıra başqa məsələlərlə bağlı idi. Pul nişanlarının növləri. Hazırda heç bir ölkədə metal pul tədavülü sistemi mövcud deyil. Pul nişanlarının əsas növləri bankın kredit biletləri, (banknotlar) dövlət kağız pulları (xəzinə biletləri) və ölkənin qanuni ödəmə vasitəsi hesab olunan xırda pullardır.      Emissiya sistemi – emissiya təşkilatının, daha dəqiq, mərkəzi bankın öhdəliklərinin qəti müəyyən olunmuş qaydada tədavülə buraxılmasıdır. Bu mənada emissiya olunmuş pullar dedikdə mərkəzi bankların öhdəlikləri nəzərdə tutulur. Digər tərəfdən iqtisadi ədəbiyyatlara nəzər saldıqda görürük ki, tədavülə gündəlik olaraq pulların buraxılışı onların tədavüldən yığılması ilə uzlaşdırılır. Buna görə də emissiya pulların, tədavüldə olan pul kütləsinin ümumi artımına gətirən buraxılışıdır. Emissiya sistemi özündə aşağıdakıları birləşdirir:1. emissiya mərkəzi; 2. emissiya qanunvericiliyi.                                                                       Valyuta kursları. Valyuta kursu anlayışı altında bir valyutanın başqa valyutaya nisbətən qiyməti başa düşülür. Xarici valyutaların kurslarının (məzənnələrinin) təyin edilməsi qiymət təyin etmə adlanır. Bu mexanizm iki yerə bölünür:                                                                                                          - Birbaşa          - Dolayı                                                                                                         Birbaşa valyuta kursları dedikdə bir xarici valyuta vahidinin müəyyən miqdarda milli valyuta vahidinə bərabər olması, dolayı valyuta kursları dedikdə isə bir vahid milli valyutanın müəyyən miqdarda xarici valyuta vahidinə bərabər olması başa düşülür. Milli valyuta vahidinin xarici valyutaya nisbətən rəsmi məzənnəsinin müəyyənləşməsi və milli valyutanın xarici valyutaya dəyişdirilmə ardıcıllığı ölkənin valyuta qanunvericiliyi ilə tənzimlənir.
 
 
 
Pul sisteminin sxematik quruluşu
 

Pul sisteminin tipləri
Kağız-kredit pul sistemi
bimetalizm
Metal pul sistemi
monometalizm
Подпись: misПодпись: gümüşПодпись: Qapalı valyutaПодпись: Axsayan valyuta sistemiПодпись: qızılПодпись: İkili valyuta sistemiПодпись: Paralel valyuta sistemiПодпись: Qızıl sikkə standartıПодпись: Qızıl külçə standartıПодпись: Qızıl deviz standartı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

6. Azərbaycan pul sisteminin inkişaf tarixi.
 
Azərbaycanın pul dövriyyəsi onun dövlətçilik tarixi ilə bağlıdır. Ölkəmizin ərazisində tapılan gümüş dirhəmlər Azərbaycanda daxili bazarın mövcudluğunu sübut edən əsas faktlardandır. Hələ eramızdan əvvəl III əsrdə Albanlar və Atropatenalılar Makedoniyalı İskəndərin sikkəsinə bənzər pullar kəsməyə başlamışlar.                                                                      “Dədə-Qorqud” dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır.                                                XVIII əsrdə Səfəvilər dövləti zəiflədi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmağa məruz qaldı. Pul sistemi baxımından bu xanlıqların hər biri özünün pulunu kəsirdi. Bu dövrlərdə Şuşada, Qubada, Dərbənddə, Naxçıvanda və Təbrizdə gümüş abbası və yarım abbası, mis fulus və s. Şəkidə mis fulus və gümüş, yarım abbası kəsilirdi. Bir sözlə Azərbaycanın vahid pul sistemi yox idi və bu pulların sabit qiyməti də yox idi, hər xanlığın pulu öz ərazisində əsas pul kimi işlədilirdi, başqa ərazidə o öz dəyərini xeyli itirirdi. Aydın məsələdir ki, bu vəziyyətdə ölkənin ticarət əlaqələri, ümumi vəziyyəti və nüfuzu zəifləyir. Ölkənin zəifləməsindən məharətlə istifadə edən İran və Rusiya 1828-ci ildə öz aralarında Türkmənçay müqaviləsi bağlayaraq Azərbaycanı Şimali və Cənubi Azərbaycana ayırmaqla öz müstəmləkələri elan etdilər.   Artıq 1860-cı ildə Rusiya imperiyası özünün Dövlət Bankını açdı. Hər bir dövlətin mərkəzi bankının əsas xüsusiyyətləri bu banka da aid edilirdi.                                Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar (1991-ci il 18 oktyabr) olaraq 1992-ci il 11 fevral tarixli Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Bankının, SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazarında Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Milli Bankın 1992-ci ildə yaradılmasına baxmayaraq artıq 1991-ci il 25 may Azərbaycan Respublikası iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununun 14-cü maddəsi Azərbaycanda müstəqil bank sisteminin yaradılmasını onun statusunu və səlahiyyətlərini müəyyən etmiş və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etmişdir.
 
Mövzu 9. Pul tədavülü. İnflyasiya.
 
P L A N
 
1. Pul tədavülü, onun təşkili və quruluşu;
2. Pul tədavülü qanunu;
3. Bank multiplikatorunun mahiyyəti;
4. Pul aqreqatları;
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri;
6. Pul islahatları.
 
1. Pul tədavülü, onun təşkili və quruluşu.
 
Pullar daim dövlətlə, təsərrüfat subyektləri və fiziki şəxslər arasında hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını yerinə yetirməsi pul tədavülü adlanır. Pul tədavülü iki yerə: nağd və nağdsız pul tədavülünə ayrılır. Nağdsız pul tədavülü – dəyərin elə hərəkətidir ki, bu zaman nağd pullardan deyil, çeklər, veksellər, kredit kartları və başqa kredit sənədlərindən istifadə edilir. Nağd pul tədavülü – pulların tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman nağd formada hərəkətidir. Hər iki dövriyyə arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, pullar daim tədavülün bir sferasından digərinə keçməklə hərəkətdə olurlar. Yəni, nağd pullar kredit təşkilatlarında hesaba keçirilməklə nağdsız pullara, əksinə nağdsız pullar bankın kassalarından müştəriyə nağd şəkildə verilməklə nağd pullara çevrilirlər.
Pul dövranı anlayışı altında isə müəyyən vaxt ərzində nağd və nağdsız formada bütün ödəmələrin məcmusu başa düşülür. Pul dövranı ümumi daxili məhsulun (ÜDM) və Milli gəlirin yaranması, bölgü və yenidən bölgüsü proseslərini özündə cəmləşdirir. Rasional təşkil olunmuş pul dövranı bu göstəricilərin artım tempinə uyğun gəlir. Əgər pul dövranının artım tempi ÜDM və Milli gəlirin artım tempini üstələyirsə, demək ölkədə inflyasiya prosesi baş verir.
Pul dövranı strukturunda nağdsız, ödəmə və nağd pul dövranı bir-birindən fərqlənir. Ödəmə dövranına – nağdsız ödəmələr və əmək haqlarının verilməsi ilə bağlı müəyyən qədər nağd pul ödəmələri də aiddir. Nağdsız dövrana – təsərrüfat subyektlərinin qarşılıqlı ödəmələri və s. yolla aparılan nağdsız hesablaşmalardan istifadə etməklə məcmu pul dövranının bir hissəsini təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş və normal fəaliyyət göstərən bank sisteminin təşkil olunduğu dövlətlərdə nağdsız dövran məcmu pul dövranının 90%-nə qədərini təşkil edir. Nağd pul dövranına isə məcmu pul dövranının bir hissəsini təşkil edən ödəmə və tədavül vasitəsi kimi istifadə olunan pullar aiddir. Nağd pul dövranı özündə müəyyən vaxt ərzində (ay, rüb, il) həyata keçirilən nağd pullarla baş verən bütün əməliyyatları əhatə edir. Pulların bir tədavül sferasından digər tədavül sferasına keçmə mexanizmi pul dövranının elastikliyinin təmin olunmasında, onun tənzimlənməsində və pulların rasional xərclənməsinə nəzarətin həyata keçirilməsində çox böyük rol oynayır. Nağd pul ödəmələrindən istifadə sahəsi əsasən əhalinin gəlirləri ilə müəyyənləşir. Pul tədavülü aşağıdakılar arasında pul hərəkətinin ayrı-ayrı kanallarından formalaşır.- Mərkəzi və kommersiya bankları arasında;- Kommersiya bankları arasında;- Müəssisə və təşkilatlar arasında;            - Banklar, müəssisə və təşkilatlar arasında; - Müəssisə, təşkilat və əhali arasında;       - Fiziki şəxslər arasında;- Müxtəlif təyinatlı maliyyə institutları və əhali arasında. Bu kanalların hər birində pullar qarşılıqlı hərəkətə malikdirlər.                    Pul tədavülü əmtəə satışı vəqeyri-əmtəə xarakterli ödəniş və hesablaşmalarla əlaqədar pulun nağd və nağdsız hərəkətidir.            Pul tədavülü kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məcmu ictimai məhsulun tədavülü və mübadiləsini özündə cəmləşdirir.                  Azərbaycan Respublikasında nağd pul tədavülünün təşkili Milli Bankın üzərinə düşür. Belə ki, sxemdən göründüyü kimi Milli Bank nağd pul tədavülünün təşkili üçün aşağıdakı əməliyyatları yerinə yetirir:   
Milli Bankın nağd pul tədavülünün təşkili sistemi
 
 

Milli Bank
Kağız və metal pul istehsalını təşkil edir
Ölkənin pulla təchiz olunmasını öz üzərinə götürür
Emissiya planlarının tərtib edir
Bu pulların daşınmasını və saxlanmasını təmin edir
Ehtiyyatlar barədə sərəncamlar verir
Onların ehtiyyat  fondlarının yaradılmasını təşkil edir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bundan başqa kredit təşkilatları üçün: Nağd pulun saxlanması; - Daşınması və inkassasiya qaydası; -Pul nişanlarının ödəmə qabiliyyətsizliyini; Zədələnmiş kağız pulların dəyişdirilməsini;        - Zədəli pulların məhv edilməsini təmin edir. Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır: 1. bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq nağd pullarını kommersiya banklarında saxlamalıdırlar.    2. istənilən növ müəssisə və təşkilatlar üçün nağd pul qalıqları üçün banklar limit həddi müəyyən edir.                                                                         3. nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir.                                               4. pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir.                                  5.nağd pul tədavülünün təşkili pul dövriyyəsinin sabitliyini təmin etmək məqsədi güdür.                     6.müəssisələr nağd pulları ancaq onlara xidmət edən banklardan ala bilərlər.              Nağd pul emissiyası pulların tədavülə pul kütləsinin artması ilə baş verən buraxılışıdır.               Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına verilir ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas cəhətlərdəndir. Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın optimal həcmi ilə yanaşı, onun regionlar arasında düzgün paylaşdırılması da vacib şərtlərdəndir. Nağd pul emissiyası üçün ərazilər üzrə mərkəzi bankın baş idarələrinin hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyat fondlarıdövriyyə kassaları yaradılır. Ehtiyat fondlarında tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi üçün) pul nişanları saxlanılır.Hesablaşma kassa mərkəzinin dövriyyə kassalarında pullar daim hərəkətdə olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud da lazım olduqda oradan nağd pullar alırlar. Beləliklə, hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur.                          Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyat fonduna keçir. Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər. Əksinə əgər, HKM-in dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan puldan çox olarsa, ehtiyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki, bununla da bir növ pul emissiyası baş vermiş olur. Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-in digər HKM ilə emissiya yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq pullarla ört-bastır oluna bilər. Buna görə də tədavüldə nağd pulların ümumi həcmi dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər.                    Müəyyən bir gündə pul emissiyasının baş verib-verməməsi haqda məlumat yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən edilir. Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir.                                                                                                                            Nağdsız pul tədavülü puldan istifadə etmədən kredit təşkilatlarında açılmış hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə həyata keçirilən hesablaşmalardan ibarətdir.                                                                                                                 Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən, qiymət səviyyəsindən, hesablaşmaların həlqəsindən, bölgü və yenidən bölgüdən və onun həcmindən asılıdır.                 İqtisadi məzmununa görə nağdsız pul tədavülü iki yerə bölünür:- büdcəyə daxil olan tədiyyələr – (mənfəətdən gəlir, əlavə dəyər vergisi, digər məcburi tədiyyələr)                           - büdcədənkənar tədiyyələr – ssuda faizləri, sığorta kampaniyaları ilə əlaqədar hesablaşmalar.    Nağdsız pul tədavülü bank hesablarında olan pul qalıqlarının dəyişməsi deməkdir. Bu isə hesab sahibinin çeki, plastik kart, elektron hesablama vasitələri və başqa hesablama sənədləri üzrə verdiyi əmrlərin bank tərəfindən yerinə yetirilməsi zamanı həyata keçir.                                   Nağdsız pul tədavülünün 2 qrupu mövcuddur:- əmtəə əməliyyatları üzrə;  -maliyyə öhdəlikləri.I qrupa - əmtəə və xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir.II qrupa – büdcə ödəmələri (gəlirdən vergi, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, digər məcburi ödəmələr) və büdcədənkənar fond, bank ssuda faizləri, kredit üzrə faiz ödəmələri, sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir.
2. Pul tədavülü qanunu.
Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapital” əsərində K.Marks iqtisadi göstəricilər olan pul kütləsi, mal və xidmətlərin, kreditin, qarşılıqlı və nağdsız ödəmələrin qiymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür:- tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq;    - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq.                                                                                                     Bütün bunları aşağıdakı formulada göstərmək olar:
K= S / C     (1)
Burada: K – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı;S – realizə olunan mal və xidmətlərin qiymət məbləği;            C – tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı. (pulun dövretmə sürəti)                                                                                                                                         Pulun tədiyyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və pulun tədavüldəki miqdarını müəyyən edən qanun aşağıdakı kimi formalaşmış oldu:
K= (S1-S2+S3-P) / C       (2)
Burada: S1 – mal və xidmətlərin qiymət məbləği;    S2 – kreditə satılmış malların qiymət məbləği; S3 – öhdəliklər üzrə ödəmələrin məbləği;  qarşılıqlı ödəmələr.
            Pulun dövretmə sürəti (pulun tədavül sürəti) – pulun tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il ərzində hər bir dövri gəlirlərin xərclərinə xidmət edən pul kütləsinin dövrlərinin sayını göstərir.                                 Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksiyası vasitəsilə tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı həmişə lazımi səviyyəsini saxlaya bilirdi.  Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər, tədavüldə qızıla xırdalanmaya banknotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem ortaya çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar.   Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki, bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur.Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi həm ümumi iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır.  Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə bilər.
Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir. Yeni pullar tədavüldə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur.                                                                                                       “Pul emissiyası”“pulun tədavülə buraxılması” anlayışları bir-birindən fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kommersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq lazımdır ki, kommersiya bankları “ikinci pullara”, daha dəqiq desək, artıq ölkənin mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək olar ki, tədavüldə pulun miqdarı dəyişmir. Pulun emissiyası dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir ki, bununla da tədavülə əlavə “ilkin” pullar buraxılmış olur. Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız emissiyasına bölürlər.
3. Bank multiplikatorunun mahiyyəti.
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi. Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır:         -Nağdsız pul emissiyası kommersiya bank sistemi və qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir.- Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir.Nağdsız pul emissiyasının başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələblərinin ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər. Bunun üçün də bu əlavə vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır.                                                                                                                                                Bank multiplikatoru ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında onların həcminin artması deməkdir.Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru müxtəlif nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir.                                                        Bank multiplikatoru multiplikasiya prosesinionun subyektlərinin mövqeyindən tərənnüm edir. Buraya pulu multiplikasiyalaşdıran – kommersiya bankları və qeyri-bank təşkilatları aiddir.Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi faktını açıqlayır. Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür.                                     Depozit multiplikatoru multiplikasiyanın obyektini, daha dəqiq, multiplikasiya prosesində artan kommersiya banklarının depozit hesablarındakı pulları tərənnüm edir.                 Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı münasibəti kimi təsəvvür etmək olar.Pul təklifi birbaşa pul bazasının həcmindən və pul multiplikatorundan asılıdır. Pul bazası dedikdə mərkəzi bank tərəfindən buraxılan (Milli Bankın xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya banklarının məcburi ehtiyatları nəzərdə tutulur. Ölkəmizin timsalında son illər pul bazası sferasında baş verən dəyişiklikləri ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik məlumatlara əsasən qeyd etmək lazımdır ki, 2007-ci ilin mart ayının sonuna geniş mənada pul bazası (və ya ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və ya 12% azalaraq 1798.4 mln. AZN təşkil etmişdir. Manatla pul bazası isə ilin əvvəlinə nəzərən 63 mln. AZN və ya 3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul multiplikatorunu azaltmış olur.
4. Pul aqreqatları.
            Pul aqreqatı pul kütləsinin göstəricisidir.
Pul kütləsi pul bazasının kommersiya bank sistemində genişlənməsi ilə yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul qalıqlarından ibarətdir.   Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının düzülüşünün əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin likvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər vermədən pula çevrilmə qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula çevrilməsi nə qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.
            Tədavüldə nağd pullar M0 aqreqatı ilə müəyyənləşir. Bu aqreqat özündə banknotları, xəzinə biletlərini və metal pulları cəmləşdirir.
            M0 aqreqatını pul bazasından fərqləndirmək vacibdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının mərkəzi banklarda olan məcburi ehtiyatları aiddir. Lakin M0 aqreqatına isə formal olaraq bu ehtiyatlar daxil deyil.
            Ardıcıl olaraq M0 aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək ondan sonrakı aqreqatları almaq olur.
            Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin struktur xüsusiyyətlərindən və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.
            İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:
            M0 – tədavüldəki nağd pullar;
            M1 = M0+ bankın cari hesablarındakı vəsaitlər;
            M2 = M1+ kommersiya banklarında müddətli və əmanət qoyuluşları;
            M3 = M2+ qeyri-bank təşkilatlarındakı əmanətlər;
            M4 = M3+ depozit sertifikatları, səhmlər və müxtəlif kredit öhdəlikləri.
            Milli Bank pul kütləsi kimi M2 aqreqatını qəbul etmişdir ki, bu da nağd pullardan, hesablarda və müddətli depozitlərdə olan qalıqlardan ibarətdir.
            Əvvəllər pul aqreqatlarından istifadə xarici ölkələrlə müqayisədə Azərbaycanda bir o qədər də yüksək səviyyədə olmasa da son illərdə Milli Bankın bu istiqamətdə apardığı işləri qənaətbəxş hesab etmək olar. Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün (pul bazası) M0 (dövriyyədə pul), M1 (M0 və tələbolunanadək əmanətlər və depozitlər), M2 (M1 və müddətli əmanətlər), M3 (M2 və istiqraz və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər) pul aqreqatlarından istifadə edilir.
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.
 
İnflyasiya anlayışı pul tədavülü qanununun pozulması yolu ilə dövriyyə kanallarının dolması kimi başa düşülür.
            “İnflyasiya” termini kütləvi şəkildə kağız pullara keçidlə əlaqədardır və kağız pulların çoxluğu onların ucuzlaşmasına və bunun ardınca isə qiymətlərin qalxmasına səbəb oldu.
            İnflyasiya – yalnız kağız-kredit tədavülünə məxsus olan, mal dövriyyəsi təklifi ilə müqayisədə artıq kağız pulların dövriyyə etməsi, qiymətlərin qalxması və bununla da pulların dəyərsizləşməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunan pulun tədavül qanununun pozulmasıdır.
            Başqa sözlə desək, inflyasiya hər şeydən əvvəl pul tədavülü kanallarının artıq pul kütləsi ilə dolması, lakin bunun qarşısında əmtəə kütləsinin artmamasının nəticəsində yaranır. İqtisadiyyatda qiymətlərin səviyyəsi dövriyyədə tədavül edən pulların həcmindən asılıdır. Klassik mübadilə qaydasına görə bu aşağıdakı kimi göstərilir:
MV = PQ
            Burada;  P – mal və xidmətlərin qiymət səviyyəsi;Q – real mal və xidmətlərin həcmi;
M – dövriyyədə olan pul kütləsi; V – pulun dövretmə sürəti.
            Buna uyğun olaraq inflyasiya proseslərinin artmasının vacib səbəblərindən biri nominal pul kütləsinin Milli məhsulun artmasından daha tez çoxalmasıdır.
            İnflyasiyanın sürəti pul kütləsinin artım sürəti və pulun dövretmə sürətinin artması ilə düz mütənasib, real məhsulun artım sürəti ilə isə tərs mütənasibdir. Pul kütləsinin sabitliyi şəraitində real məhsulun aşağı düşməsi inflyasiyanın sürətinin artmasına səbəb olur. Çünki, az həcmdə məhsulun qarşısında pulların əvvəlki həcmi durmuş olur. Əksinə, əvvəlki həcmdə pul kütləsinin qarşısında real məhsul həcminin artması isə deflyasiyaya, başqa sözlə qiymətlərin aşağı düşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, təcrübədə deflyasiyaya çox nadir hallarda rast gəlmək olur. Müasir iqtisadi şəraitdə inflyasiya prosesi çox zaman real məhsulun artıb azalmasından asılı olmayaraq inkişaf edir.
            Pulun dövretmə sürəti və məhsulun real artımının sabitliyi şəraitində inflyasiya pul kütləsinin artım sürəti ilə müəyyənləşir.
            Tədavüldə pul kütləsinin artması bütövlükdə mərkəzi bankların kredit emissiyası ilə müəyyənləşir. İstənilən istiqamətdə mərkəzi bankların aktivlərinin artması, yəni hakimiyyətə, kommersiya banklarına, əhaliyə, xarici dövlətlərə verilən kreditlər, həmçinin xalis beynəlxalq ehtiyatların artımı pul bazasının artmasına səbəb olur. Multiplikativ effektlə pul bazasının artması pul kütləsinin genişlənməsinə səbəb olur. Pul kütləsi isə öz növbəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, demək olar ki, mərkəzi bankların aktivlərinin istənilən genişlənməsi inflyasiya xarakteri daşıyır və bu aktivlərin strukturuna və artmasına görə inflyasiya mənbələri haqda mühakimə yürütmək olar. Kredit emissiyası nəticəsində yaranan pul kütləsi inflyasiya tempinə dərhal deyil, hissə-hissə təsir göstərir. Qeyd etmək lazımdır ki, pul kütləsinin artması inflyasiya tempinin artmasına təsir göstərdiyi kimi, onun azalması da inflyasiyanın azalmasına səbəb olur.
            İnflyasiyanın yaranmasının aşağıdakı forma və növləri vardır:
Qiymətlərin artım sürətinə görə:
            - Mötədil inflyasiya – qiymətlərin orta illik artım tempinin 5-10% olması ilə müşayət olunan qiymətlərin tədricən qalxmasıdır.
            - Çaparaq inflyasiya – qiymətlərin orta illik artım tempinin 10-50% olması ilə müşayət olunan qiymətlərin birdən-birə qalxmasıdır.
            - Hiperinflyasiya – qiymətlərin artım tempi 100%-dən artıq olduqda, qiymətlərin çox yüksək templə artmasıdır. (BVF hiperinflyasiyanı qiymətlərin ayda 50% qalxması kimi müəyyənləşdirmişdir)
           
 Təzahür formalarına görə:
            - Açıq – istehlak mallarının və istehsal resurslarının sərbəst şəkildə qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır.
            - Qapalı – dövlətin qiymətləri əvvəlki səviyyədə saxlamaq arzusu ilə müşayət olunan əmtəə qıtlığından yaranan inflyasiya. Bu zaman malların açıq bazardan qapalı bazara keçməsi baş verir ki, burada da qiymətlər aydın məsələdir ki, artır.
            İnflyasiyanın təsnifləşdirilməsi sxem şəklində aşağıdakı kimi göstərilə bilər:
            Aydın məsələdir ki, inflyasiya dərhal ölkənin iqtisadi və sosial inkişafına öz mənfi təsirini göstərir. İnflyasiya faktorları ilə mübarizə üçün dövlət özünün iqtisadiyyatın dövlət tənzimlənməsinin kompleks tədbirlərini daha dəqiq desək, antiinflyasiya siyasətini həyata keçirir. Bu siyasətin iki istiqaməti mövcuddur ki, onlar aşğıdakılardır:
-          deflyasiya siyasəti;
-          gəlirlər siyasəti.
            Deflyasiya siyasəti – bu pul tələbinə qarşı pul-kredit və vergi mexanizmi vasitəsilə, dövlət xərclərinin aşağı salınması, yenidənmaliyyələşdirmə dərəcələrinin qaldırılması, vergi prosesinin təzyiqinin güclənməsi və pul kütləsinin məhdudlaşdırılmasına tərəf yönəldilən bir mexanizmdir. Deflyasiya siyasətinin yerinə yetirilməsinin əsas xüsusiyyəti iqtisadiyyatda böhran hallarının yaranması və iqtisadi artımın ləngiməsidir.
            Gəlirlər siyasəti – bu siyasət qiymətlər və əmək haqqlarına qarşı, onların tam doldurulması və yaxud da artırılmasına məhdudiyyətlərin qoyulması ilə baş verən paralel nəzarətdən ibarətdir.
            Antiinflyasiya siyasətinin variantlarından istifadə ölkədəki vəziyyət və müəyyən mərhələdəki cəmiyyət qanunauyğunluqlarından asılıdır. Əgər məqsəd iqtisadi artımın qarşısını almaqdırsa bu zaman deflyasiya siyasəti həyata keçirilir. Əksinə, iqtisadi artımı stimullaşdırmaq lazım gəldikdə isə gəlirlər siyasətindən istifadə olunur. Elə hallar da olur ki, inflyasiya ilə mübarizə məqsədilə paralel olaraq hər iki antiinflyasiya siyasətindən istifadə oluna bilər.
 
6. Pul islahatları
Pul tədavülünün inflyasiya proseslərinin vəziyyətindən asılı olan əsas sabitləşmə formaları pul islahatları və antiinflyasiya siyasətidir.Müharibələrdən sonrakı dövrlərdən iqtisadiyyatın bərpasının əsas üsulu olan pul tədavülünün sabitləşməsi aşağıdakı metodların köməyi ilə həyata keçirilirdi:
            - nullifikasiya; - revalvasiya; - devalvasiya; - denominasiya.
            Nullifikasiya – güclü surətdə qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutanın tədavülə buraxılması deməkdir.
            Revalvasiya – pul vahidinin əvvəlki qızıl məzmununun bərpa olunması deməkdir. Məsələn, birinci dünya müharibəsindən sonra 1925-1928-ci illərin pul islahatları zamanı İngiltərədə funt sterlinqin müharibədən əvvəlki qızıl məzmunu bərpa olundu.
            Devalvasiya – pul vahidinin qızıl məzmununun düşməsi, ikinci dünya müharibəsindən sonra isə milli valyutanın xarici valyutaya nisbətən rəsmi məzənnəsinin və qızıl məzmununun aşağı düşməsidir.
            Denominasiya – “sıfırların pozulması” metodudur, daha dəqiq desək, qiymət miqyasının möhkəmlənməsidir. Məsələn, Braziliyada 1988-ci ildə yeridilən yeni pul vahidi əvvəlki 1000 pul vahidi ekvivalentinə bərabər idi. Denominasiya, həmçinin Rusiyada da 1998-ci ildə rublun 1:1000 nisbətində denominasiyası baş vermişdi. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Fərmana əsasən yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
 
Mövzu 10. Nağd və nağdsız pul hesablaşmaları
P L A N
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.
3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.
4. Çeklərlə hesablaşma.
5. Akkreditivlərlə hesablaşma. Planlı ödəmə.
6. Ödəmə tələbnaməsi (aksept).
ƏDƏBİYYAT
1. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.
 
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.
 
İstehsal prosesini həyata keçirən hər bir müəssisə müvafiq müəssisə və təşkilatlarla arası kəsilməz əlaqədə olur. Onlar mal material qiymətliləri əldə edir, istehsal etdiyi məhsulu reallaşdırır, fəhlə və qulluqçulara əmək haqqı verir, büdcəyə ödəmələri həyata keçirir, kreditdən istifadə edir və onu geri qaytarır. Bütün bu proseslər pul hesablaşmaları vasitəsilə və ya bilavasitə pulun iştirakı ilə həyata keçirilir.
            Dövlətin, müəssisə və təşkilatların əhali ilə hesablaşmaları, əhali qrupları arasındakı hesablaşmalar, müəssisə və təşkilatlar arasındakı hesablaşmaların bir qismi nağdı pulların iştirakı ilə yəni nağd qaydada aparılır. Nağdsız hesablaşmaların inkişafı pul tədavülü üçün böyük əhəmiyyət kəsb edir, belə ki, nağdsız hesablaşmaların əsas məqsədi ödəmə dövriyyəsində nəğdi pulu əvəz etməkdir. Nağdsız hesablaşmalar pul vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin edir, tədavüldə olan pulların həcminin azalmasına, pul tədavülü xərclərinin aşağı salınmasına, müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə və onlardan kredit resursları kimi istifadəyə şərait yaradır.
            Nağdsız hesablaşmalar sisteminin qarşısına qoyulan tələblər hesablaşmaların müəyyən prinsiplər əsasında aparılmasını tələb edir.
            Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
            1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılmış hesablarda saxlamalıdırlar və nağdsız hesablaşmalar həmin hesab vasitəsi ilə aparılmalıdır.
            2. Hesablardan ödənişlər hesab sahibinin razılığı və ya sərəncamı ilə onun müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir.
            3. Nağdsız hesablaşmalar tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş formalarda aparılmalıdır və s.
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.
Pul vəsaitlərinin saxlanılması və onlar vasitəsi ilə nağdsız hesablaşmaların aparılması üçün bankda müəssisə və təşkilatlara hesablaşma hesabı və ya cari hesab açılır.
            Mülkiyyət formasından asılı olmayaraq kommersiya fəaliyyəti ilə məşğul olub, hüquqi şəxs statusuna malik olan müəssisə və təşkilatlara hesablaşma hesabı açılır. Hesablaşma hesabı olan müəssisə və təşkilat hüquqi şəxs hesab edilərək bütün ödənişlərin ödənilməsində iştirak edərək, bank ilə sərbəst kredit münasibətinə girmək hüququna malikdir.
            Kommersiya fəaliyyəti ilə məşğul olmayan müəssisə və təşkilatlara bankda cari hesab açılır. Hesablaşma hesabı və cari hesabda müəssisəyə məxsus olan xüsusi vəsaitlər saxlanılır. Cari hesab sahibi hesablaşma hesab sahibinə nisbətən vəsaitdən məhdud çərçivədə, yəni smeta daxilində istifadə edə bilər. Borc vəsaitlərinin uçotunu aparmaq üçün bank, bankdan borc almaq hüququna malik olan müəssisələrə ssuda hesabları açır.
            Hesablaşma hesabı və cari hesabın açılma qaydası Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti” haqqında qanunla müəyyənləşdirilmişdir.
            Hesablaşma hesabının açılması üçün kommersiya bankına aşağıdakı sənədlər təqdim edilməlidir:
            - müəyyən olunmuş formada ərizə;    - müəssisənin dövlət qeydiyyatından keçməsi haqda sənəd;- müəssisənin yaradılması haqda təsis müqaviləsi;- nizamnamənin surəti;
            - müəssisə direktorunun səlahiyyətini təsdiq edən sənəd;
            - müəssisənin baş mühasibinin səlahiyyətini təsdiq edən sənəd;
            - birinci vəzifəli şəxslərin imzaları və müəssisənin möhür nümunəsi olan iki kartoçka;
- vergilər idarəsinin  müəssisəni vergiyə cəlb etmək üçün uçota qəbul edilməsi haqda arayış;
- müəssisənin DSMF-də uçota götürülməsi haqda arayış; - statistika orqanlarının qeydiyyat kartoçkası.
            Hesablaşma hesabından ödənişlər hesablaşma prinsiplərinə uyğun olaraq hesab sahibinin sərəncamı və ya razılığı ilə hesabdakı sərbəst pul vəsaiti müqabilində aparılır.
            Hesablaşma hesabının açılması hesablaşma-kassa xidməti haqqında bank ilə müştəri arasında müqavilə imzalamaq deməkdir. Bu zaman bank müştəriyə kompleks kassa hesablaşma xidməti göstərməsi haqda öhdəçilik qəbul edir. Bank hesablaşmalarının aparılması, pul və hesablaşma çeklərinin verilməsi, şəxsi hesablardan çıxarışın verilməsi; müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin qorunub saxlanması; müştərinin ilkin tələbi əsasında pulların verilməsi və müştərinin əməliyyatları üzrə kommersiya sirrinin saxlanması öhdəliyini qəbul edir.
            Müştəri isə öz növbəsində öz pullarının imkan daxilində tamamilə bankda saxlanacağı; kassa və hesablaşma əməliyyatlarını nizamlaşdıran normativ sənədlərin tələblərinə əməl edəcəyi, lazımi hesabat sənədlərinin banka vaxtlı-vaxtında təqdim edəcəyi öhdəliyini qəbul edir.
            Müştərilərə hesablaşma-kassa xidməti ödənişli əsaslarla aparıldığından müqavilədə xidmətlərin dəyəri və onun ödənilmə qaydası ayrıca göstərilməlidir.
            Müqavilədə habelə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi haqqında məsuliyyət də nəzərdə tutulur.
            Bankın müştəriləri arasındakı hesablaşmalar banklar arasındakı hesablaşma kimi meydana çıxır. Banklararası hesablaşmalar nağdsız hesablaşmaların əsasını təşkil edir. Belə hesablaşmalar müştərilərə ayrı-ayrı banklar vasitəsilə xidmət göstərildikdə meydana çıxır. Banklar arasındakı bu hesablaşmalar korrespondent (müxbir) münasibətləri adlanır. Korrespondent hesabları vasitəsilə banklararası hesablaşmaların qeyri-mərkəzləşdirilmiş və mərkəzləşdirilmiş iki variantı mövcuddur.
            Qeyri-mərkəzləşdirilmiş banklararası hesablaşmalar kommersiya banklarının bir-biri ilə korrespondent münasibətlərinə əsaslanır.
            Mərkəzləşdirilmiş banklararası hesablaşmalar isə Milli Bankda açılan korrespondent hesablar vasitəsi ilə aparılır.
            Respublikamızda banklararası hesablaşmaların ikinci variantından – mərkəzləşdirilmiş qaydadan istifadə edilir. Bu məqsədlə Milli Bankın nəzdində zonalar üzrə hesablaşma-kassa mərkəzləri (HKM) yaradılmışdır. Hesablaşma kassa mərkəzlərində bu mərkəzin üzvü olan banklara korrespondent hesab açılır. Bu hesabdan ödənişlər hesabda olan vəsaitlər müqabilində aparılır. Bankın müxbir hesabında vəsait olmadıqda ödənişi Milli Bank nisbətən yüksək faizlə kredit (overdraft) hesabına apara bilər. Nağdsız hesablaşmaların iqtisadi bazasını maddi istehsal təşkil edir.
            İqtisadi məzmununa görə nağdsız hesablaşmalar əmtəə və qeyri-əmtəə xarakterli olurlar. Əmtəə xarakterli hesablaşmalar təsərrüfat təşkilatları arasında aparılır və nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir.
            Qeyri-əmtəə xarakterli hesablaşmalarda əsas yeri büdcə ilə hesablaşmalar; bank ssudaların alınması, ödənilməsi, ssudalara görə faizlər üzrə hesablaşmalar, cərimələr, əlavələr və s. təşkil edir.
            Satıcıların və alıcıların hesablarının yerləşdiyi yerdən asılı olaraq hesablaşmalar şəhərlərarası (kənar şəhərli) və şəhər daxili (yerli) hesablaşmalara bölünür.
            Müxtəlif yaşayış məntəqələrində yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə yerləşən bankların xidmətindən istifadə olunmaqla aparılan hesablaşmalar şəhərlərarası (kənar şəhərli) hesablaşma adlanır.
            Bir yaşayış məntəqəsində yerləşən və eyni bankın və ya həmin məntəqədə yerləşən müxtəlif bankların xidmətindən istifadə etməklə aparılan hesablaşmalar şəhər daxili hesablaşma adlanır.
            Nağdsız hesablaşmaların aparılma formaları seçilən zaman hesablaşma iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir.
3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.
Nağdsız hesablaşmaların təşkili prinsiplərinə görə hər bir müəssisə özünə uyğun, onun mənafeyinə cavab verən hesablaşma formasından istifadə edə bilər. Bu barədə heç bir kənar tərəfin o cümlədən bankların təsiri olmadan müqavilə imzalanır və tərəflər arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı olmadan tərəflərin özləri vasitəsi ilə həll edilir.
            Bütün nağdsız hesablaşmalar müvafiq sənədlər vasitəsi ilə aparılır. Həmin sənədlər dövlət standartları səviyyəsində olub əməliyyatın mahiyyətini açıqlamalıdır. Nağdsız hesablaşmaların formaları əsasən hesablaşmalarda tətbiq olunan sənədin adı ilə adlandırılır.
            Nağdsız hesablaşmalar zamanı: - ödəmə tapşırıqlarından; - çeklərdən; - akkreditivlərdən;
            - ödəmə-tələbnamə tapşırıqlarından istifadə edilir.
            Nağdsız hesablaşmalarda istifadə olunan sənədlər dövlət standartlarına cavab verməli və hesablaşma haqqında tam təsəvvür yaratmalıdır. Bunun üçün bütün sənədlər aşağıdakı əsas rekvizitlərə malik olmalıdır:
            1. Hesablaşma sənədinin adı.
            2. Hesablaşma sənədinin yazılma tarixi və nömrəsi.
            3. Ödəyicinin adı, onun bankdakı hesab nömrəsi, onun bankının adı və kodu.
            4. Satıcı təşkilatın adı, onun bankdakı hesabının nömrəsi, onun bankının adı və kodu.
            5. Ödənişin təyinatı, yəni nə məqsəd daşıması.
            6. Ödənişin məbləği yazı və rəqəmlə.
            Bütün hesablaşma sənədinin birinci nüsxəsində bankdakı hesab üzrə məbləğlərə sərəncam vermək hüququ olan şəxslərin imzası ilə yanaşı müəssisənin möhürü olmalıdır. Vəsait ödəyicinin hesabından yalnız sənədin birinci nüsxəsi əsasında silinir.
            Hüquqi şəxs tərəfindən filiallar, nümayəndəliklər, şöbələr vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzrə təqdim olunan hesablaşma sənədləri həmin hüquqi şəxsin vəkil etdiyi şəxslər tərəfindən imzalanır.
            Hazırda nağdsız hesablaşmaların ən geniş yayılmış forması ödəmə tapşırıqları ilə olan hesablaşmalardır.
            Ödəmə tapşırığı – bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğdə vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də kənar şəhərli hesablaşmalar aparılır.
            Hesablaşmalarda ödəmə tapşırığından istifadə imkanı genişdir. Belə ki, həm əmtəə əməliyyatları, həm də qeyri-əmtəə əməliyyatları üzrə olan hesablaşmalarda ödəmə tapşırığından istifadə etmək mümkündür.
            Ödəmə tapşırıqları bank tərəfindən qəbul edilmiş formada xüsusi bankda texniki vəsaitdən istifadə olunmaqla 4 nüsxədə tərtib edilir:
            I nüsxə ödəyici bankda vəsaitin silinməsinə əsas verən sənəd kimi qəbul edilir və həmin bankda saxlanılır.
            IV nüsxə ödəmə tapşırıqlarının icra olunmağa tələb edilməsini təsdiq edən sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və qəbz rolunu oynayır.
            II, III nüsxə isə satıcıya xidmət edən banka göndərilir.
            Bu zaman ikinci nüsxədən vəsaitlərin satıcının hesabına daxil edilməsini təsdiq edən sənəd kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır.
            III nüsxə isə satıcının hesabında əməliyyatların aparılmasını təsdiq edən sənəd kimi şəxsi hesabdan çıxarışla birlikdə satıcı təşkilata verilir. Ödəmə tapşırıqları icra üçün onun hesabındakı vəsait ödənişə tam təminat verdikdə qəbul edilir. Yəni, ödəyicinin hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud onun hesabında vəsait olmazsa, ödəmə tapşırıqları bank tərəfindən icra üçün qəbul edilmir. Bank ilə hesab sahibi arasında ödəmə tapşırığının icraya qəbul edilməsi haqda başqa şərt də müəyyən oluna bilər. Bu halda sənədlər icra üçün həmin şərt daxilində qəbul edilir. Məsələn, ödəyici təşkilat bankda ssuda almaq hüququna malik olarsa, ödəniş bank ssudası hesabına aparıla bilər. Yəni, sənədin təqdim olunma tarixinə, müəssisənin hesabında vəsait olmazsa, lakin müəssisə bankdan kredit almaq imkanına malik olarsa, ödəmə tapşırığı bank tərəfindən icra üçün qəbul edilə bilər.
            Ödəmə tapşırıqları yazıldığı gündən üç təqvim günü müddətinə etibarlıdır (yazıldığı gün nəzərə alınmır). Yəni, üç gün ərzində müəssisə onu banka təqdim edə bilər. Ödəmə tapşırıqları ilə hesablaşma zamanı hesablaşma sənədlərinin hərəkət sxemini aşağıdakı kimi göstərmək olar:
 
 

Satıcı
Alıcı
Alıcıya xidmət edən Bank
KHM (alıcı bankı)
Satıcıya xidmət edən bank
KHM (satıcı)

 
 
Bu o deməkdir ki, məhsulların yola salınmasını, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənədlər alıcı təşkilata təqdim olunur. Alıcı təşkilat təqdim olunan sənədə müvafiq məbləğə ödəmə tapşırığı tərtib edərək özünə xidmət edən bank şöbəsinə təqdim edir. Bank həmin sənədin qanuniliyinə əmin olduqdan sonra ödəmə tapşırığını müvafiq hesablarda əks olunmaq üçün özünə xidmət edən hesablaşma-kassa mərkəzinə göndərir.
            Hesablaşma kassa mərkəzi qəbul etdiyi sənədlər üzrə ödəniş aparır. Ödəmə tapşırığında göstərilən məbləği ödəyici təşkilata xidmət edən bankın hesabından silərək, satıcı banka xidmət edən kassa-hesablaşma mərkəzinə köçürür, yəni aviza göndərir. Satıcıya xidmət edən kassa hesablaşma mərkəzi həmin viza əsasında satıcıya xidmət edən bankın müxbir hesabına vəsait daxil edir. Daha sonra vəsaitlər bankın müxbir hesabından silinərək, satıcının hesabına daxil edilir və satıcıya vəsaitlərin köçürülməsini təsdiq edən ödəmə tapşırığının 3-cü nüsxə ilə birlikdə şəxsi hesabdan çıxarış təqdim olunur.
            Ödəmə tapşırıqlarından eyni zamanda hesablaşmaları müntəzəm xarakter daşıyan müəssisələr arasında tətbiq olunan planlı ödəniş qaydasında aparılan hesablaşmalarda da istifadə olunur.       Bu zaman hesablaşmalar hər yola salınan mal üzrə deyil, müəyyən olunmuş tarixlərdə dövri olaraq vəsait köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş qaydasında hesablaşmalardan bir-biri ilə müntəzəm əlaqədə olan müəssisələrin hesablaşmalarında istifadə olunur. Məsələn, ticarət təşkilatları ilə ticarətə hər gün və ya günaşırı mal verən təşkilatlar arasında və ya hər gün yanacaqdan istifadə edən müəssisə ilə yanacaq verən müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar mütərəqqi hesablaşma qaydası hesab olunur. Belə ki, hesablaşmalar malın göndərilməsindən asılı olmayaraq aparılır. Belə qayda eyni zamanda hesablaşmaları sadələşdirir və qarşılıqlı debitor, kreditor borclarının yaranmasına imkan vermir. Tərəflər arasında bağlanan müqavilələr əsasında tərəflər bir-birinə mal göndərişini davam etdirir. Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də hər ayın sonuncu günü ödəniş aparır. Axırıncı gün ödəniş ilə göndərilmiş mal məbləği müqayisə edilir və borclu tərəf öz borcunu ödəməli olur. Yəni satıcı az mal göndəribsə, gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, ödəmə tapşırığı vasitəsi ilə həmin kəsiri ödəməli olur. Bütün ara müddətdə, yəni müəyyən olunmuş dövrlərdə satıcıların  hesabına vəsaitlərin daxil edilməsi ödəmə tapşırıqları vasitəsilə keçirilir. Digər ödəmələrdən fərqli olaraq ödənişin səbəbləri göstərilən qrafada “planlı ödəniş” sözü yazılır.
4. Çeklərlə hesablaşma
Hazırki şəraitdə nağdsız hesablaşmaların bir forması da çeklər ilə hesablaşmadır. Çek ödəyicinin onun hesabından müəyyən məbləğin ödənilməsi haqqında öz bankına verdiyi yazılı sərəncamdır. Çeklərin pul və hesablaşma çekləri forması mövcuddur. Pul çeklərdən müəssisənin hesabından nəğdi pulun alınması üçün istifadə edilir. Əmək haqqına, təsərrüfat ehtiyaclarına, ezamiyyə xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də kənd təsərrüfatı məhsullarının satın alınması üçün banklardan nəğdi pulun alınması pul çekləri vasitəsi ilə aparılır. Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin silinib, başqa müəssisənin hesabına köçürülməsi haqqında banka verdiyi yazılı sərəncam başa düşülür. Hesablaşma çekləri ödəmə tapşırıqları kimi ödəyici təşkilat tərəfindən tərtib olunur və öz bankına ödəniş üçün təqdim olunur.
Çeklərlə hesablaşma zamanı çek verən, çek doldurulduqdan sonra çek alanla birlikdə həmin çekin benifisiar banka (hesabına müəyyən məbləğdə pul köçürən benifisiara xidmət göstərən bank) təqdim edir. Çekin məbləğinin qalığa uyğun-olub olmaması benifisiar bank tərəfindən möhürlə təsdiq edilir. Deməli çekin düzgünlüyü benifisiar bankda yoxlanılır.
Çeklər ilə hesablaşma zamanı sənəd dövriyyəsi aşağıdakı kimi həyata keçirilir. Mal material qiymətlisi alan müəssisə hesablaşma çeki yazaraq onu mal satana təqdim edir. Çekdə; ödəniş məbləği; (yazı və rəqəmlər) ödəniş alanın adı; çekin yazıldığı yer; ödənişin aparılma tarixi göstərilməlidir. Yazılmış çek, çek verənin imza və möhürü ilə rəsmiləşdirilir.
5. Akkreditivlərlə hesablaşma.
Nəğdsiz hesablaşmaların bir forması da akkreditiv vasitəsi ilə aparılan hesablaşmadır. Akkreditiv-alıcı bankının alıcının akkreditiv ərazisində göstərdiyi şərtlərlə ona göndəriləsi malın və göstərilən xidmətin dəyərinin satıcıya ödənilməsi haqda satıcı bankına verdiyi tapşırıqdır. Hesablaşmanın bu formasından yalnız kənar şəhərli  hesablaşmalarda istifadə olunur. Akkreditiv fəaliyyət müddəti bank tərəfindən məhdudlaşdırılır və onun fəaliyyət müddəti satıcı ilə alıcı arasında bağlanan müqavilə ilə müəyyən edilir. Akkreditiv qaydasında hesablaşmanın bir xüsusiyyəti də ondadır ki, ödəniş satıcının yerləşdiyi yerdə aparılır. Akkreditiv vasitəsi ilə hesablaşmanın üstünlüyü ondadır ki, ödənişə zəmanət verilir, lakin əvvəlcədən ödəniş forması deyildir. Belə ki, akkreditiv məbləği satıcının hesablaşma hesabı olduğu bankda bronlaşdırılır və satıcı əmin olur ki, onun yola saldığı malların dəyəri yola salınma sənədləri banka təqdim olunan kimi ödəniləcəkdir.
Azərbaycan Respublikasında akkreditivlər ilə  hesablaşmalarda yalnız sənədli akkreditiv formasından istifadə oıunur.
Sənədli akkreditiv elə bir sazişdir ki, onun əsasında bank (emitet bank) müştərinin (akkreditivə əmir verənin - applikantın) xahişi ilə və onun sərəncamına əsasən hərəkət edərək ödənişi üçüncü şəxsin (benifisiarın) adına aparmalıdır.
Akkreditiv açmaq üçün applikant – yəni akkreditivin açılması üçün sərəncamla emitet banka müraciət edən alıcı-banka ərizə ilə müraciət edir. Ərizədə aşağıdakılar göstərilmişdir:
a) mal göndərənin adı; b) akkreditivin məbləği; c) akkreditivin müddəti;
d) ödənişin hüquqi əsası; e) malların və xidmətlərin adı, qiyməti, sayı.
Göstərilən rekvizitlərin biri olmadıqda emitet bank tərəfindən akkreditiv açılmır.
Akkreditiv açılması haqqında məlumat satıcı təşkilata poçt akkreditivi formasında iki üsul ilə çatdırıla bilər:
1) xidmət göstərən bank vasitəsi ilə;  2) benifisar vasitəsilə təqdim etmək yolu ilə.
Birinci halda akkreditiv ərizəsi  4 nüsxədə, ikinci üsulda isə üç nüsxədə tərtib edilir: hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək üçüncü nüsxə ilə birlikdə satıcıya çatdırılır. Birinci halda o hesablaşma kassa mərkəzi vasitəsi ilə və ya poçtla, ikinci halda isə applikantın müvəkkillərinə verilir ki, o da öz növbəsində ərizənin ikinci nüsxəsini benifisiara verir. Üçüncü nüsxəni isə özündə saxlayır.
Benifisiar bank akkreditivinin həqiqiliyini, onun zahiri əlamətlərinə görə diqqətlə yoxlamalıdır. Akkreditiv alıcının xüsusi vəsaiti və ya da bank krediti hesabına açıla bilər. Hər iki mənbədən istifadə etməklə akkreditiv açılmasına icazə verilmir. Akkreditivin qüvvədə olması müddəti də applikant tərəfindən müstəqil qaydada müəyyən edilir. Akkreditiv ssuda hesabına açılarsa onun müddəti ssudanın müddətinə uyğunlaşdırılmalıdır. Akkreditivdən bir müştəri adına açılmış müəssisə istifadə edə bilər.
            Akkreditiv göstərilən müddətdə istifadə olunmazsa o bağlanır və məbləğ aidiyyatı üzrə geri qaytarılır.
            Akkreditiv üzrə ödənişləri həyata keçirmək üçün satıcı təşkilat akkreditiv şərtlərində nəzərdə tutulan sənədləri banka təqdim etməlidir. Bank həmən sənədlərin (mal nəqliyyat sənədləri, yola salınmış mallar üzrə hesab qaimə) qanuniliyini yoxlayır və onun qanunuliyinə əmin olduqdan sonra icra üçün qəbul edir.
6. Ödəmə tələbnaməsi (aksept).
Əvvəllər nisbətən geniş yayılmış, hazırda isə bəzi hallarda tətbiq olunan hesablaşma formalarından biri də ödəmə tələbnamə tapşırığı vasitəsi ilə aparılan hesablaşmalardır. Hesablaşmanın bu forması bankın inkasso əməliyyatı ilə əlaqədardır.
            İnkasso əməliyyatı zamanı ödəmə tələbnaməsi – tapşırığı müəssisə tərəfindən ona xidmət edən banka təqdim olunur və ödəniş üçün həmin hesablaşma sənədləri satıcıya xidmət edən bank vasitəsilə alıcı bankına göndərilir. Satıcı təşkilat həmin sənədi özünə xidmət göstərən banka təqdim etmədən ödəyici təşkilata da göndərə bilər. Göründüyü kimi hesablaşmanın bu formasında hesablaşma əməliyyatları və yaxud hesablaşmanın aparılma təşəbbüsü satıcı təşkilata məxsusdur və ondan başlanır. Ona görə də hesablaşmaların təşkili prinsipinə görə ödəniş üçün təqdim olunan tələbnamələr ödəyicinin razılığı əsasında ödənilməlidir. Yəni ödəyici tərəfindən akseptləşdirilməlidir. Ona görə də hesablaşmanın bu forması aksept hesablaşma forması kimi qəbul edilmişdir. Ödəyicinin razılığını almaq məqsədilə ödəyici bankında həmin tələbnamə xüsusi jurnalda qeydiyyatdan keçirilir və intizam qaydasında akseptləşdirmək üçün yəni ödənişə münasibətləri bildirmək üçün ödəyici təşkilata verilir. Akseptin müxtəlif formalarından istifadə olunur. Belə ki, müsbət aksept, mənfi aksept əvvəlcədən və sonradan aksept, tam və qismən aksept, eləcə də malın və hesablaşma sənədlərinin aksepti formaları mövcuddur.
            Müsbət aksept dedikdə ödəyici təşkilatların hər bir ödəniş sənədi üzrə ödənişə razılığını yazılı surətdə banka təqdim etməsi başa düşülür.
            Mənfi akseptdə isə ödəyici təşkilat yalnız ödəyişdən imtina zamanı yazılı surətdə banka məlumat verir, ödənişə razılığı isə yalnız susmaqla bildirir, yəni ödəniş üçün ayrılmış müddət ərzində ödəyici təşkilat ödəniş üzrə narazılığını bildirməzsə, həmən sənəd akseptləşdirilmiş hesab edilir və ödəniş üçün qəbul edilir. Müddətlərinə görə əvvəlcədən və sonradan aksept formaları mövcuddur. Əvvəlcədən aksept o deməkdir ki, ödəyici təşkilat pul vəsaitləri onun hesabından silinənədək öz razılığını bildirməlidir. Həmin sənəd 3 iş günü ərzində akseptləşdirilməlidir.
            Kommersiya banklarının yaranması, onların hesablaşma kassa mərkəzləri ilə hesablaşmaları hazırki şəraitdə - aksept formasının əvvəlcədən aksept qaydalarına üstünlük verir. Yəni sənəd aksept müddəti keçdikdən sonra ödənilir. Ödəniş ödəyicinin razılığı əsasında aparılırsa, deməli, ödəyici təşkilat ödənişdən imtina da edə bilər. Ödəyici təşkilatlar əsasən ödənişdən:
- mal sifariş verilməmişdir; - əmtəəsiz hesab təqdim olunub;- razılaşdırılmış qiymət yoxdur;
            - mal aidiyyatı üzrə göndərilməyib və s. motivlərin əsasında tam imtinalar təqdim edilə bilər. Göstərilən motivlər ilə yanaşı müqavilədəki digər şərtlərin pozulmasına da istinad etməklə ödənişdən imtina etmək olar. Bir qayda olaraq akseptlərdən imtinalar yazılı surətdə təqdim olunur və imtinaların motivi tərəflər arasında bağlanan müqavilənin müvafiq müddəalarına əsaslanmalıdır. Bank akseptlərdən imtinalar üzrə satıcının və ödəyicinin heç bir iddialarına görə cavabdeh deyildir. Bu iddialar məhkəmə vasitəsilə həll olunmalıdır.
            Qeyd etdiyimiz kimi ödənişə razılığı bilmək üçün ödəyici təşkilatlara kənar şəhərli hesablaşmalara görə 3 iş günü möhlət verilir. Bu zaman sənədin daxil olma və ödəniş günü nəzərə alınmır. Həmən müddətdə sənədlər 1N-li kartotekada saxlanılır. Ödənişə razılıq əldə edildikdən sonra ödəmə tələbnaməsi ödənişi üçün təqdim olunur və müəssisənin hesabındakı pul vəsaitləri müqabilində ödənilir. Ödəmə tələbnaməsi tam və ya qismən ödənilə bilər. Ödəyici təşkilat yuxarıda göstərilən motivlər əsasında ödənişdən tam və ya qismən imtina edə bilər. Tam imtina təqdim olunarsa ödəmə tələbnaməsi ödənilmədən geri qaytarılır. Qismən imtina zamanı isə ödəmə tələbnaməsi üzərindəki məbləğdə bank tərəfindən düzəliş edilir və “Ödəniş məbləği – rəqəmlə” göstərilir. Hər iki halda ödəmə tələbnamələrinin tam və ya qismən ödənilməsi təqdim olumuş imtina sənədləri əsasında aparılır. Ödənişindən imtina edilmiş mal material qiymətliləri alıcı tərəfindən məsul mühafizəyə qəbul edilir və həmin mallar satıcının sərəncamı ilə sərəncamlaşdırılır, yəni mallar ya geri, ya da başqa ünvana göndərilir. Ödəmə tələbnamə tapşırığının mənfi cəhəti ondadır ki, bu zaman ödənişə təminat verilmir.
Mövzu 11. Bank sistemi.
PLAN
1. Bank işinin yaranması və inkişaf tarixi; 2. Bankların təsnifləşdirilməsi; 3. Банк системи  və гурулмасы;4. Dünya bank sisteminin xüsusiyyətləri.
1.Bank işinin yaranması və inkişaf tarixi
Qədim əsrlər tarixində bankların nə zaman yarandığı, onların hansı əməliyyatları yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz nəyin olduğu haqda dolğun məlumat yoxdur. Qədim xalqların ilk pulları haqda (balıqqulaqları, xəz dəri, qızıl külçələr, və s.) müəyyən qədər məlumat bu günə qədər gəlib çıxsa da, hazırda banklar haqqında yetərincə məlumat bizə çatmamışdır.
            Bildiyimiz kimi bank sözü italyan sözü olan “banko” sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Bu ticarət zamanı dövlət tərəfindən, ayrı-ayrı şəhərlərin və hətta ayrı-ayrı şəxslərin zərb etdikləri müxtəlif sikkələrdən istifadə olunurdu. Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə bu pulların bir-birinə dəyişdirilməsinin hansı nisbətdə aparılmasını məsləhət görən xüsusi peşəkarlar lazım idi. Bu peşəkarların ticarət meydanında öz fəaliyyətlərini yerinə yetirmək üçün xüsusi masaları olurdu. Əgər nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu və buraya dünyanın hər yerindən müxtəlif ölkələrin malları və pul nişanları axışırdı, o zaman ticarət əməliyyatlarında bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının səbəbini başa düşmək olar.
            Qədim Yunanıstanda isə ticarətin bu məsləhətçiləri trapezidlər adlandırılırdı. Yunan dilində “trapeza” masa deməkdir. Qədim Romada da bu fəaliyyətlə məşğul olan mensarilər mövcud idi. “Mensa” latın sözü olub, masa mənasını verir. Mensarilər də öz növbəsində valyuta mübadiləsi və başqa pul əməliyyatları ilə məşğul olurdular. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə tutulmuş mübadilə masaları əsasında yaranmışlar.
            Tarixçilərin fikrincə Qədim Vavilonda hələ bizim eradan əvvəl VI əsrdə kredit qoyuluşları və onlar üzrə faizlərin verilməsi təcrübədən keçirilmişdir. Həmçinin bu əməliyyatlar b.e.ə. IV əsrdə Yunanıstanda da həyata keçirilmişdir. Bununla yanaşı qədim yunanlar müvafiq haqla pulların mübadiləsini də yerinə yetirirdilər. Bu ilk bank əməliyyatlarını kim yerinə yetirirdi? Tarixçilərin fikrincə bu həm ayrı-ayrı şəxslər tərəfindən, həm də müxtəlif kilsələr tərəfindən həyata keçirilirdi.
            Çox keçmədi ki, ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli pul vəsaitlərinin yığımı səmərəli deyil. Belə ki, onları müvəqqəti olaraq istifadə etmək və ya başqasına verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu zaman girov kimi əsasən gəmilər və mallar iştirak edirdi. Bəzi hallarda isə evlər, qiymətli əşyalar, hətta adamlardan (qullardan) da girov kimi istifadə olunurdu.
            İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxardı.
            Bank xüsusi müəssisə kimi əmtəə istehsal edir, lakin onun istehsal etdiyi əmtəə maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə məşğul deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir.
2. Bankların təsnifləşdirilməsi
Təcrübədə bankların bir sıra növləri fəaliyyət göstərir:
- İlk növbədə emissiyakommersiya banklarını bir-birindən ayırmaq lazımdır.
Yerinə yetirdikləri əməliyyatlara görə bankları universalixtisaslaşdırılmış banklara ayırırlar.
            Universal banklara bütün bank əməliyyatlarını və xidmətlərini göstərmək iqtidarında olan bankları aid edirlər. Bankların universallığı dedikdə, onların məhdudiyyətsiz fəaliyyət tipi:     - İstehsalın ayrı-ayrı sahələri üzrə;-Müştərilərin tərkibi üzrə;-Kəmiyyət baxımından;- Regionlar üzrə.Universal banklar müxtəlif növ sahələri kreditləşdirdiyi halda, ixtisaslaşdırılmış banklar əsasən, müəyyən bir sahənin kreditləşməsi ilə məşğuldurlar. Həmçinin onu da gözdən qaçırmaq olmaz ki, universal banklar həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərdiyi halda, ixtisaslaşdırılmış banklar yalnız ayrı-ayrı şəxslərin xidmətinə yönələn fəaliyyətlə məşğuldurlar.
            Mülkiyyətinə görə banklar aşağıdakı kimi təsnifləşdirilirlər:
- Dövlət bankları; - Səhmdar banklar; - Kooperativ banklar;- Xüsusi banklar; - Qarışıq banklar.
            Fəaliyyət çərçivəsinə görə bankları:- iri,- orta, - kiçik banklara ayırırlar.
Dünyanın bir sıra ölkələrində kredit təşkilatları arasında xırda kredit təşkilatları da mövcuddur. Bunlara kredit kooperasiyaları, qarşılıqlı kredit cəmiyyətləri, ssuda-əmanət bankları, tikinti-əmanət kassaları və s. aiddir. Xidmət göstərdikləri ərazilərə görə bankları:
            - yerli,- regional,- Milli - beynəlxalq banklara ayırırlar.
            Yerli banklar dedikdə bura, əsasən yerli əhaliyə, eyni ərazinin əhalisinə xidmət göstərən bankları aid edirlər. Bura həmçinin, müəyyən bir ərazinin, şəhərin xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Ərazi bankları bir neçə regionun tələbatını təmin edən banklardır. Milli banklar ölkə daxilində fəaliyyət göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır. Beynəlxalq banklar isə ayrı-ayrı ölkələrin müştərilərinin bir-birləri ilə əlaqəsinə xidmət göstərən banklardır. Filiallarının sayına görə bankları:
- Çoxfiliallı  - filialsız banklara ayırmaq olar.
           
 
 
 
 
 
Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
            Bank olmayan kredit təşkilatı – öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
 
3. Dünya bank sisteminin xüsusiyyətləri
 
İstənilən dövlətin bazar iqtisadiyyatının yaranması və inkişafının vacib şərtlərindən biri onun dünyanın iqtisadi sisteminə inteqrasiyasıdır. Burada əsas məqsəd beynəlxalq əmək bölgüsündə tam hüquqi tərəf kimi iştirak etməkdən ibarətdir. Bu cür inteqrasiya həmin ölkənin beynəlxalq maliyyə təşkilatlarında tam iştirakı ilə mümkündür.
            Dünya arenasında böyük məna kəsb edən və ölkəmiz üçün də əhəmiyyətli olan təşkilatlara ilk növbədə ikinci dünya müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatının (BMT) üç ixtisaslaşdırılmış maliyyə-kredit institutları aiddir:
            - Beynəlxalq valyuta fondu (BVF);
            - Dünya bankı qrupları (DB);
            - Avropa yenidənqurma və inkişaf bankı (AYİB).
            BMT-nin tərkibini aşağıdakı sxemlə göstərmək olar:
 
BMT-nin tərkibinin sxematik quruluşu
 

BMT

 

İnvestisiyaların zəmanəti üzrə Beynəlxalq  agentlik
Avropa Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq İnkişaf Assosiasiyası
Dünya İnkişaf Bankı
BVF
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Beynəlxalq Valyuta Fondu: bu fond dövlətlərin valyuta-kredit münasibətlərinin tənzimlənməsi və onlara dünya valyutasında (1944-cü il, ABŞ dollarının dünya valyutası müəyyən olunduğu müddətdən 1971-ci il ABŞ dollarının qızıla dəyişdirilməsinin ləğv edildiyi dövrə qədər) qısamüddətli kreditlərin verilməsi ilə maliyyə köməyinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.
            Dollar özünün qızılla əlaqəsini itirdiyi, ABŞ və BVF isə aktiv şəkildə demonitizasiya siyasəti yürütdüyü zaman obyektiv olaraq dünya valyuta sisteminin yenidənqurulması vacibliyi ortaya çıxdı. Bu vəziyyət dünya valyuta sistemində elə bir pul vahidinin müəyyən olunmasını stimullaşdırdı ki, bu pul vahidi ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinə neytral yanaşmış olsun və BVF-in bütün üzv dövlətlərinin istifadəsi üçün yararlı olsun. Həmçinin qızılı əvəz edə bilsin. Məhz uzun sürən diskussiyalardan sonra BVF yeni beynəlxalq pulların – SDR-in emissiyasına başladı.
            İlk olaraq elan edildi ki, SDR dollar kimi (0,888qr.) qızıl məzmununa malikdir. Buna görə SDR-i qızıl kağız adlandırırlar. Lakin, demonitizasiya ilə əlaqədar olaraq artıq SDR-in “qızıl məzmunu” sözündən istifadə olunmadı.
            SDR-in emissiyasını BVF üzvlərinin Yamayka sövdələşməsində qızılın rəsmi demonitizasiyasından sonra BVF həyata keçirməyə başladı. Bu zaman SDR beynəlxalq valyuta sisteminin əsas ehtiyat aktivi kimi çıxış etdi.
            Tədavülə buraxılan SDR dövlətlər arasında onların kvotalarına, daha dəqiq desək nizamnamə kapitalındakı payına uyğun şəkildə bölüşdürülür. Kvotanın ölçüsü periodik olaraq dəqiqləşdirilir. SDR-i almaqla üzv dövlətlər özlərinin xarici borclarını ödəmək üçün bu valyuta ilə ehtiyac duyduqları digər valyutaları almaq imkanına malik olurlar.
            BVF səhmdar cəmiyyətin prinsiplərinə uyğun formalaşmışdır. Burada hər bir dövlət SDR-lə tərənnüm edilən kvotaya malikdir. Bu kvota əsasında ölkələrin BVF ilə qarşılıqlı münasibəti müəyyənləşir (nizamnamə kapitalına üzvlük haqqı; BVF resurslarından istifadə imkanı; qərarların qəbul edilməsində səs çoxluğu; ölkənin aldığı SDR-in məbləği və s.). Kvotanın ölçüsü ÜDM-in, tədiyyə balansının və rəsmi qızıl ehtiyatlarının ölçüsünə müvafiq müəyyənləşdirilir.
            Kapitalın və uyğun olaraq kvotanın məbləğinə qeyd etdiyimiz kimi, periodik olaraq yenidən baxılır və dəqiqləşdirilir. Kapitalın növbəti on birinci genişlənməsi 1999-cu ildə baş vermişdir ki, nəticədə BVF-in kapitalı 212 mlrd. SDR-ə (297 mlrd. dollar) qədər yüksəlmişdi.
            BVF-ə üzv dövlətlərin kredit alması bu dövlətlərin müəyyən iqtisadi-siyasi şərtləri yerinə yetirmələrindən asılıdır. Borcalan dövlətlə alınmış kreditin istifadəsinin reallaşdıracağı müəyyən iqtisadi siyasətdə əvvəlcədən razılaşmaya gəlinməlidir. Müəyyən şərtlərlə kreditlərin verilməsi zamanı BVF borcalan dövlətin ictimai inkişafına, sosial-siyasi qüvvələrinin vəziyyətinə təsir göstərmiş olur.
            Dünya bankı qrupları: bu qrup BMT-nin ixtisaslaşdırılmış maliyyə təşkilatını tərənnüm edərək, aşağıdakı tərkibə malikdir:
            - Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB);
            - Beynəlxalq inkişaf assosiasiyası (BİA);
            - Beynəlxalq maliyyə korporasiyası (BMK);
            - İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik (İZBA).
            Bu qrupa daxil olan strukturların fəaliyyəti vahid istiqamətə xidmət edir, lakin onların hər biri ümumi məqsədi rəhbər tutaraq öz funksiyasını yerinə yetirməklə məşğuldur.
            Məcmu şəklində bütün təşkilatlar Dünya Bankı adlanır. Bu bank dünyada ən iri investisiya institutu hesab olunur. Bankın məqsədi keçid dövründə olan ölkələrdə yoxsulluğu aradan qaldırmaq və o ölkənin iqtisadi artımının stimullaşdırılmasına xidmət etməkdən ibarətdir.
            Beynəlxalq yenidənqurma və inkişaf bankı Dünya Bankının baş təşkilatıdır. Bu səhmdar tipli təşkilatdır.
            1996-cı il, bu strukturun təşkil olunduğu dövrdə ona 38 dövlət üzv olmuşdu. Bu gün isə demək olar ki, dünyanın bütün ölkələri bu təşkilatın üzvüdür.
            Beynəlxalqinkişaf assosiasiyası 1960-cı ildə yaranmışdır. Bu təşkilatın yaranmasının səbəbi ondan ibarət idi ki, iqtisadi cəhətdən çox geri qalmış dövlətlərə Dünya Bankı tərəfindən birbaşa kreditlərin verilməsi imkansız idi. Bu təşkilat 35 ildən 40 ilə qədər faizsiz kreditlər verməklə məşğuldur. Bu zaman yalnız inzibati xərclərin ödənilməsi üçün 0,5 % həcmində haqq ödənilir. Assosiasiyaaşağı səviyyəli gəlirə malik ölkələri kreditləşdirir. 1999-cu ildə bu assosiasiya 1997-ci ildə ÜDM-nin adambaşına düşən payının 925 dollardan çox olmayan ölkələrə kreditlər vermişdir.
            Beynəlxalq maliyyə korporasiyası 1956-cı ildə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında xüsusi investisiyaların stimullaşdırılması məqsədilə təşkil olunmuşdur. Beynəlxalq yenidənqurma və inkişaf bankından fərqli olaraq bu təşkilat dövlət zəmanəti tələb etmir və bütün riskləri öz boynuna götürür. Bu korporasiya təkcə kreditlər verməklə deyil, həmçinin qiymətli kağızlar almaqla da məşğuldur ki, bu fəaliyyəti ilə xüsusi investorları cəlb etməyə çalışır. BMK 134 ölkədə 2 mindən çox müəssisəyə bu ölkələrin iqtisadiyyatının rentabellik səviyyəsini artırmaq məqsədilə köməklik göstərmişdir.
            İvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik 1988-ci ildə inkişaf etməkdə olan ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılmışdır. Bu agentlik zəmanətlər təqdim etməklə, daha dəqiq desək investisiyaları qeyri-kommersiya risklərindən sığortalamaqla məşğuldur. Agentliyin əsas məqsədi ondan ibarətdir ki, o, xarici investorların cəlb edilməsində maraqlı olan işgüzar dairələr və ölkələrin hökumətləri arasında görüşlər təşkil edir, danışıqlar aparır, onlara bu problem üzrə müxtəlif informasiya xidmətləri göstərir. İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentliyin fəaliyyətində 145 ölkə iştirak edir.
            Avropa Bankının əsas məsələsi avropa ölkələrinin bazar iqtisadiyyatına keçidinə şərait yaratmaqdan ibarətdir. Bunun üçün o, xüsusi sektorun, ilk növbədə orta və kiçik müəssisələrin genişlənməsinə və rəqabət qabiliyyətliliyinə kömək göstərir, xarici və yerli kapitalların istehsal fəaliyyətinin inkişafı naminə mobilizəsinə təkan verir; investisiyaları, xüsusi müəssisələrin inkişaf şəraitini təmin edən infrastruktur obyektlərinə istiqamətləndirir.
            Başqa maliyyə təşkilatlarından fərqli olaraq Avropa İnkişaf və Yenidənqurma Bankının nizamnaməsində göstərilir ki, bu bank özünün əməliyyatlarını yalnız çoxpartiyalı, demokratiya, plyurealizm və bazar iqtisadiyyatı prinsiplərinə riayət edən ölkələrdə həyata keçirir. Bank öz resurslarının 60%-nə qədərini xüsusi sektorun inkişafına yönəltməyə borcludur. Bu zaman dövlətlərin belə proyektlərə görə təminat verməyinə ehtiyac yoxdur. Bu təşkilat kreditləri vasitəçilər tərəfindən verir ki, onlar kiçik və orta müəssisələrin tələbatını yüksək səviyyədə təmin edə bilirlər.
            Beynəlxalq valyuta-kredit təşkilatları arasında əsas yerlərdən biri Beynəlxalq Hesablaşma Bankınındır. Onun tərkibi 34 dövlətdən ibarətdir. Bu bank mərkəzi mərkəzi bankların bankı kimi müəyyənləşə bilər. Onun iki əsas funksiyası vardır:
            - Mərkəzi banklar arasındakı əməkdaşlığa imkan yaratmaq və beynəlxalq hesablaşmaların və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqdan ibarətdir;
            - Öz üzvlərinin beynəlxalq maliyyə hesablaşmalarının yerinə yetirilməsində agent-bank və ya depozitari-bank kimi çıxış edərək təsir göstərmək.
            Həmçinin, London, Paris kreditor klubları da beynəlxalq maliyyə bazarında əsas rol oynayan təşkilatlardandır.
            Paris kreditor klubunun mahiyyətinə əsasən ölkələrin bir-birlərinə olan borcları ödənilir və ya bu borc satıla bilər.
            Bu klubun köməkliyi ilə 1999-cu ildə Rusiya dövləti keçmişdən SSRİ-nin tərkibindəki respublikalara verdiyi kreditlərin ödənilməsi yolu ilə büdcəyə 3,5 mlrd. dollara yaxın daxil olmaya malik olmuşdur.
            London kreditor klubu əsasən inkişaf etməkdə olan ölkələri kreditləşdirən 600-dən çox kommersiya banklarını bir yerə cəmləşdirir. Dövlət kreditləri problemləri ilə məşğul olan Paris kredit klubundan fərqli olaraq London kredit klubu xüsusi kommersiya banklarına olan sığortalanmamış kredit borcları ilə məşğuldur.
4. Mərkəzi bankın təşkili formaları və funksiyaları
Kapital baxımından mərkəzi banklar aşağıdakı hissələrə bölünür:
- Dövlət – yəni belə banklarda kapital bütövlükdə dövlətə aid olur; (İngiltərənin, Almaniyanın, Fransanın, Kanadanın. Qeyd etmək lazımdır ki, Milli Bank da bu növ banklara aiddir).
            - Səhmdar – Federal Ehtiyyat Sistemi;
            - Qarışıq – bir hissəsi dövlətə, bir hissəsi isə digər hüquqi şəxslərə aid səhmdar cəmiyyətlər (Yaponiyanın, Belçikanın mərkəzi bankları).
            Əlbəttə ki, ölkə hakimiyyəti mərkəzi bankın ölkənin kredit sistemindəki rolunun əhəmiyyətinə görə onun etibarlılığında maraqlıdır. Lakin dövlətin mərkəzi bankla sıx əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir. Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial bank sisteminə hesabat verir.
            Mərkəzi bankın hüquqi sərbəstliyi onun fəaliyyətinin effektivliyinin əsas şərtidir ki, əksər hallarda bu hakimiyyətin qısamüddətli məqsədləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda mərkəzi bankın hakimiyyətdən qeyri asılılığı nisbi xarakter daşıyır, belə ki, uzunmüddətli planda mərkəzi bankın siyasəti dövlətin makroiqtisadi kursu ilə müəyyənləşir.
            Ənənəvi olaraq mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir:
∆ Banknotların inhisarçı emissiyasını yerinə yetirir;
∆ Banklar bankı hesab olunur;
∆ Dövlətin bankiri hesab olunur;
∆ Pul-kredit tənzimlənməsini həyata keçirir və Milli valyutanın sabitliyini təmin edir.
 
5. Mərkəzi bankın passiv əməliyyatları
 
Mərkəzi bank öz funksiyalarını aktiv və passiv bank əməliyyatları vasitəsilə yerinə yetirir.
            Passiv əməliyyatlar mərkəzi bankın resurslarını formalaşdıran əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır:
            - Banknot emissiyası;- Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu;
            - Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.
            Əksər ölkələrdə mərkəzi bankın resurslarının əsas mənbəyi banknotların emissiyasıdır ki, bu mərkəzi bankın bütün passivlərinin 54%-dən 85%-nə qədərini təşkil edir. Hazırda, bildiyimiz kimi banknotların buraxılışı bütövlükdə qızılla təmin olunmamışdır.
            Banknot emissiyasının müasir mexanizmi kommersiya banklarının, dövlətin kreditləşməsi və qızıl valyuta ehtiyatlarının artırılması üzərində qurulmuşdur. Emissiya mexanizmi banknotların kredit təminatını müəyyənləşdirir.
            Mərkəzi bankların resurs mənbəyi xəzinədarlığın və kommersiya banklarının yatırımlarıdır. Belə ki, onlar mərkəzi bankların faizsiz hesablarına özlərinin kassa ehtiyatlarının, həmçinin məcburi ehtiyatlarının bir hissəsini qoyurlar.
            Nəhayət mərkəzi bankların resurs mənbələrindən biri də xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlardır. Lakin bu mənbə bir növ ikinci dərəcəli hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 4%-nə qədərini təşkil edir.
 
Mövzu 13. Kommersiya bankları.
P L A N
1. Kommersiya banklarının funksiyaları;
2. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları.
1. Kommersiya banklarının funksiyaları
Bank sisteminin fəaliyyət mexanizmində əlbəttə ki, əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.
            Bu gün kommersiya bankları müştəriyə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Əməliyyatların geniş həcmi banklara hətt qeyri-rentabelli təsərrüfat şəraitində belə müştərilərlə daim təmasda olmağa imkan verir. Qeyd etmək lazımdır ki, bank təcrübəsində bütün bank əməliyyatlarından (məsələn, beynəlxalq hesablaşmaların aparılması, trast əməliyyatları və s.) gündəlik istifadə olunmur. Lakin müəyyən baza əməliyyat dəsti vardır ki, bunlarsız bankın mövcudluğu və normal fəaliyyət göstərməsi mümkün deyil. Bankın bu cür konstruktiv əməliyyatlarına pul ödəmələri və hesablaşma, depozit və vasitəçilik funksiyasını misal göstərmək olar.
            Beləliklə kommersiya bankı bank-kredit sisteminin borc kapitalının gəlir əldə etmək məqsədilə hərəkətini təşkil edən institutudur.
 
           
2. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları
Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
            Bank nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Milli Banka bir nüsxədə təqdim edilir və Milli Bankda saxlanılır.
            Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Milli Banka təqdim edilir. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Milli Bank tərəfindən müəyyən edilir. Heç bir bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
            Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.
            Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lakin Milli Bank verdiyi bank lisenziyasında və icazədə “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qaqnunun 32-ci maddəsinə əsasən banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər. Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmasın.
            Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu zaman Milli Bank lisenziya vermək üçün müraciətə baxarkən bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
            Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onları aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qanunun tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank da Azərbaycan Respublikasında filiallar aça bilməz.
            Bankların ləğvi də Milli Bank tərəfindən həyata keçirilir. Bu proses 2 formada olur.
            - Könüllü ləğv;- Məcburi ləğv.
 
 
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci