ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Iqtisadiyyatın əsasları- Məhərrəmov İlqar

Geniş başlıq mətni.

Mövzu 1.
İqtisadiyyat və onun təməl prinsipləri.
 
İqtisadiyyat sosial elmlər sisteminə mənsub olan xüsusi bir elm sahəsidir.  Təbiyyəti öyrənən elimlərdən fərqli olaraq sosial elimlərin – tarix, fəlsəfə, iqtisadiyyat (iqtisad), sosialogiya, psixologiya politologiya və s. tədqiqat obyekti bütövlükdə cəmiyyətdir. Lakin onların hər birinin oyrəndiyi hadisələr dairəsi və xüsusi predmeti vardır.
İqtisad elminin predmetini bilavasitə iqtisadiyyatın özü təşkil edir. Lakin iqtisad elmi də müəyyən təsnifata malikdir.
Bütün elimlərdə olduğu kimi, bu elmində özünə məxsus terminləri, anlayışları və ifadə üslubları var. Bunlarında əksəriyyəti bizim adi həyatımızda, məişətimizdə işlətdiyimiz sözlərlə, anlayışlarla üst – üstə düşmür. Buna görə də, iqtisad elmində işlədilən, bir sıra hallarda başqa dillərdən dilimizə keçən məhfumlara, anlayışlara diqqətlə yanaşmaq, onların ifadə etdiyi mənalara dərindən diqqət yetirmək elmin öyrənilməsini asanlaşdırır və ona olan marağı daha da artırır.
Müasir sivlizasiyalı cəmiyyətdə ən qiymətli sərvət insanın bilik və bacarığıdır, onun intelektual səviyyəsidir. Bunlar isə iqtisadi və mədəni yüksəlişin ən mühüm amillərdir. Böyük Nizami hələ XII əsrdə elmin, biliyin yaradıcı, qurucu gücünü görmüş və qiymətləndirmişdir. O, “Qüdrət elimdədir” fikrini dəfələrlə yada salır və göstərir ki, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”. Zəhmətin, işin hədərə getməməsi üçün o, insanı öyrənməyə, çalışmağa, yaratmağa, təbiətin və cəmiyyətin sirlərini açmağa dəvət edir.
İqtisadiyyat  - iqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcədə “Nəqliyyatın iqtisadiyyatının” öyrəndiyi, araşdırdığı obyektdir.
Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenefontun (e.ə-430-355) “Ev təsərrüfatı” və ya “Ev iqtisadiyyatı” deyilən əsərinin adından götürmüş, sonra Aristotel (384-322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan “Oykonomiya” iki sözdən – “oykos” (ev, təsərrüfat) və “nomos” (qayda, qanun) söz birləşməlrindən yaranmışdır. Bu mənada “ekonomika” antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının , ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mənasında da elə “ekonomika” anlayışının bildirdiyi mənaya uyğundur. Dilimizə daxil olan “iqtisadiyyat” məfhumu “təsərrüfatı idarəetmə”, “təsərrüfatçılıq” kimi anlayışları ifadə edir.
İqtisadiyyatı öyrənmə, dərketmə və idarəetmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür.
Makroiqtisadiyyat – bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması, təşkili və idarəedilməsi deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və təhlli yolları araşdırılır.
Mikroiqtisadiyyat – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkili edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə ifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksdir. Məsələn, aqrar – sənaye kompleksi, aqrar-biznes, hərbi – sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və koopretavləşmə təşkil edir.
Aqrar – sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi asas götürülür.
Hərbi – sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Meqoiqtisadiyyat – bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
İqtisadiyyat bütün sahələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heçdə dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir.
 
Mövzu 2.
İqtisadi anlayışlar, katiqoriya və qanunlar.
 
İqtisadi anlayış müəyyən iqtisadi hadisəni prossesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məsələn, mülkiyyət, istehsal, bölgü, əmmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar  mövcuddur. “İqtisadi kateqoriya”, “iqtisadi qanun”, “iqtisadi prinsip” və s. kimi işlədilən terminlər, adlar da iqtisadi anlayışlardır.Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin “obazları” isə iqtisadi anlayış və kateqoriyalardır. İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı – ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. Məsələn, əmtəə, mübadilə, pul, qiymət, əmək haqqı kimi kateqoriyaların hər birində insan münasibətlərinin müəyyən tərəfləri, mahiyyəti ifadə olunur.
İqtisadi qanunlar – iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiəətdə olduğu kimi cəmiyyətdədə ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər.
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. İqtisadi qanunlar sistem şəkilində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar bir-birilə bağlı və qarşılıqlı aslılıq şəraitində təsir göstərir və təzahür edirlər. Qanunların təzahür etdiyi, yəni aşkara çıxdığı formalara iqtisadi kateqoriyalar, iqtisadi anlayışlar deyilir. Əmtəə, pul, bank, kredit, tələb, təklif və s. eyni zamanda iqtisadi qanunlar sisteminin təzahür formalarıdır.
Hərbir qanunun fəaliyyət mexanizmini, təsir dairəsini, təzahür formalarını öyrənmək, aşkar etmək mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Bu baxımdan çağdaş iqtisadi sistemdə, sdərbəst bazar iqtisadiyyatında ən geniş təsir dairəsinə malik olan iqtisadi qanunları – dəyər qanunu, qiymət qanunu, pul tədavülü, tələbatın artması, tələb, təklif rəqabət kimi qanunların öyrənilməsinin böyük əhəmiyyət vardır.
Ölkəmizin keçid iqtisadiyyatı dövründə olduğunu nəzərə alıb ümumi iqtisadi qanunların və prinsiplərin bu şəraitdə necə və hansı istiqamətdə, çərçivədə təsir göstərə bilmə məsələlərini də öyrənmək lazım gəlir. Bir sözlə, milli iqtisadiyyat hansı iqtisadi sistemə keçirsə, o sistemə də xas olan iqtisadi qanunlar və kateqoriyalar da orada fəaliyyət göstərməlidir. Lakin hər bir ölkənin regionun özünə məxsus maddi, iqtisadi və mənəvi dəyərləri, konkret iqtisadi şəraiti nəzərə alınmaqla iqtisadi kateqoriyaların necə və hansı çərçivədə təsir göstərməsi də öyrənilməlidir.
Sovet iqtisadi ədəbiyyatında, dərsliklərində adətən iqtisadi qanunları və anlayışları ümumi və xüsusi kateqoriyalara, daha döğrusu, kapitalizmin və sosializmin iqtisadi qanunlarına bölürdülər. Burdan da “kapitalizm” və “sosilizm” iqtisadi qanunları anlayışı yaranmışdır. Ən çox iqtisadi qanunların obyektvliyindən və onlardan şüurlu istifadə edilməsinin zəruriliyindən bəhs edən “sosializmin” siyasi iqtisad elmi olmuşdur. Əslində isə totalitar, inzibati-planlı üsulla idarə edilən Sovet sosialist sistemində heç bir obyektiv iqtisadi qanunun tələbləri nəzərə alınmamışdır. Digər tərəfdən “əməyə görə bölgü”, “sosialist yığımı”, “sosialist əhali artımı”, “sosializm yarışı”, “planauyğunluluq” kimi anlayışlar yalnız sosializmə xas olan xüsusi qanunlar kimi təqdim olunurdu. Bütün bunları təbliğ etmək, Sovet sosialist iqtisadiyyatının üstünlüklərindən danışmaq, kapitalizmi “tufeyli”, “çürüməkdə olan”, “kortəbbi” və “həc-mərcilik” yolu ilə gedən bir cəmiyyət kimi qələmə vermək “sosializm siyasi iqtisadının” başlıca vəzifəsi idi. Bunları yada salmaqda məqsədimiz odur ki, iqtisadiyyat partiyallıqdan uzaq, tərəfsiz, obyektiv fəaliyyət göstərməli və fuksiyalarını da bu istiqamətdə yerinə yetirməlidir.
İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət göstərdiyi şəraiti araşdırmaqdır. Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar qiymətlərinin zəruri olması tələb olunur.
Dövlətin iqtisadiyyatı tam nəzarətdə saxlaması və inhisara alması iqtisadi qanunların təsir dairəsini daraldır və onların özünü göstərməsinə imkan vermir. Əksinə, ölkədə dövlət inhisarçılığının, habelə hər cür inhisarçılığın aradan qaldırılması iqtisadi qanunların da sərbəst fəaliyyəti üçün şərait yaradır. Bu halda dərk edilmiş iqtisadi qanunlar iqtisadiyyatın makro və mikro səviyyələrində idarəetmənin, təsərrüfatçılıq üsullarının elmi əsaslarına çevrilə bilər. Aydındır ki, təsərrüfat subyektləri ən çox hüquqi qanunlar əsasında idarə edilir və tənzimlənir. Lakin onu da unutmaq olmaz ki,hüquqi qanunlar iqtisadi şəraiti və təlabatı az və ya çox dərəcədə düzgün əks etdirdikdə işləyə bilər. Nəzərə almaq lazımdır ki, dövlətin, parlamentin qəbul etdiyi qanunlar yalnız hüquqi qüvvəyə malikdir. Bu qanunlar “işləyə” də bilər “işləməyə” də, onları dəyişdirib yenisi ilə əvəz etmək də o qədər çətin deyil. Lakin, rəqabət, tələb-təklif , tələbatın artması kimi iqtisadi qanunları ləğv etmək, yenisi ilə əvəz etmək olmaz.
Mövzu 3.
Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər.
 
Bütün elimlər kimi İqtisad elmidə qısa bir zamanda, boş zəmin üzərində yaranmamışdı. Onun meydana gəlməsi və müstəqil bir elm sahəsinə çevirilməsi üçün üzun bir tarixi dövr tələb olunmuşdur.
İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat fikrin və nəzəriyyələrin öyrəndiyi bir obyektdir.
İnsanlar öz şüurlu iqtisadi fəaliyyətləri haqqında çox qədimlərdən düşünməyə başlamışlar. İcma qurluşunda, bəsit iqtisadiyyat şəraitində fəaliyyət göstərən insanların təbii və iqtisadi mühit haqqında müəyyən təsəvvür və görüşləri olmuşdur. Lakin bütün bunlar bizə miflər, nağıllar, dastanlar və s. şəklində gəlib çatmışdır. Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək bölgüsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır.Ümumiyyətlə elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik quldarlıq dövründə yaranmışdır.
İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın olması zəruri idi . Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda, Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4-5 min il əvvəl qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində - qədim şumerlərdə (indiki İraq ərazisi), Misirdə, Türküstanda və s. ölkələrdə meydana gəlmiş və nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır.
Tarixi mənbələr göstərir ki, Qədim şərqdə əmək bölgüsünün və bunun əsasında əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb olmuşdur. Belə ki, Şərq ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi məhsullar mübadilədə vasitəçi kimi çıxış etmişlə. Heç də təsadüfü deyil ki, bir sıra Şərq ölkələrində, eləcədə Azərbaycanda mal, əmtəə anlayışı eyni məna daşıyan anlayışlar kimi işlədilir. Metal pulların (mis, gümüş, qızıl) kəsilməsi və dövriyyəyə buraxılması da Qədim Şərq ölkələrində həyata keçirilmişdir. Hazırda dünyanın bir çox ölkələrində işlədilən “moneta” pul adı da o dillərə Şərqdən keçmişdi. Görünür bizim “manat” milli pul vahidinin adı da oradan götürülmüşdür. Bu da e.ə Bisitun qayalarında mixi yazılanda “manat”, “monnat” kimi həkk olunmuşdur. Bunuda bildirək ki, ilk dəfə Çində (XII əsr) dövriyyəyə kağız pul buraxılmışdır. Bütün bunlar onu göstərir ki, əkinçiliyin, maldarlığın, sənətkarlığın, ticarətin, şəhər mədəniyyətinin, dövlətin və onun idarə etmə funksiyalarının yüksək inkişaf etdiyi qədim ölkələrdə iqtisadi fikrin yaranması və inkişafı üçün geniş zəmin olmuşdur.Biz bunun nümunələrinə qədim Misirin papirus yazılarında (e.ə III, II minilliklərdə), şumerlərin daş və kərpic yazılarında (e.ə IV, III minilliklərdə), Babilistan hökmüdarı Xammurapinin daş üzərində mixi yazıları ilə həkk olunmuş qanunlarında (e.ə XVIII əsr) və s. abidələrin verdiyi məlumatlardan görə bilərik.
Qədim dünyanın yaratdığı böyük dövlətlər, iqtisadi və mədəni həyatlar yox olub getmişdir. Lakin o qədim svlizasiyalar yunan və avropa mədəniyyətlərinə güclü təsir göstərmişdir. Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və insanı öyrənən elimlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsində də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenefonun (e.ə. 430-355), Platonun (e.ə. 427-347), Aristotelin  (e.ə. 384-322)əsərlərinə quldarlıq qurluşunun iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyyələr verilmişdir. İlk dəfə “İqtisadiyyat” – “Oykonomiya” anlayışını elmə gətirən də onlar olmuşdur. Antik dünyanın ən görkəmli zəkalarından biri olan Aristotel ilk iqtisadçı sayılmağa layiqdir. O, özünün xüsusilə “Syasət” və “Etika” adlı əsərində “İqtisadiyyat” anlayışının nəzəri təhlilini verir, onun məqsəd və funksiyalarını göstərir. Onun fikrincə “İqtisadiyyat” insanın təsərrüfat fəaliyyəti dairəsidir.
Orta əsrlərdə iqtisadi fikir və təlimlər nəzərə çarpacaq qədər inkişaf etdirilə bilməmişdir. Avropada antik yunanlardan başlayan iqtisadiyyatın ardıcıl davam etdirilə bilməməsinin səbəbləri haqqında müxtəlif fikirlər mövcuddur. Lakin İsa peyğəmbərin döğum ilindən başlayan yeni erada quldarlığın dağılması, yeni feodal iqtisadi sisteminə keçid, qapalı təsərrüfat formalarının yaranması prosesi də baş vermişdir. Bundan başqa bu dövr xristianlıq dinin yaranması və yayılması dövrü olmuşdur. Yeni eranın IV əsrindən başlayaraq xristian dini rəsmi dövlət dini (Roma inperiyasında) elan edilmişdir. Bunun nəticəsində ictimai- iqtisadi həyatın yönləndirilməsi və tənzimlənməsi “Bibliya”nın ehkamlarının təsirinə məruz qalmışdır. Həmin dövrdə yeni din və onun ictimai – iqtisadi həyat baxışları əsas götürülmüşdür.
İlkin xristiyanlıqda (isəvilikdə), onun müqəddəs kitabı “İncil”də insanların əməkdı, işdə, bölgüdə bərabərliyi təbliğ olunur. İnsanlarda dözümlülük, sərvətə, var-dövlətə uymamaq fikri əsas götürülür. İsəvilik hamının əməyinin, işinin bəhrəsi ilə həyat sürməsini vacib sayır. “İncil”də deyilir “İşçi öz əmək haqqına layiqdit” (İncil, Azərbaycan dilində səh. 524), “...başqaları əmək sərf edirlər və siz onların əməyinə şərik olursunuz”
Mövzu 4.
İqtisad elminin yaradılması və formalaşması.
 
Əvvəlki mövzuda göstərildi ki, iqtisadi fikir və təlimlər uzun tarixi dövr ərzində xüsusi bir elmin öyrənmə obyekti olmamışdır.Qədim dünyadan başlamış XVII-XVIII əsrlərə qədər iqtisadi fikir və görüşlər müxtəlif elimlərin tərkibində inkişaf etdirilmişdir. Bu elmin yalnız XVII-XVIII əsrlərdə bir nəzəriyyələr sistemi kimi formalaşmağa başlamışdır. Həmin dövrlərdə elmlərin təsərrüfatı, yeni elmi-bilik sahələrinin meydana çıxması üçün maddi, iqtisadi və mənəvi şərtlər də yetişmişdir. Belə ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Avropa ölkələrinin ictimai-iqtisadi həyatında böyük dönüş yaranmağa başlamışdır. Xüsusi mülkiyyətin müxtəlif formalarına, azad sahibkarlığa, xüsusi təşəbbüs və rəqabətə əsaslanan yeni cəmiyyətin yaranması və təşəkkül tapması bu dövrün səciyyəvi xüsusiyyəti idi. Bu şəraitdə əmək bölgüsünün dərinləşməsi, manifakturaların yaranması, daxili və xarici bazarların genişlənməsi, pul tədavülünün rolunun artması kimi proseslər baş verirdi. Bir sözlə, yeni, daha yetkin və mürəkkəb bir iqtisadi sistem meydana gəlrdi. Yeni yaranan və inkişaf edən bu iqtisadi münasibətlər sistemi onu nəzəri cəhətdən öyrənən, araşdıran və təhlil edən xüsusi bir elm sahəsinin də meydana çıxmasını zəruri edirdi. Eyni zamanda həmin iqtisadi, ictimai şərait iqtisad elminin yaradıcılarını  və klassiklərini də yetişdirmişdir.
İqtisad elminin yaranmasından başlayaraq sistemli bir elmə çevirlməsinə qədər bir sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm deyilən məktəb olmuşdur.
Merkantilizm – italyan dilində ticarət, tacir deməkdir. Bu əslində Avropada XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır. Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571-1641), italyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkrityen (1575-1621) kimi şəxslər iqtisadi fikrin inkişafına böyük xidmətlər göstərmişlər. Elə elmin ilk adı da Merkantilist Monkrityen tərəfindən verilmişdir.
Merkantililslərin nəzəri – iqtisadi görüşlərində iqtisadiyyat vahid bir sistem kimi ğyrənilmişdir. Onlar, yalnız iqtisadiyyatın bir sahəsini, əmtəə tədavülü dairəsini tədqiq və təhlil edirlər. Bunun obyektiv səbəbi ondadır ki, merkantilistlər ticarət kapitalının həlledici rol oynadığı dövrdə yaşamış, ilkin kapital yığımı dövrünü keçirmişlər. Buna görədir ki, merkantilislər sərvəti və onun artırılmasını, toplanmasını pul formasında təsəvvür edirdilər. Avropanın əsas ölkələrində öz iqtisadi, siyasi ideyaları ilə çıxış edən merkantilistlər milli iqtisadiyyatların dövlət tərəfindən himayə və idarə edilməsinə, xarici ticarət üzərində yüksək nəzarət qoyulması kimi fikirlər yürüdürdülər. Pulu, qızılı ölkədə qoruyub saxlamaq, daha çox əmtəə ixrac etməklə xaricdən ölkəyə daha çox qızıl, gümüş gətirmək onların idealı idi. Merkantilistlər göstərirdilər ki, dövlətin iqtisadi siyasəti ölkədə ticarəti və pul tədavülünü inkişaf etdirmək və tənzimləmək məqsədi daşımalıdır. Onlar ölkədə dövlət xəzinəsində daha çox pul ehtiyyatı, qızıl-gümüş toplanmasını məqsədə uyğun hesab edirdilər. Merkantilistlərin ticarət, pul, idxal, ixrac, gömrük və s. haqqındakı ideyaları indi də öz əhəmiyyətini itirməmişdir. Hazırda dünyanın bir çox ölkələri merkantilzm prinsiplərinə uygun siyasətə üstünlük verirlər.
Fiziokratlar – Fiziokratiya sözü, iki yunan sözündən – “fizis” təbiət və “kratos” hakimiyyət sözlərinin birləşməsindən törəyən “Təbiət hakimiyyəti” deməkdir. Bu iqtisad elmi tarixində yeni məktəbin adıdır. Tədavül sferasını öyrənən merkantilislərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan əkinçilik, kənt təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar iqtisadiyyatın əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin, onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş və onu sərvətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə Fransada, kənd təsərrüfat isrehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana çıxmışdır. Fiziokrat iqtisadi fikrinin əsasını qoyan da fransalı həkim və təbiətşunas Fransua Kene (1694-1774) olmuşdur. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.
Klassik məktəb – klassik iqtisad elminin və onu yaradanların əsil vətəni İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı dövrdə iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və təhlil edilməsinə ehtiyyac duyulur. Dövrün ehtiyyac və tələbləri bu elmi yaradanları da yetişdirir. Bunların içərisində ən məhşurları Uliyam Petti (1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur.
İqtisad elminin baniləri və klassiklərin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını bütöv halda götürülüb tədqiqat obyektinə çevrilmişlər. Merkantilizm cərərəyandan fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar.
Adam Smitə görə cəmiyyətin sərvəti və onun artırılması yolları mühüm yer tutur. O, sərvətin mənşəyini əməkdə görür və yazır ki, “Hər xalq illk əməyi, onun yaşayışına və həyat rahatlığına lazım olan məhsulları gətirən bir ilkin fonddur”. Smitə görə illik məhsulun və sərvətin miqdarı əsasən iki amildən; 1-ci istehsalda tətbiq olunan əməyin miqdarından, işçilərin sayından, 2-ci isə əməyin məhsuldarlığından aslıdır.
Marksist məktəb – bu məktəbin baniləri Karl Marks (1818-1883), və Fridrix Engels (1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlərində yaşayan iqtisadçıların görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər. Onlar ictimai – iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsalandırmaqa çalışmışlar.
Marksın iqtisadi təhlilin məğzini dəyər və onun formaları haqqında nəzəriyyə təşkil edir.Kapital yığımı, proletariatın mütləq və nisbi yoxsullaşması Marksın nəzəriyyəsində əsas yer tutur.
Ümumiyyətlə belə bir nəticəyə gəlmək olar ki, maddi-iqtisadi şəraitin yetişmədiyi və tarixin də zəruri bir məsələ kimi ortaya qoymadığı ümumbəşəri problemi bir inqlabın, silahlı çevrilişin gücü ilə həll etmək mümkün deyil.
 
 
 
 
Mövzu 5.
Azərbaycanda iqtisadi fikrin yaranması və inkişafı
 
Azərbaycanda və islam Şərqində iqtisadi fikir və görüşlər çox qədimlərdən başlayır. İqtisadi və mədəni yüksəliş bu ölkələrdə ictimai-iqtisadi fikrin inkişafı üçün zəmin yaratmışdır.                                              
Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın və bir çox Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdr. Indi bərpa olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur.
IX-XIV əsrlərdə Şərqdə və Azərbaycanda elm, sənət və mədəniyyət yüksək inkişaf dövrü kəçirmişdir. Bu dövrdə Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri yetişmişdir. Bunlardan Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048), Bəhmənyar (993-1066), Nizami (1141-1209), Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlər çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya mədəniyyətini zənginləşdirmişlər. Bunların və adını çəkmədiyimiz onlarca Şərq mütəfəkkirlərinin əsərləri iqtisadi fikir  və nəzəriyyələrlə də zəngindir. Orta əsrlərdə yaşamış bu alimlərin əsərlərində fəlsəfə və təbiətşünaslıq elm sahələri ilə yanaşı, cəmiyyətin iqtisadi hadisələri və onların qanunauyğunluqları haqqında fikirlər də öz əksini tapmışdır. Onlar sərvət və onun yaradılması və bölgüsü, mübadil, əmək bölgüsü, əmtəə, pul, bazar, maliyyə, vergi kimi iqtisadi anlayışlar haqqında öz nəzəri görüşlərini bildirmişlər. Bütün bunları örənmək isə keçmişimizi, soy kökümüzü,tariximizi öyrənmək və özümüzü bir daha dərk etmək deməkdir. Bu məqsədlə iqtisadi fikir tariximizə bir nəzər salaraq onun öyrənilməsinin qaynaqlarını da göstərmər istərdik. 
Xalqın ilkin, ibtidai, ictimai-iqtisadi fikir tarixi çox uzaq keçmişlərdən başlayır. Hələ yazılı ədəbiyyat olmayan dövrlərdə keçmiş nəsillərimizin həyat tərzi, iqtisadi fəaliyyət və davranışları haqqındakı bilik və düşüncələri, şifahi xalq ədəbiyyatı nümunələri vasitəsilə gəlib bizə çatmışdır. Dastanlarda, bayatılarda, nəğmələrdə və mifologiyalarda soy kökümüz, adət-ənələrimiz haqqında verilən məlumatlarla da əldə edə bilərik. Bu dastan, bayatı və nəğmələrimizdə ən çox rast gəldiyimiz xeyirli, faydalı əməllərin təriflənməsi, əməyə, əməkçiyə, sənətkara, torpağa, suya, bağbağçaya doğma münasibətin bəslənməsidir. Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları dəmir- metal əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar. Azərbaycanda dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə malikdir. Məşhur türkoloq alim Lev Qumilyev “Qədim türklər” əsərində yazır: “Türklər dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxmışlar”.
Şifahi xalq ədəbiyyatında tənbəllik, tüfeylilik, başqasının hesabına yaşamaq təqdir olunmur. Əməkdə, işdə, çətin məqamlarda sınaqdan çıxmaq, elin,  obanın köməyinə çatmaq,gözəl sənətlərlə fəxr etmək dastan və bayatılarımızın əsas motivləridir. Bir bayatıda deyilir: “Tənbəldən kömək olmaz, kimsəyə gərək olmaz. İşində çalışginən, zəhmətsiz yemək olmaz”.
Torpaqla bağlılıq, ona xidmət göstərmək, torpağı və çörəyi müqəddəs saymaq bayatı və nəğmələrimizdə yeksək səviyyədə vəsf olunmuşdur.
Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında da əks olunmuşdur. Bu dastanda əks etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşadığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boylarında aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq, keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında əmtəə mübadiləsinə  və ticarətə də şərait yaratmışdır.
Azərbaycanda VII əsrdən başlayaraq islam dininin yayılması, qəbul  edilməsi ictimai-iqtisadi fikrin inkişafına təsir göstərmişdir.
Çox dərin tarixi köklərə malik olan Azərbaycan xalqının öz milli adət- ənənələri, mədəniyyəti, dili, sosial və iqtisadi həyat tərzi olmuşdur. Bu milli həyat tərzi, milli mədəniyyət islamın ümumbəşəri, əxlaqi dəyər və qaydaları ilə zənginləşmişdir. Bu gün dünyada geniş yayılmış islam mədəniyyətinin inkişafında ərəblərlə yanaşı fars, türk və başqa millətlərin də mədəniyyəti xüsusi rol oynamışdır.
İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də tənzim edilməsində özünü göstərir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”də və Məhəmməd Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan “Hədislər”də  mülkiyyət, sərvət, əmək, bölgü, mübadilə, ticarət, pul, sələm və vergilər kimi iqtisadi məsələlərə münasibət bildirilir.
“Quran”da göstərilir ki, Allah yer üzündü insanın yaşaması üçün hər cür imkanlar yaratmışdır. Torpaqdan, sudan, dənizlərdən, bitki və heyvanat aləmindən ibarət olan bu imkanlardan şüurlu varlıq olan insanlar istifadə etməyi bacarmalı və öz yaşayışlarını təmin etməlidirlər. Burada “Səndən hərəkət, məndən bərəkət” kimi xalq arasında səslənən deyim də “Quran”da deyilənlərlə bağlıdır. Baxmayaraq ki, “Quran”da “Göylərdə və yerdə ... və torpağın altında nə varsa onundur” yəni Allahındır deyilir ,lakin xüsusi mülkiyyət inkar olunmur. “Quran” da mülk, mal, becərilən torpaq üzərində xüsusi mülkiyyət və ondan istifadə edilməsi Allahın insana bəxş etdiyi haqdır, onun təbii hüququdur. Bu hüquq dini hökmlər və qanunlar çərçivəsindən kənara çıxmalı, ədalət prinsiplərinə əsaslanmalıdır. “Quran”ın Taha surəsinin 81-ci ayəsində, Ənam surəsinin 141-ci ayəsində deyilir ki, sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılığa yol verməyin), ehtiyacı olanlara kömək göstərin.
“Quran”da və “Hədislər”də əməklə, faydalı işlə məşğul olmaq sağlam insanın müqəddəs vəzifəsi sayılır. Məhəmməd Peyğəmbərin nəsihətlərinin  birində deyilir: “Ömür lazımi işlərə sərf olunmursa, onun uzun, yaxud qısa olmasının nə faydası...”. “Quran”ın bir çox ayələrində hər kəsin öz bacarığına,qabilliyyətinə görə işləməsi də vacib sayılır. Ən-İsra surəsinin 84-cü ayəsində deyilir: “Hərə öz qabiliyyətinə görə iş görər”. Islamda halal, faydalı əməklə qazanılan, toplanılan sərvət halal hesab edilir. Istehlak ölçü-biçisində israfçılığa varmamaq, sərvət və ondan istifadə edilməsində orta bir ölçüyə əməl etmək tövsiyə olunur. “Quran”ın bir çox surələrində ticarətdə,alqı-satqıda bərabərlik prinsipinə əməl olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq şəriət qanununa zidd bir əməl kimi pislənilir.
“Quran”da insanlar arasında mübadilə, alış-veriş münasibətləri faydalı bir fəaliyyət sayılır. Lakin borc verib faiz almaq sələmçilik qəti qadağan edilir. Bundan başqa, “Quran”da və “Hədislər”də vergilərin ödənilməsi üçün çox sadə və aydın qaydalar müəyyən edilir. Zəkat, xüms və fitrə ödəməyin miqdarı,onları ödəyənlərin əmlak vəziyyəti nəzərə alınır.
Islamın iqtisadi məsələlərə münasibəti Azərbaycan və Şərq mütəfəkkirlərinin əsərlərində də öz əksini tapmışdır.
Azərbaycanda iqtisadi fikrin inkişafında Nizami Gəncəvi önəmli yer tutur. O, dahi şair və mütəfəkkirdir. Onun beş böyük poemadan ibarət olan “Xəmsə”sində iqtisadi fikir və ideyaları əks olunmuşdur.
Nizaminin sosial-iqtisadi görüşlərində mühüm yer tutan məsələlərdən biri əmək və sərvət, onların daxili bağlılığıdır. O, bütün əsərlərində maddi və mənəvi sərvətləri yaradanların əməyinə yüksək qiymət vermiş, sadə əmək adamının surətlərini yaratmışdır. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görür. O yazır: “Nə səhvət,nə yuxu, nə də ki yemek, həyatın mənası olmasın gərək”. Nizami insanı özünü dərk etməyə,düşünməyə, həyatın “hər sirrini açmaqda hünər göstərməyə” çağırırdı.
Nizami belə bir həqiqəti də dərk etmişdir ki; “hər cür çalışmaqda son məqsəd, yemək və geyməkdən başqa bir şey deyildir”. Nizamiyə görə əmək prosesi ictimai məna daşıyır, burada hər kəs həm özü üçün, həmdə başqaları üçün çalışır, hər kəsin hamıdan,hamının isə hər kəsdən asılılığı mövcuddur. O, “Dünya tarlasına diqqət yetirsək, hamımız bir-birimiz üçün əkinçiyik”fikrini söyləyir.
Nizami əmək və peşə bölgüsü, onun sərvətin artmasına təsiri  ideyasını da irəli sürür. O göstərir ki, sənətə, sənətkara,əkinçi əməyinə qayğı göstərilməsə,hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa “heç kim öz peşəsindən bəhrə gətürə bilməz”, sərvət azalar,vergilər ödənilməz, xəzinə də boş qalar. Nizami dəfələrlə yada salır ki, sənətkar öz peşəsində tutmazsa yaxşılıq əvəzinə pislik çıxar. O vaxt ki, “hər kəs peşəsindən əl çəkər cahanda abadlıq heçə uğrayar”.
Nizami öz dövründə görüb müşahidə etdiyi əmtəə mübadiləsi bazar, qiymət, pul, sələm kapitalı və faiz haqqında düşüncələrini özünəməxsus tərzdə ifadə etmişdir. O, ticarətdə bazarda qiymətlərin ədalətli surətdə qoyulmasını tövsiyə edir, sələmçilik yolu ilə sərvət, pul toplamağı haram sayırdı.
Böyük humanist şair və filosof Nizaminin sosial-iqtisadi görüşlərindən belə bir nəticə çıxır ki, o, yaşadığı cəmiyyətin quruluşu ilə onun mürəkkəb ziddiyyət və ədalətsizliyilə razılaşmır, onu təzələmək, yenidən qurmaq ideyaları ilə yaşayır. O, Elə bir ixtiyar olsaydı məndə, qoymazdım bəndəyə möhtac bir bəndə deməklə xəyəla qapılır, yaşadığı cəmiyyətin bütün ağrı və acılarını bir daha hiss etdirir.
Azərbaycan nəzəri-iqtisadi fikrinin inkişafına böyük xidmət göstərənlərdən biri də Nəsirəddin Tusidir (XII əsr) Dünyada astronom, riyaziyyatçı kimi tanınan N.Tusi filosof və iqtisadçı kimi də məşhurdur.Onun iqtisadi-nəzəri və əməli fikirləri məşhurdur. Onun iqtisadi fikrləri məhşur “Əxlaqi - Nasir” və “Maliyyə haqqında tədqiaqt” əsərlərində ifadə olunmuşdur.
N.Tusi ictimai iqtisadi - həyyatda insanın bacarıq və qabiliyyətinin müstəsna əhəmiyyətini göstərir. Onun fikrincə hər işi görən, yatadan insandır. Buna görədə insanın bilik və kamalı, bacarıq və qabiliyyəti hər şeydən uca tutulmalıdır.
Dünya iqtisadi fikir tarixində xüsusi xidməti olan alimlərdən biri də Əbdürrəhman İbn Xəldundur. Şərq və Ərəb dünyasının böyük mütəfəkkiri, sosioloqu və tarixçisi İbn Xəldun 1332-ci ildə Tunis şəhərində döğulmuş və 1406-cı ildə Qahirədə vəfat etmişdir. Onun 7 cilldən ibarət olan əsərlərinin birinci üç cildi “Müqəddimə” adı ilə dəfələrlə çap olunmuşdur.
Avropa alimləri İbn Xəldunu “Tarix filosofu”, İslam şərqinin Monteskyesi adlandırmışdırlar. Çünki o, tarixin və ictimai fikrin yeni elmi metodlarla yanaşmasının əsaslarını qoymuşdur.
İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii – tarixi inkişaf mərhələləri və onun hərəkət verici qanunları haqqındakı fikirləridir. O göstərir ki, cəmiyyət öz inkişafında köcərilik, otraq həyat və mədəniyyət mərhələlərindən  keçməlidir.
İbn Xəldun çağdaş dövrümüz üçün çox aktual səslənən belə bir fikirdə söyləyir ki, bir xalq başqa müstəmləkəçi dövlət tərəfindən işğal olunub uzun müddət onun iradəsi və zülmü altında qalırsa, həmin xalq onu idarə edən yabancı dövlətin buyruğuna, zor və əmrilə işləməsinə alışır.
 Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir sonrakı dövrlər də məhşur mütəfəkkirlərin əsərlərində bu və ya igər dərəcədə öz əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci yarısında M.F.Axunduvun, H.B.Zərdabinin, N.B.Vəzirovun və başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etmişdir. Bu dövrün mütəfəkkirləri zəmanənin tələblərindən çıxış edərək Azərbaycan iqtisadiyyatında geriliyin səbəblərini, milli dirçəlişin və tərəqqini tapçağın yollarını göstərməyə çalışmışlar. Onlar Qərb iqtisadçılarının fikir və nəzəriyyələrinə istinad edərək, onların Azərbaycanda təbliğ olunmasına səy ğöstərmişlər.
XX əsrin əvvələrində baş verən ictimai – siyasi hadisələr Azərbaycanda xeyli qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına təkan vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir,şair, yazıçı və siyasi xadimlərin əsərlərində Azərbaycanın mpvcud iqtisadi və mənəvi mühiti ifadə edilmişdir. Göstərilən dövrdə milli-azadlıq ideyaları, milli mədəniyyət , milli iqtisadiyyat haqqında irəli sürülən fikir və görüşlər tariximizdə önəmli yer tutur. Bununla yanaşı marksist ictimai-iqtisadi fikridə yayılırdı. Buna baxmayaraq milli ziyalıların əksəriyyəti köhnəliyin, geriliyin aradan qaldırılmasını elmin, texnikanın, maarifin inkişafında görürdülər.Bütün bunlar həm ümumbəşəri, həm də milli dəyərlər, iqtisadi – ictimai görüşlər Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) iqtisadi platformasında əksini tapmışdır.
 
 
 
--------------------------------------------------------------------------------------------
 
Bunları öyrənmək və nəticə çıxarmaq, çağdaş müstəqil Azərbaycanımıza xidmət göstərmək hamımızın müqəddəs borcudur.
 
 
 
Mövzu 6.
Bazariqtisadiyyatı modellərinin fərqləndirici meyyarları.
 
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun tələblərinə uyğunlaşması, izibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Tarixi təcübə göstərir ki, bir iqtisadi sistemə keçid, milli xüsusiyyətlər özündə əks etdirən inkişafın müxtəlif iqtisadi modellərinə və iqtisadi konsepsiyalarına əsaslanır. Baxmayaraq ki, iqtisadi sistemlərin transformasiyasının universal, ümumi bir nəzəriyyəsi hələ mövcud deyil (ola bilər heç olmasın) ancaq hər bir ölkədə keçid dövründə həyata keçirilən iqtisadi siyasətin nəzəri səpkiləri mütləq olmalıdır. Bu, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid döründə hər bir ölkənin spesifik xüsusiyyətlərini özündə əks etdirən iqtisadi inkişaf modelinin və konsepsiyanın hazırlanmasını zəruri edir. Bir sözlə, burada söhbət artıq mövcud olan beynəlxalq təcürbənin və milli xüsusiyyətləri özündə əks etdirən iqtisadi inkişaf modelinin olmasından gedir.
Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahəsində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:
1. Liberal model. 2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli 3.Bazar iqtisadiyyatının sosial-demokratik modeli.
1. Liberal model aşağıdakı cəhətləri ilə səciyyələnir.
a) xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;
b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyinin təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;
v) dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;
q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi;
d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizlərə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi çəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması.
Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərində 20-ci illərin sonuna qədər ABŞ-da movcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.
2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır;
a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;
b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı – ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;
v) dövlət tərəfindən əhaliyə qeyri – istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asli olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi;
q) tənzimlənmənin azad rəqabətin saxlanılmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;
d) işsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;
j) iqtisadiyyatın büdcə - maliyyə siyasəti ilə deyil, kredit – pul siyasəti vasitəsilə tənzimlənməsi.
Bazarın bu modeli II Dünya müharibəsindən sonra Lyudviq Erxard tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoleberal modeli adlandırırlar.
3. Sosial – demokrat modeli.
Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı ilə eynidir. Buna baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur.
Sosial – demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterikdir. Bazar iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və ona çox vaxt onu İsveç modeli adlandırırlar. Bazarın İsveç modeli aşağıdakı cəhətlərlə xarakterizə olunur.
a) əmək münasibətlərinin ümumu milli, ümum dövlət səviyyəsində tənzimlənməsi (tarif dərəcələrinin, kollektiv müqavilələrinin müəyyən edilməsi);
b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin azaldılması təmin edilməsi;
v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması;
q) dövlətin məşğulluq siyasəti, əsasən işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması hesabına işsizlərin sayını minimum həddə çatdırmağa yönəldilməsi.
Sual olunur bazar modellərin bu 3 növü hansı cəhətlərlə bir – birindən fərqlənir.
Birincisi, mövcud olan mülkiyyətin formaları ilə; liberal model – xüsusi mülkiyyətin üstünlüyü ilə, sosial yönülmü bazar iqtisadiyyatı və bazar iqtisadiyyatının sosial – demokratik modelləri qarışıq iqrisadiyyatla xarakterizə olunur.
İkincisi, dövlətin yeritdiyi sosial siyasətlə; birinci halda o əhalinin müəyyən hissəsinə, əsasən ən az təminətlı hissəsinə yönəldilməsini, ikinci halda - əhalinin bütün hissələrinə, üçüncü halda - əhalinin bütün üzvlərinə yönəldilməklə yanaşı, onlar arasında mövcud olan təbəqələşmənin azaldılmasını nəzərdə tutur.
Üçüncüsü, dövlət tənzimlənməsilə; ikinci və üçüncü modellərdə dövlət tənzimlənməsi daha çox inkişaf edib nəinki makroiqtisadi, hətta mikroiqtisadi səviyyədə də hətta keçirilir.
Dördüncüsü, ümumi milli məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisinin müxtəlifliyilə; məsələn ABŞ-da bu xərclər İsveçə nisbətən çox azdır.
Bazar iqtisadiyyatının 3 modelinin və ya tipinin əsas fərqləndirici xüsusiyyətləri bunlardır.
Bazar iqtisadiyyatı modeli və ya tipi müəyyən parametrlərə malikdir – onda bu parametrlərin daxilində onların funksional asılılığı ilə əlaqədar bazar iqtisadiyyatının modelləri haqqında fikir yürütmək olar: bu və ya digər parametrlərin (məsələn dövlət mülkiyyətinin) olmaması və ya az hissəyə malik olması; bu parametrin az və ya çox inkişaf etməsi və nəhayət, bu vəya digər parametrin yüksək paya malik olması. Göstərilən bu 3 növ funksional asılılığa uyğun, bazar iqtisadiyyatı 3 modelə ayrılır. Bazar iqtisadiyyatının 3 modelindən hər biri müasir iqtisadi fikirdə liberal, neoliberal və sosial – demokrat istiqamətlərinin nəzəri konsepsiyasını özündə əks etdirilir.
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 7.
Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi.
 
Planlı təsərrüfatdan bazara keçid dövründə, bazar iqtisadiyyatının hansı modelindən təcrübədə istifadə edilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatına keçidin ilk illərində bazarın hansı modelinin Azərbaycan reallığına daha çox uyğun ğəlib – gəlməməsi ayrıca bir problem kimi qarşıya qoyulub müzakirə edilmirdi. Söhbət, ancaq bazar təsərrüfatının müxtəlif tiplərini, onun hər hansı bir modelini ayırmadan plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçiddən gedirdi. Eyni zamanda bazara ilk dövrlərdə Azərbaycanda bazar iqtisadiyyatının amerikan (liberal) modelindən istifadə edilməsinə daha çox üstünlük verilirdi. İnfilyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan monetartizm siyasəti dövlətin iqtisadiyyatında ən az və ehtiyyatla müdaxilə edilməsini nəzərdə tutur. Monetarizm iqtisadiyyatda pul amillərinin mühüm rol oynamsını göstərən sabitləşdirmə nəzəriyyəsidir. Monetarislər iqtisadiyyatın tənzimlənməsini hər şeydən əvvəl pulun həcmi, emissiyası, tədavüldə və ehtiyyatda olan pulun miqdarı üzərində dövlətin nəzarətində görürlər.
Müəyyən vaxt keçdikdən sonra, bu modelin iqtisadiyyatda xoşagəlməz nəticələr verməsi aydın olduqda, məlum oldu ki, nəinki əhalinin əksər hissəsinin maddi vəziyyəti pisləşmiş, hətta səhiyyə və təhsil sahələrinin, bütövlükdə sosial sfranın maliyyə imkanları ağır vəziyyətə düşmüşdür. Artıq bu dövrdə sosial sferanın müdafiəsi üçün konkret tədbirlər görülməklə yanaşı, iqtisadi modellərin hansının Azərbaycan üçün daha yönümlü olması tədqiq edilməyə başladı. Hələ o dövrdə göstərildi ki, amerkan (liberal) modelinin istifadə edilməsi qeyri – mümkündür və sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına döğru addımlar atılması məqsədə uyğundur.
Azərbaycanda amerkan modelinin tətbiq edilməsi səbəbini onunla izzah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama (sosial müftəxorluq) prinsipi hökm sürüb, hal – hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər, yəni bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır. Əlbəttə bazar iqtisadiyyatına keçid müəyyən dərəcədə cəmiyyət hesabına yaşama (sosial müftəxorluq) prinsipini aradn qaldırır. Əhalinin böyük bir hissəsi müəssələrdə çalışan, büdcə hesabına yaşayaırlar və onlar sahibkar olmaq imkanından məhrumdurlar. Əhalinin kiçik bir hissəsi özlərinin şəxsi istehsallarını təşkil etməklə, sahibkar, mülkiyyətçi olmaqdan ötrü lazım olan ilkin pul kapitallarına malikdirlər. Ona görədə, sahibkar olmaqla öz gücünə arxalanmaq metodu - Azərbaycan reallığı üçün mümkn olmadı. Beləliklə Azərbaycan əhalisinin əksər hissəsi öz gücünə arxalana bilmədiyi üçün, onlara dövlət tərəfindən sosial yardımlar göstərildi.
Beləliklə bazar iqtisadiyyatının amerkan (liberal) modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ənənələrimiz, xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri – mümkündür. Deməli Azərbaycanda amerkan (liberal) modeli tətbiq edilə bilməz.
Bu onu göstərir ki, Azərbaycan üçünbazar iqtisadiyyatının modellərini seçərkən alman və ya isveç modellərindən istifadə edilməlidir. Belə baxdıqda üçtünlük isveç modelinə verilə bilər, çünki bu model daha çox bizim mentalitetə uyğun gəlir (ümumilik, kollektivli, sosial tələbatların çox hissəsinin pulsuz dövlət hesabına ödənilməsinə vərdiş edilməsi). Lakin isveç modelinin üstünlükləri ilə yanaşı, çatışmayan cəhətləri də var. Əgər 50-60-cı illər İsveçin inkişafı üçün əlverişli sayılırdısa, 70-80-cı illəin böhranlı dövründə ümumi milli məhsulun artımının azalması, sənəye istehsalının aşağı düşməsi müşahidə olunurdu. İstehsalın aşağı düşməs, tədiyə balansının pisləşməsi uzun illər ərzində dövlət büdcəsinin kəsirli olmasına səbəb olmuşdur.
Müasir dövrdə İsveç iqtisadiyyatının səmərəliliyi aşağı düşmüşdür. Bu, mənfəətin böyük hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının aşağı düşməsi və sosial ehtiyacların ödənilməsinə yönəldilən vəsaitlərin artması nəticəsində, investisiyalara sərf oluna biləcək vəsaitlərin azalması hesabına baş verir. Hal – hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün onun qarşısında istehsalın bərpa edilməsi və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması məsələlərim durur. Bu baxımdan bazarın isveç modeli də azərbaycan üçün əlverişli ola bilməz.
Bazar iqtisadiyyatının müxtəlif modelləri arasında Azərbaycan üçün alman modelinin – sosial yönümlü bazar iqtisadiyyatı modelinin seçilməsi daha məqsədəuyğundur. Bu modelin bir çox xarakterik xüsusiyyətləri Azərbaycan reallığında öz əksini tapır.
Birinci – həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və təsərrüfat formalarına əsaslanan qarışıq iqtisadiyyatın formalaşması prosesinin getləsi, burada xüsusi və dövlət mülkiyyəti formalarının səmərəli fəaliyyəti üçün bərabər təsərrüfatçılıq mühitinin yaradılması;
İkinci – Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox güclü olması, ilk növbədə iqtisasdiyyatın böhran vəziyyətindən çıxarılması, iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, məhsulların hə daxili, həmdə xarici bazarlarda rəqabət qabiliyyətli olması üçün əlverişli şərat yaradılması;
Üçüncü – tənzimlənməni nəinki makroiqtisadi səviyyəd, hətta bir çox hallarda bazar subyektlərinin fəaliyyətlərinin hələ normal bazar təsərrüfatının tam mənada yaranmaması ilə əlaqədar, mikroiqtisadi səviyyədə tənzimlənməsinin həyata keçirilməsi;
Dördüncü – xalqımızın mentaliteti, tarixən ictimai ənənələrin bizdə güclü olması, bir çox sosial problemlərin dövlət tərəfindən həll olunması ənənələrinə alman modelinin sosial – siyasətinin daha çox çox uyğun gəlməsi;
Beşinci – Azərbaycanda azad rəqabətin dövlət tərəfindən tənzimlənməsi və qorunması;
Altıncı – işsizlərin sayının minimum həddə çatdırılmasını qarçısına məqsəd qoyan məşğulluq siyasətinin, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olmasıdır.
Bazar iqtisadiyyatının alman modelinin Azərbaycanda tətbiq edilməsinin ən mühüm arqumentlərindən biri, Almaniyada da bizdə olduğu kimi, sosial – iqtisadi inkişafın mərkəzləşdirilmiş təsərrüfatından sosial yönümlü bazar təsərrüfatına döğru irəlləyişdir. Beləliklə, bizim ölkənin şəraiti üçün daha müvafiq və daha əlverişli bazar iqtisadiyyatı modeli, sosial yönümlü bazar iqtisadiyyatı modeli ola bilər.
 
 
 
 
Mövzu 8.
“Nəqliyyatın İqtisadiyyatı” kursunun məzmunu.
 
Məlumdur ki, nəqliyyat ölkəmizin iqtisadiyyatında müstəqil sahələrdən biridir. Azərbaycan Respublikasında nəqliyyatın bütün əsas növləri vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərir.
Vahid nəqliyyat sisteminin başlıca vəzifəsi – xalıq və xalq təsərrüfatının nəqliyyat xidmətinə və nəqliyyat vasitələrinə olan təlabatının ödənilməsindən ibarətdir. Bu vəzifə elmi – texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, nəqliyyat vasitələrinin səmərəli yerləşdirilməsi və istismarı, nəqliyyatın texniki vasitələrinin daha səmərəli təmin etməklə həll edilir.
Nəqliyyat və xidmət sahələrinin iqtisadiyyatının müstəqil bir elm sahəsinə çevrilməsi, onun ayrı – ayrı sahələrinin yaranması və inkişafı ilə əlaqədardır.
Fənnin obyekti – müxtəlif tipli avtonəqliyyat təsərrüfatlarıdır. Həmin təsərrüfatlarda iqtisadi istehsal münasibətləri fənnin predmetini təşkil edir.
Bazar iqtisadiyyatı əsasında formalaşmış iqtisadi nəzəriyyə isə fənnin nəzəri əsaslarını təşkil edir. Bu fənn digər ixtisas fənləri ilə qarşılıqlı əlaqədə formalaşır və inkişaf edir. Bu fənn həm digər iqtisadi, həm də nəqliyyat üzrə texniki – texnoloji fənlərlə qarşılıqlı əlaqədə nəqliyyat elminin nəzəri əsaslarını təşkil edir.
Nəqliyyat növlərinin və ona servis xidməti göstərən müəssisələrin müasir texnika ilə təhciz olunması xidmətinin və nəqliyyat vasitələrinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, müasir daşınma formalarının tətbiq edilməsi bütövlükdə nəqliyyatın və onun ayrı – ayrı sahələrinin inkişafına təsir edir.
=Elmi – texniki tərəqqi proqnoz qərarlarının əsaslandırılmasına tələbatın artırılması, nəqliyyat vasitələrinin inkişafı məsələlərinin həllində iqtisadi riyazi metodların və elektron hesablama texnologiyasının istifadəsini şərtləndirir=
Nəqliyyat vasitələrinin işinin səmərəliliyini yüksəltmək üçün hər il texniki təşkilati və sosial iqtisadi tədbirlər işlənib hazırlanır və təqvim planı üzrə 12 ay ərzində tətbiq edilir.
Nəqliyyat təsərrüfatlarında biznes planların tətbiq edilməsinə və biznes fəaliyyətinin səmərəliliyininə xüsusi fikir verilir.
Nəqliyyatın iqtisadiyyatı, təşkili, planlaşdırılması və menicment məsələlərini öyrənmək, hər şeydən əvvəl nəqliyyatla təsərrüfatçılığın elmi metodlarına yiyələnməklə xalq təsərrüfatında nəqliyyat xərclərini azaltmaq şərtilə ölkənin, əhalinin daşınmaya olan tələbatının vaxtında və keyfiyyətli ödəmək uğrunda fasiləsiz mübarizə aparılmalıdır.
Bu fənn ölkənin vahid nəqliyyat sistmini təşkil edən ayrı – ayrı nəqliyyat növlərini, texniki iqtisadi xüsusiyyətlərini öyrənir. Həmçinin nəqliyyatın istismarı və menicmenti sahəsində qabaqcıl elmi – texniki təcürbəni ümumiləşdirməklə nəqliyyatda idarəetmənin təşkili və planlaşdırılmasının əsas prinsiplərini öyrənir.
Nəqliyyatın istehsal prossesi üçün vacib olan əsas və dövriyyə istehsal fondlarını öyrənir və tətbiq edir.
Əmək məhsuldarlığı, kadrlar, daşınmanın maya dəyərinin aşağı salınması, yük və sərnişin daşımalarının səmərəli təşkilinə xüsusi diqqət yetirir.
Bu fənnin tədrisinin əsas məqsədi; tələbələrə onların gələcək təcrübi fəaliyyətlərində qarşılarına çıxan iqtisadi məsələlərin düzgün həlli vərdişini aşılamaq və gəlkəcəyin mütxəssislərini təsərrüfatçılıq metodları ilə silahlandırmaqdan ibarətdir.
Müstəqillik əldə etmiş Azərbaycan Respublikasınin istehsal kompleksləri, cəmiyyətin iqtisadi mənafeyinə və tələbatlar sisteminə müvafiq formalaşdırılmaqla bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmalıdır. Bu baxımdan nəqliyyat xidmətinin özəlləşdirilmiş müəssisə və birliklərə həvalə edilməsi, Respublika nəqliyyat sisteminin idarə edilməsi, təsərrüfat mexanizminin təkminləşdirilməsi xüsusi aktuallıq kəsb edir.
Bazar iqtisadiyyatı şəraitində, nəqliyyat xidməti və onun keyfiyyətinə dair yeni tələblər ortaya çıxır. Nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi və nəqliyyat xərclərinin aşağı salınması günün vacib məsələlərindəndir. Nəqliyyat müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi, onların idarəetmə mexanizmlərinin təkminləşdirilməsi ilə əlaqədardır.
Vahid nəqliyyat sistemi xalq təsərrüfatının ən mühüm sahələrindən biridir. Hazırda onun maddi – texniki bazası ölkənin iqtisadiyyatında əhəmiyyətli yer tutur.
Nəqliyyat; şəhər ilə kənd, sənaye ilə kənd təsərrüfatı, hasiledici və emaledici sənaye arasında istehsal əlaqələrinin təmin edilməsi üçün əsas vasitə olmaqla xalq təsərrüfatının inkişafına ciddi təsir göstərir.
Xalq təsərrüfatının başqa sahələri yalnız nəqliyyata görə vahid təsərrüfat kimi inkişaf edir. Məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsində nəqliyyatın rolu böyükdür. Eyni zamanda nəqliyyat sərnişinlərin daşınması işini yetirməklə əhalinin daşımaya olan tələbatını yerinə yetirir.
 Xalq təsərrüfatının inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, bunun əsasında yük və sərnişin daşımalarının durmadan artmasında nəqliyyatın qarşısında böyük vəzifə durur.
Tədris olunan fənnin obyekti – nəqliyyat müəssisələridir. Pridmeti isə ictimai istehsal, yəni iqtisadi münasibətləri öyrənməkdir. Fənni əsas vəzifəsi və məzmunu – nəqliyyat müəssələrinin qarşısında cəmiyyətin və hökumətin qoyduğu tələblərdən irəli gəlir. Bu tələblər isə xalq təsərrüfatının və əhalinin daşımaya olan tələbatını tam vaxtında və lazimi keyfiyyətdə yerinə yetirməkdən ibarətdir. Bu zaman maksimum nəticə ən az məsrəflə əldə edilməlidir.
Menicmet dedikdə isə nəqliyyatın səmərəli idarə edilməsi başa düşülür.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 9.
“Nəqliyyatın spesifik xüsusiyyətləri”
 
Nəqliyyat maddi istehsalın əsas sahələrindən biridir. Nəqliyyatda hasiledici, emaletmə sənayesində və kənd təsərrüfatında olduğu kimi dəyər yaranır. Nəqliyyat istehsal prossesinin davamı olaraq, məhsulu istehsal olunan yerdən istehlak məntəqəsinə çatdırmaqla, ictimai məhsulun dəyərinin təşkilində iştirak edir. Elə buna görə də ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi nəqliyyatın inkişafından və onun işindən çox aslıdır. Nəqliyyat haqqında nəzəriyyə də bu xüsusiyyətlərin mahiyyətini aşağıdakı kimi izah edir.
-         Nəqliyyat hər cür istehsal prosesinin ümumi və vacib şərtidir.
-         Nəqliyyat istifadə etmə prosesi hədlərində və istifadə etmə prosesi üçün istehsal prosesinin davamıdır
-         Nəqliyyat məhsulun yerdəyişməsini həyata keçirir, bunun da nəticəsində onun məkan üzrə yerləşməsi və buna uyğun olaraq istehlak dəyəri dəyişir; bu məhsul nəqliyyatın işi prosessində yaranır və istehlak olunur.
-         Nəqliyyat və onun faydalı işinin səmərəsi və məhsulun yerdəyişməsi bir – biri ilə sıx surətdə əlaqəlidir.
Buradan da görünür ki, nəqliyyat xalq  təsərrufatı üçün  obvektiv olaraq zəruridir, çünki, o, nəqliyyatsız nə normal fəaliyyət göstərə bilər, nə də inkişaf edər.
Nəqliyyat növləri bir – birindən öz xüsusiyyətləri ilə fərqlənirlər. Bu müxtəliflik müəyyən dərəcədə cografi xarakter daşıyır. Təsadüfü deyildir ki, nəqliyyat növləri coğrafi dayrəyə görə də quruplaşdırilır (yerüstü, su və hava). Ümumi istifadə olan nəqliyyat sahələrinə (onun 6 əsas müasir növü) dəmiryolu, avtomobil, dəniz, daxili – su, hava və boru kəməri aiddir. Bəzən xüsusi nəqliyyat növü kimi şəhər və sənaye nəqliyyat növünün adıda çəkilir. Lakin bu nəqliyyat növlərindən (şəhərdaxili və zavod daxili) xüsusi hərəkətin tələbatını ödəmək üçün istiadə edir.
İnkişaf etmiş dövlətdə hər bir nəqliyyat növünün xalq təsərrüfatındakı əhəmiyyətinə və roluna, habelə onun inkişaf etdirilməsinə bütün nəqliyyat növlərinin kompleksinə vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi baxılır. Bunun üçün lazimi obyektiv şərait aşağıdakılardır:
1.           Bütün nəqliyyat növlərinin vahid xalq təsərrüfatı planı əsasında inkişafı. Bu, bir tərəfdən istehsalın və nəqliyyatın əlverişli proporsiya əsasında inkişafını, digər tərəfdən müxtəliuf nəqliyyat növlərindən əlverişli istifadə olunmasını təmin etmək üçün əsas şərtdir.
2.           Nəqliyyat prosesinin istehsalattexnaloji birliyi. Bu proses butün nəqliyyat növlərinin qarşısında duran vəzifədən: yüklərin az məsrəflə istehsal olunduğu yerdən istehlak məntəqələrinə daşınmasını təmin etməsinidən irəli gəlir.
3.           Ölkəmizin ərazi birliyi və onun iqtisadi rayonlarının qarşılıqlı əlaqəsi. Bu əlaqə həm Respublika üzrə ixtisaslaşdırılmanın, həm də iqtisadi rayonların kompleks inkişafının mühüm amili olan nəqliyyatın inkişafının ərazi xüsusiyyətlərini müəyyənləşdirir. Buna görə də vahid nəqliyyat sistemi  rayonlararası magistiralların və rayon nəqliyyat şəbəkələrinin kompleksini yaradır.
4.           Nəqliyyat texnikasının birliyi. Bu birlik ayrı – ayrı nəqliyyat növlərinin texniki vasitələrinin inkişafını və onların nəqliyyat prosesində bir – birinə daha yaxşı uyğunlaşmasını və optimal əlaqə fəaliyyətini uzlaşdırır. Bu baxımdan vahid nəqliyyat sistemi yüklərin daşınması prosesində ayrı – ayrı nəqliyyat növlərinin, texniki vasitələrinin öz aralarında birgə qarşılıqlı fəaliyyətini tənzimləyir.
Deməli, bizim vahid nəqliyyat sistemi nəinki mühüm, həm də mürəkkəb xalq təssərüfatı orqanizmidir. Bütün nəqliyyat növlərinin kompleks ifadəsini və inkişafını təşkil edən bu üstünlüklər aşağıdakı real imkanlardan ibarətdir.
a) İstehsalatın və nəqliyyatın optimal mütənasibliyinin yaradılması imkanı
b)   Hər bir nəqliyyat növündən ayrılıqda və ya bir neçəsindən birgə  daha faydalı istifadə imkanı
c)    Daşımaların nəqliyyat növləri və nəqliyyat istiqamətləri arasında səmərəli paylaşdırması imkanı
ç) Ayrı – ayrı nəqliyyat növlərinin kompleks istismar işinin     əlaqələndirilməsi imkanı
d)   Elmin və texnikanın ən yeni nailiyyətlərindən istifadə edilməsi əsasında, bütün nəqliyyat növlərində, qarşılıqlı uyğunlaşdırılmış texniki tərəqqini nəzərdə tutan vahid texniki siyasətin həyata keçirilməsi imkanı
ə) Nəqliyyat sisteminin inkişafında, ölkənin xalq təsərrüfatının aldığı fayda haqqında, düzgün təsəvvür yaradan nəqliyyatın müxtəlif növlərinin inkişafına kapital qoyuluşunun iqtisadi səmərəliliyinin obyertiv qiymətləndirilməsi imkanı
e)    Ölkənin vahid nəqliyyat sisteminin tərkibində nəqliyyat növlərinin işin planlaşdırılmasıni və əlaqələndirilməsini xeyli yaxşılaşdırmaq məqsədilə ayrı – ayrı nəqliyyat növlərinin istismar, iqtisadi və maliyyə göstəricilərinin vahid şəkilə salınması imkanı
 
 
 
 
 
 
Mövzu 10.
Ölkənin sosial iqtisadi inkişafında nəqliyyatın rolu
 
Məlum olduğu kimi, yaşamaq üçün maddi nemətlər istehsal etmək lazımdır. Maddi nemətlər istehsalının sahələrindən biri də nəqliyyatdır.
Nəqliyyat – maddi nemətlər istehsalının ən mühüm zəruri şərtlərindən biridir. İstehsalın başlanması üçün lazım olan xammal, yanacaq, avadanlıqlar, ümumiyyətlə istehsal vasitələri və işçi qüvvəsi nəqliyyat vasitəsi ilə çatdırılır.
İstehsal olunan məhsul istehsalçıdan istehlakçıya nəqliyyat vasitəsilə ötürülür. İstehsal olunmuş hazır məhsul istehsalçıdan istehlakçıya çatdirılması maddi nemətlər istehsalı prosesi tamamlanmamış olar. Bu zaman istehsalda heç bir əhəmiyyət kəsb edir. Beləliklə, nəqliyyat insanın cəmiyyətin zəruri bir tələbatını ödəyir. Yük və sərnişin daşımaları ilə məşğul olur. Nəqliyyatın bütün növləri bir – biri ilə qarşılıqlı əlaqədə daşıma işini yerinə yetirir və inkişaf edir. Hər bir nəqliyyat növünün texniki, iqtisadi xüsusiyyətlərinə görə müvafiq tətbiq sferası vardır.
Nəqliyyat sisteminin qarşısında duran əsas vəzifə – əhalini və xalqı təsərrüfatının daşımaya olan tələbatını vaxtında keyfiyyətlə ən az xərclə və tam ödəməklədən ibarətdir. Bu vəzifənin öhdəsindən gəlmək üçün nəqliyyatın işini elmi əsaslar üzərində qurmaq lazımdır.
İstehsalın başqa sahələri kimi nəqliyyatda texniki, texnoloji və iqtisadi tərəflər ilə xarakterizə olunur.
Nəqliyyatın texniki, texnoloji tərəfini – bu sahənin texniki elmləri ayrı – ayrı nəqliyyat növləri üzrə texniki xassələr nəzəriyyəsi, onun layihə və konstruksiya edilməsi, texniki vasitələrin istehsal və təmiri, yük və sərnişin daşımaları, nəqliyyat müəssisələrinin layihələndirilməsi və s. öyrənir.
Nəqliyyatın iqtisadi tərəfini nəqliyyatın iqtisadiyyatı və menecmenti öyrənir. Bu sahənin kamil mütəxəssisi olmaq üçün bu proseslərin hər iki tərəfini öyrənmək lazımdır.
Beləliklə, istehsalın, o cümlədən, nəqliyyatın iqtisadi – ictimai inkişafının tərəfini öyrənən iqtisadiyyat elmləri, texniki – texnolji öyrənən texniki elimlərin inkişaf istiqamətini müəyyən edir. Bu onunla izah edilir ki, cəmiyyətin iqtisadi mənafeyini müəyyən edən iqtisad elmləridir.
Nəqliyyatın səmərəliliyini müəyyən etmək üçün birinci növbədə onun iqtisadi tərəfinin verdiyi biliklərə əsasən daşımaların və avtotəsərrüfatın digər fəaliyyətlərinin ən əlverişli optimal planlaşdırılması və daha sonra bu planların həyata keçirilməsinə nail olmaq lazımdır. Nəqliyyatın iqtisadi xüsusiyyətləri nəqliyyatın iqtisadiyyatı fənnində öyrənilir. Azərbaycan nəqliyyatı Respublikamızda sosial – iqtisadi məsələlərin həllində zəruri amilə çevrilir. O, 1–ci tərəfdən daxili daşımaları; 2–ci tərəfdən idxal və ixracla əlaqədar olan daşımaları; 3–cü tərəfdən isə Respublikamızın ərazisindən keçən beynəlxalq daşımaları yerinə yetirir.
Azərbaycanda yaranmış nəqliyyat sistemi demək olar ki, qeyd olunan vəzifələrin yerinə yetirilməsini əsasən təmin edir. Ölkənin nəqliyyat sistemi dedikdə – nəqliyyat növlərinin və nəqliyyat prosesinin bütün tərəflərinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur.
=Nəqliyyat sistemi xalq təsərrüfatında yalnız ümumi istifadədə olan nəqliyyat növlərini əhatə etmir. Nəqliyyat sisteminə həmçinin müəssisələr daşımalarını yerinə yetirən sənaye və kənd təsərrüfatı müəssisələləri, xarici nəqliyyatıda daxildir.=
İnkişaf etmiş ölkələrdə hər bir nəqliyyat növünün xalq təsərrüfatındakı əhəmiyyətinə və roluna, habelə onun inkişaf etdirilməsinə vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi baxılır. Bunun üçün lazimi obyekt şəraiti aşağıdakı kimidir.
1.     Bütün nəqliyyat növlərinin vahid xalq təsərrüfatı planı əsasında qurulması və inkişafı.
2.     Nəqliyyat prosesinin istehsalat texnoloji birliyi. Bu proses bütün nəqliyyat növlərinin qarşısında duran vəzifədən irəli gəlir.
3.     Ölkənin ərazi birliyi və onun iqtisadi rayonlarının qarşılıqlı əlaqəsi. Bu əlaqə həm respublika üzrə ixtisaslaşdırılmanın, həm də iqtisadi rayonların kompleks inkişafının mühüm amili olan nəqliyyatın inkişafının xüsusiyyətlərini müəyyən edir. Buna görə də vahid nəqliyyat sistemi – rayonlararası magistralların və rayon nəqliyyat şəbəkəsinin kompleksini yaradır. Vahid nəqliyyat sisteminin əsasını – magistral yollartəşkil edir. Rayon nəqliyyat şəbəkələri – kompleks inkişafını təyin edən vahid nəqliyyat sisteminin əsas hissəsidir və rayonlararası magistral yolların ayrı – ayrı sahələrini təşkil edir.
4.     Nəqliyyat texnikasının birliyi. Bu birlik nəqliyat növlərinin texniki vasitələrinın inkişafının və onların nəqliyyat prosesində bir – birinə daha yaxşı uyğunlaşmasını və optimal əlaqə fəaliyyətini uzlaşdırır. Bu baxımdan vahid nəqliyyat sistemi yüklərin daşınması prosesində ayrı – ayrı nəqliyyat növlərinin, texniki vasitələrin öz aralarında birgə qarşılıqlı fəaliyyətini tənzimləyir.
 
 
 
 
Mövzu 11. 
Azərbaycan nəqliyyat sistemi.
 
Bildiyimiz kimi, nəqliyyat insanın, cəmiyyətin zəruri bir tələbatını ödəyir. Məhsul və sərnişin daşımaları ilə məşğul olur.
Ölkəmizdə nəqliyyatın əsas növləri aşağıdakılardır;
1.     Dəmiryolu
2.     Su (dəniz və çay nəqliyyatı)
3.     Atomobil
4.     Hava
5.     boru kəməri
Nəqliyyat növləri bir – birilə qarşılıqlı əlaqədə daşıma işini yerinə yetirir və inkişaf edir. Göstərilən nəqliyyat sistemini təşkil edir. Vahid nəqliyyat sistemi ahəngdar və ritmik işini təmin etmək məqsədilə nəqliyyat növlərinin işinin düzgün əlaqələndirilməsi və tənzimlənməsi zərurəti yaradır. {Nəqliyyat sistemi dedikdə – nəqliyyat növlərinin və nəqliyyat prosesinin bütün sahələrinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur.}
Nəqliyyatın əsas növlərindən biri olan avtomobil nəqliyyatı xalq təsərrüfatının mühüm sahələrindən birinə çevirilmişdir.
{Nəqliyyat vasitələri istifadə formalarına görə; Ümumi istifadə və məxsusi təsərrüffatlara bölünür ki, bu da daşımaların xarakteri ilə bağlıdır. Bu nöqteyi nəzərdən daşımalar 2 yerə ayrılır.
1.     Texnoloji daşımalar
2.     Tədavül sferasındakı daşımalar}
{Bu bölgüyə müvafiq olaraq nəqliyyat müəssisələri 2 yerə bölünür}
1.     Ayrı – ayrı nazirliklərin və idarələrin tabeliyidə olan nəqliyyat vasitələr. Bu tip müəssələr bilavasitə istehsal prosesindəki daşımaları yerinə yetirir.
2.     Ümumi istifadə nəqliyyat müəssisələri. Bu tip müəssisələr isə hazır məhsul istehsalçısından istehlakçıya çatdırmaqla əlaqədar daşımaları yerinə yetirir.
{Nəqliyyat müəssisələri yerinə yetirdiyi funksiyalara görə 2 qrupa bölünür.
1.     Kompleks (universal) nəqliyyt müəssisələri
2.     İxtisaslaşdırılmış nəqliyyt müəssisələri }
1.     Kompleks nəqliyyat müəssisələrinin əsas tipi nəqliyyat istismar təsərrüffatlarıdır. Bu müəssisələr yük və sərnişin daşımaları ilə yanaşı, nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri,
2.     həmçinin onların yanacaq və sürtkü materialları ilə müxtəlif köməkçi materiallarla təmin etmək, nəqliyyat vasitələrinin saxlanması və digər müxtəlif xarakterli işlərlə məşğul olur.
3.     İxtisaslaşdırılmış nəqliyyt müəssisələri isə təsərrüffatın yerinə yetirdikləri işlərin hər hansı biri ilə ixtisaslaşır. İxtisaslaşmış nəqliyyat müəssisələrinə yük və sərnişin stansiyaları, avtonəqliyyat qarajları, dayanacaqlar, texniki qulluq stansiyaları, təmir emalatxana və zavodları, yanacaq doldurma stansiyaları aid edilir.
Hazırda Ermənistan təcavüzü və onun düşmənçilik siyasəti ilə əlaqədar olaraq nəqliyyat komminikasiyasının fəaliyyəti məhdudlaşmışdır.Azərbaycan dəmiryolunun Ermənistan ərazisindən keçən 44 km hissəsində qatarların hərəkəti 1992–ci il aprel ayının 24–dən etibarən kəsilmişdir. Bu vəziyyət Naxçıvan Muxdar Respublikasının mühasirə şəraitinə düşməsinə, İranın Azərbaycanla, dəmiryolu vasitəsi ilə Avropa ölkələri ilə nəqliyyatla iqtisadi əlaqələrinin kəsilməsinə gətirib çıxarmışdır. Daşınmalar texnoloji cəhətdən çətinləşmişdir. Vəziyyəti düzəltmək məqsədilə İran İslam Respublikasının ərazisi ilə uzunluğu 70 km olan Naxçıva Muxtar Respublikasına Horadiz – Culfa dəmir yolunun tikintisinə başlanılır. Azərbaycan – İran nəqliyyat əlaqələrini genişləndirmək, İran nəqliyyat şəbəkəsindən istifadə yolu ilə Naxçıva Muxtar Respublikası ilə əlaqə imkanlarını təkminləşdirmək sahəsində məqsədə uyğun tədbirlərdən biri də Xəzər dənizi üzrə Azərbaycan – İran bərə xəttinin salınmasıdır. Bunun üçün İranın Bonder – Türkmən limanında üzunluğu təqribən 6 – 8 km olan bərə qəbulu, bərədən sahilə keçid qurğusu salınmışdır. Əsrin görkəmli hadisələrindən biri də Böyük İpək yolu üzrə dəmir yolu əlaqəsinin salınmasıdır. Bu yol vasitəsilə yaxın və orta şərq dpvlətləri, Çin, Türkiyyə, Avropa ölkələri arasında dəmir yolu əlaqəsi yaratmaq və beləliklə məqsədə uyğun iqtisadi – ticarət, mədəni əlaqələr və daşımalar üçün şərait əldə edilmişdir. Bu yol Qərbi Avropa, yaxın şərq ölkələri ilə Rusiya, Orta Asiya, Qazaxıstan və digər Asiya ölkələri arasında nəqliyyat iqtisadi əlaqələri təmin etməyə və genişləndirməyə imkan yaratmaq üçün əsasə şəraitdir. Türkmənistanla İran dəmiryollarını birləşdirmək üçün ümumi uzunluğu 325 km olan yol salınmışdır. Azərbaycan iqtisadiyyatında neft istehsalı və daşımaları əsas yer tutur. Bunun üçün ümumi uzunluğu 1068 km olan Bakı – Tibilisi – Ceyhan neft kəməri salınmışdır.
Beləliklə, nəqliyyat komminikasiyalarının təkminləşdirilməsi Respublikamız üçün həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Xalq təssərrüfatının artması bütün nəqliyyat növlərinin sürətlə inkişaf etdirilməsini tələb edir. Nəqliyyat sahəsində ən mühüm vəzifələr aşğıdakılardır;
1)    Nəqliyyat yol quruculuğu işlərini genşləndirmək
2)    Xalq təssərüffatının və əhalinin bütün nəqliyyat növlərinə olan tələbatının tamamilə ödənilməsini təmin etmək.
3)    Dəmiryolu və başqa nəqliyyat növlərini texnika ilə daha da artıq dərəcədə təmin etmək
4)    Dəmiryolu, dəniz və çay yollarında hərəkət sürətini xeyli artırmaq
5)    Bütün nəqliyyat növlərini əlaqədar şəkildə inkişaf etdirmək
Respublikamızda nəqliyyat sistemi – vahid nəqliyyat şəbəkəsinin təşkili, istehsal qüvvələrinin inkişafı, yerləşdirilməsi, başqa respublika və rayonlarla iqtisadi əlaqələr Respublikamızın ərazisindən keçən yük axınının həcmindən və istiqamətindən asılıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 12.
Nəqliyyatda əsas fondlar.
 
İstehsal prosesində insanlarla yanaşı müəyyən ihtehsal vasitələridə iştirak edir.
{İstehsal vasitələrinə– istehsal prosesinin maddi və əşyalaşmış elementləri aid edirlər.Bu elementlər avadanlıqlar yanacaq material və s. dən ibarətdir.}
{İstehsal fondları – əsas və dövriyyə fondlarına bölünür. Əsas fondlar– istehsal prosesində dəfələrlə iştirak edən öz dəyərini hissə–hissə aşınma dərəcəsinə uyğun olaraq məhsulun üzərinə keçirən əmək vasitəsidir.} Bu zaman bunların natural forması dəyişilməz qalır. {İstehsal prosesində iştirakının xarakterindən asılı olaraq əsas fondlar – istehsal əsas fondları və qeyri –əsas istehsal fondlarına bölünür. İstehsal əsas fondları–istehsal prosesində uzun müddət iştirak edən öz dəyərini hazır məhsulun üzərinə hissə–hissə keçirən və bu zaman natural formasını saxlayan əmək vasitələri aid edilir.
Qeyri–istehsal əsas fondlarına isə–müəssisənin balansında olan yaşayış evləri uşaq və idman müəssisələri mədəni–məişət xidməti göstərən digər obyektlər daxildir.}
İstehsal əsas–fondlardan fərqli olaraq qeyri istehsal–əsas fondları istehsal prosesində iştirak etmir, çünki qeyri–istehsal əsas fondları məhsul yaratmır.
Onlar istehsal prosesinə, işçilərin rifahının yaxşılaşmasına, onların maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Əsas fondlara – nəqliyyat prosesinin hazırlanması və ya həyata keçirilməsində birbaşa iştirak edən vasitələr aid edilir.
{Əsas fondlar aşağıdakı quruplara bölünür.
I.                  Müəssisəyə məxsus olan torpaq sahələri və təbiətdən istifadə obyektləri
II.               Binalar
III.           Tikililər
IV.           Ötürücü qurğular
V.               Maşın və avadanlıqlar
VI.           Ölçü və tənzimləyici avadanlıqlar
VII.        Hesablama texnikası
VIII.    Nəqliyyat vasitələri
IX.            Alət və tərtibatlar
X.               İstehsal və təsərrüfat invertarları
XI.            Təsərrüfat daxili yollar və s.}
Əsas fondların uçotu və planlaşdırılması natural və dəyər ifadəsində aparılır.
Əsas fondları natural ifadədə qiymətləndirmək üçün – maşınların sayı, gücü və digər kəmiyyət göstəriciləri müəyyən edilir. Bu məlumatlar müəssisələrin və sahələrin istehsal güclərinin hesablanması, istehsal proqramının planlaşdırılması və avadanlıq balansının tərtib edilməsi üçün istifadə olunur.
Əsas fondların pul ifadəsində qiymətləndirilməsi – əsas fondların geniş təkrar istehsalının planlaşdırılması, aşınmanın dərəcəsinin və amortizasiya ayrılmalarının ölçüsü, özəlləşdirmə həcminin müəyyən edilməsi üçün lazımdır.
Əsas fondlar – ilkin, bərpaya və qalıq dəyərinə görə qiymətləndirilir.
Əsas fondun ilkin dəyərinə – onun yaradılması və ya əldə edilməsi, daşınması və quraşdırılması xərclərinin məbləği daxildir.
Bərpa dəyəri – əsas fondların təkrar istehsalı üçün lazım olan xərcləri əks etdirir.
İstismar prosesində əsas fondlar aşınır və özünün ilkin və bərpa dəyərini tədricən itirir.
Onun həqiqi kəmiyyətini qiymətləndirmək üçün fondların dəyərinin aşınmış hissəsini çıxmaq lazımdır. Bu əsas fondların qalıq dəyərini təşkil edir.
{İstismar prosesndə əsas fondlar aşınır, aşınmanın 2 növünü göstərmək olar.
1. Fiziki
2. Mənəvi
Fiziki aşınma – əsas fondların illik istehlak dəyərinin tədricən itirilməsini əks etdirir. Əsas fondların fiziki aşınması – əsas fondların keyfiyyətindən, texniki mükəmməliyindən, texnoloji prosesin xüsusiyyətlərindən, əsas fondlara xidmətdən, fəhlələrin ixtisas səviyyəsindən və əsas fondlara olan münasibətdən asılıdır.
Əsas fondun tam və qismən aşınması baş verir. Tam aşınma zamanı–əsas fondlar ləğv edilir və yeniləri ilə əvəz edilir.
Qismən aşınma isə – təmir yolu ilə aradan qaldırılır. Mənəvi aşınmanında 2 forması növü vardır.
Mənəvi aşınmanın 1–ci forması – maşın və avadanlığın təkər istehsalı üçün ictimai zəruri xərclərin ixtisar edilməsi hesabına onların dəyərinin azalmasını əks etdirir.
Mənəvi aşınmanın 2–ci forması – yeni daha məhsuldar və iqtisadi cəhətdən səmərəli maşın və avadanlığın tətbiqi nəticəsində əsas fondların dəyərinin azalmasını ifadə edir.}
Müasir şəraitdə mənəvi aşınmanın nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Yeni daha  mükəmməl və yüksək məhsuldarlığa ən yaxşı xidmət və istismar şərtlərinə malik avadanlıq növlərinin meydana gəlməsi, hələ fiziki aşınmamış köhnə əsas fondların dəyişilməsini – iqtisadi cəhətdən məqsədə uyğun edir.
Mənəvi cəhətdən aşınmış texnikanın vaxtında dəyişdirilməməsi daha mükəmməl avadanlıq və maşında istehsal edilən məhsulla müqayisədə baha və keyfiyyətsiz məhsul ihtehsalını gətirib çıxarır.
Əsas fondların təzələnməsi ilə əlaqədar olan xərclərin ödənilməsinin əsas mənbəyi müəssisənin xüsusi vəsaitidir. Bu vəsait – əsas fondların bütün xidməti müddətində amortizasiya əsas fondların fiziki və mənəvi aşınmanın pul ilə ifadəsidir.
Amortizasiya – əsas fondlar sıradan çıxdıqda onları tam dəyişmək məqsədilə həyata keçirilir. Amortizasiya ayırmalarının məbləği – amortizasiya normasına görə müəyyən edilir.
Amortizasiya norması – əsas fondların hazırlama məhsulu üzərinə hər il keçirilən hissəsini əks etdirir. Nəqliyyat müəssisələri amortizasiya ayırmalarından müstəqil surətdə istifadə edir.
Əsas fondlardan istifadəni aşağıdakı yollarla təkmilləşdirmək olar:
1. Müəssisənin artıq avadanlıqdan, maşınlardan və digər əsas
fondlardan azad edilməsi və ya onların icarəyə verilməsi.
2. Yüksək keyfiyyətli əsas fondların əldə edilməsi.
3. İstehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi.
4. Yeni texnika və mütərəqqi texnalogiyaların tətbiqi və s.
 
Mövzu 13.
Nəqliyyatda dövriyyə vəsaitləri və maddi – texniki təchizat.
 
Nəqliyyat müəssisələri öz fəaliyyətini və funksiyalarını yerinə yetirmək üçün əsas fondlarla yanaşı, dövriyyə vasitələrinədə malik olmalıdır. İstehsal fondlarının müəyyən hissəsinin dövriyyə fondları təşkil edir. Dövriyyə fondları istehsal prosesini məcburi elementi və məhsulun maya dəyərinin əsas hissəsidir.
Dövriyyə fondları dedikdə – bir istehsal tsklində tamamilə sərf olunan, öz dəyərini hazır məhsulun üzərinə birdəfəlik və bütünlükldə keçirən və bu zaman özünün natural formasını itirən əmək predmetləri başa düşülür.
{ Dövriyyə fondları 3 hissədən ibarətdir;
1.     İstehsal ehtiyyatlarıdır
2.     Bitməmiş istehsal və yarımfabrikatlar
3.     Gələcək dövrün xərcləri }
 
{1. İstehsal ehtiyyatları – istahsal prosesinə baxılmaq üçün hazırlanməş əmək predmetləridir. Onlar xammalda əsas və köməkçi materiallardan, yanacaqdan, satın alınmış yarımfabrikatlardan, komplektləşdirici məmulatlardan, tara və tara materiallarından, əsas fondların cari təmiri üçün istehsal ehtiyat hissələrindən ibarətdir.}
{2. Bitməmiş istehsal və yarımfabrikat – istehsal prosesinə daxil olmuş əmək predmetlərini əhatə edir. Buraya daxildir; emal və yığılma prosesində olan materiallar, detallar, qovşaqlar, eləcə də müəssisənin bir sexində istehsalı başa çatmış və digər sexlərdə emala məruz qalacaq yarımfabrikatlar}
{3. Gələcək dövrün xərcləri – indi çəkilən lakin gələcəkdə ödəniləcək xərcləri əhatə edir. Bu xərclərə aiddir: məhsulun hazırlanması və mənimsənilməsi üçün lazimi olan xərclər, səmərələşdirmə və ixtiralar üçün xərclər, avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər, layihə axtarış işləri üçün xərclər və s.}
Nəqliyyat müəssisələrində dövriyyə vəsaitlərinə aşağıdakılar aiddir; yanacaq, xammal, əsas və yardımçı materiallar, ehtiyat hissələri və aqreqtlar, avtomobil şinləri və müəssisənin ehtiyyatlarına daxil olan digər əmək predmetləri və s.
Dövriyyə fondləarı – öz hərəkətində tədavül dairəsinə xidmət edən tədavül fondları ilə əlaqədardır.
{Tədavül fondlarına aşağıdakılar aiddir;
1.           Müəssisənin ambarında olan hazır məhsul
2.           Yüklənib göndərilmiş, lakin pulu ödənilməmiş məhsul
3.           Pul vəsaiti və məhsulun istehlakçıları ilə hesablaşmalarda olan vəsait
4.           O cümlədən debitor borclar (debitor– alacağı borclak, kreditor– verəcəyi borclar) – dövriyyə fondları və tədavül fondlarının yaradılması üçün döriyyə vəsaitinin təşkil edir}
 
Deməli, dövriyyə vəsaitləri – dövriyyə fondları ilə tədavül fondlarınin pul ifadəsində məcmusundan ibarətdir. Bildiyimiz kimi nəqliyyat müəssisəsində nəqliyyat prosesindən kənarda hazır məsul istehsal edilmir. Ona görə də hazır məhsulun əsasını təşkil edən maddi materialda yoxdur. Nəqliyyat müəssisəsində tamamlanmamış istehsal məvhumunda yoxdur və ona görə də tamamlanmamış istehsaldakı vəsaitdə yoxdur.
Dövriyyə vəsaitlərini təşkil edən elementlər – onun tərkibini, həmin elementlərdən hər biri xüsusi çəkisi isə dövriyyə vəsaitlərinin strukturnu əks etdirir. Dövriyyə vəsaitlərinin strukturu sabit qalmır və bir çöx amillərin təsiri ilə dəyişir. Bu amillərin bəziləri uzun müddətli, bəziləri isə qısa müddətli olur.
{Yaranma mənbələrinə gərə dövriyyə vəsaitləri – xüsusi və borc alınmış vəsaitlərə bölünür. Xüsusi vəsaitlər – müəssisənin özünün resursları hesabına yaradılan vəsaitlərdir.
Borc alınmış vəsaitlər isə – bank kreditlərindən və kreditor borclarından ibarətdir.
Pul vəsaitləri və hesabdakı vəsaitlər dövriyyə vəsaitlərinin xeyli hissəsini əhatə edir.
Dövriyyə vəsaitləri normalaşdırılan və normalaşdırılmayan vəsaitlərə bölünür. Dövriyyə vəsaitlərinin təxminən 80%–i normalaşdırılır.} Bütünlükdə dövriyyə fondları və hazır məhsul normalaşdırılır. Yerdə qalan elementlər isə naormalaşdırılmır.
{Nəqliyyat müəssəsində normalaşdırılan dövriyyə vəsaitlərinə istehsal dairəsində istifadə edilən xüsusi dövriyyə vəsaitlərinə istehsal dairəsində istifadə edilən xüsusi dövriyyə vəsaitləri, istehsal ehtiyyatları, avtomabilin təmiri üzrə tamamlanmamış istehsaldakı vəsait və gələcək dövrün xərcləri aid edilir.}
{Pul vəsaitləri, avtomabil daşımalrı üzrə hesablar və müxtəlif debitor borcları, həmçinin tədavül dairəsində istifadə edilən dövriyyə vəsaitlərinin digər elementləri normalaşdırlmayan dövriyyə vəsaitləri adlanır}
Dövriyyə vəsaitlərinin normalaşdırılması dedikdə – onların müəssisədə istehsalının normal prosesinin gedişi üçün lazım olan minimum və kafi miqdarı başa düşülür. Dövriyyə vəsaitləri həmişə hərəkətdə olur. Bir istehsal tskli prosesində onların dövranı baş verir və bu iqtisadi qanuna uyğun olur. Bu zaman dövriyyə vəsaitlərinin forması dəyişir.
{Dövriyyə vəsaitlərinin dövriyyə fondları 3 mərhələni əhatə edir;
1.           mərhələdə – müəssisələr, pul vəsaitləri əmək predmetlərinin alınmasına yönəldilir.
2.           mərhələdə – əldə edilmiş dövriyyə fondları, bilavasitə istehsal prosesindən keçir. İstehsal prosesi başa çatdıqdan sonra hazır məhsula çevrilir.
3.           mərhələdə – hazır məhsul satılır və nəticədə dünya fondları yenidən pul formasına düşür və bu vəsait yenə əmək predmetlərinin alınmasına sərf edilir və yeni dövran başlanır.}
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 14.
Daşımaların maya dəyəri və tariflər.
 
Məsrəflər, xərclər və maya dəyəri mühüm iqtisadi kateqoriyalardır. Onların səviyyəsi – müəssisənin mənfəətinin, onun təsərrufat fəaliyyətinin səmərəliliyini xeyli dərəcədə müəyyən edir. Xərclərin aşağı salınması və optimallaşrırılması hər bir müəssisənin iqtisadi fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biridir. İstehsal əlamətinə görə xərclər 3 növə bölünür.
1. Məhsulun istehsalı və satışı üçün xərclər.
2. İstehsalın genişləndirilməsi və təzələnməsi xərcləri.
3. Müəssisənin sosial mədəni mənzil, məişət ehtiyacları üçün xərclər.
Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnamədə maya dəyərinə aşağıdakı kimi tərif verilmişdir.
Məhsulun maya dəyəri – istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın , enerjinin, əsas fondların, əmək ehtiyyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər xərcləri özündə əks etdirir.
Tədris ədəbiyyatlarında isə maya dəyəri – məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclərin pul ilə ifadəsini göstərir.
Məhsulun maya dəyəri onun istehsal xərcləri ilə sırf əlaqəlidir.
Əsasnaməyə görə məhsulun maya dəyərini əmələ gətirən xərcləri – iqtisadi məzmununa görə aşağıdakı elementlər üzrə quruplaşdırılır.
1. Material xərcləri
2. Əmək haqqı xərcləri.
3. Sosial ehtiyaclara ayırmalar.
4. Əsas fondların amortizasiyası və digər xərclər.
Maya dəyərinin elmi əsaslandırılmış hesabatı – qiymət qoymanın təkmilləşdirilməsi və planlaşdırılması üçün əsas şərtlərdən biridir.
Daşımaların maya dəyəri – daşımaların həyata keçirilməsi zamanı istehlak edilən istehsal vasitələri xərclərinin digər müəssisələrinin xidmətlərinin və işçilərin əmək haqqının ödənilməsi xərclərinin, həmçinin istehsalın idarəedilməsi və təşkili ilə bağlı xərclərin pul formasında ifadəsidir.
Məlumdur ki, nəqliyyat prosesi yük daşımalarında istismar xərclərini müəyyənləşdirən 2 əsas elementdən təşkil olunur.
1. Yükün yüklənib – boşaldılması.
2. Yükün nəqli.
Hal – hazırda tətbiq edilən mövcud metodu digər növ nəqliyyatlarda maya dəyəri təyin edilərkən, yalınız yükün və sərnişinin nəqli ilə bağlı xərclər nəzərə alınır.
Yüklərin yüklənib – başlatma xərcləri – avtomobil yollarının təmiri və saxlanması xərcləri, yollarda hərəkitin təhlükəsizliyinin təşkili və təmin edilməsi ilə bağlı xərclər avtomobil daşımalarının maya dəyərinə daxil edilmir.
Maya dəyərinin strukturu – xərclərin ayrı – ayrı maddələrinin tərkibi və nisbəti ilə, həmçinin daşımaların yerinə yetirilməsinə çəkilən xərclərdə xərc elementələri ilə xarakterizə olunur. Bir qayda olaraq bu və ya digər məhsulun maya dəyərinin strukturu 2 baxımdan araşdırılır;
1.                Xərclərin iqtisadi məbləğini əks etdirən xərc elementləri üzrə
2.                Xərclərin istiqamətini və yaranma yerini xarakterizə edən xərc maddələri üzrə
Xərc elementləri üzrə maya dəyərinin strukturuna aşağıdakılar daxil edilir;
Xammal və əsas materiallar, yardımçı materiallar, yanacaq, enerji, yarımfabrikatlar, bütün kateqoriyalardan olan işçilərin əmək haqqı, sosial sığorta ayırmaları və əsas fondların amortizasiyası və s.
Məhsulun vahidinin və ya nəqliyyata düşən həcmin miqdarını təyin etmək üçün – bütün xərclər təyinatına və xarakterinə görə aşağıdakı xərc maddələri üzrə bölüşdürülür.
1.                 Sürücülərin ictimai sığorta ayırmaları ilə birlikdə əsas və əlvə əmək haqqı
2.                Avtomobil yanacağı
3.                Yağlama və digər digər istismar materialları
4.                Avtomobil şinlərinin aşınması və təmiri
5.                Avtomobolin texniki xidmət və cari tədbir xərcləri
Maya dəyərini təşkil edən xərclər, maya dəyərinə birbaşa və ya dolayısı ilə daxil edilə.
Avtomobil nəqliyyatında maya dəyərinə daxil edilən xərc maddələrinin bir hissəsi hərəkət tərkibindən aslı olaraq dəyişir. Belə xərclərə  –  yanacaq yağlama və digər istismar xərcləri, avtomobil şinlərinin aşınması və təmir xərcləri aid edilir. Bu xərclər avtomobilin sürüşünün dəyişilməsi ilə mütənasib olaraq dəyişdiyindən onlar dəyişən xərclər adlanır.
Avtomobil nəqliyyatında sabit xərclərə isə şərti olaraq sürücülərin əmək haqqını aid etmək olar və təsərrüfat hesablı avtomobil nəqliyyatı müəssisələrində ayrı – ayrı istehsal strukturunun fəaliyyətini canlandırmaq üçün onların iqtisadi müstəqilliyi təyin edilir. Belə istehsal strukturundan biri də nəqliyyat vasitəsinin təmiri və texniki xidmət istehsalıdır.
Təsərrüfat hesablı təmir və texniki xidmət istehsalının fəaliyyətini qiymətləndirmək üçün xidmət və təmir işləri vahidinin maya dəyəri və qiyməti müəyyənləşdirilir.
Avtomobil daşımalarının maya dəyərində avtomobilin texniki xidmət və cari təmir xərcləri maddəsi adı altında verilən xərclər – texniki xidmət və təmir işləri xərcləri kimi ifadə olunur və uyğun xərc maddələrinə ayrılır;
1.                Təmir işlərinin əmək haqqı işləri
2.                Material xərcləri və s. xərclər
Maya dəyərinin aşağı salınmasına imkan verən amillərin aşağıdakı kimi qruplaşdırmaq olar;
1.                İstehsalın texniki səviyyəsinin yüksəldlməsi, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması
2.                Nəqliyyat prosesinin təşkilinin yaxşılaşdırılması, əsas fondlardan və material resurslarından səmərəli istifadə edilməsi
3.                Əməyin təşkilinin yaxşılaşdırılması. İstehsalın idarə edilməsinin təkminləşdirilməsi və idarə xərclərinin azaldılması
4.                Daşımaların həcmimin və strukturunun dəyişdirilməsi, daşımaların təşkilinin və texnologiyasının təkminləşdirilməsi
 
 
 
 
 
 
 
 
 
Mövzu 15.
Nəqliyyatda maliyyə, mənfəət və rentabellik.
 
Nəqliyyat müəssisəsinin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir.
Maliyyənin xüsusiyyəti ondadır ki, o həmişə pul formasında çıxış edir. Kankret təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri müəssisənin maliyyə resurslarını təşkil edir və onun gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir.
Maliyyə – pul fondlarının yaranması və istifadəsini ifadə edən pul münasibətləri sistemidir.
Həm mənfəət, həm də amortizasiya ayırmaları istehsala qoyulmuş vəsaitlərin, dövranın nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır.
Bu resurslardan müəssisə müstəqil şəkildə istifadə edir. Müəssisənin mənfəəti bütünlükdə onun sərəncamında qalmır. Mənfəətin bir hissəsi vergilər şəklində büdcəyə daxil olur. Müəssisənin sərancamında qalan münfəət onun təlabatlarının müəyyənləşdirilməsinin başlıca mənbəyidir.
Özlərinə məxsus olan pul vəsaitlərindən istifadə edərkən müəssisələr – cəmiyyət və dövlət qarşısındakı öhtəliklərdən tam azad ola bilməzlər.
Təşkilati – hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr büdcədən kənar sosial fondların  və müxtəlif səviyyəli büdcə gəlirlərinin formalaşmasında istifadə edirlər.
Müəssisələr məhsula və ya xidmətə qiymət müəyyən edərək onu istehlakçılara satır və bu zaman mədaxil əldə edir. Lakin bu hələ mənfəət deyildir.
Maliyyə nəticəsini müəyyən etmək üçün bu pulu – istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyəri ilə müqayisə etmək lazımdır.
1. Əgər mədaxil maya dəyərindən çox olarsa, maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir.
Müəssisə həmişə mənfəət əldə etmək vəzifəsini qarşısına məqsəd qoysada, heç də həmişə buna nail olmur.
2. Əgər mədaxil maya dəyərinədirsə, onda müəssisə yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödəyə bilir.
3. Əgər xərclər maya dəyərindən çox olarsa, bu zaman müəssisə mənfi maliyyə nəticəsinə, yəni zərərlərə malik olur. Bu isə müəssisənin maliyyə vəziyyətini gərginləşdirir, hətta onu müflizləməyə gətirib çıxarır.
Mənfəətin planlaşdırılması, müəssisənin fəaliyyətinin bütün növləri üzrə ayrı – ayrılıqda aparır və maliyyə nəticələrinə təsir göstərən bütün amillər nəzərə alınır. Mənfəət planı 1 qayda olaraq 1 il üçün tərtib olunur. Lakin müəssisələr maliyyə planlarını rüblər üçündə tərtib edə bilər. Planlaşdırma obyekti kimi – balans mənfəətinin elementləri götürülür, bu halda məhsulun satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilmiş mənfəətin planlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Təcrübədə mənfəətin planlaşdırılması üçün müxtəlif metodlar tədbiq edilir.
Birbaşa hesab metodundan daha geniş istifadə olunur. Birbaça hesab zamanı növbəti dövrdə satılacaq məhsul üçün alanlaşdırılan mənfəət – mövcut qiymətlərlə məhsulun satışından əldə ediləcək planlaşdırma mədaxili ilə növbəti dövrdə satılacaq məhsulun tam maya dəyəri arasındakı fərq kimi müəyyən edilir.
Birbaşa hesab metodundan – yeni müəssisənin yaradılması və ya mövcud müəssisənin genişləndirilməsi, ya da hər hansı bir layihənin həyata keçirilməsi zamanı istifadə olunur. Bu metodun əsas üstünlüyü – onun sadəliyidir.
Mənfəət planının tərtib edilməsi üçün başqa metodlardan da istifadə olunur.
Təsərrüfat planlarının iqtisadi göstəriciləri içərisində rentabellik xüsusi rol oynayır.
Əgər mənfəət müəssisəsinin mütləq gəlirliyini əks etdirirsə, rentabellik –  xüsusi olaraq nisbi gərginliyi göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur.
Müəssisə o halda rentabellik hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil – məhsulun istehsalı və satışı xərclərini ödəməklə müəyyən mənfəəti də təmın etmiş olsun.
Beləliklə, rentabellik –  müəssisəsinin işini səviyyəli səciyələndirir, müəssisənin kapitalını artırmaq haqqında təsəvvür yaradır.
Müəssisənin maliyyə planında müəssisənin istehsal fəaliyyətinin son nəticələri əks olunur. Bu planda müəssisənin istehsal proqramını yerinə yetirmək üçün lazım olan pul resurslarının miqdarını təyin edir.
Maliyyə planı tərtib edilərkən böyük həcimdə hesablamalar – müəssisənin gəlirləri və xərcləri, mənfəəti nəzərə alınır. Nəqliyyat müəssisəsinin maliyyə göstəriciləri bütövlükdə onun fəaliyyət növləri üzrə, yəni daşıma, yükləmə, boşaltma və digər mənfəət növləri ilə təyin edilir.
Daşımalardan əldə olunan gəlir – daşımaların növü üzrə ayrı –  ayrılıqda hesablanır.
1. Haqqı işəmuz qaydada ödənilən yük daşımaları.
2. Haqqı saat hesabı qaydada ödənilən yük daşıması.
3. Marşurutlarda işləyən av tobuslarla sərnişin daşımalar.
4. Avtomobil, taksilərlə sərnişin daşımaları.
5. Nəqliyyat vasitələrinin icarəyə verilməsi və. s.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 16.
Kadırlar, əmək məhsuldarlığı və əmək haqqı.
 
1. Nəqliyyat və servis xidməti təsərrüfatarının kadrları sürücülərdən, çilingərlərdən, mühəndis – texniki işçilərindən, qulluqçulardan, köməkçi və yardımçı fəhlələrdən ibarətdir. Bunlar kadrların tərkibini təşkil edir. Ayrı – ayrı kateqoriya işçilərin, onların ümumi sayına nəzərən xüsusi çəkisi (sayla və faizlə) kadrların quruluşunu xarakterizə edilir.
Təbiidir ki, əsas istehsal prosesində iştirak edən və əsas işi – daşımağı yerinə yetirən sürücülər ümumi kadrların çox hissəsini təşkil etməlidir.
İdarə aparatı işlərinin sayı mümkün qədər az olmalıdır. İdarə aparatında kadırların düzgün yerləşdirilməsi və səmərəli istifadə edilməsini təmin etmək üçün təsərrüfatın idarə sxemi əsaslandırmalıdır. İdarə sxeminin mümkün olan variantlardan əlverişlisini seçmək üçün müasir İRM-lardan və EHM-lardən istifadə edilir.
Mühəndis – texniki işçilərə və qulluqçulara olan tələbatı analitik yolla müəyyən etmək çətinliyi üzündən emprin üsullar istifadə edilir. Bu halda nəqliyyat vasitələrinin yük və sərnişin götürmə qabiliyyəti, təsərrüfatın iş rejimi və onların sayı, bütövlükdə təsərrüfatın istehsal gücü nəzərə alınır. Bu amillər nəzərə alaraq təsərrüfatlar 5 kateqoriyaya bölmək olar;
İdarəetmə təcürbəsini, təsərrüfatın istehsal gücünün və ona təsir edən amilləri nəzərə alaraq hər kateqoriya təsərrüfat üçün mühəndis – texniki işçilərin, qulluqçuların sayını emprim yolla müəyyən edir. Bu cür hesabatlar nəticəsində normativlər (mühəndis – texniki işçilər və qulluqçuların sayı) təsdiq edilir. Bu normativlərdə işçilərin sayı ilə yanaşı onların əmək haqqlarının miqdarıda göstərilir.
Məlum olduğu kimi, əmək məsuldarlığı nəqliyyat və servis xidməti təsərrüfatlarında vahid nəqliyyat işinin miqdarı ilə və ya əldə edilən gəlirin miqdarı ilə və nəqliyyat işi vahidinə sərf olunan vaxtla ölçülür.
Əmək məhsuldarlığının səviyyəsinə və artıq tempinə - texniki, təşkilatı, iqtisadi, ictimai – sosial, psixofizioloji amillər təsir edir.
Nəqliyyat təsərrüfatlarında əmək məhsuldarlığının səviyyəsini müəyyən edən əsas amil avtoparkın məhsuldarlığı olduğundan birinci növbədə avtoparkın məhsuldarlığın düzgün planlaşdırması vacibdir. Bu proses aşağıdakı ardıcıllıqla aparılır;
Əvvəl tək bir nəqliyyat vasitəsinin saatlıq məhsuldarlığı planlaşdırılır. Təsərrüfatın iş rejimini nəzərə alaraq, həmin tək nəqliyyat vasitəsinin günlük, aylıq, rüblük, yarımillik və illik məhsuldarlığı planlaşdırılır. Eyni qayda ilə başqa nəqliyyat vasitələri tipləri üzrə də ayrı –ayrılıqda məhsuldarlıqlar hesablanır və sonra məhsuldarlıq bütün təsərrüfat üzrə toplanır. Parkın ümumi məhsuldarlığını nəqliyyat vasitələrinin orta sayına bölməklə bir nəqliyyat vasitəsinin orta məhsuldarlığını və bütün təsərrüfat üzrə orta istifadə göstəriciləri hesablanır.
Parkın ümumi məhsuldarlığı planlaşdırmada bir sürücünün və bir işçinin əmək məhsuldarlığının hesablanmasında, planlaşdırılmasında istifadə edilir.
2. Müəssisədə əmək haqqının forma və sistemləri
Müəssisədə əmək resurslarından istifadə və əmək məhsuldarlığının artımı onun ödəniş səviyyəsinin yüksəldilməsi üçün real zəmin yaradır. Bu zaman əmək haqqının ödənilməsi vasitələrindən elə istifadə etmək lazımdır ki, əmək məhsuldarlığının artım tempi əmək haqqının ödənilməsi səviyyəsini örtmüş olsun. Yalnız belə şəraitdə geniş təkrar istehsalın artım tempinə nail olunmasına imkan yaradır.
{Əmək haqqı – işçilərin istehsal prosesində sərf adilmiş əmək resurslarının qiymətidir.} O, sərf edilmiş əməyin keyfiyyət və kəmiyyətinə əsasən təyin edilir. Lakin ona bazar amilləri olan əməyə tələb və təklif, konkret konyuktura, ərazi amili, qanunvericilik normaları təsir göstörir.
Əmək haqqı əməyin mükafatlandırılması və işçilərin həvəsləndirilməsi formasıdır. {Sənaye cəhətdən inkişaf etmiş qərb ölkələrində əmək haqqı və məvacib anlayışlarını bir – birindən fərqləndirirlər}. Adətən, əmək haqqı dedikdə - fiziki işlə məşğul olan işçilərin, məvacib isə zehni işlərin mükafatlandırılması başa düşülür.
{Sösial şəraitin genişləndirilməsi ilə əlaqədar olaraq bu terminlər tədricən bir – birinə yaxınlaşır, lakin fərqlənirlər. Belə ki, əmək haqqı – qısa müddətlə (1 gün,1 saat) məhdudlaşır onun səviyyəsi, həmkərlar ittifaqı və iş verən arasındakı razılaşmaya əsasən təyin edilir.
Məvacib – isə daha üzun müddətli (1 ay, 1 il) olur, onun səviyyəsi isə fərdi danışıqlar aparmaq yolu ilə təyin edilir}
Mükafatlandırmaya – pensiya, əlilliyə görə müvazinət ödənişli məzuniyyət, müəssisəsinin nəqliyyatdan istifadə etmək hüququ və digər imtiyazlar, həmçinin komissionnlar, müəssisənin mənfəəti aiddir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq əmək haqqına münasib tamamılə dəyişir, resurs bazarı olan əmək bazarı subyektləri kimi iş verən sahibkarlar və muzdlu fəhlələr çıxış edir.
Sövdələşməı obyekti kimi konkret şəraittdə meəyyən vaxt çərçivəsində, müəyyən keyfiyyətə malik əmək resursu vahidinə istifadə hüququ çıxış edir.
{Əmək vahidinin qiyməti - əmək haqqı stavkasıdır}. Marksa görə işçinin əmək haqqının stavkası onun iş qüvvəsinin dəyəri ilə təyin edilir.
Əmək haqqına və əmək bazarının konustruksiyasına aşağıdakı bazar amilləri təsir göstərir;
1)    Əmtəə xidmətlər bazarında tələb və təklifin dəyişməsi
2)    Resursların müəssisə üçün faydalılığı
3)    Qiymətə görə əməyə tələbin elastikliyi
4)    Resursların qarşılıqlı əvəz olunması
5)    İstehlak əmtəələri və xidmətlərə uyğun qiymətin dəyişməsi
Əmək haqqının mahiyyəti onun funksyalarında özünü göstərir. Bunlar təkrar istehsal, stimullaşdırıcı, ölçmə - bölgü, resurs – yerləşdirmə, əhalinin qbiliyyətli tələbinin formalaşdırılması funksiyalarıdır. Bu funksiyaların yerinə yetirilməsi üçün bir sıra prinsiplərə əməl olunmalıdır. Məsələn; istehsalın və əməyin səmərəliliyinin artımına uyğun real əmək haqqının artırılması; əmək məhsuldarlığının artım tempinin orta əmək haqqının artım tempini qabaqlaması; müəssisənin fəaliyyətinin nəticəsinə, əməyin məzmunu və şəraitinə, müəssisənin yerləşmə məntəqəsi və ərazi mənsubiyyətinə görə əmək haqqının differensiyası, əməyə uyğun ödəniş, əmək haqqının ödənilməsinin forma və sistemlərinin sadəliyi, məntiqliyi və əlverişliliyi prinsipləri. Bu prinsiplərin hər biri funkiyalar kompleksi ilə əlaqədardır.
Bütün müəssisələr əmək haqqının təşkili problemi ilə rastlaşırlar. Bu problem, əsasən aşağıdakılardan ibarətdir;
-         müəssisədə işçilərin əmək haqqının forma və sisteminin təyin rdilməsi;
-         qulluqçuların və mütəxəssislərin vəzifə maaşlıq sisteminin işlənməsi;
-         müəssisənin işçiləri və mütəxəssislərin ayrı – ayrı nailiyyətlərinə görə əlavə ödənişin meyyarlarının işlənilməsi və ölçüsünün təyin edilməsi;
-         əməkdaşların mükafatlandırılması göstəricilərinin və sisteminin əsaslandırılması
İşlənilən əmək ödənilməlidir. {Əməyin kəmiyyəti qanunvericilik tərəfindən təyin edilmiş iş vaxtının uzunluğu ilə müəyyən edilir.} İş vaxtı üzun müddətli olduqda ödənilməsi də yüksək olur.
Əmək haqqının səviyyəsi işçiyə özünü və ailəsini təmin etməyə imkan verir.
{Nəqliyyat və servis xidməti təsərrüfatlarında əmək haqqının 2 formasından – 1. işəmüzd, 2. vaxtamuzd formalarından istifadə edilir.}
-                    İşəmuzd əmək haqqının ödənilməsi – fəhləyə istehsal adilən hər məhsulun vahid və ya yerinə yetirilmiş iş üçün müəyyən edilmiş qiymətlər əsasında həyata keçirilir.
Qiymətlər müəyyən işin dərəcəsinə uyğun gələn tarif stavkasına və müəyyən edilmiş hasilat normasına əsasən hesablanır.
İşəmuzd əmək haqqının tətbiq edilməsi aşağıdakı şərtlər daxilində mümkündür;
-         konkret işçidən aslı olan işin kəmiyyət göstəriciləri olduqda;
-         nəzərdə tutulmuş normalarla müqayisədə məhsul buraxılışını artırmaq üçün fəhləyə real imkanlar verildikdə;
-         yerinə yetirilən işin həcminin dəqiq uçota alınmaq imkanı olduqda;
-         işəmuzd əmək haqqının – sadə işəmuzd, mükafatlı işəmuzd, dolayı işəmuzd, mütərəqqi işəmuzd kimi sistemləri vardır (5 sistemi var)
-                    Vaxtamuzd əmək haqqına gəldikdə - bu halda işçi yerinə yetirilən vaxtdan aslı olaraq pul və ya digər təltifat alır.
Vaxtamuzd əmək haqqı – saatlıq tarif stavkasını faktiki işlənmiş saatla vurmaqla təyin edilir.
{Vaxtamuzd əmək haqqının – sadə vaxtamuzd, mükafatlıq vaxtamuzd kimi sistemləri vardır. (2 sistemi var)}
{Sadə vaxtamuzd - əmək haqqının saatlkıq, günlük, həftəlik, aylıq kimi formaları var. (4 forması var)}
Əmək haqqının tarif sistemi 3 elementdən ibarətdir.
-         tarif maaşı
-         tarif cədvəli
-         tarif əmsalları
Son illər iri xarici müəssisələr yeni idarəetmə yanaşmasından istifadə edərək əmək haqqının ödənilməsinin həm fərdi işəmuzd sistemindən, həm də vaxtamuzd sistemindən imtina edirlər. Bu zaman maddi marqalandırma sistemi işçinin diplomuna əsasən deyil, işçisi yerinə yetirilməsi səviyyəsinə görə istiqamətlənir.
Belə müəssisələrdə işçilər iş yerlərində olduqları adam – saatların sayına görə deyil, ixtisaslarına görə nəzərdə tutulmuş məvacib alırlar.
 
 
 
 
 
 
Mövzu 17.
Uçotun növləri və onların formaları
 
Uçotun əsas prinsipləri bunlardır.
1.     Uçot və plan göstəricilərinin hesablanma qaydalarının eyniliyi.
2.     Uçotun obyektliyi və dəqiqliyi.
3.     Uçotun sadəliyi.
4.     Uçotun operativliyi.
5.     Uçot göstəricilərinin sistemi ilə plan göstəriciləri sistemin ölçü vahidlərinin uyğunlaşdırılması.
6.     Xüsusi göstəricilərin işlənib, hazırlanması.
7.     Müəssisə, sahə və xalq təsərrüfatı obyektlərinin arasındakı məsafənin təyin edilməsi.
{Uçotun əsas növləri bunlardır.
1. Əməli, əməli-texniki və əməli istehsalat uçotu.
2. Mühasibat uçotu.
3. Statistik uçot.
1. Əməli uçotun xüsusiyyəti ondan ibarətdir ki, o bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tələblərini əhatə etməklə aparılan uçotdur.}
Uçotun aparılması üçün dəqiq formalar müəyyənləşdirilmişdir.
Nəqliyyat müəssisələrində nəzarətin düzgün təşkili və icranın yoxlanılması- əməli uçotdan əsaslı surətdə asılıdır.
Əməli uşot – birinci növbədə natural uçotdur. Lakin yeni avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi şəraitində uçot həm də pul göstəriciləri ilə aparılır.
{Təsərrüfatın işini düzgün təşkil etmək və ya işin təşkili səviyyəsini-əməli texniki uçotun səviyyəsi ilə də ölçmək olar.
Təsərrüfat işçiləri qarşısında duran əsas vəzifələrdən biri-təsərrüfatın hər tərəfli fəaliyyətini əməli texniki uçot vasitəsilə əhatə etmək və bu uçotun təkmilləşdirilmiş cədvəl formalarını işləyib hazırlamaqdır.
2. {Mühasibat uçotunda - müəssisələrin hər tərəfli fəaliyyəti- pul ifadələrində özünü tapır.} Mühasibat uçotu digər uçot növlərinə nisbətən daha dəqiq uçot növü hesab edilir. Bu onunla izah olunur ki, mühasibat uçotunun aparılma metodikası hesabları və cədvəl formaları mərkəzləşdirilmiş qaydalarda hazırlanıb və yerlərdə, müəssisələrdə mühasibat uçotunun təşkili və aparılmasına – maliyyə orqanları və digər yuxarı təşkilatlar nəzarət edir və vaxtaşırı yoxlama aparılır.
3. Statistik uçot.
Statistik uçot – uçot növləri içərisində ən əsaslı növ hesab edilir. {Statistik uçot əslində əməli texniki və mühasibat uçotunun ümumiləşdirilmiş forması kimi müəyyən edilir.} Digər tərəfdən uçotun yerli səviyyəsini – statistik uçotun səviyyəsi ilə ölçmək olar.
Ayrı – ayrı natural və pul göstəriciləri üzrə, ayrı – ayrı kəmiyyət və keyfiyyət göstəriciləri qruplaşmalarını yaratmaqla təsərrüfatın ayrı – ayrı sahələrinin fəaliyyəti üzrə müəyyən qanunauyğunluqlar açkar etmək olar. Perespektiv və uzun müddətli planlaşdırma üçün statistik uçotun bütün tələblərə cavab verdikdə - istehsal şəraiti və yeni tələbatlar nəzərə almaqla düzgün tədbir aparmaq mümkündür.
Statistik uçotun səviyyəsini yüksəltmək üçün – ehtimal nəzəriyyəsindən istifadə edilir.
{Statistik uçotun əsasını – statistika elmi təşkil edir.}
Statistika – təkmilləşdirilmiş mühüm bir elm sahəsi olmaqla iqtisad elimləri sisteminin tərkib hissəsidir. Heç bir dövlət işini və yaxud təsərrüfatçılıq işini statistikasız təsəvvr etmək mümkün deyil. Statistika milyonlarla adamların fəaliyyətini konkret rəqəmlərlə xarakterizə edir.
Statistika latın sözü olan “status” sözündən götürülüb, hadisənin vəziyyəti deməkdir.
Statistika dedikdə - hər şeydən əvvəl ictimai həyatın müxtəlif tərəflərini kəmiyyətcə xarakterizə edən göstəriciləri başa düşmək lazımdır.
Müvafiq məlumatların toplanılması və sistemləşdirilməsi üzrə görülən işlərdə statistikaya aid edilir.
1.                            Operativ (əməli) uçot – xammal, benzin, rəngləmə, maşının tam hazırlanıb istifadəyə verilməsinə çəkilən xərclərdir.
2.                            Mühasibat uçotu – müəssisədə işləyənlərin əmək haqqısı, vergilər, sğortaya tutulan xərclər və s. Aiddir ki, cədvəl şəkilində hazırlanır.
3.                            Statistik uçot – işçilərin dərəcələri arasındakı fərq – məsələn 3-cü dərəcəli fəhlə ilə 5-ci dərəcəli fəhlə arasındakı maaş fərqi; usta – fəhlə arasındakı maaş fərqi bunların cədvəl formasında hazırlanması deməkdir
Operativ uçot – Xammala verilən qiymət ; benzinə verilən qiymət – cədvəl şəkilində hazırlanır.
 
 
Mövzu 18.
Nəqliyyatda əsaslı vəsait qoyuluşu və yeni texnikasının iqtisadi səmərəliliyinin təyin edilməsi
{Müasir dövrdə əsaslı vəsait qoyuluşu – kapital qoyuluşu, investisiya kimi terminlərlə yanaşı işlədilir}
{İnvestisiya ingilis sözü olub, mənaca əsaslı vəsait qoyuluşuna uyğundur.} Lakin investisiya özünün məzmununna və mənasına ğörə əsaslı vəsait qoyuluşundan fərqlidir və genişdir. Fərqlərdən biri elə budur ki, əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir.
Ancaq investisiyanın mütərəqqi proses baxımından digər çox mühüm innovasiyanı (yenilik etmə) özündə birləşdirməsidir.
Əgər əsaslı vəsait qoyuluşu investisiyanın kəmiyyət tərəfidirsə, yeniliketmə onun keyfiyyət tərəfidir.
{Göstərmək lazımdır ki, hələ 13 yanvar 1995-ci ildə Respublikamızda “İnvestisiya fəaliyyəti haqqında” qanun qəbul edilmişdir.} Azərbaycan Respublikası ərazisində investisiya fəaliyyətinin (sərmayə darlıq) ümumi, sosial, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirir.
Qanunun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasını, ondan ölkənin sosial iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və investisiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilməlidir və mülkiyyət formasından aslı olmayaraq bütün investisiyaların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bu qanunda investisiya aşağıdakı kimi qiymətləndirilir;
{İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitləriundən, habelə maddi və itelektual sərvətlərdən ibarətdir} Belə vəsait və sərvətlər aşağıdakılardır;
-         Pul vəsaitləri, məqsədli bank əlamələri - kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;
-         Daşınan və daşınmaz əmlak (binalar, quğular, avadanlıq və başqa maddi sərvətlər);
-         Müvafiq qaydada rəsmiləşdirilmiş elmi – təcrübi və digər intelektual sərvətlər;
-         Bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq potentləşdirilmiş texniki sənədləşdirmə, vərdiş və istehsal təcrübəsi kimi tərtib edilmiş texniki – texnoloji kommersiya və digər biliklərin məcmusu (“NOU – HAU”);
-         Torpaqdan, sudan, digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüquqlarından irəli gələn və başqa əmlak hüquqları;
-         Başqa sərvətlər. Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yönəldilməsi, kapital qoyuluşu şəkilində həyata keçirilir;
“Əsaslı vəsait qoyuluşu dedikdə - bina və tikilidə inşa edilərkən tikinti quraşdırma işləri üçün xərclər, maşın və avadanlığın alınması, quraşdırılması və saxlanılması xərcləri, layihə axtarışı işləri xərcləri, kadrların hazırlanması və s. xərclər başa düşülür.”}
Əsaslı vəsait qoyuluşu – sıra əlamətinə görə (3 əlamətinə görə) təsnifləşdirilir;
1.     İstifadə əlamətlərinə görə - istehsal və qeyri – istehsal əsaslı vəsait qoyuluşu mövcuddur.
2.     Əsas fondların təkrar istehsalı formalarına görə əsaslı vəsait qoyuluşunun aşaıdakı növləırini göstərmək olar; - Yeni tikinti üçün mövcud müəssisələrin yenidən qurulması və texnika ilə yenidən təhçiz olunması üçün; - Fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi üçün; - Avadanlığın modelləşdirilməsi üçün;
3.     Maliyyələşdirmə mənbələrinə görə;
{Mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşu dövlət büdcəsində maliyyələşdirilir.}
Qeyri – mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşu isə müəssisə, firma və şirkətlərin investisiya mənfəəti və bankların verdiyi uzun müddətli kreditlər hesabına maliyyələşdirilir.
Əsaslı vəsait qoyuluşuna istifadənin səmərəliliyi xeyli dərəcədə onon strukturundan aslıdır.
Əsaslı vəsait qoyuluşunun texnoloji, təkrar istehsal və sahə strukturu (3) fərqləndirilir.
1.     {Ayrı – ayrı xərclərin əsaslı vəsait qoyuluşun ümumi məbləğindəki xüsusi çəkisi - əsaslı vəsait qoyuluşunun texnoloji strukturu adlanır.} Əsaslı vəsait qoyuluşundan strukturun, xüsusilə texnoloji avadanlıqların alınması ilə əlaqədar olan xərclərin payı çoxaldıqca əsas fondlardan istifadə səviyyəsi yüksək olur.
2.     {Əsaslı vəsait qoyuluşunun təkrar istehsal qoyuluşu dedikdə - əsas fondların təkrar istehsal formalarına çəkilən xərclərin nisbəti başa düşülür.} Dünya təcürbəsi göstərir ki, eyni təyinatdan olan Yeni müəssələri tikməkdənsə, mövcud olanların yenidən qurulması və texniki təminatının artırılması iqtisadi baxımdan daha səmərəlidir.
3.     { Əsaslı vəsait qoyuluşunun sahə üzrə quruluşu - əsaslı vəsait qoyuluşunun iqtisadiyyatın ayrı – ayrı sahələrində bölgüsü ilə xarakterizə olunur. Bu struktur ayrı – ayrı sahələrin inkişaf tempini, istiqamətlərini və səviyyəsini müəyyən edir.}
---------------------------------------------------------------------------------------------Pulu yatıran, pul qoyuluşu edən investor adlanır. İnvestisiya – özünün əlavə xərcinin hər hansı bir layihə üçün yatırılmasıdır.
Mövzu 19.
Nəqliyyatın idarə edilməsinin funksiya və metodları.
Nəqliyyatın məhsulu yükün və sərnişinin yerdəyişməsidir. Nəqliyyat işi kortəbii yerinə yetirilə bilməz. O, xüsusi idarəetmə aparatına ehtiyac duyur. İdarəetmə aparatı müəyyən qanunlara, təlimatlara, əsasnamə və qaydalara əsasən fəaliyyət göstərən işçilərin məcmusundan ibarətdir.
Müəssisəni idarəetmək üçün – idarəetmə obyektinin və onun müasir vəziyyətini, tarixi dəyişkən konkret sosial iqtisadi və texnoloji mühitdə perespektiv inkişaf meyillənmələrinin yaxşı bilmək lazımdır. Müəssisənin idarəedilməsi mürəkkəb bir prosesdir. {“İdarəetmə - mühəndisinin bütün bölmələrində kollektivin işinin, məqsədyönlü fəaliyyətini təyin edilməlidir.”}
Bütün idarəetmə sistemi daha az resurs sərf etməklə, cəmiyyətin bu fəaliyyət növünə olan tələbatın tam və keyfiyyətlə ödənilməsi işinə xidmət edir. Müəssisə mürəkkəb bir sistemdir.
Məlumdur ki, bütün sistemlər idərə edilən və idarə olunan sistemdən təşkil olunur. Nəqliyyat infrastrukturlu sahədir. Yüklərin və sərnişinlərin uzaq məsafələrə daşınması nəqliyyat işçilərinin və nəqliyyat texnikasının hərəkətinin əlaqələndirilməsinə yüksək tələblər irəli sürür.
Nəqliyyat ən yüksək təhlükəli sahələrdən biri hesab edilir. Burada təkcə nəqliyyat qəzaları deyil, həmçinin nəqliyyatın ətraf mühitə mənfi təsiridə nəzərdə tutulur.
Nəqliyyatı səmərəli idarə etmək üçün nəqliyyat şəbəkələrinin formalaşması xüsusiyyətlərini nəzərə almaq lazımdır.
İdarəetmə funksiyaları – idarəetmənin fəaliyyət dairəsi və növləri ilə əlaqədardır. İdarə etmə işləri, müəyyən funksiyaların icra edilməsi, idarəedən sistemin təşkili ilə bağlidir.
“İdarəetmə funksiyası – obyektiv məqsəd və nəticələrin ümumiliyi ilə xarakterizə olunur”. Hər bir işçi müəyyən funksiyanın icrası üzrə ixtisaslaşır. İstehsal təsərrüfat fəaliyyətinin səmərəliliyi – idarə funksiyasının hansı səviyyədə yerinə yetirilməsindən aslıdır.
{“İctimai idarə proseslərinin idarə etmək, qaydaya salmaq vəzifələrinin yerinə yetirən, üsul və vasitələrin məcmusu idarəetmə funksiyası adlanır.”}
İdarə etmə funksiyaları aşağıdakılardır.
1.     Planlaşdırma funksiyası – idarəetmənin başlıca funksiyasıdır. Planlaşdırma bir fəaliyyət növü olmaqla, idarəetmə prosesinin başlıca cəhəti və fəaliyyəti idarə etmək prosesidir. Bunun nəticəsində istehsalın inkişaf sürəti, bu artımın mənbələri, amilləri formalaşır.
2.     Təşkiletmə funksiyası - istehsal prosesinin həyata keçirilməsində, istifadənin təşkilində mühüm rol oynayır. Təşkiletmə - bütövlükdə idarə olunan sistemlər arası və sistem daxili münasibətlərin təşkilidir.
3.     Kordinasiya funksiyası – kordinasiya funksiyası planlaşdırma funksiyası ilə ən çox əlaqəsi olan funksiyadır. Kordinasiya – latın sözü olub, hər hansı hadisənin müəyyən uyğunluğa gətirilmə mənasında işlədilir. Kordinasiya funksiyası ayrı – ayrı işçilərin əlaqələndirilməsi ilə bağlıdır.
4.     Nəzarətetmə funksiyası – idarəedilən sistemlərin fəaliyyətinin qaydaya salınması üçün böyük əhəmiyyət kəsb edir. Nəzarətin əhatə dairəsi çox böyükdür. Nəzarətin məzmununu yoxlamaqdan və baş verən nöqsanların qarşısının alınmasından ibarətdir. Bu baxımdan nəzarət xəbərdarlıq xarakteri daşıyır.
5.     Tənzimetmə funksiyası – idarəetmə sisteminin müəyyən qaydaları və ahəngdar inkişafın təmin edilməsi ilə əlaqədardır. Tənzimetmə iqtisadi sistemin parametrlərinin lazım olan səviyyədə saxlanılması, normativdən kənarlaşma hallarının aradan qaldırılması ilə əlaqədardır.
6.     Operativ rəhbərlik funksiyası – təşkiletmə, əlaqələndirmə və sərəncam vermə qaydasında həyata keçirilir. Operativ rəhbərlik istehsal proseslərinin fasiləsiz, ahəngdar və etibarlı inkişafını təmin edir.
İdarəetmə metodları.
İdarəetmə metodları təsərüfatçılığın həyata keçirilməsinə xidmət edir. İdarəetmənin metodları çoxcəhətli və müxtəlifdir.
{İdarəetmənin 3 əsas metodu vardır.}
1.     “İdarəetmənin iqtisadi metodu” – Bu metod istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunlarının, kateqoriyalarının dərindən başa düşülməsi və onlardan geniş istifadə edilməsi ümumxalq, kollektiv və şəxsi marağın vahid sisteminin təmin olunmasına əsasən həyata keçirilir. İdarəetmədə palanlaşdırma, təsərrüfat hesabı və maya dəyəri, mənfəət, qiymət, rentabellik kimi vasitələrdən geniş istifadə olunur.
İqtisadi metodlar bu vasitələrlə müəssisənin təsərrüfat fəaliyyətini yüksəltməklə, az xərclə mənfəətin yüksək əldə edilməsini təmin edir və nəticədə müəyyən iqtisadi münasibətlər formalaşır. İqtisadi metodlar arasında – planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı və mükafatlandırma, mənfəət və rentabellik, qiymət və kredit, iqtisadi təhlil mühüm yer tutur.
2.     “İdarəetmənin normativ sərəncam metodu (ikinci adıinzibati metod)” – Təsərrüfatın idarə edilməsində hakimiyyətçilik normativ sərəncam metodu vasitəsilə həyata keçirilir. Normativ sərəncam metodlarından – dövlətin, cəmiyyətin qanunları və başqa qaydalar əsasən edilməlidir. Bu qanunları pozan sahibkarlar və mütəxəssislər müəyyən cəza almalıdır.
Normativ sərəncam metodunun təsir vasitələri - əsasnamə təlimatları, normativlər, göstərişlərdən ibarətdir. Bu vasitələr idarəedən və idarəolunan sistemlərin qarşılıqlı əlaqənin müəyyən edir.
3.     “İdarəetmənin sosial psixoloji metodu” – İdarəçilik fəaliyyəti çox mürəkkəb ictimai hadisə və prosesdir.
İdarəetmə əməyinin özünəməxsus xüsusiyyətləri vardır. Əgər fiziki işlə məşğul olan işçilər üçün əmək obyekti təbiət cisimləri və əmək alətləridirsə; rəhbərlik üçün başlıca obyekt insanın özüdür və insan müxtəlif keyfiyyətlərə malikdir.
Bu keyfiyyətlər – rəhbər işçilərlə tabeçilikdə olan işçilər arasında mürəkkəb sosial – psixolojo əlaqələr yaradır.
{Psixi proseslər – təsəvvür, təfəkür, diqqət, hissetmə, iradə və s. şəxsiyyətin xarakteri ilə üzvi şəkildə əlaqədardır.} Məhz bu psixi xassələrə görə insanlar bir – birindən fərqlənir. Müəyyən mühit çərçivəsində rəhbər işçi həmin psixi xassələrə təsir gostərir, onu tənzim olunan bir obyektə çevirir. Sosial psixoloji metodlar əmək kollektivinin nizama salınmasında onların fəallığının yüksəldilməsində, kollektivdə qarşılıqlı etibar və münasibət yaranmasında mühüm yer tutur.
 
 
 
 
 
 
Mövzu 20.
Nəqliyyatın idarə edilməsinin təşkilati strukturu.
 
İdarəetmə sturukturu - idarəetmə sisteminin qurulmasının daxili formasını əks etdirir. İdarəetmə sturukturunun ünsürləri bir-birilə üzvü şəkildə əlaqədar olmaqla istehsalın idarəedilməsi sistemini əmələ gətirir. {Ona görə də sturkturun ünsürləri yuxarı, aşağı və eyni hüquqlu bölmələrə ayrılır.}
Onlar arasında müəyyən zəruri əlaqələr mövcuddur. İdarəetmə orqanında bütün sturuktur bölmələr aşağıdakı əsas qruplara bölünür.
1. Rəhbərlik.
2. Sahə sturuktur bölmələri.
3. Funksional sturuktur bölmələri.
4. Köməkçi və xidmıt edici sturuktur bölmələri.
İdarəetmənin səmərəli təşkili idarəetmə obyektinin idarəetmə subyekti ilə səmərəli əlaqələndirilməsini nəzərdə tutur. {İdarəetmə sturukturundakı əlaqələr aşağıdakı formalarda olur.
1-ci xidməti - bu əlaqə üfüqi xətt halında aşağı və yuxarı orqanların, vəzifəli şəxslərin əlaqəsi formasıdır.
2-ci funksional - burada əlaqə yuxarı və aşağı orqanların,vəzifəli şəxslərin qarşılıqlı münasibəti formasında həyata keçirilir lakin burada xətti əlaqə formasından fərqli olaraq yuxarı orqan müəyyən məsləhətlər verir və birbaşa məsələni həll etmir. 
3-cü texniki - bu eyni funksiyanı icra edən ayrı-ayrı işçilər arasındakı əlaqə formasıdır.
4-cü informasiya - idarə edən və idarə olunan sistemlər, sistemdaxili bölmələr arasındakı əlaqə formasıdır.}
İstehsal və təşkilati sturuktur ilə idarəetmə fəaliyyəti arasında sıx əlaqə vardır. Bunun əsnasında idarəetmə aparatı yaradılır. Buraya - mütəxəssislər, mühəndislər, iqtisadçılar, funksional və xətti işçi qrupları daxildir.
İdarəetmə prosesi birgə fəaliyyət prosesidir. Ona görədə idarəetmə sturukturunun ixtisaslaşmış bölmələri arasında müəyyən əlaqə formaları mövcuddur.
Bu əlaqə və münasibətlər müxtəlif olur və idarə aparatının özü tərəfindən, həmçinin idarəedən sistem tərəfindən qaydaya salınır.
İdarəedən sistemlə idarəolunan sistem arasında münasibətlər struktur baxımından çox mürəkkəbdir və ierarxiya xarakteri daşıyır. İdarəaparatı strukturu bir sıra amillər nəzərə alınmaqla formalaşır. Strukturun formalaşmasında nəticə etbarı ilə maşınlar sistemi və insan amili əsas rol oynayır.
{İdarəaparatı 2 idarəetmə növünə ayrılır:}
1.     Xətti idarəetmə aparatına – direktor və onun müavinləri, sex rəisləri və onların müavinləri, baş usta və istehsal sahəsinin ustaları daxildir.
2.     Funksional idarəetmə - idarəaparatının funksional bölmələrinin fəaliyyətini nəzərdə tutur. Funksional idarəetmə növünü müstəqil idarəetmə strukturu kimi qiymətləndirmək olmaz. Çünki funksional idarəetmə xətti – idarəetmə aparatına xidmət edir.
İdarəetmənin xətti və funksional bölmələrinin məcmusu, onlar arasındakı qarşılıqlı əlaqə və asılılığa müəssisənin idarəetmə strukturu deyilir.
Müəssisənin idarəetmə strukturu istehsal strukturundan aslıdır. İstehsal strukturu isə biavasitə elmi – texnili tərəqqidən, texnoloji proseslərin müxtəlifliyindən aslıdır. İdarəetmənin xətti strukturu idarəetmə funksiyasının təsərrüfat rəhbərinin əlində cəmləşməsini nəzərdə tutur. Funksional idarəetmə strukturunda isə xətti rəhbərin funksiyasını – bir neçə funksional rəhbər həyata keçirir.
Xətti funksional idarəetmə strukturu – xətti və funksional idarəetmənin üzvü birləşməsini nəzərdə tutur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 21.
Nəqliyyat müəssisələrinin idarə erdilməsinin informasiya təminatı və qərar qəbulu.
 
Nəqliyyatın idarəedilməsinin ayrılmaz bir hissəsi informasiya təminatıdır. İdarəetmə prosesi yalnız müəyyən idarəetmə informasiyalarının vasitəsi ilə həyata keçirilir.
İdarəetmə obyektindən idarəetmə subyektinə təsərrüfat fəaliyyəti haqqında müəyyən məlumatlar verilir. Ona görə də hər bir informasiya obyektiv şəraiti düzgün əks etdirilməlidir. İnformasiyalar həqiqi olmalı, müəyyən faktlara əsaslanmalı, faktlar həqiqi rəqəmlərlə təsdiq olunmalıdır.
İnformasiyalar istehsalın təşkilini planlaşdırmaqla, ümumi vəziyyətini sistem halında qiymətləndirməyə imkan verilməlidir. İdarəedən və idarəolunan sistemlər arasında arasında mütəmadi olaraq informasiya mübadiləsi baş verməlidir.
Təsərrüfatçılıq fəaliyyətində informasiyalar daxil olma xarakterinə və mənbələrinə görə fərqlənirlər.
{Daxil olma xarakterinə görə informasiyalar sistemləşdirilmiş və sistemləşdirilməmiş informasiyalardan ibarətdir.
Sistemləşdirilmiş informasiyalar – mərkəzləşmiş qaydada statistik hesabat məzmununa əvvəlcədən məlum olan informasiyadır.
Sistemləşdirilməmiş informasiya isə - gözlənilməz hadisə və proseslərlə əlaqədar olan informasiyalardır.
Daxil olma mənbələrinə görə aşağıdakı informasiyalar mövcuddur:
1.     Məlumat   2. Elmi- texniki   3. İqtisadi    4. Xəbər informasiyası
Məlumat informasiyasının şərti sabit, xəbər informasiyası isə dəyişkən xarakter daşıyır.
Mənbələrinə görə informasiyalar – plan, hesabat, normativ, sorğu, elmi – texniki, uçot formalarından olur. (6)
Meydana gəlmə yerinə görə informasiyalar – xarici, daxili və ilkin informasiyalara bölünür. (3)
Ötürülməsi vasitəsilə informasiyanın – teleqram, poçt və şəxsi söhbət və s. kimi formaları vardır.
İnformasiya daşıyıcılarına görə informasiyalar – sənədlər, maqnit disklər və s. digər vasitələrlə ötürülür.
İnformasiyaların dövrü olaraq aşağıdakı formaları biri – birindən fərqləndirilir.
1. Saatlıq    2. Nöbəlik    3. Dekadalıq (1 dekada 10 gündür)    4. Aylıq   5. Rüblük   6. Aylıq (1 ay 3 dekadan ibarətdir 1x3=30)
İformasiya sistemlərinin təşkiletmə prinsiplərindən biri buraxılış sənədi prinsipidir. Buraxılış sənədi – narayış, sxem, yazılı və s. digər formalarda olur. Həmin sənədlər müvafiq informasiyaların işlənib – hazırlanmasının son mərhələsidir. Buraxılış sənədləri idarəetmə subyektinin qərar vermə üçün əsasdır.
İnformasiya sisteminin işlənilməsinin mühüm prinsiplərindən biri sistem halında yanaşma prinsipidir. Bu öz növbəsində aşağıdakıları nəzərdə tutur;
1.     İnformasiya sisteminin idarəetmə funksiyaları və təşkilati struktur ilə əlaqələndirilməsi.
2.     İnformasiya sistemlərinin tərkib hissələrinin biri – birilə əlaqələndirilməsi.
3.     İnformasiya modelləri və sənəd dövriyyəsinin qarşılıqlı əlaqələndirilməsi.
İnformasiya sistemlərinin formalaşmasının mühüm prinsiplərindən biri informasiyanın kefiyyət prinsipidir.
İnformasiyalar müəyyən keyfiyyət xassəsinə malik olmalıdır. Əlverişlilik, operativlik, etibarlılıq, səmərəlilik prinsipi informasiya sisteminin təşkilinin mühüm prinsiplərindəndir.
İnformasiyaların toplanmsı, işlənib hazırlanması posesində texniki vasitələrdən istifadə olunması zamanı xüsusi olaraq nəzərə alınmalıdır.
İnformasiya sistemləri sadə və mürəkkəb sistemlərə bölünür;
Sadə sistemlərdə - müəssisə daxili bölmələr üçün səciyyəvidir. Belə sistemlərdə informasiyalar idarəetmə obyektindən idarəetmə subyektinə yenidən işlədilmədən verilir. Bu cür informasiya üzrə buraxılış sənədini idarəedən sistem işləyib hazırlarır. Sadə informasiya sistemində işlər insanlar tərəfindən işra olunur. {Mürəkkəb informasiya sistemləri – az, orta, mürəkkəb və avtomatik sistemlərə bölünür. (4)}
***Orta mürəkkəb sistemlərdə - İnformasiyaların hazırlanması üzrə əməliyyatların bəziləri insanlar, bəziləri isə texniki vasitələrin köməyi ilə icra olunur.
Ən mürəkkəb informasiya, sistemlərinin tamamilə avtomatomatlaşdırılmasından ibarətdir. Əksinə bu sistemlərin istehsalı avtomatlaşdırılmış sistem ilə əlaqədardır.***
İnformasiya sistemlərinin təşkilində ən başlıca məsələ informasiya axınının təşkilindəkinöqsanların aradan qaldırılmasıdır. Hal – hazırda bu nöqsanların aradan qaldırılması üçün bir sıra tədbirlər işlənib hazırlanır. Bunlardan biri inteqrasiya edilmiş informasiya sistemlərinin yaradılmaıdır. Bu sistemlərin xüsusiyyəti informasiya sisteminin mövcud idarəetmə strukturundan aslı olmayaraq informasiya axınlarının kompleks həddinə əsaslanır. İdarəetmə sahəsində ən mühüm məsələlərdən biri idarəetmə əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasıdır.
İnformasiyaların qəbulu, yığılmasi, ötürülməsi və işlənilməsi müasir informasiyaların köməyi ilə keçirilir.
İnformasiya ilə əlaqədar texniki vasitələrə aşağıdakılar aid edilir; hesablama maşınları, rabitə və s. Bu cür texniki vasitələrdə informasiyalar əllə daxil edilir, onların yığılması, ötürülməsi, işlənib hazırlanması, saxlanması vahid bir sistem halında birləşdirilir.
Bu qurğular aşağıdakı kimi təsnifata ayrılır;
1.     İnformasiyanın daxil edilməsi qurğuları
2.     İnformasiyanın ötürülməsi qurğuları
3.     İnformasiyanın işlənib – hazırlanması qurğuları
4.     İnformasiyaların təqdim edilməsi qurğuları
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 22.
Nəqliyyatda innovasiya menecmenti.
 
Müəssənin innovasiya fəaliyyəti dedikdə - bütünlükdə yeniliklərə fərdi tələb, eləcə də cəmiyyətin tələbatını ödəmək üçün yeni və ya yaxşılaşdırılmış məhsulların və onların istehsalının elmi, elmi – texniki və intelektual potensialdan istifadə üzrə tədbirlər sistemi başa düşülür.
Texniki – texnoloji yeniləşmə üsullarının və variantlarının seçilməsinin məqsədə uyğunluğu konkret situasiyada yeniliyin xarakterindən, onun müəssisənin profilinə resurs və elmi – texniki potensialına, bazarın tələblərinə, texnika və texnologiyanın həyat tsklinin mərhələlərinə, sahə məsuliyyətinin xüsusiyyətlərinin uyğunluğundan aslıdır.
{Texnoloji innovasiyaların 2 tipini fərqləndirirlər.}
1.     Məhsul
2.     Proses
1)    Yeni məhsulun tətbiqi məhsul innovasiyası kimi qəbul edilir. Bu yeniliklər prinsipcə texnologiyalara və yaxud mövcud texnologiyalara yeni qaydada tətbiqindən aslıdır. Məhsulun təkmilləşdirilməsi mövcud məhsulun keyfiyyətinin və digər xarakteristikaların dəyişdirilməsi əks etdirir.
2)    Proses innovasiyası istehsal və texnikanın, yeni və xeyli təkmilləşdirilmiş üsullarının mənimsənilməsinin avadanlıqda və ya istehsalın təşkilində dəyişikliklərdən ibarətdir. {Yenilik dərəcələrinə görə innovasiyalar prinsipcə yeni və nisbi yeniliyə malik innovasiyalara bölünür.}
Məhsulların texnologiyalarının prinsipcə xidmətləri, yeni növləri üstünlüyə və mütləq yeniliyə malik olur və orjinal nümunələr adlanır.
İnnovasiyalar müvafiq həyat tsklinə malik olur. İnnovasiyaların həyat tskli yeniliklərin yaradılmasının, qarşılıqlı əlaqədar prosesinin və mərhələlərinin məcmusudur.
İnnovasiyaların həyat tskli ideyanın yaranmasına və onun reallaşdırılması əsasında hazırlanan innovasiya məhsulunun istehsalından çıxarılmasınadək olan vaxt kəsiyidir.
{İnnovasiyanın həyat tskli aşağıdakı mərhələləri idarə edir;
1.     İdeyanın yaranması
2.     Artım
3.     Yenilik
4.     Bazarın doldurulması
5.     Enmə}
Müəssisənin innovasiya fəaliyyətinin tsikli üçün – onun elmi – texniki potensialının kəmiyyət göstəriciləri mühüm əhəmiyyət kəsb edir. Belə göstəricilər siyahısına; maddi – texniki, bazar, iqtisadi, elmi – nəzəri, informasiya və maliyyə göstəriciləri daxildir. Müəssisənin innovasiya fəaliyyətinin – cari istehsaldan fərqi ondan ibarətdir ki, müəssisənin cari vəziyyəti əvvəlki illərin təsiri və mövcud ənənələri əsasında müvəffəqiyyətin şərtlərinə aşkar edilməsinə əsaslanır. Müəssisənin innovasiya fəaliyyətinin təhlili üçün – qeyri müəyyənlik şərtində müvəffəqiyyətin gələcək amillərinin təhlil proqnozu və gələcək dövrlərinin xərclərinin əsaslandırılması lazımdır.
Bazar iqtisadiyyatı şəraitində innovasiya fəaliyyətinin səmərəliliyinin təhlili mürəkkəbləşir. Müəssisənin innovasiya fəaliyyəti ardıcıl şəkildə həyata keçirilən istehsal və kommersiya tədbirləri sistemidir. Burada innovasiya keyfiyyəti – tamamilə istehsal mühitinin vəziyyətindən və texniki – təşkilati səviyyəsindən aslıdır.
Yeni texnologiyaların texniki səviyyəsi və səmərəliliyi – dövlətin elmi – texniki siyasətinin tələblərinə və kommersiya baxımından məqsədə uyğunluğundan və müvafiq maliyyələşdirilmə mənbələrinə uyğun olmalıdır.
Yeni sistemin və yeni məhsul növlərinin buraaxılışına keçid yalnız yeni texnologiyalar əsasında mümkündür. İqtisadi səmərəlilik – il ərzində əldə edilmiş iqtisadi səmərəliliyin həmin tədbirin tətbiqi üçün çəkilən xərclərin nisbəti ilə müəyyən edilir. Yeni texnika və texnologiyaların müxtəlif variantları müqayisə edilərkən, ümumi və xüsusi kapital quruluşları, məhsul vahidinin maya dəyəri və s. müqayisə edilir. Yeniliklər zamanı daha az xərclə təkcə yeniliyin texniki səviyyə və keyfiyyət göstəriciləri deyilir, həmçinin daha böyük xüsusi kapital qoyuluşları ilə müşayət oluna bilər.
Texnika iqtisadi göstəricilərin sadə müqayisəsi ən yaxşı variantı aşkar etməyə imkan vermir. Bu zaman variantların müqayisəsi əsasında xərclərlə qənaəti təyin etmək tələb olunur. Texnika və texnologiyanın baza variantının seçilməsi müqayisələrini aparmaq üçün vacib şərtdir. İstehsal texnologiyanın səviyyəsinin qiymətləndirilməsi və texnoloji qərarların seçilməsi zamanı texnologiyanın qərarlarını aşağıdakı kimi təsnifləşdirmək olar;
1.     Köhnəlmiş
2.     Baza
3.     Modelləşdirilmiş
4.     Yaxşılaşdırılmış
5.     Prinsipcə yeni texnika və texnologiyanın baza variantının seçilməsi zamanı mövcud qərarların məcmusu müşahidə olunçalıdır.
Yeni texnika və texnologiyanın başlanğıc göstəricilərininmüqayisə etmək üçün bazanın seçilməsi, iqtisadi səmərəliliyinin müəyyən edilməsi zamanı mühüm əhəmiyyət kəsb edir. Çünki yeni texniki və texnoloji qərarlarının variantının müqayisəli iqtisadi səmərəlilik tətbiq olunana və baza variantlarının göstəricilərinin müqayisə edilməsi əsasında müəyyən edilir.
Bazar iqtisadiyyatında yeniliklərin hazırlanması və tətbiqi zamanı normativ deyil, layihə yanaşması daha çox istifadə olunur. Müəssisənin fəaliyyətinə, o cümlədən innovasiya və investisiya fəaliyyətinin layihə yanaşmasının əsasını pul axınları təşkil edir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 23.
Nəqliyyatda heyyətin idarə edilməsi. Kadr menecmenti.
 
Nəqliyyatda kadrların seçilməsi və yerləşdirilməsi idarəaparatının, idarəetmə fəaliyyətinin başlıca funksiyasıdır. {Kadrlar istehsal və qeyri – istehsal kadrlarına ayrılır.}
İstehsal kadrları – fəhlə, texniki işçilər, qulluqçular, şagirdlər və kiçik xidmətedici heyyətə bölünür.
İdarəetmə sistemində rəhbər işçilərdən başqa mütəxəssislər və texniki icraçılarda çalışırlar. Kadrlarla iş idarəetmə sisteminin və idarəetmə nəzəriyyəsinin mühüm cəhətlərindən biridir.
{Kadrlarla iş sistemi dedikdə - kadrların seçilməsi, yerləşdirilməsi, irəli çəkilməsi, ixtisasının artırılması, işçi kateqoriyaları və vəzifə nomenklaturalarının müəyyənləşdirilməsi nəzərdə tutulur.}
{Kadrlarla aparılan iş sistemi (3) aşağıdakılardan ibarətdir.
-         İdarəetmə strukturu
-         İdarəetmənin məqsədi, metodu və prinsipləri
-         İdarəetmə funksiyaları və s.}
Kadrlarla aparılan – onların hazırlanması və ixtisasının artırılması məsələləri ilə əlaqədardır. Kadrların istifadə olunması ən vacib problemlərdən biridir. Kadrlarla aparılan işdə hüquqi normativlər mühüm rol oynayır.
Hüquqi normativlər – kadrların seçilməsində neqativ halların aradan qaldırılması üçün vacib şərtdir.
Kadrlarla iş sistemi – həmişə onların hazırlanması sistemini, yaradıcılığının artırılmasının təşkilini, kadr ehtiyyatlarının yaradılmasını, kadrların atestasiya məsələsini əhatə edir.
Kadrları seçmək üçün birinci növbədə onları öyrənmək lazımdır. Bu proses aşağıdakı məsələləri əhatə edir;
1.     Bu və ya digər vəzifə üçün mümkün olan namizədlər haqqında informasiya toplanması.
2.     Namizədlərin keyfiyyət göstəricilərinin müqayisə edilməsi.
3.     Nəzərdə tutulan vəzifə ilə bu keyfiyyətlərin müqayisə edilməsi.
4.     Həmin vəzifəyə uyğun namzədin seçilməsi.
5.     Konkret namizədin vəzifəyə təyin edilməsi.
İdarə rəhbərinin psixoloji keyfiyyəti birinci növbədə psixoloji proseslərlə bağlıdır. Çünki rəhbər işçi hər şeydən əvvəl şəxsiyyətdir və insana xas olan bütün keyfiyyətlər ondada olmalıdır. Bununla belə idarə rəhbəri – sosial lider, intelektual lider və inzibati lider xüsusiyyətlərinə malik olmalıdır. Lider sözü kütləyə təsir etmək qabiliyyəti mənasında işlənir. Bu 3 əlamət rəhbər işçinin universal əlamətləri sistemidir.
Lakin hər bir təsərrüfat rəhbərində bu universal əlamətlər sisteminin strukturu eyni olmur və bu struktura işçinin idarə keyfiyyəti təsir göstərir. Rəhbər işçisi sosial lider kimi işçilərinin arzu və tələbatına qayğı ilə yanaşmaqla işi təşkil edir. İnzibati lider kimi rəhbər işçi yaxşı təşkilatçı kimi fəaliyyət gostərir.
İntelektual lider üçün başlıca keyfiyyət – rəhbərin elmi biliyi və yaddaşı ilə müəyyən edilir. Rəhbər işçi müstəqil təsərrüfatda məsələləri yaradıcı şəkildə həll etməyi, mürəkkəb situasiyalardan baş çıxarmağı və dəqiq qərarlar qəbul etməyi bacarmalıdır.
İdarə rəhbəri bir sıra şəxsi və işgüzar keyfiyyətlərə də malik olmalıdır. Şəxsi keyfiyyətlərə aşağıdakılar aiddir;
-         intizamlılıq
-         iş qabiliyyəti
-         məsuliyyətlilik
-         təşəbbüskarlıq
-         kollektivlə işləmək bacarığı
-         düşüncəlilik və digər mənəvi keyfiyyətlər
İşgüzar keyfiyyətlər aşağıdakılarla meəyyən edilir;
-         texniki – iqtisadi bilik səviyyəsi
-         ümumi mədəni inkişaf səviyyəsi
-         icra etdiyi konkret iş sahəsini dərindən bilməsi və s.
Kadrların öyrənilməsi və onların fəaliyyəti üzərində ardıcıl nəzarətin qorunması və təsərrüfat sosial – iqtisadi məsələlər üzrə qəbul edilmiş qərarların icrasının yoxlanılması idarəetmə fəaliyyətinin təşkili üçün mühüm əhəmiyyətə malikdir.
Kadrların düzgün seçilməsi və yerləşdirilməsi müəyyən sistemə əsaslanmalıdır. Burada ən başlıca cəhət müəssisənin hər bir bölmə rəhbəri üçün müəyyən peşə rəhbərlərinin həll edilməsidir. Hər bir mühəndis texniki işçinin və qulluqçunun fərdi qabiliyyətinin öyrənilməsi və onun qabiliyyətinin obyektiv qiymətləndirilməsidir.
Üçüncü cəhət isə rəhbər kadrlar ehtiyyatı planının hazırlanması və bu planda rəhbər işçilər namizədinin əks olunmasıdır. Kadrlar müəyyən obyektiv əlamətlərə görə atestasiyadan keçirilir.
Atestasiya yalnəz yeni vəzifələrə irəli çəkilmək üçün deyil, işçinin işlədiyi sahədə qalmasının məqsədə uyğunluğu üçün vacibdir.
Məlumdur ki, müxtəlif istehsal prosesləri bir – birindən xeyli dərəcədə fərqlənir. Ona görə də hər bir iş sahəsi üçün kadırlar seçərkən bu cəhət nəzərə alınmalıdır.
Kadırları seçərkən onların peşəsini, ixtisasını və təhsilini nəzərə almaq hələ kifayyət deyildir. Bu zaman onların psixofizioloji keyfiyyətləri də nəzərə alınmalıdır.
Bu keyfiyyətlər aşağıdakılardır;
1.     işdə tələb olunan hərəkət tempi
2.     işin ahəngdarlığının vəziyyəti
3.     hərəkətin xarakteri, dəqiqliyi və s.
Fizioloji keyfiyyətlər aşağıdakılardır;
1.     gözün tələb olunan görmə qabiliyyəti
2.     qulağın tələb olunan eşitmə qabiliyyəti
3.     təlb olunan yaddaş qabiliyyəti, dözümlülük və s.
{Kadrlarla iş planı 4 mərhələdə aparılır;
1.     Ehtiyyat kadrların yaranması, kadrların arestasiyası
2.     Kadrların hazırlığı ilə bərabər bütün məsələlər
3.     Elmi – texniki tərəqqi ilə əlaqədar kadırların ixtisasının artırılması
4.     Kadrların yerləşdirilməsi}
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 24.
Nəqliyyatda ekoloji menecment.
 
Menicment nəzəriyyəsinin və metodologiyasının bütün sosial – iqtisadi sistemlər üçün oxşar olan ümumi cəhətləri movcuddur. Ekoloji sistem üçün həmin cəhətlər öz kompleksliliyi ilə fərqlənir. Sonuncunu subuta yetirmək üçün “ekologiya”, “ekoloji sistem”, “ekoloji təhlükəsizlik” və “menecment” məvhumlarının mahiyyətini və qarşılıqlı əlaqəsini müəyyən etmək lazımdır.
“Ekologiya” – yunan sözü olub “oikas” – yaşayış, “loqos” isə - elm mənasını daşıyaraq, ilk dəfə alman bioloqu Ernst Hekkel tərəfindən 1866-cı ildə ətraf mühütlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənən bioloji elm kimi təsvir edilmişdir.
“Ekoloji sistem” – qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən bitki örtüyü, torpaq, su hövzələri və çaylar, hava, enerji mənbələrinin vəhdətidir.
“Ekoloji təhlükə” – insan və cəmiyyətin həyatının vacib maraqlarına, ətraf mühitə, antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir. Onun təmin edilməsi isə təhlükəli ekoloji vəziyyətin yaranması və inkişafının qarşısının alınması üzrə tədbirlər sistemidir.
Menicment – ingilis sözü olub, idarəetmə - təşkiletmə mənasında işlədilir.
“Ekoloji menicment” – təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqənin ümumi qanunauyğunluqları, prinsipləri, metodları haqqında elm olub, ekoloji sistemin təhlükəsizliyini təmin etməyə yönəldilən idarəçilik fəaliyyəti sistemidir.
Ekoloji menicmentın əsas vəzifəsi aşağıdakılardan ibarətdir:
-         Biosferanın mövcudluğu və inkişafına təminat yaradan qanunlara sistemli yanaşma;
-         Ətraf mühitdə baş verən dəyişikliklərin öyrənilməsi və onu yaradan təbii – antropogen təsirlərin qiymətləndirilməsi;
-         İnsan sivilizasiyasının ətraf mühitə təsirinin buraxıla bilən həddinin müəyyən edilməsi;
-         Ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində konseptual tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
Menecment idarəçilik fəaliyyəti sistemi olmaqla özünün idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuluyyətin bölüştürülməsini, material, texnika – texnologiya, kapital, informasiya və əmək resurslarının səmərəli seçimi və istifadəsini çox variantlı qərarların qəbul edilməsi yolu ilə xüsusi idarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutur.
Ekoloji menicmentə təşkilati – iqtisadi və sosial – hüquqi səmtlərinin tədqiqi zamanı, istifadə və ehtiyac duyulur.
 
 
 
 
 
 
 
 
 
Mövzu 25.
Nəqliyyatda strateji menecment.
 
Yanacaq – enerji kimya kompleksində həyata keçirilən menicmentin strateji texnoloji aspektləri istehsalın səmərəliliyinin yüksəldilməsinə təminat yaratmaqla yanaşı, həm də ətraf mühitə atılan tullantıların kəskin sürətdə azalmasına imkan verir. Bu məsələ təkcə texniki – texnoloji xarakter daşımır, o həm də müəssisədə strateji aspektlərinə həsr edilmiş elmi əsərlərin öyrənilib ümumiləşdirilməsinə apardığımız elmi axtarışları bir müstəvidə qiymətləndirərkən, strateji – texnoloji menecmentin təşkili hesabatına ekoloji təhlükəsizliyin təmin edilməsi tərtib etməyə üstünlük verdi.
Strateji – texnoloji menecment özündə aşağıdakıları əks etdirir:
-         Müəssisənin cari texnoloji işlərini (layihə - konstruktor və texnoloji işlər, innovasiya və injinirinq);
-         Müəssisənin texnoloji səviyyəsinin qiymətləndirilməsi;
-         Texnoloji innovasiya meylinin işlənib hazırlanması;
-         Müəssisənin strategiyası ilə texnologiyası arasında inteqrasiya;
-         Texnoloji üstünlüklər.
Qeyd edilən strateji istiqamətlərin həyata keçirilməsinə nail olmaq üçün ilk növbədə müvafiq konsepsiya işlənib hazırlanmalı və bu zaman texnoloji inkişafın gedişi, texnoloji proqramlaşdırma və texnoloji monitorinq ön plana çəkilməlidir. Bu onunla izah edilir ki, əvvəla, yanacaq – enerji və kimya kompleksinə daxil edilən sahələrin əksəriyyəti dövlət mülkiyyətindədir. İkincisi, onlar strateji xarakterli obyektlərdir. Üçüncüsu, müəssisələr aşağı güclə işlədiklərindən böyük məbləğdə xalis dövriyyə vəsaitlərinə malik deyildirlər. Dördüncüsü, müəssisələlərin investisiya təminatına dövlət hələlik zamin durmalıdır.
Bütün bunlar adi çəkilən komplekslər üzrə dövlət siyasətinin keçid dövründəki məqsədini müəyyənləşdirir. Həmin məqsədə nail olmaq üçün YEK və kimya müəssisələrinin strateji və ekoloji idarəetmə modelinin işlənib hazırlanmasına ehtiyac duyulur. ****Həmin model tərəfimizdən tərtib edilmişdir.****
Daha sonra müəssisələrin fəaliyyət modeli, qərarların qəbul edilməsi meyyarı açıqlanaraq sinerji səmərəliliyi nəzərə alınmaqla inkişaf strategiyasının alternativ variantları və ekoloji təhlükəsizlik üzrə kompleks tədbirlər işlənib hazırlanmalı və həyata keçirilməlidir.
Tədbirlərin icrası üçün təsirli innovasiya injinirinqinə üstünlük verilməlidir. Bu zaman injinirinqin təşkil cari məqsədlə perespektiv texnologiyanın qarşılıqlı əlaqəsinə əsaslanmalıdır.
Strateji – texnoloji menicmentin ekoloji təhlükəsizliyin təmin edilməsinə müvafiq investisiya layihələrinin rolu danılmazdır.Odur ki, Respublikamızın hasilat və emal sənayesində məqsədli innovasiya – investisiya layihələrinin həyata keçirilməsinə nail olmaq lazımdır. Bu sahədə ölkədə aparılan işlərin intensivliyinin artırılmasına etiyac duyulur.
 
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci