ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Azərbaycan iqtisadiyyatı- Rəhimova Elmira

Geniş başlıq mətni.

 
 
 
    AZƏRBAYCAN RESPUBLİKASI
 TƏHSİL NAZİRLİYİ
MİNGƏÇEVİR TURİZM KOLLECİ
 
 
 
 
“AZƏRBAYCAN İQTİSADİYYATI”
fənni üzrə mühazirə mövzuları
 
 
 
 
Tərtib etdi : Rəhimova Elmira
 
 
MİNGƏÇEVİR
“Azərbaycan iqtisadiyyatı”  fənnindən mühazirə mövzuları
1.   “Azərbaycan iqtisadiyyati” kursuna giriş. Kursun predmeti və metodu.
2.   Azərbaycanda iqtisadi fikir tarixinə dair. Azərbaycanın müstəqilliyə qədərki iqtisadiyyatının vəziyyəti və onun yenidən qurulmasının zəruriliyi.
3.   Azərbaycanin iqtisadiyyati, ilkin kapital yiğimi, özəlləşdirmə və sahibkarlığın inkişafı.
4.   Bazar iqtisadiyyati şəraitində ictimai əmək bölgüsünün inkişafi. Milli bazarın yaranması.
5.   . Respublikanin milli sərvəti. Məcmu milli məhsul və milli gəlir. Ümumi milli məhsulun təkrar istehsalı.
6.   Azərbaycanin maliyyə, kredit və bank sistemi. Milli valyutanin tətbiqi və dönərliliyinin tətbiq edilməsi.
7.   Azərbaycanın torpaq mülkiyyəti və onun reallaşdırılmasının iqtisadi formaları. Aqrar sahə bazar iqtisadi sistemində.
8.   . Azərbaycanda demoqrafik inkişaf və məşğulluq problemi. Əmək bazarının formalaşması.
9.   Respublikanin istehsal və sosial infrastrukturlari; vəziyyəti və inkişafı.
10.                    Azərbaycanın mikro iqtisadiyyatı.
11.                    Gəlirlər, onlarin bölgüsü və yenidən bölgüsü. Əhalinin sosial müdafiəsi.
12.                    İqtisadiyyatın yeni idarəetmə sistemi. Azərbaycan dövlətinin iqtisadi rolu.
13.                    Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri.
14.         . Azərbaycanın iqtisadi inkişaf modeli: məzmunu, formalaşması və qərarlaşması prinsipləri.
15.                    Azərbaycanın təbii sərvətləri, təbiətdən istifadənin iqtisadiyyatı  və ekoloji mühit.
 
İstifadə olunan ədəbiyyat siyahısı
 
1. “Azərbaycan İqtisadiyyatı” Bakı 1998
2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun 1996.
3. Quliyev T.Ə. İdarəetmənin əsasları. Bakı. 1993.
4. Musayev V. F. Milli iqtisadiyyatın gələcəyi. Bakı 1997.
5. X.M.Yahudov. Müəssisənin iqtisadiyyatı. Bakı-Elm 2002
6. G.Gənciyev. BİM:Müasir vəziyyyət və inkişaf problemləri. Bakı 2005
7. V.Niftullayev “Sahibkarlığın əsasları” Bakı 2003 
8. Ə.Verdiyev. Bazar iqtisadiyyatı və qiymət. Bakı 1992
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 1. “AZƏRBAYCAN İQTİSADİYYATI” KURSUNA GİRİŞ. KURSUN PREDMETİ VƏ METODU.
Plan:
1.1.Azərbaycanı milli müstəqilliyə aparan yol
1. 2. Azərbaycan iqtisadiyyatı – cəmiyyətin mövcud olub yaşamasının və inkişafının əsasıdır.
1.3. Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın funksiyaları
1.4.”Azərbaycan iqtisadiyyatı” nəyi öyrənir və onun bilavasitə predmeti nədən ibarətdir?
1.5.”Azərbaycan iqtisadiyyatı”nın metodu
Azərbaycan suveren bir respublika kimi dünya tərəfindən tanınmış, bir sıra beynəlxalq təşkilatlara daxil olmuş və dünyanın bir çox müstəqil dövlətləri ilə siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir. Düvlət müstəqilliyini itirməmək üçün də ölkənin iqtisadi müstəqilliyinə nail olmaq lazımdır. Bu vəzifəni yerinə yetirmək üçün “iqtisadi azadlıq”,”azad iqtisadiyyat” , “iqtisadi müstəqillik” və “müstəqil iqtisadiyyat” anlayışlarından istifadə etmək lazımdır. 
İqtisadi azadlıq – başqasının himayəsindən, ələ baxımlığından qurtarıb, öz imkanları hesabına yaşamağa qadir olmaq deməkdir. Söhbət fərdin, millətin və hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsindən gedir. İqtisadi cəhətdən azad yaşaya bilmək üçün iqtisadi gücə malik olmaq lazımdır. İqtisadi güc isə real, təbii, iqtisadi, intelektual elmi potensialdır, bu potensialı hərəkətə gətirib respublikanın ehtiyaclarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətləri istehsal etmək qabiliyyətidir, istehsalı təşkil etmək, idarəetmək bacarığıdır. İqtisadi cəhətdən güclü olmaq iqtisadi azadlığı təmin edir.
Azad iqtisadiyyat - fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmayan, bazar qanunları ilə tənzim olunan, bazarın tələbinə uyğun fəaliyyət göstərən iqtisadiyyatdır. Burada mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət, azad qiymətlər mövcuddur. İqtisadiyyat demokratik prinsiplər əsasında fəaliyyətgöstərir. Ancaq bu azadlıq mütləq mənada qəbul olunmamalıdır. Belə ki, iqtisadiyyat həm təbii amillərlə bağlıdır, həm də dövlətin müdaxiləsinə, köməyinə möhtacdır.
İqtisadi müstəqillik – o deməkdir ki, 1)xalq tarix boyu yaratdığı və təbiətin ona bəxş etdiyi sərvətin sahibi olur, ona sərəncam verir və öz mənafeyinə uyğun istifadə edir. 2)cəmiyyət özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur., əsasən özünün imkanlarına və tarixi reallıqlara iqtisadiyyatın ictimai formasını müəyyən edir, formalaşdırır; 3)tərəddüd etmədən xarici iqtisadi əlaqələr yaratmaq, sərbəst dünya bazarına çıxa bilmək, xarici rəqabətə qarşı davamlı olmaq, iqtisadi təxribatdan qorunmaq kimi keyfiyyətlər də iqtisadi müstəqilliyin olması deməkdir. İqtisadi cəhətdən müstəqil olan bir dövlət müstəqil maliyyə, pulkredit, gömrük, qiymət siyasəti yeritmək qüdrətinə malik olur. Ancaq iqtisadi müstəqillik verilmir, iqtisadi müstəqilliyi təmin edən milli iqtisadiyyat formalaşdırılmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, onun: 1)özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz dayaqları üzərində inkişaf edə bilsin və özünü təkrar istehsal etək qabiliyyətinə malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə, kredit, bank sistemi fəaliyyət göstərsin; 4)formalaşmış istehsal, bazar və sosial infrastrukturları olsun; 5)səhmanlı, çevik təsərrüfat mexanizminə və 6)dövlət idarəçilik ənənələrinə malik olsun. Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial istiqamətli olmalıdır, ölkənin iş qabiliyyətli əhalisinin işlə təmin etməklə səciyyələnməlidir.
1.2. Azərbaycan iqtisadiyyatı – cəmiyyətin mövcud olub yaşamasının və inkişafının əsasıdır.  Hər bir xalqın, müstəqil dövlətin mövcudluğunun maddi əsası, onun iqtisadiyyatıdır. Bu mənada iqtisadi sistem kimi Az. İqtisadiyyatını və bu iqtisadiyatı bir elm olaraq öyrənən “Azərbaycan iqtisadiyyatı;-ndan fərqləndirmək lazımdır, onlar bir-birindən fərqli olan anlayışlardır və onları eyniləşdirmək olmaz.
I halda söhbət insanların əsas fəaliyyət sahəsindən gedirsə, II halda elmin xüsusi saəsindən, konkret tədris fənnindən gedir.
I mənada, Azərbaycan iqtisadiyyatı təsərrüfat sahələrinin vəhdət halında birləşdirən, özünün milli ənənələri və xüsusiyyətləri ilə fərqlənən, kifayət qədər təbii sərvətləri və məhsuldar qüvvələrə malik, ictimai təşkiliu forması və idarəetmə mexanizmi ilə səciyyəvi olan bir iqtisadiyyatdır, iqtisadi bir sistemdir. Bu sistemdə məhsuldar qüvvələr (maddi-texniki və subyektiv amil) iqtisadiyyatın məzmununu, istehsal münasibətləri onların ictimai təşkili formasını, idarəetmə mexanizmini isə onu hərəkətə gətirən və tənzimləyən tərəfini təşkil edir. Bütövlükdə götürülən iqtisadi sistem Azərbaycanın milli iqtisadiyyatıdır ki, milli ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı onun  sayəsində baş verir.
Azərbaycan iqtisadiyyatı: 1) iş qabiliyyətli əhalini işlə təmin edir; 2) xalqın sərvətinin yaradılması və artırılması burada baş verir; 3) əməyin ictimai təşkili və insanlararası iqtisadi münsibətlər burada formalaşır; 4) elmin, səhiyyənin, incəsənətin, idmanın inkişafı üçün zəruri olan maddi şəraiti yaradır; 5) ölkənin müdafiə qabiliyyətini artırır, maddi-texniki bazasını möhməkləndirməyin etibarlı dayağı olur. ən başlıcası da odur ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcud olub yaşamasının və dünya dövlətləri cərgəsinə qoşulub fəaliyyət göstərməsinin iqtisadi əsasını da onun milli iqtisadiyyatı təşkil edir.
Bütün bunlara görə bir elm kimi “Azərbaycan iqtisadiyyatı” bütövlikdə götürülən milli iqtisadiyyatımızı özünün tədqiqat obyekti kimi seçib öyrənir. Bununla belə, Azərbaycanın  bütövlükdə götürülən iqtisadiyyatı konkret fəaliyyət sahələrinə ayrılır və nisbi müstəqil sahələr kimi fəaliyyət göstərir ki, onların hər birini müstəqil öyrənən bir elm  vardır. “Azərbaycan iqtisadiyyatı”  isə ictimai sosial bir elmdir, o da öz predmetini Azərbaycanın iqtisadi həyatından götürüb tədqiq edir və bir çox funksiyaları yerinə yetirir.
1.3.Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın funksiyaları.  İctimai bir elm omaqla Azərbaycan iqtisadiyyatı bütövlükdə xalqın, dövlətin taleyi ilə bağlı məsələləri öyrənir. O makro səviyyədə, yəni bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatın rolunu, onun milli iqtisadiyyat kimi, milli mənafeyə cavab verə bilən ictimai quruluşda formalaşdırılmasının zəruriliyini əsaslandırmalı, müstəqil mövcud olub inkişaf etməsinin qanunauyğunluqların açıb göstərməlidir. Milli iqtisadiyyatın məzmunu, milli iqtisadi mənafelər sistemi, xalqın milli sərvəti və məcmu milli məhsulunun artırılması yolları, onun ictimai təkrar istehsalı, əhalinin məşğulluğu və sosial müdafiəsi, bazar iqtisadiyyatı, ona xas olan münasibətlər və qanunlar sistemi, Azərbaycanın beynəlxalq iqisadi əlaqələri, nəhayət Azərbaycanın iqtisadi inkişaf modeli və s. kimi fundamental problemləri hər tərəfli öyrənməli və əməli fəaliyyət üçün tövsiyyələr verməlidir. Bütövlükdə bu işləri görmək bir vəzifədir və onu həyata keçirmək üçün bir elm kimi “Azərbaycan iqtisadiyyatı” bir çox funksiyalar yerinə yetirməlidir.
I funksiya “Azərbaycan iqtisadiyyatı” nəzəri bir elmdir və buna görə də Respublikanın iqtisadi həyatı ilə bağlı olan problemlər nəzəri cəhətdən dərindən öyrənilməli, əsas prinsiplər və qanunauyğunluqlar müəyyən edilib aşkara çıxarılmalıdır. Bu onun dərketmə funksiyasıdır. İqtisadiyyatımız haqqında biliklər məhz bu zaman formalaşır. Bu müəyyən edilən edilən biliklər iqtisadiyyatımıza tətbiq edilməlidir. Buradan da “Azərbaycan iqtisadiyyatı”nın  II funksiyası meydana çıxır. Bu əsasən əməli fəaliyyətlə bağlı olduğundan onu praktiki funksiya adlandırmaq olar.
Özünün metodoloji funksiyasını yerinə yetirə bilməsi üçün “Azərbaycan iqtisadiyyatı” bütövlükdə azad, müstəqil inkişaf edə bilən bir iqtisadiyyatın real mövcud ola bilməsi üçün onun bütövlüyünü təmin edən bütün konkret sahələrinin sistemdəki yerini və rolunu dəqiq müəyyən etməli və bu sahələrin bazar menasibətlərini və yollarını açıb göstərməlidir.
Hər bir konkret sahə ümummilli problemlərin həllində, məcmu milli məhsululn və milli gəlirin istehsalında, dövlətin gəlirlərinin (dövlətin büdcəsinin) formalaşdırılmasında və bütövlükdə Azərbaycan xalqının sosial tələbatlarının ödənilməsində oynaya biləcəyi rolu haqqında aydın təsəvvürə, mükəmməl biliyə malik olmalıdır. Müstəqil bir elm kimi “Azərbaycan iqtisadiyyatı” konkret elm sahələrini bu biliklərlə silahlandırmalı, onlar üçün mayaq rolunu oynamalıdır.
1.4.”Azərbaycan iqtisadiyyatı” nəyi öyrənir və onun bilavasitə predmeti nədən ibarətdir?  “Azərbaycan iqtisadiyyatı “ sosial-qitisadi elm olmaqla ilk növbədə cəmiyyətin təbii və iqtisadi potensialını, onun maddi-texniki bazasını, istehsalın obyektiv və subyektiv amillərini, istehsal güclərindən istifadə edə bilmək imkanlarını, bir sözlə onun məhsuldar qüvvələrini öyrənir. Hər bir iqtisadi sistemdə olduğu kimi Azərbaycanın iqtisadiyyatı da müəyyən ictimai formada təşkil olunmalıdır. İqtisadisadiyyatın ictimai təşkili isə bilavasitə mülkiyyətdə, onun formaları ilə bağlıdır. Buna görə də “Azərbaycan iqtisadiyyatı” mövcud mülkiyyət formalarını və onların əsasında yaranmış təsərrüfat formalarını hərtərəfli öyrənməlidir. Mülkiyyətin müxtəlifliyi şəraitində cürbəcür təsərrüfatlar, sahibkarlığın müxtəlif müxtəlif formaları meydana gəlir, xüsusi və dövlət sahibkarlığı obyektiv zərurət olur, azad sahibkarlıq bazar iqtisadiyyatının atributu kimi geniş vüsət alır.
Hər bir iqtisadi sistemin ayrılmaz tərkib ünsürü, onun ictimai təşkili formasını istehsal münasibətləri sistemi təşkil edir. Bu münasibətlərə mülkiyyət münasibətləri ilə yanaşı məcmu milli məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı yaranan münasibətlər də daxildir. İqtisadidiyyatın idarə edilməsi ilə bağlı münasibətlərin də bu sitemdə yeri vardır. Azərbaycanın reallıqları şəraitində fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi münasibətlər öz spesifikliyi ilə fərqli münasibətlərdir və onlar müstəqil tədqiq edilməli və öyrənilməlidir.
Müstəqil bir elm kimi, “Azərbaycan iqtisadiyyatı”nın predmetini aşağıdakı kimi müəyyən etmək olar. Geniş mənada “Azərbaycan iqtisadiyyatı”nın perdmetini Respublikanın iqtisadi sistemi təşkil edən məhsuldar qüvvələr, istehsal münasibətləri sistemi və təsərrüfat mexanizmidir.  Azərbaycanın  milli iqtisadiyyatının ictimai təşkili formaları , onu müstəqil mövcudluğu və inkişafını şərtləndirən şərait, formalar, qanunlar və qanunauyğunluqlar da bu elmin perdmetidir. Məhz bu şərait və formalar daxilində baş verən prosesləri, qanunauyğunluqları, prinsipləri və ziddiyyətləri öyrənməklə Respublikamızın iqtisadi həyatında baş verən dəyişiliklərin mahiyyətini dərk etmək və qarşıya qoyulan məqsədlərə nail olmaq  mümkündür.
1.5.”Azərbaycan iqtisadiyyatı”nın metodu.  Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın tədqiqat və şərh metodu mövcuddur. Bu metodudərindən bilmədən elmin predmetini bir sistem halında öyrənmək, iqtisadi prosesləri idarə edən qanunların mahiyyətini başa düşmək, bütövlükdə Respublikanın iqtisadi inkişafının qanunauyğunluqlarını aşkara çıxarmaq olmaz. Başqa elmlərdə olduğu kimi “Azərbaycan iqtisadiyyatı”da öz predmetini iqtisadi kateqoriyaların, xüsuai anlayış və ifadələrin köməyilə öyrənir. Bunlara öz spesifik məzmunu olan, məna kəsb edən aşağıdakı kateqoriya, ifadə və anlayışları aid etmək olar: “Azərbaycan iaqtisadiyyatı”, “Azərbaycanın məhsuldar qüvvələri”, “Azərbaycanın iqtisadi potensialı”, “Azərbaycanın torpaq mülkiyyəti”, “Azərbaycan əhalisi”, “Azərbaycanın daxili və xarici bazarı”, “Azərbaycanın milli sərvəti”, “Azərbaycanın iqtisadi sistemi”, “Azərbaycanın milli gəliri”, “Azərbaycan bankı”, “Azərbaycan manatı”, “Azərbaycanın valyutası”, “Azərbaycanın iqtisadi siyasəti” və s. Bütün bu anlayışlar, ifadələr yalnız Azərbaycana aid olub onun iqtisadiyyatını, iqtisadi sistemini müxtəlif tərəflərdən səciyyələndirir və bütövlüyü halında dərk etməyə, mahiyyətini açamağa imkan verir.
“Azərbaycan iqtisadiyyatı” iqtisadi prosesləri makro səviyyədə öyrənməklə qala bilməz.  Mikro səviyyədə fəaliyyət göstərən müəssisələr, firmalar, birliklər , fərdi istehsalçılar  da xalqımızın milli sərvətini, məcmu milli məhsulun və gəlirin yaranmasında, bölgüsü, mübadiləsi və istehlakında fəal iştirak edirlər, onlar bazar subyektləridir. İstər makro və istərsə də mikro səviyyələrdə baş verən iqtisadi hadisələr qanunlarla idarə olunur. Lakin bu hadisə və proseslər bilavasitə insanların iştirakı ilə, onların yaratdığı idarə orqanlarının, təşkilatlarının və ən başlıcası dövlətin fəal yardımı, onun tənzimləyici fəaliyyəti ilə əlaqədə baş verir.
Bütün yuxarıda göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, “Azərbaycan iqtisadiyyatı” müstəqil tədqiqat perdmetinə malik və öz metodu olan bir elmdir və onun  geniş planda öyrənilməsi və tədris olunması zamanın tələbidir və bu tələbin həyata keçirilməsi milli  mənafelərimizə tam uyğundur.
 
 
 
 
MÖVZU 2. AZƏRBAYCANDA İQTİSADİ FİKİR TARİXİNƏ DAİR. AZƏRBAYCANIN MÜSTƏQİLLİYƏ QƏDƏRKİ İQTİSADİYYATININ VƏZİYYƏTİ VƏ ONUN YENİDƏN QURULMASININ ZƏRURİLİYİ.
Plan:
2.1.XIX əsrə qədərki dövrdə Azərbaycanda iqtisadi fikir
2.2.XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi fikir.
2.3.ADR-in süqutundan sonra milli dövlətçiliyin bərpasına qədər olan dövrdə (sovet dövründə Azərbaycanda iqtisadi fikir).
2.4.Azərbaycan iqtisadiyyatı dövlət müstəqilliyi əldə edildikdən sonra
2.5.Bazar münasibətləri şəraitində iqtisadiyyatın yenidən qurulması Azərbaycan xalqının  mövcudluğunu, bütövlükdə inkişafını, onun mənəviyyatını səciyyələndirən amillərdən biri bu xalqa məxsus olan iqtisadi fikirlərdir. Xalqın iqtisadi fikiri onun yaşadığı ssosial-iqtrisadi durumun ifadəsidir, xalqın həyat tərzini, rastşlaşdığı problem və çətinlikləri, iqtisadi inkişafda nailiyyətlərini əks etdirir. Bu baxımdan iqtisadi gerrçəklik necədirsə, iqtisadi fikir də elədir. Azərbaycan xalqının iqtisadi fikir tarixinə diqqət yetirdikdə məlum olur ki, bu xalqın görkəmli mütəfəkkirləri, alim və tədqiqatçıları tərəfindən irəli sürülən elə fikirlər vardır ki, onlar dünya iqtisadi fikrində sanballı yer tutmağa layiqdirlər. Azərbaycan xalqının iqtisadi fikirlərinin aşkar edilib öyrənilməsi düzgün qərarların qəbul edilməsi və onların həyata keçirilməsi üçün də müstəsna əhəmiyyəti vardır.
Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri “Avesta”dır. Zərdüştliyin qanunlar toplusu olam “Avesta” bizim eramızdan əvvəl 10-7-ci əsrlərdə meydana gəlmişdir. Kitabda əkinçilik, suvarma işlərnin köməyi ilə maddi nemətlər istehsalının artırılmasından bəhs edilmişdir. Zərdüştlik 3 prinsipdə ifadə olunur: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl.
Azərbaycanda ilk sosial hərəkat olan Manihəçilik (III əsr), məzdəkizm (V-VI əsrlər) və xürrəmilər (VIII-X əslər) hərəkatlarının iqtisadi məzmunu hamı üçün mülkiyyət hüququ yaratmaq ideyası təşkil edir.
İslam dininin yaranması (VII əsr), onun qəbulı edilməsi bütün şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının sosial-iqtisadi fikrinə öz dərin tyəsirini göstərmişdir. Müsəlmanaların müqəddəs kitabı olan “Quran-i-Kərim” sonrakı iqtisadi fikirlərin, mütəfəkkirlərin iqtisadi baxışlarının əsas iodeya mənbəyi kimi çıxış etmişdir. Torpaq üzərində mülkiyy ət, ticarətə münasibət, əmək və əmlaka mü2nasibət, vergilər, onların mahiyyəti və əhəmiyyəti və digər başqa iqtisadi məsələlər islam ideyaları əsasında və ya ona uyğun bir şəkildə şərh olunmuşdur.
X əsrdə qələməalınmış “Dədə Qorqud” qəhrəmanlıq dastanı III-VII əsrlərin real hadisələrini, böğyük bir dövrün ictimai həyatını, təsərrüfat ukladını öyrənir. Bu dastanın məlumatları təsdiq edir  ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər, pul artıq rol oynayır, tədavül və yığım vasitəsi kimi istifadə olunur. 
Artıq XIX əsrdə iqtisadi fikir özünün yüksək səviyyəsinə çatır. N.Gəncəvi (1141-1209) əmək və sərvət haqqında mükəmməl təlim yaradır. Bu təlimə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir və əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran əsas amillərdən asılıdır. Nizami alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsindən bəhs edir, tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini aydın təsəvvür edir. N.Tusinin (1201-1274) xüsusi yeri vardır. N.Tusinin məşhur “Əxlaqi-Nasiri” əsərində iqtisadi məsələlərin şərhi və “Dövlət maliyyəsi haqqında traktirlər” əsəri onu həm də professional iqtisadçı hesab etməyə əsas verir. N.Tusi həqiqətən də Azərbaycanın ilk iqtisadçısıdır.
XV-XVIII əsrlərdə Azərbaycan xalqının iqtisadi baxışlarının yetkinlik səviyyəsi haqqında İ.Nəsiminin (1369-1417), Ş.İ.Xətainin (1484-1524), M.Fizulinin (1494-1556) yaradıcılığı, həmçinin bu dövrün tarixçiləri olan Həsənbəy Rumlunun (1530/31-) və İsgəndər Münşinin (1560-1634) əsərləri geniş təsəvvür yaradır.
2.2.XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi fikir.XIX əsrin I yarısında Azərbaycan sosial-iqtisadi fikrinin görkəmli nümayəndələri sırasında A.Q.Bakıxanov (1794-1847), Q.B.Zakir (1784-1857), İ.B.Qutqaşinski (1806-1861) və b. Daxildir. Mütərəqqi fikirli zadəgan ziyalıları kimi onlar da mülahizələr irəli sürmüşlər. AZərbaycannın təbbi sərvətləri və onlardan istifadəyə görə xüsusi diqqət yetirən A.Q.Bakıxanov Azərbaycan tarixində ilk dəfə olaraq “Ümumi coğrafiya” adlı əsər yaratmışdır.
XIX əsrin ortalarında Azərbaycan iqtisadfi fikrini təmsil edən M.Ş.Vazeh (1794-1852), S.Ə.Şirvani (1835-1888), H.B.Zərdabi (1837-1907), N.B. Vəzirov (1854-1926) və b. Vətən sənayesinin inkişaf etdirilməsi, kooperativ birliklər və kənd təsərrüfatı banklarnın təşkili, istehsal və həvəsləndirmə metodlarının yaxşılaşdırılması, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsinə dair sırf iqtisadi səciyyəli ideyaların müəllifləridir.
Xıx əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycan iqtisadi fikri M.F. Axundov (1812-1878), M.Ə.Sabir (1862-1911), C.Məmmədquluzadə (1866-1932), Ü. Hacıbəyov (1885-1948) və b. Digər görkəmli mütəfəkkirlərin adı ilə bağlı olmuşdur.
M.Ə.Rəsulzadə dünyanın varlığını böyük bir kooperativə bənzədir, dünya inteqrasiya əlaqələrinin labüdlüyünü, əlaqələrdən kənarda iqtisadi fəaliyyətin mümkün olmadığını göstərir. Eyni zamanda  M.Ə.Rəsulzadə yazır: “dünyadaedilən hər ticarət, qurulan hər bir girgah, açılan hər bir mağaza rəfi ehtiyac üçün, deyil, cəlbi mənafe üçündür.”
2.3.ADR-in süqutundan sonra milli dövlətçiliyin bərpasına qədər olan dövrdə (sovet dövründə  1920-1991-ci illərdə Azərbaycanda iqtisadi fikir).  Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə onun tarixinin ayrılmaz tərkib hissəsidir. Bu dövr respublika həyatının bütün sahələrində -iqtisadiyyat, elm, mədəniyyət və incəsənətdə böyük dəyişiliklərin baş verməsi ilə səciyyələnir. Müəyyən mənfi meylləri və nəticələri ilə bərabər 70illik tarix respublikamızda iqtisad elminin inkişafında, milli iqtisadçı kadrların hazırlanmasında, iqtisadi təfəkkürün formalaşması və inkişafında böyük əhəmiyyətə malik olmuşdur. Sovet dövründə Azərbaycanda iqtisadi fikrin inkişafını iki böyük mərhələyə ayırmaq olar:
  1. 1920-1945-ci illərdə Azərbaycanda iqtisad elmi və iqtisadi fikir;
  2. Müharibədən sonrakı dövrdə Azərbaycanda iqtisadi fikir və onun əsas nümayəndələri (1945-1991).
Bu dövrdə respublikada başlanğıcı ADR dövründə qoyulmuş iqtisad təmayüllü tədris və elm ocaqlarının yaradılması işi geniş surətdə davam etdirilir. 1922-1923-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitunun nəzdində iqtisad fakültəsi açılır. 1928-ci ildə Azərbaycan Dövlət universitetinin iqtisad fakültəsi, 1930-cu Azərbaycanda Sosial-İqtisad İnstitutu, Ticarət və Kooperasiya İnstitutu və s. açılır.
Müharibədən sonrakı dövrdə (1945-1991-ci illərdə) Azərbaycanda iqtisadi tədqiqatların miqyası genişlənir, daha dərin elmi iqtisadi tədqiqatlar aparılması üçün imkanlar yaranır. Hər şeydən əvvəl respublikanın iqtisaçı kadr potensialı güclənir, iqtisadi elmi-tədqiqat mərkəzlərinin şəbəkəsi genişlənir.
2.4.Azərbaycan iqtisadiyyatı dövlət müstəqilliyi əldə edildikdən sonra. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra birinci növbədə özünün milli iqtisadiyyatını hansı sosial-iqtisadi sistemdə inkişaf etdirmək məsələsi qarşıya çıxdı.Dağılmış Sovet İttifaqının bütün keçmiş respublikaları kimi Azərbaycan xalqı da heç bir tərəddüd etmədən bazar münasibətləri sistemi şəraitində inkişaf etmək yolunu seçdi. Çünki, heç kim şübhə etmirdi ki, məhsuldar qüvvələrin hər tərəfli və ahəngdar yüksəlişində qabaqcıl dünya ölkələri təcrübəsində ən mütərəqqli iqtisadi sistem kimi təsbit olunmuş bazar münasibətləri Azərbaycanın da böyük tərəqqiyə çatmasında yeganə mümkün olan etibarlı inkişaf yoludur.
Bütün bu çətinliklər yolunda  Azərbaycanın  gələcək tərəqqisini təmin etmək yolunda diqqətəlayiq cəhət ondan ibarətdir ki, ölkənin çox zəngin təbii sərvətləri, əvvəlki nəzillərin qurduğu güclü istehsal imkanları, təşəkkül tapmış samballı elmi və zehni potensial Respublika iqtisadiyyatının yeni inkişaf tələblərinə uyğun dirçəliş prosesini sürətləndirmək üçün çox etibarlı və möhkəm zəmin yaradırdı.
2.5.Bazar münasibətləri şəraitində iqtisadiyyatın yenidən qurulması. 90-cı illəri Azərbaycan iqtisadi fikirində tədrisin sərbəstləşdirilməsi illəri kimi səciyyələndirmək olar. Artıq müstəqil dövlət kimi Azərbaycanda dərsliklərin hazırlanamsı və istifadəsi mümkün olmuşdur. Məs; “İqtisadi nəzəriyyə” dərs vəsaiti, F.Kotlerin “Marketinqin əsasları” dilimizə çevrilib nəşr olunur. “ Ümumi iqtisadi nəzəriyyə”  və s.
1991-ci ildən başlayaraq bu dövr Azərbaycanın həyatında xüsusi əhəmiyyətli və yeri olan ən əlamətdar yeni tarixi zamandır, Azərbaycan xalqının dövlət müstəqilliyi əldə etdiyi ildir. Müstəqillik bərqərar olunan yeni ictimai-siyasi sistemin doğurduğu əlverişli mühit Azərbaycanın həyatının bütün sahələrində olduğu kimi, onun iqtisadi tərəqqisi üçün də çox möhkəm və təminatlı zəmin yaratdı. Lakin qazanılmiş müstəqilliyin ilk dövrlərində bu imkanlardan tələb olunan səviyyədə istifadə etmək mümkün olmadı. Çünki, sovetlər İttifaqı gözlənilmədən birdən-birə çox sürətlə parçalandı və bu zaman respublikada azadlıq uğrunda hərəkat xeyli güclü şəkildə cərəyan etməkdə idi. Belə bir şərait də suveren dövlətin nə aydın, ardıcıl inkişaf strategiyasına malik mütəşəkkil ümumi milli təşkilati qüvvəsi var idi, nə də müstəqil ölkə kimi hadisələrin gedişi prosesində dərhal onu necə idarə olunması məsələlərinin müəyyən etmək barədə düşünməyə vaxt və imkan yox idi. Nəticədə ölkənin əldə etdiyi müstəqilliyin ilk dövrlərində baş verən hakimiyyət böhranından və onun doğurduğu qarmaqarışıqlıq mühitindən istifadə edən müxtəlif qüvvələrin çox səriştəsiz və məsuliyyətsiz nümayəndələri gənc dövlətin ali idarəetmə orqanlarını müxtəlif yollarla ələ keçirdilər.
Ölkə iqtisadiyyatının inkişafında mənfi meyillərin meydana gəlməsinin ən təsirli amillərindən biri də Qarabağ münaqişəsi əsasında Azərbaycanın çox ağır müharibəyə cəlb edilməsidir. Xarici havadarların böyük iqtisadi və hərbi köməkliyinə arxalanan Ermənistanın Azərbaycana qarşı apardığı böyük miqyaslı işğalçı müharibəsi ölkənin təsərrüfat sistemini, onun daxili istehsal əlaqələrini xeyli pozaraq, bir çox sahələrdə yaranmış potensialın demək olar ki, tam məhv olmasına səbəb olmuşdur.
İqtisadi böhran respublikanın bütün bölgələrində də təsərrüfatı iflic vəziyyətinə salmışdır. Bütün sahələrdə istehsalın həcminin xeyli aşağı düşməsi respublikanın xarici iqtisadi əlaqələrinin mənfi saldosunun yaranmasına, onun maliyyə vəziyyətini xeyli pisləşməsinə, inflyasiyanın hədiz dərəcədə güclənməsinə, əhalinin həyat səviyyəsinin xeyli aşağı düşməsinə, ölkədə böyük miqdarda işsizlər ordusunun yaranmasına səbəb oldu.
Azərbaycanda iqtisadi böhranın kəskinləşməisinin başlıca səbəblərindən biri də müstəqillik əldə etdikdən sonra uzun müddət ölkənin ictimai-siyası həyatının bir çox istiqamətlərdə olduqca mürəkkəb proseslərin cərəyan etməsi, dövlət çevrilişli və təxribat xarakterli hadisələrin baş verməsi olmuşdur. 1993-cü ilin ortalarından başlayaraq H.Əliyevin cəmiyyət həyatının bütün sferalarının normal vəziyyətə gətirilməsi sahəsində apardığı müdrik, ardıcıl və  qəti tədbürlər nəticəsində artıq ölkənin ictimai-siyasi həyatında sabitlik yaranmış və onun inkişafında müsbət meyllər meydana gəlmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 3. AZƏRBAYCANIN IQTISADIYYATI, ILKIN KAPITAL YIĞIMI, ÖZƏLLƏŞDIRMƏ VƏ SAHIBKARLIĞIN INKIŞAFI.
Plan:
3.1.İnzibati amirlik siteminə əsaslanan iqtisadiyyatın dağılması və Azərbaycanın xüsusi keçid dövrünə daxil olması, qarşıda duran əsas vəzifələr
3.2.İctimai mülkiyyətin özəlləşdirlməsi. Çoxnövlü mülkiyyət əsasında çoxukladlı iqtisadiyyatın formalaşması
3.3.Azərbaycanda ilkin  kapital yığımı
3.4.Sahibkarlığın inkişafı üçün şəraitin yaranması. Daxili və xarici bazar problemi
3.5.Azərbaycanın milli iqtisadiyyatının formalaşması
SSR-nin dağılması ilə mərkəzdən planlı idarə edilən, inzibati-amirlik metodlarına əsaslanan Sovet iqtisadi sistemi XX əsrin sonuncu on illiyinin başlanğıcında görülməmiş bir sürətlə dağıldı. Dağılma nəticəsində müstəqillik əldə etmiş respublikalar, o cümlədən də AZərbaycan çətin iqtisadi vəziyyətə düşdü, onun iqtisadiyyatı əvvəlki sistemdən qopub ayrıldı. 1991-ci ildən etbarın Respublikamız strukturu pozulmuş, möhkəm maliyyə-kredit sistemi olm ayan, inflyasiyanın, işsizliyin hökm sürdüyü, idarəetmə mexanizmi iflic vəziyyətinə düşmüş, güclü xammal, bazar inhisarçılığının hökm sürdüyü, xarici əlaqələri pozulmuş bir iqtisadiyyatla üz-üzə dayanmışdır. 1991-ci ildən başlayaraq, 1990-ci illə müqayisədə istehsalın bütün sahələrində artım tempi ildə 25-30% aşağı düşməyə başlamışdır.
Yaranmış vəziyyətdən çıxmaq qeyri-mümkündür. Bəs, çıxış yolu nə idi? Yeganə yol Azərbaycanın iqtisadiyyatını yeni əsaslar üzərinə keçirmək, bazar münasibətləri əsasında milli iqtisadiyyatımızı formalaşdırmaqdan ibarətdir. Bunun üçün isə nə şərait, nə də tələb olunan vəsait var idi. Bütövlükdə cəmiyyətimiz, adamlarımız tamamilə ona yad olan bir sistemdə işləmək, yaşamaq üçün hazır deyildir. Köhnə iqtisadi sistemdən tamamilə xilas olub, yeni sistemə - bazar münasibətləri sisteminə kjeçmək üçün xüsusi bir keçid dövrü lazım   idi.  
Keçid dövrü nü bir qayda olaraq inzibati-amirlik sisteminin hakim olduğu və mərkəzdən planlı idarə olunan sosial-iqtisadi sistemdən əsasən öz qanunları ilə idarə olunan bazar iqtisadiyyatına keçmək dövrü kimi səciyyələndirilir. Belə bir keçid dövrü 1991-ci ildən başlayır  və ən azı 15-20 il lazım gəlir.
Keçid dövründə həll edilməsi zəruri olan əsas vəzifələr aşağıdakılardan ibarətdir:
  • Azərbaycanın mövcud iqtisadiyyatını köhnə, iqtisadi amirlik buxovlarından azad etmək, mülkiyyət üzərində dövlət inhisarına son qoymaq, idarəetmədə vaxtı keçmiş ziyanlı formalardan imtina etmək.
  • Ictimai mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi və habelə gizli iqtisadiyyatın liberallaşdırlması yolu ilə müxtəli mülkiyyət formaları və növlərini formalaşdırmaq və bu əsasda cürbəcür təsərrüfat ukladlarının yaradılmasına nail olmaq və azad sahibkarlığın inkişafına şərait yaratmaq;
  • Ictimai mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi və habelə gizli iqtisadiyyatın liberallaşdırılması yolu ilə müxtəlif mülkiyyət formaları və növlərini formalaşdırmaq və bu əsasda cürbəcür təsərrüfat ukladlarının inkişafına şərait yaratmaq;
  • Azərbaycanın sağlam, maliyyə, kredit, bank və valyuta münasibətlərini formalaşdırmaq, pul tədavülünü qaydaya salmaq, infilyasiyanın qarşısını almaq və iqtisadiyyatı böhran vəziyyətdən qurtarıb sabit inkişafa nail olmaq;
  • Azərbaycan iqtisadiyyatının yeni, bazar strukturunu formalaşdırmaq, daxili və xarici bazarların mövcudluğunu təmin edən şəraiti yaratmaq, istehsal, bazar və sosial infrastrukturları formalaşdırmaq;
  • Azərbaycan xaqını bazar münasibətləri şəraitində işləmək və yaşaya bilmək ruhunda tərbiyə etmək, yeni keyfiyyətdə kadrlar hazırlamaq;
  • Yeni sosial-iqtisadi sistemin idarəetmə mexanizmini formalaşdırmaq, dövlətin idarəetmə orqanlarını yeni tələblər səviyyəsində qurmaq, strukturunu təkmilləşdirmək və keçid dövrü vəzifələrinin həyata keçirilməsində fəal rolunu təmin etmək;
  • əhalinin bazar kortəbiliyinə tab gətirə bilməyən təbəqələrin sosial müdafiəsini təmin etmək, işsizliyin aradan qaldırılması və məşğulluğun optimal səviyyəsinə nail olmaq;
  • Yeni iqtisadi sistemə keçməyi, keçid dövrü münasibətləri şəraitində müstəqil fəaliyyət göstərməyi, xarici iqtisadi əlaqələrdə fəal iştirakı təmin edən hüquqi əsas yaratmaq.
Bütün bu vəzifələrin yerinə yetirilməsi keçid dövrünün başa çatması səciyyələnir.
3.2.İctimai mülkiyyətin özəlləşdirlməsi. Çoxnövlü mülkiyyət əsasında çoxukladlı iqtisadiyyatın formalaşması. Azərbaycanın keçid dövrü iqtisadiyyatı çoxukladlı xarakterə mailkdir. “Uklad” məfhumu təsərrüfat forması kimi də ifadə olunur, öz məzmunu və xarakterinə görə təsrrüfat tipinə (istehsal münasibətləri qanunu) uyğun gəlir. Azərbaycan iqtisadiyyatının yeni istehsal münasibətləri əsasında formalaşması və inkişafı çoxnövlü mülkiyyət və təsərrüfat formaları zəminində olacaq və onun əsasında da bazar iqtisadiyyatı formalaşacaq. Çoxukladlılıq mülkiyyətin müxtəlif formalarda olması və onun çoxnövlülüyü ilə bağlıdır. Azərbaycanın mövcud reallıaqları şəraitində aşağıdakı uklad formalarının olacağı şübhəsizdir.
1.Dövlət ukladı
2.Kəndli (fermer) təsərrüfat ukladı.
3.Kooperativ uklad.
4.Kollektiv (kolxoz) təsərrüfat ukladı.
5.Xüsusi təsərrüfat ukladı (xüsusi sahibkarlığa əsaslanan uklad).
6.Dövlət kapitalizm ukladı.
7.Xırda əmtəə istehsalı ukladı.
Bazar iqtisadiyyatına keçməklə əlaqədar olaraq dövlət mülkiyyətini (ictimai mülkiyyəti) dövlətsizləşdirmək, onun xüsusi əllərə keçməsinə şərait yaratmaq və konkret tədbirlər həyata keçirməkdən ibarətdir. Bununla da mülkiyyət üzərində dövlət inhisarına son qoymaqdır. Bunun da yolu özəlləşdirmədir.
  • ictimai mülkiyyətin xüsusi mülkiyyətə çevirmək prosesidir  və buna görə də xüsusi bölmənin qabaqcıl mövqe tutmasına aparan yoldur. Bu yol sahibkarlığın, səhmdar cəmiyyətlərin, birgə müəssisələrin üstünlük təşkil etdiyi bir şəraitin yaradılmasına aparıb çıxarmalıdır.
Keçid dövrü iqtisadiyyatı çoxukladlı olmaqla yanaşı məhsuldar qüvvələri dağıdılmış, strukturu pozulmuş, habelə çoxsaylı təsərrüfat formaları arasında bazar əlaqələri, həm köhnə və həm də yeni idarəetmə mexanizmin ünsürlərini özündə birləşdirən, mürəkkəb və ziddiyyətli bir iqtisadiyyatdır.
3.3.Azərbaycanda ilkin  kapital yığımı..Bazar iqtisadiyyatı azad sahibkarlığa əsaslanır. Azad sahibkarlığın mövcud olmsı üçün iki başlıca şırt olmalıdır: 1)istehsal vasitələri və pul sərvəti üzərində xüsusi mülkiyyətin olması;  2)istehsal vasitələrindən məhrum edilmiş və yaşamaq üçün öz qabiliyyətini satmağa məcbur olan çoxsaylı adamların olması. Bu şərtlər olmadan klassik bazar iqtisadiyyatını formalaşdırmaq olmaz.
İqtisadi fikir tarixində yeni iqtisadi sistemin meydana gəlməsini təmin edən şrtlərin özünün yaranması “ibtidai yığım”, “ibtidai kapital yığımı”, “ilkin kapital yığımı” kimi mənalandırılmışdır. Beləliklə, ilkin kapital yığımı hər hansı bir ölkənin yeni iqtisadi münasibətlər sisteminə keçməsini mümkün edən şərtlərin, şərait və formaların yaranmasını müxtəlif metodlar və vasitələrlə təmin edən təbii-tarixi bir prosesdir. Bu proses Azərbaycanda da getmişdir və həm də onun öz xüsusiyyətləri omuşdur. İlkin  pul kapitalını qanuni və qeyri-qanuni  yol ilə əldə etmək mümkündür.
Qanuni yollar səhmdar cəmiyyətlərini yaratmaqla, daxili və xarici ticarət vasitəsilə, birja əməliyyatları, xarici borclar, dövlətin istiqraz sistemi və s.
Qeyri-qanuni yollar isə geniş yayılmış rüşvət, kommersiya bankları yaradıb, adamların pulunu mənimsəmək, xeyriyyəçilik adı ilə adamlardan pul toplamaq, reket fəaliyyəti  və s.
3.4.Sahibkarlığın inkişafı üçün şəraitin yaranması. Daxili və xarici bazar problemi.  Sahibkarlığın inkişafı bazar iqtisadiyyatının zəruri tələbidir. Sahibkarlıq mülkiyyət sahibi olan fiziki və hüquqi şəxslərin mənfəət  əldə etmək məqsədilə, qanunvericiliklə qadağan olunmayan, təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil fəaliyyət növüdür. Belə bir fəliyyət növünü inkişafına yol açmaq Azərbaycanın iqtisadiyyatının özəl blməsinə yol açmaq deməkdir.Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və fəaliyyət göstərilən sahədən asılı olmayaraq “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” və digər qanunvericilik aktları ilə tənzim edilir. Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün təkcə hüquqi bazanın olması kifayət deyildir, bunun üçün makroiqtisadi sabitlik, siyasi sabitlik, xarici iqtisadi əlaqələrin liberllaşdırlması, dövlətin fəal yardımı lazımdır.
Mülkiyyəti olan hər bir fiziki və hüquqi şəxs sahibkardır və o, mülkiyyətini iqtisadi cəhətdən reallaşdımaq, mənfəət götürmək üçün kapitalını seçdiyi sahədə qoymaqla sahibkarlıq fəaliyyətilə məşğul ola bilər. Bunun üçün o bazar çıxmalı istehsal vasitələri və iş qüvvəsi əldə etməlidir, istehsalı təşkil etməli və istehsal etdiyi əmtəələri yenidən pula çevirməlidir. Deməli, sahibkarlıq fəaliyyəti üçün başqa şərtlərlə yanaşı bazar lazımdır, həm də ilk növbədə daxili bazar. Bu zaman istehsal vasitələrinin və iş qüvvəsinin (əmək bazarı ilə) yanaşı istehlak şeylərinin bazarı, kapital bazarı və qiymətli kağızlar bazarı da olmalıdır. Onlardan biri çatışmasa sahibkarlararası bazar münasibətləri tam formalaşmaz.
Əhalinin geniş təbəqələrini sahibkarlığa cəl etməyin əsas yolu özəlləşdirmədir.Özəlləşdirmə həm sahibkarlığın yaradılması yoludur, həm də ölkədə iqtisadiyyatın sabitləşdirilməsi və daxili bazarın formalaşdırılmasının üsullarından biridir. O, kiçik və orta sahibkarlığın formalaşmasının maddi əsasınının yaranmasına bilavasitə xidmət edir. Kiçik və orta sahibkarların meydana gəlməsi isə bazar iqtisadiyyatına keçilməsi prosesini sürətləndirir və onun əsas dayağı olur.
3.5.Azərbaycanın milli iqtisadiyyatının formalaşması.   Milli respublikalarda yaradılan və inkişaf etdirilən iqtisadiyyat sahələri tamamilə mərkəzə tabe etdirilirdi, onların fəaliyyətinin nəticələri əsasən ittifaq mənafeyinə xidmət edirdi. İttifaqın dağılmasına yaxın Azərbaycanın sənaye müəssisələrinin 93%-dən artığı ittifaq tabeli müəssisələr idi və onların istehsal etdikləri məhsulların 70%-dən artığı respublikadan kənarda istifadə üçün nəzərdə tutulurdu və eyni zamanda həmin müəssisələrdə istehsal üçün lazım olan maşın, dəzgah, avadanlıqlar, xammal, ehtiyat hissələri və s. 90%-dən çoxu digər respublikalardan alınırdı.
Milli iqtisadiyyatın formalaşmasında mühüm məsələlərdən biri də iqtisadi təhlükəsizliyinin təmin olunmasııdır. İqtisadi təhlükəsizlik dedikdə, yeni yaranmaqda və dirçəlməkdə olan respublika iqtisadiyyatına hər cür mənfi xarici iqtisadi və siyasi xarakterli təsirlərindən qorunması üzrə görülən tədbirlər sistemi başa düşülür.
Milli iqtisadiyyat elə formalaşmalıdır ki, Azərbaycanın bütün rayonları, iqtisadi zonaları sosial-iqtisadi cəhətdən inkişaf etsin, bazar münasibətlərinə uyğun gələn əmək bölgüsü sistemi yaransın, iqtisadiyyatın bazar strukturu formalaşsın, milli bazar inkişaf etsin və respublikanın dünya bazarına müstəqil çıxması üçün əlverişli şərait yaransın və əhalinin sosial ehtiyaclarının ödənilməsi təmin edilməsi üçün maddi imkanlar olsun.
Azərbaycan öz milli iqtisadiyyatını formalaşdırarkən aşağıdakı prinsiplərə əsaslanmalıdır.
Birincisi, əsasən öz gücünə, potensial imkanlarına arxalanmaq prinsipi.
Ikincisi, milli ənənlərə arxalanmaq  və onları yaşatmaq prinsipi.
Üçüncüsü, islamın iqtisadi dəyərlərindən istifadə etmək prinsipi.
  •  
Beşincisi, optimallıq prinsipi.
Altıncısı, müasirlik prinsipi.
Milli iqtisadiyyatmilli dövlətin müstəqil mövcud olub yaşamsının maddi əsasıdır və mənsub olduğu xalqı yaşatmaq qüdrətinə malik olmalıdır.
                             
 
 
 
 
MÖVZU 4. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ İCTİMAİ ƏMƏK BÖLGÜSÜNÜN İNKİŞAFI. MİLLİ BAZARIN YARANMASI.
Plan:
4.1.Azərbaycanın iqtisadiyyatı əmək bölgüsü sistemində və xalq təsərrüfatı sahələrinin bazarın tələbatına uyğun qurulmasının zəruriliyi
4.2.Milli bazar və onun formalaşdırılması . Daxili bazar və onun qorunması mexanizmi
4.3.Respublikanın xarici bazarının formalaşdırılması və beynəlxalq əmək bölgüsünə qoşulması
Ictimai əmək bölgüsü cəmiyyətin inkişafında əvəzsiz və çoxcəhətli rola malikdir. Məhz bu qanunun fəaliyyəti və təsiri sayəsində bütövlükdə təsərrüfat sahələrinin, onun ayrı-ayrı sahələrinin quruluşu yaranır, milli bazarın tələbinin ödənilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi imkanları artır. İctimai əmək bölgüsü ən yüksək iqtisadi formalardan biri kimi cəmiyyət üzvlərinin müxtəlif istehsal növlərinə görə bölüşdürülməsi və yaxud fərdlərin müəyyən istehsal münasibətlərinə tabe olması, insanların ictimai əməkdə iştirakı nəzərdə tutulur. Həmçinin müxtəlif istehsal növlərinə görə, cəmiyyət üzvlərinin bölünməsidir. Yəni, fərdlərin müəyyən istehsal münasibətlərinə tabe olmasıdır.
Cəmiyyətin əsasını təşkil edən maddi nemətlər istehsalı insanların birgə əmək fəaliyyətini, onların bir-biri ilə iqtisadi münasibətlərdə olmasını, əməklərini, fəaliyyətləriniqarşılıqlı surətdə əlaqələndirməyi, fəsliyyət mübadiləsi nəzərdə tutur. Mahiyyətcə əmək bölgüsü istehsalın orqanizmi, onun təşkilinin əsas formasıdır. Səlində əmək bölgüsü ictimai istehsalda mövcuddur, ondan kənarda, ayrılıqda götürülə bilməz.
İstehsal strukturu dedikdə, ayrı-ayrı sahələrin və istehsal növlərinin qarşılıqlı əlaqəsi və kəmiyyət nisbəti başa düşülür. Bu strukturda ictimai əmək bölgüsünün səviyyəsi və müxtəlif növ məhsulların istehsal proporsiyaları öz əksini tapır. Buna uyğun olaraq mövcud strukturanı iqtisadi inkişafın səviyyəsi, daxili və xarici əlaqələrin xarakteri və bütövlükdə ictimai istehsalın səmərəliliyi ilə izah etmək olar. İstehsalın sahə quruluşu isə hər bir sahənin xüsusi çəklisi, yaxud da istehsalın faizlə müqayisəsilə ölçülür.
4.2.Milli bazar və onun formalaşdırılması . Daxili bazar və onun qorunması mexanizmi.     Bazar  iqtisaadi kateqoriyadır, təsərrüfatçılq təcrübəsinin və iqtisadi nəzəriyyənin əsas anlayışlarından biridir. Bazar vasitəsilə həyata keçirilən əmtəə əlaqələri istehsal-bazar istehlakçı baxımından bilavasitə özünün əks təsiri rolunu oynayır. Bazar elə nizamlanmış struktursur ki, bubu vasitəsilə əmtəənin alıcıları və satıcıları onun qiymət və miqdarını müəyyən etmək üçün qarşılıqlı fəaliyyət göstərir və özlərinin iqtisadi mənafelərini reallaşdırırlar. Bazar iqtisadi kateqoriya kimi konkret iqtisadi münasibətlərin, alıcılarla-satıcılar arasında, həmçinin bazar münasibətləri subyektlərinin iqtisadi mənafelərini reallaşdıran və əmək məıhsullarının mübadiləsini təmin edən iqtisadi mexanizmdir. Milli bazar isə əhatə etdiyi ərazi, onun təşkili, formaları və qarşıya qoyulan konkret məqsəd baxımından müxtəlif olur. Milli bazarın təməli ilk növbədə ölkənin özündə məhsullarının kütləvi istehsalı və xidmətlərin göstərilməsinin müasir sivilizasiya əsasında təşkil edilən çevik maliyyə bazarına əsaslanır.
Milli bazar milli iqtisadiyyata söykəndiyi üçün onun təşkili və səviyyəsi hər bir ölkədə elm və texnikanın mənimsənilməsindən, texnologiyadan, xalqın əmək ənənəsi, milli ənənələrdən bilavasitə asılıdır. Millim iqtisadiyyat əsasında formalaşan, bazar subyektlərinin (istehsalçı və istehlakçıların) səmərəli fəaliyyətinə  müvafiq olan və ölkənin gələcəkdə dünya iqtisadi məkanına çüxarılmasına ximət edən bazar milli bazar hesab olunur. Milli bazarın formalaşması ilk növbədə daxili bazarın yaradılmasını tələb edir. Başqa sözlə, milli bazar əhatə baxımından daxili bazarı daha çox əhatə edir. Digər tərəfdən, milli bazar milli iqtisadiyyatın təzahürüdür. Bu mənada milli iqtisadiyyat və milli bazar elə bir ərazi, istehsal və mübadilə vahidliyidir ki, orada istehsal tədavülü əlaqələri müəyyən iqtisadi, sosial, siyasi və mənəvi birliyə malik olmalıdır. İnkişaf etmiş bazar münasibətləri şəraitində onun obyektlərinin oiqtisadi təyinatına görə aşağıdakı növləri fərqləndirilməlidir: istelak şeyləri bazarı, istehsal vasitələri bazarı, xidmət bazarı, maliyyə bazarı, elmi-texniki yeniliklər bazarı, əmək bazarı, qiymətli kağızlar bazarı, və s. Göstərilən hər növün özünəməxsus cəhətləri, xüsusiyyətləri olsa da onların mahiyyəti eyni olaraq qalır. Öz fəaliyyətlərində isə əmtəə - pul münasibətlərini tənzim edən qanunların, hər şeydən əvvəl tələb və təklif qanunun tələblərinə tabe olur. Bundan əlavə, bazarın növləri bir-birilə sıx əlaqədardır və bir-birini şərtləndirirlər.
Daxili bazarın qorunmasında ən əsas iqtisadi yol respublikanın regionları üzrə istehsalın yenim tələblər səviyyəsində qurulmasıdır. Bu hər şeydən əvvəl sahibkarlığın bərqərar olması, tələb və təklif əsasında daxili bazarda əmtəə və xidmətlər bolluğunun yaradılmasının təşkilidir.
Bununla yanaşı, heç bir ölkə uzun müddət qapalı vəziyyətdə yaşaya bilməz. Milli iqtisadiyyatı və milli bazarı formalaşdırmaq istəyən hər bir ölkə eyni zamanda xarici bnazara çıxmalıdır və bunun üçün onun əsaslarını yaratmalı və beynəlxalq əmək bölgüsünə qoşulmalıdır, bunsuz inkişaf edə bilməz. Bunu da bilmək lazımdır ki, məlum metodlarla istifadə etməklə yanaşı ixracata ciddi nəzarət sistemi yaratmaq özü daxili bazarın yaradılması və inkişafında mühüm rol oynayır.
4.3.Respublikanın xarici bazarının formalaşdırılması və beynəlxalq əmək bölgüsünə qoşulması. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da bazar münasibətlərinin formalaşması ictimai əmək bölgüsünün inkişafı ilə sıx bağlıdır. İctimai əmək bölgüsünün mühüm təzahür forması kimi beynəlxalq əmək bölgüsünün (BƏB) geniş mənada baş verməsi beynəlxalq dairədə əmək fəaliyyətinin ixtisaslaşmasının və kooperasiyalaşmasının təzahürüdür.
Ümumiyyətlə, əmək bölgüsü dedikdə, fərdin və yaxud bir qrup adamın əmək fəaliyyətinə görə bir-birindən ayrılması nəzərdə tutulur. Əmək bölgüsündə tarixən müəyyən ictimai əmək sistemi əks olunur.
Belə ki, kişilər, qadınlar, uşaqlar arasında olan əmək bölgüsü təbii əmək bölgüsü  adlanır.
Əmək bölgüsü əmək fəaliyyətinin ixtisaslaşması ilə əlaqədar olub, onun növlərə ayrılması, lakin birgə, mövcud qarşlılıqlı əlaqə və asılılıqda qalması ilə nəticələnən ictimai-iqtisadi prosesdir. İngilis iqtisadçısı A.Smit
insanın ticarətə meylliliyinin nəticəsində  əmək bölgüsünün əmələ gəldiyini göstərirdi.
Əmək bölgüsü texniki və ictimai əmək bölgüsü kimi 2 qrupa bölünür. İctimai və texniki əmək bölgüsünün birgə baş verməsi peşələr üzrə əmək bölgüsünün əsasını təşkil etmişdir..
Texniki əmək bölgüsümüəssisə miqyasında istifadə olunana insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar  üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
İctimai əmək bölgüsünün özünün 3  forması  bir-birindən fərqləndirilir.
Ümumi əmək bölgüsü iqtisadiyyatın iri sahələrə - sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir.
Xüsusi əmək bölgüsü özünü sənayenin, kənd təssürafının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsində göstərir.
Fərdi əmək bölgüsü bilavasitə müəssisə miqyasında baş verdiyindən onu istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə - sex və istehsal sahələrinə ayırmışdır.
Beləliklə, əmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə səviyyədə - ölkə, sahə, müəssisə və müəssisə daxilində baş verə bilər.
Beynəlxalq ixtisaslaşmada müəyyən növ məhsul istehsalı bir sahə və ya bir neçə müəssisədə (firmada) cəmləşdirilir. Belə ki, 50-60-cı illərdə istehsalın ixtisaslaşmasında avtomaşın, aviasiya sənayesi, plastik kütlə, podşipnik, radio aparatı və s. kimi sahələr üzrə aparıcı yer tutur.
Kooperasiyalaşma dedikdə, ayrıca məhsul istehsalında bir-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Kooperasiya əlaqələrini tənzim etmək üçün öç metoddan  istifadə edilir.
1.Birgə proqram həyata keçirilməsi.
2.Müqavilə əsasında ixtisaslaşdırma.
3Müştərək birgə müəssisələr yaradılması.
Dünya ölkələri arasında istehsal, elmi-texniki, mənzil, kredit, satış, kənd təsərrüfatı, firmadaxili, firmalararası, üfüqi, şaquli, qarışıq, ölkələrarası, regionlararası və bu sahələrdə baş verən iqtisadi əlaqələr kooperasiyası vasitəsilə həyata keçirilir. Dünyanın müxtəlif ölkələri birgə müəssisələr yaratmaqla geniş əməkdaşlıq edirlər. Müəyyən növ məhsul istehsalı və xidmətlər üzrə xüsusiləşmiş müəssisələr yaradılır. Bu da kooperasiya proseslərinin sürətlənməsinə səbəb olur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 5. RESPUBLİKANIN MİLLİ SƏRVƏTİ. MƏCMU MILLI MƏHSUL VƏ MILLI GƏLIR. ÜMUMI MILLI MƏHSULUN TƏKRAR ISTEHSALI.
Plan:
5.1.Milli sərvətin mahiyyəti və strukturu
5.2.Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları
5.3.İctimai məhsulun təkrar istehsalı, mahiyyəti, tipləri və meyarı
Milli sərvət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində yaradılan maddi və mənəvi nemətlərin məcmusunu əks etdirir. Ona bütövlükdə milli iqtisadiyyatın inkişafının nəticəsi kimi baxmaq lazımdır. Çünki, hər bir milli iqtisadiyyatın nəticəsi yalnız maddi nemət və xidmətlərin istehsalının yüksəldilməsində deyil, eləcə də sərvətin artırılmasında öz əksini tapır.
Sərvət yalnız cəmiyyət üzvləri tərəfindən qiymətləndirildikdə və onların mənafelərinə uyğun gəldikdə milli forma alır. Sərvət anlayışı çox mənalıdır və əsasən adamların maddi və mənəvi nemətlərə olan tələbatlarının ödənilməsi mənbəyini təşkil edir və özü də bu tələbatların ödənilməsi həm istehsal istehlakını, həm də şəxsi istehlakı əhatə edir. Milli sərvət şəxsi tələbatı ödəməklə yanaşı eyni zamanda ictimai tələbatı da ödəməllidir.
Təbii resurslar, texniki vasitələr, adamların malik olduqları maddi və mənəvi nemətlər sərvətin spesifik formalarıdır.
Milli sərvət keçmiş dövrdə istehsal edilib yığılmış və cari dövrdə ondan istifadə edilərək yeni maddi və mənəvi dəyərlər yaradılır. Milli sərvətin göstəricisi, digər makroiqtisadi göstəricilər olan məcmu milli məhsuldan, məcmu daxili məhsuldan və milli gəlirdən fərqlənir.
Azərbaycanda tətbiq olunan metodikaya görə milli sərvətin tərkibinə aağıdakılar daxil edilir:
-əsas istehsal fondları (bina və qurğular, maşın və dəzgahlar, nəqliyyat vasitələri, ötürücü qurğular, ətlik və işlək heyvanlar və s.)
-əsas qeyri-istehsal fondları (mənzillər, səhiyyə, təhsil sosial təminat, mədəniyyət, incəsənət, idman, istirahət və s. sahlərin binaları, qurğuları, tikililəri və s.)
-maddi istehsal sferasındakı maddi dövriyyə vasitələri;
-istehsal və xidmət sferasındakı ehtiyatlar;
-dövlətin istehsal vasitələri və istehlak şeyləri ehtiyatları.
Bu elementlər eyni zamanda milli sərvətin strukturunu təşkil edir.
5.2.Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları.  Ümumi ictimai məhsul il ərzində istehsal edilmiş və bazar qiymətləri ilə ifadə olunan əmtəə və xidmətlərin məcmusudur. Ümumi ictimai məhsul il ərzində xüsusi təsərrüftalarda, şirkət və birliklərdə, dövlət sektorunda istehsal olunmuş, saxlanılmış əmtəə və xidmətlərin həcminin yekununda əks olunur.
İctimai məhsul bir tərəfdən il ərzində istehsal amillərindən istifadə olunmasını, digər tərəfdən isə milli iqtisadiyyatın səmərəliliyini əks etdirir. Ümumi ictimai məhsul maddi - əşya cəhətdən və dəyərcə yaxud qiymətcə fərqləndirilir. Ümumi ictimai məhsulun maddi əşya tərkibi dedikdə, istehsal vasitələri və istehlak şeyləri başa düşülür. İctimai məhsulun dəyərcə yaxud qiymətcə tərkibi dedikdə, bura ödəmə fondu, yəni istehlak olunmuş əsas və dövriyyə kapitalın dəyəri, milli gəlir, yəni yeni yaradılmış dəyər başa düşülür.
Qərb iqtisadi ədəbiyyatında məcmu ictimai məhsulun strukturu dörd əsas elementə bölünür.
1.İstifadə olunan xərclər (xammal, material, yanacaq, hissələr və s. daxildir)
2.Amillər üzrə xərclər (əmək haqqı, borc kapitalına görə faiz, torpaq rentası və s.)
3.Əlavə xərclər (avadanlıqların mənəvi aşınması na çıkilən xərclər)
4.Sahibkarların gəlirləri (mənfəət nəzərdə tutulur.)
Ümumi məhsulun dəyər tərkibinin bu şəkildə təsnifatı bazar sistemli ölkələrin tətbiq etdiyi üsuldur.
Ümumi milli məhsul ölkədə və həmin ölkəyə aid xaricdə bir il ərzində istehsal olunmuş bütün hazır əmtəə və xidmətlərin ümumi bazar dəyərinə deyilir.
Ölkənin ərazisində yaradılmış xarici dövlətlərin və vətəndaşların müəssisələrində istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri də ümumi daxili məhsulun dəyərinə daxildir.
Son məhsul istehlakçıların təkrar satış üçün deyil, öz istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyər ifadəsində miqdarıdır.
Aralıq məhsullar dedikdə isə gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur.  
5.3.İctimai məhsulun təkrar istehsalı, mahiyyəti, tipləri və meyarı.  İctimai təkrar istehsal dedikdə, daima fasiləsiz qarşılıqlı və ardıcıl axın şəklində mövcud olan iqtisadi əlaqələrin yeniləşməsi başa düşülür. Hər bir ictimai istehsal, eyni zamanda ictimai təkrar istehsaldır. Təkrar istehsal bir qayda olaraq istehsal, bölgü, mübadilə və istehlak fazalarını əhatə edir. Hər bir istehsalın məqsədi istehlakla bağlı olduğundan, hər bir istehlakın da məqəsdi istehsalın baş verməsi zəruriliyini törədir. Deməli, istehsalla istehlak arasında qarşlıqlı əlaq mövcuddur. Təkrar istehsalın digər fazaları arasında da özünün fərdi xüsusiyyətlərinə malik qarşılıqlı əlaqələr mövcuddur. Təkrar istehsal əslində cəmiyyət miqyasında baş verən iqtisadi münasibətlərin təkrar istehsalıdır. Yəni iqtisadi münasibətlər çərçivəsinə daxil olan bütün iqtisadi elementlər, mütləq təkrar istehsal prosesi ilə rastlaşır.
Daimi əlaqələrdə fasiləsiz axın yolu ilə bərpa olunan ictimai istehsal prosesinə təkrar istehsal deyilir.
Təkrar istehsalın iki – sadə və geniş tipi  fərqləndirilir. Əgər, həmişə eyni miqdarda məhsul yaradılsa, sadə təkrar istehsal baş verir. Artan miqyasda təşkil olunan istehsal prosesinə geniş təkrar istehsal deyilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 6. AZƏRBAYCANIN MALİYYƏ, KREDİT VƏ BANK SİSTEMİ. MİLLİ VALYUTANIN TƏTBİQİ VƏ DÖNƏRLİLİYİNİN TƏTBİQ EDİLMƏSİ.
Plan:
6.1.Azərbaycanın maliyyə sistemi və onun yenidən qurulmasının zəruriliyi
6.2.Dövlət maliyyəsi. Dövlət büdcəsi və onun strukturu
6.3.Vergi sistemi və vergi siyasəti
6.4.Sığorta sistemi
6.5.Kredit münasibətləri
6.6.Bank sistemi
Maliyyə şox əsrlilik tarixə malikdir. “Maliyyə” termini latın sözü  “financia”-dan əmələ gəlmişdir ki, bu da “pul ödəməsi” deməkdir.
Maliyyə münasibətlərinin mövcudluğu əmtəə-pul münasibətləri ilə əlaqədardır. Azərbaycanda kapitalizmin meydana gəlməsi və əmtəə-pul münasibətlərinin inkişaf etməsi ilə onun maliyyəsi də inkişaf edir. Dövlət gəlirlərinin əsas hissəsini müxtəlif vergilər təşkil edir və dövlətin iqtisadi bazası rolunu oynayır. Maliyyə mərkəzləşdirilmiş (dövlət) və qeyri-mərkəzləşdirilmiş (müəssisə, firma və təşkilatların) pul resursları fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə yaranan iqtisadi münasibətlər sistemidir. Bu münasibətlərin formalaşması maliyyə resurslarından səmərəli və sərbəst istifadə üçün şəraitin yaradılmasını tələb edir. Dövlət ilə müəssisə, firmalar və şirkətlər arasında olan maliyyə münasibətləri vasitəsilə dövlətin mərkəzləşdirilmiş xalis gəliri, dövlətin büdcəsi formalaşır. Azərbaycan dövlət maliyyə siyasəti dövlət, hökumət xərclərini tənzimləyir və fiskal siyasəti həyata keçirir.
Fiskal siyasətdövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemidir. Büdcə vəsaitinin yaranması və istifadəsi ilə bağlı dövlətin yeritdiyi maliyyə tədbirləri sistemidir.
Maliyyə münasibətlərinin mühüm  bir hissəsini  də müəssisə, firma və şirkətlər və banklar arasındakı münasibətlər təşkil edir. Sahibkarlığın inkişafında, istehsalın ahəngdarlığının təmin edilməsində bank sudaları mühüm rol oynayır. Bunlarla yanaşı müxtəlif səviyyəli dövlət təşkilatları  arasında maliyyə münasibətləri yaranır.
Əhali ilə dövlət arasında olan geniş əhatəli maliyyə münasibətlərini xüsusi olaraq qeyd edək. O, əsasən dövlət tərəfindən əhaliyə ödəmələr formasında  (pensiya, posobiya, yardım, təqaüd və s.) həyata keçir.
Maliyyə vasitəsilə bölgü prosesində bölgü obyekti kimi ümumi milli məhsul, milli gəlir çıxış edir. Maliyyə məhsul satışından  gələn pul  gəlirlərini, xüsusən onun xalis gəlir təşkil edən hissəsinin bölgüsündə mühüm rol oynayır. Bu bölgü əlavə dəyər vergisi, aksiz vergisi, mənfəətdən fondlar üçün haqq, normalaşdırılmış (renta)tədiyyələr və mənfəətin sərbəst qalığı şəklində tədiyyələr ödəmək, fəhlə və qulluqçulara verilən əmək haqqından ötəri sosial sığorta fondu üçün əlavələr etmək, kooperativ və xüsusi müəssisələrdən gəlir vergisi almaq yolu ilə həyata keçirilir. Yəni maliyyə vasitəsilə xalis gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir. Maliyyədən milli gəlirin dövlət, kooperativ və xüsusi bölmələrin sahələri arasında bölgüsü və yenidən bölgüsü üçün də istifadə edilir.
Dövlət maliyyə vasitəsilə milli gəlirin çox hissəsini əhalinin sosial-mədəni ehtiyaclarına yönəldir. Belə ki, təhsil, tibb xidməti, mənzil tikintisi, pensiya, təqaüd, müavinət və s. məqsədlər üçün vəsait ayrılır.
Maliyyə sistemi vasitəsilə əhalinin fərdi gəlirlərinin bir hissəsi də (vergilər, sığortalar, istiqrazlar və s. formasında) yenidən bölüşdürülür. Bu vəsaitlər dövlətin mərkəzləşdirilmiş fonduna daxil olur və məqsədli istifadə edilir.
Belə bir qənaətə gəlmək olar ki, maliyyənin bölüdürücü funksiyası ümumi milli məhsul və milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirməyə xidmət edir.
6.2.Dövlət maliyyəsi, dövlət büdcəsi və onun strukturu.  Respublikanın dövlət maliyyəsiözündə dövlət büdcəsi, büdcədənkənar fondlar və dövlət kreditini birləşdirir. Dövlət maliyyəsi müəssisə, təşkilat və onarın yuxarı orqanlarında pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Büdcədənkənar fondlara aiddir: ictimai sığorta fondu, pensiya fondu, yol fondu, məşğulluq fondu, milli ləl-cəvahirat fondu və s.
Dövlət maliyyəsinin mühüm tərkib hissəsi olan dövlət kreditit, pul vəsaitlərinin kredit metodu ilə bölüşdürülməsi ölkə iqtisadiyyatının ahəngdar inkişafı və vəsaitlərindən daha səmərəli istifadə edilməsi ilə əlaqədardır. Kredit vəsaitlərin birbaşa yönəldilməsi metodu kimi çıxış edir. Dövlət krediti zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir. Dövlət kreditinin əsas formaları dövlət istiqrazlarından, qısa müddətli xəzinə öhdəliklərindən, əhalinin əmanət kassalar və banklar vasitəsilə dövlətin qiymətli kağızlarının alınması üçün xərclənən əmanətlərindən və s. ibarətdir.
Dövlət maliyyəsi sistemində dövlət büdcəsi aparıcı yer tutur. Dövlət maliyyə sistemində dövlət büdcəsi aparıcı yer tutur. Dövlət büdcəsi ölkənin iqtisadi və sosial proqramlarının həyata keçirilməsi və ümumxalq ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə dövlətin mərkəzləşdirilmiş pul resursları fondunun yaranması və bölgüsünün əsas formasıdır.
“Büdcə sistemi haqqında” (1992-ci il) qəbul edilmiş Azərbaycan Respublikasının qanunu dövlət büdcəsinin tənzim edilməsində mühüm rol oynayır. Büdcə sistemi haqqında Azərbaycan Respublikası qanununun birinci maddəsində deyilir: “Büdcə dövlət funksiyalarının həyata keçirilməsinin təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır. Dövlətin öz funksiyalarının –ölkənin müdafiəsi, idarəetmə, əhalinin sosial müdafiəsi və s. yerinə yetirməsi üçün külli miqdarda pul vəsaiti tələb olunur. Buna görə də dövlətin daimi diqqət mərkəzindədir. Dövlət büdcəsində ölkənin milli gəlirinin xeyli hisəsi cəmləşir və mərkəzləşdirilmiş qaydada, dövlət iqtisadi və sosial proqramlara müvafiq olaraq cəmiyyətin tələbatına yönəldilir. Dövlət büdcəsi vasitəsilə ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi, elmin maliyyələşdirilməsi, investisiyaların maliyyələşdirilməsi, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi, dövlət hakimiyyət və idarəetmə orqanlarının, ölkə müdafiəsi xərclərinin maliyyələşdirilməsi həyata keçirilir. Bundan əlavə büdcə vəsaitindən sığorta üzrə maddi yardım göstərilməsinə, ictimai təminat pensiyalarının verilməsinə, pulsuz təhsilə, pulsuz tibb yardımının göstərilməsinə, tələbələrə təqaüd verilməsinə sərf edilir. Dövlət mənzil, məktəb, xəstəxana, sanatoriya tikintisinə özünün büdcəsinin iqtisadi imkanından asılı olaraq vəsait ayırır. Respublikada büdcənin tərkibi və yerinə yetirilməsi prosesində maddi dəyərlilərin və pul vəsaitinin səmərəli istifadəsi, istehsalın səmərəli təşkili məqsədilə bütün müəssisə, firma, şirkət, birlik, təşkilat və idarələrin maliyyə proqramları yoxlanılır ki, hər bir müəssisə, firma, şirkət, təşkilat maddi və əmək resursları üzrə məsrəfləri azaltmaqla daha yaxşı nəticələrə nail olsunlar.
Dövlət büdcəsi iqtisadi və sosial inkişaf proqramı ilə möhkəm bağlıdır.
Büdcənin icrası bu proqramın yerinə yetirilməsindən asılıdır, çünki, müəssisə, firma, şirkət, birlik və təşkilatların büdcəyə ödədiyi tədiyyələr büdcə mədaxilinin əsas hissəsini təşkiledir. Onun yerinə yetirilməsi eyni zamanda nəzərdə tutulmuş tədbirlərin büdcədən nə dərəcədə maliyyələşdirilməsindən də asılıdr.
Mülkiyyət formaları nəzərə alınmaqla büdcənin gəlirləri dövlət müəssisələri və təşkilatlarından gələn gəlirlər, fermer təsərrüftalarından, kolxoz və kooperativ təşkilatlarından gələn gəlirlər, səhmdar cəmiyyətlərindən gələn gəlirlər və əhalidən gələn gəlirlərdən ibarətdir. Dövlət büdcəsi gəlirlərinin əsas mənbəyi vergilərdir. Büdcənin gəlir mənbələrindən biri istiqrazların buraxılması və kağız pul emissiyasıdır.Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı məqədlər üçün yönəldilir: ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin, elmin maliyyələşdirlməsi, müdafiə xərcləri, qaçqın və köçkünlərə, şəhid ailələrinə verilən birdəfəlik yardım, icra hakimiyyəti, mərkəzi və dövlət idarəetmə orqanları, səfirlik və konsulluqların saxlanması, məhkəmə və hüquq-mühafizə orqanlarının saxlanamsı, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi dövlətin daxili və xarici borclarının maliyyələşdirilməsi, Respublika Nazirlər Kabinetinin ehtiyat fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən subsidiyalar və s.
Azərbaycan Resbublikasının dövlət büdcəsi bir il müddətinə tərtib edilir və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının dövlət büdcəsi respublika və yerli büdcələrdən ibarətdir. Respublika büdcəsinin vəsaiti hesabına respublika tabeliyində olan ölkə iqtisadiyyatının müxtəlif sahələrinin müəssisə, təşkilat və idarələri maliyyələşdirilir.
Yeli büdcələr müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən təqsdiq edilir və təsərrüfatın, maarifin, səhiyyənin, mədəniyyətin inkişafında, yerli hakimiyyət orqanları funksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.
6.3.Vergi sistemi və vergi siyasəti.  Azərbaycan Respublikasının vergi siyasəti “Vergi sistemi” haqqında qanunla müəyyən edilmişdir.Qanuna əsasən vergilər əlavə dəyər vergisi, aksiz vergisi, fiziki şəxslərdən alınan vergilər və s. formada tətbiq edilir. Tutulmuş vergilər ümumdövlət vergi sisteminin əsasını təşkil edir. Azərbaycanda məlum 22 vergi növündən hələlik bir qismi: mənfəətdən alınan vergi, gəlir vergisi əmlaka görə vergi, torpaq vergisi, reklam ilə əlaqədar vergi və s. tətbiq edilir.
Vergi sisteminin əsas məqsədi və müvəffəqiyyəti onda olur ki, bərabər mənfəətə - bərabər vergi prinsipi tətbiq edilir. Yəni istehsalçıları maraqlandırmaq, kapital axınının ticarət kanallarından istehsalata yönəltmək ən mühüm vəzifədir. Belə ki, i.güzar fəaliyyətin inkişafına kömək baxımından düzgün vergi siyasəti mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, vergilər həmişə 2 vəzifəni yerinə yetirir: I-dövlətə pul toplamaq, II-pulu əlindən alınanaların pul qazanma marağını saxlamaqdır.
Vergi qanunlarına görə əlavə dəyər vergisi, aksiz vergisi, hüquqi şəxslərdən gəlir vergisi (mənfəətdən vergi), gömrük vergisi, əhalidən vergilər və s. Respublikanın Milli Məclisi tərəfindən müəyyən edilir.
Əlavə dəyər vergisi (1991) əmtəələrin, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır. ƏDV-nin ödəyiciləri hüquqi şəxs statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr, əmtəələrin, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqla istehsal və başqa kommersiya fəaliyyəti göstərən beynəlxalq birliklər və xarici hüquqi şəxslər aiddir.
Aksizlər (1991) əmtəənin və xidmətlərin qiymətinə daxil edilən və alıcı tərəfindən ödənilən vergi növüdür. Aksiz  vergisi bir sıra şərab məhsulları, balıq məhsulları, təbii xəz, gön dəri məmulatı, billur və rəngli şüşə məmulatı, xalçalar və xalça məmulatı, minik maşınları, tütün məmulatı, neft məhsulları, respublikadan kənara təyyarə biletlərinin satışı və s. üzrə tətbiq edilir.
Gömrük vergisi (1995) beynəlxalq iqtisadi əlaqələrdə geniş tətbiq edilir. Ölkələr arasında qarşlıqlı güzəştlər və gömrük rüsumları tətbiq edilir.
Kənd təsərrüfatı vergisi kənd yerlərində torpaq sahəsinə malik olan vətəndaş təsərrüfatı ödəyir.
Yerli vergi və rusumların isə ən mühüm tərkib hissəsi tikinti və torpaq rentasıdır.
6.4.Sığorta sistemi.  Sığorta sistemi dedikdə (1993) respublikamızda olan bütün sığorta təşkilatlarının (xaricdə yaradıla biləcək filialları ilə birlikdə) məcmu və onlar arasındakı qarşılıqlı manasibətlər başa düşülür.
Dövlət sığortası Azərbaycan Respublikası sığorta sisteminin əsasını təşkil edir. Dövlət sığortası mərkəzi aparatdan  və yerlərdəki orqanlardan ibarətdir. Sığortaçı bazarında sığortaçılar və sığorta olunanlar  arasında iqtisadi münasibətlər sistemi formalaşır ki, burada da bazar qanunları fəaliyyət göstərir.
Sığortaçı – sığorta olunananın və ya xeyrinə sığorta müqaviləsi bağlanamış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində  münasibətlərdir.
Sığortanın obyektləri – fiziki və hüquqi şəxslərin əmlakalrı və Azərbaycan respublikasının qanunvericiliyinə zidd olmayan digər əmlak və kapital növləridir.
Sığorta bazarı dedikdə, sığorta olunanaların mənafeyinə uyğunlaşdırılan sığorta xidmətlərinin çevik sistemi başa düşülür.
Hazırda respublikamızda vətəndaşların məsuliyyətiu sığortası, əlavə pensiya sığortası, mənzillərin təmirinin sığortası və s. həyata keçirilir. Dövlət sığortası respublikamızın sığorta sisteminin əsasını təşkil edir. Respublikamızda sığorta bazarının müəyyən sahələri, o cümlədən xarici sığorta, bəzi əmlak və məsuliyyət sığortası növləri dövlət sığortası sisteminə daxildir. Dövlət sığortası öz təyinatına və obyektlərinə görə əmlak sığortasına və şəxsi sığortaya bölünür.
Bazar iqtisadiyyatı şəraitində dövlət sığortası əməliyyatları bazar münasibətlərinə uyğunlaşdırılır və əsasən könüllü qaydada aparılır. Müstəsna hallarda  əmlaka və məsuliyyətə icbarilik tətbiq edilir. Könüllü sığorta xidmətində müəssisə, firma, şirkətlərin əmlakı, nəqliyyat vasitələri, vətəndaşların şəxsi sığortalanması, uşaqların, nigahın sığortalanması və s. həyata keçirilir. Bazar iqtisadiyyatı şəraitində alternativ sığorta orqanları (xüsusi kompaniyalar) dövlət sığorta orqanları ilə rəqabət aparırlar. Dövlət sığortası məcburi və könüllü aparıldığı halda, sığorta bazarında xüsusi kompaniyalar yalnız könüllülük, geniş çeşidli (növlü) və güzəşt əsasında sığorta əməliyyatları aparırlar.
Sığorta kompaniyaları aşağıdakı xidmətləri yerinə yetirirlər:
Əmlakın sığortası (tərpənən və tərpənməz əmlak);
Evheyvanlarının sığortası;
Kommersiya əməliyyatlarının sığortası (komersiya riski);
Vətəndaşların sığortası (xüsusi şəxslərin).
Xüsusi kompaniyalar sığorta müqaviləsi bağlayarkən əmlaka bazar dəyərinə görə təminat verirlər. Bu isə müştərilərin sayının artmasında bir stimul rolu oynayır.
6.5.Kredit münasibətləri.  Kredit — (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.
Bank krediti – bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur.
Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür.
İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür.
Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun aparıcı istiqaməti banklardır. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edirdi.
Kredit sistemi o zaman bütöv və obyektiv olar ki, o , aşağıdakı 3 elementi özündə əks etdirsin:
1.Kredit münasibətləri sistemini
2.Kredit idarələri sistemini
3.Kreditləşmə sistemini
Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir:
1.Kreditləşmənin müəyyən formaları və metodları üzərində bazalaşan hesablama-kredit və ödəniş münasibətlərinin məcmusu
2.Fəaliyyət göstərən maliyyə-kredit institutlarının məcmusu
Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi banklar təşkil edir. Mərkəzi bank ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Kredit sistemində mövcud olan digər bir qurum isə holdinqlərdir.
Kreditin əsas prinsipləri
1.Təcililik
2.Əvəzlilik
3.Qaytarılma
Müasir dövrdə kreditin aşağıdakı formaları var.
1.                      Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.
2.                      Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.
3.                      Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür.
4.                      İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.
5.                      İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.
6.                      Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.
7.                      Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.
8.                      Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.
Azərbaycanda kredit sistemi Milli Bankkredit təşkilatlarından ibarətdir. Bu sistemin ən mühüm tərkib hissəsi Milli Bankdır. Kredit təşkilatlarına isə banklarqeyri-bank kredit təşkilatları aiddir.
 
6.6.Bank sistemi.  Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bank qiymətli kağızlar ilə alver edən və kreditorlarla borc alanlar arasında vasitəçilik edən müəssisədir.
Azərbaycan Bank sisteminin ilkin inkişafı XİX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikasının bank sisteminin institusional və hüquqi quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunların qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank bazarına daxilolmanın liberal şərtləri ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici Əlaqələr Bankı Azərbaycan Respublikası Kontoru  bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradıldı.
Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:
1.    Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
2.    Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
3.    Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.
4.    Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət Banki. Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası əsasında isə Azərbaycanın Əmanət bankı təşkil edildi.
1992-ci ilin fevral ayından avqust ayına qədər sənaye-tikinti Bankının və Aqrar-sənaye bankinın müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilmişdir.
Respublikamız müstəqillik əldə etməklə bazar əsasında inkişaf edən ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə bankların strukturları deyil, kredit münasibətlərində də dəyişiklik edildi.
Beləliklə, ikipilləli bank sistemi formalalaşmış oldu. Birinci pillədə Miili Bank, ikinci pillədə kommersiya bankları dururdu. Bundan sonra Aqrar-Sənaye Bankı və Sənaye - investisiya Bankı Miili bankın tərkibindən çıxarılaraq, Birləşmiş Universal Səhmdar kommersiya bankına çevrildi. Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Miili Məclisinin müvafiq qərarına əsasən respublika səhmdar kommersiya bankları kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının aqrar-sənaye bankının, sənaye investisiya bankının, Əmanət bankının və Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Maliyyə Nazirliyinin timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu. Azərbaycanda mərkəzi banka dair qanunla Miili Bank dünyanın müstəqil bankları kimi fəaliyyətə başladi. Bu qanunlar qəbul edildikdən sonra Milli Bankin ilk sədri təyin ediidi. Bank sisteminin müstəqilliyi ilə yaranan imkana uyğun olaraq respublikamizin Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı (1992) və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə başlandı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqtisadiyyatı təmayüllü bank sisteminin yaradılmağa başlandığı  dövrdə gərgin siyasi şərait və iqtisadiyyatda ağır pozulmalar gedirdi. Bunlar bank sisteminin fəaliyyətini çətin bir vəziyyətə salmışdı. Bunun nəticəsində respublikada bank sistemində təşkilati və idarəetmə prinsipləri pozulmuş və bütövlükdə bank xidməti sosial-iqtisadi inkişafin tələblərinə cavab verməmişdi. Bankların fəaliyyəti dövlətin irəli sürdüyü iqtisadi siyasətin həyata keçirilməsinə deyil, bilavasitə digər məqsədələrə istiqamətləndirilmişdi. Bununla yanaşı bankların müstəqil siyasət yeritmək səlahiyyətləri təmin edilmiş və onlar dövlət mənafeyindən irəli gələn məqsədələrə vaxtında xidmət etməmişlər.
Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki. Dünya ölkələrində məlum olan çoxsaylı bank əməliyyatlarından respublikada yalniz bir neçəsi icra olunur.
Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar və pərakəndə idarəetmə vəziyyəti mövcud olmuşdur, belə ki, Əmanət bankları əhalidən qəbul  edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. Bu səbəbdən bir neçə illər ərzində əhalinin Əmanət banklarına etibar etdiklərı əmanətlər qiymətdən düşmüş və yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini itirmişdirsə, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır.
Respublikada müasir bank sistemində baş verən əsasli dəyişikliklərı aşağıdakı kimi qruplaşdırmaq olar:
-bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi nisbətən güclənməsidir;
-əhalidə və müxtəlif strukturlarda mövcud olan sərbəst pul vəsaitlərinin banklar tərəfindən səfərbər edilməsində dönüş baş vermiş və ciddi təminat yaranmışdır;
-pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları artmışdır;
-respublikada xarici ölkə bankları ilə rəqabət əparmaq gücünə malik müştərək (birgə) bankların yaradilmasına üstünlük verilmişdir;
-Milli Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul bu-raxmaq hüququ verilmişdir.
-Bankların yeni fəaliyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla əməliyyatlar aparmaq, lizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları genişlənmişdir. Yəni banklar öz fəaliyyətində bank resurslarının tərkibinə pul vəsaitləri, əmtəə-maddi qiymətlilərilə yanaşı qiymətli kağizları (səhmlər, istiqrazlar, xəzinə öhdəlikləri, əmanət sertifikatları və s.) daxil edir;
-respublikada qiymətli kağizlar bazarınən (fond birjasının) təşkil olun-masında bütün növ bankların rolu artırılmış və bu istiqamətdə alman modelinə üstünlük verilmişdir və s.
10 iyun 1996-cı üdə Milli Məclis tərəfindən qəbul olunmuş «Milli Bank haqqında» Azərbaycan Respublikası qanununda pul-kredit siyasətini həyata keçirmək məqsədilə məcburi bank ehtiyatlarının normaları müəyyənləşirilmiş və onun əmələ gəlmə mənbələri göstərilmişdir. Həmin qanunda məc­buri ehtiyatların yaradılması, normaların müəyyən olunması, kreditor təşkilatlarla əmanətçilər arasında öhdəliklərin tənzimlənməsi və məcburi ehtiyatların saxlanılması qaydaları və s. öz əksini tapmışdir.
Bazar iqtisadiyyatına keçid dövründə bütün növ bank resurslarının əmələ gəlmə mənbəyində, strukturunda və istifadə olunma mexanizmində əsaslı dəyişiklik baş vermişdir. Məsələn, fəaliyyətdə olan komersiya bankların xüsusi resurslarının mənbəyini qiymətli kağizlar bazarındakı səhmlər fond üçün nəzərdə tutulmuş səhmdar və ehtiyat kapitalı təşkil edir.
Müasir tipli bank növləri yeni iqtisadi və bazar strukturlarının fəaliyyətinə infrastruktur xidmətini daha da fəallaşdırmaq məqsədilə, xüsusilə də operativ bank əməliyyatları sisteminə keçməlidir. Belə ki, banklar qiymətli kağızlarla, lizinq faktorinq və s. xidmətlərlə əməliyyatlar aparmaq yolu ilə bazar subyektlərinin maliyyə tələblərini və problemlərini ödəməlidirlər. Yəni respublikada fəaliyyətdə olan banklar fond birjasi (qiymətli kağizlar bazarı) vasitəsilə bazar subyktlərinə maliyyə xidməti göstərən infrastruktur obyektinə çevrilməlidir.
Konkret olaraq, hər bir bank bazar subyektlərini, təsərrüfat subyekllərini və digər maliyyə ehtiyatı olan müştəriləri özlərinə cəlb elməyi bacarmalı və ona stimul yaratmalıdır. Bankların müasir fəaliyyətində elə bir şərait yaradılmalıdır ki, onlər həm öz vəsaitlərindən müxtəlif istiqamətlərdə səmərəli istifadə etməkdə maraqlı olsunlar, həm də banklara bütün mənbələr hesabına pul vəsaitlərinin və qiymətli kağizların cəlb olunmasında bütün bazar və təsərrüfat subyektləri daha çox səy göstərsinlər. Əlbəttə, bankların yeni rolu məhz bununla müəyyən olunur, lakin bunlarla yanaşı banklar cəlb olunan bütün pul vəsaitlərinin saxlanılmasına və istənilən vaxt sahibinə geri qaytarılmasına möhkəm təminat verməlidir.
Azərbaycan Respublikasında bank sisteminin yaradılması və formalaşmasında kommersiya banklarının roluna ayrıca nəzər salmaq daha məqsədəuyğundur. Bu məqsədlə son 10 ildə səhmdar kommersiya və kommersiya banklarının inkişafina nəzər yetirməyi məqsədəuyğun hesab edirik.
1992-ci ilə qədər Azərbaycanda 30-a qədər kooperativ, kommersiya bankları fəaliyyət göstərirdisə, 1992-1995-ci illərdə səhmdar kommersiya və kommersiya banklarının yaranması prosesi geniş vüsət almiş, bu illərdə Azərbaycanda 240-a yaxın kommersiya, səhmdar kommersiya bankları yaranmışdır. Bu llər ərzində kommersiya banklarının sayının artması bir neçə səbəblə izah oluna bilər. Bunlara nizamnamə fonduna heç bir minimum həddin qoyulmaması üzündən onun məbləbinin aşağı olması, inflyasiyanın yüksək olmasi səbəbindən kredit faizlərinin yüksək olması və s. aid etmək olar. 1994-cü ilin payızından etibarən Milli Bankin sərt monetar siyasətə keçməsi, kommersiya banklarının verdikləri yüksək faizli təminatsiz kreditlərin geri qaytarılması kommersiya banklarının fəaliyyətində problemlər yaratmağa başladı. Bank fəaliyyətini tənzimləyən qanunvericilikdəki boşluqlar mövcud vəziyyəti daha da ağırlaşdırırdı. Bundan başqa bank adı altında fəaliyyət göstərən, lakin Milli Bankdan müvafiq lisenziya almadan xeyriyyə cəmiyyətlərinin və bütün digər qurumların əhalidən yüksək fazlərlə əmanət cəlb edib mənimsəməsi, Dövlət Əmanət Bankındakı vəsatlərin inflyasiya nəticəsində dəyərsizləşməsi və sonradan indeksləşdirilib qaytarılması məsələsinin həll edilməməsi, yerli bank sisteminə olan inamın xeylı itirilməsinə səbəb olmuşdur.
Bank sisteminin yeni formalaşması ilə əlaqədar yüksək səviyyəli kadr çatişmamazlığı, qeyri-professonalların kommersiya banklarının rəhbərliyində təmsil olunması da prosesə öz mənfi təsirini göstərdi. 1995-ci ildən etibarən Milli Bank kommersiya banklarının nizamnamə fonduna tələblərini artırmağa başladı. Bu illərdə bank sistemində bütün banklar, o cümlədən "Kapital" və Beynəlxalq Banklar da müxbir hesabına keçmişdir. Milli Bank tərəfndən nizamnamə fonduna qarşı tələblərin artırılması kommersiya bankları üçün bir sira problemlər yaratmışdır. Nizamnamə fondu həddini yerinə yetirməyən kommersiya banklarının, hətta normal fəaliyyət göstərməsinə baxmayaraq, lisenziyası geri alınmışdır.
Kommersiya banklarının nizamnamə kapitalının artırılmasında məqsəd respublikada fəalyyətdə olan bankların saynı azaltmaq, onların kapitallarrının birləşməsinə nail olmaq idi. Lakn bank işi spesifik sahə olduğu üçün bu bankların birləşməsi mümkün olmadı. Bankların birləşməsi uzun və çətin bir prosesdir.
Biz bilirik ki, kommersiya banklanın nizamnamə fondunun formalaşmasının əsas mənbələri aşağıdakılardır:
·           Əhalinin sərbəst put vəsaitləri;
·           Müəssisə və təşkilatların sərbəst pul vəsaitləri.
Əhalinin ağır sosial-iqtisadi durumu, müəssisə və təşkilatların çətin maliyyə vəziyyətləri bankları bu mənbələrdən məhrum edir. Xarici mənbələrə isə Milli Bank tərəfindən müəyyən məhdudiyyətlər qoyulub. Bütün bunlar yerli kommersya banklarının müflisləşməsinə gətirib çıxarır. Yaxşi olar ki, Milli Bank sisteminin tam formalaşdıqdan, yerli banklar xarici banklann rəqabətinə dözə biləcək dərəcədə inkişaf etdikdən sonra xarici banklar ölkənin bank bazarına buraxılardı.
Qərbi Avropanın inkşaf etmiş ölkələrinin banklarının pul vəsaitləri ilə əlaqədar problemləri yoxdur. Həmin dövlətlərin iqtisadiyyati kifayət qədər inkişaf etmiş əhalisinin sosial-iqtisadi durumu yüksəkdir. Hazırda respublikamızın iqtisadiyyatında pul "aclığı" var. Bu həm dövriyyədə pul kütləsinin azlığı, həm də iqtisadiyyatdakı böhran və geriliklə bağlıdır. Kommersiya banklarının vəsaiti çatışmamazlığı onları məcbur edir ki, əhalidən yüksək faizlərlə əmanət cəlb etsin. Çünki ümumən maliyyə bazarında krcdit rcsurslanna böyük ehtiyac vardir. Bu gün kommersiya banklarının cəlb olunmuş vəsaitləri içərisində əmanətlər, depozitlər 10-15% təşkil edir. Belə vəziyyətdə əmanət və depozitlər üzrə öhdəlikləri vaxtlı-vaxtında.yerinə yetirmək bu banklar üçün bir ciddi problem yaratmır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 7. AZƏRBAYCANIN TORPAQ MÜLKİYYƏTİ VƏ ONUN REALLAŞDIRLMASININ İQTİSADİ FORMALARI. AQRAR SAHƏ BAZAR IQTISADI SISTEMINDƏ.
Plan:
7.1.Azərbaycanın torpaq fondu.Torpağın istifadəsinə görə quruluşu
7.2.Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarına keçilməsinin zəruriliyi
7.3.Torpaq üzərində mülkiyyət: Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarının yaranması
Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, bataqlıqlar, dağlıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir.
Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur.
Kənd təsərrüfatında istifadə edilməyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir.
Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür.
Azərbaycanın vahid torpaq fondu məqsəd təyinatına görə 7 kateqoriyaya bölünür:
1. Kənd təsərrüfatı təyintlı torpaqlar.
2. Yaşayış məntəqələrinin (şəhər, şəhər tipli qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqları.
3. Sənaye, nəqliyyat, rabıtə, müdafıə və qeyri-kənd təsərrüfatı təyinatlı başqa torpaqlar
4. Təbiəti mühafızə, sağlamlaşdırma, rekredasiya və tarix-mədəniyyət təyinatlı torpaqlar.
5. Meşə fondu torpaqları.
6. Su fondu torpaqları.
7. Ehtiyat fondu torpaqları.
7.2.Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarına keçilməsinin zəruriliyi.   Aqrar bölmə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılasmasında yüngül, yeyinti, toxuculuq və digər sənaye sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsində və ölkəmizin iqtisadiyyatının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də son dövrlər respublikanın aqrar bölməsində kompleks tədbirlərin həyata keçirilməsi və aqrar islahatların dərinləşməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bunlar bu sahədə sosial iqtisadi göstəricilərin yüksəldilməsinə səbəb olmuşdur. Aqrar islahatların dərinləşməsi, mülkiyyət münasibətlərinin inkişaf etməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün real istehsal-iqtisadi şəraitin yaradılmasını təmin etmişdir. Bunların nəticəsidir ki, respublikamızın aqrar bölməsində islahatlar uğurla başa çatdırılmış, ictimai mülkiyyətə əsaslanan təsərrüfatlar ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmiş, xüsusi mülkiyyətə əsaslanan təsərrüfat formaları yaradılmışdı.
  Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişafının əsas istiqamətlərini müəyyən etməkdir. Kəndli-fermer təsərrüfatları xüsusi təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti “Kəndli-fermer təsərrüfatları haqqında ” Azərbaycan Respublikasının  Qanununa müvafiq olaraq, fərdi şəxsin, ailənin, qarşılıqlı razılıq əsasında yaradılmış bir qrup əmək qabliyyətli şəxslərin əməyinə istinad edir. Kəndli-fermer təsərrüfatları ölkəmizdə mövcud olan kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin əsasında yaradılmaqla, digər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir və istehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndirilməsi, emalı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir.
  Onu da qeyd etmək lazımdır ki, hələ əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatı əsas etibarilə xırda kəndli təsərrüfatlarından ibarət idi. Tarixi materialların araşdırmalarından aydın olur ki, 1917-ci ilin astanasında Azərbaycanda 325.6 min kəndli təsərrüfatı mövcud olmuşdur. Bunların 54.4%-i bir hektara qədər torpağı olan kəndli təsərrüfatları, 34%-i 1-4 hektar torpaq sahəsi olan ortabab təsərrüfatlar, 8.6%-i 4 hektardan çox torpaq sahəsi olan varlı təsərrüfatlar idi. 1923-cü ilin məlumatlarına görə Azərbaycan torpaqlarının 80%-i kənlilərin əlində idi. Buna baxmayaraq, Sovetləin hakimiyyəti dövrünün ilk illərindən başlayaraq kəndli təsərrüfatları daim tənqid edilmiş, ictimai təsərrüfat formaları isə tədricən geniş təşkil olunmağa başlanmışdır. Kəndli təsərrüfatlarının üstünlüklərinin sübüta yetirməyə çalışan bir sıra alimlər tənqid edilmiş, hətta ciddi cəzalandırılmışdı.
  Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer təsərrüfatlarının çoxukladlı kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq forması kimi təşəkkül tapması və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını tələb edir. Respublikamızda hazırki şəraitdə kəndli-fermer təsərrüfatlarının inkişafına yardım etmək imkanları olduqca məhdudur. Təsərrüfatların inkişafı fermerlərin maddi imkanından asılıdır. Gübrə, toxum, yanacaq, traktora ehtiyat hissələrini almaq üçün təsərrüfatlar çətinlik çəkir.
  Respublikada müxtəlif bitkilər üzrə kəndli-fermer təsərrüfatlarına ayrılan torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları üçün kadr hazırlığı sahəsində tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastukturun yeni əsaslarla formalaşmasını və səmərəli işləməsini təmin edən amillərdən asılıdır.
  Bazar iqtisadiyyatında təbii-iqlim şəraiti, ixisaslaşma dərəcəsi və digər xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri digərini tamamlamalı, sağlam rəqabət şəraitində hər biri özünəməxsus yerini tutmalıdır. Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar münasibətlərinə keçid şəraitində kənd təsərrüfatında müsbət meyllər əmələ gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1.    Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq tələb-təkilflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir.
2.    Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, sərbəst fəaliyyətə, yaradıcılığa və sahibkarlığa meyl güclənmişdir.
3.    İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsinə meyl artmış, respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə, adət-ənənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdı.
4.    Resublikada rəqabət mühitinin yaradılması, dünya standartlarının tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün üçün meyllər artır.
5.    Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edilməsi özünüidarə ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir.
Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı aqrar islahatın aparılmasından, onun əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən, islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. “Aqrar isahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda yazılıb ki, islahatın məqsədi aqrar bölməni böhrandan çıxartmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Söhbət respublikanın aqrar bölməsini yaranmış iqtisadi böhrandan çıxarmaq üçün bu barədə nəzəri və metodoloji məsələlərin qoyuluşundan və onun elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən gedir. Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar islahatın məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının “Sovxoz və koxozların islahatı haqqında” qanunu ilə “Aqrar islahatın əsasları haqqında” qanunda islahatın məqsədinin yazılış məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, islahatın məqsədi bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdir.
Aqrar bölmənin və bütövlükdə iqtisadiyyatın bazar münasibətlərinə keçildiyi şəraitdə əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:
1.    Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdırmaq.
2.    Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının kompleksliyini təmin etmək.
3.    Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq.
Sovxoz və kolxozlar yenidən təşkil edildikdə və ya onlarda islahat aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır.
1.    Sovxoz və kolxozlarada islahat aparılarkən Azərbaycan Respublikasının aqrar islahatına dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, tövsiyə və təlimatlarla bərabər islahat aparılan təsərrüfatların ümumi yığıncağının qərarı da nəzərə alınır və ümumi yığıncaqlarda baxılır;
2.    İslahatın aparılmasında könüllülük prinsipi bankrot elan olunmuş sovxoz və kolxozlara şamil edilir;
3.    İslahat prosesində əgər iqtisadi cəhətdən məqsədəuyğundusa, hər bir sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla bilər;
4.     İslahat prosesində təsərrüfatın rəhbərliyi və maddi-məsul şəxsləri islahat başa çatanadək onun maddi-texniki əmlakının saxlanılmasına və qorunmasına qanunvericilik daxilində cavabdehlik daşıyır;
5.    Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razılığı ilə bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı bərabər hüquqla məqsədə uyğun şəkildə istifadə edə bilsin;
6.    İslahat prosesində əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək, əsas və kənd təsərrüfatı məhsulları üzrə tapşırıqlara əməl etmək və s. məqsədlər üçün ixtisaslaşdırılmış hüquqi səlahiyyətə malik olan nəzarət qrupları yaradıla bilər.
Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi formaları da yaradılmalıdır. Bu obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan bazar infrastrukturu formalaşdırmaq və bu şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri mümkündür.
Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd təsərrüfatının bazar münasibətləri şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə başqa təsərrüfat növləri kimi,elmi cəhətdən əsaslandırılmış kəndli-fermer təsərrüfatlarının yaradılması da obyektiv zərurət olmaqla yanaşı, qanunauyğun bir prosesdir. Eyni zamanda kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın illərdə ödənilməsində ən güclü ehtiyat mənbəyi hesab edilir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişaf parametrlərinin elmi əsaslarla hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir.
Kəndli-fermer təsərrüfatlarına məxsus olan özəlləşdirilmiş kənd təsərrüfatına yararlı torpaqlarda, əsasən, kənd təsərrüfatının üstün sahələrinin xüsusi çəkisi böyük olacaqdır. Belə ki, kəndli-fermer təsərrüfatlarındakı kənd təsərrüfatına yararlı torpaqların tərkibində üstün sahələrin xüsusi çəkisi gələcəkdə 67.9%-ə çatacaqdır. Üstün sahələrdən xüsusilə taxılçılıq, pambıqçılıq, yemçilik, üzümçülük və meyvəçilik sürətlə inkişaf edəcəkdir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üçün 3588 milyard manat vəsait tələb olunur. Əsas fondların mövcud dəyəri də nəzərə alınmaqla, göstərilən bu vəsait hesabına kəndli-fermer təsərrüfatlarında əsas fondların dəyərini 10140 milyard manata çatdırmaq mümkün olacaqdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və onun səmərəliliyinin yüksəldilməsinə imkan verəcəkdir. Nəticədə isə kəndli-fermer təsərrüfatlarında ümumi məhsulun dəyəri 2746 milyard manat təşkil edəcəkdir.
Kəndli-fermer təsərrüfatları yaradılarkən və onların inkişaf parametrləri müəyyən edilərkən həmin təsərrüfatların çoxsahəli istehsala yönəldilməsi daha perspektivli ola bilər. Çünki, respublikanın torpaq-iqlim və istehsal şəraiti, maddi ehtiyatlar nəzərə alınmaqla torpaq sahələrinin həcminin düzgün müəyyən edilməsi kəndli-fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin edir. Ona görə də bu amillər nəzərə alınaraq, ailənin daxili imkanlar hesabına tələbatını ödəməsi və artıq məhsul istehsal etməsi üçün kəndli-fermer təsərrüfatlarının elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin və əlveşli həcmdə torpaq sahələrinin müəyyən edilməsi zəruridir.
Aqrar islahatların başlanması aqrar-sənaye kompeksi sistemində iqtisadi mexanizmin əsas ünsürlərindən olan qiymət sisteminin də təkmilləşdirilməsini tələb edir. Belə ki, artıq mərkəzləşdirilmiş, planlı təsərrüfat sistemi şəraitində tətbiq edilən qiymətlər bazar münasibətləri şəraitinə uyğun gəlmirdi. Aqrar sənaye kompleksi sisteminin bazar münasibətlərinə keçirilməsinə, mərkəzləşdirilmiş qaydada kənd təsərrüfatı məhsullarının tədarükü üzrə sifarişlərin ləğv edilməsinə və qiymətlərin dövlət səviyyəsində liberallaşdırılmasının elan edilməsinə baxmayaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərini yenə də yuxarı orqanlar müəyyənləşdirmişdir ki, elə bu səbəbdən də həmin sahələrdə rentabellik aşağı düşmüş, gəlir azalmış, əksər məhsul istehsalçıları istehsalın son nəticəsindən zərər çəkmişlər. 1995-ci il də daxil olmaqla, respublikada ilk dəfə olaraq tərəvəzçilik, meyvəçilik, kartofçuluq və süfrə üzümçülüyü sahəsində tədarük üzrə sifariş dayandırıldı, azad satış qaydası tətbiq edildi. Daha sonra bir sıra məhsul növləri üzrə o cümlədən taxıl, mal-qara və quş əti, qoyun əti və s. üzrə sifarişlərin həcmi azaldılmış və nəhayət, 1997-ci ildə bütün növ məhsullar üzrə qiymətlər sərbəstləşdirilmişdi.
Aqrar bölmədə gedən islahatlar nəticəsində kənd təsərrüfatının idarə edilməsi strukturunda da ciddi dəyişikliklər baş vermiş, mövcud olan mərkəzi və və rayon kənd təsərrüfatı oqanlarının, kolxoz və sovxozların aparat işçiləri 42 min nəfər ixtisar edilərək sahibkarlığın sərbəst fəaliyyətinə şərait yaradılmışdır. İslahatlar istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verir, yeni sahələr yaranır, məzmunca fərqli münasibətlər formalaşır. Yeni yaranan sahibkarlar nəsli əvvəlki kolxozçu və sovxozçu fəhləsindən daha fəal, yaradıcı, qənaətcil olmaqla bazar iqtisadiyyatının sərbəst istehsalçısıdır.
Artıq 2002-ci ildə ölkədə istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının 99.5% -i özəl bölmənin payına düşür ki, bu da islahatların aparıldığı qısa zaman kəsiyi üçün çox böyük göstəricidir. Hazırda ölkə əhalisinin təqribən 49%-i kənd yerlərində yaşayır. Statistik məlumatlara görə 1999-cu ildə kənd əhalisinin sayı 1.54% artmışdır. Əhalinin iqtisadiyyatın sahələri üzrə məşğulluq səviyyəsinin göstəriciləri də kənd təsərrüfatında artmağa meyllidir. 2000-ci ilin məlumatlarına görə təkcə kənd və meşə təsərrüfatlarında 1139.6 min nəfər çalışmışdır ki, bu da ölkə iqtisadiyyatında işləyənlərin 30.8%-ni təşkil etmişdir. Müqayisə üçün göstərmək olar ki, işləyənlərin tərkibində sənaye 16.8%, ticarət və ictimai iaşə 19%, nəqliyyat və rabitə 4.5% paya malikdir. Araşdırma göstərir ki, islahatlar başlananda əhalinin mühüm ərzaq məhsullarına olan tələbatı daxili istehsal hesabına taxıl üzrə cəmi 51%, kartof üzrə 33%, meyvə üzrə 56%, tərəvəz üzrə 62%, bostan bitkiləri üzrə 40%, ət və ət məhsulları üzrə 33.9% ödənildi. Faktlar göstərir ki, son illərdə kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər həm kəmiyyət, həm də keyfiyyətcə fərqlənir.
Bazar münasibətləri şəraitində kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinə bir sıra amillər kompleks şəkildə təsir göstərir. Bunlara: təbii, texnoloji, iqtisadi, təşkilati-idarəetmə, siyasi-hərbi və sosial amillər daxil edilir. Bütün bu qeyd edilən amillərin iqtisadi fəaliyyət prosesində nəzərə alınması kənd təsərrüfatının, bütövlükdə aqrar-sənaye kompeksinin ictimai-istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsal həcminin artmasına, kənd təsərrüfatının böhrandan çıxarılmasına, onun dinamik inkişafına, nəticə etibarı ilə əhalinin və ölkənin bütövlükdə kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə imkan verə bilər.
Ölkəmizdə aqrar islahatın həyata keçirilməsinin hüquqi təminatı Azərbaycan Respublikası Konstitutusiyası, aqrar sahədə islahatların həyata keçirilməsinə dair qəbul edilmiş qanunlar, onların icrasının təmin edilməsinə dair fərmanlar, dövlətin aqrar bölmənin inkişafına dair qəbul etdiyi qərarlar təşkil edir. Bu qanun, fərman və qərarlardan irəli gələn nəzəri və təcrübi əhəmiyyətli göstəriş və qərarlar xüsusi təsərrüfatların yaradılması, sahibkarlığın formalaşması və inkişafının metodoloji əsaslarını müəyyənləşdirir. Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadiyyatı qanununa uyğun gələn xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, respubliamızda aqrar isahatları aparmaq məqsədilə Dövlət Aqrar İslahat komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmiş, islahatların aparılmasına dair yaradılmış komissiyalar qarşısında çox mühüm vəzifələr qoyur.
7.3.Torpaq üzərində mülkiyyət: Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarının yaranması.            Kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obyekti rolunu da yerinə yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif formalarına təsadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formalarına – xüsusi, dövlət, qrup və bələdiyyə mülkiyyətini aid etmək olar.
  Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar münasibətlərin də dəyişməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahibkarlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin olması xarakterik idi. Bəzi ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən islahatlar həyata keçirmək yolu ilə dağılır. Bəzi ölkələrdə isə baş verən burjua inqilabları nəticəsində iri torpaq sahibkarlığı ləğv edilmiş və torpaq üzərində fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bəzi ölkələrdə torpağın müəyyən hissəsi dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə və fermerlərin mülkiyyətinə çevrilmişdi. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bərqərar edilmiş və o, istifadə edənlərin sərancamına verilmişdi.
  Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:
a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, su fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir.
b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələrinin yerləşdiyi və onların ətrafında olan torpaqlar aiddir.
c) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.
Torpaq üzərində mülkiyyət müxtləlifliyi ilə yanaşı torpaqdan istifadə edən təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən geniş yayılmışı fermer təsərrüfatı formasıdır. Fermer təsərrüfatı dedikdə, bazar iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal edən xüsusi kənd təsərrüfatı müəssisələri nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu təsərrüfatlarda əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin vasitəsilə həyata keçirilir.
Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat formalarından biri də kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar dövlət mülkiyyətində olan və istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq edirlər. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin birgə işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir. Bir çox şəxsin birgə işləməsi isə fermer təsərrüfatlarına nisbətən bir çox üstünlüklərə malikdir. Bir çox şəxsin eyni zamanda birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi qüvvələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olur. Kollektiv təsərrüfatlarda kollektiv üzvülərinin birgə fəaliyyəti yoldaşlıq, bir-birinə kömək etmək vərdişləri də aşılıyır. Bütün bunlar isə kollektiv üzvülərinin şəxsiyyət kimi formalaşmasına imkan yaradır.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də və digər sosialist ölkələrində mövcud olmuş sovxozları və kolxozları, müxtəlif ölkələrdə olan elmi-təcrübə stansiyalarını misal göstərmək olar. Bunlar dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycan Respublikasının kənd təsərrüfatında quruluş dəyişiklikləri ilə yanaşı təşkilati dəyişiklərin də həyata keçirilməsini, yəni təsərrüfat formalarının da dəyişdirilməsini zəruri hesab edilir. İqtisadçılar belə hesab edirlər ki, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılq formalarından fərdi təsərrüfatçılıq fomalarına keçid kənd təsərrüfatı məhsulları bolluğu yaratmağa iman verəcəkdir.
Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və ictimai həyatında başlıca əhəmiyyət kəsb edən və vacib dövlət əhəmiyyətli problemlərindən biri də aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunların həyata keçirilməsinə şərait yaradacaq müxtəlif normativ sənədlərin hazırlanması da başa çatmaq üzrədir. Özəl qurumların təşkilinin əsas tərkib hissəsi olan özəlləşdirmə prosesi çox mürəkkəb, çoxpilləli və məsuliyyət tələb edən bir tədbirdir. Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən digər ölkələrdə tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir. İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollektiv və kooperativ formalarının tətbiqidir. Torpağın dövlət mülkiyyətində olmasına və ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq, ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin formalaşmasına əlverişli şərait yarada bilər.
Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü təsərrüfatçılıq formalarının parametlərinin əsas götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Aqrar sahədə özəl qurumların parametri dedikdə, hər şeydən əvvəl torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı və istehsalın həcmi başa düşülür. Bu cür təsərrüfatlar yaradılarkən, ilk növbədə onların malik olduqları kənd təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miqdarı düzgün müəyyənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan Respublikası şəraitində torpaqların azlığı və əmək qabliliyyətlilərinin isə iş yerlərindən çox olması ilə əlaqədardır.
Özəl qurumlar təşkil edilərkən, onları xarakterizə edən göstəricilərdən biri də işçilərin sayıdır. Məsələn, ailədə əmək qabiliyyətlilərin sayından asılı olaraq kəndli fermer təsərrüfatlarının parametrləri də dəyişir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üzrə təcrübəyə malik olan xarici ölkələrin, elecə də müstəqil dövlətlər birliyinə daxil olan bir sıra respublikaların bu sahədə iş təcrübələri göstərir ki, orta hesabla hər bir kəndli-fermer təsərrüfatında əmək qabiliyyətlilərin sayı 4 nəfər olduqda yüksək, son nəticələr əldə olunur. Lakin hazırda fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarının əksəriyyətində onların hər birində əmək qabliyyətlilərin sayı 2-3 nəfərdən çox deyil. Belə vəziyyət kəndli-fermer təsərrüfatlarına yeniyetmələri və uşaqları işə cəlb etməyə məcbur edir. Odur ki, yeni kəndli-fermer təsərrüfatları yaradılarkən başqa amillər və şərtlərlə bərabər ailədə olan əmək qabiliyyətlilərin sayı da nəzərə alınmalıdır.
Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan İsveç təcrübəsi diqqəti cəlb edir. Belə ki, İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin – idarə heyəti sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığıcaqdır.
Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyənilməsi göstərir ki, müstəqil respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin gücləndirilməsi üçün əlveşli şərait mövcuddur. Bu şəraitdən düzgün istifadə edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 8. AZƏRBAYCANDA DEMOQRAFİK İNKİŞAF VƏ MƏŞĞULLUQ PROBLEMİ. ƏMƏK BAZARININ FORMALAŞMASI
     Azərbaycan xalqı tarixi inkişafın müxtəlif dövrlərində mövcud olmuş, yaşamış və öz varlığını qoruyub saxlamışdır. Xalq nə qədər öz varlığını qoruyub saxlayırsa öz ölkəsini də qoruyub saxlayır. Hər bir ölkənin keçmişi, bu günü və gələcəyi burada yaşayan əhalinin fəaliyyəti ilə bağlıdır. Əhali və iqtisadiyyat vahid ictimai orqanizmin ünsürləridir. Lazımi sayda və tərkibdə əhalinin mövcud olması cəmiyyətin inkişafının hər bir dövründə ölkənin iqtisadi tərəqqisini, ictimai istehsal prosesinin normal gedişini təmin etmək üçün başlıca şərtdir. Buna görə sosial-iqtisadi həyatın mürəkkəb orqanizmində əhali fəal və başlıca rol oynayır. Əhali özlüyündə mücərrəd anlayış olsa da, onda baş verən dəyişikliklər demoqrafik proseslərdə əks olunur. Demoqrafik proseslər demək olar ki, cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı əlaqədədir. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirində təzahür edir. Buna görə bütün ölkələrdə həmişə demoqrafik proseslər dövlətin, siyasətçilərin, müxtəlif tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Demoqrafik prosesləri və hadisələri öyrənən xüsusi elm-Demoqrafiya elmi yaranmışdır. Demoqrafiya məhz əhali haqqında biliklər sistemidir.
Demoqrafik proseslərə və hadisələrə əhalinin sayında,tərkibində və
yerləşməsində baş verən dəyişikliklər,başqa sözlə onun təbii təkrar istehsalı prosesləri və mexaniki hərəkəti daxildir.
100 ilə yaxın bir dövrdə Azərbaycanın əhalisi dörd dəfədən çox artmışdır.Bu artım həm şəhər əhalisinin,həm də kənd əhalisinin artımı hesabına olmuşdur.
Əhalinin məskunlaşmasının araşdırılması göstərir ki, şəhər və kənd əhalisinin sayında kəskin fərq yoxdur.Belə ki, 1996-cı ildə respublika əhalisinin 52.7 %-i şəhər yerlərində, 47.3 %-i isə kənd yerlərində məskunlaşmışdır.Şəhər əhalisinin ümumi əhalinin tərkibində xüsusi çəkisinin artması kənd əhalisinin axını və bir sıra yaşayış məntəqələrinin şəhərlərə çevrilməsinin nəticəsidir. Əhalinin müəyyən ərazidə məskunlaşması, bu və ya digər əraziyə axını iqtisadi, sosial, mədəni, məişət, demoqrafik və s. amillərlə əlaqədardır.Əhalinin ayrı-ayrı şəhərlərdə həddən çox cəmləşməsi müsbət hal hesab edilə bilməz.Ona görə əhalinin öz daimi yaşayış yerlərində işləməsi üçün lazımi şərait yaradılması üzrə tədbirlər görülməsi zəruridir.
  Demoqrafik proseslərdə həm demoqrafiya, həm də iqtisadi əhəmiyyət baxımından əhalinin cins tərkibi həmişə diqqəti cəlb edir. Hazırda respublika əhalisinin 49.3 %-ini kişilər 50.7 %-ini isə qadınlar təşkil edir. Statistik rəqəmlərin təhlili göstərir ki,aşağı yaşlarda kişilərin xüsusi çəkisi yüksək olur və getdikcə bu nisbətlik qadınların xeyrinə dəyişir.Bunun səbəbi yaşlar üzrə kişilər arasında ölüm hallarının çox olması və onların qadınlara nisbətən respublikadan kənara daha çox getmələri ilə əlaqədardır.
Demoqrafik proseslərdə əhalinin yaş quruluşu da mühüm əhəmiyyət kəsb edir.Yaş quruluşu ölkənin əmək potensialını, iş qüvvəsi ilə təmin olunma imkanlarını ifadə edir.
Respublika əhalisinin əksəriyyətini əmək qabiliyyətli yaşda adamlar təşkil edir ki, onların əmək fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif istiqamətli tədbirlər görülməsini zəruri edir.
Əhalinin artımı, yaş və cins tərkibində baş verən dəyişiklik ilk növbədə onun təbii artımı ilə bağlıdır.Əhalinin təbii artımı doğulanlarla ölənlərin arasındakı fərqi ifadə edir.Doğum, ölüm, və təbii artım əhalinin təbii hərəkətini səciyyələndirir. Doğum səviyyəsi xeyli dərəcədə nigah və boşanma ilə əlaqədardır.
Hazırda ölkəmizdə əhalinin doğum səviyyəsinin sürətlə aşağı düşməsi və bununla əlaqədar olaraq, ailədəki uşaqların sayının əhəmiyyətli dərəcədə azalması qanunauyğun hal kimi deyil, SSRİ-nin dağılması və keçid dövrünün təzadları ilə bağlı olan keçici xarakter daşıyan hal kimi qiymətləndirilməlidir.İndi dövlət səviyyəsində elə demoqrafik siyasət tədbirləri işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, doğum səviyyəsi və ailədə uşaqların sayı əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsini təmin edə bilsin. Əhalinin sadə təkrar istehsalı prosesinin həyata keçirilməsi üçün yeni yaradılan hər bir ailədə ən azı iki, geniş təkrar istehsal prosesinin təmin edilməsi üçün isə üç və daha çox uşaq doğulub tərbiyə edilməlidir. Bunun üçün ölkəmizdə hər cür imkan və şərait vardır.
Respublika əhalisinin artıb-azalmasına təsir edən ən mühüm amillərdən biri də insanların sağlamlığı və onların ölüm səviyyəsindən ibarətdir.
Demoqrafik proseslərdə miqrasiya mühüm əhəmiyyət kəsb edir. Miqrasiya adamların daimi yaşayış yerinə qayıtması ilə əlaqədar müəyyən ərazinin sərhədindən kənarda yerdəyişməsidir.Hər ərazidə yerdəyişmə iki istiqamətdə ola bilər.Emiqrasiya, yəni ərazidən getmək və immiqrasiya, yəni əraziyə gəlmək.Əraziyə gələnlərlə ərazidən gedənlər arasında fərq xalis miqrasiyanı təşkil edir.Miqrasiya daxili və xarici miqrasiyaya ayrılır.Xarici miqrasiya dövət sərhəddini keçməklə əlaqədardır.Yəni bir ölkədən başqa ölkəyə yerdəyişmək xarici miqrasiya hesab olunur.Daxili miqrasiya bir ölkənin sərhədləri daxilində bölgələr, rayonlar, yaşayış məntəqələri arasında yerdəyişməkdən ibarətdir. Miqrasiya daimi, mövsümi, mötədil (hər gün başqa yaşayış məntəqəsinə işə gedib-gəlmək) ola bilər.. Əhalinin mexaniki hərəkəti (miqrasiyası) ayrı-ayrı ərazilərdə əhalinin sayının, tərkibinin dəyişməsinə əhəmiyyətli təsir göstərir.Əhalinin miqrasiyası səbəblərinin öyrənilməsi göstərir ki, təbii sərvətlərin mənimsənilməsi, şəhərlərin artması, ayrı-ayrı ərazilərin iqtisadiyyatının inkişafı, sağlamlıq, ailə vəziyyətinə görə yaşayış yerinin dəyişdirilməsi, təhsilin davam etdirilməsi, yüksək əmək haqqı əldə etmək, həyat şəraitini yaxşılaşdırmaq və s. səbəblər əhalinin mexaniki hərəkətini doğurur. Miqrasiya əhalinin və əmək ehtiyatlarının yenidən bölüşdürülməsində mühüm rol oynayır.Qeyd etmək lazımdır ki, Ermənistan respublikasının Azərbaycana qarşı apardığı müharibə də əhalinin mexaniki hərəkətinə böyük təsir etmişdir.Ermənistan respublikasında yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarını məcburi tərk edib Azərbaycana gəlmişdir.Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından azərbaycan əhalisi digər rayonlarına və şəhərlərinə qaçqın düşmüşdür.Hazırda respublikamızda bir milyona yaxın qaçqın var ki, bu da onların yerləşdiyi ərazidə əhalinin sayında və tərkibində mühüm dəyişikliklər törədir və bir sıra sosial-iqtisadi problemlər doğurur.Buna görə qaçqınların öz doğma torpaqlarının qaytarılması, əhalinin öz yaşayış yerində qalıb işləməsi üçün tədbirlər görülməsi vacibdir.Bu, əhalinin mexaniki hərəkətinin mənfi nəticələrini aradan qaldırmağa imkan verər.Lakin miqrasiyanı tam aradan qaldırmaq çətindir.Respublikamızda bazar iqtisadiyyatının təşəkkülü və onun dünya iqtisadiyyatına inteqrasiyası və respublikamızda iş qüvvəsi “artıqlığı” xarici miqrasiyaya səbəb olacaqdır.Bu miqrasiya lazımi istiqamətdə tənzimlənərsə bu böyük iqtisadi və sosial fayda gətirə bilər.
Məlum olduğu kimi sosial iqtisadi və demoqrafik proseslərin qarşılıqlı əlaqəsi və asılılığı onlar arasında müəyyən nisbətliyin qərarlaşmasına gətirib çıxarır.Lakin bu nisbətliyin kortəbii qaydada formalaşması cəmiyyətin mənafeyinə həmişə uyğun gəlmir.Sosial iqtosadi və demoqrafik proseslər arasında arzuolunan, optimal nisbətliyin qərarlaşmasında demoqrafiya siyasəti mühüm rol oynayır.Demoqrafiya siyasəti demoqrafik proseslərə cəmiyyətin mənafeyinə müvafiq istiqamət vermək üçün işlənib hazırlanan və həyata keçirilən sosial iqtisadi, hüquqi və digər tədbirlər kompleksidir.Onu da qeyd etmək lazımdır ki, əhalinin optimal təkrar istehsalının formalaşması üçün dövlət tərəfindən xüsusi tədbirlərin həyata keçirilməməsi də necə deyərlər demoqrafiya siyasətini ifadə edir.Belə ki, əgər dövlət bu sahədə xüsusi tədbirlər həyata keçirmirsə, bu o deməkdir ki, ölkədə mövcud olan demoqrafik vəziyyət cəmiyyətin vəziyyətinə uyğundur.Belə siyasət passiv demoqrafiya siyasətidir.Passiv demoqrafiya siyasəti həmçinin demoqrafik proseslərin və onların sosial iqtisadi nəticələrinin kifayət qədər öyrənilməməsi ilə də əlaqədar ola bilər.
Demoqrafiya siyasəti tədbirlərini şərti olaraq üç qrupa ayırmaq olar:
1.İqtisadi.
2.İnzibati-hüquqi.
3.Təbliğat.
İqtisadi tədbirlərə çoxuşaqlı analara müavinat, təminat səviyyəsi aşağı olan ailələrə uşaq müəssisələrindən istifadəyə görə güzəşt, uşaqlara çəkilən xərclərin müəyyən qisminin ödənilməsi, himayədə olanların sayını nəzərə almaqla gəlir vergisinin və mənzil kirayəsinin azaldılması, hamiləliyə görə və doğumdan sonra, habelə xəstə uşaqlara qulluqla əlaqədar haqqı ödənilən məzuniyyət verilməsi, səhiyyə və idmanın inkişafı, əmək haqqı səviyyəsinin ərazi üzrə fərqlənməsi, yeni ərazilərin məskunlaşmasına maddi köməklər və güzəştlər və s. aid edilə bilər.İqtisadi tədbirlərlə dövlət ailədə cəmiyyət üçün arzu olunan sayda uşaq olmasına təsir etməkdən ötrü uşaqların saxlanılması xərclərinin bir hissəsini öz öhdəsinə götürür, uşaqların sayının ailənin maddi vəziyyətinə təsirini azaldır, habelə əhalinin sağlamlığının möhkəmləndirilməsinə və ömür müddətinin artmasına, əhalinin miqrasiyasına və ya müəyyən ərazidə qalıb işləməsinə şərait yaradır.
Təbliğat xarakterli tədbirlər dedikdə bütün informasiya vasitələri ilə ailədə uşaqların arzuolunan sayı haqqında, ailənin möhkəmliyinin zəruriliyi haqqında, sağlamlığın möhkəmləndirilməsi, əhalinin müəyyən bir əraziyə yer dəyişməsi haqqında ictimai rəy yaradılması nəzərdə tutulur.
Demoqrafik siyasətin son məqsədi ölkənin iqtisadi və sosial tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resursların formalaşdırılmasıdır.Əmək resursları cəmiyyətin mövcudluğunun və inkişafının əsası olan istehsalın başlıca və ən fəal amilidir.Hər bir ölkənin əmək potensialı əmək qabiliyyətli yaşda əhalinin sayı, onun təhsil səviyyəsi və peşə-ixtisas tərkibi ilə müəyyən olunur.
Hazırda Azərbaycan Respublikasında əhalinin 53.9 %-ni əmək qabiliyyətli yaşda əhali təşkil edir.Ölkənin iqtisadiyyatında məşğul olanlar əsasən bu yaşda olan əhalidir.Əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğulluğu iş yerlərinin olması ilə yanaşı onların bu iş yerlərinin tələbinə müvafiq təhsilə, peşə və ixtisasa malik olmasından asılıdır.Bazar iqtisadiyyatına keçidlə əmək bazarında rəqabət mühiti yaranır və bu mühitdə məşğulluğun təmin edilməsində təhsil səviyyəsinin və peşə-ixtisas tərkibinin əhəmiyyəti daha da artır.
Respublikada 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərindən 886 nəfərini ali və orta (tam və natamam) təhsili vardır və təhsil səviyyəsi ildən ilə artır.
Deyilənlərdən aydın olur ki, respublikada demoqrafik proseslər, əhalinin təhsil, peşə-ixtisas tərkibi onların məşğulluğunun təmin edilməsi baxımından müəyyən problemlər doğurur və gələcəkdə də doğuracaqdır.
Əhalinin məşğulluğu onların yaşayış vasitələri ilə təmin olunması mənbəyi olmaqla sosial əmin-amanlığın mühüm şərtidir.Əmək qabiliyyətli əhalinin məşğuliyyət tapması, işsiz qalması cəmiyyətdə sosial gərginlik yaradır.Qeyd etmək lazımdır ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan əmək ehtiyyatlarının artımı yüksək olan respublikalardan biri olmuşdur.Burada əmək ehtiyyatlarının artımı iş yerlərinin artımını üstələmişdir. Bununla yanaşı son illərdə Ermənistandan, Azəbaycanın Dağlıq Qarabağ zonasından və digər yeddi rayondan azərbaycanlı əhalinin öz yurdlarını məcburi tərk etməsi əhalinin məşğulluğunda yeni və həlli çətin problemlər doğurmuşdur.Bir tərəfdən bu əhali öz iş yerlərini itirmişdir, digər tərəfdən onların əksəriyyəti kənd təsərrüfatı işçiləri olsa da şəhər yerlərində məskunlaşmışdır və işlə təmin olunması çətindir.
Hər bir ölkədə işsizlərin uçotu əmək birjalarında aparılır. Azərbaycanda işsizlərin qeydə alınması, omlara işsizlik müavinatı verilməsi, yenidən  hazırlanması və işə düzəldilməsi ilə məşğulluq idarələri məşğul olur.
Azərbaycanda əmək üzrə qanunvericilik əsasən əmək bazarının tənzimlənməsi üzrə beynəlxalq praktikaya, həmçinin Beynəlxalq Əmək Təşkilatının əmək üzrə konvensiyalarına uyğundur.1991-ci ildə Azərbaycan hökuməti məşğulluğu və əmək bazarını tənzimləyən qanunvericilik aktlarının bütöv paketini qəbul etmişdir.Buna məşğulluq haqqında qanun, dövlət məşğulluq xidmətinin yaradılması haqqında, məşğulluq fondu yaradılması, ictimai işlərin təşkili haqqında qərarlar və s. daxildir. Respublikada əhalinin işlə təmin edilməsində yaranan problemləri, içsizliyin artmasının səbəbləri çoxdur.Onlardan əsaslarına aşağıdakıları aid etmək olar.
Respublikanın müstəqillik əldə etməsi ilə əlaqədar əvvəlki iqtisadi əlaqələrin pozulması və nəticədə əsas məşğulluq sahəsi olan dövlət müəssisələrinin fəaliyyətinin tamamilə və ya qismən dayandırılması əhalinin müəyyən qisminin məşğulluğunu itirməyə gətirib çıxarmışdır.
Respublikanın bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar əhalinin məşğulluğunda tələb və təklif başlıca rol oynayır.Əgər planlı iqtisadiyyatda dövlət əhalinin məşğulluğunu təmin edirdisə, bazar iqtisadiyyatında dövlət məşğulluğa kömək göstərə bilər.Və indiki keçid dövründə belə köməklik mexanizmi hələlik formalaşmamışdır.Digər tərəfdən bazar iqtisadiyyatında məşğulluğun təmin olunmasında mühüm əhəmiyyət kəsb dən sahibkarlıq fəaliyyəti və özüməşğulluq geniş miqyas almışdır.Bu vəziyyət də məşğulluğa mənfi təsir edir, işsizliyi artırır.
Ermənistanın respublikamıza qarşı apardığı müharibə, onunla əlaqədar Ermənistandan və Azərbaycanın işğal olunmuş zonalarından qaçqınlar və məcburi köçkünlər də əhalinin məşğulluğu problemini çətinləşdirmişdir.
Əhalinin bazar iqtisadiyyatında özünün iqtisadi fəallığını təmin etmək təcrübəsinin olmaması, öz işlərini hələlik bazar iqtisadiyyatı tələblərinə müvafiq qura bilməməsi də məşğulluğu çətinləşdirir.
Bunlarla yanaşı bir çox sahələrdə əmək haqqının çox aşağı olması onun, ən bəsit dolanışıq xərclərini ödəməyə kifayət etməməsi ayrı-ayrı adamları əvəzçilik üzrə bir neçə yerdə işləməyə sövq edir ki, bu da işsizliyin səviyyəsini yüksəldir.
Azərbaycanda məşğulluq strukturunun araşdırılması göstərir ki, onun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülməlidir.İlk növbədə mövcud əmək ehtiyyatlarının işlə təmin edilməsi vacib problemdir.Hələlik iqtisadiyyatda dövlət mülkiyyəti xeyli xüsusi çəkiyə malik olduğu üçün dövlətin iş yeri yaratmaq imkanlarından istifadə edilməlidir.Bununla yanaşı sahibkarlıq fəaliyyətinə, xüsusi ilə kiçik və orta sahibkarlığın fəaliyyətinə əlverişli şərait yaratmaqla əhalinin məşğulluğunu bu bölmə hesabına artırılması başlıca vəzifələrdən olmalıdır.
Ümumiyyətlə Azərbaycanda məşğulluq sahəsində siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.
-Mülkiyyətin müxtəlif formaları əsasında çoxukladlı iqtisadiyyatın formalaşdırılması ilə əmək ehtiyyatlarının iqtisadiyyatın bölmələri üzrə yenidən bölüşdürülməsinə nail olmaq;
-Büdcə vəsaitinin və xüsusi kapitalın, əhalinin pul yığımlarının cəlb edilməsi yolu ilə iqtisadiyyatın strukturca yenidən qurulması üzrə irimiqyaslı dövlət proqramının həyata keçirilməsi və əmək ehtiyyatlarının sahələr üzrə yenidən bölüşdürülməsinə nail olunması;
-Maddi istehsalda, xüsusən kənd təsərrüfatında məşğul olanların xüsusi çəkisinin tədricən azaldılması;
-Xidmət sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması;
-Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə kiçik və orta sahibkarlığın inkişafına əlvarişli şərait yradılması və bu sferada məşğulluğun genişləndirilməsi;
-İşsizlik səviyyəsinin optimal normadan yuxarı qalxmasına yol verməmək üçün xüsusi sosial institutların-əmək birjası, məşğulluq xidməti və s. köməyi ilə iqtisadi və hüquqi vasitələrlə əmək bazarının, iş qüvvəsi tələbi və təklifinin tənzimlənməsi; Burada artıq iş qüvvəsinin azad olunması, əmək bazarında rəqabət mühitinin yaradılması, fəal iş axtaranların yenidən öyrədilməsi və operativ işə düzəldilməsi sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
-Qaçqınların və məcburi köçkünlərin məşğulluğun təmin olunması. Məlumdur ki, uzun müddət işsiz vəziyyətində olan adam öz peşə vərdişini və işləmək adətini, əməyə marağını itirir.Qaçqınlar və köçkünlər üçün bu amil daha təsirli olmuşdur.Çünki onların əksəriyyəti kənd əhalisi olduğu halda şəhərlərdə yerləşdirilmişdir və onların yenidən kənd təsərrüfatı məşğuliyyətinə cəlb edilməsi çətinliklərlə bağlı olacaqdır.Buna görə işsizlərin psixoloji reabilitasiyası institutlarının yaradılması, müvəqqəti ictimai işlərin və məşğulluğun standart olmayan formalarının təşkili vacibdir.
-Aşağı rəqabət qabiliyyəti olan gənclərin, əlillərin, qadınların məşğulluğunun təmin edilməsi üzrə xüsusi tədbirlərin hazırlanıb həyata keçirilməsi;
-İş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, məşğul olmayan əhalinin peşə-ixtisas hazırlığının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi;
-Əhalinin özü məşğulluğu üçün əlverişli şərait yaradılması və s.
Bütün bu istiqamətlərdə görülən tədbirlər Azərbaycanda əhalinin səmərəli məşğulluğuna nail olmağa imkan verəcəkdir.
Əmək bazarı dedikdə, əmtəə, iş və xidmətlər istehsalı şəraitin­də  əmək resurslarının, yaxud işçi qüvvəsinin əmək potensialının tək­­rar istehsalı ilə əlaqədar formalaşan və  fərdi əmək qabiliy­yə­ti­nin mü­ba­di­ləsini xarakterizə edən iqtisadi münasibətlər sistemi ba­şa düşülür. Deməli əmək bazarı işçi qüvvəsinin-əmək resurs­la­rının və əməyin deyil, iş qabi­liy­yəti və qüvvəsinin alqı-satqısını özün­də əks et­dirir.
Əmək bazarının fəaliyyəti və bu bazar növündə dəyişikliklər di­­gər bazar növlərində olduğu kimi iqtisadi qanunların, o cüm­lədən tə­ləb və təklif qanununun təsiri altında baş verir. Əmək ba­zarında qiymətlərin formalaşması da məhz tələb və təklif qa­nu­nunun tələb­lə­rinə tabe olur. Yəni ba­zarda iş qüvvəsinə tələb çox ol­duqda qiy­mətlər yüksək, az ol­duqda aşağı olur. Eyni zamanda tək­lif artdıqda qiymətlərin sə­viyyəsində ucuzlaşma müşahidə olu­nur və əksinə. Tə­ləb və təklifin təsiri və iş qüvvəsinin məh­sul­dar­lı­ğının nəzərə alın­ma­­sı şərti ilə əmək bazarında alqı-satqı tərəfləri arasında tarazlıq qiy­mə­ti formalaşır.
1.İş qüvvəsinin təklif göstəriciləri:               
- əhalinin sayı;
- əmək resursları;
- iqtisadi fəal əhali.
2. İş qüvvəsinə tələb göstəriciləri:
- iş yerlərinin sayı;
- istehsal həcmi;
- müəssisələrin gəlirləri.
3. Məşğulluq və işsizlik göstəriciləri:
- məşğul əhalinin sayı;
- işsizlərin sayı;
- işsizlik səviyyəsi.
Əmək bazarının göstəricilər sisteminə həmçinin onun struktur və tarazlıq, iş qüvvəsinin təkrar istehsal, əmək bazarının infra­struk­tur və səmərəlilik göstəriciləri də daxildir.
Əmək bazarının fəaliyyətinin səmərəliliyinin təmin olunma­sın­da onun göstəricilər sisteminin nəzərə alınması və tədqiqi ilə ya­na­şı seq­mentlərinin fəaliyyətinin öyrənilməsi də mühüm əhə­miyyət da­şıyır.
Əmək bazarı aşağıdakı seqmentlərdən ibarətdir:
- birinci seqment yüksək əmək haqqı səviyyəsinə və iş şəraitinə malik işçilərdən ibarətdir;
- ikinci seqmentdə fəaliyyət göstərənlər daimi və cəlb edilmiş iş­­çi­­lərdən ibarət olsa da adətən burada iş yerlərinin azaldılması mü­şa­hidə olunur;
- üçüncü seqment bir növ işsizlərdən ibarətdir.
Əmək bazarının hər bir seqmentinin fəaliyyətində işçilərin təh­­si­li, ixtisası, etnik xüsusiyyətləri, cinsi və yaş qrupları xüsusi rol oy­na­yır. Eyni zamanda rəqabət mühitinin yaradılması, bazar­da al­qı-sat­qı prosesində iştirak edən çoxsaylı subyektlərin möv­cud­luğu və onla­rın fəa­liyyətinin sərbəstliyi (bazara sərbəst daxil olma və çıxma im­kan­ları və s.) və s. də əmək bazarının fəaliy­yətində, onun səmərə­lili­yinin yük­səlməsində ciddi əhəmiyyət daşıyır.
Əmək bazarının səmərəliliyi onun infrastrukturu, xüsusilə əmək yarmarkaları ilə birbaşa bağlıdır
Ümumi formada məşğulluq əmək qabiliyyətli əhalinin is­tehsal pro­sesində iştirakını və fəaliyyətini xarakterizə edir.
Kənd təsərrüfatında məşğulluq özünəməxsus xüsusiy­yət­lərə ma­­likdir. Bu özünü məşğulluğun tam və natamam (yarım­çıq) for­ma­­la­rında büruzə verir. Belə ki, tam məşğulluq istehsalın möv­süm­­­lü­­yün­dən asılı olmayaraq il ərzində işçi qüvvəsinin işlə tə­mi­natını xa­rak­terizə edir (sürücülər, mexaniklər, rəhbər işçi­lər, mütə­xəs­sislər və s.). Natamam məşğulluq isə ilin müxtəlif is­tehsal dövr­lərində işlə tə­min olun­manı bildirir. Kənd təsərrüfatında məş­ğul əha­li qrupuna sahib­karlıq fə­aliyyəti ilə məşğul olanlar, muzdla is­teh­salata cəlb olun­muş işçi­lər, möv­sümi, müvəqqəti və daimi iş­çilər, köməkçi is­tehsalatda çalışan­lar, müs­təqil işçilər və onların ai­lələri və s. aid edilir.
Qeyri-məşğul əhaliyə (işsizlərə) aiddir: könüllü şəkildə işdən im­­tina edənlər, işdən qovulanlar və s.
Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsinin azalması və mü­va­fiq olaraq məşğulluq səviyyəsinin yüksəlməsi bir sıra amillərlə - həm təbii amillərlə, həm də həyata keçirilən müxtəlif  tədbirlərlə bağ­­­­­­­­­­­­lı­dır. Məsələn, infrastruktur obyektlərinin yaradılması və istifa­də­­yə veril­məsi, müxtəlif iş yerlərinin açılması iqtisadi yönümlü təd­bir olaraq mühüm əhəmiyyət daşıyır. Əhalinin sayının artması yaş qrup­larının strukturunda əhəmiyyətli dəyişikliyə səbəb olmaq­la əmək qabiliy­yə­tli yaşda olanların xüsusi çəkisinin artması ilə nə­ti­cə­lə­nir.             
Kənd təsərrüfatında bu sahənin spesifik xüsusiyyətləri baxı­mın­dan işsizliyin müxtəlif formaları fərqləndirilir.
1. Friksion işsizlik. İşsizliyin bu forması iş axtaran və yaxud gə­­lə­cək­də işlə təmin olunacaq şəxslərə aiddir. Friksion işsizlik əmək ba­za­rında tələblə təklif arasında nisbətin məqbul səviy­yə­sin­də, konkret olaraq iş yerləri seçmək imkanlarının mövcudluğu şə­raitində baş verir. Bu zaman iş axtaranlar təklif olunan iş yerləri ara­sında da­ha çox əmək haqqı verilməsi nəzərdə tutulan iş yeri seç­mək üçün müəy­yən vaxt ərzində gözləməli və ya işsiz qalmalı olur.
2. Struktur işsizlik. Bazar iqtisadi münasibətləri sisteminə ke­­çidlə əlaqədar və bu sistemin tələblərinə uyğun struktur dəyişik­lik­lə­rinin nəticəsi olaraq, həmçinin yeni istehsal texnologiyalarının tət­bi­­qi ilə bağlı yaranan işsizlik formasıdır. Məsələn, yeni iqtisadi sis­te­­min formalaşması bəzi mütəxəssislərə-menecerlərə, marketo­loq­­la­ra və s. tələbatı artırır. Əvvəlki sistemdə mövcud olan kadrlar isə bu kimi vəzifələrdə çalışmaq qabiliyyətində deyil. Təbii ki, be­lə şə­raitdə işsizlik problemi yaranır.
3. Mövsümü işsizlik. İşsizliyin bu forması kənd təsərrüfatı is­tehsalında, xüsusilə bitkiçilik sahəsində özünü daha çox büruzə ve­rir. Belə ki, istehsal dövrü ilə iş dövrünün üst-üstə düşməməsi ilə əla­qə­dar istehsal prosesi mövsümü xarakter daşıyır. Müvafiq ola­raq əmək sər­fi diskret, fasiləli xarakter daşıyır.  Nəticədə iş qüv­vəsinə tə­ləbat müx­­­təlif istiqamətlərdə dəyişir. İş prosesinin möv­cudluğu şə­raitində tə­lə­batın artımı müşahidə olunur, əks halda iş­çilərin sayı kəskin şə­kil­­də  aşağı düşür. Deməli möv­sümü iş­sizlik yaranır.
4. İnstitusional işsizlik. Əmək bazarının infrastrukturunun qey­­­ri-səmərəli fəaliyyəti zamanı  institusional işsizlik forması ya­ra­­nır. Baş­qa sözlə, mövcud olan boş iş yerləri haqqında zəruri in­for­­masi­ya­ların olmamağı işsizlik səviyyəsi barədə tam təsəvvür əldə etməyə im­­kan vermir. Bu işsizlik forması eyni zamanda iş­siz­lərə ve­ri­lən müavinətlərin artmasına səbəb olmaqla müəyyən mə­nada cəmiyyət­də işə münasibət baxımından passivliyə gətirib çıxa­rır.
5. Təbii işsizlik. İqtisadi inkişafın istənilən səviyyəsində təbii ola­raq tam məşğulluğun təmin edilməsi qeyri-mümkündür. Başqa söz­­lə, işsizlik hər bir iqtisadi sistem üçün xarakterikdir. Bu ba­xı­m­dan iş­sizlik səviyyəsinin həddi müəyyən edilir və bu hədd çərçi­və­sində olan işsizlik təbii işsizlik adlanır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 9. RESPUBLİKANIN İSTEHSAL VƏ SOSİAL İNFRASTRUKTURLARI; VƏZİYYƏTİ VƏ İNKİŞAFI
“İnfrastruktur” termini ilk dəfə Qərbdə XX əsrin əvəllərində silahlı qüvvələrin hərbi qabiliyyətinin təhlili zamanı istifadə edilmişdir. “İnfrastruktur” anlayışı (termini) latın mənşəlidir. O, infra- “aşağı, alt” və struktura - “yerləşmə” sözlərinin birləşməsini ifadə edir. Bu anlayışda başqa sahələrə xidmət göstərən qurumlar (özəklər) məcmusu ifadə olunur. Deməli, onun məzmununda başqa müvafiq bir sahəyə “xidmət göstərmək” ifadəsi müəyyənedici əhəmiyyət kəsb edir.
İlk dəfə bu ifadə iqtisadi təhlildə XX əsrin əvvəllərində silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri ifadə etmək üçün işlənmişdir. Belə ki, hərbi infrastruktur dedikdə, hərbi qüvvələrin fəaliyyətini təmin edən sahələrin (hərbi anbarlar, aerodomlar, radiolokasiya postları, poliqonlar və s. ) kompleksi nəzərdə tutulurdu. Həmin fikir sonralar bütün başqa sahələrə də geniş yayılmışdır. Məsələn, 40-cı illərdə Qərbdə infrastruktur anlayışı maddi istehsalın fəaliyyətinə xidmət edən sahələrin məcmusu kimi başa düşülürdü.
Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniş miqyas alıb, yeniləri əmələ gəlib və bu yenilərin mikroistiqamətləri meydana gəlib. İnfrastrukturlar artdıqca, şaxələndikcə cəmiyyətin təkamülü və tələbatı daha normal, daha yüksək təmin olunur. Xüsusilə yüksək inkişaf etmiş ölkələrdə, yüksək sivilizasiyalı dövlətlərdə bu hal özünü daha qabarıq təzahür etdirir, yəni infrastrukturlar daha geniş,daha keyfiyyətli səciyyə kəsb edir. Bu, xüsusi ilə müasir bazar şəraiti üçün çox xarakterikdir.
İnfrastrukturlar cəmiyyətə, insanlara öz vacib gərəkliyinə görə yaranmış və daim təkamüldədir. Deməli, onun cəmiyyətin sosial-iqtisadi həyatında rolu və əhəmiyyəti danılmazdır. Onların müasir dövrdə də əhəmiyyəti müstəsna dərəcədə böyükdür.
Müasir iqtisadi inkişaf baxımından infrastruktur anlayışı dərin məzmuna malikdir. Ən ümumi mənada infrastruktur dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür.
İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazalar: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir.
Bütövlükdə infrastrukturlar öz konkret təyinatlarına görə bir-birilə sıx münasibətlərdə olan aşağıdakı üç təsnifat qrupuna müncər edilirlər:
1)      istehsal infrastrukturları;
2)      sosial infrastrukturları;
3)      bazar infrastrukturları.
Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr – elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, mədəniyyət, incəsənət,sosial təminat və s. kimi sahələr daxildirlər.
Bu deyilənlərlə bərabər, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Məsələn, nəqliyyat sahəsinin infrastrukturuna – dəmir yolları, kanallar, körpülər, tunellər və s; tədrisin infrastrukturuna – universitetlər, orta ixtisas məktəbləri və s. aid edilirlər.
 
 
 
 
 
 
MÖVZU 10. AZƏRBAYCANIN MİKRO İQTİSADİYYATI
Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır (mikroiqtisadiyyat-yunan sözüdür, kiçik mənasını verir). Bütövlükdə ölkə iqtisadiyyatının bir hissəsi olan mikroiqtisadiyyatın subyektləri kimi maddi nemətlərin və xidmətlərin yaradılmasında bu və ya digər formada iştirak edən, istehsal amilləri üzərində əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat subyektləri çıxış edirlər. Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin davranışlarının, digər tərəfdən isə ayrı-ayrı bazarların, buradakı əmtəə və xidmətlərin konkret qiymətlərin tədqiqini özünə daxil edir.
Göründüyü kimi, bütövlükdə mikroiqtisadiyyat ayrı-ayrı subyektlərin (muzdlu işçilərin, sahibkarların, firmaların və s.) fəaliyyəti ilə, mikroiqtisadi təhlil isə ilkin aşağı səviyyədə iqtisadi problemlərin nə üçün və necə həll olunması məsələsi ilə əlaqədardır. Mikroiqtisadiyyatda digər bir mühüm cəhət daha iri strukturlarda – sənaye, kənd təsərrüfatı və s. sahələrdə bazarların yaranması prosesində iqtisadi subyektlərin qarşılıqlı əlaqəsinin öyrənilməsidir. Mikroiqtisadiyyatın ilkin, əsas həlqəsini işgüzar fəaliyyətin təşkilati-iqtisadi forması olan firmanın (müəssisənin) iqtisadi qərarlarının və onların reallaşdırılmasının xüsusiyyətləri, istiqamətlərinin öyrənilməsi təşkil edir. Belə bir vəziyyət iqtisadi sistem daxilində insanların tələbatını ödəməyə əmtəə və xidmətlərin əsas hissəsinin məhz firmalarda (müəssisələrdə) yaradılması ilə izah olunur.
Bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində istehsal vasitələri üzərində mülkiyyət formasına və inkişaf səviyyəsinə uyğun olan firmalar (müəssisələr) yaranmış və fəaliyyət göstərmişdir.
Firma (italyanca «firma» sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə kommersantın «ticarət adı» mənasını verirdi. İndi bu termin resurslardan məhsul istehsal edən institutu ifadə edir. İqtisadi ədəbiyyatda firmaya istehsal fəaliyyətilə (maddi nemətlər istehsalı) məşğul olan və nə, necə, kim üçün istehsal etmək və harada, kimə və hansı qiymətə satmaq məsələlərinin həllində təsərrüfat müstəqilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən təşkilat kimi baxılır.
Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində firma(müəssisə) biznes fəaliyyətin subyekti, əsas struktur vahididir.
Ümumiyyətlə, firmanın iqtisadi fəaliyyəti bazar iqtisadiyyatı şəraitində «sahibkarlıq fəaliyyəti» və «biznes» kimi anlayışlarla xarakterizə olunur.
Sahibkarlıq fəaliyyətinin yaranması və inkişafı bazar mühitinin mövcudluğu, əmtəə-pul münasibətlərinin inkişafı, eləcə də sahibkarlığın iqtisadi cəhətdən azadolunması ilə bağlıdır. Bu fəaliyyət hər şeydən əvvəl istehsal amilləri almaq və onları birləşdirməklə ictimai tələbatı ödəyən maddi nemətlər və xidmətlər yaratmağa yönəldilir. Son məqsəd isə sahibkarın maddi mənafeyini ödəmək-mənfəət əldə etməkdir.
Deməli, sahibkar öz məqsədinə çatmaq-mənfəət əldə etmək üçün başqalarının tələbatını ödəməli, sosial təyinatlı sifarişləri yerinə yetirməlidir. Son nəticədə isə əmtəələr istehsalı, onların satışı, müxtəlif növ xidmətlər göstərilməsi ilə bağlı iqtisadi fəaliyyət həyata keçirilir.
Biznes fəaliyəti bazar təsərrüfat sistemində meydana çıxır və onun əsas həlqəsini təşkil edir. Biznes və bazar vəhdətdədir, ayrılmazdır, onlar birlikdə mövcud olur və inkişaf edirlər. Aydındır ki, inzibati amirlik təsərrüfat sistemi şəraitində mövcud olan müəssisələr biznes fəaliyyəti ilə deyil, təsərrüfat fəaliyyəti ilə məşğul olmuşlar. 
Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir. Hər şeydən əvvəl, dövlətin ictimai təşkilatların iqtisad rolunun güclənməsilə əlaqədar olaraq sosial sifarişlərin xarakteri dəyişir. Dövlət yalnız sifarişçi kimi deyil, həm də biznes fəaliyyətinin tənzimləyicisi kimi çıxış edir. İkincisi, maliyyə-kredit sisteminin inkişafı ilə əlaqədar olaraq, biznes fəaliyyəti borc vasitələrindən daha çox istifadə edir və onlardan asılır olur. Bank sistemi biznes fəaliyyətinin xüsusi obyektinə çevrilir. Üçüncüsü, biznes fəaliyyətin təşkili prosesində mülkiyyət münasibətlərində dəyişiklik baş verir. İdarəetmənin mülkiyyətdən ayrılması nəticəsində biznes fəaliyyətin bilavasitə subyekti ixtisaslı idarəedicilər-menecerlər olur, ümumi nəzarət funksiyasını isə mülkiyyətçi özü yerinə yetirir.  Beləliklə, bu gün biznes fəaliyyət dedikdə həmin fəaliyyətin daxili və xarici mühitini təşkil edən şəxslər, təşkilatlar və bilavasitə istehsalın təşkilatçıları arasındakı münasıbətlər sistemi başa düşülməlidir.
Biznes fəaliyyətinin daxili mühiti kapital sahibləri, menecerlər və muzdlu işçilər arasındakı münasibətlərlə, xarici mühiti isə biznes fəaliyyətin təşkilatçısı ilə dövlət və cəmiyyət, mal göndərənlər, kreditorlar və istehlakçılar arasındakı qarşılıqlı əlaqə ilə xarakterizə olunur. İşgüzar fəaliyyətə cəlb olunmuş hər bir kontrogentin özünəməxsus mənafeyi vardır. Aydındır ki, mənafelərin müxtəlifliyi şəraitində onların hamısını ziddiyyətsiz reallaşdırmaq çox çətindir və ya heç mümkün deyildir. Biznes fəaliyyətin iqtisadi və sosial müvəffəqiyyəti  müxtəlif kontragentlərin mənafelər arasındakı fərqi azaltmaqdan və onları uzlaşdırmaq dərəcəsindən asılıdır.
Firmanın (müəsissənin) iqtisadi məzmununun təhlilində sahibkarlıq fəaliyyəti və biznes fəaliyyətilə yanaşı kommersiya fəaliyyətinə də fikir vermək məqsədəuyğudur. İqtisadi ədəbiyyatda belə bir fikir geniş yayılmışdır ki, kommersiya fəaliyyəti biznes fəaliyyətinin tərkib hissəsi olub iqtisadi həyatın yalnız bir sahəsini, yəni bilavasitə istehsal edilmiş məhsulların reallaşdırılması ilə məşğul olan ticarət sahəsini – alqı-satqı münasibətlərini əks etdirir.
Lakin  müasir  bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətini  təkcə bir ticarət sferası ilə əlaqələndirmək iqtisadi fəaliyyətin bu formasnın rolunu və əhəmiyyətini tam əks etdirmir və onu xeyli məhdudlaşdırır.
Məhz buna görə də kommersiya fəaliyyətinin əhəmiyyətinə daha yüksək qiymət verən iqtisadçılar problemə daha düzgünyanaşmış olurlar. Hazırda kommersiya fəaliyyətinə aşağıdakı daxil edilir: sənaye, kənd təsərrüfatı, tikinti və s. müəssisələrin istehsal fəaliyyətindən törəyən ticarət əməliyyatları; ticarət, bank və digər müəssisələrin əmtəə və əmtəələrin alıcıya doğru hərəkəti ilə bağlı onların daşınması, sığortası, qorunub saxlanılması ilə əlaqədar olan nəqliyyat, sığorta və s. müəssisələrin ticarət əməliyyatları; ticarət fəaliyyətinin müxtəlif növ icarə, informasiya və s. xarakterli xidmətlərlə təmin edilməsi üzrə əməliyyatlar və s.
Firmalar iqtisadiyyatda müəssisələr bölməsinə aid edilirlər. Bazar iqtisadiyyatı şəraitində firmalar kommersiya təşkilatları və ya sahibkarlıq bölməsi kimi nəzərdən keçirilirlər.
Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma (müəssisə) ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.
Bəs firma ilə müəssisə arasında fərq varmı? İqtisadi ədəbiyyatda firma termini ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, bir profilli, bir məhsullu istehsal başa düşülür. Firma – işgüzar müəssisənin təsərrüfat-hüquqi vahididir. Sənaye və ya ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyari var ki, təsərrüfat fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər. Təsərrüfət vahidinin, ölçülərinin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəaliyyətindən asılı olaraq adlı ola bilər.
Keçmiş SSRİ-də firma təşkilinin formaları çox məhdud olub, dövlətin nəzarəti altında idi. Ona görə də bu müəssisələr məhsul çeşidinin genişlənməsi və onun keyfiyyətinin yüksəldilməsi kimi  məqsədlərin həyata keçirilməsinə şərait yarada bilmirdilər. Onların əksəriyyəti ticarət-təchizat təşkilatları olub, həm  daxili («Paltar» , «Elektronika» firmaları və s.) , yaxud xarici («Dəzgah ixracı», «Gəmi idxalı», «Meşə ixracı» və s.) bazarlarda fəaliyyət göstərirdi. Onlar dövlət strukturları olaraq adi idarəetmə strukturlarından çox az fərqlənərək, təsərrüfat proseslərinə təsir göstərə bilmirdilər. Hətta xarici ticarət firmalarının fəaliyyəti belə həqiqi kommersiya fəaliyyətindən çox uzaq idi.
Müasir firmalar əsasən çox profilli istehsaldır. Belə istesal yönümü firmanın iqtisadi durğunluq dövründə daha dözümlü olmasına şərait yaradır. İstehsal olunan məhsulun biri ilə əlaqədar əlverişsiz konyuktura həmin məhsuldan alınan gəlirin azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn gəlirin səviyyəsinə təsir etməz. Belə halda firma ziyanı digər məhsul və xidmətlərdən gələn gəlir hesabına ödəyə bilər.
Firmanın əsas funksiyası istehlakçının tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji məqsədləri müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:
-               satışın həcminin artırılması
-               daha yüksək artım sürətinə nail olmaq
-               bazarda payın artırılması
-               qoyulmuş kapitala nisbətən mənfəətin artırılması
-               kampaniyanın səhmlərinə  görə gəlirlərinin artırılması
-               kapitalın quruluşunun dəyişdirilməsi
Həyat tsiklinin nəzəriyəsinə görə firmaların həyatı üç mərhələdən ibarətdir. Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə olunur. Yığılmış vəsait istehsal günlərinin yaradılmasına, yeni bazarların tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sahiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma bazardakı mövqeyini qoruyub saxlamaq uğurunda mübarizə aparır, istehsal  güclərinin genişləndirilməsinə nisbətən xəclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin  və bununla birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin sahədən geri götürülməsinə səbəb olur. Bu mərhələdə yeganə məqsəd – həyat qabiliyyətinin – mövcudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliyyətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı minimuma endirməyə yönəldilir. Belə  ki,  perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər.
Firma qarşısında duran məqsədlər onun cari (qısa) və prespektiv (uzun) fəaliyyəti dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.
Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli strategiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəzarət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı  yenidən qurmaq planları daxil edilə bilər. 
İqtisadi ədəbiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif nəzəriyyələr vardır.
Firma haqqında ənənəvi nəzəriyyə – mənfəətin maksimumlaşdırılması nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsəd) mənfəət əldə etmək və onu mümkün qədər çoxaldmaqdan ibarətdir. Hər bir firma xarici formadan – satışın, iqtisadi artımın və ya faydalılığın səviyyəsindən asılı olmayaraq maksimum mənfəət əldə edilməsini nəzərdə tutur. Bu təsadüfi deyil, çünki rəqabət şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat fəaliyyətini möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxrıla bilər.
Müasir şəraitdə mülkiyyətin səhimdar forması həlledici rol oynayır. İdarəetmə funksiyalarını peşəkarlara həvalə etməklə əsl mülkiyyətçilər səhm sahibi olur və formal mülkiyyətçiyə çevrilir. Doğrudur, az sayda mülkiyyətçi nəzarət səhm paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə nəzarət edir. Amma söhbət korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik, orta və iri mülkiyyətçilərdən gedir. Beləliklə, firmaların fəaliyyətində, idarə olunmasında menecerlərin rolu getcikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır.
Bu konsepsiya iki əsas amillə bağlıdır:
1. Operativ idarəetmə bilavasitə mülkiyyətçilər tərəfindən deyil, peşəkar menecerlər tərəfindən həyata keçirilir.
2. Menecerin əsas məqsədi satışın həcmini və bundan alınan gəliri maksimumlaşdırmaqdır.
Bu konsepsiyanın müəlliflərindən biri olan U.Baymol 1959-cu ildə qeyd edirdi ki, bir sıra səbəblər, həqiqətən, meneceri satış həcmini maksimumlaşdırmaqda maraqlı edir. Bu, hər şeydən əvvəl, onunla izah olunur ki, menecerin aldığı əmək haqqının, digər ödəmə və güzəştlərin miqdarı bilavasitə satılmış məhsullardan alınan pul məbləğindən asılıdır. Bu məbləq nə qədər çox olarsa, menecerə çatan pay da bir o qədər çox olar.
Bu konsepsiya sonralar Ulyamson tərəfindən təkmilləşdirilmişdir. Onun fikrincə, məhsulların satışından əldə olunan pul vəsaitinin çoxalması ştat vahidini artırmağa, yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu isə, öz növbəsində, menecerin statusunu yüksəldir: onun tabeçiliyində daha çox işçi toplanır və onun idarəetmə ierarxiyasındakı rütbəsi də yüksəlir.
Digər nəzəriyyə isə firmanın miqyasının maksimumlaşmasıdır. Bu nəzəriyyənin tərəfdarları əsas iki yol göstərirlər. Birinci yol, əsasən kapitalın və istehsalın təmərküzləşməsilə, firmanın daxili artımı ilə xarakterizə olunur. Firmanın daxili artım mənbələri kimi aşağıdakılar çıxış edir.
1.      Firmanın öz resursları, ilk növbədə mənfəətin bölünməz hissəsi, müəyyən qədər də amortizasiya fondu;
2.      Banklardan və digər maliyyə-kredit təşkilatlarından alınan borc vasitələri;
3.     Qiymətli kağızların əlavə emissiyasından alınan vasitələr.
Firmanın daxili artım mənbələrinin rolu və əhəmiyyəti eyni deyildir və iqtisadi vəziyyətdən asılı olaraq dəyişir.
İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın mərkəzləşməsilə əlaqədardır.
Makroiqtisadiyyata da elm sahəsi kimi baxmaq olar,vəzifəsi isə iqtisadi obyektlərin bazarlarda qarşılıqlı fəaliyyətlərini öyrənməkdir.Əgər ayrı-ayrı bazarlarda tələb və təklifi mikroiqtisadiyyat öyrənirsə, bütövlükdə, cəmiyyət miqyasında, milli bazarda tələb və təklifi makroiqtisadiyyat öyrənir. İqtisadiyyatı cəmiyyət səviyyəsində ona görə öyrənmək lazımdır ki, bütövlükdə iqtisadiyyat canlı və çox mürəkkəb orqanizmdir.Bütün müəssisələr qarşılıqlı əlaqə və asılı şəraitdə fəaliyyət göstərirlər,onların birinin fəaliyyəti digərini şərtləndirir.Beləliklə,iqtisadi artım və məşğulluq,imkanlar və iqtisadi mexanizmdə ziddiyyətlərin olması,dövlətin iqtisadi vəzifələri və iqtisadi siyasəti,bütövlükdə təsərrüfatı cəmiyyət miqyasında öyrənən elm bölməsinə makroiqtisadiyyat deyilir.Mikro və makroiqtisadiyyat arasında keçilməz sədd yoxdur.İnsan fəaliyyətinin hər iki sahəsi, iqtisadiyyat elminin hər iki hissəsi sıx şəkildə bir-birilə əlaqədardır.Makroiqtisadiyyatın əsas göstəriciləri ümumi milli məhsul,ümumi daxili məhsul və milli məhsuıdur.Milli iqtisadiyyatın çoxsahəli olmasında ölkə daxilində istehsalın ixtisaslaşdırılması mühüm rol oynayır.Müasir dövrdə ölkə daxilində ixtisaslaşma daha intensiv həyata keçirilir.Buna ən çox təsir göstərən elmi-texniki tərəqqidir.İxtisaslaşma da elmi-texniki tərəqqini surətləndirir.Başqa sözlə,bu iki proses bir-birilə qarşılıqlı surətdə əlaqədardır və biri digərini şərtləndirir.Yalnız ixtisaslaşdırılmış istehsal sahəsini kompleks mexanikləşdirmək mümkündür.
Müasir dövrdə heç bir dövlət dünya iqtisadiyyatından təcrid olunmuş halda öz milli iqtisadiyyatını yaradıb inkişaf etdirə bilməz.Bir çox ölkələr ehtiyatları məhdud olduğu üçün,öz daxili bazarlarını ona lazım olan məhsullarla doldura bilmir.Belə dövlətlər üçün xarici ticarət vasitəsilə ölkəyə lazım olan məhsulların gətirilməsi böyük əhəmiyyət kəsb edir.Belə dövlətlər bu vasitədən istifadə edərək öz milli məhsulunu artıra bilirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 11. GƏLİRLƏR, ONLARIN BÖLGÜSÜ VƏ YENİDƏN BÖLGÜSÜ. ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ.
  •  
11.1.Həyat səviyyəsi və yoxsulluq problemləri
11.2Gəlirlərin dövlət tənzimlənməsi və əhalinin sosial müdafiəsi
Dövlətin sosial siyasəti nəzəriyyənin mühüm anlayışlarından biri də həyat səviyyəsidr. Həyat səviyyəsi dedikdə, əsasən, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nəmətlərlə onların təmin olunması və həmçinin də insanların bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür.
Sosial təminatı xarakterizə edən göstəricilər arasında həyat səviyyəsi göstəricisi bir iqtisadi kateqoriya kimi mühüm yer tutur. Həyat səviyyəsi anlayışı ilk dəfə Karl Marks tərəfindən istifadə edilib. O, kapital əsərində iş qüvvəsinin dəyər nemətlərindən danışarkən göstərib ki, iş qüvvəsinin dəyərini hər ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir.
Həyat səviyyəsi bir iqtisadi kateqoriya kimi insanların bilavasitə tələbatalarının ödənilməsi prosesini əks etdirir. Həyat səviyyəsi bir iqtisadi kateqoriya kimi aşağıdakı əlamətləri xarakterizə edir:
  • Maddi nemətlərin istehlakı səviyyəsi
  • Sosial nemətlərin istehlakı səviyyəsi. Bura, həmçinin aşağıdakılar aiddir:
Təhsil,mədəniyyət,Səhiyyə,İstirahət  və əyləncə.
Yoxsuluq bir iqtisadi kateqoriya kimi mövcud ölkədə elmi cəhətdən əsaslandırılmış normalar üzrə minimum yaşayış vasitələri olmayan cəmiyyətin müəyyən hissəsinini qtisadi vəziyyətidir.
Sosial anlayış dedikdə isə, cəmiyyətdə insanların rifahını və qarşılıqlı münasibətlərini, daha dəqiq desək onların həyat keyfiyyətlərini ifadə edir.
Yoxsulluqla mübarizə dövlətin sosial siyasətinə daxildir və onun çox mühüm bir hissəsini əhatə edir.
11.2Gəlirlərin dövlət tənzimlənməsi və əhalinin sosial müdafiəsi
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Əsasnaməsini rəhbər tutur. Bakı şəhərində yerləşir.  Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malik olan hüquqi şəxslərdir.
1992-ci ildən başlayaraq artıq ölkə qanunvericiliyində sosial müdafiəyə həsr olunan qanun layihələri, akt və sərəncamlar verilməyə başladı. Onların sonuncularının adları aşağıdakı kimidir:
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında qanun.
      Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.
      «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə qanun.
 «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
    "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında - 22 dekabr 2006-cı il
AzərbaycanRespublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında- 28 noyabr 2006-cı il.
 Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında 28 noyabr - 2006-cı il.
 "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu - 26 may 2006-cı il.
  "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikasının Qanununu - 7 fevral 2006-cı il
 "Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının Qanununu - 7 fevral 2006-cı il
 "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu - 21 oktyabr 2005-cı il
 "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilmişdir. Qanunun son versiyası - 21 oktyabr 2005-ci il № 1029-IIQD
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 21 oktyabr 2005-ci il № 1027-IIQ
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 3 dekabr 2004-cü il № 790-IIQ
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 10 noyabr 2004-cü il № 768
 «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə - 10 oktyabr 2006-cI il № 155
Bundan əlavə ölkənin milli məclisində “Sosial siyasət daimi komissiyası” da fəaliyyət göstərir. O dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı rol oynayan daimi komissiyadır.
Sosial siyasət daimi komissiyasının fəaliyyəti aşağıdakılardan ibarətdir:
sosial inkişaf, əmək, məşğulluq, insanların, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial problemləri, ailə, qadın və uşaq məsələləri, gənclər, bədən tərbiyəsi və idman, turizm, səhiyyə, sanitariya, sosial təminat və sığorta sahələri üzrə, sağlamlığın mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasına aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində sosial müdafiə məsələlərinə dair rəy verir.
Sosial funksiya - şəxsiyyətin sosial müdafiəsini, bütün cəmiyyət üzvləri üçün normal həyat şəraiti təmin etməyə xidmət edir. Hüquqi dövlətdə maddi nemətlər bölgüsü istehsalçılar və istehlakçılar arasında azad mübadilə nəzərə alınmadan da həyata keçirilir. Sosial siyasət obyektiv səbəblərdən tam qüvvəsi ilə çalışa bilməyənlərin /xəstələrin, əlillərin, qocaların, tələbələrin, uşaqların/ lazımi həyat şəraitini təmin etmək məqsədilə sosial nemətlərin bolgüsünü nəzərdə tutur. Dövlət səhiyyəyə, mədəni istirahətə, maarifə, mənzil tikintisinə, nəqliyyat və rabitənin müntəzəm işləməsinə zəruri vəsait ayırır. Vətəndaşların sağlamlığının mühafizəsi, istirahət, mənzil, təhsil, mədəniyyət nailiyyətlərindən istifadə hüquqlarının realizəsini təmin edilir. Cəmiyyətin inkişafı və zənginləşməsi əvvəlcə onun yoxsul və varlılara bölünməsinə aparır. Böhran və kəskin sosial münaqişələr doğuran qeyri-bərabərlik yaranır. Və tədricən hüquqi dövlət sosial dövlət cəhətləri qazanır, şəxsiyyətin azad inkişafının formal təminatları sosial müdafiəliliyin maddi təminatları ilə tamamlanır. Müasir hüquqi dövlət bütün iqtisadi cəhətdən əlverişsiz vəziyyətdə olanların real sosial müdafiəsini təmin edir və ölkə əhalisinin sosial ehtiyaclarına ayrılan vəsaiti həmişə artırır.
Dövlətin sosial siyasəti və əhalinin sosial müdafiə sistemi
Doxsanıncı illərinin ikinci yarısında ölkə prezidenti, ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi durum normal məcraya düşdü və iqtisadiyyatda irəliləyiş meylləri yarandı. Bunun nəticəsi kimi isə ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması məsələsi gündəmə gəldi. Aydın məsələdir ki, yeni model bu və ya digər spesifik cəhətlərlə ya-naşı sosial sferada yüksək nəticələr əldə etmiş qabaqcıl ölkələrin ən son təcrübəsini də özündə birləşdirməliydi. O dönəmlərdə bu cür addım atmaq üçün həqiqətən də böyük cürət lazım idi. Bu isə ilk növbədə öz ölkəsinin parlaq gələcəyinə inamla baxan Heydər Əliyev nikbinliyindən qaynaqlanırdı. O inanırdı ki, zaman ötəcək və biz ən irimiqyaslı sosial layihələri gerçəkləşdirmək iqtidarında olacağıq. Lakin belə bir sistemin tam gücüylə çalışa bilməsindən ötrü ilk növbədə bəzi məsələləri həll etmək lazım idi.
Birincisi - özünü maliyyələşdirən sığorta-pensiya modeli qurmaqdan ötrü pensiya təminatı mexanizmini modernləşdirməliydik. Bugünkü gün ölkəmizdə məcburi sosial sığorta haqlarının toplanması, pensiyaların təyinatı və ödənişi üzrə vahid bir sistem mövcuddur. Əmək pensiyaları haqqında yeni bir qanun qüvvədədir və bundan əlavə, sığortaolunanların avtomatlaşdırılmış fərdi uçot sistemi işə düşüb.
İkinci önəmli məsələ - səhiyyə və təhsil sistemində islahatların aparılması ilə bağlı idi. Adıçəkilən sahələr üzrə çalışan obyektlərin özəlləşdirilməsindən imtina etməsinə rəğmən, dövlətimiz yeni özəl klinikaların, ali və orta məktəblərin və sairənin açılmasına dəstək verdi. Bunun nəticəsidir ki, əhalinin maddi imkanı aşağı olan təbəqələri pulsuz səhiyyə və təhsil xidmətlərindən yararlandılar. Bu isə adıçəkilən sferalarda rəqabət bazarını formalaşdırmağa imkan yaratdı.Ən vacib məsələlərdən biri isə əhalinin real gəlirlərinin artırılması ilə bağlı idi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 12.İQTİSADİYYATIN YENİ İDARƏETMƏ SİSTEMİ. AZƏRBAYCAN DÖVLƏTİNİN İQTİSADİ ROLU
Plan:
12.1.İqtisadi idarəetmə:mahiyyəti, obyektləri və subyektləri, tipləri
12.2.iqtisadi idarəetmənin funksiyaları
12.3.İqtisadi idarəetmənin prinsipləri
12.4.İqtisadi idarəetmə mexanizmi
12.5.İqtisadiyyatın idarəedilməsinin təşkilat strukturunun qurulması
12.6.Azərbaycan iqtisadiyyatının iqtisadi rolu (funksiyaları)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 13. AZƏRBAYCANIN BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİ
 
Plan:
13.1.Beynəlxalq iqtisadi əlaqələrin obyektiv zəruriliyi və nəzəri əsasları
13.2.Azərbaycanın xarici ticarət əlaqələri. Ticarət balansı
13.3.Azərbaycanın neft müqavilələri: məzmunu və əhəmiyyəti
Ayrı-ayrı xalqlar və dövlətlər arasında yaranan məhsul mübadiləsi genişləndikcə istehsalçılar bir çox hallarda daxili bazara deyil, xarici bazara üstünlük vermişlər. Buradan da xarici ticarətin – beynəlxalq ticarətin inkişafına zəmin yaranmışdır. Bu isə öz növbəsində hər bir milli iqtisadiyyatın inkişafında böyük rol oynamışdır. Belə ki:
1.   Məhdud iqtisadi ehtiyatlara malik olan ölkələrin çətinliklərini aradan qaldırmışdır;
2.   Daxili bazarın həcminə zəmin yaratmışdır;
3.   Milli təsərrüfatlarda təkrar istehsalın intensivləşdirilməsinə köməklik edilmişdir;
4.   Kütləvi istehsalın təşkilinə imkan yaranır;
5.   Avadanlıqlardan istifadə yükünün yüksəldilməsi təmin edilir;
6.   Yeni texnika və texnologiyadan istifadə edilməsi imkanları artır;
7.   Yığım imkanları, sənayeləşmə və iqtisadi artım sürəti yüksəlir;
8.   Təbii ehtiyatlardan və işçi qüvvəsindən səmərəli istifadə edilməsinə zəmin yaranır ki, bu da əmək məhsuldrarlığının artırılmasına səbəb olur.
9.   Ixrac məhsullarının artırılması əsasında yeni iş yerləri yaranır.
10.                       Ölkənin beynəlxalq ixtisaslaşması imkanları artır;
11.                      Məhsulların xarici ticarəti vasitəsilə dünya ölkələri əlaqələrinin bir çox formalarının reallaşdırılması həyata keçirilir (kapital ixracı, isthsal kooperasiyası, elmi-texniki əməkdaşlıq və s.);
12.                      Beynəlxalq əmtəə mübadiləsinin inkişafı nəticə etibarı ilə beynəlxalq xidmətlər mübadiləsinin dinamikasını müəyyən etmiş olur;
13.                      Beynəlxalq ticarətin inkişafı, ərazi üzrə iqtisadi inteqrasiya proseslərinin inkişafı üçün əsas yaradır. Bu isə beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsini təmin edir.
14.                      Beynəlxalq ticarət xarici investorların fəaliyyətinə maraq oyadır.
13.2.Azərbaycanın xarici ticarət əlaqələri. Ticarət balansı
Beynəlxalq ticarət dünya ölkələrində xarici ticarətdən ibarətdir. Onun həcmi ixracın həcmini toplamaq yolu ilə ABŞ dolları ilə hesablanır. Həşmçinin ixrac barədə kommersiya şərtləri qiymətləri ilə də nəzərə alınır, idxal isə həmin kommersiya şşərtinin digər növü ilə qiymətləndirilir. Beynəlxalq ticarətdə məhsullar BMT-nin standartlaşdırlmasına uyğun olaraq qruplaşdırılır. Buna BMT-nin beynəlxalq təsnifatı deyilir. Bundan əlavə Brüssel əmtəə nomenklaturası deyilən sistemdən də geniş istifadə edilir.
Aydındır ki, xarici ticarətin genişləndirilməsində əsas məqsəd ictimai-iqtisadi inkişafa təsir etməkdir.
İnvestisiya bütövlükdə milli məhsulun və eləcə də milli gəlirin və məşğulluğun artmasına səbəb olur .Məşğulluğun artması isə öz növbəsində yenidən milli məhsulu artırır.
Beləliklə, investisiyanın artması ilə milli gəlirin artması arasında sıx zəncirvari əlaqə yaranır.
Həmçinin milli gəlirin artan hissəsi investisiyanın ilkin artan hissəsindən çox olur. Belə bir məcazi misal çəkmək olar. Su olan bir vedriyə bir daş saldıqda su şişir, artır. Beləliklə, iqtisadi proseslərin bir-birinə təsiri, bir-birindən asılılığı yalnız investisiya üzrə deyil, digər problemlərdə də mövcuddur.
İnvestisiyanın artması nəticəsində ilbəil həmin ilkin artımdan daha çox əldə edildiyi kimi, əmtəə ixracının artması da sonrakı tsikillərdə azalsa da, ilkin artıma nisbətən daha çox dəyişiklik yaradır.
Xarici ticarətin iqtisadi vəziyyəti haqqında daha real dolğun məlumat tədiyyə balansı anlayışı ilə müəyyən olunur.   Ölkənin tədiyyə balansı başqa ölkələrdən daxil olan pul ödəmələrinin məbləğini əks etdirir.
Aydındır ki, xaricdən olan ödəmələr çox olduqda tədiyyə balansı aktiv (müsbət saldo), az olduqda passiv olur.
Tədiyyə balansı sadəcə olaraq texniki,haqq-hesab cədvəli deyildir. O, beynəlxalq ictimai münasibətləri əks etdirir. Burada elmi-texniki, sosial və humanitar əlaqələr, iqtisadi münasibətlər öz əksini tapmış olur.
Tədiyyə balansının aktivliyi bütün digər əhəmiyyəti ilə yanaşı valyuta məzənnəsinin artmasına zəmin yaradır. Ümumi şəkildə tədiyyə balansı üç bölmədən ibarətdir.:
-       Ticarət balansı (əmtəələrin idxal və ixracı);
-       Xidmətlər balansı və qeyri-kommersiya ödəmələri;
-       Kapital və kresitin hərəkəti balansı.
Deməli, birinci və ikinci bölmələr cari əməliyyatları və cari tədiyyə balansını əks etdirir. Üçüncü bölmə isə kapital idxal və ixarcını, investisiya qoyuluşunu, kredir əməliyyatlarını özündə əks etdirir.
Tədiyyə və ticarət balansının vəziyyətinə bir çox amillər təsir edir. Bunlardan:
1.   Dünya ticarətinin dinamikası və məhsul baxımından quruluşu;
2.   Qiymətlər dinamikası, tələbin dəyişməsi, dövlətin xarici iqtisadi siyasəti
3.   Xammal və digər məhsullara olan dünya qiymətlərinin dəyişməsi
4.   Xidmət sahəsində olan dəyişilkilər
5.   Xaricdə investisiya, kredit verilməsindəki dəyişiliklər və s.
13.3.Azərbaycanın neft müqavilələri: məzmunu və əhəmiyyəti
Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycan özünün təbii sərvətləri sahəsində müəyyən beynəlxalq iqtisadi münasibətlər yolu keçmişdir.
SSRİ dağıldıqdan sonra AZərbaycanın müstəqillik əldə etməsi və bazar iqqtisadiyyatına keçməsi respublikanın iqtisadiyyatında bir sıra problemlərin həll edilməsinə şərait yatarmışdır. Azərbaycanın xarici və daxili iqtisadi əlaqələr sistemində neft sənyesi mühüm rol oynadığından iqtisadiyyatın təşkili və inkişafı daxili və xarici şəraitə uyğun olaraq aparılmşdır. Yeni və müstəqil dövlətlər arasında yeni məzmunlu iqtisadi əlaqələr yaranmışdır. Respublikanın son illərdə dünya iqtisadi sisteminə inteqrasiyası gfüclənmişdir. Bu əlaqələrdə ən başlıca yer neft sənayesinə ayrılır. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində əsas yeri tutan neft sənayesi məsələsində daha mükəmməl və çevik proqramın olması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə əldə edilən ən böyük uğurlardan biri “Əsrin müqaviləsi”nin imzalanmasıdır. 30 illik dövr üçün bağlanan bu müqavilədə 511 mln.ton neft istehsalı nəzərdə tutulur və Azərbaycanın payı 253 mln. ton  müəyyənləşdirilib.
Həmçinin Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin çəkilişi Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində ən böyük uğurlarındandır. Uzunluğu 1765km, ümumi dəyəri 2,95mlrd.dollar olan proektdə aşağıdakı neft kompaniyaları iştirak edir və onların payları aşağıdakı kimidir. ARDNŞ-25,0%, BP-32,0%, Unocal-8,90%, Statoil-8,71%, TRAO-6,53%, ENİ-5,00%, İmchu-3,40%, Amereda Hess-2,36%, TotalFina ELF-5,00%, İNPEKS-2,5%.
Azərbaycanın iqtisadi müstəqillik əldə etməsindən sonrakı dövr ərzində ölkə iqtisadiyyatında mühüm dəyişilikər baş vermişdir. Dövlət müstəqilliyinin ilk illərində respublikanın makroiqtisadi göstəricilərinin dinamikasında aşağı enmə halları müşahidə olunurdu. Belə ki, ilk 5il müddətində respublikada ümumi məhsulun illik enmə həddi 25%-dən artıq olmuşdur. Bu dövr dövlət strukturlarının makroiqtisadi inkişaf prosesləri üzərində idarəetmə funksiyasının itirilməsi dövrü kimi xarakterizə edilir. Keçid dövrünə uyğun dəqiq və düzgün sistemin olmaması ölkə iqtisadiyyatında böhran yaratmışdır.
 Son illərdə isə ölkə iqtisadiyyatının inkişafı nəzərə çarpır. Bu neft siyasəti ilə bağlıdır. Nft bütün iqtisadiyyatın inkişafına təkan verəcək bir amildir. Bütünlükdə neft sənayesinin yaradılması, onun düzgün iqtiqamətə yönəldilməsi, uğurlu inkişafının təminatı və neftin dünya bazarına çıxarılması bir çox mürəkkəb məsələlərin kompleks həllinin həyata keçirilməsini tələb edir.  Bildiyimiz kimi Azərbaycanın neft- və qazçıxarma sənayesi, inkişafının dördüncü mərhələsinə qədəm qoymuşdur. 1990-ci ildən başlayaraq bu dövr xarici şirkətlərin iştirakı ilə Azərbaycanın Xəzər bölgəsində nft yataqlarının kəşfiyyatı, istismarı fəaliyyətini əhatə edir. 1994-cü il 12dekabrda Parlament tərəfindən ratifikasıya edildikdən sonra Xəzər dənizi neftindən bir sıra xarici dövlətlərin  şirkətləri ilə birlikdə istifadə edilməsinə dair müqavilələr imzalandı. Bu vaxtdan başlanmış Azərbaycanın net sənayesinə xarici kapitalın cəlb edilməsində əsas məqsəd mütərəqqi texnika və texnologiya tətbiqi ilə Xəzər bölməsindəki neft ehtiyatlarını aşkar etmək üçün bağlanmış sazışlər əsasında xarici kapitalın payına düşən neftin eksport edilməsinə nail olmaqdan ibarətdir.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan neftinə maraqda dönüş yaratdı. Beləliklə, Qərb ölkələri ilə optimal münasibət yarandı. Ölkənin ağır  bir dövründə, yəni keçid dövründə, 1994-cü il sentyabrın 20-də Azərbaycanda Dövlət Neft Şirkəti ilə dünyanın 11nəhəng şirkəti arasında “Əsrin müqaviləsi”nin bağlanmasına nail olundu. Göstərilən müqavilə sonrakı dövr ərzində 60mlrd.dollar həcmində investisiya qoyuluşunu nəzərdə tutan daha 20 müqavilənin əsasını qoydu.
Bu illər ərzində respublikada xarici sərmayənin kütləvi surətdə cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. 1997-1999-cu illər üçün iqtisadiyyatın dövlət sektorunda ümumi həcmi 2126,9milyon ABŞ dolları olan 34 müxtəlif layihədən ibarət təcili sərmayələşdirmə proqramının qəbul edilməsi buna bariz nümunədir. Qeyd edilən proqramda investisiyaların ümumi həcminin 27%-ni təşkil edən neft-qaz bölümünə xüsusi yer verilmişdir. Bu da eyni zamanda iqtisadiyyatın digər sahələrinin də inkiişafına öz müsbət təsirini göstərir. İstər hasilatda, istər ixracatda yeni qlobal layihələrin həyata keçirilməsi aktuallaşdı. 1998-cu ildən başlayaraq Azərbaycan müstəqil Respublika kimi neft hasilatından gəlir əldə etməyə başladı.
 “Əsrin müqavilə”nin imzalanması Azərbaycan  Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın müstəqil dövlət olaraq öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün əsas yer tutur. 
Makroiqtisadi proseslərin inkişaf meylinin bir tərəfli qaydada yalnız Rusiya və ya Türkiyəyə yönəldiyi ötən illərdən fərqli olaraq hazırki iqtisadi siyasət bərabərhüquqlu əməkdaşlıq şərtlərini qəbul edən bütün ölkələrlə sərfəli iqtisadi maraqlar əsasında formalaşdırılır.
İqtisadiyyatın inkişafında böyük həcmdə kapital qoyuluşu onun sonrakı illərdə tərəqqisi üçün güclü maddi baza yaradır. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində mühüm makroiqtisadi göstəricilərdən biri sayılan inflyasiya kəskin surətdə azalır ki, bu da  Azərbaycanda iqtisadi inkişafı tərənnüm etdirir.
Bəs neft gəlirləri necə bölüşdürülməlidir? Ümumiyyətlə, neft gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafına necə təsir göstərə bilər? Qeyd edək ki, neft gəlirlərindən istifadə zamanı pərakəndiliyə yol verməmək üçün neft fondunun yaradılması olduqca əhəmiyyətli idi. Azərbaycanda indi Dövlət Neft Fondu yaradılmışdır. Lakin bu fondda cəmləşən vəsaitlərin istifadə istiqamətlərinin düzgün müəyyən edilməsi mühüm məısələdir. Bu vəsaitlərdən istifadənin dörd strateji istiqaməti olmalıdır: sənayeləşmə, infrastrukturun inkişafı, soaial sahə, milli sərmayənin ixrajı. Qeyd edək ki, bu istiqamətlərin dördü də bir-birini tamamlayır. Azərbaycanın dünya neft bazarındakı konyukturundan asılı vəziyyətə düşməməsi üçün neft gəlirlərinin bir hissəsinin sənayenin qeyri-neft sahələrinin inkişafına yönəldilir. Prioritet sənaye sahələri müəyyən edilir və bu sahəni inkişaf etdirmək üçün dövlət məqsədyönlü sənaye struktur siyasəti yeridir.
Şübhəsiz ki, dövlətin iqtisadi siyasətinin son məqsədi sosial rifahın yüksəltməkdən ibarətdir. Neft gəlirləri hesabına sosial sahənin maliyyələşdirilməsi əhalimim alıcılıq qabiliyyətini, yəni məcmu təklifi artırmaqla iqtisadi inkişafa müsbət  təsir göstərir. Bundan başqa neft gəlirləri hesabına elmi-tədqiqat mərkəzlərinin fəaliyyətinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Sənaye sahəsində orta və kiçik sahibkarlığı inkişaf etdirmək üçün neft gəlirləri hesabına investisiya layihələrinin müsabiqə əsasında dövlət tərəfindən maliyyələşdirilməsi təmin edilməlidir. Ümumiyyətlə, neft gəlirləri əsasən ixrac yönümlü sənaye sahələrinin inkişafına yönəltmək məqsədəuyğundur. Güclü infrastruktur olmadan mütərəqqi sənaye sahələrinin geniş miqyaslı investisiya layihələrini həyata keçirmək qyri-mümkündür. Ona görə də neft gəlirlərinin bir hissəsi hesabına dövlətin investisiya proqramları çərçivəsində infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi təmin olunmalıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 14. AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİ: MƏZMUNU, FORMALAŞMASIVƏ QƏRARLAŞMASI PRİNSİPLƏRİ
İqtisadi inkişaf –iqtisadi gerçəkliyin sadələşdirilmiş mənzərəsidir., mücərrəd imumiləşdirmədir. Hər bir ölkənin sosial iqtisadi inkişafı əvvəlcədən düşünülmüş və xalqın mənafeyini ifadə edən iqtisadi modeləəsasında baş verir. İqtisadi modeldə bir tərəfdən ümumbəşəri olan cəhətlər, figər tərəfdən isə xalqın və konkret ölkənin özünəməxsusluğu ifadə olunur. Buna görə də dünya iqtisad elmində və real həyatda iqtisadi inkişafın həm klassik iqtisadi modeli və həm də onun mücxtəlif növləri olan cürbəcür iqtisadi modelləri mövcuddur. Azərbaycanın iqtisadi inkişaf modeli hər bir istehsal və təsrrüfat subyektinin, coğrafi mənada ərazinin, iqtisadi mənada isə xalqın, millətin iqtisadi sosial , psixoloji mənafelərini özündə birləşdirən, respublikanın dövlət müstəqilliyinin təmin olunması prinsiplərinə söykənən bazar iqtisadiyyatının formalaşdılması əsasında milli, iqtisadi sosial tərəqqimizin əsas cəhətlərini özündə ifadə etməlidir. Bazar iqtisadiyyatının qurulması heç də məqsəd deyil, milli dirçəlişin və sivil ölkələrin iqtisadi inteqrasiyasına qovuşmasında mühüm vasitədir. 
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Ən böyük nailiyyət ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.
1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.
Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.
Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 15. AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ, TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI VƏ EKOLOJİ MÜHİT
Ekologyia Yunan sözü olub, oikos (ev, sığınacaq) , loqos (elm,telim) deməkdir. Alman təbiətşünası Hekkel əsərlərində ekologiyanı orqanizmlərin ətraf mühitə münasibətlərini öyrənən ümumi elm kimi təsvir etmişdir. 
 Ekoloji biliklər gerçəkliyi həyat əhəmiyyətli cəhətlərini aşkarlayır, mədəniyyətmizin və həyat tərzimizin dəyişməsinə kömək edir. Artıq bildiyimiz kimi, ekologiya orqanizmin ətraf mühitlə qarşılıqlı təsirləri haqqında elm kimi yaranmışdır. Lakin bu gün etiraf etməliyik ki ekologiya artıq xalis təbii bioloji elm hesab edilə bilməz, o, kompleks sosial- təbii elmdir. O praktiki olaraq insanın həyat fəaliyyətinin bütün cəhətlərini əhatə etmişşdir.
Ekoloji biliklərə yiyələnmiş insan onu əhatə edən dünyanı yenidən kəşf edir, əvvələr təbiətdə ikinci dərəcəli hesab etdiyi bir çox əlaqə və münasibətlərin əhəmiyyətini başa düşməyə başlayır. Insanın biosferdəki vəziyyəti ikili xarakterə malikdir. Bir tərəfdən o, bioloji növ kimi planetimizin ekosisteminin tərkib hissəsidir, digər tərəfdən isə başqa canlı varlıqlardan fərqli olaraq insanın qeyri- bioloji – sosial-ictiai tələbləri və inkişaf mexanizmləri vardır. O, texnika, yeni süni maddələr yaradır, binalar tikir, yollar çəkir və bundan ötrü ətraf mühitdən elə mühüm ehtiyatlardan- filizlər, neft, oduncaq və.s istifadə edir ki, əvvəllər təbiətin heç bir canlı varlığı bundan istifadə etməmişdir. Bu zaman təbiətə xeyli miqdarda ona yad maddələr- plastika, metal və.s şəklində tullatılar qaytarılır. Beləliklə, ətraf mühitin çirklənməsi baş verir.
Havanın, suyun, torpağın artıq çirklənməsi, bərpası mümkün olmayan təbii sərvətlərin tükənməsi, biosferin dayanıqlığının pozulması və müxtəlifliyinin düşməsi, insanların sağlamlığının pisləşməsi və həyatın keyfiyyət göstəricilərinin aşağı düşməsi ilə əlaqədar olaraq bəşəriyyət gələcək inkişaf yolunun seçilməsi problemi qarşısında durmuşdur.
Insan mühitlə hər zaman əlaqədə olmasına baxmayaraq onun təbiətə təsiri əsasən təsərrüfat fəaliyyəti zamanı intensivləşir. Təbiətə güclü antropogen təsir nəticəsində ətraf mühit gərginləşir, sosial v təbii şərait mürəkkəb əlaqələr sistemi yaradır. Qeyd etməliyik ki, bioloqlar, coğrafiyaçılar, geoloqlar, kimyaçılar, filosoflar tərəfindən “ təbiəti mühafiz”, “təbiətdən istifadə”, “ təbii sərvətlərdən səmərəli istifadə”, “ekologiya” və.s adlar altında tbiəti mühafizənin həm təbii həm də sosal aspektləri barədə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır. Bununla əlaqədar olaraq təbiət, insan, cansız aləm və onların qarşılıqlı əlaqəsindən bəhs edən elmlərin inteqrasiyasının bir çox tədqiqatçılar tərəfindən “sozologiya” adlandırılmasını məqsədli hesab etmək olar. Hələlik  “ekologiya”, “sozologiya” anlayışlarının biri digərini inkar etmir.
Bəzi alimlərin fikrincə mühit qeyri-üzvi, üzvi və antropogen proseslərin nəticəsində formalaşır. Mütəxəssislərin fikrincə ətraf mühiti mühafizə dedikdə əsasən aşağıdakılar nəzərdə tutulur: təbii və sosial şəraitin mühafizəsi və optimallaşdırılması; mühəndis- texniki və texnoloji proseslərin təkmilləşdirilməsi. Birincidə bütün canlı və cansız təbiətdən səmərəli istifadə edilməsi, onun təbii- təkrar istehsalı üçün təminat yaratmaq, ikincidə insanın əli və zəkası ilə yaradılmış vasitə və vəsaitləri, tikintiləri və ərazi istehsal komplekslərini adamların səhhətinə, normal həyat, əmək fəaliyyətlərinə qarşı qoymamaq; üçüncüdə texnoloji prosesləri, xüsusilə biotexnoloji prosesləri təkmilləşdirmək, tullantısız texnologiya yaratmaq, nəinki yaxın illər, hətta uzun illər üçün ekoloji nəticələri proqnozlaşdırılan layihələr yaratmaq nəzərdə tutulur.
Hər bir insan və insan cəmiyyətinin təbii mühitə təsiri , mühitlə əlaqəsi  konkret məskunlaşma şəraitində formalaşır. Bununla yanaşı həyatı fəaliyyətdə təbii hüdudların sərhədi əksər halda inzibati, iqtisadi bölgülərdə nəzərə alınmır. Belə uyğinsuzluğun aradan qaldırılması isə ətaf mühitin mühafizəsi və ekoloji gərginliyin nizamlanması tədbirlərinin idarə olunması işində böyük əhəmiyyət kəsb edir.
Biz bütünlükdə yerin övladlarıyıq. Biosfer bəşərin beşiyidir. Lakin müşahidələrimizə və mülahizələrimizə görə əhalinin ərazi təşkilinin mühitlə qarşılıqlı əlaqələri və qarşılıql təsiri nəticəsində ühitin hüdudlarının aşağıdakı sərhədlərlə vahid sistemə malik olduğunu deyə bilərik:
1.              hər bir yaşayış məntəqəsi sakinlərinin həyatı, əmək fəaliyyəti və təbii-təkrar istehsalının davam etməsi üçün zəruri olantəbii vasitələrin məcmuindən ibarət məhəlli mühiti
2.              bir yaşayış məntəqəsindən kənara davam etməklə və yaxud bir təbii kompleksin davamında yerləşən təbii və maddi ehtiyatlar üçün əsas olan inteqral və yaxud da əlaqəli mühit
3.              bütünlüklə vahid fiziki- coğrafi rayon zona və yaxud da təbii sərhədləri iri, bəzən iqtisadi rayonlarla uzlaşaraq, tbii- texnoloji konveyerlər əsasında regionlar arası əlaqəyə malik olan qlobal mühit
4.              yerin istilik qurşaqları daxilində və yaxud da qurşaqlaqarası təbii komplekslərdə nisbətən isyilik rejimi, istilik balansı, iqlim tipləri zəminində su balansı foralaşan vahid təbii şərait və tbii ehtiyatlar sistemində birləşən panetar mühit
5.              özünün eerji, istilik, maqnetizmi və.s gücü ilə qlobal dövran yaratmaqla yer mühitini formalaşdıran planetlərarası və yaxud kosmik mühit
Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi hər şeydən əvvəl təbii şəraaitlə, təbii ehtiyatları bir- birindən fərqlndirməyi v ayrı- ayrılıqda qiymətləndirməyi tələb edir. ərtaf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsində də çoğrafiya elmi əvəzolunmaz xidmətlər göstərir. Ətraf mühitin opdimallaşdırılması və biosferin təbii məhsuldarlığının mühafizə edilməsi, bəzi hallarda isə sıradan çıxmış təbii komponentlərin bərpası üçün mühəndis, avrotexniki, sosial tədbirlərin hazırlanması, mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin idarə olunması, bu sahədə planlaşdırma işlərinin həyata keçirilməsi, kompleks tədbirlərin işlənməsini tələb edir. Tbiidir ki, bu işon həyata keçirilməsində bir çox elm sahələri: biologiya, kimya, geologiya, fizika və.s iştirak etməlidir. Lakin bu elmlər içərisində coğrafiya aparıcı mövqeyə malikdir.
Müasır dövrdə ətraf mühiti mühafizə üzrə elmlərarası əmək bölgüləri yaranmaq üzrədir. Ona görə də ali və orta ixtisas təhsili sistemində ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində tədrisin təkmilləşdirilməsi elmlər və fənnlərarsı istiqamətlərə, mövzulara xüsusi diqqət yetirməyi tələb edir. “Cəmiyyətin inkişafında coğrafi mühitin rolu”, “ Təbiət və əhali”, “ Dünya ölkələrinin ekoloji əməkdaşlığı” və.s fənnlərin keçirilməsinə böyük ehtiyac vardır. Həmin fənnlər təbiətşünaslığın əsaslarının tamamlanmasında, təbiət və cəmiyyətin fəlsəfi məsələlərinin dərk olunmasında siyasi, iqtisadi, ekoloji təfəkkürün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ətraf  mühiti mühafizə və təbii ehtiyatlardan istifadə edilməsi üzrə hər bir regionun respublikanın ekoloji gərginliyindən asılı olaraq coğrafi təmaüllü ixtisas kursları keçirilməsinə də böyük ehtiyac vardır.
Təbiəti mühafizənin problemləri çoxsahəli olmaqla ümumplanetar, ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin problemlər  tarix boyu insanları narahat etmişdir və indi də bütün dünyada insan cəmiyyətinin həyat tərzi və inkişafı həmin problemlərin  həllindən çox  asılıdır. Birinci qrup  problemlər təbii fəlakətlərin öyrənilməsinə, həmin fəlakətlərin qarşısının alınmasına , yaxud da onun zərərinin azaldılmasına doğru yönəldilir. İkinci qrup problemlər təbii ehtiyatlardan istifadə edilməsi ilə əlaqədardır. Üçüncü qrup problemlər isə ətraf mühitin antropogen təsirlər nəticəsində çirklənməsi təhlükəsinin aradan qaldırılması ilə bağlıdır.
Təbiət mühafizəsinin ümumi problemləri dedikdə, zəlzələlər, vulkan püskrmələri, sellər, səhralaşma nəzərdə tutulur. Təbii fəlakətlər iqtisadiyyata xeyli ziyan  vurmaqla insanları qorxu altında saxlayır.
 
 
 
 
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci