ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Dekorativ

Geniş başlıq mətni.

 
MÖVZU 26
KÜCÜGÖTÜRMƏ İŞİNDƏ VƏ YARIMMEXANİKLƏŞDİRİLMİŞ KÜCÜ NÖQSANLARININ ARADAN QALDIRILMASI
Kücügötürmə prosesində kücü agacı üzərində başlangıc nöqtəsi düz təyin edilmədikdə,kücü agacının saga və sola hərəkəti ilə kücünün eni ərişlərin enindən bir tərəfdə artıq o biri tərəfdə əskik olur.Bu nöqsan nəticəsində xalcanın bir tərəfi enlenir,digər tərəfi yıgılır.
kücünün bir hissəsi sıx,başqa hissəsi seyrək götürüldükdə kücü agacı üzərində ilmə sıxlıgı pozulur və bu müəyyən dərəcədə ərişlərə təsir ederək xalcanın ilmə sıxlıgının pozulması səbəb olur.Xalcanın ilmə sıxlıgı 60x60-dan cox eni isə 2-m-dən artıq olduqda kücünün ilmə sıxlıgının yeknəsəkliyini təmin etmək məqsədilə kücü agacı üzərində üst oxun xətlərinə müvafiq nişanlar qoymaq lazımdır.
Bəzən kücü götürülərkən birinci ərisin kücüyə alınıb,yaxud azad buraxılacagı nəzərə alınmadıgına görə xalcanın hər tərəfində bir əriş tək qalırki,bu da argac dolaşıqlıgı,xalcanın qıraqlarının düzgün getməməsi ilə nəticələnir. 
Kücü götürülən zaman ərişlər yaxşı ayrılmadıqda,bir əriş əvəzinə iki əriş götürülür,yaxud bir əriş əvəzine iki əriş azad buraxılır,habelə ərişlər dal-qabaq kücüyə alınır və nəticədə toxuma prosesində ağac dolaşıqlığı baş verir,xalçanın dalında zolaq ya da "kanal" əmələ gəlir.
Kücü götürülərkən kücü sapının düyünlərinin həmin sapın ərişlərlə kəsişdiyi yerdə düşməsinə yol verildikdə,arağackecmə prosesində ərişlər düyüne ilişib qalir və öz vəziyyətini dəyişmədiyine göre arğac pozulur,nəticədə xalçanın dalında arğac çıxıntıları əmələ gəlir.
Bu nöqsanların qarşısını almaq məqsədi ilə kücü götürme prosesine başlamazdan əvvəl xətkeş vasitəsi ilə kücü ağacı üzərində ərişlərin başlanğıc nöqtəsi nizamlanır.Kücünün eni ilə xalçanın eni arasındakı fərq isə iki yerə bölünür və başlanğıc  nöqtəsindən bir neçə sm uzaqda kücünün başlanacağı qabaqcadan təyin edilir.Bunlardan əlavə kücü üzərində ilmə sıxlığının bütün santimetirlərdə bırabır olmasına əvvəldən axıra qədər diqqət yetirilməlidir.
Bütün bu tədbirlərə baxmayaraq,əgər kücü öz yerindən başlanmayıbsa,bu nöqsanı kücünün ortasında,yaxud başqa bir hissəsində düzəltmək başqa bir nöqsana-kücü üzərində ilmə sıxlığının pozulmasına səbəb olar.Ona görə də bu nöqsanı baslanğıc nöqtədən aradan qaldırmaq üçün kücü saplarını düzəltmək məqsədilə onları müvafiq istiqamətdə yeritdikdən sonra ilmə sıxlığını bir daha yoxlamaq lazımdır.
Əgər xalça yeni qayda ilə toxunmalıdırsa, onda sol tərəfdəki birinci əriş kücüdə olmalı,sağ tərəfdəki sonuncu əriş isə sərbəst buraxılmalıdır.Buna düzgün riayət edilmədikdə sağ tərəfdəki artıq ərişi çıxarıb sola əlavə etmək,ya da soldan kəsib sağa artırmaq lazımdır.
Ərişləri bir-bitindən yaxşı ayırmaq və kücügötürmə işini asanlaşdırmaq üçün onların arasına ağac salmaq,hər bir ərişi götürərkən onun dolaşıb-dolaşmadığına, tək yaxud cüt gəldiyinə,öz yerində düzgün durub-durmadığına diqqət etmək lazımdır.Dəhnə döylərkən bəzi ərişlərin kücdə düzgün olmadığı aşkara çıxartdıqda onları düzəltmək mümkündür.
    Məsələn:əgər bir yerdə iki əriş birdən azad buraxılıb,və başqa yerdə isə iki,əriş birlikdə kücüyə götürülmüşdürsə,onda bir yerdən kəsib başqa yerə əlavə etmək lazımdır.Bu cür ərişlər kəsilərkən diqqət edilməlidir ki:
1)kəsilən ərişin ucu dəhnə ağacı üzərində yaxşı bərkidilsin
2)əlavə olunan əriş kücüsüz qalmasın və onun tarımlığı başqalarından fərqli olmasın.
     Bu cür nöqsanlı ərişlərin sayı çox olduqda kücünün bir hissəsi,yaxud hamsı açılıb təzədən götürülməlidir.
     Kücügötürmə prosesində kücü sapından olan düyümlərin ərişlərlə həmin sapların kəsişən yerinə düşməməsinə xüsusi diqqət yetirilməlidir.Əgər düyün kücü ağacının üstünə düşürsə,kücü sapını lazımi qədər qısaltmaqla düyünü istənilən yerə salmaq olar.Həmçnin kücü qurtardıqdan sonra kücüdə və ərişlərdəki düyün artıqlarını,qırıntı və dolaşıqlığa səbəb ola bilən bütün uzun sapları səliqə ilə kəsib atmaq lazımdır.
    Bu tədbirləri görməkdə sadə kücünün texnoloji cəhətdən nöqsansız olacağını təmin etmək mümkündür.
    Yuxarıda qeyd olunan nöqsanlar və onların aradan qaldırılması üçün görülən tədbirlər yarım mexanikləşdirilmiş kücüyə də aiddir.Lakin bu kücünün öz xüsusi nöqsanları da ola bilər.Məsələn,kücü götürüldükdən sonra ərişlər bir sırada olmuşsa,deməli həmin ərişləri kücüyə bağlıyan sapların bəziləri uzun,bəziləi isə qısa olmuşdur.Ona görə də kücügötürmə prosesində ərişlərin aralarına qoyulmuş ağaclar ərişlərin kəsişən yerində ərişlərin bir sırada durmasını əl ilə yoxlamaq və kücü saplarının bir uzunluqda olmasına nəzarət etmək lazəmdır.
    Kanaliçi ağac yerinə salındıqdan sonra ərişlər bir arğac üçün yaxşı "ağız açdığı" halda,o biri arğac üçün yaxşı "ağız açmır"Burada iki səbəb ola bilər.
1.Əgər kücü ağacının altında və üstündə olan kücü sapları bir-biri ilə bərabər deyilsə,onda kanaliçi ağacı çıxarıb kücü saplarını bərabərləşdirmək sonra onu yenidən öz yerinə salıb bərkitmək lazımdır əgər bu fərq bütün kücü boyu deyil bir hissədədirsə,yaxud kücü boyunca bir neçə yerdədirsə,onda uzun olan bütün kücü sapları ilə kücü ağacı arasına nazik ağaclar qoymaqla həmin hissədə kücü saplarını bərabərləşdirməliyik.
2.Əgər kücü saplarının uzunluğu bərabərdirsə onda hərəkətverici mexanizmi kücü ağacına bağlayan birləşdirici halqadan açaraq onu hərəkət dairəsinin ortasına gətirməliyik.
Kanal ağacı öz yerində yaxşı bərkidilmədikdə kücü sapları onun altından qaçaraq bir tərəfdə uzanır,digər tərəfdə qısalır.Əgər bu nöqsan bir neçə yerdədirsə,onda kanalağacını çıxarmadan qeyri-bərabər sapları bərabərləşdirmək,sonra da həmin ağacı öz yerinə bərkitmək olar.Lakin qeyri-bərabər sapların sayı çox olduqda kanalağacını çıxarıb ərişləri bərabərləşdirmək və təzədən öz yerinə bərkitmək lazımdır.Bu ağacın yaxşı bərkiməsi üçün kanalın içinə karton,nazik ağac və yaxud rezində qoymaq mümkündür.
 
 
Mövzu:36
 
Boyakarlıq
 
 
         Boyakarlıq təsviri sənətin ən vacib vasitələrindən biridir. Boyakarlıq əsərlərində obrazlı varlıq (insan və təbiət, real hadisələri), dini, mifoloji obrazlar və.s rəsm və rənglər vasitəsilə əks etdirilir. Boyakarlıq məkan sənətləri sırasına daxildir. (yəni kətan, şüşə, ağac və.s) üzərində əks olunmuş təsvir müəyyən məkan daxilində mövcuddur? Boyakarlıqda müxtəlif əsərlərin ictimai ideyaları, müxtəlif fəlsəfi problemlər öz əksini tapır. Məzmun və formanın vəhdətinə əsaslanan. Boyakarlıq əsərlərində həyat həqiqətləri bədii obrazlar vasitəsilə əks olunur. Obrazlılıq, emosionallıq ifadə gözəlliyi bu sənətin əsas əlamətlərindəndir. Rəssamlıq obrazları, ideya və mövcud, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu elementləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiva, ritm, təsvir və ifadə vasitələri ilə əlaqədardır. Rəsm təsviri sənətin əsasını təşkil edir. Rəssam tablo çəkərkən əşyaların formasını, rəngini, mühit daxilində mövqeyini öz dilində əks etdirir. Təsvirin ani, mühitin real çıxması üçün perspektiv və işıq-kölgə qanunlarına müraciət olunur.
         Rəsm kompozisiya ilə əlaqədardır. Kompozisiya tablonun ümumi qurluşu, ayrı-ayrı hissələrin əlaqəsi və onların bir-birinə uyarlığı deməkdir. Sənətkarın yaradıcı təfəkkürünün nəticəsi olan kompozisiya əsərin ideyası və mövzusunun olduqca yığcam, aydın və ifadəli səpkidə açılmasına xidmət edir. Klassik sənət əsərlərində kompozosiya dərin düşünülmüş daxili məntiqə əsaslanır, hissələrin mütənasibliyi, təbiiliyi ilə səciyyələnir. Rəng canlı naturam, təbiətin boyaların, əşyaların formasını dəqiq şəkildə canlandırmağa imkan verir. Kolorit boyakarlıq əsərinin başlıca təsvir vasitəsidir. Rənglərin bir-birinə uyarlığı, ahəngdarlığı əsərin koloritini təşkil edir. Əsərin hansı rəng çalarında işlənməsi onun məzmunundan asılıdır. Buna görə də tablonun koloriti isti yaxud soyuq,açıq yaxud tutqun, yumşaq yaxud sərt, cazibədar yaxud sönük və.s ola bilər. İşıq-kölgə koloritlə əlaqədar olan mühüm təsvir elementlərindəndər. Rəssam rəngləri qarşılıqlı münasibətdə götürür, işıq və kölgə təzadlarına əsaslanaraq təsvirin daha qabarıq, forma və həcmin, əşyaları əhatə edən hava təbəqəsinin, mühitin canlı və real çıxmasına nail olur. Bir çox halda tabloda verilən təsvir müəyyən ritmə əsaslanır. Ritm kontur cizgilərinin, siluetlərin, səthlərin təkrarı, növbələşməsidir, tablonun dinamik yaxud statik çıxması, əsasən bununla əlaqədardır.
         Boyakarlıq sənəti bədii estetik funksiyaların çoxcəhətliyi ilə bağlı müxtəlif növlərə bölünür: Monumental boyakarlıq, dekorativ boyakarlıq, teatr-dekorativ boyakarlıq boyakarlığı, minatür və dəzgah boyakarlığı. Hər növün özünə məxsus texniki ifadə üsulları və materialları var. Monumental boyakarlıq deyərkən divar və tavan rəsmləri rəsmləri nəzərdə tutulur. Monumental boyakarlıq memarlıqla sintez təşkil edir: ictimai binaların, möhtəşəm imarətlərin divar yaxud tavanlarında möhkəm və davamlı materiallarla nəqş olunan təsvirlər və.s. Monumental boyakarlıqda freska (divar rəsmi), mozaika (rəngli qurama), vitraj (rəngli şüşə), mayolika (kaşı) geniş yayılmışdır.
         Freska yaş suvaq üstündə birbaşa sulu boya ilə işləmək texnikasıdır. Mozaika isə smalta (rəgli və qeyri-şəffaf xırda şüşə), rəngli daş, yaxud mərmər parçalarından divara nəqş olunan təsvirlərdir. Memarlıqda əsasən pəncərələri bəzəmək məqsədi ilə rəngli şüşələrdən yığılan təsvirlər vitraj texnikası ilə, rəngli-şirəli kərpic laylarından quraşdırılan təsvirlər isə mayolika ilə əlaqədardır. Memarlıqda bədii tərtibat, eləcədə müxtəlif məişət qablarının bəzək və naxışlarla işlənməsi  dekorativ boyakarlıq növünə aiddir. Dekorativ boyakarlığın geniş yayılmış formaları arasında bədii vazaları bəzəyən təsvirlər mühüm yer tutur.
         Teatr-dekorativ rəssamlığın səhnə əsərləri və kinofilimlərin bədii tərtibatı ilə əlaqədar dekor, geyimlər və təsvirlər daxildir. Teatr dekorları, əsasən yapışqanlı rənglərlə o cümlədən quaşla işlənir. Dəzgah boyakarlığına aid əsərlər molbert adlanan xüsusi dəzgaha bənd edilən kətan, taxta lövhə, karton və.s üzərində, əsasən yağlı boya ilə çəkilir: məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır. Yağlı boya ilə yanaşı boyakarlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Sulu boyadan (akvarel) həm boyakarlıqda həm də qrafikada istifadə olunur. Məsələn qədim əlyazmaların bədii tərtibatı ilə əlaqədar olan miniatür rəssamlıq nümunələri akvarellə çəkilmişdir.
         Məzmun etibarı ilə boyakarlıq sənəti tarixi, mifoloji, məişət, portret, mənzərə, naturmort və batal,marinist və.s janrlara bölünür. Bu janrların təşəkülü, əsasən XV əsrdən başlayaraq dəzgah boyakarlığının inkişafı ilə bağlı olmuşdur. Tarixi boyakarlıq janrına tarixi hadisələri,tarixi qəhrəmanları əks etdirən əsərlər daxildir. Rəssamın şahidi olduğu gündəlik həyat hadisələrini insanın ailə əxlaqi-tərbiyəvi münasibətlərini əks etdirən tematik şəkillər məişət, boyakarlığına, konkret şəxslərin sürətlərini canlandıran lövhələr isə portret boyakarlığına aiddir. Təbiət təsvirləri mənzərə janrının,müxtəlif əşyaların təsviri isə naturmort janrının məzmununu təşkil edir.
 
 
 
 
 
Mövzu:37
 
 
XVI-XVII əsrlərdə bədii parça və tikmələr.
        
 
         XVI əsr Azərbaycanın parça və tikmə tarixində ən zəngin dövr sayılır. Səfəvilərin adı ilə bağlı olan bu dövrdə Azərbaycanda əsl mənada bədii parça istehsalı sənayesi təşkil olunmuşdu. Hazırda Moskva, Leninqrad, Bakı həmçinin dünyanın bir çox məşhur muzeylərində o zaman Təbrizdə, Ərdəbildə, Şamaxıda, Gəncədə və Azərbaycanın başqa şəhərlərində hazırlanmış ipək parçaların, qırmızı, yaşıl məxmərin, zərli və gümüş saplarla toxunmuş tirmə və.s parçaların çoxlu nümunəsi saxlanılır. Bu dövrdə Azərbaycanda olmuş məşhur fransız səyyahı Şarden Azərbaycan şəhərlərində yüz növdən artıq müxtəlif parçalar toxunduğunu öz gündəliyində qeyd etmişdir. Vaxtı ilə yüksək qiymətləndirilən bu gözəl sənət nümunələrinə Venetsiya, Genuya, Hollandiya, Fransa, İngiltərə və Rusiyada həmişə böyük təlabat olmuşdu. O zaman Azərbaycan parçaları Rusiyada xüsusilə məşhur idi, rus alimi B.Denike “Şərq sənəti” adlı kitabında yazır ki, qızılbaş məxməri və zərbaf malları bu dövrdə Rusiya şəhərlərində alıcılar arasında çox geniş yayılmışdı.
         Qərbi Avropa ölkələri arasında Azərbaycan ipəyi ən çox İtalyada məşhur idi. Bu dövrlərdə Azərbaycan parçalarının geniş şöhrət qazanmasının səbəbi təkcə onların gözəl toxunuşunda və ya davamlı olmasında deyildi. Bu parçaların qiymətli cəhəti bir də ondan ibarət idi ki, milli naxışla bəzənir və çox vaxt daha gözəl görünmək üçün həmin naxışların arasında klassik şairlərin əsərlərindən alınmış obrazlar təsvir edilirdi. Parçaya xas olan xüsusi şərti qaydalarla verilən həmin təsvirlərin əksəriyyəti Azərbaycanın bu dövrdəki miniatür sənətini xatırladır. Məşhur fransız sənətşünası Q.Mijon “Müsəlman incəsənəti” kitabında bu parçaların gözəlliyinə məftun olduğunu etiraf edərək oradakı bəzəkləri belə qiymətləndirmişdir. “Onlar elə bil “Min bir gecə” illüstrasiyalarını xatırladır”.
         Bu tipli parçalar qızıl və gümüş saplarla toxunduğu üçün dünya bazarlarında baha qiymətə satılır, çox vaxt isə qızıla bərabər tutulurdu (bu cür parçaların tərkibinin 15 faizi xalis qızıl olurdu). Belə toxunma parçaların saplarını adətən, adi toxucular deyil, zərgərlər hazırlayırdılar. Qızıl və gümüş saplar belə hazırlanırdı: adi qızıl və ya gümüş parçasını zindan üstünə qoyub nazik vərəqə çevrilənədək döyür və bu vərəqləri qıyıqvari metal alətin deşiyindən keçəcək ölçüdə sim halına salırdılar.
         Bu dövrdə istehsal olunmuş Azərbaycan parçalarının bədii keyfiyyətlərinə nəzər salsaq, onların bir çox xüsusiyyətinə İran, Hind, Türk parçalarındada rast gəlirik.
         Azərbayan parçalarını bəzəyən ornament və rəsmlər onların ən qiymətli cəhətidir. Azərbaycan parçaları öz bədii tərtibatına görə üç böyük qrupa bölünür: müxtəlif dini sözlər və yaxud Şərq klassiklərinin rübailəri ilə bəzədilmiş parçalar, ornamental və süjetli parçalar.
         Yazılı parçaların meydana gəlməsində ən əvvəl islam dinin rolu olmuşdu.
         XVI-XVII əsrlərdə toxunumuş bədii parçaların dövrün miniatür sənətinin təsiri altında yaranmasını Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilən iki parça nümunəsi də tətbiq edir. İpək və qızıl-gümüş saplarla toxunmuş bu parçaların birində at üstündə oturub ova çıxmış bir gənc təsvir edilmişdir. İkinci bədii parçada təsvirlər daha çoxdur. Sənətkar burada təbiətin ən gözəl fəsli olan baharı təsvir etmişdir.
         XVI-XVII əsrlərdə parça üzərində bəzəklər əsasən üç üsulla icra olunurdu. Birinci üsulla istənilən bəzək və rəsmlər parça ilə birlikdə toxunaraq, onun ayrılmaz hissəsini təşkil edirdi. İkinci üsulla bəzəklər hazır parça üzərinə tikilirdi. Üçüncüdə isə basma vasitəsi ilə həkk olunurdu.Bu əsrlərdə geyim üzərinə, habelə məişət əşyalarında: pərdə, örtük, süfrə, mütəkkə, at yəhəri və.s üzərinə salınmış bəzəklər el sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunurdu.
Bu əsrlərdə Azərbaycanda əhali arasında ən çox inkişaf etmiş tikmə üsulu: təkəlduz, güləbətin, muncuqlu və qurama olmuşdur.
         XVI-XVII əsrlərdə parça üzərinə salınan tikmə üsullarından ən bədii və görkəmlisi güləbətin idi.
         Bu tikmə əsas etibarı ilə ağır və bahalı parçalar üzərində olurdu.Güləbətin üçün yerlik adətən tirmə, mahud və məxmər idi. Güləbətin tikmələrin sapı qızıl, gümüş və bürüncdən hazırlanırdı. XVI-XVII əsrlərdə güləbətin tikmələr xüsusilə Təbriz, Bakı, Şamaxı və Naxçıvanda geniş yayılmışdı.
         XVI-əsrdə Təbrizdə hazırlanmış hazırda Budapeştin dekorativ-tətbiqi sənət muzeyində saxlanan tikmə üzərində tədqiqat işi aparmış Amerika alimi Fillis Akerman onu Azərbaycan sənətkarlığının ən gözəl nümunələrindən sayır.
         Daha çox miniatür sənət əsərini xatırladan bu tikmədə Səfəvi zadəganlarından birinin güllü-çiçəkli baxçasında keçirilən dəbdəbəli ziyafət təsvir edilmişdir.
 
 
 
 
Mövzu:38
 
Orta əsrlərdə keramika.
 
 
         Arxeoloji qazıntılar göstərir ki, keramika orta əsrlərdə Azərbaycanda ən geniş yayılmış sənət nümunələrdən olmuşdur. Bu dövrdə Azərbaycanda əhali arasında külli miqdarda istifadə edilən saxsı məmulatları əsas etibarı ilə fırlanan dulusçuluq dəzgahında düzəldirlər. Dulusçu dəzgahından çıxmış sürahi, tabağ, küpə, fincan, çıraq, kasa və.s saxsı məmulatları üzünün hamarlığı, formasının dəqiqliyi və yaxşı bişirilməsi ilə fərqlənirdi.
         Lakin bununla bərabər kəndlərdə əl ilə yapılıb hazırlanmış, təsərrüfatda geniş istifadə edilən küp, qazan, tiyan, manqal və.s kimi nisbətən sadə və bəsit bəzəkli saxsı məmulatları da mövcud idi.
         Azərbaycan keramikasının ilk orta ərlərdəki ən böyük müvəffəqiyyəti onların şirə mayesi ilə örtülüb bəzədilməsidir. Şirə mayesi yurdumuzda hələ I-III əsrlərdə məlum idi. Lakin onun kütləvi istifadəsi IX-XI əsrlərə aiddir. Bu əsrlərdə bədii saxsı məmulatlarımızın şirələmə texniki üsulunu və ümumiyyətlə onların bəzək xüsusiyyətlərini Qəbələ, Bakı, Mingəçevirdən tapılmış və hazırda Azərbaycan tarix muzeyində saxlanılan keramika sənəti nümunələri çox gözəl şərh edir. Bu dövrün saxsı məmulatlarını tədqiq etmiş sənətşünas H.Nəcəfova Qəbələ, Bakı və.s yerlərdən tapılmış VIII-IX əsrlərə aid edilən bu sənət nümunələrini onların texnoloji və bəzək xüsusiyyətlərinə görə iki qrupa bölünür.
1.    Anqobla bəzədilib şəffaf şirlə örtülmüş saxsı qablar.
2.    Şəffaf şir altında üzəri anqobla örtülüb üstdən boyalarla bəzədilmiş
keramika.
         Birinci qrupa daxil olan qabların bədii və texnoloji xüsusiyyətləri haqqında 1945-ci ildə Qəbələdən tapılmış və hazırda Azərbaycan tarixi muzeyində nümayiş etdirilən kiçik həcmli bir küpə aydın təsəvvür yaradır. Küpənin enli ağzı və kərpici-qırmızı rəngi vardır. O üz tərəfdən açıq-sarı-yaşılı rəngə çalan dairələr və qeyri həndəsi ornament motivləri ilə bəzədilmişdir. Dairələr nümunənin gövdəsində, həndəsi bəzəkləri isə onun boğaz hissəsində yerləşdirilmişdir. Rəngarəng effekt verən bu bəzəklər çox orijinal və sadə bir texnoloji üsulda icra edilmişdir.
         Küpənin üzəri arabir ağ anqob mayesi ilə bəzədilmiş sonra onun üzəri sarı-yaşıl boyalı şirlə örtülmüşdür. Beləliklə kərpici-qırmızı gilli küpənin üzərindəki sadə ağ bəzəklər şirin boyasından asılı olaraq müxtəlif rənglərdə canlanır.
         Bu əsrlərdə saxsı məmulatlarının anqobla bəzəyib üzərini şirə mayesi ilə örtmək təkcə Qəbələ deyil, həmçinin Azərbaycanın başqa şəhərlərində də olmuşdu. Bunu müxtəlif yerlərdə aparılan qazıntılar zamanı tapılmış saxsı nümunələri təstiq edir.
         Eyni tipli saxsı məmulatlarına alimlərimiz 1938 və 1946-cı illərdə Bakıda Şirvanşahlar sarayında və habelə 1950-ci ildə Mingəçevirdə aparılan qazıntı işləri zamanı rast gəlmişlər. Maraqlı burasıdır ki, IX-X əsrlərə aid edilən bu tip bədii saxsı məmulatları elm aləminə hələlik Zaqafqaziya mühitində təkcə Azərbaycan arxeloji qazıntılardan məlumdur.
         İkinci qrupa daxil olan bu əsr keramika nümunələrinin əksəriyyətini üzəri anqobla örtülüb, boyalarla bəzədilib şirələnmiş saxsı məmulatları təşkil edir.
         1938-1946-cı illərdə Bakıda Şirvanşahlar sarayının həyətində 1953-cü ildə isə Beyləqanda aparılan qazıntı işləri zamanı tapılmış sənət nümunələri ikinci qrupa daxil olan saxsı məmulatları haqda ətraflı məlumat verir.
         Buradan tapılan materiallardan aydın olurki, bu üsulda saxsı məmulatını bəzəmək üçün ilk növbədə gilin üzəri ağ anqobla örtülür.
         Sonra astar xarakteri daşıyan anqob bənövşəyi, qırmızı, yaşıl boyalarla bəzənir, nəhayət ona şirə mayesi çəkilir. Bu tipli saxsı məmulatları üzərində dairə, üçbucaq, ulduz, torvari həndəsi ornament motivləri ilə yanaşı budaq, yarpaq rəsmi və hətta quş, heyvan təsvirlərinə də rast gəlirik. Saxsı məmulatları göstərir ki, bu əsrlərdə Azərbaycan keramikası bir çox bədii və texnoloji nailiyyətlər əldə etsədə ümumiyyətlə onların gili kobud, bəzəkləri isə bəsit olmuşdu.
 
 
 
 
 
Mövzu:39
 
Bədii şüşə.
 
 
         X-əsrdə tətbiqi sənət növlərinin xarakter qrupunu bədii şüşə məmulatı təşkil edir. Şəffaf, parıldayan və istehsal prosesi zamanı plastikliyi ilə seçilən (şüşə kütləsini isti halda istənilən formaya salmaq olur) şüşə kütləsi bu dövrün sənətkarlığında çox geniş istifadə edilmişdi. Qədim Gəncə, Bakı, Mingəçevir, Qəbələ, Beyləqan, Şamaxıdan tapılan müxtəlif formalı rəngli şüşə qabların geniş yer tutduğunu sübut edir.
         Bədii şüşə məmulatını ilk orta əsr nümunələrinin mürəkkəb forması və dekor üsulları Azərbaycanda şüşə istehsalının çox qədim ənənələri olduğunu göstərir. VIII əsrdən başlayaraq şüşə məmulatının forma və dekorunda dəyişikliklər baş verir. Bu dəyişiklikləri Şamaxı, Mingəçevir və Qəbələdən tapılan şüşə fraqmentlərində aydın izləmək olur. VIII-əsrə aid Şamaxı nümunələri öz forma və dekoruna görə əvvəlki dövr şüşə məmulatı ilə çox sıx bağlıdırsa, Mingəçevirdən tapılan şüşə məmulatı bu cəhətdən fərqli görünüşə malikdir. Forma və dekorundakı lokal xüsusiyyətlərlə yanaşı, Mingəçevirin ilk orta əsr şüşə məmulatında Qəbələ və Beyləqanın VIII-X əsr şüşə məmulatı ilə bədii şüşə nümunələrini xarakterizə etməkdə Qəbələ və Beyləqanın şüşə məmulatı xüsusilə qiymətlidir.
         VIII-X əsr bədii şüşə məmulatının iki növü məlumdur: məişət və bəzək predmetləri.
         Vaza formalı qablar, piyalələr, qrafinlər, ətir qabları kimi məişət predmetləri çox yayılmışdır.
         Bəzək predmetlərindən ən çox müxtəlif rəngli və quruluşlu bilərziklərə təsadüf edilir. Üzük, üzük qaşı, muncuqlar da bəzək predmentləri kimi geniş istifadə edilmişdir.
         VIII-X əsrlərdə müxtəli çalarlı yaşıl rəngi olan şüşə məmulatı əsas yer tutur. Bəzən sarı, sürməyi və qırmızıtıl qəhvəyi rəngli şüşə qab nümunələrinə də təsadüf edilir.
         Şüşənin əsas tərkibi hissələrindən olan təbii kvarsdakı (təbii süxur) gil torpaq və dəmir oksidi şüşənin rəngini sarı və yaşıl edir. Tamamilə rəngsiz şüşə əldə edilməsi üçün bu rəngləri dəf etmək lazımdır. Onun üçün şıxta (şüşə kütləsi) bişən zaman buraya marqanes, peroksidi qatılır. Rəngli şüşə alınması üçün şüşəyə müxtəlif metal oksidləri qatılırdı.
         Müxtəlif metal oksidlərindən müxtəlif rənglər alındığı kimi, eyni metal oksidi şüşəni bir neçə rəngə boyaya bilirdi. Məs: marqanes-bənövşəyi və qara, mis-mavi və yaşıl, dəmir-sarı, yaşıl, boz-mavi rənglərə boyayırdı. Dəmir birləşmələrindən boyaq kimi istifadə edilmirdi. Torpağın və əhəngin tərkibindəki dəmir şüşəni onsuz da rəngləyirdi. Lakin şüşəyə çoxlu miqdarda dəmir birləşmələri qatıb, qara az əlavə olunduqda isə qəhvəyi rəngə boyanmış şüşə əldə edilirdi. Şüşənin rənglənməsi üçün istifadə edilirdi. Şüşənin rənglənməsi üçün istifadə edilən bu boyaqlar çox qədimdən məlum idi.
         Əsasən üfürmə üsulu hazırlanmış bədii şüşə məlumatı ilə yanaşı, VIII-X əsrlərdə qəliblərdə hazırlanmış şüşə məmulatı nümunələri də az deyil. Zaqafqaziya və Orta Asiyada hələ eramızın birinci əsrindən məlum olan üfürmə üsulundan-metal və ya gil ucluqlu qarğı borulardan istifadə edilirdi. Borunun ucuna sorulmuş şüşə kütləsinə dərhal hava üfürüldüyündən yumşaq şüşə kütləsi qovaqlaşır, şar şəkli alırdı. Boru hərləndikcə şüşəyə istənilən forma verilir, sonra şüşə formanı borudan kəsib onun üstündə bədii əməliyyat aparılır, qabın ayrılıqda hazırlanmış detalları yapışdırılırdı.
         Qəliblə tökmə üsulunda isə içərisi xüsusi formaya malik qəliblərdən istifadə edilirdi. İsti şüşə kütləsi qəliblərin içərisinin formasını alırdı.
         Üfürülmə üsulu ilə nazik divarlı, tökmə üsulu ilə isə qalın divarlı şüşə predmetlər və bəzək şeyləri-bilərziklər, üzlüklər və.s hazırlanırdı.
Orta əsr əhalisinin həyatında şüşədən bəzək predmentləri hazırlanması üçün çox geniş istifadə edilmişdi. Şüşədən hazırlanmış bilərzik, muncuq,  üzük və üzük qaşlarının forma və rəng müxtəlifliyi eləcə də onların külli miqdarda istehsalı göstərir ki, metala nisbətən şüşə bəzək predmentləri içərisində biləriziklərə daha çox təsadüf edilir. En kəsiyi dairəvi, yarımdairəvi və üçbucaq formalı bu bilərziklərin əsasən iki növünə təsadüf edilir: saya və eşmə bilərziklər. Yaşıl, sürməyi, qara, ağ, abı, firuzəyi və.s rəngli bilərziklərin rəngi şüşə kütləsinə əvvəlcədən əlavə edilmiş metal oksidləri vasitəsilə əldə edilirdi. Bəzən isə bilərziklərin üstü əlavə olaraq rənglənirdi.
         Uzunsov, şar və oval formalı, üzəri dilimlənmiş müxtəlif rəngli muncuqlar bütün orta əsr şəhərlərinin qazıntıları üçün xarakterik olub, bəzək şeyləri kimi geniş yayılmışdır.
         Şüşə kütləsindən üzük və üzük qaşlarının hazırlanmasında da istifadə edilmişdir. Çox sadə formalı (en kəsiyi dairəvi) üzüklərlə yanaşı qaş yeri oval və dairəvi çıxıntı şəklində həll edilmiş üzlüklərə təsadüf edilir.
         Orta əsr şəhərlərindən tapılmış çoxlu dairəvi, oval, kvadrat və düzbucaqlı forması olan şüşə lövhəciklər onlardan üzük qaşı kimi istifadə edilməsini göstərir.
 
 
 
 
 
 
 
Mövzu:40
 
Orta əsrlərdə bədii metal.
 
         Saxsı və şüşədən düzəldilən məişət əşyaları ilə yanaşı bu əsrlərdə Azərbaycanda dəmir, mis, gümüş, qızıl və.s metallardanda çoxlu ev avadanlığı və zinət şeyləri hazırlanırdı. Bu dövrdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin sayı xüsusilə çoxdur. Hazırda Bakı muzeylərində bu dövrdə yaranmış bir çox sənət əsəri nümayiş etdirilir. Bunları öz forma və məzmununa görə iki qrupa bölünür:
1.    Bədii xarakter daşıyan məmulatlar.
2.    Məişət əşyaları.
Bədii xarakter daşıyan sənət nümunələri içərisində ən çox diqqəti cəlb edən Naxçıvanın Zağalı kəndində tapılmış bir-birinə bənzəyən iki tunc fiqurdur. Bu fiqurların biri hazırda Bakıda Nizami muzeyində, o biri isə Leninqrad Dövlət Ermitajında nümayiş etdirilir. Fiqurların yuxarı hissəsində dikqulaqlı və əyridimdikli vəhşi bir qartal təsvir olunmuş, aşağı hissəsi isə şiri andırır. Şirin sinəsi döymə üsulu ilə stilizə edilmiş nəbati naxışlarla bəzənmişdir. Fiqurun aşağı qurtaracağını geniş pəncəli şirin əzələli ayağı təşkil edir. Bu fiqurlardan həyatda nə üçün istifadə edildiyi hələ də öyrənilməmişdir. Lakin güman olunur ki, bnlar vaxtı ilə qiymətli bir taxtın ayaq hissələri olmuşdur.
     Bədii xarakter daşıyan sənət nümunələrimizin sırasına hazırda Leninqrad Dövlət Ermitajında nümayiş etdirilən bürünc quş, qaz, keçi və insan fiqurlarıda daxildir. İnsan fiqurunu təmsil edən sənət nümunəsi Naxçıvandan tapılmışdı və 35,6 sm hündürlükdə idi. Bürünc fiqur at belində oturmuş bir şəxsi təmsil edir. Atlının dəbdəbəli geyimi başındakı aypara nişanlı tacı onun yüksək təbəqəyə məsub bir şəxs olduğunu göstərir. Bu fiqurun bədii xüsusiyyəti və məzmunu haqda maraqlı yazılar dərc etmiş Leninqrad alimi K.Trever və həmyerlimiz N.Rzayev burada Qafqaz Albaniyasının hökmdarı Cavanşirin təsvir olunduğunu qeyd edirlər.
     Məişət əşyaları bu dövrə aid olan maddi mədəniyyət nümunələri içərisində geniş yer tutur. Müxtəlif növlü metallardan düzəldilmiş əşyalar ləyən, məcməyi, dolça, nimçə və.s məişətdə müxtəlif ehtiyacları təmin edən ev avadanlığı olmaqla bərabər o dövr sənətkarlığının səviyyəsini, xalqın estetik zövilə bəzədilib o birisinə cilalanmış böyük dəmir çərçivələr bu nəhəng darvazanın əsasını təşkil edir.
     Ümumiyyətlə qəlibdən çıxmış, tökmə üsulu ilə düzəldilmiş sənət nümunələrinə nisbətən döymə işlər daha möhkəm olurdu. Elə buna görə də bir çox silahlar (nizə, xəncər, qılınc, balta və.s) və kənd təsərrüfatı alətləri əsasən döymə üsulu ilə yardılırdı. Bir çox hallarda bu texniki üsullardan birgə də istifadə edilirdi. Məs: sənətkar qəlibdən çıxmış bir əşyanın formasını, bəzəyini daha da dəqiqləşdirmək istəyəndə onu təzədən odda qızdırıb yumşaldaraq üzərində yenidən döymə üsulu ilə əməliyyat aparırdı.
         Belə üsullar adi kütlə üçün satışa gedən məmulatlar üzərində yox, zadəganlar və yaxud şəxsi sifarişlər üçün hazırlanmış əşyalarda tətbiq edilirdi.
         Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə ev avadanlığı, məişət əşyaları deyil, həmçinin zərif zinət şeyləri də hazırlayırdılar.
         Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və.s yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və.s şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta günü bildirən qiymətli məxəzdir. Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına Dağıstandan tapılmış, hazırda Leninqrad Dövlət Ermitajında saxlanılan bürünc məcməyini də aid etmək olar. Diametri 73,5 sm ölçüdə olan bu məcməyi forma etibar ilə sonralar məişətimizdə geniş yayılmış ev avadanlığımızı xatırlatsa da o bəzək etibarı ilə sırf ilkin orta əsrlərlə bağlıdır. Məcməyinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orjinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməyinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir. Burada simmetrik şəkildə altı ədəd üç şaxəli yarpaq rəsmi həkk edilmişdir. Aparılan elmi araşdırmalar göstərir ki, bu tipli təsvirlər ilk orta əsrlərdə “Müqəddəs ağacın” rəmzi olmuşdur. Haqqında bəhs etdiyimiz metal məmulatları üslub xüsusiyyətinə görə “Sasani incəsənətinə” xas olan süjet və kompozisiyanı görmək olar.
         “İslam mədəniyyətinə” xas olan ünsürləri əks etdirən metal abidələrimiz sırasına İbrahim Süleyman oğlu tərəfindən düzəldilmiş qədim Gəncə şəhərinin darvazasını daxil edə bilərik. Ərəb dilində kufi xətti əsrlərdə nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mil düzündə 1956-1960-cı illərdə Üçtəpə adlı Kurqandan əldə edilmiş zərgərlik nümunələri xüsusilə maraqlıdır. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və.s bəzədilmiş bu sənət nümunələri öz orjinal formaları və zərif işlənməsi ilə fərqlənir. Bu əsr zərgərlik nümunələri üzərində rast gəlinən bəzək üsnürləri məsələn aypara, beşgüşəli ulduz və.s motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarımız tərəfindən işlənməkdədir.
 
 
 
 
 
 
 
 
Mövzu:41
 
 
XX yüzillikdə Azərbaycan boyakarlığı.
 
 
         Azərbaycan çağdaş rəngkarlığının ilk addımları 20-ci illərin ortalarına təsadüf edir. Həmin vaxtlar Bakı rəssamlıq məktəbinin yetişdirmələri böyük ruh yüksəkliyi ilə sərbəst yaradıcılıq fəaliyyətinə başlayır, özlərinin ilk, hələ qeyri-yetkin tabloları ilə Azərbaycan İnqilabı Təsviri İncəsənət İşçiləri Cəmiyyətinin tədris və gənclik sərgilərində də çıxış edirlər. Tarixi və müasir mövzularda, əmək-məişət, qadın azadlığı, savadsızlığın ləğvi mövzularında kiçik həcmli tablolar meydana çıxır. Salam Salamzadənin, Qəzənfər Xalıqovun, Ələkbər Rzaquluyevin yeni həyatın ruhu ilə aşılanmış milli özünəməxsusluğa malik sənət yaratmaq niyyətləri miniatür ənənələrinə yaxın şərti-dekorativ üslubda işlədikləri “Gəncə toxucu fabrikinin sap sexi”, “Qadınlar şöbəsi”, “Azərbaycan qadını” tablolarında öz ifadəsini tapmışdı.
         Doğma Azərbaycan diyarının gözəlliyi, bol məhsullu tarlaların bərəkəti, günəşli təbiətin şeriyyətı sanki səadət simfoniyası kimi səslənir. Abdullayevin obrazlar diapazonunun genişliyi haqqında yaratdığı zəngin portret qalareyası canlı təsəvvür verir. Xalq şairi S.Vurğunun, qocaman şəbəkə ustası Ə.Babayevin, pianoçu F.Bədəlbəylinin, pambıqçı Ş.Həsənovun, mütəfəkkir şair Nəsiminin, ədəbiyyatımızın klassikləri Vaqifin, M.F.Axundzadənin portretləri bu qalereyada şərəfli yer tutur.
         Doğma təbiəti ehtiraslı və nikbin boyalarla tərənnüm etmək Səttar Bəhlulzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Respublikamızın müxtəlif guşələrini-bağlar diyarı Qubanı, günəşli Abşeronu, yaylaqlar yaşıllıqlar məskəni Qarabağı, qızmar Muğanı canlandıran mənzərələri nəğmə kimi lirik və şairanədir, boyaları şəffaf və havalıdır. Rəssamı daim cənub təbiətinin saf bahar nəfəsli əsrarəngiz obrazları cəzb edirdi. “Torpağın həsrəti”, “Oyanma”, “Kəpəzin göz yaşları”, “Xəzər gözəli”, “Azərbayan nağılı”, “Suraxanının alovları” kimi məşhur mənzərələri məhz bu səpkidədir. Həmin mənzərələrdə incə lirik duyğular ilə pərvaz edən romantik xəyal və arzular bir-birinə qovuşur. “Vətənimin baharı”, “Şamaxı üzüm bağları”, “Şahnabad şəlalələri”, “Zəfəran natürmortu”, “Gəlin otağı”, “Abşeron narı” kimi tablolarında onun dəsti-xətti, koloritinə, zərif yumşaq rəng çalarlarına görə, sərbəst “improvizasiya” sayağı yazı üslubuna görə ilk baxışdan tanınır, insanı valeh edir.
         Toğrul Nərimanbəyovun romantik fırçası üçün koloritin ifadə qüvvəsi, ekspressiyası və cəsarətli ritmi, obrazların miqyaslılığı, emosional vüsəti səciyyəvidir, onun güclü xarakterlər, coşqun ehtiraslar, qızğın həyəcanlar düşündürür. Rəssamın “Xəzər üzərində şəfəq”də verilən romantik gənclərin sürətləri nə qədər şairanədir.
         Boyaların uyarlığı, dekorativliyi “Nar”, “Tarla düşərgəsi”, “Çiçəklər”, “Qocaman çinar”, “Qız qalası” kimi natürmort və mənzərələrini səciyyələndirir. Sanki bunlar torpağın həyat dolu şirəsindən, qızmar Abşeron günəşindən, Göyçayın, Zaqatalanın cövlan edən gur boyakarından yoğurulmuşdur. Rənglərin dekorativliyi rəssamın səhnə tərtibi və divar rəsmləri sahəsində uğurlu fəaliyyətində xüsusi məna nəsb edir.
         Nadir Əbdürrəhmanovun “Çəltik tarlasında”, “Sevimli naxışlar”, “Talış qadınları”, “Dağlarda bahar”, “Bizim dağların adamları”, “Azərbaycan dağlarında bahar” tabloları əhval-ruhiyyə baxımından lirikdir, emosionaldır.
         Rəssam kənd sakinlərini əsrarəngiz təbiəti qoynunda təsvir edərək, onların qarayanız sifətlərində əlvan libaslarında xüsusi gözəllik və cazibədarlıq tapır. “Laçın”, “Minkənd”, “Qara göldə səhər” lirik mənzərələrindən, həmçinin xarici ölkələrin-Koreya, Bolqarıstan, Əfqanıstan, İran xalqlarının həyatına həsr olunan silsilə şəkillərindən göründüyü kimi rəssam milli məişətin ən səciyyəvi səhnələrini müasir dünyaduyum süzgəcindən keçirir yumşaq, axıcı, şərti-dekorativ rəng səthlərinin poetik ahəngini mənalandırmağa nial olur.
 
 
 
 
 
 
Mövzu:42
 
Orta əsrlərdə şüşə.
 
 
         Saxsı məmulatları ilə yanaşı orta əsrlərdə Azərbaycanda şüşə məmulatı istehsalı da geniş inkişaf etmişdi. Şamaxı, Gəncə, Qəbələ, Mingəçevir və.s yerlərdə aparılmış arxeoloji qazıntılar zamanı arxeoloqlarımız buradakı küllü miqdarda şüşə məmulatları tapmışlar.
         Şüşə istehsalının mövcudluğunu və sırf yerli xüsusiyyət daşımasını Şamaxıının Xınıslı kəndində aparılan qazıntı işləri zamanı aşkar edilmiş istehsalat tullantıları da əyani bir şəkildə təsdiq edir.
         Qazıntı işləri zamanı əldə edilmiş məmulatlar göstərir ki, şüşədən güzə, sürahi, piyalə və.s məişət qabları düzəltmək üçün deyil, həmçinin zərgərlik nümunələri hazırlamaq üçün də istifadə etmişlər. Şamaxı və Qəbələdən tapılmış müxtəlif formalı və bəzəkli şüşə muncuqları və bilərzikləri buna misal ola bilər.
         Bun dövrdə Azərbaycanda istehsal edilən şüşə məmulatları təkcə öz texnoloji keyfiyyətləri ilə deyil orijinal forması və bəzəklərinin müxtəlifliyi ilə də diqqəti cəlb edir. Şüşə üzərində səthi və ya qabarıq bir formada tətbiq olunmuş həndəsi, nəbati ornament motivləri ilə yanaşı, hətta epuqrafiyaya da rast gəlinir.
         Arxeoloq S.M.Qaziyev Qəbələdə aparılan arxeoloji qazıntı zamanı tapdığı bir şüşə muncuğun birinin üzərində ərəbcə “Allah” o biri üzündə isə tərsinə “Allah kafidir” sözləri olduğunu qeyd edir. Yəqin ki, bu muncuqdan öz dövründə həm amulet, həm də möhür kimi istifadə edilmişdir.
 
 
 
 
 
 
 
Mövzu:43
 
Farfor.
 
Çini qablar incəsənəti.
 
 
         Adından məlum olduğu kimi çini (farfor) qabların vətəni Çindir. Çini (farfor) qar kimi ağ rəngdə olur və bir az işıqlıdır. Saxsı məmulatla müqayisədə onlar istiliyə davamlı və örtükləri dözümlüdür. Kənarlarından asta zərbə zamanı dəqiq davamiyyətli səs verir.
         Farforun hazırlanması tarixi VII əsrinə gedib çıxır. Çini qabların ixtirası dulusçuluqda mühüm addım idi. Lakin çinlilər bir çox ixtira və kəşfləri kimi çininin də hazırlanması texnologiyasını gizli saxlayırdılar. Bunun nəticəsi idi ki, çini qablar ilk zamanlarda çox da geniş yayılmamışdı. Farforun Çində ixtira olunması təsadüfi deyildir. Burada gil materialının ən yaxşı növünü almaq üçün zəngin təbii ehtiyatlar var idi. Farslar Çin imperatorunu “Faqfur” adlandırdılar ki, bu da “Allahın oğlu” mənasını verir. Buradan da həmin söz Şərq və Qərb ölkələrində yayılmışdı, bir çox ölkələrdə o cümlədən Azərbaycanda farfor qablara sonradan çini qablar (yəni çin qabları) adı verilmişdir. Çinlilərin bu sirri XVIII əsrdə Avropada bəlli oldu. Qısa müddətdə farfor istehsalı bütün ölkələrdə yayıldı.
         Türk çini sənətinin tarixi isə ilk müsəlman türk dövlətlərindən Qaraxanlılara qədər gedib çıxır. Böyük Səlcuqlar və Anadolu Səlcuqları çinidən memarlıq sənətində çox istifadə etmişlər. Osmanlı dövlətinin yaranması ilə çini sənətində yeni dönəm başlanmışdır. İlk Osmanlı dönəmində Bursa Yaşıl məscid və türbəsində (1421), Bursa Muradiyə məscdində (1426), Ədirnə Muradiyə məscidində (1433) və Çinili köşkündə (1472) çinidən istifadə olunmuşdur. Bunlar əsasən mozaika və boya ilə işlənmiş çinilərdir.
         Farfor istehsalı Azərbaycanda-Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuşdur. Bu sənət hazırda da qalmaqdadır. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfiyyəti olan saxsı və farfor məhsullarına çevrilirdi.
         Ötən əsrin ortalarından başlayaraq farfor istehsalı geniş vüsət alıb. 1970-ci illərdə Gəncə Çini qablar zavodu fəaliyyətə başlayıb və burada çini-keramika məhsulları, əsasən qablar istehsal edilib.
         Çini keramika sənəti-Milli keramika sənətindən söz açanda onun təşəkkülündə xidməti olanların sırasında Sadıq Sadıqovun da adı hörmətlə çəkilir. Keramikaçı-rəssamın milli bədii keramika ənənələri ilə tanınmasını, onu yaradıcı şəkildə inkişaf etdirməsini rəssam hazırladığı çini vazalarda görmık mümkündür. Onun dahi Nizamiyə və “Xəmsə”nin qəhrəmanlarına həsr etdiyi vazalar həm orijinal formasına, həm də səthi bəzəyən təsvirlərin şux rənglərinə görə diqqət çəkir.
         Keramikaçı-rəssam Zahid Hüseynovunda əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumuniya, Çexoslovaniya, Macarıstan, Almaniya, İtaliya, Türkiyə, Latviya, Gürcüstan, Litva və.s ölkələrdə nümayiş etdirilmiş sənətkarın özü isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olmuşdur.
 
 
 
 
 
Mövzu:44
 
Portret, peyzaj və natürmrot janrları.
 
 
         Portret-janrına konkret şəxlərin (yaxud bir qrup adamın) sürətini əks etdirən əsərlər daxildir. Əsl rəssam öz modelinin yalnız zahiri, bəzən də təsadüfi cizgilərinin sürətini çıxarmaqla kifayətlənmir, o hər bir adamın bütün daxili simasını hər bir adamda olan və qeyri profosional baxışdan yayınan ən başlıca və xarakter cizgiləri axtarıb tapır və üzə çıxarır. Hər janr haqqında öz fikrini söyləyən Şopenhanerin maraqlı sözü var: “İnsanın üzü onun ağzından daha çox söz deyir”.
         Peyzaj-təbiət gözəlliklərini əks etdirir. Təbiət obrazları, əlbəttə rəngkarlığın bütün sahələrinə xas olan xüsusiyyətdir; təbiət obrazı insan fiqurları verilən yerdə arxa plan, “peyzaj fonu” rolunu oynayır. Sözün əsl mənasında peyzaj rəngkarlığın elə əsərlərinə deyilir ki, orada təbiətin təsviri başlıca yer tutur, insan və heyvan fiqurları, əgər varsa, yalnız bi təbiətin canlandırılmasına xidmət edir.
         Natürmort-Rəngkarlığın bu növünün təsvir obyektləri-çiçəklər, meyvələr, tərəvəzlər, ev əşyaları, büllur, musiqi və ovçu alətləri, ovlanmış quşlar və.s ibarət ola bilər. “Natürmort” sözü fransızca olub, hərfən “Ölü təbiət” deməkdir. Hərçənd ki, güllər, çiçəklər heç də öü deyil. Belə tabloların ilkin adı Hollanda dilində “Stilleven” idi ki, bu da “Sakit həyat” deməkdir. Müəyyən mənada bu ad daha düzgündür.
         Keçmişdə geniş yayılmışbəzi janrlar (məs: qədim əfsanələri təsvir edən mifoloji janr) indi aradan çıxmışdır.
 
 
 
 
Mövzu:1
        
                 Çeşni tətbiqi və bədii tərtibatın yaradılması
 
 
İlməsalma işi çeşni tətbiqi ilə birlikdə aparılır.İlmələr çeşniyə əsasən salınır və bununla də məmulatın bədii tərtibatı yaranmış olur.Çeşnihesablama bölməsində deyildiyi kimi,çeşnilər iki cür olur:Xalq yaradıcılığından gələn “ Pirəbədil ” , “ Əfsanə “ və.s kimi ənənəvi çeşnilər və peşəkar rəssamlar tərəfindən yaradılmış müasir ornamental,süjetli və portretli çeşnilər.Bunların hər ikisi də xüsusi sifarişlə hazırlanmış damalı çeşni kağızları üzərində çap və ya rəsm edilib istehsalata verilir.Çeşnilər rənginin,naxışının  sayına,həndəsi və ya nəbati ornamentlərdən (düz və ya əyri xətlərlə işlənməsinə) istifadə olunmasına və toxunacaq xalçanın sıxlığına görə bir neçə mürəkkəblik dərəcəsinə bölünür.Xalçanın sıxlığının yüksəkliyi çeşninin mürəkkəblik dərəcəsini artırır və bu sıxlığın rəqəmləri çeşnidə olan başqa rəqəmlərlə birlikdə göstərilir.Çeşni kağızının özünün sıxlığı isə 75:75, yaxud 80:80 olur.Bu rəqəmlər xalçanın real sıxlığına aid deyil və ona təsiri də yoxdur.Ancaq sıxlıq kağızda çox,xalçada az olduqda çeşnidə kiçik görünən gül xalçada böyük görünən və bu əksinə də ola bilər.Hazırda işlədilən çeşni kağızları böyük damada 8 kiçik dama yerləşir ki,bunların da hər biri bir ilmə deməkdir.
Kapitalist ölkələrindən fərqli olaraq Sovet Azərbaycanı xalçaçılığında ilməsalma ilə birlikdə çeşniyə baxmaq,çeşniyə əsasən toxumaq işi də öyrədilir.Bunu əməyin sosialistcəsinə təşkili,fiziki və zehni əməyin bir-birinə qovuşmaq prinsipi tələb edir.
Çeşnidə olan hər bir naxış,xətt,gül şaxə və digər bəzək elementlərini onların ilmə sayı,rəngi və hərəkəti ilə öyrənmək və yerini dəqiq müyyənləşdirmək olar.Həmin əlamətlərlə istənilən naxışı çeşnidən isə köçürüb bədii tərtibatı yaratmaq mümkündür.Bütün bu prosesə çeşni tətbiqi və ya çeşniyə əsasən toxuma prosesi deyilir.Şaquli xətdən bir ilmə keçib 30 ilmə toxuduqda “Sicandişi” adlanan naxışın əsası qoyulur.Sonra yenə də həmin şaquli xətdən iki ilmə keçib bir,iki ilmə keçib toxumaq və bu işi sona qədər davam etdirməklə naxış tam şəkildə yaranmış olur.Buta naxışı isə iki çin saya toxunduqdan sonra başlanır.Belə ki,şaqüli xətdən 12 ilmə keçib iki,bir keçib iki,yenə bir keçib iki və.s qayda ilə  naxış çeşnidən isə köçürülür.Onun fiqurunun incəliklərinin yaranması çeşnidəki “gəzmə” hərəkətləri ilə bağlıdır.Naxışların,onların  gəzmələrinin,yerliyin rəngi isə çeşnidə ya rənglə,ya da rəqəm və başqa işarələrlə verilir.
         Xalçaçılıq sənətində simmetriya qanunundan geniş istifadə edilir.Ornamental xalaçalarda işin birinci rübündə toxunmuş nə varsa ikinci rübdə təkrar alındığı üçün xalçanın üfüqi və şaquli simmetriya xətləri vasitəsilə 4 oxşar hissəyə bölündüyünü görürük.Buna görə də çeşni bütün xalça üçün deyil,bir rüb üçün hazırlanır və bu,digər üç rübdə təkrar edilir.
“Buta”,”Baliq” və sonra bu kimi çeşnilərdə nəinki rüblər,hətta rüblərin öz daxilində də çeşnin müəyyən hissəsi bir neçə dəfə təkrar  olunur.Təkrar  olunan hissəyə qarış deyilir.Ona görə də çeşnilər böyük və kiçik qarışlı,bir və ya bir neçə qarışlı növlərə bölünür.Elə çeşnilər də var ki,onun əvvəlindən sonuna qədər nə bir naxış nə də bir hissə təkrar edilir və belələrinə qarışsız çeşni deyilir.
Çeşni xalçanın layihəsidir və toxuma işi ona əsasən aparıldıqda qabaqcadan düşünülmüş bədii tərtibatı yaratmaq mümkün olur.
 
 
 
 
 
 
 
Mövzu:2
 
Xalçaların   təsnifatı
 
 
Azərbaycan xalçaçılığı rəngarəng bədii tərtibatı və zəngin naxış xəzinəsi olan coxəsrli,coxcəhətli sənət sahəsidir.Bu məmulat hazırlıq materialı,ölçü,sıxlıq,toxunma qaydası,əsas texnoloji xüsusiyyətlər,toxunduğu məntəqə və.s kimi müxtəlif bölgü tip və növlərə ayrılır.Bu bölgülər həm təbii  və həm də xalçaçılıq sirlərinin öyrənilməsi üçün lazımdır.Əsrlər boyunca axıbgələnən saylaşıb dəqiqləşən bölgülərdən biri xalçaçılıq məmulatının toxunduğu məntəqə ilə əlaqədar olan əsas təsnifatdırki,bu da bədii tərtibat və texnoloji xüsusiyyətləri özündə əks etdiri.Hazırlıq məntəqəsi və yerli xüsusiyyətlərə görə bölgüyə riayət olunması kompozisiya zənginliyinə,xammal və müxtəlif texnoloji üsullardan istifadə imkanlarının genişlənməsinə xidmət edir.
Təbii olaraq xalçaçılıq hər bir məntəqənin coğrafi şəraiti və yerli xüsusiyyətləri əsasında yaranıb inkişaf etmiş,onun özünə məxsus cəhətləri əsrlər boyunca möhkəm sənət ənənəsi kimi sabitləşmişdir.Orta əsrlərdə Səfəvilər dövründə Səfəvilər dövründə xarici ticarət dövlətin ixtiyarında olduğu üçün məmulatın çeşid zənginliyini saxlamaq məqsədilə fərmanlar verilmiş və bununla məntəqə orijnallığının,kompozisiya zənginliklərinin qorunması üçün dövlət əhəmiyyətli işlər sırasına qaldırılmışdır.Bu fərmanlardan birində deyilir ki,xalı,xalça və digər toxuculuq məmulatının əmtəə rəngarəngliyini saxlamaq məqsədilə hər bir məntəqənin orijnal  toxuculuq xüsusiyyətləri qorunmalıdır.
        Əlbəttə hər bir tarixi kateqoriya kimi bu xüsusiyyətlər də zaman və digər faktorların təsirilə dəyişmiş,köhnəlib arxivləşənlər sıradan çıxmış,yeniləri meydana gəlmişdir.Hər halda yerli xüsusiyyətlərin əsas,mütərəqqi hissəsi öz varlığını qoruya bilmiş,əlaqələrin genişlənməsi,çeşni kağızlarının meydana çıxması,kapital qanunlarının təxribatçılıq təsiri bu xüsusiyyətləri məhv edə bilməmişdir.Müasir Azərbaycan xalçalarının təsnifatı da məhz həmin xüsusiyyətlər əsasında qəbul edilmiş və bütün  məlumat 4 başlıca qrupa bölünmüşdür:
1-Quba-Şirvan
2-Gəncə-Qazax
3-Qarabağ
4-Təbriz
          Ayrı-ayrı xalçaçılıq məntəqələrini təmsil edən bu qrupların hər biri öz növbəsində toxunduğu yer,bədii tərtibat və.s cəhətlərə görə bir neçə bölməyə ayrılır.
          1 qrup- “Quba”, “Şirvan”və “Bakı” tiplərinə bölünür.Eyni xalçaçılıq məntəqəsinə mənsub olmaq,bədii tərtibatdakı böyük  naxış elementləri,haşiyə zolaqları,sıxlıq,xov qalınlığı və.s bunları birləşdirən cəhətlərdir.Bu bütün qruplara aiddir.
          2 qrup- “Gəncə” və “Qazax” tipli xalçalara bölünür və bunların bədii tərtibatında olan qarmaq formalı elementlər,düz “Siçandişi”lər sıxlığın azlığı və bununla əlaqədar xovun qalınlığıdır.
          3 qrup-  “Ağdam”, “Ağcabədi”, “Şuşa” və.s tipli xalçaları özündə birləşdirir.
          4 qrup- isə şərti olaraq Təbriz,Mərənd,Heriş və.s yaşayış məntəqələrində toxunan bir çox ornamental xalça tiplərini, “Dörd fəsil”, “Ovçuluq”, “Şeyx Səfi”, “Şah Abbas” və bir sıra başqa kompozisiyaları özündə birləşdirir.
          Qrupların hamısına mənsub məlumat eyni zamanda xovlu və xovsuz,süjetli və naxışlı məmulata bölünür.
          Azərbaycan xalçalarının təsnifatı əsrlərin sınağından çıxmış,saflaşıb ənənə şəklinə düşmüşdür,lakin bu nəinki arxivləşmiş kompozisiyaların sıradan çıxmasına və dövrün,bədii inkişafın  tələblərinə uyğun yeni-yeni xalça tiplərinin yaranmasına mane olmur,hətta bu isə kömək edir.
 
 
 
 
 
 
Mövzu:3
 
Sintetik boya maddələri,nüsxə dəqiqliyinə
və rəng nəzəriyyəsinə riayət edilməsi.
 
 
        XIX-əsrin sonlarında sintetik boya maddələri boyaçılıq sahəsində tətbiq olunduqca öz yerini genişləndirmiş və XX əsrin əvvəllərində  bitki mənşəli boya maddələri əsas etibarilə istehsalatdan çıxarılmışdır.Bu işdə xalçaçılığın kəmiyyətcə artımı,portretli,süjetli-tematik xalçalar itehsalının genişlənməsi,sintetik boyayıcıların ucuzluğu,boyama işinin sadəliyi və digər amillər rol oynamışdır.Əsrlər boyunca davam edən təbii boyaqçılığın kifayyət qədər nəzəri əsasları,yaxşı əməli nəticələri olsa da özü üçün vahid elmi üsul,dəqiq texnoloji sistem yaratmamış, ancaq tək-tək ustaların təcrübələrində bir növ şifahi halda təsəvvürlərdə yaşamışdır.Bu sahədə bir sıra elmi əsərlər,nəbatatın coğrafi mövqeyi,onların boyaqçılıq əhəmiyyəti barədə kitablar yazılmasına baxmayaraq,bilavasitə əməli işlə məşğul olan boyaqçıların məhəlli təcrübələri kağız üzərinə gətirilib sənədləşdirilməmişdir.
         1841-ci ildə rus alimi N.Zinin anilini boya maddəsi kimi üzə çıxardıqdan 27 il sonra alman alimləri tərəfindən süni alizarinin tapılması təbliğ edilərək sensasiya ilə yayılmış və bunların texnoloji üsulları barədə təlimatları yazılmışdır.Daha sonralar xrom boyaqçılıq işini elmin müasir tələbləri səviyyəsinə qaldırmışdır.
        Bütün bunlarla birlikdə,təbii boya maddələri,qismən də olsa,öz yerini xalçaçılıq sahəsində saxlamaqdadır.Təbii boya maddələri ətriyyat və yeyinti sənayesi sahələrində indi də müvəffəqiyyətlə tətbiq edilməkdədir.
         Bitkəşini mənşəli  boya maddələrinin üstünlüyü təkcə bunda deyildir ki,onlar solmur,rəng vermir,(halbuki burada da normaya əməl olunmadıqda belə nöqsanlar olur),həm də bundadırki,bitki mənşəli boyalarla boyanmış iplər günəşin,ümumiyyətlə,işığın,oksidləşmənin təsiri ilə,yaxud qələvi maddələrlə yuyulduğuna görə bir qədər dəyişikliyə uğrayaraq yumşalır,necə deyərlər,tana düşür və xalçaya məxmər və ipək görkəmi gətirir.
         Bir sıra alimlər bunu təbii boyaqçılıqda zəyin tətbiqi ilə əlaqələndirirlər.Lakin anilin boya maddələrinin tez rənglənib,tez də solması,xrom rənglərinin həddindən artıq sabitliyi və metal tipli kəskin rəngə düşməsi sintetik boya maddələrinin öz kimyəvi tərkibi ilə əlaqədardır.
         Hazırda kimya sənayesinin inkişafı və digər amillər sintetik boya maddələri çeşidinin çoxalmasına və kəmiyyət artımına səbəb olmuşdur.Bu,eyni zamanda boyaqçılıq işinin çox böyük nəaliyyətlər əldə etməsini,yeni-yeni texnoloji üsulların meydana çıxmasını təmin edir.
         İstər bitki mənşəli istərsə də sintetik boya maddələri  ilə boyama işi elmi tələbata uyğunluq və nüsxə dəqiqliyinə əməl olunmağını istəyir.Hər şeydən əvvəl bitkinin özünü,onun coğrafi şəraitini,dağda və ya aranda bitdiyini,çöldən toplandığını yaxud zəmidə yetişdirildiyini  bilmək lazımdır.Bitkinin ağacın gülündən,yarpağından qabığından və ya kökündən istifadə olunacağı müəyyənləşdirilməlidir.
         Boyanası materialın hər kiloqramı üçün nə qədər boya maddəsi,nə qədər təmizləyici və katalizator lazım olduğu dəqiqləşdirilməlidir.Suyun codluq dərəcəsi,tərkibi ümumiyyətlə materialın boyada nə qədər hansı istilik dərəcəsində saxlanması,sonradan necə yuyulması və qurudulması elmi dəqiqlik tələb edir.
         Rəng nəzəriyyəsinə görə,rəng duyğusu yaradan işıq dalğalarının yalnız məhdud bir hissəsinin,380-760 millimikrona qədər olan hissəsinin yaratdığı rəngləri görmək mümkündür.Həmin dalğaların yaratdığı rənglər Günəş spektrikdə 7 əsas rəng şəklində görünsə də bu rənglərin fasilələrində milyonlarla müxtəlif çalarlar vardır.Boyaqçılıq işində elmi qaydalara,nüsxə dəqiqliyinə riayət edilmədikdə nəzərdə tutulmuş rəng əvəzinə çalarlarından biri əldə edilə bilər.
         Həm də rəng nəzəriyyəsinə riayət edilmədikdə əldə edilən rəngin toxluq,işıqlıq dərəcəsinə və tonu nüsxə ilə düz gəlmir və nəticədə bədii tərtibatda rəng pozğunluğu əmələ gəlir.Keçmişin xalçaçılıq məmulatında belə nöqsanlara daha çox rast gəlmək olur.
 
 
 
 
 
 
Mövzu:4
 
Bitki mənşəli boya maddələri.
 
 
 
 Hər bir rəngli əşya kimi xalça da ilk baxışda öz rəngi ilə diqqəti cəlb edir.Ona görə rəng ahəngdarlığı və kolorit kefiyyətin əsasını təşkil edir,ornamental dekorasiyanın və tematik şəkillərin təsir dairəsini müəyyənləşdirir.Bu isə boyağın və boyaqçılıq işinin keyfiyyətindən asılıdır.Azərbaycan xalçaçılığında boya maddəsi kimi həm bitki mənşəli maddələrdən,həm də sintetik boyalardan istifadə olunur.
 Mingəçevir,Naxçıvan MR (Kültəpə) və Təbriz yaxınlığındakı Həsənli təpəsində aparılan qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki,Azərbaycan ərazisində yaşayanlar eramızdan min illər əvvəl bitkilərdən boya maddəsi kimi istifadə etməyi bilir və özlərinə məxsus bədii sənayə sahəsində bunların geniş sürətdə işlədirmişlər.
X əsrdə Azərbaycanda olmuş Avropa səyyahları,coğrafiyaşünaslar və tarixçilər bu yerlərdə bitki mənşəli boya maddələrindən geniş istifadə olunduğunu bu əsasda boyaxanalar işlədiyini qeyd etmişlər.XIV-XV əsrlərdə Təbriz,Gəncə,Ərdbil və Bərdə şəhərlərində boyaqçılıq sənayesi mərkəzlərindən əlavə,boya maddələri ixrac edən ticarətxanalar da olmuşdur.XVI əsrdə bu iş özünün nisbətən yüksək səviyyəsinə qalxaraq 100-ə yaxın boya bitkisi,kök,qabıq,gül növündən istifadə olunmuş,bir sıra yabanı bitkilər əhliləşdirərək geniş zəmilərdə xüsusi qayğı ilə becərilib,hazırlanıb ticarət kanallarına daxil edilmişdir.Tarixi sənədlərə görə XIX əsrdə Azərbaycan xalçaçılığının boyaqçılıq işlərində vayda,boyaq,sarıçöp,sığırgözü,süpürgəgülü, naz (sarıçiçəkli çöl bitkisi), qara və göy mazılar, nar, soğan və qoz qabığı,badam və əncir yarpaqları, qıjı tikanı və.s-dən boya maddəsi ki,turşəng,zəriş,quzuqulağı və.s-dən isə turşu kimi istifadə olunmuşdur.Bunlardan əlavə,qarğaduzu,gəc,zəy və digər mədən-filiz maddələri,qırmızı qurdaq,kasenil və.s heyvan mənşəli boyayıcılar da boyaqçılıqda işlədilmişdir.
Keçmişdə xalçaların yerliyi əsasən qırmızı və sürməyi olduğu üçün boyaqçılıq işində bu iki rəngə daha çox diqqət yetirilirdi.Qırmızı rəng əsasən boyaqdan,sürməyi rəng isə vaydadan alınırdı.
Boyaq (marena)-çoxillik boya bitkisidir.Bu bitki özü xoşladığı yerlərdə bitir özü xoşladığı yerlərdə bitir,ya da əhliləşdirilərək əkilib becərilir.Hündürlüyü bir metrə qədər olur,çox vaxt torpağa yatır,torpaq altında iki metrdən uzun ətli kök salır ki,boya maddəsi bu kökdən alınır.Yaşıla çalan sarı güllər açır.Üçillik boyağın kökündə 16 %, yeddillikdə isə 37 % boya maddəsi olur.Doqquz ildən sonra boya maddəsi azalır və keyfiyyəti aşağı düşür.
 Qırmızı boyamaq üçün əvvəlcə boyağı çıxarıb qurudur,üyüdüb ələkdən keçirir,(boyanacaq ipin hər kiloqramına yarım kiloqram hesabı ilə),suya töküb məhlul hazırlayır və isidirlər.Temperatur 90ºC-yə çatdıqda əvvəlcədən yuyulub təmizlənmiş ipi islatdır və məhlula salırlar, bir saat-saatyarım qaynatdıqdan sonra ipi çıxarır və sabitləşdirmək məqsədilə onu ilıq suda zəy məhluluna daxil edir,12 saatdan sonra boyama işlərini qurtarıb ipi zəy məhlulundan götürür və soyuq suda yuyub qurudurlar.
          Boyanan ipin tünd və ya açıq qırmızı olmasını boyağın miqdarını artırıb-əksiltməklə nizama salmaq mümkündür.Sintetik boyalarda olduğu kimi,burada da normaya riayət olunmalı,boyağın çəkisi,zəyin çəkisi və tərkibi nəzərə alınmalıdır.Artıq qalan məhluldan açıq-qırmızı, kərpici,çəhrayı və.s boyalar almaq üçün istifadə olunur.
 Keçmişdə Gəncə və Qazax xalçalarının əksəriyyətinin yerliyi boyaqla boyandığı üçün sabitlik və gözəllik şöhrətini indi də saxlamaqdadır.
 Vayda-Sürməyi,tünd və açıq-abı rənglər almaq üçün Qafqazda eləcə də Azərbaycanda çoxlu bitki,gül,kollar və.s vardır.Abı rəng almaq üçün kasni gülü,sürməyi rəng almaq üçün vayda bunların ən məşhurudur.Vayda yaz aylarında sürməyi və abı rəngdə çiçək açır. Çiçəklərin üstündən vaydan kəsib dəstələyir və qıcqırtmaq məqsədilə suya tökürlər. Suya bəkməz və digər şirin maddələr artırdıqdan sonra bir həftə içərisində vaydanın rəngi suya keçir və beləliklə də sürməyi boyamaq üçün məhlul əldə edilir.
  Mürəkkəb qozu-Tünd qəhvəyi və açıq qara rəng lazım olan yerdə yunun təbii rəngindən istifadə olunmuşdu.Tünd qara rəngi qoz,qara yarpaq,mürəkkəb qozu və.s ilə əldə etmişlər.Lakin mürəkkəb qozunun tərkibində milli miqdarda tanin,qoz qabığında isə yuqlon olduğu üçün bunlar dəmir kuporusu ilə birləşərək ipi yeyir və ona görə də bir sıra köhnə məmulatda qara yerliyin, “su”yun və gəzmənin sürətlə sıradan çıxdığının şahidi oluruq.
 Durğun sularda,kaktus şaxələrində toplaşıb qalan qırmızı rəngli cücülərdən şux qırmızı rəng alınır ki, ona “qurdqırmızısı” deyilir. Yasəmən rəngi və açıq çəhrayı rənglər üçün istifadə olunan kasenil də heyvan mənşəlidir.
 Zəfəran-Qızılı və narıncı rənglər almaq üçün zəfərandan sarı və şəkəri rənglərin əldə edilməsində südləyən,sarı çöp,əncir yarpağı və.s-dən istifadə edilmişdir.
 Yaşıl boyayıcı kimi yarpaq,qıjı tikanı və.s-dən istifadə olunmuş,ya da ikimərhələli boyama üsulu tətbiq edilmişdir.Məsələn,sarı rəngə boyanmış ipi ikinci dəfə abı rənglə boyadıqda yaşıl almışlar.
 
 
 
 
 
 
 
 
Mövzu:5
 
Ölçmə  və  yoxlama  vasitələri.
 
 
 Xalçaçılıq sahəsində bir sıra ölçmə və yoxlama vasitələri işlədilir. Uzunluğu 10-60,100,150 və 200 sm olan müxtəlif xətkeşlərdən xalçanın yatını sıxlğını və işin ağızının yoxlamaq, məmulatın sahəsini ölçmək üçün istifadə edilir. Bunlardan əlavə qəbul məntəqələrində xalı və xalçanı yerə sərməklə həm onların ölçüsünü,həm də qüsurlu və ya qüsursuz olduğunu bilmək üçün sabit ölçmə vasitələri vardır.
Xovölçən-üstünə məhdudlaşdırıcı geyindirilmiş 10 sm-lik ndə xətkeşdir.Eyni 1sm olan bu xətkeşin hər iki üzündə millimetr bölgüləri və bir məhdudlaşdırıcı vardır. Xalça dəzgahda  ikən və ya yerə döşəndikdə xovölçənin ucunu xova daxil edib sona qədər yeridir və məhdudlaşdırıcını xova çatana kimi irəli sürüdüb sonuncu bölgünü qeyd edirlər.
Sıxlıqölçən-sadə və mürəkkəb növlərə ayrılır.Sadə sıxlıqölçən iki cür olur:
1. Kvadrat formalı.
2. Bükülən formalı.
           Sadə sıxlıqölçənlərdən ən çox fabrik və emalatxanalarda, mürəkkəb
Sıxlıqölçənlərdən   isə  əsasən xalçaçılıq labaratoriyalarında və  muzeylərdə istifadə olunur.Sadə,kvadrat formalı sıxlıqölçən əsasən 90º bucaq altında birləşdirilmiş 10 sm-lik dörd metal xətkeşdən ibarətdir. Bükülən növlər isə iki xətkeşin 90º bucaq altında birləşməsindən əmələ gəlir ki,onları da həncama ilə üst-üstə bükmək mümkündür.
         Sıxlıqölçən xalçanın dal tərəfindən ilmələrin və ya çinlərin istiqamətində qoyulur və 10 sm-də onların sayı müəyyənləşdirilir. Bu iş xalçanın dalında,beş müxtəlif yerdən çəpinə (diaqanal üzrə) təkrar edilərək alınmış orta rəqəm-əriş və arğacın ümumi sıxlığını göstərir.
         Köhnə yüksək sıxlıqda olan,işlənib formasını dəyişən xalça və xalça məmulatının sıxlığı mürəkkəb sıxlıqölçənlərlə təyin olunur.Bu alət 10 sm-lik dörd metal xətkeşdən ibarətdir;onun mərkəzində lupa və kiçik elektrik lapması qoyulur.Bu alətin işlədilmə qaydası da sadə növlərdə olduğu kimidir.
         Bütün bu ölçmə və yoxlama vasitələrindən başqa,xalçanın fabriklərində iş, əriş və arğac açmaqvüçün sadə çarxlar, itiləyici avadanlıq, nücügötürmə dəzgahı və digər alət və avadanlıqlar da işlədilir. Müəyyən səhvlər üzündən nücünü işlətmək mümkün olmadıqda birinci arğacı keçmək üçün 60 sm uzunluğunda ucu qarmaqlı metal millərdən istifadə edilir.
          Yun,pambıq,ipək və digər xalçaçılıq materiallarının nömrə, qırılma və dartılma qabiliyyətlərini, eləcə də digər xassələrini yoxlamaq  üçün labaratoriyalarda müvafiq aparatlar,ölçü vasitələri və alətlər vardır.                                                       
 
                                                         
 
 
Mövzu:6
Boyama işləri.
 
Yunun təbii rəngindən istifadə olunması.
 
 
        Xalçaçılığın tarixi inkişaf yolu göstərir ki,xalçaçılıq palazçılıqdan,palazçılıq isə keçeçəlikdən sonra yaranmışdır.Daha doğrusu,bunlar biri digərinin davamı,texniki inkişafı kimi meydana çıxmışdır.Keçəçilikdə yunun təbii rəngindən istifadə edilmiş və indi də bu ənənə davam etməkdədir.Hətta keçəyə sadə tərzdə olsa belə,naxış salmaq,haşiyə əlavə etmək lazım gəldikdə həmin haşiyə,onu ara sahədən ayıran  “ su ” lar da yunun təbii rəngi ilə işlənir. Həmin ənənə ilnin palazlarında bədii tərtibatına keçmiş və tarixi sənədlərdə deyildiyi kimi, gəbbə adlanan təbii rəngli məmulat meydana çıxmışdır.Nümunaləri zəmanəmizə  qədər gəlib çata bilməsə də ilkin xalçalarda yunun təbii rəngindən daha çox istifadə edilməsi şübhəsizdir.Əriş və arğac üçün yundan istifadə edildiyi XIX əsr nümunələrində təkcə əriş və arğac deyil,üz ipi kimi,rənglənmiş iplərlə yanaşı,təbii rəngdə olan yun iplər də işlədilmişdir.Əriş və arğacın yundan olması ənənəsini saxlayan bir sıra xarici ölkələrdə Sovet Sosialist Respublikaları İttifaqında yunun təbii rəngindən geniş istifadə edilir.Azərbaycanda da palaz və sumaxların arğacı təbii rəngli yundan hazırlanır.
         Bundan əlavə,xalçaçılıq sənətinin daimi peyklərindən olan corab, əlcək, baş şalı, şərf, palto və pencək materialı kimi istifadə olunan toxunma şal parçalar, bərək adlanan parçalar, ip köynəklər vaxtilə yun ipin təbii rəngindən istifadə edilərək hazırlanmış və bu ənənənin mühüm bir hissəsi indi də saxlanmaqdadır.
          Məlumdur ki,təbiətin özündə qoyun,keçi,dəvə və.s heyvanların yununun təbii rəngində bir sıra kaloritləri yaratmaq üçün imkan vardır. Ağ ,süd rəngi bej, sarı, açıq-qəhvəyi, tünd qəhvəyi, qara və boz rənglərin varlığı,bunların müxtəlif qüvvə,parlaqlıq və tündlük dərəncəsində olması ornamental dekorasiyanın,itənilən koloritinin əldə edilməsi üçün şərait deməkdir.
          Bundan əlavə həmi rənglərin qarışığı ilə daha zəngin rəng ahəngdarlığına çatmaq mümkündür.Təcrübə göstərir ki,Azərbaycan xalçaçılıq sənətinin nəbati və həndəsi ornament növlərinin hər ikisi də xoşagəlimli dekorativ təsir yaratmaq mümkündür.
          Ümumiyyətlə,yunun təbii rəngindən istifadə etdikdə məmulatın davamlılığı yüksək səviyyədə təmin olunur.Məmulat günəş,su və digər atmosfer faktorlarından qorxmur.Rənglənmə işi ixtisara düşür və bütün rənglər eyni qüvvədə olur.
          Yunun təbii rəngindən istifadə heç də əlvan naxışlı Azərbaycan xalçaları ilə qarşı-qarşıya durmur. Bunların hər birinin özünəməxsus üstünə  cəhətləri vardır  və  ikisi  birlikdə  Azərbaycan  xalçaçılıq mədəniyyətinin zənginliyinə xidmət edir.
 
 
 
 
 
Mövzu:7
 
 
İlmənin uzunluğu və hissələri,bunların
texnoloji və iqtisadi əhəmiyyəti.
 
 
 
         Azərbaycan  xalçaçılığında iki ərişə bir ilmə  salınır. İlmə salınarkən yun ip həm bu iki ərişə dolanıb bir növ düyünlənir, həm də ip öz ucları ilə xalçanın xovunu yaradır.İlmənin düyün hissəsi və onun xov yaradan iki ucu birlikdə ilmə uzunluğu əmələ gətirir.
         İlmə  uzunluğu  bütün xalçalar üçün eyni ölçüdə  olmur. O, xalçanın  hansı qrupdan olması, hansı  sıxlıqda  toxunması və digər faktorlarla əlaqədar dəyişir.Məsələn:Quba-Şirvan,Bakı və Qarabağ tipli xalçalara nisbətən Gəncə-Qazax qrupunda ilmə uzunluğunun norması böyük götürülür. Çünki bu qrupda xov daha qalın olur. Bundan əlavə, sıxlıq aşağı olanda ərişin diametri böyük götürülür,bu cür qalın ərişlərə dolandıqda ip çox işlənir və nəticədə ilmənin uzunluğu artır.
          Əvvəldə deyildiyi kimi,ilmə iki hissədən ibarətdir:
1.    Düyün hissə.
2.    Qanadlar.
       Xalçanın qrup və sıxlığına görə ilmənin uzunluğunun hər iki hissəsində də dəyişiklik əmələ gəlir.Məsələn:40x40 olan xalçada ilmə uzunluğu 26-28 mm olduğu halda,sıxlıq 35x35 götürüldükdə ilmə uzunluğu dəyişərək 32-34 mm olur.
         Sıxlıq 55x55,60x60 və daha yüksək olan məmulatda,süjetli tematik xalçalarda xov qısa götürülür və nəticədə ilmə uzunluğu azaldılır.İlmənin hissələrə bölünüb ardıcıl izah olunmasının texnoloji və iqtisadi əhəmiyyəti vardır.Bu ilmənin dəqiq öyrənilməsi üçün lazımdır.
          Sıxlıq və onun texnoloji əhəmiyyəti-Sıxlıq xalçanın karkasında ilmələrin və çinlərin bir-birinə yaxın və ya uzaqlıq dərəcəsini müəyyənləşdirən əsas faktordur.Məsələn:əgər bir xalçanın sıxlığı 40x40-dirsa,deməli onun eninin hər 10 sm-də 40 ilmə (40 cüt əriş),uzunluğunun hər 10 sm-də isə 40 çin vardır.Sıxlıq-toxunmazdan əvvəl və sonra xalçanın əsas cəhətləri barədə fikir söyləməyə imkan verir.
           Sıxlıq iki əsas hissədən:en və boy sıxlığından təşkil oluruq.En sıxlığına əriş sıxdığı boy sıxlığına isə arğac,yaxud yatım sıxlığı deyilir.En sıxlığı əriş uzadılarkən,boy sıxlığı isə toxuma prosesində arğaclar döyülərkən yaradılır.
            Keyfiyyət və davamlılığın yaranmasında təyin edici roluna görə sıxlığına qumaslıq deyilir.Sıxlığı bir kvadratsantimetrdə,bir kvadratmetrdə,hətta bütün xalça üzrə də hesablamaq mümkündür.
            Yalnız sıxlıq hesablanıb müəyyənləşdirildikdən sonra çeşninin necə hazırlanması,nə qədər material,nə qədər iş saatı lazım olması,dəzgahın necə qurulması və.s məsələlər haqqında təsəvvür əldə edir. Xalça toxunub qurtardıqdan sonra onun ölçüsünü və sıxlığını öyrənib dəqiqləşdirməklə məmulatın hazırlanmasına nə qədər material işlənməsi və əmək haqqı barədə qəfi fikir söyləməyə imkan yaranır.
             Azərbaycan xalçaçılığında en və boy sıxlığı əsasən bərabər olur,buna görə də dəyirmi elementlərin arxitektonik gözəlliyi təmin edilir,hesablama və nəzarət asanlaşır.Palaz,kilim,sumax və digər xovsuz məmulatlarda əriş və arğaclar eyni sıxlıqda olmur.Buna keçmişdə toxumuş bəzi xovlu məmulatlarda da rast gəlməm mümkündür.
             Azərbaycan xalçaçılığında indiyə qədər 25x25-100x100-ə qədər müxtəlif sıxdıqlarda xalı,xalça və digər məmulat toxunmuşdur.Ən çox aşağı və ən yüksək sıxlıqlarda xalı və xalça toxumaq üçün material hazırlığı,norma,bədii tərtibat,texnoloji işlər və.s məsələləri həll etmək lazım gəlir.
             Xalçaçılıqda 25x25-40x40 aşağı.40x40-50x50 orta və 50x50-70x70 yüksək sıxlıq hesab olunur.
         Elmi hesablamalar,əməli təcrübələr əsasında hər bir sıxlıq üçün hansı nömrəli yun ip,əriş və arğaclar istifadə edilməsi 1-ci cədvəldə göstərilmişdir.
 
Sıxlıq Yun Əriş   Arğac
      I II
25x25
35x35
40x40
50x50
60x60
70x70
3/2
4/2
4/2
5/2
6/2
7/2
40/28
40/24
40/18
40/12
40/9
40/9
40/28
40/24
40/18
40/12
40/9
40/9
40/18
40/15
40/8
40/6
40/6
40/4
 
 
             Cədvəldə göstərilən normalar pozulduqda artıq material işlədilir, sıxlıq pozulur, xalça  dəzgahda partlayır və.s nöqsanlar baş verir.
 
 
 
 
 
 
 
Mövzu:8
 
Hər kvadrat metrə lazım olan
 materialın hesablanması.
 
 
            Xalça materiallarının hesablanması texnoloji iqtisadi və istehsal əhəmiyyətli bir işdir. Bu hesablamanı aparmaq üçün yun ip, əriş və arğacların nömrələrini, toxunacaq xalçanın sıxlığını və ölçüsünü bilmək lazımdır.Bunlardan əlavə, xalçanın qrupu, xovunun qalınlığı ilə əlaqdar ilmə uzunluğu da müəyyənləşdirilməlidir.Bu göstəricilər məlum olduqda hesablama işinə aşağıdakı tərzdə başlanır: Əvvəlcə xalçanın bir kvadratmetrində əriş sıxlığı tapılıb həmin sahədəki arğac sıxlığına vurulur və bir kvadratmetrdə ilmələrin sayı əldə edilir.Bu rəqəm bir ilmənin uzunluğuna vurularaq bir kvadrat metr üçün lazım olan ipin uzunluğu tapılır.Həmin rəqəmi yun ipin nömrəsinə bölməklə bir kvadrat metr üçün lazım olacaq yun ipin çəkisini bilmək mümkün olur. Bir kvadrat metr üçün lazım olan rəqəm hesablama yolu ilə tapıldığı üçün onu təcrübə yolu ilə də tapıldığı üçün  onu təcrübə yolu ilə də yoxlayıb, xalçanın sahəsinə vurmaqla lazım olan yun ipin ümumi miqdarı alınır.
          Məlum olduğu kimi, yun ip yumaq şəklinə salınanda və toxuma prosesində onun “ölü” tellərinin müəyyən qədəri yerə tökülərək itir. Bu itkini də hər kvadrat metr hesabı ilə müəyyənləşdirib ümumi rəqəmə əlavə etmək lazımdır.
          Tutaq ki, ölçüsü 100x150 sm, sıxlığı 50x50 olan bir xalça toxumalıyıq.Xalçanın eni bir metr, sıxlığı 50x50 olduğu üçün onun enində 501/500+1 (şaquli simmetriya ilməsi) ilmə,uzununda isə 751 çin (750+ üfüqi simmetriya çini olmalıdır). Bu iki rəqəmi bir-birinə vurduqda xalçada olan ilmələrin ümumi sayı alınır: 751x501=376251 ilmə. Bu rəqəmi 26 mm-ə (belə xalçalar üçün nəzərdə tutlmuş ilmə uzunluğu norması) vurduqda xalçaya lazım olan yun ipin uzunluğu məlum olar:376251x26=97822526. İp ikiqat olduğu üçün bu rəqəm ikiyə vurulur və millimetr olduğuna görə 1000-ə bölünür:
                              
                                               97822526x2
                                           ______________  =19,052
                                                      1000
      
           Həmin rəqəm lazım olacaq ipin nömrəsinə: 5-ə (50x50 sıxlıq üçün nəzərdə tutulan ipin nömrəsi) bölündükdə bütün xalçaya lazım olan yun ipin miqdarı alınır:
 
                                                  19565052
                                                __________ =3913 q
                                                          5
 
           Ərişin və arğacların miqdarını öyrənmək üçün də yuxarıdakı qaydada hesablama aparılır və nəticədə təcrübə ilə dəqiqləşdirilir.Ancaq
yun ipdən fərqli olaraq ərişin miqdarrını hesablamaq üçün işin başlanğıcında və sonunda düzəldiləcək saçaqların uzunluğu xalçanın uzunluğu xalçanın uzunluğuna əlavə edilməlidir. Bundan başqa işin sonunda kücü hərəkətinin əlverişli olması üçün ərişin üstünə artırılan ərişin miqdarı da nəzərə alınmalıdır.Beləliklə,müəyyən uzunluqda xalçanın toxunması üçün dəzgaha çəkiləcək bir ərişin uzunluğu alınır. Məsələn: xalçanın ölçüsü 180x130sm, sıxlığı 40x40, saçağın uzunluğu 12sm, küçü hərəkətinin əlverişli olması üçün 80sm nəzərdə tutulmuşdur. Onda dəzgaha çəkiləcək bir ərişin uzunluğu 180+12+12+80=284sm olur. Sıxlıq 40x40 və xalçanın eni 130sm olduğuna görə 130x4=520 ilmə. Hər ilmə iki ərişi əhatə etdiyi üçün xalçaya 1040 əriş çəkilməlidir. Bundan əlavə, xalçanın hər iki tərəfində qıraq ilmələri deyilən iki ilmə və tən yarıda da bir şaquli simmetriya ilməsi olur.Beləliklə, 1040+4+4+2=1050 əriş alınır. Həmin hesablamaya əsasən xalçaya 284sm uzunluğunda 1050 əriş lazımdır.
 
                                            284x1050
                                          __________ =1352 q
                                              2,2x100
 
         Bu rəqəmi xalçanın ümumi sahəsinə böldükdə bir kvadrat metr üçün lazım olan ərişin miqdarı da müəyyənləşir.
         Əsas texnoloji proseslər  fəslində (VII) kücünün sadə, yarımmexanikləşdirilmiş və digər növləri nəzərdən keçiriləcəkdir. İndi bilməliyik ki, bu növkücüdən istifadə etdikdə kücü üçün bir qədər artıq əriş gedir. Ona görə də xalçaya lazım olan ərişin miqdarı hesablanarkən onun sıxlığına və kücü növünə uyğun ərişin qədəri də hesablanmalıdır.
         Xalçanın ölçüsü və sıxlığı məlum olduqda onun arğaclarının da miqdarını hesablamaq mümkündür.Ancaq ərişdə olduğu kimi burada da qıraq ilmələrə, xalçanın başlanğıcında və sonunda döyüləcək dəhnələrə gedən arğacların miqdarı ümumi normaya əlavə edilməlidir. Bundan əlavə pambığın rütubət qəbuletmə xassəsi nəzərə alınaraq xalçanın enində olan hər 100sm üçün 1-2sm artıq arğac (birinci arğac) verilir ki, xalça toxunarkən qıraqları yığılmasın,hazır olduqda isə qatlanmasın.Qeyd olunan bu əlavələr ikinci arğacında hesablanmasında nəzərə alınmalıdır. Göründüyü kimi, hesablamada da sıxlıq çox mühüm rol oynayır.Odur ki, həm sıxlıq, həm də toxucuların texniki bilik dərəcəsi və istehsal vərdişləri nəzərə alınmalıdır.Bütün ustalarda ilmə uzunluğu bir ölçüdə alınmır,çəkilən əriş hamı bir qüvvədə dartmır. Bunun nəticəsində eyni norma ilə işləyən bir toxucu əlavə material istədiyi halda, başqası qənaət də edə bilir.
 
 
 
 
Mövzu:9
 
Pambıq, əriş və arğaclar,onların
hiqroskopiklik xassələri.
 
 
          Azərbaycan xalçaçılığında əriş və arğaclar əsasən pambıqdan düzəldilir. Azərbaycan SSR-də yetişdirilən pambıq dünyanın ən yaxşı pambıq növlərindəndir. Azərbaycan pambığının “Barados” növü, uzun və nazik lifli sovet növü və digər növüləri (xüsusilə) fiziki-texniki xassələrinə görə xalçaçılıq üçün əlverişlidir. Bunlar dartılma, möhkəmlik, rütubət qəbuletmə, ağlıq, boyanma və digər xassələrinə görə sıfırdan altıncıya qədər müxtəlif növlərə bölünür. Bu növlərin orta liflərindən trikotaj sənayesində və xalçaçlıqda istifadə olunur.
         Pambıq liflərinin qalınlığı 12-45 mikromillimetrə,uzunluğu isə 1,5-5sm-ə qədərdir. Pambıq saplar öz uzunluğunun 5-8%-i qədər uzanır, çəkisinin 35%-i qədər rütubət qəbul edir, normal nəmliyi 8-9%-dir.
         Azərbaycan pambığının lifləri yüksək mexaniki müqaviməti malikdir və xalçaçılıq sahəsində müvəffəqiyyətlə tətbiq olunur. Pambıq ərişlərdə “ölü” tellər yun iplərə yox dərəcəsindədir, bunun üçün də toxuma prosesində pambıq ərişi qarmaqlı bıçaqla tutmaq və ona ilmə salmaq asandır. Bunlardan əlavə arğackeçmə prosesində ərişlər paralelləşmə və çarpazlaşma zamanı bir-birinə ilişib toxucu üçün çətinlik törətmir.
         Xalçaçılıqda pambıqdan başqa, kətandan və onun müxtəlif növlərindən də istifadə olunur.
         Kətan-qamışabənzər bitkidən (qabığını siyirməklə) alınır. Kəpitkə, kənoy və kəndir də kətan növünə daxildir. Kətan liflərinin uzunluğu 10-100sm, diametri isə 12-25 mm olur.
 
                Materialların nömrəsi (qalınlıq dərəcəsi).
 
          Nömrə-müəyyən miqdarda ipin, əriş və ya arğacın uzunluğunun çəkisinə olan nisbətindən alınır. Nömrə böyük olduqda yun ipin, pambıq əriş və arğacın diametri kiçik, nömrə kiçik olduqda isə materialın diametri böyük olur. Məsələn: 1000q ip 1000m uzunluqda əyrildikdə 1№-li 1000m
          _______ =1,
             1000
 
          2000m uzunluqda əyrildikdə isə 2№-li  2000
                                                                         _____ =2
                                                                         1000q
ip alınır. Materialın nömrəsi və ya qalınlıq dərəcəsi aşağıdakı düsturla təyin edilir.
 
                                         N (nömrə) = U (uzunluq)
                                                              __________
                                                                   Ç (çəki)
        Deməli 1kq ip, əriş və ya arğac 3km uzunluğunda əyirilərsə -№3,4km uzunluğunda əyrilirsə-№4 hesab edilir. Beləliklə də 5№-li material 4№-dən, 6№-li isə 5№-lidən və.s nazik olur.
          Azərbaycan xalçaçılığında başlıca olaraq 3,4,5,6 və 7 №-li iplərdən istifadə edilir. 3№-li iplər palaz və kilim istehsalında aşağı sıxlıqlarda olan xalçalarda işlədilir. 6 və 7 №-li iplərdən isə 60x60-70x70 sıxlıqlarda (olan) toxunan bədii-unikal xalçalarda istifadə olunur.
         Xalçaçılıqda yun ip bir qat deyil.bir neçə qat işlədilir və qatların sayı nömrə rəqəminin altında verilir. Məsələn: 5№-li 2 qat 5\2, 5№-li üç qat isə 5\3 kimi göstərilir. Ancaq yun ip xalçaçılıqda həmişə iki qat işlədiyi üçün o yalnız məxrəcsiz göstərilir.
         Pambıq, əriş və arğacların da nömrələri yun iplərdə olduğu kimi, uzunluqla çəkinin nisbəti ilə müəyyənləşdirilir. Qatların sayı burada kəsir şəklində göstərilir. Məsələn: 40 №-li saplardan düzəldilmiş 15 qat əriş  40   , 18 qat isə  40  kimi  yazılır.
        __                      __
15                                                          18
 
         İstehsalatda yun iplər, yuxarıda deyildiyi kimi nömrə ilə tanınır, pambıq, əriş və arğaclar isə qatların sayı ilə. Məsələn: istehsalatda deyilir: 50x50 sıxlıqda xalça üçün 5 №-li ip və 15 qat əriş lazımdır.
         Məlum olduğu kimi, yun ip və arğaclar ərişlərə nisbətən çox az tovlanır. Hər 10sm-də tovun miqdarı, sağdan sola və ya soldan sağa olması istifadə olunan materialların pasportunda qeyd edilir. Ərişlərin üzərində ağır təzyiq olduğu üçün onların mexaniki müqavimətini artırmaq lazım gəlir. Ona görə də ərişlərin hər 10sm-də tovun miqdarı çox olur, həm də 9, 12, 15, 18,24 qat və.s dedikdə, sadəcə olaraq qatların riyazi yığımı deyil, 3 dəfə 3, yaxud 4 dəfə 3 və.s şəklində birləşmə nəzərdə tutulur. Çünki, 18 qat əriş 3 dəfə 6 qat birləşəndə mexaniki müqaviməti az, 6 dəfə 3 qat birləşəndə isə çox olur. Deməli, 9,12,15,18,24 qat ərişlər 3x3, 4x3, 5x3, 6x3 və.s şəklində birləşdirilmiş olur.
          Yun ip, ipək, kətan və.s-dən də əriş kimi istifadə olunduqda yuxarıdakı prinsipə əməl edilməlidir. Palaz, kilim, sumax və digər xovsuz məmulatlar toxunarkən də yun ipin mexaniki müqaviməti yuxarıdakı qaydada artırılır.
 
 
 
 
                          
 
                           
Mövzu:10
 
 
Xalça materialları, onların xüsusiyyətləri
və hesablanması.
 
 
         Xalçaçılıqda istifadə olunan materiallar içərisində yun əsas yer tutur. Xalçanın xovunu təşkil edən, onun əriş və arğacdan ibarət markasını “ətə-qana” gətirən, rəng və naxış daşıyıcısı olan yun ipdir. Ona görə də yun ipin fiziki-texniki xassələri, liflərinin uzunluğu, rəng qəbuletmə qabiliyyəti və növü diqqəti cəlb edir. Yun iplər (zərif, qaba) üç növə ayrılır.
1.    Zərif  növü.
2.    Qaba növü.
3.    Yarımqaba növü.
          Merinos qoyununun yunu zərif yun adlanır, çünki liflərinin diametri 15-25 mikron olur. Xalçaçılıqda isə liflərinin diametri 25-35 mikron və daha çox olan qaba və yarımqaba yunlardan istifadə edilir. Zərif yunların liflərinin hər santımetrində 12-15, yarımqaba yunların liflərində 7-8, qaba yunların liflərində isə 6 və daha az buruq olur. Liflərindəki təbii buruq və qıvrımların sayca çoxluğu nazikliyə və yumşaqlığa səbəb olur.
           Azərbaycanda olan Qarabağ, Makı, Bazex növlü qoyunların yunları xalçaçılıq sənəti üçün əlverişli hesab edilir. Böyük Oktyabr Sosialist inqilabının qələbəsindən sonra SSRİ-də o cümlədən Azərbaycanda (sovet) qoyunçuluğun inkişafı, qoyun cinslərinin yaxşılaşdırılması sahəsində çox mühüm addımlar atılmışdır. Yun materiallından istifadə edilməsi, əyirmə və boyama işləri elmi əsaslarla qaydaya salınmışdır. Məlum olduğu kimi qoyunun növü, yaşadığı iqlim şəraiti, yediyi otun tərkibi yunun fiziki-texniki xassələrini və keyfiyyətini müəyyənləşdirir. Bundan əlavə, yunun nə vaxt: yazda və payızda qırxılması da onun liflərinin uzunluğuna, şəffaflıq və təmizliyinə, boyaq qəbuletmə qabiliyyətinə təsir göstərir. Yazda qırxılmış  yunun lifləri uzun, rəngi şəffaf olur və boyağı yaxşı qəbul edir. Bunların lifləri 3-45 qrama qədər ağırlığa dözə bilir. 15 qramdan az ağırlığa dözməyən liflərə az davamlı liflər deyilir. Lifli materiallar içərisində rütubət qəbuletmə və rütubətvermə cəhətdən ən yüksək hiqrokopik xüsusiyyəti olan yundur: yun çəkisinin 28-35%-i qədər rütubət qəbul edə bilir.
         Yun liflərinin fiziki tərkibindəki sudan əlavə, ümumiyyətlə, yunda müəyyən dərəcədə rütubət olmalıdır. Adi halda onun rütubəti çəkisinin 16-17%-ni təşkil etməlidir. Buna yunun kondisiya çəkisi deyilir. Bu rütubəti 17%-dən yuxarı qaldırmaq və 15%-dən aşağı salmaq olmaz. Rütubət çox olanda ipin rəngi dəyişir, müqaviməti azalır və çəkisi süni sürətdə artır, normadan az olanda isə həm rəngi zəifləyir, davamlılığı azalır, həm də isə prosesində sürtünmə nəticəsində elektrikləşməsi şiddətlənir və lifləri dağılır.
          Lifli materiallar içərisində yun ən yüksək fiziki-texniki xassələri olan materialdır. Yun liflərinin səthi girintili-çıxıntılı olduğu üçün onun yaxşı eşilmə, qıvrılma və nəticədə asan əyilmə qabiliyyəti vardır. Yunun bu xüsusiyyəti ilmənin karkasda möhkəm dayanmasını, xalça məmulatının əsrlər boyu yaşaya bilməsini təmin edir. Eyni zaman da həmin xüsusiyyətə görədir ki, yun mexaniki təsirə məruz qaldıqda onun lifləri asanlıqla birləşərək bərk materiala çevrilir və bu prinsipdən keçəçilik sənayesində istifadə olunur.
          Azərbaycan xalçaçılığında istifadə olunan qaba yundan 2-8 nömrəli iplər, yarımqaba növlü yundan isə 20-60 nömrəli iplər hazırlamaq mümkündür.
          Xalçaçılıqda qoyundan əlavə dəvə, keçi və başqa heyvanların da yunundan istifadə edilir. Dəvə yunu, keçi tükü, dovşan tükü yumşaq olduğu üçün onları qaba yunlarla qarışdırıb normaya uyğun ip əldə etmək olar.
          Gön-dəri sənayesində istifadə olunan qoyun dərilərindən alınan bu növ qısa lifli yuna zavod yunu deyilir.
          Qoyun yunu ağ şəkəri, açıq, tünd boz və qara rənglərdə olur. Bunlardan həm təbii, həm də boyanmış halda istifadə etmək mümkündür.
 
 
 
 
 
 
 
Mövzu:11
 
 
İpək və sintetik liflər.
 
 
       Xalçaçılıqda işlədilən lifli materiallardan biri də ipəkdir. Sovet İttifaqında ipəkçilik  Ukrayna, Türkmənistan və Azərbaycanda və eləcədə Şimali Qafqazda və.s yerlərdə daha çox inkişaf etdirilmişdir. Böyük Oktyabr Sosialist İnqilabından sonra SSRİ-nin bir çox məntəqələrində ipəkçilik bərpa edilmiş, təbii ipək istehsalı artırılmış və növü yaxşılaşdırılmışdır.
        Azərbaycan SSR-də ipəkçilik elmi əsaslarla yenidən qurulmuşdur. “Azəri” adlı barama yüksək keyfiyyətinə görə ipəkçiliklə məşğul olan Hindistan, İran, Fransa, İtalya, Braziliya və.s ölkələrdə tanınır.
        Azərbaycan xalçaçılığında ipəyi uzaq keçmişdən tətbiq etməyə başlamışlar. Orta əsrlərdə  toxunmuş ipək xalçalardan bir neçəsi zəmanəmizə qədər gəlib çıxmışdır. Lakin XIX əsrdə ipəkçiliyin geri qalması, ümumiyyətlə, ipəyin baha olması, hazırlanma və boyanma işindəki çətinliklər, əlverişsiz fiziki-texniki xassələri həmin materialın xalçaçılıqdan uzaqlaşmasına səbəb olmuşdur.
         İpək-barama adlı qurddan alınır. Onun 500-800 dənəsinin bir kiloqram gəlməsinə baxmayaraq, hər baramadan 700-1500 metrə qədər ipək lifi almaq mümkündür.
         İpəkçilik Azərbaycanın Qarabağ zonasında daha çox inkişaf etmişdir. Azərbaycan baraması rəngi, sağlamlığı, böyüklüyü və məhsuldarlığına görə fərqlənir. Barama becərilib zavodlara təhvil verilir. Zavodda 90-95ºC temperaturlu suda onların üst qabığını qoparır, liflərin ucunu tapır, xüsusi çarxlar vasitəsilə ipəyi kələf halına salırlar. Beləliklə, hər baramadan çəkisinin 30-40%-i qədər xam ipək əldə edilir.
         Xalçaçılıqda ipəkdən həm əriş və arğac, həm də üz ipi kimi istifadə olunur. Lakin ipək qəbuletmə qabiliyyətinin zəifliyi ipəkdən üz ipi kimi geniş miqyasda istifadə etməyə imkan vermir. Bundan əlavə, ipək, toz, günəş və rütubət kimi təbii amillərə qarşı zəif müqavimət göstərir. Digər materiallara nisbətən ipəyə daha çox güvə dəyir. Bütün bunlara baxmayaraq Azərbaycan xalçaçılığında ipək xalçaların yeri hələ boşdur və bu boşluq doldurulmalıdır.
         SSRİ-nin palıd meşələrində yarpaqlara sarınan bir növ vəhşi barama olur ki, bundan da qaba ipək alınır. 1936-cı ildən başlayaraq bu qaba ipəklərdən xüsusi parçalar hazırlanmasında və qismən də xalçaçılıqda istifadə edilir.
         Bu növ ipəklərdən başqa, xalçaçılıqda süni ipəklərdən də istifadə etmək mümkündür. Süni ipəklərin bu cəhətdən yaxşı perspektivi vardır. Bunlar fabrik və zavodlarda hazırlandığı üçün onların fiziki-texniki xassələrini xalçaçılığın tələbərinə çətinlik çəkmədən uyğunlaşdırmaq olur.
          Pambıq hissəcikləri, kükünar ağacından alınmış sellüloz və.s süni ipək üçün ən yaxşı xammaldır. Belə ipəklər texnoloji hazırlıq işlərinə görə bir neçə qrupa bölünür.
          Sintetik lifləri-Hazırda maşında toxunan xalçalarda geniş miqyasda tətbiq olunan bu liflərin növləri çoxdur. Poliefir, polivinil, və poliamid qruplarında birləşən sintetik liflərin bir çox növləri daha çox yayılmışdır.
1.    Lavsan
2.    Xlorin
3.    Neylon
4.    Perlon
5.    Kapron
       Yun və pambıqdan fərqli sintetik liflər kimyəvi təsirə çətin uğradığı üçün boyağı pis qəbul edir və bunların boyanması xüsusi rejim tələb edir. Lakin bu liflər yun pambıq və digər materiallarla müəyyən normada qarışdırıldıqda həm boyağı yaxşı qəbul edir, həm də digər xassələrinə görə yaxşı xalça materialı olur. Məsələn: kapron, neylon, lavsan, perlon və təbii yun qarışığından toxunmuş xalça, ümumiyyətlə davamlı olur, əzilmir, onu qat kəsmir, anbar və ev şəraitində ictimai binalarda saxlandıqda tozdan və güvədən az zərər çəkir. Belə xalçalar forma dəyişikliyinə müqavimət göstərir, çürümür, kiflənmir. Yunun tərkibindəki süni liflər  onun oksidləşmə prosesini ləngidir. Bu cür qarışıq materiallardan hazırlanan məmulatın qırxın işi yüksək səviyyədə aparıldıqda məmulat daha çox ipək görkəmi alır. Süni liflərin müsbət cəhətlərindən biri də budur ki, bu liflərə istənilən fiziki-texniki xassə vermək olar.
        Xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq xalçaçılıq istehsalının daha da genişləndirilməsi təbii yunla sintetik liflərin qarışdırılmasını əhəmiyyətli bir iş kimi irəli sürür.
        Uzaq keçmişlərdə xalçaçılıqda üz ipi, əriş və arğac kimi güləbətindən, metal tellərdən də istifadə edilmişdir. Tarixçilərin firincə vaxtilə Sasanilər sarayında olan və nəhayət ərəb istilaçılarının əlinə düşən məşhur “Baharıstan” xalısının bədii tərtibatında qiymətli metallar və daş-qaş tətbiq edilmişdir.
        Orta əsr Azərbaycan xalı və xalçalarında da metal tellərdən istifadə olunmuşdu. Müasir xalçaçılıq sənətində Azərbaycan SSR xalq rəssamı L.Kərimov tərəfindən metal tellərdən istifadə olunmuşdur.
 
 
 
 
 
 
Mövzu:12
 
Alətlər
 
        Müasir Azərbaycan xalçaçılığında əsas texnoloji proseslər üç alət vasitəsilə yerinə yetirilir.
1.    Qarmaqlı bıçaq-İlməsalma
2.    Həvə-Arğacdöymə
3.    Qayçı-Xovqırxma üçün
         Uzaq keçmişdə xalça toxumaq işlərinin hamısı: ərişi tutb ayırmaq, iplə ərişə ilmə salıb onu aşağı endirmək, ilməni yerində oturdub, ipin qalanını qırmaq ancaq əl ilə, hər iki əlin barmaqlarının köməyi ilə yerinə yetirilmişdir. Buna görə də uzun müddət ərişlərin arasında saxlanılan sol əlin arxası döyənək bağlayır, xov hündürlüyünü istənilən kimi nizama salmaq üçün ipi lazımı yerdən kəsmək mümkün olmurdu. Bunlardan əlavə cod yun iplər və ipək əl ilə çətin qırılırdı. Bu çətinliyi aradan qaldırmaq və ipək materialdan xovverici üz ipi kimi istifadə edilməsi işinin genişlənməsi sadə bıçaq tətbiq olunması zərurətini meydana çıxarmışdır. Xalçaçılıqda neçə əsr davam edən, hətta bir sıra Şərq ölkələrində, xüsusilə kənd yerlərində indi də ev sənayesində tətbiq olunan bu alət-xüsusi bıçaq yalnız ipin ucunu kəsmək vəzifəsini yerinə yetirmişdir. Lakin bu sadə alət sol əli ərişlərdən azad etdiyi üçün XIX əsrdə qarmaqlı bıçaqların işlədilməsinə şərait yaratmışdır.
          Qarmaqlı bıçaq əsl və əsas alət kimi həm ilməsalma həmdə kəsmək vəzifəsini yerinə yetirmişdir. Bu alətin meydana çıxması istər ilməsalma istərsə də söküb-toxuma və digər bərpaçılıq işlərində böyük irəliləyişə səbəb olmuşdur.
           Qarmaqlı bıçaq əsl və əsas alət kimi həm ilməsalma, həm də kəsmək vəzifəsini yerinə yetirmişdir. Bu alətin meydana gəlməsi istər ilməsalma istərsə də sönüb-toxuma və digər bərpaçılıq işlərində böyük irəliləyişə səbəb olmuşdur.
            Qarmaqlı bıçaq-kəsən hissədən,qarmaq və dəstəkdən ibarətdir. Toxuma prosesində əriş götürmə, ilməsalma və ipkəsmə işləri bu alətlə yerinə yetirilir. İstər toxuma prosesində, istər xalça toxunub qurtardıqdan sonra yol verilmiş qüsurlar da qarmaqlı bıçaqla düzəldilir. Ona görə də qarmaqlı bıçaqlar iki cür olur:
1.    Toxuma bıçağı
2.     Sökmə bıçağı
            Bunlardan əlavə baş ustalar və yoxlayıcılar dəstəsi ölçülü olan qarmaqlı bıçaqlardan istifadə edirlər. Dəstəsi ölçülü bıçaqlar sıxlığı, xovun hündürlüyünü və ilmənin uzunluğunu ölçüb yoxlamağı asanlaşdırır. Bu bıçaqların ağırlığı 60-80qr uzunluğu (toxucunun əlinin uzunluğu ilə əlaqədar) 15-18sm, eni 1,5-2sm qarmağın dərinliyi isə (xalçanın sıxlığına görə)  1,5-3mm olur. Qarmağın dərinlik və formasının əmək məhsuldarlığının yüksəldilməsində əhəmiyyəti böyükdür. İlməsalma prosesində bıçaq ərişi qarmaqla götürməli, ilmə salmalı və bundan sonra ərişlərdən azad olub ipin ucunu kəsməyə hazır olmalıdır. Ona görə də qarmağın dərinliyi ərişin diametrinə uyğun (sıxlıqla əlaqədar) gəlməlidir ki, ərişi sürətlə götürmək və bıçağı asanlıqla azad etmək mümkün olsun. Qarmağın sıxlığa görə forması böyük və dərinliyi çox olduqda ona eyni zamanda bir əvəzinə iki əriş düşür, ilməsalma və bıçağı azad etmək işi çətinləşir.
         Bıçaqların metal hissəsi möhkəm poladdan, dəstəkləri isə ağac, plastik kütlə və fibradan hazırlanır.
         Həvə- arğacları döyməklə ilmələri yerində oturdan və yatım sıxlığını nizama salan alətdir. Azərbaycan xalçaçılığında hər çin toxunub qurtardıqdan sonra iki arğac keçilir: alt və üst arğaclar. Keçmişdə bu iki arğacı döyüb nizama salmaq üçün iki alətdən istifadə olunmuşdur. Hər iki arğacı döymək üçün bərk arğacdan hazırlanmış həvə adlı dişli alət, ikinci arğacı yerinə oturdub döyülmək üçün hazır vəziyyətə salmaq məqsədilə ağac və buynuzdan düzəldilmiş kirkit deyilən alət tətbiq edilmişdir. Bu alətlər getdikcə təkmilləşsə də arğacdöymə işinin bütün tələblərinə cavab verə bilməmişdir. Həvənin dəstəyinin yöndəmsizliyi dişləri arasındakı fasilənin sıxlığa uyğun gəlməməsi, sınması və digər qüsurlu cəhətləri onun dəyişdirilməsi ideyasını irəli sürmüşdür.
          Arğacdöymə texnikasının çatışmazlığı üzündən baş verən nöqsanlar keçmişdən qalan xalçaçılıq məmulatında da özümü hiss etdirməkdədir. XII əsrdən başlayaraq xalçaçılığın şəhər emalatxanalarında təşkil edilməsi arğacdöymə alətlərinin təkmilləşdirilməsini sürətləndirmiş, XVI əsrdə ağac həvələrin dişlərinə metal əlavə edilməsi yeni həvələrin yaradılması üçün şərait yaratmışdır. Müasir metal həvələrin ilk nümunələri yalnız XIX əsrdə xalça istehsalına daxil olmuşdur. XX əsrin ortalarında metal həvələrin müxtəlif növləri hazırlanmış, 1956-cı ildən “Azərxalçaittifaq” sistemində ağac dəstəkli, əlverişli metal həvələrin tətbiqinə başlanmışdır. Bu həvələrin dişlərinin sayı 15, qalınlığı (sıxlıqla əlaqədar) 1-2mm, uzunluğu 16-18sm, ağırlığı isə 350-400q-dır.
          Arğackeçmə işində baş verən dəyişiklik və müasir həvələrin istehsalata tətbiqi kirkiti tamamilə sıradan çıxarmışdır. Beləliklə, arğacdöymə əməliyyatında iki alət əvəzinə bir alət işlədilmiş arğaclar yerində ağac dəstəli metal həvələrlə oturdulmuş və döyülmüşdür.
            Xalçanın sıxlığı ilə əlaqədar həvələrin texniki şəratini dəyişib dişlərinin sayını, qalınlığını, fasiləsini, ağırlığını artırıb-əskiltmək mümkündür. Bunlardan əlavə arğacdöymə texnikasını daha da təkmilləşdirmək, ümumiyyətlə, bu işi mexanikləşdirmək qarşıda duran mühüm vəzifədir.
           Qayçı-xovu qırxıb nizama salmaq üçün işlədilir. Ancaq ilk xalçaların toxunmasında qırxım rejimi tətbiq edilməmiş, hər çini toxuyub qurtardıqdan sonra və ya neçə çindən bir xovu qırxıb nizama salmaq lazım gəlməmişdir. Xüsusən ilk dövrlərdə xalçanın ancaq utilitar cəhətləri nəzərə alınmış, ondan yalnız döşəmə və soyuqdan qorunma vasitəsi kimi istifadə edlmişdir. Ornament sənəti, bədii tərtibat inkişaf etdkicə xalçaçılıq məmulatının dekorativ cəhətlərinə diqqət artırmış və qırxım rejimi tətbiq etmək zərurəti meydana çıxmışdır. XII əsrdən başlayaraq XIII və XV əsrlərdə Azərbaycan miniatür sənətinin inkişafı ilə əlaqədar saray məclisləri, ovçuluq və digər feodal əyləncələrinə aid süjetlərin xalçaçılıq sahəsinə gətirilməsi xov qalınlığının və qırxım işinin dəqiqləşməsini tələb etmişdir. Lakin o zaman qırxım aləti kimi yalnız ev qayçılarından istifadə olunmuşdur. Naxışların və süjet hissələrinin daha dəqiq və aydın görünməsi zərurəti qayçıların təkmilləşdirilməsini də irəli sürmüşdür. XIX əsrdə xüsusi xalça qayçıları meydana çıxmışdır. İlk dəfə səhər emalatxanalarında işlədilən bu qayçıların əl ilə tutulan hissəsi tiyələrdən 1-2sm hündür olduğu üçün xovun qalınlığını texniki normaya uyğun aparmaq, texnoloji rejimə əməl etmək asanlıqla mümkün olur.
             Əmək məhsuldarlığını artırmaq və bədii tərtibat üçün əlverişli olan bu qayçıların uzunluğu 24-26sm, tiyələrinin eni 22,5sm, ağırlığı isə 180-220q-dır. Darağın və tiyələrin vəziyyətinin sabit saxlanması bu qayçıların ən yaxşı cəhətidir.
              XX əsrdə xalça qayçılarının yeni növləri, xov qalınlığı normasının pozulmaması üçün tiyələrinə məhdudlaşdırıcı əlavə olunmuş qayçılar buraxılmışdır.
               Daraq-toxunmuş ilmələri qırxma hazır vəziyyətə salmaq üçündür. Bu daraqların uzunluğu 10-12sm, eni isə 2-3sm olur.
 
 
 
 
 
 
 
Mövzu:13
Darama, qırxma və pardaqlama.
 
 
 
          Toxunmuş ilmələri hər çin və ya bir neçə çindən sonra qırxmaq mümkündür. Ancaq darama və xovu nizama salma işi hər çindən sonra yerinə yetirilməlidir. Belə edilmədikdə qırxım zamanı xov bir neçə dəfə qaşınmalı və artıq ilmə ucları kəsilib təmizlənməlidir. Darama işi belə icra edilir: sol əlin dörd barmağını toxunmuş ilmələrin altından keçirib, sağ əldəki xüsusi xalça darağı ilə darayırlar.
            Bu zaman ucu qatlanmış ilmələr düzəlir, birtərəfli yatmış ilmələr öz yerini tutur və nəticədə xalça qırxıldıqdan sonra ornamentlər aydın görünür.
            Darama işi qurtaran kimi qırxım başlanır. Bəzi ustalar hər çindən, bəziləri 3-5, yaxud 10-20 çindən bir xalçanı qırxırlar. Düzdür, hər çindən sonra qayçı götürüb qırxmaq, qırxıntını yığışdırmaq əmək məhsuldarlığına bir qədər mənfi təsir edir, ancaq hər dəfə qırxılan çinlərin sayı çox olduqda həm qırxımı diqqətlə aparmaq, həm də hər neçə gündən bir (xüsusilə həftə başa çatdıqda, xalça çevriləndə) pardaq vurmaq lazım gəlir. Qırxımı xüsusi diqqət və məharətlə aparan ustaların işinə pardaq vurmağa ehtiyac olmur. Çünki onlar ilmə salarkən hər ilməni öz yerində oturdur və ilmələrin yanakı düşməsinə, ucun qatlanmasına yol vermir, ilmələri səliqə və diqqətlə darayırlar, dartıb bərkirdilər. Bəzi ustalar darama işində həvədən də istifadə edir. Bunun üçün həvəni sağ əldə təxminən şaqüli vəziyyətdə tutaraq onun dişlərilə xovu darayırlar.
         Qırxımın keyfiyyətli olmasını təmin etmək üçün qayçı iti və işə hazır olmalıdır. Qayçının barmaq girən yerlərinə, barmaqlar kip və rahat olsun deyə, səliqə ilə ip dolanmalıdır. Qayçının əl tutan yerinin alt gözünə sağ əlin birinci barmağını, üst gözünə isə 3,4 və 5 barmaqları keçirir və 2-ci barmaqla qayçının hərəkətini tənzimləyirlər. Ancaq barmaqları qayçının gözünə ikinci oynaqdan yuxarı daxil etmək düz deyildir, çünki bu iş əlin qayçıya verdiyi təsiri kütləşdirir və azaldar.
         Xovun səlis qırxılması (xovun neçə çindən bir qırxılmasından asılı olmayaraq) qayçının əldə necə tutulması, xalça qırxılarkən ərişlərlə qayçı arasında nə qədər məsafə qoyulması və qayçının necə hərəkət etdirilməsindən asılıdır.
         Qayçının tiyələri ilə xalça arasındakı məsafə xovun qalınlığı ilə əlaqədardır. Xovun qalınlığı eyni zamanda xalçanın tipindən və sıxlığından aslıdır.
         Qayçının tiyələri qırxım zamanı xalçaya paralel vəziyyətdə olmalıdır. Tiyənin biri yaxın, digəri uzaq olduqda qırxım bir qaydada getməz və nəticədə xovda kələ-kötürlük əmələ gələr. Qırxım zamanı qayçının üst tiyəsini xalçadan azaçıq aralı saxlayıb, son çini təxminən 1mm uzun qırxmaqla kələ-kötürlüyün qarşısını almaq olur. Əlbəttə, son çinin uzun hissəsi gələn qırxım zamanı mexaniki sürətdə kəsilib təmizlənir. Qırxım qurtardıqda xalça dərhal qayçının ucu ilə qaşınmalı, lazım gəldikdə bu iş təkrar edilməli və nəhayət, qırxım istənilən səviyyədə təmiz və xov hamar olmalıdır.
         Tardaqlama-Bu söz incənətin bir neçə sahəsində işlənir. Məsələn, zərgər düzəltdiyi üzüyü qurtardıqdan sonra onu təmizləyib cilalayır və buna pardaqlama deyilir. Xalçaçılıqda da xalçanın üzünü xüsusi alətlərlə təmizləyib hamarlamaq pardaqlamaq adlanır. Xalçanı istənilən vaxt, yaxud toxunub qurtardıqdan sonra qırxımdan əlavə pardaqlamaq mümkündür. Pardaqlayıcı alətlər aşağıdakılardan ibarətdir: pardaq darağı, xüsusi bıçaq və qayçı. Pardaq darağı vasitəsilə xov təmizlənir, bıçaqla kəsilib normaya salınır və qayçı vasitəsilə pardaqlanır.
         Yaxşı pardaqlanmış xalçada xovun qalınlığı əvvəldən axıra qədər bir qaydada və təmiz olur, naxışlar aydın və zəng şəffaf görünür. Lakin pardaqlama üçün ilməni bir qədər uzun kəsmək lazım gəlir. Bu isə artıq itkiyə səbəb olur. Bundan əlavə, pardaqlamaq üçün xüsusi ustalar hazırlanmalıdır. Həmin vaxtlar bu çətinliklərə görə pardaqlama işi kimyəvi yuma və mexanikləşdirilmiş qırxımla əvəz edilmişdir.
 
 
 
 
 
 
 
 
Mövzu:14
 
 
Texniki avadanlıq. Dəzgahlar.
 
 
 
        Həyat şəraiti və yaşayış qaydaları ilə əlaqədar bir çox qədim xalqlarda ibtidai yundarama və yunəyirmə işləri üçün sadə daraq və cəhrədən, eləcə də toxuculuqda üfüqi dəzgahlardan istifadə olunmuşdur. Bu sadə alət və dəzgahlar zahirən fərqlənsə də təxminən eyni funksiyanı yerinə yetirmək üçün işlədilmişdir. Qədim Azərbaycanda şal, palaz, cecim və.s hazırlanmasında üfüqi dəzgahlardan istifadə olunmuş və bu öz dövrünün mühüm texniki nəaliyyəti hesab edilmişdir. Palazçılığın müəyyən inkişaf səviyyəsində meydana gələn xalçaçılıqda da həmin üfüqi dəzgahlardan istifadə edilmişdir. Bir sıra şərq ölkələrində, xüsusilə kənd yerlərində (köçəri tayfalar arasında) hələ indi də bunlar tətbiq olunmaqdadır.
         Üfüqi dəzgahlar alt və üst ox vəzifəsini yerinə yetirən şey, yonulmuş iki möhkəm ağacdan, kücü və kücüüstü ağaclardan və digər hissələrdən ibarətdir. Onlar yerə bərkidilmiş 4 ağaca bağlanır, əriş oxlara sarınır və onlara tarımlıq əsasən ağac mıxlarla (oxların fasiləsini azaltmaqla) verilir.
         Şaqüli dəzgahlara nisbətən üfüqi dəzgahlarda bir sıra hissələr ixtisar edilir, uzun ölçülü məmulat toxumaq üçün hündür tavan lazım olmur, çadırla, hətta açıq havada bu növ dəzgahlardan istifadə etmək, el köçərkən yarımçıq qalmış işi asanlqla yığıb yenidən başqa yerdə qurmaq mümkün olur. Lakin bütün əsas texnoloji proseslər icra olunarkən toxucu irəliyə doğru əyildiyi üçün vaxtından əvvəl yorulur, əmək məhsuldarlığı aşağı düşür. Bundan əlavə üfüqi dəzgahların əksəriyyətində texniki avadanlığın ancaq 50%-dən, dəzgahın bir üzündən istifadə edilir. Ona görə də lazımı texnoloji məsələlərin həlli mümkün olduqca üfüqi dəzgahı ayaq üstə qaldırmaq ideyası gücləndirmiş, xalçaçılığın şəhər tipli emalatxanalarda mərkəzləşməsi bu fikri qətiləşdirmişdir.
          Şaquli dəzgahların ayaq üstə düz dayanası, ərişlərin tarımlığı ilə dəzgaha yüklənən ağırlığa tab gətirməsi əvvəldən ciddi bir texniki problem kimi öz həllini gözləyirdi. İlk dövrlərdə dəzgahın ayaqlarını yerə basdırmaq və başını ağaclar vasitəsilə divara bərkitməklə onu ayaq üstə saxlamaq, oxları qalın bərk ağacdan düzəltməklə onun ağırlığa davam gətirməsi işi həll edilmiş olur. Lakin dəzgahın ayaqlarının torpaqda çürüməsi ağır oxların digər dəzgah hissələrinə təzyiqi və digər texnoloji problemlərə səbəb olması bu sahədə axtarışlar aparmağın vacibliyini irəli sürür.
             XIX əsrdə bu istiqamətdə mühüm addımlar atılır, xalçaçılıq sahəsinə “hərəkət edən” şaqüli dəzgahlar tətbiq edilir. Bununla da dəzgahı ayaq üstə saxlamaq üçün oxları yerə basdırmaq və onların başını divara bərkitmək lazım gəlmir. Dəzgah enli taxta ayaqlar vasitəsilə həm yerdə ayaq üstə dayana, həm də emalatxananın və ya evin bir tərəfindən başqa tərəfinə asanlıqla aparıla bilir. Oxları və ayaqları əlaqələndirən ağaclar isə dəzgahın düz dayanmasını təmin edir. Şaquli dəzgahlar iki ox iki yanlıq, iki ayaq, bir kücü və bir neçə əlaqə ağacından təşkil olunmuşdur.
          1955-ci ildən başlayaraq əvvəlcə “Azərxalçaittifaqın”, “İncəsənət” fabrikində sonra isə bütün “Azərxalçaittifaq” sistemində bu cür dəzgahların tətbiqi genişləndirilmişdir. İlk vaxtlarda bu dəzgahlara lazım olan tarımlıq ağac pazlar, sonralar isə metal baltalar vasitəsilə verilmişdir.
         Bu dəzgahlardan istifadə edilməsi texniki avadanlıq sahəsində nə qədər mühüm addım olsa da ağac dəzgahlarda orta və böyük ölçülü məmulat hazırlamaq bir sıra çətinliklərlə əlaqədar idi. Ərişlərin tarımlığı ilə oxlara düşən ağırlıq nəticəsində baş verən texnoloji əyintilər texniki avadanlığın bədii tərtibat səviyyəsindən geri qalması dəzgahqayırma sahəsində daha ciddi addımlar atılması zərurətini irəli sürmüşdür. Polad boltlar vasitəsilə oxların müqavimətini artırmaqla başlanan texniki axtarışlar, nəhayət metal dəzgahların meydana çıxmasına səbəb olur.
          İlk dəfə 5 müxtəlif ölçüdə hazırlanmış metal dəzgahlar 100x150sm-200x300sm ölçüdə və 35x35-55x55-ə qədər sıxıldıqda xalçalar toxunmasına imkan verirdi. Lazım gəldikdə bunlardan kiçik və böyük ölçülü məmulat hazırlamaq da mümkün olurdu. Azərbaycan xalçaçılıq məmulatının hazırlanma texnologiyasını və texniki avadanlığını müxtəlif (həm ölkəmizdə həm də ölkəmizdən xaricdə) sərgi və yarmarkalarda nümayiş etdirmək, kiçik ölçülü töhfələr (suvenirlər) hazırlamaq üçün xüsusi, kiçik və daha əlverişli metal dəzgahlar da buraxılmışdır.
           Bütün “Azərxalça” sistemində müvəffəqiyyətlə tətbiq olunan metal dəzgahlar 1958-ci ildə təcrübə emalatxanasında sınaqdan keçirilib kütləvi sürətdə tətbiq edilməyə başlamışdır. Beləliklə Azərbaycan xalçaçılığında ilk dəfə olaraq ərişlərin taramlığı ilə oxlara yüklənən ağırlıq dəqiq elmi əsasda öyrənilmiş, elmi-texniki inqilab öz nüfuzunu ənənəvi xalçaçılıq sahəsin də yeritmişdir. Metal dəzgahlar son illərdə xeyli təkmilləşmiş, oxların müqavimət gücü yoxlanmış, əyilməyə və digər texnoloji qüsurlara qarşı texniki tədbirlər görülmüş, oxlar gücləndirilmişdir. İş yerinə və metala qənaət məqsədilə bitişik metal dəzgahlar meydana çıxmış, oxları dəyirmiləşdirməklə xalçaçevirmə işi mexanikləşdirilmişdir. Yarımmexanikləşdirilmiş kücü dəstəklərinin yaxşılaşdırılması skamyaların əlverişli vəziyyətə salınması metal dəzgahların istehsal imkanlarını daha da yüksəltmişdir.
          Məlumdur ki, istər ağac, istərsə də metal dəzgahlarda toxuma prosesinin əlverişli olması üçün dəzgah 80-85º bucaq altında qurulur. Buna görədə xalçaçı tez yorulur, əmək məhsuldarlığı azalır. Metal dəzgahlarda xalçaçevirmə işinin asanlaşması həmin çətinliyi də aradan qaldırmışdır.
           Yarımmexanikləşdirilmiş metal dəzgahlar əsas kücü, kücü dəstəyi, bərkidici boltlar xalçaçevirmə mexanizmi, müqavimət kronsteynləri və.s hissələrdən ibarətdir.
            Göründüyü kimi əsas hissə dəzgahın ayaq üstə möhkəm dayanmasını təmin edir, kronsteynlər isə oxların müqavimətini artırır. Bərkidici boltlar, əlaqə hissələri, xalça çevirmə mexanizmi kücü, və kücü dəstəyi haqqında irəlidə ətraflı danışılacaqdır.
             Kücü ağacının diametri ona yüksələcək ağırlıqdan və ağacın uzunluğundan asılı olaraq 8-12sm çatır. Bu ağacın uzunluğu 2m-dən çox olduqda onu möhkəmləndirmək və əyilməsinin qarşısını almaq üçün tədbir görülür.
             Yarımmexanikləşdirilmiş metal xalça dəzgahlarının tətbiq edilməsi əmək məhsuldarlığına və məmulatın keyfiyyətinə müsbət təsir göstərən mühüm hadisədir, həmin dəzgahların daha da yaxşılaşdırılıb təkmilləşdirilməsi və çoxmetrajlı dəzgahlara keçilməsi qarşıda duran vəzifələrdəndir.
        
 
 
Mövzu 16
İstehsalat sanitariyası və əmək gigiyenası
   Əmək prosesində işcilərin təkcə əl, ayaq ümumiyyətlə əzələləri deyil, həm də danışıq, eşitmə və hiss orqanları, eləcə də beyni fəaliyyətdə olur. Yalnız belə olduqda əmək prosesində bir enerji başqa enerjiyə çevrilir, əvvəlcədən düşünülmüş faydalı əmək sərf etmək işi plana uyğun şəkildə davam etdirilir.
    İnsan əməyi həm istehsal prosesini enerji mənbəyi ilə təmin edir, həm də insanın özünün fiziki, içtimai, mənəvi və estetik inkişafının əsasını təşkil edir. Buna görədə Sovet İttifaqında istehsalat sanitariyası, əmək gigiyenası məsələləri kapitalist ölkələrində olduğundan köklü sürətdə fərqlənərək dövlət əhəmiyyətli işlər səviyyəsinə qaldırılmışdır. Əməyin səmərəliliyi məhsuldarlığın yüksəldilməsi əmək adamlarının sağlamlılığını ardıcıl və elmi əsaslarla sistem halında qorumaqla əldə edilir.
    Hazırda ölkəmizdə istehsalat sanitariyası ilə məşğul olan onlarla elmi-tədqiqat inistutları, əmək gigiyenası kafedraları, yüzlərlə peşə xəstaxanaları, saysız hesabsız istirahət evləri və sanatoriyalar əmək adamlarına xidmət edir. Bütün bunlar insanın insan tərəfindən istismarına, içtimai zülmə son qoyan Böyük Oktyabr Sosialist inqilabının qələbəsi nəticəsində mümkün olmuşdur.
    Kapitalizim cəmiyətində höküm sürən istismar nəticəsində əmək prosesi zəhmətkeşlər üçün bir növ əzab-əziyyət, iztirab, xəstəlik, əlillik və hətta vaxtsız ölümlər mənbəyinə çevrilir. Orada işsizlik böyük bir içtimai bəla kimi insanları bədbəxtliyə düçar edir. Yeni texnika və texnalogiyanın tətbiqi kapitalizim şəraitində nəinki insan əməyini yüngülləşdirmir, hətta istismarın şidətlənməsinə, işsizliyin dərinləşməsinə səbəb olur. İnsanların əqli və fizki əməkləri sayəsində yaranmış texnika içtimai quruluşun eybəcərlikləri nəticəsində insanların taleyinə, varlığına hakim kəsilir, onları mənəvi yoxsulluğa, məhrumiyyətlərə və sıxıntıya məhkum edir.
   Sosializim dünyasında xüsusilə Sovet İttifaqında insanlar nıinki texnika üzərində hakimdir, hətta bütün maddi və mənəvi sərvətlər zəhmət adamlarının ixtiyarındadır, elm və texnika bütünlüklə insanların rifahına xidmət edir. Sovet İttifaqında əmək sağlamlıq, hərtərəfli və azad inkişaf, faydalanma və içtimai yüksəliş mənbəyidir.
   Başqa fabriklər kimi, xalçaçılıq fabriklərinin də lazımı qədər geniş, hündür və əlverişli interiyeri olmalıdır. Bütün bu məsələlər, eləcədə məhəlli iqlim şəraiti fabrikin layihəsində nəzərə alınmalıdır. Burada həm təbii havatəmizləmə (ventiliyasiya) həm də mexzniki havatəmizləmə (Filtirasiya) nəzərdə tutulmalıdır. Fabriklər, xüsusilə toxuculuq sexləri zirzəmi və yarımzirzəmilərdə yerləşdirilməli, rütubətli və qaranlıq olmalıdır. Xalçaçılıq sexləri quru, səs-küydən (motor və yarımmexanikləşdirilmiş palaz sexlərinin səsindən) uzaqa olmalı təbii və sunii işıqlandırma ilə kifayət qədər təmin edilməlidir. Sexlər hər gün təmizlənməli və arada hər 15 gündən bir ümumi sanitariya işi aparılmalıdır.
    Fabrikin həyəti geniş, təmiz, bağ-baxçalı, güllü-çiçəkli olmalıdır.
    Son illərdə respublikamızda iri xalça fabrikləri tikilib istifadəyə verilmişdir. Bu müəssisələrin sexlərində əlverişli iş şəraiti, genişlik, işıq və təmizliklə bərabər, gözəl və yığcam təbiət guşəsi, kiççik hovuz, paltarasan, əlüzyuma otaqları, bufet, uşaq baxcası, qiraətxana və qırmızı güşə və s nəzərə alınmışdır.
   Ümumi şəraitdən əlavə iş yeri estetik cəhətdən də elə təşkil edilməlidir ki, işləməyə, oturub-durmağa, gəlib-getməyə rahat, maraqlı və xoşagəlimli olsun. Zövqü oxşayan, emosianallığa kömək edən tədbirlər planlaşdırılmalı, qapı-pəncərənin, divarların, dəzgahların rəngi, plakat və şəkillər, divar qəzeti və şərəf lövhəsi, eləcədə əyani vəsaitlər həmin təlabata uyğunlaşdırılmalıdır. İş zamanı xüsusilə fasilədə musiqiyə, xəbərlərə qulaq asmaq nəzərdə tutulmalıdır.
   İş yerinin təşkili və rahatlığı birinci dərəcəli işlər sırasındadır. Dəzgahın qurukuşu və toxucunun oturduğu skamya elə tənzimlənməlidir ki, toxucu kürəyini irəliyə əyməyə məcbur olmasın.
   İstehsalat sanitariyası qaydalarına riayət olunması və profilaktik müalicənin ardıcilliqla davam etdirilməsində fabrik həkimlərinin və feldşerlərin rolu böyükdür. Çün ki, sanitariya və gigiyena tədbirləri ya bilavasitə tib işcilərinin əli ilə: ya da onların tələbi əsasında başqa orqanlar tərəfindən planlaşdırılır və özlərinin nəzarəti altında aşağıdakı tərzdə yerinə yetirilir.
   1. İş yerinin, iaşə məntəqələrinin (bufet, yeməkxana, ərzaq anbarlarının) sanitariya vəziyyətini, bu sahədə çalışan işcilərin şəxsi gigiyenası və geymini daimi nəzarət altında saxlamaq və s.
   2. İşə yenicə qəbul edilənlər tibbi müayinədən keçirilməli və onların görəcəyi işin fiziki imkanlarına uyğun gəlib-gəlmədiyi müəyyənləşdirilməlidir.
   3. Butun işcilər tibbi nəzarət altında saxlanılmalı, xəstəlik aşkara çixdıqda vaxtında qarşısı alınmalı, yolxucu xəstəlik təhlükəsi olduqda proflaktik tədbirlər görülməlidir.
    4. Xəstələrin, zədələnənlərin dəqiq uçotu aparılmalı, işə qayıtmaq istəyənlərin tibbi vəziyyəti ilə görəcəyi işlərin uyğunluğu bir daha dəqiqləşdirilməlidir.
   5. Toxuculara xidmət göstərmək məqsədi ilə krortlardan, istirahət evlərindən və müalicə ocaqlarından istifadə işinin yaxşılaşdırılmasına daim diqqət yetirilməlidir.
   6. İş yerinin sanitariyası və işcilərin şəxsi gigiyenası ilə əlaqədar bütün məsələlər barədə müdriyyətə və həmkarlar ittifaqı təşkilatları ilə daim əlaqə saxlamalı, onlarla birlikdə əmək şəraitinin yaxşılaşdırılması və səmərəliləşdirilməsi üçün layihələr və tədbirlər planı hazırlanmalıdır.
   7. Sanitariya, xüsusilə şəxsi gigiyena sahələrində işciləri təlimatlandırmaq, bu sahədə təbliğat və təşviqat işi aparmaq üçün dəqiq və real planlar tərtib edilməlidir.
   8. Bütün fabriki, hətta birliyi əhatə edən sanitariya fəlları təşkil etmək, onları səhiyə işlərinin yaxşılaşdırılmasına səmərəli təkliflər hazırlanmasına yönəltmək lazımdır.
                                       Mövz:17
         Xalçaçılıqda peşə xəstəlikləri. Profilaktika tədbirləri və təhlukəsizlik texnikası.
   Başqa peşələr kimi xalçaçılçğında özünə məxsus peşə xəstəlikləri vardır; etinasızlıq göstərildikdə, proflaktika tədbirləri görulmədikdə bunlar toxucunun səhhətinə və iş qabiliyyətinə mənfi təsir göstərə bilər.
   Xalçaçılar uzun müddət bir yerdə oturmaq nəticəsində əmələ gələ bilən peşə xəstəliklərinə və s. qarşı tədbirlər görməlidirlər. Ümumiyyətlə xalçaçılıq sahəsindəki peşə xəstəliklərini və istehsalat zərərini üç başlıca qurupa ayırmaq olar.
   1. Uzun müddət oturmaq nəticəsində daxili orqanlarda, qıç və ayaq damarlarında qan dövranı pozğunluğu, rematizm, fəqərə sütununun əyilməsi və s. kimi xəstəliklər.
   2. Gücünün vəziyyətini dəyişən dəstəyin qaçması və arğaç döyülərkən havadan zərbə almaq (travma), ilməsalma prosesində barmağı kəsmək, yaxud əriş qrıldıqda qarmaqlı bıçağın gözə və üzə ili.məsi və s.
  3. Yun, ip kələfini açıb yumaq düzəldəndə, xüsusilə ilməsalma prosesində ölu tellər ondan ayrılaraq toz halında havaya səpilir. Buna qarşı tədbir görülmədikdə toz tənəfüs yollarına (orqanlarına) gözə, üzün və əlin dərisinə ziyan verə bilər. Bunlardan əlavə iş prosesində sintetik boyaq iyi də havaya qarışaraq istehsalat zərərini daha da şiddətləndirir. Əgər yun ip, yaxud pambıqdan hazırlanmış ikinci arğac boyandıqdan və təmizləndikdən sonra onlarda normadan artıq boya qalmış olarsa, bu halda dərinin zədələnməsidə mümkündür.
   Elektirik işığının normadan az və ya çoxluğu, səs-küy, havanın yenpiraturu, yorğunluq və s. də burada ciddi rol oynayır. Buna görədə onların nizama salınması həmişə diqqət mərkəzində olmalıdır.
   İstehsalat sanitariyası, iş yerinin düzgün və əlverişli təşkili, şəxsi gigiyena tələblərinə dəqiq əməl edilməsi nəinki ümumi, həmdə xüsusi peşə xəstəliklərini əsaslı sürətdə zərərsizlədirir.
   Xalçaçılıqda əsas texnaloji proseslər oturaq halda yerinə yetirilir. Bu, bir tərəfdən yaxşıdır, çun ki xalçaçıları ayaq üstə işləməklə əlaqədar istehsalat zərərindən azad edir. Digər təəfdən oturaq işdə pozanın əlverişliiyi olduqca əhəmiyyətlidir. Xalça dəzgahının arxasında oturub toxumanın mümkün olması və digər texniki səbəblərə görə dəzgah yerdə 85" bucaq altında dayanmalıdır. Bu kürəyin adi vəziyyətdə saxlanmasını, ayaqların normal dayanmasını və işıqdan kifayyət qədər istifadə edilməsini çətinləşdirir. Çün ki xalça toxuduqca iş toxucudan uzaqlaşır, əllər irəli uzadılır, əllərin     ardınca bədəndə irəli əyilməli olur.Nəticədə kürəyin, fəqərə sütununun təbii forması dəyişir, bununlada həm əlavə yorğunluq, həm də sümüklərin əyilməsi üçün şərait yaranır. Sümüklərin formaca dəyişməsinə 16-22 yaşlı yeniyetmə və gənclər arasında daha çox təsadüf edilir. Odur ki, iş yeri təşkil ediləndə, toxucular üçün skamya sifariş veriləndə müvafik proflaktika tədbiri nəzərə alınmalıdır. Skamyaların oturacağı yumşaq materialdan və işləmək üçün əlverişli olmalıdır. Skamyalarda kürəyi hərdən bir söykəməyə imkan verən və ayaq qoymaq üçün əlverişli taxta pillələr nəzərdə tutulmalıdır. Bundan əlavə xalçanın toxunmuş hissəsini istənilən vaxt ötürməklə işin toxucudan uzaqlaşmasına mane olmaq mümkündür.
   Qabağa əyilmək həm yorğunluğa səbəb olur, həm də işıqdan istifadə edilməsini çətinləşdirir. Vaxtında tədbir görülmədikdə yorğunluq xroniki hala keçir.
   Yorğunluq həm fiziki, həm də əqli əmək nəticəsində əmələ gəlir. Əməyin bu iki ad altında şərti bölünməsinə baxmayaraq xalça toxuyarkən hər iki əmək növündən istifadə olunur. Məs: toxuma prosesində eyni zamanda bədii tərtibat, çeşnin tətbiqi, rəng tərkiblərinin müəyyənləşdirilməsi və bəzi digər işlər həm də əqli əmək orqanlarının fəaliyyət göstərməsini tələb edir ki, bu da yorğunluğun bir neçə qat artması ilə nəticələnir.
  Yorğunluq eyni zamanda istirahət üçün bir siqnaldır. Buna görədə yorğunluğun aradan qaldırılması üçün istirahət iş rejminin dəqiqləşdirilməsi, iş yerinin təşkilinin, otruşun və pozanın yoxlanması lazımdır.
   İstehsaat gimnastikası proflaktika tədbirləri sistemində çox mühüm yer tutur. Xüsusilə kürəyini irəliyə əyməyə məcbur olan xalçaçı, kürəyi arxaya əymək əsaında qurulmuş gimnastika növləri ilə daha çox məşxul olmalıdır. Eləcə də ayaqlarda qan dövranının normallaşmasını, barmaqların və biləklərin normal hərəkət və istirahətini təmin edən masaj və idman növlərinə diqqət yetirilməlidir.
   İş vaxtı pisixi-əsəbi atmosfer şəraitində gərginlik artır və (istirahətini təmin edən masaj və idman növlərinə diqqət yetirməlidir) yorğunluq dərinləşir. Daimi səs-küy, ümumiyyətlə, əsəblərin və eşitmə orqanlarının gərginliyinə səbəb olur.
   İstehsalat prosesinin düzgün təşkili, panların reallığı, vəzifələrin düzgün başadüşülməsi, iş yerində qayda-qanun və əmək intizamının höküm sürməsi, təmizliyə və estetik tədbirlərə əməl edilməsi və s emosianallığı, əmək şəraitinin rahatlığı və sakitliyini qat-qat artırır. bunlar eyni zamanda yorğunluğa qarşı proflaktika tədbirləri kimi təsir göstərir.
   Hər bir toxucunun iş qabiliyyəti onun öyrənmə dərəcəsindən, təlimin keyfiyyətindən və iş təcrübəsindən asılıdır. İş təcrübəsi ustalıq dərəcəsini müəyyənləşdirən, əsəb-damar sisteminin fəaliyyətində yeni ahəngdarlıq əmələ gətirir və orqanizmin yorğunluğa müqavimətini artırır. Təcrübəli toxucular ağac döyərkən əlavə əzələ hərəkətlərinə yol vermir, enerjini qənaətlə sərf etməyi bacarır, hər çin iş alətini götürüb-qoyma prosesində artıq vaxt itirmir. Bütün bunları təcrübə mübadiləsi yolu ilə başqalarınada öyrətmək zəruridir.
   Zərgərlik, saatsazlıq və s kimi, xalçaçılıq sahəsi də güclü optimal işıqlandırma tələb edir. İşığın mənbəyi, növü və ondan nə tərzdə istifadə olunmasının əhəmiyyəti böyükdür. İlk növbədə təbii işıq mənbəyi kimi günəşdən, lazım gəldikdə süni işıqlandırmadan- elektirik işığından istifadə edilməlidir. İşığın zəifliyi toxucunun səhhətinə, məhsudarlığa və keyfiyyətə mənfi təsir göstərir. Normadan artıq güclü işıq da toxucunun görmə orqanlarının və əsəblərinin yorğunuğuna səbəb olur. Odur ki, iş yeri təşkil edilərkən işıq birinci dərəcəiiş kimi n əzərə alınmalıdır.
   Xalcacılıqda mühərriklərdən istifadə olunmadığı üçün thükəsizik teznikasına aid tədbirlərdə özunə məxsuz tərzdə olur. Əmək məhsuldarlığı və keyfiyyət xalçaçılğın əsas alətlərindən olan qarmaqlə bıçaq və qayçının iti olmasını tələb edir.Digər tərəfdən,həmin bıçaq hər iş günündə ilməsalma prosesində azı 7000 dəfə toxucunun barmağının sağından,solundan,altından və üsyündən surətlə keçərək hərəkət olur.Beləliklə ,həm toxucunun barmağının həm də xalçanın ərişlərinin təhlükəsizliyi pozua bilər.Qırxım zamanı qayçının düzgün işlədilməməsi də barmağın kəsilməsinə,həvə işlədilərkən zərbəyə səbəb ola bilər.Bütün bunların qarşısını almaq üçün alətləri təlimata uyğun normal şəkildə diqqətlə işlətmək lazımdır.Burada təhlükəsizliyin təmin edilməsi üçün texniki təlimin dəqiqləşdirilməsi,ustalığın artırılması və diqqət lazımdır.
Bunların əlavə,müasir mətal dəzgahlarda yarımmexanikləşdirilmiş güclərdən istifadə zamanı yaxud xalça ötürülərkən alt oxun hərəkəti zamanı dəstəklərin qaçmasilə zərbəalma və digər ziyanlar ola bilər.Ona görə də dəstəklərin özbaşına hərəkətlərinin qarşisını almaq üçün məhdudlaşdırıcı bilərzikdən istifadə olunur.
                                     Mövzu:18
          Azərbaycan xalçaçılığının müasir vəziyyəti
              Azərbaycan xalçaçılığı tarizindən..
    Xüsusi coğrafi şərait və iqlimə görə əlverişli olan qədim Azərbaycan ərazisi ilk insan quruplarının məskənlərinin biri olmuşdur. Xəzər dənizinin və Urmiyə gölünün, Kür, Araz, Cığatı və Qızılözən çaylarının sahilləri, bunların arasındakı vadilər, yaşıl dağ yamacları və bərəkətli meşələr böyük insan quruplarının yerləşməsi, yeməklə təmin edilməsi üçün olduqca münasib şərait yaratmışdır.
   Hələ paliolitdən- qədim daş dövründən başlayaraq insan məskəni olan Azərbaycan ərazisi bəşər mədəniyyətinin yaranmasında da özünə məxsus mühüm rol oynamışdır.
   Dünyanın bir çox məntəqələrində olduğu kimi burada da içtimai əmək bölgüsü nəticəsində əkinçilik və maldarlığın hər biri özlüyündə insan əməyinin müstəqil sahəsinə çevrilmişdir.
   Ümumi inkişafın, insan ləyaqətinin məhsulu olan bu sənətlər get-gedə təkmilləşmiş, genişlənmiş, sahələrə və növlərə bölünmüş və nəhayaət elm və incəsənətin yaranması üçün zəmin  hazırlamışdır. Ozaman Azərbaycan ərazisində yaşayan qəbilələrin məhsuldar qüvvələrinin, xüsusilə qoyunçuluğun inkişaf səviyyəsi və insanların həyat tərzi ilə əlaqədar meydana çıxan bu sənət növlərindən biridə palazçılıq və xalçaşılıq olmuşdur. 1949-cu ildə Altay vlayətinin Pazarın dərəsindən tapılan ən qədim xalça haqqında danışarkən prof. N.S.Rudenko demişdir ki, bu xalça hər şeydən əvvəl, Midiya sənətlərinin nümunəsidir. 2500 il buz içində qalan Skif qəbilə başcısının qəbrindən tapılmış bu xalça bədii tərtibat cəhətdən də diqqətə layiqdir.
  Vaxtilə Azəbaycan ərazisində yaşayanlar üçün nəinki xalçaçılıq, hətta onunla əlaqədar başqa sahələrin digər sənət növlərinin də mlum olduğunu göstərən tarixi sənətlər və maddi-mədəniyyət abidələri kifayyət qədərdir. Bir sıra Yunan və Roma yazıçıları, tarixciləri Platon, Strabon vəbaşqaları qədim Azərbaycan sənətləri haqqında dəyərli məlumatlar vermişlər. Məşhur Yunan sərkərdəsi və tarixcisi Ksenofanın yazdığına görə, e.ə V əsrdə Azərbaycan ərazisində yaşayanlara əkinçilik, boyaçılıq, döşəmə toxumaq və digər sənət növləri məlum imiş.
   Eramızın 590-617-ci illərini əhatə edən "Suyi" adlı Çin salnaməsinə də bu ərazidə yaşayanların palaz və xalça sənəti haqqında qeyidlər vardır. Asor və Parfyon abidələrində də bunu təstik edən izlər tapılmışdır.
   Ningəçevir şəhərində apaeılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümnələri Azərbaycan ərazisində xalçaçılığın müəyyən inkişaf səviyyəsində olduğunu təsdiq edir. Burada I-VII əsrlərə aid qəbirlərdən tapılmış yun ip yumağı və xalça parçasının ələ gəlməsi olduqca diqqətə layiqdir.
   IX-X əsrlərdə yaşamış bir sıra şərq tarixcisi və coğrafiyaşünaslarının, bir sıra dövlət xadimlərinin, diplomat və tacirlərin verdiyi məlumat və X əsr tarixi mənbələrindən olan "Əlhüdudülaləm" kitabının yazdığına görə Gəncə, Naxcıvan, Mərənd, Xoy, Salmas, Bərdə, Təbriz, Şamaxı, Muğan, Urmu, Beyləqan, Quba və s. şəhərlərdə eləcə də kəntlərdə, evlərdə və kiççik emalatxanalarda palaz, çuval, cicim, zili və digər xalça məmulatı toxunmuşdur. Xalı toxunması barədə verilən məlumat diqqəti daha çox cəlb edir. Çün ki xalı toxunması bir sıra texnaloji və bədii problemlərin həlli ilə əlaqədar idi ki, bu da yalnız inkişafın nisbətən yüksək səviyyələrində mümkün ola bilərdi.
   Nizami, Qətran Təbrizi, Xəqani və başqa şairlərmizin əsiərlərindəki xalça təsvirlərinə görə XI-XII əsrlərdə Azərbaycanda sənətkarlığın o cümlədən xalça emalatxanalarının meydana gəldiyini və xalçaçılığın inkişaf etdiyini söyləmək olar.
   XIII-XIV əsrlərin monqol basqınları zamanı bir çox sənətkarlar ya öldürülmüş ya da vətənindən didərgin düşmüşdür. Lakin onlar belə bir mürəkkəb şəraitdə də öz sənətlərini qoruyub yaşada bilmişlər.
   Nəhayət mədəniyyət və incəsənətə diqqət artdıqca xalçaçılıqda yeni inkişaf mərhələsinə yüksəlmişdir. Elxanilər hökumdarı Qazan xan (1294-1304) dövründə məscid və sarayların döşənməsi, xarici ölkələrə hədiyyə göndərilməsi üçün xalça emalatxanaları yaradılmış, bu isə xüsusi və daimi büdcə vəsaiti ayrılmışdır. Bu iş xalçaçılıq sənətinin qorunub saxlanması və inkişafında və çox muhum rol oynamışdır.
   Hazırda Dəməşq, Qahirə, İstanbul və digər şəhərlərin muzey və kolleksionerlərində olan bir neçə qiymətli Azərbaycan xalçası məhz o dövürlərin yadigarıdır.
   XIV əsrə aid tarixi sənədlər o zaman Təbriz, Gəncə, Bərdə və Buxara şəhərlərində xalçaçılığın emalatxanalarda mərkəzləşdiyini təstiq edir.
   XV əsrdə Ağqoyunlu hökumdarı Uzun Həsənin sarayında olmuş Venetsiya səfiri orada yuksək qiymətli xalça və xalılar olduğunu hətta bunların bəzisinin ipəkdən toxunduğunu, bəzisinin toxunuşunda qızıl və gümüş tellərdən istifadə edildiyini yazmışdır.
   XVIəsrdə əmək alətləri və istehsalat qüvvələrinin inkişafı mərkəzləşmiş Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyət və incəsənət də canlanır və surətlə inkişaf etməyə başlayır. Xüsusilə Şah Abbas və I Təhmasib dövründən başlayaraq Azərbaycanın Rusiya və Avropa ilə iqtisadi, siyasi və mədəni əlaqələri genişlənir. Azərbaycan sənətkarları öz işlərini xarici bazarlara çıxarmaq imkanı əldə edirlər.
   Səfəvilər dövründə xarici ticarət dövlət əlində olur, sarayda təşkil olunmuş emalatxanalarda ipək, yun və pambıqdan hazırlanmış müxtəlif parçalar, xüsusilə xalça, xalı məmulatı, gəmilər və dəvə karvanları ilə qonşu ölkələrə göndərilir. I Təhmasib nəinki xalçaçılığı öz himayəsi altına almış, hətta bir sıra tarixcilərin yazdığına görə o, bir neçə xalça çeşnisidə işləmişdir. O, dövürdə xalçaçılıq məntəqələrinin hər birinin ənənəvi xüsusiyyətləri ciddi nəzərə alınmış, beləliklədə orjinallığın qorunmasına diqqət yetirilmişdir.
   XVI-XVII əsrlər Azərbaycan xalçaçılığının "Qızıl dövrü" adlanmışdır. Həmin dövürdə yaranmış " Kitab yazma fənləri əncüməni" ümumiyyətlə, incəsənət əsərləri ilə, eləcə də xalçaçılığın bədii tərtibat və inkişaf problemləri ilə məşğul olmuşdur. Xalça məmulatı əmtəə şəklinə düşmüş, ixracat cədvəlində mühüm yer tutmuşdur. Ölkəmizin nüfuzu dövlət xəzinəsinin zənginliyi və s. xalça məmulatının kəmiyyət və keyfiyyəti ilə əlaqələndirilmişdir.
   Sonradan ölkədə başlanan daxili çəkişmələr, xarici basqınlar, müharibələr və feodal zülmünün şiddətlənməsi xalçaçılıq sənətinə ağır zərbə endirsə də onun inkişafına mane ola bilməmiş, xalq öz milli sənətini əzmlə qoruyub nəsildən-nəsilə keçirmişdir. Rusiyayla qonşuluq xüsusilə XIX əsrdə Rusiya ilə birləşmək xalçaçılıq məmulatının dünya ticarət kanallarına düşməsinə şərait yaratmış, külli miqdarda xalça məmulatı ixrac edilmiş və kəmiyyətcə irəliləyiş olmuşdur. Xalçaçılıqla birlikdə onun ornament sənəti, bədii tərtibat və boyaçılıq işləri də müəyyən dövürlərdə ikişafını davam etdirmişdir.
   XX əsrin əvvələrində Azərbaycan xalçalarının beynəlxalq sərgilərdə (İtalya, Almaniya və s kimi ölkələrdə) müvəffəqiyətlə nümaiş etdirilməsi onun dünya şöhrətini daha da artırmışdır.
                                        Mövzu:19
                        Azərbaycan xalçaçılığı..
  Böyük Oktıyabr sosialis inqilabının qələbəsi bir çox xalqlar kimi Azərbaycan xalqınında taleyində mühüm rol oynamışdır. İçtimai zülümlə birlikdə milli zülmü də ləğv edən inqilab sayəsində Azərbaycan həm çoxşahəli müasir ağır sənaye, həmdə aqrar sənaye ölkəsinə çevrilmişdir. Onun sosialist məzmunlu milli mədəniyyəti, eləcədə çox əsirli ənənəsi olan xalça sənəti məhz bu əsas üzərində inkişaf edib yüksəlmişdir.
   Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin " Azərxalça" İstehsal birliyi coğrafi cəhətdən bütün respubilikanı əhatə etməkdə idi. Həmin dövürdə Bakı, Əli Bayramlı, Ağdam, Gəncə, Bərdə, Qazax, Şamaxı, Quba, Qalaçıq və digər şəhər və qəsəbələrdə bir sıra rayon mərkəzlərində xalça fabrikləri və böyük emalatxanalar fəaliyyət göstərir. Həmin dövürlərdə respubilikamızda tikilmiş və tikilməkdə olan Əli Bayramlı, Ağdam, Bərdə, Qazax, Zaqatala və Şəki xalça fabrikləri elm və texnikanın son nailiyyətləri əsasında yaranmış müasir istehsalat ocaqlarıdır.
   Minlərlə toxucusu və baş ustası olan bu istehsalat müəssisələrində hər il 10 min kv. metirlərlə xalça, palaz və xalça məmulatları istehsal olunur. Əgər 1955-ci ildə "Azərxalça" nın illik planı 60 min metr idisə, daha sonralar bu rəqəm 100 min kv metrə çatmışdır. O vaxtlar texniki təlimin yalnız fərdi üsulu tətbiq olunduğu halda, daha sonralar bu sahədə həm fərdi həm də kollektiv təlim üsullarından istifadə edilirdi. Əgər keçmişdə qədim ağac dəzgahlardan istifadə edilirdisə, sonralar yarım mexanikləşdirilmiş metal xalça dəzgahları və əlverişli əmək alətləri islədilir.
   1967-ci ildən işə salınmış Zabrat Əyiriçi-Boyaq Kanbinantı "Azərxalça" İstehsalat birliyi sistemini lazımı əriş, arğac və rəngli iplərlə təmin edir. Burada xalçaların yuyulması və qırxılması əməliyyatlarıda təşkil olunmuşdur.
   Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi sənəti Muzeyinin təşkili,  Mirzə Davud Hüseyinovun adına Gəncə Xalca-Mahud Konbinantının yaradılması müasir Azərbaycan xalçaçılığının mühüm nailiyyətidir.
   "Azərxalça" İstehsalat Birliyi hər il min metirlərlə xalça məmulatı nümunələrini dünyanın bir sıra xarici ölkələrinə göndərir. Həm bunlar həm də Beynəlxalq sərgilərdə nümaiş etdirilən Azərbaycan xalçaçılıq nümunələri indiyə qədər bu xalq sənətinin çərəfini müvəffəqiyyətlə qorumaqdadır.
    Sovet hkimiyyəti illərində Azərbaycan xalçaları bir çox beynəlxalq sərgilərdə, yarmarkalarda nümaiş etdirilmiş, medallara, diplom və tərifnamələrə laiq görülmüşdür. İspaniyanın Madrit (1975), Fransanın Paris (1982) şəhərlərində və Almaniya Fedarativ Respbilikasında Azərbaycan xalçaçılığının nümunələri ilə birlikdə onun dəzgahqayırma və avadanlıq sahələrindəki nailiyyətləri və texnaloji prosesləri də nümayiş etdirilmişdir. Bu sərgilər haqqında toplanmış rəylər Azərbaycan xalçaçılığının misilsiz nailiyyətlərini göstərən tarixi sənətlərdir.
   Azərbaycan sənətşünasları, alimləri xalçaçılıq sənətinin müxtəlif cəhətləri haqqında elmi-tədqiqat işləri aparmış, onun nailiyyətlərini möhkəmləndirib dəqiqləşdirən əsaslar yaratmışlar. Azərbaycan xalçaçılığının naxış xəzinəsi bədii tərtibat və sujetli xalça problemləri, tarixi inkişaf yolu, iqtisadi cəhətləri, boyaçılıq işləri, texnaloji əsasları, xovsuz xalçalar və s əlaqədar digər məsələləri tədqiq olunmuş, bu barədə müasir sovet eliminin mülahizələri dəqiqləşdirilmişdir. Azərbaycan SSRxalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" adlı kitabı xalçaçılığın ornamental məsələlərini işıqlandırmış, bir çox mühüm məsələləri izah etmişdir.
   Azərbaycan xalçaçılığı misli görünməmiş inkişaf və çiçəklənmə mərhələsindədir. Xalq tətbiqi sənətlərinin ağsaqqalı sayılan xalçaçılıq sənəti Azərbaycan xalqının sosialist məzmunlu mədəniyyətinin bir hissəsi kimi iri addımlarla irəliləməkdədir.
                                         Mövzu:20
                  Boyama işləri, rəng tərkibləri, kollektiv
                                 və bədii tərtibat..
   Kimya sənayesinin inkişafı ilə əlaqədar boyaqçılıq işləri də texniki və texnaloji üsullara görə, prosseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması, sintetik boya maddələrinin,yardımçı asqarların, çeşidin artması çəhətdən yüksək səviyyədə inkişaf etmişdir. Ona görə də boyaçılıq sahəsində birbaşa rəngləyən, eləcədə küp, küp və indiqo, xrom, turş, əsas və s. boya maddələrinə, soyuq boyama üçün materiallara, çoxlu yardımçı materiallara rast gəlirik. Bu boya maddələrinin hər birinin özünəməxsus boyama üsulları, elmi təlimat, nüsxə və texnaloji sistemləri vardır. Bu üsullar nə qədər çox olsa da boyama işləri aşağıdakı üç əsas mərhələdən keçməlidir:
   1. Boyanmalı materialın təmizlənib hazırlanması.
   2. Boyama prosesi.
   3. Boyanmış materialların yuyulub, qurudulub istehsalata verilməsi.
   Bütün bu mərhələlərdə icra edilən proseslərin elmi təlabata, nüsxə dəqiqliyinə, rəng nəzəriyəsinə uyğun davam etdirilməsi daimi nəzarət altında olmalıdır.
   Yun iplərin əyrilmə prosesində elektirikləşdirilməsini, qirilmamasını, liflərinin yaxşı bərabərləşməsini təmin etmək üçün onlara keyitmədən yağı, bitki və heyvan mənşəli yağ əlavə olunur. Bu yağlar rəngsiz, tez təmizlənən və ucuz başa gələn olmalıdır. Bundan əlavə, ipin, panbığın, ipəyin və süni liflərin hər birinin özünəməxsuz mexaniki çirkləri və tozları olur. Bütün bunları təmizləmək məqsədi ilə yun ip yuyulmalıdır. Bunun üçün ipin çəkisinin 30%-ə qədər suya 5% sabun, soda və ya digər təmizləyicilər əlavə edib, 45-50" c-yə qədər isidir və ipi təmizlənənə qədər bu suda yuyub hazırlayırlar.
   Bundan başqa ip əvvəlcə müxtəlif metal kvaslarında isladılıb (protrova olunub) sonra boyayıcı məhlula salınır. Bunların hər ikisidə boyama işinin əsası kimi əhəmiyyətlidir, çünki belə olmasa, boyamanın keyfiyyəti də təmin edilməz.
   Təcrübəyə görə, eyni kövşəndə becərilmiş qoyunlardan, hətta ilin müxtəlif fəsillərində eyni bir qoyundan qırxılmış yunun rəng qəbuletmə qabiliyyəti fərqli olur. Bu nəzərə alınmaqla yanaşı, boyamağa hazırlanmış hər bir hissəni təşkil edən iplərin rəngi, növü, nömrəsi, hətta kələfələrinin uzunluğu və toru eyni olmalıdır.
   Boyamalı material boyayıcı məhlula salındıqda bir-birinin ardınca iki kimyəvi əməliyyat baş verir. Birinci növbədə boyaq ipin səthinə oturur, ikinci növbədə isə boyaq ipin daxilinə nüfuz edir, molekul birləşməsi əmələ gəlir və beləliklə, boyama prosesi başlanır. Həmin prosesin başlaması ilə, boyaq ipin canına hopduqca barlarda (boyaçılıq sahəsində işlədilən böyük həcimli ağac tağarlar) boyağın miqdarı azalır. Ona görə istilik dərəcəsi nəzərə alınmaqla bərabər, boyanma prosesində boyayıcı maddənin miqdarının azalması, istiliyin və suyun xassəsinin dəyişməsi də diqqət mərkəzində olmalı, vaxtında nüsxəyə uyğun nizama salınmalıdır.
   İstər hazırlıq, istərsədə boyama proseslərində suyun codluq dərəcəsinə tərkibindəki duzların miqdarına diqqət yetirilməlidir.
   İp belə bir ciddi nəzarət altında boyanıb qurtardıqdan sonra yenə yuyulmalı və normadan artıq qəbil etdiyi boyalardan təmizlənməlidir. Boyanmış ipi qurudarkən çalışmaq lazımdır ki, o günəşin şiddətli təsirinə məruz qalmasın. Çün ki belə olduqda ipin üz hissəsi quruyar, içərisi yaş qalar və nəticədə ipin daxilində dəyişiklik baş verər kondisiya çəkisini dəqiq müəyyənləşdirmək olmaz.
   Yun ip elmi qaydada, nüsxə dəqiqliyi ilə boyandıqda xoşagəlimli rəng tərkibləri yaratmaq mümkündür.
   Məlum olduğu kimi, XVII əsrdən etibarən rəngləri sistem halına salmaq, onların fiziki varlığını ad, işarə, əlamət, yaxud düstur və xüsusi rəng atlasları vasitəsiylə dəqiqləşdirməyə səy göstərilmişdir. Müəyyən bir rəngin, günəş spektirinin hansı nöqtəsində yerləşməsi işıqlıq, toxluq və tonu nəzərə alınaraq onun üçun düstur yazılır. Məsələn: S düsturu 4-cü işıqlıq (...........) dərəcəsi olan sürməyi rəngi nümayiş etdirir. Boyama prosesində yalnız dəqiqliyə riayyət etdildikdə istənilən düstura uyğun rəngi almaq mümkün olur.
    İstır müxtılif istehsalında, istərsə unikal, sujetli-yematik, xalçalar toxunakən həmin düstur rəssam tərəfindən konpazisiya qurluşuna, nəzərdə tutulmuş kolaritə uyğun hazırlanıb kağız üstündə boyaqxanaya verilir. Bundan əlavə, boyaqxananın özündə kütləvi istehsal rənglərinin təstik edilmiş kataloqu olur. Bütün bunlara riayyət lunduqda əvvəlcədən düşünülmüş rəng tərkibləri və koloritləri əldə edilir.
                            Nöqsanlar və onların qarşısının
                                             alınması...
       Boyama prosesinin hər 3 mərhələsində baş verə bilən nöqsanlara qarşı tədbirlər nəzərdə tutulur. Məsələn ip yaxşı təmizlənmədikdə onun üstündə qalmış və daxilinə keçmiş yağlar və yaxud mexaniki tozlar boyayıcı maddənin ipə hopturulmasına mane olur. Belə halda ip yaxşı boyanmır, üzü tünd olsada içərisi açıq qalırki, xalça qırxıldıqda "Əbrəş" (yerliyin çopur-çopur görünməsi) adlanan nöqsan meydana çıxır.
    İp hazırlanması üçün istifadə olunan ipin növü, toplanma vaxtı müxtəlif olduqda, keçirici və aşılayıcı maddələr bir qaydada yayılmadıqda istilik rejimi və s. texnaloji qaydalar pozulduqda ipin bir hissəsi tünd, digər hissəsi isə açıq boyanır. Beləliklə "rəyə" deyilən nöqsanın (yerliyin və ya naxışların tünd və açıq olması) baş verməsi üçün şərait yaranır. Göründüyü kimi rəng düsturunda yol verilən hər bir pozğunluq bədii tərtibatın pozulmasına səbəb olur.
   Boyama prosesində sabitləşdirici maddələrdən lazimi səviyyədə istifadə olunmadıqda, bu proses qurtardıqdan sonra ipin normadan artıq boyaları təmizlənmədikdə istehsal prosesində ip rəng verir, məmulat sudan və günəşdən qorxur.
   Boyama zamanı suyun istilik dərəcəsi aşağı, rəngi zəif olduqda, düstur pozulduqda, istiliyi və boyanma müddəti normadan artıq olduqda ipin rəngi dəyişir, müqavimət dərəcəsi aşağı düşür və xalça tez sıradan çıxır.
   Bütün bu nöqsanların qarşısını vaxtında almaq üçün tədbir görülməlidir. Əvvəldə deyildiyi kimi, elmiliyə, nüsxə dəqiqliyinə və rəng düsturuna ciddi əməl olunmalıdır. İp normaya uyğun yuyulub təmizlənməli, yağ ondan kənar edilməli, dəqiq protrava olunmalı, məhlula katalizator, sabitləşdiriciasqar əlavə edilməlidir.
   Suyun tərkibi, istilik dərəcəsi, boyana müddəti daim nəzarət altında olmalıdır. Əvvəldə olduğu kimi, boyama işinin sonunda da ip yuyulub kölgədə qurudulmalıdır. Təsadüfü deyildir ki, keçmişdə boyaçılıq işinə vicdan işi, hətta müqəddəs bir iş kimi baxmışlar, ipin yuyulub təmizlənməsi üçün xüsusi axar sulardan istifadə etmişlər.
                                            Mövzu:21
                     Arğackeçmə və onun vəzifələri.
                        Karkasın təkminləşdirilməsi.
    Hər çin toxunub başa çatdıqda arğac keçmək lazımdır. Bu, ona görə lazımdır ki, arğac ilmələri yerində oturdur, nizama salır, ionarı ytım sıxlığına uyğun sıxıb karkasa daxil edir. Arğackeçmə işinin başlıca vəzifəsi bunlardan ibarətdir.
   Kücüsü sadə olan dəzgahlarda alt arğacı keçmək üçün əvvəlcə kücü üstü ağacı əl ilə qaldırır, sonra isə həmin ağacla kücü ərişləri paralel vəziyyətə gətirirlər. Eyni zamanda ərişlər aşağıdan paralelləşdikcə alt arğacı ikinci əl ilə dartıb ərişlərin arasından çəkir və bunu axıra qədər davam etdirirlər.
   Hazırda geniş tətbiq edilən yaımmexanikləşdirilmiş kücülərdə bu iş daha asanlıqla yerinə yetirilir; küçünün lingini hərəkətə gətirdikdə ərişlər paralelləşir, əks istiqamətə yönəltdikdə isə çarpazlaşır.
  Toxunma zamanı alt arğacı lazımı qədər (bərk və ya boş) dartmağın böyük əhəmiyyəti vardır. Xüsusilə xalçanın qıraqlarında alt arğacı bərk dartmaq və ya həddindən artıq boşaltmaq olmaz. Alt arğac orta hissədə də bir qaydada dartılmalı və texniki normaya uyğun verilməlidir.
   Arğac döyülərkən həvə sağ əlin ovucunda lazımı qaydada tutulmalıdır; bu zaman həvənin dişləri ərişlərə elə daxil edilməlidir ki, qolun biləkdən dirsəyə qədər olan hissəsi ərişlərə təxminən paralel vəziyyətdə olsun. Başqa cür desək, bu prosesdə həvənin dəstəyi biləkdən, dişləri isə ərişlərlə təxminən 90" bucaq təşkil etməlidir.
   Həvənin dişləri ərişlərə yanakı və 15 mm-dən artıq daxil olduqda həm həvəni işlətmək çətinləşir, həm də ərişlər zədələnir. Bunlardan əlavə arğac döyülərkən sağ əlin biləyinin həvəyə müvafik ritmok hərəkət verməsi də mümkün olur.
  Həvənin düzgün utulması və isə düzgün daxil edilməsi onun hərəkətinin çevikliyi, ahəngdarlığı və bir qaydada davam etməsi üçün lazımdır. Hər iki arğac döyülərkən həmin texnaloji qaydaya ciddi riayyət edilməlidir.
   Alt arğac bir qaydada- ardıcıl və ahəngdar döyülməlidir. Əks təqdirdə xalcanın ağzı düz getməyəcək, nahamarlıq əmələ gələcəkdir.
   Üst arğac həm mexaniki hərəkətinə, həm də döyülərkən ərişlərin vəziyyətinə görə alt arğacanisbətən əks istiqamətdə olur.
   Üst ağacın (döyülərkən) dartılması da texniki dəqiqlik tələb edir, çün ki üst ağacın bərk və ya boş dartılması bilvasitə xalçanın yatım sixlığının pozulmasına səbəb olur. Üst arğacın çox dartılması (çökə verilməsi) arğacın "quruluğu" və işin az yatması ilə, çox boş verilməsi (tökə verilməsi) isə arğacın çırdaması, arxadan arğac çıxıntılarının görünməsi, işin normadan artıq yatması və əlavə material isləməsi ilə nəticələnir. Ona görə də arğacı bütün xalça boyu bir qaydada sıxlığa uyğun verilməlidir.
    Aparılan təcrübə və tədqiqatlar göstərir ki, sıxlığın artması (eyni nömrədən eyni nömrədən istifadə etmək şərti ilə) hər bir metr üçün lazım olan üst arğacın miqdarı artır. Məsələn; 40/10 nömrəli üst arğac 39X39, 40X40, və 41X41 sıxlıqlı xalçalarda tətbiq edildikdə ikinci ücün birincidən, üçüncü üçün ikincidən çox arğac lazım olur. Əksinə, sixlığın artdığı şəraitdə, üst arğacın nömrəsi dəyişdikdə onun miqdarı azalır, çün ki nömrənin dəyişməsi ilə əlaqədar aröac və ərişlər nazikləşir.
                                            Mövzu:22
                   Ərişutma, ilməsalma və ipkəsmənin
                          yeni qayda ilə icra edilməsi.
   Xalça yeni qayda ilə toxunarkən ərişi istənilən qaydada çəkmək mümkündür. Ancaq kücü götsürülərkən sağdan birinci ərişi küçüdə saxlamaq, eləcədə xalçanın dəhnəsi döyülərkən alt arğacı, necə deyərlər, basıb keçmək və ərişləri parelelləşdirib aparmaq lazımdır. Dəhnə bu tərzdə döylüb qurtardıqdan sonra küçü üstü ağaclar aşağı basılır, sonuncu üst arğac döyülür və ərişlərin arasına bir və ya bir neçə şüy salınır. (şüy- diametri 1-1,5 sm, uzunluğu 50-75 sm-ə qədər olan ağacdır. Buna çubuq, şüy və ya küçü altı ağac deylir) Toxumaq üçün sol əlin də ip tutmuş usta sağ əlindəki qarmaqlı bıçaqla xalçanın ağzından 4-6 sm hündürlükdə, şüy üstündəki ərişlərdən birini tutub azacıq qaldırır və qarmaqlı bıçağı dərhal ərişdən azad edib ilmə salmaq üçün hazır vəziyyətə gətirir. Usta sol əlində hazır saxladığı ipin ucunu vaxtında qarmaqlı bıçaqla aqldırılmış ərişin solundan (arxasından) keçirib sol əlinin iki barmağı ilə həmin ipin ucunu alıb saxlayır. Bu zaman ipin davamı sol əlin ovcunda 5-ci və 4-cü barmaqlar vasitəsi ilə, ipin ucu isə yenədə sol əlin 1-ci və 2-ci barmaqlarının köməyi ilə saxlanılır. İpin ucu məhz bu zaman toxunası ilmənin uzunluğuna, texniki normaya uyğun nizama salınır. Beləliklə, ilmə salmağın iki prosesi qurtarmış olur. Sonra toxucu bıçağı hər iki ipin (ipin ucu və davamının) altından keçirərək ikinci ərişi tutur və onu bir qədər irəli çəkərək sol əlin 1-ci və 2-ci barmaqları ilə ipin ucunu bıçağın qarmağına verir. Bundan sonra biçaq qarmağına aldığı ipin ucunu iki ərişin arasından və ipin davamının altından çəkib çıxarır. Bununlada üçüncü proses qurtarır və ilmə salınmış olur. Dördüncü prosesdə isə ilmə sol əlin 2-ci barmağının ucu ilə cəld aşağı salınır və bıçaqla ipin davamı kəsilir. Bu, sonuncu- beşinci mərhələ adlanır.
   Deməli ilməsalma işi aşağıdakı beş prosesdən ibarətdir:
   Birinci- bıcaqla ərişi götürmək və bıçağı azad etmək;
   İkinci-ipin ucunu həmin ərişin sol tərəfindən sağa verib ilmə salmaq üçün hazır saxlamaq;
   Üçüncü-bucağı ipin iki ucunun arasından, yaxud yanınıdan uzadaraq ikinci ərişi tutub, ipin ucunu qarmaq vasitəsi ilə ona dolayıb çəkib çıxarmaq və ilmə salmaq;
   Dördüncü-salınmış ilməni sol əlin ikinci barmağının ucu ilə aşağı endirib yerində oturtmaq;
   Beşinci-ilməni sol əli ilə ehmalca dartıb bıçaqla kəsmək;
   Üçüncü prosesdə qarmağı iplərin arasından, yaxud yanından uzadıb ilmə salmaqla "arasalmaqla"  və ya "yandansalmaqla" ilmə növləri alınır. Deməli ilməsalma işi üçüncü prosesdən başlayaraq iki üsulla bölünür.
   Texnaloji xüsusiyyətinə görə "aradansalma" ilmə növü həm möhkəmolur, həm də onun ucları öz yerində düzgün oturduğu üçün ornamentlərin aydın görünməsinə kömək edir. Çox dəqiq ornamentlər və insan şəkli toxumaq üçün "aradansalma" ilmə növündən istifadə edilir.
   İpəklə toxunan xalçalarda materialın sürüşkənliyini nəzərə alaraq möhkəmlik üçün "aradansalma" ilmə növü tətbiq olunur: Xalçanın yırtıq yerini bərpa edərkən, ümumiyyətlə, təmir işlərində  həmin ilmə növündən istifadə edirlər. "Yandansalma" üsulunun əmək məhsuldarlığı  cəhətdən müəyyən üstünlüyü vardır.
   "Aradansalma" və "yandansalma" üsullarının hər ikisi Azərbaycan xalçaçılığının xüsusi ilmə növünə daxildir.
                                            Mövzu:23
                   Toxunma prosesi-İlməsalma növləri,
                      texnalogiyası və mərhələləri......
  Toxunma prosesi xalçaçılıqda ısasdır və bütün hazırlıqlarda bunun üçündür. İş vaxtının bölünməsi və məmulatın yaranması cəhətdən olduğu kimi, təlim cəhətdəndə toxunma işinin əhəmiyyəti böyükdür.
  Toxunma işinə başlamaq üçün çeşnidəki damalarla (bir çində) isə olan ilmələrin sayı tutuşdurulur, lazım gəldikdə bərabərləşdirilir. Bununla birlikdə hər 10 sm-in sonuncu ilməsini rəngləmək məsləhət görülür. Ara sahədə xırda şaquli qarışlar olduqda və ya ornamental elementlər şaquli oxlar ətrafında hərəkət etdikdə bu oxları, ümumiyyətlə, simmetriya xətlərini də rəngləmək işə müsbət təsir edir. Ara sahədə buta naxışı olan konpazisiyalarda butaların mehvərlərini də rəngləyirlər. Məlumdur ki, işdə rənglənmiş ərişlər çeşni üzərinə də aparılır, beləliklə əmək məhsuldarlığı və keyfiyyətin yüksəlməsi üçün şərait yaranır.
   Ümumiyyətlə, çeşnidəki ilmələrin sayı isdə olan ilmələrin sayına bərabər olmalıdır. Lakin müəyyən dəyişiklik nəticəsində bir necə ilmə artıq, ya əskik gələrsə, onda toxuma prosesinə başlamazdan əvvəl həmin ilmələrin necə nizamasalınacağı dəqiqləşdirilir.
  Azərbaycan xalçaçılığında ilməsalma işi bir neçə müxtəlif qaydada icra edilir. Bütün bunlar pirinsip etibarilə Azərbaycan xalçaçılığının iki əsas metoduna.
 -"aradansalma" və "yandansalma" metodlarına dxildir. Xalçaşünaslıq ədəbiyyatında və xalça ticarəti ilə əlaqədar yazılarda bunların "gördəst""sinə","mütəqaren""qeyri mütəqaren" adlandırılması dolaşıqlığa səbəb olsada, əslində bunları bir-birindən ayırmaq mümkün olmamışdır.
  Azərbaycan xalçaçılığında iki ərişə bir ilmə salınır. Lakin bu prosesi bəziləri əl ilə, bəziləri isə bıçaqla icra edilər. Azərxalça sistemində xalçalar ucu qarmaqlı xüsusi xalça bıçağı ilə toxunur.
  Əriştutma, ilməsalma və ipqırmanın əl ilə icra edilməsi. Bu qayda ilə işləyən usta bir dəstə ərişi sol əlində saxlamaqla yanaşı, sağ əli ilə tutuduğu ipi sol əlinin aşağısından ərişlərlə yaxınlaşdırır və ilmə salınması ərişi sol əli ilə bir az qabağa verib, ikinci ərişi bir qədər birincidən ayrır. Sonra ayrılmış ərişlərə sağ əlin barmaqları ilə ilmə salır və onu ipin ardı ilə birləşdirib həmin əlin iki barmağı ilə tutuduğu halda aşağı salıb qırır.
  Məhsuldarlığı bir qədər olsada, buqaydanın bir sıra mənfi cəhətləri də vardır. Məsələn: ip əl ilə qırıldığı üçüçn ilmə uzunluğunu normaya uyğun nizama salmaq mümükün olmur  və əlavə ip işlədilir.  Habelə toxucu sol əli ilə bir dəstə ərişi tutub saxlamağa məcbur olduğu üçüçün əlin dalı döyənək bağlayır. Bu qaydanını mənfi cəhəti birdə ondadır ki, ucu qarmaqlı xüsusi xalça bıçağı ilə toxuma qaydasına nisbətən onun əmək məhsuldarlığı aşağıdır. Bu qayda ilə xalça toxuyarkən hər növ ipdən, xüsusilə ipək materialdan istifadə etmək olmur, çünki bunlar əl ilə qırılmır.
  Əriştutma və ilməsalmanın əl ilə icrası və ipin bıçaqla kəsilməsi. Bu qayda ilə xalça toxuyarkən sol əli ərişlərin arasında saxlamaq lazım gəlmir. İlmə salınası iki əriş sol əlin birinci iki barmağı ilə götürülür, sağ əlin birinci iki barmağı ilə hazır saxladığı ipi bu ərişlərə yaxınlaşdırır və həmin dörd barmaqla ilmə salınır. Bundan sonra sol əlin iki barmağı ilməni aşağı salıb öz yerində oturdur, sağ əli isə adi bıçaqla ipin ucunu kəsir. Bu qaydanın birinciyə nisbətən üstünlüyü ondadır ki, sol əl ərişlərdən azad olduğuna görə onun sərbəst hərəkət etməsinə imkan yaranır və ipi kəsmək üçün alətdən istifadə edilir. Əmək məhsuldarlığı aşağı olsada alət tətbiq edilməsi cəhətdən bu, çox əhəmiyyətlidir. Çün ki, Azərbaycan xalçaçılığının özünə məxsus aləti olan ucu qarmaqlı bıçağın meydana çıxmsı üçün txnaloji şərait yaranmış olur.
  Bu qayda ilməsalma prosesinin inkişafında irəliyə doğru mühüm mərhələdir.
  Əriştutma, ilməsalma və ipkəsmənin qarmaqlı bıçaqla icra edilməsi. Bu qaydaya əsasən görülən işlər ucu qarmaqlı bıçaqla yerinə yetirilir. Bu, olduqca böyük texnaloji əhəmiyyətə malikdir. Toxucu sol əlində ipi, sağ əlində isə bıçağı saxlayır, bıçaqla birinci ərişi götürərək sol əli ilə ipi onun sol tərəfindən keçirib sağ tərəfindən alır və bıçağı azad edir. Bu zaman ipin ucuda toxucunun əlində olur və o, bıçağı ipin hər iki ucunun altından keçirərək ikinci ərişi tutub, sol əli ilə ipin qısa ucunu bıçağın qarmağına yaxınlaşdırır, sonrada qarmağın köməyi ilə ipin ucunu iki ərişin arasında çəkib çıxarır. Toxucu bundan sonra ilməni sol əlinin ikinci barmağının ucu ilə yatırdıb blçaqla kəsir. Əvvəlki iki qaydaya nisbətən bu qaydada əmək məhsuldarlığı yüksək olur.
  Hazırda geniş tətbiq olunan yeni qayda xalçaçılıq texnikasının mühüm nailiyyətidir.
                                              Mövzu:24
                      Qıraqdolama, Qıraqdolamanın
                         növləri və texnalogiyası....
  Qıraq ilmələrin dolanması dəhnə döyülərkən alt arğacla başlanmışdı, indi yun iplə davam etdirilir. Bunun üçün 3-4 m uzunluğunda qoşa qat ip götürülür xalçanın qırağından ikinci ilməyə keçrir hər qoşa qatı 5-6 dəfə ipin torunun istiqamətində eşir və nəhayət, nəhayət hər iki qoşa qatı birləşdirərək torun əks istiqamətində bir də eşir və bunu dükcə şəkilinə salıb xalçanın qırağından asırlar.
  Usta işin qırağında olan son iki ilməni 15-20 sm hündürlükdə sol əli ilə tutaraq, barmaqlarının ucu ilə iki ilməni bir-birindən ayrır və sağ əlində saxladığı dükcəni növbə ilə həmin ilmələrin sağından soluna və əksinə dolayır. Qıraq ilmələri Azərbaycan xalçaçılığında ən çox tətbiq olunan "sonsuzluq" şəklində dolanır.
  Xalçanın hər çini toxunub qurtarıldıqda onun arğaclarından biri növbə ilə qraqla, digəri isə ortada olur. Usta xalanın qırağını dolamaq üçün qıraq ilmələrini 15-20 sm yuxarıdan tutub bir qədər aralayarkən qıraqdakı arğacı da ikinci ilmə ilə birlikdə qaldırır və dolama işini bu şəkildə davam etdikdə arğaclar qırağı xalça ilə birləşdirmiş olur. Beləliklə, eyni zamanda karkasla qıraqlarında əlaqəsi yaranır.
  Qərağı neçə dəfə dolamaq lazımdır? Bu sualın cavabı işin yatım sıxlığı ilə əlaqədardır. Hər halda qıraqlar işin ağzından bir çin hündür olana qədər dolanmalıdır.
  Qıraqdolama bir neçə üsulla aparılır: düymə, dolama və sumax üsulları ilə. Yuxarıda izzah olunan və "sonsuzluq" şəkilində göstərilən düymə üsuludur. Bu iş dolama üsulu ilə aparıldıqda qıraq ilmələrini bir-birindən aralamaq, qıraq ipini tək-tək dolamaq lazım gəlmir. Hər iki ilmə birlikdə qaldırılır və birlikdə də dolanır, qalan işlər isə düymə üsulundakı kimi davam etdirilir.
  Sumax üsulunda, düymədə olduğu kimi, qıraq ilmələri bir-birilərindən aralanır, lakin düymə əvəzinə sumax texnikasından istifadə edilir. Bu üsulla düyülmüş qıraq həm möhkəmlik, həm də gözəllik cəhətdən diqqətə layiq olur. Sumax texnikası qıraqlara təbii ritim əlavə edir.
  Qıraq ilmələrini biri digərini təkminləşdirən müxtəlif rəngli iplərin qarışığı ilə də aparmaq olur.
  Qıraq ipləri möhkəm eşilməlidir. Bu, həm dükcələrin açılması, həm də ipin müqavimət dərəcəsinin artırılması üçün lazımdır. Çün ki, burada ip xovda olduğu kimi, kəsilmiş kütlə halında deyil, kəsilməmiş halda-təklikdə, təzyiqi palazda olduğu kimi qəbul edir. Bundan əlavə, xalçadan döşəmə vsitəsi kimi istifadə olduqda ara sahəyə, karkasa düşən təyziq öz təsirini qıraqlara göstərir. Ona görədə xalçaçılıq məmulatı ən çox qıraqlardan dağılmağa başlayır.
                                                 Mövzu:25
              Əsas texnaloji proseslər. 
        Dəhnədöymə, dəhnənin növləri və texnalogiyası....
   Dəhnədöymə-əsas texnaloji proseslərin ilkin mərhələsidir. Əriş uzadılıb, kücü götürülüb, indi usta əsas işə-oturub toxumaq işinə hazırlaşmalıdır. Həmin oturub toxumaq yeri elə qurulmalıdırki, həm əlverişli həm də estetik təlabata uyğun olsun. Bunun üçün ustanın oturduğu yer yumşaq, rahat və hündürlüyü 40 sm olmalıdır. "Azərxalça" İstehsalat birliyində tətbiq olunan metal dəzgahların skamyaları bu cəhətdən əlverişlidir. Bu skamyalarda ustanın kürəyini söykəməsi üçün imkan vardır. Həmdə onların içi boşdur, onlardan sandıq kimi istifadə etmək, oraya artıq material və alətlər yığmaq və alətlər yığmaq mümkündür.
  Xalçanın eni nə qədərdir və burada neçə usta oturmalıdır? Bu məsələnin düzgün həll edilməsidə əlverişliliyin təmin edilməsinə kömək edir. Xalçanın enində ustaların sayı elə nəzərə alınmalıdır ki, hər bir usta başqaların qoluna heç cür toxunmadan rahat oturub işləyə bilsin. Təcrübə göstərmişdir ki, əlverişli oturmaq üçün hər adama 50-60 sm kifayyətdir. Eyni zamanda skamya ilə dəzgah arasında fasilə toxucuların ayaq və qıçlarının rahat dayanmasına imkan verməlidir. Bütün bu əlverişlilik imkanları hər dəfə xalça öterelərkən də nəzərə alınmalıdır.
   Skamyaların üstündə alətlərin daimi yerinin müəyyənləşdirilməsi də əlverişlilik amillərindəndir.
   İş yerinin təşkilində əlverişlilikdən əlavə, gigiyena, sanitariya və estetik tələblər də nəzərdə tutulmalıdır.
   Müəssisənin daxili quruluşu, rəngi və dekorasiyası, fabrik həyətinin yaşıllıq dərəcəsi iş yerində şən əhval-ruhiyə yaradılmasına, emosianallığa səbəb olan və əmək məhsuldarlığının yüksəldilməsinə kömək edən müsbət cəhətdir. Sexin daxilində, qırmızı guşədəki şüarlar, şərəf lövhəsi və divar qəzetləri ümumi dekorasiyanın bədii tərtibatına hər cəhətdən uyğun olmalıdır. Burada əmək qabaqcıllarının, qocaman ustalarının iş proseslərini nümayiş etdirən rəngli tabloların yerləşdirilməsinə diqqət yetirilməlidir.
  Beləliklə iş yeri əlverişli təşkil edildikdən gigiyenik və estetik tələblərə uyğun qurulduqdan sonra usta dəhnədöymə işinə başlayır.
  Dəhnədöymə prosesinə başlamazdan əvvəl küçügötürmə işində baş vermiş nöqsanlar ləğv edilir, həm də ərişlərin tək-cüt olunması yoxlanılır. Küçünün növündən aslı olmayaraq işin sağ tərəfində birinci əriş tək və nəticədə kücüstü ağacının qabığında, işin sol tərəfində birinci əriş cüt və kücüstü ağacının dalında olmalıdır. Sadə kücülərdə növbə ilə ərişlərin biri kücüyə götürülür, ikincisi azad buraxılır. Yarımmexanikləşdirilmiş kücülərdə bütün ərişlər kücüyə götürülür. Hər ikisindədə şərti olaraq kücüstü ağacının qabağındakılar tək, dalındakılar isə cüt adlanır. Bütün bunlar yoxlanıb dəqiqləşdikdən sonra dəhnə döyülə bilər.
  Azərbaycan xalçalarında dəhnə bir neçə cür olur  və bunların hazırlanmasında müxtəlif texnikadan istifadə edilir. Sadə dəhnələr ancaq arğackeçmə texnikası ilə hazırlanır. Mürəkkəb dəhnələrdə isə ağacdan əlavə, sumax və ilmə texnikasından da istifadə olunur. Müxtəlif texnikadan istifadə etmək mürəkkəb dəhnələrdə dekorasiya zənginliyi yaratmağa imkan verirki, buda ümumiyyətlə məmulatın bədii tərtibat təsirini artırmış olur. Burada ilmə texnikası ilə qabarıq güllər, zəncirlərdə yaradılır, məmulatın toxunduğu fabrik, tarix, hətta toxucuların adı qeyd edilir. İstər sadə istəesə də mürəkkəb dəhnələrdə sumax texnikasından istifadə olunması gözəllikdən əlavə, xalçanın möhkəmliyinidə artırır. Dəhnənin növündən aslı olmayaraq onun başlanğıcında, ortasında və sonunda sumax texnikasından istifadə etmək sıxlığın bərabərləşməsinə də kömək edir. Müxtəlif texnikadan istifadə olunmasına baxmayaraq, dəhnəyə xalçanın palaz hissəsi də deyilir.
   Dəhnədöymə işinə başlamazdan əvvəl dəhnə ağacının tam üfiqi vəziyyətdə olub-olmaması yoxlanılır, əgər bu vəziyyətdən çıxıbsa, tam üfiqi yəziyyətə salınır. Sonra bu ağacın hər iki tərəfində, xalçanın saçağı üçün lazım olan hündürlükdə ölçülüb misan vurulur və həmin bu misanlara əsasən bir üfiqi xətt çəkilir. Bu xətt dəhnə ağacı ilə tam paralel olmalıdır. Çünki bu xətt dəhnənin və nəticədə xalçanın düz xətt üzrə başlanması üçün əsas olur.
  Həmin xəttin istiqamətində yanlıqlardan birinə dörtqat əriş salıb möhkəm eşir və onu ağac kimi keçib lazımı qədər dartır və o biri yanlığa birləşdirirlər. Beləliklə, nişan xətti istiqamətində işin başlanğıcı üçün nisbətən möhkəm bir dayaq yaranmış olur. Ona görədə bu ip möhkəm eşilməli və möhkəm dartılıb tarımlanmalı, tam üfiqi vəziyyətdə yanlığa bağlanmalıdır. Bundan sonra eşilmiş ərişin üstündən bir çin (rəngli ip və ya ərişlə) sumax keçirilir, sonrada növbə ilə alt və üst arğaclar texnikası ilə dəhnədöymə işi davam etdirilir.
   Dəhnənin hündürlüyü və saçağın uzunluğu məmulatın ölçüsü ilə əlaqədar müəyyənləşdirilir. Dəhnə hündürlüyü ən kiçik məmulatda 1 sm, böyük ölçülü xalçalarda isə 12 sm-yə qədər olur. Saçağın uzunluğuda 4 sm-dən 15 sm-ə qədər nəzərdə tutulur. Kənarlarda saçağın uzunluğu 15 sm-dən uzun olmur.
  Dəhnə alt və üst arğaclarla döyüldükdə üst arğac öz rəngində, təkcə alt arğaclar döyüldükdə isə ağ rəngli olur.
  Dəhnənin növündən aslı olmayaraq onun başlanğıcında, ortasında və sonunda ipdən sumax keçilir. Bu xalçaya gözəllik və möhkəmlik verməkdən əlavə, dəhnədöymə prosesində bir-birindən uzaqlaşmış və yaxud yaxınlaşıb sıxlaşmış ərişlərin sıxlığa uyğun nizamlanmasına və nəticədə əriş sıxlığının dəqiqləşməsinə də kömək edir.
  İşə təzə başlayan toxucular dəhnə döyərkən bəzi hissələr həvə zərbələri altında çox oturduğu üçün işin ağzında əyrilik əmələ gəlir. Ona görədə eşilmiş ərişin üfiqi xətti asan götürülür və hər dəfə arğac döyüldükdə işin tam üfüqiliyi yoxlanılır və lazım gəldikdə düzəliş verilir. Bundan əlavə, həmin üfiqi xəttin sabit dayanması şərti ilə bəzən dəhnənin yatım sıxlığı pozulur, işin ağzında çala-çuxurluq və yolverilməz əyrilik əmələ gəlir.
   Ümumiyyətlə, arğac nöqsanları toxuma prosesində özünü gec hiss ütdirdiyi halda dəhnədə dərhal özünü göstərir, çün ki, dəhnədə arğacın üstünü örtən xov olmur. Ona görədə dəhnədəki arğac nöqsanları daha çox gözə çarpır və bədii tərtibatı pozulur.
  Dəhnədöymə ilə birlikdə işin qıraq ilmələrinin dolanmasıda başlayır. Hər dəfə alt arğacı keçib qırağa çatdırdıqda işin sonuncu iki ilməsi sol əl ilə tutularaq bir-birindən bir qədər aralanır və toxucu sağ əlində saxladığı alt arğacı sonsuzluq işarəsi şəklində onlara dolamağa başlayır. İstər dəhnədöymə istərsə toxuma prosesində qıraq ilmələr bir çin hündürlüyünə çatana qədər dolanır.
  Beləliklə, dəhnədöymə işi arğackeçmə qaydasında qıraq ilmələrin dolanması ilə birlikdə davam etdirilir. Əgər dəhnədöymə işində alt və üst arğacların hər ikisindən istifadə olunması, onda əvvəldən axıra qədər bu iki arğacın hərəkəti bir-birinə əks istiqamətdə olmalıdılar. 
    
 
 
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
 
MİNGƏÇEVİR TURİZM KOLLECİ
 
Dizayn Tarixi Fənnindən
 
 
 
 
MÜHAZİRƏ
 
 
 
 
MÜƏLLİM:
KƏRİMOVA SEVDA
 
 
 
 
 
 
 
 
 
 
MİNGƏÇEVİR-2015
 
 
 
 
 
 
 
                                                MÜHAZİRƏNİN PLANI
 
 
 
  1. Giriş.Dizayn dünyasına səyahət
  2. Dizayn nədir və nəyi onun tarixi hesab etmək olar?.Dizaynın təyin edilməsi.
  3. İlk Dizayner kim olub?
  4. Alət kimi əşyalar
  5. İnsanlar arasında əlaqə yaradan əşyalar
  6. Dizayn sələfləri və texnologiya
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Giriş.
Dizayn dünyasına səyahət
Bugün müasir dünyamızda dizayn sözü həyatımızın bütün sferalarını əhatə edir. Saç düzülüşü dizaynından -mühəndislik dizaynına qədər, kino dekorasiyalarından konditer istehsalındakı dizayna  qədər, fitodizayn və landşaft dizayından ətrafların dizaynına qədər, hətta  televiziya dizaynınlarını da bura əlavə etmək olar.Bu gün dizayn sözünün sözbirləşməsini də tez tez eşidirik: "Mebel dizaynı", "İşıqlandırma dizaynı", " Geyim dizaynı" və.s. Dizayn sənəti özünün spesifik xüsusiyyətlərini itirərək müxtəlif yaradıcılıq növlərinə qaynayıb qarışır.
Dizaynın belə yüksəlişi, bugünkü həyatımızda çox təbii bir prosessdir. Yaradıcılığın bütün növlərində strukturun planlaşdırılması və təşkilatçılıq elementləri özünü göstərir ki,  bu da  sonrakı fəaliyyətdə bu və ya digər şəkildə dizayn yaradıcılığını xarakterizə edir. Dizayn tarixini bilmək nəinki bu sənəti düzgün qavramağa əsas verir, həmçinin peşəkar yaradıcılığın başqa sahələrində planlaşdırma və nümunəvi modelləşmə metodlarını həyata keçirməsinə imkan verir.
Müasir həyatımızda dizayn çox dəbli bir sənət kimi özünü göstərir. Beləki bir nəsil yaradıcı şəxslər bu sənəti çox dəbli və çəkici səviyyəsinə qaldırdılar. Mədəniyyətin inkişafında dizaynerlər imkanlarını nümayiş etdirirdilər. Dizayn peşəsinin ənənələrinin formalaşmış ölkələr vardır- Almaniya, ABŞ, Yaponiya, İtaliya bu ölkələrdəndir. Bu ölkələrdəki istehsalçılıq və ticarətçilik dizaynın mütəmadi sifarişçiləridir. Elə ölkələr də vardır ki, bu ölkələrdə həm zəngin və inkişaf etmiş elmi-texniki yaradıcılığı həm də bədii-mədəni dəyərləri var. Bu ölkələr sırasında isə Rusiya, Fransa, Böyük Britaniyanıgöstərmək olar.
Dizayn nədir və nəyi onun tarixi hesab etmək olar?
Dizaynın təyin edilməsi.
Dizayn- Proyektin bədii yaradıcılıqla görünüşü deməkdir ki, insanı əhatə edən vasitələrin işlənilməsi ilə əlaqədardır, eyni zamanda informasiya və kommunikasiyanın rezual sistemi  və insanın funksional və rasional başlanğıcında həyat  və yaradıcılığının təşkilidir. Dizayner öz işində proyekt vasitələrinin bütün arsenallarından istifadə edir- kompozisyalı formanın təşkilindən, stilvermədən, funksional analizlərdən-  vasitələrin konseptual modelinin təşkilindən istifadə edir. Eyni zamanda  bütün bu vasitələr dizayner tərərfindən kommunikasiyalar  və vasitələr dünyasının bütün kompleks problemlərini ümumi mədəni, bədii- obrazlı başa düşülməsinə xidmət edir. Belə "ikinci təbiətin" işlənilməsi bir sıra prinsipial bir metodlar bazasına əsaslanır- funksional analiz, kompanovka, qrafik  və yaxud fəzalı kompozisiyalı  strukturlar, stilləşmə və.s.
Dizaynın məqsədi- insanın müxtəlif yönlü tələbatlarının ödənilməsidir ki, buraya mədəni identifikasiyada tələbləri bədii-obrazlı modellər arasında həyat və yaradıcılığın informasiyalar bolluğunda effektli təşkilidir. Burada rəssamın forma ilə iş fəaliyyəti odur ki, formanın verilməsi işin əsas prinsipidir. Forma dizayneri qarşıda duran bütün məsələlərin başa düşülməsinə cəlb edir. Utilitar , sosial- mədəni, bədii və texnoloji forma vasitəsi ilə dizayner istehlakçı ilə ünsiyyət saxlayır. Forma adı altında nəinki konstruksiya materialları həmçinin onun stukturunun hərəkət ssenarisi və bu və ya digər şərt və qaydalarını bilir. Dizaynın müstəqil peşə kimi doğulması texnoloji və tətbiqi elmlərin kütləvi istehsalı ilə bağlıdır. Dizaynın tarixi çox sahəlidir və özündə bir sıra sahələri birləşdirir. Buaraya arxitektura, texnika, tətbiqi incəsənət, işarələr sisteminin teoremlər, sosiologiya, kommunikasiya problemləri. Dizaynın tarixi müasirliyin tarixi kimi təqdim olunur- yəni , bu stilin, fikrin, mədəniyyətin ideya və aktual  istiqamətlərin tarixidir.
 
 
Modernizm, XX-əsrin əvvələrində bədii avanqard uzun illər dizayn anlayışı ilə eynilik təşkil edirdi. Dizaynın özü kimi də dizaynın tarixinin də daxili sahələri vardır. Dəb və libasların tarixi ayrı, qrafik dizayn tarixi ayrı, interyer və sərgi dizaynı tarixi,  parça və məişət əşyalarının tarixi ayrı yazılırdı.
Dizayn tarixində tez-tez konkret şəxlərə mürciət edildiyini görmək olar ki, bu da müəllif yaradıcılığı konsepsiyaları  əsasında proyekt mədəniyyətinin inkişafına səbəb olur.
Bu günə kimi Pevznerin qoyduğu ənənələr yaşayır- tarixi modernizmə bir irəliləyiş kimi təqdim etmək. Dizaynda incəsənətin yeri çox vacibdir. Çünki bu sanki özünü ifadə etmək üçün yeni texnologiyaları mənimsəyən kəşfiyyatçını xatırladır. Dizayna tamam  başqa yanaşma da var. Bu anonim dizayndır. Bu yanaşmaya ilk dəfə  "Mexanizm tabe olur" kitabında dizayn tədqiqatçısı və arxitektor Ziqfrid Qidenon münasibət bildirmişdir. Müəllif bu kitabını bütünlüklə anonim dizayn  proyekti əsasında hazırlanmış suallara həsr etmişdir. Gündəlik həyatımızda əşyalar dünyası tez tez özünün alışmadığımız gözəlliyi ilə bizi mat qoyur.  Biz məhz bunu dizayn folkloru adlandıra bilərik. Folklor mədəniyyəti və bədii-əşyavi yaradıcılığı hər zaman qidalandırıb. Yeni yaradıcılıq texnologiyalarını və özünü ifadə vasitələrinin tətbiqində yüksək incəsənət və folklor böyük rol oynayır. Dizayn tarixi bədii proyekt yaradıcılığının növü kimi vizual və elmi-texniki mədəniyyətlə qarışaraq yeni texniki təsirlərdə və kəşflərdə, mühəndislik və bədii yaradıcılıqda özünü göstərir. Ayrılıqda dizayn həm də mədəniyyət məhsuludur, mədəni tikintinin alətidir və fəal sürətdə formalaşdıran mədəniyyətdir.
Dizayn nədir və nəyi onun tarixi hesab etmək olar Dizaynın təyin edilməsi-Uebsterin müəllifi olduğu İngilis dilinin izahlı lüğətində "dizayn" sözü həm fel, həm də isim kimi izah edilir. Birinci halda mənası işarə verən, yaradan, planlaşdırılan məqsədyönlü planlaşdırma bu və ya digər məqsədlə nəyi isə yaratmaq kimi götürülür. İkinci halda isə sözün mənası məqsəd, məqsədyönlü planlaşdırma, təxəyyül proekti, hərərkət sxemi, qabaqcadan cizgilər atmaqdır. Bədii əsərdə elementlərin yerləşməsi, komponovkası, estetik keyfiyyətin nəzərə alınması ilə sənaye mallarının formalarının təşkili sahəsi kimi götürülür. Sözün çoxmənalı olmssı azmış kimi -onu yaradıcılığın nəticəsi, yaranma prosesi, yeni fikrin doğuluşu kimi də adlandırırlar. Sözün hərfi tərcüməsi ingilis dilindən rus dilinə plan, təsvir, çertyoj kimi yərcümə olunur. Dizayner - planlaşdıran, çertyoj çəkən, təsvir edən adam deməkdir. İngilis dilindən "Dizayner" sözünün mənası eyni zamanda "ağıldan zirək insan" deməkdir. İngilis dilində yazılmış "Bibliyada" 'Dünyanın yaranması zamanı' belə bir fikir vardı:- Tanrı göyü və yeri yaratdı. BBurada yaratdı sözü dizayn sözü kimi verilmişdir. Dünya Tanrı tərəfindən proyektləşdirildi. Müasir ingilis ədədbiyyatında "dizayn" sözünü stil, proyekt, proyektləşdirmə - şəxsi dizaynın peşəkar yaradıcılıq kimi mühəndis proyektləşdirməsi və arxitektura səviyyəsində duran bir ifadə kimi başa düşmək olar. Bu yaradıcılıq sferasının da özünün məngi və müsbət cəhətləri vardır. Mənfi tərəf odur ki, görülən işlərdə mənanı tutmaq çətindir. Müsbət tərəfi isə ondadır ki, dizaynerlər çox az peşəkardılar ki, onlar nəinki elm və texnikada hətta mədəniyyət və incəsəsnətdə peşənin doğuluşanını bütün universallığı ilə qoruyub saxlayırlar. İlk dəfə dizayna aid olan adı "Dizayn" olan jurnal dərgisi İngiltərədə 1849-cu ildə nəşr edilib. Jurnal Ser Henri Koul tərəfindən nəşr edilmişdir. O, 1851-ci ildə Londonda ilk dəfə proektlərin ümumdünya sərgisini təşkil etmişdir. O, rəssam -proektr və dövlət ictimai xadimidir. Jurnalın ilk nömrələrondən birində ön sözü yazan jurnalın direktoru Riçard Redqreyv qeyd edirdi:"Dizaynın iki təbiəti vardır. Birinci yerdə yaradılacaq əşyaların bir biri ilə son dərərcə uyuşması, ikinci isə yaradılış strukturun ornamentlə bəzənməsidir."
 
Çoxları üçün Dizayn ikinci hissə ilə daha çox əlaqələndirilir ki, burada qarşı qarşıya qoyulmuş xeyirli funksiyalar və müstəqil ornamentlər vardır, nəinki ikinci təbiətin birliyi. Bu fikirlər sənayedə baş vermiş inqilabdan sonra yazılmış və yeni bir sənaye məhsullarının proyekçi rəssamı peşəsinin doğulmasına səbəb oldu.Dizayn dəqiq sərhədlər tanımayan bədii proekt yaradıcılığıdır ki, arxitektura ilə müqayisə edilir, kitab tərtibatı, səhnə quruluşudur. Dizayner prinsip etibarı ilə hər bir şeylə məşğul ola bilər, təki onun fikirləri estetik axtarışlı, orijinal və qəti qərarlar olsun və bunlar çox az material və məsrəf itkisinə səbəb olsun. Dizayner ona göre universaldır ki, o bütün əşyalarda formanın ümumi təşkilini görür. Dizaynın əsas metodu yenidənqurma, komponovkadır. Onun işi sənaye mallarının istehsalının daha yararlı, rahat istifadə üçün daha əlverişli olmasını təyin etmək, seçilən texnologiya formaları ilə materiaların uyğunluğu, nəaliyyətlərin bərabər və müasir xarici görünüşünü müəyyən etməkdir. Dizaynın bir neçə rəsmi təyini var. Bunlardan biri 1969-cu ildə İCSİD-in sənaye dizaynı üzrə Beynəlxalq şura tərəfindən hələ 1950-ci ildə bu təşkilatın prezidenti Almaniyada fəaliyyət göstərən Ulm şəhərindəki dizayn məktəbinin alim və müəllimi Tomas Moldonado deyirdi ki Dizayn yaradıcılıq fəaliyyətidir. Onun məqsədi sənayedə istehsal olunmuş məhsulların formal keyfiyətinin təyinidir. Bu keyfiyyət təkcə formalara deyil, həm də onun xarici görünüşünə , başlıca olaraq funksional və struktur ələqalərə də aiddir ki, bu da sistemin vahid birliyidir. Dizayn insanı əhatə edən ətraf aləmin bütün aspektlərini əldə etməyə çalışır. 30 ildən sonra dizayn üzrə alim N.V.Voronov dizayn işinin daha bir təyinatını qeyd etdi. Bu dizayn haqqında daha dəquq təsəvvür yaratdı. Dizayn - komponovka əsasında obyektlərin yeni canlı birləşdirilməsində lazım gələrsə elmi sürətdə istifadə etməklə, estetik keyfiyyətlərin birləşməsi və insan və cəmiyyətlə onların optimist qarşılıqlı münasibətini qurulması yolunda uğurlu nəticə əldə etməkdir.
Dizayn termini şəxsi düşüncə proyekti və onun reallaşdırılmasıdır. Dizayn termini haqqında dizaynerlər belə deyirlər. -"bu hər hansı bir elementin yerləşdirmə planıdır ki, bu da ən yaxşı təyin olunmuş məqsədə xidmət etməlidir"(Çarlz İms ABŞ)
 
"Yaxşı dizayn minimum dizayndır."(Diter Rams Alman) "Konstruktivizm - bu gələcəyin incəsənətidir"(Aleksandır Rodçenko) "Dizayner gələcək ətrafın yaradıcısıdır"( D. Kolombo) "Dizayner sivil dünyanın konstruksiyasında fikrin axtarışında iştirak etməli və məqsədinə nail olmalıdır, bacarmalıdır."( F. Stark. ABŞ) "Texnika mədəniyyəti satın almalı deyil, özü mədəniyyətə çevrilməlidir. "( E. Sotsass. İtaliya) "Rəssamla dizayner arasında sərhəd yoxdur." (E. İsioka . Yaponiya).Bütün bu fikirlərdən alınan ilk nəticə budur:- dizayner hər kəs ola bilər. Bu sevmək, nəfəs almaq qədər təbiidir. İkinci nəticə :- idea və həll heç bir yerdən gəlmir o həmişə bizim ətrafımızda və bizim özümüzdədir. Sadəcə görmək, seçmək , qeyd etmək və kombinə etmək lazımdır. Üçüncü nəticə:- dizayn universal proekt yaradıcılığıdır, mebel , tekstil, geyim, qrafik, kiçik arxitektura (şəhər- buraya vitrin və dayanacaq və s. daxildir) nəqliyyat ( ekskluziv və seriya ilə) . Bütün bu sadaladığımız əşyalarda ümumi stilistik qanunauyğunluq , material , forma, və texnologiyanın ümumi uyğunluğu , ümumi proekt istiqaməti vardır. Dizayn əşya dünyasının bütövlüyünə cavab verir.
İlk Dizayner kim olub?
 Dizayn tarixini hesablayarkən Dizayner vezifesi yaranana qədər 1907-ci ildə alman arxitektoru Peter Berens alman kompaniyasında bədii dirrktor vəzifəsinə təyin edildi. Bu kompaniyanın qısaldılmış adı "AES"dir. Dizayner elektrotexnika məhsullarına , kompaniyanın imicinə, məhsulların reklamına sexlərin arxitekturasına cavabdeh idi. İngilislər ilk dizayneri Milli Dizayn məktəbinin məzunu məhşur Kristofer Dresseranı hesab edirlər. Onun 1870-ci illərdəki qablar üzərindəki dizayn işləri , özünün funksionallığı, eleqantlığı və minimum ornamenti ilə fərqlənirdi. Əgər dizaynın yaranmasını rəssam -
 
ixtiracının meydana gəlməsi ilə hesablasaq, o zaman Leonardo da Vincini xatırlamaq lazımdır. Onun bu sahədə inşaat mexanizmlərinin, helikopterlərin , sualtı zənglərin , çəkdiyi sxemlərdə dizaynda geniş yayılmış proektləşmə prinsipini komponovka kimi istifadə edirdi. Məlum element və düyünləri kombinə edərək rəssam yeni obyektlər əldə edirdi. Ceyms Uattın ilk buxar maşınının ilk cizgilərini dizayner işinin ilk proekt qrafiki janrına aid etmək olar. Çar Pyoturun zamanında rus mühəndis - ixtiracısı A. Nartov dəzgahların proektini yenidən işləyərək, onlara daha da harmonik görünüşü verməyə çalışırdı. İllərlə istifadə etdiyimiz əşyalar vardır ki, onlar əsrlərdir ki, bizim xidmətimizdədir. Qədim Misir və yaxud Antik dövr maddi mədəniyyətini bugün dizayn tarixinin sələfləri adlandırmaq olar. Bu əşyaların daha çox maraq doğurması onunla bağlıdır ki, onların anonimliyi, geniş yayılması və gündəlik həyatımızda özünə yer tutması, onun quruluşunda və iş prinsipində effektin çox cüziməsrəflə əldə edilməsidir. Bunlara misal; stul, geyim, ayaqqabı, silah, yazı ləvazimatlar,bel, balta, təkər və s. Bütün bu əşyalar müasir dizayn - obyeklərləri doğmalaşaraq belə fikir yaradır ki, əşyalar görüntü üçün bəzək əşyaları deyil, müəyyən funksiyanı yerinə yetirmək üçündür.
Alət kimi əşyalar
20-ci əsrin sonunda Polineziyanın sakinləri daş balta və daş çapacaqlardan istifadə edirdilər. Alətlər dizayner proyektlərinin fundamental prinsipi nümayiş etdirir - əşyalara münasibət insan bədəninin davamı kimi götürülür ki, buda bizim "qeyri kamilliyimizin" dəf edilməsinə imkan verir. Əşyaların alət-əşyavi funksiyası onun forma və konstruksiyasına əsasən alətin spesifikasını təyin edir. Zamanla adət və tələblər dəyişdiyindən köhnə əşyaların işlənmə təyinatını çətin təyin etmək olur. Uzun əsrlər boyu ənənələrin və həyat şəraitinin dəyişməsini ən adi yemək dəstin zamanla xarici görkəminin dəyişməsində izləmək olar. 16-cı əsrdə istehsal olunmuş yemək dəstləri bir müddət sonra istifadə formaları öz əhəmiyyətini itirdi və yeni formalar işləndi. Yol üçün yemək dəstləri də hazırlanır ki, bunu özünlə götürə bilərsiniz. Bütün bu dəstə daxil olan əşyalar bibliya süjetləri ilə zəngin ornamentlərlə bəzədilərək məişət əşyasından çox kiçik heykəlciklərə çevrilirdi.
İnsanlar arasında əlaqə yaradan əşyalar
 Alət funksiyasından başqa əşyalar heç də az əhəmiyyət kəsb etməyən kommunikativ , informasiya - status , emosional -psixoloji və setirləyici qüvvələr funksiyasını yerinə yetirir. Sırf mağik dizayn nümunələrinə mənfi qüvvələri dəf etmək üçün geyimlərin altından təsir etməməsi üçün geyimlərin boyun və ətək hissələrinə ornament bəzəkləri işlənirdi. Mağik və sehirli funksiyalar o qədər psixoloji realdır ki, özünün bərqərar olması üçün uyğun olan rəng harmoniyası, ornamental, struktur, təsviri, simvolik vasitələri tələb edir. O, əşyalar ki, faydalı iş funksiyası və bəzi sehirli məzmunla zəngindir, onlar artıq sadəcə əşya deyil, müəyyən ayinləri yerinə yetirmək üçün kommuniaktiv alətə çevrilir. Dizayn sələfləri sayılan bir sıra obyektlər vardır. Bunlara ən yaxşı nümunə kimi bugünki qayıqların əcdadları sayılan katamaran və trimaranlardır. Bu kamaranları odunların içini oyaraq düzəldirdilər. Bu anoloji konstruksiyaları Avropa sularında yalnız 20-ci əsrdə görmək mümkün oldu. Oyulmuş odunlar siqnal barabanları rolunu da oynayırdı. Belə konstruksiyalı barabanlara Afrika qitəsində Zairdə və Yeni Qvineyada papuaslarda rast gəlmək olar. Bu odunla hər hansı bir müqəddəs heyvanın formasında işlənirdi və çox da hündür olmayan yerdə yerləşdirirdilər. Belə zərb alətlərinin 2-ci tipi vardır və bunların hər biri müxtəlif səs tonları verirdi. Bu və ya digər xəbərin verilməsində kodlar sistemi vardır. Bu kodlar vurulan zərblərin sayından, səsin yüksəkliyindən, səslər arasındakı pauzalardan asılıdır. Bu Morze əlifbasınln sanki propotipidir.
Dizayn sələfləri və texnologiya
İstənilən vəsait istər qədim və müasir olsun bir sıra texnoloji biliklər və prosseslərlə əlaqələndirilir. Ən bəsit daş balta və çapacaqları düzəltmək heç də asan deyildir. Amerikada tələbə antropoloqlar daşları bir birinə vurmaq yolu ilə daha effektli itiuclu kəsici hissələr əldə etdilər. Ancaq söhbət əşyaların texnologiyasından gedir. Çoxlu sayda vəsait vardır ki, onlar tarixəqədər( eramızdan əvvəl) və tarix boyu hələ də bir sirr olaraq qalırlar. Bu sirr həm də onların istifadəsinə aiddir. Əvvəllər əşyaların hazırlanması texnologiyası əşyanın işlənmə funksiyasını  və xarici görünüşünü təyin edirdi.
 
 Ustalar adi taxta qaşıqları 17 əməliyyata yarada bilirdilər və üzərində izlər qoyurdular. Protodizaynın anonimliyindən bəhs edərkən ilk növbədə materialın təbiiliyi və onun işlənmə xüsusiyyətlərini qeyd etmək lazımdır. Taxta ilə işləyərkən  ustalar da əlverişli konstruksiyalar və texnologiyalar axtarırdılar. Kifayət edirdi ki dörd çıxıntılı taxtanı hamarlayaraq - oturacağı əldə etsinlər. Müxtəlif istehsal forması olan hörmənin alınması üçün ən qədim və günümüzə qədər gəlib çatan texnologiyalar bu gün də vardır. Bu tip istehsalat əməliyyatlarını həyata keçirərkən alqoritmdən  və kompyuter  modellərinden istifadə edilir. Bir çox texnologiyalara özünün arxaikləşməsinə baxmayaraq bir çox rəssam və dizaynerlərin əsərlərində rast gəlinir. Hörmə texnologiyasının günümüzdə bir çox gözəl nümunələri vardır. Beləliklə, dizayn tarixinə bir çox nöqteyi nəzərdən baxa bilərik. Stilin mədəni inqilabı  bizim eranın mədəni- tarixi və bədii kəşiflərindən asılı olaraq formaların dəyişməsinə  səbəb olur. Əşyaların funksional xüsusiyyətləri onların yaradıcılarının ixtiraçılıq bacarıqlarını və istifadə qaydalarını göstərir.
   YUNESKO-nun rəhbərliyi ilə Köln qəsr-məbədinin tikintisinin başlanmasının 750  illiyi ( 1998-ci il) orta əsr xalq yaradıcılığı festivalına çevrildi.Bu festivalda orta əsrlərdə ən qabaqcıl sənətlər - dəmirçi, çörəkbişirən, yun darayan, sap əyirən, xəttat, falabaxan, xalq təbibi kimi sənətkarlar iştirak edirdilər. Öz incəsənətlərini nümayiş etdirərək ustalar qədim alətlərdən və texnologiyadan istifadə edirdilər. Bu gün o qədim sənətləri mənimsəyən insandan çoxəsrlik mədəniyyətə alüdəçilik bütün bacarıq və yaradıcılıqlarını "kustar" yaradıcılıqla doğmalaşdırmaqdadır. Əsas faktorlar olan funksionallıq, texnoloji, sosioloji mədəniyyətin formalaşmaya təsirini böyük dəyişikliklərə məruz qalmış bir neçə əşyada göstərmək olar. Bu - cəngavər geyimləri, silah və.s. Cəngavər geyimi əşya kimi ilk dəfə XII- əsrdə Avropada görülməyə başlasa da sənaye üsulu ilə istehsalı XVI əsrdə oldu və təxminən 100 il sonra həyatımızdan silinib getməyə məruz qaldı.
   Qoruyucu geyimin 3 tipi məlumdur- toxunma, yumşaq dəri və metal işləmə. Bu üç materialdan hazırlanan qoruyucu geyimlər hərbçi və ordu nümayəndələrini XIIIəsrdən  XVII əsrə kimi qorudu. At üzərindəki süvari dəstələri üçün də qoruyucu paltarlar dizayn edilirdi ki, bunlar süvmariləri tamamiylə qoruyurdu. Bu süvari paltarları XV əsrdə geniş istifadə edilirdi. Bu tip bəhs etdiyimiz döyüşçü paltarları başqa tip əşya yaradıcılıöından fərqənirdi. Çünki bu əşya yaradıcılığında nəinki döyüş materialları həmçinin ,  döyüşçü fiziki hazırlığı, ölçüləri, hərəkətliliyi və bədən qurluşları nəzərə alınmalı idi. Bütün hərəkətli detallar birləşdiricilərin köməyi ilə birləşdirilirdilər.
   İlk dəfə dəri kəmərlərlə asılmış kabinli arabalar  XV əsrdə meydana gəlmişdir. Səyahət zamanı rahatlıq üçün daha təkmilləşdirilmiş konstruksiyalar yaradılmağa başlandı. Əvvəlcə bu arabalar sadə dizaynlı dörd təkərli tavanlı arabalar idi. sonradan isə bu arabalara şüşə pəncərələr, dəri oturacaqlar, qatlanan pilləkənlər və ikitərəfli qapılar təkmilləşdirilməyə başlanıldı.
    Orta əsrlər dövründə gündəlik əşyalar əvvəldən axıradək usta- sənətkarlar tərəfindən düzəldilirdi. Bu ustalar eyni zamanda həm layihəçi, həm də icraçı idilər. Sənətkarlıq istehsalatında əşyanın obrazı və onun həyata keçirilməsi üçün göz, əl, material və alət arasında daimi əlaqəni uzlaşdırırdı.Təkcə o fakt kifayətdir ki, əşya bütövlükdə bir insan tərəfindən düzəldildikdə ona insani miqyas və bütövlük bəxş edirdi. Buna görə dizayner tipli mütəxəssisə, yəni əşya düzəldilməsi proyektini çəkib sonra isə onun düzəldilməsi prosesini müşahidə etməyə ehtiyac yox idi.
     Dirçəliş dövrünün italyan mühəndislərinin fəaliyyəti meydana texnika və layihələşdirmənin yeni mütəxəssislərini gətirir. İxtiraçı və bərpaçılardan antik dövrün müəlliflərindən itirilmiş biliklərin bərpası gözəçarpan layihələşdirmə bacarıqlarını tələb edirdi. Bunun üçün və şifrləri açmaq üçün dili bilmək azdır, həmçinin  təsvir edilmişləri vizuallaşdırma istedadını tələb edirdi. Çünki qədim traktatlarda illyustirasiyalar və cizgilər qaya olaraq yox idi.
    Leonardonun layihələri çox praktik idi. Məsələn, ekskavator- kəndirlərin sarınması üçün. Hər hansı mexanizmdə o, təbiətin dörd qüvvəsinin hərəkətini görürdü. Ona "maşınların  elementləri" termini məxsusdur.
 
 
 
    1500-cü ildən sonra  mexanika nöqteyi nəzərdən  Leonardo üçün axtarışların əsas obyekti  insan olur. Onun üçün təbiətin  dünyası və insan mürəkkəb maşındır. Müasir dizayn nöqteyi nəzərdən bu inanılmaz orqanik  dizayn və XX əsrin bionik memarlığının qabaq görülən təşəbbüsüdür.
   Müasir əşya aləmində öz funksiyalarını və yerini saxlamış qədim cihazladan biri saatdır.
Saatın ixtirası biliklər zəmnində layihələşdirmədir.  Saatın tarixi - iki bir biri ilə əlaqələndirilmiş suallar. 1-cisi mücərrəd bir mövzudur- axı necə görmək olar zamanı ? Sutkanı 24 saata və saatı 60 dəqiqəyə bölmək fikri ilk olaraq qədim Vavilondan gəlmişdir. Qədim Misirdə gündüz və gecə 12 saata bölünürdü. Onların uzunluğu ilin müxtəlif vaxtlarında dəyişirdi. Gündüz günəş saatından uzanmış T hərfinə bənzəyən bir qurğuya bənzəyirdi. Köndələn taxtası bir az qaldırılmışdır və bununla uzanmış tirin üzərinə kölgə salaraq saatı müəyyən edirdilər. Gecələr qədim Misirdə məbədlərdə su saatları qoyulurdu. 2-cisi isə mexanizmin yaradılmasına aiddir. Günəş saatında mexanizm rolunu Yer kürəsi yerinə yetirir, su və qum saatlarında isə-  həcmlərin doldurulması.
    Mexaniki saatlardan ən qədimi  1309-cu ildə Milanda Sant-Tutordjo kilsəsində  quraşdırılmışdır. Saat yalnız sferblatın üzərində saatı göstərməli deyil , həmçinin zonq səsi ilə bildirməli idi. Həyatın sinxronlaşması vahid şəhər vaxtını quraşdırmağı  tələb etdi.
Moskva Kremlində saat 1404-cü ildə meydana çıxmışdır. Onu Serbiyalı rahib Lazar yaratmışdır. Cib saatı isə XV əsrin əvvəlində yaradılmışdır.
 
 
 
Boyakarlıq haqqında
http://mct.gov.az/files/103/small/pict_13414883020.jpg
Rəssamlıq - təsviri sənətin bir növüdür. Burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi formasi, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Təsviri sənətin boyakarlıq, karikatura, miniatür, qrafika, mozaika kimi sənət bölmələri var.
Boyakarlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Boyakarlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:
monumental boyakarlıq; dekorativ boyakarlıq; teatr-dekorativ boyakarlığı; miniatür boyakarlığı; dəzgah boyakarlığı. Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.
Boyakarlığın ən geniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı boyakarlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Məzmun etibarilə boyakarlıq sənəti bu janrlara bölünür: tarixi boyakarlıq; mifoloji boyakarlıq; məişət boyakarlığı; portret boyakarlığı; mənzərə boyakarlığı; natürmort boyakarlığı və s.
Azərbaycanda boyakarlığın tarixi
http://mct.gov.az/files/103/small/pict_13414883021.jpg
Bu janrların təşəkkülü əsasən XV əsrdən başlayaraq dəzgah boyakarlığının inkişafı ilə bağlı olub. Tarixi boyakarlıq janrına tarixi hadisələri, tarixi qəhrəmanları əks etdirən əsərlər daxildir.
Bu sənətin Azərbaycanda ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.
Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri həkk olunub.
Orta əsrlərdə Azərbaycanda miniatür boyakarlığı geniş inkişaf edib. XVİ əsr Təbriz miniatür məktəbinin görkəmli rəssamları Sultan Məhəmməd, Müzəffər Əli, Mir Seyid Əli tərəfindən dünya müzeylərində saxlanılan nadir miniatür boyakarliq əsərləri yaradılıb.
Orta əsrlərdə Azərbaycan boyakarlıq sənəti memarlıqla da üzvi əlaqədə olub. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olub. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanıb. XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan monumental boyakarlığının ənənələri (İrəvanda Sərdar Sarayının XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilib), Şuşada bir sıra evlərin rəsmlə bəzənməsində davam etdirilib. 
Azərbaycan dəzgah boyakarlığının inkişafı da Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərib, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaradıb. Bu dövrdə Mir Möhsun Nəvvabın əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri, şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri də diqqəti cəlb edir.
http://mct.gov.az/files/103/small/pict_13414883022.jpg
Səhnə tərtibatı sahəsində də rəssamlarımız böyük uğurlara nail olublar. T.Salahov "Antoni və Kleopatra", "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaradıb. M.Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll edib. T.Nərimanbəyovun "Qobustan kölgələri" (F.Qarayev), "Yeddi gözəl" (Q.Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olub.
XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanıb. N.Qasımov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, A.İbrahimov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar boyakarlıq janrında orijinal tablolar yaradıblar.
 
 
 
 
 
İncəsənətictimaişüurunformalarındanbiridir.İncəsənətinsanınmənəvialəmininonunhəyatabədiiestetikmünasibətinifadəsidirvənəhayət, incəsənəthəyatınbədiiəksidir.İncəsənətinmüxtəlifnövləriməlumdur.Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyorsənətivə s. Bunlarınarasında 4-ü təsvirisənətəaiddir. 

1.Boyakarlıq 
2.Qrafika 
3.Heykəltaraşlıq 
4.Dekorativ-tətbiqi sənət   
1. Boyakarlıq əsərininbaşlıcatəsvirvasitələrirəsmvərənglərdənibarətdir.Onumüxətlifnövlərəayırmaqolar.Boyakarlığınənqədimibtidaiformasıdivarrəsmləridir.Onlaribtidaidövrdəmağaralardaişlənilənheyvanvəinsantəsvirlərindəntutmuş, ənmüasirictimaibinaların monumental təsvirlərinibəzəyir.Divarrəsmlərininişlənməsizamanımüxtəlifbədiitexnikimateriallardanvəüsullardanistifadəolunur.Bunlardanbirimozaikaüsubudurki, xırdarəngliqeyr-şəffafşüşəparçalarınınnəmsuvağadüzülməsindənibarətdir.Qədimzamanlardamozaikaüslubundanhovuzlarıbəzəməküçünistifadəedirdilər.Bundanbaşqafreskaadlıbaşqabirtexnikavardırki, nəmdeməkdir.Divarınnəmsuvağınasuluboyalarlaişlənmətexnikasıdır. Boyakarlığınənfenişyayılmışformasıdəzgahboyakarlığıdır.Kətanvəyaağacüzərindəyağlıboyalarlaişlənilənbeləəsərlərmolbertadlananxüsusidazgahdayaradılır.Monumental boyakarlıqəsərindənfərqliolaraqdəzgahrəssamlığıəsərlərisərbəstdirvəistənilənyerdənasılabilər.İncəsənətəsərlərimüxətlifjanrlarabölünür:
1. Tematiktablojanrı- diniəsərlərə, əfsanələrə, yaxud, rəvayətlərəişlənmişəsərləraiddir. 
2. Bataljanrı- bumövzuyahərbsəhnələrinitəsviredənvəmüharibətəsvirləriolanəsərləraiddir. 
3.Mənzərə janrı- buratəbiətinmüxtəlifguşələrindəngötürülmüşdağ, dərə, çəmən, çay, müşə, təbiəthadisələrindəngötürülmüştufan,ildırım, yağış, qar, iqlimlandşaftlarındangötürülmüştəsvirləraiddir. Peysaj- fransızsözüolub, "hüdudlanmışərazi" deməkdir.Məsələn, çayplantasiyası, üzümtarlası, pambıqsahəsi, taxılsahəsivə s. Buna da qüydetməklazımdırki, dəniztəsvirləriolanəsərlər marina, onuişləyənrəssamlarisəmarinistadlanır. DəniztəsvirləriişləyənənməşhurrəssamAyvazovski, Surikov, Repin.
 4.Məişətjanri- xalqıngündəlikyaşayıştərzi, onlarınhəyatı haqqındaməlumatverir. GörkəmliAzərbaycanrəssamıƏzimƏzimzadəninyaradıcılığındaməişətjanrımühümyertutur.Varlıevində toy, Kasıbevində toy, varlıevindəRamazanbayramı, kasıbevindəRamazanvə s. Ə.ƏzimzadəhəmdəAzərbaycanınkarikaturçurəssamıolmuşdur.M.Ə. Sabirinbütünəsərlərinəillüstrasiyalarişləmişdir. 
5.Portretjanrında konkretşəxslərintəsvirləriverilir.  
6. Natürmortjanrı cansıztəbiətdeməkdir. Buraovlanmışquşlar, güldəstələri, məişətəşyalarıaiddir.
2. Qrafika. Təsvirisənətinnövlərindənbiridir.Buradadərintexnikiüsullarlaişlənmiışrəsmlərdaxildir.Yunanca "qraphike" sözündəngötürülmüş, "rəsm, şəkil" deməkdir.Qrafikaüsuluiləportret, mənzərəvə s. janrlardarəsmləryaratmaqmümkündür. Qrafikanınişlənmətexnikası 2 hissəyəayrılır.Onlardanbirincisiənqədimvəənənəvirəsmdir.Karandaşrəsmiəsasənkağızda, bəzənisəparçaüzərindəişlənilir.Bu rəsmləryalnızbirnüsxədəyaradılır.Qrafikanınikincinövüqravürdür.Rəsmyalnızvahidnüsxədəolursa, ondaeynikeyfiyyətdəbir-neçənüsxəalmaqmümkündür.Qravürçapqrafikasıdır.Buraya metal, ağac, daşvəmaqneziumaiddir. Metal vəyamisüzərindəiynəiləcızılmış, sonrabüsmaüsuluiləişlənmişqravürəoforddeyilir. Daşüzərindəhəkkolunmuşqravür.Litoqrafiya, ağacüzərindəhəkkolunmuşqravürəisəksiloqrafiya, litoyunancadaş, ksiloyunancaağacdeməkdir.Nisbətənsonralaryaranmışlinoqravürlindekmuqazmaqlaişlənilir.Qrafikanınmüxtəlifjanrlarıvar: 1. Kitabqrafikası. Kitabıntərtibatıməsələsinihəlledir. 2. Dəzgahqrafikası. Əsərbirnüsxədəyaradılırvəbundanbirneçəalmaqmümkündür. 3. Elmi-tədqiqatqrafikası. Buraelmicədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədriscədvəlləriaiddir. 4. Plokatqrafikası. Birşəxsinideyavəfikirlərinikütləvişəkildəxalqaçatdırmaqdanibarətdir.Məsələn, Mənfəxredirəmki, Azərbaycanlıyam. 5. Sənayeqrafikası. Məhsuluntərkibini, onunəlamətlərinibildirir.Məsələn, açıqcalar, dəvətnamələr, sənayeməhsulları, paltaretiketlərivə s. olabilər.  

3. Dekorativ-tətbiqisənət. Dekorativ-tətbiqisənətdekorativsənətnövüdür.Əsasənməişətdəişlədilməküçünbədiiməmulatlarhazırlayanyaradıcılıqsahələriniəhatəedir.Müxtəlifavadanlıq, mebel, xalça, əməkalətləri, paltar, hərcürbəzəkəşyalarıdekorativsənətnümunəsiolabilər. Dekorativsənətəsərlərihazırlandığımaterialavəişlənmətexnikasınagörə (oyma, tikmə, basma, naxış) müxtəlifsahələrəayrılır.Dekorativ-tətbiqisənətəsərlərininnaxış, bəzəkvərəsmlərindəməxsusolduğuxalqınmənəvialəmi, yaşayıştərzi, adətvəənənələriəksolunur.Dekorativsənətəngenişyayılmışplastiksənətnövüdür.Buradüluzçuluq, memarlıq, dizaynkimidekorativsənətdəinsanlarınyaratdığımaddimühitinbədiicəhətdənformalaşmasınaxidmətedirvəestetikkeyfiyyətləraşılayır.Monumental dekorativsənət (fasadvəinteryerlətibəzəyənmemarlıqdekorları, divarnaxışları, vitraj, mozaika, eləcədə park heykəltaraşlığınınyaradılması) dekorativ-tətbiqisənətvətərtibatçılıqsənəti (bayramşənliklərinin, muzeyvəsərgiekspozisiyalarının, vitrinvə s. bədiitərtibatı) sahələrinəbölünür.   
4. Heykəltaraşlıq. Təsvirisənətinnövlərindənbiridir.Heykəltaraşlıqdainsanvəyahərhansıtəsvirobyektihəcmliyaradılır.Adətən, insan, bəzənisəheyvantəsviredən (animalistikjanr) heykəltaraşlığınboyakarlığanisbətənimkanlarıməhduddur.İndiyəqədərəsasən 2 cürheykəlməlumdur: 1-ci qisimheykəllərəhəcmlivəyadəyirmiheykəllərdeyilir. Bunlarahərtərəfdənbaxmaqmümkündür.2-ci qisimheykəllərəisərelyefheykəllərdeyilir.Relyef 2 hissəyəayrılır. 1. Barelyef, basrelyefsözündəngötürülmüşalçaqrelyefdeməkdir. 2. Qorelyef, haut relyefsözündəngötürülmüşyüksəkrelyefdeməkdir. Heykəltaraşlıqsənətinin 3 sahəsiməlumdur. 1. Monumental 2. Dekorativ 3.Dəzgahheykəltaraşlığı.4ş Monumental heykəltaraşlıq.Əsərləriaçıqhavadaqoyulur.Böyükşəhərlərinmeydanlarndabəzənisəictimai-binalarındaxilindəqoyulur.Dekorativheykəllərəsasənmemarlıqabidələrininbəzəldilməsinəxidmətedir.Onlarortaəsrlərdənbugünəkimiparkları, bağları, fəvvarələribəzəyir.Memarlıqabidələriiləbağlıolmayan park vəfəvvarələrinbəzədilməsiüçünnəzərdətutulmayan, əsasənmuzeylərdənümayişolunanheykəllərdəzgahheykəltaraşlığınaaiddir.Heykəltaraşlıqəsərininhansımaterialdavəhansıtexnikadahazırlanmasınınböyükəhəmiyyəti var. Adətən, heykəllərgil, ağac, plastilin, mum, metal və s. hazırlanır.
 
 
Text and Photos...
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci