ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Turizmin ehtiyatları fenni...Turizmin təşkili və metodikası

Geniş başlıq mətni.

 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
 
MİNGƏÇEVİR  TURİZM  KOLLECİ
 
Turizm ehtitatları
fənnindən
 
 
 
Mühazirə.
 
 
 
 
 
 
Müəllim: Rəsulov Hamil
 
 
 
 
 
 
 
 
Mingəçevir-2015
 
 
 
 
                                  Mövzu:
                Turizm ehtiyatları anlayışı və onun tədqiqat obyekti.
Plan:
1.
2.
3.                 
                     Rekreasiya-turizm potensialı  tükənməyən təbii,antropogen,sosial-iqtisadi resurslara əsaslanır.Turizm  resursu-təbii, iqlim, tarixi-arxitektur, dini, sosial-mədəni, mənəvi-irsi nümunələri özündə birləşdirir. Fuksional  xüsusiyyətlərinə görə turizm ehtiyatları sağlamlıq-müalicə, dərketmə,
idman, istirahət  məqsədilə  istifadə  olunur. Turizm  ehtiyatı  dedikdə  təbii, iqtisadi, tarixi, mədəni,
irsi, milli, etnoqrafik komponentlər nəzərdə tutulur. Turizm  ehtiyatlarına  landşaft  ekzotıkliyi, iqlim
komfortluğu, təbiət  abidələri,  milli  parklar  da  daxildir. Turizm ehtiyatlarının təsnifatında təbii  və
antropogen resurslarla yanaşı, onun ərazi  təşkili  üçün  vacib  olan  sosial-iqtisadi amillər də əsas
götürülür.  Bu    baxımdan   turizm   ehtiyatlarının   iqtisadi   komponentlərinə   ərazini   infrastuktur
səviyyəsi, mənimsənilmə xususiyyəti,bölgələr üzrə  paylanması  müəyyən  olunmaqla  daxil  edilir.
                  Turizm  fəaliyyətində mövcud  ehtiyatlardan istifadə fənnin  əsas  məqsədi  sayılır. Bu  baxımdan turizm ehtiyatlarının  məqsədinə  görə qruplaşdırəlması  onun  istifadə  dərəcəsindən
asılıdır. Belə ki, təbii  rekreasion  ehtiyatların istifadəsi  3  qrupda  aparılır.
                 1. İntensiv mənimsənilmə. Buraya təbii komplekslərin atraktivliyi, istifadə səviyyəsi yüksək olan turizm baxımdan daha  çox  mənimsənilən  ərazilər  aid  edilir.  Bu növ mənimsənilmə
turizm ehtiyatlarından istıfadənin yüksək dərəcədə yüklənməsinə səbəb olur. Turizm  ehtiyatların-dan bu növ  intensiv mənimsənilmə dəniz sahili bölgələr və ondan 50-100 km  daxilə doğru olan ərazilər üçün səciyyəvidir. İntensiv mənimsənilən bölgələrdə tutriz-istirahətin əksər sahələri inkişaf etdiyinə görə bəzi tədqiqatşılar  belə  yaşayış  məntəqələrin  turizm  aqlomerasiyaları adlandırırlar.
                 2.  Ekstensiv  mənimsənilmə. Belə  ərazilər turizmin istifadəsinə  zəif  cəlb  olunmuş təbii  ekzotikliyin  turizmin  inkişafına  az  təsir göstərən  və  ya  müxtəlif  təbii  antropogen  kompo-
Nentlərdən  birgə  istifadənin  mümkün  olmadığı  ərazilər  üçün  səciyyəvidir. Bununla  yanaşı müxtəlif  növ  turizm  hərəkatında  istifadə  edilən  ekstremal  ərazilər  də  turizm  ehtiyatlarının ekstensiv  mənimsənildiyi  bölgələrə  aid  ola  bilər.
                 3. Az  mənimsənilən  ərazilər. Turizm  baxımından az mənimsənilən  bölgələrə  daha  çox  ekstermal  şəraitə  malik olan  ərazilər  daxildir. Belə  bölgələrə  yarımsəhra  və  səhralar , komfort  şəraiti  az olan regionlar  daxildir. Bununla  yanaşı  turizm  baxımından mənimsənilməyən regionlarda əlavə abadlaşdırıcı işlər aparmaqla  perspektiv  bölgə  kimi mənimsəmək mümkündür. Bu  növ  mənimsənilmədə  ehtiyatlarının  azlıgı  və  ya  bir  turizm  komponentinin  üstün  olması  turist  marşrutlarının  təşkilinə  və  turizm  sənayesinin  yaradılmasına  imkan  verir.
                      Turizm  ehtiyatlarının  qpuplaşdırılmasında antrogen  amillər  iqtisadi, sosial  şəraitlə  yanaşı, tarixi mədəni abidələrin, milli  irsi  nümunələrinin  istifadısindən  ibarət  olur.  Belə  ki,  turizm  ehtiyatlarına  daxil  olan  milli  irsi  nümunələri  və  etnografik  abidələr, antropogen ehtiyat- lara  aid  olub  cəlbediciliyi  ilə  seçilir.
                      Turizm  ehtiyatlarının  öyrənilməsinin  əsas  vəzifəsi  mövcud  resursları  təsərrüfatın dövriyyəsinə  cəlb  etmək, onların qiymətləndirilməsini aparmaqdan ibarətdir. Hər  bir  təbii  və antropogen  komponentlərdən  istifadənin  məqsədi  turisti  cəlb  etmək  imkanlarını  öyrənməkdən  ibarətdir.  Turizm  ehtiyatlarının  öyrənilməsində  Azərbaycan  alimlərindən Əyubov, Budaqov, Sultanovun  və  s.  xidmətləri  olmuşdur.
                     Turizm  ehtiyatlarının  təsnifatında  təbii  resursdan  istifadənin   aşağıdakı  xususiy – yətləri  vardır.
                     1.  Təbii  resurslar  və  onun  ayrı-ayrı  komponentləri turizm  istehlakçısına  yönəldilmiş  əsas  ehtiyyat  olduğuna  görə onun  təbii  mühitlə  əlaqəsini  birbaşa təmin etmiş olur.
                     2. Tuizm  bir  şox hallarda  təbii  resurslardan  istifadənin  təşəbbüsçü  kimi çıxış edir. Yəni onun  elementlərinin  mənimsənilməsi  fəaliyyətində  üstün  istiqaməti  təşkil  edir. Belə  ki, təbii  turizm   ehtiyatları  turizm  və  istirahərin  bütün  növlərinin  təşkili  üçün  baza  rolunu oynayır.
                    3. Turizm  təbiətdən  çox  məqsədli  istifadə  etdiyinə  görə turizmin  ərazi təşkilində mövsümülük   problemi   yaratmır.  Belə  ki,  komfort  və  ya  diskomfort  şərait,  ekstremal  ərazilər 
turizm  resursuna   çevrilir   və   istifadəni  məqsədindən  asılı  olaraq  dəyişir.  Bu  baxımdan  təbii
turizm  resursları turizm və  istirahətin  təşkilində  məqsədindən asılı olaraq mövsümülik yaradır. Yəni   turizmdə   intensiv  dövürlər  olan  qış   və  yay  mövsümü   istirahətin  təşkili  və  məqsədilə
 bağlı  olur.
            4. Turizm  təbiətdən  istifadə  edən  bir  çox  sahələrlə  qarşılıqlı  təsiri  və  marağa   malikdir. Bunlara  misal  olaraq  kənd  təsərrüfatı  və  aqro  turizmi, milli  parklar  və  ekoturizm , hətta  filiz  mədənlərini  də  ekskursiya   təşkil  olunduğuna  görə  turizm  ehtiyatı  sayıla  bilir. Turizmin təbiətdən  çox  tərəfli istifadə  etdiyinə  görə  insanlar  asudə  vaxtlarının  əsas  hissəsini ətraf  mühütlə  bağlı  olan  turizm  sahəsinə  ayırır.        
             5.   Turizmdə  təbiətdən  istifadəsinin  əsas  xüsusiyyətlərindən   biri  də  ətraf  mühitin qorunması   urizm  yükünün  müəyyən  olunması  və  onun  istehsal  sahələri  ilə  əlaqələndirilmə-sidir.  Turizm  sənayesi  birbaşa  ətraf  mühitlə  əlaqəli  olduğuna  görə  onun  təsiri  və  ərazi yük- lənməsi  müəyyən edilməlidir.  Turizmin  ərazi  təşkilin  reallaşmasında  təbii  komponentlərə  dəyən  ziyan  onun  deqradasiyasına  səbəb  olur  ki,  bu  da  gələcəkdə  ərazi  reaksiyaya  komp-lekslərinin   təşkilinə  mənfi  təsir  edir. Bu  baxımdan  ətraf  mühitin  qorunması  turizm  üçün daha çox  əhəmiyyət  kəsb  edir.  Turizm  vasitəsilə  ətraf  mühitin  qorunmasına  ekoturizm, ekoloji  ma- arifləndirmə, təmizliyə  əməl  olunması  və  s.  xidmət  edən  əsas  amillərdən  sayılər. Benəlxalq təcrübədə  turizm  vasitəsilə  ətraf  mühitin  qorunmasında  əsas  vasitə - ekskursiya  və  turist  yürüşlərinin  sayını  artırmaqla  ekoloji  maarifləndirmənin  effektiv  üsulla  həyata  keçirilməsindən ibarət  olur.
                   Turizm  ehtiyatlarının qruplaşdırılmasında  sosial  amillər  aşağıdakı  təsirə malikdir :
                           1. Ərazidə  əhalinin  məskunlaşma  səviyyəsi
urbanizasiya, demoqrafik  xüsusiyyətlər, milli-etnik  tərkib  və  etnoqrafik  amillər. Əhalinin  sıxlığı  və  urbanizasiya  səviyyəsinin  yüksəkliyi  turizm-istirahətə  olan  tələbatı  artırır  ki,  bu  da  rekresiya-turizm  ehtiyatlarının  mənimsənilməsinə  təkan  vermiş  olur.  Digər  tərəfdən  ərazidə yşayan  əhalinin  milli-etnoqrafik  xüsusiyyətlərinin  özünə  məxsusluğu  turizm  ehtiyatı  kimi  istifadə  imkan  verir.
                            2.  Ərazidə  sosial  infrastrukturun  inkişaf  səviyyəsi  və  digər  xidmət sahələri  ilə  təmin  olunması. Qeyd  olunan  amillər  turizmin  maddı  bazasın  təşkil  edir. Sosial infrastrukturun  inkişafı  turizm sənayesinin  formallaşmasında  əhəmiyyətli  rol oynamaqla  yanaşı turizm  ehtiyatlarından  səmərəli  istifadəyə, tələbatın  artmasına, ərazi  mənimsənilməsinin  geniş-lənməsinə  imkan  vermiş  olur.  Bununla  yanaşı  turizm  sənayesində  sosial-iqtisadi  ehtiyatlarda ayrılır.  Sosial-iqtisadi  turizm  ehtiyatları  turizm  sənayesinin  inkişafı  üçün  vasitə  kimi  çıxış  edir.
                           Sosial  turizm  ehtiyatlarının  qruplaşdırılması  onların  istifadə  dərəcəsinə  və  ərazidə  yayılmasına  görə  aparılır.Belə  ki,  etnoqrafik  ehtiyyatlardan  istifadə  coğrafi  amillə  bağlıdırsa  xalq sənətkarlığı,suvenir  istehsalı  birbaşa  turizm  sənayesinin  inkişafı  ilə  bağlı  olur. Turizm  sənayesində istehlakçı  amili  onun ehtiyatlarından  istifadənin  özəyi  sayıla  bilər. Belə ki,turizm  milli  irsi  nümunələrindən  istifadəsi  əraziyə  cəlb  olunan  turistlərin  sayından, onların  daxili və ya xarici  turizmdə  iştirakından  asılıdır. Əksər  hallarda  milli  irsi  ehtiyatlarından  istifadə xarici  turizmin  inkişafı  ilə  bağlı  olur.
 
        İstifadə  olunmuş  ədəbiyyatın  siyahısı
 
   1.
   2.
 
  
 
 
 
                                     Mövzu:
 
            Turizm ehtiyatlarının  öyrınilməsinin  nəzəri  praktiki
                                   əsasları
       Plan :
       1.
       2.
       3.    
      
       Turizm ehtiyatlarının öyrənilməsi və ərazi rekreasiya entiyatlarına uyğun tədqiqatın daha çox iqtisadi-coğrafi xarakter daşıdığına görə onun təsnifatında olan təbii elementlər iqtisadi nöqteyi nəzərdən qiymətləndirilir.Rekreasiya-turizm ehtiyatlarını öyrənilməsində Rusiya,Türkiyə,Polşa,ABŞ və başqa xarici ölkə alimləri ilə yanaşı,bu sahədə xüsusi xidmətləri olmuş Azərbaycan alimlərinin-H.Ə.Əliyev,B.Ə.Budaqov,A.N.Salmanov,Ə.C.Əyyubov,M.S.Qasımov,B.T.Nəzirova,M.A.Abramov,E.B.Mehrəliyev,A.N.Nadirov,N.H.Əyyubov,H.B.Soltanov,C.Məmmədov,R.Kasumov və s.mütəxəsislərin əsərlərini qeyd etmək olar.Qeyd olunan müəlliflərin əsərlərində rekresiya  ehtiyatlarının öyrənilməsi üstünlük təşkil etmişdir.Digər tərəfdən xarici ölkə mütəxəsislərinin tədqiqatlarında rekreasiya resurslarının öyrənilməsi daha cox turizm təsərrüfatinin formalaşmasının nəzəri əsaslarına xidmət etmişdir.  
         Apardığımız tədqiqatlar göstərir ki,turizm ehtiyatlarının öyrənilməsi ən cox ətraf mühitlə bağlı olmuşdur.Antropogen turizm ehtiyatların öyrənilməsində ölkələrin tarixi-memarlıq abidələrinin milli irsi nümunəsi kimi tədqiq olunması üstünlük təşkil etmişdir. 
          Azərbaycanda təbii rekreasiya turizm ehtiyatlarının öyrənilməsi aparılan tədqiqatlarda üstünlük təşkil etmişdır.Belə ki,iqlim, təbii landşaftların turizm ehtiyatları baxımından öyrənilməsi Azərbaycan MEA Cografiya İnstitutunun alimləri tərəfindən öyrənilmişdir.Turizm ehtiyatlarının iqtisadi kateqoriya baxımından öyrənilməsi bəzi tədqiqatlarda öz əksini tapmışdır.
           Turizm ehtiyatlarının öyrənilməsinin təhlili göstərir ki,ehtiyatların yayılma arealı,turizm məqsədilə istifadə imkanları,mənimsənilmə səviyyəsi əsas götürülmüşdür.Turizm ehtiyatlarının istismar göstəriciləri onun yayıidığı ərazidən və kapital tutumundan asılıdır.
            Turizm ehtiyatlarının ərazi amilləri əsas olduğuna görə mövcud resurs potensialı,turist cəlb olunma imkanı və  bölgələr üzrə yayılmasının da öyrənilməsi vacibdir.Turizm ehtiyatlarının istismar müddəti aşağıdakı amillərdən asılıdır:
 
□ Rekreasiya turizm ehtiyatlarının qiymətləndirilməsindən və onun     turistlərin cəlb olunma imkanlarından;
□ Bəzi turizm ehtiyatlarının toxunulmazlığı və ərazi üzrə yayılma    
     səviyəsindən
□ Turizm ehtiyatlarının yığcam yerləşməsindən,həmçinin müəyyən ərazi
     vahidi çərçivəsində miqdarından;
□ Turizm ehtiyatlarına olan təlabat və mövcud infrastrukturun inkişaf   
     səviyəsindən
Turizm ehtiyatlarının uzunmüddətli istifadəsi onun yerləşdiyi ərazinin coğrafi xüsusiyyətlərindən asılıdır.Belə ki.turizm ehtiyatları müəyyən bir ərazidə yəğcam cəmlənirsə bunlar rekresiya təssərüfatın inkişafı ilə yanaşı onun uzunmüddətli istifadəsinin də təmin olunmasına xidmət edir.Ərazinin rekreasion dinamikliyi,ətraf mühitin antropogen təsirə az məruz qalması turizm ehtiyatlarından istifadənin səmərəliyini artırmış olur.Bununla yanaşı turizm ehtiyatlarından istifadənin uzunmüd- dətliyi   onun  orijinallığından,  yerləşdiyi   ərazinin coğrafi  mühitindən  və ona yönəldilən kapitala birbaşa əlaqəli olur.
                 Əksər tədqiqatçılar turizm ehtiyatlarının kapital tutumun oraya cəlb ediləcək turistlərin sayı ilə müəyyən etməklə yanaşı,ərazinin infrastruktur baxımından mənimsənilməsini də əsas götürürlər.Turizim ehtiyatlarına yönəldilən kapital individual xarakter daşıyır.Yəni hər bir turizm ehtiyatı üçün kapital qoyulyşu imkanları öyrənilir.Bu baxımdan kapital qoyuluşunun həcmi turizm ehtiyatlarının ayrı-ayrı komponentləri üzrə yiğcamlığından və digər resurslarla birgə istifadə imkanlarından asılıdır.
                  Əksər mütəxəsislər turizm ehtiyatlarının qiymətləndirilməsində əsas üstünlüyü investisiyaların cəlb olunmasına,onun qaytarıması imkanlarına və müddətinə yönəldilir.Turizmdə kapital qoyuluşu beynəlxalq miqyasda əsasən qısamüddətli olduğuna görə,mövcud ehtiyatların iqtisadi qiymətləndirilməsi onun maliyyə dəyəri ilə müəyyənləşir.
                   Turizm ehtiyatlarının öyrənilməsində təbii mühitin müxtəlifliyi,onlardan birgə istifadə imkanları daha çox nəzərə çarpır.Burada əsas göstətici təbii müxtəlifliyin turistlər üçün cəlbedici olmasina və estetik komfortluğuna üstünlük verilir.
                     Burada təbii və antropogen landşaftlar və onun xüsusiyyətlərində mənzərəli təbiət abidələri,estetik zövqu oxşayan ətraf muhit,bunların memarliq üslubu ilə ətraf landşaftın uyöunlaşması əsas götürülür.
                     Sahilyani rekreasiya-turizm ehtiyatlarına isə abrazionrelief formaları,dəniz sahili meşə və cəmənlik landşaftları,narın qumlu cəmənlikləri,dəniz suyunun mövsüm dövründə temperaturu,su hövzələrinin fauna,flora zənginliyi,iqlim komfortluğu aid edilir.
                      Dağ ekosistemlərinə daxil olan əsas komponentlərə təbiət abidələri,ekzotik iandşaft,meşəlik əraziləri və s.aiddir.
                      Avropa ölkələrində turizm ehtiyatlarının öyrənilməsində ümumiləşdirilmiş meyar resurs potensialından turizm-istirahət müqsədilə maksimum  istifadə olunması və  ərazi mənimsənilməsi ilə bağlıdır.
                      Turizm sənayesinin yükək inkişaf etdiyi Cənubi Avropa ölkələrində turizm ehtiyatlarının tədqiqatı ərazi üzrə təminat səviyyəsindən, turizm mərkəzlərinə yaxınlığından,cimərliklərdən istifadə imkanlarından  və tarixi arxitektur abidələrin  yayıldığiı ərazilərdən asılıdır. Burada təbii, antropegen,sosial-turizm ehtiyatlarından istifadə və onların iqtisadi effektivliyi birgə qiymətləndirilir.
 
 
 
                 İstifadə  olunmuş  ədəbiyyatın  siyahısı
 
                1.
 
                2.
 
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           MÖVZU  :          
       
          Turizm  ehtiyatlarının  təsnifatı  və  bölgü  prinsipi
 
          PLAN  :
          1.
          2.
          3.     
             Turizm  ehtiyatlarının  öyrənilməsi  ölkəşünaslığın  tərkib  hissəsi  olduğu üçün onun  yayılması, təsnifatı, dinamikliyi  və  istifadə  xüsusiyyəti  əsas  tədqiqat  mövzula- rından  sayılır. Turizm    ehtiyatlarının  öyrənilməsinin  nəzəri  və  metedoloji  əsasları konstruktiv  coğrafiyanın  tərkib  hissəsindən  sayılır.  Turizm  ehtiyatlarının  nəzəri, me-tedoloji  xüsusiyyətlərinin  öyrənilməsi  Avropa, Amerika  alimləri  yanaşı, Rusiya  və  Polyak  alimlərin  də  rolu  olmuşdur.  Turizm  ehtiyatlarının  öyrənilməsi  aşağıdakı  xü-susiyyəti  önə  çıxarır.
1.    Ehtiyatın  təsnifatı  və  ərazi  üzrə  bölgü  prinsipi  ;
2.    Ehtiyatın  sosial-iqtisadi  baxımından  qiymətləndirilməsi  və 
ərazi  rekreasiya  sistemlərinin   formalaşmasında  rolu ;
3.     Ərazinin  təbii  turizm  resursları  ilə  təıminat  səviyyəsi  və
ondan  istifadənin  xüsusiyyətləri ;
4.     Regional  inkişafda təbii  ehtiyatlardan istifadənin  rolu, həmçinin
 ərazi  mənimsənilməsi  üzrə  bu  ehtiyatın  qiymətləndirilməsi ;
               Turizm  ehtiyatlarının  təsnifat  prinsipində  aşağıdakılar  əks  olunur :
1.    Ehtiyatın  yayıldığı  ərazinin  coğrafi  şəraiti ;
2.    Ehtiyatın  turizm  sənayesində  istifadə  olunması ;
3.    Ehtiyatdan  istifadənin  iqtisadi  qiymətinin  müəyyən  olunması.
                      Turizm  ehtiyatlarının  yayılması  və  ərazi  üzrə  təminat  səviyyəsi  sosial-
Iqtisadi  xarakter  daşıdığı  üçün   təbii  antropogen  amillərin  təsirindən  asılıdır. Turizm ehtiyatlarının  ərazi  üzrə  yayılması  ehtiyatların  təxmini  hesablanmış  miqdarı  ilə  müəyeənləşir. Turizmdə  ehtiyatlar inteqral qiymətləndirmənin  əsas  göstərəcisi sayıldı-ğına  görə  burada  riyazi  hesablamalar  ehtiyatlarından  istifadənin  müddətinə  görə  aparılır. Hər bir ehtiyatın yayıldığı ərazinin coğrafi  şəraiti, iqtisadiyyatın  digər  sahələri  ilə  birgə istifadənin sosial xarakteri buraya daxil  edilir. Yəni  hər  bir  təbii, antropogen komponentin  miqdarı, dəyəri  onun  digər  istehsal  sahələrində  istifadə olunduqdan sonra  qiymətləndirilməsi  əsasında  aparılır.
                        Əgər  turizm  ehtiyatların  da ərazi üzrə təminat səviyyəsi onun digər resurslarla birgə istifadəsi ilə bağlıdırsa,antropogen turizm ehtiyatında bölgü prinsipi və təminat səviyyəsi ayrı-ayrı komponentin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Turizm ehtiyatının  təminat  səviyyəsində  sosial-iqtisadi  göstəricilər  xidmətlərin  təşkili ilə bağlı
olduğuna görə istehsalat və sosial obyektlərdən turizmdə istifadə olunması mümkündür.
                   Kommunal, məişət, iaşə xidmətlərindən istifadə birbaşa turizm ehtiyatından
Istifadə ilə bağlıdırsa, turizmdə təminat sahələri maddi-istehsalın müxtəlif növləri ilə birgə aparılır. İqtisadi təminat səviyyəsi infrastrukturla yanaşı kənd təsərrüfatı, tikinti, yüngül, yeyinti sənayesinin inkişafına  da  təsir  etmiş  olur.
                   Turizm ehtiyatların təsnifatında  əsas göstərici  kimi təbii və antropogen ehtiyatları müəyyən olunması ilə yanaşı ərazinin sosial-iqtisadi baxımdan mənimsənilməsi, ekoloji mühitin saflığı, ifrastruktur inkişaf səviyyəsi ehtiyatların mənim-sənilməsini  praktik  cəhətdən  mümkün  edir.
                Turizm ehtiyatlarının öyrənilməsində digər xüsusiyyətlərdən biri də cəmiyyətlə təbiət arasındakı qarşılıqlı əlaqədən yaranan müxtəliflikdir. Bu da  ekoturizmin inkişafını təmin etmiş olur. Bu  baxımdan insanların təbii mühitlə bağlı olan əlaqəsi aşağıdakı kimi
qruplaşdırılır.
                     □ Turizmin  ətraf  mühitlə  təsiri  müsbət  və  mənfi  mənada ola bilər. Yəni
                         ekoloji mühitdə yüklənmə səviyyəsi  çox  olarsa  ətraf  mühitə mənfi təsir
                          güclənir. Bu  da  mövcud  turizm  ehtiyatlarının  azalmasına  səbəb  olur.
                         Turizm  sənayesi   ətraf   mühitlə   birbaşa  bağlı  olduğuna  görə  onun
                         dəyişdirilməsi turizm tələbatına mənfi təsir göstərir.
                     □ Xarici  mühitin  insanların  sağlamlığına,  psixoloji  və  fiziki yorğunluğun
                          bərpasına  əsas  təsir vasitələrindən olduğuna görə ətraf mühitin qorun-
                          maşı turizmdə  mühüm  yer  tutur. Bütün  hallarda  ətraf  mühitin  saflığı
                          turizm tələbatında əsas yer tutur.
                     □ Texnoloji  inkişaf  insanların  sağlam  ətraf  mühitə tələbatını artırır ki, bu
                          da  turizm  vasitəsilə  təmin  olduğuna  görə  onun  təbiliyinin qorunması
                          turizmin əsas məqsədlərindən sayılır.Elmi-texniki inkişafın surətlənməsi
                          insanların sağlam ətraf mühitə tələbatını artırır.
                   Turizm ehtiyatlarının öyrənilməsində sosial-iqtisadi xarakter daşıdığına görə
ərazinin mənimsənilmə səviyyəsi infrastruktur sahələrin inkişafı ehtiyatlardan istifadənin bazasını təşkil  edir.Buna görə də turizm ehtiyatlarının yayıldığı ərazilərin infrastruktur, kommunikasiya, nəqliyyat sahələri inkişaf etdikdən sonra mənimsənilməsi aparılır.
                 Turizm  sisteminin  formalaşmasında mövcud ehtiyatlardan istifadənin aşağı-dakı xüsusiyyətləri də  vardar:
1.    Mövcud ehtiyatların turizm sənayesinin maddi bazasını təşkil etməsi.
Burada estetik qavrama və rahatlıq baxımından turistlərin istirahəti üçün mpvcud təbii iqlim elementləri, memarlıq abidələrindən istifadə olunması daxildir. Rekreasiya ehtiyat-ları turizm sənayesinin maddə bazasını təşkil etdiyinə görə ondan istifadə mövcud tələ-batların təmin olunmasına imkan verir. Buna görədə turizm ehtiyatlarının müəyyən bir bölgədə cəmlənməsi istirahət və turizmin inkişafında əsas vasitə sayılır.
 
2.Turizm ehtiyatlarının  keyfiyyəti, qiymətləndirilməsi və mövsümi differensi-
yası turizm sistemlərinin formalaşmasında əsas rol oynayır.Burada keyfiyət ətraf mühitin sağlamlığı ilə yanaşı turizm məhsuluna qatıla biləcək tarixi mədəniyyət, etnoqrafik və təbiət abidələri daxil edilir. Burada qiymətləndirilmənin əsas kriteriyası mövcud resurs-ların turizm sənayesində cəlb olunma imkanları ilə ölçülür. Həmçinin qiymətləndirilmənin inandırıcı olması və turizm ehtiyatlarının differensiyası nəzərə alınır.Turizm sistemlərinin formalaşmasında istehlakçı  seqmenti  mövcud ehtiyatlara olan tələbata əsaslanır.
                           Turizm sənayesində ayrı-ayrı istehlakçı qruplarının tələbatı müxtəlif olduğuna görə ehtiyatların da vahid məhsul şəklinə salınması mümkün deyil. Hər bir turizm ehtiyatlarından istifadə istehlakçı seqmentinə uyğun olaraq individual və qrup halında cəmləşdirilir. Burada turizm ehtiyatının birgə istifadəsi də mümkündür. Əksər hallarda turməsulun hazırlanmasında ehtiyatlardan kompleks istifadə olunması nəzərə alınır. Bu xüsusilə turist  marşrutlarının təşkilində istifadə olunur.
                       Təbii  turizm  ehtiyatlarına  -  təbiət  abidələri,  ekzotik  landşaft,  ərazinin
yaşıllıq (meşəlik)  dərəcəsi.  Milli  Parklar,  dağ  ekosistemləri,  balneoloji   və  mikroiqlim resurskarı  aiddir.  Antropogen  turizm  ehtiyatlarına  tarixi-memarlıq  abidələri,  arxeoloji abidələr,  mədəni-maarif  müəssisələri,  milli-irs  nümünələri,  müasir  şəhərsalma  nümunələri  və  s.  aiddir.
                        Sosial - İqtisadi  turizm  resurslarına  ərazinin  iqtisadi  inkişaf  səviyyəsi,
əmək  ehtiyatları, nəqliyyat  imkanları, xidmət  sahələrinin  inkişafı  və  s.  daxildir.
                         Turizm  ehtiyatlarının  yayılması  və  ərazi  üzrə  təminat  səviyyəsi  onun  növündən  asılı  olaraq  müxtəlifləşir.  Təbii  turizm  resurslarının  yayıma  xüsusiyyəti  ərazinin  coğrafi  xüsusiyyətindən,  dağ  ekosistemlərindən  və  təbiətdən turizm  məqsədilə  istifadənin  növündən  asılıdır.  Bu  baxımdan  təbii  təbii  turizm  ehtiyatlarının  yayılması  və  ərazi  üzrə  təminat  səviyyəsi  aşağıdakı  amillərdən  asılıdır:
-          Təbii  komponentlərdən    sağlamlıq   və   istirahət   məqsədilə   istifadə olunması. Burada  əsas  göstərici  ərazini  ekzotik  landşaftı,  dağ  ekosistemlərində  istifadə  imkanları,  yaşıllıq  normasının istirahətinin təşkili  üçün  əlverişli  olmasıdır. Məsələn  istirahət   mərkəzlərində  qeyd  olunan  yaşıllıq  norması  10-15  m2  təşkil  edir.
-          Təbiətdən  dərketmə  və  ekskursiya  məqsədilə  istifadə  olunması. Burada  ekzotik  landşaftın  olması, Milli  Parkların  mövcudluğu, təbiət  abidələrinin  bir-birinə  yaxın  yerləşməsi  daxildir. Təbiətdə  sakit  istirahət  imkanları, ekskursiyaların  məqsədindən  asılı  ola  bilər.
-           Ekoturizm  məqsədilə  istifadə  də  ərazinin  meşəlik  dərəcəsi, ətraf  mühitin  sağlamlığı, Milli Parklardan  istifadə  imkanları  daxil  edilir. Bununla  yanaşı  dağ  ekosostemlərindən  istifadə  olunması  da  aiddir.
 
-          Təbii  turizm  ehtiyatlarından  idman  və  kənd  turizm  məqsədilə  istifadə. Bu  məqsədlə  təbii  turizm  ehtiyatlarının  daha  çox  cəmləndiyi  dağ  kəndlərində  qeyd  olunan  turizm  növünün  inkişafı  mümkündür.
                Təbii  turizm  ehtiyatlarını  ərzi  üzrə  təminat  səviyyəsində  ayrı-ayrı  komponentlər  üzrə  qarşılıqlı  əlaqəsi  :
-        Ekzotik  landşaft-təbiət  abidələri-Milli  Parklar ;
-        Meşəlik  dərəcəsi-təbiət  abidələri-ekzotik  landşaft ;
-        Çimərlik-meşə-dağ  ekosistemləri .
                  Bu əlaqələndirmə mövcud  turizm  ehtiyatlarının  cəlbediciliyi, mənzərə  müx- təlifliyi  əsasında  müəyyənləşir. Təbii  turizm  ehtiyatlarında  cəlbedicilik  landşaftın  müxtəlifliyinin  zəngin  olunmasına  görə  müəyyən  olunur  ki,  bu  da  qeyd  olunan  komponentlərin  qarşılıqlı  əlaqələndirilməsi  turizm  tələbatına  təsir  etmiş  olur.
                   Antropogen  ehtiyatların  ərazi  üzrə  yayılması  və  təminat  səviyyəsi  onun  istifadə  xüsusiyyətindən  asılı  olaraq  dəyi.ir.  Ərazi  üzrə  təminat  səviyyəsində  nəzərə  alınan  amillər  aşağıdakılardır:
-       Tarixi-memarlıq  abidəsinin  orjinallığı, bərpa  olunarkən  əvvəlki  görkəminin  saxlanılması  ;
-       Tarixi-memarlıq  abidələrinin  müəyyən  bir  ərazidə  yığcam  yerləşməsi  və  digər  turizm  ehtiyatları  ilə  birgə  istifadə  imkanları  ;
-       Ərazidə  olan  antropogen  ehtiyatlarının  davamlığı  və  istifadə  müddəti ;
-        Milli  irsi  nümunələrin  və  etnoqrafik  abidılırin  müəyyən  bir  ərazidə  yığcam  yerləşməsi.  beynəlxalq  turizmdə  istifadə  imkanları.
Antropogen   turizm   ehtiyatları   ekskursiya   məqsədilə  daha  çox  istifadə 
Olunduğuna  görə  onun  yayılma  xüsusiyyəti  turist  marşrutlarının  təşkilinə  təsir  etmiş  olur. Bu  baxımdan  antropogen  ehtiyatlarla  zəngin  olan  ərazilərdə  səyahət  və ekskursiyaların  təşkili  daha  effektiv  sayılır. Antropogen  ehtiyatlarla  zəngin  olan  qədim  mədəniyyətə  malik  ölkələrdə  turizm  sşnayesində  əldə  olunan  gəlirlərin  əsas hissəsi  bu  sahədən  gəlir.
                   Antropogen  ehtiyatların  müxtəlifliyi  turizm  baxımından  mənimsənilmə  imkanların  artırmış olur.  Tarixi-arxitektur  abidələrin  zənginliyi  turizm  ekskursiya  işinin  səmərəli  təşkili  ilə  yanaşı, digər  sosial-iqtisadi  resurslardan  istifadəyə  imkan  verir.  Bu  da  ərazi  mənimsənilməsi  ilə  birbaşa  bağlıdır.  Belə  ki,  antropogen  ehtiyatlarının  zənginliyi  və  onun  daha  qabarıq  təqdim  olunması  turizm  sənayesinin inkişafına  təkan  vermiş  olur.
 
 
 
                      
                   
            Rekreasiya-turizm  ehtiyatlarının  təsnifatı. Cədvəl.1.
 
 
           RTE    
Təbii turizm
ehtiyatları
Antropogen turizm
      ehtiyatları
Sosial-iqtisadi
  turizm ehtiyatları
 
      Dağ  eko
   sistemləri
 
 
     Tarix-memarlıq
          abidələri
Ərazinin coğ.
mövqeyi
 
 
   
     
Milli parklar          Arxioloji
        abidələr
Nəqliyyat
infrastrukturu
     
Təbiət
abidələri
    Milli  irsi
    nümunələr
   Sosial
infrastruktur
     
Nadir landşaft
nümunələri
  Dini  abidələr Əmək ehtiyatları
     
Mikroiqlim ehtiyatları Müasir memarlıq
nümunələri
İnsan fəaliyyəti
Ilə bağlı olan
     
Balneloji
resursları
Mədəniyyət ocaqları Maliyyə ehtiyyatı
     
Çimərlik
resursları
İnformasiya
ehtiyatları
   
Meşə
resursları
               
 
 
 
      İstifadə  olunmuş  ədəbiyyatın  siyahısı  :
 
     1.
     2.
 
 
 
 
 
 
               
 
 
 
 
 
         MÖVZU  :          
       
          İqlim  komfortluğunun  turizm  ehtiyatı kimi
                        səciyyəsi
 
          PLAN  :
          1.
          2.
          3.  
             İqlim komfort ehtiyatı kimi təsnifatında əsas göstəricilərinin qruplaşdırılması istirahət  və turizmin təşkili ilə yanaşı aeroterapiya, helioterapiya müalicəsinin aparılmasında rolu ilə bağlıdır. Buna görə də kurortoloqlar və iqlimşünaslar iqlim ehtiyatlarından turizm baxımdan istifadəsi üçün hava siniflərin ayırmıçdır. İqlimşünaslar 16 hava sinifin ayırırlar. Bunlardan kurort-turizm baxımından istifadə imkanların aşağıdakı qruplara bölmək olar :
                 1. Günəşli isti-qrupu hava şəraiti, Əksər hallarda temperatur komfort hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır. Güclü hipertemiya şəraiti yaransa da, qızmar günəş iqlimlə müalicə imkanların məhdudlaşdırır. Bununla yanaşı səhər  və axşamüstü dəniz sahil ərazilərdə helioterapiya müalicəsini aparmaq mümkündür.
                   Qeyq  olunan iqlim xüsusiyyətləri səhra və yarımsəhra rayonları üçün səciyyəvidir. Belə rayonlarda istirahət və turizmin təşkili üçün az şərait vardır. Bununda səbəbi mikroiqlim elementlərindən başqa digər turizm ehtiyatlarının olmamasıdır. Digər tərəfdən mikroiqlim şəraitindən istifadə edərək dəniz sahili ərazilərdə istirahət və çimərlik turizmini inkişaf etdirmək mümkündür.
                  2. Azbuludlu mülayim havada (III sinifi). Əvvəl ki, hava sinifindən fərqi quraqlığın az temperatur şəraitinin isə istirahət, müalicə və idman turizmi üçün əlverişli olmasıdır. Bu hava sinifində nisbi rütubətliyin normaya yaxın olması diskomfort havaların tez-tez təkrarlanmasına imkan vermir. Bununla yanaşı yayda havanın mülayim keçməsi istirahətin təşkili üçün əlverişli şərait yaradır. Bu hava sinifi mülayim enliklər üçün səciyyəvidir. Xüsusilə Avropanın Atlantik okeanı sahillərində daha çox müşahidə edilir.
                  3. Azbuludlu , yayı quraq hava (IV-V sinif). Aralıq dənizi iqlim tipi üçün səciyyəvi olmaqla,istirahət və turizmin təşkili üçün əlverişli şəraitə malikdir.Buna görə də turizm və istirahət baxımından intensiv mənimsənilmişdir.Bu hava siniflərində rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə edilən isti quru iqlim,komfort havaların tez-tez təkrarlanması kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.Qeyd olunan hava sinifləri Aralıq dənizi sahili kurortlarında,ABŞ Kaliforniya sahili istirahət mərkəzləri üçün səciyyəvidir.Alp və Qafqaz dağlarının bəzi kurortlarında yay aylarında qeyd olunan iqlim sinifi müşahidə edilir.
                    4.Tutqun və yağışlı hava sinifləri (VI-VII).Kurort və istirahətin təşkili üçün az əlverişlidir.Bu hava sinifində temperatur aşağı,nisbi rütubətlik isə yüksək olur.Xüsusilə yayda müşahidə olunan tutqun buludlu havalar istirahətin təşkili üçün əlverişsiz şərait yaradır.Belə hava şəraiti dağlıq və dağətəyi ərazilərdə,musson iqlimin dəniz  sahillərində müçahidə edilir.
                    Bununla yanaşı qurublaşdırılan hava siniflərindən X-XII az şaxtalı olmaqla kurort və turizmin təşkili üçün nisbətən yararlıdır.Burada güclü şaxtaların müşahidə edilməsi,yay mövsümündə rütubətli havanın müşahidə olunması istirahət və turizmin təşkili üçün əlverişsiz  şərait yaradır.
                     Digər hava sinifləri də istirahət və turizmin təşkili üçün az əlverişli şəraitə malikdir.Xüsusilə XIII,XIV,XV hava sinifləri çox şaxtalı olduğuna görə yay istirahət mövsümündə turizmin inkişafı üçün əlverişsiz şərait yaradır.
                      Bu baxıımdan ərazinin iqlim elementlərinə görə öyrənilməsi,onun komfortluq göstəriciləri turizm baxımından istifadə imkanlarına uyğun qiymətləndirilir.Turizmin iqlim komfortluğu aşağıdakı amillərə əsasən müəyyənləşdirilir:günəşli və açıq havaların təkrarlanması, ekvivalent,effektiv temperaturun dəyişməsi,günəşli günlərin sayı və günəşli saatların miqdarı,havada rütubətin miqdarı,havada rütubətin miqdarı,sürəti saniyədə 5 m-dən az olan küləkli günlərin sayı və s.Həmçinin diskomfort şərait üçün iazım olan mənfi təsiredici amillər birlikdə araşdırılır.Ərazinin iqlim komfortluğunun öyrənilməsində Ə.C.Əyyubovun xidmətlərini göstərmək olar.Ərazi rekrasiya komplekslərində iqlim komfortluğunda əsas elementlərinə il ərzində fəal temperatur cəmi və komfort həddlərin müəyyənləşdirilməsi ilə birbaşa  bağlıdır.
                 Komfort həddlərin müəyyənləşməsi əsasən temperaturdan asılı olduğuna görə bu da ərazinin  coğrafi mövqeyindən, relyefindən və iqlimin üfüqi və şaquli qurşaqlandıran asılı olaraq dəyişir. Belə ki, mülayim enliklərdə məskunlaşmış əhali üçün komfort  həddlərin dəyişməsi 15-18 dərəcə, rütubətləmə 60-65 %, gücü saniyyədə 5 m-dən çox olan küləkli günlərin təkrarlanmasını mövsüm dövründə 30-35%-ə qədər olması komfort həddi kimi qəbul edilir. Bu göstərici yarımquraq və ya orta enliklərdə müvafiq olaraq 20-23 dərəcə C. Temperater həddi, 55-60 %-ə qədər rütubətlənmə, həmçinin küləkli günlərin nisbətən çoxluğu ilə müəyyənləşir. Tropika yaxın isti qurşaqlarda isə temperatur göstəricisi 28-31 dərəcə C.-ə qədər çata bilir.
                  Effektiv-ekvalent temperatur şəraitində insanların istirahət və sağlamlığının bərpası üçün ən optimal variant yarıquraq ərazilərdə olan temperatur və rütubətlənmə göstəricisi götürülür. Belə ki, hazırda turizmin daha çox inkişaf etdiyi Qara və Aralıq dənizi sahilləri, Karib hövzəsi bölgələri iqlim komfortluğunun hədləri əksər tədqiqatçılar tərəfindən 20-23 dərəcə, kütləvi istirahət mövsümündə isə 25 dərəcə-yə qədər dəyi.məsi optimal göstərici sayılır. Bununla yanaşı mikroiqlim şəraitini  turizm  baxımından qiymətləndirilməsi aero və helio terapiya müalicələrinin aparılması baxımdan da qiymətləndirilir. Bekə ki, diskomfort temperatur şəraiti helioterapiya müalicəsinin aparılmasına əlverişli imkanlar yaratmaqla yanaşı, istirahətin digər növlərinin təşkili üçün də nisbətən məqsədəuyğun ərazi sayılır. Məsələn: Türkiyənin Egey bölgəsindəki diskomfort şərait temperatur göstəricilərinə görə nisbətən yüksək olsa da burada digər rekreasion resurslardan birgə istifadə etməklə kurort sağlamlıq mərkəzlərinin təşkili geniş yayılıb.
                  Digər tərəfdən Abşeronda günortaya qədər və günortadan sonra yay istirahət mövsümdə helioterapiya müalicələri üçün əlveri.li şərait olsa da Şəki-Zaqatala bölgəsinin Marxal, Durca, İlisu istirahət mərkəzlərində komfort temperatur hədləri 18-20 dərəcəyə qədər yüksələ bilir.
                   Havada oksigenin çoxluğu ətraf mühitin dəyi.məsinin sağlamlığı və istirahəti üçün əlverişli şərait yaradır. Bu baxımdan iqlim komfortluğunun müəyyən edilməsində havada olan oksigenin miqdarının yüksək olmasının nəzərə alınması vacibdir.
                   İqlimin komfort hədlərinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri də əhalinin şaquli qur.aqlıq üzrə məskunlaşması ilə bağlıdır. Belə ki, dağətəyi və daqlıq ərazilərdə məşkunlaşanlar günəş radiasiyasının az olduğu ərazilərdə yayılan əhali üçün istirahətinin təşkili iqlim komfortluğu baxımdan dənizsahili bölgələrə yarıquraq ərazilərə istiqamətlənmiş olur. Məsələn: Avropanın Aralıq dənizi sahillərində xüsusilə Yunanıstan, İtaliya. İspaniya, Fransa ərazilərində mövsüm dövründə istirahət edən xarici turistlərin əksəriyyətin Avropanın daxili və şimalından gələnlər təşkil edir. ABŞ-da yerli turizm hərəkatında Kaliforniya və Florida sahillərinə gələnlər ümumi daxili turizm hərəkatının  48 % təşkil edir. Bu göstəricilər onu deməyə imkan verir ki, istirahət mövsümündə əhalini dənizsahili-yarıquraq ərazilərə meyl etməsi üstünlük təşkil edir.
                    Komfort zonası coğrafi enlikdən, ya.ayış məntəqəsinin hündürlüyündən, insanın həyat tərzindən, iş xüsusiyyətlərindən, yaşından, orqanizmin isti və soyuğa davamlıqından asılıdır. Buna görə də komfort temperatur hədlərinin müəyyənləşdirilməsində vahid fikir formalaşmamışdır.
                    İqlim komfortluğuna təsir edən amillərdən biri də ərazinin rütubətlənmə dərəcəsidir. İnsanlar həyat fəaliyyəti üçün normal rütubətlənmə 50-60% təşkil edir.  Bu
Rütubətlənmə göstəricisinin təkrar olunması isə turizm və istirahət baxımdan daha çox mənimsənilən ərazilərdə özünü göstərir. Belə ki, Xəzər sahillərində qeyd olunan rütubətlənmə mövsüm dövründə coğrafi mövqeyindən asılı olaraq 50-70%, Qara dənizin Bolqarıstan  və Ukrayna sahillərində 65%, Aralıq dənizi sahillərində 60%-ə qədərdir.
                  Yuxarıda qeyd olunanlarla yanaşı iqlim komfortluğunda yay və qış turizm mövsümləridə ayrılır. Yay mövsümü üçün əsas göstəricilər kütləvi istirahətin təşkili ilə yanaşı, çimərliklərdən istifadə müddəti, iqlimlə müalicə imkanları nəzərə alınır. Bu baxımdan yay istirahət mövsümü üçün müəyyənləşdirilən iqlim komfortluğunun əsas göstəricilərinə aşağıdakılar aiddir :
             - Orta aylıq temperatur 18-23 dərəcə C, orta sutqalıq temperatur 20 dərəcə C.,  sutqalıq amplituda 12-15 dərəcə C-dən çox olmamalıdır.
             - Rütubətlənmə göstəriciləri 40-60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 20-30%-dən çox olmaması.
             - Küləyin surətinin 3-5 m/san. Çatması, 5 m/san-dən çox olan soyuq küləklərin təkrarlanmasının 20%-dən çox olmaması.
             - Çimərliklərdə dəniz suyunun temperaturunun 20-24 dərəcə C təşkil etməsi və 17 dərəcədən az olan temperaturun olmaması.
              Qış turizmin mövsümü idman tədbirləri və xizəklə gəzinti ilə bağlıdır. Burada qış turizmi üçün müəyyən edilən iqlim göstəriciləri aşagıdakı kimi dəyişir:
-       Qış mövsümündə qarın qalınlığının 30 sm az olmaması ;
-        Orta aylıq temperaturunun – 5-dən – 15 dərəcə C-yə qədər dəyişməsi.
Həmçinin qeyd olunan temperaturun mövsüm dövrünün 50%-dən çoxunu əhatə etməsi.
                    - güclü soyuq küləklərin təkrarlanmasının azlığı. Xüsusilə soyuq küləklərin surətinin 10-15 m/san-dən az olması.
                    İqlimşünaslar isti və soyuq diskomfort şəraitdə ayırırlar. İsti diskomfort şərait yuxarıda qeyd olunmuş iqlim elementlərindən yüksək olması ilə müəyyənləşir. Burada temperatur komfort .əraitindən 7-10 dərəcə C yüksək olması, komfort hədlərinə mane olan külək və rütubətlənmənin çoxluğu ilə müəyyənləşir.
                     Soyuq diskomfortda isə komfort temperstur hədlərinin 5-8 dərəcə C aşağı olması ilə müəyyənləşir. Soyuq diskomfort şərait yay aylarında temperaturun aşağı düşməsi ilə yanaşı rütubətlənmənin artması ilə də müəyyənləşə bilər.
                     İqlim komfortluğunun davam etmə müddətinin mövsümlər üzrə dəyişməsidə ondan turizm və istirahət baxımından istifadənin hədlərin müəyyən etmiş olur.Bu baxımdan onun davam etmə müddətinin öyrənilməsi turizm ehtiyatlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli sayılır. Buna görə də  kurortoloqlar iqlim komfortluğundan mövsümlər üzrə istifadə hədlərinin tətbiq olunmasın təklif etmişlər:
           □ Yay və qış turizm mövsümünün minimum 150 günə çatması. Burada 90 gün
                yay mövsümü, 60 gün qış mövsümü ayrılır. Belə ərazilərin turizm baxımından
                mənimsənilməsi orta əlverişli sayılır.
           □ Turizm və istirahət mövsümlərində iqlim komfortluğunun 180 günə çatması.
                Belə ərazilərin turizm baxımından əlveri.li sayılır.
           □ Turizm və istirahət mövsümündə iqlim komfortluğu maksimum 210-240 
                çatması. Berlə hava şəraitində ilboyu istirahət və turizmin təşkili mümkündür.
             Ümumiyyətlə dünyanın əksər iqlim rayonlarında komfort hədlərin təkrarlanması və ondan istifadə müddəti müxtəlifdir. Bu baxımdan insanların istirahəti və sağlamlığı üçün ən əlverişli iqlim şəraiti yariquraq xüsusiyyatlərə malik olan Aralıq dənizi iqlim rayonudur.
               Dünyanın məşhur iqlim kurortları və istirahət mərkəzləri Aralıq, Karib dənizi sahilləri, həmçinin Kaliforniya, Florida sahilləri, Avstraliya, Afrikanın cənub-qərbi, Braziliya, Cənubi və Cənub-Şərqi Asiyanın dəniz sahilləridir. Qeyq  olunan  ərazilərdə
 
 
Iqlim  komfortluğu  ilə  yanaşı, landşaft  ekzotikliyi  ilə  əhatə  olunması  onun  turizm  və rekreasiya əhəmiyyətin artırmış olur.
 
 
      İstifadə  olunmuş  ədəbiyyatın  siyahısı  :
 
     1.
     2.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                MÖVZU : 
            Milli Parkların rekreasiya-turizm ehtiyatı kimi
                               səciyyəsi
 
         Plan :
         1.
         2.
         3.
                   Milli Parkların turizmdə istifadəsi XX əsrin ortalarında Avropa ölkələrində ekoturizmin inkişafı ilə bağlı olmuşdur. Bu mərhələdə milli parklardan itifadə əsasən təbii mühitlə insanların qarşılıqlı əlaqəsi və ölkələrdə ekoloji tərbiyənin inkişafı ilə birbaşa əlaqəli olsa da XX əsrin 70-80-ci illərində Avropa ölkələri və Amerikada ekoturizm digər turizm növlərinə alternativ kimi formalaşması ilə əlaqədar mənimsənilməsinə başlanıb.
                      Milli parkların turizm baxımından araşdırması göstərir ki, onlar tək ekoturizm əhəmiyyəti kəsb etmir, eyni zamanda ətraf mühitin müxtəlifliyinin öyrənilməsində, turizmdə sakit istirahətin təşkilində  və  safari  turlarda istifadə  olunur. Milli Parklardan istifadə turizm ehtiyatından ətraf mühitlə birbaşa bağlı olduğu üçün aşağıdakı 3 amil nəzərə alınır :
1.     Turizm   və   istirahətin   inkişafına  əlverisli  şərait  yaradır ki, bu da
Milli Parklarda istifadə üçün müəyyən olunmuş  cığırları və müşahidə məntəqələrinin olması vacibdir.
2.     Təbiət  mənzərələrinə, maddi-mədəniyyət abidələrinə turizm fəaliy-
yəti zamanı dəyən ekoloji pozuntunun minimuma endirilməsinin təmin edilməsi. Bu məqsədlə ekoloji monitoringin aparılması, ətraf mühitə dəyən ziyanın ödənilməsi vacibdir.
3.     Milli parklarda turizm fəaliyyətinin ekoloji tərbiyə funksiyası yüksək
olduğuna görə əhalini kütləvi ekskursiya hərəkatına cəlb edən vasitələrindən sayılır.
                              Milli parkların turizm ehtiyatı kimi istifadənin məqsədi və vəzifələri aşağıdakılar :
1.    Təbii komplekslərin qorunması və ətraf mühitlə əlaqəli olan turizmi
həvəsləndirilməsi. Bu məqsədlə Milli Parkların ərazisində nadir bitki və heyvan nümunələrinin qorunması üçün xüsusi zonalar ayrılır.
2.    Əhalinin ekoloji maarifləndirilməsi, həmçinin elmi-təcrübi əhəmiyyət
Kəsb etməsi və ekoloji monitoringin keçirilməsi üçün əlverişli yer olması. Əhalinin kütləvi hissəsinin turizm hərəkatına qatılması üçün Milli Parkların imkanlarından istifadə olunur ki, bu da insanların ekoloji maarifləndirilməsində əhəmiyyətli rola malikdir. Milli Parkların elmi-təcrübi əhəmiyyət kəsb etməsi burada olan fauna və flora növlərinin həyat tərzini , yaşadığı  ətraf mühitin dəyişmələrinin öyrənilməsindən ibarətdir.
 
                              3. Dağıdılmış təbiət, tarixi abidələrin bərpası, həmçinin infrastrukturun yaradılmasından ibarətdir. Milli Parklar təbii və antropogen abidələrin bərpası ilə yanaşı, onlardan turizm məqsədilə istifadəyə imkan yaradır. Bu məqsədlə Milli Parklarda müvafiq infrastrukturlar yaradılır. Belə infrastrukter obyektlərə müşahidə məntəqələri, kiçik yerləşmə müəssisələrinin  təşkili, istirahət üçün yerlərin ayrılması  və  s.  daxildir.
                            4. Ekoloji monitoringin həyata keşirilməsi. Milli Parklar elmi-təcrübi əhəmiyyət kəsb  etdiyinə  görə onlarda müvafiq dövlət və beynəlxalq təşkilatlar tərəfindən monitorinqlərin təşkili mümkündür. Belə  monitorinqlərin aparılması Milli Parklarda olan fauna və flora növlərinin sayına, artım dinamikasına nəzarət etməyə imkan verir.
                              Milli parkların turizmlə bağlı məhdudlaşdırıcı funksiyası daha çox individual istifadənin üstünlüyü, turizm sənayesinə  aid ifrastrukturun tam təşkil olunması, mövcud təbii müxtəliflikdən istifadə zamanı onun dəyişilməsinə yol verilməməsidir. Milli Parklardan istifadənin individual xarakteri turist tələbatlarının müxtəlifliyi ilə bağlıdır. Belə ki, Milli Parklardan turizm məqsədilə istifadə də ekskursiya və dərk etmə turları üstünlük təşkil etdiyinə görə kütləvi turizm hərəkatında daha çox yararlanırlar.
                              Milli Parklarda turizmin təçkili baxımından məqsəd və vəzifələrindən asılı olaraq funksiyaları aşağıdakı qruplara ayrılır:
                 □ İstehlakçı tələbatına uyğun olaraq turizm məhsulunun hazırlanmasında
                           Milli Parklardan  istifadə.  Milli  Parkların  turizm  məhsuluna  salınması
                           yuxarıda  qeyd  olunduğu kimi dərk etmə turlarında üstünlük təşkil edir.
                           Bununla  yanaşı  əksər  qərb  ölkələrində  Milli  parklardan turməsulda 
                           Istifadənin əsas xüsusiyyətləri safari turların təşkili ilə bağlıdır. Bununla
                           yanaşı   Milli   Parkların   yaxınlığında   müxtəlif  istirahət  obyektlərinin,
                           əyləncə   müəssisələrinin  olması  ona  olan  tələbatı  artırır,  həmçinin
                           bütünlüklə turməsula daxil olmasına imkan verir.
                      □ İstehlakçı tələbatına uyğun olaraq Milli Parklarda müşahidə məntəqələ-
                           rinin olması, fotoovçuluq üçün şəraitin yaradılması. Milli parkın ərazi –
                           sində idarəetmənin səmərəliyini yüksəltmək üçün mövcud  ərazi daxi –
                           lində bir necə tematik planlar, fotoşəkillə əks olunan lövhələrin veril –
                           məsi vacibdir. Buna görə də Milli Parkların girişində onun fauna və flo-
                           ra aləmini əks etdirən fotoşəkillərin nümayiş etdirilməsi, müvafiq cığır-
                           ları göstərən kartoqrafik planın olması, təhlükələr haqqında informasi-
                           yanın  verilməsi  ondan  istifadə edən turistlərin rahatlığını təmin etmiş
                           olur.
 
 
 
              □ Tarixi-memarlıq abidələrinin tələb olunan səviyyədə qorunub saxlanılması,
                   həmçinin Milli Parkların ərazisində sanitar normalara əməl olunması. Milli
                   Parklarda təbii və antropogenehtiyatlar kompleks qorunduğuna görə onları
                   əvvəlki vəziyyətində bərpası turist maraqlarını artırmış olar.Milli Parkın da-
                   xilində olan tarixi-memarlıq abidələrindən istifadə norması müəyyənləşdiri-
                   lir ki,bu da turistlərin mövcud ehtiyatlardan səmərəli istifadəsinə imkan verir
           □ Milli Parkların ərazisində və onun yaxınlığında turizm infrastrukturunun sti-
                   mullaşdırılması üçün onların yaxınlığında olan torpaq sahələri icariyyə ve-
                   rilməklə investisiyalar  cəlb olunur. Bu da Milli Parkların bərpasına, onun
                   inkişaf etdirilməsinə şərait yaradır.
               □ Milli Parkların ehtiyatlarından səmərəli istifadə etmək üçün turist maşrutla-
                    rının  təşkilinin  onunla  əlaqələndirilməsi  mümkündür. Bu məqsədlə həm
                    də mövcud beynəlxalq və yerli turist maşrutlarına salınması kütləvi turiz –
                &nb