ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Bədən tərbiyəsi

Geniş başlıq mətni.

                              Basketbol oyununun yaranması və inkişafı.                                                                                                             Basketbol 1891-ci ildə (ABŞ) Massaçuusts ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysimit tərəfindən yaradılmışdır.1891-1918-cı illər basketbolun inkişafının birinci mərhələsi hesab olunur.Bu mərhələdə basketbol yeni oyun kimi püxtələşir.1894-cü ildə ABŞ-da ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başladı.Oyunun yaranması ilə onun texnikası və taktikası da formalaşdı.Topun qəbulu,ötürülməsi,aparılması və səbətə atılması kimi texniki fəndlər meydana gəldi.1919-1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur.1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası yaradıldı.Bu federasiyaya 8 ölkə                        (Argentina,Yunanıstan,İtaliya,Latviya,Portuqaliya,Rumıniya,İsveç və Çexislovakiya) daxil oldu.1935-ci ildə Cenevrədə  ilk dəfə Avropa çempionatı keçirildi.Basketbol komandalı oyundur.Hər komandanın heyyəti 12 oyunçudan ibarət olur,5 nəfər meydançada oynayır,7 nəfər isə ehtiyatda oturur.Oyun ölçüsü 26-14 metr olan hamar düzbucaqlı formasında olan meydançada keçirilir.Basketbol topunun çevrəsi 75-78 sm, çəkisi 600-650 qramdır.Müasir oyun dörd hissədən ibarətdir.Hər hissə 12 dəqiqə davam edir.Birinci  hissədə 2 dəqiqə,ikinci hissədə 15 dəqiqə,üçüncü hissədə isə 2 dəqiqə istirahət verilir.Bir komandanın topu 24 saniyədən çox özündə saxlaması qadağandır.Əgər bu vaxt ərzində komandanın oyunçuları topu halqaya atmırlarsa,top rəqib komandaya verilir.
 
                                     Bədii gimnastika
Bədii gimnastika idman növü kimi  XIX əsrdə formalaşmağa başlayıb.Bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Budapeştdə keçirilib.İdman növü kimi 1984-cü ildə Olimpiya Oyunlarının proqramına daxil edilib.Fransız fizioloq və pedaqoq Corc Demeni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında əhəmiyyətli rol oynayıb.Fransız pedaqoq Fransua Delsart (1811-1871) ifadəli hərəkət vərdişlərinin nəzəriyyəsinin hazırlanmasında böyük rol oynayıb.Ötən əsrin əvvəllərində digər fransalı alim Cak Dalkros tərəfindən təkmilləşdirilən bədii gimnastika sürətlə inkişaf etməyə başlayır.Ötən əsrin 50-ci illərindən idmanın bu növü artıq dünyada populyarlıq qazanır.
 Bədii gimnastika Azərbaycanda
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir.Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib.Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıb.Larisa Zebina,Lina Vinnikova,Svetlana Senatorova,Nina Hacıbəyli,Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır.
1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən I Ümumdünya gimnastika turnirində iştirak edib.Bu Azərbaycan gimnastlarının dünya arenasında ilk çıxışı idi.Lina 1965-ci ildə Bolqarıstanda keçirilən Tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanıb.”Burevestnik” idman cəmiyyətinin komandasının tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə “Miss Qrase” seçilib.
1984-cü il Olimpiya Oyunlarında sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşahidə olunub.Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina hesab olunurdu.Ən müxtəlif ümumittifaq yarışlarında yaxşı nəticələrə imza atan Yana Saplina 1985-ci ildə “Ümid Kuboku”na sahib olub.Yananın uğurlarını sonrakı illərdə Dinarə Nəbiyeva və Natalya Bulanova davam etdiriblər.
İkiqat Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995-ci ildə Antalyada (Türkiye) keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanıb.O,1996-cı ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçüncü yeri tutub.Beşqat Azərbaycan çempionu (1991-95)  Ntalya Bulanova da bir sıra beynəlxalq yarışlarda iştirak edib və “Miss Press” seçilib.
Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.Digər idman növləri ilə yanaşı bədii gimnastika da diqqətdən kənarda qalmayıb.Xüsusilə 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb.Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkədə gimnastika sözün əsl mənasında özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan gimnastika federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən beynəlxalq gimnastika federasiyasının Afinada keçirilən 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü il avqustun 7-11-də Azərbaycanda keçirilməsini qərara alıb.Yarışa hazırlığın səviyyəsi ilə yerindəcə tanış olmaq məqsədilə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Bueş, baş katibin müavini Andre Qaisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Eqle Abruzzenidən ibart nümayyində heyyəti 2003-cü ilin aprel ayında Bakıya gəlib. Qonaqlar səfər çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevlə görüşərək qarşılıqlı əməkdaşlıq və gələcəkdə görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Onlar daha sonra paytaxtın idman komplekslərinə baş çəkərək müasir tələblərə cavab verən qurğuların göstəriciləri ilə maraqlanıblar. Azərbaycanda bədii gimnastikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirən bədii gim-ka fede-nın rəhbər şəxsləri 2004-cü ildə dünya kuboku mərhələsinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq veriblər.
2003—Dünya kuboku.Azər-lı gimnast Dinarə Gimatova 3 mükafat qazandı:Biri gümüş və ikisi bürünc.Bununla da o, beynəlxalq arenada uğurlu çıxışlarının əsasını qoydu.Elə həmin il Gimatova Budapeştdə keçirilən dünya çempionatında çıxış edərək 2004-cü il Olimpiya Oyunlarına vəsiqə qazandı.
2004-Bakı dünya kuboku mərhələçinə yenidən ev sahibliyi etdi və bu dəfə Gimatova gürzlərlə hərəkətlər üzrə bir bürünc medal qazandı. Lakin aldığı ciddi zədə onun Olimpiadada çıxış etməsinə mane oldu və Gimatovanı Afinada 14-cü yeri tutan başqa gimnast-Anna Qurbanova əvəz etdi.
2005-Bakıda dünya kubokunda A kateqoriyasına malik AGF kuboku uğrunda yarış keçirildi.Həmin yarışda Dinarə Gimatova gürzlərlə və iplə hərəkətlərdə 2 gümüş medal qazandı.Elə həmin ilin payızında Azərbaycan müstəqil respublikanın tarixində və bütün postsovet məkanında ilk dəfə olaraq dünya çempionatını qəbul etdi. Ölkə fərdi yarışlarda üç gimnastla—Dinarə Gimatova, Anna Qurbanova və Vəfa Hüseynova, eləcə də ilin əvvəlində yaradılan qrup komandası ilə təmsil olundu.Komanda hesabında Azərbaycan 5-ci yeri tutdu.Gimatova və Qurbanova birinci onluğa daxil oldular,qrup kollektivi isə finala çıxdı və orada 5 lentlə hərəkətlərlə 8-ci yeri tutdu.
2007-Ötən dünya çempionatının yüksək təşkili Avropa çempionatının Azərbaycanda krçirilməsinə təkan verdi.Həmin yarışlarda azərbaycanlı gimnast Aliyə Qarayeva 2 medal qazandı.O,iplə hərəkətlərin yekununa görə Avropa çempionu oldu.D.Gimatova və A.Qurbanova ilə birlikdə komanda hesabında 3-cü yeri tutdu.Qızlar bu uğuru Patrosda keçirilən dünya çempionatında təkrarladılar. Onlar habelə Zeynəb Cavadlı komanda birinciliyində 3-cü yeri dutdu.Bundan başqa Aliyə Qarayeva, Dinara Gimatova və qrup komandası 2008-ci il Olimpiya Oyunlarına lisenziya qazandılar.
2008-Pekin Olimpiadası Azərbaycan bədii gimnastika tarixinə yeni səhifə yazdı.Aliyə Qarayeva özünü çoxnövçülük üzrə finalda sınadı və 6-cı yeri tutdu.Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay,Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorinadan ibarət qrup komandası finalda yarışdılar və 7-ci oldular.Gimatova 11-ci yeri tutdu.2008-ci ili Tokioda keçirilən klub dünya çempionatı başa vurdu.Ölkəni təmsil edən Aliyə Qarayeva, Zeynəb Cavadlı və yeniyetmə Samirə Mustafayevadan ibarət “Neftçi” komandası 3-cü yeri tutdu.
2009—Bakı ikinci dəfə Avropa çempionatına ev sahibliyi etdi.Bu dəfə Aliyə Qarayeva və Anna Qurbanova komanda hesabında ikinci yeri tutdular.Qurbanova fərdi yarışlarda topla hərəkətlərin yekununa görə bürünc mükafat, Səbinə Abbasova, Aelita Xələfova, Kamilə Məmmədova, Nigar Əbusəlimova, Yevgeniya Jidkova və Lalə Məhərrəmovadan ibarət yeniyetmələrin qrup komandası gümüş medal qazandı.Həmin ilin dünya çempionatı Azərbaycan gimnastikasında medallarla yadda qaldı.Aliyə Qarayeva, Anna Qurbanova,Zeynəb Cavadlı və Samirə Qurbanova yenidən komanda hesabında 3-cü yeri tutdular.Bundan başqa Qarayeva topla hərəkətlərdə tarixdə ilk dəfə olaraq çoxnövçülükdə 4-cü yeri tutdu.
2010—Bremendə keçirilən Avropa çempionatında Aliyə Qarayeva ilk dəfə olaraq çoxnövçülük yarışlarında mükafat qazandı—bürünc medal.Bundan başqa Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq yeniyetmələrin turnirində Lalə Yusifova topla hərəkətlərdə Avropa ikincisi oldu, Aliyə Paşayeva, Mənsurə Mehdiyeva, İradə Əhədzadə və Mədinə Həsənovadan ibarət yeniyetmələr qrupu 3-cü yeri tutdu.
Onun ardınca Moskvada keçirilən dünya çempionatı Aliyə Qarayeva üçün əsl zəfər oldu, əvvəlcə o, halqa, top və lentlə yarışda üç bürünc medal qazandı, daha sonra isə Anna Qurbanova və Samirə Mustafayeva ilə birlikdə ardıcıl üçüncü dəfə komanda hesabında bürünc mükafatçı oldu.
2011--əsas yarışlar Minskdə və Monpelyedə keçirilirdi.Belarus paytaxtındakı Avropa çempionatında Lalə Yusifova, Ayşə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Bağıyeva, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət yeniyetmələr qrupu yarışların bürünc mükafatçısı oldu.Fransadakı dünya çempionatında isə Aliyə Qarayeva ilk dəfə çoxnövçülük üzrə yarışlarda medal qazanaraq 3-cü yeri tutdu, eləcə də 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandı.
2012—Rusiyanın Nijni Novqorod şəhərində keçirilən Avropa çempionatında bədii gimnastika üzrə Azərbaycan yığması üç bürünc medal qazanıb.Çempionatda əsas diqqət növbəti yüksək reytinqini təsdiqləyən komandanın lideri Aliyə Qarayevaya yönəlmişdi və o, ən nüfuzlu nominasiyada—çoxnövçülükdə yenidən bürünc medal qazanmaqla uğura nail olub.Ölkənin gənc gimnastları da Avropa çempionatında özlərini Azərbaycan gimnastikasının gələcəyi kimi tanıtdılar.Gimnastlarımız Nülufər Niftalıyeva və Gülsüm Şəfizadə iki medal—halqa və lentlə qazanmaqla çox yaxşı nəticə göstərdilər.Komanda hesabında isə Nülufər Niftalıyeva və Gülsüm Şəfizadə, həmçinin Marina Durunda və Mənsurə Bağıyeva 5-ci yeri tutdular.
2014—ölkəmizdə bədii gimnastikanın inkişafında yeni mərhələ.Məhz bu ildə möhtəşəm Milli Gimnastika Arenasının açılışı və bədii gimnastika üzrə növbəti Avropa çempionatı keçirilmişdir.
Gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verir.Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrinidavam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli mövcuddur.Marina Durunda, Gülsüm Şəfizadə, Ayşən Bayramova, Jalə Piriyeva və başqaları bədii gimnastikanın böyüməkdə olan nəslinin nümayəndələridir.
Hazırda Azərbaycanda Bakı ilə yanaşıSumqayıtda,Gəncədə,Göyçayda,Qusarda,Ağdaşda,Naxçıvanda,Şirvanda,Kürdəmirdə,İsmayıllıda və Xırdalanda bölmələr açılıb və onlar uğurla fəaliyyət göstərir.
Digər gimnastika növləri ilə yanaşı bədii gimnastika Avropa Oyunlarında təqdim olunacaq.Qitənin ən yaxşı gimnastları 8 dəst medal uğrunda mübarizə aparacaqlar.
 
            Əsas gimnastika hərəkətlərinin qısa xarakteriskası
Gimnastika hərəkətləri pedaqoji prinsipinə görə dərəcələrə ayrılır yəni, onun həll etdiyi müvafiq məsələlərlə uyğunlaşır.Bu hərəkətlərin hamısı məşğul olanlara hərtərəfli təsir edir.Onları əsas istiqamətə müvafiq olaraq 2 qrupa bölmək olar.Başlıca olaraq ümumi fiziki inkişaf məsələlərini həll edən hərəkətlərə- ümumi inkişaf, əməli və sərbəst hərəkətlər və mütəhərrik oyunlar aiddir.Bunların metodik əsası – orqanizmə müntəzəm və ardıcıl olaraq təsir etmək məqsədi ilə eyni bir vaxtda fiziki yükü dəyişdirməklə bir neçə dəfə təkrarlamaqdadır.           Başlıca olaraq məşğul olanların hərəkət bacarıqlarının təkmilləşməsinə doğru yönəldilmiş, yəni öz bədənini və hərəkətlərini idarə etmək bacarığının tərbiyə edilməsinə aid olan hərəkətlərdir ki, bunlara da idman alətlərində hərəkətlər, akrobatika hərəkətləri, tullanmalar, sərbəst hərəkətlər və bədii gimnastika aiddir.Bu hərəkətlər qabaqcadan lazımi ümumi fiziki hazırlıq tələb edir.                                                          Gimnastikada sıra və cərgə hərəkətləri də köməkçi vasitə kimi istifadə olunur.Ümumi inkişaf hərəkətləri , qüvvə tələb edən hərəkətlər, ayrı-ayrı əzələ qrupları və oynaqlar üçün dartınma və boşalmaya aid hərəkətlərdən ibarətdir.Əməli hərəkətlərə yeriş, qaçış, atmalar, dırmanmalar, maneləri dəf etmək, sürünmək, canlı yükü qaldırmaq və daşımaq aiddir.Sərbəst hərəkətlər qolların, qıçların, gövdə və başın, addımların, tullanmaların, dönmələrin və həmçinin, müvazinətin, akrobatika və bədii gimnastika hərəkətlərinin müxtəlif birləşmələrindən ibarətdir.                                                                                                              Sərbəst hərəkətlərin əsas məqsədi məşğul olanların koordinasiya bacarıqlarını təkmilləşdirmək və inkişaf etdirmək, öz hərəkətlərini idarə etməyi öyrətməkdir.Sərbəst hərəkətlər gimnastikanın bütün növlərində, müxtəlif hazırlıqlı qruplarla məşğələlərdə keçirilən əsas hərəkətlərə aiddir.Sərbəst hərəkətlər xüsusi sərbəst hərəkətlərə və əşyalarla hərəkətlərə bölünür.Gimnastika dərslərində mütəhərrik oyunlar, estafetlər və bəzi idman oyunlarından istifadə olunur.                                Akrobatika hərəkətləri dinamiki hərəkətlərdən və azaldılmış qeyri-adi dayaqda statiki hərəkətlərdən ibarətdir.Bütün bu hərəkətlər qüvvə, sürət və cəldliyin inkişafına imkan yaradır.Akrobatika hərəkətləri döşəmədə icra olunduğu kimi xüsusi alətlərdə də icra olunur.         Gimnastikada cürbəcür tullanmalar -  sadə tullanma ipi ilə və başlıca olaraq dayaqlı tullanmalar tətbiq edilir.
 
                                   Gimnastika terminologiyası                                                                                                                                     Gimnastikada istifadə olunan fiziki hərəkətlərinin əksəriyyətinə həyatda rast gəldiyimizdən,təbiidir  ki,belə hərəkətlərin xüsusi adları yoxdur.Deməli,fiziki hərəkətlərin xüsusi terminologiyasını yaratmaq zəruriyyəti meydana çıxır.Terminologiya gimnastika nəzəriyyəsinin əsas bölmələrindən biridir.Terminologiya hərəkətlərinin məna və məzmununu təsvir edir,bu hərəkətlər haqqında ümumi anlayış yaradır.Terminologiya gimnastika hərəkətlərinin təsnifatı ilə sıx bağlıdır.Terminologiya olmadan gimnastikanın məzmununu açıb söyləmək,gimnastikanı elmi-nəzəri cəhətcə işləyib hazırlamaq,xüsusi ədəbiyyat yaratmaq,qabaqcıl təcrübəni ümumiləşdirib yaymaq,nəzəriyyəni inkişaf etdirib təkmilləşdirmək qeyri mümkündür.Gimnastika təlimi metodikasında da terminologiyanın əhəmiyyəti az deyildir.Hərəkətləri təşkil edən ünsürlərin adlarını bilmədən bu hərəkətləri öyrətmək,onların texnikasını izah etmək olmaz.İnsan fəaliyyətinin müxtəlif sahələrində və elmin ayrı-ayrı sahələrində xüsusi terminologiya yarardarkən çox zaman xarici  adlardan istifadə edir,bununla da beynəlmilər terminologiya yaratmağa                                                                                                                                                çalışırlar.Halbuki,terminologiya doğma dilin  ünsürləri lüğət fondu və qrammatika qanunları əsasında yaradılmalıdır.Yalnız belə olduqda idmançılar terminləri başa düşə bilər və gimnastika fiziki tərbiyənin kütləvi vasitəsinə çevrilər.                                                                                                       Başqa gimnastika sistemlərinə nisbətən “Sokol”gimnastika terminologiyası daha mükəmməl sayılırdı.Bu terminologiya icra edilən hərəkətləri qısa və dəqiq müəyyən etməyə imkan yaradır,hərəkətlərin böyük həcmini əhatə edirdi.Sovet gimnastikası inkişafının ilk dövrlərində terminologiya eklektik (bir-birinə zidd nəzəriyyə və baxışların mexaniki və prinsipsiz birləşməsi) xarekter daşıyırdı.Təcrübədə başlıca olaraq “Sokol”terminlərindən istifadə olu-     nurdu.Belə ki,akrobatika hərəkətləri üçün peşəkar sirk sənətindən götürülmüş terminlər,rəqs hərəkətləri üçün klassik balet terminləri,əməli hərəkətlər üçün hərbi nizamnamədən götürülmüş terminlər işlədilirdi.                                                   Müəyyən bir hərəkətin məzmunu haqqında ümumi də olsa təsəvvür yaradan terminlər daha əlverişli sayılır.Çünki gimnast,müəyyən terminlə işarə olunan hərəkəti icra edərkən,onda bu hərəkətin ünsürləri və prosesləri haqqında  adi təsəvvür  yaranır.Hərəkət adlarının quruluş qaydası əsas terminlərdən istifadə etməklə,hər hansı bir yeni hərəkətin, ya da təcrübədə məlum olmayan hərəkətin uyğunluğunu qısa və dəqiq müəyyən etməyə imkan verir.   Hər hansı bir gimnastika hərəkətini dəqiq təsvir etmək üçün onun hərəkətlərinin məzmununu və ardıcıllığını müəyyən etmək,onun ayrı-ayrı ünsürlərini xarekterizə etmək lazımdır.Təcrübi olaraq bu tələbatlar aşağıdakılardan ibarətdir.                                                                                                                                                                                                                          Çıxış vəziyyəti-hərəkət bu vəziyyətdən başlanır;çıxış vəziyyəti bədən,ya da qollar,qıçlar və s.hissələr üçün ayrıca göstərilməlidir.                                                                                                                                                                                                   Yollar-hərəkəti icra edən zaman bədən nahiyələrinin və bədənin hərəkət etdiyi istiqamətə görə yolları.                                                                                              Hərəkətin icra edilmə üsulu (hərəkətin forması)-yəni hərəkəti nə cür icra etmək lazımdır;sərbəst əzələləri süst hala gətirməklə ya gərgin,yellənməklə ya qüvvə ilə,yavaş sürətlə,səlis ya cəld,bükülü ya beli açaraq,bükülüb- açılaraq, bud          üstə və s.                                                                                                                                                                                             Ardıcıllıq-hərəkətlərin və ünsürlərin,həmçinin mürəkkəb ya da quraşdırılmış hərəkətlər birləşməsinin ardıcıllığı.                                                                                                                                 Son vəziyyət-hərəkətin icrası nəticəsində bədənin və onun ayrı-ayrı hissələrinin vəziyyəti.
 
 
 
 
 
 
 
 
 
 
                          ALƏTLƏRLƏ VƏ ALƏTLƏRSİZ  HƏRƏKƏTLƏR                                                
                                           ÜMUMİ  GÖSTƏRİŞLƏR.                                                                                                            Alətlərdə hərəkətlər idman gimnastikası üzrə aparılan məşqlərin məzmununun əsasını təşkil edir.Bu hərəkətlər öz müxtəlifliyi və sonsuz mürəkkəbləşmə imkanı sayəsində gimnastika yarışlarının proqramında da qabaqcıl yer tutur.  Bunlara sallanmalar və dayaqlarda hərəkətlər,bədənin alətə nisbətən müxtəlif vəziyyətləri və yerdəyişmələri daxildir.Hərəkətlər başlıca olaraq çiyin,çanaq-bud oynaqlarında və onurğa sütununda bədənin bükülüb-açılması ilə icra   olunur.Əsas alətlər bunlardır:turnik,paralel qollar(qadınlarda müxtəlif hündürlüklü qollar),həlqələr,dəstəkli idman atı.Yerdəyişmənin bütün başlıca üsulları bu alətlərdə icra olunur.                                                                                                        Alətlərdə hərəkətlərin başlıca məqsədi-hərəkətləri bir-birinə uyğunlaşdırmaq bacarığını inkişaf etdirmək və təkmilləşdirməkdir.Alətlərdə hərəkətlərin köməyi ilə dayağın adət edilməmiş və müxtəlif şəraitlərində öz bədəninə və hərəkətlərinə sahib olmaq bacarığı tərbiyə olunur.Alətlərdə hərəkətlər insanın bütün orqanizminə səmərəli təsir göstərir.Bu hərəkətlər gövdə,qollar və çiyin qurşağı əzələlərinin inkişafına imkan yaradır,tənəffüs və qan dövranı orqanlarını inkişaf etdirir və möhkəmləndirir.                                                                                                                                           TURNİKDƏ HƏRƏKƏTLƏR:Turnikdə bütün quruluş qruplarının hərəkətlərini icra etmək olar.Bu alətdə fırlanmalar və bükülüb-açılaraq icra olunan hərəkətlər daha çoxdur.Turnikin hündürlüyünü dəyişmək mümkündür.Bu da,məlum olan hərəkətlərin yolunu öyrənməyə imkan verir.Müxtəlif tutmalar (üstən tutmaq,altdan tutmaq və əksinə tutmaq) isə hərəkətləri asanlaşdırmağa və mürəkkəbləşdirməyə imkan verir.Turnikdə hərəkətlər ön-arxa istiqamətdə icra olunur.Bu zaman turnikin boynu,bir qayda olaraq fırlanma oxuna çevrilir.Buna görə turnikdə yellənmə hərəkətlərini icra edərkən əmələ gələn mərkəzdənqaçma qüvvəsi başqa alətlərdə olduğundan xeyli böyükdür.Belə ki,məsələn, böyük dövrləri icra edərkən alətə düşən yük,gimnastın üç qat artırır.Duraraq,uzanaraq və oturaraq sallanma hərəkətləri başlıca olaraq əsas gimnastikada tətbiq olunur.Turnikdə bu cür yellənmə üsulları vardır:bükülüb-açılmalarla,  diz bükümündə sallanmaqla,dayaqda və sallanmada.                                                                                                                                 Paralel qollarda əsas hərəkətlər eninə dayaqda icra olunur.Gimnastın bədəni alətin daxilində sərbəst olur.Bu da başqa alətlərə nisbətən yellənmə hərəkətlərinin daha dəqiq istiqamətini tələb edir.Gimnastın eninə vəziyyəti tut-  manı asanlaşdırır.Alətin qollarının xeyli uzunluğu isə alətdə hərəkətin icrasını asanlaşdırır.Kişilər üçün əsas hərəkətlər  orta hündürlüklü qollarda,qadınlarda isə müxtəlif hündürlüklü qollarda icra olunur.                                                                                Həlqələr-gimnastın hərəkətindən asılı olaraq sərbəst yerdəyişən mütəhərrik konstruksiyadır.Gimnastın və ya onun bədəninin ayrı-ayrı hissələri yerdəyişmə vaxtı,həlqələr çıxış vəziyyətdən çıxır.Bu əyilmə həişə gimnastın hərəkət etdiyi tərəfin əksinə yönəldilir.Belə ki,məsələn ,irəliyə yellənməni icra edəndə həlqələr,qollar və çiyin qurşağı arxa- ya,irəliyə yellənmədə isə irəliyə yerini dəyişdirir.                                         
                                                   Gimnastikanın növləri.                                                                                                                                 Gimnastika hərəkətlərinin çoxlu miqdarda və cürbəcür olması müxtəlif profilli kollektivlər üçün onun tətbiq edilməsi təcrübəsi gimnastikanın nisbətən ayrı-ayrı sərbəst növlərinin inkişafı üçün zəmin yaratmışdır.Hal-hazırda    gimnastikaya-əsas gimnastika,idman gimnastikası,bədii gimnastika,aerobika və akrobatika daxildir.                                           Əsas gimnastika-buraya sıra və ümuminkişaf hərəkətləri,alətlərdə hərəkətlər,tullanmalar və akrobatika hərəkətləri  daxildir.                                                                                                                                                                                                                           İdman gimnastikası-buraya qadınların çoxnövçülüyü (dayaqlı tullanmalar,müxtəlif hündürlüklü hərəkətlər,tir və sərbəst hərəkətlər),kişilərin çoxnövçülüyü (dəstəkli at,həlqələr,turnik,sərbəst hərəkətlər,paralel qollar və dayaqlı tullanmalar) daxildir.İdman gimnastikası olimpiya növü hesab olunur.                                                                                                   Bədii gimnastika-buraya alətlərlə (top,gürz,bulava,gimnastika ipi,lent) yerinə yetirilən rəqs xüsusiyyətli hərəkətlər daxildir.Bədii gimnastika qadınların olimpiya növüdür.                                                                                                                                             İdman gimnastikası-özündə dörd qrup hərəkətləri:akrobatika tullanmalarını,cüt (kişi və qarışıq) qrup ilə hərəkətlər,  həmiçinin batutda tullanmalar daxildir.                                                                                                                                                               Akrobatika-buraya kişi və qadın cütlüklərinin,üçlüklərin,qarışıq(kişi və qadından ibarət) cütlüklərin və tək idmançıların musiqinin müşayiəti ilə icra etdikləri rəqs və qüvvə xüsusiyyətli hərəkətlər daxildir.                                                                                     Bədənin əyilmə qabiliyyəti-gövdənin və ətrafların hərəkət amplitudasını müəyyənləşdirən,bədənin struktur elementlərinin (əzələ,birləşdirici toxumalar,bağlar,oynaqlar) elastik dartınma xüsusiyyətidir.                                                                    Orqanizmin bu qabiliyyətini metodiki cəhətdən düzgün yerinə yetirilən,məqsədli hərəkətlərin köməyi ilə 13-14 yaşa kimi inkişaf etdirmək mümkündür.                                                                                                                                                Bədənin əyilmə qabiliyyətinin inkişaf etdirilməsi məqsədi ilə istifadə edilən vəsaitlər aşağıdakı qrup hərəkətlərinə bölünür:                                                                                                                                                                                                   -fərdi,qruplarla yerinə yetirilən dinamik,daha çox holaylanma,yellətmə hərəkətləri;                                                                                                                                                -cütlükdə icra olunan statik və qeyri-fəal (yoldaşının və ya müəllimin köməyi ilə icra edilən) hərəkətlər;                                                                                                                -alət və avadanlıqlardan istifadə etməklə dartınma,fırlanma,dönmə,yellənmə hərəkətləri.                                                                                                                              Bədənin əyilmə qabiliyyətinin inkişafı üçün hərəkətlər müəyyən ardıcıllıq və metodiki tələblərə riayət olunmaqla yerinə yetirilməlidir.İlk növbədə oynaq-bağ aparatını və əzələləri kifayət qədər “qızışdıran”dinamik hərəkətlər icra olunur.Yalnız bundan sonra qeyri-fəal (kənar köməklə) və statik hərəkətlərin icrası məqsədəuyğundur.Bu zaman dinamik,qeyri-fəal və statik hərəkətlər müəyyən nisbətdə icra olunmalıdır.Dinamik hərəkətlərin icrası fəal əyilməni 19-20 faiz,  statik hərəkətlər isə 10-15 faiz artırır.Hərəkətlərin seçilməsi zamanı nəzərə almaq lazımdır ki,dərs və məşğələlərdə bədənin əyilmə qabiliyyətinin inkişafı üçün istifadə olunan ümumi hərəkətlərin 40 faizi dinamik,20 faizi  isə statik xüsusiyyətli olmalıdır.                                                                                                                                                        Beynəlxalq Gimnastika Federasiyası (FİJ) 1881-ci ildə yaradılmışdır.Gimnastika idman növü kimi 1896-cı ildə keçirilən birinci olimpiya oyunlarının proqramına daxil edilmişdir.Azərbaycan Gimnastika Federasiyası 1993-cü ildə təsis edilmişdir və həmin ildə də Beynəlxalq Gimnastika Federasiyasının (FİJ) və Avropa Gimnastika Federasiyasının (FEJ) üzvü olmuşdur.2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə mühüm inkişaf başlandı.Azərbaycan gimnastlarının müxtəlif miqyaslı beynəlxalq yarışlarda uğurla çıxış etməsi ilə yanaşı,ölkəmizdə də mötəbər gimnastika yarışları həyata keçirilməyə başladı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                İDMANIN TARİXİNDƏN                                                                                                                                                      Fiziki hərəkətlərdən istifadənin tarixi olduqca qədimdir.İnsan yarandığı gündən qida əldə etmək,özünü müdafiə etmək məqsədi ilə fiziki hərəkətlərdən istifadə etmişdir.İlk insan cəmiyyəti üçün qaçmaq,tullanmaq,çevik və güclü  olmaq həyat əhəmiyyətli bir zərurət idi.Bu qabiliyyətlərə malik olmayanlar sadəcə olaraq yaşamaq imkanlarını itirmiş olurdular.İnsan cəmiyyəti inkişaf etdikcə yuxarıda qeyd olunan qabiliyyətlər üzrə insanların yarışmasına ehtiyac yaranmış oldu.Dünya tarixində qədim Yunanıstanda yaranan ilk Olimpiya Oyunları bu ehtiyacın reallaşmasının təntənəsi idi. Qədim dünyanın ilk Olimpiya Oyunları b.e.ə. 776-cı ildən başlayaraq 4 ildən bir keçirilirdi.Bu yarışlar idman və mədəniyyət bayramı idi.Çünki burada idmançılarla yanaşı şairlər,natiqlər,musiqiçilər yarışardılar.Bu yarışların proqramına müxtəlif fiziki hərəkətlər daxil edilirdi.Bunlardan ən çox populyarlıq qazanan pentatlon idi.Buraya qaçış,uzunluğa tullanmaq,nizə və disk atmaq,güləş daxil edilirdi.Lakin yarışların proqramında yumruqla döyüş,at çapmaq və at arabaları (döyüş arabaları) ilə yarışmalara da rast gəlmək olur.Hər bir növdə qalib gələnə zeytun budağı və dəfnə yarpağından hazırlanmış çələng verilir,onun şərəfinə yaşadığı yerdə büst qoyulur,şəkli metal pulların üzərinə həkk edilirdi.Yarışlar çox ciddi nəzarət və qaydalara müvafiq keçirilirdi.Burada qaydaları pozan,yolverilməyən üsullardan istifadə edən və bununla rəqibə zədə vuran atletlər cəzalandırılır və ya yarışdan qovulurdular.Qədim Olimpiya Oyunları 1100 il ərzində keçirilmiş və yalnız romalıların yunan torpaqlarını işğal etdikdən sonra dayandırılmışdır.Roma imperatoru I Feodosiy yarışların keçirilməsini qadağan etmiş,əsas idman qurğuları məhv edilmişdir.Müasir Olimpiya Oyunlarının tarixi 23 iyun 1894-cü ildən başlayır.Bu hərəkatın başlanmasının təşəbbüskarı fransız Pyer de Kuberten olmuşdur.O həyatının böyük bir hissəsini olimpiya hərəkatının genişlənməsi kimi müqəddəs bir işə həsr etmişdir.Hazırda 23 iyun dünya ölkələri tərəfindən Beynəlxalq Olimpiya günü kimi qeyd olunur.İlk müasir Olimpiya Oyunları bu hərəkatın vətənində-Yunanıstanda 1896-cı ildə keçirilmişdir.Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycan Respublikası ilk dəfə müstəqil ölkə kimi 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olundu.Bu yarışlarda 197 ölkədən 10788 idmançı iştirak edirdi.Azərbaycan idmançılarının Atlanta Olimpiadasına hazırlığına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsən nəzarət edirdi.Ümummilli lider idmançıların beynəlxalq yarışlarda əldə etdiyi uğurlara yalnız idmanın nəticəsi kimi deyil,həm də müstəqilliyini yenicə bərpa etmiş ölkənin beynəlxalq aləmdə tanıdılmasının siyasi vasitəsi kimi baxırdı.”Sizin nailiyyətləriniz eyni zamanda böyük siyasi xarakter daşıyır,dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir...” (1995,30 dekabr). Olimpiya Oyunlarına hazırlığın sistemli həyata keçirilməsini yerinə yetirmək məqsədi ilə 1995-ci ilin fevral ayında “1996-cı ildə ABŞ-da keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı imzalandı. Bu Olimpiadada iştirak Azərbaycan idmanının bu yolda uğurla yüksəlişə,qələbələrə doğru irəliləməsi üçün xüsusi önəm daşıyırdı.Gələcək uğurlarımızı ümummilli lider uzaqgörənliklə hiss etmişdi: “İlk dəfədir ki,dünya Olimpiya Oyunlarında Azərbaycan yığma komandası iştirak edir.Mən heç şübhə etmirəm ki,gələn Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox,keyfiyyətcə daha yüksək olacaqır.Çünki xalqımız,millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan bir xalqdır,millətdir.Fiziki sağlamlıq və fiziki güc,mənəvi sağlamlıqla bərabər,Azərbaycan xalqına,millətinə xas olan xüsusiyyətdir.Amma bu xüsusiyyət bizim daxilimizdə qalıbdır.Keçmiş dövrlərdə də,əsrlərdən əsrlərə pəhləvanlarımız da,güləşçilərimiz də,oxatanlarımız da fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdiriblər.Ancaq məlum səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb,dünya miqyasına çıxmayıblar.İndi isə xalqımızın,millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq.Bu böyük hadisə,böyük nailiyyətdir.Şəxsən mən bununla fəxr edirəm.Hesab edirəm ki,Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var.”     
 
 
                            Fiziki hərəkətlərin orqanizmə təsiri
İnsan orqanizmi dayaq-hərəkət,ürək-damar,sinir,endorkin,həzm,tənəffüs,ifrazat sistemlərindən ibarətdir.Bu sistemlərin hər biri orqanizmin funksional tamlığını təmin etmək üçün birgə,qarşılıqlı fəaliyyət göstərməlidirlər.İnsan sağlamlığı müxtəlif funksional sistemlərin ahəngdar işindən bilavasitə asılıdır.Hərəki fəaliyyət orqanizmin bütün sistemlərinin işinə və onların inkişafına müsbət təsir göstərir.    Dayaq hərəkət aparatı skelet və əzələlərdən ibarətdir.İnsanın skeleti bir-birinə bağ və əzələ lifləri ilə oynaqlar vasitəsi ilə bərkidilmiş 200-ə qədər sümükdən ibarətdir.Hərəki fəaliyyət zamanı yerinə yetirilən müxtəlif intensivlikli və təyinatlı fiziki yükün təsirindən əzələlərin en kəsiyi qalınlaşır və inkişaf edir.Oynaqları bir-birinə birləşdirən bağlar möhkəmlənir,dayaq aparatı inkişaf edir və elastikliyə malik olur.                                                                                                                        Əzələ sistemi insanın bütün hərəkətləri əzələ təqəllüsü nəticəsində təzahür etdirilən qüvvə hesabına baş verir.Dayaq aparatında ayrı-ayrı sümük və oynaqlar əzələ sistemi vasitəsi ilə birləşərək dayaq-hərəkət aparatını formalaşdırır.Əslində orqanizmin əzələ sistemi skelet və oynaqların hansı vəziyyətdə yerləşməsini müəyyən edən əsas amildir.Əzələ sistemində olan qeyri-mütənasiblik və hər hansı əzələ qruplarının zəif inkişaf etməsi sümüklərin düzgün yerləşməməsinə,beləliklə də insan qamətində daxili orqanlara mənfi təsir göstərə biləcək qüsurların yaranmasına səbəb olur.                                                                                                                                                                 Qamət orqanizmin dayaq-hərəkət aparatı və əzələ sistemi əsasında bədənin formalaşmış vəziyyətidir.Göründüyü kimi qamət fiziki hərəkətlərin təsiri altında dəyişdirilə,inkişaf etdirilə,formalaşdırıla bilən iki anatomik sistemdən:əzələ və dayaq aparatından ibarətdir.Başqa sözlə,fiziki hərəkətlərin təsiri ilə əzələ sistemində dəyişikliklərə,inkişafa nail olmaqla qamətin arzu olunan formasını əldə etmək mümkündür.Xüsusi qeyd etmək lazımdır ki,ümumtəhsil məktəblərində şagirdlərdə düzgün olmayan vəziyyətdə uzun müddət oturmaq,uzanmaq,yerimək və eyni zamanda bədənin müəyyən nahiyələrində zəif əzələlərin olması qamətdə xeyli sayda qüsurların yaranmasına gətirib çıxarır.Bu da öz növbəsində şagird sağlamlığına mənfi təsir göstərir.Belə halların aradan qaldırılmasının əsas yolu şagirdlərin qamətində mümkün qüsurların əvvəlcədən müəyyən olunması və onların aradan qaldırılması üçün fiziki hərəkətlərdən istifadə edilməsidir.                                                                                    Qan-damar sistemi ürək və qan damarlarından ibarətdir.Maddələr mübadiləsinin baş verməsi ürəyin fəaliyyətindən asılıdır.Ürək əzələsinin təqəllüsü nəticəsində oksigen və qida maddələri ilə zənginləşmiş qan damarlar vasitəsi ilə orqan və toxumalara çatdırılır.Ürək nə qədər yaxşı işləyərsə orqanizm bir o qədər oksigenlə keyfiyyətli təmin olunur,maddələr mübadilə məhsullarından və karbon qazından azad olur.Saatlarla yazı masasının arxasında oturmaq televizor və koppyuterə baxmaq,hərəkətsizlik böyüyən orqanizm üçün olduqca ziyanlı təsirə malikdir.Qan-damar sistemi hərəkətsizliyə çox tez reaksiya verir.Nəticədə ürəyin,damarların və daxili orqanların fəaliyyəti pozulur.Orqanizmin iş qabiliyyəti aşağı düşür.Şagirdlərin əqli fəaliyyət prosesi pisləşir.Fiziki hərəkətlərin sistemli icrası qan-damar sisteminə müsbət təsir göstərir.Bu sistem daha qənaətcil işləməyə başlayır.Ürək əzələləri qalınlaşır,çəkisi artır,ölçüsü böyüyür.Yeriş,kross qaçışı,orta və uzaq məsafələrə qaçışlar,turist gəzintiləri qan-damar sisteminə əhəmiyyətli təsir göstərir.                                                                                                                                               Sinir sistemi mərkəzi və ətraf olmaqla iki qrupa bölünür.Mərkəzi sinir sisteminə baş və onurğa beyni aiddir.Ətraf sinirlərə isə sinir lifləri,sinir hüceyrələrini birləşdirən sinirlər,həmçinin insan orqanizmindəki bütün sinir hüceyrələri daxildir.Sinir sistemi şərti olaraq hərəkət-aparatını tənzimləyən somatik və daxili orqanların işini,maddələr mübadiləsinin gedişini tənzimləyən vegetativ sinir sisteminə bölünür.Fiziki hərəkətlərin,oyunların açıq havada icrası ümumilikdə şagirdlərin sinir sisteminə müsbət təsir göstərir,digər tərəfdən ümumtəhsil məktəblərinin kurikulumunda inkişafı nəzərdə tutulan dinamik,statik müvazinətlərin,koordinasiyanın məqsədli inkişaf etdirilməsi şagirdlərin sinir sisteminə,onun inkişafına yönəlmiş vasitə kimi nəzərdə tutulmuşdur.                                                                     Tənəffüs sistemi orqanizmin oksigenlə təchizində və karbon qazının orqanizmdən xaric edilməsində iştirak edir.Tənəffüs sistemində ağ ciyərlər əhəmiyyətli rol oynayır.Məhz ağ ciyərin alveolarında qazların mübadiləsi (qanın hemoqlabində olan dəmir ionlarının hesabına oksigenin hemoqlabinə birləşməsi və karbon qazının xaric olunan havaya ötürülməsi) baş verir.Fəal hərəki fəaliyyət,sistemli məşğələlər ağ ciyərin həyat tutumunun artmasına,qazların mübadiləsi mexanizminin təkmilləşməsinə şərait yaradır.                                                                            Endokrin sistemi orqanizmin bütün hüceyrə və liflərinin funksiyasının tənzimlənməsində iştirak edir.Müxtəlif daxili sekrasiya vəzləri ilə orqanizmin endorkin sistemi xüsusi kimyəvi maddə-hormonlar hazırlayır və qana ifraz edir.Bu hormonlar orqanizmin böyüməsini,cinsi yetişkənliyi,fiziki və psixi inkişafı sürətləndirə və dayandıra,maddələr və enerji mübadiləsini,daxili orqanların fəaliyyətini tənzimləmək iqtidarındadır.Fiziki hərəkətlərin icrası,oyunlar,intensiv fiziki iş və s. orqanizmin daxili sekresiya vəzlərinin qanla təchizini yaxşılaşdırdığı və bununla da həmin vəzlərin hormon ifrazı işini optimallaşdırdığı üçün ümumilikdə endokrin sisteminə müsbət təsir göstərmiş olur.                                                                                                                                                                                                      İfrazat sistemi orqanizmi parçalanma məhsullarından təmizləyir,artıq suyu orqanizmdən xaric edir.Bu işdə böyrəklər və tər vəzləri olduqca böyük rol oynayırlar.Fiziki hərəkətlərin təsirindən ifrazat sistemi orqanizmin təmizlənməsinə daha fəal şəkildə qoşulur.Qan dövranının sürətlənməsi,işlək orqanlarda,əzələlərdə hərarətin yüksəlməsi,ümumilikdə,ifrazat sisteminin işini daha da canlandırır.Tər ifrazı artır,bərpa prosesi sürətlənir.                                                             
 
                                      Orqanizmin möhkəmləndirilməsi                                                                                                       Orqanizmin xarici mühitin təsirinə qarşı dayanıqlılığı fərdi xüsusiyyətlərlə yanaşı vaxtında və düzgün aparılmış xüsusi sağlamlaşdırıcı tədbirlərdən asılıdır.Buraya ilk növbədə fiziki hərəkətlərin icrası və orqanizmin möhkəmləndirilməsi daxildir.                                                                                                                                                               Orqanizmin möhkəmləndirilməsi – orqanizmin dayanıqlılığının və genetik müdafiə mexanizminin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər sistemidir.Bu tədbirlər sisteminin tətbiqi orqanizmin bir sıra amillərə uyğunlaşmasını təmin edir.Buraya sutkalıq mövsümü,temperatur dəyişiklikləri,yerin maqnit və elektrik sahəsinin təsirləri daxildir.Bu təsirlər orqanizmin gemostazında kəskin dəyişikliyin olmasına yol verməməlidir.                                                                                                        Gemostaz – orqanizmin daxili sisteminin sabitliyidir (nəbz,tənəffüs,arteriyal təzyiq və digər funksional göstəricilər).Dayanıqlığı yüksək olan orqanizmdə ətraf mühitin şəraitinin kəskin dəyişməsi orqanizmin daxili orqanların fəaliyyətində ciddi pozuntulara gətirib çıxarmır,orqanizm xəstələnmir.                                                                    Xüsusi qeyd etmək lazımdır ki,orqanizmin möhkəmləndirilməsi və bu zaman fiziki hərəkətlərdən,hava,su,günəş vannalarından istifadə evdə və təhsil müəssisələrində sistemli olmaqla həyat tərzinə çevrilməlidir.Həyatda orqanizmin müdafiə mexanizmi və müdafiə mexanizminin kompensasiyası anlayışları mövcuddur.Yəni,müəyyən insanlara sadəcə olaraq öz sağlamlığını müəyyən səviyyədə saxlamaq,digərlərinə isə bu səviyyəni inkişaf etdirmək zəruridir.Başqa sözlə orqanizmin müdafiə mexanizmi və onun kompensasiyası genetik olaraq müəyyənləşdirilmiş bir amildir.Yəni,əvvəlcədən orqanizmi möhkəm müdafiə mexanizminə malik insanlar doğulurlar.Lakin orqanizmin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin icrası zamanı müxtəlif müdafiə mexanizminə malik insanların olduğu diqqət mərkəzində saxlanılmalıdır.Bu səbəbdən də orqanizmin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin icrası müəyyən mərhələlərdə həyata keçirilməlidir:                                                                                                                                   1.Uşaq orqanizminin fiziki inkişafı və funksional vəziyyətinin diaqnostikası.                                                                                      2.Orqanizmin möhkəmləndirilməsi vasitələrinin seçilməsi.                                                                                                          3.Vasitələrdən istifadə olunması metodunun müəyyənləşdirilməsi.                                                                                           4.Sağlamlaşdırıcı vasitələrdən istifadənin gedişinə sistemli nəzarətin təmin olunması.
                 
 
 
 
                             SÜRƏT QABİLİYYƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ.                                                                                                                             Sürət qabiliyyətinin inkişafı üçün ilk növbədə atletika idmanına daxil olan növlərin hərəkətlərindən,daha çox sprint qaçışına aid müxtəlif təyinatlı hərəkətlərdən istifadə olunur.                                                                                                                          Atletika—yeriş,qaçış,tullanmalar,atmalar və çöxnövçülüyü özündə birləşdirən idman növüdür.Atletika növlərinin əksəriyyəti qədim Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.Müasir Olimpiya Oyunlarının proqramında isə  kişilərin və qadınların mübarizə apardıqları 40-dan çox atletika növü vardır.Atletika hərəkətləri digər idman növləri üzrə ixtisaslaşan idmançılar üçün hazırlıq vasitəsi kimi geniş istifadə olunur.Eyni zamanda bu hərəkətlər ümumtəh-  sil məktəblərində şagirdlərin fiziki hazırlığının artırılması məqsədi ilə dərs prosesində tətbiq edilir.Atletikanın bir idman növü kimi bütün dünyada təbliği,müxtəlif miqyaslı yarışların təşkili və keçirilməsi,bu növün inkişaf perspektivləri Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası (İAAF) tərəfindən həyata keçirilir.Bu təşkilat 1912-ci ildə təsis edilmişdir.Hal-hazırda dünyanın 204 ölkəsi bu təşkilatın üzvüdür.Azərbaycan Atletika Federasiyası 1992-ci ildə təsis olunmuş və həmin ildə Atletika Federasiyası Beynəlxalq Assosiasiyasının və Avropa Atlrtika Assosiasiyasının üzvü olmuşdur.
 
                                                    Yüngül atletika                                                                                                                      Yüngül atletika idmanın ən qədim və geniş yayılmış növü hesab edilir.Arxeoloji,ədəbi və başqa qaynaqlar göstərir ki,hələ Qədim Misirdə və digər yerlərdə qaçış yarışları keçirilmişdir.Disk tullama ilə isə üç min il bundan əvvəl məşğul olmuşlar.Qədim Olimpiya Oyunlarında  qaçış,uzununa tullanma və tullama yarışları keçirilmişdir.Yüngül atletika bu gün bizim gördüyümüz şəkildə XIX əsrdən etibarən inkişaf etməyə başlamışdır.Qədimlərdə olduğu kimi,o indi də Olimpiya Oyunlarının ən əsas idman növüdür.Bir çox ölkələrdə idmanın bu növü atletika (yunanca “atlesis” – “mübarizə”) adlanır.Lakin artıq XIX əsrdən Avropanın bir çox ölkələrində yüngül atletika adı işlədilməyə başlanıb.Bu ad onu ştanqla,girlə təmrinlərin,boksun və güləşin daxil olduğu ağır atletikadan fərqləndirmək zərurətindən yaranıb.Lakin bu cür bölgü çox şərtidir;belə ki,uzaq məsafələrə qaçış və ya çoxnövçülük güləşdən,boksdan az qüvvə və dözümlülük tələb etmir.Yüngül atletikaya qaçış,idman yerişi və tullama daxildir.   
                                                     Qaçış                                                                                                                                    Qaçış ən qədim və geniş yayılmış idman növlərindən biridir.Yaxın məsafələrə (60-100-200-400 m) qaçış orta və uzaq məsafələrə qaçışdan fərqlənir.”Start” komandası üçün start dayaqlarından istifadə edilir.”Diqqət!” komandasında idmançı irəli əyilir və bədənin ağırlığını əlləri üzərinə salır.”Start” işarəsindən (atəşdən vəya “İrəli!” komandasından) sonra idmançı dərhal və böyük sürətlə irəli sıçrayır.Startın əvvəlində o irəli əyilmiş vəziyyətdə olur və yerə ayaq pəncəsinin yalnız bir hissəsi dəyir.Getdikcə idmançı qamətini düzəldir,addımlarının uzunluğunu artırır (idman ustalarının qaçış zamanı addımlarının uzunluğu 2,5 m-ə çatır).Qaçışın sürəti addımların tezliyindən (dəqiqədə 250 addıma qədər) və uzunluğundan asılıdır.Qaçışda orta məsafələr bunlardır: kişilər üçün 2000 m-ə qədər; 17-18 yaşlı oğlanlar üçün 1500 m-ə qədər; 15-16 yaşlı oğlanlar üçün 1000 m-ə qədər;17-18 yaşlı qızlar üçün 800 m-ə qədər və 15-16 yaşlı qızlar üçün 500 m-ə qədər.Kişilər arasında uzaq məsafəyə (3-5-10 km) qaçış və marafon qaçışı (42 km 195 m) yarışları da keçirilir.Marafon qaçışının maraqlı tarixi vardır.E.ə.490-cı ildə Marafon kəndi yaxınlığındakı döyüşdə yunanlar farslar üzərində qələbə çalırlar.Yunan sərkərdəsi Miltiad bu şad xəbəri Afinaya çatdırmaq üçün bir qasid göndərir.Bu qasid onun ən yaxşı döyüşçülərindən biri olan Fidippid idi.Miltiad ona əmr edir ki,o bütün yolu dayanmadan qaçsın.Qasid Afinaya çatır,”Sevinin,qələbə çaldıq!” deyə qışqırır və elə oradaca yıxılaraq ölür.Onun ürəyi bu cür fiziki gərginliyə hazır deyilmiş.Xüsusi məşq keçmiş idmançı isə bundan da artıq məsafəyə qaça bilər.1896-cı ildə Olimpiya Oyunları yenidən keçirilməyə başlayanda bu oyunların proqramına marafon qaçışını da daxil edirlər.Afinadakı bu birinci oyunlar zamanı marafonçular əfsanəvi qasidin Marafondan Afinaya qədər qət etdiyi yol uzunluğunda (40,2 km) məsafəyə qaçırlar.Lakin zaman keçdikcə marafon qaçışının məsafəsi 42 km 195 m-ə qədər artırılır.                                                                                                                                               Orta məsafələrə və uzaq məsafələrə (stayer) qaçış yüksək startla başlayır.Kişilərin addımlarının uzunluğu 215 sm-ə qədər,templəri dəqiqədə 185 addıma qədər olur.Qısa,orta və uzaq məsafələrə qaçış stadionların 400 metrlik qaçış cığırlarında saat əqrəbi hərəkətinin əksi istiqamətində,marafon qaçışları yarışları isə şose yollarında keçirilir.Qaçış yolu meşədən,çöllükdən,dərələrdən,çaylardan və s.-dən keçdikdə isə belə qaçış kross adlanır.Stadionların qaçış cığırlarında 80,100,110,200 və 400 m məsafələrə maneələri aşmaqla qaçış yarışları da keçirilir.İdmançılar hündürlüyü 91,4 sm olan maneələri 35 dəfə və su ilə dolu çuxurları 7 dəfə aşmaqla uzunluğu 3000 m olan qaçış məsafəsini qət edirlər.Qaçışın daha bir növü var – estafet qaçışı.İdmançılar növbə ilə ümumi məsafənin eyni və ya müxtəlif uzunluqda mərhələlərini qaçır və hər mərhələnin sonunda əllərində tutduqları estafet çubuğunu komanda yoldaşlarına verirlər,idman çubuğunu alan idmançı isə yarışı davam etdirir.Gənclərin yarışlarında çox vaxt  4*100 (yəni 4 nəfər hərəsi 100 m qaçır), 4*200 və s. estafetləri keçirilir.Hər bir stadionda qaçış yolu bütün dairə boyunca ağ xətlərlə hərəsinin eni 125 sm olan qaçış cığırlarına bölünür.Yarış zamanı hər bir iştirakçı ayrıca cığırla qaçır.Təbii ki,hər bir döngədə kənardakı cığırların uzunluğu stadionun mərkəzinə daha yaxın olan cığırın uzunluğuna nisbətən artıq olur.Buna görə də bütün idmançıların qaçış məsafələrinin bərabər olması üçün onların start yerləri cığırların uzunluğuna uyğun olaraq qabağa çəkilir.Buna görə də qaçış zamanı kənarlardakı cığırlardan stadionun mərkəzinə daha yaxın olan cığıra keçmək olmaz,çünki onda məsafə qısalır.Orta və uzaq məsafələrə qaçış isə bir ümumi start xəttindən başlanır və bu zaman idmançı bir cığırdan başqasına keçə bilər.Azərbaycan idmançıları 3 dəfə Olimpiya Oyunlarının mükafatçıları olublar.1956 və 1960-cı illərdə Yuri Konovalov,1972-ci ildə isə Aleksandr Kornelyuk 100 metrə estafet qaçışında mükafata layiq görülüblər.
                                                    İdman yerişi                                                                                                                                      Adi yerişdən fərqli olaraq idman yerişində ayaq yerə dəyən anda düzəlir və şaquli vəziyyətə gələnədək düz qalır.Addım xeyli uzun (120 sm-dək),temp tez (dəqiqədə 200-210 addım) olur; əvvəlcə ayağın dabanı,sonra isə pəncənin ucu yerə basılır.Yarışın qaydasına görə,hər iki ayaq eyni zamanda yerdən aralı ola bilməz.İdman yerişi yarışları müxtəlif məsafələr üzrə (5 km-dən 50 km-ə kimi) keçirilir,lakin əsas məsafələr bunlardır – 20 km (bu zaman yarış stadionda və ya şosedə keçirilir) və 50 km (şosedə keçirilir).15-16 yaşlı oğlanlar 3 km-lik məsafədə,17-18 yaşlı oğlanlar isə 5 km-lik məsafədə yarışırlar.
                                                 Uzununa tullanma                                                                                                            Kim çökəklərin,arxların,ensiz yarğanların üstündən tullanmayıb.Lakin çətin ki,ən cəsarətli oğlanlar belə (yüngül atletika bölməsində tullanma ilə məşğul olmayanlar) 2 m-lik yarğanın üstündən tullanmağa cəsarət etsinlər.Amma onlar lazımi məşqlərdən sonra bundan 2-3 dəfə uzağa tullana bilirlər.Əlbəttə,bu cür sıçrayışları xüsusi ayaqqabılarda və məxsusi olaraq hazırlanmış yerlərdə yerinə yetirmək olar.Qaçaraq uzununa tullanan idmançı bir ayağını yerə basdırılmış kiçik ağac tirə basaraq güclü təkanla sıçrayır; bu zaman o,ayağını tirin ön xəttindən irəli basmamalıdır,yoxsa bu sıçrayış hesaba alınmaz.Təkandan sonra idmançı irəli uçur və sıçrayış zamanı üç üsulun birindən istifadə edir: “qıvrılma” , “əyilmə” ,ya da “qayçılama”. Durduğu yerdən uzununa tullanma zamanı da bu cür tirdən istifadə edilir,lakin bu zaman tir çökəkdən 1 m aralı basdırılmış olur.Yerindən sıçrayış zamanı da ayaqqabının ucu tirin ön xəttindən irəli çıxmamalıdır.Sıçrayış belə yerinə yetirilir:tullanan idmançı pəncəsinin ucunda qalxaraq əllərini yuxarı qaldırır və belini əyir; sonra sürətlə aşağı çömələrək əllərini arxaya aparır,güclü təkan verərək irəli sıçrayır.Təkan verərkən yellənməyə və pəncənin birini irəli,birini də geri qoymağa icazə verilmir.Qaçaraq üçqat tullanma da qaçaraq uzununa tullanma keçirilən yerdə keçirilir,lakin bu zaman tir çökəkdən 9 m aralı basdırılır.Üçqat tullanma zamanı daha güclü ayağı ilə təkan vurduqdan sonra idmançı yenə də həmin ayağı üstündə yerə düşür və bir daha təkan vurub üçüncü dəfə o biri ayağı üzərinə düşərək yenə təkan vurur və çökəyə düşərək tullanmanı başa çatdırır.Üçqat tullanma ilə yalnız kişilər və 17-18 yaşlı oğlanlar məşğul olurlar.Bütün tullanmalar üçün nəzərdə tutulan çökəklər qaçış cığırı ilə bərabər səviyyədə qumla doldurulur.Sıçrayışın uzunluğu tirin ön xəttindən bədənin hər hansı bir üzvünün qum üzərində buraxdığı ən yaxın izə qədər ölçülür.Elə olur ki,idmançı çox uzağa,hətta rekord həddini göstərən bayraqcıqdan da o tərəfə tullanır,lakin yerə enərkən müvazinətini saxlaya bilmir və arxaya yıxılaraq ya əlinə söykənir,ya da oturur.Sıçrayışın uzunluğu da bu izə qədər ölçülür.Bu qaydanın ədalətliliyini belə bir məsəllə izah etmək çətin deyildir.Təsəvvür edin ki,həmin idmançı dərin yarğanın üstündən tullanmışdır,lakin yarğanın o biri tərəfində özünü saxlaya bilməyib yarğana yıxılmışdır.Axı onda heç kim deməz ki,o,yarğanın üstündən tullanıb keçib.Uzununa tullanmanın bütün növlərində yarış iştirakçılarının üç cəhd etmək hüquqları vardır,bu cəhdlərdən ən yaxşı nəticəsi olan hesaba alınır.Altı ən güclü idmançı finala çıxır və onlar daha üç cəhd etmək hüququ qazanırlar.Yarışın qalibi bütün altı cəhddə göstərilən ən yaxşı nəticəyə əsasən müəyyən edilir.
                                     Hündürlüyə tullanma                                                                                                                       Belə bir məsəl var – “öz başından yuxarı tullana bilməzsən”.XIX əsrdəki yüngül atletlər də belə hesab edirdilər:onlar sıçrayışın “addama” üsulundan başqa heç bir üsul bilmirdilər.Lakin əvvəlcə “yuvarlanma” ,sonra isə daha mükəmməl olan “aşma” üsulu meydana çıxdı və indi artıq bu məsəl yersiz səslənir.Dünyanın müxtəlif ölkələrində minlərlə yüngül atlet öz boyundan yuxarı tullanmağa başlayıb.İdmançı hündürlüyə eni üçbucaqşəkilli və 3*3*3 sm ölçülü taxta planka və ya diametri 23-26 mm olan düralümin boru üzərindən tullanır,bunların hər iki ucuna en kəsiyi üçbucaq və ya kvadrat şəkilli olan taxta buşlar bərkidilir.Plankanın (və ya borunun) ucları sıxaclara söykənir,sıxaclar isə dirəklər boyu aşağı- yuxarı hərəkət etdirilə bilir.Dirəklər arasındakı məsafə 366 sm olur,plankanın o biri tərəfində xüsusi döşəklər qoyulur.Yarışlarda tullanmağa istənilən hündürlükdən başlamaq olar və hər bir hündürlüyü fəth etmək üçün idmançıya üç cəhd etməyə icazə verilir.Əgər bu cəhdlərin hamısı uğursuz olsa,idmançı yarışdan çıxır.Hər hansı yüksəkliyə sıçrayışlar başa çatdıqdan sonra planka 5 sm yuxarı qaldırılır (rekord həddən sonra isə 1 sm-ə qədər qaldırılır) və bir nəfər idmançı qalana qədər belə davam edir, qalib də bu idmançı olur.Əgər son yüksəkliyi iki və daha çox idmançı fəth edirsə,onda bu yüksəkliyi daha az cəhdlə fəth edən qalib  hesab olunur.Əgər həmin cəhdlər də bərabər olarsa,onda bütün yüksəkliklərin fəthi üzrə kimin uğursuz cəhdləri daha azdırsa və nəhayət,kim hamıdan az cəhdlər edibsə,o da qalib sayılır.Hündürlüyə tullanmanın bir növü də şüvüllə tullanmadır.Şüvüllə dayaq verib hündürlüyə tullanma çox çətin təmrindir,bunun öhdəsindən yalnız yaxşı hazırlaşmış və yaşı 17-dən artıq olan idmançılar gələ bilərlər.Atlet 35-40 m qaçıb sürət götürdükdən sonra şüvülün ucunu xüsusi olaraq hazırlanmış dayaq yeşiyinin içərisinə salır və şüvülü özünə dayaq edərək yuxarı tullanır.
                                                     Tullama                                                                                                                                        Disk.__Dünyanın bütün ölkələrinin muzey və stadionlarında məşhur “Diskobol” (“Lövhətullayan”) fiquruna rast gəlmək olar.Bu fiquru e.ə. V əsrin ortalarında Qədim Yunanıstanın tanınmış heykəltəraşı Miron mərmərdən yonmuşdur.O,bu əsəri ilə antik dünyada geniş yayılmış atletik təmrini əbədiləşdirmişdir.Müasir disk mərci formasındadır.Qədimdə isə disk polad halqa ilə haşiyələnirdi.Kişilər çəkisi 2 kq; gənc oğlanlar çəkisi 1,5 kq; qadınlar,qızlar və yeniyetmə oğlanlar isə çəkisi 1 kq olan disk tullayırlar.Diski taxta və ya metal halqa ilə məhdudlanmış,diametri 250 sm olan çevrənin içərisindən tullayırlar.Diskobol kürəyini diski tullamayacağı tərəfə çevirir və diski elə tutur ki,qatlanmış barmaqlarının ucları halqanın üstündə dursun.Bundan sonra o,əlini yelləyərək sürətlə yerində 1,5 dəfə dövrə vurur və diski meydanda ağ xətlərlə qeyd edilmiş 60 dərəcəlik sektora tərəf tullayır.          Nizə.__Min illər boyunca insanlar ov və müharibə zamanı nizədən istifadə etmişlər.Bundan başqa,ovçular və döyüşçülər daha uzağa,daha sərrast nizə atmaq üzrə yarışmışlar.Yarışların bu növü dövrümüzədək gəlib çıxmışdır.Müasir atletika nizəsi ağırlıq mərkəzində kəndir sarğısı və iti polad ucluğu olan düz,hamar,en kəsiyi dairəvi ağacdan ibarətdir.Kişilərçün  nəzərdə tutulan atletika nizəsinin uzunluğu 260 sm,çəkisi isə 800 q-dır.Qadınlar,qızlar və yeniyetmə oğlanlar üçün olan nizənin uzunluğu 220 sm,çəkisi 600q-dır.Atlet 8-12 m qaçaraq sürət götürür,yerə basdırılmış plankaya çatanda isə qolunu arxaya verir və sonra var gücü ilə nizəni atır.                                                                                                       Yadro.__Yadro itələmə tullamanın ən sadə növüdür.Yadro kürə şəklində olub,metaldan hazırlanır: kişilərçün çəkisi-7,257 kq; 17-18 yaşlı gənc oğlanlarçün-6 kq; 15-16 yaşlı oğlanlarçün-5 kq; qadınlar,17-18 yaşlı qızlar və yeniyetmə oğlanlarçün-4 kq və 15-16 yaşlı qızlarçün-3 kq olur.Yadronu diametri 213,5 sm olan metal və ya ağac halqa ilə məhdudlanmış çevrə içərisindən itələyərək 60 dərəcəlik sektora tullayırlar.Halqanın ön hissəsində hündürlüyü 10 sm olan ağac seqment quraşdırılır ki,buna dayaqlanmağa icazə verilir.                                                                                              Çəkic.__Yüngül atletika çəkicini birinci dəfə görən adam istər-istəməz bu alətin adına təəccüblənir: yəni çəkicin buna nə dəxli var? Məftil bağlanmış kürə ilə çəkicin nə əlaqəsi? Lap çox: onlar yaxın “qohumlar”dır.İnsan ilk çəkici əlinə e.ə.təxminən beşinci minillikdə götürmüşdür.Bu,ağac çubuğun ucuna bərkidilmiş uzunsov daşdan ibarət olmuşdur.Orta əsrlərdə artıq metaldan hazırlanırdı və ondan silah kimi də istifadə edirdilər.Adi piyada döyüşçülərin süvari,yaxşı silahlanmış və zirehli cəngavərlərlə döyüşməsi çox çətin idi.Ox,qılınc və nizə bu zirehləri deşə bilmirdi.Lakin sərrast endirilmiş (xüsusilə də dəbilqəyə) ağır çəkic zərbəsi cəngavəri atdan yıxırdı.Əlbəttə,cəngavərlər çəkic zərbəsi endirənləri yaxına buraxmamağa çalışırdılar,buna görə də piyadalar çəkici başları üzərində fırladaraq cəngavərlərə atmağa başladılar.Gələcək döyüşlərə hazırlaşan döyüşçülər çəkic atmaq üçün məşq edirdilər və çəkici daha sərrast,daha uzağa atmaq yarışları keçirirdilər.Zaman keçdikcə çəkic öz hərbi əhəmiyyətini itirdi,lakin çəkic tullamaq yarışları keçirmək ənənəsi qaldı.Bu ənənə Britaniya adalarında xüsusilə geniş yayılmışdır.Çəkici daha uzağa tullamaq istəyi idmançıları nəinki çoxlu məşq etməyə,həm də bu idman alətini təkmilləşdirməyə məcbur edirdi.Əvvəlcə ona kub forması verdilər,sonra kənarlarını yuvarlaqlaşdıra-yuvarlaqlaşdıra tədricən kürə şəklinə saldılar.Çəkicin ağac dəstəyi isə əvvəlcə zəncirlə,daha sonra məftillə əvəz edildi.İdman çəkici XX əsrə elə bu şəkildə də daxil oldu.Əvvəlki  “əcdad”larından ona yalnız “boyu”(122 sm) və şəkisi (7,257 kq) miras qaldı.İdmançı bu çəkici hər iki əlinin barmaqları ilə üçbucaqşəkilli dəstəyindən tutur,başının üstündə fırladır və sonra özü də üç dövrə vuraraq onu meydana tullayır.Çəkic tullamaq yarışlarında ancaq kişilər və gənc oğlanlar iştirak edirlər.Çəkicin çəkisi 15-16 yaşlı oğlanlar üçün 5 kq,17-18 yaşlı oğlanlar üçün isə 6 kq-dır.Tullamanın bütün növlərində yarış iştirakçıları üç cəhd edirlər.Bu cəhdlərdən ən uğurlusunun nəticəsi hesaba alınır.Ən yaxşı nəticə göstərən 6 idmançı finala çıxır və daha üç cəhd etmək hüququ qazanır.Finalçıların tutduqları yer bütün 6 cəhddə göstərdikləri ən yaxşı nəticəyə görə müəyyən edilir.Əgər idmançı halqanı (plankanı) tapdayarsa və ya o tərəfə keçərsə və ya tullanan idman aləti meydanda göstərilən 60 dərəcəlik sektordan kənara düşərsə,cəhd uğursuz hesab edilir.
                                                 Çoxnövçülük                                                                                                                                            Çoxnövçülük qaçışın,tullanmanın və tullamanın müxtəlif növlərindən təşkil olunur.Çoxnövçülüyün özü də müxtəlif olur.Qadınlar,qızlar və yeniyetmə oğlanlar üçün üçnövçülük (100 m məsəfəyə qaçış,hündürlüyə tullanma və yadro itələmə) bir gün ərzində keçirilir.Qadınlar və 17-18 yaşlı qızlar üçün beşnövçülüyə isə bu idman növləri daxildir:maneələrlə 80 m məsafəyə qaçış,yadro itələmə,hündürlüyə tullanma,sürət götürməklə uzununa tullanma və 200 m məsafəyə qaçış.Birinci üç növ üzrə yarışlar yarışın birinci günündə,sonrakı iki növ üzrə isə ikinci günündə keçirilir.Kişilər üçün beşnövçülük (uzununa tullanma,nizə tullama,200 m məsafəyə qaçış,disk tullama və 1500 m məsafəyə qaçış) bir gün ərzində keçirilir.Kişilər üçün daha bir çoxnövçülük var – bu onnövçülükdür.Onnövçülük yüngül atletikanın  “inci”si hesab edilir.Bu çətin yarışda yalnız kişilər iştirak edirlər.Onnövçülük iki gün ərzində keçirilir:birinci gün-100 m məsafəyə qaçış,uzununa tullanma,yadro itələmə,hündürlüyə tullanma və 400 m məsafəyə qaçış; ikinci gün-maneələrlə 110 m məsafəyə qaçış,disk tullama,şüvüllə tullanma,nizə tullama və 1500 m məsafəyə qaçış.Qızlar üçün dördnövçülük ,17-18 yaşlı oğlanlar üçün altınövçülük və kişilər üçün səkkiznövçülük də var.Bütün çoxnövçülüklərdə yarış növlərinin göstərilən ardıcıllığı mütləq gözlənilməlidir.Əgər idmançı hər hansı bir növü buraxsa,o,yarışdan çıxarılır.Çoxnövçülüyün hər bir növü üzrə yarışların nəticələri xüsusi cədvəllə hesablanır; ən çox xal toplayan idmançı qalib hesab edilir.                                                                     
 
 

                                         Gimnastikanın predmeti

Gimnastika bədən tərbiyə sisteminin əsas vasitələrindən biridir.Bədən tərbiyəsi prosesində həll olunan əsas məsələlər bunlardır.
1.Məşğul olanların sağlamlığını möhkəmləndirmək, onların iş qabliyyətini və fiziki inkişafını artırmaq.
2.Həyatda lazım olan vərdişlərə, bacarıqlara, yüksək idman texnikasına və bunlarla əlaqədar olan xüsusi biliklərə yiyələnmək.
3.Məşğul olanların iradə və əxlaq keyfiyyətlərini tərbiyə etmək.
Gimnastika ilə məşğul olmaqla insan öz bədənini idarə etməyi, hərəkətlərini bir-birilə uyğunlaşdırmağı bacarır.Eyni zamanda gimnastika hərəkət aparatını möhkəmləndirir, daha da inkişaf etdirir, qüvvə, davamlılıq, sürət, çeviklik kimi əsas keyfiyyətləri təkmilləşdirir.

              Gimnastikanın məzmunu və metodik xüsusiyyətləri

Bədən tərbiyəsi sisteminin əsas vasitələrindən hər biri, o cümlədən gimnastika xüsusi məzmunu ilə səciyyələnir.Gimnastikanın xüsusi məzmununa-bu növə məxsus fiziki hərəkətlər, bu hərəkətləri tətbiq etmə və öyrənmə metodları, həmçinin məşğələləri təşkil etmə formaları daxildir.
Gimnastika hərəkətləri tarixən formalaşmış hərəkətlərdən ibarətdir, anatomik imkanlar əsasında yaradılmışdır və insan orqanizminə təsir etmək məqsədinə yönəldilmişdir.
Xüsusi olaraq işlənib hazırlanmış və gimnastika üçün daha tipik hərəkətlər bu qruplara bölünür: sıra və cərgə hərəkətləri, ümumi inkişaf üçün hərəkətlər, akrobatika hərəkətləri, sərbəst hərəkətlər, bir çox tullanma hərəkətləri (xüsusən dayaqlı tullanmalar), alətlərdə hərəkətlər (turnikdə, paralel qollarda və s.) və bədii gimnastika hərəkətləri.
Belə hərəkətlər həm miqdarca çoxdur, həm də forma və nümunələrinə görə müxtəlifdir.Bu xüsusiyyət də məşğul olanların orqanizminə yalnız hərtərəfli deyil, həm də orqanizmin qabaqcadan seçilmiş hissəsinə (məsələn, bədənin ayrı-ayrı hissələrinə, hətta ayrı-ayrı əzələlərə və oynaqlara) təsir etməyə imkan verir.Buna görə də gimnastika cinsindən, yaşından, hazırlıq dərəcəsindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq hamı üçün ümumi fiziki tərbiyənin əsas vasitəsi sayılır.
Gimnastikanın xarakterik xüsusiyyətlərindən biri çoxlu miqdarda hərəkətlərin yaranması ilə əlaqədar olaraq xüsusi terminlərin əmələ gəlməsidir.
 
                               Həndbol (Əltopu) oyununun yaranması və inkişafı.                                                                                       Həndbol oyunu 1898-ci ildə Danimarkada meydana gəlmişdir.Məktəb müəllimi Nilsen yaratmışdır.Həndbolda komandalı oyundur və 2 növü var.Kiçik və böyük həndbol.Kiçik həndbolda hər komandada 7 oyuçu,böyükdə isə 11  oyunçu iştirak edir.Həndbol meydançasının uzuniuğu 40 m.eni 20 metrdir.Qapının eni 3 m.hündürlüyü isə 2 metrdir. Topun ölçüləri oyunçuların yaşından asılı olaraq müxtəlif olur.17-18 yaşlı gənc oğlanlar üçün topun çevrəsi 58-60 sm.çəkisi 425-475 qramdır.Qızlar və yaşı az olan oğlanlar üçün isə topun çevrəsi 54-56 sm.çəkisi isə 325-400 qram olur.15-18 yaşlı qızlar və 15 yaşlı oğlanların oyunu 40 dəqiqə davam edir.Hər hissə 20 dəqiqə davam edir.17-18 yaş-lı gənc oğlanların oyunu isə beynılxalq qaydalara görə 1 saat davam edir.Vaxt futbolda olduğu kimi hesablanır.Bir hakim meydanda,2 köməkçisi isə qapıların yanında hakimlik edir.Qadın həndbolu olimpiya oyunlarına 1976-cı ildə Kanadanın Monrial şəhərində keçirilən zaman salındı.Fərəhləndirici haldır ki,qızıl medal qazanmış SSRİ yığma komandasının heyətinə Azərbaycan həndbolunun nümayindələri Rəfiqə Şabanova və Ludmina Şubina da daxil idi-lər.
                                                     Futbol oyununun yaranması və inkişafı                                                                                                                           Futbol 1863-cü ildə İngiltərədə yaranmışdırş.Futbolu iki komanda oynayır,hər komandada 11 oyunçu olur, bunlar-  dan biri (qapıçı) komandanın qapısını qoruyur.Futbol meydanında komandalar arasında mübarizə 90 dəqiqə (2 ta-ym,hər biri 45 dəqiqə) davam edir.Futbol qapısının sahəsi 18 kv-metirdir.Qapının eni 7,32m,hündürlüyü 2,44metr- dir.Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmıçdır.11 metirlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir.1926-cı ildən isə birbaşa küncdən zərbə ilə qolları da hesaba almağa başlamışlar.Futbol meydanının uzunu 90-110 m.eni 60-75 metr düzbucaqlı şəkilindədir.Topun çevrəsi 68-71 sm (uşaqlar üçün 64-65 sm) çəkisi 396-453 q.(uşaqlar üçün 350-400 q) olur.Futbol 4 cür hazırlıq-fiziki,texniki,taktiki və iradi hazırlıq tələb edir.İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda Fransa-Meksika matçı ilə start götürmüşdür.Artıq görüşün 10-cu dəqiqəsində Lüsyen Loran topu mekiskalıların qapısına vurdu və adını dünya futbol çempionatlarının qol vuranları- nın siyahısının birinci sətrinə əbədi olaraq yazdı. 
 
                   İdman akrobatikasının inkişaf tarixi.
Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları “İliada” və “Odisseya” da da öz əksini tapıb. Qədim Yunan teatrında Aristofanın komediyası göstərilən zaman (b.e.ə.lV əsrdə) fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. ”Akrobat” termini yunanca “Akrobates” sözündən əmələ gəlmiş “yuxarə qalxan” mənasını verir.    1573-cü ildə fiziki tərbiyədə akrobatika hərəkətlərinin icrasını göstərən ilk kitab  İ.Merkurialis tərəfindən yazılıb.
XlX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil edib. Qədim idman növüolmasına baxmayaraq, akrobatika (akrobatika tullanmaları) sərbəst növ kimi yalnız bir dəfə 1932-ci ildə Los-Anclesdə (ABŞ) keçirilən X Olimpiya oyunlarının proqrqmına daxil edilib.
1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan,İngiltərə,Macarıstan,Almaniya Demokratik Respublikası,Kuba,Polşa,SSRİ,ABŞ,Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAF) yaradılıb,onun əsasnaməsi və yarış qaydaları təsdiq edilib.BİAF-ın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilib.İlk dünya çempionatı 1974-cü ildə Moskva şəhərində keçirilib.
Azərbaycanda akrobatika
Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir.Bu illərdə Q.Səfərov,Q.Becanov,Y.Yurfeld,D.Dvoryankin,İ.Kiselyov və H.Ağayev Azərbaycan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynayıblar.
1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına ancaq kişilərin qrup halında hərəkətləri daxil edilib.Bundan sonra Azərbaycan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlayıblar.
1960-1990-cı illərdə akrobatlarımız ümumittifaq və beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə ediblər.Bu illərdə kişilərin qoşa hərəkətlərində Bəhram və Elşad Nərimanov qardaşları,Ə.Baxşiyev və N.Babayev,S.Saakov və Y.Demyanenko,R.Qasımov və Y.Yuçkin,Y.Mamonov və N.Məmmədov,S.Rəcəbov və O.Klimaşkin,A.Mustafayev və S.Cəbrayılov,qarışıq qoşa hərəkətlərdə A.Rəcəbov və T.Yaşinkina,qadınların qrup hərəkətlərində L.Xarçenko,S.Sundikova və E.Əzimov,M.Ələkbərov,A.Baxçiyev,A.Qafarov və E.Quliyev,D.Cavadov,S.Bağırov,Ə.Abbasov və A.Babayev ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar.
Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilib və həmin ildən başlayaraq idmançılarımız Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə ediblər.
1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında dünya çempionatı uğurla çıxış edən Azərbaycan akrobatları Elşən Seyfullayev,Elxan Şahbazzadə,Valeriy və Aleksandr Liçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion adını qazanıblar.Digər akrobatlar A.Mustafayev vəS.Cəbrayılov kişilərin qoşa hərəkətlərində Avropa və dünya çempionatlarında mükafata layiq yerlər tutublar.Ümumiyyətlə,1993-2003-cü illərdə akrobatlarımız Avropa və dünya çempionatlarında 5 qızıl,4 gümüş,4 bürünc medal qazanıblar.
Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov,Arif  Əhədov,Adil Hüseynzadə,Elşad Nərimanov,Azər Kərimov,Arif Qafarov,Ağakərim Səlimov,Yuriy Demyanenko,Əvəz Abbasov kimi görkəmli məşqçilərin böyük əməyi olub.
 
                                                     İdman gimnastikası.
İdman gimnastikasına həm idman alətlərində hərəkətlər,həm də akrobatik və sərbəst hərəkətlər daxildir.İdman gimnastikası bölməsində oğlanlar at üzərində, paralel tirlər üzərində, halqalarda sərbəst təmrinlər yerinə yetirir və idman alətləri üzərindən tullanırlar; qızlar isə müxtəlif hündürlüklü tirlər üzərində, böyük tir üzərində sərbəst təmrinlərlə məşğul olur, idman alətləri üzərindən tullanırlar.Gimnastika ilə adətən idman alətləri, yumşaq örtüklər, toplar, çubuqlar və digər avadanlıqları olan zalda və ya meydançada məşğul olurlar.Akrobatika ilə istənilən şəraitdə məşğul olmaq olar.Bunun üçün demək olar ki, heç bir avadanlıq tələb olunmur.Oğlanlar üçün akrobatikada üç proqrqm –akrobatik sıçrayışlar,cütlükdə və qrupla təmrinlər; qızlar üçünsə akrobatik sıçrayışlar və cütlükdə təmrinlər proqramları mövcuddur. Bədii gimnastika proqramına bunlar daxildir.Əşyalarsız və əşyalarla (toppuzcuqlar,hoppanma ipləri,toplar,lentlər,halqalar və s.) sərbəst təmrinlər.
     İdman gimnastikasının yaranma tarixi.
“Gimnastika” termini b.e.ə. təxminən v əsrdə qədim Yunanistanda təhsil, hərbi və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik,qədd-qamət, gözəllik verir, insana igidlik  və nəciblik hissləri aşılıyır.Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil,həm də hərbiçilərin yetişdirilməsində də istifadə edirdilər.
Qədim Romada legonerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər.Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı. İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli  inkişafında gimnastikaya böyük əhəmiyyət  verirdilər. XVl əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis “Gimnastika incəsənəti haqqında” əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F.Quts-Muts(1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər  metodikasının işlənib hazırlanmasınına öz layiqli töhvələrini vermişlər.İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.
İdman gimnastikasının sürətli inkişafı təşkilatlanma ilə nəticələnib.
1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası (FİG) yaradılıb. 1896-cı ildə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqrqmına salınan idman növləri arasında idman gimnastikasıda yer alıb. İdman gimnastikası üzrə ilk dünya çempionatı FİG-in əsasını qoymuş Belşikalı       N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keıirilib. FİG –in 1977-ci ildən düzənlənən  konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edib.Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlayıblar.Avropa çempionatı isə 1969-cu ildən etibarən keçirilir.
    İdman gimnastikası olimpiya oyunlarında.
İlk müasir olimpiya oyunlarında kişilər gimnastikanın turnik, at, həlqə, dayaqlı tullanma və kanatla dırmanma növləri üzrə yarışiblar.İlk olimpiya çempionları tirdə Alfred Flatov (Almaniya), dayaqla tullanmada onun həmvətəni Karl Şuman, dəstəkli atda Luis Zutter (İsveçrə), turnikdə German Vayngertner (Almaniya), həlqələrlə İoannis Mitropulos (Yunanistan), kanatla dırmanmada Nikolass Andiriakonukos (Yunanistan) olublar. Şəxsi və komanda birinciliklərində Almaniya gimnastları fərqləniblər: 5 qızıl, 3 gümüş və 1 bürünc medal. Olimpiya oyunlarında nümayiş etdirilən gimnastika yarışlarına qadınlar ilk dəfə 1928-ci ildə Amsterdamda keçirilən lX  olimpiadada qatılıblar. Maraqlıdır ki, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında iştirak edilən kişi və qadın gimnastların sayı bərabər idi—108 gimnast.
    Məşhur idman gimnastları
Müxtəlif illərdə idman gimnastikasının inkişafı məşhur gimnastların adı ilə bağlıdır.SSRİ yığmasının tərkibində XVI,XVII və VIII Olimpiya Oyunlarında cəmi 18 medal (9 qızıl,5 gümüş,4 bürünc) qazanmış Larisa Latinanın adı bütün dünyaya yaxşı tanışdır.O,iki dəfə (Melbrun və Roma Olimpiadalarında) çoxnöcçülük üzrə mütləq çempion tituluna layiq görülüb (gimnastlar üçün yüksək titul “mütləq çempion” adıdır).
XX,XXI və XXII Olimpiadaların iştirakçısı,15 medalın (7 qızıl,5 gümüş,3 bürünc) sahibi,Monreal Oyunlarının mütləq çempionu Nikolay Adrianov,XVI,XVII və XVIII Olimpiadalarında 13 medala layiq görülmüş Boris Şaxlin (7 qızıl,4gümüş,2 bürünc), yapon gimnastı Takasi Ono(5 qızıl,4 gümüş,4bürünc) və başqaları idman gimnastikasının tarixinə şanlı səhifələr yazıblar.
  İdman gimnastikası Azərbaycanda
İdman gimnastikası Azərbaycanda keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb.1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib.50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib.Tofiq Mehtiyev,Dmitri Filonov,Kamal Abdullayev,Çingiz Şamilov,Natalya Abdinova(Şetinkina),Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar.80-ci illərdə isə Kamran Fərzəliyev,Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs,yeni ruh gəlib.
  Valeri Belenki
Azərbaycanın ən məşhur gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub.Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib.1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb.1990-cı ildə SSRİ yiğmasının tərkibində ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda,halqalarda çempion,atda,sərbəst hərəkətlərdə gümüş,dayaqlı tullanmada isə bürünc mükafatçı olub.
 
 
                                İdman tarixi
Fiziki hərəkətlərdən istifadənin tarixi olduqca qədimdir.İnsan yarandığı gündən qida əldə etmək,özünü müdafiə etmək məqsədi ilə fiziki hərəkətlərdən istifadə etmişdir.İlk insan cəmiyyəti üçün qaçmaq,tullanmaq,çevik və güclü olmaq həyat əhəmiyyətli bir zərurət idi.Bu qabiliyyətlərə malik olmayanlarsadəcə olaraq yaşamaq imkanlarını itirmiş olurdular.İnsan cəmiyyəti inkişaf etdikcə yuxarıda qeyd olunan qabiliyyətlər üzrə insanların yarışmasına ehtiyac yaranmış oldu.Dünya tarixində qədim Yunanıstanda yaranan ilk Olimpiya Oyunları bu ehtiyacın reallaşmasının təntənəsi idi.Qədim dünyanın ilk Olimpiya Oyunları b.e.ə. 776-cı ildən başlayaraq 4 ildən bir keçirilirdi.Bu yarışlar idman və mədəniyyət bayramı idi.Çünki burada idmançılarla yanaşı şairlər,natiqlər,musiqiçilər yarışardılar.Bu yarışların proqramına müxtəlif fiziki  hərəkətlər daxil edilirdi.Buraya qaçış,uzunluğa tullanmaq,nizə və disk atmaq,güləş daxil edilirdi.Lakin yarışların proqramında yumruqla döyüş,at çapmaq və at arabaları (döyüş arabaları) ilə yarışmalara da rast gəlmək olur.Hər bir növdə qalib gələnə zeytun budağı və dəfnə yarpağındanhazırlanmış çələng verilir,onun şərəfina yaşadığı yerdə büst qoyulur,şəkli medal pulların üzərinə həkk edilirdi.Yarışlar çox ciddi nəzarət və qaydalara müvafiq keçirilirdi.Burada qaydaları pozan,yolverilməyən üsullardan istifadə edən və bununla rəqibə zədə vuran atletlər cəzalandırılır və ya yarışdan qovulurdular.Qədim Olimpiya Oyunları 1100 il ərzində keçirilmiş və yalnız romalıların yunan torpaqlarını işğal etdikdən sonra dayandırılmışdır.Roma imperatoru I Feodosiy yarışların keçirilməsini qadağan etmiş,əsas idman qurğuları məhv edilmişdir.Müasir Olimpiya Oyunlarının tarixi 23 iyun 1894-cü ildən başlayır.Bu hərəkatın başlanmasının təşəbbüskarı fransız Pyer de Kuberten olmuşdur.O,həyatının böyük bir hissəsini olimpiya hərəkatının genişlənməsi kimi müqəddəs bir işə həsr etmişdir.Hazırda 23 iyun dünya ölkələri tərəfindən Beynəlxalq Olimpiya günü kimi qeyd olunur.İlk müasir Olimpiya Oyunları bu hərəkatın vətənində-Yunanıstanda 1896-cı ildə keçirilmişdir.Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycan Respublikası ilk dəfə müstəqil ölkə kimi 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunurdu.Bu yarışlarda 197 ölkədən 10788 idmançı iştirak edirdi.Azərbaycan idmançıların Atlanta Olimpiadasına hazırlığına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsən nəzarət edirdi.Ümummilli lider idmançıların beynəlxalq yarışlarda əldə etdiyi uğurlara yalnız idmanın nəticəsi kimi deyil,həm də müstəqilliyini yenicə bərpa etmiş ölkənin beynəlxalq aləmdə tanıdılmasının siyasi vasitəsi kimi baxırdı.”Sizin nailiyyətləriniz eyni zamanda böyük siyasi xarakter daşıyır,dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir...”(1995,30 dekabr) Olimpiya Oyunlarına hazırlığın sistemli həyata keçirilməsini yerinə yetirmək məqsədi ilə 1995-ci ilin fevral ayında “1996-cı ildə ABŞ-da keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında”sərəncamı imzalandı.
Bu Olimpiadada iştirak Azərbaycan idmanının bu yolda uğurla yüksəlişə,qələbələrə doğru irəliləməsi üçün xüsusi önəm daşıyırdı.Gələcək uğurlarımızı ümummilli lider uzaqgörənliklə hiss etmişdi:”İlk dəfədir ki,dünya Olimpiya Oyunlarında Azərbaycan yığma komandası iştirak edir.Mən heç şübhə etmirəm ki,gələn Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox,keyfiyyətcə daha yüksək olacaqdır.Çünki xalqımız,millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan bir xalqdır,millətdir.Fiziki sağlamlıq və fiziki güc,mənəvi sağlamlıqla bərabər,Azərbaycan xalqına,millətinə xas olan xüsusiyyətdir.Amma bu xüsusiyyət bizim daxilimizdə qalıbdır.Keçmiş dövrlərdə də,əsrlərdən əsrlərə pəhləvanlarımız da,güləşçilərimiz də,oxatanlarımız da fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdiriblər.Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb,dünya miqyasına çıxmayıblar.İndi isə xalqımızın,millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq.Bu böyük hadisə,böyük nailiyyətdir.Şəxsən mən bununla fəxr edirəm.Hesab edirəm ki,Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var.”
 
        Hakimlər və hakimlik qaydaları
Qayda 21.Hakimlər briqadası.Hakimlərin rəsmi fəaliyyəti və jestləri (əl-qol işarələri)
21.1.Hakimlər briqadasının tərkibi
  Görüşü keçirmək üçün baş hakim və ikinci hakimdən,hakim-katibdən,dörd xətt hakimindən,hakim-məlumatçıdan,altı top verəndən və tablo operatorundan ibarət heyətdə hakimlər briqadası yaradılır.
21.2.Hakimlik fəaliyyəti
  Görüş zamanı yalnız baş hakim fit verə bilər.Baş hakim topun oyuna daxil edilməsi üçün fit verir ki,bu da oyun fəaliyyətinin başlanmasını bildirir.
  Baş və ikinci hakim ancaq qayda pozulduğunu dəqiq bildikdə və səhvin xüsusiyyətini aydın başa düşdükdə oyunun saxlanması üçün fit verirlər.
  Onlar fasilə zamanı fit verə bilərlər:
  -bu və ya digər komandanın xahişini yerinə yetirmək,yaxud rədd etmək;
  -komandaya,yaxud oyunçuya qeyri-düzgün davranışa görə xəbərdarlıq etmək və ya cəzalandırmaq üçün (baş hakim);
-oyunu saxlamaq üçün fit verərkən hakimlər;
a)topu oyuna daxil etmək hüququnun hansı komandaya keçməsini göstərməlidirlər;
b)yol verilmiş səhvin xüsusiyyətini rəsmi jestlə (əl-qol işarəsilə) göstərməlidirlər;
c)səhvə yol vermiş oyunçunu (zəruri olan halda) göstərməlidirlər;
  -ikinci hakim baş hakimin rəsmi jestlərini təkrar etməlidir.
Qayda 22. Baş və ikinci hakim
22.1.Hakimlərin yeri
  Baş hakim torun kənarından birinin yerləşən xüsusi yüksəklikdə oturaraq,yaxud ayaq üstə dayanaraq vəzifəsini icra edir.Baş hakimin göz səviyyəsi torun üst kənarından təxminən 50 sm hündürdə olmalıdır.
  İkinci hakim öz vəzifəsini baş hakimlə üzbəüz tərəfdə meydançanın qırağında ayaq üstə duraraq icra edir.Top oyuna daxil edilərkən o, topu qəbul edən komandanın hücum zonasının keçdiyi xətdə olmalıdır.
22.2.Baş hakimin səlahiyyəti
  Baş hakim görüşün keçirilməsinə əvvəldən axıra kimi rəhbərlik edir.Hakimlər briqadasının bütün rəsmi şəxsləri və hər iki komandanın üzvləri ona tabedir.Oyun zamanı meydançadan çıxan topları verənlərə də o, nəzarət edir.Oyunun gedişində ortaya çıxan bütün məsələlər üzrə ancaq baş hakim qərar qəbul edir.Baş hakimin oyun zamanı qəbul etdiyi qərarlar müzakirə olunmur.Hakimlər briqadasının digər rəsmi şəxslərinin qəbul etdiyi qərarın səhv olduğunu bildikdə baş hakim onu ləğv edə bilər və briqadanın hər bir üzvünü,əgər o öz vəzifəsinin öhdəsindən gələ bilmirsə,dəyişdirə bilər.Meydançanın oyun üçün yararlı olub-olmamasını oyun başlanana qədər və ya oyunun gedişində ancaq baş hakim həll edir.
  Oyundan əvvəl və ya oyunun gedişində baş və ikinci hakim topların oyun qaydalarına müvafiq olduğunu yoxlayırlar.Həmin tələblərə uyğun olmayan (həmçinin islanmış, yaxud sürüşkən) top dəyişilməlidir.
22.3.Baş hakimin vəzifələri
  Baş hakim görüşün əvvəlində:
-meydançanın və idman ləvazimatının vəziyyətini yoxlamalı;
-topu oyuna birinci daxil etmək hüququ qazanmaq və meydançanın tərəfini seçmək üçün püşk atmalı;
-komandaların oyunqabağı məşq etmələrinə nəzarət etməlidir.
  Görüş zamanı:
-oyunda və voleybolçuların davranışındakı bütün səhvləri qeyd etməli və cəza tədbiri görməlidir;
-topu oyuna daxil edənin səhvini və topun qarşısına sipər qoyulmasındakı səhvləri,topu oyuna daxil edən oyunçunun topa toxunması,qəbul zamanı topa toxunmanı,meydançanın oyun fəzasında torun üstündə topa toxunmanın habelə eyni vaxtda və ayrı-ayrı vaxtlarda səhvlərə yol verilməsini təkbaşına müəyyən edir;
-səhvlərin xüsusiyyəti haqqında hər hansı etirazı rədd edir (lakin o, qaydanın bu və ya digər bəndinin tətbiq olunmasını və onun mülahizəsi haqqında kapitana cavab verə bilər);
-oyunun axırında komandanın kapitanına qaydaların bu və ya digər bəndi haqqında hakimin fikri ilə (mülahizəsi ilə) razılaşmadığı barədə protokola yazılı şəkildə qeyd etməsinə icazə verir.
22.4. İkinci hakimin səlahiyyəti
  İkinci hakim baş hakimə kömək edir və lazım gəldikdə hakimin vəzifəsini yerinə yetirir:
-görüş zamanı oyunçuların zonalarda yerləşməsinə və həlledici hissədə meydançanın tərəflərinin dəyişdirilməsinə nəzarət edir;
-hər bir komandanın üzvlərinin skamyada oturan ehtiyat oyunçuların davranışına fikir verir və baş hakimin diqqətini yarış iştirakçılarının davranışındakı bütün xoşagəlməz hallara cəlb edir;
-göz qoyur ki,oyuna çıxacaq ehtiyat oyunçu meydançanın bədəni qızışdırmaq üçün nəzərdə tutulmuş hissəsində məşq etsin;
-hər komandanın istifadə etdiyi fasilələrin və əvəzolunmaların sayına fikir verir və dincəlmək üçün verilən fasilələrdə bu barədə baş hakimə və komandaların məşqçilərinə məlumat verir;
-fasilə götürmək üçün edilən əsassız xahişləri rədd edir,qaydaların nəzərdə tutduğu fasilələrə icazə verir və onların müddətinə nəzarət edir;
-başqa səhvləri də (hətta həmin səhvlərin müəyyən olunması onun səlahiyyətinə aid olmasa da) qeydə ala bilər, fitsiz,lakin bu zaman baş hakimin qərarına irad göstərmir;
-meydançanın döşəməsinin silinməsinin lazım olub-olmadığı haqqında qərar qəbul edir.
22.5.İkinci hakimin vəzifələri
  İkinci hakim hissənin əvvəlində protokola yazıldıqdan sonra oyunçuların düzülüşünün komandanın təqdim etdiyi düzülüş vərəqəsinə uyğun gəldiyini yoxlayır.Oyun vaxtı fit verməklə:
-topu qəbul edən komandanın düzülüşündəki səhvləri;
-topun öz tərəfindən oyun fəzasından kənar keçməsini,yaxud onun hüdud antenasına dəyməsini;
-oyunçuların torun üst kənarından aşağısına,yaxud antenalara toxunmasını,orta xəttin keçilməsini;
-qaydanı pozaraq yerinə yetirilən hücum zərbələrini və arxa xətt oyunçularının blokunu;
-topun kənar əşyalara toxunmasını;
-oyunçunun zədə almasını və oyunçunu dəyişmək üçün komandaya imkan (zədə almış oyunçu üçün fasilənin vaxtını müəyyən edir) verilməsini qeydə alır.
     Qayda 23.Hakim-katib
  Hakim-katib görüşün protokolunu aparır.O, bu sənədə görüşün gedişi üzrə lazımi məlumatları yazır.
23.1.Hakim- katibin yeri
Hakim-katib baş hakimin qarşı tərəfində qoyulmuş masanın arxasında oturaraq öz vəzifəsini yerinə yetirir.
23.2.Səlahiyyəti
Hakim-katib dincəlmə fasilələrin və hər komandada edilən əvəzetmələrin sayını qeydə alır və bu barədə baş, yaxud ikinci hakimə xəbər verir.O,bir qayda olaraq ikinci hakimə müraciət etməklə fasilələrə və protokoldakı qeydlərə nəzarət edir, baş hakimə və məşqçilərə lazımi məlumat verir.Fasilə zamanı hakim-katib oyunçuların düzülüşündəki səhvləri və topun oyuna daxil edilməsi ardıcıllığı haqqında hakimlərə məlumat verir.
23.3.Hakim-katibin vəzifələri
Görüşün və hissənin əvvəlində hakim-katib aşağıdakıları yerinə yetirir:
-görüş və komandalar haqqında (tələblərə müvafiq olaraq) məlumatları protokolda qeyd edir, komandaların kapitanlarının və məşqçilərinin imzalarını toplayır;
-hər komandanın əsas heyətini yazmaq üçün oyunçuların meydançada düzülüş (yerləşmə) vərəqələrini yığır.Əgər komandalar həmin vərəqələri vaxtında verməsələr,onda bu barədə dərhal ikinci hakimə məlumat verir.
  Top oyuna ilk dəfə daxil edilənədək oyunçuların düzülüşü yalnız iki hakimə və hakim katibə məlum olur.Oyun zamanı:
-komandaların udduğu xalların qeydiyyatını aparır və onların məlumat tablosunda göstəricilərinə uyğun olmasına nəzarət edir;
-əvəzetmələrin, habelə dincəlmə fasilələrinin qeydiyyatını aparır;
-hər bir komandanın topu oyuna daxil etmə ardıcıllığına nəzarət edir;
-qaydaların yol verdiyi hər bir fasilə zamanı dincəlmə fasilələrinin sayı haqqında və hər komandada neçə oyunçu əvəz edilməsi haqqında ikinci hakimə məlumat verir;
-oyunçuların düzülüşündəki səhvlər və fasilə verilməsi barədə xahişlərin əsassız səhv olduğu haqqında hakimlərə xəbər verir;
-hər hissənin axırında və həlledici hissədə komandalardan biri səkkiz xal topladıqdan sonra meydançanın tərəflərinin dəyişilməsi haqqında hakimlərə məlumat verir.
   Görüş qurtardıqdan sonra:
-oyunun yekununu yazır;
-hakimlərin və kapitanların imzasını toplayır;
-etiraz şikayyəti verildikdə (bu barədə ya özü, ya da komandanın kapitanına) görüşün gedişində meydana çıxan mübahisəli məsələləri protokola yazmağa icazə verir.
Qayda 24.Xətt hakimləri
24.1.Xətt hakimlərinin yeri
Beynəlxalq səviyyəli yarışlarda xətlərdə 4 hakim olmalıdır.Onlar meydançanın künclərindən 1-3 m aralı boş zonalarda, onlara həvalə edilmiş xətlərin davamı üzərində dururlar.
24.2.Oyun zamanı xətt hakimlərinin vəzifələri
  Xətt hakimləri öz vəzifələrini 40*40 sm ölçüdə qırmızı, yaxud sarı rəngli bayraqlarla edilən jestlərin (əl hərəkətlərinin) köməyi ilə yerinə yetirilir:
-top meydançaya düşdükdə və qismən hüdud xətlərinə toxunduqda bayrağı “salırlar” ;
-top hüdud xətlərindən kənara düşdükdə bayrağı qaldırırlar;
-top onu qəbul edən komandanın oyunçularından kimə isə toxunduqdan sonra meydançadan kənara düşdükdə xətt hakimi bayrağı qaldırır və digər əli ilə qaldırdığı bayrağın yuxarı hissəsinə toxunur;
-topu oyuna daxil edən oyunçu topa toxunan zaman yan xətdən kənara çıxırsa onda bayrağı qaldırır və şəhadət barmağı ilə topu oyuna daxil edən oyunçunu və üzbəüz xətti göstərir;
-top antenadan kənar, onun üstündən keçdikdə, yaxud ona toxunduqda bayrağı qaldırıb yellədir, şəhadət barmağı ilə antenanı göstərir.
  Baş hakimin xahişi ilə xətt hakimləri səhvi təsdiq etmək üçün jesti təkrar etməlidir.Jesti ancaq xəttə nəzarət edən xətt hakimi, yaxud səhv edilən yerə yaxın dayanmış hakim yerinə yetirir.
                                                                     
 
 
 
 
 
 
 
 
Qayda 6.İştirakçıların hüquq və vəzifələri
6.1.Əsas vəzifələr:
-oyun qaydalarını bilmək və onlara ciddi əməl etmək;
-hakimin qərar və iradlarını idman prinsipi ilə başa düşmək.
Mübahisəli məsələ meydana çıxdıqda, hakimin onu izah etməsini yalnız komandanın kapitanı xahiş edə bilər.
Oyunçular özlərini təmiz rəqabət ruhunda aparmalıdırlar, həmçinin onlar:
-hakim və rəqiblərə qarşı nəzakətli və taktiki olmalıdırlar;
-hakimin qərarına təsir göstərə bilən, yaxud öz komandasının səhvlərini gizlədən (topu qəbul edərkən əl çalmaq və qışqırmaq) hallardan çəkinməlidirlər;
-oyundan kənarda olduqları halda oynayan oyunçulara hər hansı bir göstəriş verməkdən çəkinməlidirlər.
6.2.Komandanın kapitanının hüquq və vəzifələri
Görüşdən qabaq komandanın kapitanı yarış protokoluna qol çəkir, öz komandasını püşkatmada təmsil edir.Görüş zamanı komandanın kapitanı:
a)oyunçuların geyimini dəyişmək üçün hakimdən icazə istəyə bilər;
b)rəhbərlik etdiyi komandanın oyunçularının xahiş və suallarını aydın şəkildə fasilədə müvafiq şəkildə hakimə çatdıra bilər;
c)hakimlərin tətbiq etdikləri qaydaların düzgünlüyünü izah etməyi xahiş edə bilər.Əgər izahat, yaxud qaydaların hakim tərəfindən tətbiq olunma üsulu kapitanı qane etməsə onda kapitan dərhal bildirməlidir ki,mübahisəli məsələ görüşün axırında yarış protokoluna yazılsın;
d)birinci hakimdən toru, döşəməni, topu, habelə rəqib komandanın oyunçularının meydançada yerləşməsini yoxlamağını xahiş edir;
e)oyun zamanı komandanın payına düşən fasilələrin verilməsini xahiş edir.
Görüşdən sonra komandanın kapitanı:
-hakimlərə təşəkkürünü bildirir və protokola qol çəkərək görüşün nəticəsi ilə razılaşdığını bildirir;
-birinci hakimə bildirdiyi məsələ haqqında protokoldakı etirazını təsdiq edə bilər.
6.3.Məşqçinin vəzifələri
-məşqçi oyun qaydalarını bilməli və onlara ciddi əməl etməlidir.Hər bir məşqçi öz komandasının oyunçularının davranışına və intizamına cavabdehdir.O,yalnız hakimlərə deyil həmçinin rəqiblərə, tamaşaçılara, yarışı təşkil edənlərə hörmət etməli və oyunçuları buna çağırmalıdır;
-hakimlərdən izahat tələb etməli və hakimin qərarına etiraz etməməlidir;
-görüşdən qabaq protokolda yazılmış oyunçuların familiya və nömrələrini yoxlayıb protokolu imzalayır;
-məşqçi hər hissənin əvvəlində oyunçuların meydançadakı düzülüşünü əks etdirən kartoçkanı (vərəqəni) lazımi qaydada doldurub imzalayaraq onu hakim-katibə, yaxud ikinci hakimə verir;
-oyun zamanı məşqçi katiblə yanaşı qoyulmuş ehtiyat oyunçular skamiyasında oturur;
-oyun zamanı məşqçi oyuna maneə törətməmək şərti ilə oturan vəziyyətdə, yaxud meydançanın ətrafında gəzə-gəzə oyunçulara göstəriş verə bilər.
6.4.Məşqçinin köməkçisinin vəzifələri
O, ehtiyat oyunçular skamiyasında oturur.Məşqçi müəyyən bir vaxt ərzində başqa yerə getmiş olarsa,onda onun vəzifəsini kapitanın xahişi və birinci hakimin icazəsi ilə icra edir.Məşqçinin köməkçisinə oyun zamanı oyunun gedişinə qarışmağa icazə verilmir.
 
                 Oyuna hazırlıq və onun gedişi
Qayda7.Püşkatma
Komandalar meydançaya çıxmazdan əvvəl, həmçinin həlledici hissənin əvvəlində birinci hakim hər iki komandanın kapitanı ilə püşkatma mərasimi keçirir.Püşkü udan kapitan ya topun oyuna daxilini , ya da meydançanı seçməlidir.Qalan hüquqlar o biri komandaya verilir.
7.1. Oyunqabağı məşq
7.1.1.Oyundan əvvəl komandalar torda məşq edə bilərlər(bundan əvvəl onların sərəncamına başqa meydança olmuşsa,məşq 3 dəqiqə, əgər olmamışsa 5 dəqiqə olmalıdır).
Əgər komandalar məşqi eyni vaxtda torda keçirmək istəsələr onda onlara  6, yaxud 10 dəqiqə verilir.
Qayda8.Komandaların tərkibi və oyunçuların yeri
8.1.Komandaların tərkibi
8.1.1.Hər hissənin əvvəlində məşqçi hakim-katibə, yaxud ikinci hakimə oyunçuların düzülüş vərəqəsini verməlidir.
8.1.2.Oyunun birinci hissəsini başlayan 6 oyunçu komandanın əsas tərkibi hesab olunur.Meydançada eyni vaxtda altıdan az oyunçu ola bilməz.
8.1.3.Məşqçi əsas heyətin meydançada yerləşməsini hakim-katibə verdiyi vərəqədə “libero” oyunçunu qeyd etməlidir.
8.2. Ehtiyat oyunçuların yeri
Əsas heyətə daxil olmayan oyunçular oynanılan hissənin ehtiyat oyunçuları sayılır.Ehtiyat oyunçular və məşqçilər komandanın öz meydançasının yanındakı skamiyada olmalıdırlar.Ehtiyat oyunçular oyun meydançasından kənarda xüsusi ayrılmış yerdə məşq edə bilərlər.
Qayda 9.Oyunçuların meydançada düzülüş və yerdəyişməsi
9.1.Oyunun əvvəlində düzülüş
9.1.1.Topu oyuna daxil edən oyunçu topa zərbə vurarkən hər komanda öz meydançasında zonalar üzrə yerləşirlər.
9.1.2.Tor boyu dayanmış 3 oyunçu ön xəttin oyunçuları sayılırlar.Onlar 4-cü, 3-cü və 2-ci zonalarda yerləşirlər.Qalan 3 oyunçu arxa xəttin oyunçuları adlanırlar.Onlar ön xəttin müvafiq oyunçularından arxada durmalı və 5-ci, 6-cı və 1-ci zonaları tutmalıdırlar.
9.1.3.Oyunçuların düzülüş vərəqəsi katibə verildikdən sonra oyunçuların düzülüş vəziyyətini dəyişmək qadağandır.
9.1.4.Top oyuna daxil edilərkən oyunçunun vəziyyətinə onun ayağının qoyuluşuna və onun yerlə təmasına görə nəzarət olunur:
-top oyuna daxil ediləndən sonra oyunçular öz meydançasında istədikləri yeri tuta bilərlər.
9.2.Oyunçuların meydançada yerdəyişməsi
Oyuna daxil edilmiş topu qəbul edən komanda udarsa, yaxud rəqib komanda səhvə yol verərsə, onda topu oyuna daxil etmə hüququnu qazanan tərəfin oyunçuları saat əqrəbi istiqamətində zonadan-zonaya keçirlər.Hissənin əvvəlində protokolda yazılan yerdəyişmə qaydası bütün hissə ərzində saxlanmalıdır.Hər hissənin əvvəlində komanda oyunçuların düzülüşünü dəyişə bilər.Bu zaman komanda protokolda familiyası olan hər hansı oyunçunu əsas heyətə daxil edə bilər.
9.3.Düzülüşdəki səhvlər
Top oyuna daxil edilərkən oyunçular düzgün mövqe tutmurlarsa, səhv edirlər.
9.4.Düzülüşdəki səhvə görə cəza
Topu qəbul edən komandanın oyunçularının düzülüşündəki səhvdən əvvəl topu oyuna daxil edən oyunçunun topa toxunduğu zaman etdiyi səhv üçün cəza verilir.
Meydançada düzülüş səhvinə görə cəza:
-oyunçular dərhal düzgün vəziyyətə qayıtmalıdırlar;
-səhvə yol vermiş komanda topu oyuna daxiletmə hüququnu itirir, rəqib komanda isə bir xal və topu oyuna daxiletmə hüququnu qazanır.
9.5.Yerdəyişmə səhvləri
Topun oyuna daxil edilmə növbəsinin pozulması yerdəyişmə səhvi sayılır.Bu səhv düzülüş qaydasının mütləq səhvi kimi qiymətləndirilir.Belə olduqda oyun dayandırılır və oyunçuların zonalarda yerləşməsi bərpa olunur.
Qayda 10. Oyunda fasilə
10.1.Qaydaların nəzərdə tutduğu fasilələr
Qaydalar dincəlmək və oyunçuları əvəz etmək üçün fasilə verməyə imkan verir.Fasiləni top “oyundankənar” vəziyyətdə olarkən yalnız baş hakim verir.
10.2.Fasilələrə icazə və fasilələrin müddəti
Birinci, ikinci, üçüncü və dördüncü hissələrdə 3 fasilə verilir.Onlardan ikisi “texniki” fasilə adlandırılır.Belə ki, hər hansı bir komanda 8 və 16 xal topladıqları zaman fasilələr hər biri 30 saniyə müddətində avtomatik olaraq hər iki komandaya verilir.3-cü fasilə isə 30 saniyə müddətində kapitan və yaxud məşqçi tərəfindən istənilən vaxtda istifadə oluna bilər.Beşinci, həlledici hissədə “texniki” fasilələr verilmir.İki fasilə hər biri 30 saniyə müddətində kapitanla, yaxud məşqçi ilə istənilən zaman istifadə edilə bilər.
Oyunçunun əvəz olunması üçün götürülən fasilə əvəzetmə faktının protokola yazılması, habelə əvəzolunanın meydançadan çıxması və əvəz edənin meydançaya daxil olması üçün tələb olunan vaxt ilə məhdudlaşır.Oyunçular hər hansı bir fasilə zamanı meydançanı tərk etməli və ehtiyat heyətin skamiyasına yaxınlaşmalıdırlar.
10.3.Oyunun dayandırılması üçün əsassız xahişlər
Hakimlər aşağıdakı hallarda (əgər hesab edir ki, xahiş əsassızdır) fasilə haqqında xahişi rədd etməlidir:
-xahiş oyunun gedişində, yaxud topu oyuna daxil etmək üçün fit verildikdən sonra edilmişsə,fasilə alma xahişi rədd olunur və topun oyuna daxil edilməsi davam etdirilir;
-səlahiyyəti olmayan oyunçu fasilə barədə xahiş etdikdə.
10.4.Oyunda nəzərdə tutulmayan fasilələr
Bədbəxt hadisə baş verdikdə əgər top “oyundadırsa” hakim oyunu saxlamalı və topun yenidən oyuna daxil edilməsinə icazə verməlidir:
a)əgər oyunçu zədə almışsa və oyunu davam etdirə bilmirsə, onu dəyişmək üçün icazə verilir;
b)əgər icazə verilən fasilənin sayı qurtarmışsa, onda birinci hakim zədə almış oyunçunu əvəz etmək üçün fasilə verir.Bu zaman meydançaya ilk növbədə həmin hissədə hələ heç kimi əvəz etməyən oyunçu çıxır.Əgər belə oyunçu yoxdursa, onda meydançaya istənilən oyunçu çıxa bilər;
c)əvəzetmə mümkün olmadıqda hakim zədə alana 3 dəqiqə vaxt verir;
d)əgər bu vaxt keçənə qədər oyunçu oyunu davam edə bilmirsə, onda komanda “natamam tərkibində” elan olunur.
Oyunçu oyundan çıxarıldıqda hakim çıxarılmış oyunçunu əvəz etmək üçün oyunu saxlayır, əgər icazə verilmiş sayda əvəzetmə qurtarmışsa onda komanda oynanılan partiyada natamam tərkibində elan olunur.
10.5. Uzun müddətli fasilələr
Gözlənilməz vəziyyətə görə oyun dayandırılarsa, onda birinci hakim yarış təşkilatçıları və hakimlər kollegiyası görüşü davam etdirmək üçün imkan axtarırlar.
Əgər bir və bir neçə fasilə 4 saatdan artıq davam etməzsə, onda:
-əgər oyun əvvəlki meydançada davam etdirilərsə bu zaman oyun adətən fasilədən sonra (həmin hesabla, həmin tərkibdə, həmin düzülüşdə) keçirilir.Əvvəlki hissələrin hesabı saxlanılır;
-əgər oyun yeni meydançada davam etdirilirsə, onda yarışın əvvəlki qalan hissəsinin nəticəsi ləğv olunur, hissə əvvəlki heyətdə, əvvəlki düzülüşdə keçiilir.Topun oyuna daxil edilmə ardıcıllığı saxlanılır, əvvəl oynanılmış hissələrin nəticələri hesaba alınır;
-əgər fasilələrin (və ya fasilənin) ümumi müddəti 4 saatdan artıq çəkərsə, görüş yenidən keçirilməlidir.
Qayda  11.Oyunçuların əvəz olunması
Əvəzetmə- bu o deməkdir ki, hakim oyunçuların birinə meydançadan çıxmağı, başqasına isə onun yerini tutmağa icazə verir.Bir hissədə komanda 6 oyunçu dəyişə bilər.
11.1.Növbəti əvəzetmə
Məşqçi və ya kapitan rəsmi əl işarəsi ilə birinci, yaxud ikinci hakimə əvəzetmə haqqında xahişlə müraciət edir və əvəzetmənin sayını göstərir.Əvəzetmə haqqında xahişi yerinə yetirməkdən ötrü hakimə fasilə zamanı topu oyuna daxil etmək üçün fit çalınana qədər müraciət etmək lazımdır.Oyunçular əvəz edilərkən aşağıdakı tələblərə riayət etməlidirlər:
-əsas heyətin oyunçusu hər hissədə yalnız bir dəfə oyundan çıxa bilər, meydançaya qayıtdıqda isə o özünün əvvəlki yerini tutmalıdır;
-ehtiyat oyunçu hissə ərzində oyuna ancaq bir dəfə çıxa bilər, özü isə yalnız onun əvəz etdiyi idmançı tərəfindən əvəz oluna bilər.
11.2.Növbəti oyunçunun dəyişmə qaydası
1.Növbəti əvəz etməyə hakimlərdən biri icazə verir.
2.Yoldaşını əvəz etməyə çıxan oyunçu katibin stolunun yanındakı əvəzetmə zonasında formada hazır dayanmalıdır.
3.Elə ki, hakim dəyişilməyə icazə verdi oyuna girən oyunçu yan xəttə yaxınlaşır və əlində oyundan çıxan oyunçunun nömrəsi ilə dayanır.İkinci hakimin göstərişi ilə dəyişilən oyunçu meydançadan çıxır və dəyişənin əlindəki nömrəni alır.
11.3.Xüsusi müdafiəçi “libero”
Oyun başlamazdan əvvəl “libero” xüsusi ayrılmış qrafada qeyd olunmalıdır.Birinci hissədə məşqçi oyunçuların yerləşməsi haqqında verilən vərəqədə “libero” oyunçunun nömrəsi qeyd olunmalıdır.
11.4.”Libero” haqqında xüsusi qaydalar
1.”Libero” oyunçunun forması tamam ayrı rəngdə olmalı və komanda oyunçularından fərqlənməlidir.
2.”Libero” arxa xəttin hər bir oyunçusunu dəyişə bilər.
3.”Libero” arxa xətt oyunçusunun funksiyalarını yerinə yetirir.Meydançanın hər hansı bir hissəsindən ona hücum zərbəsini endirməyə icazə verilmir (əgər top torun səviyyəsindən hündürdürsə).
“Libero” oyunçusuna blok qurmaq və topu oyuna daxil etməyə icazə verilmir.
Əgər “libero” hücum zonasındadırsa və topu hücum zərbəsini icra etmək üçün ötürür, onda hücum edən oyunçuya zərbə endirməyə icazə verilmir.
Əgər “libero” hücum zonasından kənardadırsa və topu hücumçuya ötürür onda hücumçu zərbəni yerinə yetirir.
11.5.Oyunçuların əvəz edilməsi
“Libero” oyunçu ilə oyunçuların əvəzedilməsi protokolda qeyd olunmur və hüdudu yoxdur.”Libero” oyunçunu ancaq onunla əvəz edilmiş oyunçu meydançaya daxil ola bilər və əvəzetmə ancaq top oyundan kənar olarkən yerinə yetirilir.Belə əvəzetmələr hakimin “topu oyuna daxil etmə” işarəsindən qabaq olmalıdır.”Libero” oyunçunun meydançaya daxil olmağı və çıxmağı ehtiyat oyunçularının skamiyası ilə üzbəüz olan yan xəttindən icra olunur.
11.6.Zədə alan “libero” oyunçunun əvəz edilməsi
Zədələnmiş “libero” oyunçu baş hakimin razılığı ilə hər bir ehtiyat oyunçu ilə əvəz oluna bilər.Zədə alan “libero” oyunçuya görüşün axırına qədər meydançaya çıxmaq üçün icazə verilmir.Zədələnmiş “libero” oyunçunu əvəz edən oyunçu onun funksiyalarını görüşün axırına kimi yerinə yetirməlidir.
11.7.Zəruri əvəzetmə
Zərurət olduqda komanda dəyişiklik etməlidir:
1.Oyundan çıxarılan oyunçu növbəti dəyişmə zamanı əvəz olunmalıdır.Əks təqdirdə komanda natamam heyətində elan olunacaqdır.
2.Zədə almış və oyunu davam etdirə bilməyən oyunçunu növbəti dəyişiklik zamanı əvəz edirlər.Bu cür əvəzetmə imkanı olmayan komandaya istisna olaraq əlavə dəyişiklik etmək hüququ verilir (xüsusi müdafiəçi “libero” oyunçudan başqa).
11.8.Əvəzetmə zamanı səhvlər
1.Hakim oyunu saxlamağa icazə verdiyi anda çıxan oyunçu əvəzetmə zonasında olmur, yaxud o, oyuna daxil olmağa hazır deyil.
2.Komanda əvəzetmələrdən istifadə etdiyi halda növbədənkənar dəyişiklik üçün xahiş edirsə ona xəbərdarlıq verilir, təkrar olunduqda cəzalandırılır.
Qayda 12.Hissələrarası fasilə və meydançaların dəyişilməsi
12.1.Hissələrarası fasilələr
Hissələrarası fasilənin maksimal müddəti 3 dəqiqədir.Bu vaxt ərzində komandalar meydançanın tərəflərini dəyişməlidirlər, hakimlər isə oyunçuların yeni düzülüşünü protokola yazmalıdırlar.
12.2.Meydançanın tərəflərinin dəyişdirilməsi
Həlledici hissə müstəsna olmaqla, hər hissədən sonra komandalar meydançanın tərəflərini dəyişirlər.Ehtiyat oyunçular və  komandanın digər üzvləri komandanın keçdiyi tərəfdəki skamiyada otururlar.Həlledici hissədə hesab 8-ə çatdıqda komandalar dərhal yerlərini dəyişirlər.Meydançaları dəyişdikdən sonra oyunçuların düzülüşü əvvəlki kimi qalır.Yerdəyişmə zamanı qeydə alınmış hesab yoxlanılır.
Qayda 13. Oyunun nəticəsi
Birinci olaraq 25 xal toplamış, yaxud 24:24 hesabından sonra rəqib komandadan 2 xal (26:24,27:25) irəli çıxan komanda hissəni udur.Üç hissədə qalib gələn komanda görüşü udmuş hesab olunur.Əgər hissələrin hesabı 2:2-sə onda 5-ci həlledici hissə keçirilir.Həmin hissə iki xal üstünlük şərti ilə 15 xal toplayana qədər oynanılır.Əgər hesab 14:14-sə oyun 16-ya qədər, 15:15-sə oyun 17-yə qədər oynanılır.
                      Oyun fəaliyyəti və səhvlər
Qayda 14.1.Topun oyuna daxil edilməsi
Oyuna başlamaq üçün arxa xəttin hər hansı bir nöqtəsindən topu oyuna daxil edirlər.Birinci və beşinci hissələrdə topu oyuna püşkatmada bu hüququ qazanmış komanda daxil edir.O biri hissələr əvvəlki hissədə topu birinci vurmayan komandanın topu oyuna daxil etməsi ilə başlanır.
14.2.Topu oyuna daxil etmə zamanı oyunçuların yerdəyişmə qaydası
Topa malik olan komandanın oyunçuları topu oyuna daxil edən zaman düzülüş vərəqəsinə müvafiq olaraq yerlərini dəyişirlər.Oyunun gedişində topu oyuna daxil edən oyunçu aşağıdakı qaydada müəyyən olunur:
-əgər komanda xal qazanırsa onda topu yenə həmin oyunçu oyuna daxil edir;
-əgər topu oyuna daxil etmiş komanda səhvə yol verirsə, yaxud topu oyuna daxiletmə hüququnu əldə edən komanda yerdəyişməni yerinə yetirir.
14.3.Topun oyuna daxil edilməsi
Topu oyuna daxil edən oyunçu düz xətdin arxasında yerləşir.Burada o, sərbəst hərəkət edə bilər, yaxud topu vurarkən tullana bilər, lakin topu vurma anında xətti tapdalamaq olmaz və yan xəttdən qırağa çıxmağa icazə verilmir.Birinci hakim fit verdikdən 8 saniyə müddətində top oyuna daxil edilməlidir.Fitə qədər oyuna daxil edilən top sayılmır və o təkrar olunmalıdır.
Topa zərbə əlin, yaxud qolun hər hansı bir hissəsi ilə endirilir.Əgər oyuna daxil edilmiş top tora toxunaraq keçir rəqib tərəfə bu səhv kimi qeyd olunmur və oyun davam etdirilir.Əgər oyuna daxil edilmiş top tora toxunaraq rəqib tərəfə keçmirsə onda bu səhv kimi hesab olunur və oyun saxlanılır.
14.4. Sipər
Topu oyuna daxil edən komandanın oyunçuları topu oyuna daxil edənin və topun uçuş trayektoriyasının qarşısını sipərlə kəsməməlidirlər.Topu oyuna daxil edən komandanın oyunçusu rəqibin diqqətini cəlb etmək üçün əlini qaldırır, hoppanıb-düşür və meydançada o yan-bu yana gedirsə fərdi sipər yaradır.
14.5.Topun oyuna daxil edilməsi zamanı topa toxunduqdan sonra  edilən səhvlər
Topa düzgün toxunduqdan sonra topun oyuna daxil edilməsi hakimlər tərəfindən səhv sayıla bilər (bu şərtlə ki, oyunçular düzülüş qaydasını pozmurlar) lakin əgər top:
-hər hansı bir əşyaya toxunursa, ya da torun üstündən keçməyibsə;
-antenaya toxunubsa, ya da meydançanın oyun fəzası üzərindən keçməyibsə;
-fərdi, yaxud qruppalı sipərin üzərindən keçirsə;
-rəqib komandanın oyunçularından heç kimə toxunmadan rəqib meydançasından kənara düşübsə.
 
Qayda 15. Topa toxunma
15.1.Top oyunda
Top oyuna baş hakimin fitindən sonra daxil edilir.
15.2.Komandanın topa toxunma sayı
Hər komandanın öz meydançasında 3 dəfə topa toxunmağa ixtiyarı var (blok nəzərə alınmadan).Üçüncü toxunmadan sonra top torun üzərindən rəqib tərəfə keçirilməlidir.Toxunma o zaman hesaba alınır ki, ya oyunçulardan biri topa toxunur, ya da top oyunçuların birinə dəyir.Eyni oyunçunun (blok qoyandan başqa) topa dalbadal iki dəfə toxunmağa ixtiyarı yoxdur.
15.3.Toxunmanın xarakteristikası
1.Birinci toxunmada top eyni vaxtda bədənin bir neçə hissəsinə toxuna bilər, bu şərtlə ki, toxunma bir texniki fəndin yerinə yetirilməsində baş verir.
2.Topa ani hərəkətlə toxunmaq lazımdır.Zərbə zamanı topun ləngiməsinə yol verilmir.
3.Nə topu qəbul edənə qədər, yaxud ondan sonra oyunçunun hərəkəti, nə də topun qəbul olunmasını müşaiyət edən səs topun qəbul olunma keyfiyyəti hakimin verdiyi qiymətə təsir göstərməməlidir.
15.4.Eynivaxtlı toxunma
Əgər torun üstündə rəqiblər topa eyni vaxtda toxunarlarsa, onda top keçən tərəf topa daha 3 dəfə toxuna bilər.Əgər top meydançadan kənara düşürsə, onda topun əks tərəfindəki komanda topu udmuş sayılır.Bir komandanın iki oyunçusu topa eyni vaxtda toxunarsa (blokda toxunmadan başqa) bu iki dəfə toxunma sayılır.Əgər oyunçuların toxunması zamanı onlardan biri toxunarsa, onda bir toxunma hesab olunur.Oyunçunun topa toxunması üçün komanda yoldaşına toxunmağa hətta onu itələməyə icazə verilir.Oyunçu komanda yoldaşını səhv etmə ərəfəsində (tora toxunma, orta xətti keçdikdə) saxlaya bilər.
Qayda 16.Tor tərəfə göndərilmiş top
16.1.Topun tor üzərindən keçməsi
Rəqib meydançasına yönəldilmiş top meydançanın oyun fəzası hüdudunda torun şaquli səthi üzərindən keçməlidir.İki antena arasında olan məsafə tavana qədər (açıq meydançada hüdudsuz)-oyun fəzası adlandırılır.Rəqib tərəfə göndərilmiş top oyun fəzasından keçirsə tora toxuna bilər.
16.2.Top torda
Top tora dəydikdən sonra o yerə düşməyibsə və tordan qayıdan topun götürülməsi 4-cü toxunma deyilsə oyunu davam etdirirlər.Əgər top torda ilişirsə, toru deşirsə, yaxud onu yerə salarsa onda top yenidən oyuna daxil edilir.                                                                                           Topu rəqib tərəfə göndərən komanda aşağıdakı səhvlərə yol verir:
-top kənar əşyalara, meydançadan kənarda duran birinə, habelə tavan və ya torun xarici elementlərinə (antenaya, trosa, dirəyə) toxunur;
-top tor üzərindən oyun fəzasından kənar keçir;
-top torun altından keçir;
Əgər top oyun fəzasından kənar rəqib tərəfə keçirsə, onda onu geri qaytarmaq olar:
-əgər oyunçu rəqib meydançasını tapdalamayırsa;
-qaytardığı top oyun fəzasından keçmirsə.Rəqib komandanın oyunçuları belə bir şəraitdə maneə qurmamalıdır.
Qayda 17.Rəqibin meydançasına toxunma və torun şaquli sahəsinin keçilməsi
Komandaların hər biri meydançanın özünə aid hissəsində və özünün oyun fəzasında oynamalıdır.Aşağıdakı hallarda qaydadan kənara çıxmağa yol verilir.
17.1.Əllərin torun şaquli səthi üzərindən keçirilməsi
Blok zamanı topa tor üzərində və rəqib tərəfdə toxunmağa icazə verilir, əgər rəqib komandanın cavab fəaliyyətinə maneçilik törətmirsə.Zərbədən sonra əl rəqib tərəfə keçə bilər bu şərtlə ki, topa toxunma hücum edən oyunçu tərəfdə olsun.
17.2.Tora toxunma
Oyunçulara bütün tor uzunluğu boyu, o cümlədən antenaya toxunmağa icazə verilmir.Topu vurduqdan sonra oyunçu dirəklərə, trosa, yaxud meydançadan kənardakı hər hansı bir əşyaya toxuna bilər bu şərtlə ki, bu toxunmaların heç biri oyuna təsir göstərməməlidir.Tora toxunmaq qəti qadağandır.Lakin əgər oyunçu topla olmadığı halda təsadüfən tora toxunursa, onda bu səhv kimi hesab olunmur və oyun davam etdirilir.
17.3.Rəqib komandanın meydançasını tapdalamaq
1.Oyun zamanı orta xəttdən o tərəfə rəqib meydançasına ayaqla, əllə və bədənin başqa hər hansı hissəsilə toxunmaq qadağandır.
2.Bir, yaxud iki ayaqla, əllə rəqib meydançasını tapdalamağa icazə verilir bu şərtlə ki, heç olmasa ayağın və əlin bir hissəsi orta xəttin üstünə düşsün.
3.Rəqib komandanın boş zonasını tapdalamağa yol verilir, əgər bu zaman onun oyununa maneçilik törədilmirsə.
17.4.Orta xətti keçərkən səhvlər
Aşağıdakı halda səhvə yol verilir:
-rəqib hücum zərbəsi vurana qədər, yaxud vurma anında oyunçu rəqib komandanın oyun fəzasında topa toxunur;
-oyunçu rəqib komandanın oyun fəzasında onun hər hansı oyununa mane olur;
-oyunçu torun altından orta xətti keçərək rəqiblərdən kiməsə toxunur, yaxud mane olur;
-oyun zamanı oyunçu orta xətti keçir və rəqib meydançasını tapdalayır.
Qayda 18.Hücum zərbəsi
18.1.Ön xətdən hücum
Ön xəttin oyunçuları meydançanın onlara aid tərəfindən və istənilən hündürlükdən hər cür hücum zərbəsi vura bilərlər, bu şərtlə ki, top zərbə anında tamamilə onların oyun fəzasında olsun (oyuna daxil edilən topdan başqa).
18.2.Arxa xətdən hücum
Arxa xəttin oyunçusu istənilən hündürlükdən istənilən hücum zərbəsini endirə bilər.Bu şərtlə ki, hücum hərəkəti zamanı onun ayağı hücum xəttinə toxunmasın və həmin xətti keçməsin.Hücum zərbəsindən sonra oyunçu hücum zonasına döşəməyə enə bilər.Arxa xəttin oyunçusu hücum zonasında olarkən hücum zərbəsi vura bilər bu şərtlə ki, zərbə anında top torun üst kənarından aşağıda olsun.
18.3.Hücumda səhvlər
Oyunçunun hücumdakı səhvləri aşağıdakılardır:
-top rəqib komandanın oyun fəzasında olarkən ona zərbə vurmaq;
-top rəqib komandanın oyunçularından heç kimə toxunmadan meydançadan kənara düşür;
-arxa xəttin oyunçusu hücum zonasında torun üst kənarından yuxarıda olan topa hücum zərbəsi vurur;
-top torun üst kənarından yuxarıda olarkən “libero” oyunçu ona hoppanaraq zərbə vurur.
Qayda 19.Blokqoyma
Blokqoyma rəqib meydançası tərəfindən uçub gələn topu (oyuna daxil edilən topdan başqa) torun qarşısında saxlamaq üçün yalnız ön xəttin oyunçularına icazə verilmiş fəaliyyətdir.Blokqoyma o zaman baş tutmuş sayılır ki, top oyunçunun əllərinə dəyir və geriyə qayıdır.Blok zamanı topa bir, yaxud bir neçə oyunçu toxuna bilər.Həmin toxunmalar eyni bir blok səyi zamanı edilməlidir.Blok zamanı topa əllə, yaxud qolun istənilən hissəsilə və hətta başla toxunmaq olar.
19.1.Blok zamanı qolların keçirilməsi
Bir, yaxud bir neçə blok quranlar blok qoymağa cəhd edərkən, yaxud artıq qoyulmuş blok zamanı əllərini və qollarını torun üstündən rəqib tərəfə keçirə bilərlər, bu şərtlə ki, rəqib komandanın fəaliyyətinə mane olunmasın.
19.2.Blokdan sıçrayan topa toxunma
Blokda topa toxunma ümumi toxunma kimi hesab olunur.Blokdan sonra topu rəqib tərəfə göndərmək üçün komandanın topa 3 dəfə toxunmağa ixtiyarı var.Blokdan sonra topa birinci olaraq istənilən oyunçu, hətta blokqoyan oyunçu da toxuna bilar.
19.3.Blokqoyanın səhvləri
Oyunçunun blokda səhvləri aşağıdakılardır:
-topa antenadan qıraqda rəqib tərəfdə toxunur;
-rəqibin fəaliyyətinə onun fəzasında maneçilik törədir (fəaliyyət zamanı və ya ona qədər);
-blokda arxa xəttin oyunçusu iştirak edir;
-oyuna daxil edilən topa blok qurur;
-“libero” oyunçu blok qurmaq üçün cəhd göstərir, yaxud blok qurur.
Qayda 20.Səhvlər və cəzalandırma
Görüş zamanı iştirakçılar oyun qaydalarına zidd hərəkət edə bilər, yaxud intizamsızlığa yol verə bilərlər.Səhvin dərəcəsini və hər bir qayda pozulmasına görə cəza tədbirini baç hakim müəyyən edir.Hər bir səhvə görə mütləq müvafiq cəza verilməlidir.Təqsirkar komanda üçün hər bir cəza o deməkdir ki, onun rəqibi xal və topu oyuna daxil etmə hüququ qazanır.
20.1.Nalayiq davranış
Ayrı-ayrı oyunçuların və komandaların rəsmi şəxslərə, rəqib oyunçulara, tamaşaçılara, yaxud öz komandasının oyunçularına qarşı davranışı idmançıya yaraşmayan, kobud,təhqiramiz, təcavüzkar ola bilər.Bu cür davranışa görə cəza tədbirini xoşagəlməz hərəkətin dərəcəsinə görə müəyyən edirlər.
İdmançıya yaraşmayan davranış:oyunçulardan hansısa oyunu ləngidir, yolverilməz göstərişlər verir, qışqırır,rəqibini qorxudur, oyunçularla, hakimlərlə, yaxud tamaşaçılarla mübahisə edir.
Kobud davranış:oyunçulardan hansısa özünü aparma qaydalarına zidd hərəkət edir, hakimlərə, rəqiblərə, yaxud tamaşaçılara hörmətsizlik edir.
Təhqiramiz hərəkətlər:hakimlərin, rəqiblərin, yaxud tamaşaçıların şəxsiyyətini alçaldan hərəkətlər edir və onların ünvanına təhqiramiz sözlər deyir.
Təcavüzkar davranış:oyunçu hakimlərə, rəqiblərə, tamaşaçılara qarşı real təcavüzkar hərəkət edir, yaxud da belə hərəkət etməyə cəhd göstərir.
20.2.Nalayiq davranışa görə cəza tədbirləri
Nalayiq (düzgün olmayan) hərəkətin dərəcəsinə görə baş hakim aşağıdakı cəza tədbirlərini tətbiq edə bilər:
-idmançıya yaraşmayan davranışa görə xəbərdarlıq;
Bu cəza deyil yalnız oyunçunu, məşqçini, yaxud komandanı keçirilən oyun hissəsi ərzində hərəkətləri təkrar etməmək üçün xəbərdarlıq (şifahi,cəza vərəqsiz).
-kobud hərəkətə görə sarı vərəqə göstərilir və rəqib komandaya xal verilir;
-oyundan çıxarma.Qırmızı vərəqə göstərilir və  bu cəza tədbiri görüşün protokoluna yazılmalıdır.
Təhqiramiz hərəkətə görə cəza tədbiri kimi tətbiq olunur və oyunçunu həmin hissə qurtarana qədər (əvəz etmə hüququ ilə) oyundan kənar etməyi nəzərdə tutur;
-təcavüzkar hərəkətə görə qaydanı pozan oyunçuya baş hakim sarı və qırmızı vərəqələri bir əldə tutmaqla göstərir və həmin oyunçu görüşün axırına qədər (əvəz etmə hüququ ilə) meydançanı tərk etməlidir.Bu zaman rəqib komandaya xal və topu oyuna daxil etmək hüququ verilir.
20.3.Cəza vərəqələri
1.Xəbərdarlıq-şifahi və vərəqsiz
2.Cəzalandırma-sarı vərəqə
3.Oyundan çıxarma-qırmızı vərəqə
4.Görüşün axırına qədər oyundan çıxarma-qırmızı və sarı vərəqələri bir əldə göstərmək.                                                                                                                     
 
                                             Nizə atmaq texnikası.                                                                                                   Nizə düzünə qaçışdan,baş arxasından-çiyin üzərindən uzağa atılır.Nizə quyruğa,bir qədər də ucluğa rəvan surətdə enən içiboş metal borudur.Kişi nizəsinin uzunluğu 260-270 sm, ağırlığı isə 800 qramdır.Qadın nizəsinin ağırlığı 600q, uzunluğu 220-230 sm-dir.Kişi nizəsinin ağırlıq mərkəzi 90-100 sm hündürlükdə,qadın nizəsinin ağırlğq mərkəzi isə 80-95 sm hündürlükdə yerləşir.Kişi nizəsinin sarğısının eni 15-16 sm, qadın nizəsinin sarğısının eni isə 14-15 sm-dir. Nizənin uçuş bucağı 29-36 dərəcədir.Nizə 29 dərəcə bucağı olan bölməyə atılır.Qaçış 8 metr olan qövslə  məhdudlaşır.Nəticə həmin qövsdən ölçülür.Nizənin tutulmasının iki üsulu vardır.Baş və orta barmaqların sarğının birinci burnuna dirənməsi ilə tutmaq daha əlverişli üsul hesab edilir.Digər üsulda sarğının birinci burnuna baş barmaq və                   şəhadət barmağı dirənir.Nizənin sapı ovuc içərisində çəpəki yerləşir.Qaçışı ilkin və son hissələrə bölmək qəbul olunmuşdur.Qaçışın tam uzunluğu 20-35 metrdir.Qaçışın ilkin hissəsi 9-14 addıma (15-23metr) yerinə yetirilir.Qaçışın son hissəsi qadınlarda 8-9 metrə qədər,kişilərdə isə  12 metrə qədərdir.Qaçışın ilkin hissəsində nizə atan sürətin və addımın uzunluğunun sabitliyinə çalışaraq optimal sürətə çatır,çünki nəzarət işarəsinə dəqiq düşmək lazımdır.Qaçışın xarakteri sürətlidir.Qaçışın ən böyük sürəti nəzarət işarəsinə bir neçə addım qalmış əldə edilir.Sol əl qaçışda olduğu kimi işləyir,nizə tutmuş sağ əl isə kiçik titirəyişli hərəkətlər edir.Qaçışın son hissəsində nizə atan atma üçün daha əlverişli vəziyyət alaraq nizəni geri çəkir,qaçışın bu hissəsində addımları atma ritmik yerinə yetirilir.Hazırda düz-geri çəkilməsi variantı və atmanın 4 addıma yerinə yetirilməsi daha geniş yayılmışdır.Lakin təcrübədə atmanın 5 addıma və 6 addıma yerinə yetirilməsinə təsadüf olunur.4 atma addımı yerinə yetirilərkən nizənin geri çəkilməsi sağ ayaqla atılan addımdan başlayır.Birinci iki addımda idmançı çiyinlərini sağa döndərirsə əlini çiyin oxundan aşağı salmayaraq nizəli qolunu düzəldir.
 
 
 
                  Orqanizmin möhkəmləndirilməsi
Orqanizmin xarici mühitin təsirinə qarşı dayanıqlılığı fərdi xüsusiyyətlərlə yanaşı vaxtında və düzgün aparılmış xüsusi sağlamlaşdırıcı tədbirlərdən asılıdır.Buraya ilk növbədə fiziki hərəkətlərin icrası və orqanizmin möhkəmləndirilməsi daxildir.
Orqanizmin möhkəmləndirilməsi- orqanizmin dayanıqlılığının və genetik müdafiə mexanizminin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər sistemidir.Bu tədbirlər sisteminin tətbiqi orqanizmin bir sıra amillərə uyğunlaşmasını təmin edir.Buraya sutkalıq mövsümü,temperatur dəyişiklikləri,yerin maqnit və elektrik sahəsinin təsirləri daxildir.Bu təsirlər orqanizmin gemostazında kəskin dəyişikliyin olmasına yol verməməlidir.
Gemostaz- orqanizmin daxili sisteminin sabitliyidir      (nəbz,tənəffüs,arteriyal təzyiq və digər funksional göstəricilər).Dayanıqlığı yüksək olan orqanizmdə ətraf mühitin şəraitinin kəskin dəyişməsi orqanizmin daxili orqanların fəaliyyətində ciddi pozuntulara gətirib çıxarmır,orqanizm xəstələnmir.
Xüsusi qeyd etmək lazımdır ki,orqanizmin möhkəmləndirilməsi və bu zaman fiziki hərəkətlərdən,hava,su,günəş vannalarından istifadə evdə və təhsil mmüəssisələrində sistemli olmaqla həyat tərzinə çevrilməlidir.Həyatda orqanizmin müdafiə mexanizmi və müdafiə mexanizminin kompensasiyası anlayışları mövcuddur.Yəni,müəyyən insanlara sadəcə olraq öz sağlamlığını müəyyən səviyyədə saxlamaq, digərlərinə isə bu səviyyəni inkişaf etdirmək zəruridir.Başqa sözlə orqanizmin müdafiə mexanizmi və onun kompensasiyası genetik olaraq müəyyənləşdirilmiş bir amildir.Yəni,əvvəlcədən orqanizmi möhkəm müdafiə mexanizminə malik insanlar doğulurlar.Lakin orqanizmin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin icrası zamanı müxtəlif müdafiə mexanizminə malik insanların olduğu diqqət mərkəzində saxlanılmalıdır.Bu səbəbdən də orqanizmin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin icrası müəyyən mərhələlərdə həyata keçirilməlidir:
1.Uşaq orqanizminin fiziki inkişafı və funksional vəziyyətinin diaqnostikası.
2.Orqanizmin möhkəmləndirilməsi vasitələrinin seçilməsi.
3.Vasitələrdən istifadə olunması metodunun müyyənləşdirilməsi.
4.Sağlamlaşdırıcı vasitələrdən istifadənin gedişinə sistemli nəzarətin təmin olunması.
 
 

            Sağlamlıq və onun möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti

Fiziki hərəkətlərin sistemli şəkildə icrası insan sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.Bu ta qədimlərdən məlum olan bir həqiqətdir.Bu haqda çox deyilmiş və yazılmışdır.Qədim yunan filosofu Aristotel qeyd edirdi ki, hərəkətsizlik kimi insan orqanizmini dağıdan ikinci bir vasitə yoxdur.Filosof və həkim Hipokrat öz xəstələrinin müalicəsində fiziki hərəkətlərdən istifadə etməklə yanaşı, onlardan istifadə prinsiplərini də əsaslandırmışdır.O, yazırdı:”Yüksək iş qabliyyətinə, sağlamlığa və həyat sevincinə malik olmaq istəyən hər kəs üçün gimnastika, yeriş, qaçış, fiziki hərəkətlərin icrası gündəlik həyat tərzinə çevrilməlidir”.Tanınmış mütəfəkkir və həkim İbn Sina yazırdı:”Əgər fiziki hərəkətlər icra edilərsə dərmana heç bir ehtiyac yoxdur.Vaxtında və sistemli olaraq fiziki hərəkətlərlə məşğul olan insanın xəstəliyini aradan qaldırması üçün heç bir müalicəyə ehtiyac qalmaz”.
Göründüyü kimi qədim dünya mütəfəkkirləri sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün fiziki hərəkətlərdən istifadəni olduqca zəruri amil hesab edirlər.Hal-hazırda dünyanın tanınmış tibb müəsissələrində yeriş, qaçış, xüsusi təyinatlı hərəkətlər həm sağlamlığın möhkəmləndirilməsi, bərpası, eləcə də fiziki qüsurları olan insanların reabilitasiyası üçün əlverişli vasitə kimi geniş tətbiq olunur.Lakin yaşadığımız dövrdə insan sağlamlığının möhkəmləndirilməsi ekoloji şəraitin pozulması, qidalanmada daha çox süni, genetik modifikasiya olunmuş məhsullardan istifadə ilə əlaqədar çox aktual bir problemə çevrilmişdir.Buraya cəmiyyətin sosial, etnik, dini problemləri də əlavə edildikdə müasir insanın ekstremal şəraitdə yaşamağa məhkum olduğunu qeyd etmək olar.Bu da hər bir insanın fiziki hərəkətlərdən istifadə etməklə öz sağlamlığını möhkəmləndirilməsinin zəruri olduğunu ortaya qoyur.

Sağlamlıq nədir?

Sağlamlıq – orqanizmin bioloji tamlığını təmin edən müxtəlif funksional sistemlərin qarşılıqlı, ahəngdar fəaliyyətini əks etdirən vəziyyətdir.Bu təyinat sağlamlığın fiziki, fizioloji, psixoloji amillərinin məcmusuna əsaslanır.Lakin insan sağlamlığı sosial mahiyyət kəsb edən bir faktordur.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd edirdi ki, “Sağlam və fiziki cəhətdən hazırlıqlı insan yaşadığı cəmiyyətə daha çox fayda vermək imkanına malikdir”.Bu nüqteyi-nəzərdən fiziki cəhətdən hazırlıqlı hər bir gənc vətənin müdafiəsində, çalışdığı peşə sahəsində daha məhsuldar fəaliyyət göstərə bilir.İnsan saölamlığı bir neçə meyarlarla dəyərləndirilir.Bunlar aşağıdakılardır:                                                                                                          1.İrsi amil – bir sıra fiziki, funksional qüsurlar irsən ötürülür.Şagirdlərin fiziki hazırlığının həyata keçirilməsi prosesində bu amilin nəzərə alınması olduqca zəruridir.Metodiki cəhətdən düzgün təşkil olunmuş fiziki tərbiyə dərslərində və xüsusi hərəkətlərdən məqsədyönlü istifadə etməklə şagird sağlamlığında olan bir sıra fiziki, funksional qüsurlar asanlıqla reabilitasiya oluna bilər.Lakin bunun üçün əvvəlcədən diaqnostik testlər aparılmalıdır.                                                                                                                           2.Fiziki inkişaf.Bu amilə şagirdin boy-çəki, döş qəfəsinin ölçüsü və bədən mütanasibliyi göstəriciləri daxildir.Ümumtəhsil məktəblərində müxtəlif fiziki inkişaf göstəricilərinə malik olan şagirdlərə rast gəlmək mümkündür.Müşahidələr və statistika göstərir ki, hal-hazırda fiziki inkişaf göstəricilərində rast gəlinən qüsurlar içərisində daha çox üstünlük təşkil edəni bədənin qeyri mütənasibliyi və artıq çəki problemidir.Bu halın yaranması müxtəlif səbəblərdən baş verə bilər:Düzgün olmayan qidalanma, hər hansı xəstəliyin olması, boyun inkişafının sinir və endokrin sistemi tərəfindən tənzimlənməsinin pozulması və əlbəttə ki, fiziki hərəkətsizlik.Sonuncu amil bədənin qeyri-mütənasib formalaşmasının ən əsas səbəblərindən biridir.Çünki artıq sübut olunmuşdur ki, fəal hərəki fəaliyyət insan bədəninin mütənasib formalaşmasının yeganə yoludur.Düzgün bədən quruluşu daxili orqanların düzgün yerləşməsinə şərait yaratmaqla yanaşı onların normal fəaliyyətinə də imkan verir.Bu səbəbdən də şagirdləri boy-çəki və mütənasiblik indeksi sağlamlıq göstəricisi kimi qəbul olunur.                                                                  3.Funksional inkişaf.Şagird orqanizmdə funksional vəziyyətin ən sadə dəyərləndirilməsi göstəricisi sakit halda nəbz vurğularına əsasən aparılır.Bu göstərici yaşla əlaqədar getdikcə azalır.Lakin sistemli olaraq fiziki hərəkətləri yerinə yetirən, uzaq məsafələrə qaçmaq və üzmək bu göstəricini əhəmiyyətli dərəcədə aşağı salır.Bu da öz növbəsində ürək əzələlərinin daha qənaətcil və effektli iş rejimində fəaliyyət göstərdiyinə dəlalət edir.Bu nöqteyi-nəzərdən sakit halda nəbz vurğusunun göstəriciləri orqanizmin funksional sisteminin vəziyyətini əks etdirir.                                                                                                                               Fiziki tərbiyə prosesində şagirdlərin funksional inkişaf səviyyəsi üç göstərici:nəbz vurğusu (NV), bərpa indeksi və ağ ciyəri həyat tutumu ilə dəyərləndirilir.Bu göstəricilər şagird orqanizminin fiziki yükə qarşı təbii reaksiyasını əks etdirir.Eyni zamanda NV fiziki tərbiyə prosesində yükün intensivliyinə nəzarət üçün yeganə göstəricidir.                                                                                                                                                                      Fiziki yükün icrası zamanı nəbz vurğusu ilə yanaşı orqanizmin fiziki yükə reaksiyası ürək vurğularının bərpası əmsalı (ÜVBK) ilə təyin edilir.                                                                                                                                        Ağ ciyərin həyat tutumu sağlamlıq göstəricisi kimi mühüm əhəmiyyətə malikdir.Çünki tənəffüs sistemi orqanizmin oksigenə olan tələbatını ödəyir.Bu tələbat hərəki fəaliyyət zamanı fiziki yükün həcmindən və intensivliyindən asılı olaraq artır.Bu səbəbdən də ağ ciyərin həyat tutumu orqanizmin oksigenə olan tələbatının ödənilməsində əhəmiyyətli funksiyanı yerinə yetirir.                                                                                      4.Psixoloji inkişaf.Şagirdin psixoloji inkişafı onun şəxsiyyət kimi formalaşdırılmasının ən mühüm amillərindən biridir.Bu səbəbdən də şagirdlərlə, xüsusən də aşağı yaşlı şagirdlərlə aparılan psixoprofilaktik iş onlarda intellektual, psixomotor gərginliyin aradan qaldırılması, müsbət emosional, optimal psixoloji şəraitin yaradılmasına istiqamətlənməlidir.Diqqətdə saxlamaq lazımdır ki, şagirdin kollektivdə fiziki statusu onun psixoloji vəziyyəti ilə bilavasitə əlaqədardır.Bu vəziyyət isə şagirdin psixoloji gərginliyi və ya sərbəstliyi ilə müəyyən olunur.Şagird davranışında psixoloji sağlamlığın pozulması əlamətləri bir neçə səbəbdən yarana bilər.Tərbiyə prosesində avtoritar metodlardan istifadə, kifayət qədər hərəki fəallığın olmaması, gün rejiminin daim pozulması, həddindən çox videofilm və kompyuter oyunları ilə məşğul olmaq və s. psixoloji inkişafın pozulmasına gətirib çıxaran səbəblərdir.         5.Xəstəliklərə qarşı dayanıqlıq.Şagird sağlamlığının mühüm göstəricilərindən biri də infeksion xəstəliklərə qarşı davamlılığıdır.Şagirdin tez-tez xəstələnməsi onun orqanizminin müqavimət göstəricisinin, başqa sözlə sağlamlığının qənaətbəxş səviyyədə olmadığının əlamətidir.Əgər şagird il ərzində dörd dəfədən artıq xəstələnirsə (qrip, soyuqdəymə və s.) onun xüsusi sağlamlaşdırıcı kurs keçməyə ehtiyacı vardır.
 
 
 
 
 
 
 
 
 
 
 
                                  Fiziki hərəkətlərin orqanizmə təsiri
İnsan orqanizmi dayaq-hərəkət, ürək-damar, sinir, endokrin, həzm, tənəffüs, ifrazat sistemlərindən ibarətdir.Bu sistemlərin hər biri orqanizmin funksional tamlığını təmin etmək üçün birgə, qarşılıqlı fəaliyyət göstərməlidirlər.İnsan sağlamlığı müxtəlif funksional sistemlərin ahəngdar işindən bilavasitə asılıdır.Hərəki fəaliyyət orqanizmin bütün sistemlərinin işinə və onların inkişafına müsbət təsir göstərir.    
Dayaq-hərəkət aparatı skelet və əzələlərdən ibarətdir.İnsanın skeleti bir-birinə bağ və əzələ lifləri ilə oynaqlar vasitəsilə bərkidilmiş 200-ə qədər sümükdən ibarətdir.Hərəki fəaliyyət zamanı yerinə yetirilən müxtəlif intensivlikli və təyinatlı fiziki yükün təsirindən əzələlərin en kəsiyi qalınlaşır və inkişaf edir.Oynaqları bir-birinə birləşdirən bağlar möhkəmlənir, dayaq aparatı inkişaf edir və elastikliyə         malik olur.
Əzələ sistemi insanın bütün hərəkətləri əzələ təqəllüsü nəticəsində təzahür etdirilən qüvvə hesabına baş verir.Dayaq aparatında ayrı-ayrı sümük və oynaqlar əzələ sistemi vasitəsilə birləşərək dayaq-hərəkət aparatını formalaşdırır.Əslində orqanizmin əzələ sistemi skelet və oynaqların hansı vəziyyətdə yerləşməsini müəyyən edən əsas amildir.Əzələ sistemində olan qeyri-mütənasiblik və hər hansı əzələ qruplarının zəif inkişaf etməsi sümüklərin düzgün yerləşməməsinə, beləliklə də insan qamətində daxili orqanlara mənfi təsir göstərə biləcək qüsurların yaranmasına səbəb olur.
Qamət orqanizmin dayaq-hərəkət aparatı və əzələ sistemi əsasında bədənin formalaşmış vəziyyətidir.Göründüyü kimi qamət fiziki hərəkətlərin təsiri altında dəyişdirilə, inkişaf etdirilə, formalaşdırıla bilən iki anatomik sistemdən: əzələ və dayaq aparatından ibarətdir.Başqa sözlə, fiziki hərəkətlərin təsiri ilə əzələ sistemində dəyişikliklərə, inkişafa nail olmaqla qamətin arzu olunan formasını əldə etmək mümkündür.Xüsusi qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində şagirdlərdə düzgün olmayan vəziyyətdə uzun müddət oturmaq, uzanmaq, yerimək və eyni zamanda bədənin müəyyən nahiyələrində zəif əzələlərin olması qamətdə xeyli sayda qüsurların yaranmasına gətirib çıxarır.Bu da öz növbəsində şagird sağlamlığına mənfi təsir göstərir.Belə halların aradan qaldırılmasının əsas yolu şagirdlərin qamətində mümkün qüsurların əvvəlcədən müəyyən olunması və onların aradan qaldırılması üçün fiziki hərəkətlərdən istifadə edilməsidir.
Qan-damar sistemi ürək və qan damarlarından ibarətdir.Maddələr mübadiləsinin baş verməsi ürəyin fəaliyyətindən asılıdır.Ürək əzələsinin təqəllüsü nəticəsində oksigen və qida maddələri ilə zənginləşmiş qan damarlar vasitəsilə orqan və toxumalara çatdırılır.Ürək nə qədər yaxşı işləyərsə orqanizm bir o qədər oksigenlə keyfiyyətli təmin olunur, maddələr mübadilə məhsullarından və karbon qazından azad olur.Saatlarla yazı masasının arxasında oturmaq televizor və kompyuterə baxmaq, hərəkətsizlik böyüyən orqanizm üçün olduqca ziyanlı təsirə malikdir.Qan-damar sistemi hərəkətsizliyə çox tez reaksiya verir.Nəticədə ürəyin, damarların və daxili orqanların fəaliyyəti pozulur.Orqanizmin iş qabliyyəti aşağı düşür.Şagirdlərin əqli fəaliyyət prosesi pisləşir.Fiziki hərəkətlərin sistemli icrası qan-damar sisteminə müsbət təsir göstərir.Bu sistem daha qənaətcil işləməyə başlayır.Ürək əzələləri qalınlaşır, çəkisi artır, ölçüsü böyüyür.Yeriş, kross qaçışı, orta və uzaq məsafələrə qaçışlar, turist gəzintiləri qan-damar sisteminə əhəmiyyətli təsir göstərir.
Sinir sistemi mərkəzi və ətraf olmaqla iki qrupa bölünür.Mərkəzi sinir sisteminə baş və onurğa beyni aiddir.Ətraf sinirlərə isə sinir lifləri, sinir hüceyrələrini birləşdirən sinirlər, həmçinin insan orqanizmindəki bütün sinir hüceyrələri daxildir.Sinir sistemi şərti olaraq hərəkət aparatını tənzimləyən somatik və daxili orqanların işini, maddələr mübadiləsinin gedişini tənzimləyən vegetativ sinir sisteminə bölünür.Fiziki hərəkətlərin, oyunların açıq havada icrası ümumilikdə şagirdlərin sinir sisteminə müsbət təsir göstərir, digər tərəfdən ümumtəhsil məktəblərinin kurikulumunda inkişafı nəzərdə tutulan dinamik, statik müvazinətlərin, koordinasiyanın məqsədli inkişaf etdirilməsi şagirdlərin sinir sisteminə, onun inkişafına yönəlmiş vasitə kimi nəzərdə tutulmuşdur.
Tənəffüs sistemi orqanizmin oksigenlə təchizində və karbon qazının orqanizmdən xaric edilməsində iştirak edir.Tənəffüs sistemində ağ ciyərlər əhəmiyyətli rol oynayır.Məhz ağ ciyərin alveolarında qazların mübadiləsi (qanın hemoqlabində olan dəmir ionlarının hesabına oksigenin hemoqlabinə birləşməsi və karbon qazının xaric olunan havaya ötürülməsi) baş verir.Fəal hərəki fəaliyyət, sistemli məşğələlər ağ ciyərin həyat tutumunun artmasına, qazların mübadiləsi mexanizminin təkmilləşməsinə şərait yaradır.
Endokrin sistemi orqanizmin bütün hüceyrə və liflərinin funksiyasının tənzimlənməsində iştirak edir.Müxtəlif daxili sekresiya vəzləri ilə orqanizmin endokrin sistemi xüsusi kimyəvi maddə - hormonlar hazırlayır və qana ifraz edir.Bu hormonlar orqanizmin böyüməsini, cinsi yetişkənliyi, fiziki və psixi sürətləndirə və dayandıra, maddələr və enerji mübadiləsini, daxili orqanların fəaliyyətini tənzimləmək iqtidarındadır.Fiziki hərəkətlərin icrası, oyunlar, intensiv fiziki iş və s. orqanizmin daxili sekresiya vəzlərinin qanla təchizini yaxşılaşdırdığı və bununla da həmin vəzlərin hormon ifrazı işini optimallaşdırdığı üçün ümumilikdə endokrin sisteminə müsbət təsir göstərmiş olur.
İfrazat sistemi orqanizmi parçalanma məhsullarından təmizləyir, artıq suyu orqanizmdən xaric edir.Bu işdə böyrəklər və tər vəzləri olduqca böyük rol oynayırlar.Fiziki hərəkətlərin təsirindən ifrazat sistemi orqanizmin təmizlənməsinə daha fəal şəkildə qoşulur.Qan dövranının sürətlənməsi, işlək orqanlarda, əzələlərdə hərarətin yüksəlməsi, ümumilikdə, ifrazat sisteminin işini daha da canlandırır.Tər ifrazı artır, bərpa prosesi sürətlənir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                              Sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri
Orqanizmə təsirinə görə sağlamlaşdırıcı vasitələrə aşağıdakılar daxildir:
1.Gün rejimi;                                                                                                                                                                                2.Qidalanma;                                                                                                                                                                                3.Möhkəmləndirmə vasitələri (hərəkətlərin icrası, günəş, hava, su).
Şagird orqanizminin möhkəmləndiriməsindədüzgün tərtib edilmiş gün rejimi əhəmiyyətli rol oynayır.Onun tərtibi zamanı şagirdin həyat tərzi, fiziki və əqli iş qabliyyəti, zəruri hallarda bioritmi nəzərə alınmalıdır.Eyni zamanda gündəlik fəaliyyətin təkrarlanan komponentləri: qida qəbulu, gecə və gündüz yuxu, açıq havada gəzinti və fiziki hərəkətlərin icrasına ayrılan vaxt və s. hesablanmalıdır.                                    Düzgün qidalanma şagird orqanizminin optimal inkişafını təmin edən əsas amillərdən biridir.İnkişaf edən orqanizmin tələbatlarına müvafiq qidalanma normaları müəyyən olunmalıdır.Bunlar aşağıdakılardır:
1.Qidanın zəruri tərkib komponentlərinə (vitaminlər, yağlar, zülallar, karbohidratlar və s.) malik olması;
2.Modifikasiya olunmuş, konservant, qida əvəzləyiciləri və s.kimi maddələrin, istifadə müddəti başa çatmış, saxlanma qaydalarına riayət olunmamış, bakterioloji tələblərə cavab verməyən qidaların olmaması;
3.Əlverişli qidalanma rejimi.
                    
                       Təhsil sistemi anlayışı
Təhsil sistemi anlayışı ilk dəfə böyük Fransa burjua inqilabı dövründə Kondorsye,Lepeletye və tanınmış kimyaçı Lavuaziyenin layihələrində işlədilmişdir.Həmin layihələrdə ölkədə mövcud olacaq məktəblər haqqında sistemli şəkildə məlumat verildi.Təhsil sistemi anlayışı sonralar Rusiyada 1804-cü ildə qəbul edilmiş məktəb nizamnaməsində də özünə yer etmişdir.Bundan sonra həmin anlayış Azərbaycan maarifçilərinin əsərlərində də işlədilmişdir.
                         Fiziki tərbiyə sistemi
Fiziki tərbiyə hər şeydən əvvəl ailədə həyata keçirilir.Ailə cəmiyyətin hüceyrəsi olduğundan fiziki tərbiyəyə dair ilk hərəkətləri uşaqlar ailədə icra edirlər.Uşaq dünyaya göz açdığı gündən (hətta ana bətnində) hərəkət edir.Bu hərəkətlər tədricən çoxalır və mürəkkəbləşir.Bu işdə oyunlar mühüm rol oynayır.Uşaqlar oyunda yaşlı adamları təqlid edir,onlar kimi olmağa çalışırlar.B/t və idman şagirdlərin psixi proseslərinin normal inkişaf etməsinə müsbət təsir göstərir.Gərgin zehni fəaliyyətin fəal hərəkətlərlə ağıllı şəkildə növbələşdirilməsi tədris prosesinin daha emosional,səmərəli keçməsinə şərait yaradır.
Fiziki tərbiyə gənclərin bədəncə möhkəm,sağlam və iradəli olmasını,vətənin müdafiəsinə hazır olmalarını təmin edir.
Fiziki tərbiyədə gimnastika xüsusi yer tutur.Çünki şagirdlərin (tələbələrin) bədəncə ahəngdar inkişafı üçün,onlarda öz hərəkətlərini idarə etmək bacarığının yaranması üçün,qamətin formalaşması üçün gimnastikanın böyük əhəmiyyəti vardır.Gimnastika hərəkətləri ilə istənilən əzələ qruplarına,bəndlərə və oynaqlara əsaslı surətdə təsir göstərə bilir.Tələbələr gimnastik hərəkətləri yerinə yetirərkən hərəkətin ünsürləri – hərəkətin istiqaməti,amplitudası,sürəti və ahəngi haqqında aydın təsəvvür və anlayışlara yiyələnirlər.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində yerli millətdə olan b/t kadrlarına böyük ehtiyac vardır.Bununla əlaqədar olaraq müəllim,məşqçi hazırlanması işi əvvəlcə qısamüddətli kursların köməyi ilə həyata keçirilirdi.Bəzən də gənclər Moskva,Leninqrad b/t institutlarına göndərilirdi.Lakin kadrların belə qısa müddətdə hazırlanması respublikanın b/t hərəkatına olan ehtiyacı ödəyə bilmirdi.Ona görə də 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi B/t institutunun açılması haqqında məsələ müzakirə etdi.İcraiyyə komitəsinin qərarında deyilirdi ki,ali b/t –nə olan ehtiyacları ödəmək üçün Zaqafqaziyanın sənaye mərkəzi Bakı şəhərində yüksək ixtisaslı b/t kadrları hazırlamaq məqsədilə ZaqafqaziyaDövlət Bədən Tərbiyəsi İnstitutu yaradılsın.
1930-cu ildə Bakıda Zaqafqaziyanın ilk B/t institutu yaradıldı və 1930-cu il noyabrın 8- də indiki M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında Zaqafqaziya Dövlət b/t institutunun rəsmi açılışı oldu.İlk buraxılış 1933-cü ildə oldu.1936-cı ildə Zaqafqaziya Dövlət b/t institutuna Azərbaycan Dövlət b/t institutu adı verildi.Həmin illərdə (1933-40-cı il) respublikamızda b/t hərəkatı sürətlə inkişaf edirdi.İnstitutun b/t və idman işlərində yaxşı mütəxəssislər hazırlanması,SSRİ yarışlarındakı müvəffəqiyyətlərinə görə 1935-ci və 1940-cı illərdə Azərbaycan Mərkəzi İcraiyyə komitəsi və Respublika Ali Soveti Rəyasət heyətinin fərmanı ilə təltif olunur.Respublikada b/t və idmanın sürətlə inkişaf etdiyi bir dövrdə 22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsi başlanır.İnstitutun bir çox tələbə və müəllimləri könüllü surətdə cəbhəyə gedirlər.Bunlardan Abbas Ağalarov,Hüseyn Zərgərli,Polya Jarikova,Ənvər Seyidov,İlya Odinov,H.Əsgərov,D.Barkaya,İ.Aslanov,Hacıbaba Ağayev,Tofiq Abbasov və başqaları cəbhədə döyüşərək qələbə çaldıqdan sonra öz doğma institutuna qayıdaraq öz işlərini davam etdirmişlər.1971-ci ildə institut üçün yeni bina,tələbələr üçün  9 mərtəbəli yataqxana tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 42 saylı qərarına əsasən instituta Azərbaycan Dövlət B/t və İdman Akademiyası adı verilmişdir.
Təhsilin məzmunu təlim prosesinin komponentlərindən biridir.Təhsilin məzmunu elmi biliklər,bacarıq və vərdişlər sistemidir.Bəşəriyyətin əldə etdiyi sosial təcrübə təhsilin məzmununda öz əksini tapır.Təhsilin məzmunu 3 normativ sənəddə əks olunur.Həmin sənədlər bunlardır:
1.Tədris planları.
2.Tədris proqramları
3.Dərsliklər
 
       XIX əsrin birinci yarısında və ortasında xarici ölkələrdə gimnastikanın inkişafı
Milli gimnastika sistemi birinci növbədə Almaniyada təşəkkül tapmışdır.Bu dövrlərdə Almaniyada azadlıq müharibəsinə gizli hazırlıq aparılmağa başlandı.Bu hazırlıqda gimnastika dərnəkləri əhəmiyyətli rol oynayırdı.Onların içərisində Fridrix Yanın dərnəyi xüsusilə məşhur idi.Yan gənc almanlar üçün gimnastika sistemi yaratmağa başladı.Bu sistemin əsasını-gimnastika alətlərində hərəkətlər və hərbi oyunlar təçkil edirdi.O,öz köməkçiləri,xüsusilə daha çox tanınmış Eyzelenlə birlikdə müxtəlif alətlər,birinci növbədə turnik,paralel qollar,gimnastika atı üçün çoxlu hərəkətlər işləyib hazırladı.Yan öz gimnastikasını “turnsunt” (cəldlik məharəti),şagirdləri isə turner adlandırmışdır.Sonralar ümumiyyətlə alman gimnastikası ixtisar olunmuş şəkildə “    turnen” adlandırıldı.
Prussiyada alətlərdə gimnastikanın bir çox əlehdarları olduğuna baxmayaraq məktəb gimnastikası yaradılması işində müvəffəqiyyətin çoxu turnen tərəfdarı olan Şpissin payına düşür.Adolf Şpiss alman turnenini məktəb fənninə uyğunlaşdırdı,onu keçmək üçün dərs quruluşu işləyib hazırladı.Bununla o,alman gimnastikası sistemi yaratmaq üçün XVIII əsrin axırında başlanan işi tamamlamış oldu.Şpiss bu sistemi 1804-cü ildə “Turnen məharəti haqqında təlim” adı ilə nəşr etdirdi.Şpissin sistemi əhəmiyyətli dəyişikliyə uğramadan Almaniyada bir neçə on illər ərzində həyata keçirildi.
Bir qədər sonra İsveçdə də milli gimnastika sistemi yaranmağa başladı.İsveç hökuməti orduda qılınc oynatmağı və gimnastikanı məcburi təlim kimi tətbiq etməyi qərara aldı.Bu işlərə rəhbərlik etmək üçün İsveç universitetlərindən birinin professoru Pyotr Genrik Linq orduya dəvət olundu.P.Linq gimnastikanı 1803-cü ildə Danimarkada öyrənməyə başlamışdı.XIX əsrin əvvəlində Danimarkada gimnastikanın inkişafına görə Qərbi Avropanın qabaqcıl ölkələrindən sayılırdı.1813-cü ildə Stokholumda xüsusi institut açıldı və Linq işləyib hazırladığı gimnastika vasitələrini və metodlarını burada əməli surətdə tətbiq etməyə başladı.P.Linqin fikrincə gimnastikanın əsas vəzifəsi orqanizmi sağlamlaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmalıdır.O,gimnastikanın pedaqoji əhəmiyyətini nəzərə almırdı.Onun fikrincə qolları,qıçları,qarın nahiyəsini,beli və bədənin başqa hissələrini məşq etdirməklə insan fiziki cəhətdən daha yaxşı inkişaf edə bilər.
Yalmar Linq dərs sxemini işləyib hazırladı,gimnastika hərəkətlərini seçib sistemə saldı,xüsusi alətlər tətbiq etdi və bir sıra metodiki müddəalar irəli sürdü.Y.Linq atası tərəfindən təklif olunmuş gimnastikanın ümumi prinsiplərini və vəzifələrini düzgün hesab edirdi.Onun dərs sxemi 16 hissədən ibarət idi:bunların ardıcıllığını pozmaq olmaz.
İsveç gimnastikasını əvvəl Rusiyada P.F.Lesqaft,sonra Fransada J.Demeni və başqaları elmi cəhətdən tənqid etdilər.Sonralar daha bir sıra başqa nöqsanlar meydana çıxdı.İsveç gimnastikasıinsanın bütün hərəkət keyfiyyətlərindən yalnız gücü inkişaf etdirirdi.
İsveç gimnastikası ilə təqribən eyni vaxtda meydana gələn fransız gimnastika sistemi bir qədər başqa xarakter daşıyırdı.XIX əsrin əvvəlində təşəkkül tapan fransız gimnastika sistemi sürətlə inkişaf edirdi.Fransada hələ inqilab illərində oyunlar,gimnastika və hərbi təlimlə məşğul olmaq üçün gənclər qrupları yaradıldı.Fransada gimnastikanın əsasını əslən ispan olan polkovnik Amoros qoymuşdur.O,1817-ci ildə gimnastika məktəbi açdı.Həmin məktəbdə qvardiya alayları,sonralar isə başqa hərbi hissələrin zabit və əsgərləri təlim keçirdilər.Amoros dərslərdə gimnastika hərəkətlərini əməli surətdə yoxlayır,onları keçməkdən ötrü əlverişli metodlar axtarırdı.Beləliklə,Amoros sistemi bir sıra illər ərzində formalaşıb yetkinləşdi.Amoros dərsdə heç bir sxemə əsaslanmırdı.O,yalnız ümumi prinsiplər təyin edir və bunlara əməl olunmasına fikir verirdi.Hər şeydən əvvəl hərəkətlər sadə olmalı və onları hamı yerinə yetirə bilməli idi.Lakin Amorosun gimnastikası əhali arasında geniş yayılmamışdır.Bu onunla izah olunurdu ki,uzun illər ərzində davam edən müharibədən yorulmuş fransız xalqı Amorosun gimnastikasını gəncləri yeni müharibələrə hazırlamaq tədbirlərindən biri hesab edirdi.Amorosun gimnastika sistemi başqa ölkələrdə daha çox bəyənilirdi.
Beləliklə,XIX əsrin əvvəlində gimnastikanın inkişafında müəyyənləşmiş istiqamətlər bu əsrin birinci yarısında alman,isveç,fransız gimnastika sistemləri şəklində təşəkkül taparaq,sonralar başqa ölkələrdə də yayılmağa başladı.                          
 
                        
           XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində xarici ölkələrdə                                                                                                                                          
                                      gimnastikanın inkişafı            
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yeni tələblərin təsiri ilə köhnə gimnastika növləri meydana gəlməyə başladı.Bunlar akrobatika və bədii gimnastika kimi növləri olan idman gimnastikasından,pedaqoji gimnastikadan və yardımçı(bütün növləri,xüsusən hərbi-əməli növü)gimnastikadan ibarət idi.
“Sokol” gimnastikası idman gimnastikasının inkişafında həlledici rol oynamışdır.”Sokol” sisteminin yaradılması Paris universitetinin estetika professoru doktor Miroslav Tırşın adı ilə bağlıdır.Tırş elə bir gimnastika sistemi yaratmaq istəyirdi ki,bu sistem həm cavan oğlanları,həm də qızları kiçik yaşlarından bədən tərbiyəsinə cəlb edə bilsin.”Sokol” gimnastikasında hərəkətlərin forması,ümumiyyətlə hərəkətlərin zahiri görünüşü(xüsusi geyim,dekorasiya və s.) əsas şərt olmuşdu.”Sokol” gimnastika hərəkətlərinin yüksək texnikası və gözəlliyi demək olar ki,bütün ölkələrdə bu sistemin müvəffəqiyyətini təmin etmişdi.Sonralar “Sokol” gimnastikasına idman hərəkətləri,müxtəlif oyunlar və ekskursiyalardaxil olsa da,lakin bunlar sistemin əsas məzmununu təşkil etmirdi.
İdman gimnastikasının sonrakı inkişafı XIX əsrin axırında idmanın və beynəlxalq idman yarışlarının inkişafı ilə sıx əlaqədardır.1861-ci ildə yaranan Beynəlxalq Federasiya gimnastika üzrə beynəlxalq yarışlara başçılıq edirdi.Daha sonra 1894-cü ildə yaranan Beynəlxalq Olimp komitəsi də belə yarışlar keçirmək iddiasında oldu.Dünya birinciliyi uğrunda müntəzəm surətdə aparılan yarışların və ya əvvəllər adlandırıldığı kimi beynəxalq turnirlərin xüsusilə böyük əhəmiyyəti var idi.İlk belə turnir 1903-cü ildə Antverpendə (Belçikada) keçirilmişdir.Beynəlxalq federasiya öz üzvləri olan ölkələr arasında dostluq (matç) görüşlərinin təşkilinə kömək edir və dünya birinciliyi uğrunda yarışlara bir il qalmış Avropa ölkələrinin ən güclü  gimnastları arasında “Avropa kuboku” uğrunda yarış keçirildi.Bundan başqa Beynəlxalq Federasiya gimnastikanı kütləviləşdirmək və təcrübə mübadiləsini gücləndirmək məqsədi ilə dörd ildə bir dəfə “gimnestradalar” təşkil etmişdi.İlk gimnestrada 1953-cü ildə keçirildi.İdman gimnastikası ilə yanaşı onun növləri olan akrobatika və bədii gimnastika da iştirak edirdi.
XIX  əsrin II yarısından başlayaraq akrobatika hərəkətlərindən müxdəlif gimnastika sistemlərində istifadə edilməyə başlanmış,indi isə onlar idman gimnastikasında geniş tətbiq edilərək onun əsas vasitələrindən biri olmuşdur.Bədii gimnastika bir qədər başqa cür inkişaf etmişdir.Fransada bədii gimnastikanın ünsürləri hələ xıx əsrin ortasında inkişaf etməyə başlamışdı.Bu sahədə ilk böyük xadim Delsart idi.Delsart gimnastika hərəkətləri kimi ayrıca öyrənilməli olan ifadəli hərəkətlər kompleksini yarada bildi.Sonralar bədii gimnastikanın təşəkkül dövründə bu xüsusiyyəti daşıyan hərəkətlərdən biri bədii gimnastikada istifadə edildi.
XX əsrin əvvəlində ritmik gimnastika inkişaf etməyə başladı.Bu sahənin ilk böyük xadimi Jak Dalkroz idi.Dalkroz öz gimnastikasında məşqləri üç növə bölmüşdü.Bunlar:I-ritmik hərəkətlərin məşqlərindən,II-eşitmə qabliyyətinin məşqlərindən və III-təqlidçilik (improvizasiya) məşqlərindən ibarət idi.  Pedaqoji gimnastika xıx əsrin 40-cı illərində sürətlə inkişaf etməyə başlamışdır.Məktəb müdavimləri üçün elmi surətdə əsaslandırılmış gimnastika sistemi ilk dəfə olaraq Rusiyada sonra isə Fransada meydana gəlmişdir. Demeni idman hərəkətlərini yeddi növə ayırırdı.1-yeriş,2-qaçış,3-tullanma,4-dırmanma,5-ağırlıq qaldırma,6-tulla-ma,7-müdafiə və hücum fəndləri.Bu növlərin hər biri öz növbəsində bir sıra növlərə ayrılırdı.Demeni aşağıdakılara nail olmağı bədən tərbiyəsinin vəzifəsi həsab edirdi.   1.Sağlamlıq (və ya onun təbiricə,gigiyena nəticəsi) yəni hər bir funksiyanın ayrılıqda tərbiyə edilməsi.Enerji ehtiyati-yatının artırılması. 2.Gözəllik (estetik nəticə) yəni bədənin normal inkişaf etdirilməsi,hərəkətləri formaca gözəl şəkildə icra etməyin tərbiyələndirilməsi.      3.Çeviklik (qənaətli hərəkət nəticəsi) yəni öz hərəkətlərini hiss etmək və duymaq qabliyyətinin tərbiyələndirilməsi.İnsan enerjisindən səmərəli istifadə etmək bacarığının tərbiyə olunması. 4.Mərdlik (mənəvi-psixi nəticə) yəni azad insanın mərdlik xüsusiyyətlərinin tərbiyələndirilməsi.
Demeni sistemi məktəb gimnastikasının və qadın gimnastikasının inkişafına  müsbət təsir göstərmişdir.  Yuxarəda göstərilən gimnastika növləri ilə yanaşı xıx əsrin axırında və xx əsrin əvvəlində fərdi gimnastika sistemləri də geniş yayılmağa başlamışdı.Onların çoxu sırf gigiyenik xarakter daşıyırdı.Danimarkalı “Mənim sistemim”adlı gim-nastikası daha çox məşhur idi.Elə fərdi gimnastika sistemləri var idi ki,həmin sistemlərdə iradə qüvvəsi sayəsində əzələlər ən yüksək gərginliyə çatdırıldı.Proşekin və Anoxinin gimnastikası belə sistemlərdən idi.
   Fərdi  gimnastikanın geniş yayılması bütün ölkələrin əhalisi arasında bədən tərbiyəsinə marağın getdikcə artdığını göstərirdi.                                                 
 
              XIX əsrin əvvəlinədək xarici ölkələrdə gimnastikanın inkişafı

Gimnastika uzun əsrlər boyu inkişaf etmişdir.Cəmiyyətin iqtisadi quruluşunun dəyişməsindən və mədəniyyətin inkişafından asılı olaraq onun da vəzifələri və məzmunu şəkildən-şəkilə düşmüşdür.
Müasir gimnastikanın o cümlədən, gimnastika hərəkətlərinin ünsürləri çox qədim zamanlarda meydana gəlmişdir.Lakin XVIII əsrin axırınadək müstəqil gimnastika sistemləri olmamışdır.Gimnastika hərəkətləri ümumi bədən tərbiyəsi sistemində müxtəlif oyunlara, hərbi məşqlərə və s. məşğələlərə uyğun tətbiq edilmişdir.    Gimnastika hərəkətləri qədim şərq ölkələrində də məlum olmuşdur.Məsələn, qədim Çində ondan müalicə məqsədləri, qədim Hindistanda isə tənəffüsü inkişaf etdirmək üçün istifadə edilmişdir.Misirlilər və qədim Zaqafqaziya xalqları akrobatikadan geniş istifadə etmişlər.                                                                          Qədim yunanlar bədən tərbiyəsi sistemini gimnastika adlandırmışlar.Lakin yunanlar gənclərin ümumi bədən tərbiyəsini yarışlara hazırlıqdan fərqləndirmişlər.Onlar ümumi bədən tərbiyəsinə gimnastika, yarışlara hazırlığa isə aqonistika adı vermişlər. Romalılarda xüsusi gimnastika alətləri: süvari qoşunlara at sürməyin mürəkkəb üsullarını öyrətmək üçün taxta atlar, müxtəlif manelərdən keçmək və istehkamlara hücum etmək üçün nərdivanlar, həmçinin başqa taxta qurğular olmuşdur.                                 Renesans dövründə humanistlər gənclərin hərtərəfli inkişafına böyük əhəmiyyət vermişlər.Onlar yunan gimnastikasını bədən tərbiyəsinin ən yaxşı sistemi hesab etmişlər.Humanistlər gimnastikanı insanın bədənini möhkəmlətmək və fiziki qüvvəsini inkişaf etdirmək üçün ən yaxşı vasitə sayırdılar.Humanistlərin əsərləri içərisində daha əhəmiyyətlisi XV əsrin ikinci yarısında nəşr edilmiş Venesiya həkimi Merkurialisin əsəridir.Altı kitabdan ibarət olan “Gimnastika sənəti haqqında” əsərində bədən tərbiyəsinin bütün növləri ətraflı izah edilmişdir.Merkurialis gimnastikanı üç:hərbi, müalicə və atletik növlərə ayırmışdır.O,təkcə müalicə gimnastikasını tam dəyərli hesab etmişdir:çünki, “Gimnastikanın yalnız bu növü adamların sağlamlığına zidmət edir”.Merkurialis müalicə gimnastikasına təbabətin bir hissəsi kimi baxmış, hərbi gimnastikaya ikinci yeri vermiş, atletik gimnastikanı isə qüsurlu hesab edərək onu şiddətli tənqid atəşinə tutmuşdur.Merkurialis yalnız orqanizmin inkişafına xidmət edən gimnastikanı bədən tərbiyəsinin əsas vasitəsi hesab etmişdir.
Alətlər üzərində mürəkkəb hərəkətlərə maraq artdıqca akrobatikanın geniş inkişafı üçün zəmin yaranırdı.XVI əsrin axırında və XVII əsrin əvvəlində yaşamış məşhur fransız akrobatı Tükkaro akrobatika üzrə ilk təlimat kitabçası yazmışdır.”Tullanma hərəkətləri və çapar at üstündə gimnastika məşqləri haqqında üç dialoq” adlanan bu kitabça 1599-cu ildə Parisdə nəşr olunmuşdur.
XVIII əsrdə kapitalizmin qələbəsi Avropada burjuaziya ideologiyasının hükmranlığını müəyyənləşdirdi və xüsusən gənclərin tərbiyəsi məsələlərinə müvafiq təsir göstərdi.
Gimnastikanın nəzəri və təcrübi məsələlərinin inkişafına Jan Jak Russo və xüsusilə Pestalottsi böyük təsir göstərdilər.
XVIII əsrin 70-ci illərində Almaniyanın bəzi şəhərlərində yeni tipli məktəblər-filantropinlər (insanpərvərlik məktəbləri) meydana gəlməyə başladı.Filantropinlərdəbədən tərbiyəsinə böyük fikir verilirdi.Filantropinlərdə bədən tərbiyəsinin daha çox tanınmış rəhbərləri Fit və Quts- Muts idi.Fitin fikrincə bədən tərbiyəsi vasitələri bunlardan ibarətdir: 1)bədənin pis hava şəraitinə və soyuğa alışdırılması (o, ağrıya, aclığa, susuzluğa dözməyi, hətta uzun zaman yuxusuz qalmağı da buraya daxil edirdi); 2)başlıca olaraq xüsusi oyunlar vasitəsilə hiss orqanlarını inkişaf etdirməklə əlaqədar olan məşqlər; 3)yunan gimnastikasından məlum olan bütün hərəkətlər, həmçinin konkilərdə qaçış, ağırlıq daşımaq və s. 4)oyunlar və əyləncələr; 5)dvoryanlara məxsus at minmək, qılınc oynatmaq, rəqs hərəkətləri (bunların içərisində taxta at və bəzi başqa alətlərdə məşğələlər də var idi); 6)bədənin ayrı-ayrı hissələrinin ən sadə hərəkətləri; 7)əl əməyi.
Quts-Muts demək olar ki, Fitlə bir zamanda lakin başqa filantropində işləmişdir.Fit kimi Quts-Muts da gimnastikanı alman burjuaziyasına və qismən dvoryanlara aid etmişdir.Quts-Muts 1793-cü ildə nəşr etdirdiyi “Gənclər üçün gimnastika” kitabında yazırdı ki, gimnastikanın başlıca məqsədi-ziyalıların, yəni burjuaziya sinfinə mənsub gənclərin sağlamlığını möhkəmlətməkdir.Lakin o, sonralar öz kitabını yenidən işləyərək bütün gənc almanların gimnastika ilə məşğul olmasının zəruriliyini sübut etdi.
Beləliklə, XIX əsrin əvvəlində gimnastikanın inkişafında iki əsas istiqamət nəzərə çarpırdı.Bunun biri onunla səciyyələnirdi ki, gimnastika insanın sağlamlığını möhkəmlətmək və fiziki qüvvəsini inkişaf etdirmək vasitələrindən sayılırdı.O biri istiqamətin nümayəndələri isə gimnastikaya insanın hərəkət qabliyyətini inkişaf etdirən bir vasitə kimi baxırdılar.Onlar gimnastikanın sağlamlığa olan müsbət təsiri ilə az maraqlanır, ümumi koordinasiyanı inkişaf etdirmək üçün başlıca olaraqalətlərdə mürəkkəb gimnastika hərəkətlərini tətbiq etməyə çalışırdılar.
Həmin dövrdə üçüncü bir istiqamət də meydana çıxmışdı ki, bu da tədricləhərbi-əməli gimnastikanın yaranmasına səbəb oldu.Bu gimnastikanın məqsədi müharibə şəraitində qarşıya çıxan müxtəlif maneləri aradan qaldırmağa əsgərlərə öyrətmək idi.
 
 
 ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------       Inna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb.
Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunlarıvə Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub.
O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnmişdir.
Bir il sonra 1964-cü il Tokio Olimpiya oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi" adlandırırlar. Onda 19 yaşlı İnna vətənə gümüş medalla qayıdır.
1965-ci ildə İ.Rıskal Avropanın ən güclü voleybolçusu seçilir.
1966 və 1972-ci illərdə "Neftçi" klubunun tərkibində SSRİ çempionatının bürünc, 1967-ci ildə Azərbaycan yığma komandası ilə SSRİ çempionatının gümüş medallarına sahiblənir.
Təsadüfü deyil ki, İ.Rıskal və L.Buldakova sovet voleybolçuları arasında Olimpiya oyunlarının 2 qızıl və 1 gümüş medallarına yiyələnmiş yeganə nümayəndələridir.
2000-ci ildə İ.Rıskalın soyadı voleybolun vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalında yazılıb. Keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur. 15 il SSRİ yığmasının heyətində çıxış edən İnna Rıskal idman nailiyyətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırılıb.
İnna Rıskalın qazandığı nəticələr:
·         1959-61-ci il – Məktəblilərin Ümumittifaq Spartakiadası. I yer.
·         1963-cü il – Avropa Çempionatı. I yer.
·         1964-cü il – Tokio Olimpiadası. II yer.
·         1965-ci il – SSRİ spartakiadası. I yer.
·         1966-cı il – SSRİ çempionatı. III yer.
·         1967-ci il – Avropa Çempionatı. I yer. SSRİ spartakiadası. III yer.
·         1968-ci il – Mexiko Olimpiadası. I yer.
·         1970-ci il – Dünya çempionatı. I yer.
·         1971-ci il – Avropa çempionatı. I yer.
·         1972-ci il – Münhen Olimpiadası. I yer.
·         1972-ci il – SSRİ çempionatı. II yer.
·         1976-cı il – Monreal Olimpiadası. II yer.
İnna Rıskalın məşqçisi Şamil Şamxalov olmuşdur.
       

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır.[1] Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbolbuz xokkeyireqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.[2]
 
Voleybol oyunu 1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb.[3] Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı.[4] İlk voleybol oyunu isə 7 iyul1895-cİ ildə təşkil olunub.[3] YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbolbeyzboltennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi.[5] Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketboltopunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu.[6]
1906-cı ildə Sprinqfild kollecində Y.M.C.A konqresi bir araya gələrək Dr. Mintonette adını "volleyball" olaraq dəyişdirmişdir. Çünki, oyunda əsas məqsəd topu önə və geriyə gətirmək idi ki, bu da ingilis dilində "volley" demək idi. Bir oyun kimi voleybol ilk öncə Amerika Birləşmiş Ştatlarında iş adamları tərəfindən oynanılan meydançada görülmüşdür. 1900-cü ildə Kanada bu idman növünü mənimsəyən ilk ölkə olmuşdur. Beynəlxalq şirkət olan Y.M.C.A isə voleybolu bütün dünyaya yaymaq da rəhbərlik rolunu oynamışdır. İlk beynəlxalq turnir isə 1913-cü ildə Asiya qitəsində keçirilmişdir. Turnirə ÇinYaponiya və Filippin qatılmışdır. Turnirdə setlərdəki xal sayı 21 olmuşdur.[5]
Birinci dünya müharibəsi illərində Avropaya gedən amerikan əsgərləri voleybolu bu qitədə tanıtmağa başlamışlar.[7] 1917-ci ildə Y.M.C.A nümayəndələri bu idmanı Fransada da yaymışlar. Eyni ildə Çexoslovakiyada oynanmağa başlanmışdır və setlərdəki xal sayı 21-dən 15-ə indirilmişdir.[5] 2,13 metr olan tor yüksəkliyi 2,43 metrə yüksəldilmişdir. 1918-ci ildə isə meydançadakı oyunçuların sayı 6 nəfər qəbul edilmişdir.[7] 1920-ci ildə artıq Şərqi Avropada da məşhurlaşan voleybolda hər ölkə fərqli qaydalara riayət edirdi. Məsələn,Asiya qitəsinə voleybol 9 nəfərlə və daha alçaq torla oynanılırdı. 1930-cu ildə isə voleybolun plyajda oynanılan forması çimərlik voleybolu məşhurlaşmışdır.[5]
 
İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.[8] [9]
1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır.[10] Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur.[10] Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasındandaha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞBelçikaBraziliyaFransaHollandiyaİtaliyaMacarıstanMisir,PortuqaliyaPolşaUruqvay və Yuqoslaviya.[5] Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üvləri idi.[11] Yalnız bundan sonra 1952-ci ildə Asiya Voleybol Konfederasiyası, 9 il sonra isə Avropa Voleybol Konfederasiyası yaradılmışdır.[12] Şimali Amerika və Afrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır.
1947-ci ilk dəfə olaraq voleybol üzrə dünya çempionatı təşkil edilmişdir. Kişilər arasında keçirilən turnirdə sonda qalib adına Çexoslovakiyalayiq görülmüşdü. 1952-ci ildə isə qadınlar arasında dünya çempionatı təşkil olunmuşdur. SSRİ-nin çempionluğu ilə bitən turnirdə Polşa ikinci, Çexoslovakiya isə üçüncü yeri tutmuşdu. Digər iştirkaçı ölkələrdən BolqarıstanRumıniyaMacarıstanFransaHindistan milliləri isə sıralarına görə dördüncü, səkkizinci yerlərdə qərarlaşmışdılar.[13]
 
 
Voleybol oyunu 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirdiyi 53-cü sessiyasında Yay Olimpiya Oyunlarının proqramına salınmışdır.[4] Qərara əsasən yeddi il sonra yəni; 1964-cü ildə Tokyoda keçirilən Yay Olimpiya Oyunlarının idman yarışları proqramında voleybolunda 2 növü olmalı idi. Bunlar kişi və qadın milli voleybol komandalarının iştirak edəcəyi turnirlər idi. SondaSovet Sosialist Respublikaları İttifaqının olimpiyaçıları kişilərin yarışlarında ilk olimpiya çempionları olmuşdular. Gümüş medalı Yaponiya,bürünc medalı isə Çexoslovakiya olimpiyaçıları qazanmışdılar. Yaponiyanın çempionluğu ilə başa çatan qadınların turnirində isə gümüş medal SSRİ-yə, bürünc medal isə Polşaya qismət olmuşdur.[14]
1972-ci ilədək Yay Olimpiya Oyunlarında voleybol yarışları çox fərqli sistemdə keçirilirdi. Belə ki, kişilərin yarışında Olimpiya Oyunlarına lisenziya əldə etmiş 10 komanda bir qrupa toplanırdı və bu komandalar hamısı bir-biri ilə qarşılaşırdı. Liqa üsulu ilə keçirilən doqquz turluq oyunlarda ilk üç yeri tutmuş komandalar aktivinə medal yazdırırdı. Bu sistem isə heç də sərfəli deyildi. Çünki, bəzi zəif komandalar artıq turnirin ortalarında topladığı az xallarla medal şanslarını itirirdilər və onların bir-biri ilə keçirdikləri qarşılaşmalar heç bir marağa səbəb olmurdu. Beynəlxalq Olimpiya Komitəsi də bu hadisəni yaxından müşahidə edərək çox mühüm qərara əl atdı. Belə ki, 1972 Yay Olimpiya Oyunlarından etibərən kişilərin yarışlarında komandaların sayı 2 ədəd artırılaraq 12-ə çıxardıldı və sistemdə də dəyişikliyə əl atıldı.[15] Yeni sistemə əsasən komandalar bir qrupda deyil, 2 qrupda mübarizə aparmalı idilər. Hər qrupda ilk dörd yeri tutan milli komandalar isə dörddəbir final mərhələsinə yüksəlirdi. Bu mərhələdə müvafiq olaraq "A" qrupunun birincisi "B" qrupunun dördüncüsü ilə, ikincisi üçüncüsü ilə, üçüncüsü ikincisi ilə, dördüncüsü isə birincisi ilə qarşılaşırdı. Həmin mərhələdə qalib gəlmiş komandalar isə yarımfinal, daha sonra isə final mərhələsinə yüksəlirdi. Finalda qalib gəlmiş komanda qızıl, məğlub olmuş komanda gümüş medalı əldə edirdi. Bürünc medalı isə yarımfinalda məğlub olmuş komandaların əlavə oyununda qalib kimi çıxan komanda qazanırdı.[16] Bu üsulla keçirilən ilk yarışda – Münhen olimpiadasında Yaponiya kişi milli komandası qalib gəlmişdir.[17] Qeyd edək ki, turnirin marağını birə-beş artıran bu sistem hal-hazırda da Olimpiya Oyunlarında həm kişilərin, həm də qadınların yarışında istifadə olunur.[18]
Qadınların ilk Olimpiya yarışlarında diqqət çəkən komanda SSRİ idi. Onlar 1964 və 1968 Yay Olimpiya Oyunlarında qızıl medalları qazanmışdılar. Hər iki yarışda medal qazanan digər bir ölkə isə Yaponiya idi. Bu komandanın olimpiyaçıları ilk olaraq gümüş, sonra isə bürünc medalı əldə etmişdilər. Onlar 1972-ci ildə kişilərin yarışında isə qızıl medalı qazanaraq voleybol tarixlərində ilk olimpiya qızıllarını əldə etdilər. 1984 Yay Olimpiya Oyunlarında isə əvvəlki turnirlərin favoriti SSRİ nə kişilərin yarışında, nə də qadınların yarışında iştirak etmişdir. Belə ki, SSRİ olimpiyaçıları Los Anceles şəhərində keçirilən yarışları boykot etmişdilər.[19] Sonda qadınların turnirində Çin qadın milli voleybol komandası gülmüşdür. Onlar finalda ev sahibi ABŞ voleybolçularına heç bir set verməmişdir.[19] Kişilərin turnirində isə bu səfər amerikalılar heç bir rəqibinə şans verməmişdi. ABŞ-lılar yarımfinalda Kanada, finalda isə Braziliya voleybolçularını "3-0" kimi quru hesabla məğlub etmişdilər.[20]
2012 London Yay Olimpiya Oyunlarında Rusiya kişilərin yarışında müstəqil olduqdan sonrakı ilk qızıl medalını əldə edərək Olimpiya Oyunlarının tarixinə keçmişdir.[21] Finalda məğlub etdikləri Braziliya millisi qadınların turnirində böyük əzmkarlıq göstərərək qızıl medal əldə etmiş və ümumiyyətlə həmin Olimpiadada voleybol idmanından iki medal əldə etmişdi. Onlara qızıl medalı qazanmaq isə heç də asan başa gəlmir. Cənubi amerikalılar yer aldıqlarıı "B" qrupundan son anda Türkiyə millil komandasını geridə qoyaraq dördüncü olmuş və dördəbir final mərhələsinə son bileti əldə etmişdi.[22][23] Bu mərhələdə kişilərin finalında uduzacaqları rus voleybolçularını gərgin keçən 5 setin sonunda "3-2" hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Yarımfinal oyununda Rusiya qarşısındakı əzmkar oyundan sonra bir qədər yorğun olmasına rəğmən İtaliyaya heç bir şans verməmiş və "3-0" qalib gəlmişdir.[24] Finalda, 11 avqust 2012 tarixində Londondakı Earls Court Exhibition Centre arenasında on üç min azarkeşin önündə oynanılan matçda 3-1 qalib gələrək qadınların yarışında ikinci ümumilikdə isə dördüncü olimpiya qızılını qazanmışdır.[25][26][27] Bununla da Braziliya Olimpiya Oyunlarının voleybol tarixində ən uğurlu ikinci komanda olmağı bacardılar. Ümumi reytinq isə aşağıdakı kimidir:
 

Voleybolun Azərbaycana gəlişi

 
Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlıazərbaycanlı voleybolçu İnna Rıskal SSRİ milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarındaqazandığı 4 medalla tarixi rekorda imza atmış olur.[28] Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratovada iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Və daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.[29]
1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət Neftçi voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanmışdır. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanmışlar.[29] Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edir və yalniz finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır.[29] Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Və beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular TürkiyəRusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı Feliks MəmmədovFaiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Və təsadüfi deyil ki, onların səyi nəticəsində Turkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atdı. Uzun müddət Turkiyədə çıxış etdikdən sonra Azərbaycanın o zamankı Olimpiya komitəsinin prezidenti, indiki ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Əlbəttə zamanla bərabər potensial itkisiylə də üzləşməli olduq. Azərbaycan voleybolunun ən gələcək vəd edən oyunçuları Viktoriya Ravva, Nisə Quliyeva, Melis Həmşəri və başqa neçə-neçə oyunçular bir daha Azərbaycana qayıtmadılar. İndi onlarFransa, Türkiyə kimi komandaların heyətində qazanılan uğurlarda pay sahibi olmuşlar. Amma onlarsız belə uğur özünü çox gözlətmir. Faiq Qarayev veteran voleybolçularımız Şabovta, Həsənova kimi oyunçuların yanına yetişdirdiyi gənc oyunçuları da əlavə edərək uğurların davamını gətirməyə başlayır.[30]

Meydança

Voleybol meydançasını 18x9 m ölçülü bir düzbucaqlı qəbul edə bilərik. Belə ki, o, ortadan torla 9 metrlik iki komanda sahəsinə ayrılmışdır. Uzunluğu 18 metr olan meydançanın eni isə 9,50 metrdir.[31] Torun genişliyi 1 metrə bərabərdirsə, onun hər iki yanında olan antenin uzunluğu 180 santimetrdir. Bu antenlər və onların kənarları meydança xarici sayılır. Belə ki, əgər top antenin kənarından keçərsə topun düşəcəyi yer gözlənilir, (top rəqib meydançasının xal bölgəsinə düşsə belə xal sayılmır) antena dəydikdə isə xal topu antenaya dəydirən komandanın rəqibinə verilir. Antenanın qəbul olumuş qalınlığı 10 mm-dir.[32] Torun yüksəkliyi isəkişilər üçün 2,43 m, qadınlar üçün 2,24 metrdir. Bu yüsəklik hakimlər tərəfindən meydançının orta xəttindən hər hansı ölçü cihazı ilə ölçülür. Torun bağlandığı dirəklər isə 2.55 yüksəkliyə sahibdir.[33] Onların görünüşü düz və yuvarlaqdır. Dirəklər iki yan xətdən 0,50 m ilə 1 m məsafədə yerləşdirilmişdir. Eyni zamanda dirəkləri yerə tel ilə bağlamaq qaydalara ziddir.[31]
Meydançanın içində olan sərbəst oyun boşluğu bütün əngəlləri aşmalıdır.[34] Sərbəst oyun boşluğu meydançanın bütün hissəsi sayılır. Yəni az öncə bəhs etdiyim düzbucaqlı meydançanın kənarları sərbəst oyun boşluğuna daxil deyildir. Oyuna başlanarkən də voleybolçuların bu sahənin içində olmaları mütləqdir. Digər bir tərəfdən isə meydança azarkeş oturacaqlarına yaxın olmamalıdır. Çünki, voleybolda top meydançanı tərk etdikdə belə yerə düşməsi gözlənilir. Yəni, topu tamaşaçıların yanından belə yerə dəymədən, xətasız şəkildə meydanaçaya qaytarırsansa oyun davam edir. Hətta rəqibin kənar bölgəsindən də voleybolçu topu (qaydalar çərçivəsində) geri qaytara bilər.
Meydançada hər iki komandanın tərəfində yer alan hücum zonasının uzunluğu 3 metrdir. Bu zona xətlə digər zonadan (arxa zona) ayrılmışdır.[31] Bu zonada rəqib servisləri zamanı 3 voleybolçu dayanmalıdır. 3 voleybolçu da arxa zonada öz yerini alır. Voleybolda hücumların əksəriyyəti ön zonadan (hücum zonası) qurulur. Çünki, bura rəqib tərəfə ən yaxın hissədir və güclü zərbə endirmək üçün ən əlverişli mövqedir.
Voleybolda oyunçular saat əqrəbi istiqaməti ilə tez-tez yerlərini dəyişirlər.[35] Belə ki, hər ralli sonunda (ralli oyun xalı deməkdir) voleybolçu mövqeyini bir istiqamət dəyişir. Məsələn, soldakı şəkildə 1 nömrəli voleybolçu qazanılan və ya itirilən bir xaldan sonra mövqeyini 6 nömrəli voleybolçunun mövqeyinə doğru dəyişir. Onun yerinə gəldiyi 6 nömrəli voleybolçu isə 5 nömrəli voleybolçunun yerinə keçir. Bu minvalla həmin 1 nömrəli voleybolçu 2 nömrəli voleybolçu mövqeyinə çatdıqda bir xaldan sonra yenidən öz əvvəlki mövqeyinə manevr etmiş olur. Bu da o deməkdir ki, hər voleybolçu 6 xaldan sonra öz yerinə qayıdır və 1 nömrəli xanada olan oyunçu mütləq 2 ralli boyunca arxa zonada qalır.[35] Bu çox vaxt voleybol komandaları üçün kiçik bir taktika yaratmağa imkan verir. Belə ki, əsasən hücuma meyilli olan hücumçular arxa zonada olanda heç də libero və ya digər müdafiə mövqeyində oynayan voleybolçular kimi istəniləni vermir və rəqib komandanın oyunçuları da topu qəbulda zəif olan belə oyunçuların üstünə vurmağa çalışırlar. Beləliklə onların arxa zonada olduğu müddətdən maksimum yararlanmağa çalışırlar. Ancaq, bunu heç də bütün voleybolçulara şamil etmək düzgün deyil. Həm hücumu, həm də müdafiəsi yaxşı olan kifayət qədər voleybolçu var.
Bütün bunlardan başqa voleybol meydançasında servis zonası deyilən bir sahə vardır. Servis zonası arxa zonada yerləşən meydançanın sonuncu xəttindən 20 sm geridə, 15 sm uzunluqlu 2 qısa xətlə əhatə olunur. Hər iki xətt servis zonasının genişliyinə daxildir. Servisi qabaqcadan qəbul edilən yerdən ataraq daha sonra irəli getmək xəta sayılmır (Servisbölməsinə bax). Ancaq yenə də servis zamanı oyunçunun durduğu yer servis zonasına daxil olmalıdır.[36]

 

Əsas məqalə: Voleybol‎ topu
Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 qramdır.[37] Qaydalara görə ya estetik, ya da ki sentetik dəridən olmalıdır. Bir rənglə yanaşı birdən çox bir-birini tamamlayan rənglərlə də boyana bilər.[1] Voleybol toplarının firması isə turnirə görə dəyişir. Məsələn, Avropa Voleybol Konfederasiyası öz turnirlərində istədiyi sponsoru seçir, eyni qayda ilə Beynəlxalq Voleybol Federasiyası və digər qurumlar da təşkilatçılıqları olduğu yarışlarda top seçmək şansına malik olur. Ancaq yenə də seçilən toplar yuxarıda göstərilən ölçülərdə olmalı və qəbul olunmuş standarlarda cavab verməlidir.

Əsas qaydalar və ümumi anlayış

Voleybol 6 oyunçu ilə oynanılan komanda idman növüdür. Voleybolda oyun mütləq servislə başlanmalıdır.[38] Servis isə maksimum səkkiz saniyəyə yerinə yetirilməlidir.[39] Oyuna başlayan isə hakim tərəfindən püşkatma yolu ilə seçilir. Hər yeni setdə komandaların meydançadakı yerləri və servis başlayan tərəf dəyişilir. Beşinci setdə isə yenə püşkatma ilə oyuna başlayan tərəf seçilir.[1] Servis başlayan tərəf müdafiə olunan tərəf sayılır. Çünki, servisi yaxşı qəbul etdikdə oyun quracaq tərəf qarşı tərəf olacaqdır. Ümumiyyətlə hücum edən tərəf topa maksimum üç, minimum bir dəfə toxuna bilər.[40]Blok toxunuş sayılmadığından 4 dəfə də topla oynamaq olur.[41] Bir oyunçu bir hücumda topa yalnız bir dəfə toxuna bilər. Arxa-arxaya iki toxunuş cəza sayılır və rəqibin aktivinə bir xal qazandırır.[42] Həmçinin voleybolda çətin anlarda ayaqla da toxunuşa icazə verilir.[43] Top tora dəydikdə isə oyun dayanmır, tora dəyən top hansı tərəfə qayıdıbsa həmin hissədə vəziyyət əvvəlki kimi davam edir. Məsələn, top əgər tora dəyib qayıdıbsa və sən topa maksimum üç dəfə vurmusansa bu zaman topla yenidən oynamaq şansın qalmır. Oyunçu tora toxunduqda isə matç dayandırılır, rəqibə bir xal və servis verilir. Ümumumiyyətlə hər qazanılan ralli komandalara bir xal və bir servis verir. Yəni, xalı qazandıqdan sonra oyun dayanılır və xal qazanan tərəf topu oyuna servislə daxil edir. Hakim oyunçulardan birinə sarı vərəqə göstərdikdə rəqib komandaya bir xal verilir, əgər servis başlayan komanda sarı vərəqə alıbsa bu hüququnu da itirir. Qırmızı kart göstərildikdə isə həmin oyunçu o setdən etibarən meydançadan çıxar və oyunçular saat əqrəbi istiqamətində bir mövqe yerlərini dəyişərlər.[44]
Voleybolda həm də setlər arası fasilə vardır. Bu fasilə zamanı oyunçular digər setə hazırlanar və istirahət edərlər. Oyun zamanı isə beşinci set xaricində hər setdə olan, "texniki taym-aut (ing. technical time-out)" adlanan bir termin də vardır. Oyunçular üçün fasilə rolunu oynayan bu texniki taym-autlar hər setdə iki dəfə – komandalardan birinin xalı 8-ə və 16-a çatdıqda olur.[45] Bir dəqiqə olan texniki taym-autlar beşinci setdə olmur. Əvəzində isə beşinci setdə tərəflərdən biri 8 xal qazandıqda komandalar meydançadakı yerlərini dəyişir. Bundan başqa baş məşqçilər də hər setdə istədikləri məqam taymaut götürə bilərlər. Bu taym-aut şansı hər komandaya hər setdə iki dəfə, beşinci setdə isə bir dəfə verilir. Məşqçi taym-autları da texniki taymautlar kimi bir dəqiqəlik istirahət və baş məşqçi ilə məsləhətləşmə imkanı verir. Çox vaxt məşqçilər bu şanslarında rəqib ard-arda çox xal qazandıqda komandasını toparlamaq üçün kritik anlarda istifadə edirlər. Yaranan bu fasilələr zamanı isə meydançanın yaş olmaması üçün texniki işçilər meydançanı silirlər. Bu halvoleybolçu qurtarış zamanı yeri islatdıqda da müşahidə olunur.[46]

Xalların hesablanma sistemi

5 set üzərindən oynanılan voleybolda əsas məqsəd topu tor üzərindən aşırıb rəqib meydançasına dəqiq göndərmək, yaxud da topu rəqibə dəydirərək meydançanın kənarına düşməsinə şərait yaratmaq və beləliklə də xal qazanmaqdır.[47] Bəzən xal sistemi ralli də adlandırılır.[48] 25 xala çatıb ən azı 2 xal fərqi ilə üstün olan tərəf sonda setin qalibi olur.[49] Hesab 24-24 heç-heçə olduqda isə komandalardan biri mütləq 2 xal arxa-arxaya qazanmalıdır.[50] Yəni, 25-24 hesabı heç də setin qalibi olmaq demək deyil. Bu minvalla setdəki hesab hətta "50-50" də ola bilər. Ümumiyyətlə oyunun qalibi olmaq üçün isə 3 setdə qələbə qazanmaq lazımdır. Yəni, setlərdə hesab 3-0 və ya 3-1 olduqda əlavə setlər oynanılmır.[51] Setlər 2-2 olduqda isə beşinci setə keçilir. Taybrek (yəni həlledici) adlanan bu setdə oyun 25-ə qədər deyil 15-ə qədər oynanılır. Yenə eyni qayda ilə xal fərqi 2-dən aşağı olduqda isə set uzana bilər.[52] Əgər bir komanda matça çıxmazsa oyuna hazır olmadığı elan edilər və cəza olaraq setlərdə 25-0 oyunda da 3-0 hesablı texniki məğlubiyyət alar. Bir komanda əgər matçın ortasında oyundan çəkilərsə (komandadakı oyunçular əksik olduqda və başqa səbəbli hallarda) həmin oyun dayandırılar və rəqib komandaya seti və matçı qazanmaq üçün neçə xal lazımdırsa, həmin xallar avtomatik olaraq verilər. Matçdan çəkilən komanda isə neçə xal qazanmışsa həmin xallar da hesabından silinər.[53]
Voleybolda dörd cür xal qazanmaq qaydası vardır. Bunlardan birincisi rəqib meydançasına topun təmas etdiyi an, ikincisi top rəqibə dəyərək sərbəst oyun boşluğunun kənarına düşdüyü an, üçüncüsü rəqib yerdəyişmədə, müdafiədə və ya oyun qurmaqda xəta etdikdə, dördüncüsü isə rəqib cərimələndikdədir.[54]

Hakimlər

Xallar hakimlər tərəfindən qeyd edilir.[55] Hakimlər isə meydança hakimləri və kənar hakimlər olmaq üzrə iki yerə bölünür. Meydança hakimlərindən biri torun üstündə quraşdırılan oturacaqda oturur və baş hakim sayılır.[56] Oturduğu yer torun üst bölgəsinin 50 sm yuxarısında olmalıdır. Son qərarları və servis başlanmasına icazəni məhz o, verir, əlində çox da gur səsli olmayan kiçik hakim fiti olur.[57] O, xal qazananı göstərmək üçün əlini komandalardan birinə tərəf istiqamətləndirir və qərarını dəyişmək hüququna malikdir.[58] Sarıqırmızıkartları və son qərarları yalnız baş hakim təyin edə bilər. Baş hakim oyunda texniki işçilərin də işinə nəzarət edir. Komanda kapitanlarının rəylərinə qulaq asıb qərarını dəyişə bilər. Matçın öncəsində baş hakim meydançanı, topu və digər əşyaları yoxluyar, oyunçuların məşqlərinə nəzarət edər və komanda kapitanları ilə birlikdə başlama vuruşu üçün püşkatma edər. Oyun ortasında isə oyunçuların mövqelərinə diqqət edir. Arxa zona oyunçusu və ya liberonun blok qurmasına icazə verməz. Matç sonunda isə yarış cədvəlini yoxlayıb imzalıyar.[59]
Baş hakimin meydanın kənarında olan, köməkçisi vardır.[60] Faktiki olaraq həmin şəxs köməkçi hakim adlanır.[61] Köməkçi hakim baş hakimlə üzbəüz, bir-birini görəcək şəkildə ayaq üstə vəzifəsini yerinə yetirir.[62] O, müdaxilə hüququnun olmadığı qərarlarda hakimə kömək edə bilər, ancaq məcbur edə bilməz. Köməkçi hakim ehtiyat oyunçular skamiyasında əyləşən oyunçulara nəzarət edər və qayda pozuntusu olduqda baş hakimə bildirər. Köməkçi hakimlər də baş hakimlər kimi məşq edən oyunçulara nəzarət edə bilir. Taym-autların və oyunçu dəyişikliklərinin sayını hesablamaq da köməkçi hakimlərin işidir. İkinci taym-aut götürüldükdə və beşinci ilə altıncı oyunçu dəyşikikliyi edildikdə baş hakimə bildirir. Oyunçulardan biri zədələndikdə köməkçi hakim istisnayi oyunçu dəyişikliyinə icazə verər və ya zədənin sağalması üçün 3 dəqiqə gözləyər. Matç sırasında köməkçi hakimin aşağıdakı hallarda fitini çalması və ya işarə etməsi qadağan deyildir:
·         Rəqibin sərbəst oyun boşluğuna və ya torun altından keçilməsinə
·         Servis qarşılayan komandanın mövqe xətalarına
·         Oyunçunun torun alt hissəsinə və ya antenə təmasına
·         Arxa zona oyunçusunun və ya liberonun blok tamamlanmasına və yaxudda hücum vuruşu etməsinə
·         Topun başqa bir cismə təmasına
·         Baş hakimin görə bilməyəcəyi epizodlarda topun meydança örtüyünü dəyməsinə (hansı ki xal qazandırır)
·         Topun torun qismən və ya bütünlüklə kənarından keçməsinə və ya antenə təmas etməsinə.[63]
İki hakim isə yan xətt hakimləridir. Onlar əllərində qırmızı bayraqla (hakim bayrağı) topun meydançaya düşdüyünü, çıxdığını və ya topa təmas olduğunu göstərirlər. Bir növ baş hakimin qərarlarına təsir edirlər. Yazıçı hakim isə oyuna nəzarət edir. Ekspertlərlə birlikdə videolentlərə baxır, yoxlanış aparır, meydança hakimlərinə kömək edirlər. Hesab hakimləri liberoların oyundakı vəziyyətinə fikir verib yanlışlıqları dərhal baş hakimə bildirilər. Həm də, baş məşqçilərin istəyi nəticəsində taym-aut mənasına gələn siqnalı çalırlar. Bu siqnal mütləq oyun dayandığında çalınmalıdır.[64]

Oyunçular

Voleybolda oyunçuların forması kofta, şort və idman ayaqqabısından ibarətdir. Bəzən oyunçulara ayaqqabısız da oynamaq imkanı verilir.[65] Beynəlxalq Voleybol Federasiyasının yarışlarında isə ümumiyyətlə buna imkan verilmir. Bir komanda ən çox 12 oyunçu, 1 baş məşqçi, 1 köməkçi məşqçi, 1 masajist və 1 tibbi həkimdən ibarət olmalıdır.[65] Oyunçuların formasının arxasından mütləq soyadları (adları və ya ləqəbləri) və nömrələri qeyd edilməlidir. Nömrələr həmçinin formanın önündə də olur. Voleybolçular nömrə seçimi zamanı mütləq 1-dən 18-ə qədər ədədlərdən istifadə etməlidirlər. FİVB-nın çempionatlarında və digər rəsmi turnirlərdə nömrə seçimi 20-ə qədər də olur.[65]Nömrənin uzunluğu formanın ön tərəfində ən azı 15 sm, arxa tərəfində isə 20 sm olmalıdır.[65] Komandanın kapitanının ön nömrəsinin altında mütləq kiçik bir lent olmalıdır. Kapitan bundan başqa matç öncəsi müsabiqə cədvəlini imzalayar və püşkatmada iştirak edə bilər. Voleybolçulardan yalnız kapitanın baş hakimə etiraz etmək hüququ vardır. Bu səbəbdən o, digər oyunçuların da etirazına qulaq asıb hakimlə mübahisə edə bilər.[66] Komanda yoldaşlarından fərqli rəngdə forma geyinmək (liberodan başqa) və ya icazə verilməyən nömrə ilə oynamaq qəti qadağandır. Oyunçular riskli olmadığı təqdirdə gözlərinə eynək və linza taxa bilərlər. Ehtiyat oyunçular isə taym-autlarda öz oyun bölgələrinin kənarında topsuz olaraq məşq edə bilərlər. Set aralarında isə sərbəst oyun bölgəsində də topla və ya topsuz isinmə hərəkətləri edə bilərlər.[67]
Meydançada torun önündə olan 3 oyunçu ön zona oyunçusudur. Onlar 4-cü (sol ön zona), 3-cü (orta ön zona) və 2-ci (sağ ön zona) zonalarda dururlar. Digər 3 oyunçu isə arxa zona oyunçularıdır. Arxa zona oyunçuları isə 5-ci (sol arxa zona), 6-cı (orta arxa zona) və 1-ci (sağ arxa zona) zonalarda oynayırlar.[68][69]

Terminlər

Servis

Servis voleybolda servis zonasından yerinə yetirilərək topu rəqib meydançasına göndərmək üçün oyuna daxil etmək deməkdir.[70] Bir qədər qarışıq görsənən bu termini anlamaq əslində çox sadədir. Artıq bu termin idman sevərlər üçün anlaşıqlı bir sözdür. Belə ki, tennisdə də topu oyuna daxil etməyə servis deyilir. Bütün voleybol matçları serivslə başlanmalıdır. Servis başlamaq üçün isə voleybolçulara ən çoxu 8 saniyə vaxt verilir.
Servislə topu oyuna daxiletmə iki cür olur: yerindəcə servis başlamaq və tullanaraq servis başlamaq. Voleybolda əsasən hücumçularservisi tullanaraq oyuna daxil edirlər. Bunun səbəbi isə çox bəsitdir. Belə ki, onlar güclü zərbələrini tullanaraq birə-beş artırırlar və beləliklə qüvvətli bir zərbə ortaya çıxır.[71] Bu cür servislər smatç servislər adlanır.[72] Yavaş servislər isə adətən tullanmayaraq yerinə yetirilir. Ancaq, tullanaraq da yavaş servis yerinə yetirmək mümkündür. Əgər servisdən sonra top birbaşa rəqib meydançasına düşürsə, ya da rəqibə bir-iki dəfə dəyərək (topu qurtarmağa çalışarkən edilən toxunuşlar) xal qazandırırsa buna eys (ing. ace) deyilir.[73]
Oyun zamanı liberodan başqa bütün oyunçular servis başlaya bilər. Servisi başlamaq üçün isə mütləq baş hakimin fiti gözlənilməlidir. Fitdən öncə başladılan servislər təkrarlanır. Oyunçuların servis başlamaq sırası isə oyun cədvəlindəki sıraya görə olmalıdır. Əgər oyunçu servis başladıqdan sonra komandası bir ralli daha qazanarsa onda yenidən servis başına həmin oyunçu keçər. Servis qarşılayan komanda ralliyi qazananda isə servis başlamadan öncə oyunçular yerlərini bir mövqe dəyişər və ön sağ zonadan arxa sağ zonaya gələcək oyunçu servis başlayar.[74] Servis başlamaq qaydası isə aşağıdakılardır:
·         Topu havaya buraxdıqdan ya da əllərini çəkdikdən sonra tək əllə və ya qolun hər hansı bir hissəsi ilə zərbə endirilməlidir.
·         Topun sadəcə bir dəfə havaya qaldırılmasınaa və ya əldən buraxılmasına imkan verilir.
·         Topun ədə çevrilməsinə və ya yerdə çilənməsinə icazə vardır.
·         Servis atan oyunçu servis başlama anında və ya tulllandığı zaman nə meydançaya, (son xətt daxil) nə də servis zonasının xaricinə ayaq basa bilər.
·         Servis atan oyunçu topu oyuna daxil etdikdən sonra servis zonasında çıxa və ya meydançaya daxil ola bilər.[75]

Pas

Voleybolda da pas digər idman növlərindəki kimi (futbolbasketbol və s.) ötürmə anlamına gəlir. Daha geniş mənada topu paylamaq mənasındadır. Hətta bu vəzifə üçün toppaylayıcı mövqeyi də vardır. Pasların geriyə pas, önə pas, uzun pas, qısa pas, yüksək pas, alçaq pas kimi növləri vardır.[76]
Oyunda 3 toxunuşa icazə verildiyindən hücum zamanı maksimum iki pasa icazə verilir. Əksər vaxt bunlardan ilki toppaylayıcıya ünvanlanır, hücum yaxşı qurulduqda isə ikinci ötürmələr hücumçulara çatdırılır. Tərəflərdən biri hücum qura bilmədikdə və son vuruş üçün imkan tapanmadıqda isə topu qarşı komandaya göndərir. Bu da bir növ rəqibə pas adlanır.[77]

Hücum

Voleybolu digər idman növlərindən fərqləndirən əsas xüsusiyyətlərindən biri də hücumlarla zəngin olmasıdır. Belə ki, topu düzgün qəbul edən komandanın məqsədi dərhal keyfiyyətli hücum qurmaqdır. Tərəflərdən birinin hücumu xal qazandırmadıqda isə əks hücumla qarşı-qarşıya qalır. Bu da voleybolu daha maraqlı edir. Hücum qurmaq üçün isə hücum vuruşu etmək mütləqdir.[78]
Servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir.[79] Hücum vuruşu zamanı topu ovuc içi ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunmaq şərti ilə hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər.[80] Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər. Bu zaman oyunçu tullanarkən ayağı ön zona xəttinə dəyməməli və ya o xətti keçməməlidir, ancaq zərbəni vurub qurtardıqdan sonra sıçrayış zamanı xətti keçə bilər. Top ön zonada ikən heç bir oyunçunun rəqibin servisinə qarşı hücum vuruşu tamamlamasına icazə verilmir. Vuruş zamanı top torun üzərindəykən arxa zona oyunçusunun və ya liberonun irəli gəlib hücum vuruşunu tamamlaması və digər voleybolçuların rəqibin servisindən sonra top toru keçməmiş hücum vuruşu etməsi də cərimə sayılır.[81]

Blok

Blok voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir.[82] Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır:
1.   Blok təşəbbüsü – topa toxunmadan edilən blok hərəkətidir.
2.   Tamamlanmış blok – blokçunun topa dəydiyi anda blok tamamlanmışdır.
3.   Kollektiv blok – iki və ya üç oyunçu tərəfindən edilən güclü blokdur.[83]
Təmasları tək bir hərəkət zamanı olması şərti ilə bir və ya bir neçə blokçu topa sıra ilə (tez və davamlı olaraq) təmas edə bilər. Blok zamanı blok quran əllərini (və ya qollarını) torun üzərindən rəqib tərəfə keçirə bilər.[84] Ancaq bu müddətdə o, topa toxunmaq üçün rəqibin hücum etməsini mütləq gözləməlidir. Ayrıca blok təması komandaya bir vuruş olaraq əlavə edilmir.[85] Belə ki, voleybolda hər komandanaya topu rəqib meydançaya göndərməsi üçün ən çoxu üç vuruşa icazə verilir və blok zamanı topa toxunma bu vuruşlardan sayılmır.[86] Blokdan sonrakı ilk vuruş blok zamanı topa toxunan da daxil olmaqla komandanın hər hansı bir oyunçusu tərəfindən edilir. Aşağıdakı qaydalar çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır:
·         Blokçu rəqibinin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqib meydança boşluğundakı topa dəyərsə.
·         Arxa zona oyunçusu və ya libero bir bloku tamamlayar, ya da tamamlanmış bloka qoşularsa.
·         Rəqibin servisinə blok qurularsa.[87]
·         Top blok xaricinə göndərilərsə.
·         Antenlərin çölündən rəqibin boşluğunda blok qurularsa.
·         Libero oyunçusu fərdi ya da kollektiv bloka təşəbbüsün edərsə.[88]

Top qəbulu

Top qəbulu (ing. digtürk. manşet) voleybolda voleybolçular üçün ən çox problem yaradan hərəkətlərdəndir.[89] Belə ki, rəqib hücumlarının hamısının qarşısını almaq üçün yaxşı top qəbul etmək məharəti lazımdır. Top qəbulundakı səhvlər xüsusən də servislər zamanı komandaların işini çətinləşdirir.[90] Belə ki, yaxşı top qəbulu həm də komanda yoldaşına pas alınır (ing. dig settürk. manşet pas).[91] Top qəbulu pasından bu gün həyatımızda da kifayət qədər istifadə edilir. Ən çox uşaqların sevdiyi stil olan top qəbulu iki qolu iç-içə gətirərək dirsəklə əl arasındakı hissə ilə topa vurma şəklidir.[92]
Top qəbulu zamanı top əllə tutulmamalı və ya fırladılmamalıdır. Topun vücudun hər hansı bir hissəsinə təmasına icazə verilir. Təmasların eyni anda olması şərti ilə top vücudun müxtəlif yerlərinə də toxuna bilər.[93]

Oyunçu mövqeləri

Əsas məqalə: Toppaylayıcı (voleybol)
·        Toppaylayıcı — komandanı pasla təmin edən oyunçu. Oyunu yönləndirən və quran voleybolçudur.[94] 3-cü zonada oynayır, ancaq 2-ci zonada da oynaya bilər. Bu oyun taktikasından asılıdır. Bəzən taktiya görə meydançada 2 toppaylayıcı da görmək olar. Toppaylayıcının atdığı hər bir pis pas hücumçuya düşən işi daha da artırar və hücumdakı kəskinliyi azaldar.[95] O, hücumu sağa, sola çevirərək rəqibləri çaşdıra bilər. Həmçinin pasını atmayıb hiyləgər vuruşla da xal qazana bilər.[96]
Əsas məqalə: Diaqonal (voleybol)
·         Diaqonal — (və ya sağ hücumçu) servisə keçdiyi zaman önə gələn və əksər vaxt uzun pasla hücum edən voleybolçu mövqeyidir. Toppaylayıcı olmadıqda əlavə oyun qurucusu kimi fəaliyyət göstərir. 2-ci zona oyunçusudur.[97] Qüvvətli zərbələri ilə hücumçulara böyük dəstək olurlar. Voleybolda libero ilə birlikdə ən az rastlanan mövqedir. 4-2 taktikasında yer almırlar.[98] Mövqeyin sahibləri rəqibin uzunboy blokçularına qarşı dayanıqlı mübarizə aparmaq üçün dəstəboy olmamalıdırlar. Belə olduqda isə bu, onlar üçün çox böyük əksiklik kimi hiss olunur.[99]
Əsas məqalə: Hücumçu (voleybol)
·         Hücumçu — 4-cü zonada oynayan və əksər vaxt uzun pasla hücum edən digər bir oyunçu mövqeyi.[100] Meydançada bu vəzifədə olan 2 oyunçu olur. Onlardan biri servisə keçəndə, digəri ön zonaya doğru yerini dəyişir. Bu səbədən də 4-cü zonadan tez-tez hücum edə bilir. Hücumçu əgər topa ilk toxunandırsa dərhal toppaylayıcıya pas atmağa çalışır. Əgər pas ona toppaylayıcadan gəlibsə bitirici vuruş vurar. Zərbələrini rəqib oyunçuya paralel və ya çaprazdan endirmək bu mövqenin sahiblərinin əsas funksiyalarındandır. Son illərdə icra edilən 2 nəfərlə servis qarşılama sistemində komandanın bütün servis qarşılama yükünü bu mövqedə oynayan voleybolçular öz üzərlərinə götürürlər.[101]
Əsas məqalə: Blokçu (voleybol)
·         Blokçu — 3-cü zonada oynayan, qısa paslarla hücum edən oyunçu mövqeyidir. Meydançada bu vəzifədə olan iki oyunçu yer alır. Biri servis başlayanda onunla çapraz oynayan blokçu önə gəlir. Servis başlayan arxa zonada olduğundan blokçular həmişə 3-cü zonadan hücum edə bilir. Oyun qurucuya yaxın olması səbəbi ilə sürətli və alçaq pasların çoxunu orta hücumçuya atır.[102] Böyük bacarıq tələb etməsi və uzun boyluluq məcburiyyəti ilə ortadan oyun qurmaq voleybolda ən çətin hücumlardan biri kimi qiymətləndirilir.[103] Bütün bunlara rəğmən ortadan oyun qurmaq hücumu başlatmaq və rəqib müdafiəsini təzyiq altında saxlamaq üçün çox lazımlıdır.[104]
Əsas məqalə: Libero (voleybol)
·         Libero — voleybolda yeganə oyunçudur ki, komanda yoldaşlarından fərqli rəngdə forma geyinir. Komandanın qurtarıcı oyunçusu sayılır.[105] Bu funksiyalarına görə futboldakıqapıçı termininə bənzədilir. Liberolar öz meydançalarına düşən topları rahat qaytarmaq və estetik, cəld hərəkətləri rahat yerinə yetirmək üçün dəstəboy olurlar.[106] Libero yeganə oyunçudur ki, ən çoxu bir əvəzedicisi olur.[107] Libero zədələnmədiyi müddətdə onu oyundan almaq olmaz.[108] Əgər oyuna davam edə bilməyəcək şəkildə zədələnərsə yerinə yeni bir libero seçilər və oyunçular cədvəlində həmin oyunçunun yanına "L" hərfi yazılar.[109] Bütün bunlarla bərabər liberolar xal qazana bilərlər, ancaq zərbə endirməzlər. Topu uzaqlaşdırmaq üçün rəqib tərəfə liberonon atdığı top xal qazandırarsa qayda pozuntusu olmaz. Liberolar həmçinin servis başlamaq və blok qurmaq hüququna malik deyillər.[110][111]

Taktiki sxemlər

4-2 takitiki sxemi iki toppaylayıcı, iki hücumçu və iki blokçu ilə oynanılır. Bu taktiki sxemdə diaqonal oyunçulardan istifadə edilmir. Toppaylayıcılar arxa zonada müdafiəçi qismində, öndə isə oyun qurucusu rolunda oynayırlar.[112] Yəni, komandanı pasla təmin edirlər. Yalnız iki oyunçu hücumda oynadığından bu taktika hücuma meyilli komandalar üçün heç də əlverişli deyil.[113]
Müasir 4-2 taktikası da iki toppaylayıcı, iki hücumçu və iki blokçu ilə oynanılır. Ancaq, normal 4-2 taktikasından fərqli olaraq oyun qurucusu vəzifəsini arxadakı toppaylayıcı üstlənir və 3 hücumçu ilə hücum edilir. Ön zonadakı toppaylayıcı isə diaqonal oyunçu kimi oynayır.[114]
6-2 taktikası 4-2 sxemindən fərqli olaraq hücuma yönlüdür. Belə ki, bu taktiki sxemdə hər üç ön zona oyunçusu bütün gücləri ilə hücumda oynayırlar.[115] Toppaylayıcılar üçün də rahat imkan yaranır. Belə ki, onlar üç hucumçuya birdən pas ata bildiklərindən tez-tez oyuna fərqli-fərqli hücumçuları qoşa bilirlər. Bu da rəqib üçün çox böyük çətinlik yaradır. Ancaq 6-2 taktiki sxemindən istifadə edəcək komandanın hücumçuları da kifayət qədər güclü və çox olmalıdır.[116]
Bir toppaylayıcı, iki hücumçu, iki blokçu və bir diaqonal mövqeli oyunçunun yer aldığı taktiki sxemdir.[117] Toppaylayıcı arxa zonada əsas müdafiəçidir. Top toppaylayıcıya gəldikdə o, topu qarşılayar və pası atmalı olan oyunçu onunla çapraz oynayan diaqonal voleybolçu olacaqdır. Belə olmadıqda isə toppaylayıcı 3 metr irəli gəlib pasını atar və yenidən geriyə dönərək arxa zonada müdafiə olunar. Toppaylayıcı arxada olduqda 3 oyunçu birdən hücum edə bildiyindən bu sxem bol hücum sevən komandaların əvəz edilməz taktikasıdır. Belə ki, bu taktikada diaqonal mövqeli oyunçular da hücumlarda yaxından iştirak edirlər.[
 
                                                                                                                                                                                                                            

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci