ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kitabxana

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.Xalqımızın yaratdığı qiymətli tarixi- mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında bəşər mədəniyyətinin qazandığı nəaliyyətlərin nəsildən nəsilə çatdırılmasında və cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.    p; Ermənistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə vandalizm aktı törətmiş, illərlə fondlarında 4 milyondan artıq kitabın mühafizə olunduğu minə yaxın kitabxabxananı və kitabxana filiallarını birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemlərini bütünlüklə dağıtmışlar.Bu gün geniş kitabxana informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur.
1996-cı ildə Azərbaycan hökuməti “Azərbaycan respublikasında kitabxana işinin vəziyyəti və ona yaxınlaşdırmaq tədbirləri haqqında “qərar qəbul etmişdir.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında, 2004-cü il "12 yanvar" və 2005-2006-cı illərdə "Azərbaycan dilində latın qrafikası ilə çapın nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi" haqqında 2004-cü il 27 dekabr tarixi sərəncamlarına əsasən son 3 il ərzində ümumi sayı 9 milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Mingəçevir Turizm Kollecinin kitabxanası 2003-cü ildən fəaliyyət göstərir. Fondda 26396 nüsxə kitab və kitabçalar vardır. Ixtisası kitabxanaşünas, biblioqrafdır. Kitabxanada 68 adda qəzet və jurnal alır.Elmin müxtəlif sahələrinə dair dərsliklər və dərs vəsaitləri ilə təmin edilmişdir.
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci