ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Həmkarlar ittifaqı

Əyyubov İbrahim Abdin oğlu İqtisad elmləri namizədi – dosent 17 .09.1946-c ildə Ağdam rayonunun İlxıçı kəndində anadan olmuşdur. 1964-cü ildə Ağdam rayonu Güllücə kənd orta məktəbini bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış və universiteti “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək “Mühəndis geoloq” adını almışdır. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuş və leytenant rütbəsi ilə vzvod komandiri vəzifəsində xidmət etmişdir. Alpinizm idman növü ilə məşğul olmuş və 1970-ci ildə Zaqafqaziya Hərbi Okruqunun Silahlı qüvvələrinin yığma komandasının tərkibində Avropanın ən yüksək zirvəsi Elbrus zirvəsini fəth etmişdir. (5642 metr) 1971-1993-cü illər geoloji-kəşfiyyat işlərində işləmişdir. Azərbaycan Respublikasının Ağdərə, Kəlbəcər və Daşkəsən rayonları ərazisində Qızıl, Polimetal, Civə, Alunit və digər faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istismarı işlərində geoloq, sahə geoloqu, baş qeoloq və geoloji-kəşfiyyat partiyasının rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə dissertasiya müdafiə edərək iqtisadi elmlər namizədi, alimlik adını almışdır. Dosentdir. 1993-2001-ci illərdə San-Marino Beynəlxalq Elmlər Akademik Mərkəzinin Azərbaycan filialında (Mingəçevir Şəhəri) prorektor vəzifəsində işləmişdir. 2004-cü ildən etibarən Mingəçevir Turizm Kollecində müəllim vəzifəsində işləyir. 2004-cü ildən Mingəçevir Turizm Kollecinin Həmkarlar Komitəsinin sədridir. 2007-ci ildə müqəddəs Həcc ziyarətində olmuşdur. Ailəlidir. 5 övladı var.

Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaranmışdır.
30.03.2004-cü ildə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin əmək kollektivinin qərarı ilə Həmkarlar Komitəsi yaradılmışdır. Kollecin Həmkarlar Komitəsi Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin tərkibinə daxil olaraq, 01.02.2007-ci ilə qədər onun tərkibində fəaliyyət göstərmişdir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 01.02.2007-ci il tarixli, 3N-li protokolunun qərarı ilə Kollecində Həmkarlar İttifaqı Komitəsi həmin tarixdən Mədəniyyət işçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə daxil olaraq fəaliyyət göstərir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin 640 nəfər üzvü vardır. Buraya üzvlük üçün müraciət etmiş tələbələr də daxil edilmişdir.
Həmkarlar Təşkilatı Kollec əməkdaşlarının sosial-iqtisadi hüquqlarının təminatı, təhlükəsiz iş şəraitinin yaradılması və Komitə üzvlərinin mədəni-kütləvi istirahətlərinin təşkili sahəsində təxirəsalınmaz tədbirləri həyata keçirir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar Komitəsinin sədri İqtisadi Elmlər namizədi dosent Əyyubov İbrahim Abdin oğludur.


 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci