ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kadrlar şöbəsi

Tacəddin İbrahim oğlu Əyyubov 1975-ci il yanvar ayının 5- də Azərbaycanın ən dilbər guşəsi olan Qarabağın Ağdam rayonunun İlxıçı kəndində anadan olmuşdur. 1981-ci ildə Ağdam rayonunun İlxıçı kəndində orta məktəbin I sinifinə daxil olub, 1992-ci ildə orta məktəbi bitirərək ali təhsil almaq üçün Ukraniya Respublikasına getmişdir.
1993-cü ildə Ukraniya Respublikasında yerləşən Donetck vilayətinin Slavyansk Akademiyasının “Hüquq“ fakultəsinə daxil olmuşdur.Qarabağdakı məlum hadisələrlə bağlı doğma vətəni Azərbaycana qayıtmış və 1994-cü ildən təhsilini San- Marinonun Azərbaycan filialında davam etsirmişdir.
1997-ci ildə filialın “Hüquqşünaslıq“ ixtisasını fərqlənmə diplomu ilə müvəffəqiyyətlə bitirmişdir.
1997-ci ilin sonlarında filialında hüquqşünas ixtisası üzrə müəllim və kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Filial fəaliyyətini dayandırdıqdan sonra 22.05.2003-cü ildə Bakı bədən tətbiyəsi və turizm kollecinin Mingəçevir şöbəsində kadrlar mütəxəsisi, 01.09.2003-cü ildə tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə II təhsil kimi Azərbaycan Müəllimlər İnistitutunun Qazax filialına qəbul olaraq 6 iyul tarixində yenidənhazırlanma təhsilinin tam kursunu bitirərək tarix ixtisasını almışdır. Məlum fərmandan sonra şöbə kimi fəaliyyət göstərən təhsil müəsisəsi 2003-cü ilin aprel ayında Mingəçevir Turizm Kolleci kimi fəaliyyət göstərmiş və hal-hazırda həmin kollecin kadrlar şöbəsinin müdiri və müəllim kimi fəaliyyət göstərir.
Ailəlidir . 2 övladı var

Mingəçevir Turizm Kolleci 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilərək yaradılmışdır.Kollec yarandığı 2006-cı ildən Kadrlar Şöbəsi fəaliyyətə başlamışıdr.Kadrlar Şöbəsinin müdiri Tacəddin İbrahim oğlu Əyyubovdur. Kadrlar şöbəsi kadrların şəxsi işlərinin saxlanılmasını , şəxsi işlərdə lazım olan sənədləri tələb etməklə kadrlar haqqında əmrlər hazırlayır.Kadrlar haqqında statistik məlumatları sorğu əsasında məşğulluq mərkəzinə, statistika idarəsinə çatdırılmasını təmin edir. Mingəçevir Turizm Kollecinin Kadrlar Şöbəsi Azərbaycan Respublikasının Əmək məcəlləsinə uyğun olaraq hüquq çərçivəsində kadrlarla işini qarşılıqlı hörmət və anlayış əsasında qurur.


 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci