ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Əyani və qiyabi şöbə

Məmmədov Şıxməmməd İsrayıl oğlu 1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.1969-cu ildə Mingəçevir şəhər 12 saylı orta məktəbin I sinifinə getmiş, 1979-cu ildə oranı əla qiymətlərlə bitirmişdir.
1979-cu ildən 1980-cı ilədək Mingəçevir şəhər Çınqıl beton zavodunda fəhlə işləmişdir.
1980-cı ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistitutuna daxil olmuş, 1985-ci ildə oranı fərqlənmə diplomu ilə bitirimişdir.
1985-ci ildən 1988-ci ilədək Mingəçevir şəhər 5 №-li Dəmir beton məmulatı zavodunda mühasib, mühəndis, iqtisadçı, plan qitisad maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1988-ci ildən 1992-ci ilədək Mingəçevir Politexnik texnikomunda kamsamol komitə katibi vəzifəsində işləmişdir.
1992-ci ildən 1996-cı ilədək Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
1996-cı ildən 2000-ci ilədək Mingəçevir Politexnik İnistitutunda iqtisadiyyat müəllimi işləmişdir.
2003-cü ildən hal-hazıradək Mingəçevir Turizm Kollecində çalışır. Müəllim, fənn birləşməsinin sədri vəzifəsində işləmişdir.
2008-2009-cu tədris ilinin əvvəlindən “ Əyani və qiyabi təhsil üzrə “ şöbə müdiri vəzifəsində işləyir
Evlidir . 3 övladı,5 nəvəsi vardır. "Mingəçevir kəndinin tarixindən ", "Canavar səsi" , " Bir dostumun taleyi" , " Ürəyimdən axan qanlar" , " Qəlbimin ağrıları " , " İblisin tamahı " kitablarının müəllifidir. 30 - dan  yuxarı elmi tədris vəsaitlərinin müəllifidir. 2013 - cü il KİV - in Həmkarlar İtifaqının " Qizil Qələm " mükafatı laureatıdır.

Əyani və qiyabi şöbənin iş prinsipləri nədən ibarətdir.
  • Şöbənin təlim-tərbiyə işlərini təşkil edir.
  • Tədris qruplarını kompleksləşdirir.
  • Qruplarda tədris işlərini təşkil edir.
  • Qruplarda yoxlama yazı işlərinin semesterin əvvəlində dərs cədvəlini təşkil edir.
  • Test imtahanlarının keçirilməsini təmin edir, tələbələrin akademik borclarının ləğvi və tədris
  • qrupları üçün növbətçilik işlərini təşkil edir.
  • İstedadlı gənclərin təlim fəaliyyətinə nəzarət edir.
  • Tədris ilinin əvvəlində qiyabiçi tələbələrə dərs qrafiklərinin təqdimini təşkil edir.
  • Yeni qəbul olunmuş tələbələrə tələbə biletlərinin və qiymət kitabçalarının yazılaraq təqdim olunmasını təşkil edir.
  • Gənclər təşkilatının və tələbə həmkarlar təşkilatının işinin idarə olunmasına nəzarət edir.
  • Qrup iclaslarının keçirilməsinə nəzarət edir.
  • Valideyin iclaslarının keçirilməsinə nəzarət edir.
  • Auditoriya, kabinet, və labaratoriyaların tədris prossesinə hazır olunmasını təşkil edir.
  • Fənn birləşməsinin işinə nəzarət edir.
  • Tədris jurnallarının yazılmasına nəzarət edir.
  • “Açıq “ və “ Qarşılıqlı “ dərslərin keçirilməsinə nəzarət edir.
  • Şöbə üzrə işçilərin əmək intizamına nəzarət edir.
  • Müəllimlərin aylıq dərs yüklərinin müəyyən edilməsinə nəzarət edir.
  • Mənimsəməyə nəzarət edir.
  • Daxili intizam qaydalarına nəzarəti təmin edir.
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci