ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Tədris şöbəsi

Mingəçevir Turizm Kollecinin tədris şöbəsi

Kərimov Qəhrəman Şəmil oğlu- 19.12.1949cu il tarixdə Yevlax rayonunda anadan olmuşdur. 1957-ci ildə Yevlax rayon 15 № -li Dəmir yol orta məktəbinin I sinifinə getmiş, 1967-ci ildə Yevlax şəhər 1 №-li orta məktəbin 10-cu sinifini bitirərək, həmin il Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı “ ixtisasına qəbul olmuşdur.
1972-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirərək ,təyinat üzrə Mingəçevir Politexnik Texnikumuna müəllim vəzifəsinə göndərilmiş, 2003-cü ildən Texnikumda müəllim , axşam şöbəsinin müdiri və direktor müavini vəzifəsində işləmişdir.
2003-cü ildən Bakı Bədən Tərbiyəsi və Turizm Kolecinin Mingəçevir şöbəsində müəllim, 2006-cı il tarixdən bu günə kimi də Mingəçevir Turizm Kollecində Tədris Şöbəsinin müdiri vəzifəsində işləyir.

Mingəçevir Turizm Kollecində aşağıdakı 14 ixtisas ,əyani və qiyabi təhsil üzrə əsas və orta təhsil bazasında mütəxəssis hazırlığı aparılır:
  •  “ Bədən tərbiyəsi və idman “
  •  “ Xarici dil- İngilis dili “
  •  “ İbtidai təhsil “
  •  “ Mehmanxana işi və onun təşkili “
  •  “ Turizm və onun təşkili “
  •  “ Turist,sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili “
  •  “ Dekorativ tətbiqi incəsənət və xalq sənəti “
  • "  Mühasibat uçotu və audit “
  •  “ Nəqliyyatda daşınmaların təşkili”
  •  “ Muzey işi və abidələrin mühafizəsi”
  •  “ Reklam işi”
  •  “ Bələdçilik işi”
  •  “ Məktələqədən təlim və təsvir”
  •  “ Turist, mehmanxana təsarüfatının təşkili və idarə olunması”
Əyani təhsil üzrə 77 qrup, qiyabi təhsil üzrə 16 qrup fəaliyyət göstərir. Kollec üzrə ümumi tələbələrin sayı 2077 nəfər, o cümlədən dövlət hesabına 878 nəfər, ödənişli əsaslarla 1199 nəfərdir.

Əyani təhsil üzrə 1667 nəfər tələbə, o cümlədən dövlət hesabına 709 nəfər, ödənişli əsaslarla 958 nəfər tələbə təhsil alır.

Qiyabi təhsil üzrə 410 nəfər tələbə, o cümlədən dövlət hesabına 1 nəfər , ödənişli əsaslarla 169nəfər tələbə təhsil alır.
Kollecdə 173 nəfər müəllim fəaliyyət göstərir, o cümlədən 118 nəfər tam ştat üzrə , 49 nəfər 0,5 ştat üzrə, 6 nəfər ştat hesabı üzrə dərs aparır.
Kollecin tədris işi aşağıdakı 8 fənn birliklərinin işi ilə fəaliyyət göstərir.

1. “ Dillər “ fənn birliyi- 30 nəfər müəllimi birləşdirir
Sədri . f.el.nam .X.İ.Məmmədova.
2. “ Azərbaycan dili və ədəbiyyat “ fənn birliyi- 14 nəfər müəllimi birləşdirir.
Sədri V.N.İbişova
3. “ Humanitar, sosial-iqtisadi “ fənn birliyi- 32 nəfər müəllimi birləşdirir.
Sədri C.D.Abdullayev
4.” Fizika, riyaziyyat, informatika “ fənn birliyi- 16 nəfər müəllimi birləşdirir.
Sədri-N.M.Məmmədov
5. “Turizm və təsviri sənət “ fənn birliyi- 13 nəfər müəllimi birləşdirir.
Sədri- M.X.Rəsulov
6.” Pedaqogika və psixologiya “ fənn birliyi – 10 nəfər müəllimi birləşdirir.
Sədri- Ə.A.Əyyubov
7. “Kimya, biologiya və tibbi xidmətin təşkili “ fənn birliyi- 26 nəfər müəllimi
birləşdirir.
Sədri- S.F.Məmmədov
8. ” İdman və GÇQH “ fənn birliyi - 18 nəfər müəllimi birləşdirir.
C.R.Məmmədov

20 kabinet və 5 labaratoriya yaradılmış, dərslərin müasir tələbələr səviyyəsində tədrisinə xidmət edir.
Kollec Şotlandiyanın “ Stevenson Kolleci “ ilə beynəlxalq əməkdaşlıq edir Rumunyanın Braşof Şəhərində yerıəşən Andrey Bakseanu , Moskva Humanitar və Biznes iqtisadiyyat Kolleci ilə əməkdaşlıq müqavilə bağlamış və tədris prossesinin Avropa təhsil sisteminə inteqrasiyasına doğru aparılmasına xidmət edir.

Kollecdə tədris prosesi müasir təlim metodlarına müvafiq olaraq təşkil olunur , semestr imtahanları test üzvü ilə keçirilir.2010/2011- ci tədris ilinin 1-ci yarımilliyində müvəffəqiyyət 911 % olmuşdur.


“ORTA  İXTİSAS TƏHSİLİ  MÜƏSSİSƏLƏRİNDƏ KREDİT SİSTEMİ  İLƏ TƏDRİSİN TƏŞKİLİ QAYDALARI” NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA

 
AZƏRBAYCAN   RESPUBLİKASININ
NAZİRLƏR  KABİNETİ
 
QƏRAR
 № 354
Bakı şəhəri, 26 dekabr 2013-cü il
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
  
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının  Nazirlər Kabineti  QƏRARA ALIR:
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  Azərbaycan Respublikasının Baş naziri                              Artur Rasi-zadə
 
 
 Azərbaycan  Respublikası  Nazirlər
Kabinetinin  2013-cü il 26 dekabr
tarixli 354 nömrəli qərarı ilə
təsdiq edilmişdir
           
Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili
Q A Y D A L A R I
 1. Ümumi müddəalar
 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na, 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə şamil edilir.
1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;
1.3.2. orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;
1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.3.5. biliyin qiymətləndirilməsində çoxballı  sistemin tətbiqi;
1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
1.3.7. hər bir  fənn üzrə ayrıca jurnalın tərtibi;
1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;
1.3.10. şöbələrin, fənn birləşmə komissiyalarının, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.4. Orta ixtisas təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və  tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.
1.5. Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, şöbələr, fənn birləşmə komissiyaları, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.
1.6. Bu Qaydalar orta ixtisas təhsilinin əyani və qiyabi təhsilalma formalarına şamil edilir. 
2. Əsas anlayışlar
 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;
2.1.2. ixtisasın tədris planı – orta ixtisas təhsili müəssisəsinin ixtisas üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
2.1.3. ixtisasın tədris qrafiki – ixtisasın tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
2.1.4. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
2.1.5. ixtisaslar üzrə illik işçi tədris planı – ixtisasın tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.1.6. müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.1.7. tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
2.1.8. akademik məsləhətçi (tyutor) – orta ixtisas təhsili müəssisələrində tədris məsləhətçisidir;
2.1.9. akademik mobillik – tələbə və müəllim heyətinin ölkədaxili və xarici ölkələrin orta ixtisas təhsilini və ya orta ixtisas təhsili proqramını həyata keçirən digər müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;
2.1.10. Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;
2.1.11. prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
2.1.12. akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
2.1.13. fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;
2.1.14. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
2.1.15. akademik təqvim – orta ixtisas təhsili müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;
2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd edilən bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;
2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd edilən fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.
 
 
3. Tədris prosesi
 3.1. Tədris-metodiki təminat
 3.1.1. Orta ixtisas təhsili müəssisələrində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nın və 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə əsasən həyata keçirilir.
3.1.2. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:
3.1.2.1. ixtisasın tədris planı;
3.1.2.2. ixtisasın tədris qrafiki;
3.1.2.3. ixtisas üzrə illik işçi tədris planı;
3.1.2.4. tələbənin fərdi tədris planı;
3.1.2.5. müəllimin illik işçi tədris planı.
3.2. Tədrisin təşkili
 3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.
3.2.2. Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi  1,5 kreditdir.
3.2.3. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
3.2.4. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
3.2.5. İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
3.2.6. Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.
3.2.7. Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədi ilə bu Qaydaların 3.2.6-cı yarımbəndinin tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr dərəcəsi və müvafiq diplom verilir.
3.2.8. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:
3.2.8.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
3.2.8.2. auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);
3.2.8.3. təcrübələrdə iştirak etməsi;
3.2.8.4. laboratoriya işlərini yerinə yetirməsi;
3.2.8.5. kurs işini və layihələrini hazırlaması və müdafiəsi;
3.2.8.6. imtahanlara hazırlığı və imtahanları verməsi;
3.2.8.7. buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.
3.2.9. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
3.2.9.1. məcburi və ardıcıl öyrənilən fənlər;
3.2.9.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər;
3.2.9.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər.    Seçmə fənnlər
3.2.10. Oxşar ixtisas üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.
3.2.11. Kredit sistemində orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanan ixtisasın təhsil proqramı, ixtisasın tədris planı və ixtisasın tədris qrafiki aidiyyəti qurumlara, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcə də orta ixtisas təhsili müəssisəsinin saytında yerləşdirilir.
3.2.12. Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, orta ixtisas  təhsili müəssisəsi ona həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir.
3.2.13.  İxtisasın illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanır. 
3.2.14. Müəllimlərin illik işçi tədris planı ixtisasın  illik işçi tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
3.2.15. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
3.2.16. Tələbə orta ixtisas təhsili müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olan bəzi peşə hazırlığı fənnindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.
3.2.17. Tələbə bir orta ixtisas təhsili müəssisəsindən  (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.16-cı yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.
3.2.18. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas  təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir.
3.2.19. Orta ixtisas təhsili müəssisələrində fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunur.
3.2.20. Orta ixtisas təhsili müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar  üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planları əsasında hazırlanaraq təsdiq edilir.
3.2.21. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.15-ci yarımbəndinin ikinci cümləsinin tələblərinə uyğun olaraq qazana bilər.
3.2.22. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir.
3.2.23. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrinin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir.
3.2.24. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
3.2.25. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.
3.3. Tələbənin fərdi tədris planının tərtibi
 3.3.1. Orta ixtisas təhsili müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün şöbə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək şöbəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.
3.3.2. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
3.3.3. Orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq tənzimlənir. Fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda, həmin fənn ixtisasın illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq qaydada dəyişikliklər edirlər.
3.3.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili orta ixtisas təhsili müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.
3.4. Yay semestrinin təşkili
 3.4.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
3.4.1.1. akademik borcların ləğv edilməsi;
3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;
3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
3.4.1.4. orta ixtisas təhsili müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər orta ixtisas təhsili müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
3.4.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.
3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.
3.4.4. Yay semestri və imtahanlar   növbəti semestrin başlanmasına  2 həftə qalana qədər başa çatdırılır.
3.4.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək şöbəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.
3.4.7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək üçün tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda, onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8. Bu Qaydaların 3.2.24-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9. Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
3.4.10. Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.
3.4.11. Dövlət orta ixtisas təhsili müəssisələrində yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçirilir.
3.4.12. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını orta ixtisas təhsili müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.
3.4.13. Yay semestrinə müəllimlər könüllü olaraq cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.14. Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12-ci yarımbəndində göstərilənlər istisna olmaqla, direktorun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir. Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.15. Özəl orta ixtisas təhsili müəssisələri yay semestrinin təşkilatçılarına və müəllimlərinə ödənişin məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.
4. Tələbələrin hüquq və vəzifələri
 4.1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qaydalarla tanış olmalı və göstərilmiş tələblərə ciddi riayət etməlidir.
4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməlidir.
4.3. Tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas  üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Bu Qaydalar özəl orta ixtisas təhsili müəssisələrində təhsil alan şəxslərə də şamil edilir.
4.4. Tələbə bu Qaydaların 6.1-ci bəndinin tələblərinə uyğun olaraq digər orta ixtisas təhsili müəssisələrində də müvafiq fənlər üzrə kreditləri qazana bilər.
4.5. Tələbə öz transkriptini orta ixtisas təhsili müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.
5. Akademik məsləhətçi (tyutor) xidməti
 5.1. Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.
5.2. Dövlət orta ixtisas təhsili müəssisələrində tyutorların sayı əlavə ştat vahidləri cəlb olunmamaqla, həmin müəssisələrin mövcud ştatlarının optimallaşdırılması hesabına tənzimlənir.
5.3. Tyutorlar ən azı bakalavr dərəcəsi və tədrisin təşkili sahəsində müəyyən təcrübəsi və səriştəsi olan  şəxslərdən seçilirlər.
5.4. Tyutor bu vəzifəyə direktorun əmri ilə təyin edilir.
5.5. Tyutorlar:
5.5.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;
5.5.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
5.5.3. tələbələrin fərdi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
5.5.4. bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
5.5.5. tələbələrə fərdi tədris planlarında dəyişikliklər edilməsinə yardım göstərirlər;
5.5.6. yay semestrinin təşkilində iştirak edirlər.
6. Tələbə və müəllim mobilliyi
 6.1. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
6.2. Tələbənin akademik mobilliyinin orta ixtisas təhsili müəssisələri, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələri arasında təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən aşağıdakı sənədlər olmalıdır:
6.2.1. akademik transkript;
6.2.2. tələbənin ərizə (təhsil alacağı dildə doldurulur)  forması;
6.2.3. tədris razılığı;
6.2.4. məlumat paketi.
6.3. Müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların və praktik məşğələlərin aparılması) orta ixtisas təhsili müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir.



Orta ixtisas təhsili müəssisələrinin əsasnaməsi
ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN ƏSASNAMƏSİNİN
TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti 
 
QƏRARA ALIR:
 
Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, orta ixtisas təhsil müəssisələrinin Əsasnaməsi təsdiq edilsin(əlavə olunur).
 
 
F.Quliyev
Azərbaycan Respublikasının
Baş nazirin vəzifəsini icra edən
Bakı şəhəri, 30 mart 1995-ci il 
№ 73

  
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
1995 –ci il 30 mart tarixli 73 nömrəli
qərarı ilə təsdiq edilmişdir. 
 
Orta ixtisas təhsili müəssisələrinin əsasnaməsi
 
I Bölmə
 
Orta ixtisas təhsili müəssisəsi (texnikum, orta ixtisas məktəbi və s.), onun vəzifələri
 
1.      Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsi hüquqi şəxs statusuna malik orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisəsidir.
2.      Orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq olaraq, Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Orta ixtisas təhsili müəssisələri və onların filialları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yaradılır, qeydiyyata alınır, yenidən təşkil olunur və ləğv edilir.
3.      Təşkilatlar hüquq formasına görə dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələri yarada bilərlər. Dövlət orqanları, Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələri, habelə Azərbaycan və xarici ölkə vədəndaşları orta ixtisas təhsili müəssisəsi təsisçisi ola bilərlər.
Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri maarifçilik və xeyriyyəçilik niyyəti ilə yaradılır və şəxsi qazanc məqsədi güdmür. Təsisçilərlə təhsil müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında qurulur.
   4.  Orta ixtisas təhsili müəssisəsi təhsil, tərbiyə və mədəniyyət mərkəzi kimi aşağıdakı əsas vəzifələri yerinə yetirir:
   Hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta                  ixtisas təhsili alma və ixtisasartırma tələblərinin ödənilməsi;
          Pedaqoji kadırların attestasiyasının keçirilməsi;
       _ mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, tədris-istehsalat, komersiya fəaliyyətinin və xarici əlaqələrin təmin edilməsi;
5.      Orta ixtisas təhsili müəssisəsinin filialları, şöbələri; fənn birləşmə komissiyaları, təcrübə təsərrüfatları, tədris teatrları və digər bölmələri ola bilər.
Orta ixtisas təhsili müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilə uyğun istehsalat və digər xarakterli (tədris, təlim, tərbiyə və s.) müəssisə və təşkilatlar fəaliyyət göstərə bilər.
6.      Orta ixtisas təhsili müəssisələrinin struktur bölmələrinin (filiallardan başqa) yaradılması, dəyişdirilməsi və ləğv edilməsi, orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi müvafiq olaraq özü tərəfindən həyata keçirilir və bu haqda təsisçiyə məlumat verilir.
Orta ixtisas təhsili müəssisəsi tərkibində və onun nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (ümum təhsil, peşə məktəbləri və peşə liseyləri) yaradıla bilər. Orta ixtisas təhsili müəssisəsinin qeyd olunan qurumları Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada yaradılır və bu müəssələrin vəsaiti hesabına maliyyələşdirlir.
7.       Orta ixtisas təhsili müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi-istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm-istehsalat birlikləri və assosasiyalarına daxil olmaq hüququna malikdirlər. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan orta ixtisas təhsili müəssisəsi vahid orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərir.
8.      Orta ixtisas təhsili müəssisəsinin vahid tədris-elm-istehsalat kompleksində fəaliyyət göstərməsi aşağıdakılarla təmin edilir:
-        Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələrinin tələbələrinin və dinləyicilərinin təhsilində və tədris prossesinin təşkilində mütləq iştirak edirlər
-         Struktur bölmələri orta ixtisas təhsili müəssisəsinin pedaqoji şurasının eləcə də kompleks və rəhbərliyin qərarlarını yerinə yetirirlər.
-         Tədris-elm-istehsalat kompleksi daxilində təşkilatı və hüquqi münasibətlərin konkret forması və məzmunu orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.
9.      Orta ixtisas təhsilini orta ixtisas məktəbləri, texnikumlar, kolleclər və s.təhsil müəssisələri həyata keçirirlər.
Orta ixtisas məktəbi əsasən qeyri-istehsal sahəsi üçün kadrlar hazırlayır və təmayüllərinə uyğun olaraq pedaqoji tibbi, mədəni-maarif, incəsənət və s. sahələrə bölünürlər. Texnikumlar əsasən sanəye, inşaat, kənd təsərüffatı və digər sahələr üçün orta təbəqəyə aid mütəxəssislər hazırlayırlar.
Kolleclər ümumtəhsil, orta ixtisas və ali məktəb təhsilinin ələqaləndirilməsini həyata keçirən təhsil müəssisəsidir.
10. Dövlət orta ixtisas təhsili müəssisəsinin adı onun yaradıcılığı, yaxud yenidən təşkil olunduğu zaman verilir və lazım gəldikdə, təsisçinin təklifi ilə respublika Nazirlər Kabineti tərəfindən dəyişdirilir.
 
II Bölmə
 
Orta ixtisas təhsili müəssisələrinə qəbul
 
11.  Azərbaycan Respublikasının vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində pullu və pulsuz təhsil almaq hüququna malikdirlər. Qeyri-dövlət təhsil müəssisələrdə ödəniş haqqının miqdarı hər tədris ilində tədris müəssisəsiin Şurası tərəfindən müəyyən edilir.
      Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrinə qəbul dövlət tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
12.  Orta ixtisas təhsili müəssisəsi müəyyən olumuş qaydada qəbulun həcmini və struktoruu öz Nizamnaməsinə müvafiq olaraq müəyyən edib, təsisçinin təsdiqinə təqdim edir.
13. Orta ixtisas təhsili müəssisəsinə əsas və ümumi orta təhsili olan, peşə məktəbi və peşə litsey təhsili vətəndaşlar şəxsi ərizələrinə görə orta ixtisas proqramlarını mənimsəyə bilmək imkanlarını yoxlamaq üçün aparılan qəbul imtahanlarının nəticəsinə görə qəbul olunurlar. Müsabiqə olan halda ən bacarıqlı və hazırlıqlıların qəbul olunması təmin olunmalıdır.
     Əsas təhsili başa vurduqdan sonra orta ixtisas təhsili müəssisələrinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar.
14. Orta ixtisas təhsili müəssisəsinə abituruyentlərin sənədlərinin qəbulu, imtahanların keçirilməsi və tələbələr sırasına daxil olmaq müddəti mövcud qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.
 Qeyri-dövlət orta ixtisas müəssisələri özlərinin müvafiq istiqamət (ixtisas) üzrə təhsil vermək hüququnu sübut edən dövlət sənədi ilə abituriyentləri tanış etməyə borcludurlar.
 
III Bölmə
 
Orta ixtisas təhsili müəssisəsinin fəaliyyəti
 
15. Orta ixtisas təhsili müəssisəsilərinin sturukturlarından asılı olaraq müxtəlif – peşə ixtisas təhsili, texniiki – peşə, orta ixtisas təhsili, ixtisas artırma və kadrların yenidən hazırlanması proqramları həyata keçirilə bilər.
16. Mütəxəssislərin hazırlanması və yenidən hazırlanması istiqamətləri (ixtisasları) orta ixtisas təhsili müəssisəsinə verilən dövlət sənədi ilə müəyyən edilir və orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsində əks olunur.
   Orta ixtisas təhsili müəssisəsi dövlətin icazə verdiyi orta baza proqramları çərçivəsində idarə, müəssisə və fiziki şəxslərlə müqavilə əsasında əlavə pullu təhsil xidmətləri göstərə bilər.
17. Orta ixtisas təhsili müəssisəsi təhsil prosesinin məqsədyönlü təşkili, tədrisin forma, metod və vasitələrinin secilməsi yolu ilə təhsil alanlara peşə təhsil proqramlarının mənimsəmələri üçün zəruri şərait yaradır.
Antihumanist, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan təhsil metodlarından istifadə olunması qadağandır.
18. Fərdi təhsil alanlar üçün baza proqramlarının tədris planlarını əvvəlki hazırlıq səviyyələri və bacarıqları nəzərə alınmalıdırlar. İxtisas təhsili müəssisəsi
Təsisçi ilə birgə hazırlayır və Təhsil Nazirliyinə təqdim edir.
       Tədris proqramını və müvafiq ixtisasa olan tələblərin fərdi təhsil planı (qrafiki) dərin hazırlıqla yanaşı, təhsilin qısaldılmış müddətə başa çatmasını da təmin edə bilər.
        Tədris ili, bir qayda olaraq sentyabrın 1- də başlayır və həmin istiqamətin (ixtisasın) tədris planına uyğun olaraq başa çatır.
19. Tədris ilinin ümumi davam etmə müddəti 35-40 həftədir. Əyani və axşam təhsil alan tələblər üçün, tədris ili ərzində iki dəfədən az olmayaraq, ümumi müddəti 7-10 həftəlik olan tətillər müəyyən edilir.
20. Orta ixtisas təhsili müəssisələrində tədris məşğələlərinin (dərslərin) aşağıdakı  əsas növləri müəyyənləşdirilir: mühazirə, məşğələ, seminar, praktik məşğələ, laboratoriya işi, yoxlama işi, kollokvium, müstəqil iş, praktika, kurs layihəsi (kurs işi), diplom layihəsi (diplom işi).
21. Dövlət orta ixtisas təhsili müəssisələrinin əyani təhsil alan tələbələri müəyyən olunmuş qaydada və məbləğdə dövlət təqaüdü və yaxud müəssisələrin, idarələrin, təşkilatların təqaüdünü alırlar. Təhsildə xüsusi fərqlənən tələbələrə müəyyən olunmuş qaydada, hər bir orta ixtisas məktəbi və ya təsisçinin təyin etdiyi adlı təqaüd verilə bilər.
      Qeyri – dövlət orta ixtisas təhsili müəssisələrinin tələbələrinə və dinləyicilərinə bu müəssisələrin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların müəyyən etdiyi miqdarda təqaüd verilə bilər.
22. Orta ixtisas təhsili müəssisələrinin təhsili humanist xarakterindən, ümumbəşəri dəyərlərindən irəli gələn tərbiyə vəzifələri tələbə və müəllimlərin birgə tədris, yaradıcı istehsalat və ictimai fəaliyyəti ilə yerinə yetirilir.
23. Orta ixtisas təhsili müəssisələrində dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir.
      Dövlət standartları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi Əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.
24. Orta ixtisas təhsili müəssisələrinin təhsil proqramları aşağıdakı formalarda həyata keçirilir: əyani(gündüz), axşam, qiyabi həmin formaların birləşdirilməsi və eksternat. Əyani (gündüz) təhsil aparıcı rol oynayır.
       Hər hansı bir formada mütəxəssis hazırlığı üzrə ixtisasları siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
25. Eksternat yolu ilə təhsil alan şəxs cari və yekun attestasiyadan keçdikdən sonra dövlət orta ixtisas təhsil müəssisəsinin diplomunu ala bilər.
26. Orta ixtisas təhsili müəssisəsi öz məzunlarına orta ixtisas təhsili haqqında diplom verir. Diploma əlavə tədris edilmiş bütün fənlərin siyahısı onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. İmtahan qiymətlərinin ən azı 75%-i “əla”, qalanları isə yalnız “yaxşı” olan, dövlət imtahanı və diplom müdafiəsindən “əla” qiymət alan məzunlar fərqlənmə diplomu alırlar.
27. Təhsil alanların bilik, bacarıq və vərdişləri aşağıdakı qiymətlərlə müəyyən edilir: “əla”, “yaxşı”, “kafi”, “qeyri-kafi”, “məqbul”, “qeyri-məqbul”.
Qiymətlər imtahan və yoxlama vaxtı yazılır.
28. Diplomda mütəxəssisin peşə fəaliyyətini əks etdirən xasiyyətnaməsinə uyğun ixtisası göstərilir.
29. Orta ixtisas təhsili haqqında diplom formalarının dövlət nümunələri müəyyən olunmuş qaydada Təhsil Nazirliyi tərəfindən hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 
IV Bölmə
 
Orta ixtisas təhsili müəssisələrinin idarə olunması
 
30. Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyi orta ixtisas təhsili sistemini idarə edən başlıca subyektlərdir. Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçisində ərazilərdə yerləşən orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirməkdə, təsərrüfat və təchizatını təmin etməkdə iştirak edə bilərlər.
Yerli dövlət idarə orqanları orta ixtisas təhsil müəssisələrini idarə olunması ilə əlaqədar məsələlərə müdaxilə etmirlər.
31. Orta ixtisas təhsili müəssisələri təhsil qanunvericilərinə, xüsusi normativ aktlara, müəssisə haqqında qanuna və bu Əsasnaməyə müvafiq olan Nizamnamə əsasında idarə olunur. Orta ixtisas təhsili müəssisələrinin təsisçiləri, təhsilin dövlət standartlarına müvafiq qurulmasına məsuliyyət daşıyırlar. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsində daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunur. Təhsilin maddi-texniki bazası genişləndirilir, təlim stimullaşdırılır, təkmilləşdirilir, təhsil alanların və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilir. Orta ixtisas təhsili müəssisələri ilə əlaqələr, o cümlədən xarici əlaqələr genişləndirilir, əldə olunan gəlirdən şəxsi qazanc məqsədilə istifadə olunmasına icazə verilmir.
32. Orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi onun ali orqanında (pedaqoji şurasında) qəbul olunur və təsisçi tərəfindən təsdiq olunduqdan sonra Təhsil Nazirliyində qeydiyyata alınır. Orta ixtisas təhsili müəssisələrinə ümumi rəhbərliyi həmin müəssisənin direktorunun sədr olduğu və müəyyən olunmuş qaydada yaradılmış seçkili orqan –Pedaqoji Şura həyata keçirir. Pedaqoji Şuranın tərkibinin seçilmə qaydası, onun hüquq vəzifələri Təhsil Nazirliyi tərəfindən dövlət ixtisas təhsili müəssisələri üçün təsdiq edilmiş vahid Əsasnaməyə əsasən müəyyən olunur.
34. Orta ixtisas təhsili müəssisənin fəaliyyətinə rəhbərlik bilavasitə direktor tərəfindən edilir. Direktor Təhsil Nazirliyinin təsdiq etdiyi nümunəvi qaydaları özündə əks etdirən orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda geri çağırılır.
Direktorla müəssisənin Pedaqoji Şurası arasında səlahiyyətlərin bölünməsi “Pedaqoji Şuralar haqda Əsasnamə” və orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.
35. Direktor öz səlahiyyətlərinin bir qisminin icrasını öz müavinlərinə və Orta ixtisas təhsili müəssisələrinin digər işçilərinə verə bilər. O, özünün bu haqda qərarını əmrlə rəsmiləşdirir, müəssisənin Pedaqoji Şurasında elan edir və Təsisçiyə bildirir.
36. Şöbəyə kifayət qədər pedaqoji staj və səriştəsi yüksək səviyyəli nailiyyətləri və göstəriciləri olan və həmin şöbədə hazırlanan ixtisaslar (və ya ixtisas) üzrə mütəxəssislərdən mövcud qaydada müdir təyin olunur.
37. Fənn birləşmə komissiyasının işi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə və orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinin müvafiq tələbləri əsasında qurulur.
 
V Bölmə
 
Orta ixtisas təhsilinin dövlət standartları
 
38. Həmin standartlar aşağıdakıları müəyyənləşdirir:
-         orta ixtisas təhsili sahəsində əsas anlayışları;
-        orta ixtisas təhsili sisteminin strukturu, orta ixtisas təhsili haqqında sənədləri;
-        orta ixtisas təhsili üzrə əsas təhsil proqramlarına verilən ümumi tələbləri;
- orta ixtisas təhsili müəssisələri tələbələrinin tədris yüklərinin ümumi normativləri;
- orta ixtisas təhsilinin məzmununun müəyyənləşdirilməsində orta ixtisas təhsili müəssisəsinin müstəqilliyini;
- standartın tələblərinə əməl olunmasında dövlət nəzarətinin qaydalarını;
- orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısını;
- orta ixtisas təhsili məzunlarının hazırlığının konkret istiqamətlərini və ixtisaslar üzrə məcburi minimum məzmunu və səviyyəsinə verilən ümumi tələbləri.
39. Azərbaycan Respublikası ərazisində bütün orta ixtisas təhsili müəssisələri üçün həmin standarta əməl olunması məcburidir.
40. Orta ixtisas təhsili əsas, orta və texniki peşə təhsili bazasında, dövlət orqanları tərəfindən akkreditasiyadan keçmiş bu standartın tələblərinə cavab verən, məlumatlarına təhsilin sonunda orta ixtisas təhsili haqqında dövlət sənədi verən təhsildir.
41. Orta ixtisas təhsilinin əsas təhsil proqramı konkret orta ixtisas təhsili müəssisəsində tədris təcrübəsi və məzunların ixtisas hazırlığının attestasiyasından keçirilməsi də daxil olmaqla təhsilin məzmunu müəyyənləşdirən sənəddir.
42. Orta ixtisas təhsili haqqında dövlət sənədi tədris proqramlarını yerinə yetirildiyini təsdiq edən, orta ixtisas təhsili müəssisəsi tərəfindən verilən, növbəti pillədə təhsili davam etdirməyə və alınan ixtisas üzrə peşə fəaliyyətinə hüquq verən sənəddir.
43. Təhsilin normativ müddəti əsas, orta və ya texniki peşə təhsili bazasından standart uyğunlaşdırılmış orta ixtisas proqramlarının əyani formada mənimsənilməsinin müddətləridir. Normativ tədris müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq əsas təhsil bazasından 3 il 10 ay, orta və ya texniki peşə təhsil bazasından 1 il 10 ay-2 il 10 aydır.
44. Mütəxəssis hazırlığı üzrə əsas təhsil proqramına və ümumi humanitar təbiət elmləri, ixtisas istiqaməti üzrə peşəyönümü fənləri və ixtisaslar üzrə peşə hazırlığının elmi, texniki və mədəni sahələrini əhatə edən fənlərin tədrisi daxildir.
45. Orta ixtisas təhsili müəssisələri   məzunlarına orta ixtisas təhsili haqqında verilən dövlət sənədi bu standart üzrə peşə hazırlığı səviyyəsində və peşə fəaliyyəti dairəsində işləmək və təhsilin davam etdirmək imkanı verir. 
46. Orta ixtisas təhsilinin peşə təhsili proqramında aşağıdakı məcburi fənlər bölümü nəzərdə tutulur:
a)      humanitar və sosial-iqtisadi fənlər bloku;
b)      ümumtəhsil fənlər bloku (əsas təhsil bazası üçün);
c)      ümumpeşə və ixtisas fənləri bloku;
47. Orta ixtisas peşə təhsili proqramına məcburi daxil edilən fənlərlə yanaşı fakültativ fənlər də daxil edilir.
48. Orta ixtisas təhsili müəssisələri məzunlarının yekun dövlət ixtisas attestasiyası dövlət imtahanı, diplom layihəsi və ya diplom işi formasında həyata keçirilir.
49. İkinci orta ixtisas təhsili alınması Təhsil Nazirliyinin müəyyənləşdirdiyi şərtlər üzrə həyata keçirilir.
50. Bir təhsil proqramından digər təhsil proqramına keçməklə təhsil davam etdirilməsi qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyindən müəyyənləşdirir.
51. Əyani təhsil alan tələbələrin həftəlik auditoriya tədris yükünün maksimum həcmi 36 saatdan az olmamalıdır.
52. Axşam təhsil alan tələbələrin həftəlik maksimum auditoriya tədris yükü 16
saatdan az olmamalıdır.
53. Qiyabi təhsil formasında tələbənin müəllimlə il ərzində məşğələ saatlarının həcmi 180 saatdan az olmamalıdır.
54. Bir akademik saat 45 dəqiqədir.
55. Orta ixtisas təhsili müəssisələrində tədrisin məzmunu regional komponentlər və ayrı-ayrı tədris müəssisələrində onun həyata keçirilməsi də daxil olmaqla tədris fənlərinin təhsil proqramları üzrə müəyyən edilir. Təhsil proqramları tədris müəssisələrində mütəxəssislər tərəfindən tərtib edilə bilər. Fənlər üzrə tədris proqramlarında hazırkı standartın tələbləri, fənnə uyğun elmin sistemli kursunu əhatə edilir.
56. Təhsil proqramları tədris müəssisələrində mütəxəssislər tərəfindən tərtib edilə bilər. Fənnlər üzrə tədris proqramlarında hazırkı standartın tələbləri, fənnə uyğun elmin sistemli kursunun əhatə edir. Təhsil proqramları müəyyən edilmiş qaydada Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
57. Bu standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yerinə yetirilir.
58. Orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunur və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
59. Orta ixtisas təhsili istiqamətləri və ixtisasları üzrə məzunların biliyinə və hazırlıq səviyyəsinə verilən ümumi tələbələr hər bir istiqamət və istiqamət və ixtisas üzrə dövlət təhsil standartları ilə müəyyən edilir. 
 
VI Bölmə
 
Orta ixtisas təhsili müəssisəsinin tələbələri, dinləyiciləri və işçiləri
 
60. Qəbul imtahanlarında uğur qazanmış, müsabiqədən keçmiş, orta ixtisas təhsili müəssisələrinin direktorunun əmri ilə təhsilə başlayan şəxs tələbə adlanır. Tələbəyə tələbə bileti və qiymət kitabçası verilir.
61. Orta ixtisas təhsili müəssisələrində tələbələrin və digər təhsil alanların hüquq vəzifələri orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunur.
62.  Orta ixtisas təhsili müəssisəsinin tələbəsi elmin, texnikanın, mədəniyyətin müasir səviyyəsinə uyğun bilik əldə etmək; hər növ tədris məşğələlərində iştirak etmək; orta ixtisas təhsili fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həddində iştirak etmək; kitabxanalardan, informasiya fondlarından, müalicə bölmələrindən, hesablama mərkəzlərindən, tədris və tədqiqat laboratoriyalarından pulsuz istifadə etmək; konfranslarda, simpoziumlarda iştirak etmək; öz işlərini nəşrə təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta ixtisas təhsili müəssisəsi rəhbərliyinin tələbələrə və şəxsən özünə aid olan əmr və sərəncamları ilə razı olmadıqda onlardan yuxarı təşkilatlara şikayət etmək hüququna malikdir.
63. Orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil tələblərini yerinə yetirməyə borcludurlar. Onlar Nizamnamə tələblərinin yerinə yetirməli və daxili qayda-qanuna etməlidirlər.
64. Tədris planlarını yerinə yetirmədikdə, Təhsil Qanunu, Əsasnamə və oxuduğu orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsində nəzərdə tutulan qaydaları pozduqda tələbəyə məktəbdən xaric olunmaq da daxil olmaqla intizam təsiri ölçüləri tətbiq edilə bilər.
Orta ixtisas təhsili müəssisələrindən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.
65.              Orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilər, mühəndis-texniklər, inzibati işçilər, istehsalat işçiləri, köməkçi personalı və digər vəzifələr nəzərdə tutulur.
66. Orta ixtisas təhsili müəssisələrinin pedaqoji işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada altı saatlıq iş günü, qısaldılmış iş həftəsi və uzadılmış ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Müəllim heyətinin ümumi dərs yükünün miqdarı müvafiq qanunvericilik aktları ilə müəyyən olunur.
67. Orta ixtisas təhsili müəssisəsinin işçiləri orta ixtisas təhsili müəssisəsinin rəhbər orqanlarına seçilmək və seçmək; orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həllində iştirak etmək; kitabxanalardan . informasiya fondlarından, müəssisəsinin tədris; elmi, sosial məişət; müalicə və digər bölmələrin xidmətindən istifadə etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta ixtisas təhsili müəssisəsi rəhbərliyinin əmr və sərəncamları ilə razı olmadıqda onlardan şikayət etmək hüququna malikdirlər.
68. Orta ixtisas təhsili müəssisəsi müəllimlərinin və işçilərinin, tədris prosesinin yüksək səviyyəsini təmin edən və özlərinin fərdi xüsusiyyətlərinə daha yaxından cavab verən tədris metodu və vasitələrini seçmək hüququ vardır. Onlar tələbələrdə müstəqillik və təşəbbüskarlıq, yaradıcılıq bacarığı inkişaf etdirməli, orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsinə riayət etməlidirlər.
69. Orta ixtisas təhsili müəssisəsi işçiləri təhsil, metodika, tərbiyə işlərindəki, Nizamnamədə nəzərdə tutulan digər fəaliyyətlərindəki nailiyyətlərinə görə müxtəlif formada maddi və mənəvi cəhətdən rəğbətləndirilə bilərlər.
71. Ştatların ixtisarı ilə əlaqədar rəhbərliyin təşəbbüsü ilə müəllimin işdən azad edilməsinə ancaq dərs ilinin sonunda icazə verilir.
72. Orta ixtisas məktəblərində siyasi partiya və ictimai-siyasi hərəkatların strukturlarının yaradılmasına və fəaliyyət göstərməsinə icazə verilmir.
 
 VII Bölmə
 
Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarət
 
73. Orta ixtisas təhsili müəssisəsində tədrisin keyfiyyətinə nəzarət orta ixtisas təhsili sahəsində vahid dövlət siyasətinin təmin olunmasına, mütəxəssis hazırlanmasının keyfiyyətinin artırılmasına, orta ixtisas məktəbinin büdcə maliyyələşdirilməlinin səmərəli istifadəsinə yönəldilmişdir. Təhsil Nazirliyi mülkiyyət formasından asılı olmayaraq orta ixtisas təhsili müəssisələrində təhsil qanunvericiliyinin icrasına nəzarət edir.
Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətlərinin vahid qiymətləndirməsi sisteminə aşağıdakılar daxildir:
- İstiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlanmasına mahiyyətinin, səviyyəsinin və keyfiyyətinin təhsil uyğun olmasının müəyyən edilməsi məqsədi ilə orta ixtisas təhsili müəssisələrinin Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət attestasiyası;
- Orta ixtisas təhsili müəssisəsinin statusunun, həyata keçirilən peşə təhsili proqramlarının dövlət attestasiyası nəticələrinə görə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılan dövlət akkreditasiyası;
- Orta ixtisas təhsili müəssisələrinin Azərbaycan, xarici və beynəlxalq təşkilatlar tərəfindən ictimai akkreditasiyası.
74.             Orta ixtisas təhsili müəssisəsi tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi və müəssisə Nizamnaməsi tələblərinin icra edilməsinə, təhsil və maliyyə-təsərrüfat fəaliyyətinə bilavasitə nəzarəti öz səlahiyyəti çərçivəsində Təhsil Nazirliyi və təsisçi həyata keçirir.
 
VIII Bölmə
 
Orta ixtisas peşə təhsili sisteminin iqtisadiyyatı
 
75. Dövlət orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməlinin əsas mənbəyi büdcə vasitəsidir.
Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri toplanmış daxili vəsait hesabına maliyyələşdirilir.
Orta ixtisas təhsilinin maliyyələşdirilməsi üçün nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait; orta ixtisas təhsili müəssisələrinin müxtəlif növ fəaliyyəti (tədris, istehsal və s.) və xidmətlər müqabilində əldə etdikləri gəlir; Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələrini, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşların könüllü ayırmaları hesabına əldə olunan vəsait.
76. Təhsil üçün ayrılmış büdcə vəsaiti və təhsil müəssisələrinə müxtəlif mənbələrdən toplanmış vəsaitlər toxunulmazdır.
77. Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasını binalar, tədris-kliniki bazalar, əczaxanalar, torpaq sahələri, maşın və avadanlıqlar, qurğular və laboratoriyalar, tədris-təsərrüfat, nəqliyyat vasitələri və başqa qiymətli təchizat vasitələri təşkil edir.
78. Orta ixtisas təhsili müəssisəsi nazirlik, idarə və təşkilatlar tərəfindən tədris, istehsal xidmətləri və kadr hazırlığı müqabilində verilmiş maşın və avadanlıq, nəqliyyat vasitələri, torpaq sahələri və qəbul etmək hüququna malikdirlər.
79. Dövlət orta ixtisas təhsili müəssisələri işçilərinin əmək haqqının minimum miqdarı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin edilir.
Qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əmək haqqı dövlətin təyin etdiyi minimumdan az olmayaraq tədris müəssisəsinin müəyyən etdiyi qaydada ödənilir.
 
IX Bölmə
 
Orta ixtisas təhsili müəssisəsinin beynəlxalq fəaliyyəti
 
80. Orta ixtisas təhsili müəssisələrinin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir.
81. Orta ixtisas təhsili müəssisələri, təşkilatları və qurumları ilə, habelə beynəlxalq təşkilat və müəssisələrlə müstəqil surətdə birbaşa əlaqəyə girmək, təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, birgə proqramlar həyata keçirmək, beynəlxalq tədbirlərdə iştirak etmək və əməkdaşlığın başqa formalarını həyata keçirmək hüququna malikdirlər.
82. Xarici ölkə vətəndaşlarının Azərbaycan orta ixtisas təhsili müəssisələrində təhsil almaları ixtisas artırmaları dövlətlərarası razılaşmalar. Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq orqanları arasındakı razılaşmalar, habelə orta ixtisas təhsili müəssisəsinin xarici təhsil müəssisələri, təşkilatları ilə bağlanan müqavilələr və fərdi müqavilələr və fərdi müqavilələr əsasında həyata keçirilir.
 Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin təhsil sahəsində hüquq və vəzifələri Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələri ilə eynidir.
 
X Bölmə
 
Hesabat və uçot
 
83. Orta ixtisas təhsili müəssisəsi öz işinin nəticələrinin cari və mühasibat uçotunu həyata keçirir, qəbul olunmuş formada statistik və mühasibat uçotunu aparır, təsisçiyə və ictimaiyyətə vəsaitin daxil olması və xariclənməsi haqda illik hesabat təqdim edir.
 
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİLİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT STRATEGiYASI
 
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
1. Məzmun
Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.
Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.
Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.
İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.
               
2. Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər


Təhsilin sosial-iqtisadi rolu. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir.
Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür.
Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.
Təhsilin keyfiyyəti və əhatəliliyi. Orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız təhsilə cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir.
Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Müasir təhsil sistemi fоrmal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsil forması ilə yanaşı infоrmal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-fоrmal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarını da nəzərdə tutmuşdur.
Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.
Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır.
Təhsilin məzmunu. Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.
Son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.
Müəllim və tədris metodikaları. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.
İdarəetmə. Təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir.
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.
Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.
Qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə – müəllim mübadiləsi nəzərə alınaraq, təhsil standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya prosesi sürətlənir. Ali təhsildə özəl sektorun rolu tədricən güclənir, dövlət maliyyələşdirilməsi özəl sektorun maliyyəsi ilə əvəzlənir. Dövlət maliyyələşdirməsinin həcmi Almaniya, Avstriya və İtaliyada 90 faiz olduğu halda ABŞ, Avstraliya, Yaponiya və Kanadada cəmi 50–70 faiz təşkil edir.
 
3. Azərbaycan Respublikasında təhsilin vəziyyəti
 
Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.
Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır. Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.
Təhsilin keyfiyyəti və əhatəliliyi. Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə etmişdir.
Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.
Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir.
Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır.
Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.
Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.
Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.
Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Təhsilin məzmunu. Ümumi təhsilin dövlət standartları və proqramları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmişdir. Həmin istiqamətdə yeni fənn kurikulumları və dərsliklər ümumi təhsilin I–VI siniflərində tətbiq edilir, VII–XI siniflərində isə həmin məqsədlə işlər davam etdirilir. Məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir.
İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.
Müəllim və tədris metodikaları. Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.
Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır.
İdarəetmə. Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zəruridir.
Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir.
Təhsilin effektiv idarə olunması məqsədi ilə informasiya sistemi yaradılsa da, onun inkişafına ehtiyac duyulur. Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir.
Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmək, hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk etməlidir.
Təhsilin maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilməli və təhsil sistemində rəqabət mühitinin inkişafını dəstəkləməlidir. Bunun üçün təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur.
İnfrastruktur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənmiş, bütövlükdə təhsilin infrastrukturu müasirləşmişdir. Bununla yanaşı, təhlillər göstərir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur.
Azərbaycan Respublikasında ümumi təhsilin V–XI sinifləri üzrə şagird–kompyuter nisbəti 2012-ci ildə 20:1 təşkil etmiş, təhsil müəssisələrinin yalnız 37 faizi internet bağlantısı ilə təmin olunmuşdur. Təhsil müəssisələrində internetə çıxış imkanları genişləndirilməklə, təhsildə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi inkişaf etdirilməlidir.
Qlobal iqtisadi inkişafın tələblərinə uyğun şəkildə beynəlxalq təcrübədən istifadə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqini zəruri edir. Bu sahədə mövcud problemlərdən biri Azərbaycan dilində müvafiq tətbiqi kontentin olmamasıdır.
Ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, regionlarda təhsilin bütün pillələri üzrə, o cümlədən ali təhsil pilləsini əhatə edən yeni təhsil ocaqlarının yaradılması və inklüziv təhsilin tətbiqi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına xidmət edəcəkdir.
4. Təhsil sisteminin başlıca vəzifələri
 
Təhsil sisteminin başlıca vəzifələri aşağıdakılardır:
– ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;
– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
5. Strategiyanın məqsədi
Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.
 
6. Strateji istiqamətlər
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
5.Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
 
7. Strateji hədəflər və tədbirlər
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
1.1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması:
1.1.1. məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması;
1.1.2. uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması;
1.2. səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması:
1.2.1. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi;
1.2.2. kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması;
1.2.3. istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması;
1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması;
1.3. cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması;
1.4. ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi:
1.4.1. cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir standartların hazırlanması;
1.4.2. qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə müasir kurikulumların hazırlanması;
1.4.3. ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi;
1.4.4. ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
2.1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
2.1.1. təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
2.1.2. təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
2.1.3. müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
2.1.4. pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
2.2. təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafı:
2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması;
2.2.2. təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
2.3. müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
2.3.1. səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
2.3.2. müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
2.3.3. müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
2.4. şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
2.4.1. istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
2.4.2. hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması;
2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması.
3.1. Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması:
3.1.1. tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun yenidən müəyyənləşdirilməsi;
3.1.2. təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması:
3.1.2.1. məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması;
3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
3.1.2.3. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması;
3.1.2.4. tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi;
3.1.2.5. təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi;
3.1.3. beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin yaradılması;
3.1.4. təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması;
3.1.5. təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi;
3.1.6. ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi;
3.2. təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
3.2.1. təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
3.2.2. təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
3.2.3. maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
3.3. təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması:
3.3.1. qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması;
3.3.2. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqi;
3.3.3. beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı ödənişli əsaslarla tətbiqi;
3.3.4. təhsil müəssisələrinin reytinq sisteminin yaradılması;
3.3.5. qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması;
3.3.6. keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi;
3.3.7. təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsilverənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi;
3.4. təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması:
3.4.1. bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və “Tələbə–məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi;
3.4.2. təhsil müəssisələrində məlumat bazalarının, məzun–koordinasiya–informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləndirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi;
3.4.3. əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;
3.5. qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması:
3.5.1. təhsil müəssisələrində keyfiyyətin monitorinqi (xarici və daxili) və qiymətləndirmə mexanizmlərinin yaradılması;
3.5.2. ümumi təhsilin səviyyələri nəzərə alınmaqla, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsi;
3.5.3. ümumi təhsil müəssisələri şagirdlərinin biliyin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakının təmin olunması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
4.1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması;
4.2. təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması;
4.3. distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması;
4.4. müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması;
4.5. məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması;
4.6. kampusların yaradılmasının təşviqi;
4.7. ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi;
4.8. təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
5.1. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması;
5.2. təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid;
5.3. dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi;
5.4. büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması;
5.5. təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi;
5.6. mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi;
5.7. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması;
5.8. ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması;
5.9. aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması;
5.10. müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması;
5.11. tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması;
5.12. müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması;
5.13. təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması;
5.14. təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi;
5.15. məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi.
 
8. Strategiyanın həyata keçirilməsi
 
Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Strategiyanın məqsədi və məzmunu kütləvi informasiya vasitələri və digər üsullarla əhaliyə, təhsil müəssisələrinin pedaqoji heyətinə və digər hədəf qruplarına çatdırılır.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı beynəlxalq ekspertlər cəlb olunmaqla hazırlanır və təhsil sisteminin hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətləri, seçilmiş prioritetləri, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramlarını, icraya məsul və tərəfdaş qurumları, ara və yekun hədəfləri və icra dövrünü müəyyən edir.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə Strategiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə
təsdiq edilmişdir  1 nömrəli əlavə
Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi
 
1. Ümumi müddəalar
 
1.1. Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.
1.2. Bu Nümunəvi Nizamnamə hər bir orta ixtisas təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
1.3. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.
1.4. Orta ixtisas təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.
1.5. Orta ixtisas təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.6. Orta ixtisas təhsili müəssisəsi işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradır.
1.7. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.
1.8. Təhsil qanunvericiliyinə əsasən orta ixtisas təhsili müəssisələrinin növü - kollecdir.
Kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
1.9. Orta ixtisas təhsili müəssisələrinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.
1.10. Orta ixtisas təhsili müəssisələri üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
1.11. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Mülkiyyət növü müvafiq qanunvericiliyə uyğun yaradılmış orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
1.12. Dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
1.13. Orta ixtisas təhsili müəssisəsinin (kollecin) adı onun yaradıldığı zaman müəyyənləşdirilir və yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. Orta ixtisas təhsili müəssisəsinin adının dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, tabeliyində orta ixtisas təhsili müəssisələri olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.14. Orta ixtisas təhsili müəssisəsinin lisenziyalaşdırılması və akkreditasiyası müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirilir.
1.15. Azərbaycan Respublikasında hər bir orta ixtisas təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət orta ixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş orta ixtisas təhsili müəssisələrinə isə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.
1.16. Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və orta ixtisas təhsili müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır.
Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır.
1.17. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
Respublika ərazisində xarici ölkələrin orta ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi dövlətlərarası müqavilələr əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
1.18. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.
1.19. Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də həmin təşkilatlara üzv olmaq hüququna malikdir.
1.20. Orta ixtisas təhsili müəssisələrinin bir sıra struktur bölmələri -filialları, şöbələri, fənn birləşmə komissiyaları, kitabxanaları, əlavə təhsil üçün müvafiq bölmələri, tədris-təcrübə təsərrüfatları, tədris emalatxanaları, metodiki xidmət bölmələri, idman bazaları, tədris teatr və studiyaları, konsert zalları və digər struktur bölmələri ola bilər.
Orta ixtisas təhsili müəssisəsinin strukturu maddi-texniki bazası və kadr potensialı nəzərə alınmaqla, onun pedaqoji şurası tərəfindən müəyyənləşdirilir və təhsil müəssisəsinin rəhbəri (direktoru) tərəfindən təsdiq edilir. Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələrinin fəaliyyəti və funksiyaları onun nizamnaməsində öz əksini tapır.
Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələri tədris prosesinin təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, pedaqoji şuranın qərarlarını, direktorun əmr və sərəncamlarını yerinə yetirir.
1.21. Azərbaycan Respublikasının dövlət orta ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
1.22. Orta ixtisas təhsili müəssisəsi təhsil və tərbiyə mərkəzi kimi öz nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:
- hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta ixtisas təhsili alma tələblərinin ödənilməsi;
- təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
- yüksəkixtisaslı kadrların hazırlanması;
- ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;
- xarici əlaqələrin təmin edilməsi.
Həmin vəzifələri yerinə yetirmək üçün orta ixtisas təhsili müəssisəsi:
- orta ixtisas təhsilinin və ayrı-ayrı ixtisasların dövlət təhsil standartlarına uyğun tədris sənədlərini və təhsil proqramlarını səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır (plan, proqram, tədris prosesinin təşkilinə aid digər sənədləri);
- tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;
- təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;
- pedaqoji şuranın işini təşkil edir və həyata keçirir;
- konfranslar, seminarlar, olimpiadalar və s. təşkil edir və həyata keçirir;
- Boloniya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və metodiki təminatı, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;
- dərslik, dərs vəsaiti, tədris və tədris-metodiki ədəbiyyatları hazırlayır və nəşr edir;
- tələbələrə və müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri göstərir;
- təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;
- orta ixtisas təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində işlər görür;
- müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələri yaradır.
1.23. Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
- əyani;     
- qiyabi;
- distant (məsafədən);
- sərbəst (eksternat).
1.24. Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Orta ixtisas təhsilini bitirən məzunlara "subbakalavr" ixtisas dərəcəsi verilir.
Orta ixtisas təhsili haqqında diplom ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə daxil olmaq hüququ verir və növbəti təhsil pilləsində təhsil almaq üçün əsas sayılır.
Orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə başa vuran məzunlar (subbakalavrlar) ali təhsilin bakalavr səviyyəsində uyğun ixtisaslar üzrə təhsillərini davam etdirdikləri halda, orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə qazandıqları kreditlər (həmin fəndən "əla" qiymət olduqda) bakalavr səviyyəsində nəzərə alına bilər.
Həmin fənlərin müəyyənləşdirilməsi və onlar üzrə kreditlərin nəzərə alınması ali təhsil müəssisələri tərəfindən müvafiq qaydalara uyğun olaraq həyata keçirilir.
Orta ixtisas təhsili almış məzun ixtisasına uyğun olan bütün sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər.
1.25. Orta ixtisas təhsili müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq, orta ixtisas təhsilini bitirməsi haqqında dövlət sənədi olan vətəndaşlara əlavə təhsil almaq imkanı yarada bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Bu zaman əlavə təhsil aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar orta ixtisas təhsili.
Əlavə təhsilin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
1.26. Orta ixtisas təhsili müəssisələrində tədris ayrı-ayrı ixtisaslar üzrə təhsilin məzmununu və mənimsəmə qaydasını müəyyən edən təhsil proqramları (kurikulumlar) üzrə həyata keçirilir.
 
2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
 
2.1. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
2.2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin sərbəst ixtisas və təhsil müəssisəsi seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Mövcud qanunvericiliyə uyğun olaraq orta ixtisas təhsili pilləsinə ümumi orta təhsilli və tam orta təhsilli şəxslər qəbul oluna bilərlər.
2.3. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə orta ixtisas təhsili müəssisələrində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
- təhsil müəssisəsinin nizamnaməsi;
- təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
- təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
 
3. Orta ixtisas təhsili müəssisəsinin tədris fəaliyyəti
 
3.1. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Təlim orta ixtisas təhsili müəssisələrinin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər.
3.2 Orta ixtisas təhsili müəssisələri aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirirlər:
- tam orta təhsil (ümumi orta təhsil bazasından təhsil alanlar üçün);
- orta ixtisas təhsili;
- əlavə təhsil.
3.3. Orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər dövlət təhsil standartı ilə müəyyənləşdirilir.
Orta ixtisas təhsili proqramı aşağıdakıları əhatə edir:
- orta ixtisas təhsili üzrə ixtisas təsnifatını. Təsnifat respublika iqtisadiyyatının və sosial sferanın inkişaf istiqamətləri nəzərə alınmaqla hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;
- orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, həftəlik dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkilini, tədris planlarını, fənn proqramlarını, metodiki təminatla bağlı tövsiyələri, təlim nəticələrinin qiymətləndirilməsini və monitorinqin aparılması qaydalarını özündə əks etdirən müvafiq təhsil proqramlarını. Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən edilir.
3.4. Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.
Bu sənədlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.
Orta ixtisas təhsili müəssisəsi orta ixtisas təhsilinin dövlət standartı çərçivəsində orta ixtisas təhsili proqramlarında müvafiq dəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapmalıdır.
3.5. Təhsil proqramları üzrə normativ təhsil müddətləri orta ixtisas təhsili haqqında dövlət standartı ilə müəyyən edilir.
3.6. Orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkili orta ixtisas təhsilinin dövlət standartlarına uyğun hazırlanmış və orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.
3.7. Orta ixtisas təhsili müəssisəsində tam orta təhsil bazasından təhsil alanların auditoriya dərslərinin həcmi həftədə 30 saatdan artıq olmamalıdır.
 Ümumi orta təhsil bazasından təhsil alanların birinci tədris ilində auditoriya dərslərinin həcmi həftədə 36 saatdan, digər tədris illərində isə 30 saatdan artıq olmamalıdır.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit vahidi 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.
 Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-200 saata qədər nəzərdə tutulur.
Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, ödənişli əsaslarla yay semestri də təşkil oluna bilər.
Tədris ili üzrə nəzəri təlimin müddəti tam orta təhsil bazasından təhsil alanlar üçün 30 həftə (hər semestr üzrə 15 həftə) və imtahan sessiyasının müddəti 10 həftədir (semestrlər üzrə 5 həftə). Ümumi orta təhsil bazasından təhsil alanlar üçün isə birinci tədris ilində nəzəri təlimin müddəti 36 həftə (hər semestr üzrə 18 həftə), imtahan sessiyasının müddəti 7 həftədir. Digər tədris illərində isə bu müddət müvafiq olaraq 30 həftə (hər semestr üzrə 15 həftə) və 10 həftədir (hər semestr üzrə 5 həftə).
Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət 8-20 həftədir.
Hər tədris ilində tətil müddəti 7-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq).
Orta ixtisas təhsili müəssisələrində dərs növlərinə nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi (layihəsi) və digərləri daxildir.
Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 5 həftədir.
Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır.
Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilir.
3.8. Dövlət orta ixtisas təhsili müəssisələrində əyani forma üzrə dövlət hesabına təhsil alanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir.
3.9. Təhsilalanların bir təhsil proqramından və ya orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
3.10 Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına uyğun olaraq dövlət nümunəli sənəd - diplom verilir. Həmin diplomun əlavəsində təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.
 Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarına əsasən arayış verilir.
 
4. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasının təşkili
 
4.1. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin fəaliyyətinin məqsədini, onun idarə olunması qaydalarını, təhsilalanların və işçilərin statusunu, maliyyə-təsərrüfat fəaliyyətinin strukturunu və digər məsələləri müəyyənləşdirir.
4.2. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, metodiki, pedaqoji, təhsilalanlar və qəyyumlar şurası və s.) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
4.3. Orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Pedaqoji Şura haqqında Əsasnamə" və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir. Pedaqoji Şuranın səlahiyyət müddəti 1 tədris ilidir.
Pedaqoji Şuranın tərkibinə orta ixtisas təhsili müəssisəsinin direktoru (sədr), direktor müavinləri, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri, müəllimlər, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq rəhbərləri, tədris-istehsalat emalatxanalarının müdirləri, həmkarlar təşkilatının, baza idarə və müəssisələrinin nümayəndələri daxil olurlar.
4.4. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərlik bilavasitə direktor tərəfindən həyata keçirilir. Direktor Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir.
Bələdiyyə orta ixtisas təhsili müəssisəsinə rəhbərlik bələdiyyə tərəfindən təyin olunmuş direktor tərəfindən həyata keçirilir.
Özəl orta ixtisas təhsili müəssisəsinə rəhbərliyi həmin orta ixtisas təhsili müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş direktor həyata keçirir.
Direktor əvəzçiliklə təyin edilə bilməz.
Dövlət orta ixtisas təhsili müəssisələrinin tədris və tərbiyə işləri üzrə direktor müavinləri orta ixtisas təhsili müəssisəsi rəhbərinin (direktorun) təqdimatı əsasında tabeliyində orta ixtisas təhsili müəssisəsi olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.
Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin tədris və tərbiyə işləri üzrə direktor müavinləri müvafiq olaraq bələdiyyə və təsisçi tərəfindən təyin olunurlar.
Direktor mütəxəssis hazırlığının keyfiyyətinə, orta ixtisas təhsili müəssisəsində tədris, tərbiyə, maliyyə-təsərrüfat işinin təşkilinə və büdcə qanunvericiliyinin icrasına görə məsuliyyət daşıyır.
Direktor orta ixtisas təhsili müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir.
Direktorun səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
4.5. Fənn birləşmə komissiyaları orta ixtisas təhsili müəssisəsinin inzibati struktur bölməsi olaraq, bir və ya bir neçə ixtisas üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinə və tərbiyə işlərinə rəhbərlik edir.
4.6. Orta ixtisas təhsili müəssisəsinin şöbələrinə şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri vəzifəsinə təyinolunma müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Şöbə müdiri:
- şöbənin tədris və tərbiyə işlərinin təşkilinə və yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;
- təhsil proqramlarının dövlət təhsil standartlarının tələblərinə uyğun həyata keçirilməsini təmin edir;
- tələbələrin istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;
- şöbə üzrə tədris məşğələlərinin cədvəlini tərtib etmək üçün material hazırlayır və cədvəlin yerinə yetirilməsinə nəzarət edir;
- tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların səmərəli fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;
- tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə cavabdehlik daşıyır;
- tələbələrin məktəbdən xaric olunması, bərpası, semestr imtahanlarına və dövlət attestasiyasına buraxılmasına dair direktora təqdimat verir;
- şöbədə təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim edir;
- şöbənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodiki göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;
- şöbədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyət daşıyır;
- şöbədə hazırlanması mümkün və zəruri olan ixtisasları müəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrə orta ixtisas təhsili məktəbinin rəhbərinə təkliflər təqdim edir;
- orta ixtisas təhsili müəssisəsində şöbə ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;
- şöbənin işində iştirak edən bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.
4.7. Fənn birləşmə komissiyası orta ixtisas təhsili müəssisəsinin tədris struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki və pedaqoji işləri həyata keçirir.
Fənn birləşmə komissiyasının əsas vəzifələri aşağıdakılardır:
- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş laboratoriya, nəzəri, praktiki və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;
- kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat təcrübələrinə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
- semestr imtahanlarının keçirilməsi;
- dövlət attestasiyasının təşkili və keçirilməsi;
- təhsilalanlar arasında tərbiyə işinin təşkili;
- tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim edilməsi, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, direktorun göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
- fənn birləşmə komissiyası əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin, fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- orta ixtisas təhsili müəssisələrinin fənn birləşmə komissiyalarının qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
- tədris prosesində müasir təlim texnologiyalarından istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
- qabaqcıl təcrübənin öyrənilməsi və müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi.
4.8. Fənn birləşmə komissiyasına rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada bu vəzifəyə təyin edilmiş kafedra müdiri həyata keçirir.
Fənn birləşmə komissiyasının sədri:
- fənn birləşmə komissiyasının iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
- fənn birləşmə komissiyasının işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
- hər il fənn birləşmə komissiyasının fəaliyyəti barədə hesabat təqdim edir;
- fənn birləşmə komissiyasının fəaliyyətinin nəticələrinə görə fənn birləşmə komissiyasının kollektivi, pedaqoji şura və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
4.9. Orta ixtisas təhsili müəssisələrində pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.
 
5. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri
 
5.1. Orta ixtisas təhsili müəssisələrində əmək və onunla bağlı digər sosial-iqtisadi münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Nümunəvi Nizamnamə, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi, orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydaları və kollektiv müqaviləsi ilə tənzimlənir. Orta ixtisas təhsili müəssisəsinin daxili nizam-intizam qaydaları və kollektiv müqaviləsi işçilərin işə qəbul olunması və işdən azad olunmasını, əmək müqaviləsinin tərəfdaşlarının hüquqlarını, təhsil müəssisəsində əmək rejimini və s. özündə əks etdirir. Kollektiv müqavilə mövcud qanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər müddətə bağlanılır. Həmin müddət orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
5.2. Təhsilalanların, müəllimlərin və digər işçilərin hüquq və vəzifələri qanunvericiliyə əsasən müəyyən edilir və bu Nümunəvi Nizamnamə, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi və daxili nizam-intizam qaydaları ilə tənzimlənir.
5.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
- təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
- dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
- orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
- təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək;
- müəyyən edilmiş qaydada orta ixtisas təhsili müəssisəsini və ixtisasını dəyişmək;
- fasiləsiz təhsil almaq;
- sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
- insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
- müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
- təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
- orta ixtisas təhsili müəssisəsinin ictimai, sosial və mədəni həyatında, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;
- praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.4. Təhsilalanların vəzifələri aşağıdakılardır:
- dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, daxili intizam qaydalarının tələblərinə riayət etmək;
- dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.
5.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
- normal əmək, pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
- şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
- təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
- ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək;
- müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
- ixtisas və pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər keçirmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
5.7. Dövlət təhsil müəssisəsində inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
 
6. Orta ixtisas təhsili müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti
 
6.1. Orta ixtisas təhsili müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan və öz nizamnaməsində əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
Orta ixtisas təhsili müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Orta ixtisas təhsili müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
Dövlət orta ixtisas təhsili müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
Orta ixtisas təhsili müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, müalicə-profilaktika və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
Dövlət mülkiyyətində olan orta ixtisas təhsili müəssisəsinin özəlləşdirilməsi qadağandır.
Dövlət orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
Dövlət orta ixtisas təhsili müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
6.2. Orta ixtisas təhsili müəssisəsi mövcud qanunvericilik çərçivəsində, öz nizamnaməsində müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət orta ixtisas təhsili müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
Dövlət orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
Dövlət orta ixtisas təhsili müəssisəsinin maliyyələşdirilməsi orta ixtisas təhsili pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq, hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Dövlət təhsil müəssisəsi öz nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
Dövlət orta ixtisas təhsili müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqqının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
6.3. Dövlət və bələdiyyə orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:
- qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
- ödənişli təhsildən əldə olunan vəsaitlər;
- hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verdikləri qrantlar, vəsiyyət etdikləri vəsaitlər, ianələr və yardımlar;
- orta ixtisas təhsili müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
- orta ixtisas təhsili müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
- dövlət tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
- hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
- qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
6.4. Özəl orta ixtisas təhsili müəssisəsi aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
- təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
- təsisçilərin (himayəçilərin) vəsaitləri;
- qanunvericiliyə uyğun olaraq verilən qrant və kreditlər;
- hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
- təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə olunan vəsaitlər;
- qanunvericiliklə qadağan edilməyən və nizamnaməsində göstərilən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
Özəl orta ixtisas təhsili müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. Özəl orta ixtisas təhsili müəssisəsi təhsil haqqının məbləğini ayrı-ayrı ixtisasların təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
Özəl orta ixtisas təhsili müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
6.5. Orta ixtisas təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə öz nizamnaməsində nəzərdə tutulmuş qaydada "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarına uyğun olaraq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət orta ixtisas təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada, öz nizamnaməsinə uyğun olaraq hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.
6.6. Orta ixtisas təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi və bilavasitə zərər vurulmasında təqsirkar şəxslər tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.
Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.
 
 
 
7. Təhsil sahəsində beynəlxalq əlaqələr
 
Orta ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Orta ixtisas təhsili müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin təhsil müəssisələri ilə, təşkilatlarla, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.
Orta ixtisas təhsili müəssisəsi beynəlxalq səviyyəli birgə təhsil layihələrinin hazırlanması, tələbələrin, müəllimlərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
Orta ixtisas təhsili müəssisəsi fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə, öz nizamnaməsinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququna malikdir.

   
         Mingəçevir Turizm Kolleci 2014/2015-cü tədris ili üzrə                                      Təsdiq edirəm:
                            kurs işlərinin müdafiə cədvəli                                                              MTK-nın direktoru:
                         
                                                                                                                                                   prof.Ə.A.Əyyubov  
                                                                                                                                                         01.12.2014 
 
S/S İxtisas Qrup
Kurs Fənnin adı Müəllim Müdafiə
tarixi
Otaq
Müdafiə komissiyası Qeyd
1 2 3 4 5 6 7 8 9 10
 
1
Muzey işi və abidələrin mühafizəsi
Muzey işi və abidələrin mühafizəsi
 
MUİ-6/7
 
MUİ-102
 
III
 
V
Arxeologiya və etnoqrafiya
 
Nuriyeva Tünzalə Ziya
 
18.04.2015
Saat 900
25.04.2015
Saat 900
 
 
53
Sədr:    Abdullayev C.D
Üzvlər:Nuriyeva T.Z
Dərişov E.O.
 
 
2
 
Muzey işi və abidələrin mühafizəsi
 
MUİ-6/7
MUİ-102
 
III
V
Mədəniyyətşünaslıq
və mətinşünaslıq
 
Dərişov Eldar Oruc
 
 
21.04.2015
Saat 900
01.05.2015
Saat 1000
 
 
53
Sədr:   Abdullayev C.D
Üzvlər:Nuriyeva T.Z
Dərişov E.O.
 
 
 
3
 
 
Mühasibat uçotu
 
İ-20
 
İ-21
 
İ-24
       
  III
 
III
 
III
Təsərrüfat fəaliyy. təhlili
Təsərrüfat fəaliyy. təhlili
Təsərrüfat fəaliyy. təhlili
      Allahverdiyeva     
    Aynurə Sumqayıt.
Allahverdiyeva Aynurə Sumqayıt.
Allahverdiyeva Aynurə Sumqayıt.
30.12.2014
Saat 0900
30.12.2014
Saat 1400
29.12.2014
Saat 900
 
42
 
52
 
54
 
Sədr:     Məmmədov Ş.İ
Üzvlər: Rəhimova E.N.
Allahverdiyeva A.S.
İlyasova Ü.İ.
 
4 Məktəbəqədər təlim və tərbiyə MT-6
 
MT-7
III
 
III
Pedoqogika
 
Pedoqogika
Əyyubova Züleyxa Abdin
Əyyubova Züleyxa Abdin
29.12.2014
Saat 900
29.12.2014
Saat 1400
22
 
3
Sədr:    Hüseynova A.F.
Üzvlər:Əyyubova Z.A.
İbrahimova G.Ə
 
5 Nəqliyyatda daşımaların təşkili  
NT-4
NT-5
 
IV
IV
 
Nəqliyyatın iqtisadiyyatı
 
Hüseynov Xeyrəddin Eldar
30.12.2014
Saat 0900
30.12.2014
Saat 1400
 
5
Sədr:  İlyasova Ü.İ.
Üzvlər: X.E.Hüseynov
S.S.Mustafayeva
 
 
6
 
Reklam işi
 
Rİ-6/7
 
III
  Reklam məhsull. yaradılmasında  bədii yaradıcılıq  fəaliyyəti  
Abbasova Aynurə Arif
 
29.12.2014
Saat 900
 
84
Sədr:     Kərimova S.İ.
Üzvlər: Abbasova A.A
Rəhimov A.M
 
 
7
Məktəbəqədər təlim və tərbiyə MT-104 VI Pedoqogika
 
 
Əyyubova Züleyxa Abdin
 
25.04.2014
Saat 1000
Müvaf
fənn  kab.
Sədr:   Tanrıverdiyeva Z.
Üzvlər:Əyyubova Z.A.
İbrahimova G.Ə
 
 
8
 
Mühasibat uçotu
 
İ-107
 
V
 
Təsərrüfatə fəaliyyətinin təhlili
 
      Allahverdiyeva     
    Aynurə Sumqayıt.
 
 
25.04.2014
Saat 1000
 
Müvaf
fənn kab.
 
Sədr:    Rəhimov E.N.
Üzvlər.Allahverdiyeva A.
Məmmədov Ş.İ.
 
 
 
9
 
Nəqliyyatda daşımaların təşkili
 
NT-101
 
VI
 
Nəqliyyatın iqtisadiyyatı
 
Hüseynov Xeyrəddin Eldar
 
26.04.2014
Saat 1000
 
Müvaf
fənn kab.
 
Sədr:    Rəhimova E.N.
Üzvlər: Hüseynov X.E.
       İlyasova Ü.İ.
 
 
 
                        Tədris şöbəsinin müdiri:                                                           Q.Ş.Kərimov
 
                                  Razılaşdırılıb:
 
                                 Direktor müavini:                                                                     V.N.İbişova
 
                                Əyani və qiyabi şöbənin müdiri:                                               Ş.İ.Məmmədov
 
                                Fənn komissiyasının sədrləri:                                                   1. X.İ.Məmmədova
 
                                                                                                                                  2. Ç.D.Abdullayev
 
                                                                                                                                 3. Z.A..Ə yyubova
 
                                                                                                                                 4. S.S.Mustafayeva
 
                                                                                                                                 5. Ü.İ.İlyasova
 
                                Şöbə  müdirləri:                                                                      1. N.İ.İsmayılova
 
                                                                                                                                2. N.M.Məmmədov
 
                                                                                                                               3. E.N.Rəhimova
 
                                                                                                                              4. A.F.Hüseynova

  
 

 
 
              
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci