ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir şəhəri haqqında

Mingəçevir şəhəri haqqında ətraflı məlumat.

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir - Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır.

İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.

Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir.

Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur.

Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII-əsr türk səyyahı Övliya Çələbi "Səyəhatnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir.

Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə "Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra" Mingəçevir daha da inkişaf etmişdir.

Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.

Arxeloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir.

Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa dünya şöhrətli tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.

"Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir.

"Mingəçevir" toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, "Mingəçevir" sözü Məniçöhrün adı ilə bağlıdır.

Mərhum akademik Z.Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.

Ehtimallardan biri də toponimin "Min.gəl.çevril." olmasıdır. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. (Qayığa min gəl, amma burada yaşama, çevril get).

Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. T.Hacıyevin fikrincə albanların "mik" tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. "Mik" sözü "mak" sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, "minq" şəklində olmuşdur.

Ona görə də T.Hacıyev "manna" sözünün mənbələrdə göstərilən "minni" variantını "mingi" (minqe) şəklində görməyi doğru sayır və "Mingəçevir" adının "minki" və "savir" tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir " Minkicavir " Mingəçevir.

Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır.

Tanınmış alim Əjdər Fərzəli Qorqud "bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı " Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub"

Beləliklə Sevit Mingə " Mingə Sevit adı zaman keçdikdə Mingə Sevit, nəhayət, bu günkü Mingəçevir şəklinə düşmüşdür.


 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci