ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Direktor haqqında

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov
İqtisad elmləri doktoru, professor Əyyub Avdın oğlu Əyyubov 1956-cı ildə, hal-hazırda işğal altında olan Ağdam rayonunun İlxıcı kəndində anadan olub.
Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H.Hacıyev adına sovxozda fəhləlikdən başlayıb.
  “Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi» və “Menecment” ixtisası üzrə ali təhsil alıb.
Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb.
Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib.
1993-cü ildən 2001-cü ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının (Mingəçevir şəhəri) rektoru vəzifəsində çalışıb. Mingəçevir şəhər Ziyalılar Cəmiyyətinin sədridir.
Respublika “Bilik”cəmiyyətinin təsis etdiyi Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. Rusiya Federasiyası Sahibkarlıq Akademiyası, Beynəlxalq enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının həqiqi üzvü seçilib. H.Z.Tağıyev adına mükafata layiq görülüb. Yap- Mingəçevir şəhər təşkilatının siyasi şurasının üzvü, 38 saylı ərazi təşkilatının sədridir.
2003-cü ildən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin “ Mingəçevir şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ildə  Mingəçevir Turizm Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir. “Qızıl qələm” mükafatına layiq görülüb. “Avropa” nəşr mətbu evinin  qızıl mükafatına layiq görülüb, ilin ən yaxşı tətqiqatçı alimi  seçilib. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib(Almaniya, Hanover) KIBATEK Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qızıl ulduz medalını alıb. TDABEA -nın Beynəlxalq mükafat komitəsi tərəfindən İlin Təhsil Adamı seçilmilib. Rusiya Yazıçılar Birliyinə üzv seçilib və Rusiya Yazıçılar Birliyinin Yubiley Medalını alıb.  BMT-nin mükafat komissiyasının Avropa Şərəf ordeni ilə təltif olunub. İtaliya İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Roma şəhərinin Fəxri Alimi seçilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının  Atatürk Mükafatını alıb. Avropanın Əməkdar Elm və Mədəniyyət xadimi fəxri adını alıb. Avropa Təbiət Elmləri Akademiyasının yüksək ali mükafatı olan Golfrid Vilhelm  Leybiniz medalı olə təltif olunub. Böyük Cəngavər ulduzu Avropa medalı ilə təltif olunub. Elmi tədqiqat sahəsindəki xidmətlərinə görə “Türk dünyasının Ziyalısı” Beynəlxalq mükafatı ilə təltif olunub. Avropa  Kitab evinin “Ən Yaxşı Tədqiqatçı İqtisadçı Alim” qızıl medalı ilə təltif olunub.
Turizm təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və Mingəçevir Turizm Kollecininin inkişafındakı xidmətlərimə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Fəxri-fərmanı və “Fəxri Turizm işçisi” medalı ilə təltif olunub.
İsveçrənin Cenevrə şəhərində olan UN COUNCIL FOR PUBLIC AWARDS  (UNCOPA) – Birləşmiş Millətlər Sosial Mükafat Şurasının qərarı ilə Dünya Elminin və Təhsilinin inkişafındakı nailiyyətlərə görə AVROPA ALİ XİDMƏT ordeni ilə təltif olunub. 30 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir.
 
 

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci