ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az






Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45 nömrəli qərarı əsasında yaradılmışdır. Kollecin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Kollec 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə akkreditə olunmuşdur.
Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar.
Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment Kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə  2013 - cü ildən isə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışdır. Belə əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır.
Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovdur.


KOLLEC XƏBƏRLƏRİ


Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib
Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

Mingəçevir Turizm Kollecinin kollektivi bir gün Narınqala istirahət mərkəzində dincələrək tədris ilinin yorğunluğunu çıxardı
Fəaliyyətinin 11-ci dönəmini uğurla başa vuran Mingəçevir Turizm Kollecinin kollektivi ənənəsinə sadiq qalaraq tədris ilinin başa çatması münasibətilə sayca 13-cü turizm gəzintisinə çıxıb. Ölkənin dilbər guşələrindən biri olan Şəki rayonunun Narınqala istirahət məkanına üz tutan kollektiv burada zəngin təəssüralarla dolu unudulmaz bir gün yaşayıb.

ELEKTRON  KİTABLAR
FAYDALI
Bu gün 17 oktyabr 2017
Mingəçevir şəhəri üçün bu günə olan hava proqnozu:
--/--

Ümumi ərazi, [kv.km] 139.53
Əhalinin ümumi sayı 95800
Kəndlərin sayı 0
Qəsəbələrin sayı 0
İri və orta müəssisələrin sayı 17
Məktəbəqədər uşaq müəssisələrinin sayı 28
Ümumtəhsil məktəblərinin sayı 22
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 3
Ali təhsil müəssisələrinin sayı 2
Xəstəxanalar və tibb müəssisələrinin sayı 10
Mədəniyyət ocaqlarının sayı 30
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci